Читать книгу: «Araya girən qadın»
AMERİKA YAZARLARI
Araya girən qadın
cib kitabları / 4
Hekayələr
İÇİNDƏKİLƏR
Cek London………………………… 5
Əlvida, Cek
Ernest Heminquey………………… ..27
Yağış altındakı pişik
Oktavio Pas……………………… 37
Mənim dalğa ilə keçən həyatım
Cerom Selincer…………………………… 49
Günahkaram, səhvimi düzəldərəm
Xorxe Luis Borxes…………………… 57
Araya girən qadın
Çarls Bukovski……………………… …67
Mənə eşqini gətir
İlyam Folkner…………………… …..77
Həyətdə qatır
Cek London
ƏLVİDA, CEK
Tərcümə: Rüfət Əhmədzadə
Havay adaları qeyri-adi yerdir. Oranın cə-miyyətində də hər şey baş-ayaqdır. Amma de-sək ki, orda nəsə düzgün olmayanşeylər baş ve-rir, yox. Əksinə, hətta demək olar ki, hər şey çox düzgündür. Amma yenə də, sanki nəsə öz ye-rində deyil.
Ən nəfis çevrə “Missioner tayfası” sayılır. Desəm ki, Havay adalarında zəngin aristokrati-yanın başında məhz missionerlər durur, heyrət-lənərsiniz. Amma bu, həqiqətdir!
Bu nəcib Yeni İngiltərə mühacirləri öz və-tənlərini hələ ötən əsrin otuzuncu illərində tərk edərək, Havay adalarına ali bir məqsədlə tələ-sirdilər: kanakalara əsl imanın işığını gətirmək və onlara tək, adil vəəvəzsiz Tanrının böyüklü-yünü aşılamaq.
Onlar bunu bacardı. Kanakaları dinə gə-tirərək, elə səyləsivilləşdirdilər ki, ikinci və ya üçüncü nəsildən sonra, yerlilərin soyuaz qala tükəndi. İncil toxumları münbit torpaqda öz bəhrəsini verdi. Missionerlərə gəldikdə isə: on-ların oğulları da, nəvələri dəyaxşı bəhrə götürə bildilər – torpaq sahələri, buxtalar, yaşayış məs-kənləri və şəkər plantasiyaları şəklində. Vəhşi-lərə həyat çörəyi vermək naminə bu adalara gə-lən ruhanilərin özləri, nəticədə kafirlərin süfrə-sində pay sahibi oldular.
Mən heç də Havay adalarında baş verən qəribə şeylər haqqında danışmaq istəmirdim. Amma məsələ ondadır ki, ancaq bir adam bur-dakı hadisələr barədə missionerlərdən söz aç-madan danışa bilər: Cek Kersdeyl – məhz onun hekayəsini nəql etmək istəyirəm. Deməli, onun özü də missioner nəslindəndir. Düzü, nənəsi tə-rəfdən. Onun atası isə Ştatlardan olan qoca Ben-jamen Kersdeyl idi. O, gəncliyində ucuz viski və cin alveri edərək, milyon qazanmağa başlamış-dı. Bu da sizəəcaib lətifə. Vaxt var idi, mission-nerlər və tacirlər amansız düşmənlər idilər. Onların maraqları toqquşurdu. Sonradan isə on-ların xələfləri bir-biri ilə evləndi, adanı bölüş-dürdü, indi isəəla yola gedirlər.
Havayda həyat lap nəğmə kimidir! Bu ba-rədə Stoddard öz “Havayyalar”ında yaxşı de-yib:
Taleyin əsrarəngiz melodiyası altında,
Burda hər ada bir dördlük kimidir.
Və həyat da, sanki bir nəğmədir!
Necə də haqlıdır! Burdakı insanların də-risi qızılı rəngə çalır. Yerli qızlar sanki yunona-lardır1, Günəş kimi işıq saçırlar. Kişilər isə bü-rünc apollonlar2. Gül çələnglərini, müxtəlif bə-zək əşyaları üstlərini doldurub əylənir, oxuyur-lar. Həm də ki, missioner çevrəsini sevməyən ağ adamlar da günəşli iqlimin sərməstedici təsirinə düşür, onlar da rəqs edir, nəğmələr oxuyur və tellərinə gül düzürlər. Cek Kersdeyl də belələ-rindən idi.
Amma demək lazımdır ki, o, mənim tanı-dıqlarım arasında ən işgüzar adamlardandır. Onun nə qədər milyonu var – saya gəlməz! Şə-kər kralı, qəhvə plantasiyalarının sahibi, kauçuk hasilatına ilk başlayanlardan biri, bir neçə mal-darlıq rançosunun sahibi və demək olar ki, ada-larda təşkil olunan bütün xeyriyyə tədbirlərinin daimi iştirakçısı… Eyni zamanda, cəmiyyət ada-mı idi. Klubun üzvü, yaxta həvəskarı, subay oğ-lan, həm də o qədər yaraşıqlı ki, beləsi ərə get-məli qızları olan anaların yuxusuna da girməz. Yeri gəlmişkən, “Yale”də3 kurs keçib, odur ki, başı da rəqəmlərlə dolu idi və bildiyim qədərilə, Havay adaları haqqında ondan çox məlumatlı adamyerli sakinlər arasında yoxdur.
İşləməyi də yaxşı bacarırdı, mahnı oxu-mağı da, hələ avara gənclər kimi saçlarının ara-sına gül taxıb rəqs də edirdi.
Cekin çox tərs xasiyyəti də var: iki dəfə duelə çıxıb, əlbəyaxa döyüşüb. Hər ikisində də siyasi motivlərə görə. Hələ yaşıl gənc olaraq, si-yasətdə ilk addımlarını atırdı. Yerli dinastiyanın devrildiyi inqilabda Cek böyük qəhrəmanlıq göstərmişdi. Onda isə Cekin cəmi 16 yaşı var idi.
Yəni ki, heç də qorxaq adam deyil. Bütün bunları ona görə danışıram ki, sonra baş verən-ləri yaxşı anlayasınız. Bir dəfə öz gözlərimlə gördüm ki, iki il boyunca Fon Tempskinin kov-boylarının yaxınlaşa bilmədiyi dörd yaşlı kəhəri Cek Haleakal rançosunda necə çapır. Və bir ha-disə barədə də danışım. Bu hadisə Konada, də-niz sahilində baş verib. Daha doğrusu, bir qədər yuxarıda. Bilirsiniz, oranın sakinləri min fut hündürlükdən aşağıda məskən salmağı özlərinə sığışdırmırlar. Deməli, biz həkim Hudhyunun evinin artırmasında oturmuşduq. Mən Dotti Ferçald ilə çənə döyürdüm.
Birdən tavandan onun saçına böyük bir qırxayaq düşdü – sonra onu ölçmüşdük: yeddi düym uzunluğunda idi. Etiraf edim ki, dəhşət-dən donub qalmışdı. Şüurum mənə tabe olma-dı, barmağımı da tərpədə bilmədim. Hələ tə-səvvür edin: Cəmi bir addımlıqda həmsöhbəti-min başına murdar bir həşərat düşür. Bu həşə-rat hər saniyə onun çılpaq çiyinlərinə düşə bi-lərdi – biz masa arxasından təzəcə durmuşduq.
– Nə olub? – Dotti təəccüblənərək, əlini saçına apardı.
– Tərpənməyin, – deyə mən qışqırdım.
– Axı nə olub? – o, mənim dodaqlarımın əsdiyini və gözlərimin dəhşətdən bərəldiyini görərək, qorxu ilə bir də soruşdu.
Mənim səsim Kersdeylin diqqətini cəlb et-di. O, bizim tərəfə baxaraq, dərhal məsələni an-ladı. Cəld, amma həyəcansız şəkildə özünü bizə çatdırdı:
–Tərpənməyin, Dotti, xahiş edirəm!
O, bir saniyə belə özünü itirmədi. Soyuq-qanlı və çox çevik idi.
– İcazə verin, – dedi.
O, Dottinin şərfini onun çiyinlərinə qal-dırdı və bir əli iləşərfin digər uclarını birləşdir-di ki, qırxayaq Dottinin korsajından içəri düş-məsin.
Sağ əlini qızın saçlarına uzatdı, həşəratı baş və şəhadət barmaqları arasında bərk-bərk tutaraq uzaqlaşdırdı. Belə şeyi tez-tez görməz-siniz. Tüklərim biz-biz olmuşdu. Yeddi düym uzunluğunda olan qırxayaq havada çabalayır, fırlanır, Cekin barmaqları arasında vurnuxaraq onun dərisini cızırdı. Bu həşəratın bir dəfə onu dişlədiyini gördüm, amma Cek onu ayağı altın-da əzişdirərək bizi inandırmağa çalışdı ki, təh-lükə dişləmsiz sovuşub. Beş dəqiqə sonra, Cek həkim Hudhyunun kabinetində idi. Hudyu onun barmağını çərtərək, permanqanat inyek-siyası etdi. Növbəti gün Kersdeylin barmağı pi-və çəlləyi kimi şişdi və bu şiş ancaq üç həftədən sonra yatdı.
Bütün bunlar da mənim hekayəmlə bir-başa bağlı deyil, mən sadəcə göstərmək istəyir-dim ki, Cek Kersdeyl hər kim olsa da qorxaq deyildi. O, kişi dözümlülüyünün ən yaxşı nü-munəsi idi. Heç vaxt ağrısını dilə gətirməzdi. Dodaqlarından təbəssüm əskik olmazdı. O, əl-lərini Dotti Ferçayldın saçları arasına elə sal-mışdı ki, sanki şoraba bankasına salırdı.
Amma yenə də, mən onun üzündə qorxu hiss eləmişdim: o zəhərli qırxayaq hər saniyə sürüşüb Dottinin üzünə və ya sinəsinə düşə bi-lərdi.
O zamanlar müxtəlif cür qoturayoluxma olayları iləmaraqlanırdım, bu sahədəisə Kers-deyl sözün əsl mənasında ensiklopedik bilgilərə malik idi – adalardakı vəziyyət haqqında hər şe-yi bilirdi. Qotur xəstəliyi məsələsi, belə deyək, onun “kəhər atı” idi. Cek Kersdeyl, Molokaidə-ki koloniyanın qısqanc müdafiəçisi idi. Bütün azarlıları o koloniyaya yerləşdirirdilər. Yerlilər arasında söz gəzirdi ki, koloniyada insanlar nə-inki doğmalarından ayrı salınır, həmçinin ölənə qədər məhbus kimi yaşamağa vadar olunur. Ora düşən adam bu cəzanın yüngülləşməsinə, ya da təxirə salınmasına nail ola bilməzdi. Ko-loniyanın girişində bu cür lövhə var idi: “Ümi-dini tərk et…”
– Sizə bəyan edirəm, ordakı insanlar ta-mamilə xoşbəxtdir, – Kersdeyl inadla deyirdi. – Lap belə sağlam dostlarından, qohumlarından da yaxşı yaşayırlar. Molokaidəki dəhşətli şeylər barədə danışılan bütün söhbətlər cəfəngiyyat-dır. İstənilən böyük şəhərin hər hansı xəstəxa-nasında, ya da yoxsul məhəllələrində olun, min dəfə qorxunc şeylər görərsiniz! Canlı ölülər! Nə vaxtsa insan olmuş varlıqlar! Necə də axmaq fi-kirlərdir! Hələbir görəsiniz, bu canlı ölülər 4 iyulda4necə at yarışı təşkil edirlər… Bəzilərinin şəxsi qayıqları da var. Biri hətta katerə malikdir. Onlar vaxtlarını şən keçirməkdən savayı heç nə etmirlər. Yemək, içmək, paltar, tibbi xidmət – hər şey yerli-yerindədir. Onlar özləri özlərinə ağadır. Ordakı iqlim də Honoluludakından yax-şıdır, yer gözəl yerdir. Mən özüm də orda qal-maqdan imtina etməzdim. Əntiqə yerdir!
Beləcə, Kersdeyl şən qotur xəstəsi hesab edilirdi. Özü isə qoturdan qorxmurdu. İddia edirdi ki, qotura yoluxmaq boş şeydir, milyon-da bir hadisədir. Lakin bir dəfə etiraf etdi ki, onun sinif yoldaşı Alfred Starter nə cürsə bu xəstəliyə yoluxaraq Molokaiyə göndərilib, elə orda da ölüb.
– Məsələ ondadır ki, əvvəl dəqiq diaqnoz qoya bilmirdilər, – Kersdeyl izah edirdi. – Hər hansı yaxşı tanınmayan simptomlar və ya nor-madan artıq nəsə olanda, xəstəni Molokaiyə aparırdılar. Nəticədə, ora onlarla qotur xəstəsi göndərildi. Elə bizim kimi normal adamlar. İndi daha nöqsan baş vermir. Səhiyyə Bürosunun tətbiq etdiyi metod tamamilə güvəniləndir. Ən maraqlısı isə: bu metod kəşf edilən zaman, Mo-lokaidə olan bütün xəstələr təkrar müayinədən keçirildi. Nəticədə, bəzi adamların sağlam ol-duğunu aşkarladılar. Sizcə, o adamlar Molokai-dən çıxmağa sevinirdilər?
Heç də belə deyil! Onlar koloniyanı tərk edərkən elə ağlayıb-sızlayırdılar ki, heç Hono-luludan gedəndə o cür ağlamamışdılar. Hətta evə getməkdən imtina edən də olmuşdu, onları güclə çıxarmağa məcbur qaldılar. Bir nəfər hətta xəstəliyin son mərhələsində olan bir qadınla ev-lənmişdi. O, Səhiyyə Bürosuna ruhu parçalayan bir məktub yazmış, bildirmişdi ki, onun yaşlı və xəstə arvadına heç kim onun kimi baxa bilmə-yəcək.
– Bu nə metoddur axı elə? – deyə, maraqla soruşmuşdum.
– Bakterioloji metod. Burda səhv mümkün deyil. İlk dəfə bu metodu bizim ən yaxşı mütə-xəssisimiz həkim Hervi tətbiq edib. O, əsl sehr-bazdır. Hervi kimi qotur barədə yaxşı bilən ikinci adam tanımıram. Və əgər nə vaxtsa qotu-run dərmanı tapılsa, əminəm ki, bu işi elə Hervi görəcək. Metod isə çox sadədir: “bacillus lep-rae”ni parçalayaraq təhlil ediblər. İndi bu basil-laları səhvsiz tanımaq olur. Qoturdan şübhə-ləndikləri adamı həkimin yanına çağırır, dəri-sindən kiçik bir hissə kəsir və o hissəni bakteri-oloji tədqiqata göndərirlər. Görülən əlamətlər yoxdur, amma bununla belə, bu basillalardan xeyli miqdarda tapa bilərlər.
– Deməli, bizdə də çox sayda basilla tap-maq mümkündür, eləmi? – deyə soruşdum.
Kersdeyl çiyinlərini çəkərək güldü:
– Əlbəttə ki! İnkubasiya dövrü yeddi il çə-kir. Əgər bu məsələyə aid nəsə şübhəniz varsa, həkim Herviyə baş çəkin. Dərinizdən bir hissə kəsib götürəcək və göz qırpımında cavab verə-cək.
Sonralar Kersdeyl məni həkim Hervi ilə tanış elədi. O isə dərhal qabağıma çoxlu hesabat sənədləri və Səhiyyə Bürosunun qotur xəstəliyi ilə bağlı nəşr etdirdiyi broşürləri tökdü. Sonra isə xəstəlikdə şübhəli bilinənlərin Kalixidəki qə-bul məntəqəsinə apardı. O məntəqədə kimdə qotur aşkarlanırdısa, onları Molokaiyə göndər-mək üçün saxlayırdılar. Ora göndəriş ayda bir dəfə baş tutur və xəstələr öz yaxınları ilə vida-laşaraq kiçik gəmiyə əyləşir, koloniyaya gedir-lər.
Bir dəfə günorta vaxtı mən klubda oturub məktub yazarkən, mənə Cek Kersdeyl yaxın-laşdı.
– Elə sizi axtarırdım! – salamlaşmaq yeri-nə bu sözləri dedi. – Sizə Havayyadakı ən qəm-gin mənzərəni göstərmək istəyirəm: ağlayan xəstələrin Molokaiyə göndərilməsini. Onların dərdi böyükdür, əlbəttə, amma inanın mənə, əgər Büro onları bir ildən sonra geri qaytarmaq istəsə, bundan da betər mərəkə qaldırarlar. Hələ ki, bir qədəh viski aşırtmağa vaxtımız var. Fay-ton girişdə gözləyir. Beş dəqiqəyə ora çatarıq.
Biz məntəqəyə yola düşdük. Qırxa yaxın bədbəxt öz boxçaları, adyalları ilə birlikdə çə-pərlənmiş bir yerdə gözləyirdi. “Noo” buxar gə-misi elə indicə gələrək limana yan almışdı. Ko-loniyanın idarəçisi mister Makveyin özü də şəx-sən işə nəzarət edirdi. Məni ona və Səhiyyə Bü-rosundan olan həkim Corcesə təqdim etdilər. Corcesi əvvəl Kalihidə görmüşdüm.
Qotur xəstələri doğrudan da kədərli mən-zərə yaratmışdı. Çoxunun üzü elə eybəcər hala düşmüşdü ki, izah etməkdə çətinlik çəkirəm. Lakin onların arasında xoş xarici görkəmə malik olanları da var idi ki, baxanda heç bir xəstəlik əlaməti hiss olunmurdu. Xüsusilə də, ağ bir qız diqqətimi çəkdi – on iki yaşdan çox vermək ol-mazdı, mavi gözləri və qızılı, qıvrım saçları var idi. Amma bir yanağı azacıq şişmişdi. Bu qızın qaradərili xəstələr arasında necə sıxıldığı barədə qeydimə həkim Corces belə cavab verdi:
– Heç də belə deyil. Fikrimcə, bu gün onun həyatında ən xoşbəxt günüdür. Onu Kau-auidən gətiriblər, orda atası ilə yaşayırdı. Ya-man qorxunc adamdır. İndi isə koloniyada ana-sı ilə birlikdə yaşayacaq. Qadın ora üç il əvvəl göndərilib… Çox ağır hadisədir.
– Ümumiyyətlə, xarici görkəmə görə mü-hakimə etmək heç cür mümkün deyil. – Mak-vey izah etdi. – o hündürboy oğlanı görürsü-nüz, lap sağlam adama oxşayır, elə deyilmi? Deməli, mən təsadüfən öyrəndim ki, onun aya-ğında və kürəyində açıq yara var. Eləcə də, di-gərlərinin hərəsində nəsə var… Siqaret çəkən qı-za fikir verin. Görürsünüzmü, barmaqları necə yığılıb? Qoturun anesteziya formasıdır. Sinir sistemini iflic vəziyyətə salır.
Onun barmaqlarını küt bıçaqla kəsmək, ya da sürtgəcə sürtmək olar – o, heç nə hiss et-məyəcək.
– Məsəlçün, bax, o gözəl qadın. O da az qala sağlam görünür, – mən inad etdim. – Çox şux və gümrah görünür.
– Onun qəmli tarixçəsi var! – Kersdeylin qolundan tutub onunla dolaşmağa hazırlaşan Makvey üzünü çevirib, çiyni üzərindən dillən-di. – Hə, o qadın çox gözəl idi. Təmiz polinezi-ya qızı. Hətta bu irqə aid insan tipləri ilə elə də geniş tanış olmadığıma baxmayaraq, bu qadını hökmdar soyundan olan birinə oxşatdım. Ona 22-23 yaş verərdim, çox yox. Əla bədən qurulu-şu var idi və öz irqindəki qadınlara məxsus do-luluq əlaməti az qala hiss olunmurdu.
– Bu, bizim hamımız üçün zərbə oldu. – Corces sükutu pozdu. – Müayinəyə özü gəldi. Heç kim də şübhələnmirdi. Onun necə yolux-duğunu ağlıma sığışdıra bilmirəm. Düzünü de-səm, bizi ağlamaq tutmuşdu. Əlbəttə, çalışdıq ki, bu məsələ mətbuata çıxmasın. Onunla nə baş verdiyini bizdən və ailəsindən başqa kimsə bil-mir. Honoluluda istənilən adamdan soruşun, deyəcəklər ki, “çox güman, o, Avropadadır”. Özü bizdən xahiş edib ki, bu söhbəti kənara çı-xarmayaq. Yazıq qızcığaz. Elə məğrurdur ki!
– Axı kimdir o? – mən soruşdum. – Haq-qında elə danışdınız ki… Yəqin, çox əhəmiyyətli adamdır.
– Lyusi Mokunui – belə bir adamı tanıyır-sınız?
– Lyusi Mokunui? – deyə təkrarladım: yaddaşımda nəsə tərpəndi, amma başımı bula-dım. – Deyəsən, bu adı eşitmişəm, amma tam dəqiq deyə bilmərəm.
– Yəni, siz heç Lyusi Mokunui haqqında eşitməmisiniz? O Havay bülbülünü tanımırsı-nız? Hə, üzr istəyirəm, siz malaxinisiniz, bu yer-lərə təzə gəlmisiniz, tanımamağınız başa düşü-ləndir. Lyusi Mokuni bütün Honolulunun se-vimlisi olub, hətta bütün bu adaların.
– Siz dediniz ki, olub… – onun sözünü kəsdim.
– Hə, səhv eşitmədiniz. İndi isə hesab edin ki, artıq ölüb. – Corces ümidsiz təəssüflə çiyinlərini çəkdi. – Müxtəlif vaxtlarda 10 xaoles – ah, üzr istəyirəm, – 10 ağ adam itirmişik. Hələ küçə adamlarını demirəm. Amma bu dediyim 10 nəfər ən görkəmli insanlardan idilər. O, istə-səydi, Ali Hakimin oğluna ərə gedə bilərdi. Siz onu gözəl hesab edirsiniz? Hələ oxumağını din-ləməliydiniz! Havay adalarında ən istedadlı müğənnidir. Səsi xalis gümüş kimidir. Biz onu çox sevirdik. Amerikada qastrol səfərində ol-muşdu. Əvvəlcə Havay Kral Orkestri ilə getdi, sonra isə iki dəfə dalbadal konsert verdi.
– Hə, deməli, belə! – Mən səsimi qaldır-dım. – Hə, xatırladım. Onun ifasını iki il əvvəl Boston Filarmoniyasında eşitmişəm. Bu qadın o imiş! İndi tanıdım onu.
Bütün bədənimi qeyri-müəyyən kədər bü-rüdü. Həyat ən yaxşı halda mənasız bir lətifəyə bənzəyir. İki il içində bu əsrarəngiz qadın, bü-tün uğurlarına rəğmən, bir gün qəfil bura dü-şür, Molokaiyə göndəriləcəyi anı gözləyir. Qey-ri-iradi halda Henlidən bu sətirlər yadıma düş-dü:
– Qoca, bədbəxt avara bədbəxtlik haqqın-da belə nəql etdi. Deyir: Həyat – səhvdir, səhv-dir və rəzalətdir.
Birdən, gələcəklə bağlı fikirlərdən tüklə-rim ürpəşdi. Əgər Lyusi Mokunuinin bəxtinə belə ağır bəla düşmüşdüsə, indi kim bilir, məni nə gözləyir… Mən gərgin düşüncələrə qərq ol-muşdum ki, həkim Corces məni koloniyadakı həyatın heç də pis olmadığına inandırmaq üçün tələsdi.
Bu, inanılmazdır; insanlığa da sığmır. Özümü nə qədər məcbur etsəm də, sonradan o qadına baxa bilmədim. Bir az aralıda, kəndirlər arxasında polis nəfərləri, xəstələrin qohumları və dostları gözləyirdi.
Onlara yaxın gəlməyə icazə vermirdilər. Nə bir qucaqlaşma, nə bir vida öpüşü. Onlar an-caq uzaqdan-uzağa bir-biri ilə danışa, sevgi do-lu son sözlərini təkrar-təkrar, dilləri topuq vura-vura deyə bilərdilər.
Kəndirlər arxasında dayanmış adamlar nəsə həyəcanlı, gərgin görünürdülər. Axı, onlar öz yaxınlarının – canlı ölülərin üzlərini son dəfə görürdülər.
Həkim Corces işarə verdi və bədbəxtlər hərəkətə gələrək, buxar gəmisinin pilləkənləri-nə doğru getdilər. Çox acı bir dəfn yürüşünə bənzəyirdi. Damarımda qanım dondu, az qaldı ürəyim parçalansın. Mən heç vaxt belə böyük bir dərd görməmişdim, görməyəcəm də. Kers-deyl və Makvey hələ də limanın o başında idi-lər, başları hansısa ciddi məsələ ətrafında – yə-qin ki, siyasi məsələdə söhbətə qarışmışdı.
Lyusi Mokunui gəmiyə doğru addımla-yarkən, mən yenidən oğrun-oğrun ona tərəf baxdım. O, həqiqətən də çox gözəl idi. Yüz ildə bir dəfə yetişən üç nadir çiçəkdən biri kimi.
Hələ fikirləşin, belə bir qadın qotur xəstə-ləri üçün yaradılmış koloniyada çürüməyə məhkum qalıb!
O, əsl kraliça kimi gedirdi. Pilləkənlərlə gəmiyə qalxdı, göyərtədə gəminin burnu tərəfə addımladı – ordan xəstələr göz yaşları içində öz yaxınlarına əl edirdilər.
Lövbər qaldırıldı və “Noo” yavaş-yavaş limandan aralaşmağa başladı. Qışqırıq və hön-kürtü səsləri daha da gücləndi. Mən fikrən özü-mə söz verdim ki, bir daha “Noo”nun xəstə da-şıması mənzərəsinə şahidlik etməyəcəm. Bu za-man Makvey və Kersdey yaxınlaşdılar. Cekin gözləri parıldayır və dodaqları razı təbəssümü gizlədə bilmirdi. Çox güman ki, onların siyasət söhbəti ümumi razılıq əsasında bitmişdi. Kəndir arakəsməni qaldırdılar və dua oxuyan, gəmi-dəki xəstələri səsləyən qohumlar düz sahil kör-püsünə qədər yaxınlaşdılar.
– Bu, onun anasıdır, – deyə Corces yanı-mızda dərdli halda vurnuxan qoca bir qadını göstərdi. Qadın nəm gözlərini gəmidən çək-mirdi. Lyusi Mokunuinin də ağladığını gör-düm. Amma budur, o göz yaşlarını silərək, Kersdeylə baxdı. Sonra hər iki əlini təntənəli bir əda ilə ilə irəli uzatdı, sanki tamaşaçılarını qu-caqlayırdı.
– Əlvida, Cek! Əlvida, əzizim!
Cek bunu eşidib üzünü çevirdi. Bir insa-nın bu qədər qorxmasını heç görməmişdim. O, birdən diksindi, rəngi ağardı və sonra süstləşdi. Sanki bir anda bədənindən ruhunu çıxarmışdı-lar. Əllərini qaldırıb donquldandı: “Aman Tan-rım!”…
Amma dərhal da, güclü iradəsinin köməyi ilə özünü ələ aldı.
– Əlvida, Lyusi! Əlvida! – səsləndi.
“Noo” uzaqlaşana qədər, Cek yerində du-rub əlini yelləməyə davam etdi.
– Mən elə bilirdim ki, sizin xəbəriniz var, – Makvey heyrətlə Kersdeylə baxaraq dedi. – …Düşündüm ki, elə buna görə bura gəlmisiniz.
– İndi bilirəm, – Kersdey astadan dilləndi. – Fayton haradadır?
Və cəld halda, az qala qaçaraq limandan uzaqlaşdı. Mən də onun arxasınca tələsdim.
– Doktor Hervinin yanına sür! – fayton-çuya qışqırdı. – Tez ol!
Ağır şəkildə köks ötürərək, oturacağa oturdu. Üzündən solğunluq yağırdı. Dodaqları bir-birinə sıxılmış, alnından və üst dodağından tər süzülürdü. Deyəsən, güclü ağrı ona əzab ve-rirdi.
– Tez elə, Martin, tanrı xatirinə! – sözlər sinəsindən ağrı ilə qopurdu. – Atlar niyə belə ərinir? Yaxşıca qamçıla! Necə lazımdır qamçıla atları!
– Atları haldan salarıq, ser! – faytonçu eti-raz etdi.
– Olsun! Var gücünlə qamçıla! Atların pu-lunu da, polisin cəriməsini də ödəyərəm. Hə, tez sür, tez!
Cek döşəkçəyə söykənərək, titrəyən əlini üzünə tutdu, öz-özünə danışırmış kimi don-quldandı:
– Mən bunu niyə bilmədim… Heç xəbərim olmadı…
Fayton sürətlə, döngələrdə yırğalana-yır-ğalana gedirdi. Danışmaq mümkün deyildi. Həm də nədən danışardıq ki? Amma mən Ce-kin tez-tez öz-özünə təkrar etdiyini eşidirdim: “Bu, heç ağlıma gəlməmişdi. Belə bilməzdim!”…
Ernest Heminquey
YAĞIŞ ALTINDAKI PİŞİK
Tərcümə: Rüfət Əhmədzadə
Oteldə qalanlar arasında cəmi iki ameri-kalı var idi. Öz nömrələrinə qalxıb-enərkən, pil-ləkənlərdə rastlaşdıqları adamlardan heç kimi tanımırdılar. Qaldıqları otaq ikinci mərtəbədə yerləşirdi və buradan dənizə mənzərə açılırdı.
Həmçinin, pəncərədən baxarkən, ictimai bağ və müharibə qurbanları üçün ucaldılan abi-də də görünürdü. Bağda hündür palma ağac-ları və yaşıl skamyalar var idi. Hava yaxşı olan-da, molbertini açmış rəssam da həmişə bu bağ-da olardı. Rəssam palmaların hündürlüyündən, dənizə və bağlara baxan otellərin parlaq rəng-lərindən xoşlanardı.
İltalyanlar müharibə abidəsinə tamaşa et-mək üçün uzun yol qət etmişdilər. Abidə bü-rüncdən hazırlanmış və yağış altında bərq vu-rurdu.
Yağış yağır, damlalar palma yarpaqların-dan süzülürdü. Çınqıl cığırlarda gölməçələr ya-ranmışdı. Yağış altında dəniz dalğaları uzun zo-laq şəklində sahilə çırpılır, geri çəkilir və yeni-dən sahilə doğru hücuma keçirdilər. Abidənin ətrafındakı meydanda bircə avtomobil belə qal-mamışdı. Meydanla üzbəüz kafenin ofisiantı qapının ağzında duraraq, nəzərlərini boşalmış meydana zilləmişdi.
Amerikalı qadın pəncərənin qarşısında durub çölə baxırdı. Düz bu otağın pəncərəsin-dən aşağıda, yağış damcılayan yaşıl masanın al-tına bir pişik sığınmışdı. O, yumaq kimi büzü-şərək, yağış damcılarından mümkün qədər qo-runmağa çalışırdı.
Бесплатный фрагмент закончился.
