Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.
Объем 700 страниц
16+
Книгу нельзя скачать файлом, но можно читать в нашем приложении или онлайн на сайте.
Начислим
+3
Покупайте книги и получайте бонусы в Литрес, Читай-городе и Буквоеде.
Участвовать в бонусной программеО книге
O, yeddi yaşınacan çarvadar Nüsrəddinin oğlu Yusif, on dörd yaşınacan özündən ixtiyarsız İosif Eliqulaşvili, otuz yaşınacan Jozef Qrenyö, qırx doqquz yaşınacan Cozef Tiflisi, ondan bəri Mirzə Yusif Tiflisi olan Allahın həqir bəndəsi, Dar-üs-sürürlu, yəni Tiflis-ül-əsl kimsədir…
O, Güney Batı məmləkətlərindən, Firəngistandan, Veneziadan, İstanbuldan, Anadolu çöllərindən, Konyadan, Bağdaddan, Ərzurumdan, Qarsdan, Nəqşivandan, Rəvandan, Ərdəbildən, Təbrizdən, Qəzvindən, İsfahandan, Muğandan… keçən yolçudur…
O, krallar, sultanlar, şahlar, hersoqlar, paşalar, xanlar, ağalar, bəylər, knyazlar, sərkərdələr, üləmalar, mirzələr… görən, mərhəmət, qəddarlıq, satqınlıq, nəvaziş, vəcd, şəhvət, aclıq, firavanlıqla rastlaşan, yaşanan eşqlərin, yıxılan xanədanların, vurulan başların, məkrlərin, riyakarlıqların, çəkilməz dərdlərin şahidi olan səyyahdır.
Allahın bəxş elədiyi ağlagəlməz macəralarla dolu həyatının izsiz-soraqsız tarixin qəbiristanlığına gömülməsini istəmir.
“Yolçu” romanı oxucunu tariximizin fırtınalı bir dövrünə – XVIII yüzilin birinci yarısına aparır, onu sevgi, nifrət, xoşbəxtlik, fəlakət, işıq, zülmət qarşıdurmasının dolanbaclarına salır.

