Читать книгу: «Bir Daha Gelmeyecek»

Шрифт:

BİRKAÇ SÖZ

Reşad Mecid’i 1990’lı yıllarda tanıdım. Karabağ’ın bu yağız delikanlısı ile aramızda sarsılmaz bir dostluk bağı oluştu ve bu bağ ömrümün sonuna kadar giderek güçlenecektir. Onun yüreğinin meyvesi olan şiirlerini orijinalini bozmadan, Anadolu insanı tarafından tam anlamıyla bilinmeyebilir kaygısıyla bazı kelimelerin ve ifadelerin anlamlarını her sayfada dipnot şeklinde vererek hazırladım. İnşallah maksat hasıl olmuştur düşüncesindeyim.

Reşad Mecid 1964 yılında Karabağ’ın füsunkâr beldesi Ağcabedi bölgesinde dünyaya geldi. Bakü Devlet Üniversitesi Gazetecilik Fakültesi mezunudur. Şu anda Azerbaycan Yazarlar Birliği’nin Genel Sekreterliği ve “525-ci Qәzet”in genel yayın yönetmenliği görevlerini yürütmektedir.

Henüz 11-12 yaşlarında şiir yazmaya başlayan Mecid’in ilk şiiri 17 yaşında iken Hüseyin Arif’in genel yayın yönetmenliğini yaptığı “Uğurlu Yol” ve “Azәrbaycan Gәnclәri” gazetelerinde yayımlandı.

1985 yılından başlamak kaydıyla “Elm vә Hәyat” dergisinde düzeltmen olarak çalışmaya başladı, 1990 yılına kadar bu dergide muhabir olarak çalıştı. 1990-1991 yıllarında “Azәrbaycan Bәdii Tәrcümә vә Ədәbi Əlaqәlәr Mәrkәzi”nde başkan yardımcısı olarak görev yaptı. 17 Kasım 1992 yılında “525-ci Qәzet” adlı Azerbaycan’da çok sevilen ve geniş kitleler tarafından okunan gazeteyi kurdu.

“10 Sentiyabr”1 adlı hikâyesi birçok dile tercüme edildi. “Hәlә ki Vaxt Var”, “Dәlicәsinә”, “Çiyәlәk2 Qadın”, “Bir Dә Gәlmәyәcәk”, “Roman” onun okuyucularla buluşan eserleridir. Reşad Mecid’in birçok şiiri bestelenmiş ve Azerbaycanlı sanatçılar tarafından ifa edilmektedir.

Reşad Mecid, şiirlerini “Bir Dә Gәlmәyәcәk” adlı eserinde toplamıştır.

Sevgili dostum, can kardeşim Reşad Mecid’in bu eserini oğlum Eldar Avşin Altaylı ile birlikte hazırlayarak yayına takdim ettiğimizden dolayı mutluyum, gururluyum.

Azerbaycan alfabesinin, Türkiye’de kullanılan Latin karakterli alfabeden Ə, ә; X, x; Q, q olmak üzere üç farklı harfi vardır.

Ə, ə: Türkiye Türkçesindeki E, e sesinden daha açık, A, a’ya doğru seslenmelidir.

X, x: Birçok Anadolu ağzında bulunan hırıltılı H, h sesini verir.

Q, q: Arap alfabesindeki gayın ‬sesini verir; galip kelimesindeki kalın G, g gibi okunmalıdır.

Bunlardan başka K, k harfinin de -Rusça kelimeler hariç sadece ince seslendirildiğini hatırda tutmak gerekir. Bu sebeple kar, kor, kuy vb. kelimeler, a, o, u üzerinde şapka varmış gibi okunmalıdır.

Avrasya Yazarlar Birliği Başkanı sevgili kardeşim Yakup Ömeroğlu telefon ederek, Reşad Beyin bu eserini yayına hazırlamamı istediğinde çok sevinmiştim. Türkiye’de, bu tür çalışmaların yayımlanması önemli bir olgudur. Sevgili kardeşim Reşad Mecid Beye güzel bir armağan olan bu çalışmada bir tutamcık tuzumuzun bulanmasına vesile olduğundan dolayı Yakup Bey kardeşime, canım oğlum Eldar Avşin ve kendi adıma ne kadar teşekkür etsem yine de azdır.

Azerbaycan yazım kurallarında soru ekleri kelimelerden ayrı yazılmaz, özel isimlerin de aldıkları ek ayrılmaz, ancak bizde öyle değildir. Bu durum karışıklığa neden olur kaygısıyla ve Reşad Mecid beyin affına sığınarak soru eklerini bizde olduğu gibi ayırdım, lakin özel isimlerin eklerine dokunmadım.

Okurların, gözümüzden kaçan hataları veya kendileri için hata veya yanlış olarak kabul ettikleri durumları tenkit etmelerini altayli_s@yahoo.com adresine yollamalarını özellikle rica ediyorum. Tenkidin olmadığı yerde gelişmenin olmayacağı düşüncesine sahip bir insanım ve hatamı yüzüme söyleyen insanların da benim can dostum olduğunu kabul eden bir erdeme sahibim.

Teşekkürlerimle.

16. 4. 2015
Dr. Seyfettin ALTAYLI
Gölbaşı-Ankara

BAYRAĞIM

 
Səni ən çətin
Günlərimdə qorudum,
Beynimə həkk edib3
Ürəyimə sarıdım.
Mahnımda4,
Nəğməmdə gizlədim.
Aya baxıb xatırladım,
Ulduzunu sevdim.
Üç rənginə öyrəndim5,
Hər üzünü6 sevdim.
Hücumdan, həmlədən qorudum,
Küləkdən7, tufandan keçirdim,
Bir gün qaldırdım başımın üstünə,
Saxladım,
Әymədim.
Zaval yox indən belə8,
Başımın üstündən
Qoymaram yerə.
Sənə təşnəyəm9, acam -
Әlim-qolum yorulsa,
Dişimlə saxlayacam.
Gücü çatmaz
Daha nəsə tərpədə10,
          kimsə əyə…
Dalğalan, Әs, Açıl yelkən kimi
Gedək11 gələcəyə!
 

TANRININ BƏXŞİŞİ Dastan 2011-2014

Xilaskarım 12

Bu şiir 5 Ekim 2011 tarihinde Ankara’da “Riksos” otelində, gece yarısında Yesevi Üniversitesi’nin verdiği bir bloknota yazılmıştır. Bu şiirin adresinin sigara olduğu konusunda şimdi de emin değilim. Ancak sigara bu ve bundan sonra yazdığım bir sürü şiirimde benim sadık arkadaşım olduğundan dolayı onun kastettiği anlamı değiştirmedim.

 
Sən – dərdin qənimi13!
Sən – qüssənin14 cəlladı!
Sən – ağrıların keyidicisi15!
Sən gerçək – yalan,
Artan, çoxalan,
Yüzə, minə vurulan
Bəd16 xəbərlərin qovucusu!
Valerianım!
Korvalolum!
Validolum!
 
 
Sən – ən kədərli anımın sirdaşı,
Әn kefli17 halımın yoldaşı!
Sən olmasaydın,
Canıma mikrobtək
Düşən,
Qanıma işləyən
Bu fəlakət virusları,
Bu ölüm epidemiyaları18,
Bu bəd xəbərlər
Çoxdan yayılmışdı beynimin hər küncünə19,
Ürəyimin içinə!
Sən saxladın onu damarlarımın divarlarında,
Beynimin qapaqlarında!
Qoymadın yayılmağa!
Boğazımdakı qəhərdən20 qalxıb
Beynimdə insulta21,
Ürəyimdə infarkta22 keçməyə qoymadın!
 
 
Sən, ən böyük rahatlığım!
Ona görə yeyirəm ki,
Dadına dad artıracaq!
İçirəm ki, səni şirinləşdirəcək!
Ən uzun öpüşlərim
Səndəndir!
Dırnaqlarım dayanmır23, sığallayır24
Tellərinin ucunu…
Sənə görə yeriyir,
Sənə görə gəzirəm!
 
 
Səhər tezdən yanındayam –
Bir qurtum25 su ilə,
Bir qaşıq balla!
Axşam səninlə bağlanır26 göz qapaqlarım!
Xilaskarım!
 
 
Kimdi səni anlayan -
Barmaqla sayılan azlar!
Çörəyi dizinin üstə olan
Әtəyindən tutub qalxan
Sonra səni söyən27,
Tapdalayan dayazlar28,
Anlamazlar!
Amma ən çətin anlarında
Barmaqlarını aralayıb –
Birin ver – deyərlər!
 
 
Üstünə yüyürür29 bəşər!
Səni göydələnlərdən çıxarıb
Bomj30 kimi
Qapı ağzına atırlar,
Təyyarələrdən,
Otellərdən qaçaq salırlar!
Səni hava limanlarında bir küncə sıxdılar,
Səni qatarlarda
Әn kirli vaqonlarda qapatdılar!
Dözdün31, dayandın!
Sakit32 baxdın!
 
 
Üstünə yüyürdü
Qanunlar, yasalar!
Orda onun, burda bunun bəyanatı!
Birinin gur,
Birinin yumşaq səsi.
Bizdə də Qənirə xanımın33 qanun layihəsi!
Qapalı alanlar!
«No smokinq»lər,
“Ne kurit”lər,
«İçiləməz»lər,
«Çəkmək olmaz»lar!
 
 
Sən olmasaydın,
Bəşər uşaqlıq çağında qalmışdı hələ!
Sənsən dünyanın ən böyük kəşfi,
Әn böyük kəşflərin cığır açanı!
Ən gözəl musiqinin,
Әn ilahi sözün qanad verəni!
Yarım gün
Ayrı düşəndə səndən
Gizildəyir34 damarlarım,
Çığırışır hüceyrələrim!
Sakitliyim,
Rahatlığım,
Süstlüyüm!35
Həm də
Coşqum,
Üsyanımsan!
 
 
Hava limanlarında
Ziyarətə gələntək
Sıxışdırıldığın
Balaca otağa
Tələsir36
3-5 saat sənsiz qalan
Insanların ağı-qarası,
Qocası-cavanı37…
Sənsən susduran acı söhbəti,
Durduran qəliz38 davanı
 
 
Dünən on adama ağız açdım
Qapısında “içiləməz” yazılan odamda
Sənə bir tabaq tapılanacan!39
İncimə, küsmə!
Bu şeirdi mənim sənə
Təşəkkürüm, sədaqətim!
Tütünüm!
Nikotinim!
Tüstüm!
Siqaretim!
 

YAZDIRIR

 
Olsun ki, şeiri Allah adama
Yaşadıb ömründə tufan yazdırır.
Birinə Məsnəvi, birinə Xəmsə,
Birinə sevgidən roman yazdırır.
 
 
Birinə yetmişə yaxınlaşanda
Bir ulduz yollayır ömrün qışında.
Qoyub cavabların axtarışında,
Eyləyib sunami40, boran yazdırır.
 
 
Mənə də lütf edib öz kərəmini
Yenidən yolladı öz qələmini,
Yaşlı gözlərimin silib nəmini,
Oturdub diz üstə dastan yazdırır.
 
 
Tanıdım üzünü, duydum rəngini,
Hiss etdim göylərin bu ahəngini.
Ardarda düzülən söz çələngini -
Özüm yazmıram ki, yazan yazdırır.
 
11.10.2011

ON GÜN

 
Əzab41 verib düz on gün,
On gün də əvəz42 verir!
Hisslərini yazmağa
İlahi nəfəs verir.
 
 
Yanına qaldırıbdı,
Uca buludlardasan!
Boylan43, bir də bax indi,
Anla, bir gör hardasan?44
 
 
Bu işığın içində,
Az zamanın var sənin!
Çox da yuxarı qalxma
Ruhlar aparar45 səni.
 
 
İlahi qüdrətini
Bax, göndərir yazmağa.
Cəmi46 onca günün var
Yüz on şeir yazmağa!
 

İKİ İL ÖNCӘ

 
İlahi tərəfə yol alacağım,
Yuxuma gəlməzdi iki il öncə.
Onu ki Allahım bəxşiş eylədi,
Yaxına gəlməzdi iki il öncə.
 
 
Qarşımda yox idi belə ucalıq,
Durub gözləyirdim – gəlir qocalıq.
Çayından ayrılan bu qızılbalıq47,
Arxına48 gəlməzdi iki il öncə.
 
 
Üzdüm tərs tərəfə, axına49 deyil,
Baxdım uzaqlara, yaxına deyil.
Gördüm ki, bu xına o xına deyil50,
Bu xına gəlməzdi iki il öncə!
 
 
Ömrün hər məqamı olmur ki dərin,
Üzürəm içində neçə dərd-sərin51,
Qarşıda yaşayıb-görəcəklərim
Ağlıma gəlməzdi iki il öncə.
 

YAXŞI 52

 
Günlərdən bir adi53 gün idi,
Sonra tarixə çevrildi.
Yaxşı mı? Yaxşı!
Üstü torpaqlanmış köhnə duyğular
Yenidən dirildi.
Yaxşı mı? Yaxşı!
 
 
Sakit baxışlarda – tufan coşması,
Qəzəbli gözlərin salamlaşması,
Bu incə, bu dərin söz sataşması,
Havayı deyildi.
Yaxşı mı? Yaxşı!
 
 
Bu gizli çarpışma, bu səssiz döyüş,
Nə bir xoş təbəssüm, nə bir şux gülüş.
Sonra bilinəcək bu qısa görüş -
Bir tufan, bir seldi.
Yaxşı mı? Yaxşı!
 

DONDUM

 
Gördüm ürək yıxan baxışlarını,
Bu hay-küy54 içində, bu gur axında55.
Tərpənə bilmədim56, dinə bilmədim
Dondum bir otelin çıxacağında.
 
 
Niyə daşa döndüm, niyə buz oldum? -
Xəbəri olmadı solun, sağın da.
Yapışıb divara söykəli57 qaldım,
Dondum bir otelin çıxacağında.
 
 
Getdi məğrurluğum, itdi58 şuxluğum,
Ömrümün nəşəli, çılğın çağında.
Dəyişən havanın xoş mehi59 vurdu -
Dondum bir otelin çıxacağında.
 
 
Beləcə başladı dərd də, sevinc də,
Mənim bu qarışıq həyat bağımda.
Bir tilsimə düşdüm heyrət içində,
Dondum bir otelin çıxacağında.
 

GӘRӘK

 
Mən niyə gedirdim, niyə dönmədim,
Niyə qayıtmadım60 geriyə, Allah?
Bəlkə indi buna cavab verəsən,
Bəlkə cavabından kiriyəm61, Allah!
 
 
Bəlkə də bu qədər arxayın62 olub
Mənə güvənməkdə səhv eləmişdin?63
Sən məni bir otel həndəvərində64,
Yenidən yaradıb məhv eləmişdin.
 
 
Gərək gözləyəydin sonacan65 məni,
Gərək buz donumu sən tez açaydın.
Gərək zamanında ardına düşüb,
Yüyürüb66 o tinə67 doğru qaçaydım.
 
 
Bəlkə dəyişərdi çərxi fələyin,
Bu qəfil əzabı çəkməzdim onda.
Sənin zərrə-zərrə yaratdığını,
On günün içində sökməzdim onda.
 
 
Bəlkə günahkardım, əvəz çıxırdın68,
Həm kədər, həm sevinc bəxş eləyirdin.
Bəlkə də sən o gün həm şux, həm də ki
Kədərli bir nəğmə bəstələyirdin?
 
 
«Yazacaq» deyirdi dayanıb69 tində70,
Sənsə yollarımı haçalamışdın71.
Sən məni o tindən uzaqlaşdırıb,
Xoşbəxt günlərimi parçalamışdın.
 
 
Sən bilən ən doğru qərardı, Allah,
Sən verən qismətə şəkk eləməzlər72.
Şükür verdiyinə, sevinclə dərdi
Bir yerdə yaratdın axıra qədər.
 

YADDAŞIMI 73 SİL

 
İlahi, sən mənim yaddaşımı sil,
İlahi, sən mənə bir sovqat eylə74.
Bilgisayar kimi, telefon kimi
Beynimi təzələ, ya format eylə.
 
 
Yerit yaddaşıma antivirusu,
Qır bu qurd püskürən həşəratları.
Çıxar hamısını75 yaxşılı-pisli
Lap76 başdan, sıfırdan başlayım barı.
 
 
Bəndənə rəhm edib bir də düşünsən,
Yenidən yaratsan məni, ilahi!
Lütfünü yenə də əsirgəmə gəl,
Çıxar qabağıma77 onu, ilahi!
 
 
Yenə də Cənnəti Yerə gətirib,
Yenə də göylərdə yaşatsın məni!
Yenə də aldatsın, yenə də atsın,
Yenə əzab versin, ağlatsın məni.
 
 
Bircə taleyimi78 başdan yazanda
Məni onsuzluğa düçar etmə sən!
Məni susuz dodaq, çiçəksiz bahar,
Məni kilidi yox açar79 etmə sən!
 

KİMSӘN?

 
Sən kimsən, hardan gəlmisən,
İblismisən, mələk misən?
Dediyin nə, etdiyin nə,
Doğrumusan, kələk misən?80
 
 
Bu gəlişin, bu gülüşün,
Bu öpüşün mənimdi mi?
Qara gözün, uzun saçın,
Bu ağ dişin mənimdi mi?
 
 
Kim sənə şübhə eləyər,
Kim sənə yanakı baxar81?
Bu duruluq, bu saflığa,
Kim səhv edib qara yaxar?82
 
 
Bircə sənin hər sirrini,
Hər sehrini bilən mənəm.
Sevə-sevə qucağında
Qəzəbindən ölən mənəm!
 

MÜMKÜNSÜZLÜK

 
Səni qram-qram yeyəcək bu hiss,
Səni zərrə-zərrə məhv eləyəcək.
Səni yaşamağa qoymayacaq o,
Yaxandan yapışıb silkələyəcək.
 
 
Ən xoşbəxt anında birdən görünər,
Tüstünü təpəndən çıxarar qəfil83.
Coşqulu nitqində84 kəkələyərsən,
Sözlərin dilində burxular qəfil.
 
 
Bəlkə vodka ilə, ya şərab ilə
Bir günlük, on günlük keyidərsən də85.
Adamlar içində gülüb-danışıb,
Zarafat içində əridərsən də.
 
 
Elə bilərsən ki, unutdun daha,
Daha üzməyəcək səni o ağrı.
Qəfil görərsən ki, dayanıb86 tində,
O tanış küçədən87 səni çağırır.
 
 
Heç qaça bilməzsən onun əlindən,
Bu doğma88 şəhərdən getsən də belə.
Bütün beynindəki xatirələri
Təzə sevgilərlə ütsən də89 belə.
 
 
Ölüm yatağında son damla yaşla
Süzülüb cismindən getməyənədək.
Bu hiss qram-qram yeyəcək səni,
Səni zərrə-zərrə məhv eləyəcək.
 

SÖZ OYUNU

 
Başlayanda macəradı,
Dəcəllikdi90, zarafatdı91.
Bir də gördün ciddiləşdi,
Yaxın gəldi addım-addım -
             söz oyunu.
 
 
Söz-sözə söykək92 olanda,
Ürəklər kövrək93 olanda
Ağlı başdan çıxaracaq,
Düşünmə ki, bir yalandı
             söz oyunu.
 
 
Qaydası94 yox, düsturu yox,
Yüz yerə aparar95 səni.
Orbitindən aralayıb,96
Oxundan qoparar səni
             söz oyunu.
 
 
Kimində qulaqda bitər,
Kimində yataqda bitər.
Çox dalsan dərinliyinə
Bu qara torpaqda bitər
             söz oyunu.
 

YAZMAĞA NƏ VAR Kİ…

 
O sənə göylərdən gələn ruh kimi
İşıq bağışlayıb, nur bağışlayıb.
Soyuq vücuduna təlaş gətirib,
Sönən gözlərinə qor bağışlayıb.
 
 
Görmədin onuntək sirri-xudanı,97
Adlayıb bu ahıl yaşına gəlib.
Gör neçə röyanı gerçəkləşdirib,
Yuxuna gələnlər başına gəlib.
 
 
Ömür varağını98 qatlayan zaman
Saxlayıb, bir təzə həyat yaşadıb.
Sənə duymadığın Cənnət qoxusu,
Sənə bilmədiyin bir dad yaşadıb –
Yazmağa nə var ki, sənin halını.
 
 
Sən mənim halımı görəsən gərək,
Görən çəkdiyimə dözə bilərsən?99
Mənim boğazıma çıxan dənizin
Ən dayaz100 yerində üzə bilərsən?
 
 
Bu cızdağı çıxan101 xatirələri
Söyləsəm bir sapa102 düzə bilərsən?
Sənə zülm verən, gözdağı verən
Qaynar cəhənnəmə bir də gələrsən?
Yazmağa nə var ki, sənin halını,
Sən mənim halımı yaza bilərsən?
 

GETMƏK

 
Orda dayanmağın nəyinə gərək,
Burda oturmağın nə mənası var?
Gözünü zilləyib103 uzaq nöqtəyə,
Heykəltək104 durmağın nə mənası var?
 
 
Tapıb105 bir cavabı sevinən kimi
Yüz-yüz təzə sual yaylıq yelləyir.106
Hər yüzün altında min biri yatır
Dolu döyəcləyir, leysan selləyir.107
 
 
Getmək! – tək xilasın108, tək yolun budur,
Getmək bir növbəti109 yalana kimi.
Yenə «göydən gəldim» söyləyən kəsi110
Bir qapı dalında111 bulana kimi.
 

ATMARAM SƏNİ

 
Mən heç çürük dişimi çəkdirmirəm,
Səni hara atıram?
 
Qulu Ağsəs

 
Yolumun üstündə hər gün gözləyən
Günəşim, ulduzum, ayım olsa da,
Mənə lütf eləyib, rəhm112 göstərən
Tanrıdan təzə bir payım olsa da –
Atmaram səni!
 
 
Qızıl taxt quralar buludlar üstə,
İstə, qışda günəş, yayda113 qar istə.
Desələr qəlbində hər nə var istə –
Atmaram səni!
 
 
Yol getdim Hicridən Milada kimi,
Əzildim, sağ çıxdım, duydun səsimi.
Qırram hər cadunu114, çətin tilsimi –
Atmaram səni!
 
 
Yenə zülm etsən də,
Yox olub itsən də115,
Sən atıb getsən də,
Atmaram səni!
 

SÖZ

 
Heç onu bu qədər günahkar, aciz,
İşıqsız görmədim, saxta116 görmədim.
Dənizə atılan daştək117 mənasız,
Bu qədər təsirsiz vaxtda görmədim.
 
 
«Azərcell»in şablon təbrikləritək
Hamı yollayacaq – yiyəsi yoxdu.
Ən isti118 kəlmə119 də çox işlənibsə,
Kəsəri120 qalmayıb, tiyəsi121 yoxdu.
 
 
Sən sözü dəyərdən elə saldın ki,122
Nə desən yalandı sən mənə indi!
Qımışıb123 baxıram dünən dediyin -
Gözümü yaşardan kəlmənə indi.
 

ÇARӘ

 
Bunun bircə çarəsi var –
Sən bu yolu qısalt, getsin!
Apendisidin, ödün kimi
Çıxart getsin, kəs at getsin!
 
 
Üzündəki ziyil124 kimi
Kislatanı125 tök, yandırsın.
Hər gün əzab verməkdənsə,
Bircə dəfə bərk126 yandırsın.
 
 
Aman Allah, bu nə çarə,
Bu nə əlac?127 – sızıldadım.
İcazə128 ver bu ağrıdan
Uzaqlaşım addım-addım.
 

EYNİYİK 129

 
Yerinə olsaydım bəlkə özüm də,
Atardım atdığın o addımları.
Keçərdim keçilməz qadağaları,130
Sevərdim sevdiyin o adamları.
 
 
Qoparıb göydəki ulduzları da,
Onların başına səpələyərdim.131
Bir isti132 kəlməylə, işıqlı133 sözlə
Məhəbbət, səadət bəxş eləyərdim.
 
 
Nə qədər eynidi134 addımlarımız,
Bəlkə günəş mənəm, bəlkə kölgə sən?
Kişi135 görkəmində sənəm bəlkə mən,
Cildini dəyişmiş mənsən bəlkə sən?
 

CAVABINI TAPMADIĞIM 136 SUALLAR

 
Zamanında döyülmədi dəmirin,
Hələ çox su aparacaq xəmirin137.
Topalaşıb138 məni qurdtək gəmirir139 –
Cavabını tapmadığım suallar.
 
 
Biri sönmür, mayak140 kimi hey141 yanır,
Üçü burda, beşi orda oyanır.142
Gah divandan, gah mətbəxdən143 boylanır:
Cavabını tapmadığım suallar.
 
 
Düşünməkdən yağmalandım, talandım
Bəlkə elə uydurmadı, yalandı?
Belə getsə axirətə qalandı –
Cavabını tapmadığım suallar.
 

GETDİN

 
Bütün keçənləri alt-üst elədin,
Bir ümid qalmadı gələcəyə də.
İndi tapınmağa nə kitab, nə din,
Hardasa bir işıq axtarmaq hədər.144
 
 
Yaxşı nə vardısa, səndə göründü,
Huri də, mələk də sən oldun ancaq.
Bürüdün ömrümü sehirlə, sirlə,
Dörd yanımda təkcə sən oldun ancaq.
 
 
Sən məni təklədin145, hər kəsdən etdin,
Açdın adamlara savaş dünyada.
Axırda146 özün də qeyb olub getdin,
Yalqız ulayıram147 bu boş dünyada.
 

NƏ BİLƏYDİN

 
Tanrı sənə həmin şənbə,148 həmin gün
İki üzlü tale149, qismət yazırdı.
Öz əlinlə beşiyini yellədib,150
Öz əlinlə məzarını qazırdı.
 
 
Nə xəbərin olacaqdan, olandan,
Açıq qollar nə bilirdin nə deyir?
Nə biləydin göydən gələn mələk var,
Nə biləydin indi kimi izləyir?
 
 
Heyran gözlər nə şövq ilə baxışıb,
Nə biləydin nə xəyallar uydurur?
Kimin tale gülümsəyir üzünə,
Kimə görən yaşıl bahar duydurur?
 

NEYNİRDİN 151

 
Əgər bir nağıl152 vardısa,
Təzə nağılı neynirdin?
Söz-söz girib ürəyimə,
Alıb ağılı, neynirdin?
 
 
O qanadlı kəlmələrin,
Sevgi adlı kəlmələrin,
O xoş, dadlı kəlmələrin
Buysa axırı,153 neynirdin?
 
 
Qurdun pillə-pillə154 məni,
Ovundurdun dillə məni,
Sökdün qüllə-qüllə məni
Dünyam dağıldı, neynirdin?
 

ALDATDIN MƏNİ

 
De, mən sənə neyləmişdim? -
Balacam155, aldatdın məni.
De, haçan156 düzünü157 dedin,
De, haçan aldatdın məni?
 
 
Mən oldum bir dəli aşiq,
Ruhum ruhuna sarmaşıq.
Bədəndə od, gözdə işıq,
Dildə «can» aldatdın məni.
 
 
Nə dur dedin, dayan158 dedin,
Nə yuxudan oyan dedin,
Sonacan159 yüz yalan dedin,
Sonacan aldatdın məni.
 

SƏNƏ SARI 160

 
Sənə sarı əl yellədim161,
Gülüşlərimi yolladım,
Son qərarımı qolladım –
Mən sənə baxdım, mən sənə.
 
 
Barmaqlarım döyəclədi162
Telefonun düymələrin163.
Dalınca boylanıb164 baxdım
Uçub gedən kəlmələrin, -
Mən sənə yazdım, mən sənə.
 
 
O arxayın165 baxışlara
Meyl etmədim, vəd vermədim.
Heç kimsəyə hədd vermədim166,
Mən səni tutdum, mən səni.
 

BİR AZDAN…

 
Bir azdan göydə olacaqsan,
Buludlardan yuxarıda,
Ulduzlara yaxın,
Orda rahat olur
         düşünmək,
         qərar vermək!
Sən – göylərin hədiyyəsi,
               Allahın bəxşişi,
On gün əvvəlki səsim
Yəqin oralarda
10 min metr yuxarıda dolaşır.
 
 
Bir az dinşə167,
               sızıltılarımı
               eşidəcəksən.
 

BURA Kİ…

 
Sən indi uçursan,
Sən indi gedirsən,
Sən indi göydəsən…
Yadıma düşür168 sözlərin.
– Gedək?
– Uçaq?
Kosmosa.
Ulduzlara sarı169.
 
 
Bədənində buludların yumşaqlığı,
Əl atıb
Bir ovuc Günəş götürüb
Yudum üzümü.
 
 
İlahi! Bura necə gözəldi,
                    nə rahatdı!
Bu nə gözəl səyahətdi,
Bura ki lap cənnətdi!
 

SӘBR

 
O yerə ki, qaldırdın,
O şövqü ki, yaşatdın,
O zövqü ki, bəxş edib
Gözlərimi yaşartdın.
 
 
Titrədib bədənimi,
Hisslərimi oyatdın.
Vücudumda paslanan
Ruhumu ki ayıltdın.
 
 
Sənə bir neçə ömrü
Həsr etməyə dəyərdi.
Min il də, milyon il də
Səbr etməyə dəyərdi.
 

DARIXANDA

 
Mən sakit170 darıxmıram171,
Adam kimi darıxmıram,
Hüceyrələrim
Ağzını açıb çığırır.
Damarlarım
Qanımdakı aclığı
         Bütün vücuduma yayır.
Beynim qollarımda
Döyünür -
İlikləriməcən darıxıram.
 
 
Əllərim, barmaqlarım
Uzanır, uzanır,
         Girir torpağın
              altına,
Mən sənsiz darıxanda
Min il əvvəlki
         Sümüklərim
               Sızıldayır.
 

YANAŞI 172 GETMӘK

 
Səninlə yanaşı yerimək,
Yanaşı oturmaq,
Su içmək!
Və baxmaq gözlərinin
Dərinliyinə.
Sonra addımlayıb
Keçmək sərhədi.
Sonra təyyarəyə minmək,
Sonra çiyninə toxunub
                  Titrəmək, əsmək.
Göyün onuncu qatında
                  Dua etmək:
-İlahi, sən bu titrəyişi
                  Məndən alma!
 

O SӘSİN

 
Çəkilmir o səsin qulaqlarımdan,
Od kimi nəfəsin yanaqlarımdan!
Ağlımı başımdan çıxarıb alan
Məni tamam dəli eləyən səsin
Zarıyan, sızlayan, düşüb-qırılan,
Ah-nalə fışqıran, lələyən səsin.
 
 
O səsi canımda, beynimdə tutub
Ardınca yeridim mən addım-addım.
O səsin çıxardı məni bu haldan,
Yoxsa yarı yolda azıb qalardım.
Hayqıran, çığıran, «Sən» deyən Səsin
Yadımdan çıxmayan –
                 inləyən Səsin!
 

MƏLƏYİM… İBLİSİM…

 
Hamıdan çətinsən, hamıdan asan,
Əzabın məşəqqət, sevincin dərman.
Gah həyat verirsən, gah qətlə fərman,
Əzizim, ən yaxşım, ən pisim mənim.
 
 
Gah geniş çəmənsən, gah qara zindan,
Gah qatil olursan, gah da ki qurban.
Gah göydə yaşadan, gah yerə çırpan,
Ruhum, azadlığım, məhbəsim mənim.
 
 
Gördüm gecəsini, gündüzünü də,
Yaxşının, yamanın hər üzünü də.
Axır bircə dəfə gəl düzünü de,
Allahım, mələyim, iblisim mənim.
 

SIRADAN BİRİSİ

 
Ağrılar, acılar selində idim,
Gözlərim danışan dilində idi,
Taleyim tək sənin əlində idi,
Sıradan birisi etmədin məni.
 
 
Gördün o darıxan lal173 baxışları,
Hiss etdin gözlərdən axan yaşları,
Duydun səssiz, fağır174 yalvarışları
Sıradan birisi etmədin məni.
 
 
Tükdən asılmışdı175 bu ruhsuz bədən,
Dağlar titrəyirdi dərdi-sərimdən176.
Yapışdın o anda biləklərimdən
Sıradan birisi etmədin məni.
 

GÖRMӘDİM

“Sən də artıq hər kəs gibisin”

Nazım Hikmət

 
Töküldü üstümə
           Әzablar, ağrılar.
Qəlbim, əsəbim
Cövlan elədi177,
           Hirsim biləklərimə
                 Sıxılıb meydan oxudu –
                 Səni hər kəs kimi görmədim yenə.
 
 
Gözümə yazılsa da,
Acı səhnələr,
Ruhumu titrətsə də,
Oxşar kəlmələr,
Əzsə də məni gördüklərim,
Üzsə də məni bildiklərim,
Dönmədim, sönmədim,
                 Dinmədim -
Səni hər kəs kimi
                 Görmədim yenə.
 
 
Uçurdun öz əlinlə
Qurduğun xanimanı,
Viran qoydun, dağıtdın
                İşıqlı kəhkəşanı,
Çırpdın üzümə
Bütün yaşananları,
Diyirlənib178 hərəsi179 bir yana dağıldı
                Әn ülvi xatirələr –
Yenə dözdüm,
Səni hər kəs kimi
           Görmədim yenə.
 

EYNӘK

 
Qocalığın qaranquşu180,
Gözümə işıq gətirənim.
Heç sevmədim amma səni -
Ömrümün ikinci
Hissəsinin
               Gəldiyini
               Xəbər verdiyindən,
               Kədər verdiyindən!
 
 
İlk dəfə sevdim -
     Oxumayanda da
     Çıxarmadım gözümdən -
Elə bil məni əzizləyirdin,
Göz yaşlarımı
               Gizləyirdin.
 

SӘNİN SİRRİN

 
Dünyanın ən gözəl şairi sənsən,
Dünyanın ən gözəl şeiri sənindi!
Qəlbindən boylanıb, qol açıb gələn
Sözlərin işıqdı, ruhun dərindi!
 
 
Gerçəyə çevirdin çox xəyalları,
Zamanın ən böyük heyrəti sənsən!
Mələk də etməzdi sən edənləri,
Xilqətin ən böyük cürəti sənsən!
 
 
Bir baxış, bir kəlmə, bir addım ilə
Dünyanın çərxini dəyişdirənsən!
Ruhunla, ağlınla, məhəbbətinlə
Ən dəli aşiqi yetişdirənsən!
 
 
İndi səndən özgə nə var dünyada?
Heç nə verə bilməz yerini sənin.
O qədər sehrli müəmmasan ki,
Heç kim bilə bilməz sirrini sənin.
 

19 FEVRAL

 
Qamaşdı gözləri rastlaşanların,
Teatr tərəfə nur kimi gəldi.
Sildi yazılanı, keçdi hasarı181,
Sındırdı182 hər cürə183 tilsimi, gəldi.
 
 
Gücü var, xoşbəxtlik ondan yan keçə?
Hiss etdi, duydusa, an onunkudu!184
Min qoşun185 yığıla186, yüz karvan keçə –
Məğrur sərkərdədi187 – can onunkudu!
 
 
Yüz qapı dalından188, qala küncündən189
Qoparıb apardı190 halal ovunu!
Dastana çevirdi, yazıya aldı
Şahidlər sayrışan191 od-alovunu..
 
 
Tavada qızartdı, şəraba qatdı
Ovunu «Beş Qazan» restoranında.
İncə barmağıyla ruhun oyatdı,
Gizilti duyuldu axan qanında.
 
 
Sonra yağmur yağdı fevral192 qarıyla,
Onu qucağına qonaq eylədi.
Yolboyu alışan193 dodaqlarıyla,
Ovunu ruhuna calaq eylədi194.
 

CALAQ 195

 
Çox illər gözlədim mən bu calağı,
Bu isti nəfəsi çox arzuladım.
Titrəyən bədəni, incə barmağı,
Əsən dodağında gəldi muradım.
 
 
Qanımı oyadan öpüşlərində
Ruhuma calanan ruhunu gördüm.
İstilik, od-alov qalxdı dərindən,
Gerçəyə çevrilən yuxumu gördüm.
 
 
Əynimin196 ölçüsü, oxşarım, eynim,
Ən uyğun, ən rahat calağım mənim.
Bu ağac hələ çox bar197 gətirəcək,
Bardan əyiləcək budağım mənim.
 
 
Mənə vücudunla, ruhun, qanınla,
Dırnaqdan saçacan tuş gələnimsən!198
Ömrün payızında199 həyəcanınla
Təzə bahar kimi xoş gələnimsən!
 

UNUTMADIM

 
Şənimə200 sağlıqlar içiləndə də,
Boyuma təriflər biçiləndə201 də,
Ən qəmli anımda, dərdli anımda,
Ən xoşbəxt anımda, xoş zamanımda,
Yanımda gözəllər qımışanda202 da,
Dostlar bəlağətlə203 danışanda da –
Səni unutmadım.
 
 
Qohumlar204 başıma yığışanda205 da,
Uşaqlar206 ucadan207 danışanda da,
Nəyinsə təcili208 barışığında
Evdarlıq209, məişət qarışığında,
Ən hirsli210 çağımda,
Dərdli çağımda
Dərdlər, problemlər
Qoparağında211 –
Unutmadım.
 

ÇIXIRSAN…

 
Çıxırsan yavaş-yavaş,
Vətənimdən çıxırsan!
Beynimdən aralanıb,
Bədənimdən çıxırsan.
 
 
Məğlub ordu kimisən,
Sınıq-salxaq212 çıxırsan.
Ərazimdən astaca213,
Yorğun, axsaq çıxırsan.
 
 
Geri dönür nəfəsim,
Sifətim214 işıqlanır!
Cadudan ayılmışam,
Gözümün dibi yanır!
 
 
Nə yaxşı ki, çıxartdın
Bu tilsimdən, ilahi!
Mənə sakit həyat ver,
Rahat bədən, ilahi!
 
14.10.2011

DAŞIYA BİLMƏRƏM

 
Birdən anladım ki, gücüm qalmayıb,
Bu dərdə, ələmə dözməyəcəyəm215,
Bu qədər əzaba, bu qədər zülmə,
Bu qədər sitəmə dözməyəcəyəm.
 
 
Təzədən yolunda dayanıb216, durub
Güdəsi217 deyiləm hər addımını.
Tanışına deyib, dostundan sorub
Güdəsi deyiləm hər addımını.
 
 
Etibar itəndə, inam218 bitəndə,
Ehtiras azalır, məhəbbət solur.
Bütün sevgilərin sonu, axırı219
Heyif ki, beləcə kədərli olur.
 
 
Yaşaya bilmərəm mən indən belə220
Qəlbimin bu sonsuz təlaşlarıyla.
Daşıya bilmərəm bir ömür səni
Bu qədər ağrıyla, göz yaşlarıyla.
 

BİLƏ-BİLƏ Kİ…

 
Sən bilə-bilə ki, burda ölürəm,
Sən bilə-bilə ki, cızdağım çıxır221,
Bir kəlmə yazmırsan, bir söz demirsən,
Qıvrılıb sinəmdən min ahım çıxır.
 
 
Yolun ortasında tək qoyursansa,
Vecə almırsansa222 ərzi-halımı223.
Duya bilmirsənsə əzablarımı,
Heçə sayırsansa bu əhvalımı…
 
 
Demək söz oyunun, ulduz nağılın224
Beləcə qurtardı, burdaca bitdi.
Beynimdən ən gözəl xatirələrim,
Ən gözəl anlarım silindi getdi!
 

UZAĞI BİR AY

 
Unuda bilmirəm: uşaqkən qumdan
Qurduğum qalanı sular apardı.
O itki225 heç zaman çıxmır yadımdan226 -
Çığırdım227, qışqırdım228, şivən qopardım229.
 
 
Mənim çox qalama o vaxtdan bəri
İldırım şaxıyıb230, dolu tökülüb.
Doğma231 şəhərlərim viranə qalıb,
Uşaqlıq evlərim daş-daş sökülüb.
 
 
İndi nə sarsılıb, nə də yanaram
Taleyin bu yeni, sərt sınağına.
Uzağı bircə ay qubarlanaram232
Qurduğun qalanın uçulmağına233.
 

BİLSӘYDİM

 
Bilməzdim bu qədər ağrı verəcək,
Hər təzə misrası üzəcək məni,
Yolumu daşlığa sarı234 döndərib
Bu qədər incidib əzəcək məni…
Bilsəydim, yazmazdım bu şeirləri.
 
 
Mən dedim, yazdıqca unutduracaq
Köhnə ağrıları, əski dərdləri.
Bağrımın başında qalayıb ocaq235
Yenidən yaşatdı məşəqqətləri…
Bilsəydim, yazmazdım bu şeirləri.
 
 
Ağrılar, əzablar ac quzğun kimi,
Boynuma uzatdı caynaqlarını236.
Vurduğun yaralar sağalmamışkən237
Yenidən qopardı qaysaqlarını238…
Bilsəydim, yazmazdım bu şeirləri.
 

XATİRӘLӘRİ

 
Qoparıb, yerində qanqallar239 əkdin,
Baxmadın hansı gül, hansı çiçəkdi.
Benzini çiləyib240, kibriti çəkdin,
Belə yaşadarlar xatirələri?
 
 
Alışdı tonqalda241 gözəl anlarım,
Ən doğma, ən əziz həyəcanlarım.
Karıxdı242 karvanım, durdu qatarım,
Belə yaşadarlar xatirələri?
 
 
Uçurub dağıtdın, taran eylədin243,
Fırtına qopardın, boran eylədin,
Özün öz əlinlə viran eylədin,
Belə yaşadarlar xatirələri?
 

ETİRAF

 
Təzə ət qoxusu
              Duyan it
Necə244 ki, zəncir çeynəyib245 dartınır246,
Siçan247 pendir iyinə
          Necə ki, gözüyumulu atılır,
Xəstə narkoman248 gecə yarısı
Özünü aptekin249 qapılarına
          Çırpıb250 qışqırır251.
 
 
Bax, elə olursan
Sevgi qoxusu,
Sevgi havası hiss eləyəndə!
 

KOR 252

 
Arıya tüstü253 verib
            Yeşikdən254 şanını255, balını
            Necə çıxarırlarsa,
Mənim də
            Səadətimi eləcə
            Yoxa çıxardın.
Sən – tüstüm!
Sən – şanım!
Sən – balım!
 

İNANIM, İNANMAYIM?

 
Deyirsən, birdənəmsən,
Səndən yoxdu deyirsən.
Sözlərini başıma
Nurtək256 səpələyirsən.
Bilmirəm ki, nə deyim,
İnanım, inanmayım?
 
 
“Sən alisən257, layiqsən”,
“Sənsən uca” – deyirsən.
Elə qəlbdən, ürəkdən
Uça-uça258 deyirsən,
Bilmirəm ki, nə deyim,
İnanım, inanmayım?
 
 
Deyirsən: “İşığınla
Günəşi çaşdıransan259,
Dəlisov260 istəyinlə
Çayları261 daşdıransan”.
Bilmirəm ki, nə deyim,
İnanım, inanmayım?
 
 
Deyirsən ki: “Sən mənə
Allahın bəxşişisən,
Taleyimin ən savab,
Ən müqəddəs işisən”.
Bilmirəm ki, nə deyim,
İnanım, inanmayım?
 
 
Mən sözün köləsiyəm,
Sözünün ağası ol.
Yalan dedin, düz262 dedin –
Hər şey üçün çox sağ ol!
Daha nə fərqi var ki,
İnanım, inanmayım?
 

ÇİYӘLӘK 263 ŞİRӘM264

 
Dodaqlarının barı265, bəhəri266 -
Ən dadlı məhsulum,
Dirilik suyum,
Damarlarımı titrədən,
Qanımı duruldan
          İksirim!
          Sirrim!
          Sehrim!
Hüceyrələrim267 ağzını açıb
          sənin yolunu gözləyir.
Beynimin sinirləri
          sənin rahatlığında
          üzməkçün ölür!
Gözlərimə işıq gəlir,
Ruhum dərinliklərdən
                dikəlir!
Xoşbəxtlikdən268
          tərpənə bilmirəm!269
Dadım, tamım270, əlacım!271
                 Çiyələk şirəm!
 

HӘLӘ DӘ

 
Sözlərin heyrətdən gözü bərəlib272,
Hisslərin karıxıb273, haçalanıbdı!274
Döyükən275 baxışlar didərgin276 düşüb
Ürəyin yüz yerə parçalanıbdı –
Hələ də anlaya bilmirəm səni!
 
 
Birinin ulduzu, birinin ruhu
Birinə «Allahın bəxşişi» oldun!
Milyon il dövr edən bu kainatın
Ən qəliz277, mürəkkəb278, tərs işi oldun –
Hələ də anlaya bilmirəm səni.
 
 
Verdiyin əzabın, məşəqqətinlə
Qırılmış qəlbimdə çatlaq kimisən –
Səni bu səbrimlə böyüdəcəyəm,
Yaddaşımda yenə uşaq kimisən! -
Hələ də anlaya bilmirəm səni!
 

DAHA 279

 
Daha səni üzməyəcəm,
Üstündə əsəcəm280 sənin.
Ən gözəl gülləri yığıb,
Telinə281 düzəcəm sənin.
 
 
Sənə həzin bəstələri,
Nəğmələri yollayacam.
İsti, kövrək282 cümlələri,
Kəlmələri yollayacam.
 
 
Gülüşümlə həyatını
İsidəcəm şüa283 kimi284.
Nəfəsimi kürəyində285
Duyacaqsan dua kimi.
 
 
Daha yaşarmasın gözlər,
Əzizim, möhtacam sənə.
Ruhunu oxşayan sözlər,
Şeirlər yazacam sənə.
 

VİTRİNDӘKİ MӘLӘYİM

 
Səmadan bu an gəlib,
Uçan boşqabnan286 gəlib.
Gözünə qurban!
Gəlib
Vitrindəki mələyim.
 
 
Oldum ruhuna təslim,
O möcüzə, o tilsim.
Hüzuruna tələsim287
Vitrindəki mələyin.
 
 
Qışda bahar kimidi,
Təzə nübar288 kimidi,
Ağappaq qar kimidi,
Vitrindəki mələyim.
 
 
Gələcəyin qadını,
Sovqat289 etdi dadını.
Unutdurdu adımı
Vitrindəki mələyim.
 

GÜLÜŞÜN

 
Mənim bütün ovqatım290
Gəlişinə bağlıdı.
Uzaqdan şəfəq saçan
Gülüşünə bağlıdı.
 
 
Gülüşün rahatlığım,
İşığımdı, nurumdu.
Gələcəyə uzanan
Sonsuz arzularımdı.
 
 
Ən qatı qaranlığım
Gülüşünlə yox olar.
Məni gülərək oyat291,
Gülə-gülə yuxulat292.
 

İKİ AY

 
Nə gözəl olardı, iki ay qabaq293
Yapışıb əlimdən risk eləyəydin.
Dartıb294 o otelin çıxacağından,
«Dağlar aşmalıyıq, gedək» deyəydin.
 
 
İki ay gecikdim. Bir də gördüm ki,
Otel teatrla dəyişib yerin295.
Bu dəfə tərəddüd, şübhə olmadı,
Verdi qərarını qara gözlərin.
 
 
Qayıdıb təzədən296 salanda yada297,
Sanki aramızda iti298 çay299 axır.
Səni qınamıram, bu dünyaya da
Gecikib gəlmişdin iki ay axı300.
 

ƏSƏB DƏRMANI

 
İldırım tək gedirdin,
Qəfildən301 qucaqladı.
Dayanası302 deyildin,
Səni yaman303 haqladı304.
 
 
Ləngidi305 yerişlərin,
Addımların laxladı306.
Zamanı yavaşıtdı,
Vaxtı tutub saxladı307.
 
 
Bildin, bütün günahlar
İti qaçan vaxtdadı.
Əlacın kimyəvidi,
Sakit halın saxtadı.
 

DAHA 308

 
Daha indən belə əlimdə deyil,
Səni indən belə qısqanacağam.
Bir iti kəlməyə, ağıllı sözə,
Hətta daş heykələ qısqanacağam.
 
 
Hərdən309 sakit olub, hərdən coşacam,
Hərdən döyüşəcəm, bərk savaşacam.
Hərdən qəzəbimdən coşub-daşacam,
Hərdən gülə-gülə qısqanacağam.
 
 
Geriyə dönəcəm getdiyim yolu,
Baxacam ardınca şübhəylə dolu.
Sənə bilə-bilə laqeyd310 olub,
Səni bilə-bilə qısqanacağam.
 

ÜZEYİR BӘYİN HEYKӘLİNӘ

 
Gəlir heykəlinin önünə hər gün,
Səhər açılanda, günəş çıxanda.
Adının yanına “bəy” sözü yazır,
Gözünü gözündən çəkmir bir an da.
 
 
Toxunur heykələ, əsir311 bədəni,
Titrək vücuduyla alovlanır o.
Tərtəmiz qəlbiylə çox sevir səni,
Gizlədə bilmir ki, həyəcanı o.
 
 
O səni görsəydi, bütün ömrünü
Sədəqə verərdi, qurban edərdi.
Qalsaydın 120 yaşında belə,
O səni düz yüz yaş cavan edərdi.
 

MӘLӘK

 
Göydən hansı endi: təyyarə, yoxsa
Hava limanında gözləyən mələk?
Hifz edib312 qoruyan, sevinc bəxş edən,
Məni addım-addım izləyən mələk.
 
 
Dəli arzusuyla, cəsarətiylə,
Qatı cəngəllikdən313 yol eləyəndi.
Sərhədsiz eşqiylə, məhəbbətiylə
Adamı özünə qul eləyəndi.
 
 
Yerdə doğulanın çatmaz cürəti,
Adamı belə tez qaldırsın göyə.
İşıq sürətidi onun sürəti,
Bir anda çatdırır ən yüksəkliyə.
 

ƏLAC 314

 
İçəridən əyildinsə
Ha dik dayan, ha düz yeri.
Görək necə keçəcəksən
Ömründəki qəliz315 yeri?
 
 
Dərd gələcək qucaq-qucaq,
Yandıracaq ocaq-ocaq.
Yaddaşında316 sızlayacaq
Ağrılardan min iz yeri.
 
 
Odur sənə dərman-ilac,
Gördün ki, yox başqa əlac,
Əlindən tut, üstünə qaç,
Diri tərpən317, di318 tez yeri.
 

O

 
Baxma ki, sakit319 dayanıb320,
Qəfildən götürər səni!
Qoparıb dostdan, tanışdan
Evindən itirər səni.
 
 
Qaldırıb göyün qatına,
Mindirər şahlıq atına.
Dad gətirib həyatına,
Cənnətə yetirər səni.
 
 
Əlində yarağın321 qalmaz,
Dəftərin, varağın qalmaz,
Heç nəyə marağın qalmaz,
İşini bitirər sənin.
 
 
Quruyarsan bulaq kimi,
Bezər, doyar uşaq kimi,
Bir qırıq oyuncaq kimi
Qaytarıb322 gətirər səni!
 

MӘNİ

 
Özüm də bilmirəm, görəsən323 nədi
Bu qədər əzabdan qoruyan məni?
Necə adlamışam bu qədər səddi,
Niyə aparmadı324 bu tufan məni?
 
 
Hərdən mat qalıram325 sağ qaldığıma,
Bu acı mərəzdən326 sağaldığıma.
Min cür327 şübhə, güman gəlir ağlıma,
Bəlkə hifz eləyib Yaradan məni?!
 
 
Bir sözü qatildi, bir sözü qurban,
Özü həm dərd verdi, həm də ki dərman.
Özü xilas etdi öz azarından,
Allahın bəxşişi – o adam məni!
 

XARI BÜLBÜL

 
Səninlə bağlıdır328 həyəcanlarım,
Ən rahat anlarım, xoşbəxt anlarım.
Sənin nəğmən ilə qanad açmışam,
Cənnətə düşmüşəm, göyə uçmuşam.
Səninlə bağlıdır göz yaşlarım da,
Dəli gülüşlərim, savaşlarım da.
 
 
Yenə köməyim329 ol, bu çətin anda,
Tapım o gördüyüm axarı330, bülbül.
Qaytar331 o əvvəli səadətimi,
Qaytar bəxş etdiyin baharı, bülbül.
Gəzim qarış-qarış, addımbaaddım,
O gözəl, o əziz diyarı, bülbül.
Yenə səsin gəlsin, qoy qanadlanım,
Qalxım nəfəsinlə yuxarı, bülbül -
 
 
                   Xarı bülbül!
 

BİR DƏ GƏLMƏYƏCƏK…

 
Elə möcüzələr yaratmısan ki,
Elə dəqiqələr yaşatmısan ki,
Olmayıb heç onun yüzdə biri də
Nə mənim dünyamda,
                    nə bu dünyada.
 
 
Sən elə telləri qırıb getmisən,
Sən elə yaralar vurub getmisən,
Təpəri332 yoxdu ki, dözüb dayansın,
Nə mənim dünyamın,
                    nə bu dünyanın.
 
 
Qəfil gəlişinlə suç eləmisən
Sənsiz keçən ömrü puç eləmisən
Vurmayıb heç333 zaman belə qar-yagış
Nə mənim dünyamı,
                  nə bu dünyanı
 
 
Bilmədim iblissən, ya mələk, Qadın,
Ətri, gözəlliyi çiyələk Qadın.
Bir də gəlməyəcək sənintək Qadın
Nə mənim dünyama,
               nə bu dünyaya.
 

APARIB 334

 
Mənim uca335 qalamı,
Vurub boran, aparıb.
Daş üstdə daş qoymayıb,
Edib talan, aparıb.
 
 
Qəlbinin təpəriylə,
Beyninin bəhəriylə336,
Özü öz əlləriylə
Tikib-quran aparıb.
 
 
Gözümdən yaş axıdıb,
Qəm nəğməsi oxudub,
Ya sunami337 dağıdıb,
Ya da tufan aparıb.
 

SAXLA

 
Gözlə, hamı yığışsın,
Qurbanı kəsdir, saxla.
Səadət qazanında,
Payları isti saxla.
 
 
Topala heyranları,
Düzləri, yalanları.
Az sına qurbanları,
Qurtar bu testi, saxla.
 
 
Üzünü işıq elə,
Dərddən bir qaşıq elə,
Bir az qarışıq elə,
Mən doydum, bəsdi338, saxla.
 

MӘNİM QALAM

 
Günlərdən mənə
Әn əzizlərini seçəcəm,
Sözlərdən ayırmaq çətin olsa da,
Dartıb ən dərinlərdən
İstisini, durusunu götürəcəm.
Uçulmuş qalamın xarabalığını
Silib-süpürüb, yenisini quracam.
Bir az mənimki olan
Gözlərinin işığından,
Bədəninin istisindən,
Həyəcanın ən təbiisindən
Qatacam günlərimə,
Sözlərinlə bəzəyəcəm!
Bəlkə balaca339 olacaq,
Amma mənim qalam olacaq!
 

ÇӘKMӘ ӘLİNİ

 
Necə ki,
Acımasız, mayasız
Kündə340 küt gedir341, təndirdə durmur,
Tökülür köz üstə,
                 qapqara qazmağa dönür,
Mən də eləyəm indi -
Sənsiz, sevgisiz!
Çəkmə əlini!
Sonra bu əzabların üstündə
Cızdağı çıxan342 yanmış qırıntılarımdan
Adam düzəltmək343 çətin olacaq.
Çəkmə əlini!
 

GÜNӘŞİM

 
Bir zaman başımın üstündə yanan
İki günəşimlə nə rahat idim.
Vücudum məst idi istiliyindən,
Dincliyim gəlmişdi, farağat344 idim.
 
 
Yuyurdum üzümü şüalarıyla345,
Gözümdə işıqdı,
sifətimdə nur.
Udurdum, dadırdım hərarətini,
Qanımda alovdu,
bədənimdə qor.
 
 
Biləndə donmuşam bu həqiqəti,
Duyduğum gerçəklər odtək346 yandırıb;
Mənim günəşlərim məndən xəlvəti347
Özgə planeti348 işıqlandırıb.
 

SӘRVӘT KİMİ

 
Sənin sevincindən necə əsirəm,
Nə xoşbəxt349 oluram gülüşlərindən.
Gözlərim yaşarır, çox tələsirəm350
Uyum, havalanım öpüşlərindən.
 
 
Səni sərvət kimi, xəzinə kimi
Tapmışam, saxlayıb gizlətməmişəm.
Qəlbimə gələnlər gözümdən baxıb,
Dilimdə sözümü gözlətməmişəm351.
 
 
Sənə sevinc payı, sənə məhəbbət,
Sənə səadətdən qala quracam.
Sənin gülüşünün, səadətinin
Hər an keşiyində352 sayıq353 duracam.
 

BU QӘDӘR

 
Bu qədər evə qapılıb,
Bu qədər otağa354 girmə.
Bu qədər qələmi didib,
Bu qədər varağa girmə.
 
 
Azaltmaz ki dərd-sərini,
Ovutmaz ki kədərini.
Tapmazsan heç bənzərini,
Bir təzə yatağa girmə.
 
 
Demə ki, unutmaq asan,
Xoş sözləri olsun həyan!355
Kitabda, sərgidə dayan
Ta o yan qadağa – girmə!
 

DӘLİYӘ DÖNÜRӘM

 
Dəliyə dönürəm sən yazmayanda,
Az qala başımı daşa vururam.
O saat aranı dağa qatıram356,
Yüz qəliz357 macəra, plan qururam.
 
 
Atdığım dərmana-filana baxmır,
Başlayır beynimin döyüntüləri.
Ürəyim az qala yerindən çıxır,
Elə bil dadıram acı zəhəri,
Dəliyə dönürəm sən yazmayanda.
 

ANLAYA BİLMİRӘM

 
Bir dəfə yalançı gülüş görmədim,
Bir dəfə bir soyuq öpüş görmədim,
Bir dəfə candərdi358 görüş görmədim,
Onunçün anlaya bilmirəm səni.
 
 
Görsəydim onları
Bir qalın kəndirə çevirib çoxdan
Dartınıb359 çıxmışdım, mən bu quyudan.
Görmədim…
Onunçün anlaya bilmirəm səni.
 

GӘL

 
Nəyə lazım artıq zəhmət, əziyyət? -
Orda onu, burda məni tovla gəl.
Adımızı eyni yerdə qeyd elə,
İkimizə eyni mesaj yolla gəl.
 
 
Fikir vermə360, zarafatdı sözlərim,
Yenə gülsün, işıq saçsın gözlərin!
Qayıt yenə əvvəlkitək şipşirin,
Dillərində bir şan361 təmiz balla gəl.
 
 
Olan oldu, keçən keçdi, qəzaydı,
Tanrı gərək elə belə yazaydı.
İndi daha beyin açıq, göz aydın,
Geri boylan, vallah qayıt, vallah, gəl.
 

EYLӘYİR

 
Zəhləni tökürəm362, əlimdə deyil,
Sözlərim halımı bəyan eyləyir.
Beynimin içində oyaq fikirlər,
Pıqhapıq qaynayır, üsyan eyləyir.
 
 
Haçansa363 gördüyüm bir yalan, kələk364,
Yaddaşımı edir hey ələk-vələk.
Bəzən fağırlaşır sakit quzutək,
Bəzən də oyanıb vulkan eyləyir.
 
 
Hərdən365 rahat olur, hərdən qovur da,
Bəzən aman vermir bircə hovur366 da.
Mən bir bələdçiyəm367 bu vurhavurda,
Neyniyir bu bədən, bu can eyləyir.
 

XOŞUMA GӘLİR

 
Bir az gec duyduğun zarafatlarım368
Yadıma düşəndə gülürəm indi.
Dönür sevinclərim, göz yaşlarımı
Sevinə-sevinə silirəm indi.
 
 
Heyrətlə baxmağın xoşuma gəlir369,
Könlümü yıxmağın xoşuma gəlir.
Sənlə birgə çağım xoşuma gəlir,
Deyəsən, özümə gəlirəm indi.
 
 
Uzağa gedəndə lap sərt oluram,
Bir acı sözündən tez pərt oluram,
Yarıcan oluram, şikəst oluram,
Sənsiz yaşayamam – bilirəm indi.
 

BELӘ

 
Bu ölüm mələyi yadıma gəlmir,
Oxşarı, örnəyi yadıma gəlmir.
Bu qədər çəkməyi yadıma gəlmir,
Belə mat qalmadım370 mən ömrüm boyu.
 
 
Dərddən qəlbim qubar371 – öyrəncəliydim,
Hər cür iztiraba öyrəncəliydim.
Ən ağır əzaba öyrəncəliydim,
Belə mat qalmadım mən ömrüm boyu.
 
 
Tanrı qismətitək gələn azarı
Duyurdum, bilirdim olacaqları.
Ancaq gözləmirdim belə qübarı,
Belə mat qalmadım mən ömrüm boyu.
 

BİLİNMİR

 
İndiki əhvalım372 dünənki deyil,
Sabah373 olmayacaq bugünkü halım.
O rahat həyatım həmənki374 deyil,
Hər gün bir ovqata375 düşür əhvalım.
 
 
Gah ulduz olmusan, gah su pərisi,
Gah işıq yaymısan, gah daş atmısan.
Dərdi də vermisən, səadəti də,
Həm bahar, həm də ki qış yaşatmısan.
 
 
Özün də min haldan hala düşmüsən,
Sevincdən uçmusan, dərddə bişmisən.
Dünyanın gərdişin376 qarışdırmısan
Düz yolun, vərdişin377 qarışdırmısan.
Bilinmir kim udub378, kim itiribdi,
Kim kimin ömrünü dəyişdiribdi?…
 

YAZA-YAZA

 
Əzabın, sitəmin içində azdım,
Gah kəfən geyindim, gah qəbir qazdım.
Bilsəydim, əvvəldən heç başlamazdım,
Öldüm yaza-yaza bu şeirləri.
 
 
Daşıdım əlimlə baş daşlarımı,
Başladım yenidən savaşlarımı.
Hər gün neçə dəfə göz yaşlarımı,
Sildim yaza-yaza bu şeirləri.
 
 
Günəşim yox olar, işığım sönər,
Hər sözün kədərə, qəhərə dönər.
Sənsiz yaşamağım zəhərə dönər,
Bildim yaza-yaza bu şeirləri.
 

ÜZÜNƏ QURBAN

 
Ötən hər sirli gecənə,
Gələn gündüzünə qurban.
Kədərlənən baxışına,
Gülən gül üzünə qurban.
 
 
Əsən qara tellərinə,
Nur yayan ağ əllərinə.
Doğru deyən dillərinə,
Hər yalan sözünə qurban.
 
 
Gah müdriksən379, gah uşaqsan,
Həm günahkar, həm də haqsan.
Ayrılmaram hardan380 baxsam,
Qurban, hər üzünə qurban!
 

BÖYÜDÜN MÜ…

 
Mənim yaşım yüzə çatdı381,
Körpəm382, bəs sən böyüdün mü?
Bu kədərdən, bu əzabdan,
Dərddən-qəmdən böyüdün mü?
 
 
İçindən keçən sızıltı
Günlərini ay etdi mi?
Dəstə-dəstə yağan yağış
Bulağını383 çay etdi mi?
 
 
Bu ağrını ki adladıq,
Sən bu işə asan384 demə.
Yaşın neçə385 olar indi? –
Gəl bu dəfə yalan demə,
Körpəm, heç sən böyüdünmü?
 

İŞIQ GÖRÜNÜR

 
Bu köhnə dünyada təzə qəm gördüm,
Keçdim ən keçilməz toranlığından386.
Min sitəm daşıdım, yüz əzab dərdim387,
Sıyrıldım bu yolun qaranlığından –
Tunelin sonunda işıq görünür.
 
 
Seyrəlir beynimdə ağrı yerləri,
Köhnə dərdlərimdən qoparır məni.
Hansı planetə388, hansı zamana,
Bilmirəm heç hara389 aparır390 məni –
Tunelin sonunda işıq görünür.
 
 
Bilirəm, bu əzab bir gün bitəcək,
Bilirəm, yaddaşı391 təmiz çıxacam.
Bir onu bilmirəm, bu doğanaqdan392
Səninlə çıxacam, sənsiz çıxacam? -
Tunelin sonunda işıq görünür.
 

HӘMİŞӘ… 393

 
Sən məndən həmişə sirr saxlayacaq,
Həmişə nəyisə gizlədəcəksən.
Dilimə gəlməyən suallarımı
Baxıb gözlərimdən hiss edəcəksən.
 
 
Həmişə şübhələr didəcək məni,
Həmişə təlaşda yaşayacaqsan.
Cavabsız suallar güdəcək məni,
Sən günah səbəti daşıyacaqsan.
 
 
Bir gün bu halımız əzəcək bizi,
Bir gün bezəcəyik, yorulacağıq.
Bir gün çatacağıq yolayrıcına,
Hərəmiz394 bir yana burulacağıq.
 
 
Bir də görəcəyəm, dayanıb zaman,
Bir də görəcəksən, tənhasan395, təksən.
Sən məndən həmişə sirr saxlayacaq,
Həmişə nəyisə396 gizlədəcəksən.
 

ÖZ-ÖZÜMLƏ…

 
Adam397 bir adam gəzir,
Dərdini danışmağa398.
Kədərini bölüşüb,
Ürəyini açmağa.
 
 
Amma mən çəkdiyimi
Kimə desəm, əriyər.
Suallar qoşun çəkib399,
Düz üstünə yürüyər.
 
 
Çəkdiyim əzabları
Düşünüb havalanar400.
Ya sözlərimi yalan,
Ya məni dəli sanar.
 
 
Ən yaxşısı odur ki,
Öz içimdə alışım.
Öz-özümlə bölüşüm,
Öz-özümlə danışım.
 

GƏLDİN Mİ?

 
Soruşum, kefin necədi401,
Sən o diyara gəldin mi?
Mən səfərdə qərar verdim,
Sən də izhara gəldin402 mi?
 
 
Çalxalayıb göyü-yeri,
Silkələyib dərdi, səri,
Ələyib düşüncələri
Tapıb403 bir çarə, gəldin mi?
 
 
Duydun mu heç ahlarımı?
Bildin mi günahlarını?
Qurdun mu404 sabahlarını,
Körpəm, qərara gəldin mi?
 
* * *
 
Beynimdə qaynaşan dərd ulduzları,
Sönür yavaş-yavaş, itir405 gözümdən.
Qaysağı406 quruyan əzab yerləri
Sağalır407 deyəsən408, dirilir bədən.
 
 
Amma bir yaranın üstü açıqdı,
Amma ki bir ulduz göydədir hələ.
Tək biri mayaktək409 sönmür nə vaxtdı,
Tək410 biri iynətək göynədir411 hələ.
 
 
Görünür, ömrümün axırınacan,
O işıq qaralıb sozalmayacaq412.
İynətək deşəcək məni o ağrı
Heç zaman, heç zaman azalmayacaq.
 
 
Bəlkə rəhm edəsən, nəsə413 deyəsən,
Bəlkə inandırar bir yalan məni.
Sonuncu ağrını kütləşdirəsən414,
Qoparıb əlindən alasan məni.
 

BİLMƏDİM

 
Bilmədim bu şeirlərlə
Mən nələri əfv elədim.
Ya bir təzə sevgi tapdım,
Ya ağlayıb dəfn elədim?
 
 
Bəlkə bir qəlb yaraladım,
Ağrıları sıraladım,
Bəlkə nahaq415 qaraladım,
Bəlkə böyük səhv elədim416?
 
 
Dedim doğru-yalanı da,
Olmayanı, olanı da,
Bəlkə olub qalanı da
Yerə çırpıb məhv elədim?
 
 
Qoy yolunda talan olum,
Sərxoş olum, viran olum,
Elə bilmə, qurban olum,
Elə bilmə kef elədim.
 
1.Eylül
2.Çilek
3.Kazıyıp
4.Şarkımda, türkümde
5.Alıştım
6.Durumunu, hâlini
7.Rüzgardan
8.Bundan sonra
9.Hasretim, susuzum
10.Hiçbir şey yerinden kımıldatamaz
11.Gidelim
12.Kurtarıcım
13.Düşmanı
14.Kederin
15.Dindiricisi
16.Kötü
17.Neşeli, keyifli
18.Bulaştırıcıları
19.Köşesine
20.Kederden
21.Beyin kanamasına, felce
22.Kalp krizine
23.Durmuyor
24.Sıvazlıyor
25.Yudum
26.Kapanıyor
27.Sana küfür eden
28.Çiğneyen sığ akıllılar
29.Saldırır
30.Evsiz barksız, sokaklarda aylak aylak dolaşan sahipsiz kimse
31.Katlanmak
32.Sessizce
33.Ganire Paşayeva
34.Sızlıyor
35.Uyuşukluğum
36.Acele ediyor
37.Yaşlısı-genci
38.Çetrefilli
39.Bulunana kadar
40.Tsunami
41.Azap
42.Karşılık
43.Bakın
44.Nerdesin
45.Götürür
46.Toplam
47.Avrupa alabalığı
48.Kanalına
49.Akıntı yönünde
50.Durum kötü, vaziyet önceki gibi değil
51.Dert kederin
52.İyi
53.Sıradan, normal
54.Gürültü, şamata
55.Gür akıntıda
56.Kıpırdayamadım
57.Yaslanmış biçimde
58.Kayboldu
59.Esintisi, meltemi
60.Dönmedim
61.Susayım
62.Rahat
63.Hata yapmıştın
64.Etrafında
65.Sonuna kadar
66.Koşturup
67.Köşeye
68.Karşılığını veriyordun, öcünü alıyordun
69.Durup
70.Köşede, köşe başında
71.İkiye ayırmıştın
72.Şüphe etmezler
73.Hafızamı
74.Armağan ver
75.Hepsini
76.En
77.Karşıma
78.Talihimi
79.Kilitsiz anahtar
80.Yanlış mısın
81.Yan yan bakar
82.Kötüler
83.Aniden
84.Konuşurken
85.Uyuşursun da
86.Durup, bekleyip
87.Tanıdık sokaktan
88.Yakın, tanıdık bildik
89.Yaksan da
90.Yaramazlıktır
91.Şakadır
92.Dayanak
93.Hassas
94.Kuralı
95.Götürür
96.Yörüngenden uzaklaştırıp
97.İlahi sırrı, Tanrı gizemini
98.Sayfasını
99.Katlanabilir misin?
100.Sığ
101.Kakırdağı çıkan, yanıp kavrulan
102.İpliğe
103.Gözünü dikip
104.Heykel gibi
105.Bulup
106.El sallıyor, orada bulunduğunu bildiriyor
107.Dolu vuruyor, sel basıyor
108.Kurtuluşun
109.Sonraki
110.Adamı, kimseyi
111.Ardında, arkasında
112.Merhamet
113.Yazda
114.Muskayı
115.Kaybolsan da
116.Sahte
117.Taş gibi
118.Sıcak
119.Kelime
120.Keskinliği
121.Bıçağın, hançerin gövde kısmı
122.Öyle değersizleştirdin ki
123.Gülümseyerek
124.Siğil
125.Asiti
126.Çok şiddetli
127.İlaç
128.İzin
129.Aynıyız
130.Yasakları
131.Serperdim
132.Sıcak
133.Ferahlatıcı
134.Aynıdır
135.Erkek
136.Bulamadığım
137.Çok su götürür
138.Toplanıp
139.Kurt gibi kemiriyor
140.Deniz feneri
141.Durmadan
142.Uyanıyor
143.Mutfaktan
144.Yararsız, boşuna
145.Yalnızlaştırdın
146.Sonunda
147.Yalnız ağlıyorum
148.Aynı cumartesi
149.Talih
150.Sallayıp
151.Niye istiyordun
152.Masal
153.Sonu
154.Adım adım
155.Küçüğüm
156.Ne zaman
157.Doğrusunu
158.Dur, bekle
159.Sonuna kadar
160.Doğru
161.El ettim, el salladım
162.Dokundu, gezindi
163.Tuşlarına
164.Kafamı uzatıp
165.Kendinden emin, rahat
166.Sonucu bildirmedim
167.Dinle, kulak kabart
168.Aklıma geliyor, hatırlıyorum
169.Doğru
170.Sakin, sessiz
171.Sıkılmıyorum
172.Birlikte, beraber, yan yana
173.Dilsiz
174.Mazlum
175.Çok hassas durumda idi
176.Dert kederimden
177.Dolaşıp durdu
178.Yuvarlanıp
179.Her biri
180.Kırlangıcı, habercisi
181.Duvarı
182.Kırdı
183.Türlü
184.Onunkidir
185.Ordu
186.Toplanıp
187.Komutandır
188.Ardından
189.Köşesinden
190.Götürdü
191.Göz kırpan, ışıldayan
192.Şubat
193.Yanan, alevlenen
194.Ekledi
195.Ekleme, aşı
196.Üzerimin, bedenimin
197.Meyve
198.Örtüşenimsin, aynileşenimsin
199.Sonbaharında
200.Şanıma
201.Övgüler yağdırıldığında
202.Gülümsediğinde
203.Belagatli
204.Hısım akrabalar
205.Toplaştığında
206.Çocuklar
207.Yüksek sesle
208.Acil
209.Ev işleri
210.Sinirli, kızgın
211.Koşturduğunda
212.Kırık dökük
213.Ustaca
214.Yüzüm
215.Katlanamayacağım
216.Bekleyip
217.Takip edecek
218.İnanç
219.Bitimi
220.Bundan sonra
221.Yanıp kavruluyorum
222.Umursamıyorsan
223.Durumumu
224.Masalın
225.Yitik
226.Aklımdan
227.Bağırdım
228.Haykırdım
229.Ortalığı velveleye verdim
230.Çakmış
231.Kendi
232.Kederlenirim
233.Yıkılmasına
234.Doğru
235.Ocak yakıp
236.Pençelerini
237.Henüz iyileşmeden
238.Kabuklarını
239.Deve dikenleri
240.Serpip
241.Ateş öbeğinde
242.Şaşırdı
243.Yardın, mahvettin
244.Nasıl
245.Hiddetlenip
246.Zincirini koparmak istiyer
247.Fare
248.Uyuşturucu müptelası, eroinman
249.Eczanenin
250.Vurup, atıp
251.Haykırır
252.Kör
253.Duman
254.Kovandan
255.Peteği
256.Nur gibi
257.Yücesin
258.Sevine sevine
259.Şaşırtansın
260.Delişmen
261.Irmakları
262.Doğru
263.Çilek
264.Özsuyum
265.Kaymağı
266.Meyvesi
267.Hücrelerim
268.Mutluluktan
269.Kımıldayamıyorum
270.Lezzetim
271.Çarem
272.Faltaşı gibi açılmış
273.Şaşırmış
274.Çatallanmış
275.Şaşıran
276.Derbeder
277.Anlaşılmaz
278.Çetrefilli
279.Artık
280.Üzerine titreyeceğim
281.Saçına
282.Ağlamaklı, hassas
283.Işın
284.Gibi
285.Sırtında
286.Uçan daire ile
287.Acele edeyim, koşturayım
288.İlk ürün
289.Hediye
290.Durumum, hâlim
291.Uyandır
292.Uyut
293.Önce
294.Çekip
295.Yerini
296.Yeniden
297.Hatırlayınca
298.Süratli
299.Irmak
300.Ama
301.Ansızın
302.Duracak
303.Müthiş
304.Durdurdu, yakaladı
305.Gecikti, yavaşladı
306.Sabitliğini yitirdi
307.Durdurdu
308.Artık
309.Bazen
310.Kayıtsız
311.Titriyor
312.Himaye edip
313.Balta girmemiş orman
314.Çare
315.Karmaşık
316.Hafızasında
317.Kımılda
318.Hadi
319.Sessiz
320.Durup
321.Silahın
322.Döndürüp
323.Acaba
324.Götürmedi
325.Şaşırıyorum
326.Hastalıktan
327.Türlü
328.İlgilidir
329.Destekçim
330.Gidişi, akışı
331.Döndür
332.Takati
333.Hiçbir
334.Götürmüş
335.Yüksek
336.Semeresiyle
337.Tsunami
338.Yeter
339.Küçücük, ufak
340.Hamur topağı
341.Akıp ateşin üzerine düşüyor
342.Yanıp kavrulan
343.Yapmak
344.Rahat
345.Işınlarıyla
346.Ateş gaibi
347.Gizlice
348.Gezegeni
349.Mutlu
350.Acele ediyorum
351.Bekletmemişim
352.Nöbetinde
353.Uyanık
354.Odaya
355.Destek, yardımcı
356.Çok düşünüyorum
357.Karmaşık
358.Gönülsüz
359.Gerilip
360.Önemseme
361.Petek
362.Bıktırıyorum, sinir ediyorum
363.Bir zamanlar
364.Dalevere, oyun
365.Bazen
367.Rehber, izci
368.Şakalarım
369.Hoşlanıyorum
370.Hayret etmedim
371.Kederli
372.Durumum
373.Yarın
374.Aynısı
375.Duruma, hâle
376.Gidişatını
377.Alışkınlığını
378.Kazanmış
379.Geniş düşünceli
380.Nerden
381.Ulaştı
382.Çocuğum
383.Pınarını
384.Kolay
385.Kaç
386.Karanlığından
387.Topladım
388.Hangi gezegene
389.Nereye
390.Götürüyor
391.Hafızası
392.Girdaptan
393.Sürekli, her zaman
394.Her birimiz
395.Yalnızsın
396.Birşeyleri
397.İnsan
398.Konuşmaya
399.Ordu yürütüp
400.Aklını yitirir
401.Keyfin nasıl
402.Açıkladın, teşhir ettin
403.Bulup
404.Düşündün mü
405.Kayboluyor
406.Kabuğu
407.İyileşiyor
408.Galiba
409.Deniz feneri gibi
410.Yalnızca
411.Sızlatıyor
412.Sönecek gibi olmayacak
413.Birşeyler
414.Dindiresin
415.Boşuna, yersiz
416.Hata yaptım

Бесплатный фрагмент закончился.

34,97 ₽
53,80 ₽
−35%
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
01 августа 2023
Объем:
151 стр. 2 иллюстрации
ISBN:
978-625-6853-77-5
Издатель:
Правообладатель:
Elips Kitap
Формат скачивания:

Похожие книги