Читать книгу: «Kimliyi bəlli olmayan qadınlar»

Шрифт:

P A T R İ K M O D İ A N O

KİMLİYİ BƏLLİ

OLMAYAN QADINLAR

r o m a n

Patrik Modianonun adı son vaxtlaracan dünya oxucusuna o qədər də tanış deyildi. 2014-cü ildə ədəbiyyat üzrə Nobel müka-fatına sahib olması Modianonun yazıçı taleyində böyük dəyişiklik yaratdı. İndi bütün dünya oxucusu bu nasirin əsərlərini axtarır, onu dərindən tanımaq istəyir.

Nobel Akademiyası fransız yazıçısını "işğal altında həyat tərzinin insan taleyinə təsirinin dərkinə yönələn xatirələri məha-rətlə təsvir etdiyinə görə" mükafata layiq gördüyünü qeyd edib. Elə sizə təqdim olunan bu romanda da II Dünya Müharibəsindən son-rakı insanların taleyi əks olunub. Üç müstəqil hekayətdən ibarət bu romanda üç qadının taleyi verilsə də, bunlar sanki bir əlin bar-maqları kimidirlər – ağır həyat tərzinin kimliyi bəlli ol-mayan in-sanlara çevirdiyi qadınlar.

Əsərdə müharibənin vurduğu yaralar, dərin lirizm və psi-xoloji nüanslar üstünlük təşkil edir.

PATRİK MODİANONUN

“KİMLİYİ BƏLLİ OLMAYAN QADINLAR”

ROMANI İLƏ BAĞLI “BYULTEN QALLİMAR” JURNALINA MÜSAHİBƏSİ

“Byulten Qallimar”: Sizin “Kimliyi bəlli olmayan qadınlar” ro-manınız üç qadının monoloqu üzərində qurulub və bu əsər üç bö-lümlü bir tablo təsiri yaradır. Siz nə üçün bu dəfə sözü qadınlara verməyi üstün tutdunuz?

Patrik Modiano: Bu dəfəki əsərimə başqa bir yaradıcılıq yö-nündən yanaşmağa çalışmışam, mənim romanlarımın ço-xunda olaylar “öz” dilimdən söylənilir, bu dəfə isə baş ve-rənlərlə bağlı “başqalarını” danışdırıb, özümü də onların dinləyicisi yerinə qoymağı düşündüm. Mən oxucuda belə bir təsəvvür yaratmaq istəmişəm: sanki, o bu monoloqları radi-odan eşidir, kimsə öz yaşamında başına gələn önəmli olay-lardan danışır və birdən, gözlənilmədən, veriliş kəsilir, ya-xud da dalğa pozulduğundan, danışığın ardını dinləmək ol-mur. Dinləyici radionun puçunu nə qədər ora-bura fırlatsa da, lazım olan dalğanı bir daha tuta bilmir və daha sonra nə baş verdiyini öyrənə də bilmir.

“B.Q.” Sizin əsərlərinizin baş qəhrəmanlarının çoxusu özlərini öz keçmişlərində axtarıb tapmağa çalışan insanlardır. Ancaq, görü-nür, bu yeni əsərinizdə belə bir axtarış yoxdur…

P.M.: Buradakı qadınlardan hər birisi öz yaşamının bəlli bir parçası ilə bağlı danışır, ancaq oxucu nə bu qadınların kim-liyini, nə də onların adlarını öyrənə bilir. Danışanların adı da onların taleyi kimi gizli qalır. Bu üç mətnə, kiminsə yazı ma-kinasında yazdığı istintaq ifadələri kimi də baxmaq olar və sanasan, istintaqı aparan şəxs ifadə aldığı adamların adlarını göstərməyi unutmuşdur. İndi isə, üstündən çox uzun bir vaxt keçdiyindən, bu ifadələri verən adamların adlarını tap-maq artıq mümkün deyildir.

“B.Q.” Siz haçansa “Unudulan dərinliklərdən” adlı romanınızla bağlı demişdiniz: “Keçmişi olduğu kimi, yenidən diriltməyə gücü-mün çatmayacağını bilirəm. Ha çalışsaq da, yaddaşımızda keç-mişdən yalnız təkəmseyrək fraqmentlər və dağınıq epizodlar qalır”. Sizin “Kimliyi bəlli olmayan qadınlar” əsərinizi də, elə keçmişin bulanıq xatirələrinə qayıdış cəhdləri kimi dəyərləndirmək olarmı?

P.M.: “Kimliyi bəlli olmayan qadınlar”da da, qarşımıza elə keçmişin fraqmentləri ilə dağınıq epizodları çıxır. Burada hər bir qadının öz keçmişindən danışdığı bəllidir. Ancaq onlar öz keçmişlərindən danışanda indi harada olduqları və son-radan başlarına nələrin gəldiyi bilinmir. Bir sözlə, danışan kimsələrin səslərinin haradan gəldiyi qaranlıq qalır, bu səs-lər birdən çox yaxından, birdən də çox uzaqdan eşidilməklə, bir gizlilik örtüyünə bürünürlər. Onların danışdıqları bu parçalar ömürlərinin sonra gələn kəsimi ilə bağlanmadığın-dan, bu söz açılan ömür parçaları, böyük bir buz dağından qopub ayrılmış iri buz parçalarına oxşayır və elə bil, bu buz parçaları onları çalxalayan dalğaların qoynunda sonsuzlu-ğadək sürəcək bir yalqızlıq çıxılmazlığına düşmüşlər.

“B.Q.” Əsərinizdə, baş verən olayların gedişində, yuxuyla gerçə-yin qarışığına oxşayan xəyallar dağılır və qəhrəmanlarınız gerçək-liyin dustaqlıq və ölüm kimi pis üzləri ilə qarşılaşırlar. Bütün bun-lar: şirin xəyalların gerçəklikdə qorxunc qarabasmalarla üzləşmə-sidir, yoxsa, gerçəkliyin hansısa bir xəyalpərəsti öz dalğınlığından ayırmaq üçün elədiyi bir kobudluqdur?

P.M.: Mənə elə gəlir, bunlar xəyalpərəstin gerçəkliklə toq-quşmasıdır və bu baş verən toqquşma bütün durumlarda onu, böyük bir amansızlıqla, öz xəyallarından ayırır. Ancaq danışılan epizodlar artıq keçmişdə qaldığından, buradakı “amansız gerçəklik” də bir az yuxugörməyə, biraz da fanta-ziyaya oxşayır.

I

O ili payız çox erkən gəlmiş, özü ilə bolluca yağış və xəzələ dönmüş yarpaqlar gətirmiş, Sona çayının sahillərini dumanla, çənlə bürümüşdü. Onda hələ Furver təpəliyinin yaxınlığında yerləşən evimizdə, ata-anamla birgə yaşayır-dım. Mən, necə olursa-olsun, hansısa bir işə düzəlmək istə-yirdim. Yanvar ayında məni Krua-Pake meydanında yerlə-şən “Viskon və ipək” firmasında, altı aylığına, makinaçı ola-raq işə götürdülər, mən də bu altı ayda qazandığım pulların bir qəpiyini də xərcləmədən yığıb saxladım. Yayda, topladı-ğım pulla, İspaniyanın güneyindəki Torremolinos deyilən yerə gəzməyə getdim. Mənim on səkkiz yaşım vardı və Fransadan, ilk dəfə, qırağa çıxırdım.

      Torremolinos çimərliyində, buralarda çoxdan öz əri ilə yaşayan, bir fransız qadınla tanış oldum; onun adı Mirey Maksimoff idi. Olduqca yapışıqlı, qarasaçlı, gözəl bir qadın idi. Əri ilə onun burada bir otelləri vardı və elə mən də on-ların bu otelində otaq tutmuşdum. Mirey payızda, çox uzun müddətə, Parisə gələcəyini, orada dostlarının yanında qala-cağını demişdi; istəsəm, onu tapa bilməyim üçün qalacağı yerin ünvanını da mənə vermişdi. Mən isə bacarsam, Parisə gəlib onu tapacağıma söz vermişdim.

İspaniyadan geri qayıdandan sonra, Lion mənə çox darıxdırıcı görünməyə başlamışdı. Evimizin yaxınlığındakı Sen-Bartelemi enişində lazarçı dini icmasının pansionu var-dı. Təpənin enişində tikilmiş bu bina, öz qaşqabaqlı görkəmi ilə, şəhərin küçələrinin üzərindən asılıb qalmışdı. Monastrın, divarı qalınlığında olan alaqapısı lap mağara girişinə oxşa-yırdı. Lazarçıların1 monastrının divarları o payız mənim üçün Lionun simvoluna çevrilmişdi. Bu qara rəngli monastr divarlarına aradabir payız günəşinin solğun şüaları düşür-dü. Belə dəqiqələrdə pansion, insan yaşamayan, tərk edilmiş yiyəsiz bir tikiliyə bənzəyirdi. Yağış yağanda isə bu divarlar qazamat hasarına oxşayırdı və nədənsə mənə elə gəlirdi ki, bu divarlar gələcəyə aparan yolları bağlamaq üçün hörülüb-dür.

Günlərin birində, valideyinlərimin dükanında olar-kən, bir alıcı qadından adlı-sanlı modalar evinin modeli işlə-mək üçün qızlar axtardığını eşitdim. Onun deməsinə görə, orada ayda səkkiz yüz frank maaş verirlər, bu isə mənim “Viskon və ipək” şirkətində aldığım aylıq maaşdan iki yüz frank çox idi. Qadın mənə modalar evinin ünvanı ilə telefon nömrəsini verdi və mən taleyimi bu işdə sınamağı düşün-düm. Modalar evinə zəng elədim, telefona cavab verən xa-nım, ağayana bir səslə, gələn həftə, axşamüstü Qrole küçə-sindəki dörd nömrəli evə, sınaq baxışından keçmək üçün, gəlməli olduğumu buyurdu.

Deyilən günə qədər qalan bütün vaxtımı özümü model sənətinə yiyələnməli olduğuma inandırmaqla keçirdim, sö-zün düzü, bu çağadək, belə bir sənətlə heç vaxt maraqlan-mamışdım. Ürəyimdən belə bir arzu da keçirdi: ola bilsin, bu işlə məşğul olsam, biraz pul qazanıb, Liondan Parisə də kö-çüb gedə bilərəm. Görüş üçün qoyulmuş vaxt yaxınlaşdıqca varlığımı, getdikcə daha da artan, bir qorxu duyğusu çulğa-layırdı. Mənim bütün gələcək ömrüm qumara qoyulmuşdu. Öz-özümə deyirdim, birdən məni orada işə götürməsələr, bir də çətin belə bir imkan əlimə düşsün. Görəsən, mənim aza-cıq da olsa bir şansım varmı? Görəsən, baxışa gedəndə necə geyinim? Sözün düzü, seçiləsi bir geyim-keçimim də yox idi. Mənim çöl-bayıra geyinməyə, boz rəngli donumdan və ağ rəngli koftamdan başqa bir paltarım yox idi. Ayaqqabılarım çox köhnə olduğundan, özümə tünd göy rəngli, alçaq da-banlı bir tufli alası oldum.

Sınaq baxışına getməzdən bir gün öncə, gecə, ağ kof-tamı, göy donumu və tünd göy rəngli tuflilərimi geyinib pal-tar dolabındakı güzgünün önündə dayanaraq özümə bax-dım və birdən-birə özümdən soruşdum: güzgüdə görünən o lal-dinməz və yerində donub qalmış qız kimdir, doğrudanmı bu mənəm? Bu düşüncəmə gülümsündüm, ancaq sabah mə-nim taleyimin həll olunduğunu düşününcə, gülüşüm üzüm-dən silinib getdi.

Mən gecikə biləcəyimdən bərk qorxurdum, ona görə də, görüş vaxtına bir saat qalmış evdən çıxdım. Belkur mey-danına çatanda yağış başladı və mən qaçaraq özümü yaxın-lıqdakı “Ruyyal” otelinin girişindəki zala çatdırdım. Moda-lar evinə islaq saçlarımla getmək istəmirdim. Mən qapıçını aldadaraq, oteldə nömrə kirayələdiyimi dedim və o mənə, bayırda gəzişmək üçün, çətir verdi. Qrole küçəsindəki dörd nömrəli evə çatanda məni içəri çağırıb, divarları boz rəngli fiqurlu taxta lövhələrlə örtülmüş salonda oturub gözləməyi tapşırdılar, salonun çox böyük, bir ucu az qala döşəməyə di-rənən pəncərələri də, boz rəngli ipək pərdələrlə örtülü idi. Divar boyu çoxlu stullar düzülmüşdü. Stulların taxtaları qı-zıla tutulmuş, oturacaqları ilə söykənəcəkləri isə atlas parça ilə örtülmüşdü.

Yarım saat keçdi; artıq məni unutduqlarını düşün-məyə başlamışdım. Mən stulların birində oturub bayırda ya-ğan yağışın pıçıltısına qulaq asırdım. Tavandan asılmış çilçı-raqlar parlaq ağ işıq saçırdılar. Düşünməyə başlamışdım: gö-rəsən, gözləməyə dəyərmi? Elə bu anda əlli yaşlarında, qara saçlarını arxaya daramış, lopa bığı və yırtıcı baxışları olan bir kişi salona açılan qapını bərkdən itələyib açaraq, içəri girdi. O, tünd göy rəngli kostyum geyinmişdi, ayaqlarında qara rəngli ayaqqabıları vardı. O kişi indi də arada-bir mənim yu-xuma girir: qapını bərkdən itələyib açır, içəri girir və onun saçları, otuz il bundan öncə olduğu kimi, yenə də qapqara-dır. Kişi, yerimdən qalxmamağı xahiş eləyərək, keçib mə-nimlə yanaşı oturdu. Quru və qaba bir səslə, neçə yaşım ol-duğunu soruşdu. İndiyədək model işləmişənmi? Mən heç vaxt model işləmədiyimi dedim. Sonra o mənə, ayaqqabıla-rımı çıxarıb, qarşıdakı pəncərəyədək gedib qayıtmağı bu-yurdu. Mən pəncərəyə sarı addımladım, çox böyük gərginlik içində idim və özümü itirdiyimdən, ayaqlarım biri-birinə do-laşırdı. O stulda oturub əlini çənəsinə dayamışdı və tutqun baxışları ilə məni süzürdü. Mən pəncərəyə sarı gedib qayı-dandan sonra, dirək kimi, onun qarşısında donub qaldım, o isə heç nə demədən, oturmuşdu. Mən bütün gücümü topla-yıb toxdaq görünməyə çalışırdım, baxışlarımı boş stolun ya-nında kimsəsiz qalmış ayaqqabılarıma dikib, susqunluq için-də dayanmışdım.

– Oturun, – o mənə üz tutub dedi.

Yenidən onunla yanaşı olan stulda oturdum. Ancaq ayaqqabılarımı geyinməyə ürək eləmədim.

O saçlarımı göstərib soruşdu:

– Bu, saçlarınızın təbii rəngidir?

Mən: hə, dedim.

– Sizə profildən baxmaq istəyirəm.

Mən başımı pəncərəyə sarı döndərib, yanakı tutdum.

– Siz, profildən olduqca gözəl görünürsünüz…

O bu sözləri mənə nəsə pis bir xəbər verirmiş kimi dedi.

– Çox az adamların gözəl profili olur.

Kişi bu sözləri çox duyğulu bir səslə dedi, sanasan, bu dünyada gözəl profilli insanların çox az olması onu yan-dırıb-yaxırdı. O, yırtıcı baxışlarını üzümə dikib dayanmışdı.

– Sizin çox gözəl fotoşəkilləriniz alınardı, ancaq müs-yö Piyerin axtardığı bu deyil.

Elə bil, çiyinlərimdən basıb məni əzməyə başladılar. Doğrudanmı, mənim model olmaq üçün heç bir şansım yox-dur? Yoxsa, o bu modalar evinin yiyəsi olan müsyö Piyerlə məsləhətləşəndən sonra mənə son sözünü deyəcək? Bu an-larda müsyö Piyerin məni bəyənməsi üçün nə desələr elə-məyə hazır idim.

– Mənim üçün çox ağır olsa da, bu sözü deməliyəm… Biz sizi götürə bilməyəcəyik.

Hökm verilmişdi. Mənim buna qarşı çıxıb nəsə de-məyə gücüm qalmamışdı. Bu adamın, soyuqqanlılıq və sayğı duyulan səsi ilə, dediklərindən hər şey bəlli idi: mənimlə bağlı müsyö Piyerlə danışmağa belə dəyməzdi.

Ayaqqabılarımı geyindim. Stuldan qalxdım. O din-məzcə əlimi sıxdı, məni qapıyadək ötürdü. Küçəyə çıxandan sonra çətiri unudub orada qoyduğumu xatırlasam da, buna önəm verib geri qayıtmaq istəmədim. Dalğınlıq içində, hara getdiyimi bilmədən, çıxıb getdim. Birazdan, qarşıma çıxan körpünün üstündən keçdim. Sonra isə Sona çayının kənarı boyunca addımlamağa başladım. Bir də onda gördüm, ya-şadığım məhəlləyə gəlib çıxmışam, Sen-Bartelemi enişindəki lazarçıların monastrının divarının yanındayam; bu görüntü sonralar dönə-dönə yuxuma girərdi! Mən divarın fonunda itib-batmışam. Divarın kölgəsinə qarışıb, onun rənginə dü-şüb görünməz olmuşam. Və mənə elə gəlir, məni bu qaran-lıqdan çıxarmağa heç kimin gücü çatmaz. Birdən, necəsə, bu qaranlıqdan çıxıb, Qrole küçəsindəki, oturub gözlədiyim, çil-çıraqlarının parlaq işığı göz qamaşdıran o salonu görürəm! Göy kostyumlu o tip də, ara vermədən, otağa girib sonra ge-ri qayıdır, onun bu gəl-gedi dönə-dönə təkrarlanır və bu gö-rüntü köhnə filmlərin sonundan əvvəlinə fırladılmasına bən-zəyir.

Mən bu yuxunu, uzun illər boyunca, olduğu kimi, dönə-dönə görürdüm. Ancaq bir neçə il sonra, lazarçıların monastrının divarları daha, çox da tünd rəngdə görünmür-dü, bir çox yuxularımda isə, batan günəşin solğun şüaları onu işıqlandırırdı. Eləcə də, Qrole küçəsindəki salondakı çil-çıraqların işığı da, daha gözqamaşdırıcı deyildi, onlar göz-oxşayan, solğun bir işıq saçmağa başlamışdılar. Yırtıcı ba-xışlı, göy kostyumlu kişi isə, elə bil, getdikcə solğunlaşır, başdan ayağa bozumtul bir rəngə düşürdü. Onun üzünün rəngi də, getdikcə solur, şəffaf-ağ rəngə çalırdı. Ancaq saçları yenə də, onu ilk olaraq gördüyüm gündəki kimi, qapqara qalmışdı. Səsi isə dəyişmiş, qırıq-qırıq gəlirdi. Elə bil, danı-şan o deyildi, onun dediyi sözlər köhnə və əzik bir plastin-kadan gəlirdi. Eyni sözlər, ara vermədən, biri-birinin ardın-ca, sonsuzlara kimi səslənə-səslənə təkrarlanırdı: “saçlarını-zın təbii rəngi… Sizə profildən baxmaq… Müsyö Piyerin ax-tardığı bu deyil…”, ancaq bu sözlər artıq mənim üçün büs-bütün öz anlamını itirmişdi, onlar daha yuxuda da mənə tə-sir eləmək gücündə deyildilər. Mən yuxudan ayılandan son-ra düşünərdim: görəsən, ömrümün çoxdan ötüb keçmiş bu epizodu onda mənə nə üçün bunca ağrılı görünmüşdü və buna görə özümü bədbəxt də saymışdım. İndi yadıma dü-şür: o gecə mən körpünün üstündən keçəndə özümü Sona çayına atıb öldürməyi belə ürəyimdən keçirmişdim. İlahi, belə bir boş şeyi mən nə üçün belə ürəyimə salmışdım, onda!

Belə bir qüssəli görkəmdə evə, ata-anamın yanına və yataq otağımdakı güzgülü paltar dolabının qarşısına qayıt-mağa ürək eləmirdim. Mən çayın qırağındakı uzun pillələrlə aşağıya, Köhnə şəhər adlanan məhəlləyə sarı düşdüm, elə bil, başıma gələnlərdən qaçıb uzaqlaşmaq istəyirdim. Aşağı-da biraz addımlayıb, yenidən Sona çayının qırağına gəlib çıxdım. Sonra yolüstündəki bir kafeyə girdim. Mirey Maksi-moffun Parisdəki dostlarının adresini və telefonunu yazdığı kağız parçası üstümdə idi. Danışmaq istədiyim telefona ge-dən uzun zənglər biri-birinin ardınca, ara verərək səslənsə də, xəttin o başında dəstəyi götürən yox idi, çox sonra, bir qadın teleofana cavab verdi. Mən bu gözlənilməzlikdən, bir anlığına tutulub qaldım. Sonra çətin anlaşılan bir səslə mı-zıldandım:

– Mirey Maksimoffla danışa bilərəmmi?

Mən bunu elə yavaşdan soruşdum, elə bilirəm, Pa-risdəki telofona cavab verən qadın səsimi güclə eşidirdi. Onun deməsinə görə, Mirey evdə deyildi və çox gec, axşam qayıdacaqdı.

Ertəsi gün mən Perraş vağzalında gecə qatarına mi-nib, Parisə yola düşdüm. Kupedə qaranlıqdan göz-gözü gör-mürdü. Küncdə qoyulmuş oturacaqlarda kölgəyə oxşayan adamlar oturub mürgüləyirdilər. Mən qapıya yaxın olan otu-racaqda özümə yer eləmişdim. Vaxt gedir, qatar isə yerindən tərpənmək bilmirdi, mən bərk bir sıxıntı içində özümdən so-ruşmağa başladım: görəsən, məni çıxıb getməyə qoyacaqlar-mı? O anda mənə elə gəlirdi, sanasan, bu şəhərdən baş gö-türüb qaçıram. Çox sonra vaqon yerindən tərpəndi, pəncə-rədən Sona çayı bir anlığına görünüb yox oldu və mən özümdə bir yüngüllük duydum, elə bil, ürəyimdən asılmış daş götürülmüşdü. Deyəsən, o gecəni heç yatmamış, ancaq yüngülcə mürgüləmişdim, qatar nədənsə Dijon şəhərinin boş perronunda dayananda mən bütün yol boyu gözümü yummadığımı anladım. Vaqonda yanan gecə lampasının gö-yə çalan işığında oturub Mirey Maksimoffu düşünürdüm. Onunla görüşdüyümüz o Torremolinos çimərliyində keçir-diyimiz günlər, elə bil, oranın günəşli günlərinin işığına bü-rünüb, bütün aydınlığı ilə yadımda qalmışdı. O, mən yaşda olanda, Land bölgəsində indi adını unutduğum bir şəhərdə yaşadığını demişdi. Günlərin birində o, ertəsi günü baka-lavrlıq almaq üçün imtahan verəcəkmiş və həmən gecə çox gec yatıbmış, işin tərsliyindən, vaxtında oyanmaq üçün qur-duğu saat da, nədənsə, zəng çalıb onu oyatmamışdı. O da, buna görə, imtahan verməyə getmək yerinə, günortayadək yatıb qalmışdı. Daha sonra o, gələcək əri Eddi Maksimofla tanış olmuş, onlar evlənmişdilər. Onun əri ucaboylu, yara-şıqlı bir kişi idi, Konsul ayaması ilə tanınan Eddinin bir an-laşılmaz öyrəncəsi vardı: o, romu koka-kola ilə qarışdırıb içərdi. Bir neçə dəfə, dediyinə görə yaxşı iştahaçan bu, qarı-şıq içkisinə məni də qonaq eləmək istəmiş, mən isə koka-ko-lanı qatışıqsız içməyi sevdiyimi deyib boyun qaçırmışdım. Eddi fransızca aksentsiz danışırdı. O Mireylə tanış olanda Parisdə yaşayırmış, ancaq mən Mirey Maksimoffdan onların nə üçün sonradan İspaniyaya köçdüklərini soruşmağı unut-muşdum.

Parisə çox ertə çatmışdım. Dəmiryolunun Lion vağ-zalı hələ alaqaranlıq idi. Sonradan mənə elə gəlirdi, Parisdə yaşadığım bütün günlərim, bu şəhərə ilk gəldiyim gündə ol-duğu kimi, bir qaranlığa bürünmüşdü. Mənim çox da ağır olmayan yol çantamdan başqa bir yüküm yox idi. O gün sə-hər çağı biz Trokadero meydanındakı kafedə Mirey Maksi-moffla görüşdük. Mən vağzalın bufetində oturdum, saatın on olmasını gözləyib ona zəng vurdum. O mənim haradan zəng elədiyimi biraz gec anladı. Görüşəcəyimiz kafeyə bi-rinci mən gəldim. Sözün düzü, birdən qalmağa yerim olma-dığını desəm, onun buna soyuq yanaşa biləcəyi məni bərk qorxudurdu. Ancaq o məni ötən çağlarda, çimərlikdəki gö-rüşümüzdə olduğu kimi, çox gülərüzlə qarşıladı. Elə biləsən, biz dünən ayrılmışdıq. Onun mənimlə görüşdən sevindiyi açıq-aydın duyulurdu: o məndən işlərimin necə getdiyini so-ruşmağa başladı. Mən başıma gələnləri, necə varsa eləcə də, ona danışdım: modalar evində işə düzəlmək istədiyimdən, yırtıcı baxışlı, quru və qaba səslə danışan o tipdən söz sal-dım, dünən gecə Dijonu keçəndən sonra, mürgüləyərkən, yenidən yuxuda gördüyüm o sözləri bir də dilə gətirdim: “Bu, saçlarınızın təbii rəngidir? Sizə profildən baxmaq istə-yirəm…”

Bunları danışan yerdə birdən məni bərk bir ağlamaq tutdu və mən ucadan hönkürdüm. O isə əlini çiynimə qoyub məni ovutmağa başladı və bütün bunların çox boş şeylər ol-duğuna inandırmağa başladı. O mənim başıma gələn bu ola-yı, özünün onyeddi yaşı olanda, zəng çalıb onu oyatmayan saata görə bakalavr imtahınına gecikməyinə oxşatdı. Sonra isə o mənə, tanışlarının evində birlikdə yaşamağı təklif elədi.

Biz meydanı keçib getməyə başladıq və birdən, elə bi-ləsən, yol çantam büsbütün çəkisizləşdi. Burada da, Lionda-kına oxşayan bir yağış yağmağa başlamışdı, ancaq üz-gözü-mə toxunan yağış damlalarının ağırlığı duyulmurdu, sana-san, onlar da çəkisiz idilər.

Yaşayacağım ev Vinez küçəsinin qurtaracağında idi. İlk günlər mən, Parisdə aza biləcəyimdən qorxduğum üçün, gəzməyə çıxanda özümlə evin adresi və telefon nömrəsi ya-zılmış bir kağız parçası da götürürdüm. Qaldığımız evin otaqları işıqlı rənglə boyanmışdı. Qonaq otağında, demək olar, mebel adına nəsə yox idi. Mirey Maksimoff divarların-dan birini büsbütün kitab şkafı tutan kiçik bir otağın qapısını açdı. Qapının qarşısındakı divarın yanında üstü boz rəngli atlas parça ilə örtülmüş bir divan qoyulmuşdu. Otaqda mə-nim öyrəşdiyim güzgülü paltar dolabı yox idi. Pəncərə hə-yətə açılırdı. O mənim üçün yataq ağları gətirmək istədi, mən isə indilikdə buna gərək olmadığını deyib onu saxla-dım. O, pəncərənin pərdələrini örtüb getdi. Çantamı açma-dan divanın yanına qoydum. Divana uzanmağımla yuxuya getməyim bir oldu. Yuxuya getməzdən öncə, bayırda yağan yağışın səsini eşidirdim və bu səs, elə bil, mənə layla deyirdi. Aradabir yuxudan ayılır, ancaq çox keçmədən, yenidən ya-tırdım. Yuxumda, Sen-Bartelemi enişi ilə yeridiyimi gördüm, və birdən, evimizin sağında yerləşən lazarçılar monastrının divarlarının yoxa çıxdığını görüb bərk təəcübləndim. Divar-dan qalan yalnız açıq alaqapı idi və onun arxasında Troka-dero meydanı görünürdü. Solğun-göy rəngə çalan göy üzü açıq olsa da, yağış yağırdı.

O gündən başlayaraq, bir neçə gün, Mirey Maksimoff məni şəhərdə gəzməyə apardı. Biz Sena çayının üstündəki körpüdən keçib Sen-Jermen-Predə gəzişdik. O öz dostları ilə, “Nyuaj” və “La Malen” kafelərində görüşürdü. Mən onların arasında dinməzcə oturub, danışmağa ürək eləmirdim. Yal-nız qulaq asırdım. Ara-sıra o, evdən mənsiz çıxıb gedirdi və ancaq axşam saat yeddidə qayıdıb gəlirdi; belə günlərimi mən yalqızlıq içində keçirirdim. Ayaqla Bulon meşəliyinə gedirdim. Çox vaxt günəşli bir gün olurdu. Birdən, dalğın ol-duğumdan, başladığını çox gec duyduğum sısqa yağış ya-ğırdı. Sonra yenidən gün çıxır, nəm torpaq qoxuyan Pre-Ka-telan parkının sarımtıl yarpaqlarını oxşamağa başlayırdı. Evə isə qaranlıq düşəndən sonra qayıdırdım. Mən gələcəyi-min necə olacağını düşünəndə olduqca qarışıq-dolaşıq dü-şüncələrə qapılır, bundan bərk sarsılırdım. Gələcəyə gedən yollar mənə bağlı, keçilməz gəlirdi, elə bil, mən hələ də la-zarçıların monastrının keçilməz divarına dirənib qalmışdım. Ancaq mən bu qara-qura düşüncələri başımdan qovmağa ça-lışırdım. Məni bu şəhərdə yeniliklər gözləyirdi. Bulon meşə-sindən Trokadero meydanına gedən prospektlə addımlaya-raq, tez-tez başımı qaldırıb, pəncərələrindən işıq gələn evlərə baxırdım. Gördüyüm hər bir işıqlı pəncərə mənim üçün gə-ləcəyə inam aşılayan bir əlamətə çevrilirdi. Üstündə addım-ladığım torpağın xəzəllə örtülməsinə və yağış yağmasına baxmayaraq, hava elektriklənmişdi. Bu adi bir payız deyildi. Başqa payızlara oxşamırdı və mənim ömrümdə bu payızın ayrıca yeri vardı, daha doğrusu, bu payız mənim ömrümün, onun qalan hissələrindən seçilib-ayrılan, bir parçasına çev-rilmişdi. Mənim indi yaşadığım yerdə payız olmur. Aralıq dənizinin bu balaca liman şəhərində, mənim üçün zaman hə-mişəlik donubdur. Günəş… Burada bütün günlər günəşlidir, tutqun bir gün yoxdur və mən ölənədək bu belə də davam eləyəcəkdir. Son illərdə, çox az getdiyim Parisdə olanda, az qala, o payızı bu şəhərdə keçirdiyimə inanmağım gəlmir. Onda bu şəhərin küçələri, ötüb keçən insanların baxışları, işıqları, daha aydın idi və sehirli bir gizlinliklə dolu idi, mən elə bil, onları yuxuda, ya da uyuşdurucu ilə hallanıb gör-müşdüm. Ya da ola bilsin, mən onda çox gənc olduğumdan, düşdüyüm bu gərginliyin yükünü daşımağa gücüm çatma-dığından, belə bir xəyallarla ömrümü yüngülləşdirməyə ça-lışmışdım. Bir gecəsi, Vinez küçəsindəki gecələdiyim evə qa-yıdanda, binanın alaqapısında: plaş geyinmiş, qarasaçlı bir kişi ilə üz-üzə gəldim. Mən onu Mireylə oturduğumuz Sen-Jermen-de-Predəki kafedə, onun tanışları arasında görmüş-düm. Düşündüm, yəqin o, Mireyi otağın qapısınadək ötürüb geri qayıdır. Yuxarı qalxıb qapının zəngini çaldım. Mireyin qapını açmağı çox uzun çəkdi. O əyninə qalın qırmızı rəngli xalat geyinmişdi, saçları dağınıq idi. Qonaq otağının işığı yanmırdı. O mənə yuxuladığı üçün qapını belə gec açdığını dedi. Mən isə alaqapıda kiminlə qarşılaşdığımı ona deməyə ürək eləmədim. Onun baxışlarında bir yumşaqlıq və xumar-lıq vardı; o, birdən, məni özünə sarı çəkib qucaqladı. Sonra məndən bütün günü nə iş gördüyümü soruşdu, mənim gü-nümü yalqızlıq içində Bulon meşəliyində gəzməklə keçirdi-yimi eşidəndə isə bərk təəcübləndi.

– Sən gərək özünə bir sevgili tapasan, – o, dedi. – Bi-lirsənmi, bu dünyada sevgidən yaxşı heç nə yoxdur.

Mən də elə düşünürdüm, ancaq ona: “bundan da yaxşısı, mənim bir iş tapmağım olardı”, deməyə utanırdım. Mən burada yerləşmək, qalıb işləmək istəyirdim, nə olursa olsun, bir də Liona qayıtmaq istəmirdim. Biz onunla divanda yanaşı oturmuşduq və o hələ də işığı yandırmırdı. Qarşıdakı evdən düşən işıq otağın qaranlığını qovub alaqaranlığa çe-virirdi. Mirey mənim çiyinlərimi qucaqlamışdı, onun xalatı-nın qayışı açılmışdı. Ondan məstedici, ədviyyat qoxusuna oxşar bir ətir gəlirdi. Mən ona ürəyimdəkiləri açıb demək is-təsəm də, susurdum. Bizim burada yaşadığımızı heç kim bil-mirdi. Biz bu otaqda oğurluqca yaşayırdıq. Bildiyimə görə, Mirey Maksimoff qıfılı sındırıb, bu otaqda yaşamağa başla-mışdı. Bu məni qorxudurdu. Gərək Liondan çıxıb getmə-yəydim. Mən bu boş qonaq otağında özümə yer tapa bilmir-dim. Burada çoxdandı kimsə yaşamırdı və buraya dadanan oğrular evin bütün mebellərini daşıyıb aparmışdılar. Mirey mənim düşüncələrimdən duyuq düşübmüş kimi, nədən belə qayğılı olduğumu soruşdu. Onda mən dediyim sözləri öl-çüb-biçərək, düşüncələrimi ona çatdırmağa çalışdım. Onun məni öz yanına çağırıb belə istiqanlıqla qarşılaması ürəyige-nişlikdir, ancaq mən burada özümü çağrılmamış qonaq kimi hiss eləyirəm. Mən boş yerə Liondan çıxıb getməklə öz hə-yatımı onsuz da heç nədən mürəkkəbləşdirmişəm, indi də onun çiyninə bir yük kimi düşmək istəmirəm. O bu evin yi-yələrinə məni buraya buraxdığını deyibmi? O barı özü bu evin yiyələri ilə tanışdırmı? Düzünü desəm, mən bizim bu-rada yaşamağımızın qanuni olmasına inanmıram; qorxuram, günlərin birində ev yiyələri gəlib çıxsınlar və bizi buradan çölə tullasınlar! O, qəh-qəhə çəkib güldü. Sonra isə özünün pilə kimi yumşaq səsi ilə və həsəd apardığım bir soyuqqan-lıq və saymazyanalıqla danışmağa başlayıb, mənim qorxu-mu bir andaca dağıtdı. Deməsinə görə, ev yiyəsi onun çox-dankı bacılığıdır. Biraz dəymədüşər xasiyyətli bu xanım var-lı bir xəz alverçisinə ərə gedib, indi buralarda deyildir. İşin biraz da dərinliyini bilmək istəsəm, o, Mirey Maksimoff da ötən çağlarda evdən qaçıb Parisə gəlmişdi. Bordoda qatara minib Parisə gəlib çıxmışdı. Parisdə heç kimi tanımayan Mi-rey onda elə mən yaşda imiş. Buradakı Latın məhəlləsindəki bir qonaq evində otaq kirələyibmiş və oxuduğu bir elan üz-rə, bu qadının ərinin dükanında satıcı kimi işə düzəlməyə gələndə onunla tanış olubmuş. Bu qadının çox xoşuna gəl-diyindən o, Mireylə bacılıq olmuş, onu öz dostlarının yığın-caqlarına aparmağa başlamış və Mirey elə bu yığıncaqların birində gələcək əri Eddi ilə tanış olmuşdu. Bazar günlərində bu xanım bütün dostlarını özünün bahalı amerikan maşınına yığıb Monfor-lAmoriyə və Dovilə apararmış. Çox gözəl və əyləncəli günlər keçirərmişlər. Ona görə də, burada yaşa-maqla bağlı mənim qarğaşam yersizdir. O qadın bilsəydi, özü böyük sevinclə, evini qalmaq üçün Mireyə verərdi. Da-nışığın bu yerində ürəklənib öz gələcək taleyimin necə ola-cağı ilə bağlı qorxduğumu ona söylədim. Mən işləmədən Pa-risdə necə yaşayacağam? O bir dəqiqəyəcən dinməzcə mənə baxdı, sonra isə dedi:

– Bilirsənmi, mən də Parisə gəldiyim ilk çağlar bərk qorxurdum. Ancaq geci-tezi bu işlər yoluna qoyulur. Sən in-di bütün gələcək ömrünün hələ qabaqda olduğunun necə bir xoşbəxtlik olduğunu yetərincə anlaya bilmirsən. Sonrası, mən də sənə kömək eləyəcəyəm. Mənim Parisdə tanışlarım çoxdur. Burada işlərin düz gətirməsə, onda mənimlə İspani-yaya gedərik.

Onun bu sözləri mənə toxtaqlıq gətirdi. Mireyin mə-nim yaxşılığımı istədiyini duydum. Demək, ona güvənmək olar və mənim gələcək ömrüm gözəl olacaqdır. Bir dəfə ax-şam biz onunla teatra getdik, son günlər orada çox gözəl rol oynadığı deyilən Paskal adlı qızın adını eşidib, elə buna görə də, onun oyununa baxmağa getmişdik. Pyesdə baş verən olaylar, yazarın özündən uydurduğu bir ölkədə yerləşən qəsrdə, bizim günlərdə baş verir: toplumda çox yüksək möv-qe yiyəsi olan bir neçə insan, gözlənilmədən, qar çovğunun düşüb burada daldalanmalı olurlar. Onların hamısı ağ yaxa-lıqlı qara atlasdan tikilmiş paltar geyinmişdilər; qadınlar sa-rayda qulluq eləyən gənc oğlanlara, kişilər isə saray əyanla-rına oxşayırdılar. Tamaşanın gedişi boyunca klavesində ça-lınan həzin musiqi səsi eşidilirdi. Çox qədim mebellə bəzə-dilmiş geniş salonda qəndillərdə şamlar yanırdı, künclərdə hörümçəklərin qurduğu tor görünürdü, ancaq burada tele-fon da vardı və qonaqlar özlərini yüksək cəməiyyətə xas olan mədəni bir tərzdə aparırdılar: siqaret çəkir, viski içir və gözəl sözlər danışırdılar. Tamaşadan çıxanda bayırda çiskin yağış çiləyirdi. Mirey Maksimoffla mən onun dostlarından birinin maşınına oturub restorana getdik; orada bizi Mireyin tanışları gözləyirdilər, gecənin sonunda isə teatrda oyununa baxdığımız Paskal deyilən qız da gəlib çıxdı. O buraya, uca-boylu, qırx yaşlarında, sarışın pırpız saçlı bir kişi ilə birgə gəlmişdi. Bu kişi kinorejissor idi və onun donuq üzü skletin kəllə sümüyünü andırırdı. O stol arxasında oturanlara gələ-cək filminin ssenarisindən danışırdı, bu Paskal deyilən ak-trisanı da, öz filminə çəkmək istədiyini deyirdi. Rejissor öz filminin qısa məzmununu danışırdı; ancaq o bu danışığında çoxlu elmi terminlər işlətdiyindən, mən onun nə dediyini yaxşı anlaya bilmirdim. Bu ssenaridə, bir neçə gənc oğlanla qızın ya Portuqaliyanın hansısa dağlıq bölgəsindəki yaylaq evində, yoxsa xizək sürmə kurortundakı qonaq evində, ya-xud da deyəsən, bir burqund qəsrində, başlarına gələn olay-lardan danışılırdı; buradakı qadınların hamısı çox gözəl, ki-şilərin hamısı isə olduqca ağıllıdır və olayların gedişində on-lar sevdikləri qızları öz aralarında dəyiş-düyüş eləyirlər, re-jissor öz danışığında baş verənləri necəsə: “həndəsi fiqurla-rın fəzadakı yerdəyişməsinə bənzədirdi”. Mən Mirey Mak-simoffun yanında oturmuşdum; mənə elə gəlir, heç o da re-jissorun dediklərini yaxşı başa düşmürdü, ancaq oturanlar hamısı böyük bir sayğı ilə rejissorun danışığına qulaq kəsil-mişdilər. Sonra buradan durub, biraz da içmək üçün, başqa bir yerə getməyi qət elədilər; sözün düzü, oturduğumuz yer-lər ya, “Nyuaj”, ya da “La Malen” olardı. Biz yenidən maşı-na doluşduq. Hamı dinməzcə oturmuşdu. Avtomobil yağışlı havada çayın sahili boyunca şütüyürdü. Yan-yörədə görü-nən qırmızı rəngli gecə çıraqları, avtomobil faralarının işıq-ları, duyğularımı oxşayırdı. Paris gecələrini çox sevirdim, onlar mənim gündüz qapıldığım darıxdırıcı düşüncələrimi dağıdıb ürəyimi açırdı. Mən maşından düşüb, təkbaşna hava udmaq, çayın qırağında yalqız gəzmək istəyirdim.

– Yetər, otaq küncündə oturub darıxmağın! – Mirey Maksimoff bunu deyib, məni maşından düşməyə qoymadı.

O gündən başlayaraq Mirey məni hər gecə öz dostla-rının yığıncaqlarına aparmağa başladı. Biz onlarla uzun bir müddətə, gecə yarısınadək, oturardıq, mən isə çox vaxt otur-duğum yerdəcə yuxulamaqdan özümü güclə saxlayardım. Bu yığıncaqlar çox gurultulu keçirdi. Oturduğumuz resto-ranlar bəzək-düzəkli və çox gözəl idilər. Birdən də, tavanı tağlı bir zirzəmidə, şam işıqında axşam yeməyi yeyərdik. Başqa bir restoranda isə, yaxınlığında oturduğumuz buxarı-da qızardılan ətlə şam eləyərdik. Yaraşıqlı şamdanlar. İri və gözəl çərçivəyə salınmış güzgülər. Başımızın üstündəki ta-vanın qaralan tirləri. Buralarda “qadın yayı” deyilən, isti ke-çən payız gecələrində, kafelərin qarşısındakı səkilərdə qo-yulmuş oturacaqlarda oturardıq. Yer dar olduğundan, ya-naşı və biri-birimizə qısılıb oturardıq. Gəzdiyimiz isə, yalnız bu iki küçə olardı: Bernar Palissi və Sen-Benua, elə Mirey Maksimoff da bizi evdən götürən taksiçilərə həmişə bu iki küçədən birinə sürməyi buyurardı. Mirey Maksimoff dost-larının evinə qonaq gedəndə də, məni özü ilə götürərdi. Çox vaxt bazar günləri Monsuri parkının yaxınlığındakı bir ema-latxanaya gedərdik. Orada bizi Braziliya yeməklərinə qonaq eləyərdilər. Otaqda, həmişə eyni sayda, oniki adam olardı. Onlar laqqırtı vurar, qıraqda qoyulmuş patefonda isə, ara vermədən, braziliya musiqisi səslənərdi. Mən, həmişə oldu-ğu kimi, susub oturardım. Qırağa çəkilib, düşüncələrimə dalmaqla vaxtı sovuşdurardım. Çox vaxt isə, bayıra çıxıb ya-xınlıqdakı küçələrdə boş-boşuna gəzişərdim. Oturanların ba-xışlarından yayınaraq, səssizcə, çıxıb getməyə çalışardım. Belə bir yalqızlıq içində, qaranlıqda və təmiz havada gəz-məyi çox sevirdim. Mən öncə Liondan qaçmışdım, indi isə, tanımadığım və bərkdən danışan insanların olduğu yerlərin hamısından qaçırdım; deyəsən, elə mənim bütün ömrüm bu, bitib-tükənməyən qaçaqaçlar içində keçəcəkdi. Ancaq bir şe-yə ürəkdən inanırdım, burada haçansa, ola bilsin, Parisin o biri başında yaşayan və eyni ilə mənim kimi düşünən birisi ilə qarşılaşacağam. Belə gecələrin birində mən Monsuri par-kının yaxınlığındakı bu emalatxanadan çıxıb getdim və ora qayıtmadım. Emalatxanadan çox uzaqlarda da, oradan gələn braziliya musiqisini gur səsi və adamların hay-küyü eşidi-lirdi. Mən Vinez küçəsinə sarı yollanıb, demək olar bütün şə-həri ayaqla keçib getdim. Artıq heç nədən, o sıradan öz gə-ləcəyimin necə olacağından belə qorxmurdum. Yeridikcə kü-çələr və bulvarlar qarşımda bütün genişliyi ilə açılırdı; gecə yarısı bomboş qalan bu yerlərin işıqları mənə, onlar insan-larla qaynaşanda olduğundan, qat-qat parlaq görünürdü. Yarpaqlar titrəşir, əsən külək onları xışıldadırdı. O gecəsi mən heç nə içməmişdim. Evə gəlib çıxanda Mireyin artıq çoxdan qayıtdığını öyrəndim. Mənim yoxa çıxmağıma görə o, bərk həyəcanlanmışdı. O məndən nə üçün gözlənilmədən, heç kimə demədən çıxıb getdiyimi soruşdu. Mən özümü yaxşı hiss eləmədiyimi, buna görə də biraz hava almaq üçün çıxıb getdiyimi dedim. Ona, bu yığıncaqdakı insanlardan utandığımı da dedim. Onlar yaşca məndən çox böyük və ağıllıdırlar, mən onların yanında özümü uşaq kimi aparaca-ğımdan çəkinirəm. Onların arasında mənə yer yoxdur. Mən heç öz yerimin harada olduğunu bilmirəm də. Mən burada axtardığım o yeri hələ tapa bilməmişəm. O, böyük bacı sa-yağı, mənim alnımdan öpdü, ancaq mən onun, bu anlarda, sözlərimi ciddiyə almadığını da duydum. Biraz keçmiş o dil-ləndi:

– Mənə elə gəlir, sən biraz özünü itirmisən.

Bazar günlərinin birində o məni Yelisey çöllüyündəki çin restoranına, günorta yeməyinə aparmışdı. İçəri girən ki-mi mən bu yaxınlarda qaldığımız evin alaqapısında qarşı-laşdığım plaşlı kişini gördüm. O bizi gözləyirdi. Onunla bir-gə, boyca ondan da uca, gödəkçə və darboğazlı köynək ge-yinmiş bir kişi də vardı. Mirey Maksimoff mənim tanıdığım kişi ilə öpüşdü. Onun adı ilə soyadını heç cür xatırlaya bil-mirəm. Nəsə, Valterə oxşar bir adı vardı, soyadı isə, italyan-caya oxşayan unutduğum bir sözdü… Onun dostu bizim əli-mizi sıxıb özünü belə tanıtdı: Gi Vensan. Mən sonradan bun-ların heç də onun gerçək adı və soyadı olmadığını öyrən-mişdim; onun sonralar da, mənim yanımda, kəskin duyulan bir qabalıqla adamlara yaxınlaşıb, onlara əl uzadaraq: Gi Vensan deməsini heç cür sindirə bilmirdim. İndi isə artıq onun bu adla qorunduğunu bilirəm və o bu adla tanış oldu-ğu kimsə ilə öz arasında keçilməz bir divar yaratmağa çalı-şırdı. Nədənsə mənə elə gəlir, onu ilk dəfə gördüyüm o gün-kü bazar günündə, mənim əlimi sıxıb öz uydurma adını de-yəndə onun səsində başqalarına qarşı duyulan bu qabalıq yox idi. Məncə, o bu adı necəsə bir ironiya ilə dedi və elə bil, biz ikimiz də, bu adın altında nə isə bir gizlilik olduğunu bi-lirdik.

Gi Vensan divanda mənimlə yanaşı oturmuşdu. Or-talıqda bir susqunluq vardı. Sonra Valter bu səssizliyi poza-raq Mirey Maksimoffa sarı əyilib dedi:

– Bax, sənə danışdığım o Gi deyilən adam budur…

Gi gülümsünüb, Mireylə tanışlığına çox sevindiyini dedi. Mən isə həmişə olduğu kimi, utancaqlığın sıxıntısı için-də idim. Bayaqdan bircə söz də demədən, səssizcə, otur-muşdum. Mənim anladığıma görə, bizimlə qarşı-qarşıya oturmuş bu Mirey Maksimoffun dostu olan kişi lap çoxdan fotoreportyor işləyir və onu tez-tez qorxulu yerlərə göndə-rirlər. O, hansısa bir qaynar nöqtədə yaralanıbmış da. Onlar Gi Vensan ilə, Yelisey çölündəki fotoreportyorların toplan-dığı kafedə tanış olubmuşlar.

Günorta yeməyinin başlanğıcında Gi Vensan da su-surdu. Mirey Maksimoff, aranı qızışdırmaq üçün, onu danı-şığa çəkir, ötəri sorularla onun dilini açmağa çalışırdı. Ancaq o, bu sorulara “hə-yoxla”, qısaca cavablar verməklə yetinir-di. Valter məni barmağı ilə göstərib soruşdu:

– Yaxşı, de görək, bu gənc qızcığaz kimdir?

Gi Vensan çevrilib maraqla mənə baxmağa başladı.

– O, Liondan gəlib. Onun başına çox qəribə və kədərli bir olay gəlib, – bu sözləri deyəndə Mirey Maksimoff sezil-mədən, mənə yüngülcə göz vurdu. Daha sonra o, vaxtı ilə Land bölgəsində özünün başına gəldiyini dediyi: bakalavr imtahanına gecikməklə bağlı hadisəni, mənim adıma çıxıb, oradakılara danışdı. Dediyinə görə, həftənin birinci günü sa-atın zəng çalmaması mənim həyatımı dəyişmişdi. Sözün dü-zünə qalsa, onun beləcə, bizim ömür yolumuzu biri-birinə qatıb qarışdırmasını mən yaxşı qarşıladım, görünür o, bütün bunları məni özünə çox doğma saydığı üçün eləyirdi.

Valter bərkdən güldü.

– Sizinki gətirib, – o, mənə üz tutub dedi. – Taleyiniz sizə acıdığı üçün bu imtahanı verməyinizi istəməyibdir.

Mən özümü itirdim. Mirey Maksimoff məni özümə gətirmək üçün əllərimi ovcunun içinə alıb saxladı.

– Ümid edirəm, siz o imtahanı yenidən vermək istə-mirsiniz, – deyə Mirey dilləndi, – belə boş bir şeyə vaxt itir-məyə dəyərmi?

Gi Vensan yenə də susub durmuşdu, ancaq indi onun baxışlarından, bu danışılanlara təkcə maraqla yox, həm də qayğı ilə yanaşdığı da duyulurdu; o elə bil mənim düşün-cələrimi oxumaq istəyirdi.

– Siz başınıza gələn bu olaydan çoxmu sarsıldınız? – o, maraqla məndən soruşdu.

Mən ona baxıb gülümsəməyə çalışdım.

– Yox, mən sizinlə razı deyiləm, – o danışanlara üz tutub dedi, – hər halda bu imtahana gedə bilməmək yetə-rincə kədərli bir olaydır.

Valter ondan özünün bakalavr imtahanı verib-ver-mədiyini soruşdu. Gi Vensan, belə bir imtahan verməyə ma-cal tapmadığını, ancaq buna görə çox təəsüf elədiyini dedi. Onun deməsinə görə, müharibə qurtarana yaxın orta məktə-bin son sinifində oxuyurmuş və isveçrəlilər onu və başqa qaçqın yaşıdlarını ölkələrindən çıxardıqlarından, oxumağı yarımçıq qalıbmış. Onları Lionda hansısa bir pansiona oxşa-yan yerə köçürüblərmiş, burada uzun müddət yaşasalar da, ancaq onlara məktəb proqramına uyğun dərs keçməmişdilər. Günlərinin çoxunu əl işləri görməklə keçirirmişlər.

Mən utancaqlığımı üstələyib soruşdum:

– Lionda çoxmu qaldınız?

– Elə də çox qalmadıq. Altı aya yaxın.

Bizim bu ilk görüşümüzdə mən ürək eləyib ondan Li-onda hansı pansionda qaldığını soruşa bilmədim. Onun, evi-mizin yaxınlığındakı, lazarçıların pansionunda yaşadığı ürə-yimə dammışdı və mən o andaca, onun bu monastrın qara boyalı divarlarının arxasında olduğunu gözümün önünə gə-tirdim.

Restorandan çıxanda Mirey Maksimoff mənə, evə çox gec qayıdacağını dedi. Valter əlləri ilə yüngülcə mənim ya-naqlarımı qıdıqlayıb, zarafatla: bakalavr imtahanı verə bil-məsəm də, ancaq mənimlə tanışlığına çox sevindiyini dedi. Onlar ikilikdə maşına oturub getdilər, maşın aralananda Mi-rey Maksimoff əllərini yelləyib bizimlə sağollaşdı.

Biz Gi Vensanla ikilikdə qaldıq. O məndən yaxınlıq-damı yaşadığımı soruşdu. Mən Trokaderonun yaxınlığında yaşadığımı, ancaq Parisi pis tanıdığımdan onun buradan nə qədər aralı olduğunu bilmədiyimi dedim.

– Elə isə, mən sizi ötürüb biraz da gəzişərəm. Birdən yorulsanız, yolüstü “Etual” stansiyasına enib metro ilə ge-dərik.

O anda mən Parisə gəldiyim ilk gündən özümə kö-nül yoldaşı olmaq üçün aradığım adamı artıq tapdığımı dü-şünürdüm. Onun o anda dediyi söz yaddaşımda çox bərk yer elədiyindən, indi də xatırlayanda bu sözlər onun səsi ilə qulaqlarımda səslənir: “Birdən yorulsanız, yolüstü “Etual” stansiyasına enib metro ilə gedərik”. Bir dəfə indi yaşadığım və tez-tez fransız tanışlarımla ana dilimdə danışdığım bu öl-kədə, dənizin qırağında gəzişirdim. Çox dərin düşüncələrə dalmışdım, birdən parisli ləhcəsi ilə deyilən bu sözü bütün aydınlığı ilə eşitdim: “Birdən yorulsanız, yolüstü “Etual” stansiyasına enib metro ilə gedərik”. Mən diksinib yan-yö-rəyə boylandım. Yaxınlıqda kimsə yox idi.

O bazar günü biz Yelisey çölünün sağ yanı ilə, bura-da gəzişən insanların arasından keçib gedirdik. Günəş hələ batmamışdı. Bütün kafelərin qarşısındakı səkilərdə adamlar stol qoyub oturmuşdular. Yolüstü qarşılaşdığımız “La Ma-len” kafesində də, adamlar səkidə qoyulmuş stollarda otur-muşdular, onların yanından keçəndə, birdən mənə elə gəldi, bu adamlar, parislilərin “qadın yayı” dedikləri, bu ilıq payız günlərinin necə ötüb keçməsinin tamaşısına durublar. Görə-sən, payızın bu ilıq havası çoxmu çəkəcəkdi? Gəlib “Etual” metrosuna çatdıq.

– Yorulmamısınız? – Gi Vensan məndən soruşdu.

Mən yorulmadığımı dedim.

– İstəsəniz, Bulon meşəsinədək ayaqla gedərdik, – ona üz tutub dedim.

Port-Dofinə çatanda yaxınlıqdakı nohurlara sarı apa-ran yola döndük. Yolu mən tanıdırdım.

– Bu meşəliyi deyəsən yaxşı tanıyırsınız, – Gi Vensan soruşdu.

Doğrudan da, mən burada gündüz çağı çox tez-tez olardım. Vinez küçəsində yalqız oturub qalmaq məni bez-dirmişdi. Gecələr Mirey Maksimoffun dostlarının səs-küylü yığıncaqlarından qaçdığım kimi, gündüzlər də evdən qaçıb, buralara gələrdim. Məni burada ən çox əyləndirən özümü unutmağım olurdu. Biraz öncə mən var idim, indi isə özümü unudub yox olmuşam!

Biz nohurun yanında qoyulmuş oturacaqda əyləşdik. Mən onun buralarda haçansa gəzib-gəzmədiyini soruşdum. Yox, lap çoxdan buralarda olmamışdı. O məndən on-onbeş yaş böyük olardı. Ola bilsin, haradasa işləyirdi. O mənə hələ də restoranda olduğu kimi baxırdı-gözlərindən mənə ma-raqla və qayğı ilə yanaşdığı oxunurdu. Mənə elə gəlirdi, o, mənim kimliyimdən yaxşı baş aça bilmirdi. Məndən neçə ya-şım olduğunu soruşdu. İstədim yaşımı artırıb deyəm, ancaq sonra düzünü deməyi kəsdirdim. Hər halda bir yaş artırıb, ondoqquz yaşımın olduğunu dedim. O, çox təəcübləndi və mənə, üzdən baxanda, iyirmidən artıq yaş verdiyini dedi.

Yaxınlıqdakı ağacların arasında adamlar ailəlikcə gəzişirdilər. Uşaqlar ata-analarından geridə qalırdılar, onlar isə uşaqlarını adları ilə çağırıb haraylayırdılar, kimsə öz uşağını nəvazişlə, kimsə də acıqla səsləyirdi. Birdən kimsə qışqırdı: “Gi!”, mən o anda yanımda oturan bu kişinin adı-nın da Gi olduğunu xatırladım. Ancaq o bu adı eşidəndə heç gözünü də qırpmadı. Mən onda hələ onun gerçək adının Gi olmadığını bilmirdim.

– Mən indi özümə iş axtarıram, – utana-utana dillən-dim.

Birdən, heç özüm də gözləmədən, tez-tez danışaraq, aradabir özümü çaşdırararaq, ona hamısını olmasa da, başı-ma gələnlərin bir qismini doğru-düzgün danışmağa başla-dım: mən Liondan gəlmişəm, indi Mirey Maksimoffun ya-nında qalıram, Parisdə özümə iş tapmaq istəyirəm. O mən-dən soruşdu:

– Bəs, ata-ananız? Onlar nə düşünürlər?

Bu sual məni karıxdırdı. Liondan çıxan gündən, bir dəfə də olsun, ata-anamı xatırlamamışdım. Sözsüz, onlar mənim üçün yad deyildilər, ancaq evdən çoxdan ayrıldı-ğımdan, onlara yadırğamağa başlamışdım. Mən gələcək üçün planlar quranda aradabir onları da xatırlayırdım, ancaq hər şeydən öncə öz ömür yolumu aydınlaşdırmaq istəyir-dim. İşlərimi yoluna qoyan kimi, böyük bir sevinclə, yenidən onları görməyə gedəcəyimi düşünürdüm.

– Onlar mənə kömək eləmək gücündə deyillər, – mən cavab verdim.

Biz qalxıb, Pre-Katelan yaxınlığında bir az da gəzib dolandıq. Parkda getdikcə daha az adamlar gözə dəyirdi, ge-niş yollar isə dar meşə cığırlarına çevrilməyə başlayırdı. Bir-az da gedəndən sonra o, geri qayıtsaq yaxşıdır, yoxsa bura-larda aza bilərik, dedi. Mən ondan nə işlədiyini soruşdum. O, işinin çox maraqsız olduğunu, Fransa ilə İsveçrə arasında avaralandığını dedi. Onun iş ortaqları var, onlar birlikdə Pa-risdə bir agentlik qurublar. Çox bayağı bir işlər görürlər, on-lardan heç danışmağa da dəyməz, danışsa da çox darıxdırıcı olar. Mən ondan, bir daha işi ilə bağlı heç nə soruşmadım.

Hava qaralana yaxın biz Bulon meşəsindəki bir çay evinə girdik. Masaların arxasında biraz öncə nohurun ya-nında gəzişən ailələr oturmuşdular. Başqa bir stolun arxa-sında isə yaşlı qadınlar oturub ucadan danışırdılar. Gi otu-ranlara çox böyük maraqla baxırdı. Öz-özümə düşündüm: yoxsa, o da mənim kimi ilk dəfə belə yerə gəlib çııxıbdır?

– Çox qəribədir, – o, bir az sonra dilləndi, – buradakı qadınların çoxu qaragül dərisindən palto geyiniblər.

O, yenə də soyuqqanlı və dalğın grünürdü. Sonralar da, adamların çox toplandığı yerlərdə olanda onun özündə olmadığını duyurdum, elə bil onun başqaları ilə yovuşmaq arzusu büsbütün sönmüşdü. Bu durumunda o, yerli dili bil-məyən, ondan nəsə soruşacaqlarından çəkinən bir yadelliyə oxşayırdı. Yoxsa o, insanların onun üzündən, içində olan təş-vişi, yaxud qorxunu oxuyacaqlarından, bunun isə özünə bədbəxtlik gətirəcəyindən çəkinirdi? Bax, elə buna görə də, o, özünü çox soyuqqanlı aparır və kimsə ilə yaxınlığa can at-mırdı. Birdən onun üzündə, elə bil, gizlətmək istədiyi bir gü-lüş göründü.

– Mən bu salonda qaragül dərisindən palto geyinmiş on dörd qadın saydım. İstəsəniz, özünüz də sayıb yoxlaya bilərsiniz…

Mən onunla öz aramda biri-birimizə qarşılıqlı güvən duyğusunun yarandığını duymağa başlamışdım. Çox ma-raqlıdır, o bu dünyada öz yerini tapmış birisidirmi? Biz “Etuala” çatıb metroya mindik. Yolüstü, mindiyimiz qatarı dəyişib “Trokadero” stansiyasına gəlib çatdıq. Gi məni evə-dək yola salmaq istəyirdi. O, mənimlə yanaşı, özünün daya-nıqlı və ölçü-biçili addımları ilə yeriyirdi və mənə bu gün də elə gəlir, onun davranışındakı bu dayanaqlığı heç nə poza bilməzdi. O elə bil başqalarının gözünə sataşmamağa çalı-şırdı. Bəlli olduğu kimi, izlənən birisinin ən yaxşı davranışı arxaya çevrilib baxmamaq olur. Bilmək istəsəniz, qorxulu duruma düşəndə, ən yaxşısı, ağır və toxdaq addımlarla ye-riməkdir. Vinez küçəsindəki yaşadığım evin alaqapısına ça-tanda o, bu axşam bir işimin olub-olmadığını soruşdu. Mən, bu axşam üçün heç bir işimin olmadığını dedim. O, isə, bu-gün başının bərk qarışıq olduğunu deyib, məni şam yemə-yinə çağıra bilmədiyinə görə təəsüfünü bildirdi, artıq, öncə-dən, bugünə işgüzar bir görüş veribmiş. Ancaq sabah, birisi-gün və bütün sonrakı günlər boş idi… İndi o, oteldə yaşayır. Zəng eləyə bilmək üçün, öz telefonunu da mənə verdi.

Sabahısı gün mən evdə yalqız idim və axşamüstünü gözləyib, ona zəng elədim. O mənə onun yanına necə gedə biləcəyimi aydınlaşdırdı. Gərək “Etual” stansiyasında qatarı dəyişib, “V Georq” stansiyasınadək gələrək, orada metrodan çıxaydım. Sonra isə o məndən karandaş götürməyi xahiş eləyib, onun yaşadığı oteli tapmaq üçün çox aydın bir sxem cızmağıma kömək elədi. Danışığından mənim azıb onu tapa bilməyəcəyimdən qorxduğu açıq-aydın duyulurdu.

O, “Dyu Berri” otelində qalırdı. Bu otel Fredirek Bas-tia küçəsində, bizim srağagün oturduğumuz çin restoranın yaxınlığında idi. Mən otelə girib, qapıda dayanan növbətçi qadından “müsyö Gi Vensanın” otağını soruşdum. Çox ağır-yana paltar geyinmiş sarışın qadın mənə yolu göstərdi–sonra demək olar, hər gün yanından keçib Gi Vensanın otağına getdiyim bu qadını yaxşı xatırlayıram və mənə elə gəlir, onunla qarşılaşdığım günlər çox uzun sürmüş, az qala bütün ömrüm boyu olmuşdu. Ancaq düzünə qalsa, mənim bu otelə gəl-gedim olsa-olsa bir ay çəkmişdi.

Mən pilləkənlə ikinci mərtəbəyə qalxdım. O, otağının qapısını açıq qoyub məni gözləyirdi, elə bil mənim birdən fikrimi dəyişəcəyimdən, onun otağına girmədən, geri dönüb qaçacağımdan qorxurdu. Mən pilləkənin sonuncu pilləsində dayandım və bir anlığına doğrudan da, buradan qaçıb uzaq-laşmaq istədim.

Bərk sarsıntı içində olduğumdan, otağa girib salam-laşan kimi, çarpayının qırağında oturdum. Otaqda iki pən-cərənin arasında qoyulmuş kreslo olsa da, özümü ona yetir-məyə gücüm qalmamışdı. O mənim qarşımda ayaq üstə da-yanmışdı. Birdən, qayğı duyulan bir səslə dilləndi:

– Sizin saçlarınız yaşdır.

Doğrudan da, saçlarım da, plaşım da yaş idi. Metro-dan çıxanda əliaçıq payızın gündəlik sovqatı olan çiskin ya-ğışa qonaq olmuşdum. O, tez dəsmal gətirdi. Mənimlə ya-naşı oturub ehmalca saçlarımı qurulamağa başladı.

– Gərək plaşınızı da çıxaraydınız.

O bu sözləri güclə eşidilən bir səslə dedi, elə bil, öz-özü ilə danışırdı. Birdən mənə elə gəldi, sanasan, biz ikimiz də bir dəqiqə öncə yağışdan qaçıb bu oteldə daldalanmışıq. Həm də mən Parisə elə bugün gəlmişəm. O, isə məni Lion vağzalında qarşılayaraq buraya gətiribdir. Tavandakı çilçı-raqların işığı göz qamaşdırır, bayırdan isə yağışın şırıltısı eşi-dilirdi. Mən harada olduğumu, başıma nə gəldiyini unut-muşdum. Onun kim olduğunu da bilmirdim, ancaq bu mə-nim üçün önəmli deyildi. O, mənim çiyinlərimi qucaqladı və mən onu öpdüm. Bu andaca mənim bütün sıxıntılarım və utancaqlığım yox olub getdi və bizim sevişməyə başladığı-mız bu anda onun işığı söndürməməsi belə məni darıxdır-mırdı, qoy işıqlar biraz da gur yansın, ömrümə çökmüş bü-tün bu qaranlıqları qovub aparsın.

Ertəsi gün oteldən çıxıb Vinez küçəsindəki evə gə-ləndə Mirey Maksimoff artıq yuxudan durub otaqda gəzi-şirdi. O, evə gəlmədiyim üçün bərk narahat olduğunu dedi, ancaq məndən heç nə soruşmadı. Onda mən ona yalan da-nışdım, Liondan gələn dostlarımla görüşüb oturduğumu və kafedə keçirdiyimiz gecənin səhərədək uzandığını dedim. Bütün sonrakı həftələri də, evə gəlməməyimin niyəsini giz-lətmək üçün, ona yalan danışdım və Gi Vensanla aramızda baş verənləri ondan gizlətdim. Sözün düzü, bugün də, o vaxt ona nə deyə biləcəyimi düşünüb tapa bilmirəm. Belə sadə bir işi sözlə anlatmağa gərək vardımı? Belə işlər yaşamda hamı-nın başına gəlir, mən də onlardan birisi idim. Sevdiyim kişi-nin gecələrin birində öz adının Gi Vensan olmadığını boy-nuna aldığını xatırlayıram. Həmən gün o məni qaldığı otelin yaxınlığındakı restorana aparmışdı. O, nədənsə, yaşadığı bu məhəllədən qırağa çıxmağı sevmirdi. Mənim Lionlu olma-ğım onun ürəyini yerindən oynatmışdı. Müharibə qurtaran kimi onu Liona köçürmüşdülər və o burada yaşamalı ol-muşdu, ancaq bu şəhərdə çox uzun müddət yaşamadığı üçün, orada onu öz yoldaşları ilə hansı pansionda yerləşdir-diklərini mənə heç cür anlada bilmirdi. Qaldığı yeri belə ta-nıdırdı: Sona çayının yaxınlığında, dik pillələrlə qalxmalı ol-duğun bir yer idi, yan-yörədə çoxlu köhnə dəblə tikilmiş ev-lər vardı. Ondan soruşurdum: enişə düşən bir küçəni, onun başı üstündən asılan geniş alaqapılı, qara rəngli hasarı olan binanı xatırlayırmı? O, isə deyirdi: hə… deyəsən belə bir yer vardı… ancaq dəqiq deyə bilmirəm, ora sən deyən yer idi, yoxsa başqası idi. Çox ola bilsin, o mənim düşündüyüm ki-mi, elə lazarçıların pansionunda yaşamışdı. Mən onun güclə xatırladığı yerin elə evimizin yanındakı pansion olduğuna inanırdım.

Sonra da Lionda qatara minib Parisin Lion vağzalına gəlib çıxmışdı. O da buraya, mənim kimi, səhər tezdən gəlib çatmışdı. O çağlarda elə mənim yaşda imiş. O, bunları mənə: gecə də, gündüz də, yatanda da, söndürmədiyi çilçıraqların parlaq işıq saçdığı oteldəki otağında danışmışdı. Vaxt keç-dikcə mən də bu işığa alışmışdım və məndə avamcasına bir inam yaranmağa başlamışdı, mənə elə gəlirdi, bu işıq onun mənim üçün qaranlıq olan kimliyini aydınlatmağa kömək eləyir. Parisə gəlib çıxdığı o səhər çağında, vağzalda onu heç kim qarşılamamışdı. Sonra uşaqlıq çağında yaşadığı məhəl-ləyə getmiş, vaxtilə burada yaşayan bütün tanışlarının izsiz-soraqsız yoxa çıxdığını görmüşdü. O bütün bunları mənim də Liondan buraya gəldiyimi öyrəndiyi üçün danışırdı, onun da taleyinin bir parçası bu şəhərlə bağlı idi və həmin çağlar-da o mənim indiki yaşımda olmuşdu. Onun ürəyini mənə açmasının bir niyəsi də, bizim birinci sevgi gecəmizdə mə-nim onu “Gi” adlandırmağım olmuşdu, sözün düzü bu ad ürəyimə yatmadığından, onu güclə dilimə gətirdiyim açıq-aydın duyulurdu. Deyəsən o da bu adın ürəyimcə olmadı-ğını duyaraq, o anlarda mənə demişdi: “Hə… İstəyirsənsə, mənə Gi də deyə belərsən”, sonra ürəkdən qəh-qəhə çəkib gülmüşdü. Ardınca o, bir neçə dəfə: “Gi… Gi…” deyib, elə bil, özü də bu qısa ada alışmaq istəyərək, onu təkrarlamışdı; onda onun bu hərəkəti məni də güldürmüşdü.

Elə dediyim bu gecədəcə o mənə, “Gi Vensanın” onun ayaması olduğunu açıb demişdi. Mən ondan gerçək adını soruşdum, onu öz adı ilə çağırmaq istədyimi dedim. O, isə mənim bu istəyimə çox böyük sayğı ilə yanaşdığını, an-caq artıq “Gi Vensan” adına öyrəşdiyi üçün bunu istəmədi-yini dedi. Onun deməsinə görə, bu “Gi Vensan” adı ona bir yenilik kimi gəlir: ağ çiçəklərin göz oxşadığı yazı andırır, bu ad ona güvənlik və toxdaqlıq aşılayır. Bundan başqa da, bu ad onun qorunduğu alınmaz bir qala kimidir. Bu ad onunla başqa insanlar arasında bir qorucu kimi dayanır, onu, bir Yaxşılıq mələyi kimi, yamanlıqlardan qoruyur. Bunu deyən-dən sonra o, yenə də qəhqəhə çəkib güldü. Mən də ona qo-şuldum. Deyirlər, yersiz gülüş yoluxucu olur, doğrudan da, onun bu dediklərində mənə gülməli gələn heç nə yox idi! O, bunları deyəndə, birdən, otelin parlaq çilçıraqlı otağı mənə soyuq və yad bir yer kimi göründü. Bu yad yerdə, yad bir ad altında gizlənən, tanış olmayan bir adam mənimlə yanaşı oturmuşdu.

Mən onun otaqdan çıxanda heç bir iz qoymamağa ça-lışdığını sezmişdim–dolabda, xalçanın üstündə, kresloda, özündən sonra heç nəyin düşüb qalmasına yol verməzdi. Otaqda nəyi vardısa: paltarını, ayaqqabılarını, yemək və si-qaret qalıqlarınacan, yığışdırıb özü ilə götürərdi. Biz otaqdan çıxandan sonra burada kiminsə olduğunu göstərən bir iz də qalmazdı, təkcə yığılmamış yataq burada kiminsə olduğunu bildirərdi, ancaq o, çox vaxt, tələm-tələsik yatağın üstünü də odeyalla örtüb izi itirməyə çalışardı. O, bunun, yeniyetməli-yində pansionda yaşadığı çağlarda qazandığı bir öyrəncə ol-duğunu deyərdi. Onun kostyumları, bir neçə kitabı və başqa nəyi vardısa, gündüzlər olduğu agentliyin geniş otağında, çamadanlara qablaşdırılıb qalırdı. Burada o, özünün üzdən heç də ürəyatımlı görünməyən iş ortaqları ilə işləyərdi. O, tez-tez oraya gecədən çox keçmiş vaxtlarda da baş çəkər, məni də özü ilə aparardı. Bu agentlik də otellə yanaşı idi və Pontye küçəsində yerləşirdi. Oraya birlikdə getdiyimiz bu gec saatlarda agentlikdə kimsə olmazdı, mən kabinetdə otu-rub onu gözləyərdim, o isə gərəkən şeylərini toplayıb yol çantasına yığar, sonra isə birlikdə otelə qayıdardıq. O, yalnız bir dəfə öz gerçək adını dilə gətirmişdi. Bu olay, biz birlikdə İsveçrəyə gedəndə baş vermişdi. Lozannada biz, indi xatır-lamıram, nə üçünsə Uşi məhəlləsindəki bir otelin giriş salo-nunda oturmuşduq. Yan-yörəmizdə varlı burjua silkindən olduğu bilinən çoxlu qadın və kişilər dolaşmaqda idi. Onla-rın çoxu fransız idilər, demək olar, hamısı da köhnə dəbə uy-ğun davranışları ilə gözə çarpırdılar; bu adamların geyimləri də keçmişi andırırdı. Ancaq onlar bu köhnə modalı geyim və davranışlarına baxmayaraq, çox gözəgəlimli görünürdülər. Günəş altında gəzməkdən qarabuğdayıya çalan üzləri vardı. Özü də hamısının biri-biri ilə tanış olduğu bilinirdi. Salonda qoyulmuş böyük bir stolun üstündə, sıra ilə düzülmüş ki-tablar qalanmışdı. Arıq, qalın qaşlı, qalstuk yerinə kəpənək taxmış birisi, bütün arzu eləyənlər üçün, bu kitabları imza-layırdı. Bu törənə qatılanlar bizə tərəf təəcüblə, hələ desən, biraz da pis-pis baxırdılar. Görünür, onlar öz törənlərini ke-çirdikləri bu yerə bizim kimi aşağı qatdan sayılan adamların necə gəlib çıxdığını anlaya bilmirdilər. Mən indi, bugün dur-duğum yerdən baxıb, bizim bu adamların arasında necə gö-ründüyümüzü anlatmaq istəyirəm. Bax, mən indi dayandı-ğım yerdən qarşıdakı körpünün yanındakı terrasda yerləşən kafedə sarışın bir qız görürəm; onunla yanaşı üz-gözündən quldurluq yağan bir kişi oturubdur. Gəncliyimdə mən də elə bu, gözlərini geniş açıb dayanan qıza bənzəyirdim. Bu qız in-di vurğunluqla yanındakı kişinin danışığına qulaq asır. Onun yanındakı tünd qara saçlı kişinin, çəkdiyi siqaretin kü-lünü, qabalıqla, qarşısındakı stəkana çırpması isə, mənə az da olsa Gini xatırladır. Ancaq Gi(mən hələ də onu belə ça-ğırmalı oluram) ondan daha möhkəm bədənli görünürdü. Onun addımlamasında, rəqqasların yerişinə oxşayan bir elastiklik vardı. Söz açdığım o gün, Lozannadakı otelin giriş salonunda, Gi birdən ayağa qalxaraq özünü yaxınlıqda top-laşıb dayanmış adamların sırasına vurdu. O, basabasa düşə-rək ilişib qaldı, mən isə, onun indicə, bu şıq geyimli ağalar və xanımlarla itələşəcəyindən qorxmağa başlamışdım. Onun içkili olduğu üçün belə kobudluq elədiyini düşünürdüm. Birdən, o, yanıma qayıtdı, çiynimi qucaqlayaraq, məni boy-nuna kəpənək taxmış yazarın oturduğu stolun yanına çəkib apardı. Sonra isə stolun üstündə qalaqlanmış kitablardan bi-rini götürüb baxdı. Kitabın adı “Madeyrada keçən günlərim” idi. Mən sonra bu kitabı çox uzun bir sürədə özümdə qoru-yub saxlamışdım, ancaq Fransadan çıxıb gedəndə onu itir-dim. Stol arxasında oturmuş yazarın başına onu sevən çoxlu oxucuları toplaşmışdı. Gi kitabın ilk səhifəsini açdı, ona sarı əyilib dedi:

Бесплатный фрагмент закончился.

92,50 ₽
185 ₽
−50%
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
160 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri
Формат скачивания:

Похожие книги