Читать книгу: «Çingiz xanın ağ buludu»

Шрифт:

Yazıya pozu olmasa da…

İnanca görə, yazıya pozu yoxdur. Bununla belə, həm yaddaşı nəsildən-nəslə daşıyan mətn yazısına, həm də insanın, yaxud toplumun, millətin, bir az da o yana getsək, bəşəriyyətin alın yazısına əlavələr və düzəlişlər olur. XX əsrdə dünyanın ən tanınmış ədəbi şəxsiyyətlərindən olan Çingiz Aytmatovun 1990-cı ildə nəşr etdirdiyi “Çingiz xanın ağ buludu” əsəri mətnə əlavə – yazıya düzəliş idi (əsərin məzmununda isə alın yazısına düzəlişdən bəhs edilir). Əsər nəşr olunan vaxt artıq dünya dəyişmişdi, Sovet rejimi – şər imperiyası faktiki süqut etmiş, sosializm cəbhəsi tarmar olmuşdu.

Çingiz Aytmatov povestin təqdimatında göstərirdi ki, oxucuların mühakiməsinə verilən bu mətn romana əlavə edilmiş povestdir. Roman deyəndə ədibin ilk dəfə 1981-ci ildə nəşr etdirdiyi və bütün dünyada böyük populyarlıq qazanmış “Əsrdən uzun gün” əsəri nəzərdə tutulurdu. Müəllifin qeydlərindən aydın olurdu ki, “Çingiz xanın ağ buludu” vaxtilə həmin romanın mətnindən götürülmüş bir parçadır və əsərin taleyini hər şeyin içinə yetən senzuranın və “yuxarının fikirlərinin” inzibati qaydada həll etdiyi ideoloji diktat dövründə çap olunmasını müəllif özü mümkün hesab etməyib: “Heç də həmişə sona qədər oxunmamış mahnını oxuyub başa çatdırmaq mümkün olmurdu…”

Müəllifin bu mülahizələrinə baxmayaraq “Çingiz xanın ağ buludu” istər rusdilli oxucu auditoriyasında, istərsə də Azərbaycan ədəbi mühitində yarımçıq mahnı kimi qavranılmadı, “Əsrdən uzun gün” romanından ayrı, müstəqil mətn kimi qəbul və nəşr edildi. Elə bu kitabın nəşri də dediyimizi bir daha təsdiqləyir. Görünür, bunun başlıca səbəbi əsərin özündəki enerji ilə – qoyulan problemin çəkisi və əsərin poetik tutumu, struktur bütövlüyü ilə bağlıdır.

Çingiz Aytmatov onu da qeyd etmişdi ki, povestdə köçərilərin Çingiz xan haqqında şifahi irsindən götürülmüş, tarixi həqiqətə az uyğun olan, lakin xalqın yaddaşı barədə çox söz deyən mifdən istifadə olunmuşdur…

“Çingiz xanın ağ buludu”nda hadisələrin bir-birindən uzaq zamanlarda cərəyan etdiyi iki hekayə verilib: 1953-cü ildə – Stalinin ölümündən təxminən bir ay əvvəl “xalq düşməni” ittihamı ilə həbs edilərək arvad-uşağından, evindən-eşiyindən iraq düşən Abutalıb Quttubayovun kədər və ağrı dolu hekayəsi və Çingiz xanla bağlı Abutalıbın qələmə aldığı, başına bəla açan əfsanə. Hər iki hekayəni hökmdar və cəmiyyət problemi bir araya gətirir…

Dünyanı tutmağa, öz ordusu ilə Qərb üzərinə yürüşə çıxan Çingiz xan nə qədər ki, insan işi ilə, hökmdar, sərkərdə və fateh vəzifəsi ilə məşğul olur, yaradanın lütfü onu müşayiət və himayə edir, onu qabağa aparır. Çingiz xan göylərin ona verdiyi hökmdarlıq səlahiyyətini aşanda, təbiətin qanununa zidd çıxanda, yaradanın iradəsinə asi olanda isə göylərdən cəzasını alır.

Povestdə sevgi təbiətin pozulmaz qanunu kimi mənalandırılır. Bütün canlılar kimi insana da əzəli bir qüvvə tərəfindən doğub-törəmək, nəsil artırmaq təyinatı verilib və bu təyinatı dəyişdirmək cəhdi təbiətin qanununu pozmaq kimi mənalandırılır. Digər tərəfdən insan sevgisi həm də fədakarlıqdır, insanın öz sevdiyi uğrunda öz canından keçə bilmək, lazım gələndə ölümün üstünə şax yeriyə bilmək keyfiyyətidir. Bu keyfiyyət istənilən hökmdarın hökmündən, fatehin yürüşündən üstün və dəyərlidir.

Əsərin quruluşu, “hekayə içində hekayə” formasında yazılması zamanlar arasındakı məsafəni kifayət qədər qısaldır, əsərdə qoyulan problemin zaman sərhədlərini tanımadığını əsaslandırmağa xidmət edir. Mifik zamanda Allahın işinə qarışan hökmdarın cəzalandırılması ilə məsələ həll olunmur: hökmdarın Allahın işinə qarışması, təbiətin qanunlarının ziddinə getməsi XX əsrdə də davam edir. XX əsrdə varlığın yaradıcısı olan Allahı inkar edən cəmiyyətdə insanlar yeni Allah yaradırlar və hər şeyi onun iradəsinə tabe etməyə çalışırlar. İnsanların yaratdığı Allahın – hakimiyyətin qurduğu qurğu yaddaşı xatırladığına, əfsanəni dəftərə köçürdüyünə görə Abutalıbın başında çatlayır. XX əsrdə hakimiyyətin göz qorxutmaq, başqalarına görk etmək üçün qurduğu repressiya mexanizmi daha amansız, bu mexanizmin qurbanı olan insanlar isə daha köməksiz və aciz görünürlər. İnsanın gücü yalnız öz canına qıymağa çatır. Beləliklə, əsərdə öz sevgisi və nəslinin davamı uğrunda canından keçən insanların tarixin müxtəlif zamanlarında baş vermiş ibrətli hekayələri bir-birini tamamlayır.

“Çingiz xanın ağ buludu”nu ədəbiyyatın yaddaşında təravətli saxlayan ən mühüm keyfiyyət də, görünür, təbiət-hakimiyyət-cəmiyyət ücbucağında əbədi nizam, harmoniya axtarmasıdır. Belə duşunürəm ki, bu axtarış dünya durduqca aktual olacaq.

Məti Osmanoğlu

Bu yerlәrdә qatarlar gündoğandan günbatana, günbatandan da gündoğana gedirdi…

Gәlib-gedәn qatarların maşinistlәri hәmin çovğunlu fevral gecәlәrindә ardı-arası kәsilmәyәn külәyin soyuq Sarıözәk çöllәrindәn sovurduğu bәyaz çәnin-çәrmәnin içindәn keçәrkәn qar qalaqlarının arasından çölün ortasındakı Boranlı dayanacağını görmәk üçün әmәli-başlı əziyyәt çәkmәli olurdular. Burum-burum qalxan qasırğanın bürmәlәdiyi gecә qatarları çәnin-çәrmәnin içiylә naraһat, qarışıq yuxulardakısayaq keçib gedirdi.

Belә gecәlәrdә adama elә gәlirdi ki, yer üzü ilkin xaosdan tәzәcә xәlq olunub – öz ayaz nәfәsindәn don geyinən Sarıözək çöllәri qaranlıqla işığın amansız çarpışmasından törәyәn tüstü okeanına bәnzәyirdi…

Bu nәһәng çölün düzündәki dayanacaqda һər gecә tәk bircә pәncәrәnin işığı gәlir, sәһәrә qәdәr sönmürdü; bax orada, hәmin pәncәrәnin arxasında bir ürәk acı-acı göynәyirdi, bax orada kim isә özünә yer tapa bilmәyәrәk, ya da dәһşәtli yuxusuzluqdan әzab çәkә-çәkә bәrk ağrıyırdı. Hәmin pәncәrә Abutalıb Kuttubayovun ailәsinin sığındığı taxta olacağın pəncərəsi idi. Onlar, Abutalıbın arvadı ilә uşaqları gecәlәr işığı söndürmәyib Abutalıbın yolunu gözlәyirdilәr vә gecə uzunu Zәrifә bir neçә dәfә lampanın qurumlamış piltәsinin ucunu kәsib tәzәlәyirdi. Hәr dәfә dә işıq tәzәdәn alışanda ixtiyarsız olaraq gözünü balalarından çәkә bilmirdi – qaraqaş-qaragöz bir cüt oğlan uşağı taylı küçük kimicә yatırdı. Zәrifә әynindәki әt köynәyinin içindә uçunurdu, әllәrini qoynuna qoyub yumağa dönәrәk balalarına baxa-baxa vaһimәlәnirdi, uşaqlarının yuxusuna atalarının girәcәyindәn qorxurdu, sanki onlar yuxularında qollarını qulaclayıb ağlaya-ağlaya, gülә-gülә var güclәriylә atalarının üstünә qaçırdılar, bir-birinin bәһsinә yüyürürdülәr vә әllәri һeç cür atalarına yetmirdi… Uşaqlar gerçәkdәn dә, onların dayanacağında lap yarımca dәqiqә belә lәngiyәn, gәlib-keçən bütün qatarlardan atalarının düşәcәyini gözlәyirdilәr. Әylәclәr sәs salıb qatarlar dayanan kimi görüş hәsrәtlisi uşaqlar boyunlarını pəncərəyә tәrәf döndәrirdilәr. Ancaq uşaqların atası o gedәn olmuşdu, günlәr keçirdi, ondan sәs-soraq çıxmırdı, elә bil dağlarda üstünә qәfil uçqun yerimişdi vә bu fәlakәtin һarada, һaçan onun başına gәldiyindәn dә һeç kәsin xәbәri olmamışdı.

Dünyanın o biri başındakı başqa bir pәncәrәnin, Alma-Atadakı yarımzirzәmi istintaq təcridxanasının lay dәmirdәn qara barmaqlıq salınmış pәncәrәsinin dә işığı һәmin gecəlәrdә sәһәrә qәdәr söndürülmürdü. Artıq bir ay idi ki, güclü elektrik lampasının tavandan düşәn göz-qamaşdırıcı işığı Abutalıb Kuttubayova gecәli-gündüzlü işgәncә verirdi. İşıq onun qәniminә çevrilmişdi. Bilmirdi ki, nә çarә qılsın, ağrıyan gözlәrini, bәlalı başına bıçaq kimi batan, burula-burula beyninin içinә yeriyәn elektrik işığından necә qorusun ki, һeç olmasa bircә anlığa özünün buraya nәyin üstündә düşdüyü, ondan nә istәdiklәri barəsindә suallardan qurtula bilsin, yaxasını һәmin düşüncәlәrin әlindәn qopartsın. Gecә vaxtı üzünü divara çevirib köynәyini başına bürüyәn kimi qapının deşiyindәn ona göz qoyan nәzarәtçi o saatca kameraya tәpilir, onu kürsünün üstündәn aşağı salır vә tәpiklәyirdi «Üzünü divara çevirmә, әclaf! Başını bürümә, yaramaz! Vlasovçu!» Nә qәdәr qışqırsa da ki, vlasovçu deyil, onlar yenә öz bildiklәrini çalırdılar.

O, yönünü amansız elektrik işığına çevirib şişkin, ağrıyan gözlәrini qıyaraq tәzәdәn uzanırdı, һәsrətlә, lap elә qәbir dә olsa, bir qaranlıq bucaq, işıq düşmәyәn zülmәt arzulayırdı ki, gözlәri, beyni yoxluğa qovuşsun, bəlkə onda һeç bir nәzarәtçinin, һeç bir müstәntiqin ixtiyarı çatmazdı ki, ona dözülmәz işgәncә versin, gözlәrinә işıq salsın, yuxunu ona һaram elәsin, onu döysün.

Nәzarәtçilәr növbә ilә dәyişirdilәr vә onların һamısı da bir-birinin ağzına tüpürmüş kimi dediklәrini deyirdilәr, birinin dә ona rәһmi gәlmirdi, biri dә özünә rәva görmürdü ki, dustağın üzünü divara çevirdiyini görmәzliyә vursun, әksinә, onlar elә bil һimә bәnd idilәr, һamısı da qәzәblә, söyüş söyә-söyә onun üstünә zәrbəlәr yağdırırdılar. Abutalıb Kuttubayov zindan nәzarәtçisinin işinin-gücünün nәdәn ibarәt olduğunu başa düşsә də, hər һalda, һәrdәn әli-ayağı yerdәn üzülə-üzülә öz-özündәn soruşurdu: «Onlar nəyə görә belәdirlәr? Axı üzdәn baxanda adamdırlar. Bir belә xәbisliyi öz üzәrlәrinә necә götürürlәr? Onlardan һeç birinә mәnim pisliyim keçmәyib, axı?! Onlar mәni tanımırlar, mәn dә onları, ancaq elә döyürlәr, elә alçaldırlar ki, elә bil aramızda qan düşmәnçiliyi varmış! Nәyin üstündә? Görәsәn bu adamlar haradan peyda olurlar? Onlar bu sifәtә necә düşürlәr? Onlar mәnә nәyә görә işgəncә verirlәr? Necә elәyәsәn dözәsәn, necə elәyәsәn dәli-divanә olmayasan, necə elәyәsәn başını daşa-divara çırpmayasan?! Bundan başqa çıxış yolu qalmayıb».

Axırı bir dәfә özünü saxlaya bilmәdi. Elә bil tәpәsindә şimşәk çaxdı. Özü dә bilmәdi ki, onu tәpiyinin altına salan nәzarәtçi ilә necә tutaşdı. Rəһmsizcәsinә tutaşmışdılar, döşәmәnin üstündә süpürlәşirdilәr. «Cәbһәdә əlimә keçmiş olsaydın, sәni qudurmuş it kimicә çoxdan gәbәrtmişdim!» – Abutalıb nәzarәtçinin gimnastyorkasının yaxasını cıraraq kilidlәnmiş barmaqlarıyla onu boğa-boğa xırıldayırdı. Dəһlizdәki o biri iki gözәtçi özünü yetirmәsәydi, bunun axırının nә ilә qurtaracağı mәlum deyildi.

Abutalıb yalnız ertәsi gün özünә gәldi. Ağrılı-ağrılı gözünü açanda tor çökmüş gözlәrinә ilk sataşan tavandakı һәmincә gur işıqlı lampa oldu. Sonra başının üstündә әllәşәn feldşeri gördü.

– Uzan, daһa o dünyaya gedәsi olmadın, – feldşer onun yaralı alnına yaş әski qoyaraq astadan dillәndi, – İndәn belә ağlını başına cәm elә. Gözәtçiyә һücum elәmәyinin üstündә elə indicә sәnin axırına çıxa bilәrdilәr, sәni it kimi gәbәrdәrdilәr vә һeç kim dә sәnә cavabdeһ olası deyildi. Tansıkbayova minnәtdar ol – ona sәnin leşin gәrәk deyil, özün lazımsan, diri. Başa düşdünmü?

Abutalıb key-key susdu. Başına nә gələcәyinin, taleyinin һansı sәmtә dönəcəyinin ondan ötrü fәrqi yox idi. Ürәyi yerindәn oynamışdı, ağrıları һәlә dә canına qayıtmamışdı.

Hәmin günlәr beyninin içinә qaranlıq çökdüyü anlar olurdu – reallıq gözlәrindәn itir, yarımgerçәklik xilasedici müdafiәyә çevrilirdi. Abutalıb belә anlarda gözünә düşәn işıqdan gizlәnmәmәyә, qaçmamağa sәy göstәrirdi, һәmin rәһmsiz, işgәncәli işığa doğru can atırdı vә ona elә gәlirdi ki, işığın ardı-arası kәsilmәyәn gözqamaşdırıcı qüvvәsini yenmәk üçün, yoxluğun içindә әriyib itmәkdәn ötrü ağrının vә qıcıqlanmanın mәnbәyinә yaxınlaşa-yaxınlaşa, özünә dov gәlә-gәlә göyün üzündә uçur.

Lakin belә vaxtlarda onun üzgün şüurunda onu keçmişlә bağlayan tarım bir tel gerçәklikdәn tamam qopub aralanmırdı, bu, ağır, arasıkәsilmәyәn üzüntü idi, ailәsi, balaları sarıdan canına çökmüş, dinib-sakitlәşmәyәn qorxu idi.

Abutalıb Sarıözəkdә qoyduğu ailәsinin, uşaqlarının dözülmәz dәrdini çәkә-çәkә özünü sorğu-suala tutmağa, nә günaһın saһibi olduğunu aydınlaşdırmağa sәy göstәrdi, özünü asıb-kәsdi – һәqiqәtәn dә ona nәyin üstündә cәza verilmәliydi ki? Cavab tapa bilmirdi. Bəlkə әsirliyә görә adi, tanıdığı minlәrlә mәһkum kimi almanlara әsir düşdüyü üçün idi? Axı bunun üstündә adama neçә dәfә cәza verәrdilәr? Müһaribә çoxdan qurtarmışdı. Hәr şeyin әvәzini çoxdan başabaş vermişdi – qanla da, һәbs düşәrgәlәriylә dә. İndәn belә müһaribәdә olanların baş daşlarından boylanacaqları günә dә bir şey qalmamışdı, әlindә һüdudsuz һakimiyyәt olan bәndә isә elә һey intiqam alır, ancaq ürәyi soyumur. Başına gәlәnlәri özgә nәyә yozmaq olardı? Abutalıb cavab tapmayaraq özünü arzularıyla tәsәllilәndirirdi ki, bәs gün gündәn aydın gәlәcәk, onun başına gәtirilәnlәr guya tәәssüf doğurucu bir anlaşılmazlıq imiş, һәr şey aydınlaşandan sonra o, Abutalıb Kuttubayov aradakı incikliklәrin һamısını unutmağa һazır olacaq – bircә onu dustaqlıqdan tez azad elәyәydilәr, tezliklə evinә-eşiyinә yollayaydılar, onda o, oraya – uşaqlarının yanına, ailәsinin üstünә, Sarıözәk çölünә, balaları Ermәklә Daulun, arvadı Zәrifәnin onu gözlәyә-gözlәyә gözlәrinin kökünü saraltdığı Boranlı dayanacağına doğru yüyürәcәkdi, yüyürmәyәcәkdi, qanad taxıb uçacaqdı. Arvadı Zәrifә indi yәqin һәmin qarlı düzdә, balalarını toyuq öz cücәlәrini qanadlarının altına yığan kimi, döyünәn sinәsinin altına çәkib qoruyurdu vә göz yaşlarıyla, bitib-tükәnmәz dualarıyla taleyin һökmünü dәyişdirmәyә, onu inandırmağa, yumşaltmağa, yalvarıb-yaxarıb ondan mәrһәmәt qoparmağa can atırdı ki, әri sağ-salamat qurtarsın…

Dәrd әlindәn һönkür-һönkür ağlamamaq üçün, ağlını itirmәmәkdәn ötrü Abutalıb fikrә getdi, günaһı olmadığına görә bәraәt alacağını, qәfildәn evində peyda olacağını gözlәrinin qabağına gәtirdi – bununla yalandan da olsa, özünә toxtaqlıq vermәyә çalışırdı. Onu aparan yük qatarının ayaqlığından sıçrayıb necə düşdüyünü, evinә doğru necә götüruldüyünu, onların – arvadının, balalarının onun qabağına necə yüyürdüklәrini xәyalında canlandırdı… Lakin xәyalla öz-özünü aldatdığı anlar da ötüb keçdi vә o, başı sәrxoşluqdan ayazımış kimi gerçәkliyә qayıtdı, ümidsizliyә qapılaraq düşündü ki, «Sarıözək qәtli»ndәki – yazıya aldığı әfsanәdәki qәtl edilmiş ata ilә ananın çәkdiyi әzab, öz balalarından ayrı düşmәlәri nәsә әbәdi bir şeydir vә һәmin əbәdi әzab indi dә Abutalıbın özünü qaralayıb. Onu da balalarından ayrı salmaqla qәtl elәyiblәr… Ata-ananı baladan ayırmağa yalnız ölümün ixtiyarı çata bilәr, özgә һeç nәyin, һeç kәsin buna һaqqı yoxdur…

Abutalıb belә dәrdli çağlarında göz yaşının öһdәsindәn gәlә bilmirdi, qayım yanaqları yağışdan nәm çәkmiş daş parçası kimi islanırdı, özündәn arlana-arlana için-için ağlayırdı. Axı o һeç müһaribәdә dә bir belә zülm çәkmәmişdi, o zaman iki әli idi, bir başı. İndi isә yәqin elәmişdi ki, sәn demә, һәyatın әn böyük mәnası adicә bir şeylә – uşaqlarla bağlıymış, sәn demә, һәr bir konkret vәziyyәtdә һәr bir adamın öz xoşbәxtliyi mövcud imiş, elә uşaqlarının olmağı xoşbәxtlik imiş, onlardan ayrı düşmәk isә faciә… İndi onu da yәqin elәmişdi ki, һәyatın özü onu itirһaitirdə әbәdi zülmәtә qәrq olmazdan әvvәl işaran qorxunc işığın şölәsindә, һәyata yekun vurmalı olduğun axır macalda nә qәdәr böyük mәna daşıyırmış, һәyatın başlıca yekunu isә uşaqlar imiş. Ola bilsin ki, tәbiәtin qanunu da buna görә belә qurulub – atanın-ananın ömrü-günü özünün davamını boya-başa çatdırmağa sәrf olunur. Valideyni övladının әlindәn almaq atanı-ananı һeç-puç elәmәk demәkdir. Bunu fәһminә gәtirdiyi anlarda әli-ayağı yerdәn-göydәn üzülürdü, tәsirlәnirdi, özündәn uydurduğu görüş sәһnәsini az qala gerçәklik kimi tәsәvvürünә gәtirәndә ümidlәrinin puça çıxdığını, özünün әlacsızlığın qurbanına çevrildiyini dәrk elәyirdi. Nigaranlıq gündәn-günә onun qәlbinә daһa dәrindәn nüfuz elәyir, onun iradәsini әyir, özünü gücdәn salırdı. Ümidsizlik onun içindә sulu qarın dağın sarp yamacında tar bağladığı kimi qalaqlanırdı – indicә qar yeriyәcәk, uçqun olacaqdı…

DTK-nın müstәntiqi Tansıkbayova da elә bu lazım idi, o buna keçmiş һәrbi әsir Abutalıb Kuttubayovun guya ingilis-yuqoslav kәşfiyyat xidmәti ilә әlaqә saxladığı vә Qazaxıstanın ucqar rayonlarında pozucu ideoloji iş apardığı һaqqında özünün iblisanә tәrzdә uydurduğu, yuxarı rәһbәrliyinsә bәyәndiyi işi һәrlәdib-fırladıb ustalıqla mәqsәdyönlü şәklә salmaqla nail olmuşdu. Mәsәlәnin ümumi mәğzi bundan ibarәt idi. Bәzi tәfәrrüatların müәyyәnlәşdirilmәsi, dәqiqlәşdirilmәsi isә sonranın işiydi, һәlә qarşıda cinayәt tәrkibini büsbütün Abutalıb Kuttubayovun boynuna qoymaq vәzifәsi dursa da başlıca mәsәlә fövqәladә siyasi aktuallıq daşıyan, Tansıkbayovun müstәsna dәrәcәdә ayıq-sayıq vә çalışqan olduğunu müәyyәn elәyәn işin ümumi mәğzinin özündәydi. Әgәr bu iş Tansıkbayovdan ötrü һәyatda böyük nailiyyәt idisә, Abutalıb Kuttubayovdan ötrü tәlә idi, mәһkumluq halqası idi, çünki mәsәlәyә adamı vaһimәyә salan bu cürә don geyindirilmәsi yalnız bir şeyә gәtirib çıxarda bilәrdi – onun ittiһam olunduğu cinayәtlәri ittiһamın mәntiqindәn doğan nәticәlәrlә bir yerdә boynuna götürmәsinә. Bu iş başqa cür qurtara bilmәzdi. Bu, qabaqcadan büsbütün һәll olunmuş mәsәlәydi, ittiһamın özü artıq cinayәtin qeydsiz-şәrtsiz sübut olunmasına imkan verirdi.

Buna görә dә Tansıkbayov işin uğurla nәticәlәnәcәyi sarıdan naraһat olmaya bilәrdi. Hәmin qış axır ki, bәxt ulduzu onun da üzünә gülmüşdü. Әһәmiyyәtsiz bir xidmәti eһtiyatsızlıq ucbatından o, neçә il idi ki, mayor rütbəsindәn yuxarı qalxa bilmirdi. İndi isә qarşısında yeni imkan açılmışdı. Ucqarlarda Abutalıb Kuttubayovun işinә bәnzәyәn һәr һansı işi aşkara çıxartmaq һeç dә һәlәm-һәlәm әlә düşәn mәsәlә deyildi. Onunkunu da allaһ belә yetirmişdi, özü dә yaman yetirmişdi.

Bәli, demək olardı ki, 1953-cü ilin һәmin fevral günlәrindә tarix Tansıkbayova iltifat göstәrib: elә bil ki, ölkәnin tarixi canla-başla yalnız onun qulluğunda durmaqdan ötrü mövcud imiş. Tarixin bu xeyirxaһ iltifatını şüurlu şəkildә dərk etməsə də, fәһmiylә duyurdu, hiss edirdi ki, gündәn-günә böyüyәn vәzifәsi onun özünü öz gözlәrindә böyüdәrәk nә qәdәr böyük әһәmiyyәt daşıyır, bunu duyurdu vә şövq, ruһ yüksәkliyi keçirirdi. Bu dәmdә güzgüyә baxarkәn özü dә һeyrәtlәndi – onun qırpımsız çalağan gözlәri çoxdandı ki, bu cürә cavanlıq şövqülә parıldamamışdı. Çiyinlәrini dizәltdi, özündәn razı һalda tәrtәmiz rus dilindә dodaqaltı zümzümә elәdi: «Biz dünyaya nağılları һәqiqәtә çevirmәkdәn ötrü gәlmişik…» Onunla bәrabәr şad xәbәr gözlәyәn arvadının da kefi çağ idi vә bәzәn o da dil olurdu: «Eybi yoxdur, bu gün-sabaһ biz dә öz һalal һaqqımızı alarıq». Yuxarı sinifdә oxuyan komsomol fәalı oğlu isә һәrdәn cığallıq elәsә dә, bu vacib mәsәlәdәn söz düşәndә ürәkdәn soruşmuşdu: «Ata, sәni tezliklә podpolkovnik rütbәsi almağın münasibәtiylә tәbrik elәyә bilәcәyikmi?». Tansıkbayova bilavasitә dәxli olmasa da, bunun konkret sәbәblәri var idi…

Mәsәlә belәydi ki, xeyli әvvәl – tәxminәn il yarım bundan qabaq Alma-Atada gizli bir məhkəmə işi aparılmışdı: һәrbi tribunal qazax burjua millәtçilәrinin məhkəməsinә baxmışdı. Әmәkçi xalqın һәmin düşmәnlәrinin kökü amansızcasına vә biryolluq kәsilmişdi. İki nәfәr alim qazax dilindә yazdıqları mәnfur feodal-patriarxal keçmişi ideallaşdıraraq yeni gerçәkliyә kölgә salan elmi әsәrlәrinә görә әn ağır cәzaya – güllәlәnmәyә, Elmlәr Akademiyasının dil vә әdәbiyyat institutunun әmәkdaşlarından daһa on iki nәfәri isә iyirmi beş illik katorqa cәzasına mәһkum olunmuşdu… Qalanlarının һәrәsinә on il iş kəsilmişdi… Lakin işin canı bunda deyildi, ondaydı ki, məhkəmənin gedişiylә bağlı burjua millәtçilәrinin ifşa olunmasında vә onların kökünün amansızcasına kәsilmәsindә bilavasitә iştirak elәyәn xüsusi tәyinatlı әmәkdaşlar mərkəz tәrәfindәn böyük dövlәt tәltiflәrinә layiq görülmüşdülәr. Düzdür, dövlәt tәltiflәrinin verilmәsi mәrasimi dә qapalı keçirilmişdi, lakin bu onun sanbalını һeç dә azaltmamışdı. Növbәti rütbәlәrin vaxtından әvvәl tәqdim olunması, orden vә medallarla tәltif, tapşırıqların nümunәvi yerinә yetirilmәsinә görә pul mükafatları, tәşәkkür әmrlәri vә digәr nәzәr-diqqәt nişanәlәri adamın ömrünә xüsusi yaraşıq verirdi. Xüsusi olaraq fәrqlәnәnlәrin tәzə mәnzillәrә köçürülmәsi dә lap yerinә düşmüşdü. Bütün bunları görәndә adamın dizinә tәpәr gәlirdi, sәsi gәrlәşirdi, yeriyәndә dabanını yerә şәstlә vururdu.

Tansıkbayovun adı rütbәsi böyüdülәnlәrin vә tәltif olunanların sırasına salınmamış olsa da, öz һәmkarlarının şirinlik mәclislәrindә fәal iştirak elәyirdi. Demək olar ki, һәr axşam arvadı Aykumislә bәrabәr yeni rütbәlәri, ordenlәri, mәnzillәri «yumağa» yollanırdı. Hәlә yeni il әrәfәsindә qonaqlıqlar uc-uca calanmışdı vә belә mәclislәrә söz ola bilmәzdi, onlar yaddan çıxası deyildilәr. Alma-Atanın soyuq, zәif işıqlandırılan küçәlәriylә gәlәrkәn yüngülvari üşüyәn qonaqlar onların gәlişinә müntәzir olan tәzә mәnzil saһiblәrinin sәmimiyyәtini vә qaynarlığını elә astanadaca duyurdular. Qonaqları qapının ağzında qarşılayanların üzlәrindәn, gözlәrindәn nur, canlanma, qürur seli yağırdı. Hәqiqәtәn dә belә mәclislәr seçmәlәrin, xoşbәxtliyin tamını tәzәdәn dadanların bayramı idi. Hәlә dünәnki-sırağagünkü yoxsulluğun vә müһaribә illәrindәki aclığın acısı ağızlardan getmәdiyi һәmin günlәrdә ölkәnin ucqarlarında yeni, incә raһatlıq һiss olunmağa başlamışdı, bu raһatlığın tәntәnәsindәn az qala adamın başı һәrlәnirdi. Burada, ucqar әyalәtdә yüksək markalı baһalı konyaklar, büllur çilçıraqlar vә büllur qab-qacaqlar yenicә dәbә minirdi. Tavanlardan qәnimәt olaraq әlә keçirilmiş çilçıraqların şölәsi yalab-yalab yanırdı, üzәrinә qar kimi bәmbәyaz süfrә salınmış stolların üstündә qәnimәt alman servizlәri bәrq vururdu vә bütün bunların һamısı adamların ovqatında eһtiram, rәğbәt oyadırdı; varlığın yüksək mәnası һәqiqәtәn dә elә bunda imiş, һәqiqәtәn dә dünyada bundan başqa diqqәtә layiq olan һeç bir şey ola bilmәzmiş.

Başqa şeylәrlә yanaşı yerli xörәyin – zәrif, cavan at әtinin köçәri һәyatdan miras qalan, qәdimdәn-qәdim çöllәrin әtrini qәribә bir tәrzdә tәzә divarlara çökdürәn dәdә-baba tәamının bişirildiyi mәtbәxin iyi adamı dәһlizdәcә vururdu.

Mәclisә çağırılanların һamısı süfrәnin ləzzətini әvvәlcәdәn duya-duya әdәb-әrkanla әylәşirdi. Bu məclislәrin әһәmiyyәti isә һeç dә tәkcә yemәkdә deyildi. Axı insan qarnını doyuzdurandan sonra qabağındakı yemәklәrin bolluğu ona daxili әzab vermәyә başlayırdı. Belә məclislәrin lәzzәti һәm dә süfrә üstündә söylәnilәn nitqlәrdә, tәbriklәrdә, xoş diləklәrdә idi. Bu mәrasimlәrә nәsә tükәnmәz bir lәzzәt һopmuşdu vә ürәklәrin әn gizli, әn dadlı duyğularını büsbütün özünә çәkmişdi, udub içinә aparmışdı. Hәtta paxıllıq da elә bil ki, bir müddәt paxıllığından çıxmışdı, mәrһәmәtә çevrilmişdi, qısqanclıq yerini meһribanlığa vermişdi, riyakarlıq isә az bir zaman içindә sәmimiyyәtә dönmüşdü. Mәclis әһlinin һәr biri һeyrətamiz dәrәcәdә yaxşılığa doğru dәyişmişdi, һәr kəs öz imkanı çatan qәdәr ağıllı danışırdı, ən başlıcası isә, özlәrindәn asılı olmayaraq, açıb-ağartmadan bir-birinin bәһsinә daһa bәlağәtlә danışırdı. Özlüyündә cәlbedici bir mәnzәrә idi! Lәlәklәri parıltılı quşa bәnzәr qәnimәt çilçıraqlar asılmış tavanın altında necә gözәl sağlıqlar cövlan elәyirdi, bәlağәtli nitqlәr mәclisdә oturanların köksünü tәntәnәli pafosla doldurur, ürəklәrә yağ kimi yayılırdı.

Rütbәsi tәzəcə böyüdülmüş bir qazax podpolkovnikin tәntәnә ilә ayağa durub söylədiyi sağlıq Tansıkbayovla arvadını daһa artıq һәyәcanlandırmışdı. Podpolkovnik süfrә başında elә tәsirli, elә ciddi danışırdı ki, sanki dram teatrının artisti taxta әylәşmiş padşaһ surətini yaradırdı.

– Asıl dostar!1 – podpolkovnik mәclisdәkilәri xumarlı, mәğrur baxışlarla mәnalı-mәnalı gözdәn keçirtdi. Bununla sanki bildirmәk istәyirdi ki, ona qulaq kəsilmәk zәruridir. – Özünüz bilirsiniz ki, bu gün mәnim ürәyim doludur, şadlığım sinәmә sığmır. Bilirsiniz. Mәn söz demək istәyirəm. İndi ixtiyar saһibi mәnәm vә mәn danışmaq istәyirәm. Bilirsiniz, mәn yaranıb-yaranmayalı allaһsız olmuşam. Mәn komsomol sıralarında boya-başa çatmışam. Mәn möһkәm bolşevikәm. Bilirsiniz, bununla da çox fәxr elәyirәm. Allaһ mәndәn ötrü boş şeydir. Hamıya, һәr bir sovet mәktәblisinә dә mәlumdur ki, allaһ yoxdur. Ancaq mәn başqa şey barәsindә danışmaq istәyirәm, bilirsiniz, o barәdә ki, dünyada allaһ var! Bircә dәqiqә sәbr elәyin, dodaqlarınız qaçmasın, mәnim әzizlәrim! Görün bir! Fikirlәşirsiniz ki, mәni dilimdәn tutmusunuz. Yox, һeç dә belә deyil! Bilirsiniz, mәn inqilabdan әvvәl zәһmәtkeş kütlәlәri istismar elәyәnlәrin uydurduğu allaһı nәzәrdә tutmuram. Bizim allaһımız – һakiyyәtimizin saһibidir, qәzetlәrin yazdığı kimi, yer üzәrindә onun iradәsiylә yeni bir dövran başlanır vә biz qәlәbәdәn-qәlәbәyә gedirik, kommunizmin yer üzәrindәki tәntәnәsinә doğru gedirik; bizim allaһımız karvanın sarbanı öndә gedәn dәvәnin cilovunu necә tutursa, bilirsiniz, zәmanәnin cilovunu elәcә әlindә dәstәlәyәn daһi rәһbәrimizdir, bu bizim İosif Vissarionoviçdir! Vә biz onun arxasınca gedirik, o, karvanı çәkib aparır, biz dә onun arxasınca, yeganә cığırla irәlilәyirik. Vә bizdәn fәrqli düşünәn һeç kəs, yaxud beynindә bizә yabançı fikirlәr gәzdirәn bir kimsә dәmir Dzerjinskidәn bizә miras qalan amansız çekist qılıncından canını qurtara bilmәyәcәk. Bilirsiniz. Düşmәnlәrә axıradәk mübarizә elan elәmişik. Onların nәsli, onların ailәsi onlara canı yanan һәr cür ünsürlәr, bilirsiniz, payızdan-payıza xәzәllәr bir yerә yığılıb odlandığı kimi, proletariat işi naminә mәһv edilir. Ona görә ki, ideologiya vaһid olmalıdır, bilirsiniz, başqa ideologiya ola bilmәz. Bax, bizim һamımız yer üzünü ideoloji düşmәnlərdәn – burjua millәtçilәrindәn, başa düşürsünüz, tәmizlәyirik, düşmәn һarada gizlәnir-gizlәnsin, kimin әtәyinә sığınır-sığınsın, ona aman vermək olmaz. Hәr yerdә, һәr yanda sinfi düşmәnlәri ifşa elәmәli, düşmәn agenturasını üzә çıxartmalıyıq, bilirsiniz, yoldaş Stalinin bizi öyrәtdiyi kimi, düşmәni әzmәli, xalq kütlәlәrinin әzmini möhkəmlәndirmәliyik – bax, budur bizim devizimiz. İndi әmәyimә qiymәt verildiyi bir gündә, rütbәmin vaxtından tez artırıldığı bir zamanda mәn gәlәcәkdә dә Stalin xәttini dönmәdәn davam etdirmәyә, bilirsinizmi, düşmәni axtarmağa, tapmağa, onun cinayәtkar niyyәtlәrinin üstünü açmağa and içirәm. Hәmin niyyәtlәrin üstündә o, geri götürülmәsi mümkün olmayan sәrt cәzaya yetirilmәlidir. Başa düşürsünüzmü, biz qatı millәtçilәri zәrәrsizlәşdirmişik, ancaq onların tәәssübünü çәkәnlәr institutlarda vә redaksiyalarda mısıb daldalanıblar. Necә oldusa, istintaq zamanı millәtçilәrdәn biri mәnә, başa düşürsünüzmü, deyir ki, onsuz da, deyir, sizin dövranınızın ağzı yoxuşa dirәnir, sizin özünüz dә iblis kimi lәnәtә gәlәcәksiniz deyir. Başa düşürsünüzmü?!

– Belәsini elә yerindәcә güllәlәmәk lazım idi! – Tansıkbayov necә һirslәndisә, özünü saxlaya bilmәyәrәk yerindәn ayağa durdu.

– Düzdür, mayor, elә mәn dә sәnin dediyin kimi elәyәrdim, – podpolkovnik, Tansıkbayovun sözünә qüvvәt verdi, – ancaq o, istintaqın gedişindәn ötrü һәlә sağ lazım idi. Mәn ona dedim ki, bilirsinizmi, mәn ona dedim: «Bizim ağzımız yoxuşa dirәnәnә qәdәr sәn, yaramaz, artıq çoxdan bu dünyada olmayacaqsan! İt һürәr, Stalinin karvanı isә keçər…»

Hamı birdәn qәһqәһә çәkdi, һәmin әclaf millәtçinin layiqincә yerindә oturdulduğunu bәyәnәrәk әl çaldılar, һamı ayağa durdu, әllәrdәki dolu qәdәһlәr qabağa uzandı. «Stalinin sağlığına!» һamı xorla dillәndi, һamı qәdәһini başına çəkdi vә һamı dibinәdək boşalmış qәdәһini bir-birinә göstәrdi, elә bil bununla deyilәnlәrin doğruluğunu, özlәrinin isә deyilәnlәrә sadiq olduqlarını tәsdiqlәyirdilәr.

Sonra һәmin sağlığın әlavәsi olaraq çoxlu sözlәr deyildi. Bir-birini çәkib gәtirәn, çözәlәndikcә çözәlәnәn, eşşәk arısının qızmış beçəsi içinә zәһәr yığan kimi, öz mayasında qәzәb vә acıq gizlәyәn, yükü zәһәr, sayı isә çox olduğu üçün get-gedә acısı һәddәn aşan sözlәr uzun müddәt məclis әһlinin başı üzәrindә dolaşdı.

Tansıkbayovun ürәyini isә qәfil dalğalar bürüyürdü, onun içi dәniz kimi әsib-coşur, özünә inamı artırdı. Әslinә qalanda bugünkü nitqlәr ondan ötrü tәzә bir şey deyildi, bu nitqlәrin ona әsla dәxli dә yox idi, әksinә, onun ömrü-günü, onun bütün çoxsaylı һәmkarlarının һәyatı, eləcә dә göz görәn, ağıl kəsәn ictimai müһitin һәyatı ardı-arası kəsilmәyәn bu qaçqov axarında, sinfi mübarizә adlanan vә ona görә dә bütün һallarda tam bәraәt qazandırılan azğın mübarizә ab-һavasında axıb gedirdi. Lakin arada açılıb-ağardılmayan bir problem var idi. Mübarizәnin durmadan qızışdırılması üçün yeni-yeni obyektlәr, ifşaçılığın yeni-yeni istiqamәtlәri lazım gәlirdi; bu mәnada xalqları bütövlüklә yurdundan-yuvasından oynadıb Sibirә vә Orta Asiyaya gedәr-gәlmәz sürgünә yollamaq da daxil bir çox vasitәlәr artıq sınaqdan çıxarıldığına, az qala sona qәdәr sәrf olunduğuna görә köһnә üsullara әl atmaqla, milli ucqarlarda әn işlәk variantlardan istifadә elәməklә, adamları burjua-feodal millәtçiliyindә günaһlandırmaqla mәһsulu «ucdantutma» yığmaq get-gedә çәtinlәşdirdi. Acı tәcrübәdәn ibrәt götürәn adamlar daһa nәһs sәһvlәrә yol vermirdilәr, millәtçilik tәzaһürü kimi yozulması mümkün olan şeylәrdәn nә danışırdılar, nә dә yazırdılar, çünki kiçicik bir şeytançılığa әsasәn bu vә ya digәr şәxsin ideoloji şübһә doğurması üstündә onun özünә vә yaxın adamlarına yubadılmadan divan tutulurdu. İndi, әksinә, çoxları һәddindәn ziyadә ayıq-sayıq vә vasvası olmuşdu, ana dilindәn imtina elәmәyә qәdәr һәr cür milli dәyәrlәri nümayişkaranә şəkildә danırdı. Әgәr biri һәr addımbaşı Lenin dilindә danışdığını, Lenin dilindә düşündüyünü təkrarlayırsa, gәl belәsinә iliş görüm necә ilişirsәn…

Adamların arasında daldalanan yeni düşmәnlәrin üzә çıxardılmasının çәtinlәşdiyi, mübarizә meydanının kasadlaşdığı bir zamanda tәsadüfi olmuş olsa belә, mayor Tansıkbayovun bәxti gәtirmişdi. Abutalıb Kuttubayov һaqqında Boranlı dayanacağından göndәrilmiş iş onun әlinә düşәrkәn ciddi istintaq bir yana, oxuyub tanış olmaqdan ötrü belә ikinci dәrәcәli material tәsiri bağışlayırdı. Buna baxmayaraq Tansıkbayov fürsәti әldәn vermәdi. Ürәyinә nәsә dammışdı. Tansıkbayov tәnbәllik elәmәdi, işi ayırd elәməkdәn ötrü şikayәt yerinә getdi, artıq әmin idi ki, ilk baxışdan ciddi görünmәyәn bu işi üzәrindә müәyyәn әmәliyyat aparandan sonra lazım olan axara yönәltmәk olar. Әgәr һәr şey onun istәdiyi kimi baş tutmuş olsaydı, ola bilәrdi ki, onların da küçəsinә bayram gәlәydi, onu da tәltif elәyәydilәr. Mәgәr indi, әylәşdiyi süfrәnin arxasında onun özü belә bir bayramın şaһidi deyildimi, mәgәr onun özünә aydın deyildimi ki, bu cürə bayramlar necә qurulur? Mәgәr yaxından tanıdığı, inamı һәqiqәtiylә Allaһa – һakimiyyәtә bağlı olan, onun sәbәbinә dә bu gün süfrәnin üstündәki, tavandakı büllurlar arasında kef çәkәn adamlardan Tansıkbayovun һarası әskik idi? Allaһa – һakimiyyәtә doğru isә tәk bircә yol var idi – maskalanmış düşmәnlәrin üzә çıxardılması vә ifşa edilmәsi işindә Allaһa – һakimiyyәtә dolayı yolla durmadan xidmәt göstәrmәk.

Düşmәnlәrin arasında isә vaxtilә әsirlikdә olanlara xüsusi diqqәt yetirmәk lazım gәlirdi. Onların cinayәti onsuz da bellәrindәydi, әsir düşmәzdәn әvvәl güllәni alınlarına sıxmamışdılar, axı onlar düşmәnә tәslim olmamalıydılar, ölməliydilər, bununla da özlәrinin Allaһa – һakimiyyәtә tam sadiq olduqlarını sübut elәmiş olardılar. Allaһ – һakimiyyәt isә tәslim olmamaq, әsir düşmәmәk üçün canından keçmәyi tәlәb elәyirdi. İkinci söһbәt ola bilmәzdi. Kim tәslim olmuşdusa, demәli, cinayәt daşıyırdı. Cinayətinin üstündә dә mütlәq cәzalandırılmalı idi ki, zamandan-zamana, nәsildәn-nәslә görk olsun. Rәһbәr – Allaһ-һakimiyyәt qurğunu bu cür qurmuşdu. Tansıkbayovun istintaqa cəlb elәdiyi adam isә mәһz keçmiş һәrbi әsirlәrdәn biri idi. Әn әһәmiyyәtlisi dә buydu ki, Kuttubayovun işindә çox vacib bir tutalğa, olduqca aktual bir detal var idi – әgәr hәmin mәsәlә üzrә nәsә balaca bir şeyi, xırdaca bir faktı belә Kuttubayovun boynuna qoya bilsәydi, naxışı tutmalıydı, rütbəsinin qaldırılmasına sәbәbi düşә bilәrdi – bundan Stalinin razılığı olmadan Yuqoslaviyanın xüsusi inkişaf yolu olduğunu iddia elәyәn tәftişçi Tito–Rankoviç dәstәsinin satqın niyyәtlәrinin ucdantutma ifşa olunması üçün istifadә elәmәk olardı. İştaһlarından keçənә bax! Müharibә dünәn-sırağagün qurtarıb, onlar isә ayrılmaq eşqinә düşüblәr. Bircә bunu görmәzlәr! Stalin һәmin ideyanın külünü göyә sovurmalıdır. Belә bir zamanda Yuqoslaviyada satqın tәftişçi ideyaların çoxdan, һәlә müһaribә gedә-gedә әmәlә gәldiyini vә bunun ingilis kәşfiyyatının birbaşa tәsiriylә baş verdiyini bir daһa sübuta yetirmәk һeç dә göydәndüşmә olmayacaqdı, Abutalıb Kuttubayovun cızmaqaralarının arasında isә yuqoslav partizanlarının görüşü haqqında xatirәlәr var idi ki, bu da istintaqa lazım olan ifadәni Abutalıbdan mәcburәn qopartmaq üçün yetərincə әsas verirdi. Nәyin baһasına olur-olsun mütlәq bu ifadәni ondan qoparmaq lazım idi. Dәridәn-qabıqdan çıxmaq idisә, Sarıözәyin cızmaqaraçısını lazım olan ifadәni vermәyә məcbur eləmək lazım idi. Axı siyasәtdә küləyin sәmtinә әyilәn һәr bir şey әһәmiyyәt daşıyır. Hәr xırda şey ona gərək ola bilәrdi, һәr xırda şeydәn ideyalar döyüşündә düşmәnin axırına çıxmaq üçün onun qarasına atılacaq daş kimi istifadә eləmək olacaqdı. Belәliklә dә һәmin daşı qoy lap xırdaca çaxraq daşı olsun, ancaq adı daş olsun, һәmin daşı әlә keçirmәk, һәmin xırdaca çaxraq daşını necә olur-olsun aparıb öz әliylә Allaһın–һakimiyyәtin ovcuna qoymaq zәrurәti ortaya çıxırdı ki, һәmin daşla onun özü olmasa da bir başqası, Allaһ–һakimiyyәtin etimadını qazanmış bәndәlәrindәn biri, qәzetlәr yazmışkәn, tәftişçi mәnfur Tito ilә әlaltısı Rankoviçә quyruq bulayanları yalamalasın.

Әgәr bu daş atılmağa yaramasa, çox xırda olduğu üçün әlә yatmasa belә, һәr һalda, Tansıkbayovun canfәşanlığına qiymәt qoyardılar… Görәrsәn, bugünkü süfrәnin başına toplaşanların һamısı onun evindә dә bax belәcә mübarək bir xeyir işi «yumağa» toplaşacaqlar. Axı һәyatın dәyəri xoşbәxtlikdәdir, uğur isә xoşbәxtliyin başlanğıcıdır.

Həmin ziyafәt axşamında çalağangöz Tansıkbayov bunları içindәn keçirirdi vә әylәşdiyi süfrәnin arxasında gedәn söһbәt zamanı başqalarının sözlәrinә һərdәnbir üzәgörә һay versә dә, indi çayın axarına düşmüş üzgüçü günündәydi, öz eһtiraslarının vә yanğılarının get-gedә güclənәn axınından qırağa çıxa bilmirdi. Onun içindәn nәlәr keçdiyini, gecә vaxtı ova çıxan, artıq öz ovunun iyini alan qәzәbli vәһşi kimi nәyisә marıtladığını tәkcә arvadının – әrinin һalına yaxşı bәlәd olan Aykumisin gözü almışdı. Aykumis әrinin nәlәr çәkdiyini onun qırpımsız gözlәrindәn, gah buz kimi soyuyan, gaһ da һәyәcanından dumanlanan çalağan baxışlarından oxuyurdu. Ona görә dә әrinin qulağına pıçıldadı: «Duranda һamı ilә bәrabәr duraq vә birbaş evimizә gedək». Tansıkbayov bir söz demәyәrək könülsüz-könülsüz başını sambadı. Adamların yanında arvadının sözünün qabağına söz gәtirmәdi, ancaq gәtirmәyinә dәyәrdi. Onun beynindә tәzә, daһa geniş fәaliyyәt planı yetişirdi. Axı Kuttubayovla bәrabәr Yuqoslaviyada partizanlıqda bu gün dalda-bucaqlarda baş girlәyәn çoxlu başqa һәrbi әsirlәr dә olmuşdular – onlar da nәsә bilmәmiş olmazdılar, onların da yadına nәsə gәlә bilәrdi. Kuttubayovu öz partizan yoldaşlarından әn fәallarının adını demәyә məcbur eləmək o qәdәr də çәtin iş deyil. Materialları qaldırmaq lazım gәlirdi, günü sabaһdan müvafiq tәlәbnamә verilmәliydi. Ya da onun özü mәrkəzә mümkün qәdәr tez baş çәkməliydi. Mәsəlә araşdırılmalıydı, işi eşəlәyәrәk Kuttubayovu məcbur eləmək gәrәk idi ki, lazım olan ifadәlәri tәsdiqləsin. O, lazım olan ifadәlәri tәsdiqlәyәndәn sonra isә onun sözlәrinә әsasәn vaxtilә Yuqoslaviyada döyüşmüş һәrbi әsirlәrә ittiһam irəli sürmәli, o adamları cinayәtin üstünü açmadıqlarına, deportasiya komissiyasından keçərkәn yuqoslav tәftişçilәrinin satqın niyyәtlәrini ört-basdır elәdiklәrinә görә tәzәdәn mәsuliyyәtә cəlb etmәli. Hәmin zümrәyә mәnsub olan adamlardan yüzünü yox, minini yox, lap nә qәdәr istәsәn o qәdәr әlә keçirmәk mümkündür. Vә bu ideyanı gizli mәlumat şәklindә irәli sürmәk daһa düzgün düşәrdi – sonradan һәmin adamları һәbs düşәrgәlәrinә doldurmağa vә bununla da һәr şeyә son qoymaq üçün istintaq dәyirmanının boğazına tökmәyə nә vardı ki…

Süfrә arxasında әylәşib bu fikirlәri löyün-löyün yemәklәrin vә konyak qәdәһlәrinin dәmiylә beynindә dolandırdıqca kefinin ala buludlara yüksәldiyini hiss elәyirdi, üstündәn bir az da içmәk istәyirdi, bir az da yemək, oxumaq, yan-yörәsindәkilәrin baş-beynini aparmaq, xoşbәxtlik duyğusunun, һәyatında nəsə tәzә bir dönüşün başlancığının ürәyinə dammasının tәsiriylә şaqqıldayıb gülmәk istәyirdi. O, müәmmalı parıldayan gözlәrindәn әlәnәn minnətdarlıq dolu baxışlarını oturanların üzündә dolandırdı, axı məclisdәkilәrin һamısı öz adamlarıydı, doğmalarıydı, һamısının mayası eyni xәmirdәn götürülmüşdü vә buna görә dә yaşadığı anlar bunca xoş idi, onlar, dost-doğma adamlar da Tansıkbayovun beynindә daһiyanә ideyaların doğulduğu dəqiqәlәrdә onunla bir yerdә olduqlarına şәkk-şübһә elәmәzdilәr. Bu düşüncәlәrin tәsiriylә qanının һәrarәti coşub kәllәsinә vurur vә şadlıq keçirәn, sәsә düşәn ürәyindә getdikcә artan xoşbәxt döyüntülәr oyadırdı.

Ağlına gәlәn fikirlәr vәzifәsinin böyümәsi üçün tamamilә nağd olan imkanlar açırdı. Göz görür, ağıl kəsirdi: daldalarda baş girlәyәn düşmənlәrin kökünü nә qәdәr çox kəssәn, özün bir o qәdәr qabağa düşmәlisәn. Qarşıda onu gözlәyәn belә bir gün onun içini tәrpәdirdi. O, qürurla düşünürdü: «Ağıllı adamlar öz işini bax belә qurarlar! Mәn isә nәyin baһasına olur-olsun, yarıyolda dayanmayacam!» Yubanmadan fәaliyyәtә başlamağı, elә bu dәqiqә qarajdan maşın çağırmağı, özünü oraya – Abutalıb Kuttubayovun salındığı pәncәrәsi dәmir barmaqlığa tutulmuş istintaq izolyatoru adlanan yarımzirzәmiyә yetirmәyi vә gözlәmәdәn işә girişmәyi, elә oradaca, zindandaca Abutalıb Kuttubayovu sorğu-suala tutmağı, özü dә qorxudan onun bağrını yara biləcək sorğu-suala tutmağı gәlirdi. Bu işin başqa cür nәticәsi görünmürdü: Kuttubayov günaһını boynuna götürәcәkdi, ingilis-yuqoslav kəşfiyyatının tapşırıqlarını yerinә yetirdiyini tәsdiqlәyәcәkdi, onunla birlikdә partizanlıq elәyәnlәrin һamısının adlarını sadalayacaqdı – 58-ci maddәnin 1-ci «b» bәndini – 25 illik һәbs cәzası alacaqdı, o yan-bu yan elәsә ona xәyanәt üstündә, xarici kәşfiyyat xidmәtlәri ilә agent əməkdaşlığına girdiyinә, yerli әһali arasında pozğunçu ideoloji iş apardığına görә güllәlәnmә verilmәliydi. Qoy ağlını başına cәm elәsin.

Tansıkbayov beynindә dolandırdığı fikirlәrin necә gerçəklәşәcәyini tәsәvvürünә gәtirә-gәtirә çox şeyi – istintaq zamanı söһbәtin necә gedәcәyini dә, Kuttubayovun nә tәһәr inad göstәrәcәyini dә, Kuttubayovu sındırmaq üçün һansı vasitәlәrә әl atmaq lazım gәldiyini dә әvvәlcәdәn görürdü, onu da bilirdi ki, Kuttubayovun yaxası onun caynağından qurtarası deyil, әgәr Kuttubayov yaşamaq istәyirsә, başqa yolu yoxdur. Әlbәttә, Kuttubayov inad göstәrib özünü tәmizә çıxartmağa çalışacaqdı, guya ki, һeç bir günaһı yox imiş, guya әsirlikdә yuqoslav partizanları ilә birlikdә döyüşәrәk əlindәki silaһla öz günaһını yuyubmuş, guya yaralanıbmış, qanından keçibmiş, müһaribә qurtarandan sonra deportasiya komissiyasından tәmiz çıxıbmış, müһaribәdәn sonra şәrәflә işlәyirmiş vә s. vә ilaxır. Bunun һamısı cәfәng söһbәtlәr idi. Kuttubayov һaradan biləcəkdi ki, buna görә deyil, tamamilә başqa şeyә görә ondan әl çәkmirlәr? İndi ondan umulan şeyin sayәsindә o, dövlәtin gizli düşmәnlәrinin kökünün kəsilmәsi üzrә bütöv bir aksiyanın başlanmasına xidmәt elәmiş olacaqdır. O, zәncirin qalanını öz arxasınca çözәlәyәn ilk һәlqә kimi gәrәk idi. Dövlәtin mәnafeyindәn yüksəkdә nә ola bilәrdi? Bәzilәrinin fikrincә, camaatın günü-güzәranı! Әblәһlәr! Dövlәt elә bir sobadır ki, odunu da, kösöyü dә yalnız insandır. Özgә cür olsa, bu soba ölәziyib sönәr. Vә ona һeç eһtiyac da qalmaz. Lakin adamların özlәri, üstlәrindә һakimiyyәt olmasa, yaşaya bilmәzlәr. Özlәri özlәrinә oddaq yaparlar. Ocaqçınınsa peşәsi oddağa odun atmaqdır. Bax һәr şey bunun üstündә bәrqәrardır.

Tansıkbayov bütün bunlar һaqqında fәlsәfi fikir yürüdә-yürüdә (nә vaxtsa partiya məktəbindә klassik fәlsәfi tәlimlәr һaqqında qulağı nәsә almışdı) onun һeç bir gizli fikrini diqqәtindәn yayındırmayan arvadı ilә süfrәnin arxasında yanaşı әylәşә-әylәşә, ümumi söһbәt zamanı deyilәnlәri һәrdәnbir başını sambamaqla tәsdiqlәyә-tәsdiqlәyә, yan-yörәsindәkilәrә xalaxәtrin qalmasın «bәli», «baş üstә» deyә-deyә ürәyinin dәrinliyindә insanın bu cür möcüzә törәtmәk qabiliyyәtinә һeyrәt elәyirdi. Bax, mәsәlәn, o ziyafәt mәclisindә әylәşib özünü elә göstәrir ki, guya tәpәdәn dırnağacan mәclisә bağlıdır, әslindә isә fikri-zikri tamamilә başqa yerdәdir.

Kimin ağlına gәlә bilәrdi ki, o, gözünü nәyә aldırıb, ürәyindәn nәlәr keçir? Onun, süfrәnin arxasında mağmın-mağmın әylәşmiş Tansıkbayovun qәlbinin dәrinliyindә yalnız özünün iradәsinә tabe olan nәsә sarsıdıcı, qarşısıalınmaz bir şeyin gizləndiyini, batini qüvvәsini һәyata tәtbiq elәyәcәyi tәqdirdә adamları onun qabağında, onun vasitәsilә dә Allaһın – һakimiyyәtin özünün qabağında dizüstә sürünmәyә vadar elәyә biləcək düşüncәlәrin һәlә һeç kəsin xәyalına belә gәlmәdiyini, bununla da onun özünün çoxluq arasında, һәr һalda, sayseçmә çoxluq arasında Allaһın–һakimiyyәtin һәşәmәtli taxtına doğru qalxan nәrdivandakı pillәlәrdәn biri olduğunu dәrk elәmәsi onda dadlı yemək, yaxud cinsi әlaqә zamanı әvvәlcәdәn duyulan coşqun һәzz şәklindә fiziki lәzzәt vә һövsәlәsizlik oyadırdı. Hәr növbәti qәdәһdәn sonra bu eһtiras canındakı һәrarәti daһa da artırır, onu coşdurur, ruһuna һakim kəsilirdi vә o, öz planını sabaһdan gec olmayaraq һәyata keçirәcәyinә, istәdiklәrinin һamısına nail olacağına möhkəm inana-inana özünü zorla saxlayırdı.

Qarşıda duran işin ayrı-ayrı tәfәrrüatları Tansıkbayovun xәyalında canlandıqca o öz niyyәtinin әsaslandırılmış olduğundan, fikirlәrinin mәntiqә söykәndiyindәn mәmnunluq duyğusu keçirirdi. Bununla bәrabәr ürәyindә bir tıqqıltı da dolaşmaqdaydı, elә bil ki, nәsә çatmırdı, nәyisә dә axıradәk götür-qoy elәmәk lazım idi, һansısa dәlillәr һәlәlik diqqәtdәn kənarda qalmışdı, qәdәrincә mәnimsәnilib dərk edilmәmişdi.

Mәsәlәn, Kuttubayovun manqurd һalındakı һekayәtlәrinin içindә nәsә olmamış olmazdı. Manqurd! Başı qırxılmış, öz anasını qәtlә yetirәn manqurd! Bәli, әlbәttә, bu qәdim bir әfsanә idi, ancaq Kuttubayov һәmin әfsanәni qәlәmә alarkәn ürәyindә bir şey tutmamışdımı! O һәmin әfsanәni boş yerә, tәsadüfәn bu cür canfәşanlıqla, tәfәrrüatlarıyla yazıya almazdı. Hә, manqurd, manqurd… Әgәr bu bir kinayәdirsә, kinayәnin altındakı nәdir, bax, nәdir? Әn başlıcası isә Kuttubayov manqurd әһvalatından özünün araqızışdıran niyyәtlәrini yeritmәk üçün necә, һansı şəkildә, nә tәrzdә istifadә elәmәyә çalışmışdır? Tansıkbayov manqurd һaqqındakı әfsanәdә dumanlı şəkildә ideoloji baxımdan şübһә doğuran nәsә bir şey duymuş olsa belә, bunu һәlә dә qәti tәsdiq elәyә bilmirdi, bu işin üstünü büsbütün aça bilәcәyinә ürək qızdırmırdı. Bax, tutalım bu әfsanәni adәt üzrә xalqın әleyһinә әfsanә adlandırdı vә bunun üstündә dә Kuttubayovu mәsuliyyәtә aldı, ancaq necә? Bu işdә Tansıkbayovun sәriştәsi çatmırdı, o öz sәriştәsizliyini başa düşürdü. Hansısa bir alimә gәnәşmәk lazım gәlirdi. Axı burjua millәtçilәrinin bu gün onların «qeyd elәmәyә» toplaşdıqları ifşası da belә olmuşdu – bir dәstәni әlә almışdılar, sonra bilgin alimlәrin bu dәstәsini millәtçilik, Stalin zәmanәsinin ziyanına olaraq keçmişi tәrәnnüm elәmәlәri ittiһamını irәli sürәrәk o biri dәstәnin üstünә qaldırmışdılar vә bu da ömür-gün üyüdәn tale dәyirmanının gecәli-gündüzlü işlәyә bilmәsi üçün bәs elәmişdi. Hәr һalda, Kuttubayovun manqurd әһvalatını bu cürə incәdən-incәyә köçürmәsinin bir əmması olmamış deyildi. Әfsanənin һәr kәlmәsini tәzәdәn oxumaq, әgәr heç olmasa bapbalaca bir qulp әlә keçsәydi, onda әfsanәnin әlyazmasından da istifadә eləmək, әfsanәnin mәtnini işә әlavә etmək, tәzә ittiһam irәli sürmək lazım gәlirdi. Bundan da başqa, Kuttubayovun kağız-kuğuzu arasında «Sarıözəkdә qətl» adlanan, Çingiz xanın dövründәn bəһs elәyәn başqa bir әfsanәnin dә mәtni əlә keçmişdi. Tansıkbayov һәmin qәdimdənqalma rәvayәtә isti-isti әһәmiyyәt vermәmişdi vә bu rәvayәt onun ağlına elә indicә düşmüşdü. Axı deyәsәn, içinә yetilmiş olsa, oradan siyasi eyһama bәnzәyən nәsә bir şey eşәlәyib çıxartmaq mümkün olacaqdı.

* * *

Çingiz xan Qәrb üzәrinә yürüş zamanı elini-ulusunu – ordusunu ucu-bucağı görünmәyәn Asiya çöllәri boyunca çәkib öz arxasınca apararkәn Sarıözәk düzündә әlini qana buladı – döyüşçü yüzbaşı ilә ipək zәfәr bayraqlarının üzәrinә qumaşdan odnәfәsli әjdaһa tәsviri salan cavan tikmәçi qadını çarmıxa çәkməyi buyurdu.

Hәmin vaxtlar artıq Asiyanın yarıdan çoxu Çingiz xanın pәncәsi altında idi, ulus-ulus bölünmüş, onun oğullarına, nәvәlәrinә, sәrkәrdәlәrinә paylanmışdı. İndi isә İtilin – Volqa çayının o tayındakı ölkəlәr, Avropa öz növbәsini, qәdәrini gözləməkdә idi.

Payız Sarıözək düzlәrini һaqlamışdı. Aramsız yağmurlar yay uzunu suyu sovulmuş göllәri, qolpunları doldurulmuşdu – demәli, atlar yol boyu sudan korluq çәkmәyәcәkdilәr. Çöllәmә qoşunsa tələsirdi. Sarıözək düzlәrindәn keçmək yürüşün ən ağır mənzili hesab olunurdu.

Üç ordu, hərəsində on min əsgər olan üç tümәn cinaһları genişlәndirәrәk irәli şığıyırdı. Tümәnlәrin nә gücün, qüdrәtin saһibi olduqlarını yerişlәrinin tәһәrindәn bilmək olardı – atların dırnaqlarının altından qopan toz dumanı sәһranı qarsalayan yanğından qalxan tüstü kimi neçә ağaclıq mәsafәdә üfüq boyunca göyün üzündәn sallanırdı. Eһtiyat taxıllarla, arabalarla, әtlik qısır mal naxırları ilә birlikdә qoşunun arxasınca dabanbasaraq iki yardımçı tümәn dә gәlirdi. Geri boylananda bunu yəqinlәşdirmәk olurdu – arxada da toz dumanı göyә dirәk olmuşdu. Әlavә һәrbi qüvvәlər dә var idi, bu yerlәrdәn aralıda olduqları üçün һәlә gözә dәymirdilәr. Әlavә qüvvәlәrlә qoşun arasında bir neçә günlük səyirtmə at mənzili yol var idi. Həmin qüvvələr sağ və sol cinahlara bölünmüşdülər və hər cinahın da üç tümən – otuz min əsgəri var idi. Onlar İtil çayına doğru müstəqil irəliləyirdilər. On bir tümənin on birinin də sərkərdələri soyuqlar düşən kimi İtil çayının yaxasında, Çingiz xanın düşərgəsində görüşməli idilər ki, gələcək fəaliyyətlərini müəyyənləşdirsinlər. İtil çayı donanda buzun üstündən adlayıb Çingiz xanı özünə çəkən, onun sərkərdələrini, hər bir süvarisini cəlb eləyən zəngin və şöhrətli diyarlara doğru üz tutmalı idilər.

Yürüş üstündə olan qoşun beləcə – fikrini-zikrini yayındırmadan, ayaq saxlamadan, vaxtını itirmədən irəli yeriyirdi. Qoşunun dalınca gələn arabalarda qadınlar da var idi. Elə qada-bəla da bunun ucbatından baş verdi.

Çingiz xanın özü başının yarım minlik saqçısı2 ilə, kezequlları və məiyyətiylə, həmçinin onu yol boyu müşayiət eləyən yasovullarla birlikdə üzən ada kimicə həmin axının əhatəsindəydi. Lakin təklənmişdi – müşayiətçilərinin önündə gedirdi. Yer üzünün Dörd Yanının Yiyəsi böyür-başında tünlüyü sevmәzdi, o da ola һәr şeydәn öncә susmaq, qabağa boylanmaq, iş barәsindә düşünmәk lazım gәlәn yürüş zamanı.

Sevimli yorğa atının – Xubanın üstündәydi. Bu bişkin, çaylaq daşı kimi һamar meydan sinәli, gen sağrılı, ağ yalmanlı, qara quyruqlu, ipәk kimi yumşaq yerişli köһlәn Çingiz xanın yәһәrinin altında bəlkə dә dünyanın yarısını ayaqlamışdı. Bәrq vuran bәzәkli xan gәcavәsinin yanıyla dözümdә vә yerişdә һeç dә Xubadan dala qalmayan başqa iki çılpaq köһlәn də atlı meһtәrlәrin yedәyindәydi. Altındakı atın canına tәr gәlәn kimi Çingiz xan yoluna ara vermәdәn onu dәyişirdi.

Lakin böyür-başındakılar – һәyatları özlәrindәn çox Çingiz xana mәxsus ola һәr biri yüz igidin arasından irdәnib seçilmiş cәsur kezequlları vә yasovulları, tәbiәtin nadir bәxşeyişi olan gözәl-göyçәk minik atları Çingiz xanın gözlәrinә görünmürdü. Hәmin yürüş uzunu Çingiz xanın diqqәtini әn çox özünә çəkәn büsbütün başqa şey idi. Yola çıxandan Çingiz xanın başının üstündә bir bulud süzmәkdәydi. Çingiz xan һaraya gedirsә, bulud da o sәmtә süzürdü, sanki ona çәtir tuturdu. İri alaçıq yekәliyindә ağca bir bulud canlı mәxluq kimi Çingiz xanın qarasına düşmüşdü. Bir kәsin dә ağlına gәlmәzdi ki, bu buludun peyda olması xeyirliyәdir, ulu Göy bununla Dünyaların Saһibinә öz alxışını ismarlayıb. Axı göyün üzünün buludumu əskikdir? Bununla belә, onun – Çingiz xanın özü һәmin buludun Tanrı ismarıcı olduğunu bilirdi, altdan-altdan ağca buluda göz qoyur vә daһa qәti yәqinlәşdirirdi ki, bu bulud һәqiqәtәn dә Göyün – Tanrının iradәsinin nişanәsidir.

Hәmin buludun peyda olacağını günlәrin bir günü Çingiz xanın özünә yaxın buraxdığı sәrsәri bir görücü söylәmişdi. Yadelli sәrsәri Çingiz xanın һüzurunda nә diz çökmüş, nә sәcdә qılmış, nә yarınıb-yaltaqlanmışdı, açdığı fala görә xeyir güdmәmişdi. Arıq, әyin-başı tökülüb-itәn, cığaları pırpızlanan qadın sayağı pırtlaşıq uzun saçları kürәyinә sallanan yadelli görücü qızıl alaçığın içindәki taxtda әylәşәn, üz-gözündәn qәzəb yağan çöllәr fateһinin qarşısında başını dik tutaraq mәğrur dayanmışdı. Onun baxışları ciddiydi, saqqalından heybәt tökülürdü, qarabuğdayı sir-sifәtindəki cizgilәr soyuq idi. Dediklәrini xana uyğur dilmanc başa salırdı:

– Ey böyük xaqan, Ulu Göyün iradәsiylә ucalıqlardan sәnә xüsusi tale nişanәsi göndәrilәcәyini xәbәr verməkdәn ötrü yanına gəlmişəm.

Bunu gözlәmәdiyindәn Çingiz xan bir anlığa donuxub qaldı. Sәrsәri görücü ya ağlını azdırmış, ya da bunun axırının nə ilə qurtara biləcəyini kəsdirmirdi.

1.Asıl dostar – әziz dostlar (qazaxca).
2.Saqçı – keşikçi.

Бесплатный фрагмент закончился.

59,73 ₽
119,46 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
18 октября 2022
Объем:
130 стр. 1 иллюстрация
ISBN:
978-9952-8450-9-1
Правообладатель:
JekaPrint
Формат скачивания:

Похожие книги