Читать книгу: «Sev»

Шрифт:

Tamerlan İsmayılzadə

Sev

hər qarşına çıxanı deyil, ömrün ola biləcək birini

Müəllifdən

Günlük həyatımızda o qədər maraqlı şey olur ki, onların fərqinə belə varmırıq. Əslində, o qədər diqqət yetirilməli, o qədər haqqında ya-zılmalı şeylər var ki! Ətrafımda olan hadisələri, keçirdiyim hisləri içimdə saxlaya bilməzdim. Və bunları cümlələrə tökərək, özümü bunu oxuyan gözlərlə bölüşmək məcburiyyətində hiss edirdim. Çünki siz içimdən süzülüb gələn cümlələri oxuduqca mən rahatlanıb, xoşbəxt oluram. İlk kitabımın nəşrindən (“Canparəm”) üç il sonra yenidən siz sevgili oxucularla görüşə gəldim. Ümid edirəm, bu dəfə də kitabımı sevə-cək və mənimsəyəcəksiniz. “Sev”in kitabxana-nızın ən gözəl yerində duracağına ümid edi-rəm. Bu dəfə kitabımda ən çox hekayələrə yer verməyi düşündüm. Hekayələrin çoxu həyat-dan götürülmüş, bəziləri isə tamamilə xəyal məhsuludur. Çox uzatmadan, kitabın növbəti səhifəsinə keçid etməyiniz üçün sözümü bu-rada bitirirəm.

Hekayələr

“Yazarlar ölər, kitablar qalar”

Bulves Ligtton

Bəzən elə bir an olur ki, içində olduğunuz zamanı unudub,

keçmişdə yaşayırsınız.

Açar

A

tamın günlük xərcləmək üçün verdiyi pul ilə yupi almışdım. O zamanlar uşaq-ların imtina edə bilmədiyi içkilərdən biriydi. Əlimdəki plastik qaba tökdüyüm yupinin su ilə qarışıb verdiyi rəngə baxaraq, çalxalaya-çalxalaya evin içində o tərəf-bu tərəfə gedib-gəlirdim. 90-larda uşaq olanlar bunu çox yax-şı bilər. Bəzən də məhəllədə uşaqlarla birgə bu içkidən alıb, bulaq suyundan doldurdu-ğumuz şüşələrdə hazırlayıb, böyük ləzzətlə içirdik… Amma indi sizə danışacağım əhva-latın yupi ilə yaxından-uzaqdan əlaqəsi yox-dur.

Qapı döyüldü. Yenə də hamıdan gizli qa-pı zənginin musiqisini dəyişdirmişdim və bu yüksək səs uzun-uzadı davam edirdi. Ətrafa yayılan zəngin sədaları altında anam deyinə-deyinə qapını açmağa getdi. Gələn atam idi, amma tək deyildi – yanında başqa iki nəfər də vardı. Atamdan sonra içəri İlham dayı daxil oldu. Onu tanıyırdım. Atamla bərabər zavod-da işləyirdi. Digərini isə heç vaxt görməmiş-dim. İçəri girməyə utanırdı bir az. İlham dayı:

– Murad, içəri gəl, – dedikdən sonra asta addımlarla içəri girdi. Yalnız indi üzünü görə bildim. Saçı-saqqalı toz içindəydi. Əynində nimdaş, cırıq-sökük zabit mundiri vardı, şal-varı da mundirdən geri qalmırdı, ayağında isə altı sökülmək üzrə olan ayaqqabı. Uzaq-dan adama dəhşətli iy vururdu. İy mənə zibil atmağa gedərkən gələn o üfunət dərəcəsində-ki qoxunu xatırlatdı. Murad içəri keçəndə əlində bərk-bərk tutduğu göy rəngdə torba da gözümdən yayınmadı. Onu dəhlizdə ayaqqa-bıların yanına ehmalca qoydu. Atamla İlham dayı onu birbaşa hamama apardı. Anam Mu-radın qoyduğu torbanı atamın istəyi ilə ora-dan götürdü. Mətbəxə keçəndə anamın ağla-yan gözlərini gördüm.

– Ana, nə olub? – dedim.

Əli ilə Muradın bayaq gətirdiyi göy tor-banı göstərdi. İçində quru tikə çörəklər vardı. Bəzilərini isə kif basmışdı. Anamın ürəyi ağrı-mışdı ona, kövrəlməyinin səbəbi də bu idi.

Evə gələn qonaqlara çaylar hazırlandı. Mən də çayları aparanda anama yoldaşlıq edirdim. Süfrədə atam və İlham dayıdan baş-qa bir adam da oturmuşdu: əynində atamın şalvarı və köynəyi. Dediyim başqa adam ba-yaq gələn Murad imiş. Boynunda asılan açar diqqətimi çəkdi. Heç nə soruşmadım. İnanıl-maz dərəcədə dəyişilmişdi. İndi açıq-aydın sifəti görsənirdi. O, olduqca yaraşıqlı ortayaş-lı bir insan idi. Hardasa otuz-otuz beş yaş ver-mək olardı. Bayaqkı halından artıq əsər-əla-mət qalmamışdı. Hündürboy, yaşıla çalan gözləri onu olduqca yaraşıqlı edirdi. Amma gələndə olan vəziyyəti çox acınacaqlı idi.

Nəhayət, Muradın bizə gəlmə səbəbini öyrəndim. Kənddə babamgilin çox qoyun-qu-zusu olduğundan heyvanlara baxmaq üçün bir çoban axtarırlarmış. Atam da Muradı hər gün zavodlarının yaxınlığındakı zibil qutu-sundan çörək yığarkən görürmüş, halına acı-yıb ona bu işi təklif etmişdi. Nə də olsa, zibil qabı eşələməkdən daha yaxşı işdir, elə deyil? Əslən türkmənistanlı idi. Orada ailəsi var, ya yoxdu, bu haqda heç kimə heç nə deməmişdi. Bakıya gəlmə səbəbini də heç kim bilmirdi.

Bundan sonra hər yay tətilində kəndə get-dikdə Muradı görürdüm. Heç düşünmədiyi-miz halda artıq ailənin bir üzvünə çevrilmiş-di. Evdəkilər ilə bir-birilərinə tez isinişmişdi-lər. Qalması üçün ayrıca bir otaq vermişdi ba-bam Murada. Hamı ilə birlikdə səhər yemə-yinə durur, hamı ilə birgə axşam yeməyini ye-yirdi. Hər ay sonunda babam Murada maaş da verirdi çəkdiyi zəhmət müqabilində. Bir sözlə, babam onu oğullarından ayırmırdı. Elə ətrafdakılar da Murada doğma münasibət bəsləyirdilər. Ona heç kim çoban gözü ilə bax-mırdı. Hər xeyirə-şərə gedir, toylarda kənd camaatı ilə birgə rəqs edir, yeyib-içirdi. Ax-şamlar isə bəzən Kürün qırağına domino oy-namağa gedərdi qonşuluqdakı kişilərlə.

Artıq on il olmuşdu ki, Murad bizimlə bə-rabər idi. Əsgərliyə getmə vaxtıma çox az qal-mışdı. Hərbi xidmətdən öncə kəndə gedib, bir az qohum-əqrəba ilə vaxt keçirməyi qərara al-dım. Muradın istirahət günlərinin birində ba-lıq ovuna getdik. Xeyli balıq tutmuşduq. Yol boyu cavanlığından danışıb durdu. Sonra ona:

– Türkmənistanda heç kimin yoxdu? – sualını verdim. Cavab vermədi. Susdu. Mən də çox üstünə düşmədim.

Nənəm tutduğumuz balıqları təmizləyib una batıraraq qızartdı. Yeməyimizi süfrəyə qoyduqdan sonra qonşuya gedəcəyini söylə-di. Oturduq süfrəyə. Bu əsnada əmim oğlu Fərid əlində kasetlə içəri girdi.

– Təzə kino gətirmişəm, oturaq, baxaq, – dedi.

Təzə dediyi kino 1983-cü il istehsalı olan “Disko rəqqası” adlı hind filmi idi. Murad ki-nonun adını eşidən kimi gözləri parıldadı. Mənim “Əşşi, hind filminin vaxtıdır, Fərid?” sözümə məhəl qoymayıb, o, filmə baxma-ğımızı şiddətlə israr elədi. Filmin sound-trakində artıq Muradın gözü yaşarmışdı. Mu-rad soyuducuda olan arağı gətirib süfrəyə qoydu. Görünür, film ona çox təsir etmişdi. Film başladı. Murad bir badə arağı başına çəkdi, sonra bir dəfə də və bir dəfə daha. Ol-duqca sürətli içirdi. Elə bil, yemək yaddan çıxmışdı. Sonra Murad kədərlə sözə başladı:

– Yolda sual vermişdin Türkmənistanda kimsən yoxdurmu deyə. Var, əslində.

Həyəcanla onu dinlədim. Çünki bu haqda neçə illərdi ki, heç kimə heç nə danışmamışdı. Bizə gəldiyi günü xatırlamağa çalışdım. Ortayaşlı bir insan idi onu ilk dəfə görəndə. İndisə keçən illər onu bir az yaşlandırmışdı. Bu arada Fərid ortalıqda görsənmirdi. Deyə-sən, çölə çıxmışdı.

Murad söhbətinə davam etdi:

– Yoldaşımla tanışlığım bu “Tançor Dis-ko” filmində olmuşdu. Cimi1 kimi yaraşıqlı idim, – deyib acı-acı güldü, – sonra elə oldu ki, evləndik. Bir dənə qızımız oldu. Çox xoş-bəxt idik. Bir gün mübahisə elədim yolda-şımla, ilk dəfə vurdum onu. Çox əsəbi idim, – sağ əlini göstərdi, düşünürəm ki, o əli ilə vurmuşdu yoldaşını, – Əsəbiləşib onları evdə qoydum səhər işə gedəndə. Qapıları bağla-dım ki, çölə çıxmasınlar. Evdə nə açar vardısa özümlə götürdüm. İş vaxtının sonunda zəng gəldi iş yerimizə, məni telefona çağırırdılar. Qonşumuz idi. Tez gəlməyimi, evimin yan-dığını dedi. Həyəcanlıydı. Dəli olmuşdum. Ayaqlarım həyəcandan yer tutmurdu. Evə qədər özümdən asılı olmayaraq qaça-qaça getmişdim. Yanğın söndürənlər evi yenicə söndürmüşdü. Evin üstündən tüstü hələ də yüksəlirdi. Evə girmək istədim, qoymadılar. Sonra arvad-uşağımı soruşdum. Susdular. Heç nə demədilər mənə. Özümdən getmiş-dim. Yanğınsöndürənlər yoldaşımla qızımı evin giriş qapısının ağzında tapmışdı. Qapını açıb içəri girərkən artıq çox gec olmuşdu. Qızım anasının qucağında yanıb külə dön-müşdü. Açarları olmadığına görə çıxa bilmə-yiblər çölə, – deyən Murad ağlayırdı.

Nə deyəcəyimi bilmədim. Yanaqlarından yaş süzülə-süzülə növbəti badəni başına çək-di. Aramıza sükut çökdü. Əlləriylə saçının or-tasını ayırıb, başındakı tikişi göstərdi. Boy-nundan asdığı açarı çıxarıb masanın üstünə qoydu.

– Bax, görürsən? Bu açarla deşdim başımı, vura-vura. Bu açarla bağlayıb çıxmışdım qa-pını. Əlim qırılaydı kaş, bağlamazdım, – dedi.

Murad söhbətinə davam etdi. Bu arada bir badəni də başına çəkdi. Artıq araq şüşəsi boşalmışdı.

– Sonra başım xarab oldu, evsiz-eşiksiz qaldım. Atamın evinə getdim. Orda da bir az qaldıqdan sonra evdəkilər ilə dalaşdım. De-diyim kimi, başım xarab olmuşdu. Kimə gəldi qışqırırdım. Hərdən dəli gözü ilə baxırdılar mənə. Yığdım veş-vüşümü, Azərbaycanda olan əsgər yoldaşımın yanına gəldim. Bir dəfə “Gəl bura, iş quraq” demişdi. Dedim, bəlkə, iş qurarıq. Yeni həyata başlayaram. O ölkədən uzaqlaşmaq istəyirdim. Gəldim bura ki, bəlkə

hər şeyi unudaram. Burda məni həriflədilər. Başıma min oyun açdılar. Bura gələndə ora-dakı maşınımı satdım. Bir az da pul yığmış-dım, özümlə gətirdim. Əsgər yoldaşım alda-daraq hamısını əlimdən aldı. Başımın ətin yedi “gedək qumar oynayaq, çox qazanaq” deyə. Uydum şeytana. Əsgər yoldaşım digər-ləri ilə əlbir olub hər şeyimi əlimdən aldılar. Qaldım küçələrdə. Pul yox, ev yox, iş yox. İşin ən pis tərəfi bütün sənədlərimi də əlimdən al-mışdılar. Düşdüm küçələrə. Kimə ağız açdım, söydü, qovdu. Heç kim kömək etmədi. Gecə-ləri parkda yatdım. Zibil eşdim. Quru çörəyə möhtac qaldım. Gerisini bilirsən artıq. Burda-yam, – gözləri uzun-uzadı süfrəyə çökmüş halda susdu. Sonra birdən ağlayaraq davam elədi:

– Ən piş şey bilirsən, nədi? Hər şey cə-hənnəm olsun, rədd olsun hər şey. Nə qızı-mın, nə də yoldaşımın məndə bir şəkli yox-dur. Artıq üzlərini unuduram yavaş-yavaş, səslərini isə çoxdan unutmuşam. Bunun necə bərbad şey olduğunu başa düşürsən? Hər şey – bütün xatirələr hamısı evdə yanaraq yox oldular. Sən soruşdun, Türkmənistanda kim-sən yoxdurmu? Var, iki məzar var – soyuq torpağın altında yatan, – deyib hönkür-hön-kür ağlamağa başladı.

Sualı verdiyimə peşman olmuşdum. “Nə qələtdir elədim” deyib özümə hirslənirdim, bir tərəfdən də mənə bu olanları anlatdığı üçün çox sağ ol deyirdim ona içimdə. Əlimi çiyninə qoymuşdum. O, ağladıqca mən köv-rəlirdim. Ürəyim dözmürdü. Yaşadıqları, hə-qiqətən, dəhşət idi.

Artıq getmək zamanı çatmışdı. Əsgərliyə gedirdim. Hər kəslə görüşüb sağollaşdıqdan sonra evdən ayrıldım. Əsgərlikdə olduğum zamanlarda da evdəkilər ilə hal-əhval tutan-da Muradı mütləq soruşurdum. Onun mənə anlatdıqlarını heç kimə demədim. Sirdaş ol-muşduq onunla, mənə sirrini açmışdı. Onu tanıyan yeganə insan idim. Əsgərliyi bitirib evə qayıtdım.

Söhbət zamanı atamdan Muradı soruş-dum.

– Murad ölüb, – dedi.

Qulağıma inanmadım.

– Necə? Nə vaxt? Niyə xəbərim yoxdur axı? – dedim.

Atamsa bunun təzəlikcə baş verdiyini söylədi. Daha ətraflı anlatmasını istəmədim. Kəndə gedəcəkdim. Olanları babamdan eşit-səydim, daha yaxşı olardı.

Kəndə çatdıqdan sonra babamdan olub-keçənləri soruşdum. Həyətdə qoyunun yunu-nu qırxırdı. Oturub daşın üstündə ona baxır-dım. Bir tərəfdən də danışacaqlarını dinləmək istəyirdim. Küskün, bir az əsəbi, bir az da heyfsilənərək sözə başladı:

– Səhər ayıldıq, Murad yox idi yerində. Hər şeyi yığıb çıxıb getmişdi.

– Necə yəni, hər şeyi? – dedim.

Düşündüm, yəqin, oğurluq edib. Yox, o, belə şey etməzdi axı.

– Əşşi, zadı daa – şələ-şüləsin. Çıxıb gedib qonşu kəndə. Cəhənnəm, getmisən-getmisən, adama bir xəbər edərlər da əvvəldən. Neçə ildir evimizdəsən, bizlə yeyib, bizlə içirsən. Bizlə yatıb, bizlə qalxırsan. Bu qədər də nan-korluq etmək olmaz axı…

– Hara getmişdi ki? – soruşdum.

– Başını aldadıblar ki, gəl, sənə arvad ala-cağıq kəndimizdən, evləndirəcəyik, iş tapa-cağıq daha yaxşı. Bu sərəy də qoşulub onlara, çıxıb gedib. Mənə dedi ki, evlənmək istəyi-rəm. Cəhənnəm, o heç, day keçib, arvad istə-yirəm! Mən ona dedim, yox?

– Sonra nə oldu bəs? – astadan soruşdum.

– Heç zad, axşam oturmuşduq. Bir də gör-dük darvaza açıldı. Fətalının nəvəsi qaça-qaça gəldi ki, bəs baba, sizi axtarırlar. Çölə çıxdım, Muradın meyitini gətirmişdi polislər. İki gün əvvəl Kürün sahilindən tapıblar cəsədin. Ax-tarıb ediblər, Körpükəndlidir deyib, gətiriblər bizə. Bir balamı itirmiş kimi oldum. Bilirsən, onu atandan ayırmadım heç. Çox kömək oldu mənə. Verdiyim maaşı yığırdı ki, bəs Türkmə-nistana qayıdacam haçansa. Bunu da domino zad oynayanda ağzından buraxıb, başını bişi-rib aparıblar beləcə. Əlindən alıb pulunu, öl-dürüb atıblar Kürə.

– Öldürənlər tapılmadı bəs?

– Tapıldı, ikisi də indi türmədədi.

Muradın qəbrinin harda olduğunu soruş-dum. Onu ailəvi məzarlıqda basdırmışdı ba-bam. Baş daşına da bizim nəslin soyadını yaz-dırmışdı. Onu gördükdən sonra babamın Muradı necə çox istədiyini anladım. Babama da haqq verdim – əsəbiləşməkdə, küsməkdə haqqı vardı. Babam Muradın otağında olan açarı gətirib mənə verdi.

– Boynunda da bu vardı, – dedi.

Açarın hekayəsini mən bilirdim təkcə. Əvvəl açarı boynumdan asmaq, ondan xatirə saxlamaq istədim. Sonra açarı götürüb qaç-dım qəbiristanlığa. Qəbrin qazdım – açarla. Basdıracağım dərinlikdə olduqdan sonra aça-rı basdırdım ora. O da ailəsinin yanında idi artıq. Murad, qızı, yoldaşı və hər şeyə səbəb olan açarı…

Qaraçı

Y

az fəsli yenicə qədəm basmışdı. Ağaclar yeni çiçək açır, torpaq qızışır, quşların gözəl səsi ətrafa yayılırdı. Mən evdə oyuncaq maşınımla oynayır, anam isə mətbəxdə nahar üçün yemək hazırlayırdı. Birdən qapı döyül-dü. Anam əllərini dəsmala silə-silə qapıya tə-rəf yönəldi. Gələn üzbəüz mənzilə yeni köç-müş Mədinə xala idi. Demək olar ki, onlarla qonşu olduğumuzdan bu yana, arada bizə gəlir, anama uşaqları parka çıxardıb gəzdir-məyi təklif edirdi. Bu təklif ən çox da mənim ürəyimcə olurdu. Parkda olarkən Mədinə xa-lanın oğlu Pərviz ilə birgə özümüz üçün qum-dan yol düzəldir, maşınlarımızı sürürdük. Qonşumuzun oğlu ilə, demək olar, eyni yaşda idik. Valideynlərimiz skamyada oturub söh-bət edir, ara-sıra bizə də göz-qulaq olurdular. Bir gün, anam mənə yeni aldığı “Tom&Jerry” şəkilli köynəyi geyindirib parka aparacaqdı Mədinə xala və oğluyla birgə. Parka çatarkən analarımızın əlindən çıxıb yelləncəklər olan tərəfə qaçdıq. Analarımız da adəti üzrə otura-caqda oturub söhbət etməyə başladılar. Ara-da bizə baxır, sonra da söhbətlərinə qaldıqları yerdən davam edirdilər. Yelləncəkdə yellən-diyimiz zaman bir qadın bizə yaxınlaşdı. Pər-vizdən onun dondurma sevib-sevmədiyini soruşdu. Pərvizə əlində tutduğu “bir manatı” verib:

– Get, özünə dondurma al, – dedi.

Mənsə yelləncəkdə yellənməyə davam edirdim. Pərviz yanımızdan aralılaşan kimi, qadın tez mənə yaxınlaşaraq burnuma bir yaylıq sıxdı və bədənimin boşaldığını hiss et-dim, elə oradaca özümdən getdim…

* * *

Parkda bir qadın ağlayaraq saçını yolur, o tərəf, bu tərəfə qaçırdı. Bir neçə dəqiqədən sonra polislər ora yığıldı. Bir oğlan uşağı yoxa çıxmışdı. Polislər qadına təskinlik verir, “uşaqdır, yəqin, bu-ralıqdadır, uzaqda deyil, narahat olma, ay bacı” – deyib onu təsəlli edirdilər. Qadın ağlamaqdan əl-dən düşmüşdü.

– Balamı tapın, balamı tapın, – deyib fəryad etməkdən başqa etdiyi bir şey yox idi. Qadın ağlayıb, bağırdıqdan sonra yıxılaraq yerə sərildi. Ürəyi getmişdi… Ətrafdakılar su tapmaq üçün ora-bura qaçışdılar.

* * *

Gözümü açarkən anbara bənzər bir otaq-da olduğumu gördüm. İçəridə inşaat mate-rialları, bel, qum, kisə və s. başqa şeylər var idi. Ağlıma ilk anam gəldi. Otağa nəzər sal-dım. Pəncərə çərçivələri taxtalar ilə mismar-lanaraq bağlanmışdı. İçərini taxtaların arasın-dan keçən gün işığından başqa heç bir işıq aydınlatmırdı. Ayaq üstə qalxmışdım ki, qapı açıldı. İçəri girən cavan oğlan məni görüb, qə-ribə dildə iki dəfə eyni sözü dedi, qaqqıltı çəkərək gülüb, sinəmə bir təpik vurdu və dəli kimi qaçaraq otaqdan çıxdı. O kəlmənin kürd-cə “oyandı-oyandı” sözü olacağını sonradan öyrənəcəkdim. Təpiyin şiddəti ilə balaca bə-dənim divara tappıltıyla dəydi. Gözüm qaral-dı. Divara sürtünə-sürtünə yerə oturdum. Hə-yatımda ilk dəfə idi ki, bu cür zərbə alırdım. İndiyə qədər anam və ya başqası tərəfdən bu cür zərbə almamışdım. Bu vəhşicə hərəkət qarşısında çox qorxmuşdum. O qədər qorx-muşdum ki, hətta anamın səhər evdən çıxar-kən geyindirdiyi şortiki işəyərək batırmış-dım. Divarın küncünə çəkildim. Qorxumdan dizlərimi alnıma sıxaraq ağlayırdım. Yenidən təpik dəyməsindən qorxduğum üçün səsimi içimə atmışdım. Qapı yenidən açıldı. Bu səfər otağa girən üzünün sol yanında kəsik izi, qızıl dişləri olan ortayaşlı kişi idi. Yanıma yaxın-laşan kimi boynumdan tutaraq məni havaya qaldırdı. Bu hərəkəti qonşumuz Nataşa xa-lanın pişiyinin balasını bir yerdən-başqa yerə qoyarkən boynundan tutub havaya qaldır-masına oxşatdım bir anlıq. Adamın nəfəsini üzümdə hiss edirdim. Ağzından o qədər araq və siqaret iyi gəlirdi ki, az qalsın öyüyəcək-dim.

– Xort2, sən bura ayitsanaa, axilli ol! – de-yib, yerə endirdi. Boynumdan şillə vuraraq, – Di get, düş qabağıma, – deyib məni itələdi.

Qapıdan çıxıb qaranlıq dəhlizlə beş-altı addım getdikdən sonra, kərpicdən tikilmiş pilləkənləri qalxdıq. Qapıdan çölə çıxanda isə buranın bir villanın həyəti olduğunu anla-dım. Başımı qaldırıb evə baxırdım ki, boynu-mun arxasından yenidən şilləni hiss etdim. Evə daxil olduq. İçəridə uşaqlar ora-bura qa-çır, bir-birilərinə söyüşlər söyüb, əylənirdilər. Bizi içəridə görən kimi hamısı sakitləşdi. Uşaqların gözü məndə, kimisi diqqətlə baxır, kimisi tərbiyəsiz əl-qol işarələri edir, kimiləri də yavaş səslə söyüşlər sovururdu havaya. Məni yanında aparan adam nəsə deyib, qış-qırdı ətrafdakı uşaqlara. Uşaqlar sırtıq kimi gülüşüb otaqlara çəkildilər. Pilləkənləri qal-xaraq üçüncü mərtəbəyə çıxdıq. Otaqlar səli-qəli, gözəl mebellərlə döşənmişdi. Gözəl gö-rünüşlü bir otağın qapısının yanına gəldik. Yanımdakı adam qapını döyüb, içəridən “gəl” səsini eşitdikdən sonra içəri keçdi və mənə də gözünü ağardıb, əl hərəkəti ilə içəri gəlməyimi söylədi. İçəri keçdikdən sonra kreslosunda oturan adamı gördüm. Bapbala-ca boyu ilə kresloda oturmuşdu və masa arxasında olduqca gülməli görsənirdi. Saçının ortası, demək olar ki, yox idi, sadəcə yanların-dan çıxan saçları onu qəribə göstərirdi. Əy-nindəki ağ kostyum da, sanki bədəninə bö-yük idi. Boynundakı və barmaqlarındakı qızıl adamın diqqətini ilk cəlb edən şeylərdən idi.

– Qağa, yeni gələn xort budir. İşimizə ya-riyacəqdir. Ona örgədərəm hər şeyi, heş narə-hət olma şən, qağa – deyib söhbətə başladı.

Kresloda oturan adam bir az mənə bax-dıqdan sonra, üzünü o kişiyə tutub:

– Yaxşı, Ceka, sənə inanıram, inanmasam sənə bu vəzifəni verməzdim, – deyib, əli ilə otaqdan çıxmağı göstəriş verdi.

Qapıdan çıxdığımız zaman kürdcə nəsə söylədi, Ceka isə qarşılığında hırıldayaraq göz vurdu və otaqdan çıxdıq.

Yemək zamanı idi və uşaqlar hamısı mət-bəxə doluşmuşdu. Bir qadın qazandan yemə-yi əllərində boşqab tutan uşaqlara sıra ilə çə-kir, eyni zamanda, nəsə qışqıra-qışqıra sözlər deyirdi. Uşaqlar da eynən gəldiyimizdə gör-düyüm kimi, az qala bir-birinin üstünə çıxır-dılar. Buna dəcəllikmi deyim, yoxsa tərbiyə-sizlikmi bilmirdim. Bildiyim bir şey vardı, mən evdə bu cür hərəkətlər etsəydim, anam məni mütləq cəzalandırardı. Ceka gedib boş-qab götürməyimi tapşırdı. Həm də qışqıra-qışqıra. Ümumiyyətlə, burada heç kim nor-mal danışmırdı. Hər kəs çığıraraq danışırdı. Yemək çəkən qadın yeməyimi boşqabıma tökdükdən sonra, masanın boş bir tərəfinə keçib oturdum. Yeməyimi qaşıqladıqca ana-mın məni necə nazımla oynayaraq yedizdir-diyini xatırladım. Çox az hallar olurdu ki, ye-məyimi özüm yeyirdim. Bu gün isə artıq san-ki anidən böyümüşdüm. Qorxumdan ağlaya da bilmirdim. Yeməyimin elə ilk tikəsin ud-muşdum ki, birdən beynimdə bir şey “danq” elədi. Burada gördüyüm çox uşağı daha əv-vəl də haradasa görmüşdüm sanki. Yaxud da bunlara bənzərlərin. Bir az düşündükdən sonra artıq əmin idim, bu insanlar anamın ad-landırdığı kimi “Siqanlar” idi. Tez-tez anamla parkda olarkən və ya alış-verişə gedərkən zəli kimi adamdan yapışan və dilənən insanlar, si-qanlar idi. Artıq onların arasında idim, bura necə gəlmişdim və niyə burada idim, bil-mirdim. Bildiyim tək şey var idi, mən anamı istəyirdim…

* * *

Qapı döyüldü. Qadın həyəcanla qapıya tərəf qaçıb, tələsik qapını açdı. Gələn polis idi və bir neçə dəqiqə sonra onlardan izahat alıb getdi. Fidan parkdan gəldikdən sonra heç bir iş görməmiş, heç bir şey yeməmişdi. Gözünü bir tərəfə zilləyib elə hey oğlunun adını sayıqlayırdı:

– Yazıq balam, yazıq Samirim.

Qonşuları Mədinə də parkdan gəldikdən bəri, onun yanında oturur, ona təsəlli verəcək sözlər söyləyirdi.

– O, mənə yoldaşımdan yadigar qalan yeganə dəyər idi, onun nişanəsiydi, – deyib zülüm-zülüm ağlayırdı.

Yoldaşı Qarabağ savaşında şəhid olmuşdu Fi-danın. Samir doğularkən artıq atası şəhid olmuş-du, öz övladını görmədən gözlərini yummuşdu dünyaya.

Günlər tez-tez keçirdi, Samirdən hələ də bir səs-soraq yox idi. Anası hər gün polis şöbəsinə bir ümidlə gedir, getmədiyi zamanlar isə zəng edərək oğlu haqqında polislərdən az da olsa bir məlumat almaq istəyirdi. Oğlundan xəbər yox idi, onun isə gözləməkdən başqa çarəsi…

* * *

Ceka qışqıra-qışqıra hamının toplanma-sını tapşırdı. Uşaqlar bir-birini itələyərək dəh-lizə yığışdılar. Ceka əllərini arxasında birləş-dirərək o tərəf-bu tərəf gedib, tapşırıqlarını verəcəkdi ki, bu sırada içəri cavan qızlardan ibarət bir qrup gəldi. Təxminən yeddi-səkkiz nəfər olardılar. Onları bura gələndən bəri ilk dəfə idi ki, görürdüm. Əyinlərində uzun don-ları, başlarında rəngbərəng yaylıqları vardı. Üzlərindən kir-pas axırdı. Saçları isə toz-tor-paqdan bir-birinə dolaşmışdı. Qızlardan bəzi-lərinin belinə bağladıqları körpələr vardı. Yaylıqla onları bellərində daşıyırdılar. Bir də-fə anamla metroya düşərkən bu cur qızlardan görmüşdüm, anama yaxınlaşaraq ondan pul dilənirdilər. Ceka qızların belindəki uşaqların ağlamasına əsəbləşib onları otağa göndərdi və onlara nəsə kürdcə tapşırıq verdi. Uşaqsız olanlara isə bizim qarşı tərəfimizdə durmaq-larını tapşırdı. Onlar da bir-birinə zarafatlar edərək, Cekanın tapşırdığı yerə tərəf ayaqla-rını sürüyə-sürüyə keçdilər. On beş-iyirmi uşaq dəhlizdə sıra ilə düzülmüşdük. Sıranın ən sonunda mən dayanmışdım. Ceka uşaq-lara bir-bir yaxınlaşaraq, hər kəsə hara gedə-cəyi və nə işi görəcəyi barəsində tapşırıqlar verirdi. Qulağımı danışıqlar gedən tərəfə şək-ləyib verilən tapşırıqları eşitmək istəyirdim. Tapşırıqlardan bəzilərini eşitdim:

– Sən Elmlər metrosu tərəfdə dilənirşən, pul almamış kəti əl kəkmirşən, qayıdanda qoyduğum limiti kıxarmış ol, əkş halda dağ-lanagaqşan.

Növbəti uşağa isə deyirdi:

– Öjünü agındır, şikəşt əlini göjlərinin gö-rəgəyi qədər akıqda qoy, qoy ürəkləri ağrışın, şən də limiti doldurmamış keri kəlmə, yoxşa öjün bilirşən, – üzünə yavaşca şillə vurub yola saldı.

Məndən öncəki uşağa isə deyirdi:

– Otaqdakı şalfetləri kötür, məgbur şat hamşın, elə et ki, alşınlar, onların hamşı şatıla-caq, vaxtından tej şatıb bitirşən, bir az da di-lən. Boş geri dönmə. Axşam hamujdan heşab-ları alagam.

Növbə mənə çatmışdı. Aşağı əyilib, qızıl dişlərini üzümə parıldatdı:

– Şən isə göjlə bir az, özüm şənə dərş keki-gəm, balaga götveren, – deyib qızlara tərəf çevrildi. Əllərini açıb:

– Ciblərinizi boşaldın, – deyə bağırdı. Qızlardan kimisi belinə bağladıqları yaylıq-dan, kimisi də köynəyinin içinə əlini salıb si-nəliyindən pulları çıxardıb, qoydular Ceka-nın ovucuna.

– Xoşim gəldi, maladeş, – deyib onları içə-ridəki otaqlardan birinə yolladı. Mənə isə dəhlizdə gözləməyimi tapşırdı. Özü isə yığı-lan pullarla bərabər yuxarı qalxdı. Ardınca gedib, pilləkənlərdən yuxarı baxdım. Bura gələrkən məni apardığı otağa girirdi, Qağanın yanına. Dəhlizdə isə bayaq gələn qızların be-linə bağladıqları uşaqların səsləri əks-səda ve-rirdi. Bir az keçəndən sonra isə uşaqların təd-ricən səslərinin kəsildiyini eşitdim. Qapını aralayıb baxmaq üçün irəli tərəf addım atdım. Qapını bir az aralamışdım ki, boynumda Ce-kanın əlini hiss etdim. Məni boynumdan tu-tub, geri çəkdi. Yenə də qorxumdan az qala ürəyim gedəcəkdi. Məni geri çəkdikdən son-ra, təpikləyərək bir otağa apardı. Burada gör-düklərim isə sadəcə dəhşət idi…

* * *

Telefona zəng gəlirdi. Çalan Mədinənin tele-fonu idi. Mədinə Fidandan üzr istəyərək oturduğu divandan qalxıb, yan otağa keçdi. Telefonla danış-dıqdan sonra isə Fidana evə getməli olduğunu, qo-nağının gələcəyini bildirdi. Artıq Mədinə əlindən gələni etmişdi, ona sadəcə Fidana dəstək olmaq qa-lırdı. Fidana:

– Əgər bir xəbər olsa, bacı qurban, xəbər edər-sən, – deyib xudahafizləşdi.

Mədinə evə yenicə keçmişdi ki, qapı döyüldü. Gələn bir kişi idi, pencəyinin cibindən çıxartdığı bir bağlama pulu qadına uzatdı.

– Buyur, bu da gördüyün işin bəhrəsi, halal xoşun olsun, bu barədə heç kimə heç nə demirsən, – deyib evdən çıxdı.

Razılığa əsasən Mədinə Fidanla yaxınlıq qur-malı, sonra isə parkda onun başını söhbətə tutub, Samirin qaçırılmasına şərait yaratmalı idi. Mədi-nə kişinin arxasından qapını bağladıqdan sonra dodağını büzərək:

– Bağışla, mənim əziz qonşum, adamlar indiki zamanda pula görə hər şey edir, – deyib otaqlardan birinə keçdi və pulu saymağa başladı…

* * *

Otaqda məndən və Cekadan başqa bir qadın və iki uşaq da vardı. Biz yenicə içəri keçmişdik ki, Qağa da otağa daxil oldu. Bala-ca boyu ilə tullana-tullana gəzirmiş kimi təəs-sürat yaradırdı adamda. Qağa içəri keçdikdən sonra, qapını bağlayıb açarı özü ilə götürdü. Məni və otaqda olan uşaqlardan birini Ceka-ya tapşırdı. O, bizi itələyərək otağın küncünə apardı. Qadın digər uşağa iynə vurub sakit-ləşdirdi. Bir az əvvəl ağlayan uşaqdan indi səs-səmir çıxmırdı. Deyəsən, iynə ilə onu ya-tızdırmışdılar. Mən və digər uşaq divarın küncündə durub sakitcə olanlara baxırdıq. Qağa yerə yan-yana iki kərpic qoydu. Qadın uşağı uzandırıb ayaqlarından birini kərpic-lərin üzərinə yerləşdirdi. Qağa kərpicin birini uşağın ayağının daban tərəfinə, digərini isə ayağının qatlanacaq tərəfinə sürüşdürdü. İşi-ni elə həvəs və soyuqqanlılıqla görürdü ki, bu işdə usta olduğu açıq şəkildə aydın görü-nürdü. Qağa bütün hazırlıqları bitirdikdən sonra, ayağa qalxıb, sarı dişləri ilə üzümüzə qıcandı. Sonra isə sağ ayağını qaldırıb şid-dətlə uşağın ayağına endirdi. “Xart” deyə bir səs gəldi və uşağın ayağı iki yerə paralandı. Ayağının sümüyü dərini cırıb çölə çıxmışdı. Qadın tez qanaxmanı saxlamaq üçün ayağını dəsmala bükdü və yenidən ayağına iynə vur-mağa başladı. Bu mənzərəni gördükdən son-ra isə artıq özümdən getmişdim…

Бесплатный фрагмент закончился.

Текст
5,0
1 оценка
86,08 ₽
172,15 ₽
−50%