Читать книгу: «İsa Muğanna yaradıcılığı İDEAL işığında»

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
MÜNDƏRİCAT
I fəsil
Tarixilik və mistika dini-mifoloji aspektdə
Ön söz ............................................................................................... 6
Giriş ................................................................................................. 12
1.1. İsa Muğanna romanlarında vahid
din konsepsiyası ......................................................................... 32
1.2. İsa Muğannanın "Cəhənnəm" romanı dini-mifoloji
kontekstdə .................................................................................... 54
1.3. İsa Muğannanın "İlan dərəsi" silsiləsində tarixilik və
mistika............................................................................................ 83
1.4. Magik realizm və “GurÜn” romanı .............................. 99
3
1.5. Yarımçıq əlyazma və bütöv ədəbi və əbədi
dünya ........................................................................................... 124
II fəsil
İsa Muğanna yaradıcılığına müqayisəli baxış
2.1. İsa Muğanna həqiqəti Hüseyn Cavid işığında ...... 148
2.2. İsa Muğanna yaradıcılığının "Ün" poemasındakı
poetik təhlili .............................................................................. 169
2.3. Postmodern Azərbaycan romanında “Kitabi-Dədə
Qorqud” dastanı və təhrif edilmiş tarix ......................... 183
Müsahibələr
İsa Muğanna ilə ilk tanışlıq ................................................. 201
İsa Muğanna ilə son söhbətim.. ........................................ 225
Zəlimxan Yaqub Tənhalıqdan tənhalığa ........................ 248
İsasız Firuzə Muğanna ilə söhbət ..................................... 275
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI ................... 284

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
4

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
Əsər Ruhani sədaları altında ustad sənətkarın
5
90 illik
yubileyinə ithaf edilir
Firuzə xanım:
Allahdan bir arzum var ki, İsa yaşadığı müddətdə məni də yaşatsın. Onu heç kimə
etibar edə bilmərəm.
İsa Muğanna:
– Onda gərək əbədi yaşayasan!

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
6

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
Ön söz
“Ədəbi döyüşlər cəngavəri” Mehdi Hüseyn hələ
ilk əsərlərini yazıb nəşr etdirdiyi illərdə İsa Hüseynovu zarafatla “etiraf olunmamış dahi” adlandırar, onun ədəbiyyata təsadüfən deyil, xüsusi missiya ilə
gəldiyini hiss etdirər, gənc yazıçı isə bundan, təbii ki, məmnunluq duyarmış. Ancaq güman etmək çətindir
ki, Mehdi Hüseyn kimi geniş dünyagörüşlü tənqidçi-ədəbiyyatşünas belə İsa Hüseynovun dünyaya İsa Muğanna olaraq yenidən gələcəyini təsəvvür eləmiş
olsun.
“Yanar ürək”dən “İdeal”a, İsa Hüseynovdan İsa
7
Muğannaya yüksəlişin səbəbləri, yəqin ki, XX əsrin sonu XXI əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai təfəkkürünün üzərində ən çox düşündüyü, ancaq əsas-
lı bir nəticəyə gələ bilmədiyi mövzulardandır. Və
məsələni daha da mürəkkəbləşdirən cəhətlərdən biri, heç şübhəsiz, böyük yazıçı-mütəfəkkirin özünün vaxtaşırı olaraq söylədiyi mülahizələr olmuşdur ki, həmin mülahizələrdə yaradıcılığın bir dövründən di-gərinə keçmək kimi, əslində, tamamilə təbii (və qa-nunauyğun) qəbul edilməli olan bir proses xeyli dərəcədə mistikləşdirilərək o həddə çatdırılır ki, gu-ya müəllif “İdeal”dan başlayaraq “ün” eşitmiş və bütün sonrakı əsərlərini həmin ilahi “ün”ün diqtəsilə
qələmə almışdır.
Əlbəttə, məsələnin bu cür qoyuluşuna bizim adət
etdiyimiz normativ şüur (və yaradıcılıq) təcrübəsi baxımından interpretasiya vermək, prinsip etibarilə,

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
mümkün deyil. Ancaq ortada hansı enerjidən gəlib-gəlməməsindən asılı olmayaraq yüksək sənətkarlıqla seçilən mükəmməl yaradıcılıq məhsulları var… Və
onların adət etdiyimiz metodoloji texnologiyalarla tədqiqi tamamilə mümkündür.
İsa Muğanna yaradıcılığını yeni rakursdan –
“İdeal” işığında araşdıran tanınmış yazıçı, ədəbiyyatşünas və redaktor-naşir Şəmil Sadıq qarşısına kifayət qədər cəsarətli (və çətin) bir vəzifə qoysa da, fikrimcə, onun öhdəsindən uğurla gəlmiş, hətta demək olar ki, İsa Hüseynov – Muğanna yaradıcılığı barədə indiyə qədər deyilmiş ən müxtəlif (çox hallarda isə pərakəndə) fikirlərin fövqünə qalxaraq sistemli bir “muğannaşünaslığ”ın əsaslarını müəyyənləşdir-8
mişdir.
“İsa Muğanna yaradıcılığı” “İdeal” işığında”
müəllifi yazır:
“… İsa Muğanna yaradıcılığı “İdeal”dan sonra başladı. Ondan sonra yazılan bütün əsərləri “İdeal”
silsiləsinin davamıdır və təəssüflər olsun ki, ədəbiyyatşünaslığımız tərəfindən layiqli qiymətini almamışdır hələ ki. Ümid edirəm ki, oxucu da, alim də
qorxmadan, çəkinmədən “İsahəqq, Musahəqq”i,
“GurÜn”ü, “Türfə”ni, “İlan dərəsi”ni, “Cəhənnəm”i,
“Qəbiristan”ı əlinə alacaq, oxuyacaq və münasibətini bildirəcəkdir bir gün”.
Və əlavə edir:
“ … Bu tədqiqat işində Muğannanın “İdeal”dan sonra yazdığı əsərlərin tarixi, yazılma və çap olunma dövrləri, çapdakı maneələr və müəllifin əsərlərinə

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
dönə-dönə qayıtmasının səbəbləri, İsa Muğannanın bir postmodernist yazar kimi, magik realizmin banisi kimi, yeni ideoloji konsepsiyanın yaradıcısı kimi, dinə olan yeni baxışının, romanlarının poetikasını araşdırmağı qarşımıza məqsəd kimi qoyduq”.
Göründüyü kimi, miqyas xeyli möhtəşəmdir,
lakin nəzərə alsaq ki, Şəmil Sadıq uzun illər İsa Muğanna ilə sıx-sıx görüşmüş, onun nəinki əsərlərinin, bütövlükdə ruhunun dərinliklərinə bələd olmuş, hətta ustadla yaradıcılıq əməkdaşlığı da etmişdir, on-da miqyası bu qədər geniş götürməyə müəllifin həm mənəvi, həm də peşəkar səlahiyyəti olduğuna şübhə
yeri qalmır.
9
İsa müəllim həm yazıçı-mütəfəkkir, həm də şəx-
siyyət kimi nə qədər yüksək intellektual səviyyədə
dayanırdısa, o qədər də pak, səmimi və ünsiyyətcil bir insan idi, həmsöhbətini öz geniş (və kifayət qədər mistik) dünyagörüşünə tabe eləmək fikrindən də
uzaqdır. Az-çox ağıllı mülahizə eşidəndə onun müəllifini layiq olduğundan da artıq qiymətləndirir, da-xildən (ruhunun lap dərinliklərindən) gələn bir məhəbbətlə tərifləməkdən çəkinmirdi. Və mən heç şüb-hə etmirəm ki, bu, İsa müəllimin mənəvi zənginli-yinin tükənməzliyindən qaynaqlanırdı…
“İdeal”a qədərki yaradıcılığını hərdən özü kəskin tənqid edir, “Yanar ürəy”i elə də dəyərli əsər saymırdı. Görüşlərin birində xalq yazıçısı Anar İsa müəllimə dedi ki, “belə bir fikrim var: İsanın özünü özündən müdafiə cəmiyyəti yaradaq… İmkan vermək olmaz ki, ədəbiyyatımızın “Yanar ürək” kimi

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
qiymətli əsəri onun tərəfindən bu qədər haqsız tənqidə məruz qalsın”… Anar müəllimin haqlı sözü hamının ürəyindən oldu. Hətta İsa müəllimin də…
Bir söz demədi, ancaq razılıq əlaməti olaraq ürəkdən güldü…
Həm İsa Hüseynov, həm də İsa Muğanna haq-
qında mən də bir sıra yazılar yazmışam, televiziya-larda, müxtəlif yığıncaqlarda çıxışlar eləmişəm. Ancaq bunların çoxunda elmi təhlil azdır. Sadəcə olaraq, dərinliyinə lazımi qədər vara bilmədiyim möhtəşəm yaradıcılıq qarşısında heyranlığımı ifadə etmişəm.
Şəmil Sadıq – mənim keçmiş tələbəm isə bu kita-
bında İsa Muğanna dünyasının dərinliklərinə enir. O
10
məqamlara (məsələn, mistika, din, magik realizm, postmodernizm və s.) diqqət yetirib geniş (və sözün geniş mənasında müqayisəli!) interpretativ təhlil verir ki, həmin məqamlar yazıçının yaradıcılığını, onun dünyagörüşünün fəlsəfi mahiyyətini, metafizik
poetikasını anlamağa əhəmiyyətli kömək göstərir.
Müəyyən mübahisəli tərəfləri olsa da, ümumiləş-dirmələrinin mütləq əksəriyyəti əsaslıdır. Və ən əsas da odur ki, Şəmil Sadıq İsa Muğanna “mətn”ini həm bir əsər, həm də ümumi yaradıcılığı miqyasında kifayət qədər müfəssəl hiss etdiyinə görə, gəldiyi nəticələr bugünkü ədəbi-tənqidi təfəkkür üçün heç də az səciyyəvi olmayan sxematizmdən uzaqdır.
Müəllif hərdən gileylənir ki, nə oxucular, nə də
ədəbi tənqid İsa Muğannanın müasir dövrün qlobal problemlərini dərk etməkdə, doğrudan da, çox fay-

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
dalı olan əsərlərinə az maraq göstərirlər… Elə bilirəm ki, haqlıdır…
Təsəllimiz isə ondadır ki, əvvəla, böyük əsərlər (və ideyalar) bütün dövrlər və zamanlar üçündür, ikincisi isə bizim günlərdə “İsa Muğanna yaradıcılığı
“İdeal” işığında” kimi dəyərli bir əsər meydana çıxır-sa, görünür, elə də bədbin olmağa dəyməz…
Akademik Nizami Cəfərov
11

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
12

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
Giriş
Ağlımın kəsdiyi zamanlarda oxuduğum ilk əsər
“İdeal” romanı idi. Əruzşünas alim Zülfəli Zülfəliyevin məsləhəti ilə oxumuşdum. Nə qədər ağır bir əsər olsa da, əsər elə bir formada təqdim edilib ki, bu ağırlığı hiss etmədim. Dünyagörüşü yeni formalaş-maqda olan, ədəbiyyat aləminə atılmağı belə ağlına gətirməyən, sadə kənd uşağının dünya sirlərini özündə daşıyan kainat qədər ağır bir əsəri dizləri əsə-əsə, boğazı quruya-quruya oxuması ona bir istiqamət verdi. Həyat fəlsəfəsini, milli kimliyi, mifik dünyagörüşlərin altında gizlənən tarixi, dildəki 13
kodlu sözlərdə yaradılışın sirlərinin necə gizlədildi-yini araşdırmağı, öyrənməyi mənə “İdeal” əsəri öyrətdi. Hər cümlədən sonra kasıb kitab rəfimdən yeni bir kitabı masanın üstünə gətirməyi, müqayisəni, müqayisəli təhlili, məntiqi ardıcıllığı, şübhəni, düşünməyi bu əsər öyrətdi mənə…
“İdeal” romanını oxuduğum gündən müsahibim
olan, kitabı sevən, milli qürurunun olduğunu hiss etdiyim hər kəsə bu kitabı tövsiyə etdim. Oxuyan-lardan “sağ ol” aldım. Sonra da özüm üçün də üs-tüörtülü qalan suallara cavab verməyim istənildi.
Çıxılmazlara girirdim bəzən və sonda bir gün bu
“Sirr qoxuyan kişi”nin özü ilə görüşüb bu suallara cavab alacağımı düşünürdüm həmişə.
Tələbə vaxtı bu görüş üçün çox çalışsam da, alın-
madı. Son dövrlərdə İsa Muğanna ilə görüşmək üçün çox cəhd etdim. Bütün yazıçı dostlarımdan, ona

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
yaxın olacaq bir neçə başqa şəxslərdən də xahiş etdim. Amma mümkün olmurdu ki, olmurdu. Adətən
də, səhhətinin yaxşı olmadığı üçün bu görüş baş tut-murdu.
Bir gün dostum Əli İbrahimbəyli zəng etdi ki, səni İsa Muğanna ilə görüşdürəcəyəm. Bu şad xəbərə
muştuluq nə verəcəksən? Çünki bir vaxtlar bir tələbə
üçün əlçatmaz zirvədə olan böyük bir şəxsiyyətlə gö-rüşməyin mənim üçün ən şad xəbər olduğunu bilir-
di.
Və beləcə, İsa Muğannanın əlini sıxmaq və o əllərdən öpmək şərəfinə nail oldum. Qapalı dün-yamdakı bütün suallara Muğannanın özündən cavab
aldım. Bu sirli insanın təvazökarlığı və məntiqi məni 14
əsərlərində olduğundan daha çox heyran etdi.
Həyat yoldaşı Firuzə xanımla münasibətləri və
bu yaşda insanların bir-birinə necə hörmət və səda-qətlə yanaşmaları adamı onlara qibtə etməyə məcbur edirdi.
İlk görüşümüz elə Əli İbrahimbəyli ilə birgə baş
tutmuşdu. Elmə, incəsənətə və mədəniyyətə böyük qiymət verən Əli müəllimin və mənim suallarım Muğannanı 200000 illik tarixin dərinliklərindən, 70-80-ci illərin Yazıçılar Birliyinə, ordan bu günə və gələcəyə
aparırdı. Hərdən Firuzə xanımın ərkyana “İsa, bir az nəfəs al, yavaş-yavaş danış” deyərək keçirdiyi nara-hatçılıq bizi susmağa və seyr etməyə məcbur edirdi.
Ustad sənətkar söhbət əsnasında indiki gənclikdən şikayətini də dilə gətirdi. Əsərlərinin oxunma-masından və yenidən nəşr olunmamasından danışdı.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
Elə bil neçə illərdir, arzusunda olduğum fikrimi səs-ləndirmək üçün kömək etdi mənə. Və söz verdim:
“85 illik yubileyinizə “İdeal” silsiləsindən, SafAğ elminin əsasları olan 6 əsəri müasir tələblərə uyğun çap edəcəyik”. Və belə də oldu: “İdeal”, “Məhşər”,
“Qəbiristan”,
“Cəhənnəm”,
“İsahəq-Musahəq”,
“GurÜn”, “İlan Dərəsi” əsərlərini redaktorluğumla çap etdik. Həftədə bir dəfə İsa müəllimi görməyə
getdim, qeydlərimizi, dizaynlarımızı ona göstərdim, kitabın formatı haqqında fikirlərini öyrəndim, düzə-lişlərini götürdüm. iki eynəyi üst-üstə qoyub oxuma-sına baxmayaraq, ustad sənətkar hər bir kitabının korrektə səhvinə belə diqqət yetirirdi. Ən çox üstün-15
də işlədiyimiz əsər isə “İdeal” oldu. Çünki həmin əsərə iki ayrıca bölmə yazmış, bəzi hissələrə isə xeyli əlavələr etmişdi. Digər tərəfdən də “Yanar ürək”dən bu tərəfə “heç kəsin anlamadığı bədbəxt OdƏr”in yazdığı bu əsər hər işarəsində böyük bir məna daşıyır, hər bir hərfi bir körpüdür. İsa Muğannanın xətti də o qədər mistikdir ki, bəzən elə olurdu ki, zəng edib filan sözdəki filan hərfdən sonra gələn hərf nədir deyə soruşmasaq olmurdu.
Hər dəfə də ağsaqqalın ocağında süfrə açılırdı.
İstər Firuzə xanım, istərsə də qızı Sevinc xanım qərb bölgəsinin zəngin nemətləri ilə bəzədilmiş süfrəyə
əyləşməyimizi israrla tələb edirdi. O qədər qayğı ilə, o qədər səmimi şəkildə yeməyi təklif edirdi ki, etiraz etməyə belə adam utanırdı. Firuzə xanım əsl azərbaycanlı ağbirçək təcəssüməsidir.
Firuzə xanımın İsa müəllimə qayğısı hər an diq-

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
qəti çəkir, bir Azərbaycan qadınının timsalında onunla fəxr edirdim. Söhbətlərin birində Firuzə xanım dedi ki, Allahdan bir arzum var ki, İsa yaşadığı müddətdə məni də yaşatsın. Onu heç kimə etibar edə bilmərəm. İsa müəllim özünəməxsus tərzdə güldü və dedi: – “Onda gərək əbədi yaşayasan!”
Bəli, İsa Muğanna əbədi yaşamağa haqqı çatan bir şəxsiyyətdir. Və sözsüz ki, yaşayacaq da. O vaxta kimi yaşayacaq ki, işıq gəmisi Olama-Yerə ensin və
bu dünyanı bir ideya altında birləşdirsin, sülhü, əmi-namanlığı bərqərar etsin. Bağ Atanın OdƏrləri ağ
günə çıxsın!
Bir gün demək olar ki, redaktoru olduğum bu əsərlərin hamısının çapı bitdi. Ən son əlimə aldığım 16
əsər isə “İdeal” romanı oldu. 750 səhifəlik bu əsər möcüzəvi bir görünüşlə ruhumun və kitab rəfimin şahı oldu. Sanki arzusunu belə qəlbimə gətirməyə
çəkindiyim bir iş baş tutdu.
Mənim də ustad sənətkarımıza bir töhfəm oldu.
“OdƏrlər” romanım. Roman haqqında İsa Muğanna-
ya danışdım. Kişinin elə bil çiçəyi çırtladı. “Nə vaxt verirsən, oxuyum”, – dedi. Buna inanmadım. Səhhətinin o qədər də yaxşı olmadığını görürdüm. Bunu oxumasını ondan istəməzdim. Amma israrla çap edib göndərməyimi istədi. Kitabı verdim. Üç gündən sonra zəng etdi:
– Ya Allah! Ya Allah! Necəsən? Əsərini oxudum,
ürəyimə çox yatdı. Çox mənalı, müdrik, ali roman yazmısan. Sevinə-sevinə təbrik edirəm. Böyüksən, amma daha böyük gələcəyini gözləyirəm… Xahiş

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
edirəm səhifələrin arxasındakı qeydlərimə laqeyd ol-ma… Çünki bizim ikimizin taleyi var bu kitabda. Tale birliyi, əbədi yazıçılıq birliyi, gələcək həyat birliyi böyük, nadir xoşbəxtlikdir…
Məncə, heç bir azərbaycanlı “İdeal”ı oxumadan, Azərbaycan ədəbiyyatı ilə tanışam deyə bilməz.
Məhz bu səbəbdən də mənim üçün İsa Muğanna
yaradıcılığı “İdeal”dan sonra başladı. Ondan sonra yazılan bütün əsərləri “İdeal” silsiləsinin davamıdır və təəssüflər olsun ki, ədəbiyyatşünaslığımız tərəfindən layiqli qiymətini almamışdır hələ ki. Ümid edirəm ki, oxucu da, alim də qorxmadan, çəkinmədən
“İsahəqq, Musahəqq”i, “GurÜnü”, “Türfə”ni, “İlan 17
dərəsi”ni, “Cəhənnəm”i, “Qəbiristanı” əlinə alacaq, oxuyacaq və münasibətini bildirəcəkdir bir gün.
Giriş bir az uzun olsa da, bu tədqiqat işində Mu-
ğannanın “İdeal”dan sonra yazdığı əsərlərin tarixi, yazılma və çap olunma dövrləri, çapdakı maneələr və müəllifin əsərlərinə dönə-dönə qayıtmasının səbəblərini, İsa Muğannanın bir psotmodernist yazar kimi, magik realizmin banisi kimi, yeni ideoloji konsepsiyanın yaradıcısı kimi, dinə olan yeni baxışının, romanlarının poetikasını araşdırmağı qarşımıza məqsəd kimi qoyduq.
***
İsa Muğanna 1986-cı ildə ilk dəfə “İdeal” romanı
çap olanda əsərin ön sözündə qeyd edir ki, “Müəllif belə qərara gəldi ki, bütün ömrünü bir kitaba həsr edəsi olsa da, “örtüyü” qaldırıb əcdadının hikmətin-

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
dən xəbər tutmalıdır1. Bəli, belə də oldu, o, 70-ci illərdən başlayaraq ömrünü sadəcə bir kitaba “İdeal”a, və idealın şərhinə həsr etdi. 1970-ci illərdə İsa Hüseynovu İsa Muğannaya çevirən “İdeal” romanından
başlanan ədəbi-fəlsəfi yol 2014-cü ildə “Mənim məhəbbətim” adlı yarımçıq əlyazması ilə dayandı.
İsa Muğanna “İdeal” romanının ilk nəşrinin ön sözündə “Hüseynov”dan “Muğanna”ya keçməsini
bu cür izah edir: “Ulularımızdan irs qalmış tərkidün-yalıq bahasına, gecələrimi gündüzlərimdən seçməyib o mənanı və hikməti ifadə eləməyə çalışdım. İş
qurtaranda isə qeyri-rəsmi daşıdığım “Muğanlı”
familiyası əvəzinə, dünyadan üzüörtülü gedən əzab-keşlərimin şərəfinə “Muğanna” oldum”. 2
18
“İdeal” əsəri ilk dəfə “Yazıçı” nəşriyyatı tərəfindən 1986-cı ildə nəşr edilmişdir. Ona qədər isə bu roman “Yanar ürək” adı ilə ilk dəfə 1956-cı ildə yazılmış, 1965 və 1979-cu illərdə çap edilmişdir. “Yanar ürək” romanından “İdeal”a keçidi müəllif “Həyatımdan səhifələr” adlı xatirələrində bu cür izah edir: “Bir gün dərin sükut içərisində, balaca stolumun arxasında oturub “Yanar ürək” romanının yeni variantı üzərində işləyirdim. Birdən başımda səs eşitdim: “Nə
yazırsan?” Bu səsi sarsıntılar içində, sükunətli çar-daqda tək-tənha oturmağımla bağladım; güman etdim ki, beynimdə nə isə qeyri-adi dəyişiklik olub.
Amma bir az sonra səs təkrar olunduqda başa düşdüm ki, səs uzaqlardan – qeybdən gəlir. İstər-istə-1 İsa Hüseynov, İdeal, Bakı: Yazıçı, 1986, s 5.
2 Yenə orda, s 6.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
məz diqqət kəsildim. Səs dedi: “Bir romanın neçə variantını yazmaq olar?! Sizin xalqın həyatındakı ictimai-siyasi fəsadlar yalnız siyasi quruluşda, kommunist partiyasının siyasəti ilə bağlı olsaydı, mən sənin “Yanar ürək” romanının təzə variantına etiraz eləməzdim. Xalqın həyatındakı təhriflərin tarixi çox qədimdir. Yer planetində insan həyatının üç tarixi məlumdur. Birinci tarix irəli sananan əlli minillik, ikinci tarix geri sananan əlli minillik tarix, üçüncüsü yeni era adlandırdığınız tarixdir. Mən sənə bu tarix-lərdə Yer planetində baş vermiş hadisələri danışa-cam, bu məlumat əsasında “İdeal” adında roman ya-
zacaqsan”.3
19
Əslində, İsa Hüseynovun yaradıcılığının ikinci mərhələsi “Məhşər” romanının yazılması ilə başlayır.
Bu isə XX əsrin 60-cı illərinin sonuna təsadüf edir.
Düzdür, “Məhşər” romanı ilk dəfə 1978-ci ildə
“Gənclik” nəşriyyatı tərəfindən çap edilsə də, bunun əsası 1971-ci ildə Heydər Əliyev tərəfindən “Nəsimi”
filminin ssenarisinin yazılması sifarişi ilə qoyulmuşdur. İsa Muğanna həmin hadisəni bu cür izah edir:
“1971-ci ildə mənə Mərkəzi Komitədən zəng vurul-du, dedilər: – “Heydər Əliyev səni çağırır.” Sevincək getdim və qəbul otağına girəndə sevincim daha da artdı: Ulu öndər məni gülər üzlə qarşıladı və dərhal mətləbə keçib:
– Nəsimi haqqında ssenarini sənə tapşırıram, –
dedi. Sonra əlavə etdi: – Bilirsən də, bu, dövlət sifari-şidir. Filmin çəkilişinə nə qədər lazımdı, o qədər pul 3 İsa Hüseynov, İlan dərəsi, Bakı: Hədəf nəşrləri, 2013, s 78.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
buraxılacaq.
Mən bir qədər fikrə getdim, dedim:
Mən Nəsimi haqqında heç nə bilmirəm.
Məlum oldu ki, xalq şairi Rəsul Rza Hələb
şəhərinə bir aylıq məzuniyyətə göndərilib ki, Nəsimi haqqında Suriyada mövcud olan materialların hamısını yığıb gətirsin. Rəsul Rza Hələbdən qayıdanda məni yenə Mərkəzi Komitəyə çağırdılar. Nəsiminin iki “Divan”ı əsasında çap olunmuş böyük şeirlər kitabını və azərbaycancaya tərcümə olunmuş bir aləm material – məqalələr, jurnal məlumatları verdilər və mən Nəsimini öyrənməyə girişib, əvvəlcə roman yazmağa başladım. Bir neçə ay sonra isə ssenarinin ilk epizodlarını filmin rejissoru Həsən Seyid-20
bəyliyə oxudum. Həsən bircə kəlmə: – Yaxşıdı, –
dedi. Bundan sonra mən, demək olar ki, hər gün Həsənin evinə təzə epizodlar aparıb oxuyurdum və Hə-səndən eyni cavabı: – Yaxşıdı, – eşidirdim”.4
“Nəsimi” filmi 1973-cü ildə çəkilmişdir, lakin İsa Muğannanın qeybdən səs eşitməsi və bu təlatümlü hadisələrin başlanğıcı isə 1968-ci ildə baş vermişdi.
Müəllifin həyat yoldaşı Firuzə Muğanna bunu uzun
müddət çap olunmasında problem yaşanan “Türfə”
romanının nəşrə təqdim olunması üçün AMEA-nın müxbir üzvü Nizami Cəfərova yazdığı məktubda daha aydın təsvir edir: “1968-ci ildə alihəzrət Dəmirəlin zamanının başlandığında, Azərbaycan yazıçıları nümayəndəliyinin tərkibində Türkiyəyə getdik.
İstanbulu, İzmiri, Ankaranı, Bursanı və sair yerləri 4 İsa Hüseynov, İdeal, Bakı: Yazıçı, 1986, s 5.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
gəzdik, Bolu bəyin kəndini, Koroğlunun Çənlibelini gördük. İstanbula qayıdanda məscidləri gəzdik.
Ayasofiya məscidində İsa üzünü göyə tutub dedi:
“Biz çoxlu uşaq saxlamışıq, özümüzə övlad istəməmişik. Mən səni tanımıram. Əgər varsansa, Firuzəyə
bir övlad ver. Oğlan da istəmirəm. Bircə qız. Bircə
qız!” (Ş.S. Tanrı ailəyə yeganə övladı Sevinc Muğannanı 19 ildən sonra bəxş etmişdir). Otelə qayıtdıq.
Yorulmuşdum, divanda uzanıb yatdım. İsa kresloda
oturdu. Bir azdan məni oyadıb dedi: “İndicə, ayıq-sayıq vaxtımda bir altı-yeddi aylıq, gözəl, gombul qız uşağı gördüm. İməkləyib gəlib dizlərimdən yapışdı, qucağıma mindi, burnunu boğazıma söykəyib mışıl-21
mışıl nəfəs aldı. Səni oyatmaq istədim, uşaq yox ol-du. Nəfəsini indi də boğazımda hiss edirəm. Qızımız olacaq”. Mən inana bilmədim. Bakıya qayıtdıq. Bir ildən sonra İsanın o gördüyü qız – Sevincimiz doğuldu. Bundan sonra mənim həyatıma fərəh gəldi. İsanın da işləri yaxşılaşdı. Dalbadal əsərləri çap olundu.
İsa məni Rusiyanın şəhərlərində kurort zonalarında gəzdirdi. Bolqariyada, Qara dəniz sahillərində, Pribaltika ölkələrində, bir neçə Avropa ölkəsində gəzdirdi. Yetmişinci illərdə çox qəribə hadisə baş verdi: İsa birdən-birə kainatla bağlandı, özünün dediyi kimi, EySarla danışmağa başladı. EySar, İsUsun, İsa peyğəmbərin həqiqi adı – odu – rütbəsidir. “Ey” –
Uca deməkdir. “Sar” – hökmdar deməkdir. EySar –
uca hökmdar deməkdir. Bu Od – həqiqət qədim türk
dilində – OdƏr dilindədir. EySar İsaya OdƏr dili öyrətməyə başladı. OdƏr dilində indiyə qədər heç

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
yerdə, heç kəsə məlum olmayan məlumatlar vermə-
yə və tamam yeni ruhda əsərlər yazmağa kömək etdi. “İdeal” romanı, “Peyğəmbərin möhürü”, “Məhşər” və bir sıra başqa əsərlər belə yarandı. İndi oxuculara təqdim olunan “Türfə” əsəri də bu qəbildəndir”.5
Məhz buna görədir ki, İsa Muğanna hələ 1978-ci
ildə “Məhşər” romanını bitirdikdə bundan sonra ya-zacağı əsərləri “Karvan”6 silsiləsi adlandırır və yerdəki ömrünün sonuna qədər bu karvanın mənzilə
çatması üçün bir anlıq da yolundan sapmır. Ötən əsrin 80-ci illərindən bu tərəfə həm ölkənin həyatında baş verən ictimai-siyası, həm də özünün həyatın-da baş verən iki infarkt onu bu idealdan ayırmır.
22
1990-cı illərdə çap olunan yazılarının hamısında oxucuya onun bu silsilədən olan əsərlərini hansı ardıcıllıqla oxumasını israrla tövsiyə edirdi: “Yaxın və
uzaq keçmişimizin tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən “İdeal” romanını yenidən və sonuncu dəfə işlədim. Bu əsərlə tanış olmayan oxucu altılığa daxil edilmiş romanlarda SafAğ
elminin təfsilatını dərk edə bilməz. Həmin romanlar
– “Məhşər” (Ənşər -mən şər”) “Qəbiristan”
“GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”, burada göstərilən xronologiya əsasında oxunmalıdır ki, lazımınca yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin 5 "Mən səni tanımıram, varsansa, Firuzəyə bir övlad ver", Senet.az, (01 aprel 2015)
6 İsa Hüseynov, Məhşər, Bakı: Gənclik 1978, s 3.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
qavranılmasını asanlaşdırmaq məqsədilə fayda versin. Muğanna, 27.01. 2013”.7
Gördüyümüz kimi, müəllif xronoloji baxımdan
“Məhşər”i birinci yazsa da, məhz onu “Karvan” silsiləsinin başlanğıcı kimi qeyd etsə də, öz sağlığında
“Hədəf” nəşrlərində Şəmil Sadiqin redaktorluğu ilə
çap olunan son əsərlərində “Məhşəri” ideya baxımdan “İdeal”ın izləyicisi hesab edir.
İsa Muğanna əsərlərinin yazılma və nəşr tarixini
araşdırarkən xeyli problemlərlə qarşılaşırıq. Bu, əlbəttə ki, müəllifin bir əsərə dəfələrlə yenidən qayıtması, yenidən qayıdandan sonra həmin əsəri artıq yeni bir əsər kimi təqdim etməsindən irəli gəlir. Bu-23
nu “İdeal” romanının nəşr tarixlərini araşdırarkən də
görürük, sonrakı əsərlərində də. Ehtimalımıza görə
“İdeal” əsərinin üzərində müəllif 6 dəfə dəyişiklik etmişdir. İlk dəfə “Yanar ürək” adı ilə 1956-cı ildə
yazılan əsər 1965-ci ildə nəşr edilərkən, 1979-cu ildə
yenidən nəşr edilərkən, 1984-cü ildə “İdeal” adı ilə
ilk dəfə çap edilərkən, 1997-ci ildə “Peyğəmbərin möhürü” hissəsi əlavə edilərək çap edilərkən (bu variantda heç bir nəşr ili və ya nəşriyyat göstərilmə-mişdir. Yəqin ki, Peyğəmbərin möhürünə verilən yeni yozumun yarada biləcəyi narahatlıqdan qaynaqlanır. Hətta əsərdə hansısa bir redaktor və ya tərtib edən də yoxdur. Məhz bu baxımdan nadir nəşrlərdən hesab edilir və çox da tapılmır), 2009-cu ildə “Avrasiya” nəşriyyatında 6 cildlik seçilmiş əsərləri çap edilərkən və ən nəhayət, 2013-cü ildə redak-7 İsa Hüseynov, İdeal, Bakı: Yazıçı, 1986, s 8.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
torluğumla hazırlanan nəşrlərdə. Özünün də qeyd etdiyi kimi son nəşr mükəmməl və bitmiş nəşrdir.
Çünki nöqtə-vergülünə qədər yenidən baxıb, “EySar Çarmıxda” adlı bölməni əlavə edərək nəşrə təqdim etmişdir. Hətta əvvəlki bölmələrin arasına xeyli əlavələr də etmişdi. “İdeal” romanından sonra həm yazılma tarixi, həm də ideoloji cəhətdən “Qəbiristan”
romanı gəlir. Bu əsərin əmələ gəlməsi də mənim bioqrafiyamla bağlıdır. L.N.Tolstoy deyir: “Lamartin yazır ki, yazıçı yaşadığı mühitdən yazır.” Doxsan beşinci ildə mən arada infarkt keçirsəm də, demək olar ki, gözlənilmədən ağır xəstələnib reanimasiyaya düşdüm. Beyin işemiyası nəticəsində yaddaşımı itir-mişdim. Çox uzun – doqquz dəqiqə sürən klinik ölü-24
mün nə olduğunu bildim. Mərhum atam ölümündən
qırx üç il sonra ətrafında beş nəfər adamla ağ geyim-də palataya gəldi, divar dibində, kresloda oturub gözlərini mənə dikdi. Mən, demək olar ki, heç nə
hiss etmirdim. Yalnız onu fikirləşdim ki, əlli üçüncü ildə öldürüləndə qırx üç yaşı olan atamın, hesabla, indi səksən beş yaşı olsa da, sifətində, qədd-qamə-tində heç bir dəyişiklik yoxdur. Gözlərini mənə diksə
də, dodaqları tərpənmədi. Səssiz təlqinli ünlə dedi ki, yanımdakılar əmilərindi. Biz OdAğÜz Bağ-OdƏrdən heç yana çıxmamışıq. Hamımız canlı insan
qədər canlı işıqdan ibarətik. Sənin beynini sağalt-mağa, yaddaşını bərpa eləməyə, klinikadan çıxandan sonra təzə roman yazmaq üçün kömək eləməyə gön-dərilmişik. Sən EyƏr planetində bizim BağÜn Ev-Ərimizsən (Bağ Ünü – Ev işığımızsan). “İdeal”

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
romanında SafAğ elminin əsasını yazmısan, amma hələ kifayət qədər geniş izahını verməmisən. Buna görə də romanın davamını “Qəbiristan” adında romanda yazmalısan”.8 Özünün qeydinə görə bu hadisə 1995-ci ildə baş vermişdir. Lakin “Qəbiristan”
romanının yazılma tarixini son nəşrində9 2004-2005
yazdı. Diqqət çəkən məqamlardan biri də bu əsərin yazılma tarixini və xronoloji ardıcıllığını fərqli göstərməsidir. Biz “Məhşər” romanını “İdeal”dan sonra oxunmasını tövsiyə etməsində də görmüşdük bu cür yanaşmanı, halbuki “İdeal” romanından daha öncə yazılmışdır. “Həyatımdan səhifələr” adlı bib-lioqrafiyasında isə biz görürük ki, “GurÜn” və
25
“Cəhənnəm” romanları “Qəbiristan romanından ön-
cə yazılmışdır. Yəqin burda da müəllif sonradan işlədiyi variantı nəzərdə tutaraq bu cür qeyd etmişdir.
“Qəbiristan” romanından sonra mən 1993-cü ildə
“Dünya” jurnalında çap etdirdiyim “GurÜn” və “Cəhənnəm” əsərlərini yenidən işləməyə başladım. Daha sonra köhnə əsərlərə yenidən qayıtmaq vərdişimi davam etdirə-rək “Doğma və yad adamlar” romanının da yeni variantını yazıb adını da dəyişdirdim: “İsahəq, Musahəq” adlan-dırdım.10 Gördüyümüz kimi, həm 93-cü ildə ilk variantı çap olunan “GurÜn” və “Cəhənnəm” romanla-
rını, həm də 93-cü ildə yenidən üzərində işlənməsinə
baxmayaraq, hələ 1958-1960-cı illərdə “Doğma və
yad adamlar” adı ilə yazılan “İsahəq, Musahəq” romanlarını xronoloji ardıcıllıq baxımından birinci Qa-8 İsa Hüseynov, İlan dərəsi, Bakı: Hədəf nəşrləri. 2013, s 90.
9 İsa Muğanna, Qəbiristan, Bakı: Hədəf nəşrləri, 2013, s 6.
10 İsa Hüseynov, İlan dərəsi, Bakı: Hədəf nəşrləri, 2013, s 92.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
rabağ müharibəsinə həsr etdiyi “Qəbiristan” romanından sonra göstərir müəllif. Təəssüflər olsun ki, bir çox əsərlərinin yazılma tarixi bu qarma-qarışıqlıqda it-bata düşdüyündən izi tam istədiyimiz kimi apara bilmirik.
“Qəbiristan” romanın ilk mətbu variantına 2006-
cı ildə “Azərbaycan” jurnalının 3-cü nömrəsində rast gəlirik.
Müəllifin təqdim etdiyi xronoloji ardıcıllığa sayğı ilə “GurÜn” romanın nəşr tarixini araşdırmaq istəsək də, təəssüflər olsun ki, “Həyatımdan səhifələrdə”
1993-cü il “Dünya” jurnalında çap olunması ilə bağlı qeyddən sonra nə vaxt tamamlandığı haqqında dəqiq məlumat əldə edə bilmirik. Nə 2009-cu ildəki altı 26
cildliyində, nə də “Hədəf” nəşrlərinin sağlığında çap etdirdiyi kitablarda romanın yazılma tarixi haqqında məlumat yoxdur. Ola bilsin hansısa mətbu orqanda çap edilib və ya məlumat gedib, lakin biz əldə edə
bilmədiyimizdən, düşünür ki, son və tam variantı 2013-cü ildə ayrıca kitab şəklində “Hədəf” nəşrləri tərəfindən çap olunandır.
1958-1960-cı illərdə yazılan “Doğma və Yad
adamlar” romanının müəllif xatirələrində “İsahəq, Musahəq” adı ilə yenidən işlədiyini qeyd edir: –
“Mən “İsahəq, Musahəq” romanına da, “Qəbiristan”-
dakı, “GurÜn”dəki, “Cəhənnəm”dəki kimi təzə əsər həvəsi ilə girişdim və nəticəsini gördüm”.11 Halbuki ilk dəfə
birinci hissəsi 1962-ci ildə və sonra “Yanar ürək”lə
birgə 1979-cu ildə çap edilmişdir. Bu əsərində yazıl-11 İsa Hüseynov, İlan dərəsi, Bakı: Hədəf nəşrləri, 2013, s 16.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
ma tarixi 90-cı illər olsa da, ilk dəfə kitab şəklində
çapı 2009-cu ildə 6 cildliyində görünür.
Bundan sonra isə “Azərbaycan” jurnalının 2007-
ci il 2-ci sayında “Cəhənnəm” romanının çapını görürük. Romanın ilk variantının 1993-cü ildə “Dünya”
jurnalında çap edildiyini qeyd etmişdik. Ondan son-ra isə deyəsən, sadəcə Azərbaycan jurnalında nəşr edilmişdir. Müəllifin əsərlərinin çapının bu cür ara ilə çap olunmasının səbəblərindən biri də 90-cı illər hadisələri olmuşdur, əlbəttə ki. “Cəhənnəm” romanı da 2013-cü ildə ayrıca kitab şəklində “Hədəf” nəşrləri tərəfindən çap olunandır ki, burda da əsərin tarixini müəllifdən dəqiqləşdirərək yazmaq diqqətdən 27
qaçmışdır.
Nədənsə müəllif heç bir müsahibəsində, çıxışında son yazdığı povest və romanları “İdeal” silsi-ləsinə aid etməmişdir. Halbuki “İdeal” romanına ön sözü 2013-cü ildə yenidən işləmişdir ki, bu zaman həm “Türfə” romanı (müəllif povest adlandırır), həm də “Qırx kisə qızıl”, “İlan Dərəsi”, “Söz yarası” po-vestlərini həmin zaman yazıb yekunlaşdırmışdır.
Həmin bu adını çəkdiyimiz əsərlər də SafAğ elmi əsasları üzərində qurulmuş, “İdeal” romanında verilmiş tezis xarakterli fikirlərin izahı verilmişdir.
“Türfə” romanının yazılması tarixini müəllif öz əli ilə 2009-cu ilin fevral ayının 20-si qeyd edir. Bəzi müsahibələrində bu romanın çap olunmamasından gileylənsə də, nədənsə əsərinin çapına sanki özü də
tərəddüdlü idi. Hətta söhbətlərimizdə bu romana görə fanatiklər tərəfindən sui-qəsdə uğrayacağından

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
da qorxduğunu qeyd edirdi. Nizami Cəfərova inan-dığından və hörmət etdiyindən, onun “hələ vaxtı deyil” deməsi də müəllifin bir az geri çəkilməsinə
səbəb olmuşdur. “Türfə” romanı ilk dəfə 2015-ci ildə
ölümündən bir il sonra “Hədəf” nəşrləri tərəfindən mənim redaktorluğumla çap edilmişdir.12
Digər üç povesti “Qırx kisə qızıl”, “İlan Dərəsi və
ya Peyğəmbərin taleyi” və “Söz yarası” isə müxtəlif zamanlarda “Azərbaycan” jurnalında nəşr edildik-dən sonra üçü bir kitabda “İlan dərəsi” adı ilə 2013-cü ildə “Hədəf” nəşrləri tərəfindən çap olunmuşdur.
Müəllifin “İdeal”dan sonra bədii əsər adına beş
romanı: “Qəbiristan”, “GurÜn”, “İsahəq, Musahəq”,
“Cəhənnəm”, “Türfə”, üç povesti; “Qırx kisə qızıl”, 28
“İlan Dərəsi və ya Peyğəmbərin taleyi” və “Söz yarası”, bir səhifəlik “Mənim məhəbbətim” adlı simvolik romanı və bir də bir səhifəlik yarımçıq əlyazması oxuculara bəxş edilmişdir. Maraqlıdır ki, İsa Muğanna son və “Yarımçıq əlyazma”sı haqqında danışarkən deyirdi ki, “EySar deyir ki, təzə tsikl başlayacaqsan. Birinci əsərin böyük romandır. Amma nə məzmunu, nə də ideyası haqda heç nə demir… Amma deyir gözün açılsın sonra deyəcəm. Stolumun üstündə bir səhifəlik yazı var, hər səhər gedib o yazıya baxıram ki, görüm gözüm düzəlir, ya yox. Bu səhər baxdım gördüm ki, oxuya bilirəm az-az.” 27.03.2014.”13
27 mart tarixində onunla son görüşümüzdə
demişdi yuxarıda qeyd etdiyim fikirləri. Və 31 mart 12 İsa Muğanna, Türfə, Bakı: Hədəf nəşrləri, 2015, s 7.
13 İsa Muğanna, Türfə, Bakı: Hədəf nəşrləri, 2015, s 14.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
2014-cü il 1 aprel tarixinə keçən gecə dünyasını dəyişdi. Mistik bir hadisə isə burda baş verir – “Sirr qoxuyan kişi” taleyində. Yaradıclığının üçüncü dövrünü başlayacağını demişdi ona EySar… O, doğrudan da, yeni yaradıcılığa başladı, amma bu dünyadan çox-çox uzaqda…
Muğannanın müstəqillik dövrü ədəbiyyatımıza
gətirdiyi yeni üslub, yeni era, yeni məktəb təkcə
onun bədii əsərlərində deyil, publisistik yazılarında və müsahibələrində də davam edirdi.
Məhz bu səbəbdən araşdırmamızı İsa Muğan-
nanı, İsa Hüseynov yaradıcılığından tam ayrı bir şəkildə, əlaqə yaratmadan təhlil etməyi qarşımıza məq-29
səd qoyub romanları və povestləri üzərində işləməyi daha vacib sayır, gələcək yazılarımızda və monoq-rafiyada bu məsələləri geniş şəkildə araşdırmağı düşünürəm.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
30


İsa Muğanna yaradıcılığı “İdeal” işığında
I FƏSİL
31
Tarixilik və mistika dini-mifoloji aspektdə

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
32

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
1.1 İsa Muğanna romanlarında vahid din
konsepsiyası
Dinlərin və təriqətlərin yaranma səbəbləri
Bu gün dünyanı bürümüş müharibələr və çax-
naşmaların əksəriyyəti dini zəmində yaranan müna-
qişələrdən doğduğunu hamımız yaxşı bilirik. İnancsız bəşər ola bilməz. Mehmet Dikicinin dili ilə desək,
"din bir inancdır, lakin hər inanc bir din deyil".14 Fikrimizcə, bu inanclar bir ideologiya halına gəldikdə, dinə çevrildikdə böyük bir təhlükə mənbəyi olur.
Hələ ki, bu təhlükə mənbəyinin pultu bir qrup insa-33
nın, imperialistin, dövlətin, xüsusən şər qüvvələrin əlində ola, o zaman daha təhlükəlidir. Düzdür, bu pultun kütlənin öz əlində olması da, təhlükəlidir.
Lakin planlı şəkildə yaradılan ideologiyalar planlaş-dırıldığı üçün insanlığa daha böyük zərbə vurmağa qadirdir. Türkiyə yazıçısı Cemil Meriç dediyi kimi,
"həqiqət tərif edildikcə, təhrif edilir." Təhrif isə insa-lığı yanlış istiqamətlərə aparır. Əgər tarixə nəzər salsaq, insanların kürəsəl dini ayrı-seçkiliyinin hardasa səngidiyi bir vaxtda –erkən orta əsrlərdə dinda-xili münasibətlərin qızışdığını görərik. Bu, sonradan yaradılmış məzhəblər, təriqətlər əsasında özünü göstərdi. Maraqlıdır, əgər bütün dinləri insanlara tək Tanrı göndərmişdisə, tək Tanrının çoxdinli sistem yaratmaqda məqsəd nə idi? Belə çıxır ki, ya hər dini yaradan bir başqa Allahdır, ya da bir deyim olan 14 Mehmet Dikici. Türklerde İnanclar ve Din. Ankara: Akçağ, 2005, s 24.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
" yerdəki dinlərin Tanrıya heç bir aidiyyatı yoxdur. " Və ya tutalım ki, dinin dediyi kimi, dinləri Tanrı insanlara mərhələ-mərhələ göndərib, onları düzgün yola səs-ləyib. Onda belə çıxır ki, Aristotel kimi bir dahini görən dünyaya Xristianlıq və İslam kimi din gərək idimi? Lap gerçək kimi təqdim ediləni qəbul edib düşü-nək ki, İslam Tanrının insanlara göndərdiyi sonuncu dindir. Əgər belədirsə və dinlərin gəlişi sona çatmış-dısa-sonuncu din gəlmişdisə, elə sonuncu dinin içindən təriqətlərin yaranmasına nə ehtiyac var idi?
Məhz ona görə təriqətlər deyirik ki, bütün kitablı dinlər özündən sonra gələnləri ya ümumiyyətlə, din adlandırmır, ya da uydurma din adlandırır. Necə ki Xristianlığın yaradılışında Musəviliyin, İslamın ya-34
radılışında Musəvilik və Xristianlığın əlamətləri var, eləcə də, sonradan yaradılmasına cəhd edilən saxta dinlərin hamısı hansısa dinin təməlləri üzərində
qurulduğundan təriqətlər kimi meydana çıxmışdır.
Marks və Engels bu barədə yazırdılar: “İslam dininin ideya mənbələri iudaizm və xristianlıq, zərdüştlük, Qədim Şərq, xüsusilə ərəb mifologiyası olmuşdur”.15
İranlı alim Hüseyn Tövfiqiyə görə “Alimlərin nəzə-rincə, din cadugərlikdən, təbiətə pərəstişdən və müşriklik-dən tövhid və təkallahlılıq mərhələsinə çatmışdır”.16
Bu məqamda məqalənin gedişatında fikirlərimi-
zin daha aydın anlaşılması üçün diqqətinizə məhz üç böyük səmavi dinin rəsmi və qeyri-rəsmi təriqət və
məzhəblərini çatdırmaq istərdik:
15 Marks K. Və Engels F., Din haqqında, Bakı, 1965, s 99.
16 Hüseyn Töfviqi, Böyük dinlərlər tanışlıq, Bakı:Xəzər Universitesi nəşriyyatı, 2013, s 27.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
İslamda Sünnilikdə Hənbəlilik, Hənəfilik, Maliki-
lik, Mötəzililik, Mövlavilik, Nurçuluq, Qadirilik, Rü-
failik, Sələfilik, Şafeilik, Şiəlikdə Babilik, Bəhailik, Bə-dailik, Bənanilik, Bəktaşilik, Carudilik, Cəfərilik,
Cənahilik, Dəruzilik, Haşimilik, Keysanilik, İmami-lik, İsmaililik, Kamililik, Mənsurilik, Mehdiyyə, Mü-favvizə, Muğabrilik, Nemətullahilik, Nəsriyyə, Nəza-rilik, Numanilik, Nüsayrilik, Qurabilik, Salihilik, Sə-
bailik, Süleymanilik, Ulyanilik, Vaqifilik, Xətabilik, Yunusilik, Zərramilik, Zərrarilik, Zeydilik.
Xristianlıqda Adopsiyanizm, Albigeosler, An-toinizm, Arianizm, Barnabascilar, Benediktinler, Bo-gomilizm, Cizvitlik, Eukhitailer, Flagellanti, Fransis-35
kenler, Hieronymus, Karmalitler, Katarlar Mani-seizm, Markionculuk, Maruniler, Meczuplar, Moli-nosculuk, Montanosculuk, Mormonlar, Nasturiler, Paulusculuk, Pietizm, Presbiteryanizm, Prutenlik, Quakerler, Sabilik, Shakerler, Valdoculuk, Valenti-nizm.
Yəhudi-Musəvilikdəki təriqət və məzhəblər:
Ortodoks Yəhudilik, Modern Ortodoks Yəhudilik,
Haredi Yəhudiliyi, Hasidik Yəhudilik, Yeniden Yapı-
lanmacı Yəhudilik, Humanist Yəhudilik.
Bu qədər dinin və ya təriqətin yaranma səbəbləri
insanı düşündürməyə bilmir. Fikrimizcə, bu gün dünya insanlarını yönləndirən bu fikir silahları müxtəlif səbəblərdən meydana çıxmış və inkişaf etmişdir.
Tədqiqatçıların dinləri təsnifi müxtəlif cürdür.
Bunlardan diqqət çəkən bölgülər aşağıdakı kimidir:

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
“1. İlk dinlər. Bəzilərinin dini inkişafının ilk addımı olaraq düşündükləri animizm, natürizm, totemizm, feti-şizm kimi sadəcə bir kult olaraq düşünülən nəzəriyyələr, ilk qəbilə dinləri (Nuer, Dinka dinlər )
2. Milli dinlər. Əsasən bir qurucusundan söz edilmə-yən, sadəcə bir millətə aid olan ənənələr çərçivəsindəki fəaliyyət göstərən dinlər (Yunan, Misir, Roman, Türk dinləri kimi)
3. Dünya dinləri: İslam, Xristianlıq, Müsəvilik kimi.17
Bu bölgüyə diqqət etsək və dinlərin bugünkü vəziyyətinə baxsaq, daha çox cəhalət və ayrıseçkiliyi dünya dinləri adlandırılan müəllifli dinlərdə görə
bilərik. Bugünkü bəşəri fəlakətlərin əsas baiskarı elə
məhz müəllifli dinlərdir desək, yanılmarıq.
36
Müəllifli dinlərin daxilindəki parçalanmaların təzahürü kimi Ərəstun Həbibbəyli Sufi cərəyanların yaranma səbələrini dörd amillə qeyd edir:
"1. Sufizm, xüsusilə islamın ilkin dövrlərində bu dinin yeni ərazilərə yayılmasına xidmət etmişdir.
2. Müsəlman dünyası daxilində baş verən siyasi hadisələrə əks-reaksiya.
3. İslamdan əvvəlki elmi dünyagörüşünün dinin imkan verdiyi çərçivədə əksi.
4. Ərəb işğalı hesabına vahid ümmətə çevrilən müsəlman dünyasında ayrı-ayrı milli-etnik, teoloji xüsusiyyət-lərin təzahürü".18
Prof. Dr. Neşet Çağatay və prof. Dr. İbrahim Agih Çubukçu “İslam məzhəbləri tarihi” kitabında 17 Mehmet Dikici. Türklerde İnanclar ve Din. Ankara: Akçağ, 2005, s 26.
18 Ərəstü Həbibəyli, Sivilizasiyaların kəsişməsində türk dünyası, Bakı: Elm və
Təhsil, 2011, s 166.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
da İslam dinindəki məzhəblərin yaranma səbəbinin dörd olduğu qənaətindədirlər: siyasət, İslam dövlətinin sərhədlərinin genişlənməsi, mənfəət, savadsız-lıq.19
Dinlərin və ya məzhəblərin yaranma səbələrini isə biz bu cür ümumiləşdirə bilərik:
1. Kamil insanın həqiqət axtarışı;
İnsanın dünyanı dərki yolundakı mübarizəsi
şəraitində inanclar sistemi formalaşmağa başladı. Bu inanclar zaman-zaman böyük kütlələri əhatə etdi və
beləcə, tayfa və qəbilələr bu inanc sisteminin gətirdiyi qaydalarla idarə edilməyə başlandı. Sonralar isə
həmin sistemin yetişdirdiyi sonrakı nəsil – kamil 37
insanlar inandıqları dinin naqisliyi qənaətinə gəldi və yeni ideya axtarışına çıxdı. Əldə olanın əsasında yeni və saf ideologiya yaratmağa cəhdlər etdi ki, sirli dünyanı olduğu kimi anlaya bilsin və yaşam tərzini qaydaya salsınlar.
Bu inanclar, dinlər sistemi seçilmiş, haqq uğrun-
da yola çıxan kamil insanların arzusu idi. Onlar inanclarının batininə endikcə təhriflərin, gizlədilmiş
sirlərin olduğu qənaətinə gəldilər, inandıqları dinin əsasları üzərində yeni konsepsiyalar irəli sürdülər, zaman-zaman haqq səslərini insanlara çatdırmağa başladılar və təşkilatlandılar. Onların tərəfdarları ço-xaldıqca bir din modeli yarandı…
19 Neşet Çağatay və İbrahim Agih Çubukçu, İslam məzhəbləri tarihi, Ankara Universiteti Basımevi, 1985, s 10-11.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
2. Zamanın yaratdığı dinlər və ya dinlərin zamanla ayaqlaşdırılması;
İnsan şüurunun, elm-texnikanın inkişafı nəticəsində dəyişən dünyaya uyğunlaşdırılmış dini yaşam tərzi yaratmaq arzusu. Bu gün istər din xadimləri, istərsə də hər hansı bir dinə mənsub olan insan təqdim olunan dini olduğu kimi yaşaya bilmir. Çünki insan ruhu çərçivə sevmir və azaddır daima, lap Tanrısı kimi. Biz tarixdən, bədii əsərlərdən də görürük ki, dinlərin qoyduğu qadağaları ilk pozan elə din keşikçilərinin özləri olmuşlar. Belə halda ortalığa digərlərindən daha geniş düşünməyi bacaran dahilər çıxmış, zaman və şəraitə uyğun olaraq özünün başa düşdüyü dini dünyagörüşü sistemə salmışdır. Bu 38
fikirlərlə razılaşanlar onun ətrafına toplaşandan sonra isə artıq bir cəmiyyət yaranmış və bu idelogiyaya inanıb onu geniş kütlələrə yayanlar meydana çıxmışdır. Bu isə artıq dinləri, təriqətləri meydana gətir-mişdir. Və beləcə, parçalanmağa və savaşmağa başlamışdır insan. Mövlanə Cəlaləddinin dediyi kimi,
"təriqət qanlı yoldur. Orda can vermək də hər adamın bacardığı iş deyil. Əldən düşənə qədər savaşmış, zəiflər məğlub olmuşdur. Amma ideyaları məğlub olmamış, insanlar öz ideyalarını bəzən heç kimə aç-madan onu yaşamışdır." Əslində din də bir yaşam tərzidir. Hər kəsin özünəməxsus yaşam tərzi düzgün ola bilmədiyi üçün ideologiyaların nəzarəti altında da yaşam tərzi çərçivəyə salınmağa cəhd edilmişdir.
Bu isə heç bir zaman azad insanı qane edə bilməzdi.
Dininə sadiq bir insan birdən oxuyur ki, sən örtün-

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
məlisən və ya gündə bir neçə dəfə ibadət etməlisən, əgər örtünməsən və ya ibadətlərini yerinə yetirmə-sən bu dini olduğu kimi yaşamırsan, əsl mömin hesab edilmirsən. Və ya Sibirin soyuq dağlarında sərt şaxtadan qorunan kimsə yağlı yemək üçün donuz ətinə müraciət edir və yaşadığı dinə xəyanət etmiş
olur və s. Bu cür hallar bütün dinlərdə mövcuddur.
Bu gün ən mömin müsəlman belə rəsm çəkdirir. Bu
isə islamın qaydalarına ziddir. Deməli, dinə yeni yanaşma lazımdır və belə olan halda, həmin dövrün üləmaları başlayırlar ayələrə günün tələbi çərçivəsin-dən baxmağa. Və beləcə, yeni dinlər, təriqətlər yaranır.
39
3. Layihələndirilmiş dinlər;
İnsanın inam hissinin qalib gələ bilməyəcəyi güc
yoxdur. Tibbin, psixologiyanın da əldə etdiyi nəticələr onu göstərir ki, insan inansa hər şeyə qadirdir.
Hətta el arasında səslənən "qara daşa inansan, şəfa taparsan" fikri də bunun sübutudur.
Türklərin eramızdan əvvəl yaratdığı imperiyala-
rın əsas gücü də elm sahibi, insanları inandıraraq arxasınca apara bilən liderlərin varlığı idi. "Türklər və
Hindular bütün dinləri insanlığa miras buraxdılar. Onlar təkcə bir yerdə oturub Tanrıya tapınma yolları icad etmə-dilər. İnsanın etiqadları bütün insanlığın ruhlarının ən dərinlərində yaşayar. Bədənlərimizin, ruhlarımızın, drva-nışlarımızın və ağıllarımızın bir üzvü kimidir. Əslində

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
onlar bizim öz bədənlərimiz, ruhlarımız, darvanışlarımız və ağıllarımızdır".20
Türk təfəkküründə inancın güclü olduğu dövr
türk dünyaya hakim olub, inanc sistemi dağıldıqda və ya zəiflədiyi təqdirdə türk də gücünü itirib. Bununla əlaqədar Cəlal Bəydili yazır ki, "Tarix boyu da-ğınıqmış kimi bir təəssürat oyadacaq qədər geniş coğrafi məkanda yayılan türk etnosu ayrı ayrı dinlərlə, dini inanış
sistemləri ilə təmasda olmuşdur. Türk düşüncəsinə bud-dizmin, manixeizmin, xristianlığın və ya islamın hansı ölçüdə təsir göstərdiyini söyləmək çətindir. Lakin həmin təsir nə dərəcədə olursa-olsun, türk etnik-mədəni ənənəsinə və onun da bünövrəsində dayanan dini-mifoloji düşüncə sisteminin təməlinə əsla onu sarsıdacaq dərəcədə to-40
xuna bilməmişdir. Ona görə ki, türk etnik mədəni ənənəsi öz təbii halıyla yaşayan sistem kimi olduqca stabil və mü-hafizəkar deyiləcək qədər dayanıqlıdır". 21
Bunun fərqinə ilk olaraq Avropalılar vardı. Tür-
kün ideologiyasından yararlanaraq yeni konsept yaratdı və ona siyasətdə güc gəlməyə başladı. Bu o qədər ciddi məsələyə çevrildi ki, dünyanın əbədiy-yətə qədər idarə edilməsi arzusu müxtəlif qrupları birləşdirdi və bu gün də haqqında danışılan gizlin güclərə çevrildilər. Beləcə müxtəlif inanclardan yararlanaraq onları təqib edərək yeni və əsaslı konsep-tual dinlər yaratdılar. Bunlar zaman-zaman bir-birini əvəzləməyə başladı. Fikirlər köhnəldikcə yeni din 20 Gene D.Matlock. Ey Dünya İnsanları Hepiniz Türksünüz, İstanbul: Topkapı, 2012, s 17.
21 Cəlal Bəydili. Türk mifoloji obrazlar sistemi: struktur və Funksiya. Bakı: Mütərcim, 2007, s 17.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
yaratmaq zərurəti yarandı. Bu zərurətdən bir-birinin demək olar ki, təkmilləşdirilmiş variantları, kitablı dinlər meydana gəldi və bu dini ideologiyanın əsirinə çevrilmiş insanları isə idarə etmək daha asan, da-ha sadə oldu. Çünki mayasında bir qorxu, bir təlatüm vardı. Beləcə gizli güclər dinlərin ideyasına söykənən dövlətlər yaradıb bu layihəni davam etdirir-dilər. Mükəmməl layihələr əsasında yaradılan dinlər (və ya təriqətlər) yüksək nəticələr əldə etdi. Amma bu layihə sahibləri unutdular ki, insan öz-özlüyündə
inkişaf edən bir mexanizmdir. Və bu konsepsiyanı həzm etdikdən sonra düşünməyə başlayacaq. Əlbəttə ki, düşündü də. Amma layihə sahibləri peyğəm-41
bərlər institutu yaratdıqları kimi yeni modeldə ke-şişlər, imamlar da hazırladılar. Diqqət etsək görərik ki, dünyanın iki böyük dini İslam və Xristianlıq arasındakı çəkişmələrin bitməyə doğru getdiyi erkən orta əsrdə hər iki dinin daxilində parçalanmalar başladı və bu parçalanmalar dərinləşdirildikcə dərinləşdirildi.
Təriqət başçılarının güclənməsi üçün hər şeyi etdilər (Bu hər şeyi edən gizlin güclərin milli mənsu-biyyəti yoxdur, məncə. Onlar da çox yaxşı bilirlər ki, dünya insanları vahid kökdəndir). Və bir neçə əsrdə
insanları bir-birinə qırdıraraq var-dövlət topladılar, yaradılışın əsl sirrini axtarmağa vaxt qazandılar. İnsanlar yenə özlərini dərk yolunun işığını görəndə isə
artıq milli kimlik məsələsi ortaya atıldı və böyük xə-yalların qızışdırılması mexanizmi işlənildi. Bu gün də dünya insanını qorxu idarə edən masonları, xaş-

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
xaşiləri, sələfi, Əl-qaidə, İŞİD (İraq Şam İslam dövləti) kimi qruplaşmalar var. Və bəşəriyyətin qan gö-lündə üzməsinə səbəb dini düşüncə sisteminin fərq-liliyidir. Əgər bu fikri qəbul etməyənlər varsa, Yaponiya modelinə diqqət etsinlər. Çünki yaponların dini dünya görüş sistemində ərəb, türk xalqlarındakı ki-mi ciddi parçalanmalar yoxdur. Və insanlar bir-birini düşüncəsinə görə qırmır. Bir-birinə düşüncə siste-minə görə düşmən kəsilmir. Lakin hansı ölkələrdə
dini-dünyagörüş sistemi rəngarəngdirsə, hətta bu rəngarənglik bir sistemin içində özünü göstərirsə, insanlar arasında bir o qədər də bölünmə və təfriqə-çilik var.
42
İsa Muğanna yaradıcılığında dinə yeni baxış
Bütün bu yuxarıda göstərilənləri və geniş girişi təsadüfi vermədik. Çünki bunların köməkliyi ilə
Azərbaycan ədəbiyyatının, o cümlədən Azərbaycan modernsit ədəbiyyatının görkəmli nümayəndəsi,
milli magik realizmin yaradıcısı İsa Muğanna (Hüseynov) (1928-2014) həqiqətini açmağa çalışacağıq.
Belə ki, müəllifin "İdeal"dan sonrakı yaradıcılığı ilə
tanış olanlar da, olmayanlar da Muğannanın nə demək istədiyini düşünür: Doğrudan da, Muğanna sirli gerçək, magik realizm nümunəsi "İdeal" və onun işığında yazılan "Cəhənnəm", "GurÜn", "Qəbiristanlıq", "İsahəq, Musahəq", "İlan dərəsi", “Türfə” kimi əsərləri ilə nə demək istəyirdi? Bu sualın cavabını

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
monoqrafiya boyunca verməyə çalışsaq da, Azərbaycan ədəbiyyatının böyük dramaturqu Hüseyn
Cavidin "Şeyx Sənan" faciəsində haqq aşiqi Dərvişin sözləri ilə öncədən də vermək olar:
Şəriətdən, təriqətdən kənarəm,
Həqiqət istərəm, yalnız həqiqət!
Yetər artıq şəriət, ya təriqət.
Qulaq verməm bən əsla bir xitabə,
Pərəstiş eyləməm hiç bir kitabə!
Əvət, Quran, Zəbur, İncilü Tevrat
Birər röya bütün əlvahi-aləm,
Birər əfsanə, cənnət, ya cəhənnəm.22
İsa Muğanna türk millətçisi idimi, ateist idimi, 43
deist idimi? O İsapərəst idimi? Onu sarsıntı keçirən və başına hava gələn bir insan hesab edə bilərikmi?
O peyğəmbərlik iddiasınamı düşmüşdü? O sahib-zaman arzusunda idimi? Bütün bu suallar İsa Muğanna yaradıcılığı ilə yaxından uzaqdan əlaqəsi olan hamının beynindən ya keçib, ya da keçməkdədir.
Bəziləri isə öz mövqeyindən çıxış edərək cavabını verib və bu yaradıcılığa ya aşiq olub, ya da xülya adlandıraraq uzaq olmağa çalışıb. İsa Hüseynovu "primitiv təfəkkür" sahibi hesab edib Muğannaya çevrilən yazıçı həqiqətən də kim idi? Hansı ilahi və ya qeyri-ilahi qüvvə idi onu ətrafındakılardan fərqli düşünməyə vadar edən? Verilmiş və təsdiq gözləyən sualların hamısının birmənalı cavabı, məncə, Muğanna idi. Bəşər övladını bütün sirli oyunlardan saflaş-22 Hüseyn Cavid. Seçilmiş əsərləri II cild “Şeyx Sənan” pyesi. Bakı: Elm, 2007, s 172.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
dırmaq üçün özünü təhlükəyə atan bir insan fədaisi idi Muğanna. Təhrif insan deyə-deyə insan beynini ləkədən yumaq üçün çalışan bir filosof idi. O "İdeal"–
dan sonrakı bütün yaradıcılığında təhrif dini – İslamı rədd etdi. Amma peyğəmbərləri rədd etmədi. Peyğəmbərlərin zamanında da, ondan sonra da müqəd-
dəs kitablara edilən əlavələri rədd etdi. Amma yenə
də yaradanı, peyğəmbərləri rədd etmədi. Sadəcə onlara yeni ad verdi. Öz inandığı, insanlığın hiyləsi ilə
ləkələnməmiş SAF adları. Əgər Muğanna yaradıcılığına təqdim edilmiş OdƏr dilinin ağırlığına baxmadan ideyasına, məzmununa, ünvanlanan mesaja diq-
qət etsək, görərik ki, Muğanna həqiqəti Tanrı və
onun oğulları konsepsiyası üzərində qurub. Kamil 44
insanı tanrı – yaradıcının oğlu hesab edib.Və bəşər övladını tam görmək istəyib. İsa Muğannaya görə
Bağ Atanın – Tanrının oğulları kimlər idi?
" İnsanı insana, Yer planetini kainata bağlayan Bağ Ata adlanır. Təkdir, lailahəilləllahdır. Dörd oğlu var: Birincisi ƏsƏlMəndir ki, mənası – mənim yaradan oğlum deməkdir. (Ərəbcə tərcüməsi Süleyman peyğəmbərdir).
İkinci oğlu ÜnEydir (təhrifi “Nuh” “Hoydos”).
Üçüncü oğlu EvƏrimdir (Evimin İşığı deməkdir. Ərəbcə təhrifi İbrahim peyğəmbərdir. Biz də belə deyirik. Xaçpə-rəstlər isə Avraam deyir).
Dördüncü oğlu EySardır (“Ey”– uca deməkdir. Sar –
(Çar) hökmdar deməkdir).

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
EySar – Uca Hökmdar deməkdir. ƏlAğ (Allah) ərəblərin təhrif etdikləridir. …İndi Yer (EyƏr) planetini idarə edən ƏlAğ EySardır".23
Təəssüflər olsun ki, magik realizmin ədəbiyyatı-
mızdakı yaradıcısının simvolikasını anlamayan, dərin qatlara enməyi bacarmayanlar bu şərti adlara ilişib qalır və əsas mənadan uzaqlaşırlar. Professor Tahirə Məmməd İsa Muğannanın bəşəriyyətə təqdim etdiyi bu rəmzi dil haqqında danışarkən yazır: "Muğanna rəmzlərlə bir Dil açmağa çalışır – rəmz, işarə
hesab etdiklərini söz-söz aydınlatmaq istəyir, “təhrif” hesab etdiklərini ilkin şəklinə döndərir və bu zaman yaratdığı bədii model və oxucunu qarşılaş-45
dırdığı yazıçı gerçəyi ilə yozulması gərəkən ikinci bir sistem ortaya qoyur. Bu poetik sistem özlüyündə bir
“quş dili”dir. “Quş dili” Tanrı ilə insan arasında gizli ünsiyyət dilidir; o dili öyrəndikcə Tanrıya, yoxdan vara doğru yol gedirsən".24
Beləcə, vahid Allah, vahid insan, vahid din arzu-
sunda olan SafAğ – ən təmiz adamı dərk edə bilmir.
Muğannanın insanlara çatdırmaq istədiyi yeganə və
əsas fikir Tanrı birdirsə, onun dini də, dili də bir olmalıdır. Hüseyn Cavid də bunu " Din bir olsaydı yer üzündə əgər, Daha məsud olurdu cinsi bəşər" 25, –
deyə ifadə edirdi.
"İdeal" əsərində dinlərin dünyanı ilahi ədalətə
yox, münaqişəyə, düşmənçiliyə sövq etdiyini vurğu-23 Şəmil Sadiq, Odərlər romanı. Bakı: Hədəf nəşrləri, 2013, s 88.
24 Ölümdən sonrakı həyat, Məqalələr toplusu, Bakı: Hədəf nəşrləri, 2014, s 55.
25 Hüseyn Cavid. Seçilmiş əsərləri II cild. “Şeyx Sənan” pyesi. Bakı: Elm. s 255.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
layır: – "Dəhşətdir axı, ay əmi! "Allah" – qardaş kimi!..
Dünənəcən, bu günəcən yad bilirdim mən "İsus"u –
"İsa"nı..
– Yad? Necə yəni "yad?!" Düşün! Dindi sənə yad!
Dinin yaratdığı əfsanələrdi!"26
Bütün peyğəmbərlərin bir ruhun daşıyıcısı olmaları fikrini ifadə edən Muğanna bununla insanlığın da qardaşlığını vurğulamaq istəmişdir. Bütün dinləri yaradan peyğəmbərlərin davamçıları şöhrət əsiri olmamışdan öncə bu iddiada olmuşlar. Bütün yaradılmışlar eynidir deyib, insanlıq deyərək hakimiyyət, imperiya quran peyğəmbərlərin sonrakı davamçıları təkəbbür və kibrdən insanların onlarla eyni düşünmədiyini Allahı tanımadıqları kimi qiymət-46
lənidirib qılıncdan keçirmiş və ideyaları istədikləri kimi dəyişdirmişlər.
Əsərin başqa bir yerində isə "Oxuma o tərcümələri. Nizami yox dərəcəsindədi o zər cildlərin içində.
"Xəmsə"də, yenə deyirəm "Allah" yoxdur. "Peyğəmbər"
var.
"Xəmsə"nin köynəyini cırıb atacam: "İslam" adla-nanı da, "Xristianlıq", "Büdpərəstlik" adlananları da cırıb atacam! Mifləri, əfsanələri məhv edəcəm!" 27
Bəli, maskalar nə qədər qəşəng görünsə də, yenə
maska olaraq qalır və insan onun altındakı həqiqəti görmək arzusu ilə yaşayır. İnsanın dini – milli köynəyini soyundursan altında saf insan var. İnsan ruhu var: tərbiyəli, tərbiyəsiz. O insanın ruhunun tərbiyəsi 26 İsa Muğanna, İdeal, Bakı: Hədəf nəşrləri, 2013, s 551.
27 Yenə orda, s 551.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
ilə məşğul olmanın nəticəsidir ki, mənfi və müsbət olur, aqil və cahil olur, vicdanlı və vicdansız olur.
İstər kilsədə, istər sinaqoqda, istər məbəddə, istərsə
də məsciddə olub ən mömin insan kimi görünsün, bircə dəfə Cavidin "İblis" pyesindəki Elxanın ədalət sınağından keçirildikdə onun varlığı olduğu kimi ya ayaqlar altına töküləcək, ya da göylərə uçacaq ki, toxunulmasın.
İsa Muğannanın konsepsiyasını özündə daşıyan
birinci nümunəyə diqqət edək. Əlbəttə ki, Allahın –
Bağ Atanın oğulları kimi təqdim edilənlər İsa Muğannanın icadı deyil. Dördü də dinlərin müqəddəs bir insan kimi təqdim etdiyi peyğəmbərlərdir. Mu-47
ğanna onları bir olan Allahın oğlu kimi təqdim edir.
Bu isə insanları qardaşlığa, birliyə səsləməkdir.
Matthev J.Slick "Tanrının oğlu ola bilməzmi?"
məqaləsində müsəlmanların Tanrının oğlu ifadəsinə
yanaşmasını izah edərkən yazır: Bəzi müəslamanlara görə "Tanrı oğlu" termini bir növ uşaq doğan, tanrıça arvadı olan bir Tanrı fikrini ağıllarına gətirməkdir.
Xristianlar bu "Tanrı oğlu" ifadəsini İsaya aid etdiklərində müsəlmanlar anında Xristianların Tanrının Tanrıça arvadı ilə birlikdə bir cinsi əlaqəyə girdiyini ifadə etdiklərini zənn edib Xristianların Tanrıya layiq olmayan bir əməlini qəbul etmirlər.28
Tamamilə doğru yanaşmadır. İsa Muğanna da
Tanrının oğlu dedikdə, heç də onun hansısa bir arvadı olduğunu demək istəməmişdir. " İnsanı insana, 28Şəmil Sadiq, "İsa Muğanna Həqiqəti Hüseyn Cavid İşığında", 525.az (07.07.14)

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
Yer planetini kainata bağlayan Bağ Ata adlanır. Təkdir, lailahəilləllahdır" deyirdi İsa Muğanna. Bu ifadəni isə
bütün dini kitablar deyirlər. Allahın oğlu ifadəsi simvolikasının batininə enən orta əsrlər Hürufi şairi İmadəddin Nəsimi isə "Ənəlhəq" deyirdi. Və bu "ənəlhəq"
– "mənəm allah" və "allah məndədir" deyən Nəsimi
"Allahın oğlu İsadır" – deyən xristianlardan daha cəsarətli addım atmışdır. Bu insanın tanrısına olan sevgisi və humanizmindən irəli gəlir. Əlbəttə ki, yaradan yaratdıqlarına öz nurunu, öz ruhunu qatmışdır. Dinlərin Allahın yerdəki elçisi, sözçüsü kimi təqdim etdiyi qutsal Tanrının oğlu demək isə heç bir qəbahətli iş
deyil. Məgər hər bir insan yaratdığı əsərinə məcazi mənada öz övladı demirmi? Tanrının yaratdığı mükəm-48
məl insan da onun övladı hesab edilməlidir. Məcazi mənada peyğəmbərləri Tanrının oğlanları hesab etmək isə dinə heç bir ziddiyyət təşkil etmir. Əksinə dinin mövqeyini təsdiqləyir. İsa Muğanna da Tanrının oğulları deyərək təqdim etdiyi peyğəmbərlərə ilahi qüvvə kimi baxır, onları və onların ideologiyalarını məkirli insanların bulaşdırdığı çirkabdan təmizləyib, saflaşdırıb öz dərk etdiyi kimi bəşəriyyətə təqdim edir.
Bu təqdimatda modern yanaşma var. Bu modern yanaşma insan oğlunun yaşadığı bu böyük dünyada qansız, müharibəsiz, hiyləsiz, Nizaminin, Nəiminin, Nəsiminin, Cavidin axtarışında olduğu kamil insan modelini xatırladır.
İsa Muğanna bütün əsərlərində demək olar ki, bə-
şəriyyətin qəbul etdiyi peyğəmbərlərə hörmətlə yanaşır və adını çəkib öz yozumunu verir. Hətta bəzi din alimlərinin söylədiyi "bütün peyğəmbərlər bir nəsildəndir"
fikrini bədii yolla ifadə edir deyə bilərik. "İdeal" əsə-

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
rində Bağ Atanın nəslindən danışanda "Ulu Bağ ƏsƏlmənin (Süleymanın) sonrakı parçalanmağı lap müsibətdir"
deyir. Və bu parçalanmadan Zərdüşt peyğəmbərin –
SarOdƏsin (Mənası Yaradan həqiqət sarı hökmdarı) yarandığı qənaətinə gəlir . Başqa bir məqamda da Musa peyğəmbəri BağSar adlandırır və "Necə təsəvvür edəsən ki, "Süleyman"nan, "Musa" eyni adamdır? "Süleyman" – padşah,
"Musa" – çoban, bu lap dəhşətdir" 29.
Əslində Muğannanın bu idealı bir növ də peyğəmbərlərin çirkaba bulaşmış dünyanı qurtarmaq arzusu ilə ac-yalavac yola çıxmaları zamanı başla-mışdır. Seçilmişlərin vəzifəsinin də önəmli olmadığını diqqətə çatdıran ustad yazıçı Süleyman peyğəmbərin hökmdarlığı ilə, Musa Peyğəmbərin çoban ol-49
masını qarşı-qarşıya qoyur və vəzifənin, mənsəbin ziyaya, aydınlığa heç bir maneçilik olmadığını vurğulayır. “Həzrəti Məhəmməd öz özünə səslənirmiş
kimi: Əlbəttə, elə bir peyğəmbər yoxdur ki, çobanlıq etməsin”.30 Məhəmməd peyğəmbərin də həyatında çobanlıq və hökmdarlıq birləşmişdir.
"GurÜn" əsərində müəllifin dilindən verilən şərhdə yazılır: ""Mehdi" və sair rütbələr – adlar Sahib Zaman EySara, həm də EySarın "GurÜn"nü yazan BağHəmOda aiddir. Odur ki, EySarın özü ilə birlikdə
BağHəmOdu da Sahib-Zaman sayır".31
Bu mətndən aydın görünür ki, Muğanna Mə-
həmməd peyğəmbəri də, İsa peyğəmbəri də zamanın
sahibi hesab edir. Bu gün şiələrin zühurunu gözlə-29 İsa Muğanna, İdeal, Bakı: Hədəf nəşrləri, 2013, s 543.
30 Con Adeyr, Lider. Bakı:Yənbu, 2014, s 35.
31 İsa Muğanna, GurÜn, Bakı: Hədəf nəşrləri. 2013, s 49.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
diyi, dünyanın hökmdarı hesab etdikləri Sahib-zamana da hörmət edir. Onların ideallarını, başlat-dıqları yolları bir-birindən fərqləndirmir. Bu mövqeni biz sonuncu din olan İslamda da görürük. Bütün mənbələr də Məhəmməd peyğəmbərin İsanı qəbul etdiyini, onun yolunu davam etdirdiyini yazır. Deməli, Muğanna bədii təfəkkürdən çıxış edərək keçilmiş tarixi öz yozumlarında ifadə edir. İnsanlıq haqqı və ədaləti daima axtardığı üçün bütün dinlərdə haqq sahibinin, tanrı elçisinin bir gün yer üzünə yenə
qayıdacağı inancı var. Xristianlar İsanın, müsəlmanlar imam Sahib-Zamanın, Buddistlər Buddanın, onlardan daha qədim olan türklər Gök Tanrı dinində
Tanrı Xaqanın oğlunun qayıdacağını gözləyirlər.
50
"GurÜn" əsərindən digər bir məqama diqqət edək: SafAğ alimləri deyir: "Quranın bətni var. O
bətnin də bətni var. Cəmi altı bətn var. Həqiqət yeddinci bətnddədir." Ərəb Xəlifəsi Müstədbillah deyib: "Altı bətn varsa, həqiqət necə yeddincidə ola bilər?! Alimlərimiz deyiblər: "Yeddinci bətn Xəlifənin seyfindəki "GurÜn"–
dədir, onun da üstünə qan tökülüb, oxunmur!"32
Bu nümunədən aydındır ki, İsa Muğanna bütün
dini kitablar kimi Quranın da bugünkü varinatının tam olmadığı qənaətindədir. Bu qənaətə isə İsa Muğanna geniş mütailəsinin sayəsində gəlmişdir.
Çünki dini kitabların təhrif olunduğu qənaətində
olan bir çox alimlər var ki, fundamental əsərlərlə
çıxış ediblər.
32 İsa Muğanna, GurÜn, Bakı: Hədəf nəşrləri. 2013 s 47.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
Nümunələri gətirməzdən öncə diqqətə çatdır-
maq istədiyimiz xüsusi bir məsələ də var. Yuxarıda İsa Muğanna ilə bağlı bir neçə sual vermişdik ki, əsər boyunca onların cavabını təqdim etməyə çalışaq. Bir sualı da bura əlavə etmək istəyirəm ki, fikrimizi düzgün istiqamətdə yönəldə bilək. İsa Muğanna təhrif din deyərkən niyə məhz daha çox İslamın üzərində dayanırdı, bütün nümunələri Qurandan verirdi? Və oxucu bizim gətirdiyimiz nümunələri gördükdə ağlından keçirə bilər ki, bütün dünya İncilin müxtəlif variantlarının olduğu qənaətinə
gəldiyi təqdirdə Quranın dəyişdirilib, dəyişdirilmə-diyi fikrini niyə müzakirə edir və ya nümunələr 51
gətiririk. Bizcə, İsa Muğanna məhz islamla bağlı fikirləri ona görə daha çox qabardırdı ki, o bu cəmiyyəti daha yaxşı tanıyırdı. Bu cəmiyyətin problemlərini daha yaxşı bilirdi. Başqa dinə mənsub olan insanlardan fərqli olaraq, ayrıseçkilik, bir-birinə düşmən kəsilmə müsəlmanlarda daha qabarıqdır. Digər
bir prizmadan baxsaq, islamı qəbul edən millətlərin xristian və yəhudilər tərəfindən yönləndirilməsinin ağrılı olduğunu görərik. Bunu isə böyük yazıçı görməyə bilməzdi. O, daima vurğulayırdı ki, dünya Vatikandan yönləndirilir. Bizim təhlilimiz isə İsa Muğanna konsepsiyaları üzərində qurulduğu üçün nümunələri də bu istiqamətdə gətirməyi lazım bilirik. Digər bir tərəfdən də “Quran” nazil olduqdan sonra digər dinlər öz qüvvəsini itirmiş, sonuncu din İslamdır.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
Dini kitabların insanlara təqdim edilən variantları niyə təhrifə uğramışdır? Və ya niyə bir qism insan bu kitabların Saf Tanrı kitabı olmadığı qənaətinə
gəlib? Tutalım ki, lap bu dini kitabların tanrı kitabı olmadığını sübut etdilər, onda nə baş verər? Sualların cavabı, əlbəttə ki, birmənalı deyil. Lakin şəriətin fövqündə və üstündə olanların bu cür iddialarla çıxış
etmələri tamamilə təbii haldır. Çünki dini kitabların tövsiyə etdiklərindən üstdə və Yaradanın və yaradılışın dərki yolunda olanlar Tanrı və onun elçilərini bəsit düşüncə sahibi kimi görmək istəmirlər. Onlar da təsəvvürlərində yeni romantik Tanrı modeli yaradıb ona tapınmaq və ona inanmaq istəyirlər. İdeal Tanrı, ideal cəmiyyət. İdeal cəmiyyət arzusunda olan 52
istənilən mütəfəkkir təqdim olunan və cılızlaşan tanrını qəbul etmək istəmir. İsa Muğanna həqiqəti də
bu idi. O, bütov dünya, bütov Tanrı, bütov ideologiya görmək arzusunda idi. Bunu müəllifin son bir səhifəlik romanı ətraflı ifadə edir. Sanki İsa Muğanna
"İdeal" romanından başlamış konsepsiyasını təqdim edəcəyimiz bu yarım səhifəlik yazısı ilə bitirdi və
onu dərk etmək yolunda çətinlik çəkən insanlara nə
demək istədiyini, mücadiləsinin nədən ibarət olduğunu vurğulamaq istədi. İsa Muğanna yaradıcılığının manifesti, bəyannaməsi olan bu yarım səhifəlik yazı ilə bəşəri sevdiyini, dünyanı sevdiyini və bunları yaradanı sevdiyini uca səslə elan etdi. Dini, milli ayrıseçkilik qoymadan, təriqətlərə bölmədən sevdi və kainatın bir həqiqətdən ibarət olduğunu elan etdi: TANRI, İNSAN, SÖZ həqiqəti idi bu VAHİD həqiqət. Yazını burda bitirir və sonunu İsa Muğannanın son

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
əlyazması olan, özünün bir səhifəlik roman adlandırdığı "Mənim məhəbbətim" romanından bir neçə
cümlə ilə bitirirəm: "Məhəmməd
peyğəmbərə,
Həzrət
Əliyə, imamlara – EyMənlərə məhəbbətim heç bir məhəbbətlə
müqayisə oluna bilməz. Vətənim Muğan düzündən sürülmüş Muğannalara – BağÜnlərə məhəbbətim heç bir məhəbbətlə müqayisə oluna bilməz. Muğannalara məhəbbətim kamilliyə doğru gedən Yer bəşəriyyətinə məhəbbətdir. Yer bəşəriyyətinə məhəbbətim kainatın planetlərində yaşayan nəhəng OdƏr bəşəriyyətinə məhəbbətdir. OdƏr bəşəriyyətinə
məhəbbətim Günəşin daxilindəki “Yadro” planetinin sahibinə məhəbbətdir. OdƏrcə Ey – uca deməkdir, Əs – yaradan deməkdir. EyƏsÜn – uca yaradan Ün deməkdir. …Bağ Ataya məhəbbətim heç bir məhəbbətlə müqayisə oluna bilməz.
53
Bağ Atanın birinci oğlu Süleyman peyğəmbərə – “Solomona”
məhəbbətim, Bağ Atanın ikinci oğlu Nuh peyğəmbərə məhəbbətim, Bağ Atanın üçüncü oğlu İbrahim peyğəmbərə –
“Arrama” məhəbbətim, Bağ Atanın dördüncü oğlu İsa peyğəmbərə “Yisusa” məhəbbətim heç bir məhəbbətlə müqayisə
oluna bilməz. Ağ – SafAğ (ən təmiz) insan və SafAğ elmi deməkdir. ƏlAğın ərəbcə təhrifi “Allahdır” EySar ƏlAğa məhəbbətim heç bir məhəbbətlə əvəz oluna bilməz. EySara məhəbbətim sənətə məhəbbətdir. Sənətimə məhəbbətim Sözə –
ƏsÜzə məhəbbətdir. Üz həm də məna deməkdir. Sözə –
məhəbbətim SafAğ elminə məhəbbətdir. SafAğ elminə məhəbbətim cəmi Bağlara məhəbbətdir. Bağ insanı insana, EyƏr bəşəriyyətini OdƏrlərinə bağlayan Bağ – Allah deməkdir. Bağlara məhəbbətim cəmi kamil insanlara məhəbbətdir".33
33 Ölümdən sonrakı həyat, Məqalələr toplusu, Bakı: Hədəf nəşrləri, 2014, s 12.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
1.2 İsa Muğannanın "Cəhənnəm" romanı dini-mifoloji kontekstdə
Bəşəriyyət yaradılandan və özünüdərk yolunu
tutandan bu günə bir çox elmlərin tədqiqat obyekti insan və onun yaradanı olmuşdur. İnsan kimdir, o, niyə yaradılıb? Öldükdən sonra həyat varmı? Tanrı necədir? Hardadır? – kimi suallar intellektual səviyyəsindən asılı olmayaraq, hər bir insanı zaman-zaman düşündürmüşdür. Bu düşüncələrlə əfsanələr, rəvayətlər, nağıllar, dastanlar yaradılmış, hadisələrə
müxtəlif yozumlarla yanaşılmışdır. Sonrakı dövrlərdə isə bədii əsərlərin mövzusu olmuşdur. Dantenin 54
"İlahi komediya", Hötenin "Faust", Bayronun "Qabil", Cavidin "İblis", Bulqakovun "Master və Marqarita"
əsərlərini bədii ədəbiyyatın insanın yaradılış sirri yolunda axtarışı hesab etmək olar.
Kitablı-kitabsız bütün dinlərdə dolayısı ilə də
olsa, ölümdən sonrakı həyat haqqında bir-birinə oxşar fikirlər var.
Qədim misirlilər insanın öldükdən sonra Ozirisin rəhbərliyi ilə məhkəməyə çıxarılacağı və günahsız olduğu təqdirdə Aru ilə – cənnətlə mükafat-landırılacağı və Tanrı Ranın gəmisinə mindirilib layiq olduğu məkana göndəriləcəyi, orada xoşbəxt bir həyat sürəcəyi və ya ulduz olacağı görüşünə inanırdılar.
Zərdüşt fəlsəfəsinə görə insan öldükdən sonra onun ruhu dördüncü gün axirətə gedər. Ahuramaz-da tərəfində sorğu-sual edilər. Sorğu bitdikdən sonra

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
Sinvat körpüsündən keçməsi tələb edilər. Körpüdən keçənlər kavusura-cənnətə, keçə bilməyənlər isə yalan və şər evi adlandırılan cəhənnəmə düşərlər.
Hinduizmdə isə ölümdən sonrakı həyatda Riq-
vedalarda qeyd edilən cənnət və cəhənnəmlə səsləşən mükafat və cəza yerləri var. Ölən insanlardan əməlisalehlərin ruhu Brahmaya qovuşar və orada əbədi qalar. Yaxşı insanlardan bir qisminin ruhları müvəqqəti olaraq Nandanaya göndərilir və burada gördükləri yaxşı işlər müqabilində mükafatlandırı-lırlar. Gördüyü əməllərə görə cəzalandırılanlar isə
cəhənnəm adlanan Naralokaya göndərilirlər. Orda isə qızmış qum üzərində yaşayır, murdar və qaynar 55
yeməklərlə qidalanırlar.
Qədim Yunan mifologiyasında ölənlərin ruhları Hermes tərəfindən Hades deyilən yerə yığılır. Hade-sin qapısında üç başlı it olan Kerberos durur. İçəriyə
girən əbədi olaraq orda qalar. Ruhlar sorğuya çəkilər və günahsızlar Elysium bağına aparılırlar. Cənnətliklər burada bütün nemətlərlə qarşılanar: onlar id-man edər, şahmat oynar, ata minər, musiqi dinlərlər.
Günahkarlar isə Tartarosa aparılıb əzaba düçar olarlar.
Xristianlıqda cənnət Tanrı ilə bərabər olmaq deməkdir. Onlar Tanrı tərəfindən hər gün dəyişdirilə-rək yenilənəcəkləri və qiyamət günü gəldikdə Adəmin günah işləməzdən öncə olduğu yerə gedəcəkləri inancındadırlar.
Tövratda cəhənnəm, cənnət anlayışı birbaşa ve-rilməsə də, dolayısı ilə ifadə edilir: "… kimi sonsuz

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
yaşama (cənnətə), kimi utanacağı və sonsuz murdar-lığa göndəriləcək."
İslamda isə cənnət ölümdən sonrakı həyat, müqəddəs sayılan məkana verilən addır. Müsəlmanlar qiyamət gününə qədər məzarda qalacaq. Sonra isə
bu həyatda arzuladıqları, amma əldə edə bilmədik-ləri hər nemətə sahib olub əbədi xoş güzəran keçi-rəcəklər. Cəhənnəm isə əbədi atəşdə yanmaq, qır qazanında qaynadılmaq, susuzluqdan yanmaqdır.
Cəhənnəmliklərə də cənnətliklər kimi, ölümdən sonrakı həyat əbədidir, lakin onlar sadəcə əzab çəkəcəklər.
Türk inanc sistemində cənnət "uçmaq", cəhənnəm "damu" deyə ifadə edilir. Yaxşı insanlar ölüm-56
dən sonra Uçmağa (ocmaha, uçmaha) gedir. Onları orda mükafat olaraq gözəl təbiət və bol nemətlər gözləyir. İnancın təməlində ruhun bədəni tərk edərkən "uçan quş" cildinə girməsini ifadə edən qədim türk inancları da durur. Damu – cəhənnəm isə öldükdən sonra günahlıların ruhunun göndəriləcəyi yerdir. Orda onları Tam xan qarşılayacaq və odla cəzalandıracaqdır.34
Mifoloji və dini fikri geniş şəkildə zəbt etmiş
ölümdən sonrakı həyat bütün bəşər övladı kimi İsa Muğannanı da düşündürmüş, yaradıcılığının ikinci dönəmini demək olar ki, bu mövzuya həsr etmişdir.
Bu baxımdan "Cəhənnəm" romanı xüsusi əhəmiyyət daşıyır.
34 Celal Beydili, Türk Mitolojisi Ansiklopedik Sözlük. İstanbul: Yurt Yayınevi, 2005, s 1.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
İsa Muğannanın "Cəhənnəm" romanı müstəqillik dövrü ədəbiyyatımızın dəyərli əsərlərindən olduğu qədər ədəbiyyatşünaslığımız üçün də maraqlıdır.
Şərq və Qərb mifologiyasına, dini qaynaq və təlim-lərə bələd olan müəllifin təsvir etdiyi cəhənnəmdə
mifoloji qatlar və dinlərin fəlsəfəsi özünəməxsus bir yozumla təqdim edilmişdir. Ədəbiyyatımızda cəhənnəm və cənnət motivləri "Kitabi-Dədə Qorqud" dastanında, Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Əbdürrəhim bəy Haqverdiyevin əsərlərində işlənsə də, "Cəhənnəm" romanında müasir romanın tələbləri və sufi fəlsəfəsinin aspektləri baxımından maraqlı konsepsiya qoyulmuşdur. Bu kon-57
sepsiya işıq gəmiləri ilə Ağa-Aya gələn Səməd Əmirlinin, Sərvinazın, Musanın, Qumralın saflaşmış ruhlarını Bünyad bəyi qarşılayır, ona cəhənnəm əzabını cənnət kimi görülən yerdə verirlər. Romandan belə
məlum olur ki, yolayrıcından alınaraq Aya aparılan cinayətkar (Maraqlıdır ki, cinayətkarın günahları milli zəmində, siyasi məqsədlərlə törətdiyi cinayət-lərdir). saflaşdırılma mərhələsinə təqdim edilir. Am-ma Bünyadın günahları o qədər böyükdür ki, sorğu-
sual mərhələsində ona sözün gücü ilə cəhənnəm göstərilir və saflaşmasının mümkün olmadığı məlum olur. Və beləcə, Bünyad bəyin ruhu Tanrının dərga-hına getmir, o, yerdə işığı çıxmadan çürüyür.
Əsərdə modernist romana xas olan "keçmişə qar-şı indiki zamanın daha üstün tutulması" metodu tam şəkildə əks olunub. Hadisələr gah bu dünyada, gah axirətdə, gah da yüzilliklər öncəsində baş verir.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
"İdeal" romanından sonra İsa Muğannanın möv-zusunun artıq yerdən yox, Göylə Yerin vəhdətindən alındığını görmək o qədər çətin deyil. Qulu Ağsəsin təbirincə desək, "İsa Hüseynovun bütün yazdıqlarının mayası yerdən, torpaqdan götürülüb. Yəqin elə
ona görə biz İsa müəllimi sevir və təqdir eləyirik.
Çünki biz yer adamlarıyıq, boyumuz torpaqdan olsa-olsa onca qarış yuxarıdı. Muğannaya (özü demiş) bütün yazdırılanların mayası isə Göydən, Tanrıdan tu-tulub"35
Azərbaycan nəsrinə yeni bir yozum, ədəbi baxış,
üslub gətirən yazıçının "Cəhənnəm" əsəri bədii estetik zövq, poetika baxımdan çox maraqlı əsərdir. İlk olaraq əsərin adı adamın diqqətini çəkir. "İdeal" ro-58
manı ilə tanış olanlar bu sərlövhədən bir çox istiqamətlərə yönəlir və əsəri oxumaq üçün tələsir. Bu, yazıçının ustalıqla seçdiyi priyomdur. Çünki bir çoxları İsa Muğannanın dini dünyagörüşünün nə olduğunu tam dəqiqləşdirə bilməyib. Hələ də İsa Muğannanın heç bir dinə inanmadığını düşünənlər bu ifadəni oxuyan kimi "deyəsən, İsa Muğanna nəsə fikrini dəyişib" deyə düşüncəyə qapılır, bunu dərk etmək üçün həvəslə oxumağa başlayırlar. Yazıçının marağı üçün ən önəmli priyom, ilk növbədə, oxucunu öz aurasına salmaqdır. Bunu da "Cəhənnəm" romanında layiqincə bacarıb. Əsərin ilk səhifəsində "Cəhənnəm deyilən, doğrudan da, varmı, ya yoxdur? Ömrü
onsuz da işgəncələr içində keçən insanı bir daha, özü 35 Qulu Ağsəs, "İsa Hüseynov və Muğanna", news.lent.az/news/3358, (11.02.2016)

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
də daima əzaba salmaq hansı vicdansız yaradıcıya lazım olub?" kimi cümlə ilə başlamaq intellektual oxucunun diqqətini cəlb etmək üçün ən yaxşı moti-vasiyadır. Bunu oxuyan və bəşəriyyətin halına bələd olan oxucu əsəri acgözlüklə qarşılayır. Əgər bu ifadəni oxuyan dindar oxucudursa, onun da diqqətini çəkir. Lakin həmin oxucu bəsirət gözünü bağlayıbsa, həyata yalnız bir pəncərədən baxırsa, o zaman əsər də, müəllif də elə həmin andan onun üçün bitmişdir.
Ona görə də İsa Muğanna yaradıcılığı oxucusundan
mütaliəli olmağı, şərq və qərb fəlsəfəsini, tarixini yaxşı bilməyi, siyasi prosesləri analiz etmə bacarığını tələb edir.
59
Əsərin ilk səhifəsində yaradılan bədii ziddiyyət oxucuda çaşqınlıq yaradır. Çünki verilmiş iki cümlə-lik fikirdən sonra əminliklə "Var cəhənnəm", – deyir.
Bu ifadə o qədər inandırıcı səslənir ki, cəhənnəmin varlığına şübhə qalmır. Üstəlik müəllif ənənəsinə
sadiq qalaraq burda da öz dilindən danışır və hadisələri şahidlik yolu ilə izah edir.
Bu dünyadan sonra başqa bir dünyanın olduğu-
nu mifik düşüncə də, bütün dinlər də söyləməkdə-dir.
Və beləcə, oxucusuna "fantastikasız fantastika"
deyə-deyə gərgin, düşündürücü, beyni şoka salan fikirlərlə bir həzz yaşadır. Oxucu kitabı əlindən yerə
qoyduğu zaman ağlından ilk keçən bu olur: görəsən, bunlar doğru ola bilərmi? Bu isə yazıçının məqsədinə çatması, ideyasına inandırması deməkdir.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
"İsa Muğannaya görə, dünyanı dəyişdirən təhrif sözlərdir. Qoca Şərqin böyük müdriki Konfutsi deyirdi ki, sözlər (adlar) mənasını dəyişəndə insan azad-lığını itirir".36
Bəli, Muğannaya görə dünyanı dəyişdirən təhrif-
lərdir və o, bir ömür bu təhrif sözləri yaratdığı yeni bir düşüncə sisteminin dili ilə izah etməyə və ya çevirməyə çalışıb Lakin "Cəhənnəm" əsərində müəllif sözlərin yox, uzun illərdən bəri insan şüuruna yeridilmiş "Cəhənnəm"in mahiyyətinin təhrifini sanki oxucusuna həzm etdirir. Oxucusuna cəhənnəm əzabı verməkdən belə çəkinmədən. Nizami Cəfərov İsa Muğannanın təhrif anlayışına bu cür qiymət verir: Yaradıcılığının ikinci dövründə İsa Muğanna 60
üsyankar bir ehtirasla elan etdi ki, dünya təhrif olunub! Və cəsarətlə deyə bilərəm ki, bu "təhrif (təhrif olunma)" məfhumu Azərbaycan yazıçısının dünya ədəbi bədii təfəkkürü miqyasına qalxan (dünya ədəbiyyatını zənginləşdirən) böyük kəşflərindən biridir.
Əsərin qəhrəmanı, "çekist", satqın, iblisin qulluq-çusu Bünyad bəyə verilən cəhənnəm əzabı, onun yandırılaraq saflaşdırılması oxucunun nəfəsini kəsir, o həyəcanı qəhrəmanla birgə yaşayır.
İsa Muğanna "İdeal" əsərində oda olan münasibətini bəyan etmiş, onu "həqiqət" adlandırmışdır.
Türk mifologiyasına diqqət etsək, oda münasibət İslam dinindən və şərq fəlsəfəsindən tamamilə fərqlidir. Qədim türk xaqanlarının yanına gələn elçilərin odun arasından keçirilməsi və ya tullandırılması 36 Rüstəm Kamal, İsa Muğanna: Ün və İşıq məqamı. (525.az. 14.10.13)

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
saflaşma əlaməti idi. Od qədim türklərə görə ocağın (ev, ailə) ruhunu özündə ehtiva edirdi. Şamanizmə
görə də hər kəs öz odunun, yəni ocağının ruhunu qorumalı idi. Odu sönmək, ruhun ölümü demək idi.
İsa Muğannaya görə təhrif ayələr, təhrif fikirlər odun mahiyyətini dəyişib.
Cəhənnəmə "Quran"da və hədislərdə münasibət demək olar ki, eynidir. "Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə
əvəz edəcəyik".37
Əbu Hüreyrə rəvayət edirdi ki, o, peyğəmbərin belə dediyini eşidib: "Adəm oğullarının yandırdığı 61
od, cəhənnəm odunun yetmişdə biri qədərdir" (Bu-xarı, Müslim).
Bir dəfə Kab Ömər ibn əl-Xəttaba deyib: "Əgər Cəhənnəmin qapıları bu dünyaya heç olmasa ökü-zün burnunun dəliyi qədər şərqdə açılsaydı, qərbdə-ki adamın beyni qaynayıb tökülərdi".
Peyğəmbər (s.ə.v.) həmçinin deyib: – "Cəhənnəmin Odunu o ağ olana kimi min il qalayıblar, sonra qırmızı olana kimi daha min il və sonra qara olana kimi daha min il yandırmışlar. O, zülmət gecə
kimi qaradır" (ət-Tirmizi, İbn Macə).
Uca Allah deyib: "Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar (bürüyər).
Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onların üzü sanki gecənin zülmət parçaları 37 Ziya Bünyadov, Vasim Məmmədəliyev. “Qurani Kərim” Bakı, 1997, s 56.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də
orada əbədi qalacaqlar!"38
Həqiqətən, insan Cəhənnəm odunu təsəvvür edə
bilmir, amma hər şeyi udmağa hazır olan bu dünyanın oduna baxmaq kifayət edər. Buna görə də
mömin əcdadlarımız ona baxdıqda Allahdan qorxu hissi keçiriblər. Uca Allah deyib: – "Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa biz?! Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq.39
Özünü dini alim elan edən Harun Yəhya isə
cəhənnəm xofunu bir az da artıraraq belə izah edir: Cəhənnəm… Allahın “Qahhar” (qəhredici), “Cabbar”
62
(istədiyini zorla etdirən), “Müntəqim” (intiqam alan) kimi adlarının sonsuza qədər təcəlli edəcəyi bu yer insana hər tərəfdən acı vermək üçün xüsusi bir yara-dılışla yaradılmışdır. Quran ayələrində cəhənnəm yaşayan bir canlı kimi təsvir edilir. Bu canlı inkar-çılara qarşı qəzəb, nifrət, hirs və istəklə doludur. Yaradıldığı gündən bəri səbirsizliklə Yaradıcısını inkar edən kafirlərdən intiqam almağı gözləyir. Ayələrdən məlum olduğunа görə, cəhənnəm insana dəlicəsinə
susamışdır. Kafirlərə olan nifrətinə görə çılğına dön-müşdür. Yalançıları gördüyü zaman qəzəbinin şid-dətindən parçalanacaq kimi olur. Bu atəşin yaradılı-şının tək məqsədi vardır – qəhredici bir əzab vermək.
38 Ziya Bünyadov, Vasim Məmmədəliyev. “Qurani Kərim” Bakı, 1997, s 27.
39 Yenə orda, s 71-73

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
O da vəzifəsini yerinə yetirəcək, acıların ən böyüyü-nü verəcəkdir.
Göründüyü kimi, cəhənnəm və cənnət anlayış-
larının yozumları dini xadimlərin şərhində bir-birinə
çox yaxın və ya eynidir. Bu isə din xofu altında insanların idarəçiliyinin həmişə əldə saxlanılmasına xidmət edir. Hikmət Babaoğlunun bu mövzudakı yanaşması maraqlıdır: "Dinin elmi və obyektiv əsas-larda öyrənilməməsi isə dindən başqa məqsədlər üçün istifadə etmək istəyən ayrı-ayrı siyasi-ideoloji mərkəzlərin fəaliyyətini asanlaşdırır. Elə buradan da missionerlik məsələsi ortaya çıxır. Qeyd etmək lazımdır ki, missioner anlayışı latın dilindəki "missio"
63
sözündən götürülüb, mənası "vəzifə", "səlahiyyət"
deməkdir. Bu və ya digər cəmiyyətdə və ya dövlət içərisində öz maraqlarını təmin etmək üçün fəaliyyət göstərən ayrı-ayrı ideoloji və siyasi mərkəzlər məhz fərdlərin dinə bu həssas münasibətindən yararlanaraq onlardan ibarət özünəməxsus sosial baza forma-laşdırır. "Din xadimlərinin bu yanaşmalarını dərk edən və dərk etmə yolunda Nəimi, Nəsimi yolunu seçən insanların həqiqi dinin – elmin nə olduğu yöndəki araşdırmaları təbii və doğrudur. Türkiyə
Cümhuriyyətinin qurucusu Atatürk də bir növ gü-nümüzə gəlib çatan İslamın formasını və mahiyyəti-ni dəyişdiyi qənaətində idi: "Müsəlmanlıq əslində ən geniş mənası ilə modern bir dindir. Ərəblər onu öz qavramlarına görə anlamış və tətbiq etmişlər."
Haqqında danışdığımız əsər də din əbası altında
gizlənən mövhumatı rədd edir və Tanrının, Yara-

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
dıcının – hər kəsdən uca olanın bunları edə bilməyəcəyi düşüncəsi qayəsini daşıyır. Çünki insan o dünyaya bizim bu gün daşıdığımız bədəni ilə getmir ən azından. Cismin məhv olduğunu görürük, amma
ruhun yox. Deməli, əgər axirət dünyası varsa belə, lap cəhənnəm və cənnət deyilən iki şöbəyə bölünüb-sə, onda insanın sadəcə işığı, ƏrAğı-ruhu gedəcək ora. Və əgər ruhu gedəcəksə o axirət deyilən məkana, deməli, ruhu yandırmaq mümkün deyil. Əlbəttə
ki, ruh bizim təsəvvür etdiyimiz kimidirsə.
Yunus Əmrənin söylədiyi ehtimal edilən "Cəhənnəmdə od yoxdur, hər kəs öz odunu bu dünyadan aparar" fikri demək olar ki, "Cəhənnəm" romanınının ideyasını ifadə edən ən tutarlı cümlədir. müəllif 64
özünü islam alimi hesab edən və min illərdir ki, insanları müxtəlif qorxulu macəralarla həqiqətdən uzaqlaşdıranların təhrif olduğunu vurğulamaq istəmişdir. Bu cür yanaşdıqda, İsa Muğannanın təhrif adlandırdığı dünyanın hələ də təhrif girdabında boğulduğunu görürük.
Əsər boyunca oxucu İsa Muğannanın cəhənnəm
anlayışı və mahiyyəti ilə tanış olur. Müəllifə görə, Quranda haqqında danışılan, təfsirlərdə izahı veril-məyə çalışılan cəhənnəm odu heç də təqdim edildiyi kimi deyil. Bizim başa düşdüyümüz kimi tonqal qalayıb insanları milyon dərəcə selsi istilik əldə edib odda yandırmaq sadəcə təhrifdir. Çünki ideal heç bir zaman materiya ola bilməz. İnsan sözdür, insan işıq-dır, insan vicdandır. Onu yandırsa, yandırsa vicdan əzabı yandırar. Yuxarıda deyilənlər isə sadəcə cahil

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
insanı qandırmaq, bəlkə də, başa salıb qorxutmaq üçün işə yaraya bilər.
– "Əksinə, bəy! OdÜn – həqiqət səsi cəhənnəmdə
cənnət yaradır. Qəbahətini eşitdikcə, öz hərəkətlərini qarşındaca gördükcə yavaş-yavaş yüngüllük hiss edəcəksən. Nədən olur o yüngüllük? Sadəcə qatı qanın yuyulur, canında qan dövriyyəsi normallaşır, hü-ceyrələri sağlamlaşdırır".40
Bu sözləri 113 yaşlı milli mənliyini satmış,
"çekist"lərə xidmət etmiş, bu xidməti yolunda öz sev-gililərini belə zorlamaqdan, əzab verməkdən, öz ca-susuna çevirməkdən yayınmayan, Cavidin "İblis"
əsərindəki iblis kimi dondan dona girən Bünyad 65
bəyə onun öz əlləri ilə boğub öldürdüyü keçmiş arvadı Sərvinaz deyir. Bu səhnə İblisin tapşırığı ilə
Arifin öz arvadı Xavəri öldürməsi ilə eynilik təşkil edir.
Müəllifə görə, cəhənnəm və ya cənnət olduğu tam məlum olmayan bu məkanda insanlar yanaraq saflaşır və yenidən yerə göndərilir. Bünyad bəyin etdikləri gözünün qarşısına gətirildikcə onun vicdanı sızlayırdı. – "İlahi, özün kömək ol mənə! Cənnətdi, cəhənnəmdi, nə möcüzədi bu?! Deyə hayqıran, vicdan əzabında yanıb qovrulan Bünyad bəyə Sərvinaz: – Biləcəksən, Bəy. Səbirlə, dəyanətlə dinlə
OdÜnü –həqiqət səsini! Biz odda yana-yana gözəl-ləşmişik burda. Sən də yanmalısan burda, Bəy!" –
deyir.
40 İsa Muğanna, Cəhənnəm, Bakı: Hədəf nəşrləri, 2013, s 5.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
Bu gün də daha çox qabardılan məsələ axirət dünyasının sadəcə iki yolu: cəhənnəm və cənnət olduğunu hamımız bilirik. Lakin misir mifologiyasında olduğu kimi, "Quran"da da bu yolun iki yox, üç olduğu qeyd edilir. "Məryəm" surəsinin 71-ci ayəsi fikrimizin isbatıdır: "Cənnətliklər cəhənnəm odunun içindən yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum olacaqlar. Bir qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra cənnətə qayıdacaqdır".
Bu fikirlərdən görünür ki, İsa Muğanna din və
Allah tacirlərinin ədalətli deyib, amma əzazil kimi göstərdiyi Tanrını daha ədalətli təqdim edir. Hətta onun cəhənnəmi və cəhənnəm əzabı vicdan əzabı 66
olsa belə, "Quran"dakı kimi əbədi deyil. İnsanlara axirətdə də haqq və ədaləti göstərərək onları saflaş-dırır, yaratdığını eybəcərliklərdən xilas edir. Bu, İsa Muğanna düşüncəsinin təhrifsiz təqdim etdiyi dindir ki, mayasında humanizm var. İsa Muğanna təhrif de-yə car çəkdikdə, bəlkə də, "Məryəm" surəsinin 27-ci ayəsindəki kimi mətləbləri diqqətə çatdırmaq istəyir.
Çünki öldükdən sonrakı həyatın sadəcə iki tərəfini yox, üçüncü bir tərəfin də olduğunu görürük bu ayədən. İsa Muğanna yaradıcılığına dərindən diqqət yetirəndə görürük ki, onun yozumları ya birbaşa Qu-randakı müəyyən ayələrlə üst-üstə düşür və həmin fikirlərin möhkəmlənməsinə xidmət edir, ya da tamamilə əksinə gedərək yeni baxışla yanaşıb öz konsepsiyasını ortalığa qoyur. Amma çox önəmli məsələdir ki, Muğanna bütün bunları bədii əsərlərində və

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
ehtiyyatla təqdim edir. Əgər İsa Muğanna Ün eşidərək "İdeal" və ondan sonra yazdığı əsərləri tarixi araşdırma əsərləri kimi, açıq-açığına yeni düşüncə
sisteminin yaradıldığını elan edərək fəlsəfi kitablar kimi təqdim etsə idi, indi hər kəsin bu əsərlərə münasibət bildirməsi bir az asan olardı. Muğanna əsərlərini bədii əsər kimi təqdim etdi, amma bu fikirlərin qaynağı olduğuna inandı və inandırmağa çalışdı. Bu baxımdan türkiyəli araşdırmaçı alim Arif Təkin sanki İsa Muğannanın "din təhrifdir" fikrini tarixi faktlarla isbatlamağa çalışır və "Quranın Kökəni" əsərində gətirdiyi dəlillər insanı inandırmaya bilmir. Həmin kitabın müqədimməsində verilən aşağıdakı kiçik 67
parça sanki İsa Muğanna yaradıcılığının göstərmək istədiyi ideya idi. "Madam ki, İslam dini Allahdan gələn ən mükəmməl sistemdir, o halda ona bağlanan insanların hər baxımdan huzur içində və daha yaxşı yerlərdə olmaları lazım idi".41
Professor Tahirə Məmmədin "Muğannanın Ünü və “GurÜn”ü" məqaləsində təhrif anlayışına münasibəti də bu baxımdan çox maraqlıdır: "Gerçək bilik-lərimiz, qəbul etdiklərimizlə yanaşsaq bir çox məsə-lələrdə, xüsusən dinə aid təhrifləri düzəltmə cəhdin-də – ƏlAğ – Allah, BağOdMən – Məhəmməd, EySar-
İsa, GurÜn-Quran yozumlarında, onların muğ ka-hinləri ilə yan-yana qoyulmasında yazıçı ilə razılaş-maq çətindir. Ancaq əməlin və məqsədin gözəlliyi yazıçını adı çəkilən müqəddəslərin idealından uzaq-laşdırmır, əksinə, onların yolunu, izini davam etdi-41 Arif Tekin. Kuranın kökəni. Berfin yayınları, İstanbul: 2013, s 6.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
rən kimi qəbul edirik Muğannanı. Nəsimi, Yunus Əmrə, Seyid Əzim qədər onu da anlamağa çalışırıq və amalından, tənbehlərindən dərs alırıq".42
Akademik İsa Həbibbəyli İsa Muğannanın təq-
dim etdiyi konsepsiyaya obyektiv movqedən baxa-raq müəllifin təhrif deyə təqdim etdiyi dünyanın sadəcə İsa Muğannaya aid olduğunu qeyd edir:
"İdeal" romanı çap olunduqdan sonrakı şəxsi həyatı və yaradıcılığı göstərdi ki, İsa Hüseynov özünün bu əsərlərində inandığı və sanki hətta yaşadığı dünyanı təqdim etmişdir. "İdeal"da və sonrakı əsərlərində İsa Hüseynovun inanaraq formalaşdırdığı SafAğ
dünyası ədəbiyyat üçün utopiya kimi görünsə də, İsa Hüseynov üçün gerçəkliyin ifadəsidir. Əgər bu fəl-68
səfə "İdeal"la bitmiş olsaydı, onda SafAğ yolu İsa Hüseynovun yaradıcılığında keçici bir ovqat, yaxud keçid dövrü romanı kimi qəbul etmək olardı. Lakin yazıçının bundan sonra yazdığı "Qəbiristan", "Cəhənnəm" "GurÜn" "İsahəq, Müsahəq", "İlan dərəsi"
kimi əsərlərində "İdeal"-da təqdim olunan dünyanın da sistemləşdirdiyinin, dərinləşdirildiyinin şahidi olduqdan sonra bütün bunlara İsa Muğanna dünyası
kimi baxmaqdan başqa yol qalmır.43
Əsərdə maraqlı məqamlardan biri də Bünyadın
ətrafında gördüyü qızların-hurilərin (əslində bu hurilər onun yerdə zorladığı, aldatdığı qızlar idi) onu öpməsi səhnəsidir. Bu öpüşlərdən birindən sonra Klara ilə Bünyad bəy arasında belə bir dialoq olur: 42 Ölümdən sonrakı həyat, Məqalələr toplusu, Bakı: Hədəf nəşrləri, 2014, s 7.
43 Arif Tekin. Kuranın Kökeni. İstanbul: Berfin Yayınları,2013, s 6.

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
Əziz dostun Rahibin sevgilisi Klaranın öpüşü şirin-dimi?! OdÜnüm yandırırmı, bəy?! İrəli bax! Klaranı necə öldürdüyünü görürmü kor gözlərin?!
Bünyad bəy mızıldanıb:
– Qurtar bu oyunu! Qurtar! Qurtar, – dedi.
Sərvinaz eyni sakitliklə başını buladı:
– Mümkün deyil, bəy. Cəhənnəmdə hər günahın
min, milyon dəfə fəzada təkrar olunacaq ki, bətnin saflaşsın.
Əslində Bünyad bəy Klaranın vüsalına çatmaq
üçün kəmərini açmalı idi. O, buranı cənnət hesab edirdi. Çünki onun düşündüyü qır qazanından, qıl körpüsündən əsər-əlamət yox idi. Ətrafında gözəl 69
qızlar, bolluca yemək və şərab var idi. Və ona o qızlardan hansı ilə istəsə, yata biləcəyi söylənilmişdi.
Lakin onların öpüşü zəhərli söz, saflaşdırma iksiri idi. Yaranın üstünə tökülən kislota kimi. Əməlləri ona göstərildikcə, söyləndikcə o əriyir, yanır, qov-rulur və belə saflaşır. Cəhənnəmə verilən bu ədəbi yozum, əlbəttə ki, qədim türk təfəkküründən gəlir.
Çünki türklərin oda münasibəti bir çox xalqlardan daha fərqlidir. Onların odla saflaşma ənənələrinə biz həm şifahi xalq ədəbiyyatı nümunələrində, həm də
yazılı ədəbiyyatımızda rast gələ bilirik. Koroğlu dastanında İşığın Qıratın qanadlarını yandırması Rövşə-nin etdiyi yanlışın nəticəsi idi. Və işıq Rövşənə bir dərs vermiş olur, səbr və dözümlü olmağa işarə edir.
"Əsli və Kərəm" dastanında millətin qoyduğu qadağaları pozmaq istəyən Kərəmin alışıb yanması da bir növ odun müqəddəsliyinə işarə idi. Hüseyn Cavid

İsa Muğanna yaradıcılığı “İdeal” işığında
yaradıcılığında "Siyavuş" pyesində xəyanətkar adamı müəyyənləşdirmək üçün odun üstündən keçmə
səhnəsi yaradılır. Südabənin şərinə düşmüş Siyavuş
da bunu təbii qəbul edir. Münəccim isə saflaşmanın sadəcə yanmaqla mümkün olduğunu deyir.
Əmr ediniz atəş yaxılsın həmən;
Keçsinlər üstündən, diqqət eyləriz,
Yanan suçlu olar, yanmayan təmiz.
Əsərin bir çox məqamında dünyanın xilasını, in-
sanlığın saflaşmasını elm və eşqdə görən müəllifin yanaşması sufizm təlimindən gələn motivdir.
"Şeyx Sənan" əsərində də Şeyx Sənan: "Kim ki eşq atəşi ilə oldu hədər, onu yandırmaz böylə atəş-lər" – deyərək atəşin müqəddəsliyinə işarə edir. Bü-70
tün bunlarla bərabər, yazıçının fantaziyası Odun məcaziliyini, Odun söz olduğunu və bu sözün bizim təsəvvür edə bilmədiyimiz qədər güclü olduğunu, mayasında həqiqət işığının gizləndiyini açmağa qadir olduğunu görürük.
Sərvinazın dilindən müəllif cəhənnəm haqqında-
kı düşüncələrini bu cür ifadə edir: – Güman eləyirsən ki, keyfə baxacaqsan? Ay yazıq, bədbəxt insan! Biz axı uzun-uzun illər bundan əvvəl gözəl qızları necə
heyvancasına zorladığını göstərəcəyik sənə! Özü də
Бесплатный фрагмент закончился.
