Читать книгу: «Əjdahanı necə öldürdülər»
Avropa yazarlarından
HEKAYƏLƏR
Əjdahanı necə öldürdülər
c i b k i t a b l a r ı / 2
Mündəricat
Gi de Mopassan (Fransa) ……………………….... 5
“Əbədi sevgi”(Tərc.: Leyla Əhməd)
Dino Bussati (İtaliya) .............................................. 16
“Əjdahanı necə öldürdülər” (Tərc.: Kənan Hacı)
Erix Mariya Remark (Almaniya) …….………….. 41
“Düşmən” (Tərc.: Rüfət Əhmədzadə)
Bernar Kirini (Belçika) ……………………………. 55
“Qulağı olan…” (Tərc.: Azad Yaşar)
Ceyms Coys (İrlandiya) ……………………….…… 80
“Bacılar” (Tərc.: Nadir Qocabəyli)
Knut Hamsun (Norveç) …………………….……… 97
“Həyatın səsi” (Tərc.: Rüfət Əhmədzadə)
Somerset Moem (İngiltərə) ………………………. 107
“Kilsə xidmətçisi” (Tərc.: Sevil Gültən)
Gi de Mopassan
(Fransa)

(5.08.1850 – 6.07.1893)
Əbədi sevgi
O
v mövsümünün açılışını elan edən nahar yeməyinin sonu idi. Zadəgan Bertrans və qonaqları çiçəklər və mey-vələrlə bəzədilmiş parlaq masanın arxasında əy-ləşmişdilər. Söhbət sevgidən düşdü. Qəfildən in-sanın bir yox, bir neçə dəfə sevməsinin müm-künlüyü barəsində qızğın müzakirə başladı. Həyatı boyunca yalnız bir dəfə sevən insanlar nümunə ola-raq göstərilir, bunlar bir neçə dəfə ehtiraslı eşq ma-cərası yaşayanlarla müqayisə olunurdu. Kişilər sev-ginin də xəstəlik kimi insanı bir neçə dəfə yoluxdura, hətta ölüm həddinə çatdıra biləcəyini id-dia edirdilər. Bu mülahizə olduqca inandırıcı səs-lənirdi. Qadınlarsa hər zamankı kimi real müşa-hidələrdən daha çox poetik düşüncələrinə əsaslanır, böyük sevginin insan ruhuna yalnız bir dəfə bəxş olunduğunu söyləyirdilər.
“Bu, şimşəyin çaxmasını xatırladır”– onlar de-yirdilər. Sevginin bir dəfə baş çəkdiyi qəlblər elə vi-ran qoyulmuş, məhv edilmiş olur ki, orda digər heç bir hiss kök sala bilməz, hətta arzular belə.
Bir neçə eşq macərası yaşamış zadəgan bu fikrə etiraz etdi:
“Eyni qəlb və ruhun bir neçə dəfə sevməsi mümkündür. Özlərini sevgi yolunda, ikinci dəfə aşiq olmağın mümkünsüzlüyünü sübut etmək uğ-runda öldürən insanları misal gətirdiniz. Bəhsə gi-rirəm ki, ağılsızcasına özlərini öldürməsələr və ikin-ci şansın mümkünlüyünü inkar etməsələr, yenidən sevər və hətta həyatlarının sonunadək bir neçə dəfə aşiq olardılar. Sevgi içki kimidir. Bir dəfə dadan əbədi köləsinə çevrilir. Bu ehtiras məsələsidir”.
Onlar qoca həkimi hakim təyin etdilər. O da zadəganın dediyi kimi bunun ehtiras məsələsi ol-duğunu düşünürdü. “Mənə gəlincə, həyatım bo-yunca yalnız bir dəfə bir gün belə fasilə olmadan 55 il davam edən və yalnız ölümün son qoya bildiyi sevginin şahidi omuşam”.
Zadəganın xanımı əllərini bir-birinə vuraraq: “Bu, möhtəşəmdir. Bu cür sevilmək xəyal kimidir. 55 il belə güclü, sarsılmaz sevginin ağuşunda yaşa-maq nə böyük səadətdir! O xoşbəxt kişi bu cür sevgi dolu həyatı olduğu üçün şükr etməlidir!”
Həkim gülümsədi: “Bəli, xanım, o yerdə ya-nılmadınız ki, bu cür sevilən şəxs kişi idi. Hətta siz onu tanıyırsınız da, cənab Çoquet – əczaçı. Elə qadını da tanıyırsınız, hər il şatoya gələn stul tə-mirçisi”.
Qəfildən qadınların marağı söndü. Bəziləri “pu-ah” deyə rişxəndli nidalarla adi insanların sev-gisinin onları maraqlandırmadığını bildirdilər.
Həkim davam etdi: “Üç ay əvvəl yaşlı stul təmirçisi ölüm yatağındaykən məni yanına ça-ğırdılar. Məndən əvvəl keşiş də gəlmişdi. Qadın bizdən onun vəsiyyətini yerinə yetirməyimizi is-təyirdi. Onun bu davranışını anlamağımız üçün ilk öncə bizə öz həyat hekayəsini danışdı. Bu eşitdiyim ən qeyri-adi və ən təsirli hekayə idi: Onun va-lideynləri də stul təmirçisi idilər. Onların heç vaxt evi olmamışdı, o, uşaqlıqdan çirkli, baxımsız və ac böyümüş, valideynləri ilə birgə qəsəbələri dolaş-mışdı. Onlar atlarını, vaqonlarını və itlərini bir yer-də saxlayar, uşaq təkbaşına çəmənlikdə oynayarkən valideynləri də bütün qırıq stulları təmir edərdilər.
Körpə qız bir az uzağa getdikdə atası sərt, qəzəbli səslə onu geri çağırardı. O, heç vaxt qayğı ilə əzizlənməmişdi. Böyüyəndə isə o, qırıq stulları daşımağa başladı. Bu zaman küçədəki uşaqlarla dostlaşır, lakin valideynlər uşaqlarını çağıraraq bu çirkli, ayaqyalın qızla danışdıqları üçün onları dan-layardılar, küçədəki oğlanlar ona daş atardılar. Bir dəfə xeyirxah bir qadın ona bir neçə penni verdi, qız onları çox qənaətlə qorudu.
Artıq on bir yaşa çatmışdı. Bir gün qəsəbədə gəzərkən, məzarlığın arxasında oyun yoldaşları tərəfindən iki qızıl qəpiyi oğurlanmış hön-kür-hönkür ağlayan balaca Çoqueti gördü. Daima həsədlə baxılan, qızın düşüncəsinə görə, heç vaxt əziyyət görməyən bu balaca şəhərli burjuanın göz yaşları onu çox məyus etdi. Oğlanın yanına yaxınlaşdı və kədərinin səbəbini bilən kimi yığdığı bütün pulları onun ovcuna qoydu. Oğlan heç bir tərəddüd etmədən pulları götürdü və ağlamağı dayandırdı. Sevinci yerə-göyə sığmayan qız onu öp-dü, oğlanın başı pulları saymağa qarışdığından eti-raz etmədi, rədd edilmədiyini görən qız qollarını onun boynuna dolayaraq bərk-bərk qucaqladı və qaçaraq ordan uzaqlaşdı.
Bu yazıq, balaca ürəkdə nə baş verirdi? Bu, bütün pullarını qurban verdiyi yeniyetməyə dəlicəsinə aşiq olduğuna görə idimi? Ya ona ilk zərif öpüşünü verdiyinə görəmi? Cavabı bütün uşaqlar və yeniyetmələrə bəllidir.
Aylarla o, məzarlığın yaxınlığındakı döngənin və balaca oğlanın xəyalı ilə yaşadı. Hərdənbir valideynlərinin stul təmirindən qazandıqları ya da onu baqqala göndərərkən verdikləri puldan bir “soui” oğurlayırdı. Nəhayət, məzarlıq yaxınlığında onu ilk gördüyü yerə gələrkən cibində iki frank vardı, lakin o burda deyildi.
Oğlanın atasının əczaxanasının qabağından keçərkən uzaqdan onun piştaxta arxasında əy-ləşdiyini gördü. O, mavi və qırmızı lampaların ara-sında oturmuşdu. Qız bu parlaq lampaların işığında, de-mək olar ki, görünməyən oğlanı getdikcə daha çox sevirdi. İllərlə onun xatirəsini qəlbində əzizlədi, növbəti il onu gördükdə məktəbin yaxınlığında mis-ketlərlə oynayırdı. Oğlanın yanına qaçdı, onu qu-caqlayaraq elə möhkəm öpdü ki, oğlan qorxudan qışqırdı. Onu sakitləşdirmək üçün bütün pullarını ona verdi. 3 frank 20 sent! Oğlan təəccübdən bö-yümüş gözlərlə ona verilən əsl qızıl xəzinəsinə baxırdı.
Bundan sonra qıza istədiyi qədər onu öpməyə icazə verir, qız isə bunun müqabilində yığdığı bü-tün pullarını ona bağışlayırdı. Bir dəfə onun 30 sou, digərində iki frankı vardı. Bir dəfə isə yalnız 12 sou… O utanc və kədər içərisində göz yaşı tökərək məyuscasına bu ilin kasıb keçdiyini açıqladı. Növ-bəti dəfə isə bütöv bir beşlik frank gətirdiyindən, sevincindən yerə göyə sığmırdı. O, artıq oğlandan başqa heç kəs haqqında düşünmür, oğlan isə hər dəfə onu böyük səbrsizliklə gözləyir, bəzən isə qa-çaraq onu qarşılayırdı. Bu qızın ürəyini sevinclə doldururdu. Lakin qəfildən, o, yoxa çıxdı. Qız bir xeyli axtardırdıqdan sonra onun internat mək-təbinə getdiyini öyrəndi. Daha sonra isə öz va-lideynlərini inandıraraq, onları yollarını dəyişməyə və səfərləri zamanı məktəb yolundan keçməyə vadar etdi. Bir il ərzində qurduğu plan uğurla nəticələndi. Artıq iki ildir ki, oğlanı görmürdü, onu güclə tanıdı, çox dəyişmiş, boyu uzanmış, daha da yaraşıqlı olmuş və bürünc düyməli uniforma ge-yinmişdi.
O, özünü elə apardı ki, guya qızı görmür və üzünə belə baxmadan yanından ötüb keçdi. Qız iki gün göz yaşı tökdü, lakin bu vaxtdan etibarən ona olan sevgisi və əzabı dayanmadan artdı. Hər il evlərinə gəlir, qız isə hər dəfə gözlərini qaldırmağa cəsarət etmədən onun yanından ötüb keçirdi. O heç başını qıza tərəf çevirməyə belə iltifat etmir, qız isə dəlicəsinə, ümidsizcəsinə sevirdi”.
Qız mənə dedi: “O, mənim gördüyüm tək kişi idi, başqalarının mövcudlugundan hətta xəbərsiz idim”.
“Onun valideynləri dünyasını dəyişir, qız isə onların işini davam etdirir.
Bir gün o, ürəyini qoyub getdiyi kəndə qayıdarkən əczaxanadan çıxan Çoqueti qoluna gir-miş gənc bir qadınla görür. Bu, onun arvadı idi. Həmin gecə stul təmirçisi özünü çaya atır. Ordan keçən sərxoş biri bunu görür və onu sudan çıxa-raraq əczxanaya aparır. Gecə xalatında qaçaraq gəl-miş gənc Çoquet onu oyatmağa çalışır və kim ol-duğuna belə baxmadan acı bir səslə deyir: “Sən də-lisən! İnsanlar gərək bu cür axmaq hərəkətlər etmə-sinlər!”. Onun səsi qızı yenidən həyata qaytarır. O, onunla danışırdı! Uzun müddətdən sonra yenidən xoşbəxt idi! Qız təkid etməsinə baxmayaraq, Çoquet çəkdiyi əziyyət qarşılığında haqq almır.
Qız bütün həyatını bu cür keçirir, daima onun haqqında düşünərək işləyir. Onun əczaxanasından dərmanlar almağa davam edir, bu qıza onunla da-nışmaq və onu daha yaxından görmək üçün bir şans verir. Həm də bu yolla, hələ də ona pul verə bilirdi”.
Öncə də dediyim kimi o, bu yaz vəfat etdi. Öz kədərli hekayəsini bitirdikdən sonra qazandığı pulları sevdiyi adama aparmağım üçün mənə yalvardı. O, yalnız ona görə işləyirdi ki, ölümündən sonra sevdiyi insana onu xatırladacaq nəsə qoyub gedə bilsin. Keşişə onun dəfn xərclərini ödəmək üçün əlli frank verdim. Ertəsi gün isə Çouqetsləri görməyə getdim. Dolu və qırmızı, lovğa və özün-dənrazı bu adamlar üzbəüz oturmuş, səhər ye-məyini bitirmək üzrə idilər. Mənimlə salamlaş-dıqdan sonra qəhvə təklif etdilər və qəbul etdim. Onların yumşalacağından, hətta göz yaş-larına boğulacağından əmin bir şəkildə titrək səslə hekayəni onlara danışmağa başladım. Çouqet səfil, gəzərgi stul təmirçisi tərəfindən sevildiyini eşidən kimi elə hiddətlə bağırdı ki, sanki, şərəfi ləkələnmiş, nüfuzunu itirmiş, şəxsi nüfuzu bir həyatdan daha qiymətli və əziz imiş. Onun özündən çıxmış arvadı isə “Oğru! O, oğrudur!” deyə dayanmadan do-daqaltı təkrarlayırdı.
Çouqet bu cür rəzilliyə qarşı deməyə söz tap-mayaraq ayağa qalxdı və iri addımlarla otaqda var- gəl etməyə başladı. “Bu cür dəhşətli bir şeyi necə başa düşməli, həkim? “ deyə dodaqaltı deyinirdi. “Əgər o sağkən bunları bilsəydim, onu həbsə at-dırardım. And içirəm ki, heç vaxt ordan qurtula bil-məzdi”.
Mən məəttəl qalmışdım, nə deyəcəyimi bil-mirdim, lakin vəzifəmi yerin yetirmişdim. “O, mə-nə bir şey tapşırıb, – dedim. – 3500 frank məblə-ğində pulu sizə verməyimi istəyib. İndi dediklərim xoşagəlməz səslənə bilər bəlkə də, siz pulları yox-sullara verməyi üstün tutacaqsınız”.
Təəccübdən nitqi qurumuş ər-arvad mənə bax-dılar. Bir neçə min frankı cibimdən çıxartdım, hər bir ölkədən olan əzilmiş pullar, qarışıq pennilər və qızıl qəpiklər də vardı. Daha sonra soruşdum: “Qə-rarınız nədir?”
İlk olaraq madam Çoquet dilləndi: “Əgər bu, dünyasını dəyişmiş birinin arzusudursa, onu rədd etmək qeyri-mümkündür”.
Əri də eyni, utanmış tərzdə:
– Onunla uşaqlarımıza nəsə ala bilərik”.
Quru-quru cavab verdim:
– Necə istəyirsiniz.
– Hər halda sizə belə etməyi tapşırıbsa, pulları bizə verin xərcləmək üçün yaxşı bir səbəb taparıq.
Pulları onlara verdim, baş əyib oranı tərk etdim.
Ertəsi gün Çouqet bizə gəldi və qaba bir səslə:
– Qadın vaqonunu burda qoyub, onunla ney-nəmək fikrindəsən? – deyə soruşdu.
– Heç nə. İstəyirsiniz, götürün.
– Elə mən də bunu istəyirdim, –deyə əlavə etdi və uzaqlaşdı. Arxadan onu səslədim:
– O, qoca atını və iki itini də burda qoyub. On-lara ehtiyacınız yoxdur?
Çoquet təəccüblə mənə baxdı:
– Yox… Həqiqətən, onlarla nəsə edə bilərəm?
– İstəsəniz, satarsınız.
O, güldü və əlini mənə uzatdı, mənsə əlini sıx-dım. Nə edə bilərdim ki? Kənd yerində həkimlə əczaçı ədavətdə olmamalıdırlar. Mən itləri saxladım, keşiş isə qoca atı götürdü. Vaqon Çouqetin işinə yaradı, pulu isə dəmiryol kapitalına çevirdi.
Bax bu həyatım boyu gördüyüm yeganə dərin və səmimi sevgidir.
Həkim başını qaldırdı. Gözləri dolmuş zadəgan köks ötürərək dedi:
– İnkar etmək olmaz ki, yalnız qadınlar bilir, necə sevmək lazımdır.
Tərcümə etdi: Leyla Əhməd
Dino Bussati
(İtaliya)

(16.X.1906 – 28.I.1972)
“Əjdahanı necə öldürdülər”
1
902-ci ilin mayında qraf Cerolun tez-tez dağlara ova gedən Cozue Lonqo adlı nökəri dedi ki, Quru Vadidə əjdahaya ox-şar nəhəng bir heyvan görüb.
Dərənin lap qurtaracağındakı Palissano kən-dində qədimlərdən xalq arasında belə bir əfsanə do-laşır ki, quraq dərələrin birində hələ də elə əjda-halardan biri yaşayır. Amma bu uydurmalara in-diyəcən heç kim inanmırdı. Lakin bu dəfə Lon-donun dəlilləri, söhbətinin inandırıcılığı və yaşadığı macəranı hər dəfə danışanda qətiyyən dəyişməyən təfərrüatlar belə bir qənaətə gətirdi ki, orada hə-qiqətən nəsə var.
Qraf Martino Cerol bunu şəxsən özü yoxlamaq qərarına gəldi. Əlbəttə, qraf anlayırdı ki, həqiqi əj-dahadan söhbət gedə bilməz, amma ola bilsin ki, buradakı boş dərələrdə nadir növdən olan nəhəng bir ilan yaşayır.
Ekspedisiyada qrafa əyalət qubernatoru Kuinto Androniko öz cəsur və gözəl arvadı Mariya ilə, alim-təbiətşünas İnqirami və onun həmkarı Fusti də qoşuldular.
Həddindən artıq zəif iradəli və hər şeyə şübhə ilə yanaşan qubernator çoxdan hiss eləmişdi ki, ar-vadı Cerola qarşı biganə deyil, lakin o, buna əhəmiyyət vermirdi. Odur ki, Mariyanın qrafla birlikdə əjdaha ovuna getmək təklifinə düşün-mədən razılıq verdi. Martinonun ondan daha cavan, gözəl, güclü və mərd və daha varlı olmasına bax-mayaraq, Androniko arvadını qrafa qətiyyən qıs-qanmırdı və ona heç həsəd aparmırdı.
Nəhayət, günlərin bir günü, gecə yarıdan keçmiş səkkiz atlı ovçunun müşayiətilə şəhərdən iki fayton çıxdı. Səhər altıda onlar artıq Palissano kən-dinə çatmışdılar. Cerol, gözəl Mariya və təbiətşünasların ikisi də yatırdı. Yalnız Androniko oyaq idi, o, atları köhnə tanışı – həkim Taddeinin evinin qarşısında saxlamağı tapşırdı. Bir azdan fayton-çunun oyatdığı, başına gecə papağı qoymuş yuxulu həkim ikinci mərtəbənin pəncərəsindən göründü. Androniko pəncərəyə yaxınlaşıb sevinclə salamlaşdıqdan sonra, ona ekspedisiyanın məqsə-dindən danışdı. Qubernator güman edirdi ki, həkim əjdaha əhvalatını eşidən kimi onları məsxərəyə qo-yacaq. Amma Taddei narazılıqla başını bulayaraq qətiyyətlə dedi:
– Sizin yerinizdə olsaydım, oraya getməzdim.
– Niyə? Sizcə dərədə heç nə yoxdu? Bəlkə bun-lar hamısı boş söhbətlərdir?
– Yox, ona görə yox, – deyə həkim cavab verdi.
– Əksinə, məncə əjdaha var. Baxmayaraq ki, mən onu gözümlə görməmişəm. Şəxsən mən bu işə heç baş qoşmazdım, burada nəsə bir bədlik var.
– Bədlik? Taddei, bəlkə demək istəyirsiniz ki, doğrudan da inanırsınız?
– Mən artıq qocalmışam, əziz qubernator,– hə-kim cavab verdi, – həyatda çox şeylər görmüşəm. Amma deyilənlər doğru da ola bilər. Yox, gərək baş qoşmazdınız. Qulaq asın, ora yol tapmaq çox çətindir, çoxlu sürüşkənliklər var, süxurları yum-şaqdır, bir balaca külək əssə, qiyamət qopa bilər, su məsələsi isə lap müşküldür. Yaxşı olar ki, bu fikri başınızdan çıxarasınız. Kroçettaya getməyiniz məs-ləhətdir, (o, kəndin arxasındakı yumru, sıx otla örtülmüş dağı göstərdi,) – ora dovşanların uçu-rumudur. – Bir az susduqdan sonra əlavə elədi: Yox, həqiqətən də mən sizinlə getməzdim. Nə vaxtsa eşitmişdim… Eh, deməyə dilim də gəlmir, baş-layacaqsınız gülməyə…
– Vallah gülməyəcəyəm!– Androniko dedi.– Danışın, xahiş edirəm.
– Yaxşı. Deyilənə görə, əjdaha tüstü püskürür və bu tüstü zəhərlidi, tüstünün cüzi bir hissəsi ada-mı öldürməyə kifayətdir.
Söz verməyinə baxmayaraq Androniko qəhqə-hə çəkdi.
– Mən bilirdim, bilirdim ki, siz mövhu-matçısınız. Amma ağını çıxartmayın. Əziz Taddei, indi axı orta əsrlər deyil. Sağ olun, biz axşam qa-yıdacağıq, özü də mütləq əjdahanın başıyla!
O, əlini yelləyib faytona oturdu və faytonçuya “tərpən!” dedi. Ovçular dəstəsinə daxil olan və yola bələd olan Cozue Lonqo dəstənin başında gedirdi.
– O qoca başını niyə bulayırdı? – yuxudan oyanan Mariya soruşdu.
– Fikir vermə, boş şeydir. –Androniko cavab verdi. – Bekarçılıqdan Taddei arabir baytarlıqla da məşğul olur. Biz onunla ağız yarası epidemi-yasından danışırdıq.
– Bəs əjdaha? – üzbəüz oturan qraf Cerol soruşdu, – əjdaha haqqında bir şey bilib – bilmə-diyini soruşmadın?
– Doğrusunu desəm, yox, – qubernator cavab verdi. – Gülünc görünmək istəmədim. Bircə onu deyim ki, ova gəlmişik.
Doğan günəş yolçuların yuxusunu qaçırdı; atlar sürəti artırdı, faytonçular isə mahnı oxumağa başladılar. Qubernator:
– Taddei bizim ailə həkimimiziydi, – dedi. – Vaxtilə onun əla müştəriləri vardı. Günlərin birində, niyəsi yadıma gəlmir, deyəsən uğursuz məhəb-bətinə görə o, köçüb tək-tənha yaşamağa başladı. Sonra başına yenə nəsə gəldi, elə o vaxtdan dağlara çəkildi. Əgər başqa bir sərgüzəştlə rastlaşsa, heç bil-mirəm burdan hara gedəcək… Yəqin o da əjdaha ki-mi bir şey olacaq.
– Bu nə axmaqlıqdır? – Mariya acıqlı-acıqlı söh-bətə qoşuldu, – sizin başqa söz-söhbətiniz yoxdur? Daha cana yığıldım, bəsdirin.
– Axı bu səfəri sən özün arzulamışdın, əzizim,– əri yumşaqcasına, amma kinayə ilə etirazını bil-dirdi. – Həm də əgər sən yatmışdınsa, bizim söz – söhbətimizi necə eşidə bilərdin? Olmaya özünü yu-xululuğa vurmuşdu?
Mariya dinmədi, narahatlıqla getdikcə hündür-ləşən, sərtləşən dağlara baxdı. Vadinin qurta-racağında qarmaqarışıq konusvari zirvələr görü-nürdü. Bu zirvələrin əksəriyyəti çıl-çılpaq idi. Nə meşə var idi, nə çəmənlik.
Səhər saat doqquza yaxın faytonlar dayandı; yol dağa dirənmişdi. Yolçular bu məşum dağların düz ortasına çatdıqlarını başa düşdülər. Yaxından baxanda hiss olunurdu ki, bu dağlar zirvədən ətəyə qədər süxurlardan, az qala yumşaq quru torpaqdan ibarətdir.
– Cığır bax, elə buradan başlayır, – Lonqo əliylə balaca bir dərəyə uzanan, tapdanmış cığırı göstə-rərək dedi.– Əgər bu cığırla getsək, qırx beş dəqiqəyə Bürelə, əjdahanın göründüyü yerə çatarıq.
– Su götürmüsünüz? – Androniko ovçulardan soruşdu.
– Bizim dördü suyla, ikisi şərabla dolu meh-tərəmiz var, əlahəzrət, – ovçulardan biri cavab ver-di. – Məncə, bəs edər…
Qəribədir. Şəhərdən uzaqda və dağların onları bütün dünyadan təcrid etdiyi bir yerdə əjdaha ilə bağlı fikir o qədər də cəfəng görünmürdü. Sə-yahətçilər ətrafa göz gəzdirdilər; mənzərə ürəkaçan deyildi. Dağların insan ayağı dəyməyən labirintləri, göz işlədikcə baş alıb gedən boşluq…
Sakitcə yola düşdülər. Qabaqda tüfənglə, qə-dimi kulevrinlərlə silahlanmış və başqa ovçu lə-vazimatı ilə ehtiyatını tutmuş ovçular, lap axırda isə təbiətşünaslar gedirdilər. Xoşbəxtlikdən, cığır köl-gəlikdən keçirdi, yoxsa bu sarı yamacların arasında günəşin istisinə dözmək lap cəhənnəm əzabına dö-nərdi.
Burelə aparan dərə də ensiz idi, dibindən çay axmırdı, yamaclarda nə kol, nə də ot vardı, dörd bir tərəf daş-kəsəkdən ibarət idi. Nə quşların cəh-cəhi, nə suların şırıltısı eşidilirdi.
Dəstə yuxarı qalxana qədər, cığırı bizim yol-çulardan daha sürətlə qalxan, çiynində keçi cəm-dəyi aparan cavan bir oğlan gəlib onlara çatdı.
– Bax, o oğlan əjdahanın yanına gedir, – Lonqo tamamilə ciddi, zarafatsız, kinayəsiz dedi. Sonra da izah elədi ki, Palissanonun sakinləri yaman möv-humatçıdırlar və əjdahanı yumşaltmaq üçün Burelə hər gün keçi göndərirlər. Keçi payını növbə ilə kən-din cavanları daşıyırlar. Allah eləməsin, əjdahanın səsini eşidəsən, hesab elə ki, bədlik qapının ağ-zındadır.
– Deməli, əjdaha hər gün bir keçi yeyir? – qraf zarafatla soruşdu.
– Səhərisi orada heç nə tapmırlar, bu dəqiqdir.
– Hətta sür-sümük də?
– Əlbəttə, əjdaha keçini mağaraya aparır və orada yeyir.
– Ola bilməz ki, keçini kəndlilərdən kimsə ye-sin? – qubernator soruşdu. – Buranın yolunu hamı tanıyır. Əjdahanın keçini öz mağarasına aparanda görən olubmu?
– Bilmirəm, zati – aliləri,– ovçu cavab verdi.
Bu arada keçi aparan cavan gəlib onlara ye-tişdi.
– Qulaq as, cavan oğlan, – qraf Cerol hökmlü – hökmlü dilləndi,– bu keçini neçəyə satırsan?
– Mən onu sata bilmərəm, sinyor, – o, cavab verdi.
– On skudoya da?
– On skudoya başqa məsələ… – cavan razılaşdı. – Onda gərək mən başqa keçi dalınca gedim,– deyib yükünü yerə qoydu.
Androniko qraf Cerola baxaraq soruşdu:
– Bu keçini neyləyəcəksən?
– Bir azdan özün görəcəksən… – qraf qeyri- mü-əyyənliklə cavab verdi.
Ovçulardan biri keçini çiyninə götürdü, palissanolu cavan isə kəndə götürüldü (aydın idi ki, o, əjdaha üçün başqa keçi gətirməyə getdi) və dəstə yoluna davam elədi.
Bir saat keçmiş onlar mənzil başına çatdılar. Dərə qəflətən nəhəng, boş bir sirklə əvəz olundu, bura amfiteatra bənzəyirdi. Burada, meydanın mər-kəzində, konusşəkilli daş qalağının üst tərəfində qara oyuq – əjdahanın mağarası görünürdü.
– Əjdaha oradadır, – Lonqo dilləndi.
Onlar aralıqdakı çay daşları səpələnmiş mey-dançada dayandılar. Meydança mağaranın on metr-liyində idi, müşahidə üçün əla bir yer idi. Onun bir üstün cəhəti də buydu ki, ora dırmaşmaq mümkün deyildi.
Mariya burada özünü tam təhlükəsiz hiss edə bilərdi.
Onlar susdular və ətrafı dinşədilər. Dörd tərəfi dağların böyük sükutu bürümüşdü və bu sükutu arabir tökülən çınqılların səsi pozurdu. Xırda daşlar nazik ensiz çay kimi aşağı axaraq daimi dağıntı tə-əssüratı yaradırdı. Sanki Allahın da unutduğu bu dağlar yavaş-yavaş külə dönürdü.
– Bəlkə, bu gün əjdaha görünmədi? – Kuinto Androniko soruşdu.
– Axı mənim keçim var, – Cerol cavab verdi. –Sən unutma ki, mənim keçim var!
Onun nə demək istədiyini hamı başa düşürdü- keçi cəmdəyinin köməkliyi ilə onlar əjdahanı tov-layıb mağaradan çıxaracaqdılar. Onlar hazırlığa başladılar. Ovçulardan ikisi birtəhər yamacla üzüyuxarı qalxmağa başladı, lazım gəlsə, oradan əj-dahanı daşlaya bilərdilər. Üçüncü ovçu keçini çınqıllığa apardı və onu girişə yaxın qoydu. Yerdə qalanlar mövqelərini möhkəmləndirdilər və silah-larını doldurub hazır dayandılar. Androniko yerin-dən tərpənmədi: o, hər şeyi öz gözlərilə görmək is-təyirdi.
Gözəl Mariya susurdu. Onun əvvəlki qətiy-yətindən əsər-əlamət qalmamışdı. O, böyük bir se-vinclə elə bu dəqiqə evə qayıdardı. Amma bunu etiraf eləmək istəmirdi. Onun gözləri dik yamac-larda dolaşırdı.
Dəstənin bütün üzvləri ona bu tənhalıq də-nizində kiçik bir qum dənəsi kimi görünürdü.
Keçinin cəmdəyini mağaranın ağzında qoyub gözləməyə başladılar. Artıq saat onu keçmişdi və günəş Burelin üzərində dörd bir tərəfi yandırıb- yaxırdı. Dərənin divarlarından elə bil isti hava axıb tökülürdü. Ovçular faytondan örtüklər götürüb tal-vara oxşar bir şey düzəltdilər. Mariya tez- tez su içirdi.
– Diqqət! – qəflətən aşağıda, böyük daşın üstündə dayanan qraf Cerol qışqırdı; onun əlində karabin vardı, kəmərindən isə balaca dəmir ling sal-lanırdı.
Hamı diksinərək nəfəsini dərmədən dayanıb durdu, mağaranın ağzında nə isə tərpəndi.
– Əjdaha! Əjdaha! – ovçular qışqırmağa baş-ladılar, başa düşmək olmurdu, sevincdən qış-qırırlar, yoxsa vahimədən.
Naməlum bir məxluq qıvrıla- qıvrıla və yırğalana-yırğalana işığa çıxdı. Bütün kəndi va-himəyə salan əjdaha bax, budur.
– Oy, necə də iyrəncdir! – Mariya qışqırdı.
– İndi özünü gözlə! – ovçulardan biri sevinclə qışqırdı.
– Görünür, bu, balaca buynuzlu əjdahadı,– pro-fessor İnqirami dilləndi. O, özünü o dərəcədə ələ ala bilmişdi ki, onda yenidən elmi problemlərə maraq oyanmışdı.
Əjdaha o qədər də qorxunc deyildi: uzunluğu iki metrdən bir az çox olardı, başı timsah başına ox-şayırdı, boynu kərtənkələ kimi qabağa uzanmışdı, gövdəsi şişman idi, quyruğu qısa idi. Əslində hey-vanın torpaq rəngli dərisi və halsız gövdəsi qor-xunu onların canından çıxartdı. Bütün bunlar həd-dən artıq qocalığın əlamətləri idi. Əjdaha əgər bu idisə, yaman qocalmışdı, ölüm ayağındaydı.
– Al! – mağaranın üst tərəfində ovçulardan biri istehza ilə qışqıraraq, heyvana sarı daş atdı, daş düz heyvanın kəlləsinə dəydi. Boğuq “tuk” səsi eşidildi, elə bil daş balqabağa dəydi. Mariyanın tükləri ürpəşdi.
Deyəsən zərbə kifayət qədər güclü deyildi. Özünü itirən əjdaha bir anlıq tərpənmədi, sonra ba-şını yellədi, – yəqin ki, ağrı güc gəlmişdi. Əjdaha ağzını açıb-yumur, iti dişləri görünsə də səsini çı-xarmırdı. Sonra yavaş-yavaş keçiyə ya-xınlaşdı
– Ey, deyəsən boynunu qırıblar. – qəflətən lov-ğalığını itirmiş qraf Cerol gülərək qışqırdı. Tezliklə əjdahanın öhdəsindən gələcəklərini fikir-ləşdiyi üçün onun içi sevinclə dolurdu.
Otuz metrdən kulevrdən atılan güllə hədəfə dəymədi. Güllə donuq havanı yardı və çoxsaylı üzüntülü əks-səda yaratdı.
Dərhal ikinci güllə atıldı, güllə əjdahanın arxa pəncəsinə dəydi və selləmə qan axmağa başladı.
– Ona bir bax, gör necə rəqs edir! – bu qəddar tamaşaya aludə olmuş Mariya dilləndi.
Ağrıdan əzab çəkən heyvan həqiqətən sızıltıyla axsaya-axsaya yerində fırlanmağa başladı.
Nəhayət, əjdaha sürünə – sürünə keçiyə çatıb onu dişlərinə keçirdi Əjdaha mağaraya sarı çəkil-məyə başlayanda qraf Cerol öz cəsurluğunu nü-mayiş etdirmək üçün ona yaxınlaşdı, təxminən iki metrdən karabini heyvanın başına boşaltdı.
Бесплатный фрагмент закончился.
