Читать книгу: «İşdən çıxarmaq»
HARVARD BİZNES MƏKTƏBİNİN NƏŞRLƏRİ
İŞDƏN ÇIXARMAQ
Məsləhət kitabı
1
Hər gün qarşılaşdığınız
problemlərə mütəxəssis baxışı
1
İÇİNDƏKİLƏR
Təlimçinin məsləhəti: İşdən çıxarmağa ustalıqla
yanaşmaq ...............................................................................................................................
İşdən çıxarmaq haqqında niyə informasiya almalıyıq? ...................................
İşdən çıxarmalar nə zaman baş verir? ....................................................................
İşdən çıxarmalarla bağlı duyğular hansılardır? ..................................................
İşdən çıxarmaların hüquqi tərəfləri nədir? ..........................................................
Duyğusal təsirlər haqda məlumatlı olmaq .............................................................
İşdən çıxarmanın əsaslarını başa düşmək .............................................................
İşçini nə zaman dərhal işdən çıxara bilərsiniz? ...................................................
Prosesi nə zaman sənədləşdirib əməliyyatı həyata keçirə bilərsiniz? .....
İşçini nə zaman işdən çıxara bilməzsiniz? ............................................................
Qərara gəlmək ......................................................................................................................
Tədbirli hərəkət etmək ....................................................................................................
İşdən çıxarmağa variantlar axtarmaq ......................................................................
İşdən çıxarmağı peşəkar şəkildə izah etmək ........................................................
İşdən çıxarma ilə bağlı qəbula hazırlaşmaq ..........................................................
İşçinin performans problemlərini sənədləşdirmək üçün atılacaq yeddi addım Qəbul necə təşkil edilməlidir? ......................................................................................
Qəbul əsnasında nəyi deməli, nəyi deməməlisiniz? ..........................................
İşdən çıxarma ilə bağlı görüşdən dərs almaq .......................................................
İşdən çıxardıqdan sonra hüquqi detalları həll etmək .......................................
Əmək müqaviləsini gözdən keçirmək ......................................................................
İşdən çıxarma səbəblərini sənədləşdirmək ...........................................................
Şəxsin etibarına ziyan vurmaqdan yayının ............................................................
İşdən çıxarma prosesindən sonra komandanıza
liderlik etmək .......................................................................................................................
İş yükünü yenidən bölüşdürmək ................................................................................
İşdən çıxarma təcrübəsindən dərs almaq ..............................................................
Fərdi və peşəkar inkişafınızı gücləndirmək ..........................................................
Daha geniş baxış imkanları qazanmaq .....................................................................
İpucları və vasitələr ...........................................................................................................
1
Təlimçinin məsləhəti:
İşdən çıxarmağa ustalıqla yanaşmaq
Hansısa işçinin işinə son vermək bir çox idarəçilərin qarşılaşdığı ən çətin və ağır qərarlardan biridir. Belə hallarda hislərə hakim olmaq çətinləşir. Təbii olaraq, idarəçi xoş olmayan bu qərarın hüquqi nəticələrinin necə ola biləcəyi haqda narahatlıq keçirir. Eyni zamanda, işdən çıxarılan işçinin məsləkdaşlarının bu məsələyə necə reaksiya verəcəyi və onun gördüyü işlə kimin məşğul olacağı da idarəçini dərindən düşündürən problemlərdir. İdarəçilər həmçinin bu işdən çıxarılmanın öz performans və davranışlarıyla əlaqəli olub-olmadığı ilə bağlı da narahat olurlar.
Ancaq hansısa işçinin işinə son verilən zaman hiss edilən ciddi narahatlığa baxmayaraq, qərarınızı düzgün şəkildə izah etməyinizin çox faydası var. Bacarıqsız şəkildə tətbiq edilən işdən çıxarma prosesi gözlənilməz nəticələrə səbəb ola bilər. Məsələn, bu vəziyyət ilk növbədə şirkətin etibarına xələl gətirə bilər. Digər tərəfdən də bacarıqlı işçiləri işə cəlb etmək məsələsində öz işinizi də, digər idarəçilərin işini də çətinləşdirə bilərsiniz. Bu hərəkət təşkilat içindəki işçilər arasında güvən və
etibarınızı zədələyər və narazılıqlara səbəb olar. Bütün bu səbəblərə görə, işçilərin işinə son verməyi peşəkar və doğru şəkildə həyata keçirdiyinizdən əmin olmalı, bu istiqamətdə bəzi vacib addımlar atmalısınız. Bunun üçünsə işdən çıxarmaq prosesini hərtərəfli bilməlisiniz. Qərarı necə verəcəyiniz, işdən çıxarmaq üçün görüşə necə hazırlaşmağınızdan tutmuş, görüşdə nələr deyəcəyinizdən və
görüşdən sonra komandanıza necə liderlik edəcəyinizə qədər.
Hansısa işçinin işinə son vermək heç zaman asan olmamışdır və hər işə son vermə prosesi ciddi nəticələr çıxarmaq üçün fürsət yaradır. Ancaq bu bələdçidə təklif edilən təcrübələri istifadə edərək, həmçinin şirkətinizin insan resursları departamentinin və hüquq məsləhətçisinin tövsiyələrinə
əsaslanaraq ən yaxşı nəticə əldə etmək şansınız olacaq. İşdən çıxarma prosesini ustalıqla idarə
etdiyiniz zaman firmanızın nüfuzuna xələl gəlmir və siz vəziyyətin sıxıntılı olmasına baxmayaraq, komandanızı irəliyə istiqamətləndirə, həmçinin şirkətinizi hüquqi məsuliyyətdən qoruya bilərsiniz.
Bu isə rəqabət dolu bazar mühitində uğurun arxasınca düşən hər bir təşkilat üçün olduqca ciddi nəticələrdir.
Suzan Alvey, Təlimçi
Doktor Alvey Massaçuset Kembricdə təşkilati inkişaf və liderlik inkişafı məsləhətçisidir. Doktor Alvey insan strategiyalarının ticari strategiyaları dəstəkləməsini təmin etmək, təşkilati prosesləri ən düzgün şəkildə
istiqamətləndirmək, quruluş, rol və təşviqləri eyni səviyyədə saxlamaq üçün idarəçilərlə iş aparır. Əvvəllər
“Harvard Business School Publishing”in tərkibində təhsil və təşkilati inkişaf mövzularında liderlik etmişdir və
indiyə qədər də Babson Kollecinin MBA proqramında təhsil verməklə məşğuldur.
1
Stever Robbins, Təlimçi
Stever Robbins son otuz ildə doqquz yüksək böyüməli yeni başlanğıc və üç böyük xalqla iş təcrübəsi yaşamış
alimdir. Harvard Biznes Məktəbinin liderlik və Təhsil proqramlarının yenidən layihələndirilməsi ilə bağlı layihə
komandasında çalışıb və hələ də maliyyə xidmətləri, yüksək texnologiya və sağlam qidalanma kimi müxtəlif sektorlardakı idarəçilərə məsləhətçilik edir. Entrepreneur. com və “HBS Working Knowledege”da köşələri dərc olunan Stever radio, televiziya və yazılı mətbuatda da tez-tez görünür.
1
İŞDƏN ÇIXARMA PROSESİ:
ƏSAS MƏLUMATLAR
1
ÇƏTİN AN
1
Heç kəs bəd xəbəri çatdıran tərəf olmaq istəməsə də, idarəçilər bəzən performansı normal səviyyədə olmayan hansısa işçini işdən çıxarmaq məcburiyyətində qalırlar.
Bu, bir idarəçinin həyatında ən çətin və ağır vəzifələrdən biri ola bilər. Əslində bununla bağlı keçirilən hisslər, aparılan ciddi hüquqi prosedurlar idarəçilərin çoxunun müzakirə etmək istəməyəcəyi qarışıq və gərgin məsələlərdir.
İŞDƏN ÇIXARMAQ HAQQINDA NİYƏ İNFORMASİYA ALMALIYIQ?
Təəssüf ki, işdən çıxarılma prosesi iş həyatının ayrılmaz faktlarından biridir. İşdən çıxarmaq haqqında müəyyən şeylər öyrənmək istəməyən idarəçilər bu vəziyyəti düzgün izah edə bilməmək riskinə girirlər. Və uğursuz şəkildə həll edilən işdən çıxarılma prosesi aşağıdakılara səbəb ola bilər:
İdarəçinin etibarına və peşəkar nüfuzuna qalıcı şəkildə zərər verə bilir;
Peşəkar işçilərin diqqətini çəkib işə götürməyi çətinləşdirəcək şəkildə şirkətin sektordakı etibarını zədələyir;
Məhkəmə proseslərinə yol açır;
Təşkilat daxili etibarı və ovqatı zədələyir;
Bazarda asanlıqla iş tapa biləcəklərini bilən yüksək performanslı şəxsləri şirkətdən çıxmağa təşviq edir.
İşçilərin işinə son vermək mövzusunda nə qədər çox şey bilsəniz, bu vəziyyət ortaya çıxdığı təqdirdə onu izah etmək üçün bir o qədər hazırlıqlı olursunuz.
TERMİNİ İZAH ETMƏK
İşdən çıxarmaq işindəki performans, davranışındakı çatışmazlıqlar, ya da problemlər səbəbi ilə
hansısa şəxsin şirkətdəki vəzifənsinə son verməkdir.
“İşdən çıxarmaqla bağlı istiqamətlər” adlı cədvəl işdən çıxarmaların başlıca xüsusiyyətlərinin xülasəsidir.
İŞDƏN ÇIXARMAQ: performans və davranışındakı çatışmazlıqlar, ya da problemlər səbəbi ilə
hansısa şəxsin şirkətdəki vəzifəsinə son vermək deməkdir.
İşdən çıxarmaqla bağlı istiqamətlər
Səbəb
İşçinin problemli performansı, ya da davranışı
ilə bağlıdır
Qərar
İdarəçi olaraq siz qərar verir və icra edərsiniz
verici
Duyğular
Əsasən idarəçilər tərəfindən rahatladıcı, işdən
çıxarılan işçi üçün xoş olmayan duyğulardır.
Hüquqi
İdarəçi proses boyunca şirkətin hüquq
məsələlər
müşavirinin bələdçilik etməsinə şərait
yaratmalıdır.
1
Fəaliyyət
Xüsusilə problemi dərhal həll edir – əgər
idarəçinin haqsız işdən çıxarmalarla zəngin
bir keçmişi yoxdursa.
İŞDƏN ÇIXARMAQ TERMİNİNƏ AİD QEYD
Müəssisələr hansısa işçini işdən çıxarmaqla bağlı fərqli terminlərdən istifadə edirlər. Qovmaq, vəzifəsinə son vermək, yola salmaq, işdən atmaq, göndərmək kimi sözlər buna nümunə ola bilər. Şirkət əsasən başqa şirkətlərin istifadə etdiyi terminlərdən istifadə etməkdən ehtiyat edir. Buna əlavə olaraq, nəzərə almaq lazımdır ki, bəzi terminlər hər mədəniyyətdə eyni mənanı ifadə etmirlər. Buna görə də
biz mövzu boyunca ümumişlək termin kimi işdən çıxarmaqdan istifadə etməyi seçdik.
XƏBƏRDARLIQ: Bir çox nöqtələrdə mövzumuz, bir işçini işdən çıxarma qərarını verməyi və işçiyə
bu barədə deməyi əhatə edən hüquqi məsələlərlə bağlıdır. Burada yazılanlar hüquqi tövsiyə kimi hazırlanmamışdır. Yaddan çıxarmayın ki, vəziyyətinizə uyğun şərtlər haqqında sizə tövsiyə verə
biləcək hüquq müşaviri ilə məsləhətləşməlisiniz.
1
İŞDƏN ÇIXARMA PROBLEMİNƏ ƏTRAFLI MÜNASİBƏT
1
Gec, ya da tez, hansısa müəssisənin sahibi olan,
ya da bir müəssisəni idarə edən istənilən vicdan sahibi belə bir çətin işi etmək məcburiyyətində qalacaqdır.
Yəni kimisə işdən çıxaracaqdır.
Barbara Keyt Rapa
İŞDƏN ÇIXARMALAR NƏ ZAMAN BAŞ VERİR?
İşdən çıxarma hadisəsi bir idarəçinin hansısa işçinin performansının, ya da davranışının düzəlməyəcək şəkildə problemli olduğuna qərar verdiyi zaman baş verir. Bəzi vəziyyətlərdə işçi nümayişkaranə şəkildə hansısa qanunu, ya da şirkət siyasətini nəzərə almır (məsələn, oğurluq edir, ya da hansısa işçiyə cinsi təcavüz edir) və dərhal işdən çıxarılır. Digər vəziyyətlərdə idarə edən şəxs performansla, ya da davranışlarla bağlı problemi müzakirə etmək üçün işçisi ilə aylarla çalışır, ancaq nəticə əldə edə bilmir. Təbii ki, hansısa işçinin işdən çıxarılıb-çıxarılmayacağına idarəçi olaraq siz qərar verirsiniz. Ona görə də həmin adama xəbəri də siz verməlisiniz.
İŞDƏN ÇIXARMALARLA BAĞLI DUYĞULAR HANSILARDIR?
İdarəçilərin çoxu üçün problem olan işdən çıxarma qərarı nəticə etibarilə onlara rahatlıq hissi də
gətirir. Bunun səbəbi işdən çıxarma qərarının əksər problemləri dərhal və anında həll etməsidir.
Ancaq bəzi idarəçilər məsələlərin düzəlməməsindən narahatlıq keçirərək özünü cavabdeh hesab etdikləri üçün uğursuzluq hiss edə bilərlər. İşdən çıxarılan işçinin hisləri, duyğuları haqqında danışarkən bilməlisiniz ki, bu, sözügedən adamda vəziyyətdən asılı olaraq əsəbilik, üzüntü, boyun bükmə, utancaqlıq, inamsızlıq və rahatlıq kimi müxtəlif hislərin ifadəsi şəklində özünü büruzə verə
bilər.
Digər işçilər də işdən çıxarılmış adamla münasibətlərindən asılı olaraq eyni şəkildə güclü duyğular yaşaya bilərlər.
Komandanın köhnə üzvünün dostları və tərəfdarları bu hadisədən təsirlənərək qızışa bilərlər.
Buna baxmayaraq, işdən çıxarılan şəxsin qaneedici olmayan performansına görə xəyal qırıqlığına uğrayan adamlar özlərini rahat hiss edəcəklər.
İŞDƏN ÇIXARMALARIN HÜQUQİ TƏRƏFLƏRİ NƏDİR?
İşdən çıxarmalar hər təşkilatda və sektorda ola bilər. Ancaq işdən çıxarmaq mövzusu beynəlxalq miqyasda böyük ölçüdə dəyişir. İşdən çıxarmaları nizamlayan qanunlar da, şirkət siyasətləri də
həddindən artıq qarışıqdır. İşçilərin müxtəlif status formaları – ştatda olanlar və olmayanlar, həmkarlar təşkilatına üzv olanlar və olmayanlar – bu qarışıqlığa səbəb olur. Bu mövzudakı xüsusi fərqləri bilməyiniz hansısa işçini işdən çıxarmaq lazım gələndə sizə bələdçilik edərək, işinizə yaraya bilər.
İpucu: Firmanızın işdən çıxarmalarla bağlı siyasətini hər zaman ciddi şəkildə izləyin və içəridəki, ya da şirkətdən kənardakı vəkillərinizdən hüquqi tövsiyələr alın. İşdən çıxarmanın başdansovdu tətbiqi nəticədə haqsız yerə işdən çıxardığınız üçün məhkəmə prosesi ilə sonlana bilər. Buna görə
şirkətinizin hüquq müşavirlərinin hər addımda sizə bələdçilik etməsinə çalışın.
1
İŞDƏN ÇIXARMAQ PROBLEMİ NƏ QƏDƏR UĞURLU ŞƏKİLDƏ HƏLL EDƏ BİLƏR?
İstər işçinin zəif performansından, istərsə də komandanın performansını ciddi şəkildə axsadan problemli davranışlarından qaynaqlansın – fərq etməz, çünki işdən çıxarmalar problemi əsasən kökündən həll edər. Ancaq işdən çıxarmalar bəzən problemli işçiyə vaxtında və lazımi şəkildə
məlumat və dəstək təklif edə bilməmiş idarəçinin bacarıqsızlığından da qaynaqlana bilər.
İpucu: İşçinin inkişafı üçün onu işdən çıxarmazdan əvvəl, nəyi daha yaxşı edə biləcəyini təxmin edərək, dərs almasına şərait yaradın. Əgər bunu etməsəniz, komandanızda, ya da şöbənizdə lazımsız yerə işdən çıxarılma faktları intensivləşə bilər.
1
İŞDƏN ÇIXARMA ZAMANI ÖZÜNÜZƏ DİQQƏT
ETMƏK
1
Bir işçini işdən çıxarıb-çıxarmamağa qərar vermək idarəçi üzərində önəmli şəkildə duyğusal basqı yaradır – nə qədər təcrübəli olursa-olsun. Bu işin çətin tərəflərini bilsəniz, duyğularınızı və
stress vəziyyətini daha düzgün şəkildə idarə edə bilərsiniz.
Duyğusal təsirlər haqda məlumatlı olmaq
Qərar vermə müddətində aşağıdakı duyğulardan birini və bir neçəsini yaşaya bilərsiniz:
İşdən çıxarma qərarının düzgün qərar olub-olmaması mövzusunda narahatlıq. Görəsən, haqqında danışılan şəxsin performansı, ya da davranışlarıyla bağlı problemi çözmək üçün daha çox şey edə bilərdinizmi?
Müsbət şəxsi keyfiyyətlər daşıdığı və ya dostunuz olduğu üçün o işçini itirmə ehtimalı qarşısında üzüntü;
Problemə daha düzgün həll tapmadığınız üçün yaranan bacarıqsızlıq duyğusu;
İşdən çıxarılan adamın bundan sonra ciddi maddi çətinliklər yaşayıb-yaşamayacağı ilə bağlı nigaranlıq;
İşdən çıxarılacaq işçinin intiqam fikrinə düşməsi, ya da şirkətə qarşı hüquqi prosedurlara müraciət etməsi mövzusunda qorxu;
Xroniki problemləri olan bir işçidən nəhayət ki, xilas olmağınızla bağlı rahatlanma; 1
İpucu: İşdən çıxarma prosesində mənəvi dəstək verməsi üçün istənilən bir ünsiyyət məsləhətçisindən məsləhət almağa çalışın. Peşəkar münasibətlərlə bağlı məsləhətçi belə vəziyyətlərdə
yaşanan mənəvi narahatlıqları təsnif etməyinizə kömək edə bilər. Eyni zamanda, ehtiyacınız olan baxış bucağının təminatı üçün sizə kömək edə, yalnız dinləyərək enerjinizi yeniləyə bilər.
ANLAŞILMAZLIĞI HİSS ETMƏK
Hansısa işçini işdən çıxarıb-çıxarmamağa necə qərar verəcəyinizə və ya əgər vəziyyət o nöqtəyə
gələrsə, işdən çıxarmanı necə gerçəkləşdirəcəyinizə dair nigarançılıq, ya da anlaşılmazlıq yaşaya bilərsiniz. Məsələn, bunlardan narahat ola bilərsiniz:
Kimisə işdən çıxarmaq nə zaman hüquqi cəhətdən doğrudur?
Bu qərarı vermək üçün yetərli faktımız varmı?
İşçiyə necə və nə zaman məlumat veriləcək?
Qanunlara və şirkət siyasətinə uyğun şəkildə işdən çıxarma necə baş tutmalıdır?
İşdən çıxarma qərarını müzakirə edəcək və işdən çıxarılan adamın dostlarının olduğu komandada ruh yüksəkliyi və etibar necə qorunacaq?
Haqqında danışılan şəxs işdən çıxdıqdan sonra onun mükəlləfiyyətinin düzgün şəkildə davam etdirilməsi üçün iş rolları, sistem və müddət yenidən hansı formada nizama salınacaq?
SİZ OLSANIZ NƏ EDƏRDİNİZ?
ÇƏTİN QƏRAR ÜÇÜN CƏSARƏT TOPLAMAQ
Kia Marşalı işə götürəndə enerjisindən və qabiliyyətindən çox təsirlənmişdi. Marşal olduqca həvəsliydi və məhsulları çox sürətli şəkildə öyrənə bilmişdi. Bir neçə ay sonra Kia Marşalın satış
hesabatlarını araşdırdı. Məlum oldu ki, o, planı doldura bilməyib. Hətta “satılmalı” olan rəqəmə heç yaxınlaşmayıb da. Şöbədə ondan başqa hamı gəlir planını doldurmuşdu. Üstəlik Marşalın hesabatları nizamsız və yarımçıq idi. Bəziləri isə ümumiyyətlə, yox idi!
Kia üzgün halda başını buladı. Necə olmuşdu ki, bu qədər səhv etmişdi? Marşal satış işi üçün özəlliklərə sahib ola bilərdi, amma həqiqətən uğur qazanmaq üçün lazım olan intizamı və təşkilati bacarıqlarında nöqsan vardı. Bəlkə də zərərin qarşısını almaq üçün Marşalı çıxarmağın vaxtı çatmışdı? Başqa bir seçimi var idimi?
SİZ olsanız nə edərsiniz? Məsləhətçiniz “Bacara bilərsiniz” başlığı altında sizə bir çözüm variantı təklifi edəcək.
ÖZÜNÜZÜ İDARƏ ETMƏK
Bu cür çətin zamanlarda özünüzə diqqət ayırmaq üçün yollar tapmağınız çox önəmlidir. Ancaq bundan sonra işdən çıxarma prosesini uğurlu şəkildə həll etmək üçün özünüzü ehtimal edilən ən yaxşı formaya sala bilərsiniz. Bu məqsədlə aşağıdakı addımlardan başlayın:
Birini işdən çıxarmağın hamı üçün – siz, bundan təsirlənən işçilər və yerdə qalan komanda üzvləri – pis nəticələrinin ola biləcəyini anlayın. İşdən çıxarma nəticəsində şirkətdənkənar 1
insanlarla belə problemlər yaşana bilər. Məsələn, bu prosesdən təsirlənən işçi ilə peşəkar əlaqə
yaradan hansısa müştəri, ya da tədarükçü onun niyə işdən çıxarılması ilə maraqlana, ya da komandanın performansından şübhələnə bilər.
İşçinin performans və davranış problemlərini həll etməyə kömək etmək üçün həqiqətən hər şeyi sınaqdan keçirmisinizsə, ona geniş imkan yaradaraq düzəlməsi üçün əlinizdən gələni etdiyinizi qəbul edin. Eyi zamanda, işdən çıxarılmanın çıxarılan insan üçün rahatlıq olduğunun fərqinə varın. Hər halda çox nadir insanlar işlərinin yaxşı getmədiyi işdə qalmaq istəyərlər.
Təşkilatdan kənar dəstək şəbəkənizlə – ailə üzvləriniz, dostlarınız, məsləkdaşlarınız və yaxşı dinləyici olan başqaları ilə vəziyyət haqqında düşüncələrinizi bölüşün və onlardan sizin yerinizə
olsalar, bu cür hissləri necə idarə edəcəklərini soruşun..
1
BELƏ EDƏ BİLƏRSİNİZ
KİANIN DİLEMMASINA GERİ QAYIDAQ
Təlimçiniz belə bir həll yolu təklif edir:
Hansısa işçini işdən çıxarmaq problemin yeganə çözümü kimi görünsə də, digər çözüm variantları da araşdırıla bilər. Məsələn, Kia gözlədiyi performansı aydınlaşdırmaq üçün Marşala məsləhətçilik edə bilər. Eyni zamanda, satış bacarıqlarını artırmaq üçün Marşalı satış təlimlərinə də göndərə
bilərsiniz. Əgər vəziyyət düzəlməsə, o zaman Marşala rəsmi xəbərdarlıq etməyə, ya da onu nəzarət altında saxlamağa qərar verə bilərsiniz. Marşalın zəif performansını sənədləşdirmək və düzəlməsi üçün atdığı addımları qeyd etmək Kia üçün vacibdir. Bu müddət ərzində Kia şirkətin siyasət və
prosedurlarını düzgün şəkildə izlədiyindən əmin olmaq üçün kadrlar şöbəsi və ya hüquq müşavirliyi ilə danışmalıdır.
1
İŞDƏN ÇIXARMANIN ƏSASLARINI BAŞA DÜŞMƏK
Бесплатный фрагмент закончился.
