Читать книгу: «Türk və dünya: munis tariximiz»

Шрифт:

Kitab Tofiq Hacıyevin əziz xatirəsinə ithaf olunur


GİRİŞ YERİNƏ BİR NEÇƏ SÖZ

Çar Rusiyasının müstəmləkəçi şovinizmini daha sərt şəkildə davam etdirən Sovet dövlətinin süqutundan sonra türk xalqları tarixinin olduğu kimi yazılması yolunda ilk addım atanlardan biri qıpçaq-qumuq oğlu Murad Adcı oldu. O, bu işə böyük sensasiya doğuran «Qıpçaq çölünün yovşanı» («Polın polovetskoqo polya») kitabı ilə başladı.

Sonrakı kitablarında da türkün dünya sivilizasiyasında oynadığı ciddi rolu işıqlandırdı, dünyanın siyasi coğrafiyasına onun göstərdiyi təsirdən danışdı, türk xalqları tarixinin gizli saxlanan, sirri açılmamış bir sıra səhifələrini geniş oxucu kütləsinə təqdim etdi. Bu məzmun son kitabının adında açıq əks olunur: «Türk və dünya: munis tariximiz».

Azərbaycan oxucularına həmin adla təqdim etdiyimiz bu kitab təkcə son əsərin tərcüməsi deyil. Biz Murad Adcının bütün əsərlərindən ayrı-ayrı oçerkləri almış, bir dəst düzəltmişik. Oçerklər bir-birini tamamlayan, türkün tarixi haqqında aydın təsəvvür yaradan bir buketdir.

Murad Adcının bu kitabında türk tarixinin qlobal məsələləri ilə bir sırada adi məlumatlar da var. Ancaq bu adi məlumatlar da yad qələm sahiblərinin türk haqqında formalaşdırdığı yanlış təsəvvürləri dağıdır.

Məsələn, rus və rus olmayan xalqların geniş kütləsi içərisində kazak necə tanınır: baş kəsən, əzazil, insafsız bir əsgər-döyüşçü kimi. Çünki insanlar kazakı döyüşkən zümrə kimi görüblər. Kazak öz əsgəri vəzifəsini şərəflə icra edib – o, həmişə döyüşdən qalib çıxıb: kazak düşmən ordusu ilə də qəhrəmanlıqla vuruşub, çara qarşı tətilə qalxan, siyasi üsyan qaldıran fəhlələri, zəhmətkeşləri də qəddarlıqla susdurub. Üzbəüz gələndə kazak rusa da, rus olmayana da qarşı amansız olub. Kazakı rəsmi dövlət rus elan edib. Rus da bilib ki, kazak rus deyil, kazak özü də bilib ki, o, rus deyil. Bəs geniş kazak kütləsi kim olduğunu bilibmi? Ancaq kazakın ziyalıları, oxumuşları biliblər ki, onlar nəslən türkdürlər.

Maraqlıdır: rus bu tarixi niyə danıb? Görünür, kazakın zümrəvi igidliyini özününkü kimi təqdim etmək istəyib. Kazaka rus deyib, onu rusun istəyi yolunda qəddarlığa, vuruşlara-döyüşlərə təhrik ediblər.

M. Adcı əsərində bu məsələləri yaxşı açıqlayır. Onun bu əsəri rus dilində yazıldığı üçün, təbii ki, onu geniş kazak auditoriyası oxuyub və özünü, tarixini özü üçün aydınlaşdırıb.

M. Adcı kazak haqqında mövcud təəssüratı dəyişmək üçün əsərinə maraqlı bir səhnə daxil edir: döyüşsüz, vuruşsuz, özü tarix olmayan, ancaq tarixin qavranmasına kömək edən bir səhnə. Murad Adcı kazakın məişətinə girir. Onların adi insan həyatı yaşadıqlarının, əməklə, təsərrüfatla məşğul olduqlarının, hətta əmək qəhrəmanları, təsərrüfat başçıları olduqlarının və hamısından da maraqlısı evdə, ailədə türkcə danışdıqlarının şahidi olub; rusca danışıqlarında türk atalar sözünün kalkasını hərfi tərcüməsini işlədib, sonra türkcəyə çevirdiklərini, rusca söhbətlərində yumor məqamında «izvinite» (bağışlayın) deyib türkcə bir söyüş söydüklərini şəxsən eşidib (kitabında vermədiyi xeyli şeyləri Murad mənə şəxsən danışıb və özü də «izvinite» deyib, gülə-gülə onlardan bəzilərini söyləyib və əlavə edib ki, elə bizim qumuq qıpçaqcasında da belə deyirik). Bəli, kazak türkü də, başqa türklər kimi, ona toxunan olmasa, sakitcə yaşamaq, işləmək, torpağa qan yox, tər tökmək üçün can atır və onun qəhrəmanlıqla vuruşmağı da bu sakit yaşayış üçün olmuşdur.

Başqa bir incəlik. Sibir türkün qədim yaşayış ocağı və qədim mədəniyyət abidələrinin ən çox yeraltı (çünki yüz min illik və ondan da o yana tarix onun üstünü örtüb) və qismən də yerüstü muzeyidir. Arxeoloji tədqiqlərində Sibirin e.ə. yüz-yüz əlli min illik tarixini öyrənən A.Okladnikov Avropa mədəniyyətinin Sibirdən başlandığını deyir. Bəs niyə rus belə zəngin tarixli Sibiri sürgün yeri kimi məşhurlaşdırıb. Ola bilsin ki, məhz bu yeraltı və yerüstü muzeylərdən diqqəti yayındırmaq istəyib bu muzeyin müəllifinin, yaradıcısının ta-nınması, məlumlaşması yəqin ki, ona əl vermir. Ya ola bilər ki, Sibir iqliminin sərtliyində hər oğul yaşayış qura bilmir. O yerdə ki, qoşqu heyvanı kimi öküz yerinə maraldan istifadə olunur, bu iqlimin romantikasının hər etnos duya və yaşaya bilməz. Bu romantikanın valideyni türkdür. Türkün qar yumşaqlığı, ürəyinin-niyyətinin qar ağlığı, xarakterinin buz sərtliyi bu iqlimin yetirməsidir.

Əsərində Murad Adcı belə adi həqiqətləri tarixi gərəklik kontekstində ustalıqla verir.

Sibir – Avropa, arası Avrasiya, Yaxın Şərq – Uzaq Şərq, arası Çin, Monqolustan və Orta Şərq – bu, türkün ixtisarla təsir dairəsidir, yığcam coğrafiyasıdır.

Oxucu bu əsərdə həmin coğrafiyanın və bu coğrafiyanın sakinlərinin həqiqi, indiyə qədər gizli qalmış tarixi haqqında məlumat alacaq.

M. Adcının kitabı bir şeirdir – şeirin məzmununu nağıl kimi dinləmək yox, özünü oxuyub duymaq gərəkdir.

UNUDULMUŞ VƏTƏN VƏ YA ÖN SÖZ YERİNƏ

Avropada «rəsmi» tarixi əks etdirən əfsanələr əsrlərdən bəri hökm sürür. Və bu əfsanələr avropalıların əsil keçmişini düşünməyə imkan vermir.

İnsanların nəsil-nəsil şüuruna belə bir mübahisəli fikir yeridilib ki, «Qərb elə Qərbdir, Şərq də Şərqdir». Bu fikir çoxşəkilli planetimizi ikiyə bölməyə məcbur edir və sivilizasiyanın mənbələrini antik yunan heykəllərinə, Roma hüququna, xristian ayinlərinə bağlayır, qalan şeyləri «barbarlıq», «cəhalət», «vəhşilik» sayır.

Bəs belə olarmı?

Yunan heykəlləri, məsələn, sütunlu məbədlər elə belə, özbaşına meydana gəlməyib, heykəltəraşlıq və memarlıq antik Avropaya İrandan1, yəni Şərqdən gəlib. Roma hüququ da, bilindiyi kimi, Romada doğulmayıb. O da xristianlığın başqa ayin və simvolları kimi, heç olmasa, Xristin təvəllüdündən beş, yeddi yüz il əvvəl «barbar» Şərqdə var idi. Və bununla bağlı belə bir təbii sual çıxır: Şərq və onun mədəniyyəti harada qurtarır? Və ya Qərb və onun mədəniyyəti haradan başlayır? Son dərəcə gözlənməz cavablar ola bilər. Axı müxtəlif tarixi epoxalarda «Şərq Qərb» anlayışı dəyişib.

İndiki qarşıdurmada müstəmləkəçilik epoxasının üslubu oxunur – bunun arxasında dünyanın bölüşdürülməsi niyyəti dayanır. Kiməsə lazım olub ki, avropalılar özlərinin Şərq köklərini unutsunlar, əfsanələrə inansınlar. İstənilib ki, insanlar lazım gələndə oyuncaq əsgərciklər kimi müharibəyə qalxsınlar, «özlərininkiləri» sevsinlər, yad sayılana nifrət etsinlər…

Biliksizlik toxumu səpmək münasib olub. İnsanların məhz bu bilməzliyi və sadəlövh inamı ilə hakimlər Avrasiya kontinentində tarazlığı saxlaya bilmişlər. Və dünyada özlərinə düşmən müəyyən etmiş, müharibələr başlamışlar. Roma dövründən məlumdur ki, tarixindən ayırmaqla iki nəsil sonra xalqı kütləyə çevirmək olur. Daha iki nəsil sonra onu sürü kimi idarə etmək olar. İnsan sürüsü onunla səciyyələnir ki, çobanlarını hədələmir, əksinə, onunla fərəhlənir.

Fransız filosofu Volter deyib ki: «Tarix cinayətlərin, ağılsızlıqların və bədbəxtliklərin məcmusudur». İngilis tarixçisi Eduard Gibbon XVIII əsrdə ona qətiyyətlə etiraz edir: «Tarix nəsə cinayətlərin, ağılsızlıqların və bədbəxtliklərin siyahısından daha böyük hadisədir».

Avropalılar özləri haqqında həqiqətləri ən azı min il bundan əvvəl başlayıblar: Avropa Kilsəni Şərqi və Qərbi olaraq ikiyə böldü. Aralıq dənizinin sahibi Bizans imperatorunun hakimiyyəti yavaş-yavaş tükənirdi. İki əsr sonra səlibçilər Konstantinopolu tutdular və hakimiyyət bütövlüklə Roma Papasının əlinə keçdi.

Papa Bizansı koloniya elan etdi və Şərqi Avropanı öz məqsəd zonası saydı. Bu ideyada Avrasiya üfüqləri gorunürdü, təcavüz yuvalanırdı. Bu, dünya ağalığı ideyası idi.

Əsil müstəmləkə ekspansiyası başlanırdı, bunu dini simvollarla ört-basdır edirdilər. Xristianlıq müstəmləkəçilik fırtınasının vizit kartı idi.

Tarix heç bir müsəlman və ya buddist müstəmləkəsi tanımır, hamısı xristianlara məxsusdur. Papanın siyasətinin sifəti, nəticəsi bu idi.2

Əvvəllər Rusiyanı, daha doğrusu, onun böyük hissəsini Dəşti Qıpçaq (Qıpçaq Çölü) adlandırırdılar. Bu, Baykaldan Alpa qədər uzanan nəhəng, qüdrətli çöl dövləti idi.

Roma katolisizminin təşviqi ilə Rusiyada romanovçuluq (əslində romaçılıq T.H.) başladı. Tədricən ölkəni yaddaşsızlaşdırdılar. Xristianlığın gəlməsi, Avropanın quluna çevrilmə ruslara çox baha başa gəldi. Ölkənin əhalisi qula çevrildi, slavyanlaşdı. Romanovlar (romaçılar) ölüm qorxusu ilə yeni katolik mədəniyyətinə yol açdılar, xalqa öz vətənini, yəni Rusiyanın Rusun sələf yurdunu unutdurdular. Romanovlara əski dini düşüncə, Tanrıçılıq inamı əl vermirdi.

Çöl xalqı öz vətənində izqoy3 halına salındı, yalanla içirdilib yuxuya verildi.

Romanovlar Rusiya siyasətinə gözlənilmədən gəldilər. Belə qeyri-rus soyadlı adamlar Rusda yox idi. Bu soyadı 1613-cü ildə ilk dəfə şəxsiyyətcə çox zəif olan Zaxarin-Koşkin qəbul etdi, sülalənin əsasını qoydu. O, başa düşdü ki, «Romanov» olmaqla «romalı» (roman) olmuş olacaq. Özü yalançı rus patriarxı Filoretin oğlu idi. Filoreti həmin kilsə mənsəbinə I Yalançı Dmitri (Ljedmitri) qaldırmışdı, patriarx kürsüsünə (kafedrasına) isə II Yalançı Dmitri təyin etmişdi. Filoret Vilnoda yezuit4 kolleci bitirmişdi və ilk rus yezuitlərdən idi.

Beləcə Üçüncü Romanın ssenarisini reallaşdıraraq, Şərqi Avropanı gözəgörünməz Latın (xristian) imperiyasına çevirdilər.

Eradan əvvəl başlamış Altay miqrasiyası milyonlarla insanın taleyini həll etdi, böyük sosial nəticələrə gətirdi. Avrasiyanı bir bütövə çevirdi. Xalqların Böyük Köçü kontinentlərarası ünsiyyət yaratdı, qədim dünyanın müxtəlif sivilizasiya ocaqlarını birləşdirdi. Vahid planet yarandı: Şərq Qərbi gördü, Şimal Cənubu tanıdı.

Planet tanılmaz dərəcədə dəyişdi. Minlərlə ailələr köçdü, yeni ölkələr, yeni mədəniyyətlər yarandı, köhnə bünövrələr dağıldı. Bu, dünyanın yaranması kimi bir prosesdi. Avropanın əhalisi ən azı iki dəfə çoxaldı, Altayda isə əhali ehtiyatı azaldı. Məlumatlı hər kəs üçün görünür ki, Avrasiya dünyasının yaranması nə deməkdir və bunu kim yaratdı!!!

Qədim Altayın müqəddəs yerlərindən biri. İbadət üçün insanlar burada toplanarmışlar.


Altaydan gələnlər, nələri vardısa zəngin həyat təcrübəsini, var-dövlətini, mənəvi zənginliklərini Avropa ilə bölüşdürdü. Avropa varlı oldu, şəhərləri çoxaldı, gücləndi. Gücləndi və ona bu gücü verəni unutdu. Ona sülh, humanizm aşılayan türk tanrıçılığını kənara qoyub, qəddar, kolonial katolisizmdən yapışdı. Və göründüyü kimi, ona dost kimi baxmış tanrıçılara düşmən kəsildi. Və əslində Avropanın bu düşmənçiliyi öz keçmişinə qarşı yönəlmişdir.

Bəli, Avropa bu gün öz tarixinə qarşı çıxır – xristianlıq bunu rəva bilir (bu, ustadına kəm baxmaqdır. Bunun öz cəzası var: barama qurdu, özünə ipəkdən ev hörür, sonra həmin yumşaq, ipək, gözəl ev onun qəbrinə çevrilir. Yəqin ki, türkün Tanrısı Altaydan Avropaya gətirilən mədəniyyətə verilən qiyməti görür. Yəqin ki, insanlığın sonuncu dini olan islam, xristianlığın yaydığı anti-Xrist hərəkətə hələ dözməlidir. Haqq-Taalanın sonda öz sözünü deməyi var. T.H).

Yox, türklər xalqların Böyük köçünü boş əllə başlamayıblar – bunun zirvəsi Göy Allahına inam oldu. Tanrını İlahiyə qədər ucaltdılar. Altaylılar özlərinə dedilər: «Xeyir və şəri, rifah və bədbəxtliyi ancaq Tanrı verir. Həqiqətən hakim odur»…

HİNDİSTAN YARIMADASI VƏ ONUN SAKİNLƏRİ

İnsanlara yardım edən Qadir Tanrı haqqında xəbər quş kimi dünyanı dolaşdı.

Bu xəbər təxminən iki min il yarım, üç min il əvvəl Hindistana çatdı.

Türkün tarixinin Hindistan səhifələri açıldı.

Xalqların Köç dalğası bu ekzotik ölkənin şimalını tutdu. O zamanlar unudulmayıb – naqlar haqqında o vaxtlar qoşulmuş əfsanələr indi də əvvəlki kimi yaşayır. Hindlilərin düşüncəsinə görə, naqlar şimaldan gəlmişlərdir. Ağ insanlar olublar. İnsan sifətində yarımallahlar olublar, bədənləri ilanşəkilli imiş. İstəyəndə ilana, istəyəndə adama çevrilərmişlər. Poeziyanı, musiqini sevirmişlər, onların qadınları nadir gözəllikləri ilə ad qazanıblarmış…

Bəs niyə ilanbədənli? Çünki şərq əfsanəsinə görə insanlar ilandan törəyiblər.

İlan və ya əjdaha yalnız türklərdə əcdad rəmzi deyil, o, ümumiyyətlə, xeyirxah ruhdur, ocağın qoruyucusudur. İlanı öldürmək günah sayılıb. İlan obraz kimi çoxdan yaradılıb və bu, çətin ki, altaylıların kəşfidir. Şərqin çox xalqlarında bu işıqlı obraz keçmişin və gələcəyin birliyinin rəmzi olub. Bu, parçalanmayan birlik olub və onun müəllifi yoxdur (məhz bu təsəvvürə görə də ilan ilahi anlayış daşıyıb ilahi varlığı heç bir qüvvə parçalaya bilməz. T.H.).

Görünür, Hindistanda bu kult olmayıb, yoxsa ona bu qədər diqqət yetirib miflərində yaşatmazdılar. Başqa Şərq ölkələrindən fərqli olaraq, görünür, onlarda ilana sitayiş etməyiblər.

Altay əfsanələrinə görə, ilan həm də od və su ilə bağlı olub; guya ilan göydə uçub və eyni vaxtda xəzinələrinin saxlandığı yuvalara, mağaralara, çayların dibinə toxuna bilib. Guya insanlara dəmir külçəsini, qızılı və başqa yeraltı sərvətləri o vermişdir.

Əski Altay əfsanəsinə görə, bir dəfə ilandan «köynəkli» və ya «canavar dərisində» insan doğulub – bunu yaxşı əlamət bilirlər. Lazım gələndə canavar, pələng, ayı, yaxud istənilən heyvan surətinə girir. Və özünü yerə çırpır… Artıq burada vacib bir nəticə baş verir: həmin «köynəkli» insandan Altay qəbilələrində totem nişanəsi olaraq hami ruh törəyir. Bunlar ən çox ilan, pələng, quş və ya canavar olublar və qəbiləni qoruyublar. Beləliklə, vəhşi heyvanlar əsilzadə nəsillərin rəmzləri olublar. Onların şəkillərini bayraqlarda, gerblərdə veriblər.

Onlara qurbanlar kəsiblər və əlbəttə, onları qəbilənin himayəçilərini heç vaxt incitməyiblər.

Buradan başqa bir Altay ənənəsi törəyib bu, sənətdə öz əksini tapıb. Buna «heyvani üslub» (zverinıy stil) deyirlər. Türk ornamentləri, süjetləri bununla xüsusi seçilir. Qədim ustaların sümükdən hazırladıqları şəkilləri, heykəlcikləri qəbilənin yaşanışına, mübarizəsinə can verib.

Pələng öküzü parçalayır, canavar qabanı qovur… Belə mənzərələr heyrətamiz şəkildə plastikləşdirilir.

Canlı aləmin obrazları peyğəmbər Geserin Altaya gəlməsinə qədər, yəni altaylıların Tanrı inancını qəbul etməsinə qədər çox dəbdə olub. Lakin yeni inamın təsdiqindən sonra da totem nişanı itmədi. Əvvəllər olmuş qurbanlar isə itdi…

Qeyd etmək lazımdır ki, həmin uzaq keçmişlər haqqında o qədər də az şeylər məlum deyil.

Hətta çox da uzaq olmayan keçmiş haqqındakından bəlkə də daha çox şeylər bəllidir.

Tarixin paradokslarından biri məhz budur: yaxın hadisələr senzuranın qadağası altında olur.

Hindistanda «Mahabharata»nın və ya «Bharatanın nəsilləri» haqqında böyük dastan qorunub saxlanır. Bu, qədim Hindistanın salnaməsidir. Orada naqlar haqqında səhifələr var. Əfsanələrin verdiyi məlumata görə, onların vətəni şimaldadır – orada tükənməz xəzinə və dəmir xaç var. Ancaq daha maraqlı olan başqa şeydir: Altayda ilandan doğulmuş həmin «köynəkli» insan türklərin gəlişindən sonra Hindistanda da tanındı. Hindlilər onu Bhima adlandırdılar. «Mahabharata»da yerli gözəl «qurd qarınlı» təşbehi ilə təriflənən gəlmə qəhrəman həmin fikri təsdiq edir. Bu, Altay əfsanəsindəki qurd dərili insandır. Bu obrazın yaranmasını xatırlasaq, bu ehtimalın yəqinliyi şübhə doğurmaz. Bu mətndə Altay süjetləri fasiləsiz gəlir.

Nəzərə alsaq ki, Şimali Hindistanda birinci minilliyin əvvəllərində naqların yaratdıqları çar-hökmdar sülalələrinin real izləri gəlmişdir, fikrin gerçəkliyi bir daha özünü doğruldur.

«Mahabharata»nı on səkkiz kitabdan ibarət hesab edirlər.

Şərqşünasların fikrincə, eradan əvvəlki I minilliyin hadisələrini əks etdirən daha dolğun tarix əldə yoxdur.

İki min il yarım və daha əvvəlləri əks etdirən nadir kitablardakı əfsanələr şimaldan gələnlərlə bağlıdır. Mətni təşkil edən iki min beytdən az qala hər birində buna rast gəlinir.

Söhbət mədəniyyətdən gedir. Hindistanda bu mədəniyyət əvvəl olandan fərqlənir.

Qədim mətni detallarına qədər təhlil edən elm müəyyənləşdirib ki, eposun yazılı nümunəsi təxminən min il yarım bundan əvvələ aiddir və ondan bəri onda çox az şey dəyişib.

Bəs qədim əfsanələrin qəhrəmanları olan bu gəlmələr kimlərdir?

Və bu suallara cavablar varmı?

Bəli, bu məsələdə alimlərin fikirləri sərt şəkildə fərqlənir.

Bəli, burada siyasət işə qoşulur.

Kimsə onları Urala bağlayır, kimsə Tibetə.

Heç kəs onları Altayla bağlamır.

Burada qərb elminin heyrətləndirici korporativ (qəsdən düşünülmüş) birliyi üzə çıxır.

Elə bil kiminsə sifarişi ilə bu elm kontinentin tarixində heç nəyi türklərlə bağlamır.

Bu aşkara tabudur qadağadır, yasaqdır.

Ancaq tədqiqatçılar, o cümlədən qərblilər, çoxdan belə bir şeyə diqqət yetiriblər ki, qədim hind eposu («Mahabharata», «Ramayana») və Veda ədəbiyyatı tez-tez təbiət hadisələri təsvir edir. Bunu Hindistanın yerli sakinləri görə bilməyiblər. Məsələn, hərəkətsiz Qütb ulduzunu və Böyük Ayı bürcünü; yaxud aylarla davam edən qar, buz və şaxtalı gecələr; Günəşi batmayan uzun gün (Qütb gecələri); yaxud yalnız şimal dairəsinin əlli beşinci dərəcəsindən aşağı olmayan vilayətlərdə müşahidə etmək mümkün olan şimal bürcləri və s.

Hindistanda həmin Böyük Ayı bürcü üfüqün ardında gizlənmiş olur, o, görünmür.

Bununla belə, ona çoxlu poetik istinadlar var.

Qəribə deyilmi?

Bəs həmin en dairəsində yerləşən Qədim Altaydan çıxanlardan başqa bu şimal səmasını kim görə bilərdi?

Tibetin yüksəkliyindən bunu görmək olmaz.

Ural versiyası da etibarsızdır – bunu o adam təklif edə bilərdi ki, o, Qütb Uralında olmayıb, Uralın təbiətini və arxeoloji imkanlarını bilməz.

Ancaq Altayda həmin təbiət hadisələri var.

Çox heyf, burada tarixin işinə coğrafiya müdaxilə edir, axı onu senzura ilə boğmaq olmur.

Qədim Hindistanın eposu «coğrafi kəşflərlə» doludur.

Budur, məsələn, bir nişanə, gələnlərin vətənini səciyyələndirən az qala ən əsas əlamət: Meru dağı. Bu hətta dağ deyil, dağ silsiləsidir, şərqdən qərbə qədər uzanır. Eposda Merunu Qızıl dağ adlandırırlar. Bura Allahın iqamətgahıdır, «bütün canlıların ruhu burada olur».

İldə bir gün var ki, parlaq günəş Meru dağını dolanıb yenə onun ətəyinə gəlir.

Bu, gün dönümü hadisəsidir (yəni Günəşin göy elevatorunun ən uzaq nöqtəsindən keçməsi vaxtı. Bu hadisə adətən iyunun 22-də və dekabrın 22-də baş verir. Deməli, əfsanə bunu nəzərdə tutur ki, Meru dağının zirvəsi (onun ən uc nöqtəsidir) yəni Göy Tanrısına ən yaxın məsafədədir. T.H.). Bu hadisə vaxtı gün dönümü zamanı hindlilər pradakşin mərasimini keçirirlər müqəddəs yeri saat əqrəbi istiqamətində dolanırlar. Bu mərasim müqəddəs yerə, ziyarətgaha hörmət əlamətidir.

Hindlilərin düşüncəsinə görə, bu ayini hətta Günəş də edir müqəddəs Meru dağının başına dolanır.

Həmin müqəddəs dağ Altayda Onquday rayonundadır. Onu Sumer adlandırırlar.

Bu, Altayın ürəyidir. Türk üçün bundan müqəddəs yer olmayıb. Onu ancaq Kaylas dağı ilə müqayisə etmək olar.

Burada yaddaşın gedib çıxa bilməyəcəyi zamanlardan qalmış yüzlərlə kurqanlar və dua yerləri var. Açıq göyün altındakı əsil ibadətgahın minlərlə il yaşı var. Min illərdir ki, insanlar buraya ziyarətə gəlirlər.

Sumer Altayın səcdəgahı, qurbangahıdır.

Orada ucadan danışmaq olmaz, ov edilməz.

Yayda elə gün olur ki, günəş dağın bir tərəfindən çıxır, o biri tərəfində batır.

Bu, ağla gələn şey deyil. Bu, ona bənzəyir ki, duşunürlər: dağın zirvəsini örtən qarın hər dənəciyi kiminsə ruhudur, onun maddi vəziyyətidir. Bu qar dənəcikləri günəşin parıltısında gözü qamaşdırır.

Hind vedalarında həmin mənzərə belə ifadə olunur:

«Ecazkar quş dəstələri kimi Ağ dağ işıq saçırdı» əbədi Meru buzlağı haqqında belə deyilir.

Türkcədəki «su» sözü Sumer adının bütün məzmununu ifadə edir – Hind vedalarının «Səma Qanqı» bu dünyəvi mənəviyyat bulağından başlanır.

Altun gölü (Teles gölü və ya Süd gölü) hindlilər tanıyırdılar. Onun «canlı suyu», meşələrlə, yaşıllıqlarla örtülmüş sahilləri, düzənləri, ətirli çiçəkləri haqqında eşitmişdilər. Bilirdilər ki, bu göl «Merunun şimal ətəklərində» yerləşsə də, qışda yarısınacan donur.

«Süd gölü» «Ağ göl» haqqında xakas əfsanəsində də danışılır. Burada da müqəddəs Sumer dağına bağlanan coğrafi koordinatlar göstərilir. Orada göl «at gözünə bənzəyən qızılı sahilləri» ilə təsvir olunur.

«Mahabharata»da möcüzəli odur ki, Altay onu görmüş şəxsin gözü ilə təqdim edilir. Bu ölkə ürəkaçandır, müqəddəs ziyarətgah yurdudur.

Və maraqlıdır ki, diqqət təbiətdən çox insanlara yönəldilir.

Burada Tanrı ədaləti hökm sürür.

Xüsusi qeyd olunur ki, Göy Tanrısına ürəklə inanırlar. İnsan ancaq vaxtilə atıb getdiyi Vətəni haqqında belə danışa bilər. Təsvir ağıldan yox, ürəkdən gəlir.

Deyilir ki, orada müqəddəs hərəkətli «ağ kişilər, qanunun biliciləri, möminlər hökm sürürlər».

Bunlar «bütün xeyirxah əlamətlərlə səciyyələnirlər, ay kimi parlayırlar», «şüalanan, əbədi Allaha daxil olurlar».

Altay belə olub.

Altaylıların ağ inamları belə olub.

Uydurulmamış, təbii olub.

Türkoloqu daha çox maraqlandıran «Mahabharata»nın birinci kitabıdır. Bu kitabda naqlar haqqında, onların həyat tərzi haqqında məlumatlar var.

Əslində, bu, Altayın qədim tarixidir, türklərin tarixidir. Bunlar elə məlumatlardır ki, onlara başqa ədəbi mənbələrdə rast gəlinmir. Hindistanın xalq eposu nadir yaddaş xəzinəsidir. Buradakı əfsanələr nəinki xalqların Böyük köçündən, bu Köç dalğasının Hindistana girməsindən, hətta onun burada qalmış nəticələrindən də xəbər verir.

Hind alimləri tam əmindirlər ki, naqlar Şimali Hindistana gəlmiş real etnos olublar. Onların gəlməsindən iyirmi beş əsr keçib bu, kiçik rəqəm deyil və arxeologiya naqların gəlişini təsdiqləyir.

Hər halda «Mahabharata» yalnız nağıllar toplusu deyil. Burada ciddi tarix var, sadəcə, bu tarix əfsanələr formasında verilir.

Hindistanın mədəniyyət ənənəsi elədir. Burada hind alimləri tarixi əfsanələrə inandırıcı sənədlər kimi münasibət bəsləyirlər.

Rusiyadan fərqli olaraq, burada tarixi mətnlər müqəddəsdir. Onların üzərində dəyişiklik etmək və ya köçürmək heç kəsin ağlına da gəlmir.

Keçmişi dəyişmək olarmı?

Əlbəttə, yox.

Hindlilər danmırlar ki, «Pracnaparamita»nı türklərdən götürüblər – bu abidə Hindistanın məxsusi mədəniyyətinin fundamentinə daxildir. Bu, hindlilərin özünəməxsus, İncili və ya Quranıdır.

Bu, müdrikliyin qədim toplusudur.

Bunu oxumaq üçün ancaq təmiz ürəkli maarifçilərə icazə verilib. Çünki ondakı yüksək fikir və həqiqəti qavramaq hər kəsə müyəssər olmur.

Çox heyrətlidir ki, orada rast gələn frazalar və bütöv süjetlər sonralar İncildə və Quranda da əks olundu.

Hətta təkcə bununla hindlilər dünya mədəniyyətinə böyük xidmət göstərmiş olurlar ki, Altayın bu müqəddəs, əziz düşüncə örnəyini qoruyub saxlayıblar.

Hindlilər bəşəriyyət üçün türkün o mənəvi sərvətini saxlayıblar ki, türklər özləri onu biabırçı şəkildə itiriblər.

Gəlmələr haqqında məlumatlar Şambala haqqında əfsanəyə transformasiya olunub.

Hindlilərin Şambala adlı uzaq əyalətinin coğrafi koordinatları var: o, Xan Tanrı çayının hövzəsində Sambıl-tasxıl dağının ətəklərindən başlanır.

Bu informasiya da dəqiqdir, etibarlıdır. Tanrı çayı Altayda axır.

Və Xan Tanrının zirvəsi yaxşı məlumdur: bu gün Qırğızıstan, Qazaxıstan və Özbəkistan türk dövlətlərinin sərhədləri orada birləşir (Tyanşan çincə Tanrı dağı deməkdir T.H.).

Şambala adını müxtəlif şəkillərdə yazırlar: Şambxala, Sambkxala, Şambala.

Görünür, bu toponim qam balıq adına gəlir. Belə təkamül baş verib:qam–baluq–kambaluk–çambaluk–şambaluk şambala. Birləşmə iki qədim türk sözündən ibarətdir: qam – ilahi məzmunlu qüvvə və baluq – şəhər, qala.

Deməli: ruhani xidmətlərin şəhəri, məskəni.

Bu məzmun Şambala haqqında Hindistanın şimal buddistlərində qorunub saxlanan rəvayəti olduğu kimi əks etdirir.

Tibetdə monastrı idarə edən şəxsə şamo deyirlər (şam və qam anlayışları əski türk mifologiyası ilə aşkarca aydınlaşır və bunlar türk sözləridir T.H.).

Altayda Ağsu da (Aksu) axır. O da məşhurdur.

Hind çarlarının Günəş sülaləsinin əsasını qoyan hökmdar onun sahilində anadan olub bu ölkənin tarixində belə yazılıb.

Sehrli Şambala haqqında Hindistanda çox şeylər bilirlər. Oranı ruhanilərin, bilik xəzinəsi sahiblərinin yurdu sayıblar, ora bəşəriyyətin intellektual elitasının evi olub. Yeri gəlmişkən, əfsanəvi arilər buradan, Altaydan gəliblər.

Əfsanəvi Şambalanı çoxları axtarıblar, ancaq tapmayıblar. Çünki həqiqəti olmayan yerdə axtarıblar. Hesab edirlər ki, o (Şambala) Tibetin əl yetməyən dərələrindədir. Çox təəssüf ki, bu adamlar türk dünyasının coğrafiyasını bilməyiblər (bilsəydilər, deyərdilərmi? – T.H.).

Başa düşmək gərəkdir ki, planetin məskunlaşması kortəbii, ya kiminsə iradəsilə baş vermir, bu, demoqrafik qanun əsasında olur. Bu, biliklər sistemi olan sosial coğrafiya elminin görəcəyi işdir.

Ancaq və yalnız hazırlıqlı xalq köçməyə, yeni torpaqlarda məskunlaşmağa və orada yaşamağa qabildir.

İki min il yarım bundan əvvəl məhz türklər belə bir xalq oldular. Onlar öz vətənləri Altayda elmi-texniki inqilab etmişdilər.

Bunu inkar etmək olmaz ki, həmin dövrdə dünyanın heç yerində dəmir əmək alətlərini onlar qədər geniş dairədə istifadə edən heç kəs olmayıb.

Heç kəs o zaman onlar kimi mükəmməl at-araba nəqliyyatına yiyələnməyib.

Heç kəs həmin dövrdə onların yiyələndiyi kamillikdə inşaat-quruculuq materialı və ondan istifadə ustalığı, bununla da bağlı yüksək memarlıq sənəti görməmişdi.

Tibetdə və Monqolustanda yayılmış lamaizm şimal buddizminin bir qoludur. Lamaizmin əsasını I əsrdə IV Budda qurultayında türklər qoydular. Yeni inancın qəbulunun rəsmi təsdiqini çar Kanişka öz üzərinə götürdü.

Təsadüfi deyil ki, o zaman Budda ibadətçiləri «imanlarını təkmilləşdirmək və müqəddəs mətnlər əldə etmək üçün» məhz Altaya və Mərkəzi Asiyaya gedirdilər–260-cı ildə Çindən buraya ibadətə gəlmiş şəxs öz gəlişini belə izah etmişdi.

Lamaizm türkoloq üçün ona görə maraqlıdır ki, kökləri birbaşa Altaya gedən adətləri qorumuşdur. Ölməz Tanrı adını lamaizm bilir, halbuki bu inancda Allah yoxdur.

Avropalılar tərəfindən işğal olunana qədər Hindistanda Tanrı obrazı kimi Altay da unudulmamışdır.

Bu gün Buddanın şəklini mavi gözlü (hindlilərin dediyi kimi: arilər kimi) çəkmirlərmi?

Bu, unudulmuş hadisələrin əks-sədası deyilmi?

Məsələn, «şimaldan gəlmişlərin» unudulması.

Axı hindlilər onları naqlar deyil, həm də arilər adlandırırdılar – bunlar ikinci, üçüncü köç dalğalarının iştirakçıları kimi saklar/şaklar adını daşıyırdılar.

Atın qurban kəsilməsi mərasimi diqqəti çəkən hadisədir, bu, min illərdir ki, türklərdə saxlanmışdır. Qədim hind mifində buna «asvamedka» deyiblər.

«Xüsusi seçilmiş atı azad buraxırlar, ancaq çar (yaxud müəyyən olunmuş sərkərdə) ordu ilə onun ardınca düşür.

Həmin atın keçdiyi ölkələrin hökmdarları ya bu atın sahibi olan çara tabe olmalıydılar, ya da onunla müharibəyə qalxmalıydılar. Bu proses bir il çəkirdi. Bir ildən sonra atı paytaxta gətirirdilər. Fəth edilmiş ölkələrin sakinlərinin iştirakı ilə at qurban kəsilirdi» – bu, həmin mərasim haqqında tarixçilərin sözüdür.

Bu, heyvanın öldürülməsi sayılmırdı – at öz borcunu yerinə yetirmiş olurdu.

Qurban kəsilməsi üç mərasim (ritual) ocağı ilə müşayiət olunurdu, qurbangahın qibləsi üzü Şərqə olurdu. (Altayın coğrafi mövqeyi nəzərdə tutulur. – T.H.)

Bu mərasim Altayda XIX əsrə qədər icra olunmuşdur. Hindistanda isə xeyli əvvəl, ingilislərin müstəmləkəsi olandan unudulub.

Türklərdə belə məsəl olub: «At dırnağı dəyən yerlərin hamısı bizimdir.

Yeri gəlmişkən: zəmanəsinin hər bir mədəni adamı kimi, Kolumb türk dilini bilib. Tarixi okean səyahətində o, Hindistanın Böyük xanına məktub aparıb.

Hindistanda və İranda türk xanlıqlarından Marko Polo da kifayət qədər yazıb. «Kitab»ının üçdə biri onlara həsr olunub – az qala iki sətirdən bir «Böyük Kan», «türk» sözləri işlənir.

Budur, dünyanın ən qədim mədəni ölkələrindən biri Hindistanın zəngin mədəniyyətinin yaradılmasında türk iştirak edib. (dünya memarlığının tacı sayılan Tacmahalın memarı türkdür və məhz Azərbaycan türküdür. – T.H.)

TÜRK HİMNİNİN PARS MELODİYALARI

Göy Allahını tanımayan yalnız Şimali Hindistan deyildi.

Yeni eradan çox-çox əvvəllər Altayın «ağ səyyahları» Orta Şərqdə də olmuşdular. Orta Şərq onda kədərli bir mənzərə yaşayırdı: ölkə üzülüb gedirdi, Babilistanla iflasedici müharibə onu əldən salmışdı. Yerli sakinlər özləri altaylıları dəvət etmişdilər. Öz talelərini onlara etibar etmişdilər. Ayrı çıxış yolları yox idi, Babilistanın köləliyindən ancaq belə xilas olmaq olardı.

Hindistandan fərqli olaraq, xalqların Böyük köçünün ilk dalğasının buraya nə vaxt gəlməsi məlum deyil. Ancaq Əhəmənilər xanədanı o haqda nəsə yada salır. Əhəmənilər eradan əvvəl 558-ci ildə hakimiyyətə gəldilər. Altay çarlarından birincisi Kir oldu. O, Farsıstan adı ilə güclü bir dövlət yaratdı.

Qədim dünyanın yarısını, o cümlədən Misiri, Babilistanı və bütün Mesopotamiyanı özünə tabe etdi.

Buna görə də Böyük təyinini aldı.

Çar nəcib nəsildən idi, onun hamisi bars (bəbir) idi.

Yəqin buradan da Kirin yaratdığı dövlət Pars (Persid) adını alıb.

Bu, türk sözü olub, ari nəsəbli insanlarla bağlıdır.

Onlar şimaldan gəlmişdilər – Əhəmənilər özləri belə deyirlər.

Başqa mülahizə də var: «Pars» türkcə pələngin «bars» adlanan bir növünü göstərir. Ancaq pələng Altayın malı deyil – Orta Şərqdə isə var. Hesab etmək olar ki, pələng çar nəslinin himayəçisi olub. Bundan sonra bir obraz kimi Şərqin sənətinə girir.

«Pələngin» (daha dürüstü «barsın») ölkəsi getdikcə çiçəklənir.

Çarı ilahiləşdirirlər, onu yerə göndərilmiş Xilasedici sayırlar. Bu süjetə sonralar Apokalipsis daxil olur. Bu, «ağ sərkərdənin» başçılığı ilə təşkil edilmiş ilk atlı ordudur.

Bunu dünya görüb və heyrətlənib.

Kirin ordusunun əsasını-nüvəsini «məğlubedilməzlər» təşkil edirdilər–min nəfər seçmə süvaridən ibarət olub.

Zireh və dəbilqə geyinmiş bu süvarilər çarın şəxsi mühafizəçiləri idilər. Bunlara xəzərlər deyirdilər.

Burada hər şey Altaydakı kimi gözəl idi.

Bununla belə, Parsın ən çox çiçəklənmə dövrü Daranın zamanında olub. Dara müharibələri ilə yox, dövlət islahatları ilə şöhrətlənib. O, ölkəyə Altayın dövlət quruluşunu gətirdi.

Bu, dünyada ilk türksayağı inzibati islahatlardan biri idi.

Parsda türklər təxminən iki əsr hakimiyyətdə oldular və çox şeyə nail oldular. Ancaq onların qüdrəti qırıldı.

Əski inanclı kahinlər güclü çıxdılar. Qəsd toru qurdular.

Çiçəklənmiş ölkəni dağıtdılar. Heç sən deyən bir müqavimətə də rast gəlmədilər. Çar onları tabe olmağa məcbur edə bilərdi. Etmədi. Öldürə bilərdi. Öldürmədi.

Çar inanca hörmət nümunəsi göstərdi. Əcdadından bilirdi: inancı zorla qəbul etdirmək olmaz. Bu düşüncə Əhəmənilər xanədanına son verdi.

Bəs xanədan necə məhv oldu?

Tarix dəqiq məlumatlar saxlamayıb. Xalqın rəvayətlərində isə belə açıqlanır: Çarı öz təbəələri öldürüb. Bu, Altayın ənənələrinə uyğundur. Əgər hökmdar xalqın taleyini çiçəkləndirə bilmirsə, o, qurban getməlidir: onu – Allahın padşahını camaatın qarşısında öldürürdülər.

Qayda belə idi. Türk hökmdarının səhv etməyə ixtiyarı yox idi, əks halda o, hakim deyil.

Dini ehtiraslar Böyük Parsı payız yarpağı kimi fırladırdı.

Nahaq yerə bu süqutu Makedoniyalı İsgəndərin ayağına yazırlar. Heç bəlkə o, Parsda olmayıb. Onun Parsa yürüşü mifə bənzəyir, sübutlarla təsdiqlənmir.

Bu nizamsızlıq Parsda çox çəkdi.

Nəhayət, başqa bir altaylı hakimiyyətə gəldi. Ona xan Arsak deyirdilər. Bu, türkcə Bahadır Sak (igid sak) demək idi.

O, yeni bir nəslin, Arşakilər sülaləsinin və Parfiya dövlətinin əsasını qoydu.

Atlıların Qafqaza gəlməsi hiss olunmadı. Onları ilkin Dərbənddə tanıdılar. Bu qala-şəhər Şimalla Cənubun, Şərqlə Qərbin yollarının qovşağında yerləşirdi. Avropaya Roma imperiyasına yollar buradan başlanırdı.


Həmin hadisə eradan əvvəl 250-ci ildə baş verdi.

O vaxtdan Orta Şərq əbədi olaraq türk mədəniyyəti ilə üzviləşdi.

Şəhərlərdə, ziyalı-işıqlı insanların ağlında, ürəyində bu mədəniyyət baş oldu.

«Xilasedici» sözü göydən yerə endi – yer gerçəkliyi oldu.

Əski Parsın bir hissəsi olan yeni ölkə dağınıqlıqdan çıxdı, yenidən güc qazandı.

Açı-Dahaqa əfsanələri xalqların Böyük köçü ilə bağlı bu tarixə zəif, zərrə şəklində bir işıq salır. Ancaq İranda bu məsələlər haqqında Hindistandakından çox az məlumat var.

Açı-Dahaqa Orta Şərqdə hakimiyyətə gəlmiş bir özgəyerli hökmdardır.

Qədim dastan onun portretini ilan-əjdaha obrazında təsvir edir (Hindistanda naqa olan kimi).

Məlumdur ki, Açı-Dahaqa Göy Allahına inam yolunda mübarizə aparıb, ancaq onu hamı başa düşməyib. Əhalinin əksəriyyəti oda sitayiş ediblər. Təkallahlılıq onlara yad olub.

Mahiyyətcə Hindistandakı süjet təkrar olunub – yerli əhali gələnlərin inamına həvəssiz yanaşıblar. Əvvəlki mənəvi mədəniyyətin tərəfini saxlayıblar.

Parsda zərdüştlülüyün, sonra manixeyçiliyin törəməsinin səbəbi var. Bu iki din türkün inancını yerli şəraitə «uyğunlaşdırırdı». Və bunu uğurla icra edirdilər. Əhəmənilərin süqutunun səbəbi də buradan gəlir onlar insanların şüurunu dəyişdirməyə risk edirdilər.

Mənəvi mədəniyyətin tarixi belə nümunələrə az rast gəlməyib ki, güclü xanədanlar dini ziddiyyətlər ucbatından tarix səhnəsindən gediblər.

Böyük Parsın yerində hadisələrin səhnəsinə Parfiya gəldi.

Parfiyada Altay üslubu aydın seçilir. Parfiyanın torpaqları Xəzər dənizinin cənub sahillərindən başlayıb cənuba gedir, Hind çayına qədər uzanır. İndi həmin torpağın böyük hissəsinə Azərbaycan İranı deyirlər. Buranın əhalisi əvvəlki kimi yenə türklərdir.

Parfiya çarının qohumları Midiyada, Qafqaz Albaniyasında və Ərmən torpağında hakimiyyətdə idilər.

Parfiya müvəffəqiyyətlə Roma ilə rəqabət aparırdı. Eradan əvvəl I əsrdə ölkə qüdrətinin zirvəsinə çatmışdı.

Arşakilərin/Arsakilərin kimliyi haqqında alimlər çoxdan mübahisə edirlər. Ancaq bu mübahisələrin nəticəsi yoxdur. Çünki mübahisələrin tozunda çox vacib detallar görünməz olur. Məsələn, çarın möhürü indi İranın Dövlət muzeyindədir.

Onun üstündə türk run işarələri (Orxon əlifbası) aydınca oxunur.

Əgər möhürün üstündə türk run yazısı varsa, deməli, bu hökmdar türkdür.

Deməli, Arşakilər/Arşakilər türkdürlər.

Ancaq kimə deyirsən, Avropanın və Rusiyanın alimləri Arşakiləri hansı millətin ayağına desən, yazırlar, bircə türkdən başqa.5

Çarın möhürü də, başqa sənədlər də, real tarix də nəzərə alınmırsa, hətta İranın Altayla, Böyük Köçlə əlaqəsi görülmürsə, onda iranşünaslığa inam qırılır.

İranlılar sasanilər zamanından, parf çar xanədanını devirəndən sonra tarixi təhrif etməyə başladılar.

Xələflər özlərini çar (kağan, xan) yox, şah adlandırdılar və İran terminini işlətdilər. Bununla da Parfiya və Arşakilərin yaddaşdan kökünü kəsmək istədilər. Ancaq bunu çox kobud şəkildə etdilər. İranda «yeniləşdirilmiş zərdüştlük» dövlət dini oldu, maqlar və kahinlər ruhaniliyi ələ aldılar.

Sasanilər Arşakilərin hakimiyyət tarixini iki dəfə azaltdılar və onların nailiyyətlərini öz ayaqlarına yazdılar. Onlar türk Parfiyasını unutmağı məcbur etdilər.

Amerika şərqşünası R.Tray təəccüblə yazır: «Biz parflar haqqında sələflərindən daha az şey bilirik».

Qərbdə hətta məşhur alimlərin çox həcmli elmi əsərlərində parf dövrü ümumiyyətlə buraxılır. Elə bil İranda nə parflar, nə də ümumiyyətlə türklər olub.

Avropa tarixçiləri parflara münasibətdə iki istiqamətə ayrılırlar. Biri ancaq pis tərəfdən yanaşır. Məsələn, M. Delafua 1885-ci ildə Parisdə çıxan kitabında belə yazır: «…parflar (eyni təyinlər türkün adı çəkiləndə də təkrar olunur T.H.) kobud barbar xalqdır. Onun dövlət təşkilatı Attilanınkına bənzəyir».

Təbii belə münasibət əks-reaksiya döğurmalıydı.

Əvvəlcə, ikinci münasibət sadəcə birinciyə şübhə ilə yanaşmaqdan ibarət olub. Ancaq arxeoloji qazıntılar bu şübhələri sübutlarla inama çevirdi.

Tura-Yevropos və Cənubi Türküstanda aparılan qazıntılar ən demaqoq, ən qışqırqan əks-parfçını da susdurdu. Onların tədqiqlərinin əsassızlığını göstərdi.

Artıq şübhə yeri qalmır ki, Parfiyanın sənəti, memarlığı Avropanın Antik yaradıcılığına təsir göstərib. Heç demə, yunanlar öz gözəl heykəllərini və saraylarını yaradarkən parfların ustalarından və sənətkarlarından öyrənmişlər.

Pars ölkəsinin İran, Eran, Ariana adlandırılması da maraqlıdır.

Əksər şərqşünaslar bu toponimdə «ari» sözünü görürlər. Və hesab edirlər ki, bu «arilər ölkəsi» deməkdir.

Heç demə, bu toponim Parfıya ilə, xan Arşakin gəlişi ilə bağlıdır. Parfiya torpağını xalq «arilər çarlığı» və ya Ariana adlandırırmış.

Tarixçilər çox könülsüz-könülsüz yazırlar: «Ariana… mahiyyət etibarilə Parfiya çarlığı ilə uyğun gəlir». Maraqlı deyilişdir, deyilmi: «odur» demirlər, «ona uyğun gəlir» deyirlər.

Hər halda, fakt onları çaşdırır.

Parfiya tarixi ilə bağlı başqa bir maraqlı hadisə: ikinci türk dalğasının gəlişi ilə yeni bir ad da meydana gəlir: İran.

Bu faktı bilə-bilə sasanilər İranı ucaltdılar; Parfıyanı unutdurmaq üçün İrandan yapışdılar.

O vaxtdan Orta Şərqdə Aryana Veca (Ari torpağı, Ari genişliyi) adlı sabitləşməmiş bir toponim mövcuddur.

Bu sahə həmişə türklər yaşayan əyalətə, türk osmanlıqlarına aid olmuşdur.

Deməli, cidanı çuvalda gizləmək olmazmış.

Arşakilər ölkəyə yeni yazı verdilər: run hərfləri – bir halda ki, hərf, deməli, sürətli yazı. Əvvəlki mixi yazının yerinə əlifba!

Bu, İranın tarixinə «Arşakilər yazısı» kimi daxil oldu.

Şərqdə bu yazı «soqd və ya uyğur yazısı» kimi də məlumdur.

İnkarçılar türk yazısını sami (semit) dillərindən birinə aid etmək yolunu tutdular.

Ancaq bu halda nəzərə almırlar ki, o vaxtlar samilər Babilistanın qulları idi. Və Böyük Parsın ağlına da gəlməzdi ki, qul dilini beynəlxalq hüquq dilinə çevirsin.

Kir yəhudiləri əsirlikdən xilas etdi, öz vətəninə qayıtmaları üçün onlara icazə verdi (e.ə. 515-ci ildə). Və əvəzində nə dil, nə də yazı götürdü.

Parsda hər şey özününkü idi. Onda türkün ciddi dövlət cizgiləri vardı.

Bu cəhət Daranın islahatlarından sonra daha aydın görünürdü. Onun ordusunda süvari əsas rol oynayırdı. Əvvəllər, parf-türk təsirinə qədər Orta Şərqdə bu tipdə, süvarili ordu tətbiq edilməmişdi. Uğurlar bunun nəticəsi idi.

Türklər uzaq məntəqələr arasında (hərbdə və dinc şəraitdə) atla poçt əlaqə üsulundan istifadə etmişlər (Herodot bunu heyrətlə tərifləyirdi). Bir halda ki, belə əlaqə vasitəsi tətbiq olunur, deməli, bu, yazı ilə edilmiş və deməli, yazı varmış, əlifba işlənirmiş.



Parf təsiri, ondan da əvvəl Parsda türk mənşəyi onda da görünür ki, Əhəmənilər qeyri-iran (bu İran müasir anlayışdakı İrandır) adları daşıyırdılar. Bunu hətta şovinist-iranist tarixçilər də etiraf edirlər.

Sonra. Türkün run yazısının mənşəyini arami yazısı ilə bağlayanların nəzərinə; bu necə ola bilərdi – axı o zaman samilərin özünün yazısı yox idi!? (Bütün bunlar onunla bağlıdır ki, yəhudilər bir «sentrizm» yaradıblar. Avropalılar dünya mədəniyyətinin Avropadan nəşət etməsi iddiası ilə XIX əsrdə avrosentrizm doktrinasını ortalığa atdılar. Eynən həmin model və metodika ilə yəhudilər iudasentrizm təkəbbürünü meydana qoyublar. Onların iddiaları budur ki, dünyada yaxşı nə varsa, mütərəqqi əqli-elmi, mədəni nə yenilik baş veribsə, hamısı yəhudilərindir. – T.H.).

Bu arada başqa bir maraqlı detal nəzərimizi cəlb edir. Bunu da şüurlu şəkildə diqqətdən kənarda qoyublar: Əhəmənilər zamanı azadlıq alan yəhudilərdə yeni iudaizm törədi. Tora adlanan ayinlər sistemi israillilərin qanununa çevrildi. Qədim türkcədə qanuna «törə» deyirlər. Bunu təsadüfi hadisələr tipinə aid etmək olarmı?

Heç olmasa, nəzərə alaq ki, yeni iuda icmasının təşkilatçıları Əzra və Niheme tərəfindən yazılmış kitablarda Pars çarlarının sənədləri əks olunur və o dövrün hadisələri həmin çarların öz dilləri ilə verilir. İncili türk tanrıçılıq ayinləri əsasında düzüb-qoşublar. Vaxtilə Hindistanda Vedaların yazılışında, habelə Parsda Avestanın yazılışında həmin materialdan istifadə olunmuşdu.

Bu çarlar türk əsilli olduqlarından, danışılan sənəd və ayinlərin mənbəyi öz-özündən aydınlaşır.

Təbii ki, iudaizmin bu, haqqında danışılan topluları altaylıların mənəvi-ruhani irsinin yeni redaksiyası (redaktəsi) olmalıydı.

Bunu yəhudi ortodoksları da inkar etmirlər ki, İncil, Avesta və Veda mətnlərinin fraqmentləri bəzən eynidir. Alimlər belə «uyğunluqların» yüzlərlə olduğunu hesablamışlar.

Bu, iki deyil, beş deyil, on deyil, yüzlərlədir (təsadüfi uyğunluq nə qədər olar!? – T.H.).

Bu, müxtəlif Avrasiya xalqlarının mənəvi mədəniyyət uyğunluğudur.

Bu özü də göstərir ki, din (məhz din bütün təzahürləri ilə) eyni kökdən başlayır. Bu başlanğıc altay Təktanrıçılığıdır.

Bu fikri XIX əsrdə də, daha əvvəllər də deyiblər. Ancaq ucadan deməyiblər (təbii ki, bu pıçıltının səbəbi qısqanclıqdır həqiqəti tam dana bilməyiblər, ancaq ucadan deməyi öz Avropa tarixləri üçün rəva bilməyiblər. – T.H.).

Çar Kir yəhudiləri azad edib, Parsın hakim olduğu ərazidə Yerusəlim məbədini bərpa etməyə icazə verərkən bunu Göy Tanrısının adı ilə etmişdir (Allahın xatirinə Allaha dua üçün imkan vermişdi. – T.H.).

Bu haqda Yezdranın Birinci Kitabında məlumat verilir – Kirdən belə iqtibas gətirilir: «Pars çarı Kir belə deyir: bütün yer çarlığını mənə cənab Göy Tanrısı vermişdir; və O mənə əmr etdi ki, ona Yerusəlimdə – İudada ev tikdirim».

Buyurun, İudaya Göy Allahı haradan gəlib –Təktanrıçılığın vətəni Altaydan Şərqdən Türklərdən!…

… Yeni eranın III əsrindən Arşakilər süquta başlayanda Parf mədəniyyəti itmədi. Parf dili (Parf türkcəsi) İranın ədəbi dili oldu.

Bununla Sasanilər nəslinin yeni hökmdarlarının iradəsi ilə «Pars» İranının yenidən canlanması elan olunmuş oldu.

Və sadəcə, sadədən də sadə, Türkün olanlar İranın adına elan edilirdi (zamanında bu, normal görünmüşdür; çünki Pars da indi fars deyilən sözün və deməli, anlayışın əsasıdır İran da, əvvəldə deyildiyi kimi, türk dövlətinin müxtəlif tarixi mərhələlərdəki adlarındandır. Eləcə də parflar türklər idilər. Beləliklə, bu türkün olanlar onun adlarından birinə İranın adına çıxılanda qeyri-qanuni səslənmirdi. (Ancaq sonralar İran və Fars (<Pars) anlayışları tədricən bugünkü mənalarına –anti-türk məxrəcinə gətirilmişdir – T.H.)

Sasanilər haqlı çıxdılar: İran toponimi Parfiya toponimindən daha geniş oldu, həm də nikbin səslənirdi.

Gənc sasani xanədanı üçün böyük şans yarandı ki, keçmiş Parfiya əhalisini və qonşu xanlıqları birləşdirsin axı şəhərlərdə və orduda türklər üstünlük təşkil edirdilər.

Buna görə də bu əksəriyyət üçün doğma olan İran adını seçdilər.

Əslində bu, Orta Şərq tarixinin ən çox dolaşdırılmış, dumanlı hala salınmış məsələlərindən biridir.

Məşhur şərqşünas V.V. Bartold parf dilinin Farsıstandakı ondan öncə işlənmiş dildən (artıq burada türk köklü Pars (>fars) dili deyil, hind-Avropa mənşəli, indiki farscanın kökü olan dil nəzərdə tutulur. – T.H.) nə dərəcədə fərqləndiyini belə səciyyələndirir: «Sasani dövrünün ədəbi dili parflardan götürülmüşdü, buna görə də pəhləvicə adlanırdı. Pahlava (sonrakı linqvistik forması parthava) sözünün parflara aid olmasını islamın ilk əsrlərindəki erməni müəllifləri də bilirdilər; ərəblərə ancaq bu məlum idi ki, pahlau İranın cənub yox, şimal dairələrinə aiddir (bu fakt bu gün İranda türklərin ən çox şimal bölgələrində ostanlıqlarında məskunlaşmış olmasına tam uyğun gəlir. T.H.). Pəhləvi dili müasir farsidən az fərqlənirdi. Müasir fars xüsusi çətinlik çəkmədən 1500 il bundan əvvəl (indi 1600 il – T.H.) yaşamış əcdadlarının dilini başa düşə bilər; ancaq Sasanilərin ilk əsrlərindəki fars ondan 600 il əvvəl yaşamış əhəməni dövrünün dilini (mixi yazı nəzərdə tutulur M.A.) daha artıq çətinliklə anlayırdılar»6.

MOSKALÇI TARİXLƏR7

Yox, Rusiya haqqında söhbəti coğrafiyasından, xalqından, az qala qurunun (Yerin) səkkizdə birini tutan torpağından, Qərbdə və Şərqdə yerləşən bir ölkədən, çoxlu Avropa və Asiya dillərində danışan (və ya danışmayan) ölkədən başlamayacağıq. Bunlar XIX əsrdə də, ondan qabaq da məlum idi.

Görünür, xalqların çoxluğu, torpağın genişliyi, uydurmaların bolluğu Şərqi Avropada bugünkü rusiyalıların müəyyən olunmasında bəzi mənasız söhbətlərə gətirmişdir. Ruslar – kimdir onlar? Rusiya – haradır bura?

Gülünc vəziyyətdir: Sibirdə irqi açıqca seçilən minlərlə monqoloidlər yaşayırlar; bunların sifətində slavyanlığın heç izi də, kölgəsi də yoxdur. Ancaq özlərinə rus deyirlər, yalnız rusca danışırlar və rus adları daşıyırlar. Nə vaxt və necə bu aşkar asiyalılar slavyan oldular?

Heç Rusiyanın tarixinə təəccüblənməyə dəyməz – bu, başdan-başa tapmacadır. Belə ki, ilk siyahıya almaya görə, 1917-ci ilə qədər Rusiyada 196 xalq yaşayırdı, sovet hakimiyyətindən sonra yüzə qədəri qalıb. Qalanlarını komissarlar sadəcə olaraq siyahıdan siliblər, rusların və ya başqa xalqların üstünə yazıblar; o zamanlar hakimiyyətin göstərişi ilə insanın milliyyətinə onun əmlakına baxılan kimi baxıblar.

Sovet rejimində adını itirən birinci xalq kazaklardır. Bu qıpçaq nəsli olan əhalini kazaklıqdan çıxarıb rus yazdılar, onlar sovet dövrünün «ilk yeni rusları oldular».

Rusiyada, axı hara Rusdur (orta əsrlərdə Rusiyaya Rus deyilirdi – T.H.) və hara rus deyil? Sərhədi kim cızmalıdır?

«RUS» NƏ DEMƏKDİR?

Bu barədə artıqlaması ilə söz deyilib. Mahiyyətcə çox sadə olan bu suala müxtəlif nəsillərdən olan şairlər, yazıçılar, filosoflar bir-birindən «gözəl» cavablar vermək üçün çox yarışıblar. Elmə əsaslanmayan, yalnız emosiyadan doğulmuş nə qədər cavab olar?

Rusiyada təsdiqini tapmış rəsmi baxış belədir: «Şərqi Slavyan şüuru ilə özünü dərk etmiş qədim rusların etnik birliyi erkən feodal çağlarda qədim rus Kiyev dövlətinin (IX-XII əsrlərin Kiyev Rusu) bütövlüyü dövründə formalaşdırılıb».

Bəs Kiyev Rusuna qədər nə olub? Bu, boş yerdə yaranmayıb ki! IX əsrdə Dnepr sahilinə gələn bu insanlar kimlər idi? Haradan gəlmişdilər? Niyə məhz IX əsrdə ora gəlib çıxdılar? Kiyev dövləti o qədərmi bütöv və güclü idi ki, üç əsrdən də az müddətdə onda yeni xalq formalaşsın? Belə olduqda aydın olmur ki, indi Kiyevin yerli-köklü əhalisi niyə rus yox, ukraynalı adlanır? Axı, guya Rus (dövlət nəzərdə tutulur T.H.) elə məhz Kiyevdir. Nəhayət, bəs niyə ukraynalıların və rusların mədəniyyətləri bir-birindən son dərəcə fərqlidir? Əgər bir kökdəndirsə, axı onlar eyni olmalıdır. Yoxsa yox?

Kiyev Rusunun yaranmasına qədər Misirdə, Qədim Yunanıstanda, Qədim Romada sivilizasiyalar çiçəklənmiş və solmuşdu – hələ Qədim Şərqi demirəm. Bəs Kiyev Rusuna qədər indiki Rusiyanın ərazisində nə olmuşdu? Doğrudan da, səhra ki deyildi?

Təəssüf ki, Rusda bu suallardan sükutla yan keçmək adətdir. Yaxud cavab əvəzinə yeni suallar və anlaşılmazlıqlar doğuran fərziyyələr söylənilir.

Ancaq o uzaq zamanın sənədləri saxlanmışdır. Bütün dünya bunu bilir. Heç bir sirr yoxdur. Sirr ancaq rusların özü və Rusiyada yaşayan başqa xalqlar üçündür. Bu məlumatları sadəcə onlardan gizlədirlər və ya başqa cür, istədikləri kimi şərh edirlər. Niyə hər şey öz adı ilə deyilməsin? Kimə alatoranlıq işıqdan daha üstündür? Ancaq soxulcanlara!

Məsələn, alman tarixçisi L. Müllerin əsərlərində RUS xalqının adı ilk çəkilən erkən sənədlər təhlil olunur – bu adam qədim Şərqi Avropa üzrə etiraf olunmuş avtoritetdir.

«Berlin salnamələri», «Rus salnaməsi», Konstantin Baqryanorodnının «İmperiyanın idarə olunması haqqında» traktatı və s. mənbələr, hər yerdə eyni şey deyir: ruslar adı ilə skandinaviyalıları – varyaqları tanıyıblar.

Belə çıxır ki, Rusiyanın irəlidə gətirilmiş sitatın götürüldüyü «Dünya xalqları» adlı ensiklopedik məlumat kitabı, yumşaq desək, dəqiq deyil. Əsil ruslar haqqında susub onun adını özünə götürmüş rus xalqından danışmaq kobud səhvdir. Bəli, IX-XII əsrlərdə Kiyev Rusunu həqiqətən ruslar qurublar. Ümumi məlum şeyi gizlətmək nəyə lazımdır? Niyə slavyanları Rusun (Kiyev Rus dövlətinin T.H.) «qurucusu» eləyirlər?

«Bertin annaları»nda (salnaməsində – T.H.) məlumat verilir ki, ruslar 839-cu ildə Bizans səfirliyi ilə birgə Mömin Ludovikin (Ludovik Blaqoçestivıy) yanına gəlirlər. Bu, ilk, ən qədim yazılı məlumatdır ki, orada «ruslar» adında xalqdan danışılır.

Onlar milli mənsubiyyətləri haqqında suala cavab verirlər ki, isveçlidirlər. Və buradaca müəllif aydınlaşdırır ki, «biz onlara normanlar deyərik». Belə çıxır ki, ilk ruslar slavyan deyillər. Hələ bu azdır, onlar özlərinin «slavyan» olmalarından tam xəbərsizdirlər. Onların kökü tamam başqadır.

Təkcə yunanlar yox, eyni zamanda romalılar, ərəblər, qıpçaqlar, farslar – bütün dünya IX-XII əsrlərdə «rus» sözünü eyni mənada başa düşürdülər. Bu sözlə Rusiyada «varyaqlar» adı ilə məlum olan xalqı tanıyırdılar.

O vaxtın bütün tarixi sənədlərində belə yazılıb, bu barədə mübahisə açmaq cəfəngiyyat olardı.

Şimali Avropada norman epoxası olub. I minilliyin axırlarında onlar yalnız Kiyev Rusunun əsasını qoymayıblar. Məsələn, 1066-cı ildə varyaqlar İngiltərəni işğal etdilər və hakim nəslə çevrildilər. Ancaq başqa ənənələrlə tərbiyələnmiş ingilislər bu barədə susmağı və ya onu inkar etməyi lazım bilmirlər. Həmin tarixi fakt bugünkü ingilislərin heysiyyətini alçaltmır. Bəs onda avstraliyalılar nə etsinlər – onların dövlətini sürgün edilmiş gəlmələr yaradıblar. Bəs pirat nəslinin törəmələri olan maltalılar?

Ruslar (İsveç mənşəli əhali varyaqlar nəzərdə tutulur – T.H.) güclü xalq idi, onlarla hamı hesablaşırdı. Onlar özlərinə hörmət etdirməyi yaxşı bacarırdılar. Bəs niyə rusiyalılar onları qəbul etmirlər? Niyə özlərinə xüsusi tarix uydururlar?

Maraqlıdır: bəs varyaqlar özləri Kiyev Rusunu – Dnepr üstündə öz yeni dövlətini siftə necə adlandırıblar?

Onu Rus adlandıra bilməzdilər, çünki qədimdən skandinaviyalılar bu sözlə öz həmtayfalarını adlandırıblar – Şimali İsveçdən olan, Stokholmdan şimalda yerləşən sahilboyu sakinlərə belə deyiblər, onları elə bu gün də elə adlandırırlar. Onlar çox cəsur adamlar idilər, şücaətlərinin həddi yox idi: mahir dənizçi, igid döyüşçü idilər, bütün Şimali Avropanı nəzarət altında saxlayırdılar. Suda və quruda tayları-bərabərləri yox idi.

«Rus» sözünün özü qədim varyaqcada (qədim island dialektində) «avarçılar», «dənizçilər» mənasında olub. Skandinaviyalılar dünyada məhz dənizçi, «dəniz cəngavərləri» kimi tanınıblar. Çaylar onlar üçün magistral yollar sayılıb, dənizsahili sıldırım qayalıqları yumşaq yuvaları biliblər. Qədim saqaları (skandinav folkloru janrı – T.H.) bunu gözəl təsdiqləyirlər – onların qədim həyatı bədii lövhələrdə öz tarixliyini saxlayır.

Bu barədə, əgər hələ varsa, son şübhələri finlər və estonlar dağıdırlar – isveçlilərin bu qədim qonşuları öz qədim adətləri ilə bu gün də İsveçi «Roussyia» adlandırırdılar («Rossiya» sözü ilə müqayisə edin – T.H.). Eyni zamanda öz cənub qonşularına bu yaxınlara qədər xəritədə «SSRİ» adlanan ölkəyə «Veniya» deyiblər. Bu, «venedlər» sözündəndir və «slavyanlar» deməkdir.

Həm də «venedlər» sözünü təkcə finlər və estonlar işlətmirlər. Bu, alman dilində də «slavyan» mənasında saxlanmışdır. Həmin sözü İtalyanlar da işlədirlər, «Ruslar» və «slavyanlar» həqiqətən başqa-başqa sözlərdir, etnoqrafik baxımdan bunların heç bir əlaqəsi yoxdur.

İlk dəfə dünya bir Avropa xalqı kimi slavyanlar haqqında məlumatı Roma yazıçısı və alimi Böyük Plininin (Plini Starşi – y.e. 24-79) əsərlərindən öyrəndi. O, «Təbii tarix» adlı çoxcildli traktat yazmışdı. Bu, qədim dünyanın ensiklopediyası idi. Sonrakı alimlər nəsli məhz bu əsərin zəminində yetişiblər. Plininin məlumatına görə, qədim slavyanlar özlərinə venedlər deyirmişlər.

Başqa Roma tarixçisi Tatsit (y.e. 58-117) venedlər haqqındakı həmin məlumatı təsdiqləmiş və tamamlamışdır – aydın olur ki, bu xalq Avropanın şimalında, Visla ilə Oder çayları arasında məskundur. Slavyanların, daha dəqiqi, venedlərin tarixi dünya elmində həmin dövrdən və həmin məlumatlarla qeydə alınır.

Varyaqlar haqqında, onların siması və davranışı haqqında dünya bir qədər sonra məlumat aldı. Yepiskop Georgi Amastridli öz rəvayətlərində rusların Amastrid şəhərinə (Qara dənizin cənub sahillərində yerləşir) amansız hücumundan danışır, qiymətli, müqəddəs xristian əşyalarını talan etmələrini söyləyir. Bu hadisə 860-cı ilə aiddir.

Ruslar IX əsrdə Bizansı narahat edirdilər. Onların Konstantinopolda, onun sarayları, dini ibadətgahları ilə ilk tanışlığı izsiz-əlamətsiz keçməyib: qədim zəngin şəhərlər haqqında söhbətlər saqalarda (xalq yaradıcılığında – T.H.) əks olunmuşdur. Buna görə də 860-cı ildə Amastrid talanı, əlbəttə, təsadüfi deyildi. Varyaqlar 839-cu ildən buna hazırlaşırdılar. Düzdür, bəzi rus tarixçiləri təsdiqləyirdilər ki, bu talanı «slavyan-rus» deyilən adamlar ediblər, ancaq heç kəs, hətta Georgi Amastridli də bu müəmmalı «xalq» haqqında təsəvvür yaratmır.

Slavyanlar və həmin ruslar hətta qonşu yaşamayıblar, onları Baltik dənizi ayırırdı. Onlar hər cəhətdən həyat tərzinə, xarici görünüşünə, mənəvi-əxlaqi simasına görə ayrılırdılar.

Məsələn, varyaqlar odino deyilən dini inam sahibi idilər, slavyanların o haqda heç bir təsəvvürü yox idi. Varyaqlar dəniz ticarəti ilə, hərbi igidliklərlə dolanışıqlarını təmin edirdilər. Slavyanlar isə köçəri maldar idilər, sonralar gəzəri şəkildə əkinçiliklə də məşğul oldular. Burası da var ki, o vaxtların salnamələrində deyilir: «ruslar slavyanlarla döyüşə gedirdilər», «slavyanlar ruslara vergi verirdilər».

«Slavyan-rus»dan danışmaq ona bənzər ki, tarixdə yunanla ərəbin, romalı ilə mərakeşlinin bir kökdən olmasını axtarasan.

Şərq tarixçisi İbn Rüstə qeyd edirdi ki: «Rusların əkin-biçini yox idi, slavyanların torpağından gətirdikləri ilə dolanardılar».

Həmin illərin başqa yazıçısı Hardizi bunu təkrar edirdi: «Onlardan (ruslardan) 100-200 nəfəri slavyanların üzərinə gedir və zorla özlərinə dolanacaq götürüb gəlirdilər».

«SLAVYAN RUSLARININ ATALARINA DAHA NƏ LAZIMDIR?

Georgi Amastridlinin dini əfsanələrində (Jitiye) L.Müller, necə deyərlər, «buğdanı samandan» ayıra bilib – tarixi səmərəli-rasional məzmunu aşkar edib. Bizans üzrə müasir mütəxəssislərin təxminən hamısı onunla razılaşır. Ancaq onun ifşa etdiyi, hörmətdən saldığı «slavyan rusları» nəzəriyyəsi özündən sonra təəssüfdən başqa heç nə qoymamışdır.

Bununla belə, rus tarixi haqqında daha bir mif alt-üst oldu «Krımın cənub sahillərinə novqorodluların (yaxud kiyevlilərin?) yürüşü və oranın işğalı» haqqında Nestorun sözləri havaya sovruldu.

Gözlənilmədən aydınlaşdı ki, bu yürüş haqqında geniş mətn Rusda təxminən XV əsrə aiddir – yəni hadisədən beş əsr sonra yazılıb. Müller, təbii ki, Stefan Surojlunun Suroj üzərinə rusların yürüşündən danışan Jitiyesinə əsasən Rusiya versiyasını şübhə altına aldı – heç olmasa, bunu nəzərə alaq ki, hadisələrin iştirakçılarının xatirələri bu yazılarda əsas mənbədir.

Rus salnaməçilərinin xəbəri olmayan qədim mətn, gözlənildiyi kimi, Rusiya versiyasından əsaslı surətdə fərqlənirdi. Slavyanların Krıma Novqoroddan gəldiklərini oxuyanda Müller nahaqdan təəccüblənmədi axı, o bilirdi ki, IX əsrdə Rusda bu adda şəhər yox idi. İsveç şəhəri Xolmqard var idi, ona çox-çox sonralar Novqorod adı verdilər.

Bəs Suroju kim tutdu? Askold? Yox, yox və yenə yox! Sərkərdənin adının nə slavyanlara, nə Novqoroda heç bir dəxli yox idi, Onun adı Bravlin idi və isveçli idi.

Ədalət naminə demək lazımdır ki, «Suroj yürüşü» Rusiya tarixçilərinin özlərində də şübhə oyadırdı. Hətta N.M. Karamzin Demidovun Xronoqrafını «Stefan Surojlunun möcüzələri» ilə müqayisə edərək, təəccübünü bildirmişdi.

Daha sonrakı mətnlərdə, məsələn, Konstantinopol patriarxı Fotinin moizələrində tədqiqatçılar ruslar haqqında xeyli maraqlı məlumatlar tapıblar. Orada deyilir ki, onlar Konstantinopola şimaldan gəliblər – uzaqdan, gəmilər işləyən çaylarla və dənizlərlə üzərək, yollarda «başqa xalqların diyarlarından» keçərək gəlib çıxıblar.

Bu sənədlər özlüyündə çox məzmunlu və maraqlıdır, ancaq təəssüf ki, onları Rusiyada az tanıyırlar. Bununla belə, az maraqlı olmayan başqa bir şey: daha nüfuzlu bir Rusiya sənədində «İllər haqqında povest»də bunların ifadəsinə az qala hamı müraciət edir.

«İllər haqqında povest» içindəki hadisələrdən iki əsrdən də çox sonra yazılıb, burada tarixi həqiqətlərlə daban-dabana zidd məlumatlar əks olunub. Burada təkcə detallar yox, hadisələrin iştirakçıları da qarışıq salınır. Patriarx Foti rusların hücumunu özgə gözləri ilə görüb, o, xalqı şəhəri müdafiəyə qaldırıb, şübhəsiz ki, o, bu məsələni iki yüz il sonra doğulmuş Nestordan daha yaxşı bilib. Ancaq biz isə bu məsələni daha çox Nestordan öyrənir, bilməzliyin xıltlı badəsini onun əlindən edirik.

Konstantinopol patriarxının moizələrindən iki mətn saxlanıb. Onlar bilavasitə hadisələrin gedişində səslənib: biri rusların (yəni isveçlilərin – T.H.) imperiya paytaxtını mühasirə etdikləri vaxt, o biri birbaşa mühasirədən sonra. Bu iki sənədi «İllər haqqında povest»in mətni ilə tutuşduran Müller uyğunsuzluqlardan heyrətə gəlib.

Əlbəttə, burada bütün fərqli oxunuşlardan danışmaq mümkün deyil. Barışmaz ziddiyyətlər tapan təcrübəli Müller qəti bir nəticəyə gəlir: «Povest»ə ümumiyyətlə inanmaq olmaz. Orada hər şey salnaməçilərin kefinə gələn uydurmalardır – əfsanələr düzəltmiş və bu əfsanələri böyük Rusiyanın tarixi etmişlər.

Belə çıxır ki, slavyanlardan heç kim Çarqrad qapılarına qalxan-sipər olmayıb, bu sipər məhz varyaq döyüşçüsü olub. Bütün dünya bir yanadır, rusiyalılar bir yana – bütün dünya bir şey bilir, rusiyalılar başqa şey. Ancaq Nestoru qəsdən hadisələri təhrif etməkdə günahlandırmaq bağışlanmaz səhv olardı – günahkar Nestor deyil. Təhrif edən o deyil. Necə baş verib, o barədə bir az sonra.

MÜQƏDDƏS KİRİL VƏ MEFODİ KİMDİR?

Rusiya tarixinin gerçək yazılmadığından şübhələnmək üçün ötəri nəzər kifayətdir. Slavyan şişirdici tarixçiləri müqəddəs Kiril və Mefodi qardaşları ilə bağlı Rusiya tarixinə nələr yazmayıblar: onlara abidə ucaldıblar, şərəflərinə bayram keçirirlər. Ancaq kim və harada sübut edib ki, onlar slavyandırlar?

Qardaşlar slavyan torpaqlarından uzaqlarda, çöldə (Dəşti-Qıpçaq dövləti nəzərdə tutulur – T.H.), paytaxtı Fanaqori olan Böyük Bulqar xaqanlığında doğulublar. Onlar türkcə (bəzən protobulqar da deyirdilər) danışır və türkcə yazırdılar – o vaxt Çölün dili bu idi. Bunda slavyan adına nə var idi? Yeni yazını onlar öz doğma türk dili üçün düzəltmişdilər – runik yazının (Orxon-Yenisey abidələrinin yazıldığı əlifba nəzərdə tutulur – T.H.) əsasında və məhz onun əvəzində bu yeni türk əlifbası yarandı.

Qardaşlar çin və ya zulus dillərindən necə baş açırdılarsa, slavyancanı elə bilirdilər – yəni slavyanca bilmirdilər. Müqəddəs Kiril slavyan əlifbası, necə deyərlər, kiril əlifbası kəşf etməyib, o, qlaqolik əlifba yaratmışdı.

Türklər – qıpçaqlar qədimdən runik əlifbadan istifadə edirdilər. Bu qrafika o vaxt Avropada işlənən yunan və latın hərf işarələrindən fərqlənirdi.8 Öz yazılarını avropalılarınkının görünüşünə oxşatmaq üçün qardaşlar öz qədim runik yazılarında şəkil dəyişikliyi etmişdilər, vəssalam.

Yunan işarələri (literləri) kor-koranə köçürülmürdü, qlaqolik yazıda türk dillərinin spesifik səsləri üçün xüsusi hərflər var idi. Buna görə də qlaqolik əlifbada qırx işarə (hərf) alınmışdı. Bilindiyi kimi, slavyan dilində bu qədər səs yoxdur.

Bu epizodu «slavyan mübaliğəçiləri» – şişirdiciləri haradan almışdılar?

Heç demə, müqəddəs qardaşlar haqqında dini əfsanənin (jitiye) slavyan versiyasının mətninə səhvən və ya qəsdən bir xəta yol tapır: ilk vaxtlar ona əhəmiyyət verilmir, bir az sonra bu xəta doğmalaşır və hətta onu tarixi fakt eləyirlər. Kiril və Mefodi Jitiyesinin qədim slavyan tərcüməsində deyilirdi; «Xersonesdə Kiril rusun yanında rusca savad və dil öyrənirdi». Hər şey bu ifadədən başlanıb.

Hələ burası bir yana ki, bu sözlər Kirilin rus olmadığını göstərir bunu hətta heç pravoslav publisistikası da inkar etmir. Yaxud nə Xersonesbazlıqdır, heç bir Xerson-filan yoxdur – onda ora Korsun adlanırdı. Ən rüsvayçısı budur ki, yunanca orijinalda bu ifadə yoxdur.9

Bəs məsələ necədir? Aydınlaşıb ki, orijinaldakı «sur» sözü rusca mətnin hər yerində «rus» sözü ilə əvəz olunub. Buradan da hər şey baş-ayaq olub, alt-üst olub.

Əvvələn, xatırlatdığımız alman alimi L. Müller öz işində pedantcasına qeyd edir ki, IX əsrdə ancaq varyaqları «rus adlandırırdılar, ikincisi, «sur» sözü («rus» məhz bu sözün təhrifıdir, r və s səsləri yerini dəyişib – dilçilikdə buna matateza deyirlər – T.H.) «suriyalı» demək imiş. Suriya kitablarına müraciət etmək Kiril üçün də, dövrün başqa maarifçiləri üçün də təbii olardı. O vaxt heç bir rus kitabı yox idi və heç izi-tozu da olmayıb. Axı rusun (bugünkü mənada «rus»dan söhbət gedir – T.H.) yazısı yox idi. Belə halda kitab haradan ola bilərdi?

Slavyanlar, daha dürüstü venedlər (onlar Avropada həmişə belə adlandırılıblar), arxeoloji qazıntılara görə, yazı deyilən şey bilməyiblər. Hərçənd, Tellez gölü yaxınlığında tapılmış qədim slavyan bütlərində yazılar qeydə alınıb, ancaq hansı yazılar? Runik! Türklərdə və ya qədim germanlarda olan runlara bənzəyən yazı! (Bir az aşağıda german yazılarının türk mənşəliliyi haqqında söhbət gedəcək –T.H.).

«İlk slavyan əlifba müəllimləri» haqqındakı əfsanə nə Bizans mənbələri ilə, nə də başqa sənədlərlə təsdiqlənir. N. K. Karamzin bu «maarifçi» faktını Nestordan əxz edir. Bilə-bilə ki, bu belə deyil, ona qədər Rusiyada formalaşmış ənənədən kənara çıxmır. Çox təəssüf.

Əlbəttə, böyük rus tarixçisi belə fakt qarşısında qalır: guya imperator Mixail 898-ci ildə Kiril və Mefodini göndərir ki, slavyan dilinə kitablar tərcümə etsinlər; halbuki Mixail 867-ci ildə öldürülmüşdü və təbii ki, ölümündən 31 il sonra Moraviyaya adam göndərə bilməzdi.

Daha sonra – əgər slavyan əlifbası yoxdursa, o necə göstəriş verə bilərdi ki, slavyancaya tərcümə olunsun? Həm də; bəs əgər tərcüməçilər slavyan dilini bilmirdilərsə? Belə kitablar kimə gərəkdir?

Kiril əlifbası (kirillitsa) «xüsusi slavyan əlifbası» Kirilin ölümündən sonra meydana çıxıb. Əsla əvvəl yox! Bu əlifba onun sağlığında heç olmasa, ona görə üzə çıxa bilməzdi ki, Jitiyedən (dini əfsanədən) göründüyü kimi, qoca öz ölümündən cəmi bir neçə gün əvvəl Kiril adını götürmüşdü – məhz ölüm azarı ilə xəstələnəndə, müqəddəs Kiril günü müqəddəs sximanı (xristianlarda yüksək rahiblik dərəcəsi – T.H.) qəbul etdi. Buna qədər onun adı Konstantin idi, o, bütün ömrünü bu adla yaşamışdı. Belə çıxır ki, hətta «kirillitsa» (Kiril əlifbası) sözünün özü o zaman meydana gələ bilməzdi.

Məsələ burasındadır ki, orta əsr tarixçilərində buna heç bir şübhə olmayıb. Məsələn, bohemiyalı (Bohemiya Almaniyada yer – T.H.) Dobner elə beləcə də yazır: əsil Kiril əlifbası qlaqolik yazıdır, «Qlaqolik hərflər kobud və səriştəsizdir, çox qədimin nümunəsidir və başqa əlifbalarla bənzəri yoxdur. Kiril hərfləri isə yunanlarınkı kimidir və IX əsrdə o, yeni kəşf sayıla bilməzdi. Buradakılardan yunanlarda yoxdur ki, bunları qlaqolik əlifbadan götürmüş olsunlar».

Düzdür, N. M. Karamzin qeyd edir ki, qlaqolitsa slavyanlarda ona görə işlənə bilmədi ki, «hərfləri əyri-üyrü idi», ancaq aşkarca biclik edirdi. Kirilitsa ondan az əyri-üyrü deyil. Səbəb, əlbəttə, başqadır və böyük Karamzin bunu bilməyə bilməzdi.

Slavyan dilində yumşaq «q» səsi («g» nəzərdə tutulur – T.H.) varmı-yox, halbuki bu, türkcə üçün səciyyəvidir. Yaxud burun səsləri? Yaxud y-laşma? (məsələn, söz əvvəlində: inci-yinci – T.H.). Karamzin nəslən Krım türklərindən idi və türkcəni, şəksiz, bilirdi. Yox, əlbəttə, iş hərfin qıvrımlığında–əyriliyində deyildi. Sadəcə olaraq, qlaqolitsa slavyan dilinin boyuna biçilməmişdi türkcə səslər daha çox idi, bu hərflərin sayına uyğun o gəlirdi.

Məhz bu səs azlığına görə yunanlar slavyancanı «olduqca kobud» dil sayırdılar.

Qlaqolitsaya döndərilmiş türk runları Avropada Xalqların Böyük köçündən sonra özünü göstərir. Onu IV-V əsrlərdə Attilanın döyüşçüləri və onların sələfləri bura gətirmişdilər. Bu əlifba Altayda e.ə. məlum idi.

Mərkəzi Avropanın əhalisi üçün türk runik yazısı uzun müddət öz sözlərini kağıza köçürmək və zamana etibar etmək vasitəsi olmuşdur. Avropanın bu hissəsində başqa yazı olmayıb. Ancaq bu yazıdan ulu bir sirr kimi yalnız kahinlər–maqlar istifadə edirdilər.

Kiril və Mefodini «ilk slavyan müəllimləri» eləyərək, rus salnaməçiləri qoca Kirili (daha dəqiqi isə Konstantini) xristianlaşdırıcı missiya ilə Kiyevə göndərirlər. Görünür, bu salnaməçilər nəzərə almayıblar ki, öz dövrünün bu görkəmli nümayəndələrinin fəaliyyəti başqa mənbələrdə də (əlbəttə, qeyri-slavyan mənbələrində) əks olunub. Ancaq, əlbəttə, heç bir Kiyev səyahətindən söhbət ola bilməz.

RUSUN XRİSTİANLAŞMA «DUMANI»

Rusun (Rusiyanın) xristianlaşmasmda da çox dumanlı işlər var. Məsələni ümumiyyətlə bir ədəbsizlik «duman»ı bürüyüb. Bu vacib dövlət aktından danışan, az qala, hər sözdə uydurma və fərziyyə var. Hətta xristianlaşmanın baş vermə tarixi haqqında nəhayətsiz mübahisələr gedir. Ancaq aydınlıq hasil olmur ki, olmur!

Kiyevin qurulacağı torpağa gəlmiş Andrey Pervozvannının haqqındakı əfsanənin yanında hər hansı mif yalandır. Görünür, XII əsrdə düzəldilib.

Yevsevi Kesariylinin Tarixində Apostol Andreyin fəaliyyəti haqqında çox nüfuzlu məlumat verilir. Ancaq orada Andreyin Skifiyaya10 gəlməsindən danışılır – bura Qara dənizin şimal sahilləridir.

Neçə əsrdir ki, Rusda ona qibləgah kimi baxırlar – guya Andrey Pervozvannı xristianlığı qəbul edən ilk slavyandır.

Müqəddəs Andreyin Qədim Rus «səyahəti» başdan-başa uydurmadır. L. Müllerin ifadəsilə «Bu, çoxdan Rusu dolaşan bir lətifədir». Məsələn, İlmen slavyanlarının yanında apostol rusların buxar hamamına təəccüb edib. Əfsanəni düzəldənlərin ağlına gəlməyib ki, İlmen-göl ətrafına slavyanların gəlişi V-VI əsrlərdən o yana getmir. «Rus buxar hamamı»ndan necə söz gedə bilər?

Yorulmaz Müller «Rusun xaç qəbulu» kitabında bu əfsanənin necə yaranmasına diqqət yetirmişdir. Onu yaradanlar ancaq cəhalətdən ilham alıblar. Şayiəni kiyevlilər uydurublar, novqorodlular onu qapmış və tamamlamışlar. Sonra o, qar topası kimi böyümüş, şimal-şərqə diyirlənmiş, xristian Kilsəsinin yayıldığı regionları tutmuşdur. Slavyanlara öz müqəddəs, tarixi kökləri lazım idi. Buyurun, müqəddəs apostol.

Andreyin Rusa «səyahəti» haqqındakı uydurmalar yeni təfərrüatlarla şişir.

Qarşımızda tarixi sənəd yox, hətta Kilsənin də qəbul etmədiyi ədəbi əsər (apokrif) dayanır. Məsələ də budur ki, bu yaramaz uydurma Böyük Rusun tarixində bir ululuq səhifəsinə çevrilmişdir.

Alman tarixçisi «səyahətin» ilk variantının meydana çıxmaq tarixini də müəyyənləşdirib – bu, Rusiya tarixinin cidd-cəhdlə yenidən yazıldığı Vladimir Monomaxın dövrüdür. 1102-ci ildə böyük knyazın nəslindən bir nəfərə Andrey adı verilir. Elə ondaca Rusda Andrey Pervozvannının şərəfinə təqdis edilmiş kilsələr meydana gəlir. «Rusun ilk xristianı» şərəfinə dini mərasim ənənəsi yaranır halbuki əvvəllər bu haqda heç təsəvvür yox idi.

Bu açıq uydurma Rusa haradan gəldi? Görünür, Bizansdan, Ruslarınkından bir az əvvəl, IX əsrə yaxın bir apostol Andrey haqqında da əfsanə qurulmuşdu. O Andrey də gələcək Konstantinopol olacaq yerə gəlib guya ilk xristian icmasının əsasını qoyur, sonra da əzablı bir ölümlə dünyasını dəyişir. Ancaq Bizansda bu «zühur» çox az-az yada düşər. Görünür, bəzən elə siyasi səbəblər olur ki, onların xatirinə gözəl əfsanələr yaradıblar və yenə yaradırlar – bir az sonra bunları tarix kimi qələmə verirlər.

Tarix elminin əlində belə məlumat yoxdur ki, yeni rus Kilsəsinin başında kim durur, ibadət hansı dildə gedib, rusun xaç qəbulu necə olub, harada olub? Bu məsələdə mütləq söz demək yersizdir, bu, həqiqətə ziyan verər. Məlum deyil! Vəssalam!

Rusun rəsmi xaç qəbulundan xeyli qabaq Kiyevdə Xristian məbədləri yardı. Bu, faktdır. Məsələn, Poçayn irmağı sahilində İlya Prorok Kilsəsi fəaliyyət göstərirdi – bu barədə Bizans müəllifləri məlumat verirlər. Başqa kilsələr də vardı. Bunlar kimə xidmət edirdi?

Rusda «İlk xaç sahibi şəxs» haqqında bir söz gəzir. Mütəxəssislərin də etiraf etdiyinə görə, bu versiya zəifdir. Ancaq axı var. Çünki belə bir fərziyyəyə ehtiyac olub.

Konstantinopol patriarxı Foti (820-890) Dairə nəsihətnaməsində göstərirdi ki, varyaq-ruslar (bunlar kiyevlilərdir?) IX əsrin 60-cı illərində xristianlığın sirləri ilə ilk dəfə tanış olurlar. Həmin mətndən başqa bir şey də çatır – bu nəsihətnamə yazılan ərəfədə artıq kiyevlilərin yepiskopu var idi. Bu, Vizantiya kilsə hakimiyyətinə məlum idi.

Kiyev Rusunda yepiskop uzunmu fəaliyyətdə olub? Böyük şəxsiyyət sayılıbmı? Onun Ağası (baş keşiş) kim idi? Hamısı qaranlıq qalır. İmperator Konstantin Baqryanorodnının əsərləri ilə Foti versiyasının müqayisəsi də buraya heç bir aydınlıq əlavə etmir. Konstantin babası I Makedoniyalı Vasilinin bioqrafiyasında kiyevlilərin xristianlaşdırılması şərəfini öz babasının və patriarx İqnatinin ayağına yazır.

Yenə hər şey öz yerini almır. Bir «bəs axı» hər şeyə mane olur: bəs axı Foti bu hadisədən əvvəl yaşayıb. Əgər Kiyevdəki xristianlardan Foti yazıbsa, onda patriarx İqnati onları xaç suyuna çəkə bilməzdi.

Haqqında danışılan sənədlər çox mübahisəlidir, ancaq onlar bir mübahisəsiz nəticə çıxarmağa imkan verir: IX əsrdə Kiyevdə artıq xristian ənənələri var idi.

Bu ənənələr şəhərin Helq (Oleq sözünün tarixi deyilişidir) tərəfindən tutulmasından sonra da qalırdı. 882-ci ildə, Rusun rəsmi xaç qəbulundan yüz il qabaq bu varyaq qulduru kiyevlilərə öz odinoçuluq inancını zorla qəbul etdirməyə çalışmışdı. Onlar müqavimət göstərib, xristianlıqlarını daha yüz il də saxladılar – bu müddətdə bütpərəst varyaqların özləri xaç qəbul etdilər.

Bəlkə elə buna görə Allaha sədaqətlərinə görə ukraynalılara «xaxol» deyirlər? «Xaxol» türkcədən tərcümədə «göyoğlu» deməkdir (xox-qoq-gög, ol isə «oğul» sözüdür bu gün də türk dillərində oğul mənasında ol/ul işlənir – T.H.). Ölüm xofuna qarşı «göy oğulları» müqəddəs Georgi adasında toplaşıb Poçayn irmağı sahilindəki İlya Prorok Kilsəsinə gedirdilər. Hətta Kiyevi işğal edən knyazların rusların əhatəsində xristianlar meydana çıxırdı. Bu haradandı?

«İllər haqqında povest» əfsanəvi tarixi məqamlardan təkcə Rusun xaç qəbul etməsi haqqında məlumat vermir. Məsələn, Kiyev knyaginyası Helqənin (Olqanın) Bizans imperatoru VII Konstantinlə «nişanlanması» haqqındakı məlumatı götürək. Bizans tarixini yaxşı bilən şəxs yəqin bu salnamə epizodunda da bir saxtakarlıq tapacaqdır. İş orasındadır ki, Kiyev knyaginyası yanına gəlincə Konstantin xanım Yelena ilə evli idi, onun evlənmək problemi yoxdu. Bundan başqa, Helqə Konstantinopola xristian kimi gəlmişdi. Onun Bizansda xaç suyuna çəkilməsi haqqında söz ola bilməz.

Ancaq faktlar… Knyaginyanı Konstantinopola aparan rus səfirliyinin heyətində Kiyev keşişi Qriqori atanın da adı var. Bu faktdan, sənəddən necə qaçmaq olar? (Deməli, Helqə Konstantinopola xristian kimi gedir – T.H.). Hələ bu da hər şey deyil. Kiyev knyaginyasının Konstantinopolda təntənəli qəbulu haqqında məlumat saxlanmışdır. Helqənin imperator ailəsinə gəlişi, onun məlikə Yelena ilə qısamüddətli dostluğu barədə söhbət gedir. Bütpərəsti çətin ki, Konstantinopolda belə qarşılasınlar.

Bəs Helqə nə vaxt və harada xaç qəbul edib? L. Müller hesab edir ki, 944-cü ilin yazından (bütpərəst ərinin ölümündən sonra) 946-cı ilin əvvəllərinə qədər ola bilərdi. Nəzərə alsaq ki, yaşlı adamın xaç qəbulu mərasimi aylarla çəkir, onda 945-ci il bu iş üçün kifayət edərdi.

Yaşlının xaç qəbuluna aid qədim pravoslav ayini beş ardıcıl aktdan ibarət idi. Birincisi elan etmədir: keşiş kilsə kandarında diz üstə çökmüş şəxsi üç dəfə xaçla örtür, ruhunun təmizlənməsi üçün dua oxuyur, ona İncili, Zəburu və başqa vacib duaları oxumaq hüququ verir. Bu ilk mərhələni keçən adam hələ xristian sayılmır.

İkinci elan Böyük pəhrizin 2-ci və 3-cü bazar gününə təyin olunur. Yenə şəxs diz üstə çökür, üzünü şərqə tutur və yenə üç dəfə xaçla örtülür. Ancaq bu dəfə xaç qəbul edən lüt olur, bu, abır-həyanı qavramaq üçündür – Adəmin keçdiyi yol xatırladılır. Bu dəfənin kulminasiyası şeytanın qovulmasıdır.

Üçüncü aktda şeytandan üz döndərilir. Bu, axırıncı pasxa cüməsinə təyin olunur. Patriarxın duası altında xaç qəbul edən şəxs satanadan ayrılıb üzünü şərqə tutur və «İnanıram» duasını oxuyur.

Dördüncü akt xaç suyuna salınmadır, bu, ən təntənəli mərhələdir. Rəhmət bazar gününün və ya başqa bir böyük bayramın ərəfəsində icra olunurdu.

Beşinci akt yuyunmadır – müəyyən olunmuş qayda ilə bədənə sürtülmüş zeytun yağı təmizlənir. Bu, xaç çəkiləndən sonra səkkizinci gün olur.

Beləliklə, bu mərasim bəziləri üçün dörd-beş ay, bəziləri üçün illərlə davam edib.

Helqənin xaç qəbulunun harada olması bilinmir. Ola bilər, Kiyevin özündə olsun, ola bilər Korsunda, yaxud başqa bir şəhərdə, məsələn, Bryanskda (əsli: Brinçi) olub. Ancaq Konstantinopolda, Bizansda olmayıb (onun Konstantinopola səfəri qısa müddətdli olub – T.H.).

Helqənin Konstantinopola gəlişi ilə bağlı müəmmalar çoxdur. Getməyin məqsədi aydın deyil. Kiyev knyaginyası imperatorla nə danışığı apara bilərdi? Ola bilsin ki, cavan Kiyev-Rus dövlətinin beynəlxalq statusu haqqında söhbət gedib. Ola bilər, dini problemlərdən danışıblar – təsadüfi deyil ki, gedişqabağı Knyaginya xristianlığı qəbul etmişdi və s.

Lakin Helqənin Konstantinopoldan qayıtması ilə bağlı bir təfərrüat diqqəti cəlb edir. Rus tarixşünaslığında bu, yoxdur. Bu, Maqdeburq yepiskopu Adalbertin Xronikasında onun Kiyevə səfəri ilə bağlı qeydləridir. Yepiskopu Helqə dəvət edibmiş. Şəhərlə tanışlıq çox maraqlı olub, ancaq yepiskopu heyrətləndirən odur ki, kiyevlilər onu tələm-tələsik öz evinə qaytarıblar. Rədd ediblər.

Latınpərəst din xadimi, deməli, yerinə düşməyib.

Adalbertin xronikasından görünür ki, cavan xristian Helqə üçün Şərq və Qərb Kilsələri arasında fərq yoxmuş. Niyə? Bu barədə düşünmək lazımdır. Bu, təsadüfidirmi ki, latınpərəst keşiş Kiyevə dəvət edilmişdi? (Ola bilər ki, Konstantinopoldakı qəbul Helqəni təmin etməmişdir; dövlətlərarası münasibətlərdə dinin mühüm rol oynadığını görərək latınpərəst yepiskopun vasitəsilə öz ölkəsində Romaya katoliklərin dayağına rəğbət oyatmaq istəmişdir. Ancaq Knyaginyanın əhatəsi və xalqı bunu qəbul etməmişdir – T.H.).

Məlum olduğu kimi, kiyevlilər qədim pravoslav ayinlərinin, Şərq Kilsəsinin tərəfdarı idilər, buna görə də yepiskop Adalberti qovmuşdular. Qədim pravoslavlıq budur Rusiyanın unudulmuş xristianlığının əsası.

Bütpərəst rusları, Kiyev knyazları Svyatoslav və Yaropolkun nəsil şəcərələrini təhlil edərək L. Müller daha bir aşkar yenilik tapıb. Alman tarixçisi belə bir məlum fakta xüsusi əhəmiyyət verir ki, Yaropolkun və qardaşı Valdemarın (Vladimirin) anaları ayrı-ayrı adamlardır. O, onların bioqrafiyasını addım-addım öyrənərək, müəyyən edib ki, X əsrin 70-ci illərində (diqqət yetirin: yenə Rusun xristianlaşmasmdan əvvəl) Kiyevin varyaq camaatında xristian ideyaları çox kütləvi imiş. Yaropolk Kiyevdə «oturmuşdu» və arvadı xristian idi. Valdemar Novqorodda slavyanlara knyazlıq edirdi. Halbuki X əsrin sonunda Novqorodda xristianlığın nə olduğunu bilmirdilər.

Knyaz Valdemarın (Vladimirin) hərəkətlərində bütpərəst psixologiyası özünü göstərir. Kiyevdə hakimiyyəti ələ keçirərək, o, xristianların kütləvi edamını təşkil edir. Eyş-işrətləri də bütpərəst qaydasınca edirdilər. Rusu xaça dəvət edən «kişi» tarixə belə düşüb.

987-ci ildə bu pozğun knyazın başına gələnlər bir daimi tapmacadır. «İllər haqqında povest»dən göründüyü kimi, həmin ildə o, yanına xristian, yəhudi və müsəlman nümayəndələri dəvət edir ki, din seçsin.

«İllər haqqında və bərəkət haqqında hekayətlər», monarx İakovun «Knyaz Vladimirin barəsində xatirələr və mədhlər» əsərlərinin müqayisəsi göstərdi ki, bunlar bir çox rus tarixçilərinin güman etdikləri kimi, tarixi faktlar deyil. Bunlar sadəcə, ədəbi əsərlərdir ki, Rusun xristianlaşması ilə bağlı versiyaları hər müəllif kefi istədiyi şəkildə verib.

Bununla belə, seçmə problemi olub. Ancaq dini yox, geopolitik seçmə gedib: millətlərarası həyatda cavan Rus dövləti kimə arxalansın?

Əlbəttə, məsləhət üçün Valdemar heç kəsi dəvət etməyib, özü birbaşa Bizans kursunu götürüb. Knyaz doğru hesab edirdi ki, qərbdənsə, şərq təsiri altında olmaq Rus üçün daha çox arzu olunan siyasətdir.

Bəli, seçmə nədə göründü: Şərqlə Qərbdən birini, dünyanın müxtəlif dinlərindən birini qəbul etməkdə. Əvvəlki vəziyyətində qalmaq Rus üçün dünyəvi həyatdan, mədəniyyətdən, ticarətdən kənarlaşmaq demək olardı.

«Knyaz Vladimirin barəsində xatirələr və mədhlər» əsərinin müəllifi monax İakova elə mənbələr məlum olub ki, onlar bizə çatmayıb. Ancaq həmin mənbələrə Bizans müəllifləri də istinad edirlər. Monax İakov məlumat verirdi: Kiyev knyazı Valdemar Korsun yürüşünə iki il qalmış xristianlığı qəbul edib. Ancaq Rusiya tarixçiləri bunu qəbul etmirlər, başqa fikirdədirlər.

Xristian sərkərdənin başçılığı ilə rus ordusu Korsun məbədlərini xarabazara çevirdi. Bəlkə heç «Korsunda» xaç qəbulu olmayıb?

Maraqlıdır ki, Rusun xristianlığı qəbul etməsinin tarixi Bizans Kilsəsində heç qeydə alınmayıb. Bu faktı nəzərə almamaq mümkün deyil. Bəlkə buna görədir ki, Bizans yazıçıları (Psell və başqaları Rusu bütpərəstlər ölkəsi adlandırırdılar. Yaxşı, əgər Bizans Rusun xaç qəbulunu dərhal bilməyibsə, bəs Kiyev knyazı xristian xaçını kimin elindən qəbul edib?.. Bu sirrin üstündə yeddi qıfıl var.

TARİXİN ÜZÜNÜN KÖÇÜRÜLMƏSİ

Bilməcələr, sirlər… Axı məhz bu bilməcə və sirlərin içində yatır ki, Kiyev Rusu ilə Bizans arasında NƏ İSƏ olub – şüurlu şəkildə bunu sirr dumanına bürüyüb rus oxucusundan gizlədirlər. Dəşti-Qıpçaq adlanan bu NƏ İSƏ tez-tez və güclü şəkildə Rusdakı hadisələrə təsir edib. Həm də təkcə Rusdakı hadisələrə yox. Məhz buna görə də rus tarixinin ilk səhifələrindəcə bu hadisələrin şərhində qeyri-dəqiqliyə yol verirlər; adamın yadına cidanı çuvalda gizlətmək düşür. O zamanlar planetin ən böyük dövləti sayılmış bir ölkəni əritməyi qərarlaşdırıblar. Başlanğıc üçün pis deyil.

Əsrarlı Dəşti-Qıpçaqdan əvvəl (onsuz da bu kitab ona həsr olunub) bir daha qeyd edək ki, ruslar (slavyan olmayan, əsil ruslar nəzərdə tutulur – T.H.) varyaq adları daşıyırdılar – bu, belə də olmalı idi, onlar skandinaviyalı idilər. Bunlar sonralar sadədil salnaməçilər tərəfindən slavyan məxrəcinə salındı: Helqə oldu Olqa, İnqvar-İqor, Valdemar-Vladimir.11 Sənədlərdə X əsrdə Kiyevin bu hakimlərinin adlan var: Helqə, Helq (sonra Oleq), Valdemar, Hunnar, Vermun, Fauler, İnqald.

Qədim Kiyevdə hakimiyyətdə slavyan olmayıb. 911-ci ildə Kiyev knyazları ilə Bizans arasındakı müqavilənin mətni bunu israrla təsdiqləyir.

Həmin müqavilə belə başlayır: «Biz Rus nəslindən Karl, İnqelot, Farlov, Vərəmid, Rulav, Hudu, Raul, Karn, Flelav, Rüar, Aktutru, Lidulfost, Stemid…». Buyurun, Rusu bunlar təmsil edirdilər, Rusun adından danışmaq bu adamlara etibar olunmuşdu. V.O. Klyuçevski (1841-1911) yazırdı: «İlk rusların varyaqların və onların drujinniklərinin adları, ümumən, skandinav mənşəlidir».

Şübhəsiz, iş yalnız onda deyil ki, bu sənədlər hansı dildə yazılıb və bu adamlar hansı dildə danışırdılar. Həmin müqavilənin 7-ci və 8-ci maddələrində şərt qoyulurdu ki, ruslar və yunanlar «qul kimi satılıb-alına bilməzlər». Slavyanların adı çəkilmir. X əsrdə slavyanlar ruslar üçün «canlı əmtəə» və gəlir mənbəyi idi. Ruslar Bizansın və Şərqin qul bazarlarında slavyanları alıb-satırdılar. Bu qul alveri barəsində Bizans imperatoru Konstantin Baqryanorodnı da, başqa müəlliflər də yazıblar.

Buna görə də 911-ci il müqaviləsinin slavyan dili haqqında N. M. Karamzinin düşüncələri, yumşaq desək, özünü doğrultmur. Həmin müqavilənin rus mətni dünyanın istənilən dilində ola bilərdi, bircə slavyanca yox – çünki hökmdarlar qul dilində yazmırdılar.

Daha münasibi belə olardı: müqavilənin ikinci, itmiş (itirilmiş daha düz olardı – T.H.) nüsxəsi olsaydı, mütləq türkcə yazılmış olacaqdı bu, Dəşti-Qıpçağın hakim dili idi. Bizansın Skifıya ilə rəsmi iş yazışmaları beş əsr bu dildə aparılıb. Kiyevdə öz hakimiyyətləri dövründə varyaqlar da bu dili bilməyə bilməzdilər.

Rus salnaməçiliyinin bilicisi A. A. Şahmatov (1864-1920) vaxtilə aşkar etmişdi ki, «İlIər haqqında povest» bu əsrlər müddətində ən azı iki dəfə əsaslı surətdə işlənib. Sonrakı tədqiqatçılar müəyyən etdilər ki, povestin ayrı-ayn yerləri beş dəfə işlənib-köçürülüb. Nəticədə qara ağ olub, yaşıl da qızarıb. Nestorun əsərindən mahiyyətcə heç nə qalmayıb.

Xronoloji uydurmaları təhlil edən A. A. Şahmatov (ixtisasca dilçi – rus dili tarixçisidir T.H.) mümkün bilib desin ki, rusun bu baş salnaməsində 945-ci ilə qədər cəmi dörd tarixi epizod tarixi gerçəkliyə uyğun gəlir. Qalanlarının babalı sonrakı müəlliflərin boynuna.

Şahmatovun fikrincə, Rusda salnamələr (başqa tarixi ədəbiyyatlar da həmçinin) «əxlaqi-tərbiyəvi məqsəd əvəzinə, dövlət siyasətinin məqsədinə» qulluq edib, bunun üçün də əfsanələr, uydurmalar, təbii ki, həqiqətdən daha çox arzu olunub.

P. N. Milyukovla razılaşmamaq mümkün deyil – o, 1898-ci ildə yazırdı: «XV əsrin sonu və XVI əsrin əvvəllərində onlar (rus tarixşünasları – M.A.) özlərinə müasir hadisələri tendensiyalı-qərəzli verməklə kifayətlənməyib, keçmişdəkilərin də işıqlandırılmasında istədikləri mövqedən yazırdılar.

Rus dövləti, Kiyev vərəsəliyi və nəhayət, Bizans imperatorlarının hakimiyyəti ilə bağlı Moskva hökmdarının, Moskva siyasi sərəncamlarının ədaləti barədə bir neçə əfsanə uyduruldu».

Buyurun, «moskallıq nə vaxt doğulub: XV əsrin sonu, XVI əsrin əvvəli. Və Rusiyanın «moskallıq tarixi» meydana gəlir. Bununla da üzünü köçürüb dəyişdirmə, quraşdırma normaya çevrilib.

Günəmuzd akademiklər Rusiyanın tarixini növbəti dəfə köçürərkən həqiqəti çağıran faktları qoyub salnamələrin miflərinə əsaslandılar. Saxta patriotizm yaratmağa çalışan akademiklər Rıbakovlar köhnələrlə kifayətlənməyib yeni miflər düzəldiblər. Yerevanda «bünövrə daşı» basdırıb Erebuninin tarixini e.ə. VIII-VII-ci əsrlərlə bağlayıb, Ye-revanın 2500 illiyini keçirən ermənilərin əfsanəsini təkrar edərək, bu akademiklər Kiyevin yaşını dəyişmək istədilər. 1994-cü ildə, senzura buxovu zəiflədikdə ak. V. L.Yanin yazdı: «IX-XII əsrlərin hadisələri haqqında biliklərin mənbəyi salnamədir. Ancaq o, sonrakı yüzilliklərin redaksiyasında saxlanıb. XII əsrin əvvəllərində yazılmış salnamə əfsanəvi elementlərlə doludur. Sonrakı redaktələr onları daha da gücləndirib. Mifoloji elementlərin ikiqat şəklə düşməsi bunun nəticəsidir: salnamədəki əfsanələrə tədqiqatçıların əfsanələri əlavə olunmuşdur».

Rusiyanın tarixi heç də, indi göstərildiyi kimi, qəhrəmanlıq «peyzajları» olmayıb. Bunu deməklə həmin Yanin min dəfə haqlıdır ki, «…yalnız mənbələrin tənqidi təhlili yolu ilə kök salmış miflərin yaratdığı tarixi təsəvvürlərdən təmizlənmək mümkündür».

Bütün bunların başlanğıcını Vladimir Monomax qoyub. 1116-cı ildə Peçer monastırından Nestorun Salnaməsini götürüb Vıdubis saray monastrına verdirir. Burada salnamə kişi monastırının başçısı (iqumen) Silvestrin əlinə düşür. O, ilk dəfə Rusun tarixinin üzünü köçürür.

Slavyancasına tərbiyələnmiş knyaz Vladimir burada slavyan Rusunun tarixini görməyib narazı qalır.

İki ildən sonra yeni mətn peyda oldu. Vladimir Monomaxın böyük oğlu knyaz Mstislav qətiyyətli bir rusçu redaktor kimi Salnamənin üstündə «çox əziyyət çəkmişdi». İngilis kralının nəvəsi, İsveç kralının kürəkəni, Novqorod boyarlığında tərbiyələnmiş knyaz Mstislav Rusiyanın tarixini öz ağlına gələn kimi yazdı: onun redaktəsində slavyan Novqorodu Rusdan daha məhrəm, daha doğma idi.

Knyazın qələmi ilə Novqorod Kiyevi kölgədə qoydu. Kiyevin rusların (skandinav rusları – T.H.) fəthindən əvvəlki tarixinin üstündən xətt çəkildi. Kiyev təxminən üç yüz il cavanlaşdı. Beləliklə, tarixdə varyaqların rolu yeni şəkil aldı.

Arxeologiya imkan yaradıb ki, qədim insanların necə görünməsi, geydikləri paltarlar bizə məlum olsun. Hətta türkün xəncərinin də forması fərqlənirdi. At kimi silahı da xüsusi qiymətləndirirdilər. Hindistanda, Orta Asiyada və Avropada türk mədəniyyətinin görünüşü dəyişməyib.


Daha Kiyevin Helq tərəfindən işğalı yox idi. Heç Kiyev xaqanı Askoldun öldürülməsi də yox idi. Uydurulmuş Kiydən başqa heç nə yox idi.

Slavyan-norman redaktoru knyaz Mstislav özündən sonraya o qədər cəfəngiyyat qoyur ki, adam çaşır. Bu uydurmalar zaman-zaman Rusiya dövlətinin tarixinə çevrilir. O, Nestorun salnaməsində hər şeyi sildi – Kiyevin V əsrdə binası qoyulandan bəriki ilk tarixi orada qərar tuturdu. Yeni rusların (slavyan ruslarının) sələfi sayılan Kiyev ruslarına bir səhifə də yer qalmırdı.

Bu qəddar redaktor inandırıcılıq üçün hətta slavyan tayfalarının siyahısını tuturdu – guya bu tayfalar Kiyev Rusunun əsasını qoyublar. Ona qədər belə slavyan tayfalarını heç kəs tanımırdı.

Hər halda, Rus indi təsəvvür olunan ərazi deyildi. Məsələn, indiki Rusiyanın göbəyi sayılan Moskvada o zaman fın-uqor mənşəli xalqlar sakin idilər. Ona şərqdən və cənubdan birləşən torpaqlarda türk (qıpçaq) xalqı yaşayırdı. Slavyanın vətəni Avropanın mərkəzində idi. Az qala, XIII əsrə qədər vəziyyət belə idi.

Moskva çayının bir tərəfində vepslər, çeremislər və başqa fin-uqor xalqları, o biri tərəfində türklər-qıpçaqlar ömür sürürdülər. Cənab Allahın əmri belə idi.

Müxtəlif zamanlarda Moskva knyaz-varyaqlarının hakimiyyəti altına düşən bu yerli xalqlar indi «rus» adlanırlar. Moskva da Rusun paytaxtı sayılır.

Bizim öz köklərimizi bilməməyimiz naminə Rusiyanın tarixi elə ha fasiləsiz, təzədən-təzədən köçürülüb. Belə eləyiblər və yenə eləyirlər ki, biz özümüzü unudaq, əsil qohumlarımızı xatırlamayaq.

«KONKRET DƏLİL ZƏRRƏCƏDİR»

Slavyanların Şərqi Avropada görünməsi birinci minilliyin axırlarına aiddir. Buna qədər indiki rusların əcdadı başqa slavyanlarla birgə bir-birinə yaxın bir ərazidə, haradasa, Karpatdan şimala, Visla və Oder arasında yaşayırdı.

Harvard universitetinin professoru Riçard Payps yazır: «Slavyanların tarixəqədərki taleyi haqqında çox az şey məlumdur. Hansısa bir etnik və ya irqi qrupa aidiyyəti bilinməyən arxeoloji materiallar, qədim əsərlərdə və səyyahların hekayətlərində yoxa çıxmış xalqların dilləri və etnik adları ilə bağlı daşlaşmış qəlpə-xəbərlər müxtəlif nəzəriyyələr doğurmuş, ancaq konkret dəlil zərrəcədir».

Plini və Tasit kimi, tarixçi İordan (VI əsr) öz əsərlərində venedləri yada salır, onlar est və başqa Baltikətrafı xalqlarla qonşuluqda yaşayıblar. Venedlər döyüş məharətlərindən çox saylarının bolluğu ilə ad qazanıblar. Bir də onunla şöhrətlənmişdilər ki, keçmişlərdə Şimal okeanına tökülən Eridan çayından yığdıqları kəhrəbanı Yunanıstana gətirərdilər. Homer bu haqda yazıb. Eridan deyilən çay, görünür, bugünkü Dauqavadır.

N. M. Karamzin yazırdı: «Alman slavyanları dunaylı həmsoyları kimi çay, göl, bulaq və meşədən ötrü sinov gedərdilər. Və onların gözə görünməyən pəriləri üçün qurban verərdilər. Dindarlara görə, bu pərilər bəzən danışır və zəruri anlarda insanların yanına gələrmişlər. Məsələn, slavyan xalqını böyük təhlükə hədələrkən, Retr gölünün Pərisi qaban sifətinə düşmüş, sahilə üzmüş, dəhşətli səslə bağırmış və dalğalarda görünməz olmuşdur. Biz bilirik ki, Rusiya slavyanları da göl və çayların ünvanına müəyyən ilahilik və müqəddəslik yazmışlar». Daha sonra: «Slavyan xalqlarının çoxunda qoruq meşələr olurdu. Heç vaxt buradan balta-dəhrə səsi gəlməzdi, ən qəddar düşmənlər burada dava salmazdılar». Bu meşəliklərdə insanlar dualar oxumağa və bütpərəst bayramlarına gələrdilər.

Nəhayət, dövlətçiliyi olmayan köçəri maldarlar tayfalar halında birləşdilər. Ancaq mədəni səviyyələri elə deyildi ki, qonşu xalqlar onlardan bir şey götürsünlər.

Slavyanların məişət sadəliyi bir ibarədə yaxşı ifadə olunur: «Onlar, oğru kimi, olanlarını gizlərdilər». Döyüşə gedərkən və ya bir qızğın düşməndən gizlənərkən, slavyanlar adətən variyyətlərini qazıb torpağa basdırardılar. Bu xalqın adəti bu idi: «Mülklə özünü buxovlamaq».

V əsrin ortalarına qədər slavyanlar Avropanın mərkəzində, öz qədim vətənlərində yaşayıblar. Bizanslıların türk-qıpçaq adlandırdığı hunlar hələ onları narahat etməmişdilər, xalqların Böyük köçü başa çatırdı.

Məhz Böyük köç zamanı slavyanlar xalq kimi ayrı-ayrı tayfalara parçalandılar, hərəsi bir qismət üçün Avropanın meşələrinə dağılışdılar. Onda Rusiyada İlmen-göl meşələrində ilk slavyan qazma-dəyələri tüstülənməyə başlayır – meşə sakinlərinin ev tikmək təcrübəsi yox idi.

Əlbəttə, yad iqlimdə, yad xalqlar arasında slavyanların günü xoş keçmirdi. Avropanın və Şərqin bazarlarında slavyanların uzun zaman «canlı əmtəə» olması, görünür, bununla izah olunur.

591-ci ilin yazında Bizansa üç slavyan düşür və bununla Avropa tarixində ilk dəfə «slovinlər» qeydə alınırlar. Həmin üç slavyan haqqında məlumat Simokattın «Tarix»indədir.

Həmin mənbədən bu da məlum olur ki, «slavyanlar üstlərində silah daşımazlar, çünki onların ölkəsi dəmirin nə olduğunu bilmir». Onlar qərb okeanının qurtaracağında yaşayırdılar. Bizansdan oraya bir neçə aylıq yoldur. Görünür, yolun uzaqlığı bizanslıların slavyanlara marağını azaltmışdır. Sorğu-sualdan sonra üç əsiri Herakliyə (indiki Monastıra) qul bazarına göndərirlər.

Göründüyü kimi, mənbədə slavyanların Çarqradda təntənəli qəbulu haqqında heç bir işarə yoxdur. Ancaq Rusiyada kim isə bu sorğu-sualın əvəzinə, əsirlərin böyük hörmət və təntənə ilə qarşılandığını qəbul edir. Rusiyanın çoxcildli tarixində növbəti əfsanə belə yarandı.

Rusiyada slavyanlar barəsində uydurmalar az deyil. Axı müqəddəs kitablar deyirlər ki, yalan danışmaq günahdır.

Həqiqətən, slavyanlar haqqında az yazılmayıb, ancaq məsələ budur ki, onlar öz qədim «vened» adını niyə dəyişiblər. «Slavyanlar» haradan çıxıb? Bəlkə elə belə?

Məsələn, Hatter necə yaza bilərdi ki, Attilanın döyüşçüləri «slavyanları təslim edib onların dilini məhv etməyə çalışdılar».

O uzaq keçmişin Avropasını göz önünə gətirək: venedlərin torpağında düşmənlər tufan qoparır, venedlər çıxılmaz vəziyyətdədirlər? Ölüm? Köləlik? Tale onlara daha nəyi təklif edə bilərdi? Başını götürüb qaçmaq. Düzənliklərdən köçmüş venedlər xilaslarını Cənubi və Mərkəzi Avropanın dağlarında tapdılar. Kimisi də şimal meşələrinə getdi – düşmən atlıları ora keçə bilmədilər.

Köləliyə düşənlər özləri haqqında nə deyirdilər: biz tutulduq, əsir olduq «мы словлены». «Lov» sözü əsir deməkdir. Yada salaq ki, Simokaltm «Tarix»ində məhz «slovinlər» sözü qeydə alınır.

Tutulublarsa, kim tərəfindən tutulublar? Ancaq türklər-qıpçaqlar tərəfindən. Onda bütün Avropanı məhz onlar fəth etmişdilər. Yunanlar onlara hunlar deyirdilər. 572-ci ilə aid Bizans əlyazmasından bir parça: «Bu zaman hunlar, onları həm də türklər adlandırırdılar…»

Bəs venedlər? Türkləri-qıpçaqları venedlər necə adlandırırdılar?

Poloveslər. Ancaq «poloveslər» (половцы) sözü ilə. İngilis tarixçisi C. Fletçerin qeyd etdiyi kimi, «po» qədimdə «xalq» demək olub. Beləliklə:

po+loves = xalq +loves.

Burada da «lov» tutma deməkdir.

Bununla bağlı tarixi sənədlər və faktlar nə deyir? N.M.Karamzin göstərirdi ki, «Oleqin zamanında» Rusda poloveslərin haqqında heç nə bilmirdilər. Doğrudan da, yazılı sənədlərdə heç yerdə qeyd olunmur ki, kiyevlilər cənub və şərq qonşularını belə adlandırırmışlar.

Niyə? Çünki Kiyevdə hakimiyyətdə varyaqlar oturmuşdular, şəhərdə ikidillilik hökm sürürdü, ancaq yazı türkünkü idi – qlaqolik yazı işlənirdi. Türk dilində isə «poloves» sözü yoxdur, «qıpçaq» sözü var və yalnız ondan istifadə olunurdu. Ancaq hakimiyyətə başqa sülalə gələndən, türkcə dövlət dili kimi slavyanla əvəz olunandan sonra məişətə «poloves» sözü daxil oldu. Bu da düzdür ki, Karamzin həmin sözün arxasında Kiyev Rusunun sərhədlərində yeni «xalq» görürdü.

Axı XI əsrdə xalqların ikinci köçü olmayıb. N.M. Karamzin bunu insafla yazır ki, «Xalqlar göydən düşmür və yerin altında gizlənmirlər».

Belə bir mənasızlıq başqa bir mifik «xalqın» peçeneqlərin tarixi ilə bağlıdır. Bu da təzə deyil, qıpçaqların adlarından biridir. «Peçeneq» hərfən «tabe olmayan, doğrayan» deməkdir («biçmək», «doğramaq» mənalarında «biçənək» sözüdür–T.H.). Şərq xalqlarının döyüşçülərini bir sözlə çağırırdılar – onlar VIII-IX əsrlərdə türk səhra xaqanlıqlarını bir vahid dövlətdə birləşdirməyə çalışırdılar. Bu barədə bir az sonra.

Yenə «Rusiya əski rejimdə» əsərinə dünya slavyan tarixi və mədəniyyəti mütəxəssisi kimi etiraf olunmuş Paypsın kitabına üzümüzü tutaq: «Bu dövrün (VII-IX əsrlər) şərq slavyanları barəsində olan az məlumatımızdan belə çıxır ki, onlar tayfa icmaları təşkil ediblərmiş. Əksəriyyətinin yaşadığı meşə zolağında kəsib-yandırdıqları ağacların yerində təsərrüfatla məşğul olurdular. Bu ibtidai metod onların yaşama şəraitinə uyğun idi. Ağacları kəsib daşıyaraq, kəndlilər kötükləri və kolları yandırardılar. Alov sönəndən sonra qalan potaş və əhənglə zəngin küldə kiçik bir əməklə toxum səpirdilər… Bu əkinçilik texnologiyası daimi hərəkətdə olmağı tələb edirdi». Başqa sözlə, köçəriliyə gətirirdi.

Görünür, professor bir vacib detalı nəzərə almayıb: məlum olduğu kimi, slavyanlar metalı tanımırdılar və deməli, onların baltası ola bilməzdi. Görünür, onlar sadəcə meşəni odlayırdılar, ibtidai icma quruluşunda olan kimi.

Professor Payps davam edir: «Başqa ölkələrdəki tayfa təşkilatları kimi, burada da patriarx idarə edirdi – o, həmtayfalarının və onların əmlaklarının üzərində hədsiz hökmran olurdu. Bu mərhələdə slavyanların dövlətçilik təsisatları, mülki və hərbi vəzifə daşıyan məmurları yox idi. Deməli, cüzi dövlətçilik formasının xatırladan heç şey olmayıb».

Belə çıxır ki, o vaxtkı slavyanlarda öz dövrlərindəki dünya sivilizasiyasının heç rüşeymi də yox idi.

Bəs onda belə bir sual yerinə düşər: məsələn, Bizansın dəbdəbəli hökmdarları bu səviyyədə olan slavyanlarla ittifaq arayardılarmı? Axı onlar ibtidai insandan çox az fərqlənirdilər. Rusiya tarixçiləri isə bunun əksini inandırmağa çalışırdılar.

Slavyanların öz mədəniyyəti var idi, bu, mübahisəsizdir. Bu nadir mədəniyyət imkan verirdi ki, onlar meşədə yaşasınlar və orada təsərrüfat qursunlar. Bu mədəniyyət meşə camaatının səviyyəsini əks etdirirdi. 1932-ci ildən Novqorodda aparılan arxeoloji işlər bu mədəniyyətin üstündəki pərdəni gözəlcə kənar edir. Slavyanların minlərlə məişət əşyaları tapılıb. Onların ornamentləri, formaları çox özünəməxsusdur. Rusiyanın başqa heç bir ərazisində bunların bənzəri yoxdur. Bu IX-XII əsrlərdə Rusiyada slavyanların yerləşmə mənzərəsini göstərir.

Başqa sual: slavyanlar Dnepr sahilində Kiyev paytaxt şəhərini necə qura bilərdilər? Əmək aləti olmadan bu mümkünmü? Ev yox, qala yox (bunlar da olmayıb), məhz şəhər, hətta möcüzə baş versəydi belə, slavyanlar öz yaşadıqları meşə zolağından səkkiz yüz km. cənubda Kiyevi qura bilməzdilər. Həm də bu sahələr arasında birbaşa yol yox idi – arada Litva knyazlığı var idi.

Ruslar (əsil ruslar skandinaviyalılar – T.H.) öz saqalarında (xalq ədəbiyyatı forması – T.H.) Kiyev Rusunu «Hardarik» – «şəhərlər çarlığı» adlandırırlar. Dəyələrdə yaşayan slavyanların ölkəsinə belə ad yaraşmazdı.

Bu ad Çöl Dəşti-Qıpçağına yaraşırdı. Ərəb səyyahları da Dəşti-Qıpçağı Şəhərlər ölkəsi adlandırırlar. Kiyev bu ölkə idi.

QIPÇAQ KİYEVİ

Hər yeni yalan, şübhəsiz, əvvəlkindən daha acıdır. Ancaq bu aksiom Rusiyaya aid deyil. Hadisələrin yeni «izah-şərhi» burada yeni və gözəl şərh-interpretasiya uydurmaq istəyini daha da gücləndirir. Kiyev şəhərinin tarixi buna aydın sübutdur.

Bəzi salnaməçilər şəhərin 854-cü ildə bina edildiyini söyləməklə Kiyi Ryurikin müasiri sayıblar. Arxeoloji qazıntılar inandınr ki, burada insanlar V-VI əsrlərdə məskunlaşıblar. Bunu ərəb mənbələri də təsdiqləyir. Beləliklə, 300-350 illik zaman müddəti rus salnamələrində sıfıra endirilir.

Bu nə deməkdir? Bu o deməkdir ki, I Pyotr Stalinin müasiri olub.

Zamanın qısaldılmasına böyük cidd-cəhd göstərilib. «İllər haqqında povest»də giriş hissə xüsusi «yaradıcı təxəyyüllə» köçürülüb.

Elmə inanıb Kiyevin bina edilməsinin tarixi haqqında arxeoloqların materiallarını qəbul etsək, Kiyin tarixi haqqındakı söhbətlər cəfəngiyyata dönür axı – V-VI əsrlərdə slavyanlar Dneprə çatmamışdılar. Bundan əlavə, Nestora qədər (XII əsrə qədər) heç bir sənəddə nə birbaşa, nə dolayı şəkildə Kiy adı çəkilir.

Salnaməçilərin göstərdiyi 854-cü il tarixi ilə razılaşılsa, onda heç slavyanlara yer qalmır: Dneprin yuxarılarında varyaqlar ruslar (Skandinaviya rusları) ağalıq edirdilər; bunlar slavyanlardan ibarət «canlı əmtəələrini» qul bazarına gətirirdilər.

Çıxılmaz quyudan belə asan çıxmaq ancaq Rusiyada olar: XI əsrdə slavyanları rus elədilər. Ola bilər ki, əvvəlcə bu ad altında «rus təbəələri», «varyaq insanları» düşünülürmüş.

Ancaq qeyri-adi, həm də adi bir iş görülür: varyaq hakimlərinin adlarını dəyişdirirlər. Vəssalam. Bununla Kiyev Rusunun tarixi slavyanın olur.

Bununla iş bitirmi? Bu kifayətdirmi ki, yeni ölkənin, yeni xalqın yeni tarixini başlayasan? Gərək bir səbəb olsun ki, slavyanlar baş qaldırsınlar, ana dilində danışsınlar və, nəhayət, hakimiyyətə gəlsinlər. Necə və nə üçün qullar ağa oldular? Burada müfəssəl təhlil olmalıdır ki, bu da Rusiya tarixşünaslığında yoxdur.

Heç olmasa, həmin dövrün dünya tarixinə müxtəsər nəzər salaq.

XI əsrdə bəxt Bizansdan üz döndərirdi, ölkə sönüb gedirdi – xristian kilsəsində beş əsrdən bəri davam edən parçalanma Romanın xeyrinə həll olunurdu. Bu, siyasətdə və iqtisadiyyatda dərhal görünürdü. Bizans xanəndanlığı gün-gün dağılırdı – 1204-cü ildə Konstantinopol küçələrində Roma legionerləri gəzəcəkdilər.

Bir zamanlar üzünə uğurlar gülümsəyən Bizansda məğlubiyyətqabağı hava yavaş-yavaş tutqunlaşırdı: yunanlar istər-istəməz çox şeylərdən imtina edirdilər, məsələn, rusların (skandinaviyalılar) onların ölkəsinə gətirdikləri cah-cəlaldan, təbii sərvətdən – kəhraba, xəz, qalay və sairdən slavyan-qulların əvvəlki satış bazarı kasadlaşırdı.

Kasıblaşmış Bizansa rusların (skandinaviyalıların) marağı daha yox idi. Varyaqdan yunana gələn yol zəifləmişdi, rusların özləri də kasıblamışdılar. Xəzəristan üzərindəki məqsədsiz qələbədən sonra ilk cəfanı onlar özləri çəkdilər – İranla ticarətdən məhrum oldular. Bu ticarət xəzərlər vasitəsilə gedərdi. İndi də Bizans sıradan çıxırdı. XII əsrin ortalarında pul-sikkə kəsilməsinin dayanması ilə rus (varyaq) knyazları ciddi maliyyə çətinliyi qarşısında qalır və tam müflisləşirlər.

«Canlı əmtəə», xırda pul rolunu oynayan slavyanlar daha heç kəsə lazım olmadılar. Onları nə alan, nə də satan vardı. Diqqətdən kənar qalan bu xalq başını qaldırdı. Meşələrdən boşalmış xalq varyaq (rus) şəhərlərinə axışdı – Pskov, Smolensk, Novqorod şəhərlərinə. Varyaq (rus) Xolmqar məhz ondan sonra Novqorod adlanmağa başlandı.

Slavyanlar, əlbəttə, Kiyevə də üz tutdular. Varyaqdan yunana yolun tənəzzülü ilə bu çiçəklənən gömrük şəhəri də süquta başlamışdı.

Kiyev knyazları Rusiya – Skandinaviyanın keçmiş yardımından məhrum olmuşdular. Buna görə də Novqorod boyarlarının təhriki ilə Novqorod knyazı Kiyevin üstünə yeridi. Asanlıqla oranı tutdu. Keçmiş adlı-sanlı Kiyev daha yox idi.

Kiyev salnaməçiləri slavyanları «meşələrdə vəhşi həyat tərzi sürmüş insanlar» xasiyyətnaməsi ilə qeydə alırlar. Görünür, «yeni» və «əski» kiyevlilər arasında tez-tez toqquşmalar olur. Məişətə «katsaq» sözü (türkcə: saqqallı keçi) daxil olur. Kiyevlilər «vəhşi davranışına» görə slavyanları belə adlandırırdılar. Cavabında «xaxol» sözü eşidilirdi. Söyüş yerinə işlətdikləri bu sözün əsil mənasını, görünür, slavyanlar bilmirdilər.

Tale slavyanların üzünə gülürdü, tənəzzülə düşmüş ölkədə onların tale ulduzu parlayırdı. Novqorodlu knyaz Kiyev taxtına çıxanda meşə köçkünləri ictimai dilənçilikdən tam xilas oldular. Görünür, Allahın iradəsi belə imiş.

Varyaqlar (skandinav rusları) slavyanlara Rus dövlətini təhvil verdilər. Ancaq Kiyev Rusunun əhalisində xalq bütövlüyü vardımı? Rusiya tarixçilərinin inandırmağa çalışdıqları kimi, rus xalqı formalaşmışdımı? Çətin ki, bunu birbaşa təsdiqləyən heç nə yoxdur. Real gerçəklik bunun əksini deyir: XII əsrdə Kiyev dövləti ayrı-ayrı knyazlıqlara bölünmüşdü. Hansı knyazlıqlara, necə və nə üçün? Bu suallar tam dərinliyi ilə araşdırılmayıb. Lakin fakt faktlığında qalır ki, orada slavyan dövləti və ya başqa bir dövlət yox idi.

Novqorodun tozağacı yazıları (tozağacı qabığında yazılmış hüquqi və s. məzmunda sənədlər) Rusiya tarixçilərinin son iki əsrdə cidd-cəhdlə dediklərini rədd edir. Akademik V.L. Yaninin yazdığı kimi, bu sənədlər «bir sıra problemin həllinə yeni şəkildə yanaşmaq imkanı verir, bunların ilk şərhi mübahisəsizdir».

Əvvələn, «IX-XII əsrlərin qədim rus dövlətinin yaranma mexanizmi haqqındakı təsəvvür kökündən dəyişir. Bu dövlət iki MÜXTƏLİF mədəniyyətin – Kiyev və Novqorod mədəniyyətlərinin sahibi olan xalqların birləşməsi ilə meydana çıxıb, Kiy, Oleq, ya daha kimsə bir başqasının ifa etdiyi mifoloji tamaşa kimi icra olunmayıb.

Kiyev və Novqorod mədəniyyətləri bir-birindən çoxlu əlamətlərlə fərqlənib: məsələn, Novqorod slavyanlarının dili venedlərin və ya V. L.Yaninin adlandırdığı kimi, Cənub Balti slavyanlarının dialekti olub, kiyevlilərin isə başqa dili olub.

İkinci, tozağacı yazılarından, nəhayət ki, həm də Novqorod «dövlətçiliyinin» mexanizmi aydınlaşdı: sübut olundu ki, slavyan və hakim varyaq elitası arasında müqavilə olub. «Bu müqavilə boyarların iqtisadi qüdrətinin əsasını təşkil edib»… Varyaq knyazının öz drujinası ilə gəzib vergi yığmaq hüququ olmayıb. Müqaviləyə görə, yığılan vergidən knyaza pay verilirmiş. Bunu ancaq idarə (hakimiyyət) haqqı kimi alırmışlar. Beləcə, Novqorod «respublikasının» mexanizminin canı müqavilədə imiş. Qonşu fin-uqorlardan vergi yığmaq üçün də varyaq və slavyanların müqaviləsi varmış.

Gördüyümüz kimi, Vladimirin və onun nəslinin şəxsində slavyanların əldə etdikləri Kiyev Rusu onların öz cəmiyyətinin məhsulu deyildi.

Buna görə də Rus sadəcə parçalanmırdı, məhz düşmən knyazlıqlara parçalanırdı: hakimlər və xalq uzun zaman bir-birinin qarşısında borcsuz yaşaya bilməzlər.

Ölkənin yad hakimlərlə idarəsi nəticəsində belə daxildən partlayış xalqların tarixində dəfələrlə olub bu, dünya imperiyasının aqibətidir. Ancaq elə hallar olub ki, partlayış yumşaq, elastik formalarda baş verib və ölkə dağılmayıb. Vaxtilə İngiltərəni həmin varyaqlar tutmuş və özlərindən hakim qoymuşlar. Rusda olduğu kimi, orada da varyaqları ancaq və ancaq vergi maraqlandırırdı. Bu gəlmə hakimlər öz təbəələrinin taleyini zərrəcə düşünmürdülər.

Ancaq kiçik adalardan ibarət olduğu üçün İngiltərədə işlər Rusdakı kimi deyildi. Adalarda əsrlərlə müharibələr getməsinə baxmayaraq, varyaqlar bu və ya başqa şəkildə İngiltərəni saxlaya bildilər.

Böyük ərazi, yerli xalqların çoxluğu, qonşuların cənubdan, şərqdən və qərbdən təzyiqi Rusda vəziyyəti başqalaşdırırdı. Varyaqların yuxarı təbəqələri özlərini slavyan adlandırıb hakimiyyəti saxlamaq istəsələr də, bu, uzun çəkmədi… Meksikanı tutan ispanların nəvə-nəticələri daha ispan deyildir. Ruslar da (varyaqlar) belə.

Ancaq ispanlardan fərqli olaraq, ruslar (varyaqlar) yerli etnik kütləyə «rus» adını verdi. Bu ölkədə onlardan qalan ancaq bu ad oldu.

Buna görə qarmaqarışıq XII əsrdə knyaz Mstislav «İllər haqqında povest»in tələm-tələsik ikinci dəfə üzünü köçürdü. Kiyev Rusunun əvvəlki tarixini istədiyi səmtə yönəltdi, ona slavyan aksenti verdi…

Onun versiyası yaşadı. Doğmalaşdı. Bu yalan məntiq heç kəsin tövrünü dəyişmədi.

Məsələn, niyə Kiyev Rusunun yerli əhalisinə ruslar yox, ukraynalılar deyirlər? Niyə ukraynalılar Novqorodlulardan, voloqdalılardan yerlə göy qədər fərqlənirlər? Həm də təkcə zahirən fərqlənmirlər. Paltarını, mətbəxini, nəğmələrini, rəqslərini, tikintilərini… Nəyini istəyirsiniz, alıb müqayisə edin. Hər şey fərqlənir. Minimal oxşarlıq var.


Yəhərda görünən bu qartal, yəqin ki, yəhər sahibi döyüşçünün qoruyucu-hami rəmzidir.


Bu, təəccüb doğurur. Rus və Ukrayna əsla eyni deyil. Onların arasında heç vaxt təbii ünsiyyət olmayıb. XII əsrdə və XIII əsrin ortalarına qədər, cəmi üst-üstə 70 il aralarında güclə əlaqə düzəldilib. Sonra, hər cür əlaqə kəsilib. Yalnız 1620-ci ildə bərpa olunub. Ancaq necə?

«Ukraynanın Rusiya ilə yenidən birləşməsi» haqqındakı sənədlər göstərir ki, tamam müxtəlif xalqlar «yenidən birləşiblər», onlar bir-birinin dilini anlamır, tərcüməçilər dilmanclarla əlaqə saxlayırdılar. Vasili Buturlunun başçılığı ilə Moskvanın Ukraynadakı ilk səfirliyinin tərkibində iki tərcüməçi vardı: türk Bilal Baytsa və Stepan Konçinski. Onlar «yadelli çərkəslərin» (o vaxt Rusdakı kazakları «çərkəs» adlandırırdılar) və «litvalıların» (yəni qərbi ukraynalıların) məskəni Ukraynaya gəlmişdilər. Görünür, birincilər türkcə, ikincilər slavyan dialektlərindən birində danışırdılar «rus» slavyanları onları tam anlamırmışlar.

«İki qardaş xalqın» (bu kinayə sovet dövrünün məşhur möhür-ifadələrinə işarədir – T.H.) «yenidən birləşməsi» çətin başlanırdı – sıfırdan start götürdü. Bu «yenidən» birləşmənin mənasını sərəncamlarından birində II Yekaterina belə ifadə edirdi: «Çevik üsullarla nail olmaq gərəkdir ki, onlar ruslaşsınlar, canavar meşəyə baxan kimi öz keçmişlərinə baxmaqdan əl çəksinlər». Bu müstəmləkə düşüncəsi deyil də, bəs nədir?

Ruslar getman hakimiyyətini məhv etdirdilər ki, «getmanların dövrü və adı, bu addakı zat – nəcabət təəssürat itsin» (tarixən Ukraynada kazak qoşunlarının başçısına, sərkərdəsinə getman deyirdilər – T.H.). «Qardaş xalqın» Kilsəsi də beləcə başını kəsmək fəlsəfəsinə, izini itirmək islahatına məruz qaldı. Çünki Kilsə ruslara şəkk edirdi.

Ukraynalılarla rusların «əbədiyyət ittifaqına» nöqtəni II Aleksandr qoydu: onun 30 may 1876-cı ildə verdiyi qanunla ukraynalı dilinin kütləvi işlənməsi, o dildə kitab çapı, o dildən tədrisdə-məktəbdə istifadə edilməsi qadağan olunurdu; hətta o dildə mahnı-nəğmə oxunması da yasaq elan edilirdi. O vaxtdanca ukraynalı dili rusun qulağı üçün ildən-ilə anlaşılan hala düşür, «doğmalaşır» və «slavyanlaşır».

Əgər doğrudan da, ukraynalılar başqa kökdən yox, slavyan mənşəlidirsə, niyə başqa «rus» slavyanları (məhz rusların özü) çöllülər kimi papaq qoymur, çöllülər kimi uzunboğaz çəkmə geymir, gen şalvar-çaxçur, yan-yaxa köynək (boğazı qatlanmayan məlum ukraynalı köynəkləri) geymirlər? Niyə onlar çöllülər kimi ürək sızıldadan mahnılar oxumurlar, çöllülər kimi qızğın, təsirli rəqslər eləmirlər? Niyə at Novqorodlu üçün yabıdır, nəqliyyat vasitəsidir? Halbuki çöllü üçün at candır, bədəndir, onun ikinci «mən»idir.

Sual minlərcədir, ancaq bir həqiqət var ki, tarixin saxtalaşdırılması Rusiyada norma olub, elə kök atıb ki, bilinmir; həqiqət haradadır, yalan harada.

«Yent başlanğıcdan» XVII əsrdən Rusiya və Ukrayna arasındakı münasibətlər heç nədən ikimənalılıq kəsb edir. Və həmişə davam edib: bir cür deyilir, başqa cür edilir. Hələ onda Moskva «kazak torpağının» sakinlərinə düşmən kimi baxırdı; V.N. Tatişşevin ifadəsinə görə, onlar Rusiya dövlətinə qarşı dəfələrlə qiyamlar və zərərli işlər başlamışlar». Bu iki «qardaş xalq» heç vaxt bir-birini anlamamışdır. V. N. Tatişşev və V.O. Klyuçevski bu haqda çox yazıblar.

Bu əlamətdar deyilmi ki, Ukraynanın Rusiyaya ilhaqından sonra «bir getman öz əcəli ilə ölməyib və Malorusiyada (ruslar slavyanlara belə adlar qoyublar: özlərinə velikorus-böyük rus, o birilərinə belorus və malorus ukraynalılar – T.H.) bir getman qəbri yoxdur». Getman sözü türkcə xalqın «ruhunun daşıyıcısı», «şərəfinin sahibi» demək olub.

Bəli, «çerkaşin» (çərkəs), yəni «ukraynalı» ləqəbi uzun zaman Moskvada «satqın» mənasında işlənib. II Yekaterina «Malorusiyanın baş komandiri» Pyotr Rumyansevə Təlimatında məhz belə də yazırdı: rus xalqı «maloruslara gözə çarpmayan – xəlvəti nifrət bəsləməyə vərdiş edib». Unudurdu ki, maloruslar da həmişə onlara nifrətlə baxıblar.

İki «qardaş xalqın» bu qarşılıqlı rəğbətsizlik hissini XIX əsrdə alman səyyahı İohan Kol dəqiq verib: «Malorusiya xalqının Velikorusiya xalqına qarşı ikrahı o dərəcədə böyükdür ki, bunu milli nifrət kimi səciyyələndirmək tam ədalətli olar».

1.Tarixən İran bu gün fars dövləti kimi tanıdılan diyar deyil, irəlidə görünəcəyi kimi, bu, Qədim Vətənimizin Manna-Midiya, sonralar Azərbaycan adı ilə tanınmış Cənub hissəsidir. Toponim =ır (qədim türk tayfası) +an (qədim türk cəm şəkilçisi) yəni ırların (>uzların) yaşadıqları yer. T.Hacıyev.
2.Bunu qonşu ermənilərin Azərbaycanın qədim Qarabağ diyarına qarşı torpaq iddiasında əyani görürük. Tarixən dövlətçiliyi olmamış ermənilərin işğalçılıq, qəsbkarlıq, insan qırğını ideyalarına həmişə Eçmiədzin kilsəsi başçılıq etmişdir. T.H.
3.Qədim Rusiyada öz əvvəlki mövqeyini itirdiyinə görə həyat vəsaitindən, hüquqlarından məhrum edilmiş adamlara deyiblər. T.H.
4.Qədim Rusiyada öz əvvəlki mövqeyini itirdiyinə görə həyat vəsaitindən, hüquqlarından məhrum edilmiş adamlara deyiblər. T.H.
5.Bu tədqiqatçıların siyahısında iki nəfər istisna var:
  a)Bunlardan biri P.Melioranskidir. O, XIX əsrin 90-cı illərində «Kül tigin» abidəsindən danışarkən arşakilərin pulunun üstündə Orxon run yazısının tipində damğa olduğunu söyləyənlərə isnad edir. Özü bu fikri bölüşdürməsə də, hər halda faktlığını göstərir yəni arşakilər dövlətinin pulunda türk damğası– hərfi varsa, deməli, bu mədəniyyət, bu dövlət türkündür.
  b)XX əsrin 80-ci illərində türk etnosunun istedadlı tədqiqatçısı L. Qumilyov qətiyyətlə dedi ki, arşakilər türkdür. Hətta arşakilərin Türküstandan gəlmiş olmasını deyən alim, onların Azərbaycanda müstəqil sülalələr kimi yaşadıqlarını dedikdən sonra məhz belə ifadə işlədir: «Y.e.nın VI əsrindən sonra onlar yerli türklərin içində əridilər*. T.H.
6.Bugünkü İranın Parfiya, bugünkü farscanın tarixi farsca, tarixi farscanın tarixi parfca-türkcə ilə nıünasibətlərini qavramaq baxımından V. Bartoldun bu sözləri xüsusi dəyər kəsb edir. Bartold sasanilərin ilk mərhələsində öz dövlətləri üçün ədəbi dili, əslində dövlət dilini parflardan hazır götürdüklərini söyləyir. Keçən əsrlərdəki şovinist və avrosentrist mövqedən fərqli olaraq, artıq bu gün parfların türklüyü qəbul olunur. Deməli, Sasanilər parf türkcəsini, bir sözlə türkcəni ədəbi və dövlət dili kimi işlədirmişlər. Sasanilər hind-Avropa mənşəli etnosun dövlətini qururdular. Deyildiyi kimi, ölkədə birlik, sakitlik onların quruculuğunda vacib idi. Bunun üçün də parfları-türkləri özlərindən itələməmək xatirinə parfca-türkcəni ədəbi dil kimi işlətməyi özlərinə rəva bilirlər. Görünür, mühüm bir tutacaq da o olmuşdur ki, həmin dövrdə ölkədə ikidillilik yaşanmışdır: farslar türkcəni, türklər də farscanı sərbəst bilmişlər. «İqor polku haqqında povest»in yarandığı dil mənzərəsi kimi: əsər yaranan dövrdə türk və slavyan ikidilliyi olmuşdur. Və həmin dövrdə türkcəni başqa xalqların da bilməsi Parfiya dövlətinin, həm də parfcanın Şərqdəki mövqeyi ilə bağlı imiş. Belə mənzərə çox dövlətlərin tarixi təcrübəsində olub (fransızca ilə bütün Avropanın, türkcə ilə bütün Şərqi dolanmağın mümkün olmuş olmasını xatırlayın. Bu haqda bizim «Azərbaycan ədəbi dili tarixi» [2 hissə, Bakı, 1987) kitabımıza baxın). Ümumiyyətlə, bir dilin başqa xalqın ədəbi dili olması faktları da az olmayıb və bu gün də var (tarixən Azərbaycanda ərəb, fars dilləri, Hindistanda ingilis dili və s.).
  Sonrakı dövrlərdə, görünür, qarışma, çarpazlaşma prosesi getmişdir, farsların az olduqları yerlərdə farscanın türkcənin, türklərin azlıq təşkil etdiyi regionlarda parfca-türkcənin farscanın içində əriməsi baş verib.
  Hesab etmək olar ki, bu ənənə islam qəbul olunarkən və ondan sonra da davam etmişdir. Bu zəmində türk şairləri farscanı farslar qədər mükəmməl bilmiş və fars dilində dünya ədəbiyyatının şedevrlərini yaratmışlar (Xətib, Qətran Təbrizilər, Nizami Gəncəvi, Xaqani və başqaları). Eləcə də fars şairləri türk sözlərindən bol-bol istifadə etmiş və anlaşılmasından heç bir nigarançılıq çəkməmişlər (Suzani, Ənvəri, Naser Xosrov, Şəmsəddin Əhmədi, Moizzi və başqaları).
  Bilindiyi kimi, Firdovsi «Şahnamə»ni ancaq fars sözləri ilə yazmağa çalışmışdır. Yəqin bu cəhdilə Firdovsi bir milliyyətçi fars şairi kimi onun zamanında hələ də davam edən türk-fars ikidilliyinə son qoymaq istəmişdir T.H.
7.Ruscada fəslin adı «Москальские истории»-dir. V. Dalın lüğətində «москаль» sözü belə şərh olunur. Mосквич (moskvalı), pycский (rus). Deməli, «moskvaçılıq», «rusçuluq» məzmununu bildirir. Deməli, Rusiya ərazisindəki qədim xalqların tarixi rolu, rus mədəniyyətinin yaranmasındakı iştirakı rədd edilibmiş. V. Dalın lüğətində moskalla bağlı belə kəlamlar var: «Kто идет? Черт. Ладно, абы, не москаль» (Kim gəlir? Şeytan. Təki moskal olmasın); «C москалом дружись, а камень за пазухой держи» (Bizdəki qarşılığı: İtlə dostluq elə. çomağı əlindən qoyma); «Знает москаль дорогу, а спрашивает» (Moskal yolu bilir, yenə soruşur– kütlük bildirir). XIX əsrdə yazıya alınmış bu kəlamlar, deməli, xalqda çoxdan olub. Bu, əvvələn, rus millətinin mənşəyində müxtəlif etnosların durduğunu, ikincisi, Moskvanın dövlət siyasətinin qərəzliyindən geniş xalq kütləsinin narazı qaldığını göstərir-T.H.
8.Daha əvvəllərdə, hələ e.ə. Avropa məhz türkün runik mədəniyyət babası sayılan etrüsk türkləri aparmışdılar. Geniş məlumat üçün bax: Adile Ayda–Etrucker (Tutsakalar) Turk idiler. Ankara. 1992-T.H.
9.Bu da türk əlifba tarixi ilə bağlıdır. Məsələn, türk-Orxon əlifbasında 35 hərf işarəsi var. Halbuki samit sistemində bügünkü c, h, g, j, v hərvləri yoxdur. Digər tərəfdən qalın və incə saitlər üçün bir hərf, yəni 4 işarə işlənir. 8 samitin qalın və incə variantları var. Orxon əlifbasında 9 sait verilsə idi, onda da 40 hərf alınardı–T.H.
10.Skifiya sözü yunanlarda daha çox coğrafi mənada işlənir. Qara dənizdən şimala uzanan ərazini və orada yaşayanları yunanlar belə adlandırıblar. «Öz cahillikləri ucbatından» (iafədə N.M. Karamzinindir) yunanlar keltlər və skifləri öz adları ilə verirlər, bütün qalan xalqlara Avropanın Qərb və Şərq əhli deyilir.
11.Daha mötəbər fikir var ki, OleqUluğdan, İqor Uğurdan dəyişib, türk mənşəlidir-T.H.

Бесплатный фрагмент закончился.

89,66 ₽
179,32 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
314 стр. 24 иллюстрации
ISBN:
978-9952-8450-5-1
Правообладатель:
JekaPrint
Формат скачивания:

Похожие книги