Читать книгу: «Səni içimdən tərk edirəm», страница 3
get
nə zaman başladı bu hekayə
xatırlamaq çətin
gəncdim
ruhumda fırtınalarım vardı yel qanadlı sevdalarım
təsir etməzdi mənə elə üç-beş növbələri gecələr içimi yandırmazdı bu cür bir insan bu qədər azala bilərmi xatırlayırsansa səsinə yuxu hopmuş bir adam vardı
bu şəhərin bir yerində
xəyallar ormanının gecə gözətçisi deyərdin sən ona
gözlərində gizlətdi o səni sən bilmədin o adam məndim unutdunmu bax sevdiyim adam gülməyi belə unutdu səni unutmadı
12
işin asanına qaçmadım
uğrunda ölmədim yəni
uğrunda ölünəcək sandığım biri üçün yaşadım həmişə
sən bunu da bilmədin
mən bir baxışına min məna yüklədim sən eşqə qısa yolla getdin bir həyatın xülasəsini buraxıb ovuclarıma indi gedirsən
get
mənə qaranlığın nə demək olduğunu öyrətmədən
bütün işıqlarımı söndürürsən cəhənnəm cinayətlərini törədirsən sonra bunlara intihar adı verirsən təəssüf çox təəəsüf
susursan susuram susacaqlarım bitmir axı sən sevdiyini
yarı yolda qoyacaq qədər ürəksiz deyildin axı sən mənə qalmağı deyil yıxılmamağı öyrədəcəkdin hardasan harda uzun sözün qısası yoxdur deyəcəyim çox şey var
dəli bir rüzgar kimi gəldin ağlımı həyatımı dağıtdın indi gedirsən get
13
daha ayrılığa belə çatmadan eşq bizdən döndü
bir ilan kimi saldın qoynuma kimsəsiz gecələri
artıq ölüm sənə toxuna bilməməkdən pis deyil
ama sənə toxunmaq da yasaq mənə
göz çuxurlarımdakı qaranlıq bunu söylər sən ki varsan sən
lənət şeytana
yəni indi
gözləri sənə bənzəyən bir qızım olmayacaqmı
yəni indi başqalarımı sevəcək səni başqalarımı tutacaq əllərini mən saçlarını oxşadığım zaman əllərin yetim qalardı indi gedirsən get
14
tapmaca
bir şəhər gömüb ürəyinə
getdin
səssiz addımların qaldı geridə
səni tapmaca kimi axtarıram
15
şəhər gecə dağılmış ovuclarımdan mahnılar yıxılır üstümə
gözümdəki qığılcım
səssizliyə alışmış bir dodaq kimi alışır və sən indi
Бесплатный фрагмент закончился.
Начислим
+4
Покупайте книги и получайте бонусы в Литрес, Читай-городе и Буквоеде.
Участвовать в бонусной программе