Читать книгу: «Xatirələr»

Шрифт:

“Xatirə Ədəbiyyatı” silsiləsindən 13-cü kitab

© Hüseyn Şərif / Xatirələr

© “XAN” nəşriyyatı / Bakı / 2022 / 152səh

Üz qabığının dizayneri / Teymur Fərzi

* * *

Ön söz

Azərbaycan ədəbiyyatşünaslığı, ədəbi tənqid və tərcümə problemləri ilə yaxından məşğul olan görkəmli ziyalılarımızdan biri də Hüseyn Şərifdir.

Hüseyn Şərif 1909-cu ildə Tiflisdə anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1924-1929-cu illərdə Tiflis Pedaqoji Texnikumunda oxumuşdur. Yazıçının uşaqlıq və gənclik illəri Tiflisdə yaşayan Azərbaycan ziyalılarının ən fəal dövrünə təsadüf edir. “Şükufə” adlı ilk hekayəsi bu dövrdə Tiflisdə çıxan “Dan ulduzu” jurnalının səhifələrində dərc olunmuşdur. 1930-cu illərin əvvəl-lərində yazıçı bədii yaradıcılığını davam etməklə yanaşı pedaqoji fəaliyyət də göstərirdi.

1934-cü ilin sonundan başlayaraq Bakıya köçən yazıçı burada müxtəlif məsul vəzifələrdə çalışır. Bu vəzifələr isə onu ədəbiyyata, xüsusən də tərcüməçilik sənətinə daha möhkəm bağlayır. O, əsasən rus ədədiyyatından onlarla tərcümələrin müəllifidir. Belə ki, A.N.Radişevin “Peter-burqdan Moskvaya səyahət”, V.T.Korolenkonun “Yurdsuz uşaqlar”, İ.A.Qonçarovun “Oblomov”, K.Markovun “Ata və oğul”, V.A.Aksyonovun “Həmkarlar”, L.Qrosmanın “Dostoyevski”, A.Buninin “Povest və hekayələri”ni, İ.Yefremovun “Dumanlı Andromeda”, A.Rıbakovun “Sürücülər”, F.Dostoyevskinin “İdiot” və başqa əsərləri dilimizə tərcümə etmişdir.

Müxtəlif illərdə Azərbaycan Baş Mətbuat İdarəsinin rəisi, Azərbaycan KPMK Mədəniyyət şöbəsinin müdiri, Respublika Radio Komitəsinin sədri, Azərnəşrdə Tərcümə şöbəsinin müdiri və başqa vəzifələrdə çalışmışdır. 1936-1937-ci illər Hüseyn Şərifin Moskvada “Pravda” adına ikiillik Jurnalistlər İnstitutunda təhsil aldığı müddəti nəzərə almasaq o, ömrünün sonuna – 1989-cu il martın 25-ə kimi daim sənət adamları ilə, xüsusən də ədəbi aləmlə sıx ünsiyyətdə olmuşdur.

Onun 1989-cu ildə nəşr olunan, hazırda sizə təqdim etdiyimiz “Xatirələr” kitabında böyük şəxsiyyətlərdən – Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Mikayıl Müşfiq Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Mehdi Hüseyn, Cəfər Xəndan, Rəsul Rzayla olan dostluq tarixçəsindən səhifələr və maraqlı məqamlar öz əksini tapmışdır.

Görkəmli ziyalı Hüseyn Şərifin qələmə aldığı xatirələr bu gün də öz aktuallığını saxlamaqdadır.

Rövşən Yerfi

Bir neçə söz

Min ildən xeyli artıq tarixə malik zəngin ım elə nümayəndələri, elə böyük xadimləri olmuşdur ki, onların adları yalnız respublikamızda deyil, Azərbaycandan çox-çox uzaqlarda, hətta dünya miqyasında dərin hörmətlə yad edilir.

Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi kimi yazıçı, şair və mütəfəkkirlərimiz zərif, ahəngdar doğma dilimizin zənginləşməsinə misilsiz xidmət göstərmişlər.

Klassik ədəbiyyatımızın görkəmli nümayəndələrini nəcib ənənələrini davam etdirən müasir yazıçılarımızın əsərləri də xalqa məhəbbət, vətənpərvərlik duyğuları ilə zəngindir. Onlar öz əsərlərində xalqımızın nəcib milli üs, gözəl adətlərini də yaşadırlar!

Bununla belə, sənətkarlarımız heç vaxt milli udçərçivəsində qapanıb qalmamışlar. Onlar başqa xalqların da mədəniyyət və ədəbiyyat abidələrinə hörmətlə yanaşmış, xalqımıza xas olan dostluq, beynəlmiləlçilik kimi nəcib xüsusiyyətləri tərənnüm etmişlər.

Bu cəhətlər xüsusilə Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin, Yusif Vəzir Çəmənzəminlinin, Səməd Vurğunun, Mehdi Hüseynin, Rəsul Rzanın, Süleyman iməsərlərində daha qabarıq şəkildə əks etdirilmişdir.

Təbiidir ki, adı yaşadan, onu qeyb olmağa qoymayan insanın cəmiyyət, xalq üçün faydalı işi, əməlləri, təmiz mənəviyyatı, bəşəri keyfiyyətləridir!..

Mən öz xatirələrimdə çoxusu ilə yaxın dost olduğum yazıçı və şairlərimizin məhz daxili, dərin aləmini, nctərzini, duyğularını, həyata baxışlarını, nifrət və sevinclərini əks etdirməyə çalışmışam.

Bu çox çətin və mürəkkəb məsələdir. Böyük yytələb edən bir vəzifədir… Eyni zamanda şərəfli işdir!

Axı Hüseyn Cavid kimi dahi şair və dramaturq, Mikayıl Müşfiq (görün özünə necə əbədi təxəllüs seçib Müşfiq, yəni şəfqətli, mərhəmətli, mehriban, ürəyiyumşaq) imincə ruhlu, misli bərabəri olmayan bir şair haqqında xatirə yazmaq heç də asan məsələ deyildir!

Elə sənətkarlar ki, onların haqqında bizi uzun ddsusmağa məcbur ediblər. Cavid kimi pak və işıqlı bir simaya (doğma xalqını candan artıq sevən bir şəxsiyyətə) natəmiz və cinsi murdar satqınlar “xalq düşməni” adı vermişdilər. Hüseyn Cavid —“xalq düşməni”… Bundan da dəhşətli qəddarlıq olarmı?

29 yaşlı Mikayıl da bədxahların və fitnəkarların onun istedadını gözü götürməyənlərin fitvası ilə “xalq düşməni” adı ilə məhv edildi!

Onlara gec də olsa bəraət veriləndən sonra danışmaq və yazmaq imkanı yarandı…

Mənim vəzifəmi müəyyən dərəcədə yüngülləşdirən – istər Cavid əfəndi, istərsə də Müşfiqlə yaxın dostluğum olmuşdur.

Bu cür sənətkarlar haqqında xatirə yazmaq, onların necə insan olduqlarını geniş oxucu kütlələrinə tanıtdırmaq mənim üçün böyük xoşbəxtlikdir.

Ümumiyyətlə isə deməliyəm ki, bu məcmuəyə daxil edilmiş bütün xatirələrim yazıçı dostlarımla şəxsi görüşlərimin, söhbətlərimin, ünsiyyətimin bəhrəsidir.

Buna nə dərəcədə müvəffəq ola bildiyimi əlbəttə ki oxucular deməlidir. Son söz onlarındır!

Yeri gəldikcə sülh üçün çapala

Ömrü keşməkeşlər, ağır məhrumiyyətlər içində çmqüdrətli sənətkarlarımız Hüseyn Cavidlə uzun dddostluq etmişəm. Onunla çox görüşlərim, söhbətlərim olub. Müxtəlif mövzularda, müxtəlif məsələlərə dair… Səmimi və açıq söhbətlər… Şəxsiyyətə pərəstişin törətdiyi anvə qudurğanlığın müdhiş günlərində onun məktublarını, kağızlarını saxlaya bilmədim.

Mən bu yazımda böyük sənətkarımızın, ustadımızın ömrünün bəzi səhifələrini əks etdirməyə çalışmışam.

Bu sətirləri yazanda “Literaturnaya qazeta”nın 19 avqust 1987-ci il tarixli nömrəsində görkəmli yazıçı Anatoli Rıbakovun böyük minnətdarlıq duyğusu ilə oxuduğum “Зарубки на сердце” (Qəlbə vurulan yaralar), sərlövhəli çıxışının, oxucularla söhbətini xatırladım.

Dərin ürək ağrısı ilə yazılmış bu çıxış, oxuculardan çoxu kimi, 1930-cu illərdə baş vermiş şəxsiyyətə pərəstişin dəhşətli günlərinin xatirəsini mənim də qəlbimdə canlandırdı… Yazıçının çıxışının bir yerində belə bir parça var:

“Ölkədə özbaşınalıq və qanunsuzluqların mümkün olması şəraitini məgər Stalin yaratmışdımı? Stalin şəxsiy-yətinə pərəstiş həm çox böyük insan tələfatına, həm də iqtisadi itkilərə səbəb olmuşdu, lakin ən dəhşətli cəhət ənitkidir. İnsan həyatı qiymətdən salınanda cəmiyyətdə insanpərvərlik məfhumu aradan qalxır, mənəvi meyarlar heç dərəcəsinə endirilir, psixoloji mühit dəyişir. Hamının əvəzinə bir nəfər düşünəndə – adamların özləri daha düşünmürlər. Bir nəfər hamının əvəzinə həll edəndə adamlar müstəqil surətdə həll etməkdən əl çəkirlər… lkaz qala hər bir iş Stalin yoldaşın təşəbbüsü elan edi-ləndə – sadə adamlara nə qalırdı, onların təşəbbüsü necə olurdu?”

Mən bu qorxunc günlərdə baş verən çox hadisənin canlı şahidi olmuşam. Qabaqcıl ziyalılarımızın böyük bir qismi, geniş məlumatlı, savadlı, mədəni, rövşənfikir nümayəndələrini “xalq düşməni” adlandıraraq mühakiməsiz-filansız məhv edirdilər.

Bizim Cavid əfəndimizi də elə bu cür məhv etdilər.

Ona hamı Cavid əfəndi deyərdi. O zaman hörmətli şəxsiyyətlərə ancaq belə müraciət edirdilər.

Cavid əfəndi gözəl müsahib, söhbət sevən insan idi. Tündməcazlığı, əsəbiliyi, inadcıllığı da vardı… Bəzən söhbətimiz tündləşərdi. O, əsəbləşsə də heç vaxt müvazinətini, təmkinini itirməzdi. Elə hallar da olurdu ki, uzun-uzadı fikrə dalar, dinib-danışmazdı.

Cavid əfəndi incə, zərif ruhlu şair idi; o, gözəllik aşiqi idi, bütün varlığı ilə ədəbiyyata – şeirə, dramaturgiyaya bağlıydı, maraq dairəsi olduqca geniş idi…

Əlbəttə ki, heç xoşlamadığı, bütün varlığını sarsıdan şeylər də var idi ki, onlar böyük sənətkarlarımızı həmişə əsəbiləşdirirdi. O vaxt bu cəhəti yaxşı başa düşməyən (yaxud da başa düşmək istəməyən!), əməlli-başlı dərk etmə-yən ziyalılar da az deyildi – çoxları Cavid yaradıcılığı haqqında, necə deyərlər, tamamilə süni surətdə lmyanlış təsəvvürün təsirinə qul kimi qapılmışdılar. Bu əsassız, yanlış təsəvvür gənclərə də təlqin edilir, öz müəy-yən təsirini göstərirdi. Caviddən guya müasir həyatı tərənnüm edən əsərlər yazmağı tələb edirdilər…

Axı Cavidin əsərləri bəşəri duyğuları tərənnüm edir, zülmə, istibdada, dini xurafata, şahlara, “ulu xaqanlara”, “çılğın dərəbəylərə” qarşı mübarizəyə çağırır, humanizmi, ədaləti, xalqlar dostluğunu təbliğ edirdi, buna görə də müasir idi və daimi müasir olaraq yaşayacaqdır.

Lakin həqiqəti deməyə heç kəsin cəsarəti çatmırdı.

(“Xalq düşməni” damğası dəhşətli damğa idi. Döşünü qabağa verib, bu damğaya qarşı çıxmaq hər oğulun hünəri deyildi!.)

Ona görə də yazıçıların, ədəbiyyatşünasların bir smqovrula-qovrula susur, cınqırını da çıxara bilmirdi. Bir qismi də ümumi “axına” qoşulub, Cavid yaradıcılığı haqqında insafsızcasına mühakimə yürüdürdü.

Bu cür təsəvvürün nəticəsi idi ki Hüseyn Cavidin sədaqətli pərəstişkarları da bəzən, qeyri-iradi olaraq səhvlərə yol verirdilər… Bir misal:

“CAVİD QIRILAR, ƏYİLMƏZ”

1935-ci il SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının salonunda geniş iclas çağırılmışdı. Söhbət “atinkişaf yolları”ndan gedirdi. Mən birinci cərgədə əyləşmişdim.

Məruzəçi keçmiş maarif komissarı Mustafa Quliyev idi. O, vəziyyəti əsasən düzgün təhlil edirdi. Quliyevin mülahizələri tənqid hədəfləri iradları tutarlı idi.

Yaxşı yadımdadır, Mustafa Quliyev məruzəsinin sonunda, Cavid yaradıcılığı haqqında danışanda sözünü belə bitirdi: “Üçüncü zəng çalınıb, Cavid əfəndi, tren yola düşür, gecikərsiz minməyə tələsin”.

Məruzəçi Cavid əfəndini guya ki, müasir mövzuya dəvət edirdi.

Cavid qələminin qüdrətinə yaxşı bələd olan Mustafa Quliyev öz məruzəsində sənətkarın istedadına yüksək qiymət vermişdi. Eyni zamanda “müasir həyatla” ql məsələsini irəli sürürdü. Lakin məsələnin qoyuluşu böyük sənətkarımızı, haqlı olaraq, təmin etmirdi. O şəkildə ki, Cavid əfəndidən tələb edirdilər, ona bu tələb-karlıq əcaib görünürdü, çox pis təsir bağışlayırdı. Elə uxqeyd etdiyim yanlış təsəvvürün təsiri idi ki, mən Cavid əfəndiyə dedim:

– Ay Cavid Əfəndi, axı belə olmaz, sən çox da sol getmə, inadkarlıq eləmə, sən gəl daşı ətəyindən tök! Mustafa Quliyevin, sənin bəyəndiyin məlumatlı ziyalılardan olan bu adamın müddəalarında müəyyən həqiqət də var, axı mən görürəm, sənin söhbətlərindən, suallarından hiss etmişəm ki, nəsə hazırlayırsan, müasir mövzuda, gənclərin həyatından nəsə yazacaqsan, hələ bəlkə, – buna mənim heç şübhəm yoxdur, – qeydlərin, yaddaşların da vardır. Sən elə bilirsən mən bunu hiss etməmişəm, lap yaxşı hiss etmişəm, Cavid əfəndi var, bilirəm ki var.

Cavid əfəndi xəfifcə gülümsədi:

– Nə bilim sən nə hiss edibsən?.. – Yenə gülümsədi.

– Hiss etmişəm, Cavid əfəndi var, yazacaqsan, axı bunu məndən gizlətməyin nə mənası? Mənlə hər barədə açıq danışırsan, amma bunu etiraf etmək istəmirsən. Bir halda ki, belədir, yəni demək istəyirəm ki, bir halda ki yazacaqsan, – çox ehtiyatla əlavə etdim, – nə üçün Mustafa Quliyevin müəyyən mülahizəsi ilə razılaşmayasan?

Elə bunu eşitməyə bənd idi. Cavid əfəndi çəliyini qəzəblə yerə çırpıb qışqırdı:

– Cavid qırılar, əyilməz!

Lakin çox təəssüf ki, Cavid əfəndinin müasir həyat haqqındakı düşüncə və təsəvvüründən çox az adam agah idi. Onun müasir həyata nə cür münasibət bəslədiyini, gənclərin düşüncə və amalları ilə nə qədər dərindən maraqlandığını çox az adam bilirdi. Mən inanmışdım və unzərrə qədər də şübhəm yox idi ki, ona ikinci il də aman versəydilər, Cavid əfəndi müasir gənclərin həyatından bəhs edən gözəl bir əsər yazacaqdı. Onun qüdrətli qələmi buna qadir idi. Lakin nə etməli aman vermədilər…

Yenə də təkrar edirəm: belə müqəddəs bir insanı, gözəl, ziyalı bir sənətkarı “xalq düşməni” adı ilə məhv etdilər… Özü də doğma xalqını bütün varlığı ilə sevən, onun misilsiz pərəstişkarı olan bir şəxsiyyəti…

Bir haşiyə.

Mənim Cavid haqqındakı xatirələrimdən müəyyən qismini yazıçı dostlarımdan birinə oxuyanda qabarıq bir ifadəyə xüsusi diqqət yetirmişdi. Həmin ifadə haqqında öz irad və mülahizəsini dəqiq şəkildə nəzərimə çatdırdı. Dostum tamamilə haqlı olaraq mənə dedi: “Hüseyn müəllim, dahi şairimiz “Daşı ətəyindən töksəydi”, Cavid olmazdı!”

Bu mənim yuxarıda Cavid əfəndiyə dediyim sözlərə işarə idi. Məhz elədir! Daşı ətəyindən töksəydi, Cavid olmazdı! Mütəfəkkir sənətkarımızın xasiyyətindəki bir-iki cəhəti də qeyd etmək istəyirəm. Məncə, çox zəruri cəhəti.

Cavid əfəndinin qətiyyən xoşlamadığı məsələlərdən biri də yerliçilik söhbəti idi. Vay o gündən ki, kim isə onun yanında şəkili, bakılı, qarabağlı, naxçıvanlı, yaxud başqa yerli söhbəti edəydi. Yaxşı yadımdadır, bir dəfə dostlarımdan biri Cavid əfəndinin iştirak etdiyi mötəbər məclisdə kiminsə kölgəsini qılınclayanda belə dedi: “Əşi, ondan nə gözləyirsən, ey, filan yerli deyil? Onların hamısı belə adamdır”.

Bu söhbət Cavidi lap bərk əsəbiləşdirdi. Lakin böyük sənətkar təmkinini itirmədən çeşməyini düzəltdi, üzünü dostuma tutub həmin rayona pərvəriş taparaq yaşamış bir neçə adlısanlı adamın adını çəkdi.

– Bunları tanıyırsanmı?

– Bəli, Cavid əfəndi, tanıyıram.

– Bəs nə üçün o yerin bütün camaatına qara yaxırsan, heç utanırsan?

Dostum lap özünü itirdi, alnını tər basdı. Ayağa lxkor-peşman halda Cavid əfəndidən dönə-dönə üzr st.

Cavid əfəndi bircə bunu dedi:

– Belə sözləri heç vaxt dilinə gətirməyəsən! Onların hamısı bizim namuslu, qeyrətli xalqımızın öz vətənini, xalqını dərin məhəbbətlə sevən istedadlı oğullarıdır.

Cavid yaradıcılığının pərəstişkarları olduqca çox idi. Cavan, qoca, qadın, kişi – hamı ona hörmət edir, əsərlərini minnətdarlıq duyğusu ilə qarşılayırdılar. Onun st gənclər arasında daha çox idi.

Cavidi tamaşaçılara, oxuculara sevdirən nə idi? Heç tərəddüd etmədən, cəsarətlə deməliyəm ki, böyük istedadı, əsərlərindəki zəngin şeiriyyət, yüksək bəşəri duyğu, misilsiz insanpərvərlik, nəhayət, dərin səmimiyyəti. Ümumiyyətlə demək lazımdır ki, səmimiyyət mücəssəməsi idi. Şəxsən mən onu ancaq belə bir insan kimi tanımışdım. Görkəmli mütəfəkkir şair olduqca sadə bir insan idi. O, böyüklə böyük idi, kiçiklə kiçik…

Cavid əfəndi ilə zarafatımız da az olmurdu. Mən ona yüngülvari sataşmağı xoşlayırdım. Bir dəfə xanımların çox olduğu bir məclisdə qonaqlar dağılışanda mən ağyeriyib Cavid əfəndinin paltosunu tutdum. Geyindirə-geyindirə ona dedim:

– Cavid əfəndim, qoca kişisən, qoy sənə hörmət edim.

Elə bunu deməyimə bənd idi.

Cavid əfəndi:

– E-e-eh! – deyə dirsəyi ilə sinəmdən elə ilişdirdi ki, özümü ayaq üstə zorla saxladım.

– Əşi, sən nə edirsən Cavid əfəndi, lap nəfəsim kəsildi ki!..

Əyilib üzünə baxanda gördüm gülümsəyir.

– Bir də belə ilişdirsən işim bitər ki…

Cavid əfəndi gülümsəyə-gülümsəyə cavab verdi:

– Sənə lap yerində olur. Ömründə bir dəfə yaxşılıq elədin, onu da burnumuzdan tökürsən. – Əlini üzümə tərəf qaldırıb əlavə etdi, – Qoca sənin kimi olar. Qoca sən özünsən!

Bir dəfə yenə bizdə nahar edəndə zövcəm Şirinə dedim:

– Şirin, Cavid əfəndi yəqin ki, konyak içməyəcək (Cavid əfəndi konyakı xoşlayırdı), sən konyaki qoy mənə tərəf, limonadı Cavid əfəndi tərəfə. Konyak tünddür, Cavid əfəndiyə ağırlıq edər.

Cavid əfəndi bir az dilxor halda Şirinə baxdı.

– Bu nə danışır, Şirin xanım! Sənin ərin lap qocalıb ki… Nə yaman deyingən olub.

Şirin bərkdən güldü..

– Cavid əfəndi, mən neyləyimki, siz onunla zarafat etməyi xoşlayırsınız, ona görə də Hüseyn arabir sizə sataşır.

– Yox, Şirin xanım, xoş zarafatlar da lazımdır. Qoy nə qədər sataşır-sataşsın!

Ədəbiyyatımıza, xalqımıza ”İblis”, “Şeyx Sənan”, “Knyaz”, “Siyavuş” və s. kimi ölməz dram əsərləri və bir çox lirik şeirlər bəxş etmiş Hüseyn Cavid yaşayır və yaşayacaqdır. Qədir bilən və minnətdar xalqımız onu həmişə böyük ehtiram duyğusu ilə yad etmiş və əsərlərini sevə-sevə oxumuşdur. Cavid irsi hələ çox nəsillərin tərbiyə və inkişafına xidmət edəcəkdir.

Nəhayət, onu da qeyd etməliyəm ki, Cavid xatirəsinə dərin hörmət əlaməti olaraq, nəvəmin adını Cavid ym.

* * *

1935-ci il. Baş repertuar idarəsində işləyirdim… Bahar fəsli idi. Saat altı radələrində, iş qurtarandan sonra pillə-kənlə asta-asta aşağı enirdim… Küçə qapısına bir neçə pillə qalmış qəribə bir mənzərənin şahidi oldum. Cavid Əfəndi əllərini çəliyinə dayayıb, başını aşağı salaraq dərin fikrə getmişdi. Yaxınlaşıb salam verdim.

– Nə əcəb, Cavid əfəndi, burada niyə dayanıbsız? – Soruşdum.

– Səni gözləyirəm, – dedi.

– Axı belə olmaz, Cavid əfəndi, mən xəcalət çəkirəm. Siz məni nə üçün küçədə dayanıb gözləyirsiniz? Zəng edəydiniz, işdən bir az tez çıxıb burada sizi gözləyərdim. Heç yaxşı olmadı. Mən sizin küçə qapısında dayanmanızı rəva görmürəm. Vallah xəcalət çəkirəm, Cavid əfəndi.

– Xəcalətli düşmənin olsun. Gedək, – deyə qolumdan tutdu… – Mişkinaz xanım sənin çox xoşladığın şüyüd-plov bişirib, bizi gözləyir.

Söhbət edə-edə, arabir dayana-dayana köhnə univermağın (o zaman burada kinoteatr yerləşirdi) yanından ötüb, Kommunist küçəsinin ayağına yetışdik. Bəzən ayaq saxlamalı olurduq; ona görə ki, az qala hər addımbaşı – qoca, cavan oğlan, qız Cavid əfəndini salamlayırdı.

Cavid əfəndi respublika İcraiyyə Komitəsinin bina-sında yaşayırdı. Evin qapısında milis nəfəri dayanırdı. Biz qapıya çatanda Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Sultanməcid Əfəndiyevlə rastlaşdıq.

– Paho, Cavid əfəndi, xoş gördük sizi, necəsiniz? – deyə Sultanməcid Cavid əfəndiyə yanaşıb əlini sıxdı.

– Sağ ol, çox razıyam, Sultanməcid, tanış ol mənim dostum Hüseyn Şəriflə.

– Demək, adaşsınız…

Biz əl tutuşduq. Sultanməcid Əfəndiyev:

– Nə cavan dostunuz var, Cavid əfəndi? – dedisə də gülümsəyib əlavə etdi: – Zatən siz özünüz də cavansınız!

Cavid də güldü:

– Cavan olmayanda, qoca ki, deyiləm.

Görünür “qoca” sözündən Cavid əfəndinin heç xoşu gəlmədiyini Sultanməcid də bilirdi. O dedi:

– Yəqin, evə gedirsiniz, eləmi?

– Bəli, bu gün dostum mənim qonağımdır, buyurun, sən də gedək. Mişkinaz xanım plov bişirib.

– Təəssüf, çox təəssüf, böyük məmnuniyyətlə gedərdim… Amma heyf ki, Mərkəzi Komitəyə çağırıblar, təcili işim var…

O, xudahafizləşib maşına sarı yönəldi. Lakin birdən ayaq saxlayıb Cavid əfəndiyə tərəf döndü:

– Ay Cavid əfəndi, görürsünüzmü, sizə nə qədər əziyyət olur, qonağı evinizə aparmaq üçün mütləq özünüz üç mərtəbəni enməlisiniz; hər dəfə qonağı özünüzlə yuxarı qaldırıb, özünüz də yola salmalısınız. Mən sizi bu zəhmətdən qurtarmaq istədim, neçə dəfə dedim ki, gəlin sizə ürəyiniz istəyən yerdə gözəl bir mənzil verim, köçün oraya, canınız dincəlsin. Dostlarınız da kefin istəyən vaxt yanınıza sərbəst surətdə gələ bilsinlər.

Cavid əfəndi güldü:

– Heç elə şey yoxdur, Sultanməcid, – dedi, – elə bura mənim üçün çox yaxşıdır. Qapıdakı milis nəfəri də evimin keşiyini çəkir. Qulağım cox dincdir. Burdan getdi yoxdur.

Sultanməcid gülə-gülə başını buladı.

Biz yuxarı, Cavid əfəndinin mənzilinə qalxıb, çox səliqə ilə, xudmani döşənmiş bir otağa daxil olduq. Otağın ortasında üstünə təmiz süfrə salınmış dördbucaq miz var idi. Mizin qarşısında gözəl, naxışlı büllur şüşəli bir bufet parlayırdı.

Cavid əfəndi çəliyini küncə qoyub, o biri otağa keçdi, qayıdanda pencəksiz, köynəkdə idi; ancaq qalstukunu ıx. Mənə təklif etdi ki, pencəyi çıxarım. Çıxartdım. Mizin arxasında yer göstərdi, əyləşdim.

Cavid əfəndi bufetin üst gözünü açdı, bir şüşə konyak çıxardıb mizin üstünə qoydu. Mişkinaz xanım içəri girdi, mən ayağa qalxdım, Cavid əfəndi məni zövcəsinə təqdim etdi:

– Sənə dedim Hüseyn Şərifdir, tanış ol!

Biz tanış olduq. Mişkinaz xanım qaraqaş, qaragöz, ağbəniz, məlahətli bir qadın idi. O, xəfif bir təbəssümlə əlini mənə sarı uzadaraq…

– Çox şadam, – dedi, – xoş gəlmisiniz. Cavid əfəndi haqqınızda çox danışıb, sizi qiyabi tanıyırıq.

Mişkinaz xanım otaqdan çıxdı, iki nimçə göy-göyərti, turp gətirdi, bir az sonra da pendir və başqa məzə gətirib mizin üstünə düzərək otaqdan çıxdı.

Cavid əfəndi konyak şüşəsini əlinə aldı, qədəhləri doldurmaq istəyəndə, heç bilmirəm, necə oldusa, çox rsbir zarafat etdim. Cavid əfəndi şüşəni yerə qoyaraq, bir an duruxdu, pensnesini çıxardib yenə taxdı… Mən çaşıb mat-mat onun üzünə baxırdım, qulaqları, başı, sifəti pqolmuşdu, gözləri alacalanmışdı. O, ayağa qalxdı, pəncərənin qabağına yaxınlaşdı və xeyli müddət üzünü mənə çevirmədən birdən qışqırdı:

– Dur! Konyak-filan olmayacaq!

Mən dərin bir heyrət içində dönub qalmışdım, lap özümü itirmişdim; heç bilmirdim ona nə deyim. Cavid əfəndinin əlləri əsirdi, rəngi də qaçmışdı. Yaxşı oldu ki, Mişkinaz xanım dadıma çatdı. Yəqin nə isə hiss eləmişdi. İçəri girib dedi:

– Ay kişi, bu nədir, yenə uşaq kimi küsmüsən, nə olub?

– Görmürsən nə deyir?.. Sən eşitmədin…

Görünür, Cavid əfəndi də peşman olmuşdu. O mənə yanaşdı, əlini çiynimə qoydu, məlul-məlul üzümə baxıb ded:

– Rica edirəm, belə zarafatlar eləmə. Xüsusilə mənim kimi dostunla. Bu, yaxşı zarafat deyil!

Mən onu qucaqlayıb üzündən öpdüm:

– Yaxşı, Cavid əfəndi, indi ki, belədir, mən sizdən üzr istəyirəm.

– Yox, üzr istəmək lazım deyil. Sən məni təhqir etdin, mən də səni! Ancaq belə zarafatlar eləmə!

Kiçik bir haşiyə

O zamanlar gənclərin əksəriyyəti “Şeyx Sənan”ı, “bl”i, demək olar, başdan ayağa əzbər bilirdilər. Şəxsən mən ən çox sevdiyim “Şeyx Sənan” faciəsinə dəfələrlə ametmişdim, çox hissəsini əzbərləmişdim.

İndi Cavid əfəndinin qəzəbləndiyi bu məqamda qeyri-ixtiyari olaraq bu misraları xatırlayıb gülə-gülə avazla dedim:

 
Bir qəbahət bu, həm də pək mudhiş,
Başqa bir çarə yox, keçən keçmiş…
Fəzlədir, məncə, baxtı qeyb etmək,
İndi fürsətdən istifadə gərək…
 

Böyük ustad heyrətlə mənə baxır, dinib-danışmırdı, lakin gözləri gülürdü, əsəbilikdən əsər-əlamət qalmamışdı…

Mən güldüm. O da güldü. Sonra fikirli-fikirli ümiçinə baxdı:

– O cür zarafatı sənin ağzından eşitmək mənə çox ağır gəldi.

Bir az konyak içdik. Cavid əfəndinin kefi lap lm. Mişkinaz xanımla zarafat edir, mən plovu əd, o da arvadına sataşır, deyirdi ki,”plov bişirməyi ona mən öyrətmişəm”.

Nahardan sonra Cavid əfəndi məni qapıya qədər ötürdü:

Qapıda isə əlimi əlində saxlayaraq, gözləri gülümsəyə-gülümsəyə bu misraları oxudu:

 
Gecə Leylayı ayın on dördü
Quyuda tənha yıkanırkən gördü.
“Qiz, vücudun nə gözəl böylə açıq,
Qiz yaxından baxayım, sahilə çıx”.
Bakı ətrafında ürkək-ürkək
Dedi: ”Tənhada bu səs nolsa gərək?”
“Qız vücudun sarı güllər kimi, tər,
Çıx sudan, kəndini uryan göstər!”
Arayırkən ayın donuq səsini,
Sönük ay öpdü bəyaz ənsəsini,
…
 
 
Bir sabah söylədi son sözlərini
Yumdu dünyaya ala gözlərini.
Diz çöküb ağladılar, ağladılar
Qopdu evdən acı bir vaveyla,
Odalar inlədi: “Leyla, Leyla”.
 

Şeiri oxuyub qurtardıqdan sonra isə dedi:

– Şeir belə olar. Bilirsənmi kimindir?

Mən bir az duruxdum. Fikirləşdim. Gənclik illərində türk ədəbiyyatına az-çox bələd idim. Tofiq Fikrətin, Namiq Kamalın, Əbdulhaq Hamidin, Rəşad Nurinin və bir sıra başqa yazıçıların əsərlərini oxumuşdum. Lakin bu şeirin müəllifi mənə məlum deyildi.

Cavid əfəndi dözmədi:

– Olmadı, bax, bu olmadı. Sən bunu mütləq bilməli idin, mütləq. Yəhya Kamalındır, türk şairi, Yəhya Kamalın.

Onu da əlavə etdi ki, bu şeir dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmişdir.

Mən Cavid əfəndini qucaqlayıb üzündən öpdüm.

Maraqlı bir görüş

1947-ci ildə Soçidə, sanatoriyalardan birində istirahət edirdim. Hər dəfə Masestaya vanna qəbul etməyə gələndə, çox arıq, bəstəboy, çeşməkli, təkəsaqqal bir qocaya rast gəlirdim. Qoca vannalara həmişə kitab oxuya-oxuya gəlir, oxuya-oxuya da əyləşib növbə gözləyirdi (kitabı əlindən yerə qoymurdu). Hər dəfə də növbəsi çatanda onu iki-üç dəfə səsləyib vannaya dəvət edirdilər. Nəhayət, mən ona dözə bilməyib dedim:

– Axı siz heç yaxşı etmirsiniz, hər dəfə bizi ləngidir-siniz, vaxtımızı alırsınız. Bəlkə, müvəqqəti olaraq o kitabdan əl çəkəsiniz?

– Bu mümkün deyil! Mən latın dilini öyrənirəm, çox vacib bir əsəri latın dilindən rus dilinə tərcümə etməliyəm. – Mənə diqqətlə baxdı:

– Yeri gəlmişkən, siz özünüz haralısınız?

– Mən Azərbaycanlıyam.

– Paho, deməli ki, dahi Hötenin eloğlususunuz.

– Deyəsən, siz məni başa düşmədiniz. Mən Azərbaycandanam.

– Hə, hə, əlbəttə, mən sizin həmyerlinizi, sizin Höteni nəzərdə tuturam – Hüseyn Cavidi.

Mən heyrətlə qocaya baxdım. Qoca məndən soruşdu:

– Siz onu tanıyırdınız?

– Hə, əlbəttə, tanıyırdım. Bəs siz?

– Çox yaxşı. “İblis”lə “Şeyx Sənan”ı rus dilinə tərcümə etmişəm.

– Deməli ki, bizim dilimizi bilirsiniz?

– Türk dilinimi?. Bilirəm. Fəqət, etiraf etməliyəm ki, əsərləri mənim moskvalı dostlarımın köməyilə tərcümə etmişəm. Türk dilini gözəl bilən dostlarımın köməyilə…

Qoca bunu deyib, dərvişin monoloqunu oxumağa başladı:

 
Sakın, heç sorma, bir divanəyəm mən,
Dəmadəm çırpınan pərvanəyəm mən…
 

Bu məqamədək mənimlə rusca danışan qoca birdən azərbaycanca söylədi:

– Bilirsinizmi, – dedi, – bir para azərbaycanlı dostlarım mənə bu işdən, Cavidin əsərlərinin tərcüməsindən imtina etməmi məsləhət gördülər, bunu bihudə zəhmət hesab edirdilər, fəqət mən bu iki dahiyanə əsəri tərcümə etdim. Peşman da deyiləm.

Qocanın sonrakı söhbətlərindən məlum oldu ki, o, böyük alimdir, bir neçə dəfə İngiltərədə, Almaniyada, Fransada, Amerikada, İtaliyada, Türkiyədə, İranda olmuş, bu ölkələrin ali məktəblərində mühazirələr oxumuşdur. Qoca alim bunu da əlavə etdi:

– Hər dəfə sizin Cavidinizdən misralar gətirəndə, əsərlərindən parçalar oxuyanda alqış qopur, bütün məclis həyəcanlanır, vəcdə gəlirdi. Bəli, Cavid dahi şair olub!

Bu minval ilə biz bir neçə gün bu böyük alimlə görüşüb xeyli söhbət etdik. Cavidin əsərlərindən müəyyən parçaları mən həmin alim üçün oxuyandan sonra daha məndən əl çəkmir və hər dəfə yeni bir parça oxumağı xahiş edirdi. Nəhayət, otağının nömrəsini mənə dedi, xahiş etdi ki, şamdan sonra onun yanına gedim.

Fikirləşdim, götür-qoy etdim, getmədim (xatalı illər idi)! Risk edə bilməzdim… Çox istəyirdim onunla dostlaşım, əlaqə saxlayım, amma nə edə bilərdim, böyük im “xalq düşməni” kimi, “pantürkist” kimi damğalar vurulmuşdu.

Bir-iki gün alimin gözünə görünmədim (onsuz da az halda başını qaldırır, gözünü əlindəki kitabdan çəkmirdi). Üçüncü gün sanatoriyanın həyətində rastlaşdıq. Mənə heyrətlə baxdı. Üzr istədim, dedim başım qarışıq olub. O mənə:

– Hə, hə, aydındır, – dedi.

Mən:

– Bu gün sanatorini tərk edirəm, axşam yola düşməliyəm.

Qoca cibindən vizit kartoçkasını çıxartdı.

– Buyurun, bu mənim vizit kartoçkam. Moskvaya oldüşsə, xahiş edirəm çəkinmədən buyurasınız bizə. Çox şad olaram. Yeri gəlmişkən, siz nə ilə məşqulsunuz?

Yazıçı olmağımı demədim. Pedaqoqam dedim.

– Mən isə Elmlər Akademiyasında çalışıram. Demək dərs deyirsiniz?

– Bəli, dərs deyirəm.

– Bilmək olarmı harada? Məxfi deyil ki?

– Universitetdə.

– Tarixçisiniz?

– Xeyr, Filoloqam.

– Çox gözəl. Deməli ki, həmkarıq. Sizə yaxşı yol, tanış olmağımıza çox şadam. Salamat qalın. Bəli, sizin Huseyin Cavid dahi filosof və humanist olub!

Cavidin böyük humanist yazıçı olmasını onun kimi şəxsdən eşitmək mənim üçün, əlbəttə ki, olduqca xoş idi. Lakin mənim Cavidlə yaxından dost olmağımı o haradan biləydi?

* * *

1935-ci il idi. Ş.Rustaveli adına Gürcüstan Dram Teatrı Bakıya qastrola gəlmişdi. M.F.Axundov adına Opera və Balet Teatrında “Anzor”, “Lamara”, “Qaçaqlar” tamaşalarını göstərirdilər.

Tamaşalardan sonra müzakirələr başlandı, tamaşalar haqqında rəylərini söylədilər. Axırda teatrın baş rejissoru Sandro Axmetli çıxış etdi. Onun çıxışlarındakı bir ifadə çox yaxşı yadımda qalıb. Axmetli belə dedi: “Mənim xalqımın da sizin xalqınızın türk dili kimi musiqili dili olsaydı, səhnədə möcüzələr yaradardım”.

Mən Cavid əfəndidən soruşdum:

– Hə əcəb gürcü dram teatrının tamaşaçılarına gəlməmişdiniz?

– Necə məgər?

– Maraqlı tamaşalar idi. Bilirsinizmi, quruluşların üzzamanı teatrın baş rejissoru Axmetli nə dedi? (Mən Axmetlinin sözlərini təkrar etdim).

Cavid əfəndi gözünü yerə dikib bircə bunu söylədi.

– Məgər, buna sənin şübhən var idi?..

Mən bir cəhəti xüsusilə qeyd etmək, nəzərə çatdırmaq istədim. Gənclərin həyatı, məişəti, düşüncəsi, idealı Cavid əfəndini olduqca maraqlandırır, düşündürürdü: gənclər nəyi daha xoşlayır, onları hansı məsələlər daha çox düşündürür, əməyə münasibətləri necədir, musiqi, ədəbiyyat, ümumiyyətlə, incəsənət xadimlərindən kimi daha çox sevirlər və nə üçün?

Dəqiq elm mütəxəssisləri ilə tanış olanda sevinirdi. ”Bizə belə mütəxəssislər çox lazımdır” deyirdi.

Cavid əfəndi ağzından bir kəlmə də nalayiq söz çıxartmamışdı, mən eşitməmişdim. Çox qəribə söyüş ymvar idi. Onun bütün söyüşü bircə kəlmədən ibarət idi. Əsəbiləşib özündən çıxanda ancaq bu kəlməni deyərdi: ədəbsiz!

Bir dəfə qəribə bir əhvalat baş verdi.

1936-cı ildə, bazar günlərindən birində, saat 12-də uşaqlıq dostlarım bizə toplaşmışdılar. O zaman mən Səməd Vurğun küçəsində (keçmiş Qızıl Əsgər), 54 nömrəli evdə idim, idarəmiz isə xalq maarif komissarlığının asidi.

Dostlarımdan biri, sonralar “Kommunist” nəşriyyatının direktoru, Azərbaycan Ensiklopediyasının əməkdaşı olmuş Yunis İsmayılov da bizdə idi (hazırda fərdi pensiyaçıdır). Mənzil sahibəsinə tapşırmışdım ki, məni soruşan olsa, desin ki, evdə yoxam. Ona görə ki, işimin rejimi belə idi ki, bəzən istirahət günü də, təcili iş olanda, adam ndməni ya idarəyə çağırırdılar, ya da mətbəəyə.

Biz səkidən təqribən iki metr hündür olan eyvanda oturub nərd oynayırdıq. Başımız oyuna qarışdığı üçün küçədən keçənlərə fikir vermirdik. Oyunumuzun şirin yerində bir də gördük ki, aşağıdan Cavid əfəndi qışqırdı:

– Canım, bu nə işdir, ev sahibəsi mənə deyir evdə yoxdular, amma siz eyvanda oturub nərd atırsınız. Bu ecişdir? Ədəbsizlər!

Mən yerimdən dik qalxıb küçəyə yüyürdüm.

– Bağışlayın, – dedim, – Cavid əfəndi, bir az anlaşıl-mazlıq üz verib. “Evdə yoxdur” əhvalatının sizə qətiyyən dəxli yoxdur. Heç ağlıma gəlməyib ki, birdən siz də gələ bilərsiniz. Keçib, Cavid əfəndi, bağışlayın bizi.

Qolundan tutub evə apardım. Çəliyini, papağını asqıya keçirtdim. Cavid əfəndi bizimlə yanaşı əyləşib, nərd oynamağımıza tamaşa edir, söhbətlərimizə qulaq asır, zarafatlarımızı dinləyirdi. Zövcəm Şirin bizə işarələr edirdi ki, zarafatlarımızı, atmaca sözləri boşlayaq, lakin bir də gördüm ki, Cavid əfəndi də Şirinə işarələr edir, yəni ki, bənd olma, qoy nə istəyirlər danışsınlar.

Bu məhz ondan irəli gəlirdi ki, Cavid əfəndini bizim hər bir hərəkətimiz maraqlandırırdı!..

Görkəmli sənətkar, xalqımızın böyük oğlu, dərin fəlsəfi əsərlər müəllifi Hüseyn Cavid həm də belə sadə, əm, mehriban bir insan idi…

* * *

Çalışdığım idarənin xüsusiyyəti elə idi ki, həftədə üç dəfə gecə işlədiyim üçün gündüzlər boş olurdum. Belə vaxtlarda evdə tərcümə edir, məqalə yazır, daimi resenzenti olduğum nəşriyyatın tapşırıqlarını yerinə yetirirdim. Cavid əfəndi bütün bunlardan xəbərdar idi və işgüzarlığıma ürəkdən sevinirdi. Şəxsi söhbətlərimiz (çox vaxt bizdə, bəzən də şairin mənzilində) əsasən yaradıcılıq məsələlərinə həsr olunardı. O zaman mənzilim yox idi, kiçik bir otaqda kirayənişin yaşayırdım.

1935-ci ilin aprel ayı idi. Bir dəfə işdən səhərə yaxın qayıdıb möhkəmcə yatmışdım. Necə deyərlər, dəyib-dolaşan olmasaydı, yəqin ki, axşamadək yatacaqdım. Lakin səhər saat on radələrində arvadım Şirin məni yuxudan oyadıb:

– Qalx, Cavid əfəndi gəlib, – dedi.

Yaxşı ki, o, əvvəlcə həyətdə ayaq saxlayıb, ev ibhal-əhval tutmuşdu. Cəld geyinib həyətə çıxdım, əziz qonağı otağıma dəvət etdim. O, “səhərin gözü açılmamış” qonaq gəldiyi üçün dönə-dönə üzr istədi.

– Gəlmişəm çayı sizdə içim, – dedi. – Bizim qaz azxarab olub…

Papağını asqıdan asdım, çəliyini divara söykədim. Bir az fikirli olduğunu da elə bu dəm hiss etdim.

– Xeyir ola, – dedim, – Cavid əfəndi, gözümə birtəhər görünürsünüz…

– Hə, elədir… Dedim ki, qaz cihazı xarab olub!..

– Elə bu?..

– Bəs, qan qaralması üçün bu azdır?

– Ay Cavid əfəndi, bəlkə siz də mənim kimi yurdsuz-yuvasız olsaydınız, bəs onda nə edərdiniz?

– Hə, mənzilsizlik çox çətin məsələdir. Elə buna görə sənin haqqında bəzi adamlara ağız açmışam, ancaq bilmirəm, bir nəticə hasil olacaq, ya yox.

Şirin bizə çay-çörək verdi… Təqribən saat on ikidə Cavid əfəndi ayağa qalxdı.

– Hara belə? – deyə soruşdum.

– Dəniz sahilində bir az gəzib evə gedəcəyəm.

Cavid əfəndi gəzməyə həmişə bulvara – indiki sahil parkına gedərdi. Həmişə də bir yerdə oturardı. O vaxt park indiki kimi qəşəng deyildi…

– Saat neçədə evdə olacaqsız?

– Necə məgər?

– Qonaq gələcəyəm.

– Buyura bilərsən. – Saatına baxıb əlavə etdi, – Saat üçdə gözləyəcəyəm.

– Qaz cihazını da elə onda işə salarıq.

Böyük şair təəccüb etdi:

– Məgər sənin qaz cihazından da başın çıxır?

– Mənimki çıxmasa da, başı çıxan tapılar.

– Ancaq o qaba danışanlardan olmasın!..

– Lap sizin ürəyiniz istəyən adam olacaq. Adı da Məhəmməd.

O vaxt böyük qardaşım Məhəmməd Bakı Qaz Trestində texniki şöbənin rəisi idi: bunu Cavid əfəndiyə demişdim. Məhəmmədlə də tanış etmişdim, lakin görünür, unutmuşdu.

Saat üçdə qardaşım Məhəmmədlə birlikdə Cavid əfəndigilə getdik. Məhəmməd özü ilə iki çilingər də gətirmişdi. Qapını Cavid əfəndinin özü açdı. Bizi görəndə çox sevindi. Mən gülə-gülə:

– Cihaz necədir, Cavid əfəndi, naxoşluğu hələdəmi davam edir? – deyə soruşdum. Sonra da əlavə etdim, – Buyurun, tanış olun, böyük qardaşım Məhəmməddir, özü də Bakı Qaz terestinin texniki şöbə rəisi. Görürsünüz, qulluğunuza nə böyük adam gətirmişəm?!

Cavid əfəndi Məhəmmədin əlini əlində saxlayıb dedi:

– Sizin bu qardaşınız zarafatlardan heç əl çəkmir. Sizi mənə yad bir adam kimi təqdim edir. Halbuki sizinlə çox-dan tanışam, iki dəfə onun öz mənzilində görüşmüşük.

Cəld dilləndim:

– Mənzilində yox, Cavid əfəndi, kirayənişin olduğu otaqda.

– Di görürsünüzmü? Yenə zarafatdan əl çəkmir.

– Elədir, Cavid əfəndi, baməzə adamdır… Amma sizi çox sevir. Sizə dərin hörmət bəsləyir!..

Cavid əfəndi boynumu qucaqladı.

– Onu bilirəm, yaxşı bilirəm və bununla da fəxr edirəm.

Cihaz yarım saatın içində düzəldi. Çilingərlər getdi. Cavid əfəndi, bizim etirazımıza baxmayaraq, onlara pul vermək istədi, lakin ustalar qəti imtina etdilər.

Biz də xudahafizləşmək istəyəndə, Cavid əfəndi qəti etiraz etdi:

– Olmaz! – dedi. – Nahar edəcəyik.

Məhəmməd mülayimliklə dedi:

– Cavid əfəndi, sizinlə nahar etmək, mənim üçün çox xoş olardı. Lakin təəssüf ki, bu mümkün deyil, indi iş vaxtıdır, idarədə olmalıyam!..

Ancaq buna görə Cavid əfəndi israrından əl çəkdi:

– İşdirsə, onda başqa məsələ… Lakin heç olmazsa çay içək.

– Hə, çay olar, – deyə Məhəmməd razılıq verdi.

Mişkinaz xanım yaxşı bir çay süfrəsi açdı. Cavid əfəndi gözləmədiyimiz halda Məhəmmədə müraciət etdi:

– De görüm, Rauf qəbul olundu, ya Rüfət?

Təxminən iki ay əvvəlki əhvalatı xatırladıq. Məhəmmədin oğlu olmuşdu. Münasib ad axtarırdı. Daha doğrusu Rauf və Rüfət adlarından seçmək istəyirdi. Həmin gün yanıma da məsləhət üçün gəlmişdi. Təsadüfən Hüseyn Cavid də bizdə idi. Məsələdən hali olcaq dedi:

– Adların hər ikisi, necə deyərlər, məqbuldur. Yəqin ki, bilirsiniz, Rauf rəhmdil, şəfqətli deməkdir. Rüfət isə yüksəklik, əzəmət mənasını verir. Mənə qalsaydı, Rüfəti məsləhət görərdim…

Məhəmməd böyük şairin məsləhətinə əməl edib, oğlunun adını Rüfət qoymuşdu. İndi çay süfrəsinin arxasında həmin əhvalatı xatırladan Cavid əfəndi uşağa Rüfət adı qoyulduğunu eşidəndə çox sevindi və xudahafizlə-şəndə Məhəmmədə dedi:

– Sən neftçi mühəndissən, elə deyilmi?

– Bəli, elədir…

– Xalqımın sənin kimi mühəndis, həkim, müəllim… oğullarını görəndə, xüsusilə onların məsul vəzifə sahibləri olduqlarını eşidəndə hədsiz sevinir və fərəhlənirəm. Arzum da budur ki, hər yerdə sənin kimi mütəxəssislər görüm. Sağ ol, var ol, xoşbəxt ol. Çalış ki, sənin kimi hs, ziyalı adamlarımız çox olsun. Ən nəcib, ən yaxşı yol budur. Ziyalı qüvvəsi nə qədər çox olsa, millətin qüdrəti də bir o qədər artıq olar.

Cavid əfəndi bu sözləri deyib, bir qədər susdu. Yenidən Məhəmmədin əlini sıxmağa başlayanda isə fars dilində bir misra şeir söylədi:

Təvanə buvəd, hər ki dana buvəd!

Sonra da onun mənasını şərh etdi:

– Yəni, məlumatlı, bilikli adam qüdrətli, qüvvətli olar!

Gözünü Məhəmməddən çəkmədən soruşdu:

– Bilirsinizmi kimin sözləridir?

Məhəmməd utana-utana:

– Xeyr, – dedi.

– Firdovsinindir, dahi İran şairi Firdovsinin…

* * *

Növbəti istirahət günlərindən birində uşaqlıq dostum, məktəb yoldaşım Yunis İsmayılov qonağım idi. rdda bizdəydilər. Zövcəm Şirin plov bişirmişdi. Məclisimizin şirin məqamında Cavid əfəndi gəldi:

– Paho, deyəsən, axı namünasib vaxtda gəlmişəm, – dedi:

Hamımız ayağa qalxdıq.

– Xeyr, – dedim, – Cavid əfəndi, lap münasib vaxtda gəlibsiz. Buyurun, bəyəndiyiniz yerdə əyləşin.

Cavid əfəndi:

– Etiraz etməsən, səninlə yanaşı əyləşərdim, – dedi. – Bəs bu cavan oğlan kimdir, – böyük sənətkar dostum ungöstərdi.

– Uşaqlıq dostum, məktəb yoldaşımdır, – dedim.

Cavid əfəndi əlini Yunisə sarı uzadaraq:

– Çox şadam, – dedi, – dostumun dostu mənim də dostumdur.

Nahardan sonra Cavid əfəndi Yunisdən xəbər aldı:

– Soruşmaq eyib olmasın, sən hansı İsmayılovlardan-san?

Yunis belə cavab verdi:

– Tiflisdə anadan olmuşam, Cavid əfəndi, yəqin ki, bizim ailəmizi tanımazsınız…

– Tiflisdə, harda, hansı məhəllədə yaşayırdınız?

Yunisin ailəsi və qardaşları haqqında ətraflı məlumat verdim, mərhum Ələkbərin, görkəmli partiya və dövlət xadimi olmuş mərhum İsmayılın adlarını çəkdim.

Yunis də yaşadığı məhəllə və ailələri haqqında məlumat verəndə Cavid əfəndi birdən dilləndi:

– Dayan, dayan. Demək, İsmayıl İsmayılovun aş, hə?

– Bəli.

– Çox fəxr edirəm ki, mənim İsmayıl kimi tələbəm olub. Savadlı, mədəni adamdır…

Mərhum İsmayıl o zaman Azərbaycan K (b) P MK-da işləyirdi. Məktəb və mədəniyyət şöbəsinin müdiri idi.

Mən cəld soruşdum:

– Deyirsiz İsmayıl tələbəniz olub? Nə vaxt? Harada?

– Tiflisdə.

– O vaxt Tiflisdə müəllim olubsunuz? Hansı məktəbdə?

– Əncüməndə.

Yunis söhbətə qarışdı:

– Cavid əfəndi, axı Hüseyn də əncüməndə oxuyub, o da həmin məktəbi bitirib.

Cavid əfəndi heyrət və maraqla mənə baxdı:

– Sən də? Nə vaxt?

– 1917-1922-ci illərdə, – dedim.

Cavid əfəndi başını bulayaraq, üzünü Yunisə tutdu:

– Sənin bu dostun Hüseyn özü haqqında mənə heç nə söyləmir. Nə soruşuramsa, bir bəhanə ilə söhbəti dəyişir. Heç əncüməndə təhsil alması barədə də mənə bir kəlmə söz deməyib. Yaxşı, bəs sən harada işləyirsən?

– Hüseynlə birlikdə, Qlavlitdə – Baş Mətbuat İdarəsində.

– Demək, Bakıya köçəndən sonra da bir-birinizdən ayrılmayıbsınız? Bax, buna deyərəm dostluq. – Sonra da özünəməxsus bir səmimiyyətlə əlavə etdi, – Başacan olsun, həmişə də bu dostluğun qədrini bilin, onun müqəd-dəsliyini qoruyun.

Бесплатный фрагмент закончился.

108,57 ₽
217,14 ₽
−50%