Бесплатно

Mənim həyat hekayələrim

Текст
iOSAndroidWindows Phone
Куда отправить ссылку на приложение?
Не закрывайте это окно, пока не введёте код в мобильном устройстве
ПовторитьСсылка отправлена
Отметить прочитанной
Mənim həyat hekayələrim
Шрифт:Меньше АаБольше Аа

Müəllif haqqında



Rza Əli oğlu Hüseynov Mirzadə 3 yanvar 1970-ci ildə Laçın rayonunun Alıqulu kəndində anadan olmuşdur.



1978-85-ci illərdə Alıqulu kənd səkkiz illik məktəbində, 1985-87-ci illərdə Pircahan kənd orta məktəbində təhsil almışdır.



1987-ci ildə Pircahan kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.



1988-90-cı illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur.



1992-ci ilin fevralından həmin ilin avqustuna qədər könüllü olaraq Laçın ərazi müdafiə batalyonunda qulluq etmişdir.



1997-ci ildə İstanbul Universitetinin Meşəçilik fakültəsini bitirmişdir.



Ailəlidir, iki övladı, bir nəvəsi var.



Laləm mənim



Sevinc gərək İlahidən pay ola,



Axşam düşdü, göydə gərək ay ola,



Gözəllikdə varmı sənə tay ola?



Laləm mənim, arzum mənim, sevincim.



Arzu etdim gərək olasan həkim,



Məhəbbətim qəlbimə olub hakim,



Nə olaydı, yar yolunda qəm çəkim,



Laləm mənim, arzum mənim, sevincim.



Seyid deyər yarım ürkək ceyrandı,



Lalə qəlbim ancaq sənə bağlandı,



Bu sevgidə Leyli Məcnun yalandı,



Laləm mənim, arzum mənim, sevincim.



İyul, 1988.



Mirnıy, Arxangelsk



Qaragözlüm



Çat qaşını bir mənə bax,



Yaxma məni Qaragözlüm!



Şirin dilli, ay al yanaq,



Yaxma məni Qaragözlüm!



Çöhrən gülsün, ala dönsün,



Ağızda dil, bala dönsün,



Gözüm incə xala dönsün,



Yaxma məni Qaragözlüm!



Sürmən işvə nazın olsun,



Nəğmən telli sazın olsun,



Gül-çiçəkli yazın olsun,



Yaxma məni Qaragözlüm!



Dağ qayayam çayım sən ol,



Bir gecəyəm, ayım sən ol,



Qarlı qışam yayım sən ol,



Yaxma məni Qaragözlüm!



Ətirli bir baharımsan,



Sərin, şehli səhərimsən,



Sevgi adlı bəhərimsən,



Yaxma məni Qaragözlüm!



Bir ağacsan, yarpağınam,



Sənə məkan- torpağınam,



Köməyinəm, dayağınam,



Yaxma məni, Qaragözlüm!



Sən günəşsən mən şüanam,



Duaçısan mən duanam,



Baxışından tək doyanam,



Yaxma məni, Qaragözlüm!



Sən Seyidin ilhamısan,



Həm adısan, həm sanısan,



Sən həyatın tamamısan,



Yaxma məni, Qaragözlüm!



Dönsün



Şux boyunu, gül üzünü,



Göstər qəlbim dağ dönsün,



İsit məni, qır buzumu,



Könlüm barlı bağa dönsün.



Gülqoxunu udum doyum,



Başını sinəmə qoyum,



Uzun ildir sənsiz ayım,



Gəl günlərim yaza dönsün.



Həyatımı nura döndər,



Eşqimizi sayaq öndər,



Süz bir məni, qəmzə göndər,



Qara günüm ağa dönsün.



Baxma mənsiz göydə aya,



Eşqim bənzər gur bir çaya,



Qarlı qışam döndər yaya,



Günüm sənli çağa dönsün.



Sənsiz koram, görmür gözüm,



Tükənibdir artıq dözüm,



Dilimdə sən şəkər sözüm,



Gör ki gözüm sağa dönsün.



Sənə qəlbim payım olsun,



Sənli günüm, ayım olsun,



Sənsiz acam, doyum olsun,



Demə Seyid ağa dönsün.



30.06.1995



İstanbul



Gülüm



Uzaqdasan sənə çata bilmirəm,



Eşqimizi başda ata bilmirəm,



Bəxtimizə vüsal qata bilmirəm,



Ver əlini mənə barışaq gülüm.



Mən sənə sarılım, sən sarıl mənə,



Çıxaq nəğmə qoşaq gülə, çəmənə,



Xərcləməyək eşqi çərə-çəmənə,



Eşqin sevdasıyla alışaq Gülüm.



Soldurmayaq eşqimizin gülşənin,



Məcnununam ay gülüzlüm tək sənin,



Sən Leyli ol, bilqədrini sevənin,



Sevə-sevə uçaq, yarışaq gülüm.



13.04.1996



İstanbul



Tənhalıq



Qürbət eldə qəlbi qırıq bir quşam,



Başım üstün aldı yaman tənhalıq,



Donub qaldım, sanki soyuq bir qışam,



Ayrılıqdan yandım, aman tənhalıq.



Hara baxdım bir çıxılmaz tindəyəm,



Elə bil ki əlsiz, qolsuz kündəyəm,



Elin həsrətiylə yaman gündəyəm,



Hər tərəfim çiskin, duman tənhalıq.



Doğmalara çatmır əlim, uzağam,



Səbəb mənəm, öz-özümə tuzağam,



Təsəllimdir haqq yolunda üzüağam,



Yaddır mənə saxta, yalan tənhalıq.



Yad ellərdə dilsiz daşam, qayayam,



İstəmirəm yad bir naxış, sayayam,



Mən Seyidəm, doğma elə boyayam,



Olsam yada çör-çöp, saman tənhalıq.



28.09.1996



İstanbul



Neynirəm axı



Günəşli bir günü istəyirəm mən,



Qaranlıq gecəni neynirəm axı?



Toy-nişan, düyünü istəyirəm mən,



Matəmi, hüzünü neynirəm axı?



İstərəm bağçada çiçəyi, gülü,



Üstündə dən dolu barlı sünbülü,



Xoş günlər mujdəsi sarı bülbülü,



Bayquş ulamasın neynirəm axı?



Bar-bərəkət qoxan qara torpağı,



Bar-bəhərlə dolu meyvəli bağı,



Cənnətdir yurdumun hər bir bucağı,



Yad eldə şahlığı neynirəm axı?



26.09.1996



İstanbul



Yurduma



Dərviş olub yola çıxsam,



Mənə cığır açarsanmı?



Qartal olub qanad çalsam,



Mənlə göydə uçarsanmı?



Tutub ucun göy yolunun,



Dağlarımın sağın, solun,



Dolasam boynuna qolum,



Araz olub axarsanmı?



Tərlan kimi dolanaraq,



Çaylar kimi bollanaraq,



Olsam təzə yaşıl yarpaq,



Ağac məni saxlarsanmı?



Əssəm dəli fırtınatək,



Qayalları etsəm kəsək,



Yenə doğma övladın tək,



Yurdum məni qucarsanmı?



Dağdan əsən bir yel kimi,



Coşub daşan bir sel kimi,



Yurda dönən bir el kimi,



Mənə qapı açarsanmı?



Yazda yağan ağ qar olsam,



Səni yaman dərdə salsam,



Açılmamış gültək solsam,



Məni deyib ağlarsanmı?



25.03.1995 İstanbul



Həyatımdan yadda qalan bəzi hekayələr…



Hekayə 1



Altıncı sinifdə oxuyurdum. Rus dilini daha yaxşı öyrənmək üçün o vaxtlar dəbdə olan məktəblərarası məktublaşmalardan istifadə etməyə qərar vermişdim. Təsadüfən Rusiyanın Altay diyarının Novoaltaysk şəhərindən Svetlana adlı bir qızla məktublaşırdıq. Məktubları yazmaqda təbii ki, atam mənə çox kömək edirdi.



Bir gün Svetlanadan təzə məktub almışdım. Məktubun axırında Svetlana yazmışdı ki, "seluyu tebya".



Mən də bu sözü ilk dəfəydi eşidirdim.



Atama bu sözün mənasını soruşdum. Atam dedi ki, səni opürəm deməkdir.



Elə utanmışdım ki…



Cavab yazanda atam məcbur elədi ki eyni sözü mən də ona yazım.



Yazmışdım yazmağıma, amma öz otağıma keçib utandığımdan bilmirdim nə edim....



Hekayə 2



Məktəb illərimdən bir hadisəni sizinlə bölüşəcəm.



Mən yeddinci sinifin yarısına qədər öz kəndimizdə, yəni Laçın rayonunun Alıqulu kəndində oxumuşam.



Anam da bu məktəbin müəllimlərindən biri idi və mənim ilk müəllimim də anam olmuşdu.



Məktəb illərimin bu hissəsini çox dəcəl keçirmişəm. Xüsusi ilə də yeddinci sinifdə oxuyanda artıq çətin idarə olunan bir şagird olmuşdum.



Məktəbin ən yaxşı oxuyan şagirdləri

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»