Читать книгу: «Fərdi effektiv sürətli oxu»
Reha Oğuz Türkkan
Toğrul Türkkan
Türk Gələcək Tədqiqatlar Vəqfinin fəxri rəhbəri olan Ord. Prof. Dr. Reha Oğuz Türkkan Nyu York, Kolumbiya və CCNY universitetlərinin keçmiş təhsil işçisidir. 1960-1969-cu illərdə Amerikada 124 təhsil mərkəzi (UNİTEQ) yaradıb (bunlardan beşində sürətli oxuma kursları açıb). Rəhbəri olduğu “Learning foundations” vəqfinə ABŞ tərəfindən dörd əyalətin təhsil üsullarını yeniləmə tapşırığı verilib. 1970-ci illərdə “Learning Materials Publishing” nəşriyyat evinə rəhbərlik edib.
Son yüz ilin ən önəmli psixoloqlarından olan tanınmış elm adamı prof. Skinner (Harvard universiteti) və prof. Crouder ilə (UCLA) birlikdə “Suallarla proqramlı öyrənmə”
metodunu təkmilləşdirmiş, bu yeni metodun üç yaradıcısından biri olaraq ABŞ-dakı təhsildəki xidmətlərinə görə “Who’s Who” ensiklopediyasında yer alıb. ABŞ tərəfindən 4
əyalətin təhsil planlanması və Sunrise Açıq Universitetinin tərkibində təhsil texnologiyası məsləhətçisi vəzifəsini daşıyıb.
124 məktəb (4-ü sürətli oxuma və kompüter üzrə) açıb. Eyni istiqamətdə Türkiyədə Yaykur Açıköğretim Universitetini yaradıb. 1975-1976-cı illərdə Milli Təhsil Nazir-liyinin Yaykur Açık Universitetlərinin qurucusu və idarəçisi vəzifələrini həyata keçirib.
1976-cı ildə NASA-ya məsləhətçi olaraq Hindistandakı peykli təhsil çalışmalarını incə-ləyib.
ABŞ-da olduğu müddətdə “Psixologiyanın iş dünyasında nailiyyətə təsiri və tətbiqi, razısalma psixologiyası və satış texnikaları” mövzularında iş dünyasına aid təlimlər verib, müxtəlif şirkət və qurumlarda məsləhətçi və Direktorlar Şurasının sədri kimi fəaliyyət göstərib.
1970-ci illərdə Türkiyədə sürətli oxuma adı ilə “Speed reading” texnikasını tanı-dıb, 1976-80-ci illərdə Milli Təhsil Nazirliyi, daha sonra isə Mədəniyyət və Daxili İşlər nazirliklərinin rəhbər işçilərinə, Boğaziçi Universitetinin təhsil işçilərinə və bir neçə firmalara kurs və seminarlar keçib. Sonralar isə xalqa açıq seminarlar verməyə başlayıb. “Çox sürətli oxuma” mövzusundakı Türkiyədəki ilk kitabını 1985-ci ildə yazıb.
1987-ci ildən etibarən yaradıcısı olduğu Türk Gələcək Tədqiqatlar Vəqfi daxilində əksər firmalara, ictimai təşkilatlara, məktəblərə və kurslara təhsil verib, xalqa açıq seminarlar təşkil edib. Yetişdirdiyi təlimçilər (Mustafa Ruşen, Muhsin Kadıoğlu, Toğrul Türkkan və başqaları) sürətli oxuma mövzusunu bütün Türkiyəyə yayıblar.
Toğrul Türkkan
Orta təhsilini Kadıköy Anadolu Liseyində, ali təhsilini Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsində tamamlayıb. 1966-cı ildən etibarən Türk Gələcək Tədqiqat Vəqfi daxilində sürətli oxuma təlimləri verməkdədir. 2000-ci ildə Reha Oğuz Türkkanla birlikdə
“dörd mərhələli effektiv sürətli oxuma sistemi”ni təkmilləşdirib. Kompüter dəstəyi ilə
sürətli oxuma təhsil proqramı kursunun səmərəsini böyük nisbətdə artmasını təmin edib.
2002-ci ildə HızlıOku.Pro kompüter məşq proqramını hazırlayıb.
Müxtəlif jurnal və kitablarda nəşr olunmuş məqalə, esse və hekayələri var.
1
Yeni eraya qədəm qoyan bəşəriyyət hər keçən gün öyrənmək qabiliyyətini inkişaf etdirir. 1960-cı illərdə ortaya çıxan sürətli oxu texnikası da tədris psixologiyasında reallaşan inkişafın ardınca davamlı şəkildə yükəliş dövrünə qədəm qoydu.
İstədik ki, 8-10 nəfərlik kurs mühitindən daha geniş topluluqlar informasiya əsrinin ən həyati ehtiyaclarından olan effektiv və sürətli oxuma mövzusunda özünü inkişaf etdirsin. Bu kitab effektiv sürətli oxuma alışqanlığını öz-özünüzə vərdiş halına gətirə bilməyiniz məqsədilə hazırlanıb.
2

Fərdİ effektİv
sürətlİ oxu
3
Önsöz
Bu kitaba 20 illik təcrübə və kurs səriştəsinin məhsulu demək, hər halda çox da yanlış olmaz.
60-cı illərdə professor Reha Oğuz Türkkanın Amerikada öyrəndiyi və o illərdə açdığı “Suallarla proqramlı öyrənmə” məktəblərində tədris etdiyi “Sürətli oxu” ilə Türkiyə 1987-ci ildə tanış oldu. Türk 2000 Vəqfi və 2003-cü ildən etibarən də ALGE nəzdində o vaxtdan bu günə fərdlərə, özəl firmalara, məktəblərə, ictimai qurum və təşkilatlara qədər bir çox kurs, seminar təşkil edildi.
2000-ci ildə kitabın iki müəllifi sürətli oxuma ilə effektiv oxuma texnikalarının bir araya gətirilməsilə Effektiv Sürətli Oxuma sistemini inkişaf etdirdilər. Bu proses sürətli oxudan daha yaxşı, əhatəli oxuma/öyrənmə metodu olan bir sistemin tədrisinə əsaslanır.
Yeni eraya qədəm qoyan bəşəriyyət hər keçən gün öyrənmək qabiliyyətini inkişaf etdirir. 1960-cı illərdə ortaya çıxan sürətli oxu texnikası da tədris psixologiyasında reallaşan inkişafın ardınca davamlı şəkildə yükəliş dövrünə qədəm qoydu.
İstədik ki, 8-10 nəfərlik kurs mühitindən daha geniş
topluluqlar informasiya əsrinin ən həyati ehtiyaclarından olan effektiv və sürətli oxuma mövzusunda özünü inkişaf etdirsin. Bu kitab effektiv sürətli oxuma alışqanlığını öz-özünüzə vərdiş halına gətirə bilməyiniz məqsədilə hazırlanıb.
4
* * *
Mütaliə əsnasında göz mətn üzərində soldan sağa doğru hərəkət edir; müəyyən yerlərdə dayanır; bu fasilələrdə eynən fotoaparat kimi gördüyü kəlmələrin şəklini çəkib beynə göndərir; beyin də daha öncədən öyrənmiş olduğu bu simvolları çözür, bir araya gətirir və fikri aydınlaşdırır.
Sürətli oxu kursu keçməmiş şəxs kəlmə-kəlmə oxuyur, özlüyündə səsləndirir, gözü mətn üzərində yavaş sürüşür və uzun fasilələr edir. Bu səbəbdən dolayı normal insanın oxu sürəti “tısbağa sürəti”ndə qalır.
Ləng oxucu inkişaf edən və sürətlə dəyişən informasiya əsrinə ayaq uydurmaqda çətinlik çəkir. Sürətli oxuma metodu müxtəlif göz gimnastikası vasitələri, gözün focus-lama tutumunu artırma, görmə arealını genişləndirmə tə-məlinə arxalanır. Beləcə, müəyyən məşq müddətindən sonra oxucuların oxu sürəti 200-300 faizə qədər yüksələ bilir.
Uzun adı “4 Mərhələli Effektiv Sürətli Oxuma Sistemi” olan, ESO proqramı oxucuların informasiyaya daha sürətli, effektiv şəkildə çatmalarını və məhsuldar oxuma vərdişinə sahib olmalarını təmin etmək üçün yaradılmış, nəzəri-praktiki əsaslı oxuma/öyrənmə sistemidir.
Effektiv Sürətli Oxuma sistemi daha sürətli, effektiv, çevik və məhsuldar oxuma vərdişi yaradan kompleks sistemdir. Proqram 15-20 gün ərzində müəyyən çalışma pe-riodu halında tətbiq edilir.
20 günlük bu çalışma nəticəsində əvvəlkinə nəzərən orta hesabla 2,5 dəfə sürətli oxuyan, oxuduqlarını daha yaxşı qavrayan və daha uzun müddətə yadında saxlaya bilən oxucu halına gələcəksiz.
5
Niyə sadəcə sürətli oxu deyil, “Effektiv Sürətli Oxuma Sistemi”?
Çünki Effektiv Sürətli Oxuma Sistemi sadəcə göz sürətini artıran bəsit məşqlərdən ibarət üsul deyil. Sürətli oxuma texnikaları Effektiv Sürətli Oxuma Sisteminin sadəcə bir hissəsini təşkil edir.
* * *
Effektiv Sürətli Oxuma Sisteminə bir neçə cümlə ilə
bu şəkildə xülasə vermək olar. Verdiyimiz ipuclarından sonra əsas məsələyə keçmək olar. Kitab vasitəsilə addım-addım irəliləyəcəyik. Sistem 20 günlük çalışma proqramı olaraq hazırlanıb. Hər gün nizamlı şəkildə məşqinizi davam etdirməyə diqqət göstərin. 20 gündə 20 saat ayıraca-ğınız bu metod həyatınıza minlərlə saat əlavə zaman qa-zandıracaq.
Reha Oğuz Türkkan
Toğrul Türkkan
6
Təşəkkürlər
Türkiyədə 15 ildən artıqdır tədris etdiyimiz “Sürətli Oxuma Kursları”nı və 2000-ci ildə müasir oxuma/öyrənmə
metodu kimi inkişaf etdirilən “Effektiv Sürətli Oxuma Sistemi”ni və sistemin kitabını ərsəyə gətirmək uzun və yorucu əməyin nəticəsində gerçəkləşdirildi. Bu çətin prosesdə
istənilən məsələdə dəstəyini bizdən əsirgəməyən, başda Əmrə Şahinər olmaqla, Sərdar Süvariərol, Alpar Cəng Aslan, Barış Nargiləçi və tövsiyə, eləcə də məsləhətləriylə bizə
çox köməyi toxunan Tunc Çəlik və Yaşar Atilla İlmana şük-ran borcluyuq.
Reha Oğuz Türkkan
Toğrul Türkkan
7

BİRİNCİ FƏSİL
BAŞLANĞIC SÜRƏT VƏ
ANLAMA TƏYİNATI
8
9
Effektiv Sürətli Oxuma Sistemini öyrənməyə başlamazdan öncə sürətinizi və qavrama səviyyənizi təyin etmək üçün iki dəfə yoxlama mütaliəsi edəcəyik. Beləcə, iyirmi günlük tədris kursunun sonunda yetişdiyiniz sürət və qavrama səviyyəniz ilə başlanğıcdakı vəziyyətinizi müqayisə
edə biləcəksiniz.
Bir deyil, iki mətn oxuyacağıq. Çünki insanın təkcə
bir oxu sürəti yoxdur. Oxucu önünə gələn hər mətni eyni sürətlə oxumur.
Oxuma sürəti oxunan mətnin xüsusiyyəti – yəni çətinlik/asanlıq dərəcəsiylə və oxucunun mövzuya duyduğu maraqla yaxından əlaqəlidir. Normal oxucu maraqlandığı, məsələn, futbol haqqında, bir yazını dəqiqədə 200 kəlmə
sürətlə oxuduğu halda fəlsəfi məqalədə sürəti 100 kəlməyə
(və təbii ki, qavrama səviyyəsi də) düşür. Bu səbəbdən dolayı biri asan, digəri qarmaşıq olmaqla iki fərqli mətn oxuyacaqsınız. Bu iki mətnin oxunmasının orta sürəti sizin Effektiv Sürətli Oxuma Sistemi tədrisinə başlamazdan öncəki sürət və qavrama nəticənizlə qarşılaşdırılacaq.
“Vərdiş” mətnini önünüzə qoyun. Mətni vaxtı ölç-məklə normalda oxuduğunuz sürətlə oxuyun. Məqsəd sadəcə başlanğıc səviyyənizi təyin etməkdir. Mütaliəni bitirdikdə nə qədər vaxtda oxuduğunuzu qeyd edin (məsələn 150 saniyə).
10
Vərdiş
Vərdiş psixologiyada çox az düşünmə tələb edən, ya da heç düşünməyə gərək qalmadan nizamlı olaraq təkrarlanan və doğuşdan olmayıb, öyrənilən bir davranış kimi səciyyələndirilir. Vərdiş qidalanmaq və yatmaqdan, düşünmək və reaksiya göstərməyə qədər hər fəaliyyətin parçasını təşkil edə bilir. Gücləndirmə, reaksiyaya səbəb olan xəbərdarlığın hər ortaya çıxmasında reaksiyanın və ya davranışın təkrarlanmasını təmin edir. Hər təkrarla davranış da-ha da avtomatikləşir. Beyin şüursuz olaraq hərəkəti yönlən-dirir. Şəxs düşünmədən komandanı yerinə yetirir. Düşünmədən qalstukunu bağlayır, ayaqqabısının iplərini ilikləyir və sair.
Paralel olaraq bəzi vərdişlər, xüsusən də coşğunun yer aldığı anlarda bircə təcrübə ilə də meydana gələ bilər.
Bu mövzu ilə bağlı köklü araşdırmalar aparan filosof və
psixoloq Uilyam Ceymsin “Psixologiyanın prinsipləri”
(1890, Principles of Psychology) adlı kitabında apardığı araşdırmadan görünür ki, vərdişlər yüksək zehni proseslərin daha əhəmiyyətli və təcili işlər üçün saxlanma vasitələri olaraq faydalıdırlar; amma az təkrarlanan davranışların kodlaşmasına da səbəb olurlar. Şəxs alışmış olduğu vəziyyətin əksi olan hərəkəti etməkdə çətinlik çəkir. İki barmaqla yazı maşınında yazmağı öyrənən bir insanın on barmaqla yazması bu maşından heç istifadə etməmiş birindən daha çətindir.
Arzuedilməz vərdişlərdən azad olmanın ümumilikdə
4 üsulu var:
11
1. Əvvəlki reaksiyanın yerinə yenisinin qoyulması –
məsələn, dözülməz şəkər yemə istəyinin qarşısını almaq üçün konfet əvəzinə meyvə yemək, ya da effektsiz, yavaş
oxuma vərdişinin yerinə sürətli oxunu qoymaq.
2. Bezginlik, yaxud xoş olmayan digər reaksiya yara-nana qədər o davranışı təkrarlamaq – məsələn, siqaret alu-dəçiliyinin yerini siqaretdən iyrənmənin alması məqsədiylə
ürəyi bulanana qədər həmin şəxsi siqaret çəkməyə vadar etmək.
3. Fərdi reaksiyanı doğuran xəbərdaredicidən tədric etmək məqsədilə mühit dəyişdirmək, ya da o davranışı doğuran simulyatoru yavaş-yavaş həyata keçirmək – məsələn, yetkin insandakı uşaqlıqdan qalma it qorxusunu ona bir küçük verərək yenmək;
4. Cəzalandırmaq; Bu sonuncu üsul bəlkə də ən az effektiv olanıdır.
Saatınıza baxın. Neçə saniyədə bitirdiyinizi qeyd edin.
Bu mətnin söz sayını göstərən 283-ü sərf etdiyiniz saniyə sayına bölüb, 60-a vurun. Məsələn, 90 saniyəyə bitirmisinizsə, aparacağınız əməliyyat:
(283/90)x60 =189.
Ümumiləşdirmə lazım olarsa (söz sayı / bitirmə müddəti)x 60 hesablamasının sonu mətnləri dəqiqədə neçə kəlmə sürətiylə oxuduğunuzu göstərir.
İndisə mətn haqqındakı aşağıdakı sualları cavablayın: 1. Psixoloqlar vərdişə necə tərif verirlər (bir cümlə ilə
yazın)?
...............................................................................
...............................................................................
12
2. Mətndə avtomatik vərdişlərə hansı misallar göstərilib?
...............................................................................
...............................................................................
3. Uilyam Ceyms vərdiş haqqında hansı önəmli nüan-sı vurğulayıb?
...............................................................................
...............................................................................
4. Arzuedilməz vərdişlərdən azad olmanın yollarını bəndlər şəklində yazın.
...............................................................................
...............................................................................
Cavablarınızın doğruluğunu yoxlayın.
1. Vərdiş psixologiyada çox az düşüncəyə yer qoyan, yaxud heç düşünməyə gərək qalmadan nizamlı olaraq təkrarlanan və anadangəlmə olmayıb, sonradan qazanılan davranış kimi təsvir edilir.
2. Qalstuk və ayaqqabını bağlamaq.
3. Vərdişlər yüksək zehni proseslərin daha əhəmiyyətli və təcili işlər üçün saxlanma vasitələri olaraq faydalıdırlar; amma az təkrarlanan davranışların kodlaşmasına da səbəb olurlar.
4. Fərdi reaksiyanı doğuran xəbərdaredicidən tədric etmək məqsədilə əhatə dəyişdirmək, ya da o davranışı doğuran simulyatoru yavaş-yavaş həyata keçirmək, cəzalan-dırmaq.
Doğru sayı 25-ə vuraraq qavrama səviyyənizi tapın (Məsələn, iki tam, bir yarımçıq cavabınız varsa, iki tam üçün 50, yarım üçün 12,5 62,5 edər).
13
Eyni şəkildə aşağıdakı “Osmanlıda zanbaq dövrü”
başlıqlı parçanı vaxt quraraq oxuyun. Bitirəndən sonra neçə
söz oxuduğunuzu sayın.
14
Osmanlıda zanbaq dövrü
Zanbaq dövrü Osmanlı tarixində 1718-1730-cu illər arasında yaşanan ziddiyyətli, keçici və yenilikçi dövrdür.
Müəyyən məşhur tarixi axın tərəfindən çox sonradan qoyulan adı bu dönəmdə sarayda və İstanbulun varlı təbəqəsi arasında başlayan zanbaq yetişdirmə marağına işarəni ifadə edir. İlk dəfə Yəhya Kamal Bayatlının istifadə etdiyi
“zanbaq dövrü” birləşməsi Əhməd Rafiq Altınayın sözügedən dövrü incələyən əsərinə eyni adı verməsilə tarixi terminologiyaya əlavə edilib.
Bu dönəm, məsələn, yenilənmə axtarışı kimi yeganə
axın deyil, bir-biriylə iç-içə əlaqəli olan ən azı üç prosesin kompleks məhsulu sayılmalıdır. İnkişaf edən kapitalizmin təməlində müasirləşən Avropa dövlətlərinə qarşı bir müddət mühafizəkar tərzdə diqqətəlayiq dəyişiklik aparmadan müqavimət göstərməyə çalışan Osmanlı İmperiyası XVII əsrdə ortasına sürükləndiyi hərbi və siyasi rəqabət girda-bından ağır məğlubiyyətlərlə çıxmağa başlayanda böyük özünəinam böhranına uğramışdı. Bu, ilk dəfə Qərbin açıqca nümunə kimi götürülməsi meylini doğurmaqla yanaşı, elit təbəqənin öz içərisində islahatçı və mühafizəkar cəbhələrə
ayrılmasına yol açdı. Digər tərəfdən eyni məğlubiyyət, uğursuzluqlar zənciri, xanədanın, eləcə də böyük fiqurların artıq savaş meydanlarında zəfər və qəhrəmanlıqlar yoluyla legitimlik axtarışından daha xüsusi, şəxsi bir ruh aləminə
çəkilməsinin də səbəbi oldu. İctimai təməldəysə kadr hazır-lığı sisteminin təkmilləşdirilməsi, əhali artımı, o cümlədən, düzənlik ərazilərdə yoxsullaşma işarələrindən dolayı şəhər-lərə, xüsusilə, İstanbula köçdə və vəziyyəti sarsılan kəsim-15
lərin yaşadığı narahatlıqda artım aydın göründü. Bu fakt elit təbəqə daxilində mübarizənin taleyinə təsir edərək, ilk yenilikçi cərəyanın ömrünü qısaldan rol oynadı. Sədrəzəm Nevşəhirli Kürəkən İbrahim Paşa Pojarevats müqaviləsini
(1715-1718 Osmanlı-Avstriya-Venedikt müharibəsinə son
qoyan, yuxarı Serbiya, Belqrad, və Banat yaylasının Avst-
riyaya, Dalmatiya, Bosniya, Albaniya sahillərinin Vene-
diktə verilməsi, Moranın Osmanlılarda qalması kimi mad-
dələrdən təşkil edilmiş 21 iyul 1718-ci ildə imzalanan mü-
qavilədir. C.Q.) fürsət bilərək Osmanlı dövlətində müəyyən bir sülh dövrü bərqərar etdikdən sonra ilk növbədə orduda quruculuq həyata keçirdi, dövlət heyətlərində ixtisarlar apardı və yeni vergilər qoydu. Ardınca Paris və Vyanadan gətirdiyi proyektlərdən ilhamlanaraq İstanbulun abadlığına diqqət ayırdı. Halicin rekonstruksiyası üçün öncə Kağıtha-nədə padşah üçün bir köşk (Sadabad qəsri) tikdirdi. Rəngarəng saray həyatından xoşlanan III Əhmədin də razılığını verdiyi Kağıthanə dərəsi və Halic çevrəsi yeni görünüşə bü-ründü. Sadabad qəsri çevrəsindəki zanbaq bağçaları İstanbul əhalisinin varlı qismləri arasında sürətlə yayılan zanbaq yetişdirmə dəbinin yaranmasına yol açdı. Geniş və kübar gəzinti yerləri açılaraq müharibə illərinin gətirdiyi pessimist, durğun mühitin yerini hərəkətli və əyləncəli şəhərli aristokrat həyatın almasına çalışıldı. Köhnə yanğın yerləri təmizlədilərək buralarda modern məhəllələr quruldu. Səh-ralardan köçüb gələnlərin doldurduğu tarixi yarımadanı yavaş-yavaş tərk edən elit təbəqənin idarə etdiyi Üsküdar, Bəylərbəyi, Bəbək, Fındıqlı, Əlibəyköy, Ortaköy ilçələrində
köşklər və bağlar salındı. Şəhərin yanğından mühafizəsi üçün Yeniçəri Ocağından ayrılan bir birliyə yanğınsöndür-mə təlimi verildi. Bundan başqa, ticarətin inkişafı üçün ix-16
racatı asanlaşdıran addımlar atıldı. Çini qabların istehsalı, çuxa və qumaş toxunması üçün emalatxanalar açıldı. Yalo-va Kağız Fabriki, 1727-ci ildə İbrahim Mütəfərrika tərəfindən ilk Osmanlı mətbəəsi quruldu. Mədəniyyət və incəsənət həyatına təsir edən cəhdlərlə, salnaməçilik, şeir anlayışı və təməl elm sahələrinə baxış dəyişməyə başladı. Qərbdən və Şərqdən olan önəmli müəlliflərin əsərləri türkcəyə tərcümə edildi. Alimlər, sənətçilər, eləcə də şairlər dövlətdən dəstək gördülər. Yad ölkələrə qarşı kompromis və dostluğa söykənən xarici siyasət yürüdülməyə başlandı. İngiltərə, Fransa və Fələmənglə diplomatik əlaqələr yaradıldı.
Zanbaq dövründəki yeniliklər, xüsusilə, mühafizəkar dairələrin böyük etirazına yol açdı. Bu arada saray ətrafıyla İstanbulun varlı əhalisinin əyləncə və istehlak xərcləri ölçü-süzlüyə üz tutarkən xalqın getdikcə yoxsullaşması, Anadoludakı tayfaların yerləşdirilməməsi, artan quldurluq hadisələri, yeni vergilərin yaratdığı etirazlar, İranla davam edən münaqişələr, xüsusilə də qeyri-müsəlmanlara verilən imtiyazlar, elit təbəqənin mühafizəkar qisminin əl altından qı-zışdırıb, təşkilatlandırdığı Patron Xəlil Üsyanı üçün uyğun mühit yaratdı. Zanbaq dövrü 1730-cu ildə bu qiyamla ömrünü başa vurdu.
Saatınıza baxın. Neçə saniyəyə bitirdiyinizi qeyd edin. Bu mətndə 528 söz var. Eyni formuldan istifadə edərək sürətinizi təyin edin, daha sonra aşağıdakı qavrama suallarına cavab verin.
1. Zanbaq dövrü hansı illəri əhatə edib? Mətndə necə
bir dönəm kimi qiymətləndirilib?
...............................................................................
...............................................................................
17
2. Bu dövr bir-biriylə kəsişən hansı üç fərqli prosesin kompleks məhsulu sayıla bilər?
...............................................................................
...............................................................................
...............................................................................
3. Elit təbəqə bu dövrdə hansı bölgələrdə yerləşmişdi?
Hansı səbəbdən dolayı şəhərin bu qismlərində yaşayır-dılar?
...............................................................................
...............................................................................
4. Patron Xəlil qiyamına yol açan səbəblər hansılar idi?
...............................................................................
...............................................................................
Cavablarınızın doğruluğunu mətnlə tutuşduraraq yoxlayın:
1. Zanbaq dövrü Osmanlı tarixində 1718-1730-cu illər arasında yaşanan ziddiyyətli, keçici və yenilikçi bir dövrdür.
2. Qərbin nümunə olaraq götürülməsinin nəticəsi kimi dominant sinfin daxilində islahatçı və mühafizəkar qa-nadlara bölünməsi, xanədanın, böyük nüfuz sahibi olan-ların şəxsi ruh aləminə çəkilməsi, eləcə də İstanbula köçdə
və əhalinin maddi dayanıqlığı sarsılan qisminin narazılı-ğının zirvəyə çatması.
3. Düzən ərazilərdə köç ucbatından əhali sıxlığı ilə
qarşı-qarşıya qalması ucbatından elit təbəqə şəhərin Üsküdar, Bəylərbəyi, Bəbək, Əlibəyköy, Ortaköy səmtlərində
imarətlər ucaldaraq orda yerləşdilər.
4. Saray ətrafı ilə İstanbulun varlı əhalisinin əyləncə
və istehlak xərclərinin ölçüsüz dərəcədə artması, xalqın 18
getdikcə yoxsullaşması, Anadoludakı tayfaların yerləşdiril-məsinin yolunda getməməsi, quldurluğun artması, yeni vergilərin doğurduğu etirazlar, İranla davam edən münaqişələr və xüsusilə, qeyri-müsəlmanlara verilən imtiyazlar, aristokrat təbəqənin mühafizəkar qisminin əl altından qızış-dırıb təşkilatlandırdığı Patron Xəlil Üsyanı üçün uyğun mühit hazırladı.
Doğru cavab sayını 25-ə vurub, qavrama səviyyənizi tapın (Məsələn, bir tam və iki yarım cavabınız varsa, bir tam üçün 25, iki üçün də 25, edər 50).
Son olaraq iki sürət səviyyənizi toplayıb, ikiyə bölün və orta hesabla dəqiqədə neçə kəlmə oxuduğunuzu təyin edin. Eyni şəkildə iki qavrama faizini də toplayıb, ikiyə bölün (Məsələn, mətnləri 187-150 kəlmə sürətiylə oxumusu-nuzsa (187+150)/2=169). Bax, bu rəqəmlər sizin hazırkı, yəni sürətli oxuma kursu keçməzdən öncəki mütaliə sürətinizi və qavrama səviyyənizi göstərməkdədir.
Effektiv sürətli oxuma kursunu tamamladıqdan sonra geriyə baxdığınızda nə qədər irəlilədiyinizin fərqinə varacaqsınız.
19

İKİNCİ FƏSİL
SÜRƏTLİ OXUMA NƏDİR?
FUNKSİYALARI NƏLƏRDİR?
20
21
Sürətli oxumanın tarixçəsi
İkinci Dünya müharibəsi vaxtı Lüftvafe (Alman Hərbi Hava Qüvvələri) təyyarələri Londonu gecə-gündüz bomba-layırdı. İngiltərə səmasında ingilis və alman qırıcıları dö-yüşür, bir-birilərinə hücum edirdilər. London ətrafında qül-lələrdə gözətçilər yaxınlaşan təyyarələrin emblemlərini görüb, dostmu, düşmənmi deyə, anlamağa çalışırdılar. Düşmən simvollarını görər-görməz həyəcan siqnalını işə salır, əhalinin vaxtında sığınacağa yetişməsinə yardım edirdilər.
Oxşar şəkildə ingilis pilotlarının yaxınlaşan təyyarə-nin emblemini çox tez görmələri həyati önəm daşımaq-daydı. Bəzən gözətçilər, yaxud pilotlar təyyarə emblemlərini seçməkdə gecikir, bombalar düşməyə başlayırdı. Bunun qarşısını almaq üçün ingilislər Ohayo Universitetindən doktor Renşovun ixtirasıyla indi “takistoskop” dediyimiz cihazı patentləşdirdilər. Göz sürətini çoxaldan bu bəsit cihaz böyük ehtimalla bir çox ingilisin həyatını qurtarıb. Mər-cəyi saniyənin, 25, 50 və 100 faizi sürətində açılıb-bağlanan bu alətlə pilot və gözətçilər yetişdirilirdi. İngilis və alman təyyarələrinin olduqca böyük şəkillərini göstərərək başla-nan təlimlərdə şəkillər get-gedə kiçildildi; şəklin görünüb-yox olma vaxtı getdikcə qısaldıldı. Nəticə etibarilə müda-vimlərin idrak sürətləri təəccübləndirici şəkildə yüksəldi.
Beləliklə, bombardmançı təyyarələr daha erkəndən nəzərə çarpır, pilotların reaksiya sürətləri artır, gözətçilər əhaliyə daha tez xəbər verə bilirdilər.
Sonralar bu icaddan Amerika Birləşmiş Ştatları Quru Qoşunları və Dəniz Qüvvələri pilotları da yararlandı.
22
Amerikada təlimçilər bundan xəbər tutduqda aləti söz seçməyi sürətləndirməkdə yoxladılar və beləliklə, sürətli oxuma yarandı.
Gözün vücudun hər hansı orqanı kimi məşq sayəsində daha effektiv olmağa başladığını isbat etdilər. Beləcə,
“tənbəl göz” daha çevik davranmağa və gördüyü şəkli (rəsmi, emblemi, sayı, yazını) daha sürətli şəkildə beynə (əsl görmə funksiyasını yerinə yetirən mərkəzə) yollamağa alışdı.
Əllinci illərdə Amerikada sayları kifayət qədər çox olan təşəbbüskarlar tezliklə kurslar yaradaraq sürətli oxumağı tədris etməyə başladılar. Müəyyən qəbuletmə müddətindən sonra məktəblər də sürətli oxumanı mənimsədi-lər. Hazırda Amerikada ibtidai sinifdən universitetə qədər hər səviyyədə “Speed reading” dərsləri verilməkdədir və
tələbələr bu texnikanın dərsini alırlar.
Sonrakı elmi araşdırmalar göstərdi ki, göz bir silueti, yəni bilinən bir sözü saniyənin yüzdə biri sürətiylə görür və anlayır. Hətta kəlmə pozuq olsa belə! Nəhayət, son 2-3
ildir sağ beyin ilk olaraq hərəkətə keçərsə, sonrakı sol be-yinli sürətli oxumanın daha cəld olduğu önə sürüldü.
Digər yandan daha bir tapıntı da
Oxuma: Gözün
mətn üzərində
sürətli oxuya yeni səviyyə qazandırdı.
sürüşərkən
Kino ilk çıxanda pərdə çox kiçik idi və
kəlmələrin şəklini
çəkilişlər o kiçik sahəyə sığacaq şəkildə
çəkib beynə
aparılırdı. Çünkü gözün başı çevirmə-
yollaması, beynin
bu simvolları
dən ancaq bu qədər sahəni görə biləcəyi
anlamlandırması
sanılırdı.
dır.
23
1950-ci illərdə psixoloqların “qavrayış ərəfəsi”
[treshold of perception] təcrübələrində göstərdikləri “peri-ferik görmə” [peripheral vision] həqiqətini Hollivud götür-dü və pərdəni bugünkü böyüklüyünə çatdırdı (Cine-mascope, Tod-a-o, Panavision və başqaları).
Az sonra da üç kamerayla çəkilən “Cinerama” 180 dərəcə, bir yarımçəmbər pərdəylə xüsusi gözlük olmadan da üç ölçülü görüntünü təqdim etdi.
Bütün bunlar göstərdi ki, göz başı sağa-sola çevirmə-dən də çox geniş sahəni görə bilir (gələn dəfə kinoteatra gedəndə diqqət edin; o böyük pərdədə filmi seyr edərkən başınızı saga-sola çevirirsiniz, yoxsa pərdənin ortasına baxıb, bütünlüklə görə bilirsiniz?). Bu tapıntını da sürətli oxuya tətbiq etdilər və tək-tək kəlmələrə baxmaq yerinə sətrin da-ha geniş hissəsini görmənin, yəni iki, üç, hətta dörd sözü birdən görmənin asanlıqla mümkün ola biləcəyini isbat etdilər. Beləcə sürətli oxuma ən effektiv formasını almış oldu.
İlk kurslarda sadəcə “takistoskop” məşqləri aparılırdı. Halbuki tək başına takistoskop idrak sürətini yüksəlt-məkdə yetərsiz qalırdı. Gözün görmə bacarığının bir üst limiti var idi. 100 metri 10 saniyədə qaçmağın çox çətin olması kimi insan gözü də bir kəlmə oxuyaraq maksimumu 400-ə qədər çatdıra bilirdi. Bundan əlavə, göz sürətinin düş-məməsi üçün göz məşqlərinin müəyyən qayda ilə davam etdirilməsi lazım idi. Blok-blok oxuma sayəsində sürətli oxu daha az məşəqqətli məşğuliyyət formasına düşdü (Beyin geniş baxmağa alışanda gözə çox yüklənmədən də oxuma sürəti yüksək sürətə yetiləcək hala gəldi).
24
Beləliklə, sürətli oxunun iki inkişaf cizgisini gördük: 1. Göz təlimlə get-gedə daha sürətli görməyi öyrənə
bilər; eynilə jim etməklə, barfiks çəkməklə, ağırlıq qaldır-maqla qol əzələlərinin inkişaf etməsi kimi.
2. Göz yenə təlimlə sətrin 2-3 sözünü, hətta hamısını bir baxışda görə bilər (Buraya qədər oxucunun alışqanlığına ilk baxışda tərs düşməmək və qavramanı çətinləşdir-məmək üçün “göz”ü “görmək” feliylə bir yerdə istifadə etdik. Halbuki göz görməz, baxar; görən beyindir. Gördüyünüz bir şeyə təəccübləndiyiniz zaman göz bəbəkləriniz böyüyür. Göz bəbəklərinin iriləşməsi ilə təəccüb hissi bir gerçəyin iki üzüdür: fiziki və zehni… Bənzər şəkildə oxu prosesində göz mətn üzərində hərəkət edər, zehin anlam verər).
Son olaraq 2000-ci illərə girərkən beyin və qavrama ilə əlaqədar aparılan araşdırmalar fərqli, eyni zamanda tamamilə yeni oxu texnikasına atılan ilk addım oldu.
Bir deyil, iki beynimiz olduğu gerçəyi və bu iki beynin funksional fərqlilikləri ortaya çıxdı. Sol beyin yarımkürəsi məntiqi şəkildə parçaları analiz etməkdəykən sağ yarımkürə bütövlükdə idrak yoluyla qəbul edirdi.
1990-cı illərdə doktor Pol Skil “Photo Reading” adını verdiyi bu texnikanı inkişaf etdirdi. 1997-ci ildə “World Future Society”nin (Dünya Gələcək Cəmiyyəti) illik qurul-tayında (bu kitabın hər iki müəllifinin də iştirak etdiyi) bir seminar təşkil olundu.
Əvvəlcə rahatlama, sakitləşmə yoluyla sağ beyin fo-kuslanmış hala gətirilir, bunun sayəsində bütöv bir səhifənin fotosu zehində canlanırdı. Bu təcrübənin nəticələri və elmi keçərliliyi hələ də mübahisəlidir.
25
Dəqiqədə 20000-25000 kəlmə kimi ağlasığmaz səviy-yəyə çatmaq mümkündürmü? İnsan bütöv səhifəni bircə
baxışla qavraya bilərmi? Sağ beyin, sol beyin fərqliliyi kəskin tərəfləri önə çıxarılan mifdir, yoxsa inqilab? Ancaq bu bir həqiqətdir ki, Pol Skil texnikası doğru olsa da, olmasa da, insan beyninin xarüqələr yarada biləcək potensialını bi-zə xatırlatdı.
2000-ci illər oxuma və öyrənmə məsələlərində neçə
yeniliyi ortaya çıxaracaq kimi görünür.
Sürətli oxumanın faydaları
Bu kitabı alıb oxumağa başladığınıza görə nələrisə
əldə etməyi hədəfləyirsiniz. Çox güman daha sürətli oxumaq, çətin mövzuları daha sürətli qavramaq, daha yaxşı öyrənmək istəyirsiniz.
Ehtiyacınız olan məlumata yetməyi, diqqət dağılma-ları və konsentrasiya pozğunluqları kimi mütaliəyə mane olan səbəblərdən qurtulmağı istəmiş də ola bilərsiniz. Yaxud da ki, diqqətinizi oxuduğunuz parçada toplaya bilməyi, öyrəndiklərinizi uzun müddət hafizənizdə saxlamağı…
“Effektik Sürətli Oxuma” sistemi sayəsində mütaliəyə mane olan zərərli alışqanlıqlarınızdan qurtulub sürətli və effektiv bir oxucu ola bilərsiniz.
Effektik Sürətli Oxuma sisteminin faydalarından bir neçəsini marketoloq üslubuyla xatırladaq:
Oxumağı sevirsiniz, oxumaq istədiklərinizin hamısına vaxt yetmir.
Oxumağı deyil, başqa nələrisə, əylənməyi sevirsiniz, ancaq oxumağa məcbur olduğunuz materiallar var.
26
Tələbəsiniz (universitet, lisey, məktəb fərq etmir).
Dərs, dərs, dərs! Oxunacaq qalaqla kitab, yığınla qeyd var!
Amerika tətbiqi tədrisə böyük önəm verir, orada ibtidai məktəb belə təhsilin 84 faizini təşkil edir. Bizdəsə
daha çox! Oxumaqla bitmir. Saatlar yetmir, qapanıb qalırsınız. Tələbələr imtahanlar yaxınlaşdıqca cəmi bir neçə
saat yatırlar. Liseyi, universiteti yarıda buraxmağa məcbur olanlar, dərsləri çatdıra bilmədiyi üçün usanıb təhsilini yarımçıq saxlayanlar… İndi düşünün; oxuyacaqlarınızı iki dəfə tez bitirə biləcəksiniz!
Hər şeyi bir kənara ata bilsəniz! Yaxud da ki, yaxşıca yata bilsəniz…
Bəlkə vaxt qalmadığı üçün əlinizi belə vura bilmədiyiniz başqa kitabları da oxuma fürsəti tapsam de-yə, xəyal qurursunuz…
Yaxşı, bəs iki dəfə tez oxumaq mümkündürmü? Həm olsa da oxuduğunuzu yaxşı anlaya bilərsinizmi?
Hər iki suala da “hə!” Amma necə?
Effektiv Sürətli Oxuma sistemi sayəsində!
Qəzet, jurnal, kitab, roman oxumağı sevən insansınız.
Amma jurnalı, qəzeti bitirmədən boş vaxtınız sona çatır. Kitab, ya da romanın sonu gəlmək bilmir. Bir neçə səhifə ancaq oxuyursunuz ki, saatlar keçmiş
olur, başqa işlər yığılıb qalır. Çox vaxt da hansısa rəfdə toz basmağa başlayır, tamamən unudulur. İs-təməyə-istəməyə kitab oxumayanların cərgəsinə qo-şulursunuz. Qəzeti, jurnalı birnəfəsə oxuyub başa çıxa bilsəniz… Kitab və romanlarınızı iki dəfə tez bitirsə-niz… Yaxşı olardı, elə deyilmi? Bəli, mümkündür.
27
Həm də oxuduğunuzu daha yaxşı anlayaraq, Effektiv Sürətli Oxuma sistemi sayəsində!
İş adamısınız, vəkilsiniz, dövlət məmuru və ya ida-rəçisiniz. Dağ kimi sənəd, raport, material oxuma-ğınız lazımdır; iş saatları yetmir. Hamı evə gedəndə
siz büroda qalıb təkbaşına oxuyursunuz. Ya da evə
çanta dolusu iş aparırsınız.
Bu sənəd, raport, materialları daha sürətli oxuya bilsəniz – həm də bu zaman gözdən qaçırdıqlarınıza görə yan-lışlığa yol vermədən, xəta etmədən bitirə bilsəniz, necə olardı? Ailənizlə söhbət fürsəti, bir neçə dəqiqəlik istirahət yerinə uzun-uzadı vaxt olsa?
Ola bilər. Effektik Sürətli Oxuma sistemi sayəsində!
Sükan arxasındasınız? Yol nişanları siz tam oxumadan arxada qalır? Buna görə istiqaməti təyin edə bil-mirsiniz? Bu nişanları çox tez oxuya bilsəniz, dərdiniz qalmazdı, elə deyilmi? Bu da Effektik Sürətli Oxuma kursu sayəsində ola bilər!
Kompüter arxasında saatlar keçirirsiniz? Saytlarda dolaşmaq, elektron poçtunuzu yoxlamaq, çox uzun vaxtınızı alır. Gələn yüzlərlə meyli oxumaqdan bezir-siniz. Çox qısa müddətdə bir çox sayta göz gəzdirə, bütün meyillərinizi anında oxuya bilsəniz, əla olardı, deyilmi? Effektik Sürətli Oxuma sistemi sayəsində
çox da çətin olmaz!
Yazdığı “Sürətli oxuma” kitabı 1175000 nüsxə satılan və bu sahədə peşəkar olan doktor Norman Levis də eyni ədayla bunları deyir:
Çox qısa vaxtdan sonra indiki oxuma sürətinizi ən azı iyirmi faiz; daha da gerçəkçi olaraq əlli-altmış faiz artıra bilsəniz, necə olar?
28
Söz və təfərrüat yığını arasından ana fikri, eləcə də
önəmli nöqtələri asanlıqla qavraya bilsəniz, necə olar?
Deyək ki, indi beş kitab bitirə bilirsiniz, bir dəqiqə də
əlavə vaxt itirmədən on-on beş kitab xətm edə bilsəniz?
Ya da göz gəzdirmə texnikalarından istifadə edərək orta həcmli kitabı cəmisi bircə saata oxuya bilsəniz?
Eyni metodla qəzetinizi, xoşlandığınız jurnalları iki-qat sürətli və önəmli detalları qaçırmadan oxuya bilsəniz, bir neçə həftəlik əziyyətə dəyməzmi?
“Marketinq” üslubunda sıralanan bu gözqamaşdırıcı faydalar hamı üçün keçərlidir: tələbə, evdar qadın, vəkil, mühasib, mühəndis, biznesmen, hakim… Hər kəs!
“Mən onsuz da sürətli oxuyuram” deyə bilərsiniz.
Yaxşı, bəs daha yaxşı anlayaraq daha da sürətli oxumaq istə-məzsiniz?
Sürətli oxuma metodları sayəsində – nisbi olaraq –
hamının oxuma sürəti artar. Dəqiqədə 100 kəlmə sürətiylə
oxuyan 300-ə, 200 kəlmə oxuyan 600-ə çatar.
İnformasiyanın yüzdə səksənini gözlərimiz vasitəsilə
əldə edirik. Kompüterdə də monitoru oxuyuruq. Oxumaq bu dərəcədə mühümdür. İbtidai məktəbin ilk illərində oxumağı bizə necə öyrədiblərsə, elə də oxuyuruq. Yeniyetmə-likdə və ya gənclikdə, hətta irəliləyən yaşlarda oxumağı yenidən öyrənmək kimsənin ağlına gəlmir. Alışdığımız sürətdə mütaliəni davam etdiririk. Amma dünya artıq uşaqlı-ğımızdakı kimi deyil. Tələbəsindən peşə sahibinə, məmu-rundan evdar qadınına qədər oxumağımızın şərt olduğu şeylərin sayı artdıqca artır.
Ayaqlaşa bilmirik.
29
Ya mütaliəni necə gəldi davam etdirir, bitirmədən başımızdan edirik, ya da müdhiş bir təzyiq altında bezərək oxu saatlarını sağlığımızdan, əyləncə zamanımızdan və
ailəmizlə keçirəcəyimiz vaxtdan imtina edib, əlavə vaxta ehtiyac duyuruq. Bu, çarəsiz alın yazısıdırmı?
Yox.
Yaxşı, bəs günahkar kimdir?
Sizə oxumağı yanlış öyrədənlər! Onların ucbatından çoxunuz bu sətirləri dəqiqədə 150-200 söz sürəti ilə oxuyursunuz. Universitetdə bu sürət bir qədər artsa da məzun ol-duqdan sonra mütaliə alışqanlığından vaz keçdiyinizə görə, 175-200 kəlmə sürətinə düşürsünüz: orta məktəb şagirdi sürətinə! Anadangəlmə istedadsız olanlar təlimdən keç-məzlərsə 100-120, çox qabiliyyətlilər 250-300 kəlmə oxuyurlar. Halbuki, dəqiqədə 500-600 kəlmə oxumalısınız. Ən azından…
Abituriyentlər (hətta kollecə giriş) imtahanlarında 36
dəqiqə və ya yarım saat avantaj:
Belə hesablayın: bu imtahanlarda 3 saat (yəni 180 dəqiqə) vaxt və 180-ə yaxın sual verilir (hər il bir az dəyişsə də
təxminən eynidir): 88 türkcə-sosial sual, 88 riyaziyyat-fənn, cəmi 176 sual.
Sürətli oxu təlimi görməmiş bir şagird dəqiqədə 100-225 söz oxuyur (diqqətli oxunması lazım gələn bir materialdan söhbət getdiyinə görə). Hər sualın oxunmasına orta hesabla 13-14 saniyə ayırır (cavab verməkdən əlavə).
176 sual üçün 56 dəqiqə gedir. Halbuki sürətli oxumadan xəbərdar şəxs diqqətli olması lazım gəldiyindən roman, qəzet mütaliəsindəki 700-800 kəlmə sürətilə deyil, daha yavaş (onun üçün daha yavaş) olan dəqiqədə 400 kəlmə
sürətilə oxuyur. Beləcə, bir sualı 4-5 saniyədə oxuyur. Qısa-30
sı, sualların oxunuşuna 56 dəqiqə ayırmaq yerinə, 20 dəqiqədə tamamlayıb, cavablamağa başlayır.
36 dəqiqəlik avantaj!
Türk Gələcək Araşdırmaları Vəqfində yetişən təlimçilər arasında ən uğurlularından biri olan mərhum Mustafa Ruşen sürətli oxumanın faydalarını çox gözəl şəkildə
komplektləşdirmişdi:
1. Eyni mütaliə dilimində daha çox oxuma imkanı əldə etmə.
2. Daha çox zamana sahib olma. Nə oxuyursunuz oxuyun, sürətli oxuyaraq nizamlı şəkildə vaxta qənaət edə
bilərsiniz.
3. Daha yaxşı anlama və xatırlama.
4. Professional iş həyatında, tədrisdə daha uğurlu ol-ma (Karyera qura bilmək və yüksəlmək üçün rəqiblərinizə
nisbətən daha geniş məlumat sahibi olmanız şərtdir).
5. İnformasiya əsri adı verilən, yeni çağa uyğunlaşa biləcək dərəcədə bilgi və mədəniyyət səviyyəsinə çata bilmə.
Qərar vermədə, hadisələri qavramada, sürət və ardı-cıllıq qabiliyyətini artırma. Bekona görə oxumaq: “Həzz duymağa, zehnimizi süsləməyə, qərar vermə qabiliyyəti-mizi inkişaf etdirməyə yarayır, insanı yetkinləşdirir, xarak-terini formalaşdırır”.
Oxuma sürətini şişirdənlər
Sürətli oxuma kursu sayəsində oxu sürətinizin nə
qədər artacağını bilmək istəyirsiniz, əlbəttə. Bu mövzuda bir qədər araşdırma aparmısınızsa qəzetlərdə, dərgilərdə
31
oxuyub, televizorda izləmisinizsə ağlınızı qarışdıracaq qədər şərhlərlə qarşılaşmısınız. 500 deyən, 1000 deyən, 5000
deyən… 3 qat deyən, 5 qat deyən, 10 qat deyən…
Bu mövzunun üzərində dayan-
maqda fayda var. Bir neçə il əvvəl tele-
Orta statistik türk
viziya proqramlarından birində sürətli
oxucusunun sürəti
oxuma müzakirə edilirdi.
dəqiqədə 180
Mövzunun mütəxəssisi kimi qa-
kəlmədir. Təhsilini
tılan şəxs dəqiqədə 10000 kəlmə oxuya
tamamlamış
sürətli oxucu isə
bildiklərini iddia etdi. Digər həqiqətə
400-800 arasında
uyğun olmayan iddia isə sürətli oxu-
kəlmə oxuyur.
ma kursu verən (və başqa elmi məsə-
lələrdə ciddi olan) bir institutdan gəl-
di. Tirajladıqları kitabçada Türkiyə və
Amerikada dəqiqədə 6000-7000 kəlməlik sürətə çatan rekord sahibləri göstərildi. Könül istərdi ki, bu sürətə göz gəzdirmə texnikalarıyla yetildiyini, üstəlik, rekordçuların mütaliə məsələsində ağlasığmaz dərəcədə istedadlı olduq-larını, yəni istisna təşkil etdiklərini də vurğulasınlar.
Yenə istisnadır, amma sürətli oxuma kursu keçdikdən sonra həqiqətən sürəti 2000 kəlməyə çatan Con Kennedi ilə
1400 söz oxuya bilən mərhum Adnan Kahvecini çəkinmə-dən misal göstərmək olar.
Bir şey dəqiqdir ki, hamı doğuşdan gələn, eləcə də
inkişaf etdirdiyi bacarığına görə, ən yaxşı təlimdən sonra belə, maksimum sürətə fərqli şəkildə çatacaq.
ALGE-nin 15 saat davam edən kurslarını bitirənlər eyni dərsləri aldıqları və eyni məşqləri etdikləri halda kimi 300, kimi 600-700, çox az qismi isə 1000-1100 kəlməyə yetişə
bilmişdi. Bu da çox yaxşı deməkdir, çünki başlarkən sürətləri 80-150, bəzən də 200-250 kəlməydi. Yəni 15-20 saatlıq 32
tədrisdən sonra oxuma sürətlərini 2-3, hətta 4 dəfə artır-mağı bacarmışdılar.
Diqqət edin, bu mövzunun iki peşəkarı (B.A.Blaha və
J.M.Bennet) nə deyirlər: “Televiziya şoularını platform kimi istifadə edən ifratçılar bizə dəqiqədə on min, on beş min, iyirmi min kəlmə oxuya biləcəyimizi deyirlər… Dəqiqədə
oxuduqları onminlərlə sözlə öyünənlər var. Boş və səfehcə
bir iddiadır! Dəqiqədə 20-30 min kəlmə oxuya biləcək şəxs kitabları eləcə vərəqləyə bilər, amma əsla oxuya bilməz.
Çox az istisna xaricində dəqiqədə 2000 kəlmədən artıq oxuyub anlamaq mümkün deyil… Mənim siniflərimdə oxuma sürəti dəqiqədə 125 kəlməylə 900 kəlmə arasında dəyiş-məkdədir. Bu bəzi tələbələrin digərlərindən yeddi dəfə sürətli oxuduğu anlamına gəlir”.
Diqqət ediləcək nöqtə sürət qədər qavramanın da çox önəmli olduğudur. İstəyirsiniz, dəqiqədə əlli min söz oxuyun, bir şey anlaya bilməmisinizsə, niyə zəhmət və stresə
girir, gözünüzü yorursunuz?
İfrata varanlardan digəri, vaxtilə Türk 2000 Vəqfində
assistant olaraq çalışan Möhsün Kadıoğludur.
Kitabında kursunu bitirənlərin “tam anlayaraq 500
səhifəlik kitabı bir saatda oxuyub bitirəcəklərini” yazır. Belə
bir hesab aparsanız şişirtmənin imkansızlığı ortaya çıxacaq: bu ölçüyə görə, hər hansı sürətli oxuma məzunu 1 dəqiqədə
2500 kəlmə oxuyacaq deməkdir! Daha “insaflı” başqası isə
bir kitabın 2 saatda bitirildiyini irəli sürür.
Normal bir kitab 250-300 səhifədir. Orta ölçülü kitabın səhifəsində təxminən 245-250 kəlmə var. Deməli, bir kitab 61250-75000 sözdən meydana gəlir. Təlim görməmiş
bir oxucu dəqiqədə 150-200 kəlmə oxuya biləcəyindən, o, kitabı 300-360 dəqiqədə bitirə biləcək, bu da 5-6 saat edir.
33
Sürətli oxuma kurslarından keçmiş orta göstəricili oxucu isə dəqiqədə 400 kəlmə oxuyur deyək: o da təxminən 3 saatda oxuya biləcək (nadir rastlanan, dəqiqədə 800-1000
kəlmə o kitabı 1,3-1,4 saatda – anlayaraq – oxuya bilərlər).
Halbuki mübaliğəçilər az qala bütün tələbələrin 250-300
səhifəlik kitabı bir saatda oxuya biləcəklərini irəli sürürlər.
Bəlli ki, bu iddialar göz gəzdirməli, üstündən keçməli və bir az da qavramalı oxuma rəqəmlərini istifadə edib, hər şeyi oxuyub, yaxşı qavrama metodu olan sürətli oxuma deyə sırımağa çalışırlar.
Yeni çıxan sağ beyin yarımkürəsini əvvəldən çalışdır-maqla oxumaqda da şişirtmələr gözə çarpır, amma “qaymağını almaq” baxımından sürəti artırdığı dəqiqdir.
Faydanın həqiqi ölçüləri
Deyək ki, hazırda (yəni təlim görmədən) bir romanı dəqiqədə 200, ağır bir mövzunu 80 kəlmə səviyyəsində
oxuyur və oxuduğunuzu analayırsınız: 20-25 saatlıq dərs və
ya kitablı təlimdən sonra xəfif mövzuları 600, ağırlarını isə
300 sürətiylə oxuyur, qavramanızsa 70-90 faizdən aşağı düşmürsə, səmimi şəkildə sevinə bilərsiniz. Bu, o deməkdir ki, oxumaq istəyib, oxuya bilmədiklərinizi bir çox şeyi rahatca bitirər, məcbur olduğunuz dərs kitablarını, sənədləri, kompüter monitorunu əvvəlkinin dörddə biri qədər zaman xərcləyərək tamamlaya bilərsiniz (və ya karikaturadakı ki-mi əlavə elektrik enerjisi sərf etmədən mütaliənizi sonlan-dıra bilərsiniz).
34
Öyrənmə səviyyəsinə görə sürətlər
Məktəblərimizdə şagirdlərin indiki oxuma sürəti (bir dəqiqədə oxuduqları kəlmə sayı) belə ifadə edilib: Təlimsiz tələbələr dəqiqədə 120-200 kəlmə oxuyurlar.
Yaşlılarda azalmaya rast gəlinir (100-150 kəlmə).
Təlimlə indiki sürətiniz 3-4 dəfə arta bilər. Beləliklə, 1
saat əvəzinə 20-25 dəqiqədə oxuyub bitirərsiniz.
Normal bir insanın kitab, qəzet, dərgi, sənədlər, ra-portlar, dokumentlər, elektron məktublar və başqa şeylər oxumağa gündə saat yarım vaxt ayırmaq məcburiyyətində
qaldığını düşünsək (ALGE-nin Effektiv Sürətli Oxuma se-minarlarına qatılanlar və www.hizliokuma.com saytında doldurulan anketlərdə bu rəqəm iki saatdan artıqdır), bu adamın ayda cəmi 45, ildə isə 540 saatını oxumağa həsr etdiyi anlamına gəlir. Effektiv Sürətli Oxuma təhsili almış
yetkin bir insan normal oxuma sürətini orta hesabla üç dəfə
artıra bilər (Müəyyən alışma dönəmindən sonra bu rəqəm dörd-beş qata yüksələ bilər). Bu vəziyyətdə eyni miqdarda materialı gündə 30 dəqiqədə, ayda 15 saatda, ildə isə 180
saata bitirəcək. Yəni hər ay 30, ildə 360 saat – 45 iş günü –
əlavə vaxtı qalacaq. Üstəlik, oxuduqlarını da daha yaxşı qavramış olacaq.
Zamanın mütləq önəm qazandığı informasiya əsrində
Effektiv Sürətli Oxuma Sisteminin sizə qazandırdığı faydalar bu dərəcədə aydın və dəqiqdir.
35

ÜÇÜNCÜ FƏSİL
QAVRAMADAN FOTOQRAFİK
OXUMAĞA
36
37
Sürətli oxuma ilə bağlı ən çox verilən iki sual budur:
Oxuma sürətim necə artacaq?
Sürətli oxuyanda anlaya biləcəyəmmi?
Bu bölmədə sözügedən iki sualın cavabını araşdıracağıq. Effektiv Sürətli Oxuma tədrisinə keçməzdən əvvəl oxucunun sürətli oxuma metodunun həqiqi, elmi və asan metod olduğuna inanması şərtdir.
Şəxs inandığında konsentrasiya və motivasiyası yüksəlir. İlk fəsil bir növ giriş idi. Sürətli oxumanın faydalarını göstərmək məqsədi daşıyırdı. Bu bölüm isə sizi inandıracaq. Razılaşdıqdan və inandıqdan sonra növbəti fəsildə 20
günlük tədris planına keçəcəyik.
Sürətli oxuma texnikasının necə tətbiq olunacağını qavramağımız üçün mütaliə prosesini anlamağımız lazımdır. Mütaliəni anlamaq üçün də görməyi. Görməyi anlamağın yolu ən əsas sualı verərək tapıla bilər: İnsan necə qavrayır?
Bu fəsildə ən əsas sualdan ən xüsusi suala doğru bir yol izləyəcəyik:
İnsan necə qavrayır?
İnsan necə görür?
İnsan necə oxuyur?
İnsan nə şəkildə sürətli oxuyacaq?
İnsan necə fotoqrafik oxuyacaq?
İlk sualın cavabından başlayaraq addım-addım Effektiv Sürətli Oxuma sisteminin əsaslarını öyrənəcəksiniz. Beləcə, tədris öncəsi öyrənməli olduğunuz mövzunun elmi spekulyasiyalardan uzaq, uydurmalardan arınmış, faydalı və dürüst bir üsul olduğu məsələsində həmfikir olacağıq.
Unutmayın: İnanmaq, üstəgəl, istəmək bacarmağın yüzdə doxsanıdır.
38
Qavrama
İnsan ətraf mühiti necə qavrayır?
Oxumaqda olduğunuz kitabdan tutmuş duymaqda olduğunuz musiqiyə, toxunanda barmaqlarınızda hiss etdiyiniz masaya qədər çevrəmizdən bir yolla xəbərdar oluruq.
Yaxşı, bu, necə gerçəkləşir?
Daxili dünyamız (zehnimiz) ilə ətraf aləm arasındakı körpü necə qurulur?
Bu sualların yazının icadından bəri hər qövmdən, hər zamandan müxtəlif insanlar tərəfindən maraq içərisində
araşdırıldığını bilirik. Böyük ehtimalla ilk insan qədər nö-vümüzün hər üzvü həyatının hansısa anında bu sualları hətta daha dərinləməsinə düşünüblər: Ətraf aləm niyə var?
Ya da, həqiqətən, varmı?
Dövrümüzdə bu kimi problemlərlə elm maraqlanır.
Bir neçə əsr əvvəl, hələ elm sahələri təbiət fəlsəfəsi adıyla fəlsəfənin alt qrupuykən cavabı filosoflar tapmağa çalışırdılar.
Modern fəlsəfənin qurucusu Rene Dekart bu suala hazırda elmi olaraq xarakterizə edəcəyimiz bir cavab verən ilk insanlardan idi.
Dekarta görə, xarici aləmdən gələn hər hansı bir şey hissiyyatımızı xəbərdar edir; bunun nəticəsi olaraq sinirlə-rimiz hərəkətə keçir və siqnal beynə göndərilirdi. Beyin reflektiv şəkildə bu siqnalı əzələlərə çatdırır; beləcə əzələlər avtomatik olaraq hərəkət edirdi. Burada elmi sayılmayacaq yeganə məsələ xəbərdarlığın qavranması əsnasında gerçək-ləşirdi: qavramanı maddi olan bədəndə deyil, metafizik anlayış olan zehində, ya da ruhda hiss etməkdəydik.
39

Dekartın sadə davranış teoreminə öz kitabındakı eski-ziylə misal göstərə bilərik. Alovun yaratdığı istilik ayağı-mızdakı sinirləri xəbərdar edir və komanda sinir yoluyla beynə göndərilir. Həmin o anda beynimizdəki istilik hissini qavrayırıq. Və beyin sinirlərə əks komanda göndərir, əzələlər yığılır: ayağımızı geri çəkirik.
Dekartın teoremi modern elmin kəşfləri qarşısında qismən doğru, qismən də yanlışdır.
Son iki yüz ildə, xüsusilə bioloji və fizioloji elm sahə-lərində sürətli inkişafla bərabər “insanın necə qavradığı”
sualının cavabı geniş miqyasda verilmiş oldu.
Modern elmin inkişaf etdirdiyi qaydaya görə, proses bu şəkildə təşəkkül tapır: ətraf aləmdən fiziki bir enerji insan bədəninin müəyyən bir orqanını xəbərdar edir. Bu fiziki enerji “impuls” (stimul) olaraq adlandırılır. Bir səs, bir qoxu, bir görüntü, bir dad, ya da bir toxunma hissi, hamısı 40
orqanizmi xəbərdar edən impulslardır. İmpuls beş duyğu orqanımızdan hansıyla əlaqədardırsa, o orqanın reseptoru-nu qıcıqlandırır. Reseptor ətraf aləmdən gələn fiziki enerjini neyrotik qıcıqlanmaya çevirə bilən quruluşdur (Bu mexa-nizmi puldəyişmə makinasına bənzətmək olar. Siz türk lirəsi qoyursunuz, qarşılığında qoyduğunuz miqdara bərabər ABŞ dolları verir). Eyni şəkildə, reseptor da fiziki enerjini neyrotik qıcıqlanmaya çevirir. Daha sonra bu siqnal neyronlardan ibarət sinir lifləri vasitəsilə beynə çatdırılır.
Vücudumuzun hər tərəfi milyonlarla neyrondan təşkil olunmuş sinir sistemiylə əhatələnib. Onlar sayəsində
istər öz bədənimizdə olanlardan (mədə bulantısı, başağrısı və s.), istərsə də ətraf aləmdən gələn qıcıqlanmalardan (iy-nə batması, istilik hissi və b.) xəbərdar oluruq.
Müasir teoriyaya görə, reseptordan gələn mesaj beynə
bu şəkildə çatdırılır: bir-birinə bitişik milyonlarla neyron sinir liflərini təşkil edir. Bu sinir lifləri beyində də dolanır.
Neyronların arasında “Synaps” (sinaps) deyilən boşluqlar var.
Qıcıqlandırılmayan bir neyron passiv haldaykən 70
milli volt elektromaqnetik səviyyəsini qoruyur. Hər hansı qıcıqlandırma olduqda, yəni aktivləşəndə bu səviyyə + 40
milli volta çatır, maye ifraz edir. Bu maye yanındakı neyronla arasındakı boşluğu doldurur və digər neyron aktiv hala gəlir, maye ifraz edir, növbəti aktivləşir…
Bu şəkildə neyrotik qıcıqlandırma eynən domino daş-larının bir-birini aşırması kimi beynə çatdırılır və beynə ça-tanda beyin mesajı çözür, yəni insan qavrayır.
41

Qavrama prosesini daha
yaxşı anlaya bilmək üçün mə-
sələni bir bənzətməylə açıqlaya
bilərik. Məsələn, barmağımıza
iynə batanda reseptor xarici
aləmdən gələn bu impulsu qı-
cıqlandırma halına gətirir. Xa-
rici bir şirkətə türkcə məktub
göndərdiyinizi
düşünün.
Şirkə-tin
sahibi
türkcə
bilmədiyindən
tərcüməçi
mətni onun oxuya biləcəyi hala
gətirir, yəni öz di-linə çevirir.
Reseptor da xarici aləmdən
gələn impulsu beynin anlaya
biləcəyi dilə çevirir: yə-ni neyronik bir qıcıqlandırmaya.
Lifləri tərcüməçinin ofisin-dən şirkət sahibinin ofisinə
qədər əl-ələ tutuşmuş yüzlərlə insandan ibarət insan kütləsinə bənzədə bilərik. Tərcüməçi – reseptor – mesajı ilk adama – neyrona verir, o yanındakı adama, o ona, o ona…
Beləcə, qulaqdan qulağa misalı mesaj şirkət sahibinə –
beynə – çatdırılır. O da yazını açıb oxuyur – beyin qavrayır.
Bu anda şəxs iynənin verdiyi ağrını hiss edir (bir iddiaya görə,
evolusiyanın
ilk
pillələrində
ölən
nə-həng
dinozavrların sinir sistemi o qədər yavaş işləyirdi ki, başqa bir canlı quyruğunu dişləsə, dişləndiyinin fərqinə an-caq dəqiqələr sonra varacaqdı).
Qavrama mövzusunda diqqət verilməsi vacib ən önəmli məsələ hissetmənin beyində olması faktıdır… İynə-42

nin batmasının verdiyi ağrı barmağımızda deyil, beynimizdə yaranır.
Qulaq eşitmir, beyin eşidir. Göz görmür, beyin görür.
İflic adamların beyinlə sinir sistemi arasındakı əlaqə erro-ziyaya uğramış olduğundan bədənlərinə batan iynələri hiss etmələri mümkünsüzdür.
Görmə
Beş hissetmə orqanımızdan biri görmə olduğuna gö-rə, qavrama məsələsindəki teoriya “necə gördüyümüzü” də
açıqlayır.
Ümumi olandan xüsusi olana keçsək, “insan necə görür?”
Əvvəlcə bu sualı özümüzə verməyimiz lazımdır: nə
sayəsində görürük? Tərs olaraq soruşsaq, nə olmasaydı, görməzdik?
Bu sualın cavabı bəsitdir: İŞIQ.
İnsan işıq qaynaqlarının yaydığı işıq dalğalarının cisimlər üzərində əks olunması və əks olunan şüaların göz bəbəyindən içəri alınması sayəsində görür.
43
İşıq olmasaydı insan kor olardı. Tam mənasıyla zil qaranlıqda qətiyyən heç nə görmək mümkün deyil (qaranlıq otaqda görə bilməmizin səbəbi müəyyən miqdarda işığın oradan-buradan otağa sızmış olmasıdır). Demək ki , insan günəş, şam, lampa kimi işıq qaynaqlarından gələn şüaların cisimlərə toxunub – məsələn, bir masa – əks olunması və əks olunan işığın göz bəbəyimiz tərəfindən qəbul edilməsi nəticəsində
görür.
Güzgü şüaları eyni bucaq altında geriyə əks etdirir.
Bu səbəbdən aynada öz şəklimizi görürük.
İşığın bədənimizə girdikdən sonrakı yolçuluğunu üç hissəyə ayıra bilərik:
Göz işığı qəbul edir, optik lifə göndərir, optik lif də öz növbəsində beynə çatdırır.
Gözün quruluşu eynən təkadamlıq evə bənzəyir.
Önündə çölə doğru qabarıqlığı olan qövsvari qat – buynuz qişa və arxasında beynə doğru uzanan uzun fiber optik kabel, optik lif olur.
44

45

Fərqli miqdarlarda işığın daxili bölmələrə göndərilməsini təmin edən simit formasındakı qüzehli qişa – göz bəbəyimizə rəng verən bu səthdir – xaricində göz demək olar ki, boşdur. Qüzehli qişadakı genişlənmə və büzülməyə
görə göz bəbəyi böyüyüb-kiçilir. Gözdə əks olunan işıq çox olanda qüzehli qişa vasitəsilə göz bəbəyi kiçilir, az olanda göz bəbəyi daha yaxşı görmək üçün böyüyür.
Görüntünün beyində necə şəkilləndiyini anlaya bilmək üçün işığın əvvəldən axıra qədərki yolunu izah edəcəyik. Günəşdən gələn işıq topasının masadan əks olunub gözümüzə daxil olduğunu fərz edək. Göz eynən fotoaparat kimi işləyir (necə ki, səs qeydi chazları qulaq, kompüter də
beyin model kimi istifadə olunaraq dizayn olunubsa, kamera və fotoaparatlara ilham verən gözdür).
Linza
Masadan əks olunan işıq fotoaparatda obyektivdən, gözdə isə göz bəbəyindən keçərək mərcək tərəfindən qırılır.
Qırılmış işıq fotoaparatda kadra, gözdə isə tor qişaya köçürülür. Tor qişa daha öncə bəhs etdiyimiz reseptordur: ətraf aləmdən gələn işığı, neyrotik bir qıcıqlandırmaya yarayan orqan.
Tor qişa impulsu beynə çatdırılması üçün mesaja çevirir və poçtalyona – optik lifə – verir. Bu mesaj optik lif vasitəsiylə beynə çatdırılır və beynimizdə masa görüntüsü 46

yaranır. Beyin daha sonra yüz dəfələrlə gördüyü masa obyekti ilə o an gördüyü masanı müqayisə edir, təhlil aparır; beləcə gördüyü görüntünün masa olduğu qənaətinə varır.
Yəni gözdən gələn görüntü beyin tərəfindən mənalandırılır.
Beyin gələn mesajı anlamlandırır.
Dediyimiz kimi, göz baxır, beyin görür!
Görmə duyğumuzdakı yolçuluq
1. İşıq qaynağından işıq yayılır.
2. Cismlə toqquşaraq əks olunur.
3. Göz bəbəyimizə daxil olub mərcəkdə qırılır.
4. Tor qişada əks olunur, neyrotik qıcıqlanmaya çevrilir.
5. Optik lif vasitəsilə beynə çatdırılır.
6. Beyin reseptorun göndərdiyi mesajı anlamlandırır, yəni görür.
Sürətli oxuma texnikası gözün quruluşu ilə bağlı araşdırma və incələmələr nəticəsində inkişaf etdirilib.
47
Gözün sürəti üç faktora bağlıdır: mətn üzərində hərəkət sürəti (10-30ms), göz fasiləsi əsnasındakı baxış bucağı genişliyi (1-6 kəlmə) və baxdığı sahənin rəsmini çəkib beynə yollama sürəti (150-300ms). Sürətli oxumada məqsəd məşqlə gözün oxuma bacarığını inkişaf etdirməkdir. Göz də vücudun digər hissələri kimi əzələlərdən təşkil olunmuş
orqandır. İnkişaf etdirmək mümkündür. Nizamlı idman nəticəsində atlet daha sürətli qaça bilirsə, ağırlıqqaldıran daha ağır çəkiləri qaldırmağı bacarırsa, oxucu da müxtəlif məşqlərin ardınca əvvəlkinə nəzərən daha sürətli oxuya bilər. Gözün mətn üzərində sürüşmə sürəti məşq vasitəsilə
30 millisaniyədən 10-15 millisaniyəyə qədər artırıla bilər.
Beləcə, göz sürətlənər, sprintə çıxmış atlet kimi mətn üzərində yeriməz, qaçar! Eyni şəkildə, vərdiş nəticəsində
insan gözünün fasilə müddəti, yəni gördüyünün fotosunu çəkmə vaxtı da qısaldıla bilər. Qırıcı təyyarəçilərlə aparılan təcrübələr nəticəsində qavrama müddəti 300 millisaniyədən 150 millisaniyəyə qədər azaldılıb (oxşar təcrübə yan və orta hakimlərimizlə də aparıla bilər və bunun sayəsində yanlış
ofsayd qərarlarının qarşısını almaq mümkündür).
Göz sürətinə təsir edən son və ən önəmli faktor baxış
bucağı genişliyidir. Başqa şəkildə desək, şəxsin neçə kəlməni bir dəfəyə oxuma bacarığı. Digər iki faktorda olduğu kimi, gözün baxış bucağı genişliyi də məşq sayəsində artırıla bilər. Üç faktor arasında oxuma sürətinə və nəticəsinə
ən böyük təsiri bu göstərir. 100 metrlik məsafəni qaçmalı olan sprinterlərə davamlı şəkildə təlqin edilir: addımlarını ata biləcəyin qədər sürətli at, amma daha önəmlisi bacar-dığın qədər böyük at, çünki sən nə qədər sürətli atsan da səndən daha böyük addımlar atan başqa atlet daha yavaş
olsa da səni keçər. Sürətli oxumada da vəziyyət eynidir. Bir 48
kəlmə oxuyan insan nə qədər sürətlənirsə-sürətlənsin, üç-üç oxuyan oxucuya çata bilməz.
İçi kürəciklərlə dolu iki qutu təsəvvür edin; yarışçılar-dan kürəcikləri bir-bir götürənmi, yoxsa üç-üç çıxaranmı qutunu daha sürətli boşaldıb, qalib olar?
Deməli, sürətli oxumada məqsədimiz mümkün qədər geniş sahəni görmək, bacardığımız qədər sürətli baxmaq və
mətn üzərində cəld irəliləmək olacaq.
Ara vermədən məşq edəcəksiniz, bu idmanların nəticəsində göz sürətlənəcək və geniş baxmaq vərdişini qazanacaq. Bunun məntiqi sonu kimi əvvəlkindən dəfələrlə sürətli oxuyacaqsınız.
3-4 həftəlik tədrisin ardınca gözün hərəkət-dayanma müddəti 250-300 mili saniyəyə düşür. Hər dayanmada 2-3
kəlmə oxuduğumuzu təsəvvür etsək, saniyədə 10-12, dəqiqədə 420-470 arasında söz oxumuş olarsınız.
Oxuma sürətiniz 180-dən 600-720 yüksəldi; yəni 2,5-4
dəfə sürətiniz artdı. Dəqiqədə orta hesabla 500 kəlmə sayıy-la 350 səhifəlik kitabı artıq 3 saatda bitirə bilərsiniz. Bu, 7
saatdan artıq vaxt qazandığınız anlamına gəlir. Sürətli oxumanın faydası bu qədər açıq və dəqiqdir.
“Oxuma necə artacaq?” sualının cavabını verdiyimizə
görə, ikinci suala keçə bilərik: oxuduğumuzu necə anlayacağıq?
49
Oxuma
Bizim mövzumuz sürətli oxuma olduğuna görə, artıq mütaliə məsələsinə fokuslanmağımız lazımdır.
Oxuma görmənin xüsusi forması olduğu üçün əvvəl-ki fəsildə bəhs edilənlərin hamısı mütaliə üçün də keçərlidir. Yəni işığın mətn üzərində əks olunmasıyla impulsun göz bəbəyindən buynuz qişaya, oradan optik lifə, daha sonra beynə yetişməsi nəticəsində mütaliə həyata keçirilir. Mütaliə prosesi isə bu şəkildə gerçəkləşir: göz mətn üzərində
soldan sağa doğru sürüşür, müəyyən anlarda dayanır, bu dayanmalar əsnasında eynən fotoaparat kimi, gördüyü qismin şəklini çəkib beynə göndərir, beyin də daha əvvəl öyrəndiyi bu simvolları deşifrə edir, bir araya gətirir və fikri çözür.
İndi yan səhifəni kəsin və gözünüzün bərabərində tutun. Bir yoldaşınızdan kartın üzərində yazılanları oxumasını istəyin. O, oxuyarkən siz də yoldaşınızın göz bəbəklərinin hərəkətinə diqqət edin. Gözün müəyyən anlarda dayandığını, sonra bir yana sıçradığını, təkrar dayandığını, təkrar sıçradığını və bu şəkildə oxuduğunu fərq etdinizmi?
50
Gözünüz mətn üzərində sürüşərkən
hər kəlmədə dayanır. Sürətli
oxuma texnikası sayəsində daha
geniş baxaraq və daha sürətli
oxuyacaqsınız.
Kəsib
Kəsib
çıxarın
çıxarın
Göz ölçmə gözlüyü: Mətni oxuyarkən gözünüzün neçə dəfə
dayandığını bu kart vasitəsilə təyin edə bilərsiniz. Kartı və düzbucaqlı içindəki dairələri kəsin. Gözlərinizi kəsdiyiniz hissəyə tutun. Üstdə
yazılanı oxuyarkən adamların gözlərinin necə hərəkət etdiyini müşahidə
edin.
Yoldaşınızdan siz oxuyanda eyni şəkildə gözlərinizə
baxmasını istəyin. Yaxud ayna qarşısına keçin və yazılanları oxuyarkən göz hərəkətlərinizi də fərq etməyə çalışın.
Bax, göz bu şəkildə oxuyur.
Ancaq unutmayın ki, sürüşmə anlarında deyil, dayanma anlarında oxumaqdasınız.
Göz dayanmadan sürüşmür, yəni insan fasiləsiz şəkildə oxumur, informasiyalar hissə-hissə gəlir, beyin daha sonra bu hissələri birləşdirir.
Bu sualı özümüzə verək.
Nə vasitəsiylə oxuyuruq?
51
Göz və beyin.
Hansı aktiv, hansı passivdir?
Göz passiv, beyin aktivdir.
Yəni əslində beyin oxuyur, göz sadəcə beynə emal etməsi üçün xammal gətirən vasitədir.
Effektiv sürətli oxuma sistemiylə bağlı iki əsas sualı təkrar xatırlayaq:
Necə sürətlənəcəyəm?
Necə anlayacağam?
Mütaliə göz və beyinlə gerçəkləşir dedik. Sualların cavabları da bu iki orqana bərabər şəkildə paylana bilər.
Birinci sual daha çox gözlə, ikincisi isə beyinlə əlaqədardır.
Səhifəni təkrar əlinizə alın və yoldaşınızdan bir daha oxumasını istəyin. O oxuyarkən gözünün neçə dəfə fasilə
verdiyini sayın.
Cavab (əgər yoldaşınız sürətli oxuma kursu keçmə-yibsə) hər sətirdə 4, ya da 5 dəfə olacaq. Gözü hər sətirdə 4, yaxud 5 dəfə dayandı. Yaxşı, bəs hər sətirdə neçə söz var?
4, ya da 5 kəlmə…
Deməli, normal insan hər dayananda bir sözü beynə
göndərir. Yəni sözləri bircə-bircə oxuyur. Normal oxucu bu şəkildə mütaliə edir. Sətirdəki kəlmələrin sayı qədər fasilə
verir. Hər fasilədə bir sözün şəklini çəkib beynə yollayır.
Zehində “içində oxumaq” yaranır və beyin kəlmələri bircə-bircə qavrayır.
Normal insanın gözü saniyənin 1/40-1/50-sində sürüşür (20-25 millisaniyə); 150-300 millisaniyə fasilə verir. Normal oxucu bu rəqəmlərin alt limitlərində olduğundan hərəkət-fasilə (saccade-fixation) müddəti orta hesabla 350 mil-lisaniyədir. Bundan belə nəticəyə gəlmək olar ki, hər dəfə-52
sində bir kəlmə oxuyan adam bir saniyədə üç, dəqiqədə
yüz səksən kəlmə sürətiylə oxuyur ki, bu da Türkiyənin orta statistik sürətinə çox yaxındır. Deməli, sürətli oxuma kursu keçməmiş oxucu kəlmə-kəlmə oxuyur, özlüyündə
səsləndirir, gözü mətn üzərində yavaş hərəkət edir, uzun fasilələr verir, dəqiqədə 100-250 kəlmə, orta hesabla isə 180
söz oxuyur.
Sürətli oxuma
Effektiv və sürətli oxuma
Bir qələm götürüb onu başınızın bərabərində saxlayın. Gözünüzü qələmə dikin. Qələmə baxmağa davam edərkən sadəcə qələmimi görürsünüz?
Xeyr. Qələmin arxasındakı sahəni də görürsünüz, qələmi tutan əlinizi də, qələmin bir az sağında duran cismi də (məsələn kətil). Bir çox nəsnəni eyni anda görüb, fərqinə
vara bilirsiniz.
Təxminən 180 dərəclik görmə bucağınız var. Yaxşı, bəs 180 dərəcəlik sahəni görə bildiyiniz halda (qələmə baxdığınız halda digər nəsnələri də ayırd edə bilirsinizsə) niyə
təkcə bir kəlmə oxuyursunuz?
Niyə görmə sahənizin yüzdə ikisinə bərabər sahəyə
baxıb, geri qalan fərqetmə sahənizi boşuna xərcləyirsiniz?!
İndi diqqətinizi aşağıdakı kəlmələrin altındakı nöqtə
işarəsində cəmləyin. O nöqtəyə baxarkən üstündəki kəlmələri görə bilirsiniz, elə deyil?
53
“Qartal” hesabda önə keçdi.
Əli gəldi.
İndi yenə aşağıdakı ətrafı cizgiyə alınmış ifadəyə baxın, kəlmələrin hamısını bir baxışda qavraya bilirsiniz elə-mi?
Buz kimi gözəllik.
O zaman niyə təkcə bir kəlməyə baxaq ki?
Bu mövzuda oxucu belə bir sual verə bilər:
“Əgər oxumaq sadəcə gözün gördüyü qismin fotosu-nu çəkib beynə yollamasıdırsa və insanın 180 dərəcəlik görmə sahəsi varsa, niyə bütöv sətrə, yəni 10-15 kəlməyə
bir dəfəyə baxıb görməyim ki?”
Bu sualın cavabı gözün quruluşunda gizlidir.
Xaricdən gələn işıq topasını neyrotik qıcıqlandırmaya çevirən tor qişa iki fərqli hüceyrələr toplusundan təşkil edilib.
Tor qişada işığa həssas 127 milyon hüceyrə mövcuddur. Bunların 120 milyonu (94 faizi) çöpcük, 7 milyonu (6
faizi) kolbacıq hüceyrələridir. Elə bu kolbacıq hüceyrələri vasitəsilə gözlərimizi fokuslaşdıra bilirik.
İnsan gözü eynən kamera kimi görmə sahəsinin müəyyən bir qisminə “zoom” edir, yəni fokuslanır. İnsanın iki ayrı görmə sahəsi var: aydın olaraq gördüyü, baxmaqda olduğu sahə (kolbacıq hüceyrələri vasitəsiylə) və geri qalan fərqetmə sahəsi (çöpcük hüceyrələri vasitəsiylə) Bu vəziy-54
yəti səhnə işıqlarına bənzədə bilərik: projektor bir aktyoru işıqlandıranda onun görüntüsü çox parlaq, ətrafı isə daha gözəçarpmaz olur.
7 milyon kolbacıq hüceyrəsi bütün tor qişaya səpələn-miş olsaydı, çöpcüklərə nəzərən çox az olduqlarından aralarındakı məsafə uzanacaq və kəskinlik itəcəkdi. Buna görə
kolbacıqlar tor qişanın mərkəzindəki buynuz qişada topla-nıb. Baxış bucağımızın 2 dərəcəlik qismiylə (buynuz qişa-mız vasitəsilə) nəsnələrə fokuslanırıq və onları aydın şəkildə qavrayırıq.
Təkrarən əlinizə bir qələm götürün və başınız bərabərində tutun. Qələmə fokuslanın. Qələmi aydın şəkildə görə
bilirsiniz, amma onun ətrafındakı görmə sahəniz o qədər aydın deyil. Künclərə getdikcə görüntü daha çox bulanıq-laşır.
Qələmin olduğu hissəyə fokuslanmağa davam edərkən qolunuzu sağa və sola yarımdairə şəklində hərləyin (gözünüzü başlanğıcda baxdığı yerdən ayırmadan). Künclərə yaxınlaşdıqca qələmin aydınlığı azaldı, elə deyil? Göz bu şəkildə qavrayır. Fokuslandığı sahəni açıq-aydın şəkildə
görə bilməkdəykən yaxınlarını 50 faiz, künclərə getdikcə
isə 10 faizə düşən aydınlıqla fərq edir.
Fokuslanma baxışımızın genişliyi 1-2 kəlməyə ekviva-lentdir. Ancaq məşq vasitəsilə gözə daha geniş sahəyə baxması öyrədilə bilər.
55

Sürətli oxumadakı məqsədimiz sadəcə fokuslanma sahəmizdən deyil, fərqetmə sahəmizdən də (peripheral vision) yararlanmaqdadır. İnsan gözü bu şəkildə altı kəlməyə
qədər görə bilir.
Müəyyən tədris kursundan sonra üç kəlməlik genişlik də mütaliə sürətimizin üç dəfə artması anlamına gələcəyindən olduqca faydalıdır.
250 millisaniyədə 6 kəlmə oxuyan bir oxucu, saniyədə
24, dəqiqədə 1440 söz oxuyar ki, bu, təxminən mütaliədə
çatılan ən yüksək göstəricidir.
Bax, gözümüzün quruluşundan irəli gələn bu çatış-mazlığındanmı dolayı bir baxışda 10 kəlməni, 2-3 sətri, ya da bütün səhifəni qavraya bilmirik yəni?
Bunun tam tərsini iddia edənlər də var. Bu mövzuya yazımızın irəliləyən səhifələrində, “Fotoqrafik mütaliə” böl-məsində toxuncağıq.
56
Nəticə kimi sürətli oxuda mətnin hamısını oxuyaraq yetişə biləcəyimiz ən yüksək sürət dəqiqədə 1500-2000 kəlmədir. Əksər kitablarda ortaya atılan 5000-10000 kimi iddialar sürətli oxuma vasitəsilə mümkünsüzdür. Ticari şi-şirtmədir. Digər tərəfdən, əksərən mətnin hamısını oxumamız lazım gəlməyə bilər. Psixoloqlar məhsuldar oxucuya belə tərif verirlər: “Yaxşı oxucu az oxuyar, çox məna çıxa-rar”.
Paradoksal bir cümlə deyilmi? Halbuki tamamilə
doğrudur.
Cümlələrdəki “və”, “ilə” kimi bağlayıcıların, sifətlə-rin, isimlərin, zərflərin tək-tək oxucu üçün bir önəmi yoxdur. Əksər uzun cümlələrin əsas mənası iki-üç kəlmə ilə
ifadə edilə bilər. Məsələn, bu cümləyə diqqət edin:
“Uzun müddət qlobal antik bəzək əşyaları kimi əməllicə rəğbət gördükdən sonra neandertallar yenə gündəmdədirlər”.
Bu 12 kəlməlik cümləni sürətli oxucu 2 kəlməylə ha-fizəsinə yazar: “Neandertallar gündəmdədirlər”.
Mətnin kilid yerlərinə diqqət etmək şərtiylə “Çevik oxuma”yla, “Göz gəzdirmə texnikaları”yla sürətimiz daha da artmış olar.
Bu tərz mütaliə texnikalarında mətnin hər hansı parçası oxunmadığından “belə oxusanız dəqiqədə bu qədər –
5000-6000 kəlmə sürətilə oxuyarsınız” demək doğru olmaz.
Ancaq bu rahatlıqla ifadə edilə bilər ki, bu şəkildə, anlamadan bir qaçınaraq sürətli oxumadakı sürətinizin 3-4 qatına yetişə bilərsiniz.
Göz cisimlərin şəklini çəkib, beynə yolladıqdan sonra daha öncə də vurğuladığımız kimi, beyin qavrayır. Yaxşı, bəs bu qavrama necə gerçəkləşir?
57
Beyin ətraf aləmi necə anlamlandırır? Necə təyin edir?
Əksər psixoloqlara görə, bu sualın cavabı ikitərəflidir: beynin struktur qabiliyyəti və öyrənmə. Yəni bir tərəfdən beynimizin anatomik quruluşundakı nəsnələri kateqoriyalara ayırma bacarığı, digər tərəfdən isə təcrübə vasitəsiylə
hafizədə toplanan informasiyalar və bu məlumatların yaratdığı dəyişiklik ilə əlaqəlidir. Bir pişik görəndə o cismin pişik olduğunu keçmiş təcrübələrinizin köməyiylə bilirsiniz. Yəni müəyyən bir görünüşü, davranış tərzi olan bu tüklü məxluqa “pişik” adı verildiyini çox əvvəldən öyrən-misiniz. Maraqlı olan budur ki, gördüyünüz pişik qara, ya da ağ, böyük, ya da balaca, hətta quyruqlu, ya da quyruq-suz olsa belə, onun pişik olduğunu anlamaqda heç bir çətinlik çəkmirsiniz.
Bax bu zehnin kateqoriyalara ayırma və qruplaşdırma bacarığıdır. Eyni şəkildə “A” hərfi, “A”hərfi, italik ( A), ya da qalın “A”, kiçik (a), ya da böyük (A) hərflə, makina yazısı, ya da əlyazma olsa belə, onu həmişə “A” olaraq tanıyırıq. Bunun iki səbəbi var. Birincisi, qeyd etdiyimiz kimi, zehnimiz eyni anlama gələn qavramları bir araya toplayır.
İkinci faktor isə öyrənmiş olduğunuz dil və oxumadır… Məsələn, kiril əlifbasında bənzər qruplaşdırmaları aparmaqda zehnimiz yetməyə bilər.
Nəsnələrin qavranılmasında digər önəmli nöqtə nəsnə-məzmun münasibətidir. Yaşıl bir almanı alma bağçasında (uzaqdan baxsaq belə) alma olaraq qavrayırıq. Digər tərəfdən bu almanı götürüb, tennis kortunun ortasına qoysaq, yanlışlıqla gözümüzə tennis topu olaraq görünməsi mümkün hallardandır. İçində olduğu mühit yanılmamıza səbəb ola bilər.
58
İnsan zehni nəsnələri olduğu bölgənin şəraiti ilə əla-qələndirərək təyin edir. Bu üç cümlədəki “qartal” kəlməsinə diqqət edin.
Qartal pəncələriylə ovunu qamarlayıb sürətlə təkrar səmaya yüksəldi.
Qartal “Fənərbağça”nı evində məğlub etdi.
Evinə getmək üçün Qartal avtobusunu gözləməkdəydi.
İlk cümləni oxuyanda bəhs edilənin quş növlərindən biri, qartal olduğunu anlayırıq; çünki təsvir edilən hadisə
ancaq “qartal” kəlməsinin bu anlamıyla üst-üstə düşür.
İkinci cümlədə isə bəhs edilən “qartal”ın, Türkiyənin qara qartalı “Beşiktaş” olduğunu cümlə quruluşundan anlayırıq.
Üçüncünün də İstanbulda istiqamət olan Qartal olduğunu təxmin etmək çətin deyil.
Öyrənmə və mövzu əlaqəsi bu misalda aydın şəkildə
görünür.
Digər tərəfdən Qartal səmtini tanımayan bir insan da cümlənin quruluşundan durumu az da olsa təxmin edə
bilir.
Gördüyümüz kimi, zehin passiv şəkildə sadəcə gözün göndərdiklərini deşifrə edən bir tərcüməçi deyil, əksinə bir-ləşdirən, qarşılaşdıran, qruplaşdıran aktiv strukturdur.
Bənzər bir örnək zehnin anlamlandırma qabiliyyətini dərk etməyimizdə bizə yardımçı olacaq.
59

Dediyimiz kimi, əksər hallarda bir nəsnənin necə göründüyü ətrafındakı nəsnələr ilə yaxından əlaqəlidir.
Bu iki kəlməyə baxın:
İki kəlmədə də tamamilə eyni simvolun varlığına rəğmən zehin fərqli şəkildə qavrayır. Buradan sürətli oxuma ilə bağlı çıxaracağımız dərs belədir: zehnimizin bu möhtəşəm qabiliyyətləri sayəsində gözün göndərdiyi yetərsiz qalsa belə, beyin boşluğu doldurur. Göndərilən görüntünü məzmunla qarşılaşdırıb, mənanı asanca qavrayır.
Normal insan bir kəlməyə fokuslanır. İnsanın görmə
potensialı 2-4 kəlmədir. Birdəfəyə 5 kəlməyə baxsa, kənar-lar tam aydın görünməyə bilər. Amma dediyimiz kimi zehin necə anlamsız bir simvolu kəlmə içərisində mənalan-dıra bilirsə, eyni şəkildə qaranlıq qalan nöqtələri də cümlənin quruluşuna görə tamamlayır.
Ağacın arxasında gizlənmiş bir pişiyin pişik olduğunu anlayırıq. Quyruğunu, ya da başının bir qismini görməyimiz yetərlidir. Eyni şəkildə cümləni bütövlükdə görmə-sək də, zehin əksərən tamamən qavrayır.
1843-cü ildə Lekler adlı bir naşirin qəribə eksperimenti bu məsələyə diqqət çəkdi. Çoxbilmiş naşir kağız sərfiy-yatını azaltmaq üçün kitabları yarı ölçüdə nəşr etdirdi. Bunun üçün də hər sətrin yarısını kəsib atdı:
Cavan oğlan sevgilisini bənzədəcəyi gözəl sözlər axtararkən qız başını onun çiyninə dayayıb, xəfif-xəfif əsən yumşaq meh-dən həzz alaraq dağınıq buludlu göy üzünü seyr edirdi. İkindi vaxtı beləcə keçdi…
60
Hamı hərflərin, ya da kəlmələrin “silueti”ndən mənanı çox gözəl anlaya bilərdi. Şübhəsiz, siz də oxuya bildiniz.
Deməli, kəlmələri tam oxumadan da mənanı qaçırmaya bilirik. Deməli, zehin kəlmələrin bir qismini belə, görsə, əskik qismini qavraya bilər. Sözlərin çoxu mətndən asanca çıxarıla bilər. Ş-ş-r-d-cı ol-n b-d-r ki, k-lm-l-rd-n b-r ç-x h-rfl-ri ç-x-rs-q b-l-, z-h-n m-n-nı as-nca q-vr-y-r. Gördüyünüz ki-mi, cümlədən xeyli hərf çıxarılmasına rəğmən oxumaqda çətinlik çəkmədiniz. Əslində yazılanla sizin oxuduğunuz eyni deyil. Cümlə mənasız hərflər yığınıdır, amma siz mətn vasitəsiylə verilmək istənən mənanı çıxara bildiniz. Oxumaq hərfləri, kəlmələri gözlə qavramaqdan daha yüksək bacarıqdır. Nəticə olaraq mətni anlamaq üçün bir səhifədəki, yaxud cümlədəki hər hərfi, yaxud sözü oxumağımız boş və yararsız əziyyətdir. Gözümüzü az, zehnimizi çox istifadə etməliyik. İcazə verək, beyin geri qalanını doldursun.
Narahat olmayın, şübhəsiz ki, ancaq yüzdə beşini/onunu istifadə etdiyimiz orqanımıza çox da çətinlik törətməyəcək bu vəziyyət. Effektiv Oxuma Sistemi sayəsində göz sürətini artırmadan daha yüksək, effektiv və məhsuldar alışqanlıq-lara sahib olacaqsınız.
“Cognition” (“İdrak” C.Q.) kitabının müəllifi Reisber-qin də vurğuladığı kimi, “yaxşı oxucular az oxuyar, çoxlu təxmin yürüdər/məna verər”. Sürətli mütaliədə fikirlərin ardınca qaçarkən gözümüz sadəcə passiv bir vasitə olaraq qalacaq və zehnimizin ardından gedəcək. Nəticədə patron beyin, işçi isə gözdür.
Beyin əmr, göz itaət edər. Beynimizin ağlasığmaz bir sürətdə və asanlıqla çalışan, eləcə də qavrayan orqan olduğunu düşünsək, gözümüzü daha geniş baxmağa, yaxud 61
daha geniş sürüşməyə məcbur etməyimiz hər hansı problem yaratmaz. Əksinə mütaliə məhsuldarlığımızı artırar.
Бесплатный фрагмент закончился.
