Читать книгу: «Azadlıqdakı ruhum»
Şəmil SADİQ
AZADLIQDAKI RUHUM
Şeirlər
Azadlıqdakı ruhum
• İnsanın içində çöl var. Çöl azadlıqdır. Mənim içimdə əngin bir çöl var. İçimdəki çöldə bir oba-yurd qurmuşam, çölümdəki yurdum kimi. Tez-tez çölümdəki fırtınalarda, yağışda, boranda, tufanda obama sığınır, tə-səllimi orda tapıram. İçimdəki çölü və çöl-dəkini sevirəm. Azadlığı sevirəm, azadlıq-dakı yurdumu sevirəm… O azadlığı ki, sevgi kimi yaşayır içimdə. İçimdəki çöldə o sevgi olmasaydı əgər qum tufanında itib-batar, gözlərim kor olar, sərt soyuğunda isə qı-rovdan, şaxtadan donardım.
• …azadlığımda bir çöl var və o çöl çox ən-gindir. Orada bir yurdum var, ətrafı yovşan-larla sarılıb. Yovşan ətri yurdumdakı ruhumu məst edir hər an. Məst olan azad ruhum şahə qalxır hər dəfə bu ətri hiss edəndə, bu ətir qalıcı olduğu üçün ruhum da hər gün şahə qalxıb dünyaya meydan oxuyur.
• İçimdəki çölüm Naxçıvan kimidir, havası sərt, torpağı duzludur. Oraların sevgisi də sərtdir havası kimi, onların sevgisinə tuş gəldinsə səni qızmar günəşin dağları kimi qucaqlar, amma sərt isti adamı boğmaz, sərt soyuq da öldürməz. Bu isti və soyuqdan kəklikotu kimi ətirli məhsullar yetişər. Həm də sevgi duz dağına bənzər, bitməz, tükən-məz, dadlı duzlu…
• Mənim çölüm də, içim də tərcümə olunmur. Ümumiyyətlə, mən tərcümə olunmaram ki… mən elə bir azadlığam ki, içim də sevgi, çölüm də sevgi… Oxumaq istəsən məst olarsan və düşüncələrin uçub gedər sən olmayan yerə, hansı ki orda mən varam, mən! Səni səndən qoparıb ru-huma əkmək üçün var olan mən. Məni tərcümə etmək üçün heç bir dilin ruhu yetməz… Məni tərcümə etmək üçün gərək bir ahəng ola, məni ifadə edən ahəng, o başqa dillərdə yoxdur, sadəcə türk dilində var, mə-ni tərcümə etmək üçün gərək vurğular sabit ola, sədaqətli ola əhdinə, o da yoxdur başqa dillərdə… Məni tərcümə etmək üçün o dildə yovşan ətri ola gərək. Onun üçün də gərək mənim öz dilimi öyrənəsən, ruhumdakı dili! O zaman mənə aid ola bilərsən, məni tanı-yarsan!
• Mənim Sevgim əngin bir çöl kimidir. Yolu yox, izi yox, sonu yox… cığırı özün açıb özün kimi yürüməlisən, mən bitəndə o yol bitər. Yürüdükcə gah güləcək, gah da ağlayacaq-san… əsas odur ki, o yolu özün yürüyəsən, azadlıqdakı ruhumun yovşan ətrinə doğru… Ruhumun ətri yovşanlıdır, qalıcı və məst edici. İylə, məst ol və arxamca gəl! Ruhumun iyini bir anlıq itirdinsə yolunu azarsan, yum gözlərini və ruhumun ətrinin izi ilə gəl! Gəl ki, Azadlıqdakı yurdumda xoşbəxt olasan!
• Yovşan ətirli, qızmar günəşli çölüm! Sev-gimin at yerişinin ritmi kimi döyün-düyünün fərqindəsənmi, hər an bir az da yaxınlaşan səs… Bu səs Azadlıqdakı yurduma (ruhuma) doğru yön alan ruhumun səsidir. Çöldə səslər çox önəmlidir, ruhum, çox, çünki yaşam, çöl-dəki səsləri duya bilməklə asanlaşır!
• Ruhlar azadlığı sevir. Cism isə ruhun zindanıdır. Hətta sanki cism ruhu əsir gö-türüb. Və onu durmadan çalışdırır. Ruhlar sadəcə insan yuxuda olanda azad olurlar. Heç nəyə fikir vermədən istədiklərini edirlər insan yuxuda olanda. Yəni azad olur və gəzirlər sərsəri şəkildə. Çərçivə bilmir, olmazları tanı-mırlar, yaradıcılıq sərhəddinə məhəl qoymur-lar o zaman. Mənimsə cismim yuxuya getmir ki, getmir. Ruhumsa azadlığa çırpınır. Dinc-liyə çırpınır. Dərin yuxular və Azadlıqdakı Ruhum üçün yaman darıxır. O ruhum üçün ki, onu mən yox, ağıl yox, azadlığı idarə edir…
İçimdəki çölümün ruhu qədim türk əlifbası kimidir. Hərfləri tanımasam da, sözləri bütöv-ləşdirə bilməsəm də, duya bilirəm, anlaya bilirəm, onunla yovşan ətirli çöllərdə qan tərə bata-bata dördnala çapıram, yurduma çapı-ram, ənginliyə çapıram, ədalətə çapıram, özü-mə çapıram.
• İçimin çölündə qalanan ocağım əbədi yanacaqdır, onu heç nə, heç zaman söndürə bilməz. Bu ocaqda Şər qüvvələr yanıb arına, saflar qızına bilərlər sadəcə. Bu ocağa sığınan-lar nə yanar, nə də üşüyər… İçindəki ruhu saf saxla, tərtərmiz saxla, saxla ki, saf ruhun ləkələnməsin. Həmişə paklansın, vicdanın onu yandırmasın. Vicdanın istisi çox güclü olur, o ruh ki vicdan atəşilə yana bilmir, onu mənim çöllərim qəbul etməz, əgər vicdanın istisində yanıb qovrulmağı bacarırsansa, o zaman çölüm də səni qəbul eylər, ya arındır-maq üçün, ya da qızındırmaq üçün.
P.S. Azadlığımın yolları Torpaq ətirlidir nə-fəsimtək. Torpaq isə qutsaldır, çünki Tanrının nəfəsini gəzdirir hər dənəciyində, Tanrı özü isə sadəcə sevgidir!
P.S. 20 ildən çoxdur ki, şeirlərimi kitab kimi çap etdirməmişəm. Şeir deyərək, nə qafiyə axtarın, nə vəzn. Tapa bilsəniz, sadəcə duyğu, düşüncə, fikir var. Komplekslərimi darma-dağın edən Azadlıq Ruhuma təşəkkür edirəm bu kitabı nəşr etdirməyimə ilham verdiyi üçün.
Şeirlər
***
İşıq olub gözlərində gəzim mən,
Mənsiz qalıb kor olmaqdan qorxasan.
Ağıl olub əməlində gəzim mən,
Mənsiz qalıb xar olmaqdan qorxasan.
Günəş olub torpağında gəzim mən
Başqasına yar olmaqdan qorxasan.
Sizin bağda bağban olub gəzim mən,
Başqa bağda bar olmaqdan qorxasan.
Səsin olum göylərində gəzim mən,
Mənsiz qalıb kar olmaqdan qorxasan.
Xəzəl olub payızında gəzim mən,
Səhrada bahar olmaqdan qorxasan.
İnanc olub əqidəndə gəzim mən,
Yad dinə dindar olmaqdan qorxasan.
Varlığında varlıq olub gəzim mən,
Yoxluğumda var olmaqdan qorxasan.
***
Sənsizliyin həsrətini çəkmək üçün darıxdım,
Demişdim ayrılanda…
Təsəllimi qucaqlayıb getmişdim,
Səni sənsiz sevəndə anladım ki,
Sənsizlik sən olmamaq deyilmiş.
Sənsizlik sənə yuyulmaqmış,
Sənə boğulmaqmış,
Sənə tutulmaqmış sən demə… Bilirsənmi, sevgilim, sənsizliyin həsrəti
Səni mənə necə anladır?!
Gözlərimi yumuram
Qapağının altında…
Danışmıram, dinmirəm,
dodağımın altında,
Düşüncəmin qapağı yox
Bağlayıb heç düşünməyim…
Ruhumun da açarı yox
Bağlayım ki sənə uçmasın…
Sənsizlik – səni məndə yaşadan,
Sənsizlik – səni məndə ucaldan,
Sənlilikdən daha çox sən deməkdi.
Çünki sən olanda biz varıq,
Amma sənsizlikdə
Sən də varsan,
Mən də varam,
Parça-parça bizik biz.
Xəyal da var, arzu da…
Düşüncəmə sarılıb öpür məni,
Parçalayıb, didir məni,
sənsizlik.
Öpücük-öpücük yeyir məni,
Ölmürəm ki, ölmürəm…
***
Sən olanda biz oluruq biz,
Sən də, mən də üç hərf…
Bir hərfi fərqlidir…
Biz də üç hərf…
Amma sən və məni ifadə edən üç hərf..
Sadəcə üç … b, i, z…
Sən şeir istədin,
Dedim,sən elə özün şeirsən,
Tanrı yazıb mənimçün…
inanmadın.
Buyur, sənsizlik şeir yazdırdı…
Çünki şeir də sənsizdir, mən də…
Hər kəsin bir şeiri var…
Tanrının da, mənim də…
Mənim şeirim vardı,
bu da olsun səninki…
Məndən şeir istəmən,
Səni məndə almaqdır.
Şeir həsrətdən doğar, əzizim,
Bir də məndən şeir istəmə,
Şair rəssam deyil, görüb yazsın,
Şair gərək ölüb-ölüb dirilib yazsın,
Ya öldür sənsizlikdə,
Ya da yaşat sənlilikdə…
***
Çölümdən içimə daş atım gərək,
Şeytanın başına düşməsi üçün Səhrada şeytana daş atan insan,
Bircə kərə də at içinə o daşdan…
Bu daş o daş kimi bahalı deyil,
Bu daş o daş kimi özgənin deyil İçindən çölünə daş atmaq eşqin
Çölündən içinə dəyişsən əgər
İçinin çölündə azad olarsan… Boylan öz içinə tanrına bir bax,
Orda – burda axtarma tanrının evin.
***
Gözlərim qaralır, əllərim əsir… Arıtlayıb boğazımı,
Siqaramın dumanı sənnn- oxumaq istəyirəm…
Nə siqaret var, nə də dumanı… İkiniz də birgə getdiniz həyatımdan Birinizi mən yola saldım,
Biriniz də birinizə qoşulub getdiniz… Düşünmüşdüm ki, sən təsəlli olarsan siqaretsizliyə…
Amma sən acı tüstünü belə əvəz etmədin.
Mənə yox, siqaretimə vəfasız oldun. Birgə gəldiyiniz o yollara vəfasız oldun, Sənsizlikdə ciyərlərimi saran tüstüyə də,
Barmaqlarıma hopan qoxuya da vəfasız oldun…
Həm də sənsizlikdə dodaqlarımı darıxmağa qoymayan zərifliyə vəfasız oldun.
Bir qullablıq tüstü qədər olmadın…
Artıq ikiniz də qalmısız dünənlərimdə… Çağırsam həmən gələr o can yanğısı… Çağırmıram, çünki təsəlli istəmirəm. Sən özün gəl, desəm..
Təsəlli et desəm, barmaqlarımda sarı gəlin ol…
Dodaqlarımı susdur, Ciyərlərimə yayıl desəm.. Qoy gözlərim qaralsın, Əllərim əssin yenə sevgi nikatinindən…
Gəlmə…
Çünki siqaret tüstüsündən təmizlənmiş nəfəs borumda,
Sən gəzən yollar tıxanıb…
Siqaretin dadın unutduğum kimi
Səni də unuduram yudum-yudum… Mən səni ciyərlərimə çəkmək istədikcə,
Sən səmada uçan tüstü kimi
Yox olmağa həvəsli oldun.. Bəlkə də, kiminsə siqaretinə dumansan indi…
Qullab-qullab içinə çəkir…
Başı gicəllənir, əlləri əsir… Bəlkə də çəkilməmiş siqarettək qutularda qalmısan…
Bilmirəm ki, bilmədim ki… Amma onu bildim ki, siqareti unutmaq
Səni unutmaqdan daha çətinmiş… Çünki siqareti bir də çəksəm, başım gicəllənər, əllərim əsər…
Lakin sən…
Bir də başımı gicəlləndirə bilərsənmi görəsən…
***
Bəzən təsəlli olmur,
Təsəlli olmur heçnə…
Nə dostların içki məclisi, nə də yalnızlıq…
Nə körpə qığıltısı, nə də dünya neməti. Nə sevgilinin sənsiz həsrəti,
Nə də ruhunu oxşayan saf məhəbbəti… Təsəlli olmur heç nə…
Nə gecələr yatmağa qoymaz arzular, Nə də başından tökülən bitməz ruzular. Nə günlərlə gülüşünə möhtac olduğun bir gözəlin gülüşü…
Nə də dərdindən öldüyün bir gözəlin öpüşü…
Heç nə təsəlli olmur…
Çünki bir boşluq gəzir Boşluğumda bayquş kimi…
Çünki boşluğumun boşluğuna da inam qalmayıb....
Sən bilmədin sevgi nədir…
Oxuduğun kitablarla xəyal qurdun. Sən bilmədin sevgi nədir…
Bəlkə də heç bilməyirsən dadın onun. Ondan-bundan dinlədin sən sevgi nədir…
Nağıllarda Leyli olar, Məcnun olar… Həyat sənə Məcnun verməz,
Gözləmə heç…
***
Yağış yağır sevgilim
Bəlkə bir az gəzək biz
Göydən yerə nədir ki…
Bizdən bizə süzək biz…
Yağış yağır sevgilim
Göydən yerə sevgidir
Torpaq qucaq açıbdır
Yerdən göyə sevgidir…
Yağış yağır sevgilim
Gəl gəzişək yağışda
Mən yer olum sənsə Göy
Qarşılayım sevgini
Bu döyünən ürəkdə…
Yağış yağır sevgilim
Düşünürəm indicə
Yanağına qonum mən
Yağış yerə enincə…
Yağış yağır sevgilim
Çöl çəmənlər sel sudur.
Sevgi yağır qəlbimə
Əsl leysan bax budur.
Yağış yağır sevgilim
Çətir olum mən sənə..
Qısqanıram yağışı…
Axı heyranam sənə…
Bir gün…
Gedəcəm buralardan, tək qalacaqsan,
Gözlərin yol çəkəcək
Əllərin əl üzəcək
Dilin dilə gələcək…
***
Bir gün…
Gedəcəm buralardan,
tək qalacaqsan,
Gözlərin yol çəkəcək
Əllərin əl üzəcək
Dilin dilə gələcək…
Hey axtaracaq, tapmayacaqsan…
Bir gün mən olmayanda…
Parçalanacaqsan…
Hecalar kimi
Defislər olacaq trelər kimi…
Tərkib hissən yox,
Əlavən olacaq cümlələr kimi…
Bir gün…
Xəbərsiz, mübtədasız təyin olarsan,
Tamamlıq da olmayacaq
mən olmayanda…
Zərf kimi xəbərə möhtac,
Nida kimi naəlac
Həm də yalavac olarsan
mən olmayanda…
Bir gün…
Mən olmayanda…
Vergüldə qalarsan, nöqtən olmasa,
Üç nöqtələr təsəllin olar…
Bitməmiş fikir kimi…
Dırnaqlar üstünə hücum çəkəcək.
Dövlətsiz səfir kimi…
Bir gün…
Sual cümləsi də ola bilməyəcəksən
Çünki cavabın mənlə gedəcək…
Nəql etməyə adamın olmaz
Çünki duyanın olmaz…
Əmr cümləsi…
Ənrinə amadə kimlər olar ki,
Mən olmayanda…
Ümidin yalnızca nidaya qalar..
Gözəl, pafoslu, sevimli, qürurlu
Görənin ruhunu canından alar…
Amma kimsəsizlik səni yaralar…
Özünü boşluqda hiss edərsən
Mən olmayanda
Bir gün…
Mən olmayanda…
Hərflər olarsan yalquzaq kimi,
Məna yaratmağa umacın olmaz.
Bəlkə, bəlkə də zirvələr oldun.
İnan ki mənsiz yamacın olmaz…
Bəlkə də bütün əlaqələr toplanar səndə…
İdarə, yanaşma, uzlaşma…
Amma məna əlaqəsinə həsrət çəkərsən,
Tabesizlik əlaqəsi səni məhv edər…
Mən olmayanda…
Amma sən mənim baş hərfimsən,
Heç nəyə başlaya bilmirəm ki mən…
Sən olmayanda…
Sən olmayanda.
***
Tənha qadın, tənha qadın…
Sən ilham pərisitək yalnız yaşadın
Sarsılmış ruhlara məlhəm olaraq…
Gözlərin yol çəkdi alovlanaraq.
Tənha qadın…
İçində öldürdün yalnızlığını
Axşamlar saata hey boylanaraq…
Tükana bazara tək yollanaraq…
Tənha qadın....
Bir çiyin aradın başın qoymağa
Hərdən ruhlanaraq, hərdən qorxaraq…
Gah dinməzcə axdın, gah çağlayaraq..
Tənha qadın…
Bir kişi istədin qayğını çəksin,
Döyülən qapıya kimdir deyərək…
İşıqpulu versin evə gələrək…
Tənha qadın....
Bir ürək istədin halına yansın
Kefini soruşsun səni duyaraq…
Qəşəngsən söyləsin qoxulayaraq…
Tənha qadın…
Əlinə baxacaq bir əl istədin…
Qaldırsın yıxılsan əldən tutaraq…
Sənə dayaq olsun zibil ataraq…
Tənha qadın…
Azadlıq istədin tənhalığından…
Azadam deyərək qürurlanasan…
Qurtula bilmədin azadlığından....
Tənha qadın, tənha insan…
İnsan tənhadır yaradılandan.
Cismlərə ağlın getməsin,
Ruhlar tənha olub
Qanadlanandan…
Sən sev məni uzaqdan…
Sən sev məni uzaqdan!
Elə mən də!
Qoy sevgimiz enməsin yerə!
Yer adidir, çirklidir,
İnsanlar məkirlidir.
Sevgilər şəriklidir.
Sən sev məni uzaqdan!
Elə mən də!
Sev Günəşin Yeri sevdiyi kimi,
Sev Yerin Göyü sevdiyi kimi,
Sev ruhumun səni sevdiyi kimi.
Qəlbim sənindir ancaq,
Orda sənə taxt da quracaq,
Yaxınlaşıb toxunacaq,
Qanadsız quştək uçacaq,
Lap görünməz olacaq.
Ona görə, sevgilim,
Gəl sev məni uzaqdan,
İlahi bir eşq kimi,
Günahlı bir eşq kimi.
Ulu bir varlıq kimi,
Bu sevgini sadəcə
Ruhum duysun,
Ruhum yaşasın.
Hər bizim bu qəlbə qonaq gələndə
Gəlişini görməyim,
Qamaşdır gözlərimi,
Sonra durub gedəndə
Sakit, asta, xəfif get.
Alışdır gözlərimi,
Gedişini görməyim.
Varlığını yaşadım
Bu incə qəlbimdə mən.
Bəlkə, bir ömür boyu varlığımla yaşadın,
O incə qəlbinlə sən…
Axı mən o ürəkdə necə yaşayım…
Deyirsən, sən mənim qəlbimdəsən,
Deyirsən, bircə onu görə biləydim.
Mənsə baxıb gülümsünürəm.
Sonra qaşlarını çatırsan,
İncik-incik baxırsan,
İnanmırsan…
İnanmırsan mənə sən…
“Gəl, aç bax, ürəyimi”-deyirsən.
Mən yenə gülürəm.
Bilirsən niyə?
Bilməzsən, gülüm,
Bilməzsən …
Necə ki, mən sənin qəlbini görə bilmirəm.
Gördüyümün dalınca gedə bilmirəm.
Mən güldüm,
Sənsə buna inanmadığım üçün güldüyümü anladın.
Amma mən sənin ürəyindəki yerimə güldüm.
Diriykən sarsıldım,
Utandım, gülərək öldüm.
Mənim o ürəkdə nə işim var axı,
Axı mən o ürəyi incidə billəm,
Бесплатный фрагмент закончился.
