Читать книгу: «Orion-51»

Шрифт:



Redaktor:


Ümid Abbas Nihan


Ruzigar Ələkbər. Orion 51. Roman

Köhlən Nəşriyyatı. 304 səh.


I hissə. Yuxulardakı talelər. 51.



Ovçu


Köhnə adı ilə desək, Yunanıstanın ən ucqar nöqtəsində yerləşən Kovagnos kəndi, indi Musiksos kimi adlandırılan əyalətin kiçik kəndlərindən biridir. Üçüncü dünya müharibəsinin fəsadlarından yan ötüşən bu kənd, ilk nəzərlərdəncə insanı valeh edir. Bir çoxuna görə, əgər Kovagnos kəndi NATO ordusu tərəfindən uğurla istila edilə bilinsəydi, bugünkü Hellenas dövləti hələ də Yunanıstan olaraq tanınacaqdı. Hellenas dövləti, köhnə

Cənubi Avropa və Balkan ölkələrinin ərazilərinin bir hissəsini əhatə edirdi.

Bu dəfə, məhz bu ərazilərdə yaşayan xalqlar, dünyanı üçüncü utancından xilas edə bilmişdi.


Ağır müharibələr dövründən artıq altı il ötürdü. İndi insanlar dinc başla oturub, yenidən səhvlərini təhlil edirdilər. Bir çox politoloqlara görə

tək günahkar Amerika Birləşmiş Ştatları, bəzilərinə görə isə bu dəfə də

Marks və Engels idi. Bundan başqa, digər düşüncədə olan politoloqlar da var idi ki, onlara görə nə günah, nə də ki, günahkar var idi; Onlar, sadəcə, kapitalist sistemin çöküşünə sevinməyi tövsiyə edirdilər.


Əslində isə ümümbəşəri siyasi gərginlik, başlanğıc nöqtəsini 2020-ci ildən 2022-ci ilə qədər müddəti əhatə edən karantin dövründən götürmüş-dü. Sosial – ictimai izoliyasiya, az müddətli iş rejimləri, xidmət sektoru və

turizm sənayesi, iri sənayə müəssisəllərinin və beynəlxalq iqtisadi münasibətlərin fəaliyyətindəki böhranlı vəziyyətin yaranmağı ilə nəticələnmişdi.

Bir çox mütəxəssisə görə bu, kapitalizmə qarşı yönələn xəbərdarlıq siqnalı idi. Bu siyasəti Amerika Birləşmiş Ştatlarına qarşı, nə kapitalist, nə də sosialist kimi sosialist bir dövlət olan Çin Xalq Demokratik Respublikası, siyasi gərginlik yaratmaq üçün tətbiq etmişdi. Lakin müharibənin sonu heç ÇXDR-nın özü üçün də uğurlu olmamışdı. Belə ki, o, yerini yeni qurulan, Çin dövlətinə vermişdi və bu ölkədə də, digər dünya ölkələrindəki kimi 7

daxili böhranlar, anarxiya, kütləvi etirazlar və hakimiyyət hərc-mərcliyi hökm sürməkdə idi.


Halbuki dünya xalqları aclıq və səfalət içində olsalar da, hələ də öz yeknəsək üsyanlarının uğuruna inanmaqda idilər. Hellenasda isə vəziyyət tamam başqa cür idi. Avropanın sağ qala bilən “avropalı” təfəkkürü, yalnız burada öz təsir gücünü itirməmişdi. Hellenasdan kənarda isə vəziyyət bir qədər təbəddülatlı idi. Şimali və Qərbi Avropa ölkələri elə bir siyasi böh-ranın içində idi ki, bu mənzərə, tarixçilərdə yeni “Viking əsri” təəssüratı yaradırdı. Bəs necə olmuşdu ki, Hellenas qurulmuşdu və Avropa mədəniyyəti və siyasi kultunun yeni mühafizəçisinə çevrilmişdi? Səbəb olduqca bəsit və anlaşılan idi. Bu totalitar rejimdən qaçıb, Yunanıstana sığınan avropalılar sayəsində baş vermişdi. Belə ki, Avropanın bəzi ölkələrində, müxalif partiyalar və anarxist politoloqlar, ziyalılar və s. bu qəbildən olan insanlar, iqtidarları ABŞ və NATO-nun təsir gücündən imtina etməyə çağırırdı. Həmin müddətdə öz iqtidarları tərəfindən ciddi təzyiqlərə məruz qalan bu cür adamların bəziləri ya ölkədən deportasiya edilirdi, ya da onlar elə özləri kütləvi şəkildə xarici dövlətlərə axın edirdilər. Bu axının ən intensiv istiqaməti Yunanıstan idi.


Beşinci kolonun və diaspora, həmçinin lobbiçilik misiyalarının, iqtidarları “amerikanlaşdırmaq” kimi uğurlu siyasəti, əslində, Avropanı çoxdan ABŞ-ın müstəmləkəsinə çevirmişdi. Bu isə 2047-2057- ci illəri əhatə

edən Üçüncü Dünya müharibəsinə xəbərdarlıq ola biləcək digər əlamət idi.

NATO-nun üzvlüyündən imtina edən Fransa və İngiltərə kimi dövlətlər ABŞ-ın gizlin, dəhşətli planlarını əvvəlcədən hiss etmiş kimi idilər. Buna görə də, ümümdövlət statusunda, rəsmi sərəncamla NATO-dan imtina edən Avropa dövlətləri də, yalnız bu ikisi idi. Bugünkü vikinglik görünüşünü ən çox özlərində təcəssüm etdirməklərinin səbəbi bəlkə də yalnız bu idi. Bəli, bəşər yenidən öz çirkab heysiyyətindən paklaşmağı arzulayırdı.


Hellenasın gücü onun ordusundan çox, məhz elə düşünən insanların-da idi. Həmin o insanlar ki, onlar bir zaman öz ölkələrindən mühacirət edə-rək bura yerləşmişdilər. Əslində, Hellenas bütün Avropanın özü idi. Kə-narda qalan dövlətlər isə sadəcə olaraq, bədbəxt taleləri ilə mübarizə apar-mağa məhkum idilər. Hərçənd indiki vaxtda Hellenası da, bütünlüklə “ağrısız-bəlasız” bir dövlət kimi görə bilmərik. Çünki müharibələr hər nə qədər səngimiş olsa belə, hələ də yeni təhlükələr gözlənilirdi. Elə buna görə də, mədəni irs, fəlsəfi təfəkkür və avropalı nüfuzunu ziyalılar, sənətkarlar 8

və ya mədəniyyət nümayəndələri yox, əsgərlər qoruyurdu, yaxud da qo-rumalı idi.


Bu ölkədəki sosial-ictimai vəziyyət sənaye inqilabı ərəfəsindəki dövrü xatırladırdı. İnsanlar öz talelərini, rifah halına salmaq üçün dayanmadan çalışırdılar. Bəs bu, indiki vaxtda, ifrat dərəcədə nifrət bəslənən kapitalizmin yenidən doğuşuna səbəb ola bilərdimi? Heç kim, hələ ki, heç nə

bilmirdi.


Kovagnos kəndi, Hellenasın həm də, ən böyük hərbi istehkamlarından birinin yerləşdiyi coğrafi məntəqə sayılırdı. Bu hərbi istehkamda beş

yüzdən çox zabit, minə yaxın əsgər xidmət göstərirdi. Onların əsas vəzifəsi, şimaldan gələn hər hansısa bir təhlükənin, həmçinin ölkəyə qanunsuz yollarla keçməyə çalışan mühacir və ya qaçqınların qarşısını almaq idi.

Hellenas ordusunda xidmət göstərən elə bir zabit, elə bir əsgər yox idi ki, onlardan hansısa biri ailəsindən ən azı bir nəfərini müharibə illərində

itirməsin.


Hərbi istehkam üç mərtəbəli, düz bucaqlı formasında olan binadan ibarət idi və Hellenasın şimal sərhədlərinin onda birini mühafizə etmək məsuliyyətini icra edirdi. Əsgərlərin böyük bir hissəsi kimsəsiz “gənclər”

idi və onlar müharibədən sonra xüsusi təlimlər keçirilərək ordu sıralarına daxil edilmişdilər.


Hərbi istehkamın yerləşdiyi ərazidən təxminən iki kilometr uzaqlıqda, həmçinin istehkama daha yaxın olan sərhəd məntəqəsindəki əsgərlər, həm döyüş bacarıqları və həm də fiziki güclərinə görə digər məntəqə əsgərlərindən fərqlənirdilər. Bununla belə, onları istehkamın əsas mühafizəçiləri də saymaq olardı. Məntəqədə xidmət göstərən əsgərlərin əksəriyyəti yunan idi və bu, yalnız, məhz bu məntəqədə, bu cür bir xarakteristika yaratmışdı.

Onların içərisində yalnız iki nəfər başqa millətdən idi ki, bunlardan da biri serb, digəri xorvat idi. Zabit korpusunda isə hər millətdən olan zabitlə qarşılaşmaq mümkün idi.


Lefteris Vlahos milliyyətcə yunan idi. Onun haqqında danışmazdan qabaq, əvvəlcədən bir şeyi qeyd etmək lazımdır ki, o, buradakı zabitlərdən xeyli fərqli xararkterə sahib bir adam kimi tanınırdı. Bu fərqlilik onun özü üçün qüsur sayıldığı qədər, başqaları üçün də məzəmmət səbəbi idi.


Kapitan Vlahosun öz-özü ilə danışmaq kimi bir vərdişi var idi. Əgər onun iri əzələli qolları, boyu-buxunu və ordudakı nüfuzu olmasaydı, yəqin ki, onu asanlıqla məsxərəyə qoyar və dəli adlandırardılar. İllərin hərbi təc-9

rübəsini öz xarakterik xüsisiyyəti kimi mənimsəyən Vlahos, həm də, mahir atıcı idi. Xülasə, onun bütün bu keyfiyyətləri, dəli adlandırılmağı üçün maneə idi. Lakin zamanla bu məsələ elə yerə gəlib çatmışdı ki, hətta məntəqə rəisi onu istefaya göndərmək haqqında da gizlin niyyətlərə qapılmışdı.


Vlahos iyirmi yeddi yaşlı, ortaboy və qaraşın bir adam idi. Rütbəcə

loxaqos – kapitan idi və Hellenasın, “hərbçilərin səlahiyyətləri” adlı qa-nunlar toplusunda qeyd olunan bir bəndinə əsasən, onun da saqqal sa-lamaq hüququ var idi. Çalma saqqalı üzündə elə bir təəssürat yaratmışdı ki, sanki bu adam heç zabit yox, hər hansısa, başqa bir peşənin sahibidir. O, Yunanıstanın İraklion şəhərində, kasıb bir ailədə dünyaya gəlmişdi. Atası Yunanıstanın çox da tanınmayan yazarlarından olan Adnos Vlahos, anası isə ömrünün əksər hissəsini, sadəcə, kiçik bir müəssisədə keçirən, dərzi Adria Vlahos idi. Lefteris ailənin altı uşağından sonuncusu idi. Uşaq vax-tından bəri atasının ciddi nəzarəti altında böyüyən Lefteris, onun sayəsində varlı ailələrin uşaqlarının təhsil aldığı özəl şəhər məktəbində təhsil almağa başlamışdı. Təhsil haqlarını demək olar bütün ailənin boğazından kəsilən məvaciblə ödəyən atası, Lefteris dördüncü sinifdə oxuyarkən həyatını itirmişdi. Yunanıstan məhkəməsi, Adnosu yazılarına görə elektrikli out-racaqda cərəyan verilərək edam olunması hökm vermişdi. Buna baxma-yaraq, o, azsaylı nüsxə ilə də olsa, ölümündən sonra dörd adda kitab qo-yub getmişdi. Bu kitablar isə onun yaxın çevrəsindəki ziyalı adamların evi-nin rəflərində tozlanırdı. Onun ölümündən sonra məktəbi yarımçıq sax-lamağa məcbur qalan bu balaca oğlan, şəhərin izdihamlı yerlərində ana-sının hazırladığı südlü şirniyyatları satmaqla həyatına davam etməyə məc-bur idi. Lakin bir müddətdən sonra onların həyatı tamamilə dəyişəcəkdi və bu dəyişikliyin səbəbi yeni çağ müharibəsi olacaqdı.

Bacısı Sofiadan başqa bütün ailəsini bu müharibədə itirən, Lefteris, elə

bacısının təkidi ilə Yunan ordu sıralarına qoşulmuşdu. Hərçənd Sofianın zabit əri Demitrinin bu xü-susda rolu daha böyük idi, lakin yenə də, tələbi irəli sürən bacısı idi. Ailə-nin digər üzvlərinin ölüm səbəbi də olduqca maraqlı və bir o qədər dəh-şətli idi. Lefteris və Sofiadan başqa ailənin digər üzvləri, müharibə

ərəfə-sində bolqar partizan dəstəsinin İraklion şəhərinə hücumu ərəfəsində həyatlarını itirmişdilər. Əslində, Lefteris və Sofianın həyatda qalmaqlarını möcüzə adlandırmaq olardı.


Partizan dəstəsinin girov saxladığı altmışa yaxın ailə, olduqca rütubətli və darısqal bir zirzəmidə saxlanılırdı və həmin ailələrdən biri də

Vlahos ailəsi idi. İki gün ərzində İraklionu vəlvələyə salan partizanlar, bu müddət ərzində şəhərdə səksən üç nəfərin ölümünə səbəb olmuşdu. Sonda dalana dirənən partizanlar, gecikmiş yunan zabitlərinin şəhərdə olduğunu bilib, onları hədələyərək zirzəmidəki insanları güllələyəcəklərini bildirmişdilər və elə bu məqamda da, yerləri dəqiqləşdirilən partizanlar öz mübhəm işlərinin icrasına başlamışdılar. Lefteris və Sofia yunan əsgərləri tərəfindən xilas olunan yüz iyirmi iki nəfərin arasında idi. Anası, bir bacısı və dörd qardaşı isə bolqarlar tərəfindən güllələnmişdilər.


Bolqarların şəhərə basqın etməyinin səbəbi, Yunanıstan hökümətinin, əhalinin bolqarlardan ibarət hissəsini, ölkədən deportasiya etməyi idi. Bu elə bir dövrə təsadüf edirdi ki, NATO ordusu sonradan yerli hökümətə

xəyanət edərək, daxili müharibə başladacaq, Bolqarıstanda terrorlar törə-dəcəkdi. Yunanıstan isə o vaxtlar, NATO-nun üzvlüyündən altı ay idi ki, imtina etmişdi. Bu cür radikal bir üsulla alınan qisasın başqa səbəbləri də

vardı. Heç bir yazılı sənəddə olmasa belə, bolqarlar iddia edirdiər ki, guya, yunanlar ölkəni tərk etmək istəməyən üç min yeddi yüz on iki nəfər bolqar vətəndaşının soyqırımını həyata keçirib.


Yunanların İraklionu nəzarətə almağı və partizan dəstəsini zərərsiz-ləşdirməyində, Demitri fəal iştirak etmişdi. O, şəhərin xilasına gecikən əsgər heyətinin komandanı idi. Sofia ilə də, məhz belə bir kədərli gündə

tanış olmuşdular. Demitri xaraktercə yüngülməcaz adam olmağı ilə bərabər, həm də boşboğaz bir adam idi. Dostları bu xüsusiyyətinə görə onu vaxtaşırı acılasa da, o heç cürə ağıllana bilmirdi. Hətta bir dəfə arvadı haqqında içki məclislərinin birində biədəb söhbətlər etdiyinə görə, ən yaxın dostları onu masa arxasında qoyub, sakitcə masadan qalxmış və çıxıb get-mişdilər. O, Sofiadan nə az, nə çox on iki yaş böyük idi. Əslində, bu tanışlıq, tanışlıqdan çox məcburiyyət və çarəsiz vəziyyətdə qalan qızın ani qərarı sayəsində baş vermişdi. On doqquz yaşlı Sofia, bəlkə də, siyasət işlə-dərək qardaşı və özünün həyatını yalnız bu cürə qorumağın mümkün olduğunu düşünmüşdü. Lakin Demitri də heç bir halda ondan “yox” cavabı almağa razı olmazdı, hətta belə bir şey olmuş olsaydı, o, yəqin ki, ən yaxşı halda onun üzünə tüpürərdi. Yaxud da, elə oradaca vəzifəsindən sui-istifadə edərək, onu istəmədiyi bir şeyə zorlaya və bundan sonra da, hər kəsin yanında onu alçalda bilərdi.. Həmin vaxtlarda Yunanıstan belə bir yer idi…


Lefteris ordu sıralarına daxil olduqdan iki il sonra, NATO ordularına qarşı döyüşlərdə fəal iştirak etdiyinə görə antipoloxaqos-leytinant rütbəsi ilə təltif edilmişdi. Bəlkə də, o bunu həyatındakı ilk uğuru kimi qəbul etmişdi deyə, yalnız bundan sonra hərbiyə həvəsi daha da artmışdı. Fiziki məşqlərə köklənmiş, atıcılıq üzrə xüsusi dərslər almağa başlamışdı ki, bu da orduda fəaliyyət göstərən zabitlər üçün könüllü xarakter daşıyırdı. Əslində isə o, hərbiyə və orduya nifrət edirdi. Ola bilsin ki, onun çalışqan-lığının səbəbi də məhz bu nifrətin hikkəsindən idi. Pyelesd döyüşündə əsir götürülən NATO əsgərlərindən dördünü işgəncə verərək öldürmüşdü.

Bütün bu əlamətlərdən sonra, düşünə bilərsiniz ki, öz-özü ilə danışmağı və

dəli adlandırılmağı onun keçmişdən qalma travmalarının mübhəm əsəridir, lakin xeyr, o da hamı kimi ağıllı davranmağı bacaran və sosial çevrə-sinin genişlənməsi qayğısında olan adi bir adam idi. Ürəyi sıxılanda digər zabitlərlə söhbət etməyə, onlarla deyib-gülməyə can atırdı. Lefterisin bacarıqları sırasına şahmat da daxil idi. Şahmatı elə məharətlə oynayırdı ki, hətta ən ağlasığmaz mərclərə belə razı olurdu və adəti üzrə, sonda özü qalib olurdu. Uşaq vaxtı təhsil aldığı özəl məktəbdən də ancaq bunu öyrənmişdi, başqa heç nə.


Onun haqqında gəzən söz-söhbətlərin fərqində idi, lakin buna ciddi bir məsələ kimi yanaşmırdı. Əksinə ona qarşı yönələn ittihamların qarşılığında, – “hamınız axmaqsınız!” – deyə, zarafatyana cavab verirdi. Hərdən də özü barəsində elə vəcdlə danışırdı ki, ətrafdakılar az qala ona inanırdılar. Bu söhbətlərin isə effektiv təsiri o yerdə öz gücünü itirirdi ki, o, gecələr səmada gördüyü ovçu haqqında danışmağa başlayırdı. Bu ovçunun hətta adı da var idi və bu ad, “51” idi. Kapitan Vlohasın iddiasına görə, 51 onunla elə şeylər haqqında söhbətlər edir ki, həmin söhbətləri bu vaxta qə-dər hələ heç bir insan övladı bilməyib. Ancaq dostları bu şeylərin nə olduğu barəsində adicə bir sual verəndə, Lefterisin dili dərhal topuq vur-mağa başlayır və həmişəki kimi gülünc vəziyyətə düşürdü. Doğrusu, dost-larına bu yerdə haqq vermək lazımdır, çünki o, doğrudan da heç vaxt, hə-min şeylər barəsində bircə kəlmə də olsa düzgün nəsə deyə bilmirdi. Bir gün o, ovçunun ona, “Veronikanın saçları” bürcü haqqında danışdığı barəsində söhbət açanda, dostları bu dəfə xeyli müddət özlərini güclə

saxlamış, sonda uzun-uzadı qəh-qəhələrlə gülüb, ona təcili qadın lazım olduğunu demişdilər. Ən yaxın dostu, leytnant Nikolaydis isə bütün bu söhbətlərdən narahat olurdu. O, dostunu bu cür, lağ-lağı hədəfi kimi gör-12

mək istəmirdi. Bir dəfə ona ehtiyatla izah etməyə çalışmışdı ki, onun psixoloji vəziyyəti yerində deyil, yuxularına diqqət etməli, az içki içməlidir.

Lakin hər bir yunan zabiti kimi Lefterisin də sevimli içkisi uzo idi. O, bu məqamda dostunun bütün narahatlıqlarına görə təşəkkür edib, ayağa qalxmış və gedib soyuducudan uzo şüşəsini gətirib, düz masanın ortasına qoymuş və “az çərənlə, gəl içək.” demişdi.


Bir dəfə leytnant Nikolaydis, “Ola bilməzmi ki, 51, həyatının hansısa anından qalma, unudulmaz və simvolik bir rəqəmdir?” – deyə, dostundan soruşdu.


– Nə demək istəyirsən?


– Ananı, yaxud atanı neçə yaşlarında itirmisən?


Lefterisin atası əlli dörd, anası isə əlli bir yaşında olarkən həyatlarını itirmişdilər. Bu fikir bir anlıq Lefterisi elə təəccübləndirmişdi ki, o az qala gördüklərini, məhz bununla əlaqəli olan psixoloji travmanın nəticəsi kimi başa düşəcəkdi. Lakin az sonra zəhmli sıçrayışla ayağa qalxıb, dostunu pəncərənin qarşısına çəkdi. Siqaret tüstüsündən saralan ağ, tül pərdəni kənara çəkib, pəncərəni açdı və ona səmanı işarə edərək, “diqqətlə bax!” –

deyə, amiranə tərzdə, lakin astadan dedi.


– Sadəcə, ulduzları görürəm, bundan başqa da heç nə. – deyə, leytnant Nikolaydas ehtiyyatla dedi.


– Bu da bir uğurdur, nəzərə alsaq ki, buradakıların heç biri onları görmür. Çünki görmək üçün baxmaq lazımdır, lakin sən də indi baxıb, heç nə görmürsənsə, demək, əslində, heç baxmış da sayılmırsan.


– Lefteris, başa düşə biləcəyim dildə danış. Bəlkə, görmək üçün göstərmək lazımdır? Haradadır, de görüm.


– Əşi, yadından çıxar getsin… – deyib, pəncərənin qarşısından aralanmaq üzrə olan Lefteris, birdən dostunun pıçıltılı səsinə ayaq saxlamalı oldu.


– Onu deyirsən?! Lənət şeytana, onu gördüm deyəsən!


– Bu ki, Orion bürcüdür, hə, hə, özüdür ki, var! Dostum sənin ovçu dediyin, 51 adlı bürcə, astonomlar bir əsr bundan qabaq Orion adı veriblər!


Lefteris dostunun sarsaqladığını düşünürdü.


– Nənəm hər gecə yatanda, bizə Orionun nağılını danışardı. Daha bezmişdim hər gecə eyni nağılı eşitməkdən, təsəvvür edirsən? Axı mən 13

niyə ehtimal kimi bunu düşünməmişəm heç, sən həmin ovçu haqqında danışanda!

– Deyirsən ki, onun adı Oriondur?


– Tam əmin olmasam da, deyəsən yanılmıram. – dedi, leytnant.


Lefteris asta addımlarla keçib masanın arxasında oturdu və uzodan qədəhə

boşaldıb, başına çəkdi.


– Nənəm deyirdi ki, Orionu, Artemis öldürüb. Artemis Oriona aşiq imiş, lakin bir gün Orion, onun əlindən tutur deyə bundan əsəbləşən Artemis, Orionu ehtiyatsızlıqdan öldürür. Bu hadisədən sonra tutduğu əməldən peşman olan Artemis, atası Zevsə yalvarır ki, Orionu ölümsüz-ləşdirsin. Zevs bununla razılaşmasa da, onu əbədi bir bürc kimi səmaya yerləşdirəcəyinə söz verir və beləcə, Orion, həmişəlik bax o gördüyün yerdəcə qalır.


– Bu nə sarsaq nağıldır belə! Dostum, mən nədən danışıram, sən nədən! Sənə deyirəm ki, o, Orion adlandırdığın şey, mənimlə söhbət edir!

Sarışın, hündürboy və saqqallı kişidir. Bax, ulduzlarının düzülüşü 51 rəqəminə oxşayır deyə, onu elə 51 də çağırıram.


– Məncə sənin nağılın, nənəmin nağılından daha ecazkardı. – deyib, qımışan leytnant, az sonra özünü toxtayıb, Lefterisin qarşısında oturdu.


– Yaxşı, de görək, o sənə nə deyir?

– Xatırlamıram.


– Paho, bu necə işdir düşmüşük?!


– Bəlkə də, bu onun sehridir. Özü belə edir ki, danışdıqlarını yadımda saxlaya bilməyim.


– Səni inandırım, Huvanı bu nağıla qulaq asmağa vadar etsən, kə-dərdən zingildəyər.


– Yaxşı, daha cəhənnəm ol, sənə bir də bunun barəsində nəsə deyən axmaqdır.


– Özün bilərsən, amma yenə də, nə vaxt lazım olsa qulaq asaram, axı ən azından, maraqlıdır. – deyib, ayağa qalxdı və şinelini asılqandan götürüb kürəyinə atdıqdan sonra otaqdan çıxdı.


Masaya dirsəklənib, içkisini qurtumlayan Lefterisin bu yerdə ağlına bir fikir gəldi. Bu fikir 51-in səsini səsyazma qurğusuna köçürməkdən ibarət idi. O, həmişəki kimi 51-in “ürəyində” yerləşən ulduza bir neçə saniyə

baxmağa başladı. Bundan sonra isə əvvəlcə onun sarı, şumal saqqalı, daha sonra isə bütün bədəni göründü. Səsyazma qurğusu işlək vəziyyətdə idi.


– Ho Le Sen! – deyə, səsləndi 51.


Lefteris səsyazan alətin qırmızı işığına gözucu nəzər yetirib, 51-in salamına eyni sözlərlə cavab verdi.


– Anlar necə keçib? – deyə, səslənən 51-in bədəni tam göründü.


– Bu gün yenə dostlarımla mübahisəm düşdü. Onları heç cürə

inandıra bilmirəm sənin varlığına.


– Bu ki, əzəli insan fitrətinin xüsusiyyətidir. Onlar ya inanmaq, ya da inanmamağı seçirlər, lakin heç kim orta mövqeyi sorğulamır.

– Bəs sən həqiqətən də, varsanmı?


– Həqiqətən yox, amma ki, varam, Vholas. – deyib, oxunu və yayını yerə qoyduqdan sonra bardaş qurdu.


– Elə isə mən niyə bizim söhbətimiz boyunca danışılan heç bir şeyi sonradan xatırlamıram?

– Yəqin, bu sənin unutqanlığındandır.


– Amma yalan danışdığını hiss edirəm.


– Bu yaxınlarda hər şeyi ətraflı biləcəksən. – deyə, 51 başını ağır-ağır yellədib dedi.


– Hansı hər şeyi və necə?

– Dünyanızı xilas edəndə biləcəksən.


– Məgər dünyamız xilas olunmayıb? Axı Hellenas bütün despotluğun divarını uçurub.


– Amma hələ də ac və səfil adamlar yaşayırlar.

– Onlar da doyacaq, varlanacaq.


– Sizin dünyanızın zamanı ilə desək, beş gündən sonra səni öz evi-mizə qonaq aparacağıq.

– Eviniz haradır?


– Elə mən.


Bu vaxt, birdən, 51 yavaş-yavaş gözdən itdi. Lefteris təəccüblə səmadakı həmin nöqtəyə zillənib qalmışdı. Onun təəccübünə səbəb olan amil bu idi ki, 51 ilk dəfə idi ki, bu qədər tez bir zamanda yoxa çıxmışdı. Düşündü ki, o mütləq səsyazma qurğusundan xəbərdar olub. Buna görə də, xəcalətlə

əlini masanın altında gizlətdiyi səsyazma qurğusuna sarı uzadıb, onu götürdü və dərhal otaqdan çıxıb, zabitlərin yığışdığı yemək salonuna yollandı.


İçəri həmişəki kimi siqaret qoxusundan nəfəs alına bilinməyəcək qədər dumanlı idi. Bundan başqa uzo və balıq konservasının kəsif qoxusu da 15

adamın başını gicəlləndirirdi. Çörək ovuntularının üzərinə səpələnən kart-lar bir tərəfdən o biri tərəfə uçuşurdu. Lefteris də içmişdi, lakin buradakılar kimi sərxoş deyildi. Bu vaxt onun ağlından çox qəribə bir fikir keçdi.


Yemək salonundakı zabitlərə baxıb, düşündü ki, görən indi şimaldan hər hansısa bir hücum olsa, buradakıların aqibəti necə olar. Qapının asta-nasından nəhayət ki, irəli addım atıb, salonun mərkəzinə gəldi və səsyazma qurğusunu şinelinin cibindən çıxarıb havaya qaldırdı. “İndi dəlinin kim olduğunu biləcəksiniz!” – deyə, yüksək səslə bağırıb, qəh-qəhə ilə güldü.

Bir neçə dəqiqədən sonra zabitlərdən kimisi qəş çəkib gülür, kimisi də

mənasız nəzərlərlə gözünü döyürdü. Səsyazma qurğusunda eşidilən səs, yalnız Lefterisin səsi idi. O, belə bir gülünc vəziyyətə düşməyindən acıq-lanıb, həndəvərindəki bütün masaları bir-bir təpikləməyə başladı. Bunu edərkən dayanmadan, – “Sizə sübut edəcəm mən! Görəcəksiniz! Beş gün sonra məni heç biriniz tapmayacaqsınız!” – deyə, qışqırırdı. Artıq ən sadə-lövh zabit belə, kapitan Vlohasın ağlını itirdiyinə şübhə etmirdi. O, yemək salonunu tərk etdikdən sonra, burada xeyli müddət sakitlik hökm sürdü.

Bu sükutu pozan kim isə belə deyirdi:


– Müharibə hər kəsə bir cür zərbə vurub, amma yalnız kapitan Vlohasın ürəyi kimi ürəyə sahib olan adamlar üçün bu zərbələr dəliliklə nəticə-lənib. Hansı birimiz dəli deyilik ki? Baxın, o, bunu nümayiş etdirmək cəsarətini qeyri-iradi səbəblərdən dolayı əldə edə bilib, lakin bəs biz? Biz ondan daha çox dəliyik…


Bu hadisədən sonra kapitan Vlohas, iki gün bundan əvvəl, sadəcə, dörd saatlıq xidmət üçün yollandığı məntəqədən hələ də geri gəlmirdi. Zabitlər, ən çox da leytnant Nikolaydas ona görə narahat olsa da, digər tərəfdən də, heç biri onu narahat etmək istəmirdi. Öz aralarındakı söhbətlərin birində leytnant Nikolaydas demişdi: “O indi mənəvi paklaşmaq mərhələsindədir, qoyun Kovagnosun təbiəti ona dərman olsun!”


Kapitan Vlohas dörd saatlıq gündüz xidmətini başa vurduqdan sonra yerləşdiyi təknəfərlik yataq otağından heç çölə çıxmamışdı. Onun qaldığı otaqda pəncərə əvəzinə, balaca bir arakəsmə var idi və bu da, o demək idi ki, o 51 ilə iki gün idi ki, görüşmürdü. Həm də, sanki onun özü də, bi-lərəkdən bu görüşün baş tutmağını istəmirdi. Nəhayət, üç gün tamam olanda, Kapitan Vlohas və onun əsgərinin olduğu maşın, dolanbac yollu yüksəklikdə göründü. Onlar İstehkamın qarşısından sürətlə ötüb, yan tərəfə keçdilər. Bu vaxt İstehkam rəisi onu öz otağında təmkinlə gözləyirdi.


Qapını üç dəfə döyəclədikdən sonra Lefteris hərbi salam verib içəri keçdi.

Taqmatarxes – Mayor Mitaras ona ciddi nəzərlə göz qoyur, hər hərəkətini izləyirdi.


– Özünüzü necə hiss edirsiniz, kapitan Vlohas?

– Sağ olun.


– Bəs xidmətinizi niyə düzgün şəkildə aparmırsınız? Bundan əlavə, niyə özünüzü normal apara bilmirsiniz?


Lefteris bu yerdə susub gözləyirdi. Lakin əlində saxladığı papağını elə

sıxırdı ki, sanki onu bu dəqiqə kənara tolazlayacaqdı.

– Sizinləyəm, sualıma cavab verin!


– Aydındır! – deyib, köksünü ötürən mayor Mitaras, başını yellə-dikdən sonra ona qapını göstərdi.


Lefteris bilirdi ki, artıq bütün limitləri doldurub və indi buradan, Kovagnosdan çıxıb getmək qaçılmazdır. Onun içərisində 51-ə nifrət daha da böyüyürdü, hətta o da, artıq dostları kimi inanırdı ki, bütün bunlar sadəcə psixi pozğunluğun fəsadlarıdır və buna görə də, özünü sadəcə olaraq, başqalarına axmaq kimi tanıdıb.


Uzun dəhlizi keçib, yataq otağına qalxdı və otağın qapısını arxadan kilidlədi ki, heç kim içəri girməsin. Çünki bu otaqda ondan əlavə üç zabit də qalırdı. Yatağına uzanıb yuxulamağa çalışırdısa da, yata bilmirdi. Nəhayət, ayağa qalxıb, pəncərəyə tərəf getdi və pərdəni aralayıb, ürkək baxışlarla səmaya baxdı. Yağış yağırdı, hava buludlu və çiskinli idi. Saatına baxdı və 51-in yerini qiyabi ehtimalla müəyyənləşdirdi. Bu vaxt gözünü qərar-laşdırdığı nöqtədə heyrətamiz parıltılar görürdü. 51 buludların arxasında idi. Bu hadisə onun ürəyini elə incitdi ki, onun hətta gözləri də yaşardı. İri yumruğunu divara sıxıb, pəncərəni örtdü və gedib, qapının kilidini açdı.

Səhərisi gün xidmətə hazırlıq gördüyü vaxt, təsadüfən dostu leytnant Nikolaydasla qarşılaşdıqda, onunla ötəri salamlaşıb, silahını kürəyinə keçirdi. Bu gün leytnant Nikoladaysla eyni məntəqədə xidmət aparmalı idi.

Hər ikisi də əsgərlərinə təlimat verib, yola düşdülər. Hava dumanlı və rütubətli idi. Qonşu məntəqələr də, bu səbəbdən, günəşli günlərdəkindən fərqli olaraq, indi görünməz olmuşdular. Təkcə qatar-qatar uçan quşların qaraltısını görmək olurdu, dumanlıq arasında. Axşamçağı, xidmətlərinin sonuna az qalmış, nəhayət, Lefterisin susqunluğundan təngə gələn, leyte-nant ona yaxınlaşıb dedi:


– Bilirsən, əslində, indi düşünürəm ki, birdən doğrudan da dediyin kimi, sabah yoxa çıxarsan. Yəqin, xatırlayırsan, sabah dediyin beş günün sonuncu günüdür.


– Başqa söhbət elə. – deyə, kapitan Vlohas kəskin ifadə ilə dedi.


– Bilirsən, Lefteris, əslində, bilmirəm niyə, amma sənə cuzi də olsa inanmağa başlamışam.

– Nənəni xatırlayandan sonra bu qənaətə gəlmisən yəqin!


– Eh, qurtar görək, zarafat etmirəm. Baxmayaraq ki, mən özümü materialist adam kimi tanıyıram, lakin niyəsə içimdən sənə inanmaq keçir.

– Dedim, axı danışma bu mövzuda.


– Düşünürəm ki, sən həqiqi Tanrı ilə görüşmüsən.

– Birinci dəfədir ki, sənin kimi materialist görürəm.


– Lənət şeytana bilirəm, paradoks var ifadələrimdə, lakin bunu da hiss edirəm ki, heç nə mütləq mənaya sahib deyil. Materializmin içərisində bir az metafizika da olmalıdır.


– Bunun əksini düşünə bilirsən? Yəqin ki, yox. Ona görə də, boş-boş

danışmaqdansa əsgəri göndər, gedib maşının mühərrikini işə salsın.


– Niyə də olmasın?!


– Yaxşı, Kostas, ikicə dəqiqə vaxt verirəm sənə, izah elə fikrini, amma ondan sonra söz ver ki, ağzını bir dəfəlik yumacaqsan.


– Bax, mən deyirəm ki, mütləq məna yoxdur, hər şeydə bir istisna var.

Hətta ən kəskin məntiqlə inandığımız şeylərin özündə belə istisna məqamlar var. Üçbucaqları, pramidaları götürək, məsələn. Onlar bir fiqur kimi ağlımızda canlanır. Müəyyən həndəsi bucaqlara, tərəflərə malik ol-maqları, bizə onların mütləq fiqur olduqları qənaətinə gəlməyimiz barəsində rasional inanc aşılayır, lakin kim sübut edə bilər ki, piramidaların out-racaq çoxbucaqları yalnız bir təpəyə birləşir, yaxud da üçbucağın sadəcə üç tərəfi var? Mən desəm pramidaların iki təpəsi, üçbucaqların beş tərəfi var, buna yalnız elmi arqumentlər, aksiomlarla qarşı çıxıb, məni məğlub etmiş

ola bilərsən, amma mən sənə sübut edə bilmədiyim, üçbucaqdakı beşinci tərəfin sübutsuzluğu onun mövcud olmadığı mənasına gəlmir. Deterministlər ha özlərini həlak eləsinlər ki, bir şeyin yazılı sübutu olmalıdır ki, o şey var olsun, yaxud da özünü var edə bilsin, lakin məncə, bu fikir heç nəyi dəyişmir.


– İndi bu dediklərindən nə nəticə çıxarmalıyam? – deyə, kapitan Vlohas bezgin tərzdə dedi.


– Aydın ağıl yoxdur, dəqiq heç nə yoxdur, Lefteris. Bir şey dəqiqdirsə, ona skeptik yanaşmaq lazımdır.


– Fəlsəfi mühazirələrin bitdisə, artıq çıxıb gedək – deyə, Lefteris fikirli-fikirli qarşılıq verdi.


Əslində, üzə vurmasa da, Kostasın dedikləri onu son anda təsirləndirə

bilmişdi. O, indi elə dərin düşüncələrə dalmışdı ki, bütün yolu əli çənəsində, ancaq torpaqlı yola baxmaqla keçirmişdi. Ağlına müdhiş, digər tərəf-dən də, dəhşətli fikir gəlmişdi. Səma buludsuz idi və indi Lefteris, içəri-sindəki “köhnə” Tanrıya dua edirdi ki, bircə yağış yağmasın..


İstehkamın ətrafında yenə də, əsgərlərə təlimlər keçirilirdi. Zabitlərin qışqırıq səsləri, əsgərlərin çəkmələrinin səsi adəti üzrə ətrafı bürümüşdü.

İstehkam rəisi əlini gerisində çarpazlayıb, ciddiyyətlə ətrafı süzürdü. Kapitan və leytnantın olduğu maşın, həyətə daxil olan ilk andan, binanın sağ

hissəsinə dönüb, görünməz olana qədər rəisin tutqun və şübhəli nəzərləri altında qaldı.


– Bunun da, bu füsünkar baxışlarından olmaya da! – deyə, Kostas geridə qalan rəisə baxaraq, rişxəndlə dedi.


Xidməti təsdiq üçün yenidən rəis otağına baş çəkməli olan Lefteris, otağa daxil olan kimi dedi:


– Bilirəm, istefam barədə sənədə qol çəkməyim haqqında danışacaq-sınız.


Mayor Mitaras çaşqın nəzərlərini gizlədə bilməyib, şübhəli-şübhəli soruşdu:

– Sizə kim dedi ki, ordudan azad edilirsiniz?


– Kiminsə deməyinə ehtiyac yoxdur, bunu dünəndən hiss etmişdim və görürəm ki, düz təxmin etmişəm.


– Onda buyurun, bu sənədə imzanızı çəkin. – deyə, rəis qətiyyətlə de-di.


Lefteris imzasını çəkməzdən qabaq, vərəqi gözdən keçirib, “hərbi xidmətə yararsız” yazısını oxuyanda, biixtiyar qəhərlənsə də, bunu maksimum dərəcədə biruzə verməməyə çalışaraq, əlini rəisə sarı uzatdı.


– Ümid edirəm, özünüzə yaxşı həkim tapıb, tezliklə sağalacaqsınız. –

deyə, mayor Mitaras amiranə tərzdə cavab verib, onun əlini zəhmlə sıxdı.


Otaqdan çıxandan sonra qapıda, içəri keçmək üçün növbə gözləyən Leytenant Nikolaydosla toqquşdu və yataqxana istiqamətində iri addımlarla addımladı. Bacısı Sofianı xatırlayırdı. Onu narahat edən, başqa məsələ

də, elə bu idi ki, işindən qovulduğuna görə bacısından xeyli məzəmmət görəcəkdi. Bununla belə, özünü nikbin tutmağa çalışır, qəribə, əcaib tərzdə

gülümsəyirdi.


Otaqda tək oturub, uzo şüşəsini qarşısına qoymuş və pəncərəni açıq saxlamışdı. Buradan çölə baxır, içəri dolan şaxtalı küləyi iliyinə qədər hiss edirdi. Hətta titrəyirdi də. Siqaret yandırıb, taxta oturacağına yayxandı.

Kürəyini söykədiyi dəmir silah, daha da üşüməyinə səbəb oludu. Səma aydın və qüsursuz idi.


Az sonra içəri yöndəmsiz addımlarla daxil olan Kostas, heç bir şey deyib – etmədən, çeviş hərəkətlərlə gedib, pəncərəni bağladı. Sonra:


– Bizim bəzi ağıllılar özünə təzə lətifə tapıblar. Deyirlər ki, kapitan Vlohasın falı düz çıxıb. Axı sən demişdin, beş günə burada olmayacaqsan…

Onlar, bax bunu nəzərdə tuturlar.. – deyə, sözünü bitirdikdən sonra, Lefterisin qarşısında əyləşdi.


– Onların nə danışdığı vecimə də deyil. Mən indi düşünürəm ki, İrakliona hansı üzlə qayıdacağam.


– Əvvəldən səhv etdin də.. Axı mən sənə deyirdim ki, belə şeyləri onların yanında danışmaq olmaz.

– Bu gün çıxacağam onun qarşısına. – deyə, nifrət saçan gözlərini Kostasın gözlərinə zillədi.

– Çıxıb nə edəcəksən ki? – Leytnant vecsizliklə soruşdu.

– Söhbət edəcəcəm.

– Tanrıların söhbət etməklə arası yoxdur, məncə

– Ona tanrı deməkdən əl çək, Kostas!

– Dostum, bu şey ya Tanrıdı, ya da ki, xülya. Sən xülya olmadığını sonuna qədər müdafiə edə bilirsənsə, demək tək ehtimal qalır ki, bu ehtimal da onun Tanrı olmağı ehtimalıdır.

– Bu gün, biləcəyik bunu. – deyə, Lefteris növbəti siqaretini yandırdı.

Lefteris aldadıldığını zənn edirdi. Düşünürdü ki, 51-in səsinin səsyazma qurğusuna düşməməyindən onun özünün xəbəri vardı, lakin bunu ona deməmişdi. İcazə vermişdi ki, o öz cılız məntiqlə qurduğu hiyləsini sona qədər davam etdirsin. Lefterisin nəzərində, 51 o zaman müdrik, yaxud da 20

müqəddəs varlıq, yaxud da Tanrı olardı ki, onu bu vəziyyətə düşməyə

icazə verməzdi.

– Düşünürəm ki, haqlısan. Onun əlamətləri monoteist dinlərin Tanrı-larındakı kimidir. Sınaqlar və sınaqlar. Son məqamda isə bariz həqiqətlər qalır. Həmin o həqiqət ki, o çeynənilib, əzik-büzük kökə düşüb və heç bir əhəmiyyət kəsb etmir. Heysiyyətlər istismar edildikcə, həqiqətin yükü də

bir o qədər ağırlaşır. Bizim Dionisimiz yenə şərabdan içirdib, aldadırdı, amma bunlar bəşəri, sözün gücüylə aldatmağa cəhd edirlər və hələ də

buna davam edirlər. – deyib, qədəhi başına çəkdi.

Lefteris leytnantdan xahiş etdi ki, qalxıb pəncərəni açsın. Kostas pəncərəni açdıqdan sonra, səmaya baxıb, heyranlıq bildirən ifadə ilə fit çaldı.

– Dostum bu gün, bəxtin gətirib ki, bulud yoxdur. Nə deyirsən, çıxım-mı otaqdan?

Bu təklifə nə müsbət, nə də mənfi cavab almadığını görən, Kostas, şinelini əyninə keçirib, çölə çıxdı.

Lefteris yerində dikəlib, qamətini düz saxlamağa çalışdı. Daha sonra bütün cəsarətini toplayıb, oturacağı yerindən götürüb düz pəncərənin qarşısına qoydu və səmaya köklənməyə çalışdı. İlk dəfə idi ki, Lefteris “ovçu”

ilə oturub, danışacaqdı. Ulduzlar sayrışır və sayrışırdı…

“Əgər edəcəyim şeydən xəbərdardısa, o Tanrıdır. Tanrıdırsa demək üzə çıxmayacaq, sırf, mənə xəcalət hissi verməmək üçün.” – deyə, ağlının dərinliklərində düşünməkdə idi, Lefteris.

Lakin 51-in ilk parıltıları göründü və elə bu vaxtda da, gənc kapitanı gərginlik hissi bürüdü.

51-in sarı saqqallı, sarı bənizi və oxu-kamanı aydınca göründü.

Nədənsə Lefterisə elə gəldi ki, sanki o, əsəbidir.

– Ho Le Sen! – deyə, amiranə səs eşidildi və Lefteris hələ ağzını açmağa macal tapmamışdı ki, 51 yenidən səsləndi:

– Mən Tanrı deyiləm! Ona görə də mənimlə oturub danışmağı özünə

vicdan əzabı bilmə.

Bu sözdən sonra mat-məətəl qalan Lefteris, əlini böyrünə atıb, silahı qapdı və ona tərəf tuşlayıb, nə az, nə çox ard-arda düz on iki dəfə atəş açdı.

– Sənə dedim, axı Tanrı deyiləm. Məni öldürə bilmərsən.

– Elə isə səsin niyə eşidilmədi!? Niyə mənə vaxtında xəbərdarlıq edib, səsyazma qurğusundan xəbərin olduğunu demədin?! Səninlə oturub danış-21

dığım üçün vicdan əzabı çəkdiyimi bilirdinsə, deməli, səsyazma qurğusundan da xəbərdar idin! Niyə məni bu qədər axmağın yanında gülünc vəziyyətə saldın?! Axı mən sənin üzündən işimdən məhrum oldum! Tipik Tanrı əlamətlərini özündə cəmləmisən, amma bunu etiraf etmirsən!

Otağa doluşan bir neçə zabit və əsgərlər məyus və ciddi nəzərlərlə

Lefterisə baxmaqda idilər. Bunun fərqinə varanda, onsuzda bayaqdan bəri qışqırmaqdan ahəngini itirən səs tellərini daha da gücə salıb, bağırdı:

– Onu görmədiniz?! O ki, elə indicə burada idi!

Qayıdış

Sübh tezdəndən, İstehkamdan Hellanasın payataxtı Afrenimosa gedən ilk maşınla yola düşən Lefteris, uzun illərdən bəri ilk dəfə idi ki, hərbi uni-formasız idi. Qara şalvar, qolsuz, ağ yun jaket, qara köynək və

qara, uzun palto ona İstehkam rəisi tərəfindən “hədiyyə” edilmişdi. Bu paltarlar ame-rikan sivillərinin paltarları idi və həmin insanlar artıq həyatda yox idilər. İraklionda ilk dəfə aşiq olduğu qızla görüşdüyü vaxtı xatırlayırdı indi. Hə-min gün də əynində təxminən bu çeşid paltarlar var idi. On yeddi yaş üçün olduqca uyğunsuz olan həmin paltarlar, mərhum atasının paltarları oldu-ğundan əynində gen qalırdı.

Kovagnosdan İrakliona təxminən yüz əlli kilometrlik bir məsafə var idi. İrakliona çatmaq üçün Musiksos əyalətini tərk etdikdən sonra hələ beş

şəhərin içərisindən də keçmək lazım idi. Torpaqlı, kələ-kötür yolda Lefterisin sinə cibinə qoyduğu topa açarlar dəsti yırğalanırdı. Bu açarlar bolqar partizanların İraklionu talan etdiyi və Vlahos ailəsini əsir götürdüyü gün, yanmaqda olan evlərindən xilas edə bildiyi yeganə şey idi. Atasının əlyaz-maları, anasının tikdiyi paltarlar, İraklionun bir küncünə sığdırılmış balaca, ikimərtəbəli evlərində yandırılmışdı. Bacısı Sofia isə həmişə onu etdiyi han-sısa yanlış şeyə görə danlayanda, ona deyirdi ki, o, tərbiyəsini də

yanıb, külə çevrilən həmin evdə unudub. Ümumiyyətlə, Sofia barəsində

onu de-mək lazımdır ki, onu heç vaxt mehriban görmək olmazdı. Ən xırda yanlış barəsində günlərlə danışar, insanı hövsələdən çıxarana qədər də

dayan-mazdı. Lefterisin on doqquz yaşına qədər himayədarı Demitri idi.

Əslində, bacısı ona bacılıq yox, analıq edirdi.

Sofianın Demitridən bir qızı, iki oğlu vardı, lakin yenə də, ailədə, üzərində ən çox məsuliyyətlə dayanılan Lefteris idi. Lefterisin hər nə qədər də, Demitridən xoşu gəlməsə də, bəzi vacib məsələlərdə onun köməyinə, elə

Demitri gəlirdi. Bu kömək, əsasən maddiyyatla bağlı olurdu. Lefteris tez-23

tez ciddi borclara girir, ya da hansısa ictimai yerlərdə davalar salır və bununla da kifayətlənməyib, dava etdiyi kəslərə ciddi xəsarətlər yetirirdi. Bu-na görə dəfələrlə Demitri tərəfindən tənbehlənsə də, xeyiri olmurdu ki, olmurdu. Bir sözlə, Lefteris öz bildiyini edirdi. Bacısının mütəmadi olaraq, ona “kitab oxu” deməyindən əsəbləşən Lefteris, bir dəfə kiçik bir yük maşını tutub, onu kitabla doldurmuşdu. Daha sonra bacısına zəng etmişdi ki, 3000 yenni (yenni – Hellenasın pul vahidi idi) hazırlasın. Bu hərəkətindən olduqca hiddətlənən bacısı, sonda Lefterisin aldığı bütün kitabları oxuya-cağı ilə bağlı vədlər verəndə, Sofia son anda pulu ödəməyə razı olmuşdu.

Lefteris çox vaxt bacısının gözlərinin zəif görməyindən də istifadə edib, ona tapşırılan nələrisə aldıqdan sonra, bazarlıqdan qalan pulun qalığını düzgün qaytarmırdı. Lakin bütün bu özbaşınalıqlar, nəhayət ki, bir gün sona çatdı. Onu heç cürə yola gətirə bilməyən Sofia, çıxış yolu kimi onu orduya göndərməyi düşündü.

Başqa bir səbəb isə İraklionda onun haqqında gəzən dəhşətli və inanılmaz söz-söhbətlər idi. Lefterisi bir qətl hadisəsində günahlandırırdılar, lakin ortada heç bir sübut olmadığından, heç kim irəli çıxıb, yekdilliklə onu mühakimə edə bilmirdi. Polis idarəsinə dəfələrlə dəvət olunsa və dəfələrlə

sorğu-suala tutulsa da, ondan heç bir sübhəli əlamət aşkarlana bilinməmiş-di. İttihamların dəhşəti, Lefterisin on doqquz yaşına qədər, yəni hərbiyə

yollanana qədər düz bir il ərzində Demitri və bacısı Sofianın güzəranını korlamışdı.

İspaniyadan olan Rodriges ailəsi, üç il idi ki, İrakliona köçmüşdü. Ailə

başçıları Hellinasın dövlət işlərində çalışırdılar. Fernand Rodriges, Hellinasın tanınmış həkimlərindən, anası Katarina Rodriges isə müəllim idi. Onlar da, bir vaxtlar Fransadan mühacirət edən ailələrdən idilər. Amerikan hava qüvvəlləri İspaniyanın Madrid, Bilbao, Valensiya kimi iri şəhərlərini bombardman edəndə, Fernand və Katarina ailə üzvlərinin xeyli hissəsini itirmişdilər. Bu itkilər arasında istirahət üçün nənəsigilə tətilə göndərilən, oğulları, on yaşlı Joze də vardı. Andrea onların tək ümid yeri və təskinlik səbəbi idi.

Hellenasa köçdükləri tarixin üçüncü ilində, İraklion polis idarəsinə

da-xil olan bir məlumat, bütün şəhəri lərzəyə gətirmişdi. Bu məlumat, mütəmadi olaraq Saint Johannes çayında balıqçılıqla məşğul olan Vasilis Papadopuolos tərəfindən verilmişdi. Balıqçılıqla məşğul olarkən, qəfil suyun üzərində asta-asta üzən meyiti görüb, soyuqqanlığını itirməyən Vasilis, ça-24

ya tullanıb onu quruya çıxarmışdı. Gənc Andreanın meyitini çiyninə qaldırıb, piyada, düz polis məntəqəsinin həyətinə gətirmişdi.

Hadisəni araşdıran İstintaq bölməsi, ilkin olaraq, elə Vasilisin özündən şübhələnmişdilər. Çünki o, doğrudan da ilk nəzərdən şübhələniləcək xarakterdə və görünüşdə olan bir adam idi. Ən başlıcası, bu şübhələrin əsasını, onun filosof həyatı yaşamağına yozurdular.

Vasilis, Saint Johannes çayının yaxınlığında yerləşən bir təpənin həyətində özünə balaca bir ev tikmişdi. Həyətində arı yeşikləri, iki atı, bir neçə

keçisi və bir buğası vardı. Deyilənə görə, onun evində hər hansısa bir otaq əşyası yox idi. Yataq əvəzinə üst-üstə yığdığı köhnə kitablardan istifadə

edirdi. Bir qəzetə müsahibəsində bunu belə açıqlamışdı ki, köhnə, ələlxüsus unudulan kitablar həmişə, oxunulmasa belə, yenə də lazımlı və dəyərli saxlanılmalıdır və elə buna görə də, onlardan yataq əvəzi istifafə edir. Ən inanılmaz qəribəlik isə bütün İrakliona daha əvvəlcədən də məlum olan bir məqam idi. Vasilis əslində balıqçılıqla məşğul olmurdu, tilovu suya qarmaqsız tullayırdı. Bunun səbəbi də hamıya məlum idi ki, o balıq tuturmuş

kimi etməklə, həm öz ruhunu dincəldir, həm də qəliblərə salınmış şüurunu bu üsulla paradoksal vəziyyətə salaraq, məşq etdirir. O, günlərlə, hətta həf-tlərlə evini tərk edir, İraklionun ucqar yerlərinə gedir, oralarda özü ilə götürdüyü kitablarını oxuyur, özünə yemək hazırlayır və səhərlər erkən saat-larda yuxudan qalxıb, çayda çimirdi. Bu, bir növ onun meditasiyası idi.

Onun düşüncəsinə görə, insan özünü sığdırdığı, adına ev dediyi məkanı və

oradakı yaşayışını vaxtaşırı tərk etməli, ruhunun dərinliyində bu hissin sonsuz mənalarının həzzinə varmalıdır. Vasilislə söhbət edərkən, düşünmək olardı ki, o sənin üzünə gülür. Tam ciddiyyətlə dayansa belə, yenə də

düşünərdin ki, o sənə gülür. Elə meyiti polislərin qarşısında yerə qoyanda da, üzü bu cür bir ifadə də idi. Bəlkə, sadəcə, bu amilə görə başı xeyli ağrı-mışdı. Üç həftə polis nəzarətində qaldıqdan sonra yerli sakinlər tərəfindən edilən ciddi narazılıqlar sayəsində onu sərbəst buraxmışdılar. Andreanın boğazında elə də dərin olmayan bir kəsik də vardı və bu məqam qətlin nə

dərəcədə dəhşətlə törədildiyindən xəbər verirdi. Bundan başqa onun omba və çanaq nahiyyəsində, habelə qarın boşluğunda və qıçlarında da xırda yaralar var idi.

Lefterisin polis bölməsinə çağrılmağının səbəbi, onun Andrea ilə ikili münasibətdə olmağı idi. Rodriges ailəsi, həmçinin bütün şəhər, təkidlə

qatilin Lefterisin olduğunu bildirsələr də, məhkəmə şöbəsi heç cürə bunu 25

qəbul etmək istəmirdi. Bütün bunlardan sonra hamı düşünürdü ki, bu cür etinasızlığa səbəb nüfuzlu Demitridir. Bununla belə, məhkəmənin son qərarında Vasilis Papadopuolosun həbsinə xitam verildi. Qırx yeddi yaşlı bu zavallı adam, nahaq yerə ittiham olunmuşdu və bunu da şəhərdəki hər kəs bilirdi. Çoxları düşünürdü ki, qərarın bu istiqamətdə verilməsinin ayrı səbəbi vardı. Onlar düşünürdülər ki, yeni yaradılan Hellenasın məmur icmasına qarşı utancverici, xoşagəlməz fikir formalaşdırmamaq üçün adi, fağır bir adamı, qatil deyib həbs etmək işi ört-basdır etmək üçün tək çıxış

yolu olmalı idi.

Demitrigillə qonşuluqda yaşayan insanlar, hətta iddia edirdilər ki, bu hadisədən sonra Sofia ilə Demitri boşanmağa belə hazırlaşırmışlar. Lakin bir müddətdən sonra məhkəmənin Lefterisi günahsız kimi qələmə verməyi ilə də narazılıqlar və bütün qərəzli ittihamlar, əvvəlki təsirini itirməyə başlamışdı. Lefteris hərbiyə göndərildiyi gün isə ara yenidən qarışdı. Hər kəs düşünürdü ki, Demitri bu addımla əsl günahkarı gözdən uzaq saxlamağa çalışır.

Bu hadisələrdən səkkiz il ötməyinə baxmayaraq, Lefterisi yenidən narahatlıq hissi bürümüşdü. Həqiqət bu idi ki, Andreanın qatili, həqiqətən də, elə onun özü idi. Lakin ona görə qatil özü olsa da, günahkar özü yox, atasının “Oyuncağın sevgisi” adlı romanı idi. Maraqlısı isə bu idi ki, atası Adnos Vlahosun sağlığında oxunulmayan bu kitab, sonradan, xeyli müddət Hellenas gənclərinin ən çox araşdırdığı kitab olmuşdu. Lefteris bu romanı, kitab kimi yox, hələ əlyazma halında olarkən, on yaşında ikən oxumuşdu. Roman kiçik həcmli olmağı ilə bərabər, həm də uşaqlarrın müta-liəsi üçün uyğun deyildi. Romanda bir qızın oyuncağa qarşı olan sadist sevgisindən bəhs olunur. Bu qız böyüyüb, ailə həyatı qurduqdan sonra çox möhkəm hislərlə sevdiyi həyat yoldaşının bədəninə, uşaqkən oyuncağına etdiyi hərəkətləri tətbiq edir və sonda, bir gün onu işgəncəylə öldürür. Bir növ Freyd psixoanalitik fəlsəfəsindən təzahür edən bu roman, bir vaxtlar məşhurlaşmışdısa da, bir müddətdən sonra Hellanasın yazarlar birliyi tərəfindən sərt tənqid olunmuş və qısa vaxtda bütün kitabxana və kitab mağa-zalarından yığışdırılmışdı.

İraklion şəhəri uzaqdan ecazkar görüntüsü ilə diqqət çəkirdi. On iki mərtəbəli binaları çevrələyən, geniş ərazini zəbt edən həyət evlərinin qırmızı damları, Lefterisin ürəyində qəribə hislər yaratmışdı. Ölgün baxışlarla maşının şüşəsindən çölə baxır, siqaretinin külünü hiss etməsə də maşının 26

içərisinə dağıdırdı. Şəhərə yaxınlaşdıqca, birbaşa evə gedib, Sofia ilə qar-şılaşmaqdansa, Demitriyə zəng edib, onu bir kafeyə dəvət etmək haqqında düşünür, baş verənləri əvvəlcə ona danışmaq haqqında göt-qoy edirdi.

Problem burasında idi ki, Lefteris onun telefon nömrəsini bilmirdi və onu xeyli vaxt idi ki, itirmişdi. Beləliklə, maşını onların evlərinə tərəf sürdür-məli oldu.

Vişnəyi rəngli çamadanını yerə qoydu və onu buraya qədər gətirən sürücüyə təşəkkür edib, paltosunun yaxalığını yuxarı qaldırdı. Küçələr nədənsə boş görünürdü və əslində, bu onun üçün daha yaxşı amil sayılırdı.

Bəyaz qapını döyəcləyib gözlədi. Qısa vaxtda Demitrinin laqeyd üzü qapının astanasında peyda oldu. O bir az dayandıqdan sonra, qəfil gözlərini bərəldib, təəccüblü ifadə ilə “Lənət şeytana! Sən burada nə gəzirsən?!” –

deyə, ikrahdoğurucu tərzdə dişlərini qıcayıb, astadan qışqırdı.

– Sizinlə danışmalıyıq. – deyə, Lefteris ehtiyyatla dedi.

Bu sözdən sonra qapını ötrüb içəri keçən Demitri, az sonra evin böy-ründən onu fitlə səslədi. Lefteris düşündü ki, onun qapıdan çıxmamağına səbəb, Sofianın diqqətini çəkməmək üçündür.

– Nə olub? – deyə, qətiyyətlə soruşdu.

– Bir yerdə oturub, çay içə bilərik? Xeyli vaxtdır susuzam, dilim-damağım quruyub.

– Böyük kişi olmusan daha, yəqin yenə çay adıyla aparıb, içki istəmər-sən. – deyə, Demitri kinayə ilə dedi.

– Gəl bir gedək hələ.

Demitri əlləri cibində, qayğılı düşüncələrlə qabağda, Lefteris isə ağır çamadananı yelləyə-yelləyə onun arxasınca gedirdi.

Gəlib, kiçik bir şəhər kafesinə çatdılar. Bu yerdə onun təəccübünə

səbəb olan bir şey də vardı ki, o da Demitrinin həddindən artıq qırışmış

üzü idi. O, onu heç vaxt belə görəcəyini düşünməzdi.

Küncdə bir masanın arxasında əyləşdikdən sonra xidmətçini çağırıb, iki fincan çay sifariş etdilər. Qarson gənc, qırmızı saçlı və ortaboylu, qarabuğdayı bir qız idi.

– Danış görək, di nə olub, ay yaramaz!

Lefteris çamadanından eşələyib çıxardığı istefa sənədini onun qarşına qoyub, arxaya yayxandı. Şübhəli baxışlarla kağıza baxan Demitri, eynəyini taxıb, kağızı titrək əlləri ilə gözünə yaxınlaşdırdı.

– Səni görüm ölüb, yerə girəsən! Bu nə hoqqadır?! – deyə, Demitri əsəbdən az qala qışqıracaqdı, lakin güclə səsini qısıb yavaşdan pıçıldadı.

– Mənə həkim, ya da psixoloq lazımdır.

– Nə sarsaqlayırsan? Sual verdim ki, bu nə biabırçılıqdı?

– Qulaq as, Demitri, əlbəttə sənə böyük məmnuniyyətlə hər şeyi izah edə bilərəm, lakin söz ver ki, məni axmaq adlandırıb, çıxıb getməyəcəksən.

Demitrinin əsəbdən əlləri titrəyirdi. Bir qədər fikrə gedib, nəhayət, təmkinlə dilləndi:

– Eşidirəm.

– Demitri, mənim əsəblərim təmiz pozulub. Gözümə qəribə şeylər, daha doğrusu şey görünür. Yaşlı bir kişi, gecələr səmada peyda olur və

mənimlə söhbət edir. Mənə elə şeylər haqqında danışır ki, onu heç bir insan övladından eşidə bilmərsən. O şey ki, hər nədir, bilmirəm, amma çox müdrik bir şeydir. Onu hətta Tanrı da adlandıra bilərəm, ancaq onu Orion deyə çağırıram. İstefaya səbəb olan da məhz bu şeydir.

– Sən doğrudan da, havalanmısan! Mənə nağıl danışma! Deyirəm ki, danış görüm niyə qovdular səni?!

– Gecələr gözümə yaşlı kişi görünürdü. Bunu oradakılara danışdım və

axırı da bu oldu. Mənə dedilər ki, həkimə müraciət etməliyəm.

– Bağışla, amma daha bu qədər bəsdir! Nə vaxta qədər sənin zir-zibillərini mən təmizləyəcəm? O qədər murdarlıqdan sonra, indi də pey-ğəmbərlik eşqinə düşmüsən?! Bəlkə, bu sənin məndən pul qoparmaq üçün növbəti hiyləndir?

İndi mənə qulaq as, məbada gedib, Sofiaya bu nağılı danışasan, inan ki, səni bu şəhərdən rədd etdirərəm.

– Axı niyə? – deyə, Lefteris ümidsiz şəkildə soruşdu.

– Hələ bir niyə də deyirsən? A kişi, sən nə qanmaz adam imişsən!

Necə üzsüz, necə alçaq adamsan ki, hələ bir durub yenidən bura qayıt-mısan. Bu şəhərdə hamı sənin kim olduğunu bilir, bunu elə bilirsən ki, unudublar? O qızın valdeynləri, hələ də məhkəmələrlə mübarizə aparırlar.

– Onların nə düşündüyü və nə etdiyi mənə maraqlı deyil. Bu, sadəcə, mənim gənclik vaxtlarımdakı axmaqlığım idi.

Bu vaxt hiddətlənən Demitri ayağa qalxdı və onun paltosunun yaxasından yapışıb, qışqırdı:

– Əclaf, mən nə dildə danışıram, qanmırsan?! Deyirəm ki, boşboğazlıq eləmə, başa düşdün?!

Bu sözləri o elə hərarətlə qışqırırdı ki, onun ağız suyu Lefterisin bütün sifətini yumuşdu. İri addımlarla qapıya yaxınlaşıb, çıxmazdan qabaq barmağını Lefterisə tuşlayaraq:

– Bir də qarşıma çıxma, çıxsan, indiki kimi olmayacaq! – dedi və qapını möhkəmcə çırpıb getdi.

Lefteris sakit-sakit onun küçədə görünən yerişini izləyib, dodağını gəmirdi. Qarsonu çağırıb, uzo sifariş etdi. Qarson şübhəli-şübhəli onu süzüb, sakitcə çay fincanlarını masadan götürdü. Sonra da yavaş addımlarla barın arxa hissəsində görünməz oldu.

Az sonra əlində padnis masaya yaxınlaşan xidmətçi, şübhəli gözlərini hələ də, Lefterisin üzərində sabitləmişdi. Uzo şüşəsini masanın üzərinə

qoyub, onu ehtiyyatla sabitlədi. Əllərini şüşədən çəkəndə, Lefteris biixtiyar şüşənin üzərindəki, “Coma Berencies” yazısını oxudu. Şüşənin etiket kağızı gecə səması və “Veronikanın Saçları” bürcü ilə dizayn edilmişdi.

Bundan sonra astaca, iri addımlarla keçib, Lefterisin qarşısında oturan xidmətçi, ona ciddi nəzərlərlə baxmaqda idi.

– Necəsən, Lefteris? – deyə, qız soruşdu.

Bu hərəkətdən, bu sualdan narahat olmağa başlayan Lefteris, qəribə

çaşqınlıqla qarşılıq verib, dedi ki, onu tanımır.

– Adım, Veronikadır.

Bu yerdə düşüncələrini sabitləməyə çalışan Lefteris, qəribə həyəcan keçirməyə başlamışdı. Lakin bu həyəcanın nədən qaynaqlandığından əmin deyildi. Uzun müddətdir ki, bir qadınla ünsiyyət qurmadığına görə ola bilərdimi? Bəs əgər, daha ağılasığmaz olan məqam, əgər o, həmin o halisunasiyalardan biri idisə?

– Gözləriniz niyə qırmızıdır? Olmaya gecələri yatmırsınız?

– Mən.. Əslində, hə, çox yatmaqla aram yoxdur.

– Bəlkə, probleminiz elə bundan qaynaqlanıb? – Veronika sözləri uzada-uzada dedi.

– Hansı problemim? – Lefteris astaca yerində dikəldi.

– Gözünüzə görünənlər, qəribə şeylər..

– Hə, əslində, heç bilmirəm…

Masanın üzərindəki şüşəni göstərib, “içməyəcəksiniz?” – deyə, Veronika soruşdu.

– İstəyirsinizsə, bir yerdə içək. – Lefteris təklifindən bir qədər utanıb, dayandı.

– Hellenasın ideal bir dövlət olduğunu düşünürsünüz?

– Anlamadım sizi.

– O zaman cavab üçün bir qədər fikirləşin.

– Əslində, hə, ideal bir dövlət saymaq olar.

Xidmətçinin bu cür bir sual verməyi Lefterisi çaşdırmışdı. Ya da düşünürdü ki, bu sual yersiz sualdır.

– Mən belə düşünmürəm. İdeal dövləti həmişə ordusuz dövlət kimi xəyal etmişəm. Lakin bir ölkəmizə bax, guya kapitalizmi rədd etdik, nə

dəyişdi? Bu yalnız sözdə baş vermiş bir şeydir. Həqiqətdə isə sistem elə

həminki sistemdir. Aclar və şikəstlər, Yorinin o tayından həsrətlə bizə baxıb, burada yaşamağın şirin xəyalını qururlar. Həmin o yaşamaq ki, buranın vətəndaşlarının özləri heç bu şirinliyi duymurlar. Hələ də sosial bərabərlik şüarının kölgəsində dincələn burjuaziyanın qarnını doyururuq. Hamımız ayrı-ayrılıqda köləyik…

Lefterisin çaşqınlığı ciddiyyətə çevrilmişdi. O, qarşısında oturan bu gənc qızın, niyə bu şeylər barəsində danışdığına bir məna verə bilmirdi.

Nəhayət, cavab verməli olduğunu hiss edib dedi:

– Bilirsinizmi, bütün bunlar sizin və mənim yox, siyasətçilərin söhbət mövzusu olmalıdır.

– Üçüncü dünya müharibəsi, bəşəriyyəti yeni çağa keçirmədi, onu əksinə barbarlığın ən pik həddinə yetişdirdi. Hellenasda ancaq zabitlər və

məmurlar yaxşı yaşayırlar. Həkimlər, müəllimlər və polislər isə yorulublar.

Onlara qalsa, bütün səlahiyyətlərindən və məsuliyyətlərndən imtina edib, özlərini Hentasın sularına atarlar. Məncə, bütün bunlardan danışmaq üçün siyasətçi olmağa gərək yoxdur. Müharibə bizə onu da sübut etdi ki, gərək ən aşağı təbəqənin insanı belə siyasətçi olsun…

– Düşünürəm ki, Hellenas heç də sizin sadaladığınız kimi bir yer deyil. Ən bəsit örnək, artıq ABŞ, Çin, Rusiya deyilən ölkələr mövcud deyillər. Ərəblər isə layiq olduqları yoxsulluğu çəkməlidirlər. Neft ehtiyyatları onları yer üzündə yaşayan ən ləyaqətsiz adamlara çevirmişdi, lakin yenə

də, nə də olmasa balansı saxlaya bilirdilər. Hələ ibadət evlərindən əldə etdikləri turistik gəlirləri demirəm. Sizin xəbəriniz varmı, Finlandiyada bir kənd var ki, valdeynlər öz uşaqları ilə qidalanırlar?

– Hellenası ayaqda saxlayan, düşünürsünüz ki, Avropa kultudur? Bu gün əsgərlər olmasa, nə kult qalar, nə də ki, etnik təfəkkür, elə bura da dönüb olar Şimal ölkələri kimi. Düşünürəm ki, əsl intibahı keçən də, məhz 30

elə həmin xalqlardır. Müharibədən qalib çıxan da biz yox, əslində, həmin ac fransız, ingilis, rus, ərəb və amerikanlardır. Biz isə kapitalizmin çökü-şündən doğan, mahiyyətcə elə kapitalist prinsipləri tərəmmüm edən yeni ideyaların yaranmağına zəmin yaratdıq. Bədbəxtlik isə burasındadır ki, öl-kə olaraq bunu dərk etmirik. Adnos Vlahosun “Kapitalizmə haradan hücum etməli?”, kitabını oxumusunuz? Orada bir cümlə var, çox xoşum gəlir.

Deyir: “Kapitalizm özünə düşmən olan bütün sistemlər və onların ideyala-rından qorxmaq əvəzinə, onları pul sayəsində əks arqumentlər və ittihamlarla zənginləşdirir, çeşidə salır, daha sonra isə solçuların və kommunist-lərin bazarına çıxarırdı”.

Bununla ikinci dəfə Lefterisin təəccübünə səbəb olan növbəti hadisə

baş vermişdi. Atasının adını bu yerdə eşitmək ona elə təsir bağışlamışdı ki, heyrətdən az qala ağlını itirəcəkdi.

– Artıq düşünməyə başlayıram ki, siz də onlardansınız. – deyə, Lefteris qeyri-ixtiyari cavab verdi.

– Kimlərdən danışırsınız?

Bu suala cavab verməyən Lefteris, qayğılı tərzdə başını aşağı salıb fikirə getdi. Daha sonra, Uzo şüşəsini götürüb qapağını açdı və qədəhinə

boşaltdı. Təklif üçün şüşəni yenidən Veronikaya uzatsa da, o, bu dəfə də

bundan imtina etdi.

– Adınızın Veronika olmağı da maraqlıdır, Adnos Vlahosdan sitat gətirməyiniz də. Belə başa düşürəm ki, siz məni yaxşı tanıyırsınız. – Lefteris acı gülümsəmə ilə qarşılıq verdi.

– Adnos Vlahos, atamın yaxın dostlarından olub. Bədbəxt adam idi.

Əsərləri ölümündən sonra məşhurlaşdı.

– Veronika barəsində heç bir bəhanəniz yoxdur, amma görürəm.

– Adımın içki adı ilə nə əlaqəsi ola bilər, axı başa düşmürəm. – dedi və

gülümsədi.

– 51! – deyə, qəfil qışqırdı Lefteris.

Xidmətçi qız çaşqın halda dayanıb, qarşısındakı adama baxırdı. Qəfil d

illəndi:

– Bu qədər tez sərxoş olacağınız maraq doğurucudur.

– Bilirsinizmi, mən onunla söhbət edəndə, o mənə, “Veronikanın Saçları”-nı göstərmişdi. Bundan başqa, kiçik it (cannis minor) və Buğa (Taurus) ilə də tanış edib məni.

– Çox gözəl. Mənim ən sevdiyim bürc isə Oriondur. Uşaq vaxtı ona baxmasam, onunla sağollaşmasam yatmazdım.

– Orion, hə, Orion, bəli!

– Ovçu…

– Hə, onun oxu da var, kamanı da. Hətta məncə, qılıncı da var!

– Elədir. Kaş o öz oxuyla dünyanın ədalətsizliyini nişan alardı.

– Lənət şeytana, siz axı nə boş-boş çərənləyirsiniz?! Gedin buradan!

Veronika soyuqqanlı tərzdə ayağa qalxıb, masadan uzaqlaşdı.

Lefteris titrək dodaqlarını əsəbdən bir yerdə saxlaya bilmirdi.

“Fahişə!” – deyə bağırdı arxasıyca və ayağa qalxıb, onun getdiyi tərəfə, barın arxasına keçdi. Onu burada tapmayıb, mətbəxə girdi, lakin o, burada da yox idi. Lefteris bu vaxt ikrahdoğurucu qəh-qəhə ilə gülüb qışqırdı:

“hara gizləndin?!”

Hər yeri ələk-vələk edib, nəhayət, qan-tər içində yerində dayanmalı oldu. Elektrik qığılcımlarının səsini eşidib, başını yuxarıdakı tabloya tərəf qaldırdı. “Bellatriksdə görüşənədək!” – deyə, bir cümlə yazılmışdı qırmızı işıqlarla tabloda. Absurd gülümsəmə ilə gülüb, başını yellədi və mətbəxdən çıxıb, birbaşa qapıya tərəf yollanırdı ki, yadına düşdü ki, çamadanını yaddan çıxarıb. Masaya yaxınlaşıb, onu oradan götürdü və bu yerdə ağlına bir fikir də gəldi. Uzo şüşəsini də özü ilə aparacaqdı! Şüşəni götürüb, yenidən onun üzərindəki ada baxmaq istəyəndə, təəccübdən yerində qurudu.

Şüşənin adı “Coma Berenices” yox, “Uzo 51” idi. Bu yerdə o divanə hərəkətlərlə yerində vurnuxur, nəfəsini tez-tez alıb-verirdi. Şüşəni bara tərəf to-lazlayandan sonra, içəridən qaça-qaça, cavan bir oğlan gəlib, onun qarşısında dayandı.

– Ağlınızı itirmisiniz, ya nədir?! Dərhal çıxın çölə, nə qədər ki, polis çağırmamışam!

Heyrətdən çənəsi əyilən Lefteris, qəh-qəhə ilə güldüyü vaxt, birdən gerisində, digər masalarda oturan insanların narazı nəzərləri ilə qarşılaşanda, artıq təəccüblənməməli olduğunu dərk etdi. Bayaqdan bəri boş olan kafedə birdən-birə adamlar peyda olmuşdu. O, soyuqqanlı bir instonasiya ilə astadan dedi:

– Bilirəm ki, siz həqiqi adamlar deyilsiniz, amma ki, qoy olsun…

Bundan sonra əlindəki uzo şüşəsini qaldırıb başına çəkdi və masala-rın birində, cavan bir oğlanla qarşı-qarşıya əyləşən qıza yaxınlaşıb, onun çiyninə, daha sonra isə başına toxundu. Elə bundan sonra da içəridə səs-32

küy qopdu və qızın yanındakı oğlan onu elə oradaca vurub yerə sərdi.

Xidmətçi oğlan Lefterisi sürüyüb, kafedən bir qədər aralı, bir ağacın altına söykədi. Bayğın bir şəkildə yerdə uzanıqlı qalan Lefteris, uzun müddət özünə gələ bilmədi.

Demitri evə qayıtdıqdan sonra Sofianın ənənəvi suallarına cavab verməli olmuşdu. Yalandan demişdi ki, evdən ona görə gizlin çıxıb ki, onun bezdirici suallarına həmin vaxt yox, elə indi, yəni sonradan cavab verməli olsun. Ümumən götürsək, bu ailədə elə bir gün olmurdu ki, həmin gün söz-söhbətsiz ötüşsün.

Sofia dayanmadan deyinir, uşaqların ehtiyacları barəsində uzun-uzadı danışır, ərinin baxımsızlığından şikayət edirdi. Otuz dörd yaşı olmağına baxmayaraq, olduqca yaşlanmış görünürdü. Hətta üzündə cuzi qırışlar da görünürdü. Ailədəki uşaqlar məktəbə getmir, xüsusi müəllimlər tərəfindən öyrədilirdi. Demitrinin təqaüdə çıxmağına hələ dörd ildən bir qədər az vaxt qalmağına baxmayaraq, Sofia indidən ona yeni iş tapmağı tövsiyyə

edirdi. Onun bu qatı xarakteri, ərinin xarakterinə qismən, müsbət mənada təsir etmişdi. Məsələn, əvvəllər içki məclislərindən yığışmayan, danışığını bilməyən, zəhlətökən ədəbaz zabit, sonda dönüb olmuşdu üzüyola və fağır bir ata. Ailədəki uşaqların ikisi qüsurlu idi. Oğlanlarından biri anadan-gəlmə əlil və tək qızları isə lal idi. Uşaqlardan sağlam olan, ailənin son beşi-yinin isə mütəmadi diş ağrıları olurdu ki, bu da öz növbəsində

Demitri üçün əlavə xərc idi. O, Sofiaya başa sala bilmirdi ki, uşağın dişinin ağrı-mağı yaşla əlaqəlidir, buna görə addımbaşı həkimə getmək lazım deyil. Demitri Lefterislə görüşü haqqında təbii ki, Sofiaya heç nə

danışmazdı. Birincisi ona görə ki, Lefterisin gəlişi də əlavə xərclər demək idi. Digər mə-qam isə onun mübahisəli keçmişi idi. Demitri güclə bərpa etdiyi nüfuzunu yenidən itirmək istəmirdi. Lakin onu da hiss edirdi ki, bu adam əvvəl-axır gəlib, bu evə çıxacaq və Sofia onunla qarşılaşacaq. Buna görə də, hətta onun ağlına evə mühafizəçi tutmaq fikri də gəlmişdi.

Lakin bu fikri icra etməyə macal tapmamışdı ki, Lefteris elə hadisənin səhəri günü, sübh tezdən onların qapısını döydü. Qapını açan, evin qulluqçu xanımı idi. Lefteris ona Sofianın qardaşı olduğunu deməyi kifayət etmiş-di ki, o, qapını taybatay açsın. Demitri sonradan, qulluqçuları niyə

əvvəlcə-dən təlimatlandırmadığına görə başına döyəcəkdi.

Sofia Lefterisi ilk dəfə görəndə tanımamışdı. Qulluqçuya acıqlanmışdı ki, bu kimdir və o, nə həddlə yad adamı evə keçirib. Lakin sonradan başa 33

düşəndə ki, bu adam onun qardaşıdır, bir xeyli vaxt heyrətdən ağzı açıq qalmış və hərəkət edə bilməmişdi.

Lakin bu görüşdən də naümid ayrılan Lefteris, sonda İraklionu bir dəfəlik tərk etməli oldu. O, bacısından borca pul istəmək əvəzinə, ona De-mitriyə

danışdıqlarını danışsaydı, bəlkə də, Sofianın ona yazığı gələr və onu öz hesabına psixoloq yanına göndərərdi. Amma bu cür olmamışdı.

Şən inqilab

Lefteris bir bədbəxtlikdən də əziyyət çəkirdi ki, o, həyatı ilə bağlı sorğu-sual aparmazdı. Onun özü ilə söhbətləşmək, səhvlərindən dərs çıxarmaq, keçmişlə bu gün, bu gün ilə gələcək arasında bir körpü qurmaq kimi mənəvi bacarığı yox idi. Ona görə ağ, ağ idi, qarada ki qara. Onu əsəbləşdirən bir şey də, məsləhət verməkdən zövq alan adamlar idi. O, heç bir məsləhətə qulaq verməz, eləcə öz bildiyini, həmin o bildiyi şeyin yaxşı və ya pis olmağını sual altına almadan, edərdi. Məsələn, İrakliondan Lorensə gedən qatarda oturub, pəncərədən çölə baxmaq və baş verənlər barədə müəyyən mənada bir ölçü götürmək haqqında düşünmək əvəzinə, pəncərənin pərdəsinə örtüb, çölə kədərli-kədərli baxan sərnişinlərə tamaşa edirdi. Yolboyu eləcə bu adamlara baxmış, onların hərəkətlərini izləmişdi.

Onun Lorensə getməyinin bir səbəbi vardı. Uşaqlıq dostu Andreas, məhz bu şəhərdə yaşayırdı. Andeas rejissorluqla məşğul olurdu. İraklion şəhərin-də doğulsa da, ailə həyatı qurub Lorensə köçmüşdü. Onlar uşaq vaxtl skripka dərslərində tanış olmuşdular. Sofia Demitri ilə evləndikdən sonra, bir xeyli vaxt onu məktəbə qoymaq haqqında düşünsə də, bu baş

vermə-mişdi. Əslində, həmin vaxtlar Lefteris özü də məktəbə getmək istəmirdi. Bununla belə, təqribən bir il müddətində evə dəvət olunan müəllimlərdən dərs almışdı. Sonda öyrənmək marağı olmadığını əsas gətirərək, müəllim-lər onunla məşğul olmaqdan imtina etmişdilər. Bundan sonra isə müxtəlif dərnəklərə yönləndirilən Lefteris, bu dərnəklərdən də

heç nə öyrənməsə də, özünə Andreas kimi bir-iki dost tapa bilmişdi.

Yeniyetmə vaxtları bir-likdə, İraklionun ən tanınmış restoranlarında yemək yeyir, günlərini klub-larda, pablarda keçirirdilər. Andreas isə həmin vaxtlarda həvəskar rejissor-luqla məşğul olurdu və hətta qısa metrajlı,

“Şəhərli Sizif” adlı filmində, Lefterisə də kiçik bir rol vermişdi.

Lefteris düşünürdü ki, Andreas ona həm maddi dəstək ola, həm də

onu evində qonaq edə bilər. Bundan başqa, o, ümid edirdi ki, Andreasın psixiatr tanışı da ola bilər.

Lorensə çatmağı ilə küçədə gördüyü ilk adamdan, rejissor Andreas Papadakisin harada yaşadığını soruşdu. Xoşbəxtlikdən qarşılaşdığı adam, film snobu çıxdı və onun yaşadığı yeri, küçəbəküçə tərif etdi. Bu təriflərdə

adı keçən ünvanlardan keçib, nəhayət, gəlib Andreasın yaşadığı küçəyə

çatdı.

Lefteris islanmış vəziyyətdə dostunun evinin qarşısında dayanıb, qapını döyəcləyəndə, ürəyindən həssas ümidlərlə arzulayırdı ki, qapı tezliklə açılsın. Lakin tezliklə olmasa da, təqribən üç dəqiqədən sonra qapı açıldı. Andreas onu böyük sevinclə qarşılayıb, içəri dəvət etdi. Onun yaşadığı evdə Fransız dəbini o dəqiqə hiss etmək olurdu. O, anası məşhur fransız aktrisalarından olan Juliette Rouxun qızı, Belda Rouxla evlənmişdi.

Belda özü də aktrisa idi.

– Doğrudan da, çox dəyişilmisən. – Andreas dostunu başdan-ayağa süzüb səsləndi.

Lefteris paltosunu çıxarıb, asılqandan asdı və Andreasın müşayiəti ilə

qonaq otağına keçdi.

– Amma birinci adamsan ki, görən kimi tanıyırsan. Sən hələ Demitrinin üzünü görərdin, ilahi!

– Amma saqqalına bir az əl gəzdirməlisən, dostum. – deyib, bir az gözlədikdən sonra davam etdi:

– Bilirsənmi, artıq on iki filmim var. Uşaqkən yadındadır da, nə

oyunlardan çıxırdıq. Şampan içdiyimiz günü xatırlayırsan, Sesasda? Mən xatırladıqca, hələ də, indiki kimi gülürəm.

– Həmin günü heç xatırlatma, bütün şalvarım islanmışdı. Özü də, qız-ların yanında. – deyib, gülümsəmə ilə qarşılıq verdi.

– Andreas, bilirsən, əslində dəyişən tək mən, yaxud da sən deyilsən.

Hər şey dəyişilib. Zaman da, məkan da, insanlar da.

– Nədir yoxsa, Kovagnosda ağlın başına gəlib? Bilmirdin ki, oralarda İraklion uzosu, İraklion qızları yoxdur? Can, qardaş.

– Əlbəttə, bilirdim. Sadəcə, bütün bunlar hamısı boş şeylərdir. Əsas olan yaşamaqdır.

Vaxtın varsa, səninlə bir neçə şey haqqında danışmaq istəyirəm.

Andreas dostunun bu sözlərinə təəccüblə gülümsəyib, ondan danışmağa davam etməyini istədi.

– Andreas, əvvəla onu deyim ki, sənə xəbərdarlıq etmək gərəyi duymuram, danışacaqlarım barəsində ki, sonda mənə gülüb, yaxud da məni axmaq adlandırmayacaqsan. Gördüyün kimi normal insanlar kimi danvra-nıram və yəqin ki, bu barədə hansısa şübhəyə səbəb deyiləm. Andreas, Kovagnosda mən çox şey öyrəndim, düzdür, amma bax bunu elə indicə hiss etdim ki, mən nələrsə öyrənmişəm. Məni çox yaxşı tanıyırsan sən və bilirsən ki, həyatımı təbii və özümə qarşı səmimi yaşayıram. Xülasə, mə-nim orada keçirdiyim son bir ayda başıma olduqca qəribə və mistik şeylər gəldi.

Bilmirəm, mistik ifadəsi buna nə qədər uyğundur, lakin mən gecələr səmada yaşlı bir kişi ilə söhbət edirdim. Bu kişi, yeni öyrəndiyim məlumata görə Orion adlı bürcün üzərində peyda olur və mənimlə elə şeylər haqda danışır ki, mən ömrümdə o şeylər barəsində kimdənsə nəsə eşitməmişəm.

İndi mən nə etməliyəm? Bimirəm, inan ki. Məni ordudan elə buna görə

qovublar. Guya ki, dəli imişəm.

– Dostum, amma gəl razılaşaq ki, onlar haqlıdırlar… Yox, elə baxma, demək istədiyim odur ki, axı bu normal deyil! Yəni onların bunu normal qarşılamağını necə gözləyə bilərsən? Qaldı qovulmaq məsələsinə, mən düşündüm ki, sən məzuniyyətə gəlmisən.

– Andreas, səkkiz ilimdə bircə dəfə də olsun, məzuniyyətə çıxmamışam. Daha doğrusu çıxıb, heç İrakliona gəlməmişəm, eləcə ya Kovagnosun həndəvərində, ya da Misiksosun otellərində günümü keçirmişəm. Bilirsən, buna səbəb olan şey, bəlkə də, sənə cəfəng görünə bilər, amma yola çıx-maqdan zəhləm getdiyinə görə, sadəcə, bu səbəbdən Musiksosdan heç vaxt qırağa çıxmamışam.

– Maraqlıdır, amma bəlkə də, elə bu cür yaşayış sənin əsəblərini po-zub, dostum. Axrıncı dəfə nə vaxt qadınla vaxt keçirmisən?

Bu yerdə Lefteris susub, dodağını büzdü.

– Zarafat edirsən? Göydə gördüyün kişi məsələsində yox, amma bu şeyə görə icazə ver sənə dəli deyim. Səkkiz ildə heç bircə dəfə də?!

– Andreas, bunun nə əlaqəsi var ki, əsəblərin pozulması ilə?

– Çox əlaqəsi var, müəllim. Hər nə isə, de görüm, o söhbətlər nədən ibarət idi?

– Bax elə bu səbəbdən məni dəli adlandırıblar. Dostum, onları xatırlamıram. Hətta bunun üçün səsyazma qurğusunu da yoxladım, amma bir şey çıxmadı bundan da.

Andreas qəh-qəhə ilə gülüb, əlini bir neçə dəfə dizinə vurdu.

– Lənət şeytana, onun səsini yazmağa cəhd eləmisən? Axı uşaq vaxtı sən dərrakəli idin, indi nə olub axı sənə? Görürsən, səbəb dediyim şeydir.

Tək o olmasa da, səbəblərdən biri olduğu mütləqdir.

– Mən də indi səni seksoloq kimi tanıyıram, maymağ.

– Yaxşı, daha incimə, mətləbə keç. Danış görək, Orion nə deyirdi sənə?

– Orion? Mən onu 51 çağırırdım.

– 51 niyə? Yaxşı olsun, 51.

– Onu 51 rəqəminə bənzətdiyim üçün, 51 deyə çağırırdım elə və o da buna etiraz etmirdi. Xülasə, onun danışdığı heç bir şeyi xatırlamıram.

– Başa düşdüm. Gəl səni bir psixoloq tanışıma yönləndirim, hələlik onunla söhbət elə. Sonra isə psixatra müraciət edərik.

– Mənə inanırsan, əsas?

– Lefretis, sən olsan inanardın?

– Yəqin ki, yox.

Andreas ayağa qalxıb, mətbəxə getdi. Tezliklə əlindəki stəkanlara gəlib, bayaqkı yerində oturdu.

Gətirdiyi içki viski idi. Andreas dostuna gülümsəyib, mənalı-mənalı dedi:

– Həyatın elə bir yerində dayanmısan ki, hər an məhv ola bilərsən.

Məhv olmaq bilirsən nədir? Düşünmək qabiliyyətini itirmək.

– Lakin bu gün, düşündüyünü iddia edən, lakin düşünməyən insanlara nə deyilməlidir? Onu da nəzərinə çatdırım ki, Üçüncü Dünya müharibəsi, elə düşünən insanlar üzündən baş verdi.

– Razıyam, haradasa. Düşünməyin fəsadları da olur, yəni. Yəqin ki, bu müharibə çox düşünən beyinlərin nəticəsi idi.

– Orası şəksiz elədir.

– Bəs xilası nədə görürsən, Lefteris? Səncə nə olmasa, yaxud da nə olsa bəşəriyyət xilas ola bilər?

– Bu cür qəliz suallara heç vaxt cavab axtarmamışam, dostum, amma yenə də subyektiv düşüncəmi deyim. Məncə insanın xilası düşünməmək-dədir.

– Bu həddindən artıq anarxist düşüncə deyil? İnsan düşünməsə, mahiyyətcə onun bioloji aləmdəki digər canlılardan fərqi olmaz axı.

– Bəlkə, bizə də elə bu lazımdır?

– Düşünmək bizə əxlaq üçün, söz uydurmaq üçün, bir heyvanı təbii yaşayışından qoparıb, onu qəfəslərə salmaq üçün lazımdır? Kosmosa ilk çıxanlar, insanlar, həmin o düşünən insanlar yox, itlər və meymunlar olub, dostum.

– Axı balanslaşdırmaq lazımdır, hər şeyi. Məsələn, insan düşünməsə o təbiətdə adi heyvanlar kimi ya ov olacaq, ya da ovçu. Ya bir-birini yeyəcək, ya da o qədər çox sayda doğulacaqlar ki, bütün dünya yamyamlardan ibarət olacaq. Belə şeylər də var, Lefteris.

– Bir də bu cür düşün ki, əslində, elə o cür olmağı yaxşı olar. Lakin onunla da razılaşmıram ki, insan düşünməsə insan sayı çoxalar. Çoxalma instikti də şüurla əlaqəli bir şeydir. Demoqrafiq böhranlar və partlayışlar, dövlətlər üçün şüurlu seçimin nəticəsidir. Lakin təsəvvür edəndə ki, bir zebranın beyni kimi beyinə sahib olan insan, yalnız müəyyən dövrlərdən bir cinsi təlabat hissi duyacaq, o zaman bu, daha təbii çoxalma növü olmaz? İnsan təbiətdə şüurlu təkamül keçməsəydi, bu onun məhvi olmayacaqdı. Bu gün nə üçün heyvanlar “nəsli tükənməkdə olan” deyə, bir qrupa ayrılır? Ona görə yox ki, o insanlar tərəfindən ovlanır və s. Səbəb budur ki, o bioloji baxımdan öz təkamülünü tamamlayır və yox olur. Səncə, bəs, insan düşünmək anlayışını da, məhz yox olmaq qorxusundan üzə çıxar-mayıb? Mən modern insanı xəstə insan adlandırıram. Onun sağlam vaxtı, primatlar çağında qalıb.

– Xəbərin var ki, qeyri-adi şeylər danışırsan? Bu orduda xidmət edən bir kapitan üçün uyğun olmayan düşüncə şəklidir. Ciddi sözümdür. –

deyə, Andreas maraqla dedi.

Lefteris, sanki nə baş verdiyini anlamırmış kimi, qəribə baxışlarla Anreasa baxdı.

– Amma dostum, düşünmək əxlaq üçün, söz uydurmaq və heyvanları qəfəsə salmaq kimi şeylər demək olsa da, bu bizi irəli aparıb, nəinki geri.

Primatlar dövründəki insan olsaydın, bu gün Hubble teleskopunu fəzaya buraxa bilərdin?

– Nəinki, Hubble teleskopunu fəzaya buraxmaq, bəlkə də, teleskop-suz-filansız elə özüm fəzada süzmək şansı əldə edərdim.

– Yox, artıq burada tamam mövzudan sapdın, bu yerdə qətiyyən razılaşa bilmərəm səninlə.

– Axı mən demədim ki, bunu insanın özü edəcəkdi. Diqqətlə qulaq assaydın, şans sözü işlətmişdim.

– Yadplanetlilər gəlib, aparacaqdı?

– Bəli. Onlar indiki, ağıllı adamlardan qorxurlar deyə, buralara yaxın durmurlar.

– Bu da növbəti səfsətədir. Sən onların ağıllığını irəli sürür, insanı ağıla layiq bilmirsən? Bir də ki, onların nəyinə lazım olardı ki, dediyin insan tipini fəzaya qaldırmaq?

– Bəlkə, labarotorya siçanı kimi faydamız olardı, nəbilim. İlk sualına qalanda, onsuz da elə deyilmi? Hər nə qədər də ağıllı olsaq da, hələ də

özümüzdən ağıllı olanların şübhəsində deyilikmi? Hər şeyi bilən Tanrılara gərək duymuruqmu?

– Amma inancsız insanlar da var, bunu da nəzərə al və bu insanlar rasional əsaslarla öz ağıllarına istinad edərək, daim kəşflər edirlər.

– Həmin kəşflərin də məqsədi, həmin ağılı həll etmək, yaxud da tap-maqdır. Gəl bunu etiraf edək. Misal çəkdiyin, Hubble orada nə üçün dayanıb?

Çənəsi əlinə söykənmiş vəziyyətdə, digər əlində içkisini qurtumlayan Andreas təəccübünü gizlədə bilmirdi. Yeni şeylər eşitmişdi, uzun illərdir görmədiyi dostundan.

– Bəs Tanrı ağıllı yox, tam əksi, ağılsızdırsa? – deyə, maraqla soruşdu.

Lefteris, çaşqın nəzərlərlə dostunun üzünə baxır, onun nə haqda danışdığını anlaya bilmirdi.

– Başa düşmədim, nə deyirsən? Nə haqda danışırsan? Sən yaxşısan?

Qoy bir içək, sonra sərxoş ol da. İçməmiş artıq başlamısan qəribə-qəribə

danışmağa.

– Lefteris, artıq dördüncü stəkanını içirsən.

– Zarafatların da, mənasızdır üstəlik.

Andreas məsələnin nə yerdə olduğunu başa düşüb, ağrılı-ağrılı dostuna baxdı.

Bu söhbətdən üç gün keçsə də, Andreas, heç cür Lefterisi həmin gün-dəki söhbət kimi bir söhbətə gətirə bilmirdi. Evin bir otağını hələlik Lefterisə vermişdi və son üç gündə nadir hallarda onu evdə görürdü. Bura 40

gəlişinin sabahı bir-iki saatlıq gəzintidən başqa birlikdə vaxt keçirməmiş-dilər.

Axşamüstü, Lorens səması buludlu idi. Şəhərin memarlıq üslubu insanı valeh edirdi. Lefteris kiçik bir gölün kənarında dayanıb, batmaqda olan günəşi seyr edirdi. Bu axşam, o, bütün var-qüvvəsi ilə çalışacaqdı ki, 51-lə

yenidən görüşsün. Onunla söhbət edib, bir çox şeyə izah vermək ehtiyacı duyurdu. Evə qayıdanda saat səkkizi göstərirdi. Qonaq otağından keçib, otağına getdiyi vaxt, birdən Andreasın səsi onu saxladı.

– Əcəb uzaqlaşmısan ha. Nə məsələdir, dostum? Bundan sonra gəlib, onun qarşısında, kresloda oturdu.

– Düşünürəm ki, bir iş tapmalıyam burada. Şəhər çox xoşuma gəlib.

Ən vacibi adam sayı azdır. İraklionda isə belə bir üstünlük yoxdur. – deyə, gülümsədi.

– Maraqlıdır. – dedi, Andreas.

– Veronikanın saçları adlı uzo içmisən heç? – birdən soruşdu.

– İlk dəfədir eşidirəm.

Lefteris İrakliondakı həmin hadisəni dostuna nəql etdikdə, Andreas yenidən təəccübləndi.

– Dostum, sən əməlli-başlı maraqlı adam imişsən. Xoşbəxt adamam ki, sənin dostunam.

Qəribə sükutla dayanıb, bir xeyli vaxt üzünü Andreasın üzündən çəkmədi.

Bu vaxt Belda gəlib, digər kresloda əyləşdi. Andreas göz vurub, başını yellədi.

– Lefteris, səncə insan öldükdən sonra başına nə iş gəlir?

Andreas və arvadı Belda əvvəlcədən öz aralarında danışmışdılar ki, Lefterisi yaxalayacaqları ilk andaca bu tip sualllar verməklə ondan təzə

şeylər öyrənəcəklər.

Lakin verilən suala cavab gecikirdi.

– Başına heç nə gəlmir, çünki o ölmür..

– Necə yəni, ölmür Lefteris? Bəs nə olur?

– Özünü başqa zamanda tapır və başqa zamandakı ölüm də onun növbəti zamandakı özünü tapmağına səbəb olur.

– Zamanda səfərləri nəzərdə tutursan?

– Sovet Rusiyasında, 1927-ci ildə, bir qadın ərinin ölümündən sonra, özünə söz verir ki, başqa kişiylə evlənməyəcək. Lakin bir müddətdən sonra 41

görür ki, 2019-cu ildə başqa biri ilə evlidir. Bundan sarsılır və özünü on ikinci mərtəbədən tullayır. Bir də ayılır görür ki, Avstriya-Macarıstan im-periyasında, Vyana şəhərində bir dərzi sexində çalışır.

– Yəni?… Buradan nə nəticə çıxarmaq lazımdır? – deyə, Belda ehtiyyatla soruşdu.

– İnsanın ölümsüzlüyünü. Tək insanın yox, bütün materiyanın ölümsüzlüyünü. İnsan şüuru sadəcə olaraq, yanılmaq üçündür.

– Bəs Tanrı varmı Lefteris?

– Tanrı yoxdur.

– Bəs hər şeyin varlığına səbəb nədir?

– Səbəbsizliyin səbəbinin səbəbsizliyi.

– Anlamırıq, Lefteris, daha anlaqlı şəkildə izah edə bilərsən? –

Anlamaq iqtidarında deyilsiniz. Bunun üçün özünüzdən çıxmalısı-nız, ya da özünüzü təslim etməlisiniz.

– Nəyə təslim?

– Özünüz olmamağa.

– Bizimlə danışan kimdir, Lefteris?

– Adsız olandır, Belda.

Bunu dedikdən dərhal sonra yerindən sıçrayan Lefteris, yan otağa gedib, qapını bağladı.

Hələ də təşviş içində bir-birinə baxan ər-arvad, heç nə demək qabiliyyətində deyildilər. Bir müddət də bu cür səssiz qaldıqdan sonra, nəhayət, Belda dilləndi:

– Onu bu evdən göndərmək lazımdır. Mən ondan qorxuram artıq.

– Sonuncu dəfə Banella inqilabında bu cür təəccübləndiyimi xatırlayıram. Onu bu cür tanımaq, bəlkə də istəməzdim, amma. – Andreas qayğılı-qayğılı dedi.

O gecə Lefterisin Andreasgilin evindəki son gecəsi idi. Həmin gecə

otaqdan inanılmaz ağlayış səsləri, yumruq zərbələrinin səsi eşidilirdi. “Bütün divarlar yıxılmaq üçündür, biz özümüzü çoxdan divarlar arasına salmışıq.” – deyə, bir cümləni isə Andreas həmişəlik ağlında saxlayacaqdı.

Erkən saatda divanda gecələyən ər-arvadı Lefteris oyatmışdı. Paltosu əynində və əlində də həminki çamadanı, onların başının üstünü kəsdirib, gülərüzlə – “Oyanın, ayılar.”– deyirdi.

– Mən gedirəm, durun sağollaşaq. – dayanmadan təkrar edirdi.

Onlar ikisi də durub, yuxulu nəzərlərlə bu adamın nə dediyini anlamağa çalışırdılar. Onlara elə gəlirdi ki, Lefteris yenə nəsə sirli sözlər deyir.

Özlərinə gələndə isə yenidən şübhəli-şübhəli bir-birilərinə baxdılar ki, o, bəlkə, dünən onun evdən göndərilməyi haqqındakı söhbətlərini haradansa eşidib.

– Bilirsiniz, burada yeni iş tapmışam. Məni evlə də təmin edəcəklər.

Qonaqpərvərliyiniz üçün minnətdaram, sizlərə. Salamat qalın.

Lefteris əslində, yalan demişdi. Nə iş tapmışdı, nə də ki, qalmağa evi vardı. O, elə bu gün Lorensi tərk etməyi qərara almışdı. Buna səbəb isə bu idi ki, o, doğrudan da, Andreasgilin söhbətindən xəbərdar idi.

İrakliona qayıdıb, dostu leytnant Nikolaydasa məktub yazacaqdı və

bu məktubda dostundan xeyli böyük məbləğdə pul istəyəcəkdi. Lakin Lorensi tərk etmək üçün yollandığı dəmiryolu stansiyasında, yenidən Veronika ilə qarşılaşmışdı.

Veronika bu dəfə, xidmətçi deyil, dəmiryolu bələdçisi kimi qarşısına çıxmışdı. İlk gördüyü vaxtda, hirsdən boğulan Lefteris, get-getə sakitləşib, peronun kənarında dayanan bu qadına yaxınlaşdı.

– Sizin kimliyiniz artıq mənə məlumdur. – dedi, Lefteris.

Veronika soyuqdan titrəyə-titrəyə, ancaq başını yellədib, güldü.

– İnsan kimi davranmaq çətin olmalıdır sizə.

– İnsan olursansa, soyuğa da dözmək lazımdır. – deyə, Veronika gülüşünü təzələdi.

– İnsan olmaq, təkcə soyuğa dözməklə yox, cəhənnəm istisinə dözməklə tamamlanır.

– Sizi inancsız adam kimi tanıyıram.

– İnancsızam, bəli. Nəzərdə tutduğum cəhənnəm, insan olmağa məhkum olmaq cəhənnəmidir.

– Məhz elə bu səbəbə görə qadın olmaq, daha maraqlıdır, nəinki kişi. –

Veronika dodaqaltı dedi.

– Qadınlar kişilər qədər sorğulayan varlıqlar deyil, demək istəyirsiniz?

– Xeyr, əzizim. Demək istədiyim budur ki, qadın olmaq cəhənnəm kimi doğulmaqdır elə.

Onlar perondan kənarlaşıb, vağzalın içərisinə keçdilər. Bayaqki dioloq vağzalın içərisindəki kafedə davam edirdi. Lefteris İrakliondakı hadisəni və orada yazılan “Bellatriksdə görüşərik.” Yazısına eyham vuraraq, dedi:

– Məni orada nə gözləyir?

– Sizimi? Əbədi məmnunluq.

– Sadəcə bumu?

– Savaşınız bu yolda deyil?

– Elədir.

– Dünyanı dəyişdirmək ərəfəsində idik. Bu dəfə Orionun oxu işə

düşəcəkdi. Kommunistlər, kapitalistlər, sağlar, sollar, hamısı bir axara tabe olacaqdı. Afrika aclıq qitəsi yox, Bilderberq toplantılarının keçirildiyi qitə

olacaqdı. İrqlər, dinlərarası savaşlar son tapacaqdı. İqtisadi inteqrasiya-larda üçüncü dünya dövlətləri də aktiv iştirak sərgiləyəcəkdi. Lakin bütün bunlar üçün, bir növ dünyanı dağıtmaq lazımdır. Bircə toxunuşla sıra ilə

düzülmüş domino fiqurlarını dağıtmaq qədər asan başa gələcək bu bizə.

– Hellenas da, dağılacaq?

– Niyə də yox, məgər Hellenas ayrı planetdədir?

– O zaman fəlakətlər hələ yeni-yeni başlayır ki!

– Fəlakətlərin sonu yoxdur. Varlıq öz varlığını fəlakətlərə borcludur.

Ən adi nəfəs almaq, nəfəs vermək belə fəlakətdir. Quşların uçmağı, ağacların çiçək açmağı, bir leopardın bir antilop arxasıyca qaçmağı belə. Musiqi də məsələn, həmçinin bütün sənət əsərləri. Şeirlər, rəsmlər, heykəllər də.

– Bəs nə üçün yalnız indi? Niyə birinci və ikinci dünya müharibəsində

deyil, yalnız indi?

– Verdiyin sual, lap, anarxist tələbələrin verdiyi suallara oxşadı.

– Axı bir açıqlama olmalıdır. – deyə, narazı şəkildə dedi, Lefteris.

– Hər şey bu mərhələyə gəlməli idi ki, biz də gələk.

– Hegel də yəqin sizlərdən olub onda. Həm də dilinin qəlizliyindən şikayət edilir. Bu da yəqin bizim dili sonradan mənimsədiyinə görədir.

– Almanlar həmişə qəliz danışıb. – deyə, Veronika bu dəfə də gülümsəyərək cavab verdi.

Lefteris, bu vaxt başqa xəyallara dalmışdı. Veronika ayağa qalxıb, ona tualetə gedəcəyini deyəndə, Lefterisi gülmək tutdu.

– İnsan olmağın bu hissəsi də var idi, axı hə! – deyə, istehza ilə dedi.

– Bunu heyvanlar da edir, əzizim. – deyə, qarşılıq verən Veronika masadan qalxdı.

Lefteris onun arxasınca baxıb, düşünürdü ki, görən onunla sevişmək də olarmı?

Bədənində qəribə ehtiras hissi duyurdu. Çox nadir vaxtlar bu qədər vəcdə gəldiyi olurdu. Ayağa qalxdı və tualetə tərəf yollandı. Təzəcə tuale-44

tin qapısını açırdı ki, Veronika ilə üz-üzə qaldı. Nə deyəcəyini bilmədi və

udqundu. Bu vaxt fərqinə vardı ki, təmizlikçi qadın dayanıb onlara baxır.

Veronika onun məyusluğunu əvvəlcədən başa düşmüşdü. Onun qoluna girib, “gəl gedək, bu sonranın işidir.” – dəyərək, onu yenidən masaya apardı.

– Lorensdə heçmi qadın tanışın yoxdur? – Veronika soruşdu. Lefteris inkarlıq əlaməti olaraq başını yellətdi.

– Sonuncu dəfə Andrea adında bir qızı sevmisən və ondan başqa da həyatında heç kim olmayıb.

Bu yerdə Lefteris kürəyində soyuq tər hiss etdi. Nə deyəcəyini bilmirdi.

– Mən hər şeyi bilirəm, yaddan çıxarma ki, mən insan deyiləm. – deyə, Veronika nəvazişlə dedi.

– Bu haqda danışmaq istəmirəm.

– Bu sənə lazımdırsa, edə bilərik.

– Nədən danışırsan?

– Sevişməkdən! – Veronika gülümsədi.

– Doğrudan? – Lefteris heyrətlə soruşdu və gizlədə bilmədiyi sevin-cinə görə sonda utandı.

– Niyə də olmasın? Axı deyirəm, mən insan deyiləm.

– Həqiqi görünüşün necədir? Çox maraqlıdır mənə.

– İnandırım, heç məmnun olmarsan.

– Siz də qadın və kişi olaraq bölünürsünüz? Daha doğrusu erkək və

dişi..

– Xeyr, əzizim. Biz sizin kimi bədənlərə sahib deyilik. – deyə, Veronika astadan dedi.

Lefteris artıq bayaqkı ehtiras hissindən məhrum olunmuşdu.

– Bəs nədən ibarətsiniz?!

– Rəngli nreamlardan.

Elə də böyük olmayan otaqda, hər tərəf dağınıq idi. Otaqda bir divan, iki kreslo və bir çarpayı vardı. Jalüzün mavi tonu insana ruhən rahatlıq bəxş edirdi. İçəri günəş işığı düşmürdü. Bura Veronikanın evi idi. Hərçənd, nəzərə alsaq ki, Veronika insan deyil və onun evinin olmağı absurddur, onda bu yeri, bəlkə də, Veronikanın Lefterisin beynində quraşdırdığı bir yer kimi də başa düşmək olardı. Lefteris divanda oturub, Veronikaya ba-45

xırdı. Veronika üzü Lefterisə əks şəkildə, paltarlarını soyunurdu. Bu vaxt Lefteris diqqətlə ona baxır və nəbzi sürətlə vururdu. Veronika geriyə dönüb, Lefterisə baxdı və ona yaxınlaşıb, dizində oturdu. Veronikanın bədəni onu valeh etmişdi. Bu bədən, daim xəyallarında canlandırdığı həmin məchul qadının bədəni idi. Lefteris özünə nəzarəti çoxdan itirmişdi. Onun döş-lərini, boynunu, çiyinlərini, belini öpməyə başladı. Veronika bənövşəyi rəngli alt paltarını çıxardı və onu qucağına alıb, yatağa uzatdı. Bu yerdə

xeyli öpüşdükdən sonra nəhayət, sonsuz ehtirasla sevişməyə başladılar.

Lefteris penisini Veronikanın içərisinə salanda, onun bakirə olduğunu anladı. Təəccüblə onun gözlərinə baxıb, bunun barəsində ona sual vermək istədisə də, sonradan bundan yayındı. Qəfil yatağın üzərinə gözü sataşdı və dəhşətdən yerindən sıçradı. Yatağın üzəri, yaşıl rəngli maye ilə boyanmışdı. Veronika üzrxahlıq edərək, ondan gözünü yummağını istədi. O, gözlərini yenidən açanda, rəngin qırmızıya boyandığını gördü. Lakin bu amil, onu daha da məyus etmişdi. Çünki yataq bütünlüklə qırmızı rəngə

boyanmışdı və orada tək-tük bəyaz rəng gözə dəyirdi. Veronika bu dəfə də

səhvə yol verdiyini başa düşüb, ondan yenidən gözünü yummağını istədi.

Növbəti dəfə gözlərini açanda, qırmızı rəng balaca bir hissəni əhatə edirdi.

Bundan sonra isə Lefteris onun insan olmadığını xatırlayıb, məyus olmaq əvəzinə, daha çox sevişmək haqqında düşünməyə başladı. Bir neçə dəqiqədən sonra kresloda oturan Lefteris, dizi üstündə oturan Veronikanın çılpaq bədənini sığallayırdı.

– Bu inqilabdır, bilirsən də? – deyə, sualedici nəzərlərlə Veronikaya baxdı.

– Təbii ki, inqilabdır. – deyə, Veronika zavallı Lefterisin sözünə

qüvvət verdi.

– Bu günə qədər, heç hansısa yadplanetli, bir insanla cinsi əlaqədə

olub? – deyə, Lefteris soruşdu.

Veronika gülməkdən uğunub, güclə özünü sakitləşdirdi və dedi:

– Nə cəsarətlə mənə yadplanetli deyirsən?! Əzizim, mən yadplanetli deyiləm!

– Nəticədə, yenə də elə ya belə, mən deyəndir. İlk dəfədir ki, bir insan dünyadan xaric bir varlıqla bu cür bir əlaqədə olur.

– Bunun haqqında dəqiq nəsə bilmirəm, Oriondan soruşarıq. – deyə, Veronika qarşılıq verdi.

Veronika ayağa qalxıb, mətbəxə, qəhvə hazırlamağa getdi. Bu əsnada Lefteris hələ də, bəyaz örtüklü yatağa baxmaqda idi. İndi Orionu düşünürdü. Orionun dünyası sirlərlə dolu idi.

– Bəs məni nə vaxt özünlə aparacaqsan? – deyə, Lefteris otaqdan Veronikanı səslədi.

– Nə vaxt ki, yatacaqsan, yuxuda olacaqsan, bax onda! – Veronika mətbəxdən səsləndi.

– Yuxu? Mən hər gün yuxuda oluram axı!

– Demək, hələlik tövsiyyə olunan deyil ki, aparmırıq. – deyib, əlində

iki fincanla otağa daxil olan Veronika, keçib Lefterisin yanındakı kresloda oturdu.

– Bəs nə zaman, aparacaqsınız?

– Bilmirəm, əzizim, yuxu taledir.

– Yuxu taledir? – deyə, Lefteris təəccüblə soruşdu.

– Bəli, taledir.

Lefteris yenidən fikrə daldı. Çünki Andreanın sevdiyi musiqinin adı idi bu.

Veronika qırmızı saçlarını daramağa başlamışdı.

– Yuxu taledirsə, arzusunda olduğumuz həqiqi dünya da mövcud deyil.

– Elədir ki, var! – Veronika saçlarını yuxarıdan yığıb, Lefterisə gülümsədi.

– Kainat yuxularımızın evidir?

– Evdən də daha artıqdır. – Veronika nəvazişlə göz vurdu.

– Necə ki?

– Kainat özü yuxulardan ibarətdir, hər yuxu bir taledir. Bir zaman kəsiyinə aiddir. Sonsuz sayda olan zaman kəsiklərinə. – dedi, Veronika və

ayağa qalxıb, onu alnından öpdü.

Doğrudan, o niyə gəlmişdi? Niyə onun yanında idi? Lefteris bu sualları yalnız indi sorğulayırdı. Bəlkə, o da yuxu idi, elə özünün dediyi kimi?!

Lefteris qeyri-adi, bəlkə də, özünü bəxtəvər bir adam kimi hiss edirdi, ta ki, Veronika onunla yuxular barəsində bu cür danışmağa başlamışdı. Demək, həqiqi inqilab da əslində, mövcud deyildi. Orion sadəcə, onun beyni ilə

oyun oynayırdı. Veronika həqiqi deyildi…

– Sən aşiq olmaq hissi də nədir bilmirsən, yəqin. – Lefteris laqeyd şəkildə dedi, bütün dalğın düşüncələrindən yayındıqdan sonra.

– Bunu bilmək yox, bunun rolunu apara bilərəm və inan mənə, indi, hətta səni bundan xəbərdar etmiş olsam da elə davrana bilərəm ki, sənə

aşiq olduğumu düşünə bilərsən.

– Demək istəyirsən ki, aşiq olmaq asan başa gələn bir işdir? – Lefteris ağır-ağır soruşdu.

– Bunun üçün aşiq olmaq lazım deyil axı. Doğrusu, həqiqətdə aşiq olmaq deyə bir anlayış yoxdur. Aşiq kimi davranmaq var ki, insanlar da buna eşq deyirlər.

– Eşq ən azından müəyyən bir vaxtdan sonra hörmətə çevrilir.

– Bu da mən dediyimə sübutdur. Həqiqətdə var olan şey, öz halında qalmalıdır, heç nəyə çevrilmədən. İnsanlar bir-birilərinə hörmət, qayğı ehtiyacı duyur deyə, instiktiv olaraq bunu eşq adlandırırlar. Əslində isə bu ac qayğı və hörmət hissinin bərpası üçün lazımlı olan uydurma ehtiyac növüdür.

– Bəs sizin dünyanızdakı varlıqlar nəyin sayəsində varlıqlarını davam etdirirlər?

Veronika paltarlarını səliqə ilə dəstələyib, kənara qoydu. Divanın üstünə atılıb qalmış siqaret qutusundan siqaret çıxarıb, damağına qoydu.

– Bu mövzuda danışmaq üçün hələ tezdir. Bizim hələ çox uzun bir vaxtımız var.

– Dünyanın isə yoxdur.

– Dünya təhlükəsiz əllərdədir, əmin ol.

– Hellenas təhlükəsiz əllərdədir, dünya yox. – deyə, Lefteris narahat şəkildə dilləndi.

– Hələlik bu cürdür, hə, amma çox az qalıb dəyişikliyə!

Veronika dünyanın gələcəyi haqqında çox şey bilsə də bu şeylər sərhədli idi. Bir çox halda, ona ünvanlanan suallara, “Orion, bilir.” – deməyindən bu qənaətə gəlmək olardı. Lefteris əvvəllər şübhə etdiyi şeylərə

artıq möhkəm inanclarla inanırdı. Onun üçün gələcək anlayışı böyük məna kəsb edirdi.

İllər öncə haqqında danışılan, kitablar yazılan, fərziyyələr irəli sürülən süni intellekt dünyanı dəyişə bilməmişdi. Nə robotlardan ordular qurulmuşdu, nə uçan maşınlar var idi, nə də bəşər övladı Marsdan başqa hansısa planetin səthinə enə bilmişdi. Dünya böyük iqtisadi böhranla üz-üzə

idi. Zamanında iqtisadi müstəmləkəçilik siyasəti yürüdən kapitalist, hege-mon dövlətlərin bir qismi artıq Yer üzündə yox idi. Hellenasın “küskün 48

filosofları” zəfər əldə etmişdilər, lakin yeni bir iqtisadi sistem layihəsi haqqında hələlik heç bir dövlətdən rəsmi təklif irəli sürülmürdü. BMT binasına atılan, ruslara məxsus nüvə başlıqlı bombalar, iqtisadi sistemin də anarxi-yaya məhkum edilməyi demək idi. Artıq böyük büdcələrə sahib şirkətlər, tanınmış

brend markalar, sənaye müsəssisələri, beynəlxalq iqtisadi münasi-bətlər, azad iqitisadi zonalar mövcud deyildilər. Turizm iqtisadiyyatı da, məlum müharibədən sonra çökmüşdü. Avropa inikivizasiya dövründəki Avropaya, Amerika isə avropalıların ayağı dəymədiyi Amerikaya, Çin Lao Tzinin anti-oteritar Çininə, Rusiya, Kiev-Moskva həndəvərində dirçəlmə-yə çalışan knyazlıq dövründəki Rusiyaya çevrilmişdi.

Kapitalist ideyalarda pul əsas faktor idi. Bu ideyalar humanizm dəyərləri, sosial və hüquqi normaları, iqtisadi balanslaşdırma prinsiplərini gözləmədən bütün dünyanı öz əsirinə çevirmişdi. Kapitalizm faşizm və liberalizm arasında bir fərq görmədən, hansının otoritar olmağından asılı olaraq, istənilən sistemə asanlıqla uyğunlaşır və öz varlığını davam etdirirdi. Neft və Turizm iqtisadiyyatı onun ən böyük silahlarından idi. Zamanla iqtisadi partlayışın və dünyaya dominantlıq məsuliyyətinin icrasına güc tapmayan böyük kapitalist ölkəsi olan Amerika Birləşmiş Ştatları, özünün qazdığı quyuya düşmüşdü. Öz kapitalist dəyərlərinin altında gizlənən demokratiya ideyası çılğın mərhələsinə çatanda, ABŞ ordularını hərəkətə keçirməyə başlamışdı. Beləliklə, bir zamanlar hərbi əməkdaşlıq, təhlükəsizlik adı ilə öz hərbi bazalarını Avropanın əksər hissəsində inşa et-dirən ABŞ, bu hərbi bazalarla da ölkələrdə inqilab yaradacaq, Üçüncü Dün-ya Müharibəsinin başlanmağına səbəb olacaqdı. Hellenas Avropanın tək ümid yeri idi.

Veronika ilə son görüşdən iki gün keçirdi. Lefteris bu iki gün ərzində, gününü parklarda keçirmişdi. Veronikanın evində qalmaq, onun üçün təh-lükləli ola bilərdi deyə, o, özünə ayrı bir yer tapmaq məcburiyyətində idi.

Veronika səbəb kimi bildirmişdi ki, onun işləri var və o burada olmadığı müddətdə, Lefterisin bu evdə qalmağı, “zaman toqquşmaları” səbəbindən mümkünsüzdür. Daha ətraflı izah edəndə demişdi ki, əgər Lefteris bu xəyali evdə o burada olmadan qalsa, səhər oyananda başının üstünü kəsdi-rən, evin başqa zamandakı həqiqi sahibləri ilə qarşılaşa bilər.

Lorensdə vağzala yaxın bir parkda gecələyən Lefteris, gündüzlər iş

tapmaq ümidi ilə şəhəri veyil-veyil gəzirdi. Dünənki gecə, hava buludlu olduğundan, 51-lə görüşə bilməmişdi. Lakin bu gün hava elə də buludlu 49

deyildi və demək, axşama görüş baş tuta bilərdi. Lorensin dar küçələri ilə

addımladığı vaxt, birdən haradansa hıçqırıq səsləri eşitdi. Başını qaldırıb iki mərtəbəli binanya göz gəzdirəndə, damın yuxarısında, təxminən on yaşlarında, sarışın, əynində bəyaz libas olan bir qız gördü. Lefteris ona baxsa da, qız onu görmürdü. Soyuqqanlılığını itirməyən, Lefteris dedi:

– Siz nə üçün orada dayanmısınız?

Qız bu suala qarşılıq verməyib, eləcə qollarını qarşısına salıb, hıçqıra-hıçqıra ağlayırdı.

Lefteris istədi ki, binaya daxil olub, dama çıxsın, lakin bu vaxt qarşısını qapıçı kəsib, onu dayandırdı.

– Yuxulara müdaxilə etmək olmaz.

Lefteris təəccüblə bu adama baxıb, özündən asılı olmadan qışqırdı:

– Qız özünü damdan atacaq, nə çərənləyirsən?!

– Sizə dedim ki, yuxulara müdaxilə etmək olmaz! O, indi yuxudadır.

Lefteris qapıçının yanından aralanıb, yenidən damın üzərinə baxdı. Qız həminki yerində, həminki ahənglə ağlayırdı.

– İkinci mərtəbədən yıxılsa ölən deyil. Bundan da, başa düşmürsünüz situasiyanın paradoksallığını? – deyə, qapıçı dilləndi.

– Axı o, uşaqdır, bəlkə də, öləcəyini düşünür. O, aşağı öz uşaq gözləri ilə baxır, balaca gözləri ilə, niyə başa düşmürsünüz?!

Bu vaxt, damın üzərindən qəribə səs gəldi və Lefteris macal tapıb başını o istiqamətə döndərəndə, uşaq yerə dəyib, görünməz oldu.

– Yuxulara müdaxilə etmək olmaz, cənab. Yuxu taledir. Yolunuza davam edin. – deyə, qapıçı müdrikanə intonasiya ilə son sözlərini deyib, binanın içərisinə daxil oldu.

Lefteris çaşqın nəzərlərlə qızın düşdüyü yerdən keçib, oradan uzaqlaşdı. O, bu cümləni Veronikadan da eşitmişdi. Xülasə, axşam Orionla söhbət üçün mövzu var idi. Yuxu, nə üçün tale idi?

Lorensin zəif işıq saçan lampaları, yalnız əsas yolları işıqlandırırdı.

Parklar qaranlıqda qalmalı idi. Lefteris düşünürdü ki, burada bircə nəfər belə

olsun, tapılmaz ki, işığa qənaət etməsin. Müharibə xalqlara ifrat qə-naətçilik də

bəxş etmişdi. O, parkın bir hissəsində, küləyin daha az vur-duğu yerində

oturub, ayağını ayağının üstünə aşırdı. Bu yer həm də, elə bir yer idi ki, buradan səmanı aydınca görmək olurdu. Lakin Orionun gəlib, orta qübbədə

dayanmağı üçün bir neçə saat gözləməli idi. Bu vaxt ərzində, o bir neçə dəfə

mürgüləmişdi. Sonra ya haradansa gözünə düşən maşın 50

farasının işığı, ya da güclü külək vıyıltısı onu yuxudan diksindirmişdi. Bir vaxt ayıldı ki, nəhəg Orion başının üzərində, görünmək üçün sayrışır.

Orion öz oxu və kamanını adəti üzrə çiynindən çıxarıb, yenə də bardaş

qurdu.

– Ho Le Sen!

– Ho Le Sen – deyə, qarşılıq verdi.

Bu yerdə xatırladı ki, bəlkə də, indiki məqamda ondan, “Ho Le Sen”–

in nə demək olduğunu soruşmağın əsl vaxtıdır. Orion bu suala qarşılıq zərif ədayla dedi:

– Ho – dünən olacaq, Le – bu gün olmadı Sen – sabah olur, deməkdir!

– Dünən olacaq? Bu gün oldu? Sabah olur? – deyə, Lefteris Orionun sözlərini təkrar etdi.

– Bəli.

– İzah verə bilərsənmi?

– Burada, bizim dünyamızda vaxt anlayışı sizinkindən fərqlidir. Bizdə

sabah, bu gün, dünən deyə qavrayışlar yoxdur. Əvəzində sənə asan dildə

sadaladığım zaman formaları var. Məsələn, “sabah görüşdük, dünən görüşəcəyik və bu gün görüşmədik.”, kimi.

– Başa düşmürəm, hələ də.

– Bu təbiidir. Bunun üçün dünyadan çıxmağın lazımdır.

– Bəs indiki an sənin üçün hansı andır? Deyək ki, mənim üçün indi, sənlə söhbət etdiyim andır.

– Bu an mənim üçün mövcud deyil.

Lefterisin ağlı qarışmışdı. Fikirlərini cəmləməyə çalışsa da, bu onda uğurlu alınmırdı. Ani bir fikir keçdi ağlından və söhbətin mahiyyətinə

vardığını yəqinləşdirib, dedi:

– Yuxular da, məhz buna görə tale adlandırılır?

– Bəli. Yuxular indi ilə əlaqəsi olmayan, keçmiş və gələcək arasındakı çaxnaşmalardan təzahür edən talelərdir. Zaman yuxuda gizlənə bilir. İndi isə yoxdur və ola da bilməz. – dedi, Orion.

– Onda düşünməliyəm ki, mən azad iradəyə sahib deyiləm? Tale məsələsi bundan xəbər verir axı. – Ümidsiz bir şəkildə Lefteris cavab verdi.

– Sənin azad iradən, keçmişinlə gələcəyinin arasındakı çaxnaşmalar əsasında formalaşır.

– Belə çıxır ki, deterministlər haqlıdırlar?

– Xeyr, əslində, bənzərlik görünsə də, əslində bu cür deyil. Məsələn, determinist bir adam indini inkar etmək iqtidarında deyil. Ona görə hər şey üç zaman aralığında, öz bütünlüyünə qovuşur. Biz isə indini hesaba qatmırıq.

– Belə başa düşürəm ki, biz indidəyiksə və əslində, indi danışmırıqsa, deməli, bu yuxudur? Yəni keçmiş və gələcəyimin çaxnaşmalarından doğan tale?

– Bəli.

– Bu ki, inanılmazdır. Amma bir təzad çıxır üzə! Bəs indi səninlə sa-ğollaşdıqdan sonra yuxulasam və yuxu görsəm, bu nə sayılacaq? Yuxu içərisində yuxu?

– Xeyr. Nəzərə alsaq ki, sən yatdığın zaman indini dərk etmirsən, demək bu yuxu deyil. Səhər oyanarkən xatırladığın yuxu isə sabah gördüyün yuxudur. Sabah gördüyün yuxu isə dünən görəcəyin yuxu olacaq.

– Axı burada çox qaranlıq məqam var. Necə yəni sabah görəcəyim yu-xu, dünən gördüyüm yuxu olacaq?

– Özünü mərkəzdən götür, onu fəzaya burax və sadəcə, ağlını saxla.

Keçmiş və gələcəyin arasındakı çaxnaşmanı xatırla. Sabah deyək ki, bir yu-xu görəcəksən. Bu yuxuda gördüklərin, həmin yuxuda şüurunu məşğul etdiyindən, həmin yuxu indiliyindən çıxacaq və dünənin yuxusu olacaq.

– Bəs niyə gələcəyin yox, məhz dünənin?

– Çünki dünəni qavraya bilmisən, sabahı isə qavraya bilmərsən. Deyək ki, indi yatırsan və göldə üzən bir ördək balası görürsən. O yuxudakı sən, o yuxudakı sənsən. Gördüyün ördək balası, həqiqi adlandırdığın həyatda, sabahın yuxusundakı ördək balasıdır. Dünən gördüyün yuxuda, həmin o ördək balası, sabah görəcəyin yuxudakı ördək balası idi.

– Nəticə etibarı ilə belə çıxır ki, həqiqi həyat yoxdur? Hər şey yuxudan ibarətdir? Bir halda ki, indi danışmırıqsa və bu yuxudur, indi mənə deyin görüm, bu, sabahın, yoxsa dünənin yuxusudur?

– Həqiqiliyindən ən çox əmin olduğun bu yuxu, sonsuz zamanda, son-suz sayda yuxudakı, sonsuz saydakı sənin yuxusudur. Yəni sənə daha çox reallıq kimi gələn bu yuxudan, yatarkən gördüyün yuxunu yuxu adlan-dırırsansa, demək, həqiqiliyinə inandığın yuxu, milyardlara bölünən sən, zaman və yuxunun yuxusudur.

– Heç nə başa düşmədim. – deyə, gileyli tərzdə cavab verən Lefteris, onu başa düşmədiyinə görə özünü aciz hiss edirdi. Həm də azca da olsa içərisində Orionun məntiqsiz danışdığını düşünürdü.

– Darıxma, başa düşəcəksən Bellatriksə gələndə. – deyə, Orion-51 oxunu və kamanını yerdən qaldırıb, ayağa qalxdı.

– Ho Le Sen! – deyə, səsləndikdən sonra yavaş-yavaş sönüb, yerini ulduzlara verdi.

Lefteris bihuş olmuş şəkildə ətrafına baxır, içərisindən gülmək keçirdi.

Öz-özünə düşünürdü ki, bu ideyaların teist ideyalardan heç bir fərqi yoxdur, varsa da cuzi fərqi var. Onun diqqətini çəkən başqa bir məqam isə

Bellatrikslə bağlı idi. İrakliondakı kafeni və orada yazılan “Bellatriksdə görüşərik.” yazısını xatırladı. Bu yerdə duruxub qaldı ki, axı necə oldu ki, o Veronika ilə Bellatriksdə deyil, Lorensdə qarşılaşanda, ondan bunun səbəbini soruşmayıb.

Xilas

Soyuqdan büzüşmüş və paltosuna bürünmüş bir şəkildə yatan Lefteris, yaxınlığında eşidilən it mırıltısına bənzər bir səsə oyandı. Bir vaxt hiss etdi ki, onun qoluna nəsə ağır bir şey də söykənib.

– Bilmirsiniz ki, parkda gecələmək qadağandır?! – deyə, yoğun kişi səsi eşidildi.

Lefteris ayağa qalxıb, qarşısındakı adamlara baxanda başa düşdü ki, onların sayı bir deyil, üçdür. Bu adamlar polislər idi.

– Çıxın gedin buradan, yatmağa başqa yer tapın! – deyə, başqa bir səs eşidildi.

Park par-par işığa qərq olmuşdu və ətrafda, haradansa uzaqdan disko musiqisinin səsi eşidilirdi. Lefteris şübhəli şəkildə ətrafına baxdıqdan sonra gördü ki, ətraf həm də qarla örtülüdür. Bu necə olmuşdu? Axı o, bayaq burada yatmağa hazırlaşarkən, hava soyuq olsa da, qar yağmırdı. Lefteris polislərin uniformalarına baxanda, vəziyyəti tam, dəqiqliklə başa düşdü.

Onların qolundakı şevron Yunanıstan polislərinə məxsus idi. Özünü soyuqqanlı aparmağa çalışırdı. Bu vaxt polislərdən biri qəflətən yüksəkdən qışqırdı:

– Dayanın bir dəqiqə, bu həmin, o əclaf deyil?!

Lefteris nə baş verdiyini anlamaq qabiliyyətində deyildi. Onu nəzarətdə saxlayıb, üst-başını yoxladılar.

Daha sonra biləklərinə qandal vurub, sağa-sola dartışdıra-dartışdıra gətirib, polis maşınına mindirdilər.

Lefteris əmin idi ki, bu yuxudur, lakin o buna təəccüb edirdi ki, bu yuxu adi həyatdakı kimi çox həqiqidir və elə buna görə də, içərisində qəribə narahatlıq hissi də dayanmadan artırdı.

Polislər onu bir qətl hadisəsində ittiham edirdilər. Onu iki polis məmurunun olduğu kiçik bir otağa gətirib, əllərini və ayaqlarını oturacağa kilidlədilər.

– Barı çamadanımı götürərdim, içərisində vacib əşyalarım var. – deyə, Lefteris acıqlı intonasiya ilə gileyləndi.

– Səsini kəs, it oğlu! Hələ bir dilin də var danışmağa?! – dedi, nisbətən iri olan polis.

– Məni niyə tutmusunuz?

– Ya özünü adam balası kimi aparıb, qətlin təfərüatlarını danışacaq-san, ya da səni başqa cür başa salacağıq.

Lefteris nə deyəcəyini bilmirdi. Bundan əlavə, axı o nə danışa bilərdi?

– Siz, arvadınız Andrea Rodrigesin ölümündə təqsirləndirilirsiniz.

Onu işgəncələr verərək öldürüb, Saint Johannes çayına atmısınız. Lənətə

gəlsin, bunu ona görə deyirik ki, bizimlə oyun oynamaqdan əl çəkəsiniz.

Bu dəqiqə sizin ucbatınızdan günahsız bir adamı həbsxanada saxlayırıq.

Cinayətinizi etiraf edin! – deyə, digər polis qışqırdı.

Lefteris bu dəqiqə sadəcə, gülmək istəyirdi, lakin bunun ona baha başa gələcəyini bildiyindən təmkinli davranıb, söhbəti uzatmaq istəyirdi.

– Hansı günahsız adamdan danışırsınız?

– Ay alçaq, bunun sənə nə dəxli var?! Sənə deyilir ki, qatilsən, etiraf et, o zavallının da canı qurtarsın, bizim də! Altı aydır ki, səni axtarırıq. Harada gizlənmişdin?! Danış hamısını, yoxsa bayaq dediyim cürə danışdıracağıq.

Lefteris ümidsiz şəkildə tavana baxıb, özündən hekayə uydurmağa çalışırdı. Başqa nə edə bilərdi ki?!

– Mən Orion Kafedə gizlənmişdim – deyə, sözə başlayan Lefteris, danışdığı hər sözdən sonra şüşənin arxasındakı qadının onun dediklərini necə sürətlə kompyuterə yazdığına baxırdı. Qadının üzü görünməsə də, saçlarının rəngi qırmızı idi. Bu isə növbəti təəccüb üçün başqa bir işarə idi.

– Onu bıçaqla öldürmüşəm, bəli, mən qatiləm!

Bu vaxt polislər, məsələnin bu qədər tez həll olunmağından, sanki qəribə məyusluq hissi keçiriblərmiş kimi bir-birinə baxdılar. Qəflətən otağın içərisindəki səsucaldıcıdan çöldəki qadının səsi eşidildi.

– Cənablar, Orion Kafe adlı bir yer çıxmadı axtarışda. Böyük ehtimal ki, o, yalan deyir!

– Veronika, daha bunun heç bir fərqi yoxdur, adam cinayəti etiraf etdi.

– deyə, polislərdən iri olanı cavab verdi.

Lefteris böyük maraqla qadının üzünü onlara sarı çevirməyini arzulayırdı indi.

Həmin an baş verəndə, o təəccüblənmək əvəzinə gülümsəyib, ona əlini yellətdi. Bu hərəkəti polislərə qəribə göründü və yenidən öz aralarında pıçıldaşmağına səbəb oldu.

– Veronika, şöbə ilə əlaqə saxla, de ki, əsl qatil tapılıb. Məhkəmə işi icra olunsun.

Üç gün sonra Lefterisin məhkəməsində, həmçinin Vasilis Papado-poulos da iştirak edirdi. Qadın hakim çəkici üç dəfə döyəcləyib, məhkəməni açıq elan etdi. Vasilisin işinə yenidən baxılmağı tələb olundu. Onun vəkili ortayaşlı, keçəl bir kişi idi. Ayağa qalxıb, istintaq prosesi barəsində

danışmağa başladı:

– Vasilis Papadoupolosun müdafiəçisi kimi deməliyəm ki, hüquqları və mənafeyini müdafiə etdiyim şəxs qanun qarşısında tamamilə günahsızdır. Onun haqqında qaldırılan iddialarda, ağıl səviyyəsinin aşağı olmağı barəsindəki ittihamlar tamamilə boş və əsassızdır. Müvəkkilim, Vasilis Papadoupolos, əksinə, ziyalı və oxumuş adamdır. Bu adam heyvansevər və filosofdur. Mən sadəcə, məyus oluram ki, niyə bu cür bir adam belə bir cinayətdə ittiham edilir. Bu adamın bu məhkəməyə çıxmağının iki səbəbi vardır. Birincisi onun ağlına qarşı yönələn şübhələr, ikincisi isə onun Saint Johannes çayının ətrafında yaşamağı. Bu günə qədər bu ikisindən başqa heç bir sübutla, heç bir əsaslı əks-iddia irəli sürülməyib…

Vəkilin nitqi bu cür sözlərlə davam edib, bitdikdən sonra Lefteris araya çökən sükutu pozdu:

– Onu elə Vasilis Papodopolos öldürüb, xanımlar və cənablar.

– Arvadım onu tez-tez ziyarət edərdi. Sonsuz dərrakəsi və heyvanlara qarşı mərhəmətinə aşiq idi. Lakin bir gün bu gördüyünüz murdar qoca adam, ona qarşı göstərilən hörmətdən sui-istifadə etdi. Onun boğazını kəsib, zorladıqdan sonra, öz cinsi fantaziyalarını bir bıçaqla onun üzərinə tətbiq etdi. Daha sonra da arvadımın ölü bədənini, çiyinlərində, qəsdən elə

özü polis bölməsinə gətirdi ki, guya ki, o, bu cür etməklə cinayətini ört-basdır edə biləcək.

Vasilis Papadouplosun vəkili yerində vurnuxub, qəflətən bağırdı:

– Bu ki dəlilikdir! Möhtərəm hakim, yəqin ki, bu axmağın dediklərinə

inanmırsınız. Çünki bizə qarşı bu ittihamlar birinci dəfə deyil ki, yönəlir.

Hakim asta-asta dedi:

– Bayaq nitqinizdə qeyd etmişdiniz ki, sizə müvəkkilinizin ağıl azlığı və yaşadığı ünvan xaricində başqa əsaslı ittiham və ya ittihamlar yönlən-dirilmir. Bir dediyiniz digəriylə tutuşmur, cənab Nikolas.

Bundan sonra bir xeyli vaxt hakimlər arasında müzakirələr aparıldı.

Daha sonra məhkəmə sabaha qədər təxirə salınsa da, bu, yekun qərarı dəyişmədi. Lefretis həbs olundu.

Məhkəmədə söylədiyi fikirlər, aydın məsələdir ki, onun öz dilindən deyilməmişdi. Çünki bu adam, heç harada, necə və niyə olduğunu dərk etmirdi. O, heç orada dediklərini də xatırlamırdı. Həmin sözlər özünün deyil, bu dəfə də kiminsə dilindən deyilmişdi.

Lefteris həbsxanada, yaşadığı bütün maraqlı hadisələrə bir məna axtarırdı. Düşünürdü ki, bu bir yuxudur və buna görə də, məyus olmağa dəyməz. Çünki Orionun həqiqətində indinin bir mənası yox idi. İndi yuxudan ibarət idi, yalnız keçmiş və gələcək çaxnaşmaları vardı. Ona yalnız gözləmək qalırdı ki, növbəti yuxusunda Lorensə qayıtsın. Ən böyük təsəllisi də, polis idarəsində gördüyü Veronika idi. Bu, bütün suallarına cavab idi. Lefterisin düşünə bildiyi qədəri ilə onun həbsxanaya düşməyinə səbəb, çarəsiz vəziyyətdə qalıb, əslində, törətmədiyi cinayət əməlini etiraf etməyi idi. Lakin qorxduğu və arzulamadığı şey, Andreadan ibarət yuxuların yenidən peyda olmağı idi. Vasilis Papadouplosun qatil olmadığını düşünürdü. Amma əslində, bu cür idimi? Bir də onun ağlını qarışdıran başqa bir şey də vardı ki, görən onun Andreadan uşaqları var idimi? Həbsxana divarları onun sağlam bədəni üçün çox amansız idi. O, burada xəstəlik tapsa, bunun daimi olub-olmayacağının qayğısını çəkirdi. Bir tərəfdən də məmnun idi ki, ən azından qalmağa yeri və gündə iki dəfə də olsa yeməyi var.

Ona verilən qidalar su, çörək və sıyıqdan ibarət idi. Lefteris başa düşürdü ki, dünənin yuxusunu yaşayır. Axı Orion demişdi ki, keçmişin yuxusu, sabahın yuxusudur. Demək, onun üçün hələ də sabah deyə bir ümid var.

Sabahlar Yunanıstanda yox, Hellenasda açılmalı idi.

Burada qaldığı müddət ərzində, ilk dəfə idi ki, Lefterisə ziyarətçisi olduğu barəsində xəbər verilmişdi. Lefteris ciddi həyacan hissi ilə gələn adamın kim olduğunu təxmin etməyə çalışırdı.

Gələn adam bacısı Sofia idi. O, bura yanında başqa bir cavan oğlanla gəlmişdi. Elə Sofianın özü də cavan idi. Bu yerdə Lefteris düşündü ki, görə-sən onun özü niyə əvvəlki cavan bədəninə sahib deyil? Bu şey barəsində düşünəndə, belə bir qənaətə gəldi ki, xarici görünüşün məsələyə

heç bir adiyyatı yoxdur. İnsanlar, məkanlar eyni olsa da, zaman həmin zaman ol-maq məcburiyyətində deyil.

Onun üçün bundan daha məntiqli açıqlama ola bilməzdi. Sofia qardaşını görəcək, onun dəmir barmaqlar üzərində sıxılmış əllərindən yapışdı.

Onları bir-bir öpüb, oxşadı. Yanında gələn adam haqqında qısa olaraq dedi ki, ondan üzr istəyir. Çünki altı ay ortalıqdan itən qardaşı, bir ay əvvəl nişanlandığı bu cavan oğlanı ilk dəfədir ki, görürdü. Lefteris, bu yerdə ən azından Demitrini görmədiyinə görə sevinirdi. Çünki bilirdi ki, həqiqi yuxusunda bacısı o adamla xoşbəxt deyil.

– Qardaş, biz bilirik ki, sən günahsızsan. Andreanı nə qədər çox sev-diyini də bilirdik. Ümid edirəm, haqq öz yerini nə vaxtsa tapar. Onun yanındakı cavan oğlan:

– Mənim atam Afinanın ən məşhur vəkillərindən biridir. Çox təəssüf edirəm ki, vaxtında hərəkətə keçib, onu sizin vəkiliniz edə bilmədim.

Lefteris gülərüzlə bacısı və onun nişanlısına baxır, onları öpüb, bağ-rına basmaq istəyirdi.

– Hər həbsxananın, hər zindanın bircə dənə olsa belə gizlin qapısı var.

Bu gizlin qapının adı ümiddir. Siz də ümid edin, cənab. – deyə, cavan oğlan Lefterisə təsəlli verirdi.

Söhbətin bu yerində, Lefteris keçmişdəki ənənəsinə sadiq qalaraq, bacısından borc pul istədi. Lakin bacısı indi üstündə pul olmadığını deyəndə, onun nişanlısı əlini cibinə atmalı oldu. Lefteris içində gülərək, Demitrini xatırlayırdı.

Pul burada onun nəyinə lazım idi ki? Özü də ki, yunan drahmı!

Lefteris bu yerdə artıq xeyli vaxt idi ki, məhkumluk çəkirdi. Saçı-saqqalına qarışmış vəziyyətdə idi və hətta xeyli arıqlamışdı da. Məyus olduğu başqa bir amil isə bundan ibarət idi ki, burada gecələr səmaya baxmaq mümkün deyildi. Bir balaca arakəsmə vardı, ona da ki, boyu çatmırdı.

Gündə-günə, getdikcə daha çox tükənirdi. Şiddətli öskürəkləri isə səngi-mək bilmirdi.

Bir gün həbsxana gözətçisi yenidən gəlib, ona xəbər verəndə ki, ziyarətçisi var, o az-qala sevincdən atlanıb-düşəcəkdi. Bircə gələn adamın yenidən bacısı olmağını istəmirdi.

Veronikanın şux bədənini görəndə gözləri işıldadı. Sevinirdi ki, artıq buradakı misiya tamamlanıb və bircə yuxu ilə də, yenidən əvvəlki dünyasına qayıdacaq.

Lakin Veronika elə ciddi və elə işgüzar bir görkəm almışdı ki, o bu cür xəyallar qurmaq üçün tələsməməli olduğunu başa düşdü.

– Əvvəla onu qeyd edim ki, hər yayındığın, yaxud da cavab vermə-diyin suala görə üç dəfə qamçılanacaqsan.

Lefteris bu yerdə təəccüblə Veronikaya baxır, özünü onun gözlərinin içərisində tapacağına inanırdı.

– Andrea Rodrigesi öldürməyinə səbəb nə idi?

Lefteris kədərli baxışlarla onu süzüb, necə cavab verəcəyini fikirlə-şirdi.

– Onu qısqanırdım.

– Kimə?

– O filosofa.

Lefteris artıq başa düşmüşdü ki, qaçış yoxdur və oyuna tabe olmalıdır.

Bir də ki, axı o, məhkəmədə Orionun ona dedirtdiklərindən xəbərsiz idi.

– Onu nə ilə öldürdün?

– Qarmaqla.

– Niyə başqa alət yox, məhz qarmaq?

– Ona görə ki, üstümdə ancaq o var idi.

– Niyə Saint Johannesin sahilində?

– Çünki onu, filosofla birgə eyş-işrət içində, məhz orada yaxalamışdım.

Lefteris bu yerdə qəribə hislərə qapılmışdı. Az qala Orionu Tanrı zənn edib, ona söyəcəkdi.

– Orion Kafe haradadır?

– Xatırlamıram.

– Sizdən soruşuram ki, Orion Kafe harada yerləşir?!

– Gecə səmasında – deyib, çarəsiz baxışlarla qandallı biləklərinə baxdı.

– Yaxşı, belə deyim, zarafatı bir qırağa qoymasan bu suala cavab ver-mədiyinə görə yüz qamçı ilə cəzalandırılacaqsan.

Lefteris Voranikanın üzünə diqqətlə baxıb, qışqırdı:

– Bu qədər bəsdir daha! Gördünüz ki, bura qədər tab gətirdim. Qurtar bu cəfəngiyyatı, Veronika, xahiş edirəm, apar məni buradan.

Bu vaxt qadın qaşlarını dikəldib, təəccüblə ona baxdı və dedi:

– Adımı kimdən öyrənmisiniz?

Lefteris bu yerdəcə təslim oldu. Çirkli, bozumtul köynəyini çıxarıb, üzü divara sarı, soyuq döşəmədə oturdu.

– Mendes, yüz əlli qamçı! – deyə, son cümləsini deyən Veronikanın çıxışa doğru irəliləyərkən hündürdaban ayaqqabılarının səsi eşidildi.

Taqetsiz biçimdə, üzüqoylu yerə uzanan Lefteris, kürəyinin ağrısından tərpənə bilmirdi. Hazırkı vəziyyətdə içərisində, Yunanıstana qarşı ol-mazın nifrət hiss edirdi. O, yaşadıqlarının yuxu olmağı ilə bağlı şübhələrə

də qapılmışdı. Buna səbəb ağrı hissi idi. İnsan yuxuda da, heç ağrı hiss edə

bilərdimi? Bu necə bir məşəqqətli yuxu idi ki, bütün qabırğalarını sızılda-dırdı? Orionun indinin mövcud olmamağı ilə bağlı dediyi fikir, son anda, yenidən dadına yetişmişdi. Əgər indi deyilən bir şey yox idisə, demək indiki ağrı da yox idi, yəni yuxu idi. Bəs nə üçün bu günə qədər ilk dəfə idi ki, bu cür mübhəm bir yuxunun içərisində özünü bu qədər ağrılı hiss edirdi? Bəlkə, Orionun dünyasındakı varlıqlar üçün keçərli idi bu cür yuxular və Lefteris də, insani yuxular yox, onların yuxularını görməli olurdu? Bu fikirlərin təsirində, birdən riqqətə gələrək, gözlərini bərəltdi və öz-özünə

dedi: “Bu sınaqdır! Onların dünyasında yaşaya bilmək, ya da, bəlkə də, ölümsüzləşmək üçün lazım olan sınaqdır bu!” Bu fikirlə təsəlli tapsa da, bir müddət sonra monoteist dinlərin Tanrıları və peyğəmbərlərini xatırladı.

Elə bundan sonra da, üzünü nəm torpağa sıxıb, zülüm-zülüm ağladı.

Qaranlıq bir yerdə əl-qolunu yellədərək, yuxudan dik atılan Lefteris, ayağa qalxa bilmirdi. Bu onun kürəyindəki yaralara görə deyildi. Çünki onun kürəyində heç bir yara yox idi. Məsələ burasında idi ki, O, yaraya öyrəşdiyi üçün hələ də yaralı olduğunu düşünürdü deyə, ayağa qalxmağa özündə cəsarət tapmırdı. Hətta mimikaları da, elə qəribə vəziyyətdə idi ki, bu üz, sanki qəfil vurulacaq, yeni bir qamçı zərbəsinə hazırlıqlı idi. Nəhayət, səndirliyə-səndirliyə ayağa qalxıb, əllərini yöndəmsiz şəkildə, ətrafında sağa-sola hərəkət etdirdi. Birdən ayaqqabıya bənzər bir şey tutduğunu hiss edib, onu dartışdırdı. Bu vaxt kim isə gözünə fənərlə tutub, qışqırdı: 60

– Nə olub, Lefteris?!

Adam ayağa qalxanda, Lefteris yerə sərildi. Ona elə gəlirdi ki, bu dəqiqə yenidən qamçılanacaq. Lakin otağın işığı yananda, o, yavaş-yavaş

özünə gəldi. Əli ilə çiyinlərindəki paqonları bir-bir yoxlayıb, ayağa qalxdı.

Kostasın qarşısına gedib, onu möhkəmcə qucaqladı. Dostu hələ də yuxulu nəzərlərlə ona baxır, onun hələ də bayaqki kimi isterik vəziyyətində olduğunu düşünürdü.

– Kostas, indi mənə bu gün baş verən sonuncu hadisələri danışmalısan. Tez ol, bir az! – deyə, təşfişlə dostununun qolunu döyəcləyən Lefteris, son anda onu dartışdırıb masada əyləşdirdi. Həyacanı yerə-göyə sığmırdı. Əsən əlləri ilə masanın üzərindəki uzo şüşəsini götürüb, qədəhi ağzına qədər doldurduqdan sonra bir nəfəsə başına çəkdi.

– Lefteris, sabah gedirsən buradan. Son hadisələr kifayət oldu bunun üçün. Bir bax silahını da əlindən alıblar. – deyə, dostunun belinə işarə etdi.

Silah doğrudan da yerində deyildi.

– Mən bir onu xatırlayıram ki, yolda İstehkamdan paytaxta doğru gedən bir maşındayam. Amma bu, bu dəlilikdir, doğrudan da! Necə də

möhtəşəmsən, Orion! – deyə, qışqırdı.

Kostas ona məsləhət görüb dedi ki, ara güclə sakitləşib, səs-küy salıb, yenə hamını bura yığmasın.

– Dostum, mən bu gün gedirəm! Bellatriksə gedirəm! – deyə, təkid edən Lefteris, Kostasın inamsız baxışlarını görüb, ona danışmağa hazırlaşdığı şeylər haqqında heç, adicə söz açmağa da dəymədiyini başa düşdü.

Məyus bir şəkildə, eləcə onun üzündən öpüb, pəncərəyə tərəf yollandı.

– Veronika! – deyə, səsləndi və heyrətlə “Coma Berenices”-ə baxdı.

Bu vaxt birdən hiss etdi ki, Orionun sarımtıl işartıları peyda olmaq üzrədi. Dərhal Kostasa tərəf çevrilib, onu otağı bir neçə dəqiqəlik tərk etməyi üçün yola gətirmək istəyəndə, gördü ki, Kostas çoxdan ağzı açıq halda, yuxuya gedib.

Qəflətən səma bəyaz rəngə boyandı. Orion görünmək əvəzinə, yerə

sürətlə yaxınlaşan, ulduzu xatırladan hansısa bir parlaq işıq, aydın səmada göründü. İstehkam həyətinə enən bu şey, inanılmaz dərəcədə möhtəşəm olan kosmik bir gəmi idi.

Lefterisin otağı, üçüncü mərtəbəyə tərəf qaldırılan pilləkən, elə işıqlı idi ki, o, ayaqlarını görə bilmir, atdığı addımları güclə sezirdi. Gəmidən çölə çıxan, qırmızı saçlı qadın tərəfə sürətlə qaçan Lefteris, onu bərk-bərk 61

qucaqladı. Hətta bu vaxt onun gözləri də yaşarmışdı. Lakin birdən, anlayanda ki, bu qadın Veronika yox, ayrı bir qadındı, hərəkətindən utanıb, sakitcə başını aşağı salladı və fikirli-fikirli gəmiyə qalxdı. O, dəli olduğuna dair zərrə də olsun özünə şübhə etmirdi.

II hissə. ORİO-nun qəlbi – adsız Bellatriks

“Bellatriks, Orion ulduz qrupunun üçüncü ən böyük ulduzudur və

Yer Kürəsindən 245 milyon işıq ili məsafədə yerləşir. Dünya səmasında parlaqlığına görə iyirmi yeddinci ulduzdur. Orionun sol çiynində yerləş-diyinə görə, “qadın döyüşçü” və ya “Amazon ulduzu” kimi də adlandırıl-mışdır. Yaşının iyirmi milyon il olduğu düşünülsə də, əslində bu rəqəm otuz üç milyon ildir. Onun səthinin rəngi mavi-ağ rəngdədir və bunun səbəbi səthinin iyirmi iki min K istiliyə malik olmağıdır.”

Gəmidə eşidilən bu səs, Lefterisə Veronikanın səsini xatırladırdı.

“Ulduzumuz haqqında bütün bu təfərüatlar, dostumuz Lefteris üçün nəzərdə tutulmuşdur, əslində, bizim ulduzun adı yoxdur və onun istilik dərəcəsi, orada həyat ola bilməməyinə dəlalət vermir.”

Lefteris, bilmirdi, elana qulaq assın, yoxsa ətrafında gördüyü möhtəşəm mənzərəyə baxsın. Gəminin içərisi geniş və olduqca işıqlı idi. Hər yer elə qüsursuz görünürdü ki, onun gözlərinə, o, bu günə qədər gördüyü hər şey barəsindəki təsəvvürlərini artıq indidən itirdiyini hiss edirdi. Geniş

pəncərələrdən bütün kosmosa, kainatın əsrarəngiz mənzərələrinə şahidlik edirdi. O, kəmərləri möhkəm sıxılmış oturacağda oturmuş, ətrafında gördüyü insan qiyafəli belletrikslilər isə kəmərsiz-filansız yaxın həndəvərdə

gəzişirdilər. Həyatında heç vaxt kosmos haqqında zərrə təsəvvürü olmayan bu adam, indi düşünürdü ki, bəlkə, Orionun sonsuz dünyalarından hansısa birində, o kosmonavt olub, dəfələrlə fəzanın boşluğunda süzüb.

Uşaqkən heyranlıqla baxdığı, nə olduğunu anlamadığı əlçatmaz ulduzlar, indi onun bütün ətrafını, varlığını çevrələmişdi.

“Yolumuzun üstü olmasa da, sizi Andromeda səyahətinə aparmaq istəyirik, Lefteris, əgər etirazınız yoxdursa.” – deyə, gur qadın səsi yenidən eşidildi.

Lefteris astaca, “gedək” – dedi və gəmi bir anda sürətini inanılmaz həddə çatdıraraq hərəkət etməyə başladı. Gəminin çölündəki mənzərə, bu vaxt daha da möhtəşəm şəkil aldı. Lefteris özünü ulduz yağışının içərisində hiss edirdi. Həyacandan az qala qəlbi yerindən qopacaqdı. Gəminin sü-65

rəti asta-asta yavaşımağa başlayanda, ətrafda elə bir mənzərə göründü ki, bunu sözlə ifadə etmək mümkün deyil. Lefteris özünü rəngarəng bir dünyanın içərisində tapmışdı. Qırmız, sarı, çəhrayı, yaşıl, mavi və daha minlərlə tonda olan neçə adsız rəng! Heyrətdən ağzını bağlamağı unudan Lefteris, təkcə yanağına süzülən göz yaşlarının istisini hiss edirdi. Bu vaxt Gəmi olduqca yavaş sürətlə hərəkət edirdi. O, tamam ayrı bir qalaktikanın, nebu-lalarla zəngin hissəsində idi. Lefteris qəribə miskinlik hissi ilə qəlbini dəlib deşən bir hissin mübarizəsində idi. O, indi Yer üzündə yaşayan heç bir insanı inanclı olduğuna görə qınamaq gücünü daxilində hiss etmirdi. Bu qədər möhtəşəm ulduzların altında, insanın özünə Tanrılar uydurmaq ehti-yacını da qınamaq olmazdı. Ümumiyyətlə, indiki zamanda heç bir şey üçün mənfi düşünmək qabiliyyətində deyildi Lefteris. Bərələ qalan gözlərini, ani, hansısa füsunkar gözəlliyi qaçırar deyə, qırpmır, eləcə məst olmuş

kimi sağına-soluna baxırdı.

– Bütün bunların sonu varmı? – deyə, həyəcanla soruşdu.

– “Bu hələ sizə məlum olan qalaktikalardan biridir, Lefteris. Biz sizin son dediyiniz yerlərə qədər gedib çıxmışıq. Bəlkə, bir gün sizinlə də, ge-dərik, lakin bunun üçün bizə sizin vaxtla desək, beş yüz iyirmi üç il lazımdır.” – deyə, qarşılıq gəldi.

– Burada Tanrı varmı, bəs?

– “Fəzada Tanrı yox, yalnız yönləndirici elementlər, enerji ola bilər, Lefteris. Buna Tanrı deyib-deməmək öz işindir!” – deyə, qadının səsi yenidən eşidildi.

– Bəs bu günə qədər bəşər övladı bura qədər gəlib çıxmışdımı heç?

– “Onlar onsuz da, öz iradələrindən asılı olmayaraq, hər zaman burada idilər, buradadırlar və olacaqlar.”

– Burada ölüm və doğulma varmı?

– “Bəzi ulduzlarda, bəzi qalaktikalarda hə, amma bizim ulduzda belə

bir şey yoxdur.”

– Başqa ulduzlar, başqa qalaktikalarda da həyat var?

– “Kainatı var edən şey, həyatdır, Lefteris. Bunsuz heç bir mahiyyəti yoxdur, kainatın.”

– İnsan isə həmişə elə düşünüb ki, kainatda yalnızdır. Yalnızlıq qorxusu da Tanrılar doğurub şüurunda.”

– “Sizinlə həmfikirik, Lefteris.” – deyə, qadının səsi, nəzakət çalarları ilə səsləndi.

“Artıq evə getmək vaxtıdır!”

Gəmi yenidən sürətlə hərəkətə keçdi. Bir neçə dəqiqədən sonra, qadının səsi yenidən eşidildi:

– “Budur, bu da sizin, doğma, Orionunuz!”

Andromedadakı kimi olmasa da, burada da füsunkar rəng çalarları insanı valeh edirdi. Gəlib, iri, mavi bir ulduzun yanından ötəndə, qadının səsi yenidən eşidildi.

– “Gördüyünüz ulduz, Saiph adlandırdığınız ulduzdur, Orionun sağ

ayağındakı ulduz deyirsiniz buna, lakin bizdə bu ulduz da adsızdır.”

Saiphin mavi işığı insanı valeh edirdi. Onun yanından ötəndə, geridə, lap uzaqda başqa bir iri, mavi ulduz göründü.

– “Həmin ulduz, Orionun ən böyük ulduzu, Rigeldir. Ona, Orionun sağ ayağı da deyirsiniz və Yer səthindən baxdıqda, səmadakı altıncı ən parlaq ulduzdur, baxmayaraq ki, aralarındakı məsafə min işıq ilidir.” Bir neçə

saniyə sonra, gəmi daha iki böyük ulduzun arasından keçdikdə, səs yenidən eşidildi:

– “Bu ulduzlar isə Orionun kəmərinin ulduzlarıdır. Solda gördüyünüz Alnitak, sağdakı isə Alnilamdır. Baxın, Alnilamın arxasında görünən isə

kəmərin digər ulduzu Mintakadır. Alnitak səmada görünən ən parlaq, Otip ulduzdursa, Alnilam kəmərin ən parlaq supernovasıdır.”

Lefterisin halı sanki pisləşmiş kimi idi. Gördükləri onun üçün, onun gözləri, ağlı üçün ifrat idi. Bir anlıq, hətta dünyaya qayıtmaq istəyi də, keçmişdi içərisindən. Onu ən çox təşvişə salan məqamlardan biri də bu idi ki, o, Orionla görüşəcəkdi. Əgər o gördüyü kimi, həmin iri adam idisə, onunla necə qarşı-qarşıya dayanıb söhbət edəcəkdi?

Gəmi nəhayət gəlib, Bellatriksin yaxınlığına çatmışdı. Bundan sonra onun mavili-bəyazlı səmasına daxil olub, dərininə endi. Lefterisə qaranlıq qalan başqa bir məsələ də vardı. Necə olacaqdı ki, o, bu dünyanın həyat şəraitinə uyğunlaşacaqdı? Axı burada ona heç, hər hansısa bir kosmik geyim də verilməmişdi! Bu yerin oksigendən məhrum olduğu isə onun fizi-oloji görüntüsündən məlum idi. Mavi rəngli qaz təbəqəsindən eniş etdikcə, Lefteris yerində dikəlib, onun səthini görmək istədi. Lakin heç bir səth görmədi, təkcə havada asılı qalan, iri həcmli, sütunlara bənzər daşlardan başqa. Bu dəşlar sanki hərəsi ayrılıqda bir adanı, yaxud da ölkəni, şəhəri xatırladırdı. Aşağı daha da çox endikcə, Lefteris başını qaldırıb Bellatriksin səmasına baxdı və sadəcə, qatı-mavi rəngli buludları gördü. Bir vaxt sanki 67

gözlərinin qaradlığını hiss etdi. Gəminin çölündə gördüyü şeylər, gah yoxa çıxır, gah da yenidən, lakin tamam başqa formada peyda olurdu. O gözlərini ovuşdurub, onları bir müddət bağlı saxladı.

– “Bellatriksdə heç nə maddi əsasa sahib deyil, Lefteris, ona görə də, gözlərinə görə əbəs yerə narahat olma.”

– Necə yəni maddi əsas? Burada, əslində, heç nə mövcud deyil?

– “Həqiqət budur ki, sən buranı öncədən necə xəyal etmişdinsə, elə o cür də görürsən. Onun əsl görüntüsü isə yalnız bellatrikslilər tərəfindən görülə bilinir. Sən burada mavi səma, yüksək təzyiqlə havaya fışqıran qeyzerlər, nəhəng, qatı göl görürsənsə, bu yalnız sənin gördüklərindir. İnsan şüurunun qavraya biləcəyi şeylərdir bunlar, Lefteris. Bizim üçünsə bunların heç biri Bellatriksə xas əlamətlər deyil.”

Bu yerdə Lefteris, nədənsə Veronikanın bir vaxt yuxular haqqında –

“taledir” – deməyini xatırladı.

Doğrudan, onun gördükləri yuxu ola bilərdimi? O ki, özünü həmin vaxtda dərk edə bilirdi, demək yuxu idi. Çünki Orion üçün mövcudiyyət mahiyyətcə yuxuya bərabər bir şey idi. Bəs Lefterisin burada keçirdiyi günlər, bir gün onun keçmişi olacaqdısa, bu doğrudanmı onun sabahkı yuxusu olacaqdı? Bu müəmmalı bir məsələ olmağından əlavə, həm də, Lefterisin hələlik, tam başa düşmədiyi bir mövzu idi.

– Nəticədə, ən azından Bellatriks deyə bir ulduzun içərisindəyik, nəyi görüb, nəyi görmədiyim o qədər də əhəmiyyət kəsb etmir, elə deyilmi? –

deyə, Lefteris çaşqın gözlərini ətrafda gəzdirdi.

– “Bəli, bu an, Bellatriksdəyik, lakin yalnız bu an. Bu an sizin zamanı-nızdakı, sizin beyninizə proqramlaşdırılan zaman deməkdir. Bizdə isə zaman məsələsi başqa cür və qarışıq məsələdir.”

Lefteris ümidsizliklə ətrafına baxır, gözünün qarşısında, harmonik hərəkətlərlə, müəyyən zaman intervalında gah mövcud olan, gah da yoxa çıxan şeylərə baxır, gördüklərindən nədənsə kədərlənirdi. Düşünürdü ki, insan oğlu çox keşməkeşli yollardan keçib, başına xeyli şey gəlib, lakin bütün bunlardan xəbərsiz qalıbsa, bu onun günahı yox, zamanın günahı olub.

Bir az sonra gəmi dayandı və Lefteris, düşündü ki, görəsən, gəmi hava-damı qalıb, yoxsa bayaqdan izlədiyi, gah görünən, gah da görünməz olan sütunların hansınınsa üzərinə enib?

– “Ən çox inandığın şey sütunlar olduğuna görə bu an, bəli, sütunun üzərinə enmişik.” – deyə, qadın sonuncu cümləsini dedi və bir qədər sonra 68

haradansa peyda olub, düz Lefterisn qarşısında dayandı. Bu qadın doğrudan da Veronikanın özü idi! Lefteris düzgün ayırd etmişdi.

– Gedəkmi? – Veronika gülümsəyərək dedi.

Lefteris başını silkələyib, təsdiq etdi. Ola bilərdimi ki, Veronika da, əslində, o, danışan qadının Veronika olduğunu düşündüyünə görə elə Veronika qiyafasəində çıxmışdı onun qarşısına?

Gəmidən çölə çıxanda, Lefteris gözlədiyinin əksinə, daha çox üşüməyə başladı. Qəflətən ağlına bu fikir gəldi ki, əgər gəminin içərisində

Бесплатный фрагмент закончился.

Текст
5,0
3 оценки
157,80 ₽
315,60 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
382 стр. 4 иллюстрации
Правообладатель:
Köhlən Nəşriyyatı
Формат скачивания:

Похожие книги