Читать книгу: «Ey insanlar, hamınız türksünüz!»
Gene D.Matlok
Ey İnsanlar,
hamınız türksünüz!
1
REDAKTORDAN
Bu kitabı ilk dəfə adına və müəllifinə görə almışdım.
Çünki universitetdə öz müəllimlərimizdən, alimlərimiz-dən türkün ən qədim xalq, dünyanın ilk insanı olduğunu çox eşitmişdik. Amma bu ifadə bir az özünəaşiqlik kimi görünürdü. Çünki hər kəs, hər xalq özünü həmişə yüksəkdə tutar və dəyərləndirər. Bu, həqiqət olmasa belə.
“Ey dünya insanları, hepiniz türksünüz!” adlı kitabı Amerika əsilli bir Meksika aliminin yazması təəccüb və
maraq doğurmaya bilmir. Qeyri bir türkün bu cür kitab yazması və cidd-cəhdlə türklərin ən qədim xalq olduğunu, dünyaya bir inanc sistemi ixrac etdiklərini elmi araş-dırmalarla sübut etmə cəhdi və bunun üçün yetərli dəlillər göstərməsi bir türk kimi məni və bu sevda ilə alışıb-yananları sevindirməyə bilməzdi.
Gene De Matlok Amerika vətəndaşıdır. Yeni Meksika Universitetində oxumuşdur. Bakalavr pilləsindəki elmi işi
“İspanya və Cənubi Amerika münasibətləri” adlanır. Sonra “Dəniz Piyadası”nın tərkibində Koreyaya getmişdir.
Panama və Meksika daxil olmaqla bütün orta Amerikanı gəzdikdən sonra Tulane Universitetində İspan dili üzrə
magistr elmi dərəcəsini alıb təqaüdə çıxaraq müəllimliklə
məşğul olmuşdur. Uzun illər apardığı araşdırmalarını 1980-ci ildən sonra daha intensivləşdirmişdir. Türk, hind və Amerika yerlilərinin ortaq cəhətlərini tədqiq edərək məqalə və kitablar yazmışdır. Tədqiqatçının “Hermes”
2
nəşriyyatının “Ey dünya insanları, hepiniz türksünüz”
(türkcəyə tərcümə edən Özgür Umut Hoşafçı) kimi tərcümə etdiyi “Türk, Hindistan, Meksika xalqlarını və ka-tolizmini necə də qəribə bir sirr birləşdirir? Dini və dünyəvi məfhumların qısa, ancaq hərtərəfli tarixi” (What Strange Mystery Unites the Turkish Nations, India, Cat-holicism, and Mexico?: A Concise but Detailed History of Things Divine and Earthly”) kitabını Azərbaycan dilinə
uyğunlaşdırmaq və oxuculara təqdim etmək xoş bir duyğudur.
Tədqiqatçı yazar həyat yoldaşının ölümündən sonra onun ruhunun həmişə yanında olduğuna və dəstək verdiyinə inanaraq insanlığın və dünyanın fəlakətlərdən uzaq olacağı üçün nə edilməli olduğu mövzusunda araşdırma aparmağa başlayır. Asiya, Avropa, Cənubi və Şimali Amerikanı əhatə edən bu geniş araşdırmada, xüsusilə, “Tövrat”, “İncil”, “Quran” kimi müqəddəs kitablarda verilən insan mənşələri və simvolları tədqiq edilir. Bu istiqamət çox qəribə bir şəkildə onu türklərin ayaq izlərinə
gətirib çıxarır. İlk insanların türklərlə başlayıb daha sonra dünyaya yayıldığını, ilk danışılan dilin türkcə olduğunu, elmin, fəlsəfə və dinin yenə türklərdən başladığını söyləyir. İnsanların günəş enerjisi ilə necə vəhdətdə yaşaması həqiqətini anladır. İnsanlığın yaşadığı qarmaqarışıq və fa-ciələrlə dolu dünyanın ağ günə çıxmasının yolunu ancaq Orta Asiyanın və Türklərin tapa biləcəyini, daha mükəmməl dünya üçün gərəkli hərəkətləri ancaq onların edə biləcəyini iddia edir. Əgər bu olmazsa, dünyanın heç vaxt hüzur tapmayacağını söyləyir. Sonra yazar türklərə bir mesaj göndərir. Necə olur ki, türklər anadangəlmə filosof və şair olan, türk mədəniyyətini dünyaya yayan Bilgə Xa-3
qanı tanımırlar. Türk dünyası görkəmli zəfərlərini məhz ona borcludur.
Sonra müəllif müxtəlif tutarlı dəlillər gətirərək Orta Asiyanı mədəniyyətin beşiyi, türkləri isə onun sahibi kimi təqdim edərək yazır: “Türklər və hindlilər bütün dinləri insanlığa miras qoymuşlar”.
Əsər haqqında geniş yazmağı düşünmürəm. Əminəm ki, Azərbaycan dilində ilk dəfə çap edilən bu kitab Azərbaycan türkologiyası, filologiyası, mifologiyası, dini-fəlsəfi elmi üçün dəyərli bir qaynağa çevriləcəkdir. Sonda onu da qeyd etmək istəyirəm ki, kitabın türk dilinə tərcü-məçisinin mətnə etdiyi qeydlər və şərhlər də olduğu kimi saxlanılıb.
Gənc tərcüməçi Sara Sadıqovanın iki ilə yaxın bir müddətdə dilimizə uyğunlaşdırdığı bu əsərin ağır terminologiya ilə zəngin olduğunu nəzərə alsaq, rast gəldiyiniz hansısa tərcümə xətalarını anlayışla qarşılayacağınıza ümid edirik.
4
Bölmə 1
Kitabın yazılmasını
şərtləndirən amillər
Bu kitabın adında türk xalqlarını, Hindistanı, katolikliyi və Meksikanı hansı qəribə sirr birləşdirir? Onu nə
üçün Meksika xalqına ithaf edirəm? Bütün bunların psixologiya ilə əlaqəsi nədir? Və nə üçün türkləri, hinduları və meksikalıları bir-birinə bağlayan mədəni, psixoloji və
qan bağlarını müzakirə edirəm?
Bir neçə il əvvəl tanınmış Natana Dharma (Hinduizmin həqiqi adı) müqəddəs adamı və Sanatana Dharma Ana İlahəsinə bağlı olan, Hindistanın Tamil Nadu əyalətində yaşayan bir Dravidian1 cənab T.L.Subaş Çandra Bo-se ilə İnternet vasitəsilə məktublaşmışdıq. Yazışmalarımı-zın çoxu Meksikanın Kolumbdan əvvəl koloniyalaşdırıl-1Hindistanın cənubunda Dravida adlanan ərazidə yaşayanlara verilən ad.
5
masında Hindistanın da marağının olduğuna bir-birimizi qarşılıqlı şəkildə inandırmağa yönəlmişdi. Əslində, Mərkəzi və Cənubi Amerikanın bu məsələ ilə bağlı çap etdiyi çox kitab oxumuşdum. Cənab Bose də buna o qədər əmin olub ki, ölümündən sonra külünün Perudakı Nazca dü-zənliyinə səpilməsini istəyirdi. Ona bu kitabı bitirdiyimi və nəticə çıxararkən rastlaşdığım çətinlikləri yazanda, bütün bunları Konsuellanın 15 avqust 2004-cü il, bazar ertəsi günü ölümündən əvvəl gördüyünü mənə xatırlatdı. Bunlardan oxucularıma bəhs etməyimi məsləhət gördü.
19 mart 2006-cı il bazar günü mənə bunları yazmışdı:
“Əziz qardaşım Şri2 Gene,
Xahiş edirəm aşağıdakı elektron mətni (mərhum) arvadın Konsuellaya hörmət əlaməti olaraq öz kitabına əlavə et. Qrammatik səhvləri isə uyğun bir şəkildə düzəldər-sən”.
Cənab Bose məktubun bir surətini, nadir xəstəlik sayılan damar iltihabına tutulan Konsuella kritik vəziyyətdə xəstəxanaya gətirildikdən bir neçə gün sonra e-poçtu-na əlavə etmişdi. Arvadım süni tənəffüs aparatına bağlan-mışdı. 12 avqust günü onun tənəffüs cihazından ayrılma-sına və Tanrının buyurduğu kimi ölməsinə qərar verdim.
Həmin gün Bose qardaş mənə aşağıdakıları yazmışdı:
“Əziz böyük qardaşım Şri Gene, heç kim sənə təsəlli verə bilməz. Sən əsaslı düşüncələrə sahib, prinsipial bir adamsan. Buna görə də, Tanrı səni arvadın, xanım Konsuella ilə – yaxşı həyat yoldaşı olan meksikalı bir qadınla mükafatlandırdı. Gene qardaş, sənə əsil qardaşın kimi bu-nu deməyə icazə ver: yalnız min kişidən biri qadınlara 2 Şri – Shree hörmət mənasında işlədilən sözdür.
6
hörmət edir. Bunu da deməliyəm: O, ilahi bir qadındır.
Onunla yaxın gələcəkdə Ana İlahə kimi rəftar etməlisən.
Amerika yerliləri üçün edə biləcəyin çox şey var. Cəsur ol, bütün bu çətin şərtlərlə üzləş. Yenə təkid edirəm ki, arvadınla birlikdə olacaqsan (ruhu ilə). O, sənə gələcəkdə nə etməli olduğunu izah etmək istəyir.
Təəssüf edirəm, qardaşım. Şənbə və bazar cansıxıcı günlərdir, həm də yaxınlaşmaqda olan qaranlıq aya aid-dirlər.
Ey ana, övladına yaxşı bax. Sən hər şeyi bilirsən. Biz isə heç nə bilmirik; Elə isə, gülər üzünü körpənə göstər-məyin üçün yalvarırıq.
Xahiş edirəm, dostlarından birinə mənim adımdan qırmızı gül aldır. Ayaqlarına toxunduqdan sonra xanımı-na ver və Cənubi Hindistanlı qayınının ona öz anası kimi hörmət etdiyini söylə”.
Məhz həmin gün, 14 avqust, bazar günü, günorta sa-at 13:00-da Konsuellanın həkiminə onu tənəffüs aparatın-dan ayırmasını tapşırdım. Bu baş verəndə bütün dostlar və qohumlar orada olmaq üçün toplaşmışdılar. Konsuella dəqiq olaraq bazar ertəsi, səhər 05:00 radələrində öldü.
Həmin an onun yanında idim.
Məktubunda da oxuduğunuz kimi, cənab Bose, Konsuellanın mənə gələcəyimlə əlaqədar deyəcəyi bəzi şeylər olduğunu yazmışdı. Meksikalıların inkişafına mane olan mədəni zəncirdən qurtulmalarına kömək edə biləcəyimi demişdi. Lakin bunu etdiyim təqdirdə böyük bir təzyiqə
məruz qalacağımı da vurğulamışdı.
Konsuellanın ölümündən qısa müddət sonra, “The Ego-madkind’s Inner terrorist” (“Eqo – insanlığın daxili terrorçusu”) adlı kitabımı yazdım. Bu kitaba qapılaraq, 7
nəzərə çarpacaq dərəcədə yasımın öhdəsindən gələ bil-mişdim. Daha sonralar, 2005-ci il avqustun sonunda kə-dərlənməyimə səbəb olan başqa hadisələr üstümə axın etdi. Buna görə də, “Xristianlıq – İnsanlığın Dünya Miq-yasındakı İlk Dini!” adlı ikinci kitabı yazdım. Yazmaq hər zaman varlığıma müalicəvi təsir etmişdir. Bu kitab da mə-ni başdan-başa yenilədi. Hər gün bir neçə saat davam edən araşdırma və yazıdan sonra oranı, ruhən təzələnmiş
və yenidən dünyaya gəlmiş kimi dərk edirdim.
2006-cı ilin fevral ayında bəzi mənfi təsirlər məni qasırğa kimi vurmuşdu. Daxili narahatlığım psixoloji elmə
əsaslanan kitab yazmağıma mane olurdu. Kitabı yazarkən, sanki, nəyinsə məni ələ keçirdiyini hiss etmişdim.
Mərhum arvadım Konsuellanın getdiyi yerdən mənə rəhbərlik etdiyinə də qismən inanmışdım. Konsuella Meksikaya, yerli xalqa, spritualizmə və bütün dinlərin mənşəyinə olan dərin marağımdan xəbərdar idi. Hər zaman deyirdi ki, əgər ilk o ölərsə, bilməyə ehtiyac duyduğum şey-lərdə kömək etmək və yol göstərmək üçün yol tapıb geri dönəcək.
İndi oxuduğunuz kitab mənə qalan bütün kitablar-dan daha çox faydalı olmuşdur. Onun üstündə gündə 12
saat çalışdığım vaxtlar olurdu. Yorulmaq bir yana, əvvəllər heç olmadığım kimi ruhən təzələnmiş və gümrahlaş-mışdım. Bir müddət yalquzaq kimi yaşadım. Küçəyə yalnız qida almaq üçün çıxıb, geri qayıdırdım. Bəzən qonşularım öldüyümü zənn edib, mənə görə narahat olurdular.
Qapıya çağırdıqlarında isə hər şeyin qaydasında olduğunu deyib, Meksikanın problemlərinin mənşəyini tapmaq üçün mənə ilham gəldiyini söyləyirdim.
8
Əgər bəhs etdiklərimin doğruluğuna şübhəsi olan varsa, dəlil-sübut çatışmazlığı yaşamaram. Hər şey eynilə
Bose qardaşın dediyi kimi və mənim izah etdiyim şəkildə
baş verdi. Konsuellanın ölümlə mübarizə apardığı müddətdə, ölməmişdən əvvəl Bose qardaşın yazdığı məktubu onlarla insana oxudum. Eyni zamanda Konsuellanın dəfn mərasimində bunu tərifnamə kimi də oxumuşdum. Kilsə
ağzına kimi dolu idi. Konsuellanın və mənim bir çox dostlarım, qohumlarımız bayırda qalaraq, avtomobil dayana-cağında gözləməli olmuşdular. Həm Bose qardaşda, həm də məndə məktubun surətləri mövcuddur. Əgər kimsə bu həqiqətlərin sübutuna ehtiyac duyarsa, Bose də, mən də
onlara sahibik. Siz onsuz da Bosenin mənə yazdığı məktubu – qrammatik düzəlişlər xaricində – eynilə, göndərdiyi şəkildə oxudunuz. Məktubların əsli isə onun və mənim qovluqlarımın içindədir. Bu müddət ərzində qonşu-larımın şahid olduğu başqa qəribə hadisələr də baş vermişdi. Bütün bunlardn sonra qonşularımdan hansınınsa ateist ola biləcəyini düşünmürəm.
Mən belə deyirəm: Bu kitabı yazmağıma “kömək edən” hər kimdirsə, o, insanların bu dünyada rahatlıq və
xoşbəxtliyi yaşamaq üçün nəyi bilməli olduğunu mənə
izah etmişdir.
İnsanlığın problemlərinin həlli üçün mənəvi (psixoloji) bir üsuldan danışsam da, əslində “mənəvi həll” ifadəsi düzgün deyil. Hər insan və onun ruhu ikili varlıqdır.
Əgər ruh, ya da bədən – ikisindən biri digərinin işini heçə
endirərək daha çox qabardılarsa, dünyaya heç vaxt sakit-lik və dözüm gəlməyəcək. Məsələn, Amerika materialist ölkə olmaq niyyətindədir. Ancaq bu qabarıqlıq sosial ixti-laflara, cinayətə və digər ədalətsizliklərə yol açır. Yaxud 9
Hindistanı götürək. O, insanlıq problemlərinə yalnız mənəvi yanaşma sərgiləmək niyyətindədir. Bu səbəbdən də
Meksika aşağı təbəqə üçün cəhənnəm olduğu kimi, Hindistan da kasıb insanlar üçün cəhənnəmdir. Bəlkə də biz insanlar bu kitabda göstərilən primitiv “ikili texnikalar”ı tətbiq etdikdən sonra insanlıq problemlərinə yalnız “ikili”
yanaşmanın düzgün olduğu fikrini toplu şəkildə qəbul edə biləcəyik. Onun üçün də ilk növbədə, “sprituallıq” ilə
əlaqədar olduğu zaman “Dualizm”in nə mənaya gəldiyini bilməliyik. İrəlidə və növbəti fəsillərdə demək istədiklə-rim daha da aydınlaşacaq.
Əgər insanın həqiqi mənliyi sonsuz və gizli varlıqdır-sa, ya da can verilmiş böyük bir palçıq parçası içinə salı-nan ruhdursa, o həqiqətən də mövcud olmuşdursa, insanları onunla yenidən birləşdirmək üçün elmi olaraq tətbiq edilə, hesablana bilən texnologiya olmalıdır. Həm də
“mənəvi” adlandırılan müqəddəs kitablar, mahnı oxumaq, moizə demək və dini dəyişdirməyə sövq etmək, “İncil”in təbliğatı, spekulyasiya və digər bu cür davranışlar mənəvi deyil, daha çox qaranlıqda nəsə axtarmağa bənzəyən, təsirsiz və zərərli hərəkətlərdir.
Bir neçə min il əvvəl şimal qütbünə yaxın cənnətdə
xoşbəxtlik və bolluq içində yaşayan, yüksək sivilizasiyaya və mədəniyyətə sahib bir xalq var idi. Dünyadakı bütün böyük dinlər, hansı millətə xas olursa-olsun, insanlığın beş köklü irqi olduğunu vurğulayır. Yəhudilikdə və xristianlıqda bu cənnətə biz “Aden” deyirik. Hindular “Uttara Kuru”, Tibetli buddaçılar “Khedar Hand” (Tanrı Şivanın ölkəsi) və “Şambala". Eyni zamanda bura Sivariya və
Sibir (Tanrı Şivanın torpaqları), indiki adla Siberiya da deyilir. Qədim qrek (yunan) tarixçiləri və miflər buranı “Hi-10
perboriya” adı ilə bizə çatdırır. Çinli taoçular bura xüsusi ad verməyiblər, lakin insanın təbiət ilə vəhdətdə yaşadığı cənnət kimi izah ediblər.
Paçala (finikiyaca) Krişti, Kriştaya, Kriştihan, ya da Kurus deyilən bu köklü beş irqin yüz illərcə tamamilə
xoşbəxt və sülh içində yaşamağı bacardıqları deyilir. Onlar bu qibtə ediləcək yaşayışı ikilik (Dualizm), Müqəddəs təslislik (üçlük), xaç və şərqdən qərbə doğru günəşdən yayılan güclü enerji ilə bağlı bilgini əhatə edən elm sayəsində əldə edə bilirdilər. O vaxtlar gizli dinlər haqqında heç nə bilmirdilər. Yalnız üstün həyat tərzlərinin “Kriştaya, ya da Krişti Həyat tərzi” olduğundan xəbərdar idilər.
Yüzlərlə il sonra insanlar “tanrıları” üçün Şiva, Vişnu, Krişna, Apollo, Mitra, Dionis, Yupiter, Zevs, Surya, Rama, Tenqri, İndra, Ketzalkatl, Kukulkan, Boçica, Aqni, Kedar, Keyser və digər adlar kəşf etdikləri zaman, bu, əslində
onun nə olduğunu gizlətmişdi: Kriştaya, yaxud Krişti (insanlığın orijinal beş irqi). İnternetdən sanskritcə bir lüğətə
müraciət edərək yuxarıda qeyd etdiklərimin doğruluğu-nu özünüzə sübut edə bilərsiniz. Krişti, yaxud Kriştaya (lüğətdə Krsti olaraq hecalanır) yəhudilik, hinduizm, buddizm, çaynizm və ya hansısa başqa bir dini “izm”dən əvvəl gəlir. İstər Krişti, istərsə Kriştaya olsun, artıq dövrü-müzdə onun hansı adı əks etdirdiyinin heç bir əhəmiyyəti yoxdur.
Hind mifologiyasına görə, insanlığın inkişaf etmiş sivilizasiyasının meydana gəlməsindən 30 min il sonra, yerin öz oxundan təsadüfən çıxması Kader Handı buz cə-hənnəminə döndərmişdi. İndi adına “türk” dediyimiz Kurus, ya da beş Kriştaya, cənuba doğru qaçmağa məcbur olmuşdu. Bunlar zaman-zaman bütün Orta Asiya və
11
Hindistanı tək bir millətə çevirəcək formada Hindistanın yerli sakinləri ilə birləşdilər. Son olaraq, digər bölgələrə
də yayılmağa başladılar.
Nəticədə, yer üzündə yaşayan hər kəs öz nəslinin izlərini bilavasitə və ya dolayısıyla türklərə bağlaya bilər.
Bu kitabda, qədim türklər və onların demək olar ki, yanılmayan ruhani (psixoloji) elmləri (dünyagörüşləri) haqqında məlum olanları təsvir edirəm. Görəsən, bu, işə
yarayacaqmı?
Bəziləri mənim insanın ruhani təbiəti ilə bağlı bu tap-macaya həqiqət kimi yanaşdığım üçün axmaq bir çarə-sizlik içində olduğumu deyirlər. Onların fikrinə görə bu, bazar günləri kilsə ayinlərində, savaş meydanlarında, ya da ölüm yataqlarında gerçək olması arzulanan mümkünsüz və faydasız nağıldır.
Bəli, tamamilə doğrudur. Mən çarəsizəm. Onlar da çarəsizləşəcək qədər müdrik ola bilərdilər. Müasir insan ruhi cahilliyi ilə bu planeti təlatümə sürüklədi. Geri qalmış və barbar teokratiyalar belə kütləvi qırğın silahları yaradır və istifadə etməkdən çəkinmirlər. Türk Kriştihanla-rının ruhani elmlərini nəzərdən keçirmək üçün indikindən daha yaxşı fürsət ola bilməz. Armagedon3 kabusunun dini qorxu üsulu olmadığını artıq anlayırıq. O həqiqət ola bilər. İkisindən hansını seçərdiniz? Armagedonun və
dünyadakı bütün həyatın yox edilmə gerçəyini? Yoxsa həqiqətən də keçərli olan ruhani elmi?
3 Qiyamət günü.
12
Bölmə 2
İnancın və elmin əsl
mənasını nə vaxt anlayacağıq?
Bu kitabda Tanrının (Yaradılışın) insanlığı, çinlilərin
“Tao”, hindlilərin “drahma” (həyat elmi) adlandırdıqları İlahi qanun ilə yaşamağa məcbur etdiyi sonuncu hadisə-nin Nuh tufanı olmadığını isbat etməyə çalışacağam.
Tanrının insanlığı ilk “sağaltma” cəhdi Adəm və
Həvvanı cənnətdən yola salması idi. Əgər Adəm və Həvva yaşamaq üçün çalışmalı olsaydılar, bəlkə də şeytansayaq əməllər görməyə vaxt tapmayacaqdılar. Ancaq dürüst işlər axırda dəyərsiz çıxır. İnsanlıq, Hamın öz atası ilə
cinsi əlaqəyə girmək cəhdində də göstərildiyi kimi, özü özünü məhv etməyə başladı. Həm “Əhdi-ətiq”in ilk kitabı
“Təqvin”də, həm də hind müqəddəs kitablarında Hamın təsviredilməz günahından söz açılır.
Hind Matsya Puranadan (Balıq xronikası) götürülmüş aşağıdakı hekayə Nuh tufanı versiyalarından biridir:
13
“Bütün yer üzünün hökmdarı Satyavarmanın üç oğlu olmuşdu: ən böyüyü Şem, sonra Şam, kiçiyi isə Jyapeti idi.
Üçü də əxlaqlı, ləyaqətli, işdə qüsursuz, atılan və vurulan silahları hünərlə işlətməyi bacaran, döyüşlərdə səbirsiz və cəsarətli adam idi.
Lakin, dini düşüncələrə qapılmaqdan həzz alan və
oğullarının hökm etmək üçün yaradığını görən Satyavarman dövlət işlərini onların üstünə atdı.
O, tanrıları, rahibləri və inəkləri razı salarkən, günlərin bir günü kral taleyin şıltaqlığı üzündən bal likörü içdi.
Şüursuz və çılpaq yatıb yuxuya qaldı. Sonra Şam onu gördü və qardaşlarını atasının başına yığdı.
Onlara dedilər: “Başımıza nələr gəldi? Atamız nə ha-la düşüb?”
İki qardaş atalarının üstünü örtüb, onu oyatmağa başladılar. Huşu özünə gələndə nə baş verdiyini anlayan kral Şama, – “Sən kölələrin köləsi olacaqsan, – deyə lənət yağdırdı”. “Və onların hüzurunda gülən adam olduğun üçün adın da qəhqəhədən olacaq”, – dedi. Sonra Şama qarlı dağların cənubundakı uzaq ölkəni verdi.
Jyapetiyə isə qarlı dağların ətəyindəki hər şeyi bağış-ladı. O dini təfəkkürünün gücü sayəsində ən böyük xoş-bəxtliyə çatdı”.
Yuxarıdakı hekayəni “Təqvin”dəki “Yol” hekayəsi ilə
müqayisə edin:
“Və gəmidən çıxan Nuhun oğulları – Sam, Ham və
Yafət idi. Ham həm də Kənanın atasıdır. Bu üçü Nuhun oğulları idi və dünyaya yayılan bütün insanlar onlardan törədi. Nuh isə bağbanlıq etməyə başladı. Və bir gün şərab içib sərxoş oldu və çadırının içində çılpaq halda yatıb 14
qaldı. Kənanın atası Ham atasını çılpaq halda gördü və
bunu qardaşlarına dedi. Sam ilə Yafət dal-dala gedib atalarının çılpaq vəziyyətini görmədən onun üstünü örtdü-lər; üzlərini çevirib eyni vəziyyətdə də geri qayıtdılar.
Nuh şərabın təsirindən ayılıb oğlunun etdiklərini başa düşdü. Və dedi: “Kənan lənətli olsun. Qardaşlarının qul-larının qulu olacaqdır”. Sonra isə “Samın Allahı – Rəbbi mübarək olsun. Və Kənan ona qul olsun”.
“Allah Yafətə genişlik versin və Samın çadırlarında otursun. Və Kənan ona qul olsun”.
(“Təqvin”, 9:18 – 28)
Kitabın növbəti bölmələrində öyrənəcəksiniz ki, hal-hazırda Sibir və Şimali Orta Asiya kimi tanınan yerin ən şimal nöqtəsində, “şimal qütb dairəsi” adlandırdığımız bölgədə bir zamanlar “Hiperboriya” adlı böyük sivilizasiya mövcud idi. Hiperboriyalılar və Kriştaların bir çoxu ruhani olmaqdan əl çəkərək özünü şeytansayaq işlərə verdiyindən, Tanrı Yer kürəsinin öz oxundan çıxmasına səbəb olan hiperboriyalıları lənətlədi. Hiperboriya bütünlüklə sular altında qaldı. Yerin öz oxundan çıxması daş-qına məruz qalmış şimal qütb dairəsini buz və qarla örtülü, əlverişsiz, qeyri münbit və quraq əraziyə çevirdi.
Kitabi-müqəddəsə görə, təkcə Nuh və onun ailəsi sağ
qalmışdı. Əslində isə dünyanın başqa bölgələrindəki insanlar kimi Nuh əyyamının beş qəbiləsi də tufandan xilas olmuşdu.
Nuhun gəmisi Orta Asiyadan cənuba tərəf irəlilədi və
Şərqi Anadoluda Ağrı dağında qayaya oturdu. Çoxumu-za öyrədildiyi kimi, tarixin o çağında dünyada yaşayan hər kəs yalnız sanskritcə danışa bilirdi. Dünyadakı bütün 15
xalqların əcdadı olan Hiperboriya sakinləri bu gün bizim
“türk” adlandırdığımız insanlar idi.
Böyük tufanın belə insanlığı günahlardan yayındır-mağa yetməməsi bizə təəccüblü görünməməlidir. Ham bunu dəqiqliklə isbat etmişdir. Tanrı isə başqa strategiya tətbiq edib:
“Və bütün dünyanın dili və sözü birdir. Və vaqe oldu ki, Şərqə köçdükləri vaxt Şinar diyarında bir ovalıq tapdılar və oraya yerləşdilər. Bir-birilərinə dedilər: “Gəlin kərpic düzəldək və
onları yaxşıca bişirək”. Və onların daş əvəzinə kərpicləri, se-ment əvəzinə qırları var idi. Və dedilər: “Bütün yer üzünə da-ğılmayaq deyə, gəlin özümüzə bir şəhər və başı göylərə çatan qala bina edək və özümüzə də nam olsun”. Və Adəm oğullarının tikməkdə olduqları şəhəri və qalanı görmək üçün Rəbb endi. Və
Rəbb dedi: “Hamısı eyni qövmdür, onların hamısının eyni dili var; etməyə başladıqları şey budur; və indi etmək niyyətində olduqları heç nə onlara yasaq edilməyəcək. Gəlin enək və bir-birinin dilini anlamasınlar deyə, onların dilini qarışdıraq”. Və
Rəbb onları yer üzünə oradan dağıtdı; şəhər tikməyi dayandır-dılar. Bundan dolayı onun adına Babil deyildi; çünki Rəbb bütün dünyanın dilini orada qarışdırdı; və Rəbb onları bütün yer üzünə oradan dağıtdı. (“Təqvin”, 11: 1-20) Xristianlar və yəhudilər yanlışlıqla Babil qülləsinin inşasının Şumerdə olduğuna inanırlar. Mən Şumeri quran türklərin və qədim hindilərin insan nəslinin qaynağı və
mərkəzi olan Meru dağından ora köçərkən bu hekayəni də özləri ilə apardıqlarını deyirəm. Bura həqiqətən də, insanlığın dünyaya yayıldığı yerdir. Biz buranı eyni zamanda “bütün insanlığın qaynağı, yaxud vulvası” anlamında sanskritcə “Sion” (zion/vəd edilmiş torpaqlar) sözü 16
ilə də tanıyırıq. Ənənəvi biliklər isə bizə Meru dağının Qərbi Tibetdə, indiki Kailasa dağı olduğunu deyir.
Ancaq bu dağ Əfqanıstandakı Heratın, ya da Orta Asiyanın cənub-şərqində ora bənzər bir yerin yaxınlığında, təxminən indiki Pakistan və Əfqanıstanın yerləşdiyi bölgədə ola bilər. (Ref: Ancient geography of Ayodhya, Dr.
Shyam Narain Pande.) Bir çox xristian və yəhudi Meru dağının Ağrı dağı olduğunu hesab edir, lakin “Əhdi-ətiq”
və “Əhdi-cədid”də bu qeyd olunmayıb.
Meru dağının başqa bir adı da “Hindistana aid olan”
mənasındakı Seneru və ya Sinaru dur. Linqvistik baxımdan bu söz Shinar və ya Sinar (Şinar – Özgür Umut Hoşafçı, tərc.) ilə bənzərdir.
Tanrı bizə ilk dilimizdən bir çox kəlmə saxlayaraq yetərli qədər mərhəmət göstərmişdir. Bunlardan ikisi: Belief (inanc) və Science-dir (elm). Bu iki söz dünyanın bir çox dillərində oxşar biçimdə tələffüz edilir. Əgər bu iki kəlmənin gerçək mənalarını yenidən xatırlaya bilsək, qaynağa qayıtmağı bacaracağıq.
Əgər qədim ifadələr olan: belief (inanc), science (elm) və scientific (elmi) sözlərinin gerçək anlamını öyrənsək, özümüzü və dünyanı daha təsirli biçimdə yenidən öyrənə
və anlaya bilərik.
Sözlərin təsnifatı ilə məşğul olanların əksəriyyəti ingiliscə belief (inanc) və believe (inanmaq) sözlərinin qaynağını və etimologiyasını bilmədiklərini qeyd edirlər .
Non-belief (inancsız), ya da not-believe (inanmamaq) inanmağın inkarıdır. İngilis dili Hind-Avropa dil ailəsinə aiddir. Bəzi hindlilər ingilis və alman dillərinin sanskritcəyə
ən yaxın dillər olduğunu düşünür. Buna türk dilini də
17
əlavə etməlidirlər, çünki, ingilis və alman dillərinin formalaşmasında türkcə də rol oynamışdır.
Böyük tufandan əvvəl ilk beş insan irqi Hiperboriyada yaşayarkən onların zehinləri hər şeyi bilir və əsla səhv etmirdi. Çinli taoistlərin dediyi kimi, onlar ruhani insanlar idi. Lakin insanlığın eqosu düşüncəni təslim alandan sonra, onlar öz fikirləri, hərəkətləri və potensiallarının üstünə yanlış inancları qəbul edərək “Universal ağıl” ilə bütün əlaqəni yavaş-yavaş itirməyə, gerçəyi təkbaşına axtarmağa başladılar. Bu dəfə Tanrıdan gələn heç bir yardım yox idi. Həm də, öz düşüncələrini daha düzgün elan etməklə və başqalarını öz ardınca gəlməyə məcbur qoyaraq yalnız özlərini aldatdıqlarını kəşf etmişdilər.
Dindarlıq psixologiyasının araşdırılması
Bu bölümü və kitabı davam etdirməzdən əvvəl: bəzi dini-siyasi doktrina və təşkilatların düşüncəsini təsdiqlə-mək üçün başqalarını üzvlüyə qəbul edərək ələ keçirmək istəyən insanın ölümcül potensiala sahib ruhi vəziyyəti haqqında detallı danışmalıyam.
İnsan belə məsələlər haqqında düşüncəsinin mütləq həqiqət olduğunu fikirləşəndə, avtomatik olaraq hər şeyi bildiyi qənaətinə və xudpəsəndlik duyğusuna qapılır.
Özünü əbədiyyətlə çuğlaşmış kimi hiss edir. Bu hissə yaxşı bələdəm. Hal-hazırda oxuduğunuz kitabdakı məsələ ilə
bağlı mən də məhz belə hiss edirəm. Bu gözəl hissdir. Ancaq ondan başqalarını öz iradəmizə tabe etmək və təzyiq 18
göstərmək üçün vasitə kimi istifadə etdiyimizdə bu hiss şeytani hal alır.
Uşaqlığımda atam və anam Nasıranlı4 radikal dindar xristian kilsəsinin üzvü idilər. Bizlərə öyrədilmişdi ki, dünyada yeganə doğru bizik, qalan hər kəs yanlışdır. Nasıranlı (kilsəsinə aid) olmayan insanlar üçün dərindən kə-dərləndiyimi xatırlayıram. Məhəlləmizdə Yehova şahidlə-rindən olan bir ailə var idi. Mən də, dostlarım da ən çox onlar üçün üzülürdük. Bir dəfə dostumla birgə bu ailənin uşaqlarına onlara yazığımız gəldiyini və “itkin ruhları”-
nın xilası üçün dua etdiyimizi demişdik. Onlar isə cavabında bizim üçün eynilə bizim qədər narahat olduqlarını dedilər.
İraqda diktator Səddam Hüseynə qarşı müharibə başlayanda burada – Cənubi Kaliforniyada müharibəyə qarşı çıxan minlərlə siyasi aktivist insanların işə getməsinə əngəl törədərək küçələrə toplaşmışdı. Heç kimə lazım olmayan bu etirazı “insanları özünə gətirməyə çalışdıqları və düz yola qaytarmaq istədikləri” şüarı ilə pərdələyirdi-lər. Onlar təkcə özlərinin doğru olduğuna inanmışdılar.
Narahat etdikləri günahsız insanların bütün bunları onlar olmadan da başa düşdüyünü qəbul etmirdilər. Halbuki bu adamlar işə getmək, işdən gəlmək, uşaqları məktəbdən götürüb evə getmək istəyirdilər.
Bu bölüm üzərində işlədiyim gün Əfqanıstan rəsmi-ləri xristianlığı qəbul etmiş bir nəfəri edam cəzasına məhkum etmək üzrə idilər. Əfqan hakimlər onun ruhi xəstə
olduğunu elan edərək xilas etməyə çalışırdılar. Lakin Əf-4Nasıranlı – Nəsrani. İlk Xristian-yəhudi məzhəblərindən biri. İsa peyğəmbər üçün də “Nasıranlı isa” təbiri işlənmişdir.
19
qanıstanın rəsmi dini nümayəndələri onun azadlığa bu-raxılacağı təqdirdə, müridlər tərəfindən öldürüləcəyini açıqayırdılar. Ona görə də, heç bir ölkə bilavasitə, yaxud dolayısıyla teokratiya ilə idarə edilməməlidir.
Tanrının insanlıqdan nə istədiyini bildiklərini zənn edənlər təkcə Əfqanıstanda deyil. Burada, ABŞ-da De-mokratlar Partiyasının tanınmış bir siyasətçisi demişdi ki, İsa Məsih Amerikadan köç qanunlarının liberallaşdırıl-masını istəyir.
Əvvəl də qeyd etdiyim kimi, siyasətçi və dindarlar öz
“İncil”lərində özlərini nə qədər güclü və haqlı hiss edirlərsə, mən də bu kitabda yazdıqlarımla bağlı eyni hisləri keçirirəm. Öz “dini həvəs”imi düzgün yönləndirmək üçün dinləri araşdırmağa başladım. Və bütün dinlərin təməl prinsiplərinin bu kitabda danışdığım şeylərlə eyni olduğunu kəşf etdim. Bu səbəbdən də bütün dinlərin ruhani elm öyrətdiyi nəticəsinə gəldim. İnsan başqa birini dinini dəyişdirməyə, ya da başqa dinə qoşulmağa təşviq etməməlidir. O, elə dayandığı yerdəcə doğru dayanıb.
Dini təşkilatlara xəbərdarlıq edirəm ki, bu kitabda yazdıqlarımı qəbul etsələr belə, onları hansısa təzyiq üsulu ilə öz üzvlərinə qəbul etdirməyə çalışmasınlar. Heç kəs üzvlərini tarazlıqda saxlamaq üçün təşkilat da qurmama-lıdır. Belə bir şey olarsa, onsuz da Təbiət özü bu təlimləri yararsız və mənasız hala salacaq. Heç bir din insanı qova bilməz. Təbiət isə şübhəsiz ki, bunu edə bilər. İnsanlığın xilas olub-olmayacağına onun özünün qərar verməsi kimi qazanılmış və təbii haqqına Buddizm yaxud, Xristianlıq (Krişta) deyirik.
İnsanları eyni musiqinin sədaları altında addımlat-maq üçün onun cahil, barbar və mənasız axtarışına 20
“inanc”, ya da “insanlığın düşüncəli dövrünün çağalıq mərhələsi” deyirik. Əslində, inac nəzəriyyələrdən, görüş-lərdən və nəticələrdən hansınısa isbat, yaxud inkar etmək üçün insanları öz həyatlarını fəda etməyə məcbur edən qəribə bir duyğudur. Onlar namizəd müridlərin inancı qəbul etməsi üçün sözlərdən istifadə edirlər.
Əlbəttə, insanlıq çağalıq mərhələsində sağ qalmaq üçün bir az riskə getməli idi. Yoxsa heç vaxt sağ qala bilməzdi. Bu qədim deyimi eşitməmiş olmazsınız: “Mənim tərəfimdə deyilsənsə, mənə qarşısan və sənin inanclarını qəbul etmirəm. Lakin onlara inanma haqqın üçün ölə bilərəm”. Səfil vəziyyətdə, həm də özünə inanaraq ölmək üçün İnanc və
inancsızlıq bataqlığına düşməkdən daha təsirli yol bilmirəm.
Türklər və hindlilər bütün dinləri insanlığa miras qoymuşlar. Lakin onlar birlikdə əyləşib Tanrıya ibadət üsulları icad etməyiblər. İnsanın etiqadı onun ruhunun ən dərin yerlərində yaşayır. O, bədənimizin, ruhumuzun, rəftarımızın və ağlımızın bir hissəsi kimidir. Əslində, etiqad bizim bədənimiz, ruhumuz, davranışımız və ağlı-mızdır.
Belief (inanc – Ö.U.H tərc.) kəlməsi; Bali, Baliu və ya Bel adlı qədim türk-hindli Tanrının adından törəyib. Antik Şumerdə Tanrı Bel buğa başlı, buynuzlu bir kişi kimi təsvir edilir. O, Üç üqnumun ( Sara Sadıqova – Azərb. tərc. ) ikinci sirri olan Oğulu Ata və Müqəddəs ruhdan tamamilə ayrılıqda təmsil edir. Onun müqəddəs yönləri şimal və
cənubdur. Atanın müqəddəs yönü olan Şərq və Qərbdən ayrılan Bel insanlığa sadəcə qan, əzab-əziyyət və bitib-tü-kənməyən faciələr bəxş edə bilər. Belin, əsasən, “ikincil Tanrı” adlandırılması da bu səbəbdəndir. (Baxın: “The 21
World’s Sixteen Crucified Saviors”5 səh. 128. Kersey Graves).
Bali Hindistanın Orissa ştatında minlərlə müridi olan böyük məzhəbdir. Aid olduğum katolik kilsəsində belə
Latın Amerika icmalarında məşhur olan “tabut içində
Məsihin qanlı xaç ilə” qrotesk üslublu heykəllərini gör-müşdüm.
Meksikada oğrular, cinayətkarlar və günahkarlar adətən “müqəddəs ölüm” adlı skelet olan Belə ibadət edirlər. O, xüsusilə Amerikaya qeyri-qanuni yollarla girməyə çalışan narkotik qaçaqmalçıları və qatillər tərəfindən böyük hörmətə layiq görülür. Bu fiqura əsasən Meksika-Amerika sərhəddində çox rast gəlinir.
Belə sitayiş edənlər öz bədənlərinə müxtəlif üsullarla işgəncə verir, özlərini qırmanclayırlar. Filippin adalarında, Nyu-Mexiko və Meksikada isə “tövbə edənlər” özlərinin çarmıxa çəkilməsinə asanlıqla icazə verirlər. Adəmin arvadı Həvva onu həmin bu günah və təhqir dini ilə tanış
etmişdi. Belief (inanc) öz adını məhz belə alıb: Baleva/Beleva. Bundan başqa , Adəm və Həvvanın əfsanəsini hindlilər də xristianlar, yəhudilər, müsəlmanlar və türklərlə bölüşürlər. Hindlilərin hal-hazırda qadağan edilmiş
Sati (dul qadının ölmüş əri ilə birgə yandırılması) ənənə-sinin mənşəyi də o mifdir.
Sanskritcə “bala” sözünün izah etmək, başa salmaq, kiminsə iradəsinin ziddinə getmək, əsgərliklə bağlı, hərbi birlik, uşaqca, uşağa xas, böyüməyən, məlumatsız, bəsit, axmaq, sadədil, yetkinləşməmiş canlı varlıq və s. kimi mənaları var.
5 “Dünyanın çarmıxa çəkilən on altı xilaskarı”.
22
“Eva” isə “yer”, “dünya”, “rəftar”, “adət”, “ənənə”
mənasını daşıyır. Həvvanın ingiliscə qarşılığı olan Eva sanskrit mənşəlidir.
“Baleva”nın əlavə mənası isə kiminsə uşaqca, axmaq, cahil, dünyəvi xislətini, rəftarını və adətlərini özünə və
başqalarına götürməsi (əsasən özünə) deməkdir. Türk dilində “Bəla” kəlməsi “müsibət”, “fəlakət”, “pislik”, “dərd”
deməkdir. Türklərin tufandan sonra köçdüyü yerlərdən biri olan Hindistanın Kəşmir bölgəsində Balava (“believe”
inanmaq və ya “belief” inam) “qarma-qarışıqlıq”, “narahatlıq”, “üsyan”, “etiraz” mənasını verir. Balavayi (həqiqi inanan) isə “asi”, “üsyan başçısı”, “dəstəbaşı” deməkdir.
İspan dilində “kəlmə” mənasındakı palabra sözü də Bela-ba-dan törəmədir. İspanca palabras, ya da ingiliscə palaver sözlərinin (palavra söz/laf – Ö.U.H-tərc.) bizə əsas gerçəklikləri öyrədəcəyinə güvənsək, Bütün İnsanlığın Başlanğıcı və Qaynağı olan Meru dağından gəlmə qaçqınlar olacağımızı anlayacağıq.
Belə məlum olur ki, biz insanlar nifrət, şiddət kimi xislətlərimiz qabaranda qeyri-iradi olaraq tanrı Belə dua edirik. Davakar, zorakılığa meyilli adama ingiliscədə “bel-licose” deyilir. İspanca isə bu, belico-dur. Mövcud sistemə
qarşı baş qaldıran adama ingiliscə rebel (asi, üsyankar –
Ö.U.H tərc.) deyilir. Ötəri isteriya keçirərək özünüidarəni itirmək, səbri daşmaq mənasında ingiliscə “go balistik”
(əsəbdən cin atına minmək, boğaza yığılmaq – S.S Azərb.
tərc.) adlandırılır. Görünür, içində bal/bel hecası olan bütün sözlərdə neqativlik, mənfi vəziyyət ifadə olunur. Məsələn, top da (ingiliscə deyilişi ball) beysbolçuların insafı-na qalıb. Yaxud da “bull” (buğa) həm vəhşidir, həm də
şam yeməyində bifşteksdir. Balance (balans/ tarazlıq) ya 23
da tərəzi bir şeyi digərinə nisbətlə ölçmək mənasını verir.
“Bullet” (güllə) öldürücü cismdir.
Bel finikiyalılarda İblis, yeraltı Tanrı idi.
Hindistanda Baleva məzhəbindən olanlar inancların-dan ötrü özlərini fəda etməyə hazır olduqlarını göstərmək üçün hər avqust ayında bir-birinə hədiyyə verməklə xüsusi bayram keçirirlər (Baleva bayramı). Miflərə görə kral Bali Raja6 öz krallığından və həyatından imtina edərək bağlılığını tanrı Narayana təqdim etmişdir. Hindistanın bəzi bölgələrində evin divarına rəsm çəkib sonra ona ta-pınaraq Balevanı qeyd etmək adəti var. Bundan başqa, İb-lisin ilişib qalacağı ümidi ilə ovuclarının izini giriş qapısı-nın iki tərəfinə qoyurlar.
Finikiyalılar təkcə antik Misir mədəniyyətini yox, həm də Şumer mədəniyyətini asanlıqla assimilyasiya etmişlər. Bunun nəticəsi isə təkcə insanların mədəni inanc-larının qaynayıb qarışması olmadı, bu, həm də Baal mifinin öz əsl mənasını itirməsi ilə nəticələnən qarışıqlıq yaratdı.
Beltane festivalına adı verilmiş tanrı Bel, suriyalı Ba-alın qədim babilcə qarşılığı idi.
“Bel” ifadəsi tanrı və ya Baal kimi titullarla birgə tərcümə olunur. Baal bəzən “Ba-al” kimi də ifadə olunur. E.ə
2230-cu illərdə Ur şəhər olduğu halda, Babil hələ kənd idi.
İngiliscə “Babylon” (Babil) ivritcə “Babel” sözünün yunan dilindəki qarşılığıdır. Həm çaxnaşma, həm də Belin keçidi/qapısı kimi tərcümə olunur.
“Çaxnaşma” ifadəsi Babil qülləsi və dillərin qarışma-sına aid hekayədə xatırlanır ( Ancient Egyptians and The 6 Raja – racə – S.S Azərb. tərc.
24
Constellations. Audrey Fletcher, Adelaide – cənubi Avstra-liya. 15-ci bölmə)7.
Şumercə “Ba=Baba”, “Bel=çaxnaşma”, “İva=Həvva”
deməkdir. Demək, əslində kimsə “I believe” (inanıram) deyəndə, “çaxnaşmanın atası/anası mənəm” demiş olur.
Bir çox insan Üç üqnumdan uzaqlaşmaq istədiyini etiraf edir və bununla da həmin dəhşətli Beli, yaxud
“ikinci oğul”u müqəddəsləşdirməsi həqiqətən də qəribədir. Audrey Adelaidenin dediyi kimi bu “təlatüm”, yaxud İnanc (belief) mənasını verir.
Bu yerə qədər söylədiyim hər şey bu deməkdir: İnsan dilləri müqəddəs kitabların, vəzlərin və kəlmələrin “Babil”i8 ucbatından qarışıq və itkindir. Ya hamısını Eqo idarə edir, ya da həyatın alqısı onu kiçildir. Çünki insan bunlardan gerçək bir məna çıxarmağa çalışaraq əsla müdrik-liyə çatmaz. İnsan Ruhun xilasına təkcə Üç üqnum deyilən, tamamilə elmi olan ruhani texnika sayəsində – özünə
içəridən baxaraq çata bilər.
Əlbəttə ki, “ikincil oğul”un insanın mövcudluğunda bəzi yaxşılıqlar ifadə etdiyini də bilirik. Ancaq hər sual və tənlik üçün daima iki tərəf var. Və Üç üqnumun üç kompanentinin hər birində fədakarlıq duyulur. Eyni zamanda, üç üqnumun iki görüşü mövcuddur:
1. Buddizm və ya hər bir fərdin öz rahibi və xilaskarı ola bilmək cəhdi;
2. Brahmanizm və onun icmasına keşiş və rahib zümrəsi tərəfindən kütləvi nəzarət. Bu, Sati kimi vəhşətlə-rə, qanlı qurbanlara, iğtişaşlara, hər cürə savaşa və faciəli talelərə səbəb olan ictimai nəzarət növüdür. Heç bir halda 7 “Qədim Misirlilər və bürclər” (Odri Fletçer, Adelaida) 8 Yazıçı burada Babili çaxnaşma mənasında qeyd edib (Ö.U.H tərc.) 25
rahiblər icmaları idarə etməməlidirlər. Zamanından asılı olmayaraq bu həmişə qorxunc nəticələr verir. Əgər fərd öz “seçimlərini edə bilmə” hüququna sahibdirsə, Belin qəzəbinə tuş gəlməyəcək.
Skeptiklər mənə tez-tez deyir ki, türk-sanskrit Baleva/Balavanın bizim tanrımız İnanc/Belief ilə heç bir əlaqəsi yoxdur. Hansısa sözün etimologiyasını araşdıranda o söz öz mənası ilə mütləq tutuşmalı, yaxud da öz indiki mənasının zehni, ya da fiziki rəmzi olmalıdır. Məsələn, əgər bir dildə “got” kimi “sahib olmaq” mənasında işlənən söz tapıramsa, onun “Yaradan” mənasındakı “God”
(Tanrı) ilə əlaqəsiz olduğunu başa düşürəm. Əgər adı varsa, oyunu da o udacaq. Əgər oyunu udursa, adı da olmalıdır. “İnan”mağın əksər hallarda nə məna verdiyini öz-özünüzə soruşun. Mən soruşdum. İnanc, biz insanların, özümüzü Atadan və üç təslisdən ayrı tutduğumuz vaxt içində olduğumuz davranış və zehni fəaliyyət formasıdır.
Dindar, radikal, aqnostik, dünyəvi, skeptik, ateist və s.
olaq, ya da olmayaq, fərq etməz. Biz “inanıram”, ya da
“inanmıram” deyəndə, dərhal Tanrı Belə ibadət vəziyyətini alırıq. Zarafat edərkən belə, bu sözü deyəndə birbaşa, hamının qarşısında və xüsusi olaraq: “Mən ilahi Həqiqət-dən bixəbərəm. Mən onun həqiqi biliyinə malik deyiləm.
Ataya və Müqəddəs kitaba yenidən bağlanmaq istəyi duymuram. Mən təkcə qanı, həngaməni və çaxnaşmanı bilirəm”, – söyləmiş oluruq.
Hansısa ateist Müqəddəs Təslis haqqında nə qədər məlumatsız olmasından, onu qəbul, ya da inkar etməyin-dən asılı olmayaraq, ateist olduğunu söyləyəndə, Belin (ikincil tanrı) gerçək müridi, vəhşi baxışlı və onun fanatik mömini olduğunu bütün dünyaya elan edir. Təbiət bizim 26
hansı dinə və dini cəmiyyətə aid olduğumuzu bildirmə-yimiz üçün təkid edir. O bunu başqa yolla əldə edə bilməz. Heç kim Torpaq ananı aldada bilməz. O, hinduizmin saysız-hesabsız məzhəbi, xristianlığın 24 min təriqəti, buddizm, ya da digərləri haqqında heç nə bilmir; kimin doğru, kimin yanlış olduğunu da bilmir. Lakin O, gördüyünüz işlər və fikirləriniz vasitəsilə ruhunuzda Müqəddəs Təslisin (üç üqnumun) hansı dayanıqsızlıqlarının olduğunu deyə bilər.
Əgər Üç üqnumun tamamilə isbat edilməsi mümkün olan elminə yeni başlayan tələbəsinizsə, bu kitabın əsasən təslis (üçlü) inancının üzərində dayandığını bilməlisiniz.
Bütün gücümlə zehninizin bu məqsədə yönəlməsinə çalışacağam.
İnsanlardan qurban vermək istənilir. Lakin təkcə biri qan və vəhşət istəyir: Bel. Bütün bu qarışıqlığın yuxuda və ya oyaq olduğunuz hər ana nəzarət etməsini istəyirsi-nizmi? Əgər istəyirsinizsə, şimal-cənub istiqamətində yatın. Əmin olun ki, vicdansız siyasətçilər, iş adamları, cinayətkarlar və məhkumlar da belə edirlər. Bunu etsəniz, əs-la “məyus olmayacaqsınız”. Müqəddəs istiqamətlərin bu sirrini növbəti bölümlərdə izah edəcəyəm.
İnsan oğlu Cənnətdən (insanın ilk yaşayış məskənin-dən) qovulanda qaynağa geri qayıda bilmək üçün yavaş –
min il davam edən bir mübarizəyə başlamaq məcburiy-yətində idi. Çox keçmədən anladı ki, əvvəlkindən fərqli olaraq, Tanrı bunu onlara əsla gümüş sinidə təqdim etməyəcək. Gerçəyi və çətin yolu öyrənməyə məcbur idi.
Qaynağa dəyişilməz şəkildə bağlı olduğunu unutmağa başladı. Fərd (eqo) olaraq düşünmə və davranmanın, öz 27
icması daxilində kollektiv zehniyyətin normal və düzgün olduğuna inandı. Ancaq o normal və düzgün deyildi!
Bu səbəblə Təbiət kainatın sahibi olmasına mane olmaq üçün ağıla gələn və gəlməyən hər cür əngəli insan oğlunun yoluna qoydu. Dünyada başımıza gələn və gələcək bəlaların çoxu insanın öz xislətindən, inadkar, pis niyyətli və kinli israrlarından irəli gəlir. Bir çox insan inancı uğrunda ölə bilər. Biz qədim Türkiyə və Hindistanda bunun edildiyini dəqiq bilirik. Belə bir ağılsızlığa nəyin səbəb olduğunu özünüz təxmin edin.
Xüsusi araşdırma aparmadan bir çox insanın özünə
güvənərək, burada yazdıqlarım haqqında “mən buna inanmıram!” deyəcəyini bilirəm. Bu insan hazır olana qədər Təbiətin onu dünyəvi gerçəyi kəşf etməkdən uzaq tutma üsuludur. Bu onların savaşa, narahatlığa və ictimai se-paratizmə səbəb olan adamlara qarşı hörmət və simpatiya duyduğunu göstərir. Bu söz haqqında həqiqəti nə vaxt öyrənəcəyik?
Bu qoca dünyada hələ körpə olan insanlığın sağlam həqiqətlərlə qarşılaşmaq üçün yetərli bilik sahibi olmadığını başa düşürəm. Buna görə də, hamımız əslində Bel olan “ikincil tanrı”ya alçaldıcı bir ibadət içində əzilirik.
Bu ifadəyə görə utancdan ikiqat olsam da, etiraf etməliyəm ki, hər kəs kimi mən də bunun içində həbs olmuş vəziyyətdəyəm. Bu termini söyləmədən ağzımı da açmaram. İnsanlarla danışanda tez-tez məndən “ikincil tanrı”nı nə üçün bu qədər önəmsəmədiyimi soruşurlar.
Lakin bu, məndən asılı deyil. Mən də yazıqcasına biliksi-zəm. Xəbər verilişlərində siyasətçiləri və din “alimləri”ni dinləyin. “İnanc”larını dünyaya çatdırmaq üçün həddindən artıq səxavətlidirlər. Ancaq tanrı Balevanın bizim 28
həbsxana nəzarətçimiz olduğu gerçəyi ona ibadət etməyimiz üçün bəhanə ola bilməz. İnsanlığın inkişafını sürət-ləndirməli və özümüzü bu iyrənc bataqlıqdan xilas eməliyik. Özümüzü Ataya və Müqəddəss ruha möhkəm bağ-lamalıyıq. Üç üqnumun mənasına sədaqətlə bağlanmalı-yıq.
Tutaq ki, siz də mənim kimi, inanc/inancsızlıq məsələsinin uyğunsuz və təhlükəli bir vəziyyət olduğu ehtimalını qəbul etmək niyyətindəsiniz. Bəs onun yerinə nə qoymaq olar? Mən Kabbala ruhu ilə yaşamağı tövsiyə edirəm. Bu, “qəbul etmək” anlamındadır. Nəyin isə və ya kiminsə bizim zehnimizi ələ keçirmək istədiyindən şübhə-lənəndə aşağıdakı ifadələri söyləyərək, qarşımızdakını bu ehtimalı təsdiqləməsi üçün hazırlamalıyıq:
“Qəbul edirəm ki, kosmosdan buraya yaşıl adamların gəlməsi mümkündür.
Qəbul edirəm ki, təqsirləndirilənin bu cinayəti işləmiş olması mümkündür.
Qəbul edirəm ki, sənin günahkar olmamağın mümkündür.
Şübhələnirəm/Zənn edirəm ki, bu yeni siyasi ideolo-giya insanlıq üçün yaxşı deyil.
Şübhələnirəm/Zənn edirəm ki, bu avtomobil satıcısı məni aldatmaq istəyir”.9
Xatırlayın: heç bir vəziyyətdə neqativ cümlə başlıq-larını birinci deməyin. Hər zaman “qəbul edirəm ki”, ya da “zənn edirəm/şübhələnirəm” ilə başlayan mənfi ehtimalları ikinci cümlədə işlədin. Əgər bu kimi ifadələri düz-9 Bu təsdiq cümlələr ingilis və türk dillərinin cümlə quruluşu arasındakı fərqliliklər nəzərə alınmadan hərfi mənada tərcümə edilmişdir. Bunun səbəbi, sonrakı paraqrafda yazıçının qeyd etmiş olduğu “neqativ əlavə cümləni ikinci cümlədə istifadə etmək” təklifini vurğulaya bilməkdir.
29
gün işlətməyi öyrənsək, bəlkə də bir gün “Çaxnaşmanın atası”nı – insanlığın ikincil tanrısını dərin bir məzara bas-dıra bilərik.
Bu kitab nə qədər ruhani elmi izah etsə də, biliyinizi dərinlətmək üçün ateistlər haqqında kitablar oxumağı və
onlarla dostluq qurmağınızı tövsiyə edirəm. Kitabdan söz düşmüşkən, Kersey Gravenin The Worlds Sixteen Crucified Saviors (“Dünyanın çarmıxa çəkilən on altı xilaskarı”) kitabından yaxşısını tanımıram. O, Amerika tarixinin ən məşhur ateistidir. Kitabda söylədiyi hər şeyi diqqətlə oxuyun. Ateizm haqqında başqa kitablar da oxuyun. Din də-yişdirmək üçün yox, onları ateist edən ruhi keçidin nə olduğunu öyrənmək üçün ateist topluluqlara qatılın. Ateist dost tapmaq lazım gələrsə, onlardan ən mədənisi və bilikli olanı ilə dostluq edin. Hər iki tərəfi də nəzərdə sax-lasanız, ancaq o zaman Üçlük inancının bütün tərəfləri ilə
bərabər bir elm olub-olmadığını bilərsiniz.
Diqqət çəkmək istədiyim növbəti sanskrit mənşəli söz Science (elm) və scientific (elmi) sözləridir. Bu ifadənin sanskritcə versiyası: siyoni/suyoni. İngilis dilinə Zion (vəd edilmiş torpaqlar) kimi daxil olub.
Si/su = bağlı və ya zəncirlənən, yaradılan və ya doğulan.
Yoni = bətn, döl yatağı, vulva, vagina, doğuş yeri, qaynaq, kök, bulaq, memba.
Siyoni/Suyoni = qaynaqdan doğulan və ya ona aid olan.
Siyoni və Suyoni bütün insan nəslinin ilk vətəni olan Hindistanın Meru dağının ünvanıdır. Yezuit rahiblər Hindistana gedəndə, Şimali Hindistana “zion ölkəsi” mənasını verən Seunadesa deyildiyini görmüşdülər.
30
Hal-hazırda, yanlış olaraq bütün dünyada İsrailin gerçək zion və ya Meru dağı olduğu düşünülür, onun üstündə vəhşi və qanlı çəkişmələr aparılır. Hindlilər Meru dağının Qərbi Tibetdəki Kailasa olduğunu deyir. Elə olmasa belə, Kailasa dağı, ən azından insanın yatmalı və ru-hi enerjisini yönləndirməli olduğu müqəddəs istiqamətləri təmsil edir. Yəhudi, müsəlman və xristianların yanlış
Zion dağı uğrunda savaşdıqlarını görmələrini istəyirəm.
Onlar da tanrı Balevaya ibadət edirlər. İnsan övladı özünün türk mənşəyini tanımaqdan imtina və gerçək Meru dağının Hindistanda olduğunu inkar etdiyi müddətcə, Baleva uğrunda qan tökməyə davam edəcəkdir.
Hal-hazırda İsraildə meydana gələn dəhşətə tək bircə
həll yolu var. Bu da ruhani yoldur. Bəs bu ruhani həll yo-lu nə deməkdir? Bu hamının silahları yerə qoyaraq bir-birinin üzünü iyrənc, xəstəlik dolu tüpürcəkli öpüşlərlə öp-məli olduğu mənasınamı gəlir? Həqarətlə baxdığımız insanları sevməyimiz mümkündürmü? Bəlkə liderlərimizi dünyadakı bütün pisliklər üçün günah keçisi etməliyik?
Yoxsa kimin doğru, kimin yanlış olduğuna öz müqəddəs kitablarımızı oxuduqdan sonra qərar verməliyik? Əlbəttə
yox. Əgər belə bir şey olsaydı, Tanrının özü insanların ona münasibətdə ateist olmasına razılıq verərdi. Tanrı ağılasığmaz ola bilər, ancaq qətiyyən axmaq deyildir.
Düzgün və ruhani həll yolu hər kəs üçün təsirli olan bəzi sadə prinsiplərin tətbiq edilməsidir. Siyasi üsullar və
qan tökülməsi bu xüsusda işə yaramayacaq. Bütün xristian, yəhudi və müsəlmanların başları şərqə, ayaqları isə
qərbə tərəf və saat 8-də yatacaqları halda, qanlarına susa-mışların həqiqətən gücsüzləşəcəyini bilirdiniz? Təbii ki, bir gecədə olmaz, lakin belə etdikdə mütləq tunelin so-31
nundakı işığı görəcəyik. Bu kitab vasitəsilə yatağınızın yerini dəyişdirməyin insanlığı qana, əzaba və kədərə düçar edən siyasi problemlərə qarşı necə ideal həll olduğunu kəşf edəcəksiniz. Ancaq onu qəbul edib-etməyəcəyinizi deyə bilmərəm. Çünki siyasət və siyasətçilər insanlıq tarixinin Troya atlarıdır.
Siyasətçilər tarixi istədikləri kimi dedirtməyə çoxmu ehtiyac duyurlar? Onların doğrudan da tarixə dair uydurma görüşləri var. Həqiqətə nifrət edirlər. Onlar hər yerdə
təkcə siyasəti görmək istəyirlər, həm də öz nöqteyi nə-zərlərincə. (Murad Acı . A Story Told By The Rocks [“Qaya-ların danışdığı hekayə”])
İnsan irqi Türkiyə və Hindistandan çıxdıqdan minillər sonra Siyoni/Suyoni “konkret bilik nöqtələrindən qaynağa nüfuz edən” mənasındakı Science – ə (Elmə) çevrildi.
Gəncliyimin ilk illərindən bəri varlığımızın ruhani bir yönünün olub-olmadığı müəmması da daxil olmaqla insanlığın və dinin mənşəyini araşdırıram. Ruhlar, qoruyucu mələklər, möcüzələr, bənzər varlıqlar və fövqəltəbii hadisələri araşdırdım. Bu yolda eyni şeylərlə məşğul olan bir çox başqa insanla tanış oldum. Maraq dairələrimizin ta qaynağına qədər girdiyimizi hiss etdim. Bəs nə oldu?
Maraq dairələrinin riyaziyyatın, geologiyanın, biologiya-nın, fizikanın, astronomiyanın, tibbin və digər elm sahə-lərini qaynağını əhatə etdiyini, elmi olduğunu iddia edən və gördüyümüz iş haqqında heç nə bilməyən bəzi insanlar ixtisaslaşdığımız bu sahələrdə bizim deyil, özlərinin mütəxəssis olduğunu söylədilər. Bütün bu çaxnaşma (Baleva) hardan çıxdı?
Kitabdan da görəcəyiniz kimi, heç kim deyə bilməz ki, mən isbatolunmaz biliklər kəşf etmişəm. İnsanlıq el-32
min gerçək mənasını unutmuş ola bilərmi? Yorulub bez-mədən ixtisas sahəmi araşdıran insan kimi mən özümü nə
üçün elmdən uzaqda görməliyəm?
Bu kitabda insanlığın problemlərini izah edərkən ri-yaziyyatçıların, fiziklərin və digərlərinin vasitə və nəzə-riyyələrindən istifadə etməyəcəyimə dair sizi əvvəlcədən xəbərdar etməliyəm. Ruhaniyyətçi tədqiqatçıların elmi nəzəriyyələri və fikirlərindən sitat gətirəcəyəm. Əslində, öz daxili kimliyinə geri dönmək istəyən insanlar üçün dünyanın ən qədim ruhani öncüllərini təqdim edirəm: Qaynağın nə və harada olduğunu, müqəddəs yönləri və
gerçək üç üqnum elmini bilən, Yaqubun nərdivanı 10.
Bəs bizim üçün ən yaxşısı hansıdır? Babil dağı? Yoxsa Zion dağı?
10 Yaqubun nərdivanı və Yaqub peyğəmbərin yuxuda gördüyü, cənnətə doğru yüksələn nərdivan nəzərdə tutulur. “Kitabi-müqəddəs”in “Təqvin” bölməsində
Yaqubun yuxusu belə danışılır: (Yaqub) yuxuda yer üzünə nərdivan qoyuldu-ğunu, başının göyə çatdığını gördü. Tanrının mələkləri həmin nərdivandan enib qalxırdılar.
33

Norveçdə aparılan arxeoloji qazıntılar zamanı tapılmış bir fiqur.
34
Bölmə 3
Dünyanın bütün insanları, türk olduğunuzu bilirdinizmi? DNT-ləriniz bunu təsdiqləyə bilər!
Aşağıdakı iqtibası Murad Adcının “The Kipchaks – An Ancient History of the Turkic People and the Great Stepe”11
adlı, ödənişsiz elektron kitabından götürdüm. Qərblilər Hun Attilanın başçılığı altında olan moğol köçərilərinin avropalıların canına necə vəlvələ saldığını və onlar haqqında bir çox başqa məlumatlar da oxuyublar. O az qala Romanı çökdürmüşdü. Lakin bir zamanlar Avropanı istila etmiş hunlar və türklər haqqında yalnız nadir sayda,
“çəpərin digər tərəfindən” şüurlu bir tarixi perspektiv əl-də etmək mümkündür. Murad Adcı hamımızı maariflən-dirəcək. Bu kitabda onun sözlərindən çoxsaylı istinadlar gətirəcəyəm. Onun dövrü əhatə edən ödənişsiz kitablarını və satışda olanları oxumağı hamıya tövsiyə edirəm. Türk-11 “Qıpçaqlar, Türklərin və Böyük bozqırın qədim tarixi”.
35
lərlə bağlı bir çox faktı öyrəndikləri üçün məyus olmaya-caqlar. Nəhayət, kim olduğumuzu kəşf edirik. Murad Adcının kəlmələrinin yenilikləri mənimsəməyə qadir olan oxucuya ehiyacı var.
Qeyd: Adcı türk əsilli Rusiya vətəndaşıdır. Onun kitabını ingiliscəyə tərcümə edən şəxsin təqdirəlayiq bir ingiliscə savadı olsa da, kitab səhvlərlə doludur və nəşrə
yaxşı hazırlanmayıb. Kitabımın heç bir fəslində bu iqti-basları düzəltmədim, yəni onları tamamilə Murad Adcının internet saytından götürdüyüm formada saxladım.
Buna baxmayaraq, Adcının bu önəmli mesajı, insanlığa təsirli olacaq və rahat başa düşülə biləcəkdir.
“Çox sayda – milyardlarla insan türk dilində danışırdı və danışır. Qarlı Yakutiyadan mülayim iqlimli Mərkəzi Avropaya, Sibirdən qızmar Hindistana qədər. Hətta Afrikada da türk dilinin səsləndiyi yaşayış yerləri vardır.
Türk dünyası böyük və qeyri-adidir. Bu dünyada ən çox sayı olanlar türklərdir. Onlar dünyanın hər bir yerində tanınan böyük bir ölkədə, Türkiyədə yaşayırlar. Öz xalqı, qədim adət-ənənəsi, yüksək və bənzərsiz mədəniyyəti olan bu millət haqqında minlərlə kitab və məqalə yazılmışdır.
Ümumilikdə bir neçə yüz nəfərdən ibarət olan Tofalar haqqında isə, əksinə, çox şey söyləmək olmur. Onlar çox az tanınır. Tənha və sıx Sibir tayqasında, iki-üç kənddə
yaşayırlar. Buna baxmayaraq, ən qədim və ən təmiz türk dilini bəlkə də, elə tofalar saxlamışlar. Onların həyatı yüz illər boyu digər qəbilələrlə demək olar ki, heç bir təmas olmadan keçdi. Dillərinə heç bir dil qarışmadı, onu ləkə-ləmədi.
36
Həqiqətən də, Türk dünyası böyükdür… Çox sirlidir… Bu dünya bir brilliant kimidir. Onun hər üzü, hər kənarı bir millətdir. Azərbaycanlılar, altaylılar, balkarlar, başqırdlar, qaqauzlar, qazaqlar, karaimlər, qaraçaylılar, qırğızlar, Krım tatarları, kumuklar, tatarlar, tuvalılar, türkmənlər, uyğurlar, özbəklər, xakaslar, çuvaşlar, şorlar, yakutlar. Hamısını birdən xatırlamaq mümkün deyil.
Türk dünyası onlarla xalqı birləşdirir. Hamısı eyni kökdəndir və hamısı özünəməxsusdur. Fərqli nüanslı səsləri və mənaları olan dilləri də özünəməxsusdur. Bəzən eyni söz ayrı-ayrı cəmiyyətlərdə başqa məna verir. Bu, normaldır. Çünki bunda türk dilinin nəhayətsizliyi, onun heyrət ediləsi sadəliyi və qədimliyi var.
Lakin hər zaman belə olmadı. Vaxtilə, çox qədimdə, türklər hər kəsin anladığı eyni dildə danışırdılar. Təqri-bən iki min il öncə, dilləri – sadəcə özlərinin anladığı –
ləhcələrə (dialektlərə) ayrılmağa başladı. Lakin ortaq dil uzun müddət unudulmadı. Çox uzaqlardan gələn tacirlərin toplandıqları bazar və yarmarkalarda, əvvəllər olduğu kimi, bir dildə danışıb, razılığa gəlirdilər.
Bu ortaq dil ədəbiyyat dilinə müxtəlif töhfələr verdi.
Şairlər və qiraətçilər bütün Türk dünyası xoşnud olsun deyə, hər kəlməni əsərlərində ustalıqla işlətdilər. Əsgər toplayan, vergi təyin edən dövlət məmurları hələ də ortaq dildə danışırdılar. Bütün dövlətlər həmin dövrdə türkcə
danışır və yazırdılar.
Bir türk xalqını digərindən ayıran şey dil deyilmi?
“Türk dünyası” olaraq adlandırılan o brilliantın sirri elə
dillərinin çox çeşidliliyində deyilmi?
Heyhat! Hər şey çox anlaşılmaz və çətindir.
37
Görünür, yer üzündə, günü bu gün də Türk olduqlarını bilməyən qövmlər var. Bu məsələdə şübhə yeri yoxdur. Düşmənlər onları əsir aldılar və ölümlə hədələyərək ana dilində danışmağı qadağan etdilər. Beləliklə, insanlar dillərini unutdu. Nəticədə, əcdadlarını və onlara aid olan bütün qədim şeyləri unutdular. Yaddaşsız qəbilələr olaraq qaldılar; hələ də öz gerçək tarixlərindən xəbərsiz halda yaşayırlar.
Təəssüf ki, onlar dünya tarixində elə bu cür də forma-laşdılar.
Bu insanlar, əlbəttə ki, qədim zamanlardakı kimi üzdən əcdadlarına (başqa cür olması mümkün deyil) bənzə-yirlər. Avstriyalılar və bavariyalılar, bolqarlar və boşnak-lar, macarlar və litvalılar, lehlər və saksonlar, serblər və
ukraynalılar, çexlər və xorvatlar, burqonlar və katalon-lar… – hamısı belədir. Onların yarısından çoxu mavigözlü, sarısaçlıdırlar (eynilə qədim türklər kimi) və heç nə xatırlamırlar. Bu, olduqca təəccüblüdür. Amerikalılar, ingilislər, ermənilər (ərmənlər), gürcülər, ispanlar, italyanlar arasında qohum olduqlarını unudan türklər heç də az deyil. Və xüsusilə iranlılar, ruslar və fransızlar arasında. Onlar da qədim türklərin xarici görünüşünü mühafizə edə
bilmiş və eyni zamanda, hər şeyi unutmuşlar.
Kədərli bir tarixdir. Çox təəssüf ki, hər şeyi bu vəziyyətə özləri gətirdilər. Kədərli, daha doğrusu, təfsilatsız və
anlaşıqsız.
Kazaklar (ukraynalılar) bu baxımdan fərqlənirlər.
Millət kimi millət deyillər, qəbilə kimi qəbilə. Anlamaq olmur. Bunun əvəzinə bir nağıl uyduraraq, öz gerçək tarix-lərini gizlədirlər. Ukraynalıların sanki, zamanın yol ayrı-cında azdığı məhz bu məqamda üzə çıxır: Özlərini slav-38
yan əsilli hesab edirlər, lakin hələ də ana dil türkcəni unutmayıblar. Bəzi Kazaçik kəndlərdə, əvvəllər olduğu kimi, o dildə danışırlar (qovaryat, qutoryat, balakayut).
Və hiyləgərcəsinə, onu “ana dili” deyil, “məişət” dili ad-landırırlar.
Mən uzun müddət Türk dünyasının bu qədər az ta-nınmasının səbəbini anlamağa çalışdım. Bu bir təsadüf idimi? Heç bir dil türkcə kimi bu qədər nüansa, təfərrüata və ləhcəyə (dialektə) malik deyil. İnsanların qanı eyni, əcdadları eyni, tarixləri eyni, lakin dilləri ayrıdırsa, özləri də
ayrı millətlər olurlar. Həqiqətən də, niyə axı?”
Növbəti iqtibas cənab Adcının hələ ruscadan ingiliscəyə tərcümə edilməmiş kitabındandır:
“Coğrafi xəritə, heç də qalın kitabdan az məlumat da-şımayan, əhəmiyyətli tarixi sənəddir. Onu oxumaq lazımdır: Xalqların böyük köçü xəritədə izlər qoymuşdur.
Sonra II-V əsrlərdə məskunlaşma yerinə görə kəndləri, şəhərləri, son dayanacaqları ilə böyük bir düzənlik ölkə
olan Dəşti-Qıpçaq meydana gəlmişdir. Baykaldan Alp dağlarına qədər həmin Bozqır qurşağında türk mədəniyyəti hakim idi. Avropa o dövrdə Serbiyadan “başlayırdı”.
Yüz illər keçdi, o bütünlüklə yox olmuş kimi görünür. Lakin heç nə unudulmadı. Xəritələr isə insanların unutduq-larını xatırlayırlar.
Məsələn, Dəşti-Qıpçaq hüdudları pozulmamışdır.
Rusiyada “kurqan” kəlməsi məşhur toponimçi E.M.Mur-zayevin yazdığı məlumata görə əvvəlcə “sərhəd”, “hüdud” mənasına gəlirdi. Niyə? Çünki türk torpaqlarını hər şeydən əvvəl kurqanlar ayırırdı, kurqanlardan o tərəfdə
başqalarının torpaqları başlayırdı.
39
“Dəşti-Qıpçağ”ın sərhədləri: şimalda Moskva çayı üzərindən keçirdi, çayın şimal sahili finlərin və uqorların idi, cənubda isə Türklərlə sərhəddə idi. Tək Moskva sərhədləri içində çox az kurqan qrupu məlumdur, əksəriyyəti cənub (sağ) sahilindədir. Xüsusilə, türklərin məskunlaşdığı Moskva ətrafında. Qədim türk məhəllələrinin to-ponimikası bunu təsdiqləyir. Məsələn, “Kolomenskoe”-
nin, əvvəlki adı “Qollama”dır. Türkcə “qoruma”, “qolla-ma” mənasına gəlir. “Kopotniya” “Uzun ev”dən (yaxud
“Uzun ot”), “Kuntsevo”dan “Qorunaq”, ya da “qonaq”-
dan gəlir. Bu sözlərin slavyan mənşəli olmadıqları göz önündədir. Və Moskva çayının şimalında kurqan yoxdur.
Orada başqa mədəniyyətlərdən olan başqa adamlar yaşa-mışdır və ordakı toponimlərin mənşəyi başqadır, ancaq slavyanca deyil”.
(Matlokun qeydi: İqtibaslarda mötərizə içində gördüyünüz qeydlər mənim deyil; ya cənab Adcının, ya da onun tərcü-məçisinin şərhləridir).
Yazıçının qeydi. XII əsrdə sərhədlərin bugünkü kimi dəqiq xətlər formasında olmadığına aydınlıq gətirmək lazımdır. Bütün məsələ qonşuların bərabər ölçüdə pay aldığı geniş bir bölgədən ibarət idi (dialoq, qarşılıqlı hesablaşma və sülh bölgəsi).
Moskva çayı, Oka və ona bitişik torpaqlar, köçdən əvvəl slav-yanların yarı-sahəsi kimiydi. Bu səbəbdən Türk abidələri finu-qorların abidələri ilə yanaşıdır. Bu, təbiidir. Məsələn, qədim zamanlardan bəri bazarlarıyla məşhur olan Nijniy Novqoroda, ilk əvvəl türkcədə, bolqarcada rast gəlinir. Bolqar bazarına Avropa-dan, İrandan tacirlər gəlirdi.
Cənubda, türklərin ölkəsinin İrana çatdığı yerdəki kurqanlar buna şahiddir. Sərhəd, demək olar ki, dəyişmə-40
dən qalmışdır. Orada hələ də türklər yaşayır və İran azə-riləri adlandırılırlar.
Günü bu gün də Dəşti-Qıpçağın şimal və cənub sərhədləri arasında minlərlə yer adı olduğu kimi türkcə qalmışdır. Məsələn, Moskvada Kremlin qarşısı – sağ sahil
“Balçuq” adlanır. Rusca belə bir söz yoxdur. Bu, türkcə
“palçıq” deməkdir. O açıq-aşkar türkcə bir toponimdir.
Buna bənzər sonsuz sayda nümunə var. Rusiya səh-ralarında bir çox şəhərin adı əksərən türk mənşəlidir. Orel
“Yuxarı yol”, Tula “Dolu”, Bryansk (Birinci, Bryaneçsk)
“Birinci”, Saratov (Saryrau) “Sarı dağ”, Simbirsk (Simbir) isə “yalnız qəbir” … Kashira, Kolomna, Kaluqa, Voronej, Penza, Çelyabinsk, Kurqan. Bu tipli çoxsaylı kəlmə vardır və hər biri qıpçaqların ana vətənləri məsələsindəki unut-qanlıqlarını göstərir.
Xəritələr Qorxunc İvan (İvan Qroznı) və Çar I Pyot-run işğalçı müharibələrinin izlərini qorumuşdur. Rusiyanın qonşu torpaqlar hesabına necə genişləndiyini göstərir.
Xəritələr yenidən yazılan xronikalardan təmizlənməyə ça-lışılan qaranlıq tarixi mühafizə edir. Və Avropa xəritələrində göstərilən qədim türk məskəni olan “Kipenzaj”ın rus Penzaya, “Şapaşkar”ın Çeboksariyə, “Burununej”in Voronejə, “Saryrau”nun Saratova, “Çelyaba”nın Çelya-binskə çevrilməsinin səbəbi anlaşılan olur.
Türkcə “Uzaq” mənasında “Aleman” deyilirdi. Al-maniya adı “Alemania”dan gəlir. Bir çox “german tayfası” mavi gözləri, iri almacıq sümükləri ilə qabarıq biçimdə
Qıpçaq görünüşlü idi və runik yazılarında, adətlərində və
xalqın yaddaşında da göstərildiyi kimi türkcə danışırdılar. Onlar uzaq Altaydan gələn adamlar idi…
41
Əlbəttə ki, türkcə yer adları Avropa xəritələrində qalmışdır. Bu xəritələrdən bəzi ölkələrin və tayfaların tarixi açıqca oxunur.
Fransa və İtaliya, İngiltərə və Avstriya, Yuqoslaviya və Çexiya əhalisinin bir qisminin də erkən dövr tarixi eyni şəkildədir. Arxivlərdən, təxminən XVI əsrin sonuna kimi türk dillərinin danışıldığı nəticəsi çıxır. Əslində ondan sonra, inkvizisiya məhkəmələri dövründə, Roma Katolik kilsəsi arxivlərin böyük həcmdə “təmizlənməsi”ni təs-diqlədi. Təəccüblüsü isə odur ki, türklərin Mərkəzi Avropada yaşadıqlarını iddia etməyə imkan verən də elə bu sənədlərdir.
Adcının ismarıcını anlayırsınızmı?
Bir çoxumuz bilirik ki, Romanın hökmranlığının son günlərində qotlar, ostqotlar, vestqotlar, alanlar (alanilər), alemanlar (alamanlar), franklar və s. kimi adlandırdığımız köçəri Orta Asiya türkləri yavaş-yavaş Avropaya gəlməyə başlamışdı. “Avropanın yerliləri” onlarla mədəni və
linqvistik bir yaxınlıq duydular. Nə qədər də olsa, hamımız bir zamanlar türk və Ramanaka (hindu) idik.
Bu dövrü müasir İngiltərə ilə bağlı fikirlərimizlə müqayisə edə bilərik. Dünyanın fərqli bölgələrində yaşayan oxşar insanlarıq. Lakin amerikalılar və ingilislərin beş
yüz, yaxud, min il əvvəl eyni adamlar olduqlarını qəbul etmək bizə çətin gələrdi. Hətta indi də, bu ölkədə yaşayan avropalılar: hollandlar, almanlar, isveçlilər, norveçlilər və
42
digər nəsillər mədəni və linqvistik baxımdan özlərini İngiltərəyə, öz köçəri əcdadlarının ana vətənləri ilə müqayisədə daha yaxın “hiss edirlər”. Daha bir nümunə göstərirəm. Bu ölkədə ispanca danışan insanlar və anqlo-amerikalılar hər bir qrupun bir-birindən fərqli olduğunu hiss edir. Halbuki, İngiltərə ispan qotlar, ya da iberlər (qədim türk gürcüləri) tərəfindən qurulmuşdur. Cənab Adcı sadəcə bizim kim və nə olmağımız məsələsində yaddaşımı-zı təzələməyə çalışır: türklər və hindular.
1950-ci illərdə Mərkəzi Amerikaya səyahət edərkən Salvadorlular orada yaşayan varlı türklərin (Turkoların) sayından şikayətlənmişdilər. Halbuki, onlar və hazırkı Amerika qızıldərili qəbilələri də, hamımız kimi, türklərin nəvələridir.
Məhz bu, Burqund tayfasının izlədiyi yoldur. Burqund xalqı Avropaya Baykal dağlarının ətəklərindən gəlmişdir. Şərqə aid toponim olan “Burqon” orada tanınır.
Sonra isə Xəzər çöllərində yaşayıblar, sonra bir qismi Qafqaz dağlarının ətəyinə, Burqund məskəni olan Karaçiyə
yerləşmişlər. Və 435-ci ildə Atillanın başçılığı altındakı xalqlar bugünkü Fransaya çatmış və Burqun-yurdu, yaxud Burqundiyanı qurmuşlar. Fransız-burqundlar türk milli mətbəxinin yeməklərini, geyimdən qab-qacağa qədər bütün əsas ünsürlərini qoruyub saxlamışlar, adət-ənənələrini unutmamışlar, lakin dillərini itirmişlər.
Bu şəkildə savoy xalqının da tarixini izləmək mümkündür. Bu toponim coğrafi xəritədə Altaydan nazik bir zəncir formasında uzanır. Bu da xalqların böyük köçünün olduğu zamanla uzlaşır.
“Terinq” sözü də yenə oxşar bir tarixi yolda kompas rolunu oynaya bilər.
43
Türkcə “terinq” kəlməsi “dərin”, “bol”, “bərəkətli”
deməkdir. Məsələn, geniş, bərəkətli vadiyə belə demək olar. Balxaşdan (ya da Balkash – ingiliscəyə) (bu gölün köhnə adı Terinq – Kül idi – müəllifin qeydi). Mərkəzi Avropaya qədər bu toponim açıq şəkildə qabarıq formada görünür. Təsadüfdürmü? Qətiyyən deyil. Qərbi Avropa ədəbiyyatından çıxarılan nəticəyə görə, Atillanın dəs-təkçiləri Terinqlər (Turinqlər, Tyurinqlər), Burqundlar və
digər “germanik tayfalar” idi. Hər biri yaxşı at sürməyi bacarırdı və üzərində xaç işarəsi olan bayraqların altında döyüşürdü. Terinqlər və onların atçılıq bacarıqları haqqında tarixçi İyordanın sətirləri təəccüblü deyil. Avropalılar o dövrdə at yetişdirməzdilər! Qımız da içməzdilər.
Bu, məşhur türk məşğuliyyəti idi.
Dunayın xəritəsini araşdırarkən Qıpçaq adlarının çoxluğunu görürük. Balkan sözü türk dilində “Meşəylə
örtülü dağ” deməkdir. Azərbaycanda təəccüblü şəkildə
gözəl meşələrlə örtülü belə dağlara bu ad verilmişdir.
Balkanlardakı çernoqorlara “karatielər” deyə müraciət olunurdu. Niyə? Türk dilini bilmədən, buna cavab vermək olmaz. Ancaq cavab sadədir. Türkcə “qara” və “tau”-
yəni dağ sözləri birlikdə “karatielər”i yaradır (qardağlı-lar). Buna görə də çernoqorlar və karatielər eynidir.
Avrasiya xəritəsində göydəki ulduzlar qədər türkcə
toponim var. Ancaq (Rusiyada yaşayan insanlar üçün) bunları öyrənə bilmək mümkün deyil. Bu məsələylə bağlı kitablar, ancaq Rusiya sərhədlərindən kənarda nəşr edilmişdir. Azsaylı elm adamları bunları bilir. Bunlardan biri də məşhur coğrafiyaşünas Eduard Makaroviç Murzayev-dir. Öz kitabını, bəlkə də dünyanın ən önəmli kitabını yazmışdır, Turkic Geographical Names (“Türkcə coğrafi ad-44
lar”)… Kitab ixtisar olunaraq, çox az nüsxədə nəşr edilmişdir (yalnız 500 nüsxə).
Bütün Bozqırın sərhədləri İngiltərədə də aşkar görünə bilər. O sərhədlər orada türklərin (saks, ya da sakses) başçılığı ilə V-VI əsrlərdə meydana gəlmiş anqlosakson müharibələrinin xatirəsidir.
Yerliləri məğlub etdikdən sonra qıpçaqlar yurda və
sonradan isə krallığa öz adını vermiş “Kənd” şəhərindən başlayaraq “ada” dövlətlərini qurmuşdurlar. Türk dilində
“kənd”, “daş qala” mənasını verir (Daşkənd – “daş qala”
ilə müqayisə edin – ingiliscəyə tərcümə edənin qeydi).
Bura adanın daha içərilərinə gedib çatmaq üçün əlverişli bir mövqe idi. Körfəzin qarşısında, Avropa qitəsində Ka-lais şəhərini qurdular. Bilirik ki, Anqlo-sakson müharibələri buradan başladı, körfəzə keçid də buradan hazırlandı.
Xəritə bu hekayəni təsdiq edir.
Yazıçının qeydi. Türk dilindəki “Qala” eyni zamanda “hasar/qala” mənasındadır. Ancaq divarları daşdan yox, torpaqdan hazırlanır.
Bəlkə də ən heyrətə gətirən məsələ toponimin işarə
etdiyi adın bu bölgənin vəziyyətinə tam şəkildə uyğun gəlməsidir. Qədim türkcədə bir termin olan “ing” “qənimət” deməkdir. Bu “ingland”ın mənşəyi, “zəbt edilmiş/ələ keçirilmiş torpaq” deyildirmi? Türklər gəlmədən əvvəl adaya Albion deyirdilər.
İlk əvvəl kiçik reaksiyalara, sonra isə etirazlara cavab olacaq növbəti bir həqiqət: İngilis kilsəsi (anqlikan kilsəsi) Papa hökümətini tanımamışdır, sadəcə Papa müqəddəs I Böyük Qriqori (540-590) onların etibarını qazana bilmiş-45
dir. Erkən dövrlərdə ingilislər şərqə aid ayinlərin əlamət-lərini yaşatmışlar. Niyə? Adaya onlar haradan gəlmişdi?
İlk keşişlərinin adı türk dilində bir söz olan Aidan idi (türkcə “işıq” deməkdir), o, yerlilərə Göy Tanrıya inanmağı öyrətmişdi. Missioner ora tərcüməçilərlə birlikdə
getmişdi. Bəs bunun səbəbi nə idi?
Yeri gəlmişkən, uzun müddətdir aktuallığını qoruyan kurqanları uzaq İngiltərəyə kim aparmışdı? Əminliklə de-yə bilərik ki, Böyük Bozqırın digər torpaqlarında da həmin kurqanlardan var idi. Şotlandiyada isə tapılmır. Və
ingilislər bilməlidir ki, onların sevimli oyunu olan polo, xalqların böyük köçündən əvvəl Altayda oynanılırdı. Onlar taxta bir topu yox, düşmənin dəriyə bükülmüş kəllə-sini sürürdülər. Türklər öz qədim oyunlarının çoxunu unutduqları kimi, bu oyunu da unutmuşdular.
Qıpçaq qanı bəzi ingilislərin damarlarında donmadı.
Görünüşləri və davranışları onların köklərini göstərir.
Görünür, ingilis qıpçaqlar əcdadlarının sözlərini anqlo-saksların yürüşlərindən çox əvvəl unutmuşdular. “Baş-qasının donunu geyinmə, əyninə oturmayacaq”.
Dünyanın yarısını ələ keçirəndən sonra qıpçaqlar, tarixi unutmuş, əldən buraxmış kimi görünürlər. Hər böyük, qanlı savaşdan sonra ya “yeni” millətlərə çevrilərək, ya da digər millətlər ilə qarışaraq, bir-birinin ardınca Dəşti-Qıpçağı tərk etdilər. Türklər günəşin altındakı qar kimi əriyib getdilər.
Burada bəhs etdiklərimi daha dərindən araşdırmaq istəyən oxucularım, öz əleyhdarlarının Murad Adcını türkləri yenidən dünyanın zirvəsində görmək üçün heç nəyini əsirgəməyən fanatik milliyyətçi adlandıracağını hiss edəcəklər. Ancaq bu heç də belə deyil. Tək istəyi biz 46
insanların kim olduğumuzu və haradan gəldiyimizi tam mənasıyla bilməyimizdir. Onlar bizə təkcə qanlarını və fiziki görünüşlərini deyil, dinimizi də verdilər. Qədim hin-dularla birlikdə onlar, həqiqətən də, dünyanın ata-anala-rıdırlar. Cənab Adcının və mənim yazdıqlarımı anlayan insan öz qardaşlarına müharibə elan etməyə necə cəsarət edə bilər? Məsih İsamıza David Koreş deyirdilər. Koruş, Kuraş, Kuruş, Kurious türk aristokrat və ruhani sinfinin ləqəbi idi. Hətta Məhəmməd də Qüreyş adlı ərəb lider və
ruhani zümrəsinin üzvü idi.
Yazıçı Murad Adcının söylədiklərinin doğruluğuna şübhə edənlər onun hər sözünü yoxlamaq üçün Əhdi-əti-qin ilk beş kitabı olan “Tövrat”ı əldə etməlidirlər. Əslində,
“Tövrat” sözü türkcə “terai”dən törəmişdir və “tarix” mənasını verir.
Nuh və oğlanları, Sam, Ham və Yafət türk idi. Nuhun gəmisinin Armeniya12 – Türkiyə sərhədində quruya yan alması buna işarədir. İbrahim Kaldeliydi, çünki iraqlılar, kürdlər kimi, şumerlər, hetlər (xatti, hatti, (keder), kassi-telər, kuşlar, kaiser (keser) türk idi. Türkiyədəki Suriyalı katolik kilsəsi özünü “Keldani” adlandırır.
Əgər “Tövrat”ı oxumusunuzsa, insanlığın ilk əcdadları hekayəsini, “Təqvin”də və Tövratın digər kitablarında, Kabul, Havilah (Havila), Sofir, Khaiber, Qozan, Tibet, Lhasa, Kopen çayı, Dan qəbiləsi kimi yer adları Əfqanıstan, Pakistan, Kəşmir, Racəstan, Qucarat və Şimal-qərbi Hindistan ilə Orta Asiyadakı digər etnik türk olan bölgələrin hər tərəfinə dağılmışdı. Hələ də elədir.
12 Armeniya – bu adın Ermənistan (Hayestan) mənasında işlənmədiyi, haylarla (ermənilərlə) əlaqəli olmadığı və haylar Armeniya ərazisinə gəlməzdən əvvəl də həmin ərazinin məhz bu cür adlandığına diqqət yetirmək lazımdır. (Sara Sadıqova – Azərb. tərc.)
47
Bu kitab da insanlığın Cənnətdən (Sibir, yaxud Hiperboriya) çıxışı və türk köçərilərinin Tufandan sonra yer üzünün uzaq nöqtələrinə kimi çatan səfərləri haqqındakı həqiqətləri göstərdiyi üçün, bir növ “Tövrat” və “Kabbala”nın miniatürüdür.
48
Bölmə 4
Ateistlər, inamsızlar və
hamı üçün – İsa!
Bir insan üçün valideyninin dini görüşləri mühitində
doğulub-böyümək qeyri-adi şey deyil. Əlbəttə ki, sonradan onu inkar etməyi çıxmaq şərtilə. İnsan başqa bir dini qəbul edərək öz dinini və məzhəbini dəyişdirə, yaxud hansısa dini cərəyana qoşulmayaraq öz görüşlərini gizlədə bilər. Belələrinə “sekulyar” deyilir.
Aqnostiklər, yəni ilahi qüvvələrin olub-olmadığından xəbərsiz olduqlarını səmimi şəkildə etiraf edən insan qrupları da var. Çox adam kainatdakı ilahi qüvvələrin mövcudluğunu bütünlüklə, hərarətlə, hətta qəzəblə inkar edir, fiziki mənada ölərkən fərdi şüurumuzun bir də heç vaxt, heç bir formada görsənməyəcək şəkildə yox olduğunu düşünərək ateist olurlar. Ateistlər və aqnostiklər ölümdən dərhal əvvəl, yaxud ölüm anında Tanrıya yenidən iman edərək öz dinlərinə qayıdırlar. Bəziləri isə, kai-49
natda Tanrının varlığını və gəncliyində bu fikri əsassız şəkildə inkar etdiyini ölməzdən əvvəl etiraf edər, lakin bu-nu bəlli etməzlər (inancsızlığa sadiq qalmış insan rolu oy-nayarlar).
Mən də elə idim. Uşaq ikən qatı dindar olmuşam. Hə-lə 12 yaşıma çatmamış, ata-anamın etiqad etdiyi Nasıranlı (Nəsrani) kilsəsini tərk etdim və başqa məzhəbləri sı-nadım. Baptist, xristian metodist və başqa kilsələri gəz-dim. Meksikada gənc universitet tələbəsi ikən Roma katolik kilsəsinə qoşuldum, inanca görə yox, meksikalılara özümü sırf mədəni yöndən qəbul etdirmək üçün. Bu hadisə, təxminən, bu kitabı yazmamışdan 60 il əvvəl olmuşdur. Lakin, qərarıma görə heç vaxt peşman olmadım. Katolik kilsəsinə bağlı olsam da, özümü aydın şəkildə buddizm, hinduizm, rozenkreyserlər ordeni, mental fizika və
başqa dini görüşlərlə zənginləşdirdim. Bunu bildirməyə
hər zaman şad olmuşam – ateist deyiləm. Bir parça can-landırılmış torpaqdan daha artıq olduğum qənaətinə
möhkəm bağlıyam.
Mən də məzara yaxınlaşanda “şübhələri” bitən hər ateist və skeptik kimi etdim; lakin başqa formada. Sübutu olmayan görüş və təlimlərə inanmaq bağışlanmaz günah-dır və mən buna nifrət edirəm. Mən – günəşin doğulub batdığına necə əminəmsə (gnosisi), bildiklərimi də o cür bilmək istəyirəm. Ömrümü “inanan” olaraq deyil, “bilən”
olaraq başa vuracağıma ümid edirəm.
Bilmək – dikbaş məzhəblərdən gözüyumulu yapış-maqdan daha inandırıcı və etibarlıdır. Bilməyin başqa bir gözəl tərəfi də, kimisə, mənim də nümayəndəsi olduğum katolikliyə qaytarmağa ehtiyacın olmamasıdır. Yəhudi, buddist, hinduist, çaynist, yaxud hər kimdirsə, o bir çox 50
halda, ya da başqa inkarnasiyalarda, asıldığı xaç, yaxud ağac üzərində öləcək və fiziki dünyaya geri qayıdacaq formada çarmıxa çəkilmişdir. Onun şəhid olması təkcə
“xristianlıq” dinində baş verməmiş, hər zaman da İsa Məsih olaraq adlandırılmamışdır. Ümid edirəm ki, bu kitabda qeyd etdiklərimin sizin üçün də böyük mənası və əhəmiyyəti vardır.
1964-cü ildə Kaliforniya liseyinə ispan dili müəllimli-yi vəzifəsi üçün müraciət etmişdim. İşə qəbul olunduğum üçün ailəmlə birlikdə Kanzasdan Kaliforniyaya köçdük.
Orda fakültənin yeni üzvü olan, Amerikada təhsil almış, gənc pakistanlı tarix müəllimi də var idi. İsanın çarmıxda ölməsinə və üç gündən sonra dirilməsinə çox sayda xris-tianın inanması ona qəribə görünürdü. O, bizə İsanın çar-mıxdan xilas olduğunu, anası Məryəm və müqəddəs Tomasla birlikdə Şimali Hindistana qaçdığını danışdı. Təxmin etmək çətin deyil ki, bu “paqan”13 azğınlığını mək-təbdəki heç bir müəllim qəbul etmədi. Lakin mən yenə də
onun dediklərinə qulaq asdım və bu məsələni özüm üçün araşdırmağa qərar verdim. Araşdırmalarım 1973-cü ilə
qədər gözəçarpacaq bir nəticə vermədi. Sonra Meksika jurnallarının birində, pakistanlı həmkarımın dediklərini təsdiqləyən şəkilli bir məqaləyə rast gəldim. Məqalədə
İsanın nəslindən olanların da, onun məzarı və başdaşının yanındakı lövhədə yaralı ayaq izlərinin də şəkli də göstərilirdi.
İsanın məzarı və həyatda olan nəvələri haqqında olan bu məqalə alman jurnalı “Ştern”dən tərcümə edilmişdi.
13 Paqan – latınca paganus – kənddə yaşayan, kəndli mənasındadır. Çoxsaylı və
müxtəlif tanrılara inanan, dəqiq bir dini olmayan və əsasən təbiət mənşəli ilahi qüvvələrə inanan və bunları özündə əhatə edən inanc sistemi Paqanizm adlanır.
51
“Ştern” Hindistanda bu məsələni qaldırmaq üçün ora bir neçə yazıçı yolladı. Mumbayın baş yepiskopu kardinal Valeriyan Qrasias (Valerian Gracias) bu araşdırmadan xəbər tutanda onlara yalvarmışdı: “Tanrı xatirinə, bu haqda heç nə yazmayın!”
1989-cu ildə mərhum arvadımla həftə sonunu Meksika Tijuanada keçirərkən alman tədqiqatçısı, yazıçı And-reas Faber-Kaiserin “Jesùs Vivó y Murió en lndia”14 adlı kitabını almışdım. Bu, oxuduğum ən maarifləndirici kitab-lardan biri idi. Kitabdakı şəkillərdən birində arxeoloqların Taksila qalıqları arasından tapdıqları müqəddəs Tomasın daş relyefi göstərilirdi. Relyefin altındakı yazıda isə, Tomas və onun Hindistandakı missiyasından bəhs olunurdu. İsanın yaşadığı dövrdə Taksila qədim Türk dünyasının başlıca mədəniyyət mərkəzlərindən biri idi. Aldığım kitabda, eynilə “Tövrat”da deyildiyi kimi, Musanın Nebo dağındakı Kəşmir qəbrinin də şəkli var idi. Bəli, Musa da türk idi.
İsanın Hindistanda basdırıldığından dünyanın xəbər tutmasını istəməyənlər söyləyir ki, İsanın Hindistana qaçması əhvalatları, içində İsanın olduğunu iddia edərək köhnə bir məzarı qoruyan Əhmədiyyə Musa təriqətinin uydurmasıdır. Təkcə bu deyil. Bir çox qədim kitab İsanın Hindistana qaçması və ordakı missiyasından bəhs edir.
Kəşmirin hər tərəfində İsaya həsr edilmiş yer adlarına rast gəlmək mümkündür. Hind müqəddəs kitablarında olan Bhavishya Purana- da İsanın Hindistana qaçma səbəbləri-nin anlaşıqlı izahı verilir. Bu kitab miladın 115-ci ilində
yazılmışdır. Aşağıda onun tərcüməsindən bir hissəni oxuya bilərsiniz.
14 “ İsa Hindistanda yaşadı və öldü”
52
“Günlərin bir günü (kral) Salivahana Himalay dağlarına gedərkən orada, hunların ölkəsinin mərkəzində, bir dağın yaxınlığında oturan, seçilmiş bir şəxs gördü. Bu müqəddəsin açıq rəngli dərisi, əynində isə ağ geyimi var imiş. Salivahana ondan kim olduğunu soruşub. O da şirin dillə “İşvara Putaram, yaxud “Tanrının oğlu” və Kanaya Garbam, yaxud “Bakirənin uşağı” kimi tanınıram, – deyib, – özümü həqiqətə və bağışlanmağa həsr etmiş biri ki-mi Amalekitlərə15 həqiqət yolu ilə getməyi nəsihət edirəm”.
Bu cavabdan təəccüblənən kral ondan dininin nə olduğunu soruşub. İsa belə cavab verib: “Ah, kral, mən doğruluğun mövcud olmadığı, günahkarlığın isə sayı-hesabı olmayan uzaq bir ölkədən gəldim. Amalekitlərin ölkəsində Məsih kimi tanındım. Günahkarlara və qanun-suzlara iztirab çəkdirdim. Mən də onların əlindən çox çəkdim. İsah Məsih kimi (İsa Məsih) gəldim, Məsihlik məqamına çatdım və s.
Bhavishya Puranada İsa və Salivahanın Hun torpa-ğındakı ilk qarşılaşmalarından bəhs edilir. Hunlar da moğol türklərindəndir.
İsanın Hindistana qaçmasının hind müqəddəs kitabında qeyd olunmasına şübhəniz var? Həmin kitab ingilis dilinə də tərcümə edilmişdir.
Dini təlimlərin düşmənləri sənədlərin saxta olduğunu deyir. Xristianların Bavishya Puranayla bağlı çox sayda ittihamlarını oxudum. Bu, İsanın ölümündən dərhal sonra – eramızın 115-ci illəri ərəfəsində yazılmışdır. İsa öləndə 120 yaşı var idi.
15 Amalekitlər – Amalekitlər ibranilərin əbədi düşmənlərindən biri kimi ibrani müqəddəs kitablarında misirlilər və fələstinlilərdən də çox pislənən tayfa.
53
Növbəti bölümlərdə, “Bavishya Purana”da da qeyd olunan, İsanın Hindistandakı yeni evi ilə bağlı kral Salivahananın dediyi bəzi şeyləri də göstərəcəyəm. Salivahananın dediyi söz İsa Məsihin ilahi təbiətini dərindən anla-mağınıza səbəb olaraq, sizi heyrətə gətirə bilər.
Bu məqamda İsa haqqında yazdıqlarıma sizi “inanmağ”a razı saldığımı, yaxud bir növ İsa əleyhdarı olduğumu düşünə bilərsiniz. Lakin ümid edirəm ki, həm İsanın Hindistana qaçdığına inananlar, həm İsa, həm Tanrı, həm də digərləri, kiminsə İsanın xilas olduğuna inanıb-inanmadığına əhəmiyyət verməməlidir. Əgər bu kitabda yazılanlar həmin kəslərin inanclarına olan bağlılığını məhv edə bilirsə, deməli, onların inanclarında boşluq var.
Niyə? Çünki İsa dünyaya ona görə gəlmədi ki, bizə əbədi cəhənnəmdən xilas olmaq üçün tarix dərsi versin və qor-xaraq “inanmağımız” üçün öz həyat bioqrafiyasını danış-sın.
Sivil, fədakar və mədəni kütlə arasındakı davranış
qaydalarına (“On əmir, yaxud Nuhun qanunları”) gəldikdə isə, onların İsraildə yaşamış olanlardan və qədim dünyanın geri qalan hissəsindən heç bir fərqləri yoxdur. İsa bütün insanlığa rəhbər olmağa və bizim əslində, sadəcə fiziki bədən deyil, bundan daha fərqli bir şey olduğumuzu hiss etdirmək üçün gəldi. Bunu qəbul etməyə və buna inanmağa məcbur deyilik. Ateist, aqnostik, inancsız, skeptik, yaxud kilsəyə getməyənlərdən biri olmağa davam edə
bilərsiniz. Hətta Tanrının və İsanın varlığına inanmaqdan imtina da etmək mümkündür. Onsuz da, ateist və skeptiklərin inkar etməyi gözə almayacaqları hansısa gerçək yoxdur. Ateist və skeptiklər öz əks-ruhaniyyət iddiaları-nın nəticələrini ürəkdən qəbul edəcək qədər cəsurdurlar-54
sa, kitabın sonunda ruhlarını necə itirəcəklərini yazaca-ğam.
Qədim Türk Əfqanıstanının tarixi haqqında olan bir kitabda “İncil”dəki kimi kral Davud, Saul, Adəm və Həvva, hətta Süleyman kimi süjetlərə rast gəldim. Lakin əfqan versiyasında Qolyat, Davud onu məğlub edəndə filə mi-nirdi. Orada göstərilir ki, Adəm cənnətdən qovulandan sonra, indiki adı “Şri-Lanka” olan Seylon adasına gedir.
Həvva isə Ciddəyə getmişdi16 (ref: History of the afgans, Khwaya Neamat Ullah).
Qədim dini adətlərə meydan oxumaq, onları zəiflət-mək, gücdən salmaq mənim üçün çox ağırdır. Hər halda mən də bir xristian kimi dünyaya gəlmişəm və hələ də
xristianam. Tədqiqatlarıma güclü və əzmli olaraq davam etdim. Brahm-Abraham (İbrahim), Sarah (Sara) – Sarais-vati və Harka (Hagar) – Həcər arasındakı oxşarlıqlar kimi fövqəladəliklər də gözümdən qaçmadı. Və hind miflərində başqa “Nuh”lara və “Musa”lara da rast gəldim. Lakin hindlilər söyləyir ki, öz müqəddəs kitablarındakı bir çox əfsanə bütün türklərin ata yurdu olan Orta Asiya, xüsusilə də Sibirdə meydana gəlmişdir. İncildəki hindli hetlər və amorlular, qüdslülərin ata-anaları, hətta İbrahimlə Sa-ra da türk idi. Əgər kimsə hetlərin və amorluların türk kriştayalar olduğunu qəbul etmirsə, müqəddəs kitabdan bir şey başa düşə bilməz.
1989-cu ildə cahilcə və yanlışlıqla zənn edirdim ki, bu məsələlərin insani tərəflərinin hamısını kəşf etmişəm. Bu nöqtəyə qədər öyrəndiklərimi, “Jesus and Moses are buried 16 Ciddə – Hal-hazırda Səudiyyə Ərəbistanın ikinci böyük şəhəri və maliyyə
paytaxtıdır.
55
in India. Birthpalace of Abraham and the Jews” 17adlı kitabımda izah etməyə qərar verdim. Kitab tezliklə nəşr olundu.
Lakin sonradan mövzuyla bağlı daha həqiqətə uyğun bil-gilərə rast gəldim. Finikiyalıların, yəhudilərin və hind-türklərin qədim dünyada ikili rol oynadığı ilə bağlı olan bölməni yetərincə qiymətləndirmədiyimi hiss etdim. Qədim Hindistanın bir zamanlar Sibirdən indiki Şri-Lanka və Fələstinlə İsrailə qədər uzandığı fikrini qəbul etmək mənim üçün çətin oldu. Bunu deyərkən heç də şişirtmi-rəm. Bir vaxtlar türk-hind (kuru-ramanaka) təsiri dünyanın hər santimetrinə çatmışdı. Bu təsir Britaniya və Amerikaya qədər yayılmışdı.
Araşdırmamda etdiyim başqa bir səhv də, Hindistan adlanan “meşəyə” həddindən artıq fikir verərkən, yunanlar, türklər, ərmənlər və yarımadadakı (Hindistan) hindular kimi “ağaclar”ı da nəzərdən qaçırmağımdır. Bəzi hind aktivistlərin mənim üçün hazırladıqları tələyə düşdüm.
Bunlar guya “Ari/hind-avropalı istilası” məsələsinin ağ
irqçilərin uydurması olduğunu iddia edirlər. Arilərin də
ağ olduğunu deyirlər. Lakin sonra kəşf etdim ki, arilərin içində hər irqdən olanı var. Belə nəticə çıxarmağa məcbur qaldım ki, türklər (kurular, yaxud arilər) insanlığın bütünlüklə inkişaf etmiş olan ilk sivilizasiyasını və dinini Hindistana və Yunanıstana ötürmək baxımından həmin
“ağaclar”ın içində ən çoxsaylı və təsirli olanlardır. Hitler dünyanı gerçək arilərin türklər deyil, almanlar olduğunu düşünməyə sövq etmişdi. Nə yaxşı ki, insanları inandıra bilməmişdir. Lakin bu, almanların türk olmadıqları mənasına gəlmir. Həqiqətdə hamımız Türkük!
17 “İsa və Musa Hindistanda dəfn edilmişdir. İbrahimin doğum yeri və
İsraillilər”.
56
“İsa, Musa və digərləri”nin bütün çatışmazlıqlarına, bəzi yarımçıq elmiliyə, mənim əvvəlki qatı əqli qərarları-mın və çox düşünmədən gəldiyim nəticələrin səbəb olduğu aşkar xətalara baxmayaraq, qürur duyuram. Bu, da-ha böyük anlayışlar və macəralar üçün ağlını hazırlayan hər ürəkli tədqiqatçıya qədim tarixin bir çox müəmma və
sirlərini çözmək üçün bol məlumat bazası verir.
Kitab çıxdıqdan sonra anladım ki, İsanın çarmıxda öl-məyərək Qüdsdə düşmənlərindən xilas olduğunu qəbul edəcək qədər maariflənmişəm. Lakin, aramsız topladığım məlumatlar İsanın fiziki olaraq çarmıxda öldüyü həqiqə-tinə biganə qaldığımı anlamağa vadar etdi. İsa bizə əsla yalan danışmadı. Həqiqətən də, ruhu yenidən bədəninə
qayıtmış və onu fiziki həyata yenidən qaytarmışdı. Yenidən işgəncəyə məruz qalmamaq üçün ruhu bədəninə qa-yıtdıqdan sonra anası Məryəm və müqəddəs Tomasla birgə Hindistana getmişdir. Uzaqda həyatını rahatca yaşaya bilmişdir.
Bədəninə geri qayıdandan sonra əsasını yerdən qaldırmış, əzabla axsayaraq, gənc ikən onu tanıyan insanlara yenidən inam bəxş etmək üçün, özünün və bütün insanlığın əcdadının vətəni olan Orta Asiya və Şimali Hindistana getmişdir. İsanın dediyi kimi; o, bizə necə uzun ömür yaşaya biləcəyimizi göstərmək üçün gəlmişdi. “Bolluq” deyəndə uzun bir dünyəvi həyatı və gələcəkdə dünyəvi həyatda əbədi qalmağı nəzərdə tutmuşdu.
Eyni zamanda, anladım ki, İsanın göy üzünə – Cənnətə yüksəldiyini düşünməmizə səbəb olanlar, istəmədən də olsa, bizi doğru yoldan azdırıblar. İsa çarmıxda işgən-cədən sonra ölmüş olsaydı, bizi bu dünyada ölümdən sonra da yaşaya biləcəyimizə inandırmazdı. Dünyaya gəl-57
məsindən az sonra onu tanıyan və gəncliyində onunla qarşılaşmış Sibir və Şimali Hindistandakı türklər “üç Türk kral, ya da bilgə”18 sayəsində onun çarmıxa çəkildi-yini və orada öldüyünü eşitmişdilər. O zamanlar inkişaf etmiş texnoloji nəqliyyatın olmamasına baxmayaraq bu xəbər dünyanın hər yanına çatmışdı. Anadolu, yaxud Kurustanın (Türkiyə) və Hindistanın qərb sahilində, həmçinin Kerala ştatına qədər uzanan bölgə əhalisinin İsanın məsihliyini qəbul edən ilk insanlar olması tarixi həqiqətdir. İsanın yalın, lakin güclü ismarıcı məhz bundan sonra Orta Asiya və Avropaya sıçramışdır.
Araşdırmalara başlayanda daha çox özümü maarif-ləndirmək istədiyim sizi təəccübləndirə bilər. Bəlkə, kiminsə eyni dərəcədə marağını cəlb edər deyə, tədqiqatla-rımın nəticələrini yayımlamışdım.
İsbatlanmamış nəzəriyyələri və uydurmaları həqiqət kimi qəbul etməyimizə səbəb olan inancın, inancsızlığın zəhərli tələsinə düşməyə can atırıq. Bunun səbəbini tap-mağım üçün İsa, Musa və digərləri məni öz içimə və insanlığın zehninə nəzər salmağa həvəsləndirdi.
Müəllimlik etdiyim ərəfədə bunu anladım: əgər kimsə bir məsələni həqiqətən öyrənmək istəyirsə, əlindəki az olanla işə “soyuqqanlı” şəkildə başlamalı və onu başqalarına da öyrətməyə çalışmalıdır. Müəllim kimi peşə həya-tıma başlamazdan əvvəl öyrənməkdə olduğum bir şeyi başqasına öyrətdiyimi düşünsəm, asanlıqla öyrənə bildiyimi kəşf etdim. Buna görə də, inanc və inancsızlıqlarla bağlı araşdırma aparanda, öyrəndiklərimi kitaba çevir-18 “Üç bilgə kral” İsanın doğulmasını ulduzlarda görən gizli Anadolu toplumu. Bu İn-cilin ən çox sevilən nağıllarından biridir. Belə ki, ulduzları izləyərək yola çıxan və İsanın doğulmasına şahid olan və hədiyyələr verən üç bilgə kraldan bəhs edir.
58
dikdən sonra, özümü sinifdəymişəm kimi aparırdım. Sadəcə, bu vəziyyətdə sinif qismində mən idim. Bu yolla, nəyi öyrənmək istədimsə öz müəllimim ola bildim. Bir kitabı bitirdikdən sonra başqasına başlayır, onu daha asan, daha anlaşıqlı və əvvəlkindən daha öyrədici etməyə
çalışırdım. Bu üsulla bir çox kitab nəşr etdirdim. Bu kitablar Tanrı, İsa və insanlıq – çünki onlar ayrılmazdır –
haqqında olan hər şeyi kəşf etmək uğrundakı mübarizəmi təmsil edirdilər. Onlar sizə də öz axtarışlarınızda kömək edə bilərlər. Səbəbi budur:
Son iki kitabımı “The Ego/Madkind’s Inner terrorist”
və “Christianity the world’s first worldwide religion”19 u bitirdikdən sonra sevinclə hiss etdim ki, ağlım fərdi və
kollektiv insanın yaranmasında mövcud olan dairəni ta-mamlamaq üzrədir. Bu nəticəyə “Jesus and Moses are buried in India, birthpalace of Abraham and the Jews”20 adlı kitabıma yenidən nəzər saldıqdan sonra gəlmişdim. Qeyri-iradi türk kriştayalara işarə etməklə qalmamış, hətta
“Kristayaların kökləri insan mühakiməsinin şəfəqlərinə-dək geriyə uzanır” demişdim. Qısası, bunu əvvəldən bilirdim. Qəribə görünsə də, bu çəmbər həm mənim, həm də insanlığın özünə qayıdışı yolunda apardığımız müba-rizənin tarixinə çevrilmişdi. Birinci ayrılmaz şəkildə ikin-ciyə bağlıdır. Biz insanlar qeyri-iradi olaraq “onsuz da hər şeyi əvvəldən bilirdik”. Özümün və demək olar ki, bütün insanların eyni vəziyyətdə olmasından şübhələnirəm; bizlər insanlığın həqiqətdə fərdi və kollektiv keçmişini xatır-ladığını belə bilməyəcək qədər dindən və tarixdən bixə-19 “Eqoizm – bəşəriyyətin daxili terroristidir”.
20 “İsa və Musa Hindistanda dəfn edilmişdir. İbrahimin doğum yeri və
İsraillilər”
59
bərik. Sadəcə, bunu özümüzə etiraf edəcək qədər ürəkli olmalıyıq. Bu səbəbdən də, bundan əvvəlki iki kitabımda təkcə özümü sübut etməmişəm. Həmin iki kitabı və əlavə
olaraq bu kitabı oxuyan hər kəs ateist olub-olmamasından asılı olmayaraq eyni dərəcədə faydalanacaqdır. Əslində, bunlar Kabbalist Yaqubun nərdivanının ilk pillələridir.
Hal-hazırda insan övladı öz varlığının təxminən ən aşağı səviyyəsinə düşmüşdür. Texnologiyanın inkişafı gözləri-nizi qamaşdırmasın. Əgər biz öz mənliyimizin ikili xassə-sini bilmiriksə, deməli, heç nə bilmirik. Texnoloji baxımdan nə qədər inkişaf etməyimizin heç bir önəmi yoxdur.
İnsan övladı özünü xilas etmək üçün, nə və harada olduğunu xatırlamalı, həm də nərdivana yenidən dırmanma-lıdır. Bu kitab yayımlandıqdan sonra, əgər hələ də həyatda qalsam – insanın əlindən belə bir şey gəlirsə – indi oxuduğunuz çəmbəri götürüb, onun çevrəsini ixtisar etməyə calışacağam. Bu, nərdivanın yuxarısında qalan pillələrin hansı olduğunu açıq göstərəcək.
Erkən çağlarda kilsənin (xristian kilsəsi olub-olmaması vacib deyil) İsanın bizim aramızda olduğunu bu gü-nə qədər niyə heç vaxt demədiyini anlatmaqda çətinlik çəkirəm. Nəyə görə finikiyalılardan, türk xristianlardan heç vaxt xəbərimiz olmadı? İstər dünyəvi, istərsə də fanatik, mühafizəkar olsun, tarixçilərimiz qədim Sibir, Hiperboriya və Orta Asiyanın türk əcdadlarının möcüzələrin-dən xəbər tutmağımıza niyə mane oldular? Hər biri həmin uca məqamı qəbul etmiş Məsihlər İsadan əvvəl eyni cür təhqirə dözərək çarmıxa çəkilmişdi. Biz digər Məsih-lərə hələ də böyük lider, filosof, yaxud sadəcə adi insan kimi yanaşırıq. Bir çoxu isə gözümüzə bizdən biri kimi 60
görünür. Məsih və qoruyucu mələklər kimi varlıqlar bizə
hər gün görünürlər, amma biz onların fərqində deyilik.
Bir dəfə ilahi varlıqdan ya da qoruyucu mələkdən kömək aldıqlarını danışan, gənc qızları olan yoxsul zənci cütlüyü xatırlayıram. Ev almağa imkanları olmadığı üçün vaqon-evdə yaşayırdılar. Bir gün Viktorvil şəhərinin mərkəzinə doğru gedəndə, qızları ayaqqabı mağazasında bir cüt ayaqqabı görüb və onu çox bəyənibmiş. Ayaqqabını alsınlar deyə ata-anasına yalvarmağa başlayıb. Atası deyib ki, əgər çox bahalı olmasa, ala bilər. Mağazaya girəndə mehriban görünüşlü və yaxşı geyinmiş bir şəxs onlara yaxınlaşıb. Qız ayaqqabıları geyinib yoxlamaq istəyib, satıcı isə onları vitrindən götürüb gətirib. Atası ayaqqabının qiymətini soruşanda satıcı onların ödəyə bilməyəcəyi yüksək bir qiymət deyib. Satıcı qızın çox üzüldüyünü görüb: “Bir fikrim var. Ayaqqabıları alın, pulunuz olanda ödəyərsiniz” – deyib.
Ata və ana onun bu comərd addımını və onlara etibar etməsini məmnuniyyətlə qəbul ediblər. Mağazadan çıx-mamış satıcıdan adını soruşublar. Əgər gəldiklərində onu burada tapmasalar, axtara bilsinlər deyə. Satıcı deyib ki, mən bu mağazanın sahibiyəm. Adım isə “.....”
Bir neçə həftədən sonra lazım olan məbləği yığan ana və ata ayaqqabıların pulunu ödəmək üçün mağazaya gəliblər. Lakin işçilər belə bir adamdan xəbərləri olmadığını deyiblər.
Dünyada varlılardan çox kasıblar var. Eyni zamanda, öz həyat təcrübəmə əsaslanıb deyə bilərəm ki, saxtakarla-rın da sayı dürüst insanlardan çoxdur. Həmin vaxt ödəniş, yaxud hansısa bir növ təminat tələb etmədən bir malı yad adama vermək, iş adamı üçün axmaqca və müflis-61
edəcək hərəkətdir. Bəs bu qəribə adam bu dürüst cütlüyə
inana biləcəyini hardan bilirdi?
İşçilər o insanın hər şeyi əhatə edən ruhani təbiəti haqqında hər şeyi bilirdilər. Hətta onun həqiqətdə, hər şeyin əsl sahibi olduğunu da bilmə ehtimalları var.
Salvadorlu qapı qonşum Mərkəzi Amerikada yaşadığı zaman bəzi gözəgörünməz xeyirxahların ona necə kömək etdiyini mənə danışmışdı. Bir gün Maurisiyo (Mau-ricio) San-Salvadorun mərkəzində yolu keçərkən, avtomobil sürətlə üstünə gəlirmiş. O isə kənara çəkilməyə imkan tapa bilməyəcəyini başa düşüb. Avtomobil ona çırpı-lacağı anda görünməz bir varlıq onu çiynindən tutaraq yoldan çıxarıb və kənara qoyub. Bu cür qeyri-adi bir şeyi nə, yaxud kim edə bilər?
İlahi varlıqlarla bu cür qarşılaşmalar həyatımızda dəfələrlə baş verir, hər birimizin başına gəlir. Hamımızın onlarla aradabir, hətta bəlkə də tez-tez, ya da hər gün əla-qəmizin olmasında israrlıyam. Onlar bizimlə olduqlarını anlamayaq deyə, xüsusi ssenarilər qururlar.
Əvvəlki kitabımda – “Christianity, Madkind’s first worldwide religion”21 da gənc arvadının ona xəyanət etmək niyyətində olduğunu bilsin deyə, yaşlı dostuma “bir şeyin” məndən necə istifadə etdiyini danışmışdım. Lakin arvadının ona sədaqətsizlik etmək niyyətində olduğunu bilmirdim. Bir-birimizdən xoşumuz gəlmədiyi üçün, mənimlə münasibət qurmazdı. Deyilənə görə, sözlər ağzım-dan bir-bir çıxarkən belə fitnə-fəsadçı olduğumu bilmirdim. Həmin “bir şey” məni gic yerinə qoymuşdu. Görünməz varlıqlar həyatımıza təsəvvür etdiyinizdən daha çox müdaxilə edir. Bunu əminliklə deyirəm. Lakin, əgər belə-21 “Xristianlıq – bəşəriyyətin ilk geniş yayılmış dini”.
62
dirsə, nə üçün ruhlar bizə daha çox kömək edib, yol gös-tərmirlər? Bu suala cavab verə bilməyəcəyəm.
Sadəcə bir dəfə öləcək insan kimi bu cür təcrübələr yaşaya bilirəmsə, mən kiməm ki, qoruyucu mələklərin, İsa Məsih kimi yarı-tanrıların sadəcə xəyalımızın uydurması olduğunu əminliklə iddia edim?
Məsih İsa, həqiqətən də bizim içimizdədir, bizimlə
yaşayır, lakin biz nadir hallarda onun varlığını hiss edirik.
Səbəbin nə olduğunu bilmirəm.
Aramızdakı ilahi varlıqlara sübut olmaq üçün şahid-liklər demək olar ki, gərəksizdir. İnsan təbiətinin bəzi keyfiyyətləri səbəbilə onların varlığından və təsir dairələ-rindən xəbərdar deyilik. Yuxarıda bəhs etdiyim əhvalatları yalanlamağa da öyrəşmişik.
Бесплатный фрагмент закончился.
