Читать книгу: «Mustafa Kamal Atatürk»
Edip Semih Yalçın
Mustafa Kamal Atatürk
Həyatı və Əsəri
Ön söz
Orta əsrlərdə sxolastik düşüncənin təzyiqi altında qalan Avropa içinə düşdüyü o qaranlıq dövrü zamanın hakim mədəniyyətinə sahib olan İslam aləmi ilə münasibətlər nəticəsində keçə bilib. Avropa Səlib yürüşlərilə yaranan bu münasibət sayəsində İslam mədəniyyətinin təsiri altına düşüb, bəşəriyyətə insan haqları və incəsənətlə bağlı əhəmiyyətli əsərlər bəxş edib, bundan daha da vacibi, düşüncə və vicdan azadlığı istiqamətində ciddi məsafə qət edə bilib. Qısa zaman ərzində keçilən bu yol elmi insanlığın əsas düsturu halına gətirib, biliklə əldə edilən informasiyaların tətbiqi nəticəsində ortaya mükəmməl texnologiya çıxıb.
Mustafa Kamal Atatürk bütün bu sosial və siyasi dəyişikliklərin baş verdiyi dövrdə və məkanda doğulub, modernləşə bilməyən millətlərin öz azadlıqlarını da əldə edə bilməyəcəklərini görməyi bacarıb. Onun formalaşdırdığı mühit insan haqlarının və müstəqilliyin hüquqiləşdiyi, mənimsənməyə başlandığı zamana təsadüf edir.
Hadisələri davamlı şəkildə təhlil edərək süzgəcdən keçirən Atatürk Qərbin əzici üstünlüyü qarışısında beynində yaranan sosial və siyasi reaksiyanı millətinin gələcəyi naminə modernləşmə dövrünün başlanğıcına çevirib, süqut edən Osmanlı dövlətinin əvəzinə Yeni Türk Dövlətini yaratmağı bacarıb. Bu böyük dəyişikliyi yaradan türk inqilabı isə yaxın tariximizdəki böyük qırılma nöqtəsinin nəticəsi və uğurudur.
Türk millətinin Tənzimatdan1 etibarən, görməyi arzuladığı yeni insan tipini Atatürkün timsalında tapması onun reallaşdırdığı türk aydınlanması ilə də sıx bağlıdır. Bu böyük dəyişikliyi anlaya bilmək üçün əvvəlcə onun qısa, ancaq qeyri-adi hadisələrlə zəngin həyat hekayətini öyrənmək lazımdır.
Mustafa Kamal Atatürk bütün bu cəhətlərilə bərabər, öz fövqəladə şəxsiyyətilə də iyirminci əsrə təsir etmiş böyük hərbçi və dövlət xadimidir. Onun xarakterinin qeyri-adi xüsusiyyətləri türk millətini içində həbs olunduğu qaranlıqdan və bəlkə də yox olmaq təhlükəsindən qurtarıb, istiqlala qovuşduraraq çağdaş dünyanın mədəni ölkələri sırasına daxil edib.
Məlum olduğu kimi, Atatürkün ən böyük əsəri özülündə yüksək türk mədəniyyəti və türk qəhrəmanlığı duran Türkiyə Cümhuriyyətidir. Cümhuriyyətin zamanın beynəlxalq dəyərlərinə uyğunluğu, türk millətini arzu edilən mədəniyyət səviyyəsinə çatdırması Atatürkün dühası, türk millətinin müqayisə edilməz anlayış və fədakarlığı nəticəsində mümkün olub. Mustafa Kamal Atatürk ömrü bu yüksək idealın reallaşdırılması uğrunda qurban verilmiş həyatdır. Onun həyat hekayəti Türkiyə Cümhuriyyətinin qurulması və inkişafı ilə demək olar ki, bütünləşib. Buna görə də Mustafa Kamalın həyatı, düşüncələri və şəxsiyyəti ilə bağlı aparılan tədqiqatlar cümhuriyyət tariximizin daha yaxşı dərk olunmasını təmin edəcək. Onun soykökü, ailəsi, təhsili, karyerası, uşaqlığından etibarən yaşadıqları, yaxın ətrafı, şəxsiyyətinin formalaşmasına təsir edən hadisə və insanlar araşdırılıb tədqiq edildikcə Atatürkü anlamaq, tanımaq daha asan olacaq.
Əlbəttə, Atatürkü yaxşı anlamaq çağdaş Türkiyənin təməlini atarkən hansı dinamika ilə hərəkət etdiyini, cümhuriyyətin hansı əsaslar üzərində inşa edildiyini də ortaya çıxarmaq üçün böyük əhəmiyyət kəsb edir. Cümhuriyyət tariximizin hansı mərhələsində olursa-olsun, Atatürkün həyatı cümhuriyyətin quruluşunu, bu gününü və sabahını anlamaq istəyən hər kəsin bilməsi zəruri olan mərhələdir.
Tədqiqatımızda Atatürkün həyatı, düşüncələri və şəxsiyyəti doqquz bölmədə araşdırılıb. Əsərin ilk dörd bölməsi Atatürkün doğulduğu dövrdən Samsuna gəlişinə qədər olan zamanı əhatə edir. Dördüncü bölmədən səkkizinci bölməyə qədər Samsuna gəlişindən vəfatına kimi olan dövr araşdırılıb, milli mübarizə, eləcə də Türkiyə Cümhuriyyətinin quruluşu, inqilablar və o dövrdə aparılan xarici siyasət işığında “Türk aydınlanması” kimi tanınan dövr təhlil edilib. Səkkizinci bölmədə isə Atatürkün xəstəliyindən başlayıb vəfatına doğru gedən zaman araşdırılıb, vəsiyyəti və vəfatının ölkədə, həmçinin xaricdə doğurduğu əks-səda tədqiq edilib. Əsərin son hissəsi olan doqquzuncu bölmədə Atatürkün hərbçi şəxsiyyəti, dövlət xadiimi kimi keyfiyyəti və ailə həyatı araşdırılıb. Bundan başqa, kitabın sonunda izahlı “Atatürk xronologiyası”na da yer verilib.
Atatürk təkcə türk tarixində deyil, dünya tarixində də əhəmiyyətli simadır. Həyatı türk tarixindəki şanlı səhifələrdən olan bu şəxsiyyət zaman keçdikcə keçmişin səhifələri arasında yox olmayıb, öz qanunları və prinsiplərilə cümhuriyyət tariximizin hər mərhələsində dəyər qazana bilib. Buna görə də bu əsər Atatürkdən bəhs edən nə ilk, nə də son kitab olacaq.
Kitabın ilk nəşri Doktor Əli Gülər ilə birlikdə 2000-ci ildə E.Semih Yalçın – Əli Gülər, “Atatürk” (1881, Selanik – 1918, İstanbul), I cild, “Atatürk” (1919, Samsun – 1938, Dolmabaxça), II cild, “Atatürk” (“Təsiri, qanunları, şəxsiyyəti”), III cild, (“Berikan Yayınları”, Ankara, 2000) adı ilə üç cilddə dərc edilmişdir. Hazırlanan bu əsər əvvəlcə aparılan tədqiqatın ikinci nəşri kimi qəbul edilməsinə baxmayaraq, əvvəlki əsərdə yer alan və Əli Gülərə aid olan hissələr ayrılaraq onun özü tərəfindən Əli Gülər, “Atatürkün soyu Qızıloğuzlar və Konyalar”, (Ankara, 2005) adı ilə ayrıca dərc edilmişdir. Mən isə əvvəlki əsərin digər hissələrini genişləndirərək və təkmilləşdirərək yenidən nəşr olunmaq üçün hazırladım. Bir sözlə, əlinizdəki bu əsər həmin fəaliyyətin nəticəsidir.
Varlığımızı, hürriyyətimizi, müstəqilliyimizi və xoşbəxtliyimizi borclu olduğumuz bu böyük insan haqqında danışmağın çətin olduğunu bilirsiniz. Bu tədqiqatın mükəmməl iş olduğu iddiasında da deyilik. Ümid edirik, çatışmazlıqlar bundan sonra aparılacaq yeni tədqiqatlarla aradan qaldırılacaq. Millətimizin, xüsusilə də gənclərimizin Atatürkü anlamasında, az da olsa, rolumuz olarsa, özümüzü xoşbəxt hiss edərik.
Əsərin hazırlanmasında zəhmət çəkmiş Əminə Ərdoğana, Şarika Gedikliyə, İsmayıl Özərə, əsərin təshihini verən Mustafa Yücəl və Aynur Əkincikliyə təşəkkür edirəm.
Prof. dok. Edip Semih Yalçın / Keçiörən, Avqust, 2011.
I BÖLÜM
MUSTAFA KAMALIN SOYKÖKÜ VƏ AİLƏSİ
Mustafa Kamal Atatürk 1881-ci ildə (rumi, 1296) Selanikdə Qoca Qasım məhəlləsində, İslahhana küçəsində, bu gün muzey olan üçmərtəbəli bir evdə dünyaya gəlmişdir. Atası o zamanlar taxta-şalban ticarəti ilə məşğul olan Əli Rza Əfəndi, anası isə Zübeydə xanım idi. Ata tərəfindən babası ibtidai sinif müəllimi Qızıl Hafiz Əhməd Əfəndi, ana tərəfindən babası isə Sofuzadə (Sofizadə) Feyzullah Əfəndidir.
I. Rumelinin fəthi və bölgənin türkləşdirilməsi
Mustafa Kamalın həm ata, həm də ana tərəfindən nəsli Rumeli-nin fəthindən sonra bu bölgələrin türkləşdirilməsi üçün Anadoludan köçürülərək buralarda məskən salan “yörük” (yürük) və ya “türk-mənlər”dən gəlir. Rumelinin türklər tərəfindən fəthi və türkləşdirilməsində, eynilə Anadoluda olduğu kimi, dövlətin əsas-landığı əsas ünsür aşağıda göstəriləcək müxtəlif səbəblərlə yörük, yürük, türkmən və b. fərqli adlarla xatırlanan “qonarköçər” türk ünsürləri olmuşdur.
Tayyib Gökbilgin deyir: “Yürüklər, Oruc Bəyin də açıq-aydın şəkildə bildirdiyi kimi, oğuzlardandır. Əşirət, tayfa, camaat deyə göstərilən, məsələn, türkmən əşirəti, yürük tayfası və ya xüsusi isim ilə Oğulbəyli camaatı adı ilə rast gəlinən türk köçəri xalq qrupları etnik baxımdan fərqli şeylər olmayıb tək mənşədən çıxan və sonra müxtəlif qruplara ayrılaraq və ya müxtəlif qrupların birləşməsiylə yeni bir birlik yaradan eyni türk xalq parçalarıdır”2.
A.Rumelinə yerləşdirilən yörüklər
Tarixi mənbələrdə bəzən “türkmən”, bəzən “yürük” adı ilə rast gəlinən, səyahətnamələrdə bu şəkildə adı keçən türk xalqının mənşəyi etibarilə dəqiq şəkildə oğuzlardan olduğu XV əsr yazıçısı və Os-manlı dövlətinin quruluş dövrü haqqında ciddi məlumatlar verən Oruc Bəyin dəfələrlə istifadə etdiyi “… bu oğuz tayfası köçkün yü-rüklər idi” ifadəsi ilə də təsdiqlənir3.
Yörüklərlə bağlı ən ciddi tədqiqatlardan birini aparmış Mehmet Erözün fikrinə görə, “yörük” sözü “yörümək” felindən düzəlib, Ana-doluya gəlib yurd salan köçəri oğuz boylarını (türkmənləri) ifadə edən bir kəlmədir… Kəlmə sifətdir, kökü də “yüyrük”dür. Bu söz sifət halında mədəni, məlumatlı, inkişaf etmiş, cins və xalis mənala-rını verir. “Yüyrük” kəlməsinin qabiliyyətli, mətanətli, cəsur mənala-rını ifadə etdiyini biz də müşahidə etdik. Bütün yörüklər bu kəlmənin “yörümək” felindən əmələ gəldiyini söyləyirlər.
Bizim fikrimizə görə, “köç” hissəsi hərəkəti, “yörümək” ümumi, bütün həyatı boyunca davam edən hərəkəti – feli göstərir. Yörük və türkmən eyni mənanı verməkdə, Anadoluya gələn köçəri oğuz türklərini ifadə etməkdədir. Bütün mənbələr bu köçərilərin Orta Asiyadan gəldiklərini göstərir… Yörük və türkmənin eyni etnik mənşəyə aid olan iki kəlmə olduğunu rahatlıqla söyləyə bilərik. Arxiv sənədlərində bu iki kəlmə sinonim, bərabər mənalı sözlər kimi istifadə edilir. Hələb türkməni, Hələb yörükanı… və s.”4.
Osmanlı dövləti quruluş, genişlənmə, böhran və tənəzzül dövrlərində siyasi, iqtisadi və sosial vəziyyətin dəyişməsindən asılı olaraq yerləşdirmə məsələsində fərqli siyasət aparmışdır. Xüsusilə ilk dövrlərdə yeni torpaqların əldə edilməsilə “qonarköçər” tayfalarıno yerlərə yerləşdirilməsi şəklində xaricə istiqamətli bir yerləşdirmə siyasətinin aparıldığı müşahidə edilməkdədir.
Osmanlının yerləşdirmə siyasəti nəticəsində 1356-cı ildə Geli-bolu yarımadasındakı Çimpe qalasının alınmasından sonra türklər sürətli şəkildə yayılmış, 1912-ci ilə qədər ara vermədən davam edən təxminən 550 illik türk hakimiyyəti dövründə Rumelinin türk-ləşdirilməsi təmin edilmişdir. Anadolununmüsəlman türklərinin Rumelinə gəlmələri əvvəlcə “Kolonizator türk dərvişləri” ilə başla-mış, bununla da “dərvişlər” hərbi fəthlərdən əvvəl yerli xalqın, xü-susilə də IX əsrdə bölgəyə gəlib yerləşən peçenek və kuman türklər-inin könüllərini qazanaraq əsl fəth hərəkatına zəmin yaratmışlar5. Ordunun ardınca və ya onlarla birlikdə hərəkət edən, müəyyən an-lamda “psixoloji hərb” və ya “kəşfiyyat” ünsürü kimi də dəyərlən-dirilə biləcək təriqət mənsubu bir çox dərvişin yol üstündə əhəm-iyyətli mövqelərdə məkan və təkkələr inşa etməsi ilə də ilk təşəb-büslər edilmiş, qurulan bu təkkə və ziyarətgahlar ilk yerləşdirmə nüvələrini təşkil etmişdir. Rumelinə bu şəkildə yerləşdirilən, “Sarı Saltuk” ilə Bursanın fəthində vacibrol oynayan “Geyikli Baba” bu məsələdə əhəmiyyətli nümunə kimi göstərilə bilər6.
Quruluş dövründə qonarköçər türk əşirətləri yeni alınan bölgə-lərin türkləşdirilməsində istifadə edilən ən vacib ünsürlər idi. Döyüşçü xarakterləri, nümunəvi nizam-intizamları və təşkilatlanmaq məharətləri ilə ön plana çıxan qonarköçərlərin bölgəyə “köçürülüb” yerləşdirilməsinə Rumeli fatihi Süleyman Paşanın zamanında baş-lanılmışdır. Bundan başqa, əşirətlərin bölgənin türkləşdirilməsi məqsədilə I Bəyazid dövründə də daha böyük kütlələr halında Rumelinə köçürüldükləri görülməkdədir. Türk toplumları Rumelinə köçürülmələri ərəfəsində dövlət tərəfindən özlərinə “yurdluq”, “torpaq”,”tumar” kimi imtiyazlar alaraq mühacirətə təşviq edilmişlər. Bu vəziyyət “fəth”i təşviq etmək məqsədi daşıdığı kimi, fəth edilən əra-zilərin türkləşdirilməsi və ölkənin iqtisadi-sosial baxımdan inkişaf etdirilməsi məqsədinə də xidmət edirdi.
I Bəyazid dövrünə aid olan ilk köçürülmə qeydi 1400-1401-ci il-lərdə Mənəmən ovasında qışlayan və “duz qadağası”nı qəbul etmə-yən “Köçərevlilər”ə aiddir. Bu əşirət Filibe tərəflərə sürgün edilmiş-dir. Oğlu Çələbi Mehmet zamanında isə üsyanları Yörgüç Paşa tərə-findən yatırılan tatarlar Dobruca istiqamətində yerləşdirilmişlər. Əşirətlərin Anadoludan Rumelinə köçürülməsi II Bəyazidin haki-miyyətinin sonuna qədər davam etmişdir7.
Osmanlı dövlətinin Balkan yarımadasında irəliləməsi və yayıl-ması ilə paralel olaraq yörük qruplarının sayı artmış və daha sonra da ortaya bunları hərbi bir təşkilatla əlaqələndirmək, özlərinə məx-sus nizam və qanunlarını yaratmaq ehtiyacı çıxmışdır.
Rumelinə ard-arda köçən və müxtəlif məntəqələrdə yerləşdiri-lən yörük qrupları XV əsrin ortalarından etibarən hərbi və strateji vəzifələrdə bəlli rollar almağa başlamış, onların arasından bu işləri görə biləcək insanlar müəyyən edilmiş, qeydiyyatları (sayları, siya-hıya alınmaları) aparılmış, hərbi fəaliyyətə cəlb edilmələri, mü-kəl-ləfiyyətləri və fəaliyyətləri bəlli qaydalarla tənzimlənmişdir. Beləcə, XVI əsrin ortalarında artıq ordu xidmətində, dövlət işlərində yer və vəzifə alan xüsusi əsgər sinfi meydana çıxmışdır8.
XVII əsrdə Rumelindəki bu yörük təşkilatları dağılmağa başla-mış, yörük yazılanlar azalmış, onların əhəmiyyətli bir hissəsi “qonar-köçərlik”dən çıxaraq oturaq həyat tərzinə keçmişdir. Səfər zamanlarında onlara verilən vəzifələri yerinə yetirmədikləri, nizam-intizamlarının qismən pozulduğu üçün bu qruplar yenidən təşkilat-landırılmışlar. 1691-ci ildə yörük qrupları padşahın “humayun xətti” ilə “Evladi-Fathan” (fəthlər övladı) adı altında və Rumelinin “sağ, sol və orta qolu”nda olmaqla yenidən siyahıya alındılar. Beləcə, təş-kilat həm adını, həm də zamanın tələblərinə görə hərbi və iqtisadi quruluşunu ciddi mənada dəyişdirdi9.
Mənbələrdə olan məlumatlar dəyərləndirildiyində Rumelinə yerləşən türk qruplarının üç vacib ad altında toplandığı görünür: konyarlar, yörüklər (yürüklər) və tatarlar. Atatürkün ana tərəfindən nəsli olan və özləri də bir yörük qrupu olmasına baxmayaraq Anadoludan gəldikləri yerin (Konya-Qaraman) adı ilə tanınan “kon-yarlar” da daxil olmaqla bütün yörüklər müxtəlif tarixi, mədəni və coğrafi səbəblərlə fərqli adlar alıblar.
Osmanlı dövlətində rəsmi qeydiyyatdan keçən və adlarına “tah-rirler”10 edilərək Rumelinə yerləşdirilən yörüklər bunlardır: Naltökən yörükləri, Tanrı dağı (Qaragöz) yörükləri, Selanik yörükləri, Ofçabolu yö-rükləri, Vize yörükləri və Qocacıq yörükləri.
Yenə də mənbələrə görə, Rumelində yörüklərin üç şəkildə ad-landırıldıqları məlumdur. İlk olaraq başlarındakı rəhbərlərin və ya “bəy”lərin adı ilə, ikinci – hər hansı fərqli və özünəməxsus xüsusiyyətlərinə görə, nəhayət, üçüncü – ən çox yerləşdikləri bölgənin adına görə adlandırılıblar. Adlandırmada ilk vaxtlar birinci şəkil daha çox yayılmışdı. Lakin sonralar bir mərkəz ətrafında toplanmaları, yerləşmələri nəticəsində bölgə adlarına görə adlandırmalar daha geniş yayılmağa başladı. Məsələn, “Qoca Həmzə yörükləri” birinci şəkildə belə adlandırılırlar. “Qocacıq yörükləri” elə “Qoca Həmzə yörükləri"dir. “Naltökən yörükləri” isə bu qrupun ikinci şəkildə adlandırılmasıdır. Naltökmə sənəti və işində ixtisaslaşan Naltökən yörüklərinə XV əsrdə “Yörükani Nalbənd doğan” da deyilib. Mənbələrdə eyni şəkildə adlandırılan “Yaytökən yörükləri” də var. Bunlar Anadoluda da eyni adla tanınırdılar. “Selanik”, “Ofçabolu”, “Vize” yörükləri isə bir qayda olaraq yaşadıqları coğrafi mərkəzlərin adları ilə çağırılıblar. Bu yörük qrupları içərisində o bölgədə yaşayan konyarlar, qocacıqlar kimi yörük qrupları mövcuddur11.
II. Mustafa Kamalın ata tərəfindən nəsli:
Qızıl Oğuz (Qocacıq) yörükləri.
a. Qızıl Oğuzların (Qocacıqların) Rumelinə yerləşdirilməsi.
Mustafa Kamalın ata nəsli Aydın/Sökedən gələrək Monastır vi-layətinin Dəbreyi-bala sancağına12 tabe olan Qocacıqda yerləşmişdi. Ailə daha sonralar, çox güman, 1830-cu illərdə Selanikə köçüb, Əli Rza Əfəndi də təxminən 1839-cu ildə Selanikdə dünyaya gəlib. Babası Əhməd və babasının qardaşı Hafiz Mehmetin daşıdığı “qızıl” ləqəbinin və yerləşdikləri ərazinin adı olan “Qocacıq”ın da işarə verdiyi kimi, Mustafa Kamalın ata tərəfindən nəsli Anadolunun türkləşdirilməsində əhəmiyyətli rol oynayan “Qızıl Oğuz”, yaxud “Qocacıq yörükləri”ndən – “türkmənləri”ndən gəlir.
Qızıl oğuzlarını və ya Qızıl oğuz türkmənlərini “Qızılqocalılar” adlandıraraq Qocacıq yörükləri və ya türkmənləri ilə eyni “yörük qrupu” içində təqdim edən Hüseyn Şəkərçioğlu bunların “Oğuzların Qızıl oğuz boyundan olduğu” düşüncəsindədir13.
1041-ci il ərəfəsində Xəzər dənizinin cənub və cənub-qərb bölgəsində Tehran, Qəzvin, Rəşt, Zəncan və Təbriz bölgələrində ya-şayan, “Qızıl özen” və ya “Qızıl örən” çayı ətrafında məskunlaşan, Eldəniz hökmdarlarından Aslan şahın oğlu Qızıl bəyin hakimiyyəti altında olan bu türkmənlərə “Qızıl oğuz türkləri” adı verilib14.
Qızıl oğuz türklərinin X əsrin ilk yarısında müstəqil, qüdrətli dövlət olan Oğuz Yabqu dövləti içərisində və Böyük Səlcuq dövləti qurulmazdan əvvəl Səlcuq bəyin dörd oğlundan biri Arslan Yabqu ilə birlikdə hərəkət etdiyini görürük. Eyni zamanda, Türkiyə Səlcuqilər dövlətini quranların ataları olan Arslan Yabqu, Qəznəli sultanı Mahmud tərəfindən həbs edildikdən sonra (1025-ci ildə) bu bölgəni tərk edərək Xorasana köçən, Serahs, Fera (bu gün Qızıl Arvat, Qızıl Ribat), Abiverddə yerləşən 4000 çadırlıq oğuz koma-sının başında Yağmur, Buka, Göy daş və Qızıl bəylər dururdular. Qızıl bəy daha sonra Qəznəli Məsudun hökmdarlığı ərəfəsində onun hakimiyyəti altına keçib. Sonralar bəzi türkmən qrupları Humardaş bəyin rəhbərliyi altında İraqa gedərək orada məskunlaşıblar. Xorasan Balhan bölgəsində qalan qruplardan ayırmaq üçün bunlara “İraq oğuzları” deyilib. Biz “Qızıllı oğuzlar”ı 29 iyun 1035-ci ildə səlcuqlar Qəznəvi ordusunu Nesa döyüşündə məğlubiyyətə uğratdıqdan sonra “İraq oğuzları” ilə birlikdə görürük. Bu qələbədən sonra müxtəlif oğuz tayfaları səlcuqların tərəfinə keçmiş, Yağmurlu oğuzları, Balhan türkmənləri ilə birlikdə Qızıllı oğuzları isə onlara qatılmayıb. Bir müddət İsfahan hakimi Alaüddövlənin hakimiyyətini qəbul edib, sonra ondan da ayrılaraq soydaşları İraq oğuzlarına birləşiblər. Səlcuq sultanı Toğrul bəyin bacısı ilə evlənən və dövlətin quruluşunda səlcuqlara böyük dəstək verən Qızıl bəy, çox güman, 1040 və ya 1041-ci ildə ölüb, Rey yaxınlığında dəfn edilib15.
Türkiyə səlcuqlarının son dönəmlərilə Anadolu bəylikləri za-manında Ankaranın idarəçiliyini öz əlində saxlayan Ankara valisi Qızıl bəy də Qızıl Oğuz türkmənlərindəndir. Səlcuqlu dövlətinin yerləşdirmə siyasəti çərçivəsində Tokat, Amasiya, Konya, Karaman, Ankara, Aydın, İsparta, Balıkəsir, Bolu, Kastamonu və Sinop ellərinə yerləşdirilən Qızıl oğuz türkmənləri 1410-cu ildə Rəşadiyyə və Məsudiyyə arasındakı Qızıl özənlilər yurdu kimi qeyd olunan (bugünkü Rəşadiyyə-Qızılörən kəndi yaxınlığında) bölgədə Qızıl Əhmədlilər adlı bəylik də qurublar. Bəyliyə adını verən Qızıl oğlu Əhməd bəy və qardaşları Amasiya, Tokat, Gorum, Sivas, Ordu, Samsun, Giresun ilə Şəbinkarahisarı ələ keçiriblər. Qızılirmaq və Yaşılirmaq bölgəsinə hakim olublar. 1424-cü ildə Sultan II Muradın əmrilə Amasiya valisi Yörgüç Paşa, Qızıl oğlu Əhməd bəy və digər başçıları Amasiya qalasına dəvət edərək aradan götürüb. Bu hadisədən sonra Qızıl Oğuz türkmənləri də Anadolunun müxtəlif yerlərinə dağıdılıblar. Qızıl Oğuz türkmənlərinin böyük hissəsi Fateh Sultan Mehmet zamanında Evrenesoğlu Əli Bəyin rəhbərliyi altında Rumelində fəth edilən Selanik, Monastır və Yanya ərazisinə yerləşdiriliblər. Sonuncu İsfəndiyaroğulları bəyi, Osmanlıların Kastamonu valisi Cəmaləddin Qızıl Əhməd Paşa, 1515-ci ildə Bayburt sancaq bəyi olan Mirzə Məhməd bəy və Bolu sancaq bəyi olan atası Qızıl Əhməd bəylə III Murad zamanında Rumeli bəylərbəyi olan Qızıl Əhmədli Şəmsi Paşa Qızıl Oğuz türkmənlərindəndir16.
Faruq Sümerin XVI əsr qeydlərinə istinad edərək apardığı tədqiqatlara görə, XVI əsrdə Anadoluda Qızıl Oğuz türkmənləri ilə əlaqəli olan tayfalar bu bölgələrdə rast gəlinirdi: Maraşdan Ankara, Kayseri, Kırşehirə qədər olan sahədə yayılmış “Dulkadırlı eli”nə bağlı “Qızıllı oymağı”; Boz Ulusun qolu olan Diyarbəkir türkmənlərinə bağlı “Qoca Hacılı oymağı”. Boz Ulusun “Dulkadırlı oymaqları”ndan “Qızıl Qocaluoymağı”. “Boz Ok Eli”nə bağlı (Yoz-qat bölgəsi) Qara daşda “Qızıl Qocalu”, Ağ Dağda “Qızıl Qocalu”, Sorqunda “Qızıl Qocalu” oymaqları. “Menteşe eli”ndə (bugünkü Muğla bölgəsi) “Qızılca Yalınc” və “Qızılca Keçilu” oymaqları17.
Yer adları türk mədəniyyəti tarixində böyük əhəmiyyət daşıyır. Anadolunun və Rumelinin türkləşdirilməsində də görüldüyü kimi, türklər müxtəlif adətlərlə əlaqəli yer adı verirdilər. Orta Asiyadakı yer adları milli mədəniyyətin bir parçası olaraq Anadolu və Rumelindəki bəzi yerlərə verilib. Bəzən bir boy və ya qəbilə yer-ləşdiyi yerə boyunun və ya qəbiləsinin adını verib. Bəzən boy bəyinin və ya boyun böyüyünün adı da verilirdi. Ərazi şəklinə, yerləşmə əsnasında baş verən hansısa hadisəyə, qədim totem və çox da diqqət çəkməyən, izləri xatirələrdə davam edən heyvana görə də ad verilir və ya alınırdı18.
Bu gün Anadoluda bütün “qızıl” sözü ilə başlayan yer adları da bu ənənə çərçivəsində Qızıl Oğuz türkmənlərindən keçib. Bəzi misallar bu şəkildə verilə bilər: Qızılirmaq, Qızılcahamam, Qızılcaviran (bugünkü Qızılcaörən) (XVI əsr, Bayburt sancaq mərkəzi), Qızılcakənd (XVI əsr, Bayburt, Kelkit), Qızılca (XVI əsr, Bayburt, Tercani-Süfla)19, Qızılköy (Afyon, Bursa), Qızılçakçak, Qı-zılziyarət (Ağrı), Qızılöküz (Qars), Qızılirmaq, Qızıldağları (Suşəhri, Rəfahiyə, İmranlı arasında), Qızılquyu, Qızıllar, Qızılyaxa, Qızılörən (Qaramanın kəndləri)20.
Anadoludakı yuxarıda misal çəkilən qəbilə və yer adlarından da göründüyü kimi, Qızıl Oğuz türkmənlərinə “Qızılqocalu”, “Qızılqocalı”, “Qocacıqlılar”, “Qocacıqlar”, “Qocacıq türkmənləri” və “Qocacıq yörükləri” kimi adlar da verilməkdədir. Rumelinə yer-ləşdirilən Qocacıq yörükləri XVI-XVII əsrlərdə özləri üçün müstəqil qeyd dəftərləri tənzim edilən altı yörük qrupundan biridir. Ar-xivlərimizdə birbaşa Rumelindəki Qocacıq yörükləri ilə bağlı, təxminən bir əsrdən artıq zamanı (1543-1666) göstərən dörd dəftər saxlanılır. Bunlardan ikisi tam, müstəqil şəkildədir, həmçinin, dövlətin hələ ki, qüvvətli olduğu zamanlara məxsusdur. 1642-1666-cı illərdəki vəziyyəti bildirən digər ikisi isə natamamdır, digər dəftərlərin arasında saxlanmaqdadır21.
Rumelindəki qocacıqların başlarında haqqında tarixi məlumata sahib olmadığımız Qoca Həmzə adlı bəy olduğuna görə, onların əvvəllər “Qoca Həmzə yörükləri” adlandırıldıqlarını, sonralar, xüsusilə də daha çox olduqları yerlərdə “qocacıqlar” kimi ta-nındıqlarını bilirik..1543-cü ildə 132, 1584-cü ildə 179 ocaq kimi görülən və 60 il sonra 18 ocağa düşən Qocacıq yörüklərinin əhali sayında əhəmiyyətli artım 1572-1575-ci illərdə olub. Qeydlərə görə, yerləşdikləri, öz adları ilə qeydə alındıqları yerlər bunlardır: “Hırsova, Tekfurgölü, Varna, Pravadi, Aydos, Ruskasrı, Ahyolu, Karinabad, Şumnı, Burqaz, Qızılağac, Yanbolu, Əskibaba, Qırxkilsə, Ədirnə, Filibe, Silistre, Hacıoğlu, Pazarcıq, Akkerman, Bender, Kili. Qismən Naltökən, Tanrıdağı yörüklərinin də olduğu Şərqi Trakya, Bolqarıstan, Şərqi Rumelinin şərq tərəfləri, bütün Dobruca, Bender, Akkerman bölgələrində (Eski Paşa Livası ilə birlikdə Qırxkilsə, Girmen, Vize, Silistre, Bender, Akkerman sancaqları) yaşayan qocacıqlar birlikdə olduqca əhəmiyyətli qrup təşkil ediblər. Bu bölgədə 1543-cü ildə başlarında gözətçi olaraq Mustafa bəy, 1572-ci ildə Mahmud bəy, 1584-cü ildə Mehmet bəy, 1603-cü ildə Məhərrəm bəy olub.
Qocacıq yörüklərinin yerləşdikləri yerlər Qara dəniz sahillərin-də, Filibe xaric, 250 kilometrlik sahə içində uzanan zolaqda, bugünkü Türkiyədən Ədirnə,Qırxlareli vilayətləri, Bolqarıstan və Şərqi Rumelinin şərq tərəfləri – Silistre daxil olmaqla – boydan-boya Dobruca, Cənubda Kili, Bender, Akkerman üçbucağının olduğu məntəqələrdən ibarətdir.
XVI əsrin ikinci yarısında ən çox yaşadıqları bölgə Yanbolu, Varna, Şumnı arasıdır. XVI əsrin ikinci yarısında Qocacıq yörükləri-nin yaşadıqları, bu gün isə əksəriyyəti bilinməyən, 1600-dən artıq məkunlaşma əraziləri təyin edilib22.
Qocacıq yörükləri öz dəftərlərinə yazdıqları bu yerlərdən baş-qa ərazilərdə, buradakı sıxlıqda olmasa da, əhəmiyyətli miqdarda idilər. “Evladi-fatihan” təşkilatının qurulmasına qədər, xüsusilə, “Selanik yörükləri”, “Ofçabolu yörükləri” kimi qeydə alınan, siyahısı tutulan yörük qrupları içərisində Qızıl Oğuz və ya Qocacıq yörükləri də vardı.
Fəth olunduqdan etibarən, sıx şəkildə Makedoniya, Teselya bölgəsində, nisbətən az sayda Bolqarıstan, Dobrucada məskunlaşmış Selanik yörükləri Teselyada; ən çox Yenişəhər, Florina, Serfiçe, Avrethisarı, Ustrumca, Dobriça və Silistrede yaşayıblar. “Ofçabolu” bugünkü Makedoniya sərhədlərində olan Üsküp ilə İştip arasında yerləşən köçəri yaşayış tərzinə əlverişli bölgənin adıdır. Bura “Mustafa düzənliyi” də deyilir, mərkəzi qəsəbəsisə İştipdir. İstər burada, istərsə də Pirlepe və Tikveş ətraflarında XIX əsrdən etibarən, mövcudluqları bilinən yörüklər XVI və XVII əsrlərdə “Ofçabolu yörükləri”ni təşkil edirdilər. Bunlar imperatoluğun qədim Kosova və Monastır vilayətlərində, xüsusən, dörd bölgədə sıx halda, Bolqarıstanda, Dobrucada da bəzi yerlərdə nadir hallarda görülməkdədirlər.
Yuxarıda deyildiyi kimi, Rumelini türkləşdirən bu yörük ün-sürlər 1691-ci ildən sonra “Evladi-Fatihan” adı ilə yenidən təşkilat-lanıblar. Həsən Paşa tərəfindən edilən təhrirə görə, 1691 (1102) ta-rixli “Evladi Fatihan” dəftərində “Qızıl Oğuz” və ya “Qocacıq yö-rükləri”nin adlarını daşıyan qəza və kənd adları, bu kəndlərin öhdə-liklərinə qoyulmuş “yürük piyadaları”nın sayı bir-bir təyin edi-lib”23.
B.Əli Rza Əfəndinin ailəsi və həyatı
Mustafa Kamalın soyu ilə bağlı əlimizdəki ən etibarlı məlumat-lar, əsasən özünün, anasının, bacısı Məqbulə xanımın sözləri əsasın-da verilib. İkinci yerdə duran mənbələr isə onun özünü və ailəsini tanıyan Hacı Mehmet Somer kimi uşaqlıq dostlarının verdiyi məlumatlardır. Mustafa Kamal də daxil olmaqla, bu ailənin hər bir fərdində qüvvətli yörük, türkmən şüuru var: Məqbulə xanım Ənvər Behnan Şapolyonun verdiyi: “Atanız haralıdır?”, – sualına belə cavab verib: “Atam Əli Rza Əfəndi yerli Selaniklidir. Özləri yörük sülaləsindəndir. Anam hər zaman yörük olmaqla qürur duyardı. Bir gün Atatürkdən: “Yörük nə deməkdir?”, – deyə, soruşdum. Böyük qardaşım da mənə: “Yürüyən türklər”, – cavabını verdi”.
Yenə Şapolyonun Ruşən Əşrəf Ünaydına istinadən dediyinə gö-rə, “Atatürk dəfələrlə: “Mənim əcdadlarım Anadoludan Rumelinə gəlmiş türkmənlərdəndir”24, – deyib.
Atatürkün ata soyu ilə bağlı əhəmiyyətli məlumatı verən insan-lardan biri də Mustafa Kamalın məhəllə və məktəb yoldaşı, köhnə millət vəkillərindən olan Hacı Mehmet Somer bəydir. Somer bu mə-sələ ilə bağlı söyləyib: “Atatürkün ata-babası Anadoludan gələrək Monastır vilayətinin Debreyi-Bala sancağına bağlı Qocacıq nahiyəsinə yerləşmişdilər. Bunları Selanik qocalarından eşitmişəm. Qocacıqlıların hamısı türkcə danışırdılar. İri cüssəliydilər. Hamısı yörükdür. Heyvandarlıqla dolanırdılar, mal-qara sürüləri vardı. Bir qismi də taxta-şalban ticarəti ilə məşğul olurdu. Geyimləri Anadolu türklərinin geyimlərinə bənzəyirdi. Yaşayış tərzləri, hətta ləhcələri də eyniydi”25.
Atatürkün atasını və babası Qızıl Hafiz Əhmədi tanıyan sabiq Aydın deputatı Tahsin San bəy və sabiq ümumi müfəttiş Tahsin Uzerden Kılıc Əlinin26 və Tahsin San bəydən Ənvər Behnan Şapolyonun27 öyrəndiyi məlumatlar da Atatürkün ata tərəfinin Anadoludan Rumelinə köçmüş yörüklərdən olduğunu göstərməkdədir.
Bundan əvvəl də söylədiyimiz kimi, Atatürkün ata tərəfi Aydın Sökedən gələrək Monastır vilayətinin Debrei-Bala sancağına bağlı olan Qocacıqa yerləşib, ancaq ailə daha sonra Selanikə köç edib. Babası Əhməd bəy və babasının qardaşı Hafiz Mehmetin daşıdığı “Qızıl” ləqəbi, yerləşdikləri nahiyənin adı olan “Qocacıq”ın da göstərdiyi kimi, Mustafa Kamalın ata tərəfdən soyu Anadolunun türkləşdirilməsində əhəmiyyətli rolu olan Qızıl Oğuz, yaxud Qoca-cıq yörükləri türkmənlərindən gəlməkdədir28.
Sofiya Universiteti professorlarından J.İvanov 1920-ci ildə Paris-də dərc olunan əsərində türklərin Makedoniyaya yerləşdirilməsi ilə bağlı aşağıdakı məlumatları verib: “Türklər XVI əsrdən etibarən, Girmən zəfərindən sonra Makedoniyaya yerləşdirilməyə başlayıblar. Şəhərlər Üsküp, Pirləpə, Köstendil, Drama bir müddət tamamilə türklərin yaşadığı şəhərlər olub. Türk ordusunun fəth etdiyi strateji nöqtələr ətrafında sürətlə türk qəsəbələri salınıb. Bunlar Anadoludan köçən türklər idi. Köç edən türklərdən ibarət yeni-yeni şəhərlər salınıb: Yenicə, Vardar… Zaman keçdikcə bu şə-hərlərdə türk əhalisi qarışıq hal almağa başlayıb. Qələbədən sonra xristian yerlilər İslam dinini qəbul ediblər, həmin fəthdən sonra köç etmiş təmiz türk topluluğu ətrafında toplanmağa başlayıblar. Şəhər-lərdən kənarda, kəndlər ətrafında da türk topluluqları formalaş-maqdaydı. Bunlar Anadoludan köçmüş böyük qruplar idi. Onlara “yörük” və “konyar” adlarının verilməsinin səbəbi isə bu köçərilərin Anadoludan, Konyadan gəlmiş olmalarıdır.
Ümumiyyətlə, yörüklər və konyarlar türklər kimi geyinən, da-nışan yerlilərə (İslamı qəbul edən xristianlara) qarışmazdılar. Bu türk köçəri camaatı üç böyük qrup halındaydı:
1. Ege dənizinin sahil bölgəsi: Rodoplardan dənizə qədər enər-di. Selanik bölgəsi daxil olmaqla buraların əhalisi tamamilə türklərdən ibarətdir.
2. Sarıgöl bölgəsi: Burada Sarıgöl (Qayalar), Cuma kimi zəngin türk qəsəbələri var. Bu bölgədəki kəndlərin sayı 130-dur.
3. Vardar bölgəsi: 240 türk qəsəbəsi və kəndi var. Ümumiyyət-lə, Vardar çayının şərq sahilləri.
Bu üç böyük köç qrupundan başqa, daha kiçik qruplar da dağınıq yerləşmişdilər”29.
Göründüyü kimi, Atatürkün babalarının Osmanlı Dövləti za-manında Anadoludan gələrək yerləşdikləri Monastır vilayətinə bağlı dörd sancaqdan biri olan “Debreyi-Bala”nın mərkəzi bu gün Qərbi Makedoniyadakı Debre şəhəridir. Atası Əli Rza Əfəndinin anadan olduğu Qocacıq nahiyəsi indi Jupa bölgəsində yenə eyni adla adlan-dırılan kənddir30. Bölgədə aparılan tədqiqatlar hazırda yaşamaqda olan Qocacıq kəndlilərinin “yörük, türkmən və oğuz olmaq” şüu-runu mühafizə etdiklərini göstərib.
Altan Araslının Üsküpdə görüşdüyü Qocacıqlı Numan Qartalın verdiyi məlumatlar bu şəkildədir: “Əli Rza Əfəndi Monastır vilayə-tinin Debreyi-Bala sancağına bağlı Qocacıqda dünyaya gəlib. Qocacıqın əhalisi tamamilə türklərdən ibarətdir. Hamısı da yörük türkmənləridir. Anadoludan gəlibdilər. Biz müsəlman oğuzların türkmən boyundanıq. Atatürkün babası İşkodyalılar ailəsindən, ata nənəsi isə Qolalar nəslindəndir. İşkodyalılar İşkodyadan Qocacıqa köç edən hücumçu türklərin adıdır. Qolalar isə “sərhəd qaziləri” mənasını daşımaqdadır. Babası Qocacıqın Daşlı məhəlləsindən, nənəsi isə Yuxarı məhəlləsindəndir. Ayişə xanım Daşlı məhəlləsinə gəlin köçüb. Qırmızı Hafiz Mehmet Əfəndi Çinarlı məhəlləsində orta məktəb müəllimliyi edirdi. Qocacıqın Daşlı məhəlləsinin üst tərəfində bir yoxuş vardı, önündə isə kiçik dərə… “Dərə məhəlləsi” də deyilirdi. Atatürkün babasının evi oradadır. Qocacıqdan birdəfəlik köç etdikdən sonra evlərini Hətəm Maliklərə satmışdılar. Malikin oğlu Xeyrəddin İzmitdə yaşayırdı”31.
Yenə də Üsküpdə yaşayan Qocacıqlılardan Murad Ağa Altan Araslıya bu məlumatları verib: “Atatürkün babasının adı Qırmızı Hafiz Əhməd Əfəndidir. Ləqəbləri belədir. Amma əsl hafiz qardaşı Mehmet Əfəndidir. Ata nənəsinin adı Ayişə xanımdır. Daha sonralar Əhməd Əfəndiyə “fərari” deyilməyə başlanmışdı. “Fərari” Rumelində “qərib”, “qürbətə gedən” mənasını verir. Ancaq bu, Selanikdə baş verən bir hadisə ilə də bağlıdır. Qocacıqın torpağı münbit deyil. İmkanları çox məhduddur. Ona görə də Əhməd Əfəndi Yuxarı məhəllədən Feyzullah Pəhləvan və Daşlı məhəlləsin-dən Fazlı ağa ilə birlikdə Selanikə işləməyə getmişdi. 1876-cı ilin may ayında yolda bir hadisənin şahidi olurlar”32.
Murad ağa söhbətinin davamında doğruluğu şübhə doğuran hadisəni danışaraq sözlərini sona çatdırır. Murad ağanın burada qeyd etdiyi tarix də yanlışdır. Çünkü Atatürkün atasının təxminən 1839-cu ildə Selanikdə doğulduğunu bildiyimizə görə, ailənin onsuz da haqqında bəhs edilən tarixdə Selanikə köçməsinin deyilən za-mandan xeyli əvvəl gerçəkləşdiyi nəticəsinə gələ bilərik. Belə ki, A.Araslının verdiyi məlumata görə, Əhməd Əfəndinin Qocacıqdan 93 hərbindən (1877-1878-ci il Osmanlı-Rus Müharibəsi) təxminən otuz il əvvəl köçdüyünü, kənddən ilk çıxıb gedənin də Mustafa Kamalın böyük əmisi Qırmızı Hafiz Mehmet Əfəndi olduğunu kənddəki şahidlər söyləməkdədirlər33.
Qəzetçi Altan Araslı Üsküpdə yaşayan qocacıqlılardan bu mə-lumatları aldıqdan sonra “Birlik” qəzetindən (Üsküpdə türklərin dərc etdiyi qəzetdir) Rəmzi Canova ilə birlikdə getdiyi Qocacıqda yerli kəndlilərdən İsmayıl Yəhya Atatürkün babasının evini ona şəx-sən özü göstərib. Kənddəki digər şahidlər İsmayıl Yəhyanın sözlərini təsdiqləyiblər34.
Göründüyü kimi, mövcud məlumatlara görə, Atatürkün ata so-tərəfinin Aydın/Sökedən köçürülərək Makedoniyaya gəldiyi məsələ-sində şübhə yoxdur. Qocacıq nahiyəsinə (kəndinə) yerləşən ailə təq-ribən 1830-cu illərdə Selanikə köçüb. Mustafa Kamalın atası Əli Rza Əfəndi burada, təxminən 1839-cu ildə dünyaya gəlib. Onun atası Qızıl Hafiz Əhməd Əfəndidir. Qızıl Hafiz Əhməd Əfəndinin Qızıl Hafiz Mehmet Əmin Əfəndi adında bir qardaşı, Nimət və Xanım adında iki bacısı olub. Mustafa Kamalın ata tərəfinin nəsli böyük əmisi Qızıl Hafiz Mehmet Əmin Əfəndi tərəfindən davam etdirilib və bu günümüzə qədər gəlib çatıb35.
Selanikdə Abdi Hafiz Məktəbində36 və Vəqflər İdarəsində ikinci katib kimi məmurluq etidiyini bildiyimiz Əli Rza Əfəndi, sonradan Rüsumat İdarəsinə işə düzəlib və gömrük məmuru vəzifəsini icra edib. Əli Rza Əfəndinin gömrük mühafizə məmurluğu vəzifəsi Sela-nik yaxınlığında, Olimp dağı ətəklərində yerləşən Katerin qəzasına bağlı Papaz körpüsündə (Çayağzında) idi. O, Selanikin, ətraf məntəqələrin, hətta İstanbulun odun və kömür ehtiyacını qarşılayıb, bu bölgədə bir neçə il məmurluq etdikdən sonra Rusumatdan da ay-rılıb. Vəzifəsindən kənarlaşmasına səbəb bu bölgədə asayişin getdikcə pozulması, Rum silahlı qruplaşmalarının davamlı basqınları olub. Əli Rza Əfəndinin buradakı vəzifəsinin 1870-ci illərdən etibarən, 1880-1881 illərə qədər davam etdiyi bilin-məkdədir. Məlumdur ki, Əli Rza Əfəndi evləndiyi və Mustafa Kamal doğulduğu ərəfələrdə Çayağzındakı həmin vəzifəsini icra edirdi. Belə ki, Zübeydə xanım Mustafa Kamalın doğulduğu günlər-dən danışarkən: “O zamanlar Əli Rza Əfəndinin məmurluğu Selanik yaxınlığındakı Çayağzında idi, bəzi gecələr evə gəlmirdi”, – demişdir37.
1935-ci ildə tapılan və Əli Rza Əfəndiyə aid olduğu təsbit edilən bir fotoşəkillə bağlı aparılan araşdırmaların nəticəsində onun 1876-1877-ci illərdə Selanikdəki Əsgəri-Milliyyə Taborunda birinci leyte-nant, baş leytenant rütbəsiylə vəzifəsini icra etdiyini öyrənirik. Mən-sub olduğu Selanik Əsgəri-Milliyyə Taboru 1876-cı il Osmanlı-serb müharibəsinin başladığı günlərdə Dövlət Şurasının rəhbəri olan Midhat Paşanın təşəbbüsü ilə qurulmuş könüllü taborlardan biri idi.
Selanikdə məmurlardan və xalq arasından yazılan könüllülər “Millət əsgəri” adı altında bir tabor qurmaq və döyüşə hazırlaşa bil-mək üçün hökumətdən silah istəmişdilər. Uğurlu təlim görən bu ta-borun İstanbula gətirilməsi haqqında düşünülmüş və Əli Rza Əfən-dinin də sıralarında olduğu batalyon Orhaniyyə zirehlisi ilə 24 de-kabr 1876-cı ildə İstanbula getmişdir. Əli Rza Əfəndi bu batalyonun ikinci bölüyündə baş leytenant vəzifəsi almışdı. O,Selanik İslahhanə məhəlləsində, Əmir Bostanda və Numan Paşa məscidinin həyətində “Əsgəri Milliyyə”yə təlim keçmişdir38.
Əli Rza Əfəndi 1881-ci ildən sonra Rüsumat İdarəsindəki vəzi-fəsindən ayrılaraq taxta-şalban ticarətinə başlamışdır. Kütahya mil-lət vəkili Hacı Mehmet Somerin dediyinə görə, Əli Rza Əfəndinin taxta-şalban ticarətinə atılmasında Çayağzında tanış olduğu və yaxşı pul qazandıqlarını gördüyü tacirlərin təsiri olmuşdur. Əlindəki bir miqdar pulu sərf edərək Cəfər Əfəndi ilə birlikdə ticarət həyatına atılan Əli Rza Əfəndinin əvvəlcə vəziyyəti yaxşı olsa da, sonralar iş-ləri pis getmişdir. Hacı Mehmet Somer bu vəziyyəti belə izah edir: “Əli Rza Əfəndi taxta-şalban ticarətinə varını-yoxunu vermişdi. İlk vaxtlarda böyük uğurla nəticələnən bu təşəbbüs Katerinin əzəli bə-lası olan quldurların ehtiraslarını coşdurub. Əli Rza Əfəndini pul göndərməsi üçün təhdid etdilər. Əgər pul göndərməsə, taxta-şal-banlarını yandıracaqlarını bildiriblər. Ona görə də meşədəki mən-təqəyə getmək, orada işlərə nəzarət etmək mümkün olmurdu. Emal edilmiş şalbanları sahilə daşıtmağa qorxurdu. Çünki bu şalbanlar quldurlar üçün girov mahiyyəti daşıyırdı. Nəhayət, Əli Rza Əfəndidən tələb etdikləri pulun gəlmədiyini görən quldurlar bütün şalbanları yandırıb, işçiləri də hədələdilər. Bundan sonra işçilər dağılışdılar. Əli Rza Əfəndi isə daşınması mümkün malını oradan çıxarmağa çalışdı. Buradakı quldurların hamısı siyasi qruplaşmalar idi. 1298 (1883) tarixində Teselya Yunanıstana verildikdən sonra Yu-nanıstanın sərhəddi Katerin qəzasına və Olimp dağlarına çatırdı. Bü-tün məsələ bundan irəli gəlirdi. 1877-ci il Rus müharibəsindən sonra Makedoniya quldur dəstələri ilə dolmuş, buradakı türklərin rahat-lığı qalmamışdı. Bu siyasi qruplaşmalar üzündən Əli Rza Əfəndinin ticarəti də pozuldu”39.
Məqbulə xanım da atasının işlərinin yunan quldurlarının fəaliy-yəti nəticəsində pozulduğundan bəhs etdikdən sonra onun ”… duz ticarətinə başladığını, mağazasında olan duzların hamısının əridi-yini, bu işdən də ziyan gördüyünü, təkrarən məmurluğa qayıtmaq istədiyini, amma istəyinə çata bilmədiyini”, – danışıb. Məmur-luqdan ayrıldıqdan sonra girişdiyi hər ticari fəaliyyəti bu cür uğur-suzluqla nəticələnən Əli Rza Əfəndi bu hadisələrdən çox təsirlənib, böyük ruh düşkünlüyünə qapılaraq həyatdan küsüb, ağır xəstəliyə tutulub. Zübeydə xanım xatirələrində bunları belə yada salır: “Mərhum son günlərində işinin çox pis getməsindən mütəəssir olmuşdu. Bütünlüklə ruh düşkünlüyü içərisində idi. Daha sonra da dərviş halı alaraq əridi getdi. Ərimin xəstəliyi getdikcə artdı, bundan artıq yaşaya bilməzdi”40.
Məqbulə xanımın bildirdiyinə görə, Əli Rza Əfəndi “İşlərinin pis getməsindən çox mütəəssir olmuşdu… Nəhayət, vərəmə tutuldu. Üç il xəstə yatdıqdan sonra vəfat etdi”41.
Əli Rza Əfəndinin ölümü ilə bağlı müxtəlif tarixlər göstəril-məkdədir. Mustafa Kamal xatirələrində tarix vermədən: “Şəmsi Əfəndi məktəbinə yazdırıldım. Bir müddət sonra atam vəfat etdi”42, – deyir. Bacısı Məqbulə xanım isə xatirələrində özünün doğulduğu 1885-ci ildə atasının xəstəliyinin başladığını, işə gedə bilmədiyini və bir yaşı tamam olduğunda isə xəstəliyin çox ağırlaşdığını, 1889-cu il-də anadan olan ən kiçik bacısı Naciyə qırx günlük ikən atasının vəfat etdiyini söyləyir”43.
Belə olduqda,Əli Rza Əfəndinin ölümünün 1889 və ya 1990-cu ilin ilk aylarında olması güman edilir. Mustafa Kamal da o ərəfə-lərdə doqquz yaşının içində idi, Şəmsi Əfəndi məktəbinin üçüncü sinfində oxuyurdu. Afət İnan: “Mustafa hələ ibtidai sinif şagirdi ikən atadan yetim qalıb”, – deyirdi. Əli Fuad Cebesoy da: “Atası öləndə Mustafa Kamalın 9-10 yaşlarında olduğunu”, – yazır”44.
Xatirə tipli əsərlərdə yer alan bu məlumatlara baxmayaraq Faiq Rəşid Unat Əli Rza Əfəndinin 28 noyabr 1893-cü il tarixində öldü-yünü bildirir. F.R.Unat sənədi dərc etmədən, bu tarixlə bağlı Məqbulə xanımın ilk ərindən ayrıldıqdan sonra atasından aylıq məvacib bağlanmasına aid sənədləri mənbə kimi göstərir45. Mustafa Kamalın Monastır Hərbi Liseyinə giriş tarixi olan 13 mart 1896-cı il tarixindən geri sayıldığı zaman Əsgəri-Rüşdiyyədə, Mülkiyyə Rüşdiyyədə və ciftlikdə46 keçirdiyi təxminən dörd ay yarımlıq zaman nəzərə alınarsa, Faiq Rəşid Unatın müəyyən etdiyi tarixin doğru olması ehtimalı yüksəlir. Bu səbəblə Əli Rza Əfəndinin ölüm tarixi kimi 1893-cü ili qəbul etsək, onun 54, Mustafa Kamalınsa 12 yaşı var idi47.
III. Mustafa Kamalın ana tərəfindən soyu: “Konyarlar”.
Konyarların Yunanıstana yerləşməsi
Mustafa Kamalın ana tərəfi Anadoludan gələrək Yunanıstana yerləşdirilən köçərilərə və ya türkmənlərə bağlanır. Ana tərəfindən babası Vodina sancağı ilə əlaqəli olan və “Sarıgöl” adlandırılan Qa-yalardan köçərək Selanik yaxınlığındakı Lankazaya yerləşən Sofu-zadə (Sofizadə) Feyzullah Ağadır. Yerləşdikləri Sarıgöl bölgəsi Sofu-lar ləqəbi və ailədəki xatirələrin göstərdiyi kimi, Atatürkün ana tərəfi Konya/Karamandan Yunanıstana gələn və buna görə Yunanıstandakı digər köçəri qruplardan fərqli olaraq “Konyarlar” adı ilə anılan köçərilərdəndir.
Anadoludan yarımadaya köçüb yerləşən ilk türk qrupu Türkiyə səlcuqlarının mərkəzi Konyaya mənsub olan, elə Konyaya görə də adlandırılan “konyarlar”dır. XIX əsrdə və ya XX əsrin əvvəllərində Yunanıstanı gəzən, buradakı türklərlə şəxsən görüşərək onların xatirələrini toplayan, bölgədəki türk əhali haqqında əsər yazan qərbli səyyahlar, elm adamları da “konyarlar” haqqında əhəmiyyətli məlumatlar verirlər48.
Bu mövzuda yazanların hamısı “konyarlar”ı bəzən “yörüklər” və “Evladi Fatihan”la qarışdırmaqla bərabər Konyadan gələrək Yunanıstana yerləşmiş və ya yerləşdirilmiş kimi göstərməkdədirlər. Lakin bunların gəliş tarixi, gəliş formaları haqqında fərqli məlumatlar verilib. Bütün bu düşüncələri tənqidi şəkildə tutuşduran Tayyib Gökbilgin “konyarlar”ın Yunanıstana gəlişi və yerləşdirilmələri ilə bağlı belə bir dəyərləndirmə aparıb: “Sonuncu və nisbətən qəbul edilməsi mümkün ehtimal II Murad, xüsusilə də Fateh zamanlarında, Karamanoğulları ilə mücadilə ərəfəsində və bundan sonra Karaman, Konya, Ankara ətrafından türk tayfalarının bu məntəqələrə yerləşdirilmələridir. O ətrafın etnik baxımdan yad xalqına mənşəyinə görə bu xarakterik ad verilib və bu ad qonşular arasında yaşayıb, özlərində isə mənşələri haqqında məlumat, şifahi ənənə halında davam edib”49.
“Konyarlar”ın sıx halda yerləşdikləri yer Teselyada Kozan, şimalda “Sarıgöl” də adlandırılan Qayalar və Selanikin şimal-şərqidir. Say olaraq digər yörük qruplardan daha az olduqları, yarıköçəri həyat sürdükləri, alış-veriş mərkəzlərinin daha çox Yanya olduğu, xalçalarının xüsusi şəklinə görə (“Konyaren Fiqüren”) bölgədə məşhur olduqları bütün səyyahlar tərəfindən bildirilir. Bundan başqa, “konyarlar”ın daha demokratik yaşadıqları, şən, hərəkətli insanlar olduqları da deyilir50.
Osmanlı dövlətinin Yunanıstandakı köçərilərlə bağlı təşkilatlanması işində özləri üçün xüsusi qeyd dəftəri olmayan “konyarlar” yerləşdikləri ərazilərdə başlanğıcda, xüsusilə, Qocacıq və Selanik köçəriləri içərisində, sonra da Vodina, Sarıgöllər bölgəsi yörükləri içində “Evladi-Fatihan”51 kimi qeyd edilmişdilər52.
Mustafa Kamalın soyu ilə bağlı araşdırma apararaq əmisi Qızıl Hafiz Mehmet Əmin Əfəndinin soyundan gələnlərin əllərindəki bəzi sənədləri dərc etdirən Burhan Göksəl konyarların Konya-Kara-mandan Fateh Sultan Mehmet zamanında, yəni 1466-cı ildə – Kara-manoğulları məğlub edildikdən sonra Yunanıstana köçürülərək yerləşdirildikləri bildirilməkdədir53.
B. Zübeydə xanımın ailəsi və həyatı
Mustafa Kamalın ana babası Selanikdən bir saatlıq məsafədə yerləşən Lanqazada ciftlik sahibi olan Sofuzadə Feyzullah Əfəndidir. Atatürkün və Məqbulə xanımın uşaqlıq xatirələrində haqqında danışdıqları ciftlik buradır. Sofuzadə Feyzullah Ağa Selanikin şərqindəki kiçik Lanqaza (indi Lanqaha) qəsəbəsində yaşayır, heyvandarlıq, əkinçilik və ticarətlə məşğul olurdu. Feyzullah Ağanın ailəsi Vodina (indiki yunan Makedoniyasında Edhsessa) kəndi yaxınlarından gəlmişdi54.
Zübeydə xanım Feyzullah Əfəndinin üçüncü arvadı Ayişə xa-nımdan olan yeganə qızı idi. Atatürkün bacısı Məqbulə xanım (1885-1956) ana soyları haqqında: “Anamdan tez-tez bunları eşitmişəm”, – deyərək bu məlumatları verib: “Bizim əsas soyumuz yörükdür. Buralara Konya-Karaman tərəflərdən gəlmişik. Babam Feyzullah Əfəndinin böyük əmisi Konyaya gedibmiş, Mövləvi dərgahına girib orada qalıb. Yəqin ki, yörüklüyü tutmuşdu…”55.
Doxsan yaşında vəfat edən Aydın millət vəkili Tahsin San Mustafa Kamalın anası Zübeydə xanımın atası haqqında aşağıdakı məlumatları verib: “Atatürkün anası Zübeydə xanım Sofuzadə ailəsindən olan Feyzullah Ağanın qızıdır. Bunlar Selanikdə anadan olmuşdular. Bu ailə 130 il əvvəl Sarıgöldən Selanikə gəlmişdi. Vodina qəzasının qərbində Sarıgöl nahiyəsində on altı kənddən ibarət olan “nahiyə ailəsi”, Makedoniya və Teselyanın fəthindən sonra Konya ətrafları əhalisindən Osmanlı Hökumətinin köçürdüyü və yerləşdirdiyi türkmənlərdəndir. Son zamanlara qədər beş əsr ərzində həyat tərzlərini, geyim-keçimlərini dəyişdirməmişdilər”56.
Bu mövzuda Lord Kinross mənbə göstərmədən aşağıdakı mə-lumatları verib: “Zübeydə xanım bolqar sərhədinin o üzündəki slavlar qədər sarışındı. Biçimli, ağ bədəni, dərin, amma saf, açıq-mavi gözləri vardı. Ailəsi Selanikin qərbində Arnavutluğa doğru sərt və çılpaq dağların geniş, donmuş sulara batdığı göllər bölgə-sindən gəlmişdi. Bura türklərin Makedoniyanı və Teselyanı aldıqdan sonra Anadolunun göbəyindən gələn kəndlilərin yerləşdikləri yerdi. Bu səbəbdən də Zübeydə xanım damarlarında ilk köçəri türk qəbi-lələrinin nəvələri olan və hələ də Toros dağlarında azad yaşayışlarını davam etdirən sarışın köçərilərin qanını daşıdığını düşünməkdən həzz alırdı57.
Mövcud məlumatlara görə, ailə 1466-cı illərdə Qaramandan gələrək Vodina sancağına bağlı Sarıgölə yerləşib, sonra Selanik yaxınlığındakı Lankazaya (Lanqaza) köçüb. Zübeydə xanım 1857-ci ildə burada dünyaya gəlib. Zübeydə xanımın atası Sofuzadə Feyzullah Əfəndi üç dəfə evlənib. Adlarını bilmədiyimiz digər iki arvadı kənara qoyularsa, Zübeydə xanımla birlikdə Həsən Ağa və Hüseyn Ağa Feyzullah Əfəndinin üçüncü arvadı Ayişə xanımdan olan övladları idi.
Zübeydə xanım 1857-ci ildə Lankazada doğulub, uşaqlığı və ilk gənclik illəri burada ailəsi ilə birlikdə keçib. Güclü iradəyə sahib Zübeydə xanım lazımi səviyyədə təhsil almasa da, öz imkanlarıyla oxumaq-yazmaq öyrənib. Anasına “Molla xanım” deyildiyi kimi, onu da “Zübeydə molla” çağırırdılar. Bu onun müdrik mənliyini ifadə edən ləqəb sayıla bilər. Mühafizəkar, adət-ənənələrə bağlı qadın idi58.
Əli Rza Əfəndi ilə evləndikləri 1870-ci ildə 13-14 yaşlarında olan Zübeydə xanım ərinin ölümündən sonra uşaqları ilə bir müddət Lankazadakı ailə ciftliyinə – qardaşlarının yanına qayıtmış, ona elçi düşən Raqib bəylə 36 yaşında ikən ikinci dəfə ailə qurmuşdu. Balkan müharibəsinin sonuna qədər Selanikdə məskunlaşan Zübeydə xa-nım Mustafa Kamalın 1906-cı ildə yoldaşları ilə birlikdə Şamda qur-duğu “Vətən və Hürriyyət” cəmiyyətinin bir şöbəsini burada açmaq üçün cəhd etdikləri zaman oğluna inanıbvə dəyərli fikirləri ilə ona yardım edib.
Balkan müharibəsinin sonunda Selanikin sərhədlərimizdən kə-narda qalması ucbatından bir çox türk kimi Zübeydə xanım və qızı Məqbulə xanım İstanbula gəliblər. Mövcud məlumatlara görə, Bi-rinci Dünya müharibəsindən sonra Selanikdə öldüyü söylənən Raqib bəyin, əslində, bu köç hadisəsindən bir qədər əvvəl vəfat et-diyini düşünmək olar. Çünki yaşasaydı, onun da ailəsi ilə birlikdə İstanbula gəlməsi lazım idi59.
Zübeydə xanım İstanbulda Beşikdaş tərəfdə, Akaretlərdə 76 nömrəli evdə, qızıyla birlikdə, yeni, amma çox çətin həyat yaşayıb. Mustafa Kamal Paşa Yeddinci Ordu komandanı olaraq Fələstinin cənubunda, Sina cəbhəsində ingilislərə qarşı döyüşərkən Müttəfiq Alman Orduları komandanı Fakenhaynla arasında yaranan anlaşılmazlıq nəticəsində vəzifəsindən istefa etmiş, Hələbə getmişdi. Burada ciddi sarılıq xəstəliyi keçirən oğluna görə narahat olan Zübeydə xanım Mustafa Kamalın üç yaşında övladlığa götürərək yetişdirməsi üçün anasının yanında qoyduğu Abdürrəhimi (Tunçok) götürərək Hələbə getmiş və kor olmasından qorxduğu oğlu Mustafa Kamalı ziyarət etmiş, sonra təkrar İstanbula qayıtmışdı60.
13 noyabr 1918-ci ildə İstanbula qayıtdıqdan sonra bir neçə gün “Pera Palas” hotelində qalan Mustafa Kamal yaxın yoldaşı Salih Fansanın Bəyoğlundakı evində qonaq kimi yaşayıb, sonra Şişlidə madam Kasabyanın üçmərtəbəli evini kirayə tutaraq Beşiktaş Akaretlərdə qalan anasını və bacısını da öz yanına gətirib.
Samsuna çıxışla birlikdə başlayan günlər Mustafa Kamal üçün olduğu kimi, anası və bacısı üçün də çətin dövrün başlanğıcı ola-caqdı. Bu ərəfədə Mustafa Kamalın “öldüyü” haqqında heç bir əsli olmayan xəbəri eşidən Zübeydə xanım iflic keçirir. Onun üçün bu çətin günlərdə yeganə sevindirici hadisə hərbi xidmətdən ayrılaraq ticarətlə məşğul olmağa başlayan Mustafa Məcid bəylə qızı Məqbulə xanımın evlənməsiydi. Bu evlilikdən sonra Zübeydə xanım yenidən Akaretlərdəki evə dönərək qızı, kürəkənilə birlikdə yaşamağa başlayıb.
Bu ərəfədə Mustafa Kamal anası ilə uzun müddət ayrı qalıb, sadəcə, məktub və teleqram yoluyla xəbərləşmək imkanı tapa bilib. Üç il anasından uzaqda olan Mustafa Kamal Qurtuluş Savaşının sonlarına yaxınlaşdığı zaman onu Ankaraya gətirməyə qərar verib. Adabazarında görüşüb və 24 iyun 1922-ci ildə onunla birlikdə Ankaraya dönüb61.
Çankaya köşkündə Əbdürrəhim və Raqib bəyin bacısı oğlu Fik-riyə ilə birlikdə yaşayan Zübeydə xanımın xəstəliyi ağırlaşmışdı. Qismən iflic keçirmiş qadının revmatizm ağrıları da artdığı üçün onu İzmirə gedib bir müddət orada qalması məqsədilə dilə tutublar. Bu səyahətin digər səbəbi də Mustafa Kamalın evlənmək istədiyi Lətifə xanımı Zübeydə xanımla tanış etməkdi.
İzmirdə xəstəliyi daha da artan Zübeydə xanım 15 yanvar 1923-cü ildə – 66 yaşında vəfat edib. Qazi Mustafa Kamal Paşa anasının ölüm xəbərini elə həmin gün Eskişəhərdə almışdı. Gün çıxma-mış yavəri çavuş Əlini çağırıb: “Bir xəbər varmı?” – soruşub, sonra da: “Şifrə gəldi, amma açılmayıb”, – deyə cavab verən Əli çavuşa kədərlə baxan Mustafa Kamal Paşa: “Anamın öldüyünü bilirəm”, – demişdi: “Bir yuxu gördüm, yaşıl tarlalarda anamla dolaşırdım. Birdən fırtına qopdu, anamı alıb apardı”. Deşifrə edilmiş teleqram əlinə verildiyi zaman oxuyub gözlərini yummuş, bir an düşünmüş və “İzmirə getmirik. Qatarı İzmitə istiqamətləndirsinlər”62, – demişdi. Eyni gündə İzmirdəki baş yavər Salih Bozoka teleqram göndərmişdi: “Verdiyiniz xəbər məni çox mütəəssir etdi. Mərhumənin dəfn mərasimini münasib tərzdə keçirin. Allah millə-timizə ömür və salamatlıq versin”.
Təxminən 12-13 gün müxtəlif yerləri dolaşan, proqramına uy-ğun olaraq dövlət işlərini yerinə yetirən Mistafa Kamal Paşa 27 yan-var, 1923-cü ildə Manisa üzərindən İzmir-Karşıyaka stansiyasına gəlmişdi. Yanında ordu komandirləri, nazirlər, millət vəkilləri və ya-vəri var idi.
İzmir valisi Əbdülxaliq Renda, korpus komandiri Fəxrəddin Al-tay və baş yavər Salih Bozok onu qarşılayanlar arasında idi. Yenə də stansiyaya çoxlu adam toplaşmışdı. Çiçəklərlə bəzədilmiş avtomobil onu gözləyirdi. Sağlığında ziyarət etdiyi kimi, yenə də əvvəlcə anasına baş çəkdi. Həmin gün anasının məzarı önündə duyğulu və mənalı bir nitq söylədi. Onu yetişdirən, milli mücadilə illərində hər zaman yanında olan anasının çəkdiyi əziyyətləri, fədakarlığını xatırlatdı. Ona görə çəkdiyi əzabları, əziyyəti dilə gətirərkən anasının qədrini bildiyini də dilə gətirmiş oldu.
Mustafa Kamal həmin gün dərin həyəcan içərisində idi. Ən səmimi, ən duyğulu nitqini məhz anasının məzarı üstündə, məhz həmin gün söylədi. Çıxışında qısaca anasının sıxıntılarından bəhs edən Mustafa Kamal Paşa bunları demişdi: “Şübhəsiz, anamın vəfatından mütəəssirəm. Lakin bu təəssüfümü aradan qaldıran, mənə təsəlli verən bir məsələ var: o da anamın vətənini məhv edən və xarabalığa çevirən quruluşun çökdürüldüyünü görməkdir. Anam torpağın altındadır, lakin millətin hakimiyyəti gərək əbədi olsun. Mənə təsəlli verən ən böyük qüvvə budur. Bəli, milli hakimiyyət mütləq davam edəcək. Anamın və bütün əcdadlarımızın ruhuna borclu olduğumu, vicdan andını təkrar edirəm. Anamın məzarı önündə, Allahın hüzurunda and içir və əhd edirəm: bu qədər qan tökərək millətin qurduğu, seçdiyi hakimiyyətin mühafizə və müdafiəsi üçün, lazım gələrsə, anamın yanına getməkdə əsla tərəddüd etməyəcəyəm. Milli hakimiyyət uğrunda canımı vermək mənim üçün vicdan və namus borcu olsun”63.
“Fəzilətinə və yüksək qadınlığına inandığım anam və bacım in-qilab işlərində mənə güvənib, xidmət ediblər”, – deyərək Zübeydə xanıma olan bağlılığını ifadə edən Mustafa Kamal Paşanın anasının sevdiyi bir mahnını eşitdiyi zaman həmişə gözləri yaşararmış. Hər səhər oyandığında ziyarət üçün anasına xəbər göndərər, icazə istərmiş. Zübeydə xanım da eyni şəkildə hazırlıq gördükdən sonra oğlunu qəbul edərmiş. Bu görüşlərdə Mustafa Kamal Paşa anasının əlini öpər, onun xeyir-duasını alar, bir müddət söhbət edərdi.
Zübeydə xanım oğluna: “Mustafam”, “Sarı Mustafam”, – deyə xitab edər, çox zaman bunu da az hesab edib: “Paşam” və ya “Sarı Paşam”, – deyə, əlavə edərdi.
Atatürkün həyatının böyük bir hissəsində yanında olan yavər-lərindən Cavad Abbas Gürərin “Atatürkün çox sevdiyi, saydığı anası ilə tərbiyə və zəka baxımından vəziyyətləri”ni anlatdığı bu sözlər bir milli qəhrəmanı dünyaya gətirən, tərbiyə edən türk ana-sının tərbiyəsini, fəzilətlərini ortaya qoymaqdadır: “Zübeydə xanımın xarakterini, zəkasını və ətrafındakı insanlara qarşı davranışını izah etmək üçün uzun-uzadı yazmaq lazımdır. Yalnız anası olduğuma görə deyil, eyni zamanda, ağır, ciddi, hədsiz də-rəcədə ağıllı böyük türk qadını olduğuna görə onu ziyarət etmək Atatürkün qarşısında vəzifə idi. Bu ziyarətlər əvvəlcədən xəbər ve-rilərək baş tuturdu. Çünki ana ilə oğul hazırlaşmadan bir-biriləri ilə görüşməzdilər. Aralarındakı münasibətlərin əsas qaydası ziyarətçi qismində daim Atatürkün olmasıydı. Əbədi Şef səhər oyanar-oyanmaz – əgər o gün anasını görəcəksə – kimisə göndərib ondan icazə aldırar, sonra böyük bir mərasimdə iştirak edəcəkmiş kimi hazırlaşmağa başlardı… Zübeydə xanım da xəstə yatağında olsa belə, Atatürkü qəbul etmək üçün diqqətlə hazırlıq görərdi. Saçlarını da-radar, işləməli baş örtüsünü örtər, makedoniyalı gəlinlərin zəngin cehizlərindən olan işləməli köynəyinin üstündən ipək əntarisini64 geyinər, istanbulsayağı rəngli maşlahı65 ilə qiyafətini tamam-ladıqdan sonra oğluna onu gözlədiyi xəbərini göndərərdi. Zübeydə xanım Atatürkə: “Mustafa”, – deyə, xitab edərdi. Uzun illərdi ki, bu böyük ailənin üzvlərinin rahatlıq, etimad və məhəbbət qazanmaq bacarığına alışmışdım. Bu görüşlərində əksər hallarda iştirak edirdim. Böyük, qiymətli övlad yetişdirmək bəxtiyarlığı ilə dəyərli, böyük anaya sahib olmaq qürurunu bir arada toplayan gözlərim se-vinirdi. Bəli, türk toplumu quruluşundakı tərbiyənin və o tərbiyənin təməllərinin nə qədər dərin, köklü olduğu, nə qədər sadə, nə qədər ciddi, nə qədər səmimi olduğunun canlı nümunələrini gördükcə duyğulanır, özümü xoşbəxt hiss edirdim… Bu ana oğluna vətən, millət sevgisini hələ beşikdəykən oxuduğu laylalarla aşılayıb, onu hər çağında duyğularla böyüdüb, təhsilə yönləndirib, elm və mədəniyyət öyrədib. Yetişən, öz məqamını tapan xilaskar oğlunu məhz o Mustafa Kamal kimi yaratmışdı”66.
IV. Əli Rza Əfəndi və Zübeydə xanımın evliliyi
Əli Rza Əfəndi ilə Zübeydə xanım 1870 və ya 1871-ci ildə ev-lənmişdilər. Məqbulə xanımın xatirələrinə görə, evləndiyi zaman 13-14 yaşında olan Zübeydə xanım gözəl qızmış: “Anamın gəncliyi gözümün önündədir. Hündürboy, incə bədən quruluşlu, qızılısaçlı, yaşılgözlü qadındı… Uşaqlar analarını hər zaman dünyanın ən gözəl qadını hesab edirlər. Lakin anam, həqiqətən gözəl idi”67.
Əli Rza Əfəndi evləndiyi zaman 31-32 yaşındaymış. Vəqflər İdarəsində məmur kimi çalışırmış. Almaq istədiyi Zübeydədən 16-17 yaş böyük idi. Mustafa Kamalın dayısı Hüseyn Ağa ailəni razı sal-dıqdan sonra evlənmişdilər. Məqbulə xanımın xatirələrində detalları ilə haqqında danışdığı bu evlilik Əli Rza Əfəndinin yuxusunda gör-düyü və bəyəndiyi qıza bənzər həyat yoldaşı axtarması ilə başlamış, bacısı, Mevlevi Kapu şeyxinin gəlini olan Xədicə xanımın Zübeydəni görüncə sevinc içində ona şad xəbər verməsindən sonra baş tutmuş-du68.
Evləndikdən dərhal sonra yaşamaq üçün Əli Rza Əfəndinin Se-lanikdəki ata evinə köçüblər. Əvvəlcə Fatma (1871/1872-1875) adını verdikləri qızları dünyaya gəlib. Daha sonra isə Əhməd (1874-1883) və Ömər (1875-1883) adlı oğulları doğulub. Sonrakı öv-ladlarının sırası Mustafa (1881-1938), Məqbulə (1885-1956) və Naciyə (1889-1901) ilə davam edib.
Yoluxucu xəstəliklər ucbatından ilk üç uşaqları müxtəlif illərdə ölüb. Daha sonra Əli Rza Əfəndinin nizamlı olmayan iş həyatında çətinliklər və sıxıntılar başlayıb. Nəhayət, Mustafanın dünyaya gəlməsilə həyata bağlanan ailə bu dəfə də Əli Rza Əfəndinin vəfatı ilə sarsılıb69.
Əli Rza Əfəndi 1893-cü ildə öldükdə 36 yaşında üç uşaqla dul qalan Zübeydə xanım Lankazada qardaşı Hüseyn Ağanın idarə et-diyi Rapla ciftliyinə sığınıb. Hüseyn Əfəndi yeznəsinin ölüm xəbərini alan kimi Selanikə, bacısı Zübeydənin yanına gələrək: “Bu ömürsüz adama səni mən ərə verdim. Bundan sonra da sizə mən baxacağam”, – deyərək ailəni özü ilə Rapla ciftliyinə aparıb70.
Gənc yaşda dul qalan Zübeydə xanım oğlu Mustafanı Əsgəri Rüşdiyyəyə verdikdən sonra maddi cəhətdən çətin günlər keçirib. Uşaqlarla birlikdə ona təyin olunan iki məcidiyyəlik təqaüd ailənin dolanışığını təmin edə bilmirdi. Belə sıxıntılı zamanda Yunanıstana verilən Teselyanın mərkəzi Larisadan (Yenişəhər) köç edənlərdən biri – Reji İdarəsi71 məmurlarından Raqib Əfəndi ona elçi düşür. Raqib Əfəndi də xanımını itirmiş dörd uşaqlı dul adam idi72.
Zübeydə xanım Qılıcoğlu Haqqı bəyin qayınatası olan Şeyx Rıfat Əfəndinin təşəbbüsü ilə Raqib Əfəndi ilə evləndirilib. Varlı adam olmasına baxmayaraq Raqib Əfəndi Zübeydə xanımın evinə köçüb orada yaşamağa başlayıb, buna görə də Mustafa Kamal bu evliliyə etiraz edərək evi tərk edib, Horhor məhəlləsində yaşayan bibisi Əminə xanımın yanına köçüb. Monastır hərbi liseyinə gedənə qədər də evə nadir hallarda gedib, bibisinin yanında yaşayıb73.
Raqib bəy, əslində, çox kübar, xoşrəftar insandı. Mustafa Kamal aradan illər keçəndən sonra ögey atası ilə bağlı Afət İnana bunları söyləyəcəkdi: “… Sonradan bu əsil bəylə aramızda dostluq yarandı. Mənə yaxşı təlimatçı oldu. Anamın gənc yaşında belə ailə qurmasını təqdir etdim. Ancaq uşaqlıqda duyduğum o hiss atamı itirməyimə qarşı üsyandan ibarətdi”.
Mustafa Kamal Əli Fuad Cebesoya da Raqib Əfəndi ilə bağlı: “Mənə qarşı çox hörmətlə davranıb, böyük adam kimi rəftar edib. Nəzakətli və kübar insandı”, – demişdi. Mənbələrə görə, Raqib Əfəndi Birinci Dünya müharibəsindən sonra Selanikdə vəfat edib, bəzi məlumatlara görə isə Çanaqqala döyüşündə şəhid olub. Lakin yuxarıda da deyildiyi kimi, Zübeydə xanım və Məqbulənin Balkan döyüşlərindən sonra İstanbula köçdüyünü bilirik. Raqib bəyin onlarla birlikdə İstanbuıla gəlməsilə bağlı isə heç bir məlumat yoxdur. Buna görə də Raqib bəy, çox güman, Balkan döyüşləri zamanı və ya ondan sonra vəfat edib. Hər halda, bu, qüvvətli ehtimaldır.
V. Mustafa Kamalın dünyaya gəlişi
Atatürkün 1881-ci ilin 1 yanvar ilə 12 mart tarixi arasında74 dün-yaya gəldiyi və arxiv qeydlərinə görə, Selanikdə o zamanlar Qoca Qasım Paşa məhəlləsi, İslahhanə küçəsində olan ev bugünkü Aya Dimitriya məhəlləsində və Apostolu Pavlu küçəsində, 75 nömrə al-tında qeyddədir. Hazırda muzey kimi fəaliyyət göstərən ev75 zirzə-misi ilə birlikdə üçmərtəbəlidir və Selanik Türk Baş Konsulluğu ilə eyni bağçada yerləşir.
Mustafa Kamalın anadan olduğu həmin bina ətrafı hündür di-varlarla əhatələnmiş, “hərəm “və “salamlığ”ı olan üçmərtəbəli, ey-vanlı, klassik memarlıq üslubuna sahib tikilidir. Mustafa Kamal bu evin ikinci mərtəbəsində – sol tərəfdəki otaqda dünyaya gəlib. Əli Rza Əfəndinin ölümündən sonra gənc yaşında dul qalan Zübeydə xanım kiçik oğlu Mustafa, qızları Məqbulə və Naciyə ilə birlikdə dolanışıq xərclərini azaltmaq üçün bu evdən daşınaraq yanındakı kiçik evdə yaşamağa başlayıb. Aradabir qardaşı Hüseyn Ağanın Lankazadakı ciftliyinə gedən Zübeydə xanım Raqib bəylə evləndikdən sonra da bu kiçik evdə qalıb. Mustafa Kamal həm Monastır Hərbi liseyi, həm də İstanbul Hərb Məktəbində təhsilini davam etdirdiyi müddətdə Selanikdəki tətillərini bu evdə bacıları ilə birlikdə keçirib.
1902-ci ildə Hərbi məktəbi, 1905-ci ildə Hərbi Akademiyanı bi-tirərək müxtəlif yerlərdə xidmət edən Mustafa Kamal II Məşrutiy-yənin elanından əvvəl – 13 oktyabr 1907-ci ildə Selanikdəki Üçüncü Ordu Qərargahında vəzifə aldıqdan sonra – 7 mart 1908-ci ildə do-ğulduğu evi satın alaraq ailəsi ilə birlikdə buraya köçüb. Şamda qurduğu “Vətən və hürriyyət” cəmiyyətinin Selanikdəki fəailiyyəti dövründə bu evdə bir çox siyasi toplantılar keçirilib. Trab-lusqərbdəki işi və Balkan savaşının uğursuzluğa düçarından sonra Selanikdən gedən Mustafa Kamal və ailəsi üçün artıq yeni mərhələ başlayacaqdı76.
Hər böyük dövlət adamının doğum tarixində olan ay və gün uyğunsuzluğu, qeyri-müəyyənliklər Atatürkün də doğum tarixində mövcuddur. Onun təvəllüdü bəzi araşdırmalarda 1880, bəzilərində isə 1881 kimi göstərilsə də, doğumunun hansı ay və gün olması ilə bağlı fərqli qənaətlər hələ də mövcuddur. Geniş şəkildə yayılan və təkrarlanan tarixlər bunlardır: 23 dekabr 1880, 13 mart 1881, 19 may 188177.
Mustafa Kamalın doğum ili olaraq qeyd edilən rumi 1296 tari-xini təyin edən mövcud ən köhnə sənəd Qara Hərb Məktəbi “Soyadlar” dəftərində Mustafa Kamalla bağlı edilmiş qeyddir: “Çiçək ləqəb” adlandırılan bu qeyddə hər şagird haqqında yazılmış məlumatın altında rumi tarixilə onun doğum ili də qeyd edilib. Burada Mustafa Kamalın doğum ili “96” göstərilir78.
Atatürkün uşaqlıq və məktəb yoldaşı, köhnə Ankara bələdiyyə sədri və Biləcik millət vəkili Asaf İlbay da 1296-cı il tarixini təsdiq-ləyir. O, “Atatürkün şəxsi həyatı” başlığı ilə dərc etdirdiyi xatirələ-rində yazır: “Eyni səmtin uşaqlarıydıq. Evlərimiz bir-birindən yüz metrlik məsafədə yerləşirdi. Qonşu olduğumuz üçün ailələrimiz tanışdılar. Buna görə də böyük qardaşım Əşrəf bəylə mən Mustafa Əfəndiylə tez-tez görüşürdük. Qardaşımla yaşıd olduqları üçün münasibətləri daha yaxşı tuturdu. Mən iki yaş balacaydım. Mustafanın və Əşrəfin doğum tarixi 1296, mənimki isə 1298-ci ildi”79.
Atatürkün sağlığında – 24 noyabr 1934-cü ildə Soyad Qanununun qəbulundan sonra hazırlanan şəxsiyyət vəsiqəsində do-ğum ili olaraq miladi təqvimlə 1881-ci il qeyd edilib. Rumi 1296-cı ilinin, sadəcə, 20 dekabr ilə 28 fevral tarixləri arasındakı günləri miladi 1881-ci ilin 1 yanvar ilə 12 mart tarixləri arasına uyğun gəldiyinə görə80, Mustafa Kamal bu tarixlər arasında dünyaya gəlmiş olmalıdır. Şübhəsiz, doğum tarixinin təyinində ən etibarlı məlumatlar rəsmi sənədlərə görə təyin edilən yuxarıdakı tarixlər aralığında verilən gün və ay ilə bağlı şərhlərdir. Atatürkün anası Zübeydə xanım 1922-ci ildə Ənvər Behnan Şapolyoya bu məsələ ilə bağlı söyləyib: “O zamankı Hamidiyyə kağızlarına gün və ay yox, yalnız il yazılardı. Oğlum Mustafanı Ərbəin soyuqları davam edərkən dünyaya gətirmişdim. Bu doğum yadımda qaldığına görə, 23 dekabr 1296-cı ilə düşüb”81.
“ Ərbəin soyuqları” qışın 22 dekabrdan 21 yanvara qədər davam edən ən soyuq günləridir. Bu sözü 40 gün əsən şiddətli küləkləri ad-landırmaq üçün istifadə edirlər82. Belə olduqda Zübeydə xanımın verdiyi tarix – 23 dekabr 1296-cı ilhəm danışdığı zamanla, həm də rəsmi sənədlərdəki tarixlərə uyur. Bu tarix miladi təqvimlə 4 yanvar 1881-ci il, çərşənbə axşamıdır83.
O zaman Mustafa Kamal Atatürkün doğum tarixini 4 yanvar 1881-ci il çərşənbə axşamı günü kimi qəbul etmək mümkündür. İn-gilis səfirliyinin onu təbrik etmək üçün verdiyi suala: “Nə üçün bu, bir 19 may günü olmasın ki?” – deməsi bu tarixin tamamən “məcazi” məna ifadə etməsilə bağlıdır. Əgər bu tarix gün və ay olaraq qəbul edilsə, gərək Mustafa Kamal Atatürkün doğum ili dəyişsin. Çünki 19 may 1881-ci il tarixi rumi 7 may 1297-ci il tarixinə uyğun gəlir84.
Yuxarıda Mustafa Kamalın bacıları ilə bağlı verilən məlumatlar, demək olar ki, təsdiqlənmir. 1839-cu il təvəllüdlü Əli Rza Əfəndi, 1857-ci il təvəllüdlü Zübeydə xanımla 1870 və ya 1871-ci ildə evləndikdən sonra altı uşaqları olub. Uşaqlarının adı, doğum və ölüm tarixləri belədir: Fatma (1871/1872-1875), Əhməd (1874-1883), Ömər (1875-1883), Mustafa (Kamal Atatürk) (1881-1938), Məqbulə (Boysan, Atadan) (1885-1956) və Naciyə (1889-1901). Mustafanın qar-daş-bacılarından Fatma dörd, Əhməd doqquz, Ömər səkkiz yaşla-rında o illərdə Rumelini yandırıb-yaxan yoluxucu xəstəliklər ucbatından – difteriyadan ölmüşdülər. Ən kiçikləri Naciyə isə on iki yaşında vəfat etmişdi.
Atatürk Selanik Hərbi Rüşdiyyəsindən etibarən, həyatı boyunca dostluqları davam edən Fuat Bulcaya bir gün belə deyib: “Qardaş-bacılarımın arasında ən sevdiyim Naciyəydi. Uşaqlıqdan həddən artıq həssas, duyğulu, öyrənməyə həvəsliydi. Mən Hərbiyyəyə gedərkən kitablarımı istəmişdi. Anamdan onu oxutmasını xahiş etmişdim. Nə böyük bacım Fatmanı, nə də böyük qardaşlarım Əhməd və Öməri xatırlayıram. Son ikisi eyni ildə – 1883-cü ildə, mən iki yaşımda olarkən ölmüşdülər. Naciyə anam kimi sarışın, mavi gözlü, ağbənizdi. Tipik yörük qızı… Məqbuləyə heç bənzəməzdi”85.
Göründüyü kimi, Mustafa Kamal Əli Rza Əfəndi ilə Zübeydə xanımın Fatma, Ömər və Əhməd adlı üç uşaqdan sonra dünyaya gə-lən dordüncü övladlarıdır. Gələcəkdə türk millətinin taleyini dəyiş-dirəcək olan Mustafaya bu adın niyə, necə verildiyini bacısı Məqbulə xanım xatirələrində belə qeyd edir: “Böyük qardaşıma ad qoymaq üçün bütün tanışlar və qohum-əqraba bizə yığışmışdılar. Bir çox ad məsləhət gördülər. Lakin atam heç birini bəyənməyərək qardaşımın adını Mustafa qoydu… Bunun səbəbi vardı. Atam balacaykən qardaşı Mustafanı yelləncəkdə yellədəndə yıxılıb ölməsinə səbəb olmuşdu. Xatirəsini yaşatmaq üçün qardaşıma Mustafa adını qoydu. Bununla da uşağın qulağına “Mustafa” sözünü pıçıldadılar. Qardaşım qundaqdaykən çox sakitmiş. Elə də ağlamazmış…”86
Göründüyü kimi, kiçik Mustafa öz adını tamamən türk ənənə-lərinə uyğun şəkildə alıb, onun üçün milli və mənəvi motivlərlə zəngin mərasim keçiriblər.
Kamal adınısa ona sanki şəxsiyyətini ifadə edən ad kimi müəllimi verib. Selanik Hərbi Rüşdiyyəsində tələbə olduğu illərdə zəkası, xüsusilə də riyaziyyat dərsində göstərdiyi qabiliyyət müəlliminin diqqətini çəkmişdi. Adı Mustafa olan riyaziyyat müəl-limi: “Oğlum, sənin də adın Mustafadır, mənim də. Amma belə alınmır. Arada fərq olmalıdır. Bundan sonra adın Mustafa Kamal olsun”, – demişdi87.
Bu şəkildə onun özündən də, digər şagirdlərdən də fərqli və üs-tün vəziyyətini qeyd etmiş, bundan başqa, ona daha yaxşıya, daha gözəl olan şeylərə doğru can atmaq üçün davamlı olaraq sürətli bir təşviq səbəbi vermişdi. Yəhya Akyüzə görə: “Bu çox əhəmiyyətli ta-rixi hadisəni Mustafa Kamalı davamlı olaraq daha böyük uğurlar, xeyirxah işlər dalınca getməyə vadar edən amil kimi dəyərlən-dirmək lazımdır”88.
Məlum olduğu kimi, 1934-cü ildə çıxarılan 2525 saylı Qanunla hər türkün soyad daşıması məcburi hal almışdı. Soyadı Qanunu Böyük Millət Məclisində qəbul edildikdən, rəsmi qəzetdə yayımlandıqdan sonra prezident Qazi Mustafa Kamalın da soyadı alması gündəmə gəlmiş və uzun müzakirələrdən sonra89 ona “Atatürk” soyadı uyğun görülmüşdü.
Atatürk soyadı təhlil edildiyində bu adın təməllərinin türk tari-xinə söykəndiyini görmək mümkündür. Bu soyada mənbə olan “Atabəy” adı Səlcuqlu dövrü türk dövlətlərində geniş şəkildə isti-fadə olunub, “Atabəylik” də türk dövlət adətlərində, həyatında yer alan əhəmiyyətli türk qurumudur. Türk milli mədəniyyətinin dərin izlərini daşıyan bu soyaddakı “türk” adı da onu milli lider, türk millətinin ən önəmli “ortaq məxrəc”i halına gətirən bu anlayış və qəbulun ifadəsidir.
II BÖLÜM
MUSTAFA KAMALIN TƏHSİL HƏYATI
I. İlk təhsil
A. Məhəllə məktəbi
Mustafa Kamal 1887-ci ilin iyununda ibtidai təhsilə başlayıb90. Osmanlı təhsil sistemində müsəlman uşaqlarının əksəriyyəti ilk təhsillərini məhəllə məktəblərində alırdılar91.
Məktəbə başlaması məsələsində Zübeydə xanımla Mustafanın atası Əli Rza Əfəndi arasında mübahisə düşüb. Atadan fərqli olaraq daha mühafizakar xarakterə malik Zübeydə xanım Mustafa Kamalın dualar, ilahilər öyrətməklə klassik təhsil verən məhəllə məktəbinə getməsini istəyib. Daha yenilikçi xarakterə sahib, oğlunu məktəb həyatı müddətində daim: “Adam olmaq üçün oxumaq, öyrənmək lazımdır. Başqa çarəsi yoxdur”, – deyərək oxumağa həvəsləndirən Əli Rza Əfəndi isə onu təzə açılan, yeni metodlarla təhsil verən Şəmsi Əfəndi Məktəbinə getməsini istəyib.
Mustafa Kamal gənclik illərinə aid xatırlaya bildiyi, “ilk ha-disə” adlandırdığı bu məsələ haqqında 1922-ci ildə belə deyir: “Uşaqlığımla bağlı ilk xatırladığım şey məktəbə necə getdiyimdir. Bu məsələdə anamla atam arasında qızğın mübahisə oldu. Anam məktəbə ilahilərlə başlamamı, məhəllə məktəbinə getməyimi istə-yirdi. Vergi İdarəsində məmur olan atam isə o zamanlar yeni açılan Şəmsi Əfəndinin məktəbinə getməyimə, yeni üsulla oxumağıma tərəfdardı. Nəhayət, atam işi mahiranə şəkildə həll etdi. Əvvəlcə adət olunmuş formada məhəllə məktəbində oxumağa başladım. Bu-nunla da anamın könlüncə addım atmış olduq. Bir neçə gün sonrasa məhəllə məktəbindən çıxıb Şəmsi Əfəndinin məktəbinə yazıldım”92.
Mustafa Kamalın yuxarıda izah etdiyi və “ilahilərlə keçirilən adət edilmiş mərasim” adlandırdığı mərasim “Bed-i Əlifba”dır93. O zaman bütün uşaqlar bu mərasim keçirildikdən sonra məhəllə mək-təbinə gedirdilər94. Yeni paltarlar geyinmiş, içində əski əlifba, hətta “Qurani-Kərim” olan naxışlı çantanı boynuna taxmış uşaq öz evində gözləyər, daha sonra müəllimin – xocanın rəhbərliyi altında iki-iki düzülmüş uşaqlar cərgəylə yeni şagirdin evinin önünə gələr, burada təzə yoldaşları dərhal sıranın önünə keçirilərdi. Uşağın anası və bü-tün məhəllə qadınları gözyaşları içərisində evin pəncərəsindən dəs-tənin uzaqlaşmasını izlər, uşaqların yaxşı təhsil ala bilməsi üçün dua edərdilər. Sonra dəstə ilahi oxuya-oxuya küçələrdən keçər, xalq onları duayla yola salar, beləcə, məktəbə gedib çatardılar. Burada uşaqlar öz yerlərini tutar, yeni şagird sarıqlı müəllimin rahləsi95 önündə diz çökər, qarşısındakı əlifba kitabından müəllimin barmağıyla göstərdiyi hərfləri təkrarlamaq şərtilə hecalar oxuyar, mərasim bu şəkildə sona yetərdi”96.
Lord Kinrossun əsərində yer alan məlumatlara görə, Mustafa Kamal illər sonra məktəbə başlama mərasimi haqqında belə deyib: “Məhəllə məktəbinə getdiyim gün səhər anam mənə ağ əntari geyindirmiş, başıma qızılı işləməli sarıq sarıyaraq bəzəmişdi. Əlimdə qızıl suyuna çəkilmiş budaq da vardı. Sonra xoca əfəndi yanındakı uşaqlarla birlikdə evimizin yaşıllıqlarla bəzənmiş qapısına doğru gəldi. Dua bitər-bitməz hörmət əlaməti olaraq anam-la xocanın əllərini öpdüm. Arxadan gələn yeni yoldaşlarımın alqış-ları altında şəhərin küçələrindən keçərək məscidin yanındakı mək-təbə getdik. Ora çatdığımız zaman yenidən dualar oxundu. Sonra xoca əlimdən tutaraq məni boş bir otağa apardı. Orada “Quran”ın müqəddəs kəlamlarını mənə izah etməyə başladı”97.
Məqbulə xanımın verdiyi məlumatlara görə də, “atası Mustafa-nın əlindən tutaraq məktəbə aparıb”98.
Təəssüf ki, Mustafa Kamalın ilk təhsilinə başladığı, Qoca Qasım Paşa mə-həlləsində yerləşən, adından da (“Fatma Molla Qadın məktəbi”) qa-dın məktəbi olduğu bilinən99 bu məhəllə məktəbində keçən həyatıyla bağlı ətraflı məlumat yoxdur. Lakin ibtidai təhsil dövründə Şəmsi Əfəndi Məktəbində baş verdiyi söylənilən “üsyan” hələ kiçikkən psixologiyasını müəyyən etmək, göstərmək üçün diqqətçəkən faktdır. Əhməd Behnan Şapolyonun mənbə qeyd etmədən haqqında yazdığı bu hadisə Mustafa ilə “sevmədiyi yeganə müəllimi – onlara hüsnxətt dərsi verən Çopur Hafiz Əmin Əfəndi” arasında baş vermişdi: “… Hafiz Əmin Əfəndi bütün uşaqları yerdə oturdaraq dizlərinin üstündə yazı yazdırırdı. Mustafa (Kamal) buna heç cürə dözə bilmirdi. Bir gün qəfil ayağa qalxdı. Müəllimi Çopur Əmin Əfəndi ondan: “Nə üçün oturmursan?” – soruşdu. “Dizlərim ağrıyır”. Müəllim: “Sənə otur deyirəm”, – deyəndə kiçik Mustafanın üzü qıpqırmızı oldu. “Oturmayacağam”, – deyə, bağırdı. Müəlliminin: “Mənə üsyan edirsən?” – sualına “Bəli, üsyan edi-rəm”, – cavabı verdikdə bütün uşaqlar bir ağızdan:“Biz də üsyan edirik”, – qışqırmağa başladılar. Müəllim isə bu hərəkət qarşısında qəbahətini anlayaraq məsələni sülhlə həll etdi”100.
Bu hadisə, çox ehtimal ki, məhəllə məktəbində baş verib. Çünki Şəmsi Əfəndi təzə açdığı və yeni metodla təhsil verdiyi məktəbində şagirdləri “şam ağacı qoxusu verən gözəl-gözəl taxta-lardan düzəltdirdiyi və bunları müəllimin keçə biləcəyi şəkildə iki cərgə ilə düzdürdüyü” skamyalarda oturdaraq dərs keçirdi. Müəlli-min stolu, qara lövhə, təbaşir və silginin olduğu101, o zamana görə son dərəcədə inkişaf etmiş şəkildə və çox yeni olan bu məktəbdə yu-xarıda haqqında danışılan hadisənin baş verməsi mümkün deyildi. Belə ki Lord Kinross da bu üsyan hadisəsinin “Mustafa Kamalın Şəmsi Əfəndi Məktəbinə getməzdən əvvəl qısa bir müddət oxuduğu Məhəllə məktəbində baş verdiyini və bundan sonra da atası Əli Rza Əfəndinin oradan uşağını alaraq Şəmsi Əfəndi Məktəbinə keçirdi-yini”102 yazır. Məqbulə Atadanın xatirələrində böyük qardaşının “Məhəllə məktəbində bir ay yarım oxuduğundan, razı qalmadığından atasının təşəbbüsüylə oradan çıxarıldığından”103 danışması həm hadisənin Məhəllə məktəbində baş verməsi ehtimalını gücləndirir, həm də kiçik Mustafanın bu məktəbdən çıxarılaraq Şəmsi Əfəndi Məktəbinə verilməsinin səbəbini izah etmiş olur.
Şəmsi Əfəndi məktəbi
Atatürkün təhsil həyatının, şəxsiyyətinin və düşüncələrinin for-malaşmasında təsiri olan, üzərində dayanılacaq ən əhəmiyyətli qu-rum Şəmsi Əfəndi məktəbidir. Mustafa Kamalın ilk müəllimi Şəmsi Əfəndi (1852-1917)104 müsəlman türklərə də özəl məktəb açmaq im-kanı verən 1869-cu il tarixli “Maarif nizamnaməsi”nin verdiyi imtiazdan yararlanaraq ibtidai məktəb açmaq üçün cəhd edib. 1872-ci ildə Selanik şəhərinin Səbri Paşa küçəsindəki Çərşənbə Dərgahı adlı təkkənin qarşısında, birmərtəbəli kiçik binada məktəb açıb. Mövcud araşdırmalara görə, Şəmsi Əfəndi məktəbi105 İslam Tədris Cəmiyyəti tərəfindən 1865-ci ildə İstanbulda açılmış məktəbdən son-ra bir türkün açdığı ilk özəl məktəbdir.
Məhəllə məktəbləri ilə sıbyan106 məktəblərinin öz tədris və təh-sil fəaliyyətlərini qədim ənənə və üsullara görə davam etdirdikləri bir zamanda Şəmsi Əfəndinin açdığı məktəb həm dərs vasitələri, həm istifadə edilən pedaqoji metodlar baxımından daha çox inkişaf etmişdi, üstün mövqedə dayanırdı. Müqayisə edildikdə görünürdü ki, Şəmsi Əfəndinin şagirdləri rüşdiyyənin son sinif şagirdlərindən daha yaxşı qəzet oxuya bilir, daha yaxşı yazır, hesablamağı bacarır və coğrafiya xəritələrindən daha gözəl baş çıxarırlar. Məhz bu səbəbdən də Atatürkün atası Əli Rza Əfəndidə daxil olmaqla bəzi valideynlər uşaqlarını məhəllə və ya sıbyan məktəblərindən çıxarıb Şəmsi Əfəndinin məktəbinə yazdırırdılar.
Şəmsi Əfəndinin məktəbi 1890-cı ildə, yəni Mustafa Kamal üçüncü sinifdəykən Fevziyə məktəbiylə birləşdirildi və dördü “ilk”, dördü də “orta”sinif olmaqla səkkizillik rüşdiyyə halını aldı. Şəmsi Əfəndinin də müəllimlik etdiyi məktəbdə Mustafa müəyyən müd-dət təhsil aldı. Atası Əli Rza Əfəndi 28 noyabr 1893-cü il tarixdə vəfat etdiyi zaman Mustafa altıncı sinfi, yəni məktəbin orta qisminin iki sinfini bitirmişdi107.
Əli Rza Əfəndinin ölümündən sonra anası Zübeydə xanım on-ları qardaşının Lankazadakı ciftliyinə apardığı üçün Mustafanın məktəb həyatına qısamüddətlik fasilə verildi. Onu Lankaza ətrafında Rum Kilsə məktəbinə göndərmək istəsələr də, Mustafa Kamal buna razılıq vermədi. Ciftlik ətrafında yaşayan Arnavutlu yazıçı Kamil Əfəndi və qonşuları Xədicə xanımın verdiyi dərslərdən də razı qalmayan anası təhsilini davam etdirməsi üçün Mustafa Kamalı Selanikdəki bibisinin yanına göndərdi.
C. Mülkiyyə rüşdiyyəsi
Dörd ay yarım-beş ay davam edən ciftlik həyatından sonra Selanikə gələn Mustafa Kamal Mülkiyyə Rüşdiyyəsində108 oxumağa başladı. Burada haqsızlığa baş əymədiyi, intizamsızlığa səbəb olduğu üçün “Qaymaq Hafiz” deyə, tanınan riyaziyyat müəllimi Hüseyn Əfəndinin onu döyməsindən sonra bu vəziyyəti qüruruna sığışdıra bilməyən nənəsi Ayişə xanım onu məktəbdən çıxardı109.
Uşaqlığı və Hərbi rüşdiyyəyə qədər olan təhsil müddətində (1881–1894), şübhəsiz, Mustafaya təsir edən insanların başında ata-anası dururdu. Mustafa Kamalın 12 yaşında atasını itirməsi psixoloji cəhətdən böyüməsinə, gələcəyilə bağlı sərbəst qərarlar verməsinə təsir edib. Əslində, bu vəziyyət elm adamları tərəfindən də qəbul edilməkdədir: “Yetim qalmış uşaqlarda formalaşan “güclənmə instinkti” əksər hallarda onları öz məqsədlərinə çatmalarına yardım edir”, – deyən isveçrəli elm adamı, psixoanalitik dr. Pyer Retçnik yazır: “Bu sahədə ən gözəl nümunə uşaqkən atasını itirən Mustafa Kamal Atatürkdür. Özünü ölkənin faydasına həsr edən Atatürkün bu sahədə şəxsiyyət olmasının ən böyük faktorlarından biri hələ kiçik yaşlarındaykən atasının ölməsiydi”110.
Mustafa Kamalın sonradan uşaqlara çox böyük sevgi hiss et-məsinin, diqqət göstərməsinin özülündə də kiçik yaşda atasız qal-ması durur. O, həyatı boyunca uşaqlarla yaxından maraqlanacaq, xüsusilə də yetim, yoxsul uşaqlara açılan sevgi dolu qucaq ola-caqdı. Kimisini mükafatlandıracaq, kimisini mənəvi övlad kimi öz qanadları altına alacaqdı. Türk uşaqlarının təhsil almaları ilə maraq-lanacaq, getdiyi hər yerdə məktəbləri ziyarət edəcəkdi111.
Mustafa Kamalın şəxsiyyətinin formalaşmasında rol oynayan dövrlərdən biri də dayısının ciftliyində keçirdiyi təxminən beş aylıq müddətdir. Ciftlikdə baş verən bəzi hadisələri pedaqoq gözüylə dəyərləndirən İsmayıl Haqqı Baltaçıoğlu Atatürkdəki yaradıcılığın, ağac, heyvan sevgisinin uşaqkən yaşadığı bu yaradıcı mühitin “əsəri” olduğu qənaətindədir: “Yaradıcılığın meydana çıxmasında ən böyük faktor uşaqlıq dövründə əmək fəaliyyəti ilə məşğul olmaqdır. Əgər uşaq hələ kiçik yaşda yaradıcı mühitdə yaşayar, özünə görə oyun, sınaq, yaradıcılıq sahələri tapa bilərsə, o zaman yaradıclıq xüsusiyyəti doğulur, vaxt keçdikcə də inkişaf edir. Sonda da sosial məhsuldarlıqla nəticələnir. Məncə, bu yaradıcılıq genetika şəkli olmayıb, insandakı enerjinin sosial mənfəət şəklində formalaşmasıdır… Elə Atatürkün uşaqlıq həyatında da belə quruculuq, yaradıcılıq mərhələsi olduğunu öyrənirik… Mustafanın uşaqlıq, yeniyetməlik dövründə əllərlə görülən işlərə nə qədər maraq göstərdiyi məlumdur… Bu işlər hər zaman faydalı, sosial anlamda xeyir verən işlərdir. Beyin işləri, könül işləridir. Dülgərlik, çiçəkçilik, heyvandarlıq hər zaman belədir. Sosial xarakterin forma-laşmasına yarayan işlər məhz bu cür işlərdir”112.
Bu ərəfədə Atatürkün şəxsiyyətinin formalaşmasında onu ye-tişdirən müəllimlər də əhəmiyyətli yer tuturlar. Mustafa Kamalın həyatının hər mərhələsində öz işində müvəffəqiyyətli, peşəsinin tə-ləb etdiyi xüsusiyyətləri daşıyan, xarakter sahibi müəllimləri olub. Onlar Atatürkə fərqli şəkillərdə təsir edib, yararlı istiqamətlər veriblər. Şübhəsiz, ona mənfi təsir edən müəllimləri də olub. Bunların arasında ənənəvi təhsil verilən məhəllə məktəbi buradakı hüsnxətt müəllimi Çopur Hafiz Əmin Əfəndi ilə Mülkiyyə Rüşdiyyəsində riyaziyyat müəllimi, müdür köməkçisi “Qaymaq Hafiz” adlandırılan Hüseyn Əfəndinin adlarını çəkmək mümkündür. Bu cür misallar Atatürkə etdiyi inqilablar zamanı “pis nümunə” kimi təsir edib, onu köhnəlmiş təhsil müəssisələrinin aradan qaldırılması istiqamətində yönləndirib. İllər sonra Mustafa Kamal Hərbi Akademiya məzunu kimi Selanikdə yaşadığı ərəfədə oxuduğu Şəmsi Əfəndi ibtidai məktəbiylə məhəllə məktəbini ziyarət edib, Hafiz Mehmet Əfəndinin məhəllə məktəbinin qapısında böyük qıfıl asıldığını görəndə: “Bağlanması lap yerinə düşüb”, – deyərək münasibətini bildirib113.
Yenə Hərbi Məktəbdə şagirdkən Qaymaq Hafiz Hüseyn Əfən-di ilə bağlı: “Onu çoxdan bağışlamışam. Mülkiyyə Rüşdiyyəsindən ayrılmamda onun qaba, insafsız hərəkəti başlıca rol oynayıb”114, –söyləyib.
Bu dövrdə Mustafa Kamala yaxşı tərəfdən təsir edən, dövlət, siyasət adamı kimi formalaşmasında çox böyük rolu olan müəllimlərin başında, şübhəsiz, Şəmsi Əfəndi gəlir. Şəmsi Əfəndinin şagirdlərinin bir pillə yuxarı təhsil verən rüşdiyyədəki şagirdlərdən də savadlı olmasını yeni pedaqoji üsul , tətbiqlərlə təmin edə bilib.
Atatürkün dində fanatikliyə qarşı münasibətində, yenilikçi fi-kirlərində, nizam-intizamla bağlı xarakterinin formalaşmasında Şəmsi Əfəndinin təhsil və tətbiqlərinin böyük rolu olub115. Məsələn, Atatürkün əlifba inqilabı ərəfəsində tətbiq etdiyi üsullar, verdiyi ismarıclar Şəmsi Əfəndinin ibtidai məktəbdə onlara əlifba öyrədər-kən istifadə etdiyi “hecalama və oxuma” üsulundakı yenilikləri xa-tırlatmaqdadır116.
II. Hərbi orta təhsil dövrü
A. Selanik Hərbi Rüşdiyyəsi
Uşaqlığından etibarən hərb sənətinə böyük maraq duyan Mustafa Kamal hərbçi olmaq istəyirdi. Xatirələrində dediyinə görə, Hərbi Rüşdiyyəyə hərbi formada gedən qonşularından Qədri bəyin oğlu Əhməd, küçələrdə gördüyü hərbi geyimli əsgərlər hərb sənətinə həvəsini artırırdı. Nəhayət, Mustafa Kamal hərbçi olmasını istəməyən anasına xəbər vermədən Selanik Hərbi Rüşdiyyəsinin imtahanlarında iştirak edib, onları uğurla verdi117. Faiq Rəşid Unat: “Mustafanın imtahanda göstərdiyi uğura görə dörd illik məktəbin üçüncü sinfinə götürüldüyünü, bu tarixin də 1894-cü ilin iyul-avqust ayları ola biləcəyini”118, – söyləyir. Aşağıda da görüləcəyi kimi, Rüşdiyyə dördüncü sinif qiymətlərini göstərən dəftərin 1895-ci il tarixli olması da Faiq Rəşid Unatın fikirlərini təsdiqləyir. Belə olduqda Ömər Sami Coşarın: “… əvvəlcədən dörd il təhsil verən Hərbi Rüşdiyyələrin həmin il birinci siniflərinin ləğv edilərək üç ilə endirilməsi səbəbindən Mustafa 1894-cü ilin aprelində Selanik Hərbi Rüşdiyyəsinin ikinci sinfində təhsilinə başladı”119, – düşüncələrinin yanlış olduğu ortaya çıxır.
Bu dövrdə mülki orta məktəblərə çox da rəğbət edilməz, hərbi məktəblər isə türk dilinə daha çox diqqət göstərilməsi və xarici dil təhsilinə iki il erkən başlaması səbəbindən daha çox bəyənilərdi. Adi məktəblərdə “Quran”ın üsuluna uyğun oxunmasına, ərəb dilindəki dərslərə daha çox yer verilərdi. Hərbi rüşdiyyələrdə şagirdlər, heç olmasa, istedadları və səviyyələrinə görə yüksələ bilirdilər. Bütün bunlarla yanaşı sözügedən məktəbləri bitirənlər orduya girəndə Osmanlı İmperatorluğunun ucqarlarında insanların güzəranını görüb öyrənmək fürsətləri də olurdu. Bu, mülkü məktəbdə oxuyanların elə də asanlıqla əldə edə bilmədikləri imkan idi120.
Qara Hərbi məktəbinin arxivindəki 13 saylı “Nömrə dəftəri”nə görə, Atatürkün Selanik Hərbi Rüşdiyyəsinin dördüncü sinfində oxuduğu dərsləri, qiymətləri və buradakı dərs uğurları bu şəkildə-dir: bu sinifdə “tam xalı” doqquzunda 45, ikisində isə 20 olan, ümumilikdə on bir dərs var. Dərslərin ümumi xalı 445-dir. “Nömrə dəftəri”ndə “Əhməd Subaşı məhəlləsi” adı ilə qeyd olunan “Mus-tafa Kamal Əfəndi” on bir dərsin onundan tam xal, birindən də tam xaldan iki xal əskik, cəmi 443 xal alıb və ümumi sırada dördüncü olub. Oxuduğu dərslər, aldığı qiymətlər bu şəkildədir: Məntiq (45), Hesab (45), Üsuli-dəftəri (45), Həndəsə (45), Coğ-rafiya (45), İslam tarixi (43), Osmaniyyə qrammatikası (45), Fransız dili (45), Türk imlası (45), Fransız xətti (20), Rəsm (20)121.
Eyni sinfin müvəffəqiyyətinə görə sıralamada Əhməd Tevfik (Tarakçı) 444 qiyməti ilə birinci, Süleyman Adil (Şəhabəddin) 444 ümumi xalla ikinci, Məhmət Şənizi (Əhməd Subaşı) 444 toplam qiy-mətlə üçüncüdür. İlk onluğa girən digər şagirdlər, onların ümumi qiymətləri belədir: 4. Mustafa Kamal (Əhməd Subaşı) – (443); 5. Os-man Nuri (Sinancıq) – (443); 6. Mehmet Tevfik (Abdullah Kadı) – (438); 7. İsmail Haqqı (İki Şərəfə) – (431); 8.Rafət Əfəndi (Hamidiyyə) – (426); 9. Mehmet Mukbil (İki lülə) – (404); 10. Əli Əfəndi (Əhməd Subaşı) – (402)122.
Bu arxiv məlumatları Mustafa Kamalın 1895-ci ilin sonu və ya 1896-cı ilin yanvarında, on beş yaşında, Hərbi Rüşdiyyənin son sinfini dördüncü olaraq bitirdiyini göstərir.
Mustafa Kamalın təhsilə başladığı Selanik Hərbi Rüşdiyyəsi Nithat Paşa küçəsində, yeni, olduqca gözəl binaya sahib nizam-intizamlı məktəb idi. Dərsləri ixtisas əsasında oxudan, əksəriyyətini hərbçilərin təşkil etdiyi təhsil və təlim kadrlarına malikdi. Ye-niyetməlik çağlarında iki yüzə yaxın uniformalı zabitliyə namizəd nizam-intizam içərisində orta təhsillə birlikdə ilk hərbi təhsillərini də burada alırdılar. Mistafa Kamal qısa müddətdə müəllimlərin, komandirlərin diqqətini çəkən şagird kimi özünü ətrafındakı insanlara sevdirə bilmişdi. Xatirələrində deyildiyinə görə, Rüşdiyyədə oxuyarkən riyaziyyata xüsusi maraq göstəribvə bu dərsdə sinfin “müzakirəçiləri”123 arasına girə bilib. Çox sevdiyi bu dərsin müəllimi Üsküplü Yüzbaşı Mustafa Səbri bəy istedad, yaradıcılıq və yetkinliyini görərək ona “Kamal” adını verib. Beləcə, Mustafanın özündən, yoldaşlarından fərqli, üstün vəziyyətini görüb, onun daha yaxşıya, daha gözəl şeylərə can atması üçün davamlı həvəs göstərməsinə səbəb olub. Yəhya Akyüzün ifadəsi ilə desək: “Bu çox əhəmiyyətli tarixi hadisəni Mustafa Kamal Atatürkü davamlı olaraq daha böyük uğur və gözəl xüsusiyyətlər ardınca getməyə vadar edən hərəkət kimi dəyərləndirmək lazımdır”124. Bundan başqa, Mustafa Kamal Atatürkün bir lider kimi ağıllı, “hesab-kitab bilən adam” olmasında, həqiqətən, rol oynayan amil kimi riyaziyyat sevgisi qəbul edilərsə, yüzbaşı Mustafa bəyin ona istiqamətverici təsiri daha böyük əhəmiyyət qazanmış olar.
Selanik Hərbi Rüşdiyyəsində Mustafa Kamala xüsusi diqqət göstərən müəllimlərindən biri də fransız dili müəllimi yüzbaşı Na-kiyüddin Bəydir. Atatürk 22 sentyabr 1924-cü ildə Samsunda müəl-limlərin təşkil etdiyi bir çay mərasimində Nakiyüddin bəylə qarşılaşıb və haqqında belə deyib: “… Bununla bərabər xatırlamaq l-zımdır ki, əsl və fədakar müəllimlər, pedaqoqlar az deyildilər. On-ların bizə verdiyi savad, əlbəttə, nəticəsiz qalmayıb. İndi burada bir ali insanla rastlaşdım. Rüşdiyyədə birinci sinifdə oxuyarkən müəllimim olub. Mənə ilkin bilikləri öyrədərkən gələcək üçün ilk fikirləri də o verib. Demək istəyirəm ki, ilk ilham ata-ana qucağından sonra məktəbdəki pedaqoqun dilindən, vicdanından, tərbiyəsindən alınır…”125 .
Selanik Hərbi Rüşdiyyəsində 1908-ci ilə qədər iyirmi il fransız dilindən dərs deyən Nakiyüddin bəy gənc Mustafa Kamala bir tə-rəfdən gələcəklə bağlı nəsihət verib, o biri tərəfdən də: “Sən bu fran-sızcanı əldən vermə”, – deyib. Sonradan Mustafa Kamalın Şamda qurduğu “Vətən və hürriyyət” cəmiyyətinin Selanik şöbəsinin yaranmasında, 31 mart hadisəsinin yatırılmasında şagirdi Mustafa Kamalla birlikdə çalışan Nakiyüddin bəy Cümhuriyyət dövründə Atatürkün istəyilə millət vəkilliyinə namizəd göstərilib və üç çağırışda vəkil seçilib”126.
Həyatının sonuna qədər yanından ayrılmayacaq Nuri (Conker), Salih (Bozok) və Fuad (Bulca)127 ilə yoldaşlıqlarının da formalaşdığı Selanik Hərbi Rüşdiyyəsində gənc Mustafa Kamal, sadəcə, məktəb dərslərilə də kifayətlənməyib. Dünyagörüşünü genişləndirmək, mədəni səviyyəsini yüksəltmək üçün həmin zamanın şərtləri daxilində ətrafında dərc olunan nəşrləri izlədiyi, yarışmalara qa-tıldığı görünür. O ərəfələrdə Selanikdə qabaqcıl fikirli bir neçə müəllim və yazar “Uşaqlara rəhbər” adlı həftəlik jurnal dərc edir-dilər. Təmiz türk dili uğrunda mübarizənin öndə gedənlərindən olan bu dərginin əksər sayında fənn və riyaziyyat mövzularında aparılan yarışmalarda qalib gələnlər arasında Hərbi Rüşdiyyənin son sinif şagirdlərindən Mustafa Kamalın da adı var. Bu onun geniş mədəniyyətini, oxuma, öyrənmə sevgisini, hələ uşaq deyilə biləcək yaşlarda dahi olduğunu göstərir. Sonradan türk dilini öz mənliyi ilə qovuşdurmaq üçün apardığı işlərin ilhamını ilk dəfə məhz bu dərgilərdəki yazılardan almış olduğunu düşünmək mümkündür”128.
B.Monastır Hərbi Liseyi və Frerlər məktəbi
Osmanlı təhsil sistemi129 içərisində idadilər ali məktəblərə tələbə hazırlayan orta dərəcəli təhsil qurumları kimi, həm mülki, həm də hərbi təhsilin əhəmiyyətli müəssisələri olub. İlk vaxtlarda “hazırlayan məktəb” və ya “hazırlıq sinfi” anlamında qəbul ediliblər. Rüşdiyyələr açılanda bunlara tələbə yetişdirən “sıbyan məktəbləri” üçün də istifadə edilən “idadi” anlayışı qısa müddət sonra geniş ya-yılıb və rəsmi olaraq “orta məktəb” mənasına gəlib130.
Fəaliyyətə başlayanda dörd illik olan, sonradan üç ilə endirilən idadilər 1904-cü ildə iki sinfin hərbi rüşdiyyələrə əlavə edilməsindən sonra öz fəaliyyətlərini bir illik olaraq davam etdirməyə başlayıblar. Bir ildə keçilən dərslərsə bunlardı: Din əqidəsi, Əxlaq elmi, makina, rəsm-həndəsə, kozmoqrafiya131, kitabət132, fransız dili, hikmət, kimya, rəsm, gimnastika. Bu sinifə on səkkiz yaşında, tələb olunan xüsusiyyətləri olan müsəlman və qeyri-müsəlmanlar qəbul edilirdilər.
Lakin hələ İkinci Məşrutiyyənin əvvəllərində Bahriyə Nəzarəti, Bahriyə Hərbiyəsinə tələbə hazırlayan dörd illik Bahriyə İdadisini mərhələli şəkildə ləğv etmişdi. Daha avropasayağı tərzdə mülki idadi məzunlarından yarışma imtahanları ilə tələbə qəbul ediləcək-di. Qara idadiləri isə öz fəaliyyətlərini bütün II Məşrutiyyə dövrü (1908-1914) boyunca davam etdirdilər.
1914-cü ilin əvvəllərində hərbi idadilərin səviyyəsi yüksəldilə-rək dərs proqramları yenidən hazırlandı. Buna görə də üç illik hərbi idadini bitirən hər kəs Hərbiyyəyə girməzdən əvvəl zabit namizədi olaraq altı ay xidmət edəcəkdi. Sonra bunlar Kuleli İdadisində top-lanaraq təkrar təhsil və tədrisə başlayacaqdılar. Burada da uğur qa-zananlar hərbi məktəblərə girə biləcəkdilər133.
Bu dövrdə Atatürkün yetişdiyi idadini saxlayan Monastır Ma-kedoniyanın ən əhəmiyyətli mərkəzlərindən biri, Osmanlı Dövləti dövründə də Selanik, Kosova ilə birlikdə Makedoniyanın üç əhə-miyyətli vilayətindən birinin mərkəzi idi134.
Mustafa Kamal lisey təhsili üçün Monastıra gəldiyi illərdə (1896–1898) burada uşaqlığını keçirdiyi Selanikdən fərqli mühitlə qarşılaşıb. Pelister (Perister) dağının ətəklərində qurulan şəhərin əhali sayı həmin dövrdə 31 minə çatırdı. Bunun üçdə ikisi türk və arnavut müsəlmanlarıydı. Geridə qalan hissəsisə serb, bolqar, ulah135, rum və musəvilərdi. Sonuncular Selanikdə olduğu kimi, burada da sayca xeyli çoxdular. Monastırın qeyri-müsəlman əhalisinin əksəriyyəti slavdı136.
Bunları “serb” və “bolqar” deyə bir-birindən ayırmaq da çox çə-tin idi. Danışdıqları dildə serb, bolqar, türk, rum, ulah kəlmələri bir-ləşmiş halda istifadə edilirdi.
Mustafa Kamal Hərbi Rüşdiyyəni bitirdikdən sonra lisey təhsi-linə İstanbulda Kuleli Hərbi Liseyində davam etmək istəyib. Bu qərarın qəbulunda anasının ikinci evliliyinin, yəni evdə ögey ata olmasının rolu böyükdür. Beləcə, o, ana evindən və Rumelindən uzaqlaşacaqdı. Lakin vətənsevər zabit olan Həsən bəy onu bu qərarından daşındırdı. Həsən bəy dəfələrlə rüşdiyyəyə gələn, imtahanlarda Mustafa Kamalı tanıyıb sevən komandirdi. Həmin günlərdə gənc tələbəsindən lisey təhsilini harada davam etdirəcəyini soruşmuş, niyyətinin İstanbula getmək olduğunu anlayınca ona belə tövsiyə vermişdi: “Bundan vaz keçin, oğlum. Monastıra gedin, orada daha yaxşı şəkildə yetişə bilərsiniz”137.
Mustafa Kamal Həsən bəyin tövsiyəsini dinləyəcəkdi.
1896-cı ilin mart ayının ortalarına qədər tətilini Selanikdə keçi-rən Mustafa Kamal tətil bitəndən sonra qatarla Monastıra yola düşüb. Onun Monastıra gəlişiylə bağlı məlumatlar bundan ibarətdir. Eyni zamanda, liseyə başladığı günün 13 mart tarixi olması da qüv-vətli ehtimaldır. Çünki Rumi 1 mart – miladi 13 mart tarixi “ma-liyyə ilinin” başladığı tarixdir. Hərbiyyədə olduğu kimi, hərbi məktəblər o dövrdə tədrislərinə bu tarixdə başlayar, dekabr ayının sonlarında isə tədrisi yekunlaşdırardılar. Liseydə yatılı, daha üstün dərəcəli məktəbin həyat və təhsil şərtlərinə qısa müddətdə adap-tasiya olan Mustafa Kamal üçün artıq ömrünün sonuna qədər da-vam edəcək “ailə yuvasından kənardakı həyat” başlayır.
Əsgərlik məsələsinin çətinliyindən qaynaqlanan bu vəziyyət onun “azad yaşama” xarakterinə uyğun gəlirdi.
Mustafa Kamalın Monastırdakı sinif yoldaşları, sadəcə, Selanik Rüşdiyyəsindən olan gənclər deyildi. Onların arasında Monastır böl-gəsinə tabe olan Üsküp, İşkodra, Yanya və Monastır Hərbi Rüşdiy-yələrindən gələn gənclər də vardı. Bu mühitdə müxtəlif xarakter, xa-siyyət və səviyyədə gənclərlə tanış olmaq, bir-birini başa düşmək, onlara özünü qəbul etdirmək məsələsində Mustafa Kamalın üstün xüsusiyyətlərinin böyük rol oynadığı şübhəsizdir.
Monastır İdadisində138 Mustafa Kamal riyaziyyatda yenə də çox müvəffəqiyyətli idi, fransız dilini öyrənmək isə bir az çətin alınırdı. Xatirələrində bu məsələ ilə bağlı özü belə deyib: “Hərbi Rüşdiyyəni bitirdiyim zaman marağım əməllicə çoxalmışdı. Monas-tır Hərbi İdadisində riyaziyyat çox asan başa gəlirdi. Yenə də bu-nunla məşğul olmağa davam edirdim. Lakin fransız dilindən geri qalırdım. Müəllim mənimlə çox məşğul olmur, sadəcə kobud xə-bərdarlıqlar edirdilər”139.
Əlimizdə Monastır Hərbi Liseyində “paqon nömrəsi” 7348 olan140 Mustafa Kamalın ilk ilə aid tələbəlik həyatı haqqında rəsmi sənəd yoxdur. Lakin onun ikinci sinifdə olduğu 1897–1898-ci təlim-tədris ili ilə üçüncü sinifdə oxuduğu 1898–1899-cu təlim-tədris ilinə aid “Nömrə dəftərləri” əlimizdədir. Bu dəftərlərə görə, Mustafa Kamalın liseyin ikinci-üçüncü sinif dərsləri və müvəffəqiyyət və-ziyyəti belədir: Mustafa Kamal ikinci sinifdə 52 yoldaşı arasından ümumilikdə 283 xal alaraq üçüncü sırada üçüncü sinfə keçib. Əsasən, müvəffəqiyyət sıralamasında ikinci olaraq görülən Rəcəb Fəhri (Qa-yalar) ilə toplam qiymətləri eynidir. Bu ilin “Nömrə dəftəri”nə görə, “kimya dərsindən tam xalı” cəmi 285, “kimya dərsinin əsasları” ümumilikdə 138-dir. Mustafa Kamalın ikinci sinifdə oxuduğu dərslər, aldığı qiymətlər bu şəkildədir: triqonometriya (45), həndəsə (45), ümumi tarix (45), katiblik (44), fransız dili (44), rəsm (20), xəritə işi (20), gimnastika (20). Mustafa Kamal bu sinfin sonunda ümumilikdə 283 xal toplayaraq üçüncü olub141.
Bu sinifdə öyrədilən cəmi səkkiz dərs var. Beş dərsin tam xalı 45, digər üç dərsin tam qiyməti 20-dir. Belə görünür ki, Mustafa Kamal altı dərsdən tam qiymət alıb. Eyni sinfin müvəffəqiyyətə görə sıralanmasında Əhməd Tevfik (Selanik) 284 xalla birinci, Rəcəb Fahri (Qayalar) 283 xalla ikincidir. İlk onluğa girən digər tələbələr və ümumi qiymətlər belədir: 3. Mustafa Kamal (Selanik) – (283) 4. Abdülqədir (Yanya) – (280); 5. Həsən Avni (Körpülü) – (279); 6. Əli Şevkət (Üsküp) – (279); 7. İsmail Haqqı (Körpülü) – (273); 9. Bəkir Hıfzı (Ohri) – (271); 10. Əbdürrəhman (Selanik) – (266)142.
Mustafa Kamalın üçüncü sinifdə oxuduğu dərslər və aldığı qiy-mətlər bu şəkildədir: Makina (45), Kosmoqrafiya (45), Ümumi tarix (45), Osmanlı tarixi (45), Katiblik (45), Məntiq (45), Əqidə (akaid, eti-qad) (45), Fransız dili (45), Rəsm (20), Xəritə işi (20), Gimnastika (20)143.
Mustafa Kamal 54 nəfərdən ibarət üçüncü sinifdə ümumilikdə 420 tam qiymət alaraq Monastır Liseyini xalı özüylə eyni xal yığan Əhməd Tevfikin (Selanik)144 ardınca ikinci olaraq bitirib.
Bu ilin “Nömrə Dəftəri”nə görə, “kimya” dərsindən tam qiyməti ümumilikdə 420, “kimya dərsinin əsasları” 198 xaldır. Bu sinifdə keçilən 11 fənn var. Bunların səkkizinin tam xalı 20-dir. Bu vəziyyətə görə, Mustafa Kamal bütün dərslərdən tam qiymət alıb. İlk onluqda digər tələbələrin qiymətləri və müvəffəqiyyət sıralması bu şəkildədir: 3. Rəcəb Fəxri (Qayalar) – (419); 4. Əli Şevkət (Üsküp)– (419); 5. Ömər Əbdülqədir (Yanya) – (417); 6. Həsən Avni (Körpülü) – (417); 7. İsmail Haqqı (Körpülü) – (413); 8. Abdül-baki (Üsküp) – (410); 9. Əbdürrəhman (Selanik) – (394); 10. Ömər Naci (Der-Aliyyə) – (394)145.
Mustafa Kamal sonradan xatirələrində Monastır liseyindəki dərs vəziyyəti ilə əlaqədar bunları söyləyib: “Liseydəykən inadla çalışırdım. Sinifdə birinci, ikinci olmaq üçün hamımızda şiddətli canatma vardı. Nəhayət, liseyi bitirdim”146.
Osmanlı Dövlətinin Makedoniya və Balkanlarda ilk hərəkətli fi-limlərini çəkən Manaki qardaşlarından biri Milton Manakinin xatirələri həqiqət kimi qəbul edilsə, Mustafa Kamal məzuniyyət mərasimində adı ikinci oxunanda etiraz edib: “Monastırda Hərbi Akademiyanı bitirən tələbələrin şəkillərini çəkəndə onların arasında Mustafa Kamal da vardı. Atatürk o dəqiqə diqqətimi çəkdi. Akademiyada ən yaxşı tələbə olsa da, adının birinci deyil, ikinci oxumasına etiraz etdi”147.
1898-cı ilin dekabrının ortalarından 1899-cu ilin martının ortalarına qədər tətilini Selanikdə keçirən Mustafa Kamal İstanbul Panqaltıdakı Hərbi məktəbdə ali təhsilinə davam etmək üçün gəmi-yə mindi və İstanbula – paytaxta doğru yola düşdü. Beləcə, bütün uşaqlığı, yeniyetməlik illərinin keçdiyi Makedoniyadan ilk dəfə ayrılmış oldu.
Monastır liseyində Mustafa Kamala ən çox təsir edən yoldaş-larından biri Ömər Naci onda ədəbiyyata, şeirə maraq oyatmışdı. Sonradan “İttihad və tərəqqi”nin natiqi kimi tanınan, gənc yaşda Birinci Dünya müharibəsi zamanı həlak olan Ömər Naci Bursa lise-yindən qovularaq Monastır liseyinə gəlmişdi. Mustafa Kamal Ömər Naci ilə bağlı xatirələrində bunları deyib: “O zamana qədər ədə-biyyata çox da marağım yoxdu. Mərhum Ömər Naci Bursa liseyin-dən qovulmuş, bizim sinfə gəlmişdi. Hələ o zamanlar artıq şairdi. Məndən oxumaq üçün kitab istədi. Bütün kitablarımı göstərdim. Bəyənmədi. Yoldaşımın kitablarımdan heç birini bəyənməməsi acığıma gəldi. Şeir və ədəbiyyata o zamandan maraq göstərməyə, bu istiqamətdə çalışmağa başladım. Şeir mənə daha maraqlı görünürdü. Lakin yeni gələn katiblik müəllimi məni şeirə olan maraqdan uzaqlaşdırdı. “Bu maraq səni hərb sənətindən uzaqlaşdırar”, – dedi. Amma bununla belə, gözəl yazma həvəsi məndə sonsuza qədər qaldı”148.
Bu xəbardarlığı edən katiblik müəllimi alay əmiri Mehmet Asım Əfəndidir. Eyni hadisə haqqında Mustafa Kamal daha sonralar Əli Fuad Paşaya da danışıb: “Əgər katiblik müəllimimiz imdadıma yetişməsəydi, mən də şair olacaqdım. Çünki həvəsim vardı. Asım Əfəndi bir gün məni yanına çağırdı: “Bax oğlum, Mustafa, – dedi, – şeirin-filan daşını at. Bu iş sənin yaxşı əsgər olmağına mane olar. Digər müəllimlərinlə də danışdım. Onlar da mənim kimi düşünürlər. Sən Naciyə baxma, o, xəyalpərəst uşaqdır. Gələcəkdə bəlkə yaxşı şair, ya da natiq ola bilər, lakin hərbçilikdə qətiyyən yüksələ bilməz”.
Müəllimimin nə qədər haqlı olduğunu hadisələr isbat etdi. Çox arzuladığı halda Naci akademiya məzunu – zabit ola bilmədi”149.
Bu xəbərdarlıq və istiqamətləndirmənin Atatürkün həyatına, taleyinə birbaşa təsir etdiyinə şübhə yoxdur. Lakin Ömər Nacinin də Mustafa Kamalın düşüncəsinin, altşüurunun formalaşmasında digər amillərlə birlikdə əhəmiyyətli yol oynadığı dəqiqdir. Gənc Mustafa Kamalın dövrün “vətən və hürriyyət” şairi Namiq Kamalla “türkçü” şairi Mehmet Emin Yurdakulun şeirlərilə tanış olmasında Ömər Nacinin təsiri olduğu məlumdur. Liseydə Namiq Kamalı tanımaq, eşitmək, gizlicə əldən-ələ keçən vətənpərvərlik şeirlərini tapmaq işini natiq Ömər Naci boynuna götürüb150. Mustafa Kamal sonradan – 14 sentyabr 1931-ci ildəki çıxışında Yurdakulla bağlı bunları söyləyib: “… Şair Mehmet Emin Yurdakulun ilk dəfə Monastır Hərbi liseyində tələbəykən oxuduğum “Mən bir türkəm, dinim, cinsim uludur” sözləri ilə başlayan mənzuməsində milli mənliyimin qürurunu daddıran ilk izahatı tapmışdım”151.
Tarix müəllimləri Mehmet Tevfik (Bilgə) bəyin də təsiri ilə gənc-lər fransız qiyamının əsas qanunlarından olan “hürriyyət” qavramı ilə də burada tanış olublar. Topçu Kolağası Mehmet Tevfik bəy o dövrün dar Osmanlı tarixçiliyi görüşündən uzaq, türk tarixini bütün genişliyi ilə qavramış, tələbələrinə dərsini sevdirərək tarix şüurunu və mədəniyyətini aşılayan müəllimdi”152.
Əli Fuad Cəbəsoyun, – “dəyərli və milliyyətçi türk zabiti idi. Türk tarixini yaxşı bilir, tələbələrinə tarix zövqünü yaşadırdı. Atatürk türk tarixini bütün genişliyi, dərinliyilə qavramış müəl-limin haqqında daim sevgiylə söz açıb. Bir gün mənə: “Tevfik bəyə minnətdaram. Gözlərimin önündə yeni üfüq açdı”, – dedi”153 şəklində tanıtdığı Kolağası Mehmet Tevfik bəyin (1865–1945) Mustafa Kamalın tarixi dərindən bilməsində, şüurunun inkişafında baş memar olduğu dəqiqdir. Atatürk bu dəyərli müəlliminə bəslədiyi hörmət və minnətdarlıq hissini onu millət vəkilliyinə namizəd göstərərək, Beşinci Dövr Diyarbəkir millət vəkili olaraq məclisə daxil olmasını təmin etməklə bildirib”154.
Monastır liseyinin ikinci sinfinə keçən Mustafa Kamal 1897-ci ilin ilk günlərində icazəli günlərini keçirmək üçün Selanikə qayıdıb. Martın ilk günlərinə qədər davam edəcək icazəsindən faydalanaraq fransız dili biliyini gücləndirmək haqqında düşünüb və 1888-ci ildə Topxana səmtində qurulmuş “College de Frere de la Salle” (Frerlər məktəbinin) özəl kurslarına yazılaraq nizamlı olaraq dərslərə qatılıb155.
O, xatirələrində “iki-üç ay gizlicə frerlər məktəbinin xüsusi si-nfinə getdim. Beləcə, məktəb dərslərinə nisbətən daha çox fransız-canı öyrənə bildim”, – deyirdi. Bu xüsusi dərslərdə Mustafa Kamalın müəllimlərindən biri Frer Rodriges olub. (1849–1941). Frer Rodrigesin danışdıqlarına görə, Mustafa Kamal yetərincə ciddi, ağıllı, çalışqan, əlində daim kitab olan gəncmiş. Zabit olduqdan sonra da arabir ondan dərs almağa gəlirmiş. Mustafa Kamal həqiqətən liseydən başlayaraq gənclik illərində fransızca öyrənməyə böyük əhəmiyyət verib. O: “Hər zabit mütləq xarici dil bilməlidir. Bunun əksini fikirləşmək böyük xətadır”, – deyirdi156.
Monastırda oxuduğu ərəfədə Mustafa Kamala təsir edən əhə-miyyətli hadisələrdən biri də 1897-ci ilin əvvəllərində baş verən Türk-Yunan müharibəsidir. Lord Kinrossun sözlərinə görə, “Monas-tır əsl səfərbərlik içərisindəydi. Küçələrdə adam əlindən tərpənmək olmurdu. Kişilər zurna-balabanın sədaları altında əsgərliyə yola salınır, tələbələr əllərində bayraq küçələrdə addımlayır, yaxınlıqdakı dağlarda türk dəstələri var gücləriylə yunanlarla döyüşürdülər. Mustafa Kamalla bir yoldaşı könüllü olaraq döyüşə getmək üçün gecə məktəbdən qaçdılar. Lakin tələbə olduqları anlaşılan kimi onları yolda tutaraq məktəbə qaytardılar”157.
Həmin vaxt on altı yaşında olan Mustafa Kamal bu hadisə haqqında deyirdi: “O zaman gənclik həyatımın ən həyacanlı günlərini yaşadım. Yaşımın kiçik olmasına baxmayaraq bu müha-ribəyə qatılmağı çox istəyirdim. Az qalmışdı ki, könüllü dəstələrin sırasına qoşulub gedəm”158.
Türk-yunan müharibəsinin nəticələri Mustafa Kamala əhəmiy-yətli dərəcədə təsir göstərmişdi. Giritin tamamilə itirilməsi Monas-tırda böyük məyusluq yaradıb, 1898-ci ilin iyunundan sonra Tesel-yadan mülki şəxslərin köç dəstələrinin hərəkətə başlamasına səbəb olub. Osmanlı ordusunun çəkilməsindən sonra Larisa, Tırhala və digər qəsəbələrə girən yunan ordusunun müsəlman xalqa qarşı silahdan istifadəsi, qırğın törətməsi159 Mustafa Kamalda Əb-dülhəmidə qarşı ilk konkret reaksiyanın yaranmasına yol açmışdı. Özü bu reaksiya haqqında deyirdi: “Müəllimlərimiz bizə bütün Yu-nanıstanın işğalının mümkün olduğunu söyləmişdilər. Atəşkəs xə-bəri gələndə açıqfikirli məktəb zabitlərimiz çox kədərləndilər. Üzlərinə baxan kimi bunu anlayırdıq. Amma heç bir şey soruşa bilmirdik. Yalnız yoldaşım Nuri (Conker) gənc bir zabitin: “Belə ol-mamalıydı, heyf, çox heyf”, – deyərək ağladığını bizə xəbər verdi. Monastır küçələrində yenə şənliklər edilir, “Padşahım, çox yaşa” avazları yüksəlirdi. İlk dəfəydi, bu arzulara qatılmırdım”160.
Mustafa Kamal liseydə “yoldaşları ilə danışan, onlara kömək edən, öz sinfində də, digər siniflərdə də sevilən, tanınan xarakterə malikdi”. Lisey və hərbiyyədə Mustafa Kamaldan bir il sonra oxuyan yoldaşı general Kazım Fikri Özalp lisey və Monastırda yaşadıqlarını xatirələrində bu şəkildə yada salır: “Mustafa Kamal Selanik Hərbi rüşdiyyəsini bitirdikdən sonra 1895-ci ildə (1896 olmalıdır – S.Y.) Monastır liseyinə girmişdi. Mən ondan bir il sonra eyni məktəbə getdim. Aramızda bir il fərq vardı, ancaq dərs otaqları-mız yan-yanaydı. Bir-birimizi tanımasaq da, hər gün rastlaşırdıq. Onu tez-tez tənəffüslərdə sinif yoldaşlarıyla danışarkən, onlara yar-dım edərkən görürdüm. Bir müddət keçdikdən sonra aramızda yol-daşlıq yarandı. Öz sinfində sevilən, tanınan Mustafa Kamal bizim sinifimizdə də çox istənən xarakterə malikdi. Siniflərimiz fərqli olduğundan bərabər məşğul olmur, ancaq tətil günlərində bir neçə yoldaşla birlikdə gəzməyə çıxırdıq. Bir qayda olaraq Kavaklaraltı və Xanlarönü qəhvəxanalarına yollanırdıq. Bütün gənc yoldaşlar kimi, söhbət edir, bəzən bir lokumuna (5 para) nərd oynayırdıq. Mustafa Kamalın uduzmağı qətiyyən xoşlamadığı asanlıqla başa düşülürdü. Qaçmaq, hoppanmaq kimi oyunlardan xoşu gəlməzdi. Ətrafına ba-xaraq gəzməkdənsə sürətlə yeriməyi daha çox sevərdi”161.
Mustafa Kamal ilk məhəbbətini də Monastırda lisey tələbəsi olarkən yaşayacaqdı162.
III. Ali təhsil dövrü
A. Hərbi məktəbdə təhsil
Mustafa Kamal Atatürk 1898-ci ilin dekabrının ortalarında Monastır Hərbi liseyini Selanikli Əhməd Tevfiklə birlikdə eyni qiy-mətlə – sinif birincisi olaraq bitirib, bununla da orta təhsilini ta-mamlayıb163. 1899-cu ilin mart ayının ortalarına qədər tətilini Se-lanikdə keçirən Mustafa Kamal ali təhsilini davam etdirmək üçün İs-tanbul Panqaltı Hərbi məktəbinə sənəd vermişdi. Onun yeni həyata atılmasına şərait yaradacaq, xarakterini, düşüncələrini daha da yetkinləşdirəcək bu hərbi məktəbə qəbul olunma tarixi 1 mart 1315/13 mart 1889-cu il kimi görünür. Mustafa Kamalın paqon nömrəsi isə 1283 idi. Burada olan “1315-ci ildə qəbul edilmişlərə aidad dəftərində“ Atatürklə bağlı qeyddə bunlar yazılıb: Selanikdə Qoca Qasım Paşa məhəlləli gömrük məmurlarından olan, vəfat etmiş Əli Rza Əfəndinin oğlu, hündürboylu, ağbənizli Mustafa Kamal Əfəndi Selanik, 96”. Onun adı 1282 nömrəli Selanikli Əhməd Tevfik Əfəndi (96) ilə 1284 nömrəli Monastırlı Rəcəb Fəxri Əfəndinin (95) adları arasında yer alır164.
Bəzi xatirələrə görə, Mustafa Kamal Hərb Məktəbində həmin il sinifdə movcud olan 900-ü keçən165, bəzi mənbələrə görə isə 736 ol-an166 və altı hissəyə ayrılan birinci siniflərin birinci hissəsində qeydə alınıb167.
Mustafa Kamalın birinci sinifdəki vəziyyətini ən yaxşı təsvir edən yoldaşı Əli Fuaddır. Xatirələrində Mustafa Kamalla tanış olması haqda yazır: “… növbətçi zabit qulluqda duran əsgərlərdən birinə: “Birinci sinfin birinci dərəcəli çavuşu Mustafa Əfəndi buraya gəlsin”, – əmrini verdi. Sonra da mənə tərəf çevrildi: “Mustafa Əfəndi Monastır Hərbi liseyindən sizdən bir neçə ay əvvəl qəbul olunub. Çalışqan, xoşxasiyyət, ağıllı uşaqdır. Onunla yaxşı rəftar et”. Qısa müddətdən sonra içəri on yeddi-on səkkiz yaşlarında, sarısaç, parlaq mavi gözlü, sarı bığlı, al yanaqlı, arıq oğlan girdi. Geyindiyi Hərbiyyə geyimi qədd-qamətli bədəninə çox yaraşırdı. Ciddi görünürdü. Növbətçi zabiti salamladı: “Əmr edin, əfəndim!” “Hərbiyyəyə imtahanla qəbul etdiyimiz Salacaqlı Əli Fuad Əfəndinin qeydini sənin komandanın birinci manqasına yazdıq. Onu da götürüb gedin. Necə rəftar etməli olduğunu yaxşı-yaxşı başa salın. Hərbi liseydən gəlmədiyini də nəzərə alarsınız”.
Sarısaçlı, sarı burma bığlı gənc hərbi qaydada ayaqlarını bir-bi-rinə vuraraq: “Əmr edərsiniz, əfəndim, baş üstə, əfəndim”, – dedi. Sonra da mənə tərəf çevrilib yetərincə mədəni şəkildə: “Buyurun, yoldaş, – əlavə etdi, – gedək”.
Qapıdan birlikdə çıxdıq. Yan-yana addımlayırdıq. Lakin qolun-dakı zolağı görəndə dayandım: üçü qırmızı, biri isə sarı rəngdəydi. Hərbi xidmətdə təcrübə də, rütbə də çox vacib hesab edilir. “Siz ön-dən gedin, çavuşum, ardınızca gəlirəm”, – söylədim. Sözlərimdən razı qaldığını hiss etdim. O irəlidə, mənsə arxada qərargahdan çıx-dıq. Bax türk tarixinə şan və şərəf verən əziz rəhmətlik dostum Mustafa Kamalla o zaman belə tanış olduq. Üstündən altmış il keç-məsinə baxmayaraq hələ də o cümə axşamı keçirdiyim bütün həyəcanıyla yadımdadır…
İndi xatirələrimə başladığım yerə, Hərbi Məktəbə qayıdıram. Təhsilimə başladığım o cümə axşamını heç yaddan çıxartmaram. Mustafa Kamal öndə, mənsə arxada qərargahdan çıxdıq. Məktəbin əsas dəhlizlərindən keçərkən qoluma girdi: “Əvvəlcə yataqxanaya çıxaq, sizə yatacağınız yeri göstərim. Sonra dərs otağına gedərik”, – dedi.
Yataqxanamız üst mərtəbədə, Boğaza baxan hissənin düz orta-sındaydı. Görən kimi bəyəndim. Birinci mərtəbədə – Nişantaşı istiqamətində yerləşən dərs otağımızsa qarşısını aristokratlara məxsus evlər kəsdiyindən içəri çox az işıq düşürdü. Buna görə də bu dərs otağına “Qaranlıq dərsxana” adını vermişdik. Mustafa Kamal mənə: ”Dərs otağımız qaranlıq, amma ürəklərimiz işıqlıdır”, – dedi, sonra da hansı məktəbdən gəldiyimi soruşdu. Modadakı “Sen Jozef”fransız liseyində oxuduğumu söylədim. Susdu, bir şey soruşmaq istədiyini, lakin çəkindiyini hiss etdim. “Deyəsən, başqa nəsə öyrənmək istəyirsiniz”, – soruşdum. Artıq tərəddüdü keç-mişdi. “Hərbi lisey dərslərinin imtahanlarını verdinizmi?” – deyə, sual verdi. “Hamısından imtahan verdim. Yalnız “Sen Jozefdə” ri-yaziyyatı, həndəsəni və cəbri fransızca oxuduğumdan, onlara aid sualların cavablarını fransızca vermək istədiyimi söylədim. İmtahan komissiyası xahişimi qəbul etdi”, – dedim. Birdən hərarətlə əlimi sıxdı və: “Çox yaxşı, çox yaxşı, bir-birimizə kömək edə biləcəyik. Fransızca mənə maraqlı olan bəzi əsərləri oxumaq üçün tez-tez lü-ğətə baxmalı oluram. Bundan sonra sizin biliklərinizdən istifadə et-məyə çalışacağam”, – əlavə etdi.
Bu ərəfədə qolundakı işarənin üzərindəki sarı zolaq diqqətimi çəkdi. Nəyə dəlalət etdiyini soruşdum. Sən demə, fransız dilindən imtahana girmiş, uğur qazanmış, ona görə də qolundakı sarğıya bu zolağı əlavə etmişdilər. O zamanlar türk məktəblərində xarici dil öy-rənmək asan məsələ deyildi. Öz-özünə çalışdığı və böyük əzmkarlıq göstərdiyi açıq-aşkar hiss olunurdu. Ümumilikdə 750 nəfərdən ibarət olan birinci sinifdə özü kimi dil bilənlərin sayının barmaqla sayılacaq qədər az olduğunu söylədi. Sonra: “Ailənizdə hərbçi varmı?” – deyə, soruşdu. “Ailəmizdəki kişilərin hamısı hərbçidir”, –dedim. Hiss etdim ki, bu cavabımdan da çox razı qaldı“168.
“Hissə çavuşu” Mustafa Kamal əvvəllər “sinif baş çavuşu”, İs-partalı Faiq və Ömər Əbdülkadir Yanya ilə birlikdə birinci cərgədə otururdu. Sonra Əli Fuadı da yanlarında əyləşdirdilər və dörd sə-mimi yoldaş kimi dərslərdə birlikdə oturmağa başladılar. Əli Fuad Cebesoy bu vəziyyətlə bağlı danışırdı: “Ertəsi gün dərslərə baş-ladım. Birinci cərgənin baş tərəfində baş çavuşumuz İspartalı Faiq əyləşirdi. Bursa Hərbi Liseyinin birincisi olmuşdu. Ağıllı, məlumatlı gənc kimi tanınırdı. Heyif ki, sonuncu sinifdə oxuduğumuz zaman qəzaya düşdü və liseydən ayrılmaq məcburiyyətində qaldı. İspartalı Faiqin yanında Mustafa Kamal, Ömər Abdulkadir Yanya otururdular. Faiq Birinci Dünya müharibəsində sədrəzəm Tələt Pa-şanın yavərliyini etmişdi. Yeni gəldiyim üçün arxa cərgələrdə oturmuşdum. Lakin bir neçə gün sonra vəziyyət dəyişdi. Sonradan bildim ki, Mustafa Kamal İspartalı Faiqlə danışıb və: “Salacaqlı Fua-dı bizim cərgəyə gətirək”, – deyib. Çox güman, İspartalı bu təklifi müsbət qalşılamışdı ki, nahar zamanı yanıma gələn Mustafa Kamal: “Bizimlə bərabər oturmaq istəyərmisiniz?” – deyə, soruşdu. Çox se-vindim. “Siz necə əmr edərsəniz, çavuşum”, – dedim. Günortadan sonra birinci cərgəyə keçdim. Artıq sağımda Mustafa Kamal, so-lumda Ömər Əbdülqədir Yanya əyləşirdilər. Dördümüz də yaxşı yo-la gedirdik”169.
Mustafa Kamalın birinci sinifdə olduğu 1899–1900-cu tədris ilində Hərbiyyədə keçilən dərslər aşağıdakılardı: dini əqidə, topoqrafiya, rəsm-həndəsə, təbiət elmi, hərbi kimya, hərbi katiblik, nəzəri biliklər, hərbi tərbiyə, dil (fransız, alman, rus), xəritə çəkilişi, təlim əməliyyatı, topoqrafiya əməliyyatı”170.
Mehmet Esatın “Muratı mektebi Harbiye”sində 1900-1901-ci illərdə tədris olunan dərslərin təqdim etdiyi siyahısına görə də birinci sinifdə “Din etiqadı, topoqrafiya nəzəriyyəsi, rəsm-həndəsə, təbiət elmi, kimya təlim nəzəriyyəsi, məlumat və hərbi təlim, xəritəçəkilişi, həndəsə-rəsm şəkilləri, topoqrafya əməliyyatı, təlim əməliyyatı, alman və ya rus dili, katiblik” dərsləri öyrədilməkdə idi”171.
Mustafa Kamalın ikinci və üçüncü sinif qiymətlərini özündə əks etdirən dəftərlər Hərbi Məktəbin arxivində saxlanılır. Lakin mövcud dəftərlərdə birinci sinif dərs qiymətlərini tapmaq mümkün olmayıb. Təhsin Ünal tədqiqatında Mustafa Kamalın birinci sinif qiymətlərini hansı mənbədən aldığını qeyd etmədən bu məsələylə bağlı belə məlumat verir: “1899-1900-cü dərs ilində birinci sinifdə 736 yoldaşı arasından dərslərdən 459 xal toplayıb, 29-cu olaraq ikinci sinfə keçib”172.
Mustafa Kamal 1922-ci ildə danışdığı xatirələrdə İstanbulda ke-çən bu ilk il üçün, sadəcə, bu fikirləri söyləyib: “Birinci sinifdə gənclik həvəsinə qapıldım. Dərslərə bir az diqqətsizlik etdim. İlin necə keçdiyini heç hiss etmədim də. Ancaq dərslər bitdiyi zaman ki-tablara baş vura bildim”173.
Əgər Təhsin Ünalın birinci sinif üçün təqdim etdiyi müvəffəqiyyət göstəriciləri doğrudursa, bu onun sinfi 29-cu sırada keçə bilməsi, dərslərə çox çalışmasa da, böyük uğur qazanması, eyni zamanda da yaxşı tələbə olması deməkdir.
Mustafa Kamal ikinci sinifdə, yəni 1900–1901-ci təlim-tədris ilin-də 420 yoldaşı arasından toplam 522 xal yığaraq üçüncü sinfə 11-ci sırada keçib. Bu ilin qeyd dəftərinə görə, “hər bir dərsin tam xalının ümumi yekunu 575” və “hər bir dərsin ən yüksək qiymətinin ümumi yekunu 256,5“dir.
Mustafa Kamalın ikinci sinifdə oxuduğu dərslər və aldığı xallar isə bu şəkildədir: Dini əqidə (45), Səfər xidməti (38), Dövlətin daxili qanunları (45), Memarlıq fənni (41), Atçılıq fənni bilgiləri (45), Fran-sız dili (42), Təlim qaydaları (43), Hərbi təlim-tərbiyə (31), Əxlaq el-mi (43), Qılınc təlimi (12), Hərbi kəşfiyyat (14), Xəritə çəkilməsi (18), Əməliyyat təlimi (20), Dövlət qanununda cəza (44), Alman və ya rus dili (41)”174.
Bu sinifdə ümumilikdə 15 dərs tədris edilib. 4 dərs üzrə tam xal 20, digər 11 dərs üzrə isə tam xal 45-dir. Bu vəziyyətə görə, Mustafa Kamal dörd dərsdən tam xal alıb. Sinfin birincisi Monastırı da birinciliklə bitirən məşhur Selanikli Əhməd Tevfik, ikincisi isə Bursanı birinciliklə bitirən İspartalı Faiqdir. Əhməd Tevfikin topladığı xal 552, Faiqin 551-dir175.
Mustafa Kamal üçüncü sinifdə – 1901–1902-ci təlim-tədris ilində 459 yoldaşı arasından üst xalı 17,5 xal alan və üç illik xallarının top-lamı ilə Hərbi Məktəbi 8-ci olaraq bitirib. “Nömrə dəftəri”nə görə, “bir dərsin tam xalı” baxımından tələbələrin “üç ildə qazandıqları xalların ümumi sayı 1635-dir”. Mustafa Kamalın üç illik toplam xalı isə 1498 olub. “Üç il tamamlandıqda ümumi sırada 8-cidir”. Bu sıra eyni zamanda, “sıra nömrəsi”ni də göstərməkdədir. Diplom nömrəsi isə 5998-dir”176.
Mustafa Kamalın üçüncü sinifdə oxuduğu dərslər və aldığı xal-lar bu şəkildədir: “Üçüncü sinif hazırlığı (41), Qısa müddətlik isteh-kam qurulması (40), Silahlar fənni (45), Hərbi gigiyenanın qorun-ması (45), Hərbi coğrafiya (42), Osmanlı Dövlətinin ordusunun təş-kili (43), Nəzəri biliklərin təlimi (44), Hərbi tərbiyə haqda malumat (41), Fransız dili (43), Hərbi kəşfiyyat (17), İstehkam şəkilləri (18), Təlim əməliyatı (19), Əsgərlərin yerləşdirilməsi (18), Alman və ya rus dili (36)”177.
Bu sinifdə tədris edilən 14 dərs var və dörd dərsin tam xalı 20-dir. Digər 10 dərsin isə tam xalı 45-dir. Bu vəziyyətə görə, Mustafa Kamal 2 dərsdən tam xal alıb. Sinfin birincisi yenə də Selanikli Əhməd Tevfik, ikincisi isə İspartalı Faiq olub. Əhməd Tevfikin üç illik cəm xalı 1571, Faiqin 1570-dir.
İlk onluğa düşən digər tələbələrin sırası və üç illik ümumi xal-ları bu şəkildədir: “3. Mehmet Müştaq – Van (1555); 4. Hayri– Da-vutpaşa (1519); 5. Əli Şevkət– Üsküp (1519); 6. Mehmed Cəmil– Sü-leymaniyyə (1508); 7.Səlim – Çərkəs (1505); 8. Mustafa Kamal– Sela-nik (1498); 9. Əhməd Müfit– Kırşəhər (1494); 10. Xəlil– Trabzon (1490)178.
Mustafa Kamal Atatürkün bioqrafiyası ilə bağlı aparılan tədqi-qatlarda onun tələbəlik həyatı haqda verilən məlumatların çoxunun yanlış olduğu görülməkdədir. Bu yanlışlıqlara Hərbi Məktəbdəki təhsil həyatı ilə bağlı verilən məlumatlarda da rast gəlmək müm-kündür. Arxivdə araşdırma aparmadan, adətən, bir-birindən köçür-məklə rumi, hicri tarixlərini miladi tarixlərə çevirərkən yol verilən xətalar vasitəsilə bu yanlışlıqlar davam etdirilib. Hətta bioqrafiyalarda olan yanlışlıqları düzəltmək iddiası ilə ortaya çıxanlardan bəziləri yeni səhvlərə yol veriblər179.
Xalları, ümumi xal üzrə sırası və dərsləri ilə bağlı məlumatları yuxarıda verdiyimiz üçün bir kənara qoymalı olsaq, Mustafa Kamal-la bağlı digər məlumatlar sənədlərə görə bu şəkildədir:
Daxil olduğu tarix: 1 mart 1315 (13 mart 1899, bazar ertəsi)
Paqon nömrəsi: 1283.
Diplom nömrəsi: 5998.
Üçüncü sinifdə imtahan nəticələrinin, yeni zabitlərin adları-nın açıqlanması, tələbələrin 39 günlük bayram istirahətinə getmələri: 22 noyabr, 1317 (5 dekabr, 1901, cümə axşamı).
Bayramın bitməsi: 31 dekabr 1317, (13 yanvar, 1902, bazar ertə-si).
Diplom mərasimi və diplomların təqdim edilməsi: 12 yanvar, 1317, (25 yanvar, 1902, şənbə günü).
Hərbi məktəbdən çıxışı: 28 yanvar, 1317 (10 fevral, 1902, bazar ertəsi).
Daha bir əhəmiyyətli yanlışlıq Mustafa Kamalın qeydiyyatı ilə bağlı verilən məlumatlarda yer almaqdadır. Quru Qoşunları Ko-mandanlığının arxivində olan “Kimlik qovluğu”nda qeydiyyatı “1317-P. 8”-dir (1317, piyada – 8). Buradakı 1317 rumi tarixi bəzi mənbələrdə 1901, bəzi mənbələrdə isə 1902 kimi verilir. Doğrusu 1901-dir. Məktəb o zamanlar 13 mart tarixində təlim-tədrisə başlayır, dekabr ayının sonunda isə təlim-tədris ili bitmiş hesab edilirdi. 1317 rumi ili 1 mart ilə 28 fevral arasında olan 12 ayı əhatə edirdi. 1317 rumi ilinin toplam 9 ay 18 günü, yəni 14 mart ilə 31 dekabr arası miladi 1901-ci ilə təsadüf edir. 1901-ci ilin mart ayından 18 gün, digər aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarının tamamı 1317-ci ilə aiddir. 1317-ci ilin, sadəcə, 2 ay və 13 günü, yəni 1 yanvar ilə 13 mart tarixləri ara-sı miladi 1902-ci ildədir. 1902-ci ilin yanvar, fevral aylarının tamamı ilə mart ayının 13 günü, rumi 1317-ci ildədir”180. Belə olduqda, Mustafa Kamal və digər “1315 qəbul edilmiş” hərbiyəlilər, “1901-ci il” dövrünə aid olmaqdadır. Mustafa Kamal Atatürkün qeydiyyatı da “1901–piyada–8”dir.
Mustafa Kamalın qeydiyyatı bəzi nəşrlərdə “Piyada–1474” ola-raq verilir181. Bu məlumatın ən qədim qaynağı Muharrəm Mazlu-mun (İskora) əsəridir182. Bu, çox güman ki, Mustafa Kamalın aka-demiyadakı nömrəsidir. “Şəxsi məlumat qovluğu”nda olan məlu-matlar onun “zabit qeydiyyatı”nın “1317–Piyada–8” (1901 – piyada–8) olduğunu mübahisəyə yer qoymayacaq şəkildə meydana çıxarır.
Mustafa Kamalın Hərbiyyədəki yoldaşları əsasən, Monastır İda-disindən gələnlər idilər. Bunlar arasında Əhməd Tevfik ilk yerdədir. Uşaqlıq yoldaşı, Rüşdiyyə və İdadidə də birlikdə oxuduğu Mustafa Nuri (Conker), Lütfi Müfit (Özdeş), Əli Fuad (Cebesoy), Arif (Ayıcı), Hayri (Tırnovacıq), Kazım (Özalp), Əli Fəthi (Okyar) də onunla eyni vaxtda Hərbiyyəyə oxumağa gələn yoldaşları idi. Bunların bəziləri onunla eyni dövrün, bəziləri isə ondan əvvəl və ya sonrakı tələbələrdir.
Hayri Paşa (Tırnovacık) xatirələrində jurnalist Naci Sədullahın: “Paşam sinifdə ən çox kimlərlə danışırdı”, – sualına belə cavab verib: “Monastır İdadisindən onunla birlikdə gələn Tevfik bəylə. Amma bu qiymətli insanı məktəbdən məzun olduğumuz il itirdik. İndi Kırşəhir deputatı olan Müfit bəy də onun ən səmimi dostların-dandı”183.
Əli Fuad Cebesoy məktəbdəki yoldaşları və yoldaşlıqları ilə bağlı belə yazır: “Günlər keçdikcə burada yeni yoldaşlar tapırdım. Onların arasında ikinci sinifdə oxuyan Pirlepeli Əli Fəthi (rəhmətlik Fəthi Okyar) da vardı. Bir gün günorta namazından çıxarkən Mus-tafa Kamal qolumdan yapışdı. Yanımızdan ötüb keçən Əli Fəthiyə: “Sənə haqqında danışdığım yoldaşım budur – Salacaqlı Əli Fuad”, – deyə, məni təqdim etdi. Əl tutuşduq. Mədəni, tərbiyəli uşaqdı. Həftə sonu tətilini bərabər keçirdik. Bəyoğlunda gəzib-dolaşdıq. Onlar məni gəmiyə qədər ötürdülər. Cəfər Təyyar Ədirnə (general Cəfər Təyyar Əyilməz) də Fəthiylə bir sinifdə oxuyurdu. Özü ilə çox yaxın yoldaşlığımız olmuşdu. Böyük qardaşımın sinfindən Ənvəri (Birinci Dünya müharibəsində Hərbi nazir və baş komandan vəkili olan Ənvər Paşa) də orada tanıdım. Yaraşıqlı və gözəl gəncdi. Səlahəddin Adil (rəhmətlik general-polkovnik) də eyni sinifdə oxuyurdu. Ənvərin əmisi Xəlil (Birinci Dünya müharibəsində ordu komandanlığı edən rəhmətlik general Xəlil Kut) bizim sinfin üçüncü qismində oxuyurdu. Xəlil Paşayla olan yoldaşlığımız elə o tarixdə başladı. Ərzincan Əsgəri Rüşdiyyəsindən tanıdığım bəzi tələbələr Hərbiyyədə üçüncü sinfə məndən daha tez keçmişdilər. Çünki mən onlardan fərqli olaraq fransız liseyində dil öyrənmək üçün iki il hazırlığa davam etmək məcburiyyətində qalmışdım. Bunların arasında Fəxrəddin (təqaüddə olan general-leytenant Fəxrəddin Altay) da vardı”184.
Mustafa Kamal Hərbiyyədə təhsilə başladığı ərəfələrdə məktəb komandanı Mustafa Zəki Paşa, təhsil naziri isə sonralar Çanaqqa-lada ona korpus komandanlığı edəcək Esat Paşa idi185. Mustafa Kamalın Hərbi Məktəbdəki müəllimləri arasında bu adamlardan başqa şəxsiyyətinə təsir edən, onu həyata hazırlayan Türk Tarix Qurumunun üzvü, millət vəkili, fransız dili müəllimi Nəcib Asım (Yazıksız) Bəy (1861–1935), təlim müəllimi Rəhmi Paşa, onun məiyyətindəki mayor Fazil Bəy, sonra general-polkovnik, millət vəkili olan kapitan Naci (İldəniz) bəy, leytenant Osman Əfəndi kimi çox dəyərli müəllimlər vardı”186.
Əli Fuad Cebesoy müəllimləri haqqında bunları deyib: “Mustafa Kamal daha çox kapitan Naci bəyə hörmət edər, onu çox sevərdi. Yanlış xatırlamıramsa, hələ Monastırdaykən tanış olmuşdular. Hörmət dolu bu münasibət ölənə qədər də davam etdi. Çox illər öncə Naci Paşa bölmə komandiriykən nə üçünsə Atatürkü ziyarət etmişdi. O zaman mən də oradaydım. Atatürk ona çox etibar edirdi. “Buyurunuz, xocam”, – deyə yer göstərdi və sonra mənə tərəf döndü: “Naci Paşa həzrətlərinin, – dedi, – ikimizin üzərində də böyük əməyi var”.
Mən məktəbə gəldikdən təxminən on beş gün sonra Təhsil Na-zirliyinə Yanyalı Esat Paşa təyin olunmuşdu. O zaman rütbəsi pol-kovnikdi. Daşkəndli Mehmet Kaçının sülaləsindən olan Esat Paşa vətənpərvər, məlumatlı hərbçi kimi tanınırdı. Hərbi Məktəbdə, Hərbi Akademiyada bir çox islahatlar aparmışdı. Balkan müharibəsində Yanyanın müdafiəsi zamanı komandanım oldu. Korpusunda qərargah rəhbəriydim. Sonra yenə də əmri altında 23-cü Diviziya Komandanının vəkili olaraq Pasita və Pizani mövqelərini müdafiə etdim. Yaralandığım zaman çox məyus ol-muşdu. Esat Paşa Çanaqqala Müharibəsində Atatürkə də koman-danlıq etmişdi. Atatürkün məşhur 19-cu diviziyası Esat Paşanın rəh-bərliyi altındakı 3-cü hərbi korpusun tərkibindəydi”187.
Ən səmimi yoldaşlarından Lütfi Müfit (Özdəş) Hərbiyyəli Mus-tafa Kamal haqqında deyirdi: “Qazi Həsrətləri Əsgəri idadidən 315-ci ildə məktəbinə gəlib. Orada İstanbul, Ərzurum, Şam, Bağdad idadilərindən gəlmə siniflər də toplanmışdı. Sinifdəki şagirdlərin sayı doqquz yüzü keçirdi. Buna görə də tədrisin asanlaşdırılması üçün şagirdləri altı hissəyə ayırmışdılar. Qazi həzrətləri birinci his-sədə idi. 317-ci ildə üç hərbiyyə sinifi bitirilərək otuz doqquz əfəndi Ali Hərbi qüvvələrin birinci sinifinə seçildi. Hərbiyyədən çıxan bö-yük Şefin istər hərbiyyə, istərsə də Ali Hərbi qüvvələrin namizədi kimi keçirdiyi təhsil həyatı bir neçə cümlə və ya sətirlə ifadə ediləcək məsələ deyil. Onun altı illik həyatı özü-özlüyündə cildlərə sığışacaq tarixdir. Hələ o zaman məktəbdəykən şüursuz, düşüncəsiz idarəçiliyə qarşı vicdanından, ruhundan fışqıran inqilabçı düşün-cələri haqda xüsusi olaraq qeyd etmək lazımdır. Hər oxuduğu dərs, hər oxuduğu elm və fənni diqqətlə təhlil edərək özü üçün müəyyən nəticələr əldə edirdi. Bütün tələbə yoldaşlarının dərslə bağlı çətinliklərini aydın, inandırıcı cavablarla izah etməyi bacarırdı. Ali Hərbi qüvvələrdə peşəyə aid ixtisas dərslərində ən yaxşı qiyməti Böyük Şef alıb”188.
Lütfi Müfit Bəy Mustafa Kamalla bağlı məktəb xatirələrini danışarkən onun qəzet çıxararaq tələbə yoldaşlarının da düşüncələrini aydınlatdığını bildirib və fikirlərini belə davam etdirib: “Böyük Şef şüursuz idarəçilik ucbatından o dərəcədə iztirab çəkirdi ki, hələ məktəbdəykən o zamankı rəhbərliyə qarşı yoldaşları ilə söhbətlər aparır, rəhbərliyi tənqid edir, hətta böyük təhlükələrə baxmayaraq, həftədə bir-iki dəfə gizli qəzet çıxarırdı. Hələ o zamanlar övladı olduğu türk millətinə gələcəkdə necə böyük xidmətlər etməyə hazır olduğunu çox gözəl şəkildə izah edirdi. Xasiyyətinə, dürüst düşüncələrinə məftun olan, ona inanan yoldaşları “o Böyük Adamın ətrafına” toplaşmışdılar…”189
Hayri Paşa (Tıronavacık) jurnalist Naci Sadullaha bunları söylə-yib: “… Qazi həzrətləri sinfin ən ağıllı tələbəsiydi. Onda yaşından gözlənilməyən yetkinlik vardı. Çox qüvvətli inandırmaq qabil-iyyətinə malikdi. Bir dəfə də olsun, hansısa davaya qarışdığını xa-tırlamıram. Məktəblərdə anlama qabiliyyətlərinin, zəkalarının qıt-lığını hansısa yollarla, özünü oxumağa məcbur etməklə vəziyyətdən çıxmağa çalışan bədbəxt tələbələr vardı. Bu cür məcburiyyətlərə ehtiyacı olmayan Qazi həzrətlərinin dərs üzərində davamlı olaraq baş sındıran əzbərçilər kimi çalışdığını da xatırlamıram. Adətən, onun üçün maraqlı olan dərslərlə daha çox məşğul olurdu. Riya-ziyyat və ədəbiyyata qarşı xüsusi maraq duyurdu. Ən çox oxuduğu Tevfik Fikrətin əsərləriydi. Xüsusilə, “Sis” mənzuməsini çox bəyənirdi. Namiq Kamalı, Abdullah Hamidi oxumaqdan da zövq alırdı. Ən çox məşğul olduğu şeylərdən biri də o dövrün fəlsəfəsi və fikir cərəyanlarıydı. Cəmiyyətin, hələ ki, həll edilməmiş mübarizələri haqqında çox düşünürdü. Darvin nəzəriyyəsi ilə də çox məşğul olur, “Papazlar” dini nəşriyyatını diqqətlə təqib edirdi… Qazi həzrətləri sinfimizin ən yaraşıqlı, ən şux, ən təmiz geyinən tələbəsiydi. Müasir həyatın İstanbuldan əvvəl özünə yer elədiyi Selanikdə böyüdüyü üçün cəmiyyətdə riayət olunması vacib ədəb qaydalarıyl hamımızdan daha çox tanışdı. Beyrutdaykən dəvət edildiyimiz yüksək səviyyəli ziyafətlərdə çox gözəl rəqs etməyi, özünü sərbəst aparmağı, şirin-şirin danışığıyla həm qadınlar, həm kişilər arasında böyük təsir, etibar qazanır, hamımıza böyük iftixar hissi yaşadırdı… Onunla birlikdə Monastır İdadisindən gələn Tevfiq bəy də – bu böyük insanı məktəbdən məzun olduğu zaman itirdik – indi Kırşəhər millət vəkili olan Müfit bəy də səmimi dostlarıy-dılar”190.
Monastırda və Hərbi Məktəbdə ondan bir sinif aşağıda oxuyan Kazım Özalp Paşa da hərbiyyədəki yoldaşlıqları haqqında bunları söyləyib: “1899-cu ildə Mustafa Kamal İstanbula Hərbi Məktəbə getdi. Bir il sonra mən də eyni məktəbə qəbul olundum. Beləcə, yoldaşlığımız yenidən başladı. Monastır İdadisindən Hərbiyyəyə gə-lənlər tətil günlərində, adətən, Babialidəki Stefanın qiraətxanasında, ya da Sirkəçidə, Yaninin qəhvəxanasında görüşürdülər. Bu yerlərdə etdiyimiz söhbətlər əvvəlki illərlə müqayisədə daha mənalı, daha mübahisəli olurdu. İmkanımız olanda nərddən əlavə bilyard da oy-namağa çalışırdıq”191.
Hərbi məktəbi Mustafa Kamaldan bir il tez bitirən, lakin elə hə-min il “havaya uyğunlaşa bilmədiyi” ilə bağlı arayış alaraq məmlə-kətinə gedən, Hərbi Akademiyaya bir il sonra başlayan Asım Gündüz orada Mustafa Kamalla eyni sinifləri oxuyub. Xatirələrində Hərbiyyəli Mustafa Kamal haqqında bunları danışıb: “Hərbi Məktəbi bitirdiyim zaman xəstələnmiş və məktəbin xəstəxanasının verdiyi arayışla bir il havamı dəyişmək üçün öz məmləkətimə getmişdim. O zaman Hərbiyyəyi birinciliklə onunculuq arasında bitirənləri Hərbi Akademiyaya qəbul edirdilər. Hərbi məktəbi birinciliklə bitirməyimə baxmayaraq səhhətimdəki narahatlıq üzün-dən Akademiyaya yalnız bir il sonra gedə bildim. Beləcə, Mustafa Kamal, Əli Fuad Cebesoy və Əli İhsan Sabislə Hərbi Akademiyada bərabər oxumalı oldum. Əvvəllər də sinif birincisi olmağım, aldığım qiymətlərin o ilin sinif birincisi Əli İhsan Sabistən 14 xal yüksək ol-masından dolayı burada da sinif nümayəndəsi seçildim. İstər Hərbiyyədə, istərsə də Hərbi Akademiyada bir şey diqqətimi çəkmişdi. Şərq ellərindən, Anadoludan gələn yoldaşlar istanbullular kimi yalnız dərsləri ilə məşğuldulər. Amma Monastır İdadisindən gələn yoldaşlarımız daha dünyagörüşlü, qərbmeyilli görünürdülər. Dərslərindən kənarda məmləkətin problemlərilə bağlı da mübahisələr edir, müəyyən fikirlər irəli sürürdülər. Mustafa Kamal da bunlardan biriydi. Məni Mustafa Kamalla ilk dəfə tanış edən köhnə yoldaşım Fəthi bəy (Okyar) olmuşdu. Atatürk çox gözəl geyinir, çox gözəl danışır, heç kimin xətrinə dəymirdi. Bir sözlə, tərbiyəli gəncdi. Yəqin ki, doğulub-böyüdüyü Selanik Qərblə əlaqəli olduğundandı – fikirləri diqqət çəkirdi. Ətrafına topladığı yoldaşlarıyla cəsarətlə danışır, gözəl nitqilə təsiri altına alırdı. Bizim oxumadığımız bir çox vətən şeirini, o, tez-tez təkrarlayırdı. Namiq Kamalın bütün şeirlərini bir dəftərə köçürmüşdü. Biz də ona baxaraq hamımız bu şeirləri qısa zaman ərzində dəftərlərimizə yazmış və əzbərləmişdik. Mustafa Kamal hər zaman: “Millətləri oyandıracaq olan fikir adamları, dövlət adamlarıdır”, – deyirdi. Xarici dillərə qarşı böyük həvəsi vardı. Bu məqsədlə Bəyoğlunda bir fransız madamının pansionuna gedirdi. Qadın fransız səfirliyinin kuryerləri vasitəsilə ittihadçıların Parisdə yayımladıqları qəzetləri İstanbula gətirdir, Mustafa Kamala verirdi. Fransız qadını, eyni zamanda, Mustafa Kamala fransızca dərs də verirdi. Biz vətən, millət və türklük fikirlərini ilk dəfə Hərbi Akademiyada oxuduğumuz zaman ondan eşitmişdik. Bizim sinifdə fransızca ən yaxşı bilən Əli Fuad (Cebesoy) idi. Çünki Əli Fuad Hərbiyyəyə fransız məktəbindən gəlmişdi. Ondan sonra ikinci ola biləcək Mustafa Kamal da fransız dilini yaxşı bilirdi. O hələ Hərbiyyədəykən hər tətildə Selanikdə fransız məktəbinin tətil kurslarına gedir, dil bilgilərini inkişaf etdirdiyini söyləyirdi”192.
Bütün bu danışılanlardan başa düşülməkdədir ki, Hərbi mək-təbdə oxuduğu illər Mustafa Kamalın həm vətən, millət, türklük fi-kirlərinin formalaşmasında, həm də Qərbə meyil göstərərək müasirləşmə düşüncələrinin inkişafinda əhəmiyyətli dövr olub. Üstəlik, bu fikirlərini yoldaşlarına da anlatması, düşüncələrini məktəbdə yaymaq üçün qəzet çıxarmağa cəhdi hələ o zamanlar liderlik xüsusiyyətlərinin formalaşmağa başladığını göstərir. Məhz bu illərdə İstanbulun sosial mühiti içərisində özünü tapmış kimi görünür. “İçki” və “tans” məsələsində də ilk təcrübələrini məhz burada olarkən əldə etdiyi aydın olur”193.
Yenə də aparılan son araşdırmalara görə, Mustafa Kamalın Hər-bi Məktəbdə oxuyarkən “şeir yazıb dərgilərə göndərdiyi” məluma-tının da yanlış olduğu meydana çıxıb. Şeir oxuyan, yoldaşlarına şeir oxudan Mustafa Kamal Atatürk şeir yazan başqa Mustafa Kamalla səhv salınıb”194.
B. HƏRBİ AKADEMİYA TƏHSİLİ
Mustafa Kamalın hərbi məktəbdən çıxış tarixi olan 28 yanvar 1317-ci il, yəni 10 fevral 1902-ci ilin bazar ertəsi həm də Hərbi Aka-demiyaya girdiyi tarixdir. Quru Qoşunları Hərbi məktəbinin arxivindəki “1315-ci il daxil olanların ad dəftəri”ndə Əhməd Tevfik, Mustafa Kamal, Rəcəb Fəxri və Əli Şevkətin yer aldığı səhifənin başında “Monastır Məktəbi-İdadisindən gələn şagirdlər” başlığı altında “daxil olma” və “çıxış” tarixləri yazılıb. Bundan başqa, Mustafa Kamalın “çiçək ləqəbinin” üzərində “3-cü ordu Ali Hərbiyyənin birinci il namizədliyinə” yazılıb. Eyni ifadələr Əhməd Tevfiq və Əli Şevkətin adlarının üzərində də var”195.
1848-ci ildə Hərbi Məktəb içində “Ali Hərbi Qüvvələr” adıyla qurulan Hərbi Akademiya Esat Paşanın 1899-cu ildə Hərbi məktəb-in təlim rəhbəri keçirilməsindən sonra, yəni Mustafa Kamalın Hərbi məktəbdə təhsilə başladığı ərəfədə, bəzi yeni qaydalar qəbul edilib. O zamana qədər Hərbi Məktəbdən “ali hərbi siniflərə” keçən tələbələrə “hərbi akademiya məzunu” deyilirdi. Esat Paşa bunu də-yişdirib, “hərbi akademiya məzunluğuna namizəd” şəklinə salıb. Bundan sonra Hərbi Akademiyanın tələbələri qısaca olaraq “namizəd” kimi qeyd edilməyə başlanıb. O zamana qədər Hərbi Akademiyanın 15 nəfəri adlamayan tələbə sayı yenə də Esat Pa-şanın səyi nəticəsində qırxa qədər yüksəldilib. Lakin bu tələ-bələrdən ordunun ehtiyacı olandan artığına məzunluq haqqı veril-məmiş, bunlar “seçilmişlər” adı altında və kapitan rütbəsi ilə hərbi hissələrə çıxarılmışdılar196.
Alınan bu qərarlar nəticəsində1971902-ci ildən etibarən Ali Hər-biyyə siniflərindən “çox yaxşı” dərəcədə uğur qazananlara “kur-may”198 və “yaxşı” dərəcədə bitirənlərə “mümtaz”199 dərəcəsi veril-məyə başlanıb. 1909-cu ilə qədər bu üsuldan istifadə edilib. Seçilmişlər arasında kurmay ehtiyacının təmini üçün sonradan kurmaylıqları təsdiqlənənlər də çoxdur. Bu dövrdə Ali Hərbiy-yənin tələbələri “kurmay kapitan” kimi məzun olublar və iki il sonra da “təcrübəli kapitan”lığa yüksəliblər200.
Mustafa Kamal akademiyada təhsilə başladığı il siniflərdəki şa-gird sayı topçu və süvari məktəblərindən gələnlər, müxtəlif səbəblərdən sinifdə qalanlarla birlikdə 43 nəfərdi201. Mustafa Kamal burada keçirdiyi ilk ili 1922-ci ildə dərc olunan xatirələrində bu cür anladır: “Ali Hərbi məktəbin siniflərinə keçdik. Adət etdiyim dərs-lərə çox yaxşı hazırlaşırdım. Bundan əlavə həm məndə, həm də bəzi yoldaşlarımda yeni fikirlər yaranırdı. Məmləkətin idarə olunması və siyasətində bəzi çatışmazlıqların olduğunu dərk etməyə başlamışdıq…”202 .
Quru Qoşunları Hərbi Məktəbin arxivindəki əllə yazılmış, dərc olunmayan “16 nömrəli dəftər”ə görə,203 Atatürkün Hərbi Akademiyanın birinci və ikinci sinfində oxuduğu dərslər, aldığı qiymətlər və müvəffəqiyyəti haqda müəyyən məlumatlar ala bilirik. Sinif tərkibi 42 nəfər olan akademiyanın birinci sinfində204 tam xal 580 olan dərslərdən Mustafa Kamal ümumilikdə 479 xal yığaraq sinif səkkizincisi olub. Oxuduğu dərslər və aldığı xallarsa belədir: “Ordunun köçürülməsinin coğrafiyası (32), Tətbiqat təlimi (41), Silah qaydaları fənni (38), Hərb tarixi fənni (35), Fransız dili (36), Ri-yaziyyat (43), Təlim qaydaları (45), Hərbi katiblik (39), Yerləşdirmə qaydaları (33), Məşhur müharibələr, münaqişələr (32), Alman dili və ya rus dili (33), Müfəssəl topoqrafiya (34), Hərbi kəşfiyyat (18), Tə-lim əməliyyat (20)”205.
Eyni sinfin müvəffəqiyyət sıralamasında Əhməd Tevfiq (Sela-nik) 522 xalla birinci, İhsan (Cihangir, Sabis) 517 xalla ikinci, Süley-man (İzmir) 508 xalla üçüncüdür. İlk onluğa düşən digər şagirdlər və onların toplam xalları bu şəkildədir: 4. Hayri – Davutpaşa (493); 5. Mustafa Əziz – Qala Sultaniyyə (492); 6. Kamal – Ohri (489); 7. Səlim – Çərkəz (486); 8. Mustafa Kamal – Selanik (479); 9. Əli – Rumelikavağı (488); 10. Əhməd – Saraçhanə (470)206.
Mustafa Kamalın akademiyanın ikinci sinfində qırx nəfərin içə-risində 480 xalla 6-cı olub. Dərsləri və xalları bu şəkildədir: “Topçuluq və topçu istehkamı (45), Məşhur müharibələr və münaqişələr (38), Ordunun hərəkət coğrafiyası (45), Böyük istehkamlar (35), Yerləşdirmək tətbiqi (36), Əcnəbi ordu təşkilatı (43), Geologiya (39), Fransız dili (38), Təlim qaydaları (43), Riyaziyyat (45), Alman dili və ya rus dili (42), Hərbi kəşfiyyat (16), Təlim əməliyyatı (20)”207.
Bu sinifdə ilk onluğa düşən tələbələr, onların ümumi xalları bu şəkildədir: 1. İhsan – Cihangir (511); 2. Əhməd Tevfiq – Selanik (501); 3. Sedad – Üsküdar (501); 4. Asım – Kütahya (Gündüz) (494); 5. Mustafa İzzət – Kalayi Sultaniyyə (487); 6. Mustafa Kamal – Selanik (480); 7. Əhməd Müfit – Kırşehir (Özdeş) (478); 8. Əli Fuad – Salacaq (Cebesoy) (478); 9. Süleyman – İzmir (476); 10. Kamal – Ohri (476)208.
Mustafa Kamal hərbi məktəb məzunu – kapitan kimi 8 oktyabr 1320-ci il (hicri: 11 avqust, 1322), miladi 21 oktyabr 1904-cü il, cümə günü and içib. “Sabah” qəzetinin 21 oktyabr 1320-ci il (3 noyabr 1904-cü il) nüsxəsində Hərbiyyə məktəbindəki andiçmə mərasi-mində nömrələrin də oxunduğunu və mərasimdə Hərbi Məktəblər naziri Zəki Paşa, ikinci nazir Ferik Rıza Paşa, Hərbiyyə məktəbinin müdiri Ferik Servet, Dərs naziri Esat Paşanın da iştirak etdiyini, həmçinin Zəki Paşanın məzunlara bir-bir and içdirdiyini yazır. Bu qəzetə görə, and içən məzunlar bunlardır: “Bu il Hərbi məktəbdən kapitanlıqla məzun olan ali hərbiyyəçilər, namizədlərlə leytenant ki-mi ikinci ilə keçirilən namizədlər beşinici il və Aşirət məktəbi əfən-diləri”209.
Mustafa Kamal 29 dekabr 1320-ci il, yəni 11 yanvar 1905-ci il, çərşənbə günü “Ali Hərbiyyə kapitanlığı ilə məktəbdən məzun ola-raq üçüncü sinfi bölük idarə və komanda etməklə 5-ci çevik orduya məmur təyin edilib”210.
Akademiyanın 57-ci buraxılışının məzunu cəmi 37 nəfər olub. Bunların 13-ü “kurmay”, 27-si də “mümtaz” kimi məzun ediliblər. Mövcud məlumat və sənədlərə görə, Mustafa Kamal kurmay olaraq Akademiyanı bitirən 13 nəfər arasında 5-ci olub. Dönəmin birincisi Əli İhsan Sabis, ikincisi Asım Gündüz, üçüncüsü Əhməd Sedat Doğruər, dördüncüsü Əhməd Tevfik, altıncısı Mehmed Hayri Turhan, yeddincisi Mustafa İzzət Yavuzər, səkkizincisi Əli Seydi Uğur, doqquzuncusu Əli Fuad Cebesoydur. Digər üç kurmay da sırası ilə bunlardır: Süleyman Şevket Demirxan, Kemal Ohri və M.Şevki211.
Mustafa Kamalın akademiyadakı müəllimləri, öyrəndiyi dərslər aşağıdakı kimi olub: Topçu Feriki (general-leytenant), Əhmed Muxtar (Köhnə Osmanlı səfərləri tarixi), Kurmay mayor Refik bəy (Napaleonun apardığı savaşlar və digər savaşlar), kurmay podpolkovnik Nuri bəy (Yerləşdirmə), Pertev paşa Dəmirxan (kur-may vəzifələri ilə 1866 və 1871 Prusiya-Avstriya, Prisuya-Fransa sa-vaşları), Kurmay Albay Həsən Rza bəy (Pertev Dəmirxandan sonra), Kurmay Albay Zəki bəy, Kurmay podpolkovnik Fevzi bəy.
Sinif yoldaşı Əli Fuad Cebesoy müəllimləri və Mustafa Kamalın akademiyadakı həyatı haqqında bunları danışıb: “Müəllimlərimiz arasında haqqında hamıdan əvvəl danışılması lazım olan adamı ən sona saxladım. Bunun səbəbi onun haqqında, qısa da olsa, məlumat verməkdir. Mustafa Kamalla mən yeni müəllimlərimizin içində ən çox trabzonlu Nuri bəyi sayır, təqdir edirdik. Atam İsmayıl Fazil paşa bir gün hər ikimizə “Nuri bəyin dərslərinə maraq göstərib özünü diqqətlə dinləsəniz, çox şey qazanarsınız. Peşəsində çox güclüdür, geniş dünyagörüşə sahib, məlumatlı əsgərdir”, – deyə, öyüd vermişdi. Nuri bəy, həqiqətən, çox mədəni, öz zamanına görə aydın düşüncəli, strategiyada ustad sayılan kurmay podpolkovnik idi. Bizə istehkam qurmaq, düşmənə qarşı ordunun yerləşdirilməsini öyrədirdi. Aradakı məsafəni qorumaqla bərabər, tələbələrinə qarşı səmimi, böyük qardaş mehribanlığı ilə davranırdı. Sadəcə dərs keçməklə kifayətlənmir, gənc kurmay namizədlərinin müxtəlif suallarını da cavablandırır, bundan xüsusi zövq alırdı. Bir Ali hərbi qüvvələrin zabitləri hərbi biliklərdən kənar məlumatlara da sahib olmalıydıq. O bizə: “Sabah hər biriniz komandan olacaqsınız, məsuliyyət daşıyacaqsınız”, – deyirdi.
Nuri bəy Birinci Dünya müharibəsi səfərbərliyində korpus ko-mandiri olmuş, lakin döyüşə girməzdən əvvəl qəza nəticəsində dünyasını dəyişmişdi. İndi Mustafa Kamalın həyatına təsir edən hadisə haqqında danışmaq istəyirəm. Podpolkovnik Nuri bəy bir gün ordunun yerləşdirilməsi dərslərində partizanlardan geniş şəkil-də söz açdı. “Partizan kimdir?” mövzusunun üzərində uzun-uzadı dayandı. Müəyyən izahlar verdi, bir müddət sonra: “Yoldaşlar, – dedi, – gerilla212 olmaq nə qədər çətindirsə, üsyanı yatırmaq da o qədər çətindir”. Yoldaşlarımız ondan bir neçə nümunə göstərməsi üçün xahiş etdilər. Mustafa Kamalsa mövzunun daha yaxşı qavranılması üçün hadisənin ölkənin hansısa yerində olmuş kimi danışılmasının mümkün olub-olmayacağını soruşdu. Yoldaşım Tevfik də onun sözlərinə dəstək verdi. Bundan sonra Nuri bəy: “Belə oldusa, o zaman Boğaza aid xəritələrinizi açın”, – deyə, əmr etdi. De-məli, müəllimimiz misalı bu qədər yaxın yerlərdə göstərmək istə-yirdi. Hamımız xəritəmizi açdıq. Əlindəki xətkeşlə Dudullu kəndinə işarə etdi: “Hesab edin ki, üsyan bu kənddə başlayıb”. Marağımız daha da artdı. Nuri bəyin sözlərinə görə, üsyan iki istiqamətdə inkişaf edirdi. Bir qol Beykoza, bir qol da Üsküdarın üzərinə hücum çəkir. Üsküdara hücum etmiş qol hökumət qüvvələri tərəfindən məğlub edilmiş və dağıdılmışdı. Lakin Beykoza qədər gəlməyi bacaranlar gecənin qaranlığından istifadə edərək qayıqlarla əvvəlcə Ortaköyə keçib, sonra da piyada şəkildə sürətlə Ortaköy təpələrinə çıxıblar. Marağımız daha da artdı. Görəsən, sonra nə olmuşdu? Bu qolun istiqaməti və məqsədi nə idi? Nuri bəy: “Problem burada həll olunmalıdır”, – dedi və bizə həll etmək üçün iki tapşırıq verdi. Bu üsyanın səbəbi nə ola bilərdi və davam etməsi hansı yolla mümkündü? Hökumət, ordu üsyanı yatırmaq üçün nə etməliydi?
Mustafa Kamal həmin an söz istədi və bu sualı verdi: “Nə üçün üsyanın Dudulluda qalxdığını deyir, başqa yer göstərmirsiniz?” Nuri bəy cavab verdi: “Manevrlə bağlı problemlərdə mümkün ol-duğu qədər real vəziyyətləri tapmağa çalışmaq lazımdır. Bu üsyan ya içəridə – daxildə, ya da xaricdə ola bilərdi”. Bir az dayandı və sonra əlavə etdi: “Nə demək istədiyimi anladınızmı?” Onun nə demək istədiyini təxminən anlamışdıq. Lakin bunun həmin an izah edilməsi mümkün deyildi. Dərsdən sonra Mustafa Kamal Nuri bəyin arxasınca getdi: “Əfəndim, bu dediyiniz partizanlar həqiqət ola bilər, elə deyilmi?” Nuri bəy özünəməxsus və hər zaman is-tifadə etdiyi “nevima”213 sözünü də əlavə edərək: “Ola bilər, – dedi. – Lakin artıq bu qədəri yetərlidir".
Bu hadisə haqqında Mustafa Kamal çox danışıb. Hətta hörmətli professor Afet İnan bu söhbəti Atatürkdən eşidərək baş verənləri ədəbi üslubda qələmə alıb. Bu yazdıqlarım yalnız yaddaşımda qalan cizgilərdir. Mustafa Kamal yerləşdirmə dərsinin ilk tətbiq məkanını Trablusqərb döyüşlərində tapdı. Mənə Toprukdan yolladığı məktubda Kurmay podpolkovnik Nuri bəyin gerilla metodlarını uğurla tətbiq etdiyini yazırdı”214.
İstər özünün, istərsə də yoldaşlarının xatirələrindən öyrəndiyimizə görə, Mustafa Kamal akademiyada mədəni fəaliyyətə çox əhəmiyyət verirdi. O, qəzet çıxarmaq işini burada Hərbiyyədən daha nizamlı şəkildə həyata keçirir, kürsüyə qalxaraq çıxışlar edir, sonra da nitqinin mətinini yoldaşları arasında yayırdı. Əli Fuad Cebesoy Akademiyadakı sinif qəzetlərilə bağlı bunları deyir: “… Fikirlərimizi Hərbi məktəbin minlərlə tələbəsinə aşılamaq üçün hələ kurmay siniflərinə keçməzdən əvvəl gizli təşkilat qurmuş, Mühittin Baha Parsın böyük qardaşı İsmayıl Haqqı (Pars), Ömər Naci və bir neçə yoldaşın da səyilə əl yazısında iki nüsxə qəzet çıxarmışdıq. Liderimiz Mustafa Kamaldı. Məsuliyyətin böyük hissəsi də onun üzərinə düşürdü. Hürriyyət yolunda fəaliyyətimizə kurmay si-niflərində də davam etdirməyə qərar vermişdik… Dərgini dərsxana-da çıxarırdıq. Sonra da gizlicə əldən-ələ ötürülməsinə çalışırdıq…
Əli Rza paşa, bəlkə də, ideal Hərbi Məktəb müdiri, dəyərli zabit deyildi. Amma etiraf etmək lazımdır ki, namuslu, vicdanlı insandı. Əgər o gün istəsəydi, adını çəkdiyim yoldaşların gələcəklərinə mane ola bilərdi. Amma əl yazısı olan dərgini görməzliyə vurdu. Dərhal Mustafa Kamalı taparaq: “Keçmiş olsun”, – dedim. Artıq dərgini yayımlamaq işinə fasilə verməliydik. Əli Rza paşadan canımızı qurtarmışdıq, amma Zülüflü İsmayıl paşadan canımızı qur-tarmağa imkan yoxdu. Başımıza hər oyunu aça bilərdi.
Sonralar, Cümhuriyyət dövründə Əli Rza paşayla Kadıköy gəmisində qarşılaşdım. Məni o dəqiqə tanıyıb yanıma gəldi. Bir qədər söhbətləşdikdən sonra Hərbi Akademiyadakı təhsil həya-tımızdan söz düşdü. Paşa bu hadisəni xatırlayırdı. “Allaha şükürlər olsun ki, – dedi, – Tanrı o gün məni yanlış qərar verməkdən qorudu. Türk milləti üçün də xeyirli oldu”. Sonra o, Ankaraya gedib Qazi ilə görüşmək istədiyini söylədi, yardım edə bilib-bilməyəcəyimi soruş-du. Bizə heç bir pislik etməmiş bu ixtiyarın, təqaüddə olan zabitin arzusunu yerinə yetirdim. Deyəsən, 1933-cü il idi. Ankaraya gəl-di. Qazi tərəfindən böyük hörmətlə qəbul edildi”215.
General Asım Gündüz öz xatirələrində Hərbi Akademiyanın si-niflərində Atatürkün yoldaşları qarşısında konfranslarda olduğu kimi çıxışlar etdiyini bildirir, bu çıxış mətnlərinin bəzilərini də təqdim edir. Başqa mənbədə verilməmiş, ilk dəfə Asım Gündüzün təqdimatında açıqlanmış bu mətnlər tarixi əhəmiyyət daşımaqla bərabər, Atatürkün mədəni, fəlsəfi cəhətdən dəyərləndirilməsi baxımından da çox dəyərli sənədlərdir. Bu çıxış mətnlərinin bəzi əhəmiyyətli hissələrini biz də qeyd edirik:
“Hərbi Akademiyada hər cümə axşamı bir sinifdə toplanır, qa-pılar bağlandıqdan sonra Mustafa Kamal kürsüyə çıxır, eynilə kon-fransçı kimi Parisdən gələn türkcə, fransızca qəzetlərdən öyrən-diklərini bizə danışırdı. O zamana qədər: “Padşahım, çox yaşa”, – deməkdən başqa nəsə bilməyən bizə Mustafa Kamalın danışdıqları çox maraqlı görünürdü. Belə çıxışlardan birində təxminən bu sözləri demişdi: “Altı yüz il əvvəl Anadoluda yaranan Osmanlı imperatorluğu 350 ildə Vyana qapılarına qədər irəlilədi. Amma sonra imperatorluğun dayağı olan mənəvi faktorlar zəiflədiyi üçün yavaş-yavaş Vyana, Budapeşt, Belqrad əldən çıxdı. Artıq bir ovuc Rumeli torpağına sığınmışıq. Əlimizdə qalan kiçik torpaq parçasını da ruslar, avstryalılar almaq istəyirlər. Rusların məqsədi Balkanları öz irqlərindən saydıqları bolqarlara, serblərə peşkəş etməkdir. Tarixdə inqilablar əvvəlcə ziyalı insanların beynində – fikir halında yaranıb, zaman keçdikdən sonra toplumu təsiri altına salıb. Dünənki vilayətimiz olan Bolqarıstanın milli şairi var. Şeirlərilə davamlı olaraq bolqarları qurtuluş hərəkatına, miskinlikdən xilas olmağa çağırırdı. Millətinə, tarixinə aşiq olan bu sənətkar qısa zaman içərisində kütləyə hakim olub, şeirləri xalq arasında dildən-dilə dolaşmağa başlayıb, yüz illərdir, bizim çobanımız olan bolqarlar onun göstərdiyi yolla gedərək istiqlallarına qovuşublar. Bəlkə də bir müddət sonra bizdən başqa yurd torpaqlarını da istəyəcək və alacaqlar. Serblərin də kor milli şairi var. O da eyni yolla gedərək millətinə milli duyğuları, istiqlal fikrini aşılayıb. Şeirlərində miloş kaploviçlərdən, Sultan Muraddan bəhs edərək millilik fikrini toplumun hafizəsinə yeridib. Onun bir şeirində Sultan Muradın bu sözləri verilir: xristianlara zülm etməyin… Zülm və istibdad səltənət və hakimiyyəti parçalar. O öz şeirlərində istiqlal fikrini işləyir və bunu müdafiə edərkən həqiqətləri də gizlətməmək yetkinliyini göstərir. Yunanların da belə bir milli şairləri var. O da illər boyu öz şeirlərilə qədim yunan mədəniyyətini anladaraq xalqına güc qazandırmaq, azadlıq üçün birlik, bərabərlik şərtini təlqin etmək istəyib. Bütün millətlərin belə çırpınan, millətini oyandırmaq istəyən milli şairləri, ziyalıları var. Başqa millətlərin şairləri, ziyalıları bu cür çalışıb millətini oyadarkən bizim mütəfəkkirlərimiz haradadırlar? Bizim bir Namiq Kamalımız var. O, türk millətinin yüz illərdən bəri gözlədiyi səsi verdi. Yoldaşlar! Bizim üzərimizə böyük vəzifə düşür. Sabah getdiyimiz hər yerdə millətimizi yetişdirmək üçün zabitlərimizin müəllimi olacağıq. Ziyalı gənclərlə yoldaşlıq edərək onları bu istiqamətə sövq edəcəyik. Vətənimizi və imperatorluğu böyük təhlükələrin gözlədiyini yadımızdan çıxarmamalıyıq”.
Heç unutmaram, bir dəfə qapıda pusquda duran yoldaş həyəcanla növbətçi zabitin gəldiyini işarə etdi. Mustafa Kamal da kədərli və hirsli şəkildə kürsüdən aşağı düşmək məcburiyyətində qaldı. O zaman Hərbi Akademiyanın ya iki, ya da üçüncü sinfində oxuyurduq. Mustafa Kamal Selanikdən – anasının yanından qayıtmışdı. Çox kədərliydi. Onsuz da Selanikdən hər qayıdışında onu bu cür kədərli görməyə alışmışdıq. Tətil səbəbindən Selanikdə olduğu müddətdə fransız məktəbinin dil kurslarına qatıldığını söyləmişdim. Kurs müəllimi, keşiş həm ona dərs verir, həm də “Fiqaro” qəzetindən Osmanlı imperatorluğu ilə bağlı xəbər və məqalələri ona oxuyurdu. Bütün bu nəşrlər Osmanlı İmperatorluğunun çökmək üzrə olduğunu göstərirdi. Kədərli olmasının səbəbi məhz bu idi. Cümə axşamı bu kədərlə kürsüyə çıxan Mustafa Kamal belə bir çıxış etdi: “Yoldaşlar, kədərlənərək sizə demək məcburiyyətindəyəm ki, Osmanlı İmperatorluğunun özülləri Avropa hissəsində əməlli-başlı sarsılıb. Rumelidə serb, yunan və bolqar komitəçilərini bəsləyən ruslar babalarımızın öz qanları bahasına aldıqları bu türk yurdunu bizdən qoparmaq fikrindədirlər. Bu bölgədə orduların başında olan komandanlar acizlik göstərirlər. Avropalıların “Qızıl Sultan” adını verdikləri padşah Əbdülhəmid isə orduya baxa bilmir. Öyrəndim ki, aylardan bəri maaş almayan zabitlər var. Orduda təlim-tərbiyə yoxdur. Bu əsrdə belə hökmdarı olan dövləti yaşamağa qoymazlar…”
Atatürk qorxu nədir bilməyən cəngavər kimi görünürdü. Bütün sinif bu məsələdə ona heyrandıq. Tarix haqqında oxumaq onun ən böyük həvəsi, ehtirasıydı. Fransız dilini də bunun üçün çox yaxşı öyrənmək istəyirdi. Çünki Osmanlı tarixini fransız dilində olan əsər-lərdən oxuyurdu. Səbəb olduqları qanlı hadisələrə görə Osman-oğulları ailəsini heç sevməzdi”.
Yenə də bir nitqində belə söyləmişdi: “Hanı Fateh, Yıldırım, Qanuni, Üçüncü Səlim kimi hökmdarlar? Son dövr Osmanlı padşah-ları elə hey cahil və zavallı insanlar olublar. Özləri cahil olduqları üçün də məmləkətə nizam verə, millətə xidmət edə biləcək vəzirlərə qarşı qətiyyən dözümlü ola bilməyiblər, beləcə, məmləkəti bu hala sürükləyiblər. Əbdülməcid Mustafa Rəşid paşadan, Əbdüləziz Əli və Fuad paşalardan, Əbdülhamid Mithat paşadan, Hüseyn Avni paşadan daima qorxub. Çətin zamanlarda onları baş vəzirliyə layiq görüb, təhlükə aradan qaldırıldıqdan sonra Mahmud Nədim kimi yaltaqları, oğru və uğursuzları iş başına gətiriblər. Bunu yaxşı bilək ki, Mithat paşa sağ olsaydı, Hüseyn Avni paşa öldürülməsəydi, nə ordumuz, nə də donanmamız bugünkü hala düşərdi. Ağdənizdə ikinci olan donanmamız hər halda Qaradənizdə ruslara dərsini verəcək, 1877–1878-ci il səfərində Ayastefanosa qədər geri çəkilmək məcburiyyətində qalmayacaqdıq. Türk-yunan müharibəsində bu donanmanı Halicdən çıxmayacaq hala gətirmək günah deyilmi? Millət padşahından nə üçün hesab sormamalıdır ki? Xəyanət olan bu hərəkətləri edən insanı fatehlərin, yavuzların nəvəsi kimi qəbul etmək mümkündürmü?"216.
III BÖLÜM
MUSTAFA KAMALIN KARYERASI
I. Mustafa Kamalın II Məşrutiyyənin elanından əvvəlki hərbi əsgəri fəaliyyəti
“İttihad və tərəqqi” ilə əlaqəsi217
1876-cı ildən elan edilən “Qanuni-əsasinin”218 yenidən qüvvəyə minməsi Osmanlı dövlətinin öz orqanizmində qoruyub saxladığı, müxtəlif millətlərin təmsil ediləcəyi məşrutə idarəçilik sistemi ziya-lıların ortaq qənaətiydi. Lakin bu yeni quruluşun dövləti gücləndirəcək konkret proqramının olmaması məşrutə idarəçiliyinə “hər şeyi həll edəcək sehrbaz dəyənəyi” kimi baxılmasına səbəb olurdu.
Ziyalılar arasında Şahzadə Səbahəddin kimi “yerində idarəçili-yi” müdafiə edən, müəyyən anlamda radikal xarakterizə edilə bilə-cək liberal sistemin gəlməsinin lazım olduğunu düşünənlərə qarşılıq böyük əksəriyyət mühafizəkar münasibətdəydi. Bu fərqliliyə baxmayaraq ziyalılarda Sultan Əbdülhəmidin “istibdad” adlandı-rılan idarəçiliyinin aradan qaldırılması, bəzi hüquqlarının saxlanıl-ması, dövlətin bütün ünsürlərinin bərabər olacağı təqdirdə böhran vəziyyətinin aradan qalxacağı düşüncəsi vardə.
Osmanlı ziyalılarının dövlətin içində olduğu sosial, siyasi, iq-tisadi problemlərin dərinliyindən, demək olar ki, bixəbər olduqları söylənilə bilər. Çünki “Gənc türklər” hərəkatı, əsasən, radikallıqdan məhrum, daha çox romantik quruluşu ifadə edirdi. Tarık Zəfər Tunayanın da ifadə etdiyi kimi, onların əsas ideyası “Bu dövlət necə azad olar?” sualına axtarılan cavablarla formalaşmaqdaydı. İstə-dikləri, sadəcə, məşruti, konstitusiyalı sistemin hakimiyyətə gəlməsi, padşahlıq hakimiyyətinin davam etdirilməsiydi. Ortada səltənəti aradan qaldırmaq kimi fikir yoxdu və ya, ən azından, belə ifadə edilməmişdi.
Məşruti idarəçiliyin həyata keçirilməsi üçün dövlətin müxtəlif ərazilərində, xüsusilə də Balkanlarda gizli dərnək və cəmiyyətlər qu-rulmuşdu. Balkanların Avropaya yaxın olması buranın Avropadan gələn fikirlərdən ilk təsirlənən bölgə olmasını təmin edirdi. Bundan başqa, fərqli millətlərdən meydana gələn Balkanlar “Avropanın iştahını artıran ərazi” mövqeyinə də sahibdi. Bu səbəbdən də Os-manlı dövlətindən ayrılmaq fikrini, fəaliyyətini dəstəkləyən bu vəziyyət bölgənin mövqeyini fövqəladə dərəcədə həssas hala gətir-mişdi.
Bölgədə, sadəcə, türk ünsürlər dövlətə bağlı qalmaq istəyirdi. Bu isə xaosun bitməsi, yeni dövlətin necə qurulacağı məsələsində fərqli fikirlərin ortaya çıxması, bu istiqamətdə təşkilatlanma işinin aparılması üçün münbit mühit yaradırdı. Bu məqsədlə müxtəlif dərnək və cəmiyyətlər də meydana çıxmışdı. Bundan başqa, bölgənin davamlı olaraq Avropa dövlətlərinin nəzarəti altında olması dövlət nüfuzunun tam mənası ilə tətbiq edilməsini çətin-ləşdirdiyindən digər bölgələrlə müqayisədə daha sərbəst quruluşa sahibdi.
Selanikdə doğulub bu cür şərtlər altında böyüyən Mustafa Ka-malın da bir türk olaraq dövlətin düşdüyü vəziyyətə laqeyd qal-ması mümkün deyildi. Hələ hərbi lisey illərində Namiq Kamal kimi ziyalıların əsərlərilə özünü inkişaf etdirməyə çalışan Atatürk xarici nəşrləri izləmək üçün fransız dili ilə bağlı biliklərini artırıb.
Mustafa Kamal hələ Hərbi məktəb zamanında siyasətlə məşğul olmağa başlayıb. Hürriyyətçi fikirləri Hərbi məktəbin tələbələrinə aşılamaq üçün İsmayıl Haqqı, Ömər Naci, Əli Fuad (Cebesoy) kimi bəzi yoldaşlarıyla birlikdə əlyazma dərgi çıxarırdı. Əli Fuad xatirələrində qrupun liderinin Mustafa Kamal olduğunu söyləyir. Amma bəlli ki, qrupun fəaliyyəti haqqında qısa müddət sonra rəhbərliyə xəbər verilmiş, dərslərin birində Təhsil naziri Əli Rza paşa tərəfindən tələbələr “iş üstündə” tutulmuşdular. Lakin daha sonra elə Əli Rza paşanın təşəbbüsüylə cəza çəkməkdən xilas ola bilmişdilər219.
Mənbələrdə Mustafa Kamalın Hərbi Akademiyada başqa “hadisə”yə də tuş gəldiyi qeyd edilir. Belə ki, o, akademiyanı bitirər-bitirməz həbsə salınıb. Mustafa Kamalın Hərbi Akademiyadan məzun olduğu tarix 11 yanvar 1905-ci ildir220. Həbs olunma məsələsinin də bu tarixdən sonra baş verdiyi söylənilə bilər.
Mustafa Kamal məzun olduqdan sonra təyin ediləcəyi ordunun bilinəcəyi tarixə qədər bir neçə yoldaşıyla birlikdə yaşamaq üçün ev tutmuşdu. Bu evdə bəzi yığıncaqlar, müzakirələr aparılırdı. Lakin yenə də bu fəaliyyətləri haqqında lazımi yerlərə məlumat verildi. Onları komitə qurmaq və II Əbdülhəmidə sui-qəsd hazırlamaqda günahlandırırdılar. Hərbi fəaliyyətdən uzaqlaşdırılmaları, hətta sür-günə belə göndərilmələri müzakirə mövzusuna çevrildi. Lakin yal-nız “töhmət cəzası” alaraq bir ay həbsdə saxlanıldıqdan sonra azadlığa buraxıldılar221. Amma eyni zamanda da onların təyinat-larının “məmləkətlərinə asanlıqla gedə bilməyəcəkləri yerə sürgün edilmə” qərarı çıxdığı üçün II və III ordu əvəzinə Ərzurumdakı IV Ordu və Şamdakı V Orduya verildi. Mustafa Kamal, Əli Fuad və Müfit (Özdeş) Şama göndərildilər222.
Onu da qeyd etmək mütləqdir ki, Mustafa Kamal Şam şəhərinə rejimə qarşı münasibətinə görə davamlı olaraq nəzarətdə saxlanıl-ması qeydilə göndərilmişdi223.
Beşinci Ordunun əmrindəki 30-cu süvari alayına sürgün edilən Mustafa Kamal öz qismətilə razılaşmışdı. “Olsun”, – demişdi, – “biz səhraya gedər və orada yeni dövlət qurarıq”.
Beləliklə, onlar gəmi ilə yola çıxır, təxminən iki ay sonra Beyrut limanına yetişirlər.
Beləcə, Mustafa Kamal zabitlik peşəsinin ilk mərhələsinə qədəm qoymuş olur. Əslində, bu vəzifə Mustafa Kamala imperatorluğun içində olduğu acınacaqlı vəziyyəti yaxından görməsi üçün böyük fürsət vermişdi. Yüzbaşı kimi başlıca vəzifəsi modern hərbi məktəblərdə gördüyü təhsili bu cür təhsil, təlim almamış zabitlərə öyrətmək, ordunun bölgədəki dürziləri224 yoxlama prosesinə qatılmaqdı. Mustafa Kamal burada vəzifəsinin ilk qisminə ciddiy-yətlə başlamış, işinin öhdəsindən asanlıqla gəlmişdi.
Mustafa Kamalın II Əbdülhəmid rejiminə qarşı fəaliyyəti Şamda daha aydın şəkildə ortaya çıxıb. Belə ki, bu tarixə qədər o heç bir cəmiyyətə üzv olmayıb. Şama getdikdən sonra isə ordu ko-mandanlarından Lütfi bəyin vasitəçiliyilə Mustafa (Cantəkin) adlı tacirlə tanış olur225. Bu adam 1900-cü ildə İstanbulda – Hərbi Tibbi məktəbinin tələbəsiykən rejimə qarşı münasibəti və fəaliyyətinə görə həbsə salınıb, üç il kalabentliyə226 məhkum olunub, sonra da Şama sürgün edilib. Amma doktor Mustafa öz fəaliyyətini burada da davam etdirib.
Bu ərəfədə albay Lütfi, doktor Yusif, əczaçı Rəşid Tahsin, baytar Mehmet, kimyaçı Hüseyn, Kazım bəy və tacirlərdən Mahmud bəylə “Vətən və hürriyyət” adlı cəmiyyət qurub227. Mustafa Kamal bu cəmiyyətə 1905-ci ilin iyun-oktyabr ayları arasında öz yoldaşı Müfit ilə bərabər qatılıb228. Cəmiyyətə rəhbərlik edən Lütfi bəy daha sonra fəaliyyətdən geri çəkilərək qrupdan ayrılıb. “Qiyamçı”, gizli “Vətən və hürriyyət” cəmiyyətinin liderliyi isə Mustafa Kamala keçib229.
Mustafa Kamalın qatılmasıyla cəmiyyət aktiv hala gəlib və fəaliyyətini genişləndirib. Burada gizli işə başlayan Mustafa Kamal Paşa təşkilatını digər Suriya vilayətlərində də yaymağa səy göstərib. Lübnan və Fələstinə etdiyi rəsmi ziyarətlər əsnasında Qüds, Yafa və Beyrutda cəmiyyətin şöbələrini təşkil edib230.
Ancaq o dövrdə Suriya bu cür fəaliyyətlərin asanlıqla aparıla bi-ləcəyi yer deyildi. Bununla müqayisədə Makedoniya (Rumeli) azadlıq fikirlərinin asanlıqla yayıldığı, özünə tərəfdar tapdığı bölgə kimi qəbul edilə bilərdi. Çünki II Əbdülhəmid dövründə hərbi məktəbləri bitirmiş gənc zabitlər arası kəsilmədən məhz bu bölgəyə göndərilirdilər. Burada Avropayla təmas çox asan olduğundan gənc zabitlər hürriyyət, məşrutiyyə, milliyyətçilik kimi fikirlərdən daha çox təsirlənirdilər. Mustafa Kamal da bunun fərqindəydi və təşkila-tını genişləndirmək üçün Rumelinə getmək lazım gəldiyini düşünürdü231.
Həqiqətən, geridə qalmış Suriyanın bu cür siyasi fəaliyyətlərin inkişafına uyğun olmadığı açıq-aşkar görünürdü. Mustafa Kamal Paşanı Selanikə çəkən başqa səbəb də keçmişinin bu bölgəylə bağlılığı və fəaliyyətləri üçün lazım olan dəstəyi Selanikdə tapa biləcəyinə ümid etməsiydi.
Xidmət etdiyi bölgədən uzaqlaşması qadağan edilmiş olsa da, Mustafa Kamal qaçaq yollarla Selanikə getdi. Çox güman, 1906-cı ilin yanvarında İsgəndəriyyə və Pirə üzərindən gizlicə Selanikə keçən Mustafa Kamal burada 1906-cı il fevral-may tarixlərində düz dörd ay qaldı. Sonra Selanikdə dörd aylıq xəstəlik kağızı almağa müyəssər oldu və “Vətən və hürriyyət” cəmiyyətinin bir şöbəsini aç-maq üçün müəyyən işlər gördü. Nəhayət, Hərbiyyədən sinif yoldaşı Haqqı Baha (Pars), Hüsrev Sami (Kızıldoğan), Selanikdəki Hərbi məktəbin müdiri Bursalı Mehmed Tahir, Selanikdəki Müəllim mək-təbinin müdiri İsmayıl Mahirlə birlikdə əsas məqsədi 1876-cı il Konstitusiyasını təkrar qüvvəyə mindirilməsi olan cəmiyyətin Sela-nik şöbəsini qurdu232. Husrev Sami Kızıldoğan “Bülleten”də çıxan məqaləsində Mehmed Tahir və İsmayıl Mahir haqqında heç danış-masa da, onların əvəzinə Mustafa Nəcib haqqında geniş söz açmış-dır.
Mustafa Nəcib Babiali basqını ərəfəsində ölən zabitdir233. Afət İnan isə məqaləsində Mustafa Nəcib haqqında heç nə yazmayıb234. Şübhəsiz, Mustafa Kamal Paşa Selanikdə bu cəmiyyətin qurulmasında öncül şəxsdi. Onun Akabe Hərəkatı səbəbindən Suriyaya dönmək məcburiyyətində qalması Selanik şöbəsinin inkişafdan qalmasına, bütün işlərin başlı-başına buraxılmasına səbəb oldu.
Cəmiyyətin Selanik şöbəsinin açılışında Mustafa Kamal belə nitq söyləyib: “Yoldaşlar! Bu gecə sizi bura toplamaqda məqsədim var. Məmləkətin yaşadığı dəhşətllər haqqında sizə danışmağa ehtiyac görmürəm, buna hamınız şahidsiniz. Bədbəxt məmləkətin qarşısında bizim mühüm vəzifələrimiz var. Onu xilas etmək yeganə məqsədimizdir. Bu gün Makedoniyanı, bütün Rumeli qitəsini vətənimizdən ayırmaq istəyirlər. Həqiqətən də məmləkətə əcnəbi nüfuzu və hakimiyyəti qismən girə bilibişdir. Padşah zövq və səltənətinə uğrunda hər alçaqlığı qəbul edəcək mənfur insandır. Millət zülm, istibdad altında məhv olur. Hürriyyət olmayan məmləkətdə ölüm və çöküş var. Hər tərəqqinin, qurtuluşun anası hürriyyətdir. Tarix bu gün biz övladlarının çiyinlərinə bəzi böyük vəzifələr qoyub. Suriyada cəmiyyət yaratdım. Despotizmlə mübarizəyə başladıq. Buraya da bu cəmiyyətin əsasını qoymağa gəldim. Hələlik gizli çalışmaq, təşkilatı formalaşdırmaq lazımdır. Sizdən fədakarlıq gözləyirəm. Məhvedici istibdada qarşı ancaq qiyamla cavab vermək, köhnəlmiş, çürük üsul-idarəni yıxmaq, milləti hakimiyyətə gətirmək, bir sözlə, vətəni qurtarmaq üçün sizi birlikdə mübarizəyə dəvət edirəm”235.
Beləliklə, Mustafa Kamal Selanikdə cəmiyyətin şöbəsini yaratmağa müyəssər olmuş, lakin qısa müddət sonra oradan getmək məcburiyyətində qalmışdı. Çünki onun Selanikdə olduğunu İstan-bulda öyrənənlər vardı. Artıq məsələni araşdırmağa başlamışdılar.
Mustafa Kamalın fəaliyyəti haqqında İstanbulun tələb etdiyi xəstəlik kağızında aylardır Akabe bölgəsində olduğu yazılırdı. Selanikdəki Mustafanınsa başqa zabit ola biləcəyi qeyd edilirdi.
Bu hadisələrdən sonra Mustafa Kamal 1906-cı ilin mayında Suriyaya qayıtmış236, beləcə, başladığı iş yarımçıq qalmışdı. Mustafa Kamal Paşanın Şama qayıtmasından sonra “Vətən və hürriyyət” cəmiyyəti 1907-ci ilin martında Tələt paşa qrupunun hakimiyyətindəki “Osmanlı hürriyyət cəmiyyəti”nə (OHC) qatıldı. Suriyada olan Mustafa Kamalsa bu birləşmədən xəbər tutmamışdı. “Osmanlı hürriyyət cəmiyyəti” isə 1907-ci ilin sentyabrında Əhməd Rızanın liderliyindəki “İttihad və tərəqqi” cəmiyyəti (İTC) ilə birləşmək qərarı verib237.
“Vətən və hürriyyət” cəmiyyəti Selanikdə qurulmuş bu cür cəmiyyətlərin ilkiydi. Çünki 1906-cı ilin mayında və ya bir az daha əvvəl açılmış olan bu şöbənin fəaliyyətə başladığı ərəfədə, hələ ki, “Osmanlı hürriyyət cəmiyyəti” qurulmamışdı. Cəmiyyətin qurulma tarixi 1906-cı ilin sentyabrıdır238. Bu cəmiyyətin Selanik şöbəsinin qurucusunun da Mustafa Kamal olduğu dəqiqdir.
Mustafa Kamalın müxtəlif zamanlarda dərc olunmuş xatirələ-rindən başqa, bunu iki mənbə də təsdiqləyir. Birincisi, 1913-cü ildə yazılmış məqalədir. Məqalənin müəllifi Osmanlı ordusunda xidmət etmiş alman generallarından biri – İmhoffdur. Mustafa Kamal tanınmış şəxsiyyət olmazdan xeyli əvvəl yazılmış məqalədə Şamda ilk hərbi təşkilatın Hacı Mustafa adlı biri tərəfindən qurulduğu, daha sonra Mustafa Kamalın Selanikdə onun şöbəsini açdığı qeyd edilir239.
İkinci mənbə isə 1912-ci ildə dərc olunmuş dərslikdir. Bu kitabı Faiq Rəşid Unat təsadüfən əldə edib. Kitabın adı “Yeni üsul təlimi qiraət”dir. Kitabın beşinci cildində “İttihad və tərəqqi”dən bəhs edilir. 1889-cu ildə qurulan “İttihad və tərəqqi” cəmiyyəti haqqında danışıldıqdan sonra belə qeyd edilir: “… Beşinci Ordudan Üçüncü Orduya nəql edilən bir ali hərbiyyə zabiti tibb məktəbini bitirmiş və Şamda ticarətlə məşğul olan biri ilə görüşərək azadlıq cəmiyyətinin təşkil edilməsinə qərar vermişdi. Sonra Selanikdə bu cəmiyyətə şöbə yaradılmasına çalışdılar. O, sinif yoldaşlarından bəzilərilə, indi yüksək mövqe tutan ali zatlarla görüşdü. Nəhayət, bu cəmiyyətin əsasını qoydular. Nəzərdə tutulan yolun uğur qazanması şübhə doğururdu. Təəssüf ki, bu cəmiyyət uğurlu olmadı, elə rüşeym halında da qaldı. Aradan xeyli müddət keçdi. Makedoniya məsələsi, alovlanmış dövlətlərin müdaxiləsi məmləkətimizi müşkül vəziyyətə saldı. Mürsteg Proqramı (Böyük güclər öz aralarında olan mənfəət mübarizələrinə görə, Makedoniyada Türkiyə əleyhinə sərhəd dəyişilməsinin tərəfdar deyildilər. Ancaq bu vəziyyətə maraq göstərmədən qala bilməyəcəkləri də açıq-aşkar görünürdü. Böyük güclərin ortaya qoya bildikləri ilk ciddi reform layihəsi 1903-cü ilin sentyabrının sonlarında Avstriya-Macarıstan imperatoru Frans Jozef ilə rus çarı II Nikolay arasında Frans Josefin Vyana yaxınlarında Mürztegdəki ov köşkündə baş tutan görüşdən sonra meydana çıxan reform proqramı oldu. Yadelli qüvvələrin İstanbuldakı elçilərinin vasitəçiliyilə 3 oktyabr 1903-cü ildə türk hakimiyyətinə çatdırılan notaya görə, reformun tətbiqinə nəzarət üçün “ümumi müfəttiş” qismində Hüseyn Hilmi paşaya vəzifə verilməsi tələb edilirdi. Onun tabeliyinə Avstriya-Macarıstandan və Rusiyadan bir neçə mülkü məmur veriləcəkdi. “Mürzteg proqramı” kimi tanınan bu layihəyə görə, Makedoniyaya ölkələrarası jandarma qüvvələri yeridiləcək və bu qüvvələri yadelli general idarə edəcəkdi. Qiyam qaldıranların günahlarını araşdırmaq üçün xristian və müsəlmanlardan ibarət qarışıq komissiyalar qurulacaqdı. Türkiyə evlərini məcburi tərk etmiş xristianların geri qayıtmasını, inqilab zamanı uğradıqları zərər və ziyanların təzminatını, əsgərlərin dağıtdığı ev, kilsə, o cümlədən, məktəblərin yenidən inşasını təmin edəcək) vətəni qorumaq istəyənləri ciddiyyətlə çalışmağa sövq etdi. Bundan sonra əvvəlki “Hürriyyət cəmiyyəti” üzvlərindən olan bir neçə adam tanış olaraq, görüşərək əsaslı təşkilat yaratmağa qərar verdilər. Uzun-uzadı müzakirələrdən sonra mərkəzi Selanikdə olmaqla “Osmanlı hürriyyət cəmiyyəti”nin əsasını qoydular”240.
Bu kitabda haqqında danışılan hadisələrlə Mustafa Kamalın Afət İnana haqqında danışdığı və bülletendə dərc olunan xatirələ-rində yer alan hadisələr üst-üstə düşür. Beləliklə, Osmanlı Hürriyyət Cəmiyyətinin ilk təməlini qoyan adamın Mustafa Kamal olduğu də-qiq faktdır. Lakin onun II Məşrutiyyənin hazırlayıcısı olduğunu id-dia etmək bir qədər mübaliğə olardı. Çünki o, “Vətən və hürriyyət” cəmiyyətinin Selanik şöbəsini qurub Suriyaya qayıtdıqdan sonra bu şöbə dağılıb.
Daha sonra “İttihad və tərəqqi”yə çevriləcək olan “Osmanlı hürriyyət cəmiyyəti” isə Mustafa Kamal Suriyaya qayıtdıqdan bir neçə ay sonra – 1906-cı ilin sentyabr ayında yaradılıb. Bu cə-miyyətin qurucuları Bursalı Tahir, Naki, Tələt, Mithat Şükrü, Rahmi, Ömər Naci, Kazım Nami, İsmayıl Canpolad, Haqqı Baha, Edip Sər-vətdi241. Diqqət edilərsə, Bursalı Tahir, Ömər Naci, Haqqı Baha “Vətən və hürriyyət” cəmiyyətinin də üzvləriydilər. Yəni “Osmanlı hürriyyət cəmiyyəti”“Vətən və hürriyyət” cəmiyyətinin atdığı tə-məllər üzərində qurulub.
Fəthi Dəvətoğlu “Ömər Naci” adlı əsərində zamanla bağlı səhvə yol verərək “Osmanlı hürriyyət cəmiyyəti”nin “Vətən və hürriy-yət”in Selanik şöbəsindən daha əvvəl açıldığını söyləyib242. Mustafa Kamal “Vətən və hürriyyət” cəmiyyətinə 1905-ci ilin iyun ayından sonra qatılmış olmalıdır (və ya cəmiyyəti bu tarixdə qurub). Çünki onunla doktor Mustafanı tanış edən Lütfi bəy ilə onlar dürzilərə qarşı hərəkatda qarşılaşmışdılar243. Atatürkün Hərb Tarixi İdarəsinin Baş qərargahı tərəfindən verilən əsgərlik bioqrafiyasında “11 mart 1905-ci ildə Havran və Kuneytara bölgələrindəki dürzilərin hökumət qanununa qarşı çıxmalarını təcrübə keçdiyi süvari alayı ilə birlikdə bu hərəkata qatıldığı” qeyd edilir244. Dolayısıyla Mustafa Kamalın Doktor Mustafa ilə qarşılaşması, “Vətən və hürriyyət” cəmiyyətinə qatılması 1905-ci ilin mart ayından sonra olmalıdır. 1906-cı ilin oktyabr ayında olması mümkün deyil. Mustafa Kamal cəmiyyətin Selanik şöbəsini qurmaq üçün bu şəhərə, çox güman, 1905-ci ilin sonunda və ya 1906-cı ilin əvvəllərində gedib. Çünki Suriyaya qayıtmaq məcburiyyətində qaldığı zaman Akabe hərəkatına qatılıb. Akabe hərəkatı isə 1905-ci ilin dekabr ayı ilə 1906-cı ilin oktyabr ayı aralarında olub 245. Bundan başqa, onun Selanikdən qayıtdıqdan bir-iki ay sonra çəkdirdiyi fotoşəkil var. Bu da 1906-cı ilin 15 iyul (2 iyul, 1322) tarixinə aiddir246. Bu fotoşəklin Mustafa Kamalın Selanikdən qayıtdıqdan iki ay sonra çəkildiyini düşünsək, dönüşün may ayında olduğunu qəbul etmiş olarıq. Həmçinin, Selanikdə ən çoxu dörd ay qaldığını bilirik. Çünki dörd aylıq xəstəlik kağızı almışdı. Bu da onu göstərir ki, Mustafa Kamal 1906-cı ilin fevral ayında Selanikə gedib. “Vətən və hürriyyət” cəmiyyətinin Selanik şöbəsinin açılış tarixi də 1906-cı ilin fevral-may tarixləri arasındadır. Halbuki dəqiq olaraq bilinir ki, “Osmanlı hürriyyət cəmiyyəti” 1906-cı ilin sentyabr ayında qurulub. Bu xronoloji ardıcıllığa görə, “Vətən və hürriyyət” cəmiyyətinin Selanik şöbəsi Osmanlı və Hürriyyət Cəmiyyətindən dörd-beş ay əvvəl açılıb.
Mustafa Kamal “Osmanlı hürriyət cəmiyyəti”nin qurucuları arasında yer almamaqla bərabər, yuxarıda da ifadə etdiyimiz kimi, bu cəmiyyətin Selanikdə qurulmasına zəmin hazırlayacaq fəaliyyətlə məşğul olub. Bu səbəbdən cəmiyyətə rəsmən üzv olması çox-çox sonrakı tarixdə gerçəkləşib. O da daxil olmaqla “Vətən və hürriyyət”cəmiyyətinə üzvü olanlar II Məşrutiyyənin elanından sonra yüksək mövqelərə gələ bilməmişdilər.
Əhməd Bedavi Kuran 6 avqust 1906-cı il tarixli məktub ya-yımlayıb. Bu məktub Parisdən Selanikə göndərilib. Kuran məktubun Hatib Naci (Ömər Naci) və ya Husrev bəyə (Hüsrev Sami Kızıldoğan) yazıldığını bildirir. Bu məktubda mərkəzi Parisdə olan “İttihad və tərəqqi”cəmiyyətinin Selanikdə şöbəsinin qurulması istənir247. Dolayısı ilə bu tarixdə, hələ ki, “İttihad də tərəqqi”nin Selanikdə şöbəsi yox idi. Heç “Osmanlı hürriyyət cəmiyyəti” də qurulmamışdı.
Maraqlı olan məsələ məktubun “Vətən və hürriyyət” cəmiy-yətinin üzvlərinə göndərilməsidir. Bu da onu göstərir ki, Parisdəki “İttihad və tərəqqi”nin “Vətən və hürriyyət” cəmiyyətindən, dola-yısı ilə də Mustafa Kamalın fəaliyyətindən xəbərinin olması mütləq-dir.
Mustafa Kamal Paşanın siyasi və fikri fəaliyyətlərinin nəticə-sində istər Şamda, istərsə də Selanikdə qurulan gizli təşkilat olan “Vətən və hürriyyət” cəmiyyəti daha sonrakı dövrlərdə fəaliyyət göstərməyib. Ancaq bu fəaliyyətlər, xüsusilə, Selanikdə “Jön Türk”248 idealları istiqamətində ortaya çıxan yeni işlər üçün zəmin hazırlayıb.
“Vətən və hürriyyət” cəmiyyətindən sonra Selanikdə 1906-cı ilin sentyabrında qurulan “Osmanlı hürriyyət cəmiyyəti” Mustafa Ka-malın gerçəkləşdirdiyi çıxışın davamı xüsusiyyətində, lakin daha qalıcı və təsirli uzanmasından başqa nəsə deyil. Bu hərəkat 1908-ci il məşrutiyyəsinin elanında əsas təsiri olan qüvvə kimi çıxış edəcək.
“Osmanlı hürriyyət cəmiyyəti”, xüsusilə, Rumelindəki ordular arasında sürətlə özünə tərəfdar toplamağa başladı. 1907-ci ilin mart-ında Tələt və cəmiyyətin digər irəlidə gedənlərinin istəyilə Hüsrav Sami Bəylə Ömər Naci bəy Parisə getdilər. Onların vəzifəsi ölkədən xaricdəki müxalifətçilərdən Əhməd Rıza və Prens Səbahəddinlə əlaqə qurub “Osmanlı hürriyyət cəmiyyəti”nə yaxın olanlarla bir-ləşmənin yollarını aramaq, buna da müyəssər olmasalar, orada mətbu nəşr dərc etdirməkdi. Əhməd Rızanın “İttihad və tərəqqi” cəmiyyəti ilə yaxınlaşması məhz bu ərəfədə təşkil edildi249. Doktor Nazım Parisdən Selanikə göndərildi. 27 sentyabr 1907-ci ildə iki təşkilat birləşdi. Cəmiyyətin adı “Osmanlı tərəqqi və ittihad cəmiyyəti” oldu250.
Mustafa Kamalın Selanikə gedişi də bu dövrə təsadüf edir. Sürgün cəzasının aradan qaldırılması üçün yetərincə ağıllı, təmkinli hərəkət etməyə başlamışdı. O, 20 iyun 1907-ci ildə “kolağası”251 rütbəsinə yüksəldi. 1907-ci ilin payızında, fikirləşdiyi kimi, Rumelindəki Üçüncü Orduya təyin edildi. Müxtəlif yoldaşlarını vasitəçi kimi araya salaraq təyininin Üçüncü Orduya verilməsinə nail ola bildi. Bu təyin 16 sentyabr 1907-ci ildə baş tutdu. Təyin edildiyi Üçüncü Ordunun mərkəzinin Monastırda olmasına baxmayaraq Mustafa Kamal Selanikdə qalmağa çalışdı və buna mü-vəffəq oldu252.
O, Selanikə gəldiyi zaman “Vətən və hürriyyət” cəmiyyətinin “Osmanlı hürriyyət cəmiyyəti” vasitəsilə “İttihad və tərəqqi” cə-miyyətinə birləşdiyini gördü. 1908-ci ilin fevral ayında özü də “İtti-had və tərəqqi” cəmiyyətinə üzv yazıldı253.
Mustafa Kamal həmin ərəfədə Əli Fuad Cebesoya: “Bu gözlə-nilməzliyi qəbul etmək məcburiyyətində qaldım və mən də“İttihad”ın üzvü oldum”, – deyib254.
Mustafa Kamalın bu cəmiyyətə giriş tarixini Kazım Nami Duru 29 oktyabr 1907-ci il kimi göstərsə də255, Kazım Qarabəkir fevral 1908-ci il tarixini qeyd edir256. Bundan başqa, Kazım Qarabəkir Mus-tafa Kamalın Cəmiyyətə Əli Fəthi (Okyar) bəyin vasitəçiliyilə gir-diyini söylədiyi halda, Fethi Okyar özü kimi, Mustafa Kamalın da İs-mayıl Haqqı vasitəsilə cəmiyyətə yazıldığını bildirir257.
Mustafa Kamal Selanikdə xidmətə başladıqdan sonra cəmiy-yətlə əlaqəni öz üzərinə götürərək II Məşrutiyyənin elanına qədər Selanik-Üsküp arasında Makedoniya dəmiryolu müfəttişi kimi ça-lışıb258. Məşrutiyyənin elanından sonra “İttihad və tərəq-qi”cəmiyyəti tərəfindən məşrutiyyənin məqsədini izah etmək və cə-miyyətin əleyhinə olan hərəkatların 259qarşısını ala bilmək, bundan başqa, “İttihad və tərəqqi”cəmiyyəti pərəstişkarlarının fəaliyyətlə-rinə nəzarət etmək üçün Trablusqərbə göndərilib. “İttihadçı”lar Selanikdən kənarda təbliğat aparılması üçün bu vəzifənin yararlı olacağı bəhanəsilə onu öz yanlarından uzaqlaşdırdılar. Uzaqlaş-dırmanın səbəbisə “İttihad və tərəqqi” qurucularının Mustafa Kamalı özbaşına, qürurlu, cürətli hesab etmələrindən qaynaqlanırdı.
Göründüyü kimi, Mustafa Kamal Paşa başlanğıcda “İttihad və tərəqqi” içərisində əhəmiyyətli mövqeyə sahibdi. Zürcher onu hərəkətlərinə görə, “İttihad və tərəqqi” cəmiyyətinin “mülayim” qa-nadına mənsub vacib üzvü, düşüncə cəhətdənsə türk milliyyətçiliyini müdafiə edən “radikal” qanada mənsub adam kimi göstərir260.
Mustafa Kamal “İttihad və tərəqqi” cəmiyyətinin 1909-cu il kon-fransında ordu və siyasətin, din və dövlət işlərinin ayrılmasının va-cib olduğunu söyləyərək cəmiyyətin “cinayət şəbəkələri” ilə müna-sibətlərinə son qoyulmasını tələb edib261. Daha sonrakı zamanlarda isə onun fikirləri “İttihad və tərəqqi” cəmiyyətinin öndə ge-dənlərinin düşüncələrilə uyğun gəlmədi. Bununla belə, Mustafa Kamal fikirlərini söyləməkdən, məsul şəxslərə xəbərdarlıq etməkdən çəkinmədi. Bir müddət orduda ona verilən vəzifələri rədd etdi. Dövlət mənfəəti üçün Osmanlı baş kurmayı haqda hökumətə və padşaha şikayət etdi. Doğruluğuna inandığı məsələlərdə özündən yuxarı mövqedə duranlara davamlı xəbərdarlıq etməkdən ehtiyatlanmadı. Dövrün dövlət-ordu-bürokratiya quruluşuna olduqca zidd, alışılmamış çıxışlarına görə heç zaman cəzalandırılmadı, əksinə, uzun müddət əhəmiyyətli vəzifələrdə ça-lışdı262.
II. İkinci Məşrutiyyənin elan edilməsi və Mustafa Kamal
Mustafa Kamal “İttihad və tərəqqi” cəmiyyətinin şöbələrini Se-lanik-Üsküp dəmiryolu üzərindəki şəhər və qarnizonlarda açaraq onların inkişaf etməsi üçün çalışırdı. Bu ərəfələrdə “İttihad və tərəq-qi”qısa müddət ərzində 2-ci və 3-cü Orduda yayıldı.
Məşrutiyyə üçün ilk qığılcım 29 may 1908-ci ildə Selanik Mər-kəz Komandanı miralay (polkovnik) Nazim bəyin vurulması idi263. Serezdə bir minbaşı (mayor) II Əbdülhəmidin əleyhinə danışmış, bu da saraya çatdırılmışdı. Təhqiqatın aparılması Nazim bəyə tapşı-rılmışdı. Cəmiyyət Nazim bəyi aradan götürməyə qərar verdi. Mustafa Nəcibin atdığı güllənin yaraladığı Nazim bəy İstanbula getdi. Bundan sonra təhqiqatın aparılması Mustafa Kamala tapşırıldı. Mustafa Kamal araşdırma nəticəsində minbaşını xilas edə bildi264.
Resneli Niyazi bəy 3 iyul 1908-ci ildə öz əsgərlərilə birlikdə dağlara çəkildi. Onu yaxalamaq əmri alan Şəmsi paşa öldürüldü. Ni-yazi bəydən başqa, Ənvər bəy, Əyyub Səbri kimi zabitlər də dağa çıx-mışdılar. Padşah tərəfindən təhqiqat üçün göndərilən Tatar Osman Paşa da Niyazi və Eyub Səbri tərəfindən qaçırıldı.
II Əbdülhəmidi Məşrutiyyəni elan etməyə məcbur qoyan ən va-cib hadisələrdən biri də Firzovikdə toplaşmış 30 min arnavutun Məşrutiyyənin lehinə çıxaraq padşaha teleqram göndərməsiydi. Nə-ticədə II Əbdülhəmid 23 iyul 1908-ci ildə Məşrutiyyənin elan edil-məsinə qərar verdi, 24 iyulda isə qəzetlərdə rəsmi bildiriş dərc olun-du265.
İcra etdiyi vəzifə səbəbindən baş verən hadisələrin içində olmayan Mustafa Kamal vəziyyəti kənardan diqqətlə müşahidə edirdi. Məşrutiyyənin elanından sonra Niyazi, Ənvər, Əyyub Səbri azadlıq qəhrəmanı kimi qəbul edildilər. Bununla müqayisədə Mustafa Kamalın adı çəkilmir. O, hadisələrin başlanğıcından etibarən cəmiyyəti idarə edən kadrlar və liderlərlə həmfikir olmayıb, dolayısıyla də “İttihad və tərəqqi” cəmiyyəti içərisində daima mərkəzdə olan insanlardan uzaq tutulub266.
Mustafa Kamalın fikrinə görə, İkinci Məşrutiyyə hərəkatının ye-ganə məqsədi II Əbdülhəmidi çokdürməkdi. Onun qənaətincə, hər dərdə dərman hesab edilən məşrutiyyə uğurlu ola bilməzdi. Elan edilməkdən başqa da nəyəsə yararlı olması mümkün deyildi. Çünki ittihadçıların dəqiq siyasi görüşü, hansısa proqramları yox idi. Mustafa Kamal məşrutiyyə elan etməklə işin bitmədiyini soyləyərək məmləkətdə köklü reformalar aparılmasını, bunun üçünsə “İttihad və tərəqqi”nin artıq partiya kimi açıq fəaliyyət göstərməli olduğunu, ordunun qəti şəkildə siyasətdən uzaq saxlanılmasını vacib şərt hesab edirdi. Bundan başqa, Mustafa Kamal Məşrutiyyədən əvvəl cəmiyyətin hazırlıqsız olduğunu, kadrların zəifliyini söyləyirdi267. Onun tənqidi fikirləri Mərkəzdə narahatlıq yaradıb, hətta Rəhmi bəy Əli Fuad bəyə: “Mustafa Kamal həddini aşır”, – deyib268.
1908-ci ilin avqust ayında Mustafa Kamal Tələt bəydən məktub aldı. Tələt bəy Trablusqərbdə Məşrutiyyə hərəkatının baş qal-dırdığını və onun bu hadisələri yatırmaq üçün xüsusi tapşırıq aldı-ğını yazırdı. Bundan sonra Mustafa Kamal 1908-ci ilin sentyabr ayı-nın sonlarında Trablusqərbə göndərildi269. Mustafa Kamal bunun müxalifətçilərdən qorxan cəmiyyət rəhbərlərinin onu Selanikdən uzaqlaşdırmaq üçün hazırladıqları oyun olduğunu düşünürdü270. Amma Zürcher bu fikri qəbul etmir, Mustafa Kamala verilən tapşı-rığın əhəmiyyətli olduğunu, bundan başqa, eyni dövrdə digər qa-baqcıl əsgərlərə də tapşırıqlar verilərək Selanikdən uzaqlaşdırıldı-ğını, ölkədən kənara göndərildiyini söyləyir. Bu əsgərlər Ənvər, Əli Fuad, Əli Fəthi idi271.
Mustafa Kamal Trablusqərbdə qarşılaşdığı çətinliklərə baxma-yaraq iğtişaşları qan tökmədən yatıra bildi. Oradakı şərtlər həddindən artıq pis olsada, hərbçi, diplomat kimi rəftar edərək millətlərarası münaqişəyə çevrilə biləcək Trablusqərb üsyanını yoluna qoydu. Xarakterinin təsir altına salan xüsusiyyətlərini, natiqlik bacarığını, qərarlı olduğunu və insanları tanıma istedadını nümayiş etdirdi, eyni zamanda da bu bacarıqlarını inkişaf etdirməyə nail oldu272.
13 yanvar 1909-cu il tarixində, o, geri – Üçüncü Ordu Selanik Redif273 diviziyasının qərargah rəisi kimi döndü. Trablusqərbdən qayıdandan sonra yenə də Selanikdə öz vəzifəsinə başlayaraq 11-ci Ehtiyat Bölməsinin Ehtiyat hissəsinin qərargah rəisi oldu. Bundan sonra onu 31 mart hadisələrini dəf edən Hərəkat Ordusunun İstanbulun yaxınlığına qədər gələn heyəti içərisində görürük.
II Məşrutiyyəyə baxmayaraq“İttihadçı”lar İstanbulda vəziyyətə tam mənasıyla nəzarət etmirdilər. Gün keçdikcə qüvvətli daxili müxalifət qüvvəsi yayılır, öz təsir dairəsini genişləndirirdi. Bundan başqa, cəmiyyətin daxilində fikir ayrılıqları, anlaşılmazlıqlar yaranmışdı. Vəziyyətdən narazı qruplar hərəkətə keçmək üçün bəhanə axtarırdılar.
Bir gün, gecə saatlarında Qalata körpüsü üzərində Əhməd Sə-mim adlı jurnalistin vurulması 1909-cu il aprelin 13-də buna cavab olaraq qiyamın qalxmasıyla nəticələndi. “31 mart hadisəsi” kimi tarixə keçən bu hərəkatın başında olanlar “İttihad və tərəqqi”nin ləğv edilməsini, hökumətin istefasını, Məclis rəhbərinin uzaqlaşdı-rılmasını istəyirdilər.
Hadisələrin gedişatını səhər tezdən teleqraf başında izləyən Mustafa Kamal İstanbulda qeyri-adi vəziyyət yarandığını anlayan kimi diviziya komandanı Hüseyn Hüsnü Paşanı və Ordu komanda-nı Mahmud Şevkət Paşanı hərəkətə keçmək lazım gəldiyinə inandıra bildi. Belə bir vəziyyətdə atılacaq yeganə addım İstanbula silahlı qüvvə göndərməkdi. Bu silahlı qüvvələrə əvvəlcə “Hürriyyət Or-dusu” adı təklif edildi. Lakin Mustafa Kamal bütün orduların hü-riyyət ordusu olduğunu, göndərdikləri silahlı qüvvələrinsə həmin ordunun, sadəcə, hərəkət halında olan parçası kimi qəbul etdiyini söyləyərək “Hərəkət Ordusu” adını irəli sürdü və qəbul etdirdi. Hə-rəkət Ordusunun İstanbul xalqına apardığı, Hüsnü Paşanın im-zaladığı 19 aprel 1909-cu il tarixli bəyannaməni Mustafa Kamal yaz-mışdı274. Bu bəyyanamədə deyilirdi ki, üsyançılar cəzalandırılacaq, əhalisə qorunacaqdır.
Hərəkət Ordusu İstanbula yaxınlaşdığı zaman ordunun ko-mandanlığı Mahmud Şevkət Paşaya həvalə edildi. Bununla da qə-rargah heyəti dəyişmiş oldu. Yeni qərargah heyətində Berlindən gələn Ənvər bəy və Hafiz Haqqı bəy də vardı. Ş.S.Aydəmir məhz bu faktdan çıxış edərək Ənvər bəyin Mustafa Kamalın önünü kəsdi-yini, ona mane olduğunu söyləyir275.
Sina Akşinsə bu yerdəyişmənin normal olduğunu bildirir. Hüsnü Paşa Redif Firqəsinin komandanı olduğuyçün Mustafa Kamal onun heyətindədir. Lakin Hərəkət Ordusuna II Ordudan mü-əyyən hissələr qatılmışdı. Daha sonra Mahmut Şevkət Paşa bütün ordunun komandanı təyin edilib, bununla əlaqədar heyət yenidən dəyişdirilib276.
Hərəkət Ordusu vəziyyətə nəzarəti öz əlinə alar-almaz “İttihad və tərəqqi”nin rəhbərləri yenidən gizləndikləri yerlərdən meydana çıxdılar, II Əbdülhəmidi taxtdan saldılar. Bütün bu hadisələrdən sonra Mustafa Kamal yenidən Selanikə qayıtdı. Onun eyni ildə “İtti-had və Tərəqqi” cəmiyyətinin Selanikdəki ikinci konfransına qatıl-dığını da görürük.
Kazım Qarabəkir Ədirnədə İkinci Orduda, İsmət bəy (İnönü) Selanikdə, Fəthi bəy (Okyar), Refet (Bele), Əli Fuad, Tevfik Rüştü (Aras) və Hüseyn Rauf kimi gənc zabitlər Mustafa Kamalın ətrafın-da “İttihad və tərəqqi”nin yanlış qərarlarına qarşı kiçik, lakin əhə-miyyətli müxalif zabitlər qrupu yaradıblar. Mustafa Kamal qrupun fikirlərini çəkinmədən baş qərargaha bildirib, lakin bu xəbər-darlıqlar lazım olan kimi reaksiya doğurmayıb.
22 sentyabr 1909-cu ildə Selanikdə “İttihad və tərəqqinin” illik böyük konfransı keçirilir. Mustafa Kamal bu konfransa Trablus nü-mayəndəsi kimi qatılmışdı. İlk andan etibarən müdafiə etdiyi fikir-ləri burada da dilə gətirmişdi. Konfransda yaymağa çalışdığı fikirlər bunlar idi:
1. Cəmiyyətin siyasi partiya kimi fəaliyyət göstərməsi;
2. Ordunun siyasətə qarışdırılmaması;
3. Cəmiyyətlə masonluq arasında heç bir əlaqənin qalmaması;
4. Cəmiyyətin içərisində bərabərliyin qorunması;
5. Hökumət fəaliyyətilə dini fəaliyyətin bir-birindən ayrılma-sı277.
Özünün və qrupunun adından etdiyi çıxışlarda Osmanlı dövlə-tinin və Məşrutiyyənin hərbi partiyaya deyil, bir tərəfdən qüvvətli orduya, digər tərəfdənsə güclü siyasi partiyaya ehtiyacı olduğunü söylədi və ordunun siyasətdən uzaqlaşdırılması lazım gəldiyini qətiyyətlə təkrarlayaraq bütün diqqətləri öz üzərinə çəkdi. Mustafa Kamalın bu fikirlərinə qarşı çıxanlar çox oldu. Xüsusilə də “31 mart hadisəsi” nümunə göstərilərək ordunun siyasətdən uzaq-laşdırılması fikrinə etiraz edənlər üstünlük təşkil etdi. Nəticədə Mustafa Kamalın irəli sürdüyü tezis konfransda qəbul olunmadı. Bununla belə, yenə də konfransda ordu ilə siyasətin ayrılması fikrini dəstəkləyən qərar qəbul edildi278.
Bu hadisələrdən sonra cəmiyyətin liderləri Mustafa Kamalı, sa-dəcə, “müxalif” deyil, təhlükəli düşmən kimi görməyə başladılar. Bu fikir ayrılığına görə, cəmimiyyətin komitacıları279 məsələyə mü-daxilə edərək onu aradan götürmək üçün iki ciddi təşəbbüs gös-tərdilər. Mustafa Kamal hər iki cəhdin qarşısını almağa müyəssər ol-du. Hətta ikinci sui-qəsd təşəbbüsünü etməli olan Yaqib Cəmil təkcə onu öldürməkdən boyun qaçırmadı, təhlükə barədə xəbərdarlıq da etdi.
Mustafa Kamalın “İttihad və tərəqqi” ilə yola getməməsinin bir səbəbi də Ənvər bəylə münasibətləriydi. Ənvər bəylə araları heç vaxt düzəlməyib, bu isə Mustafa Kamalın Ənvər bəyin liderlik etdiyi “İttihad və tərəqqi” cəmiyyətilə münasibətinə təsirini göstərib. Aydəmir Ənvər bəyin Mustafa Kamaldan çəkindiyini, Mustafa Kamalın da Ənvər bəyə qarşı eyni duyğular bəslədiyini qeyd edir280. Zürcher isə Mustafa Kamalın Ənvər bəydən çəkinməsi üçün yetərli səbəbləri olduğunu, lakin Ənvər bəyin ondan çəkinməsi üçün heç bir səbəb olmadığını bildirib. Yazarın iddiasına görə, o dövrdə Ənvər bəyə rəqib olaraq Mustafa Kamal deyil, Əli Fəthi göstərilirdi281.
Bu ərəfələrdə Mustafa Kamal bir müddət siyasi fəaliyyətinə fa-silə verərək daha çox öz işi ilə bağlı məsələlərlə məşğul oldu. Üçün-cü Ordunun təlim korpusunda zabit təlimçilərinə, 38-ci piyada ala-yına komandanlıq etdi. Berlin Hərbi Akademiyasının köhnə müdir-lərindən olan general Litzemanın “Komandanın müharibə təlimi” və “Bölüyün müharibə təlimi” adlı kitablarını türk dilinə tərcümə edə-rək nəşr etdirdi (1909 və 1912). “Cüməli ordugahı və Tabiyə manevr səyahəti” (1911) adlı kitablarını da məhz bu dövrdə çapa hazırladı282.
Mustafa Kamal Mahmud Şevkət Paşa ilə bərabər 2 mart 1910-cu ildə Arnavutluqda yeni üsyan baş qaldırdıqdan sonra Arnavutluq hərəkatına qatıldı.
1910-cu ilin payızında fransız ordusunun Pikardiyedə apardığı manevrlərdə iştirak edəcək türk heyətinə Səlahəddin bəylə birlikdə Mustafa Kamal da nümayəndə seçildi. Bu toplantıda manevr planlarının müzakirəsində hamıdan fərqli plan təklif edərək yenə də hər kəsin diqqətini özünə çəkdi. Verdiyi təklifə fransız və türk heyətləri heyrətlə yanaşsalar da, səhərisi gün reallaşan tətbiqatda Mustafa Kamalın haqlı olduğu öz təsdiqini tapdı283.
Mustafa Kamal 13 sentyabr 1911-ci il tarixində İstanbulda baş qərərgah daxilində yeni vəzifə icra etməyə başladı. O, 1922-ci ildə “Vakit” qəzetində dərc olunan bir müsahibəsində deyir ki, “İttihad və tərəqqi” mənsubları hərbi birliklərlə birbaşa əlaqəsini qoparmaq üçün İstanbula təyin ediblər284.
Rıza Nur 1911-ci ildə Mustafa Kamalın “Xilaskar zabitan qru-pu”na qatıldığını qeyd edir285. Əgər bu, doğrudursa, o zaman Selanikdən uzaqlaşdırılmasının səbəbi meydana çıxmış olur. Lakin bu məlumat başqa mənbədə yoxdur. Üstəlik, həqiqətən, bu qrupa qatılmış olsaydı, bir müddət sonra Ənvər bəy, Yaqub Cəmil, Sapancalı Haqqı kimi öndə gedən ittihadçılarla birlikdə Trablusqərbə gedə bilməzdi.
A. Trablusqərb döyüşü
1881-ci ildə Fransa Tunusu işğal etdikdən sonra İtaliyanın özü-nə yaxın ərazilərdə yer tapa bilməsi üçünən yaxşı yol İngiltərəylə birlikdə hərəkət etməkdi. Buna görə də Həbəşistanı ələ keçirmək üçün apardığı fəaliyyətdən nəticə əldə edə bilməyən İtaliyanın diqqəti bu dəfə Osmanlı dövlətinin Şimali Afrikadakı son torpaqları olan Trablusqərbə yönəlmişdi. Burada qərar tuta bilmək üçün əv-vəlcə Fransayla siyasi münasibətlərini düzəltməyə çalışan İtaliya, sonra diplomatik yollarla İngiltərə, Almaniya və Avstriyanın dəstə-yini təmin edərək köçəriləri Trablusqərbə göndərməyə, iqtisadi yö-nümlü addımlar atmağa, türklərlə ərəblərin münasibətlərini korla-mağa çalışdı. Trablusqərb Osmanlı dövlətinin mərkəzindən uzaq ol-duğu üçün “93 hərbi”ndən yeni çıxmış, böyük çətinliklər içərisin-də olan dövlət Misir və Tunis kimi, Trablusqərbdə də baş verəcək hansısa təhlükə qarşısında heç nə edə bilməyəcəkdi. İtaliya Trab-lusqərbdə rahat fəaliyyət göstərmək üçün məhz belə şəraitdən yararlanmışdı.
İtaliya Rusiyaya boğazlar məsələsində təminat verdikdən, Bal-kanların statusunun qorunması məsələsində Avstriya ilə razılaşdıq-dan, ola biləcək diplomatik əngəlləri ortadan qaldırdıqdan sonra 1911-ci ildə Trablusqərbi ələ keçirməyin zamanı gəldiyini düşündü.
27 sentyabr 1911 -ci ildə İtaliya Osmanlı dövlətinə ultimatum göndərdiş Trablusqərblə Binqazidə italyanlara, həmçinin digər xa-ricilərə pis davranıldığını səbəb göstərərək286 bu yerləri işğal edəcə-yini bildirdi. Həmçinin ərazinin dərhal boşaldılmasını tələb etdi. Bir gün keçdikdən sonra Osmanlı dövlətinə müharibə elan edən İtaliya cəmi üç həftə kimi qısa müddətdə Misirlə Tunis arasındakı Ağdəniz sahillərinə sahib ola bildi287.
Hadisələrin belə gedişatında Mustafa Kamal Selanikdəki 5-ci korpusdan Trablusqərb diviziya komandanlığına keçirildi. 15 oktyabr 1911-ci il tarixində yoldaşları yla birlikdə İstanbuldan hərə-kət edən Mustafa Kamal 8 dekabrda Binqazi sərhədlərinə yetişə bil-di. Əvvəlcə Tobruk bölgə komandanı kimi vəzifəsini icra edən Mustafa Kamal 5 mart 1912-ci tarixdə Dərnə komandanlığına keçi-rildi.
Trablusun müdafiəsi sayca az olan türk qüvvələriylə yerli qrup-laşmaların, müxtəlif qaçaq yollarla gələn zabitlərin üzərinə düşmüşdü. Paris atteşesi Fethi (Okyar) və Berlin hərbi atteşesi Ənvər Paşa da bu könüllü zabitlərin arasındaydı. İtalyanlar çox güclü ol-malarına baxmayaraq bir ilə qədər davam edən döyüşlərdə Dərnə və Dobrukda müxtəlif təxribatlara uğrayıblar. Binqazi cəbhəsində minbaşı (mayor) Ənvər bəyin, Dərnə və Tobruk cəbhəsində kurmay kolağası288 Mustafa Kamal bəyin qəhrəmanca müqavimət göstərməsi səbəbindən italyanlar sahil şəhərindən içəri girə bilməmişdilər. Bu yolla Trablusqərbə sahib ola bilməyəcəklərini anlayan italyanlar Çanaqqala boğazını mühasirəyə almaqla Osmanlı dövlətini məcburiyyət qarşısında qoymağa çalışıblar. Bu ərəfədə on iki adanı işğal edə, Limni və Rodosa əsgər yeridə biliblər. Yalnız 1912-ci ildə Balkan döyüşü uğursuzluqla nəticlənəndə Osmanlı dövləti sülh istəmək məcburiyyətində qalıb. 18 oktyabr 1912-ci il tarixində imzalanan Uşi müqaviləsilə Trablusqərb italyanlara verilib. Müqaviləyə əsasən, on iki ada dərhal boşaldılaraq Osmanlı dövlətinin idarəçiliyinə təhvil verilməliydi. Lakin bu məsələ ital-yanların heç bir zaman yerinə yetirmədikləri şərt olaraq qaldı289 və on iki ada Balkan döyüşlərindən sonra da italyanlar tərəfindən tərk edilmədi.
Trablusqərb döyüşlərində sol gözündən ağır xəstəlik keçirən Mustafa Kamal bölgədəki uğurlu fəaliyyətinin nəticəsi olaraq xalq arasında tanınmış, şəkilləri qəzet və jurnallarda dərc edilmişdi. 27 noyabr 1911-ci ildə minbaşı olan Mustafa Kamal 24 oktyabr 1912-ci ildə Trablusqərbdən İstanbula doğru hərəkət edib.
B. Balkan döyüşü
Mustafa Kamal digərləri kimi, Balkan müharibəsi məğlubiyyətə uğradıqdan sonra 24 oktyabr 1912-ci ildə Trablusqərbdən çıxaraq Misir və Rumıniya üzərindən İstanbula qayıtdı. Onlar Liviyadaykən Xilaskar Zabitlər Qrupunun fəaliyyəti nəticəsində Kamil Paşanın baş nazir, Nazım Paşanın hərbi nazir olduğu kabinet formalaşdırılmış, bu yolla da “ittihadçılar” hakimiyyətdən uzaqlaşdırılmışdılar. Rumelindəki vəziyyət olduqca pis idi və ali hakimiyyət Balkan dövlətlərilə atəşkəs imzalamaq istəyirdi.
Mustafa Kamal daha sonra – 25 noyabr 1912-ci ildə Gelibolu ya-rımadasındakı Ağdəniz Boğazı Heyət Qüvvələri Hərəkat şöbəsi mü-dirliyinə təyin edildi. Bundan sonra Əli Fəthi bəyin əmri altında çalışacaqdı290.
Müharibədə vəziyyət getdikcə pisləşirdi. Kamil Paşanın rəh-bərliyi altında olan kabinet, Ədirnəni itirmək hesabına olsa da, sülh müqaviləsi bağlamaq istəyirdi. Lakin “ittihadçılar” bu fikirlə razı-laşmırdılar. Beləliklə, 23 yanvar 1913-cü ildə Ənvər və Tələt bəylərin rəhbərlik etdiyi qrup Babialiyə hücum edərək Nazım Paşanı öl-dürdü və Kamil Paşa istefaya məcbur edildi. Onun yerinə Mahmud Şevkət Paşa baş nazir oldu291. Beləcə, “İttihad və tərəqqi” cəmiyyəti iqtidarı tam mənasıyla əlinə keçirdi.
Mahmud Şevkət Paşa kabineti Baş qərargahın rəhbəri Əhməd İzzət Paşanın hazırladığı hücum planını bolqarlara qarşı tətbiq etmək qərarına gəldi. Amma plan böyük uğursuzluqla nəticələndi. 10-cu korpus komandiri Hurşid Paşa bütün Çanaqqala bölgəsindəki orduların komandanlığına gətiriləndə Fəthi və Mustafa Kamal istefa verdilər. Mahmud Şevkət Paşa bölgəyə gələrək araşdırma aparmağa başladı və günahkar hesab etdiyi Bolayır korpus komandiri Fəhri Paşanı vəzifədən uzaqlaşdırdı, Ənvər bəyisə Baş qərargahda işləmək üçün İstanbula apardı.
Fəthi və Mustafa Kamal bu məsələylə bağlı fikirlərini baş na-zirə çatdırdılar. İzzət Paşaya isə istefa etdiklərini bildirən sənədlə birlikdə memorandun göndərdilər292. Bolqarlara qarşı hərəkatın təkrarlanması tələb olunan 4/5 fevral 1328-ci il tarixli memorandu-mun mətni bu şəkildədir:
“Hər iki tərəfin ordularının hərbi vəziyyəti strateji baxımdan müzakirə və tədqiq edilib, bu sahədə mütəxəssislərin fikir müba-diləsi nəticəsində müəyyənləşdirilib ki, Osmanlı ordusuna bu günə lazım olan hərəkət xətti təqib edilən hərəkət xəttinə əks şəkildədir. Belə bir zamanda əsaslı həqiqətləri ortaya qoyaraq və əldə olan məlumatlara əsaslanaraq bu istiqamətdə göstərilə biləcək cəsarətə göz yumulmayacağına ümid edirik.
10 kanuni-sani (yanvar) 328 tarixində siyasi vəziyyət: Osmanlı və bolqar orduları atəşkəs vəziyyətindədirlər. Osmanlı hökuməti Ədirnənin bolqarların əlinə keçməsinə razılıq verib. Adaların tale-yini böyük dövlətlərə həvalə edib. Bu qərarını ali hakimiyyətə bil-dirmək üçün toplaşmış camaat hərbi nazir və baş komandan vəkilinin, vəkillər heyətinin təhdidi qarşısında səssiz qalıb, etiraz etməyib. Padişah həzrətləri yeni hökumətin təşkilini vəzirlərinə tap-şırıb, bu vəzifə qəbul edildikdən sonra bəyannamədə vətən övladı bütünlüklə millət namusunun qorunması üçün bərabər fəaliyyətə dəvət olunub. Amma yeni hökumət bu vəziyyət qarşısında səssiz qalan kabinetlə həm fikir olmadı, Ədirnəni tərk edərək bolqarlara verdi və böyük dövlətlərin öhdəsinə buraxdı. Bu, bir surəti mət-buatda nəşr olunan cavab notasından da anlaşılmaqdadır.
10 yanvar 328-ci il tarixində hərbi vəziyyət: Osmanlı ordusu biri Çatalcada, digəri Gelibolu yarımadasında olmaqla ikiyə bölünüb. Onların bir qismi Çatalca xəttinin müdafiəsində, göndərilmək üçün hazır saxlanılan ehtiyat hissələrsə Ayastefanosda, İzmit və Bandırma tərəflərində yerləşməkdədir. Gelibolu yarımadasındakı ordunun bir qismi döyüş vəziyyətində olan yunan ordusunun Boğaz əleyhinə gözlənilən hücumuna qarşı çıxmaq üçün ayrılıb. Atəşkəslə bağlı tarixi müqavilədən 10 yanvar 328 tarixinə qədər istər Çatalca, istərsə də Gelibolu qüvvələrinin hərəkət qabiliyyətinin və sayının çoxalmasına çalışılmaqdadır. Bolqar ordusunun böyük hissəsi Çatalca qarşısında, bir hissəsisə Gelibolu yarımadasının şimalında yerləşməkdədir. Ədirnənin mühasirəsi əvvəlki kimi davam edir. Bir qayda olaraq üstünlük bolqar ordusunda olduğuna görə, Osmanlı ordusu Erkani Hərbiyyəylə yetinməli olur. 22 yanvar 328-də siyasi vəziyyət: düşmənlərin Ədirnəni verməmək iddiasının ifadə edildiyi notaya qarşı Osmanlı dövləti düşmənlərini elan etməklə cavab verib. Osmanlılar tərəfində 10 yanvar 328-də hökuməti zərbə vurmağa inandıranlar dövlətin cəzalandırmaqdan başqa, mühüm vəzifələrə təyinatlar apardığını, Osmanlı hökumətinin hücuma aparacaq fikirləri təqdir etdiyini, nümayişçilərlə bir araya gələrək fikir mübadiləsi və iş aparacağını bildirirlər.
Osmanlı xalqı heç bir hökmü qalmamış kabinetin miskinliklə Ədirnəni düşmənə verməyə razı olduğuna, yeni kabinetin milli namusu qoruyaraq, həmçinin əsgərləri qaytararaq, hələ ki, düşmən əlində olan Ədirnənin Osmanlı ordusunun hücumu ilə xilas edəcə-yinə əmindir. Vilayətdə hökumətin təşviqilə hərbin davam etdirilməsi üçün əhali oyanıb.
22 yanvar 328-də hərbi vəziyyət: 10 yanvar 328-dən bəri hərbi vəziyyətdə mühüm dəyişiklik yoxdur. İzmit və Bandırma tə-rəflərdəki hərbi ehtiyatların gəmilərə yüklənməsi üçün hazırlaqlar aparılır. Anadoludan başqa cəlb edilə biləcək qüvvə yoxdur. Millət nümayəndələrinin əli silah tutan yüz minlərcə adamdan istefa edi-ləcəyinə dair işarə müşahidə edilmir.
Müzakirə edilən vəziyyətin təhlili və nəticə: millətin, ümumi düşüncənin aldadılmaması, kabinetin öz iddiasını təkzib etməməsi üçün düşmən ordusunun say üstünlüyü, strateji vəziyyətini qəti və əzmkaranə hücum ilə yox etməyə qərar verildiyini düşünmək lazım gəlir. Həqiqətən, bundan başqa qərar verilə bilməzdi. Ədirnə, Çatalca ordusundan 300 kilometr uzaqlıqda və Çatalca qarşısındakı bolqar qüvvələrindən ayrılıqda bir mühasirə ordusu Osmanlı ordusundan ayrıdır. Buna görə də Ədirnəyə çatmaq üçün əvvəlcə Çatalcada əmr altında olan bolqar qüvvəsini əzmək, ikincisi, mühasirəni keçmək, üçüncüsüsə dörd aydan bəri mühasirədə olan küllü miqdarda ərzaq ehtiyatını təcili şəhərə çatdırmaq lazımdır. Bunun üçün hərəkət və hücuma keçmək mütləqdir. Bu hücum ya birbaşa Çatalcadan quru yolu ilə, ya da həm qurudan, həm də Bolqar əsas hissələrinin arxasınca təhdid edəcək şəkildə dənizdən, yaxud, eyni zamanda, Gelibolu yarımadasından edilməlidir. Hücum hərəkətini qətiyyən yubatmaq olmaz, düzgün deyil. Ədirnə gündən-günə öz gücünü itirməkdə və sükuta dalmaqdadır. Bundan sonra o, bütün silahlar və təchizatı ilə onu mühasirəyə almış düşmənin qüvvələrinə qatılacaq, artıq adam üstünlüyünün çoxluğu səbəbindən hücumun aradan qaldrılması müşkül olacaq. Buna görə də Gelibolu limanında olan qüvvələr təcili Çatalca tərəfinə cəlb edilməli, Geliboluda qalacaq əsgərə Çatalca ordusu ilə bərabər düşmən üzərinə güclü hücum əmri verilməlidir. Əmr və fərman həzrətlərə məxsusdur. Ali Fəthi – Mustafa Kamal”.
İzzət Paşa yuxarıda verilən bu qeydi “İttihadçı” liderlərə, xüsu-silə də Ənvərə qarşı təhdid kimi qəbul edib. Lakin Mustafa Kamalla Fəthi bəyi vəzifədən uzaqlaşdırmaq əvəzinə onlara, sadəcə, xəbərdarlıq etməyə üstünlük verib293. Ancaq daha sonra Tələt bəyin vasitəçi olaraq araya girməsilə Mustafa Kamalla Fəthi bəyin öz işlərinin başında qalmaları təmin edilib.
Osmanlı dövləti 30 may 1913-cü il tarixində London sülh mü-qaviləsini imzalayaraq Midye-Enez xəttini sərhəd kimi qəbul edib və Ədirnəni Bolqarıstana vermək məcburiyyətində qalıb. Mahmud Şevkət Paşa 11 iyun 1913-cü il tarixində sui-qəsd nəticəsində öldürülüb, yerinə Səid Halim Paşa keçib. II Balkan döyüşü əsnasında 21 iyul 1913-cü il tarixində Ədirnə azad edilib294. Ədirnəyə ilk girən yenə də Ənvər bəy olub. Amma plana görə, bura gəlməli olan firqə Fəxri Paşa, Əli Fəthi və Mustafa Kamalın komandanlığı altında olan firqəydi. Bu hadisədən sonra iki qrup arasında münasibətlər yenə də gərginləşdi295.
C. Sofiyaya gedişi
27 oktyabr 1913-cü il tarixində Əli Fəthi Sofiya elçiliyinə296, Mustafa Kamalsa Sofiya Hərbi Attaşeliyinə göndərilib. Fəthi bəy xatirələrində Mustafa Kamalı Sofiya Atteşeliyinə özünün təklif etdiyini və onun da bunu qəbul etdiyini söyləyib. O, başda Ənvər bəy olmaqla qabaqcıl “ittihadçılar”ın da Mustafa Kamalın bu gedişindən bərk sevindiklərini qeyd edirdi297.
Mustafa Kamal Sofiyada bolqarıstanlı türklər məsələsi üzərində möhkəm durdu və onlarda milli şüuru oyandırmaq üçün ciddi-cəhdlə çalışmağa başladı. Türk dilində dərc olunan ilk qəzeti səfirlik vasitəsilə nəzarəti altına aldı. Bolqarıstandakı “Makedoniyalılar cəmiyyəti” ilə yaxın münasibətlər qurdu, onlara maddi yardım etdirdi. 17 türk millət vəkilindən biri olan yoldaşı Şakir Zümrənin köməyilə bolqar parlamentinin müzakirələrini dinləyərək çoxparti-yalı parlamentin necə fəaliyyət göstərdiyini araşdırdı.
Bolqarıstanda qaldığı müddətdə əsas vəzifəsi olan məlumat toplama işini müxtəlif mənbələrdən istifadə edərək reallaşdırdı və əldə etdiklərini İstanbula çatdırdı. Burada ala bildiyi ən əhəmiyyətli məlumat bolqarların Balkan döyüşlərində alman zabitləri vasitəsilə Osmanlı Baş Qərargahının hərəkət planlarını əvvəlcədən əldə etdik-lərini öyrənməsi idi. Ancaq Birinci Dünya müharibəsi başlama-mışdan əvvəl onun ələ keçirdiyi bu qiymətli məlumat heç zaman Osmanlı Baş qərargahı tərəfindən nəzərə alınmadı298. Mustafa Kamal Birinci Dünya müharibəsinə qədər Sofiyada qaldı, müharibə başla-yan kimisə hərbi vəzifə tələb etdi.
Bu ərəfədə İstanbulda Ənvər bəy podpolkovniklikdən gene-rallığa yüksəldilərək hərbi nazir vəzifəsinə təyin edildi. O, general Liman Von Sandersin rəhbərliyi altındakı alman hərbi islah he-yətinin tövsiyələrinə əməl edərək orduda böyük yenilənmə, gəncləşdirmə prosesinə başladı. Bu zaman yaşlı və istedadsız hesab edilən komandirlər təqaüdə göndərildi, yerinə gənc zabitlər gətiril-di. Bu proses bir çox yerlərdə olduğu kimi, Mustafa Kamal tərəfin-dən də müsbət qarşılandı. Amma bir şey də vardı ki, Ənvər Paşa aralarında çoxdan bəri mövcud olan rəqabət səbəbindən Mustafa Kamala fəal vəzifə həvalə etmədi.
III. Birinci Dünya müharibəsi və Mustafa Kamal
Avstriya vəliəhdi Frans Ferdinand 28 iyun 1914-cü ildə Saray-bosniyada öldürülüb, bundan bir ay sonra isə Avstriya-Serbistan müharibəsi başlayıb. Birinci Dünya müharibəsinin başlanması mənasını verən bu hadisədən sonra Osmanlı dövləti, demək olar ki, tələm-tələsik bu müharibəyə qoşulmaq məcburiyyətində qaldı.
Bu ərəfədə qərbli müttəfiqlər Almaniya qarşısında çətin vəziy-yətdə qalan Rusiyaya ən qısa yolla kömək çatdırmaq üçün hazırlıq görməyə başlamışdılar. Bunun üçün də türklərin əlində olan Çanaq-qala boğazını zorla ələ keçirməyə qərar vermişdilər. Rus donanması bir neçə dəfə boğazın xarici istehkamlarını bombardman etdi. Bütün bu gedişatdan artıq yeni çaxnaşmanın yaxınlaşdığı anlaşılırdı.
A. Çanaqqala cəbhəsi
Osmanlı dövlətinin 29 oktyabr 1914-cü ildə Birinci Dünya mü-haribəsinə qoşulmasından sonra Mustafa Kamal baş qərargahdan fə-al vəzifə tələb etdi. Onun bu tələbi 20 yanvar 1915-ci il tarixində Təkirdağda qurulmaqda olan 19-cu diviziya komandanlığına təyin edilməsilə nəticələndi. Mustafa Kamalın təyin edildiyi bu vəzifə o dövr üçün üçüncü dərəcəli vəzifə hesab edilirdi.
19-cu diviziya ordunun ehtiyatında saxlanılmaqla bərabər, əv-vəlcə Maydosa (Eceabata), daha sonra Biqalıya nəql edildi. Bu ərəfədə ingilis və fransız donanmaları Çanaqqalanı keçməyə təşəb-büs etsələr də, ağır itkilər verərək geri çəkilirdilər299. Mustafa Kamal öz vəzifəsinə başlayar-başlamaz, Ece limanı, Seddülbahir və Morta limanı daxil olmaqla, sahilin qorunması məsuliyyətini üzərinə götürdü. Bölgəyə çıxarılan anzakların300 öz hədəflərinə çatmayaraq uğursuzluğa düçar olmalarını, bununla da Antanta dövlətləri or-dusunun sahildə ilişib qalmalarını təmin edən Mustafa Kamal sayca üstün vəziyyətdə olan işğalçıların irəliləməsinə imkan vermədi.
Çanaqqalada Sarıbayır, Conkbayırı, Kirəctəpə, Anafartalar cəb-hələrində gedən döyüşlər Mustafa Kamalın hərbçi bacarığını ortaya çıxarması baxımından əhəmiyyətliydi. Özü bu döyüşləri tarixin ən çətin döyüşləri kimi xarakterizə edib. Mustafa Kamal Çanaqqala müdafiəsində əldə etdiyi yüksək uğurlarına görə, 1 iyun 1915-ci ildə polkovnik (abay) rütbəsinə yüksəldildi301.
O, Birinci Dünya müharibəsi illərində bir çox cəbhələrdə, az qa-la, atəşlə imtahan edilərək yetişmiş, öz qabiliyyətini sübut etmiş komandandır. Çanaqqala döyüşləri hərbi bacarığıyla bağlı onu əfsanələşdirdiyi kimi, millətini və düşmənini tanımasına da şərait yaradıb. Məlum olduğu kimi, Çanaqqala cəbhəsində baş verənlər Milli Mücadilə Hərəkatının başlanğıc mərhələsi kimi qəbul edilir. Ancaq türk milləti üçün Çanaqqala çox bahalı zəfərdir. Belə ki, yaxın tariximizdə hərbi və siyasi anlamda böyük əhəmiyyətə malik Çanaqqala döyüşlərini, burada baş verənləri yaşayan, isti-qamətləndirən Mustafa Kamal Paşanın öz sözlərindən anlamağa ça-lışmaq tarixi həqiqətləri ortaya çıxarmaq üçün daha məqsədəuyğun olar.
Ruşən Əşrəfin 1918-ci ildə “Yeni Məcmuə”nin Çanaqqala nüs-xəsində yayımlanan müsahibəsində302 fövqəladə dərəcədə əhəmiy-yətli məsələlər haqqında danışan Mustafa Kamal Paşanın yanaşma və düşüncələrini şəxsən öz dilindən və öz ifadələri ilə təqdim etməyi daha məqsədəuyğun bilirik. Şişlidə Mustafa Kamal Paşa ilə üç ayrı hissə halında aparılan müsahibənin xülasəsi aşağıda diqqətinizə təqdim edilib:
“… Təbii, hərbi sirrə təmas edən məqamları sizə söyləməyəcə-yəm. Bunların nə sizə aidiyyatı var, nə də oxuyanlara hansısa faydası ola bilər. Bunlar bizim sənətin adamları üçündür ki, gələ-cəkdə tarix hamısından bəhs edəcək… Qənaətimə görə, düşmən hücuma iki nöqtədən təşəbbüs edə bilərdi: Biri Seddülbahir, digəri Kabatəpə istiqamətiydi… Nəzərimcə, düşməni quruya çıxarmadan bu sahil parçalarını müdafiə etmək mümkündü. Buna görə də alaylarımı sahildən müdafiə edəcək şəkildə yerləşdirdim. Bu vəziyyət təqribən 1330-cu ilin fevralında yaranmışdı… Düşmən bir dəfə Seddülbahirə və Kumkaləyə desant çıxarmağa təşəbbüs etdi. O zamanlar adı ağızlarda dolaşan Mehmet Çavuş meydana atıldı, torpaqlarımıza ayaq basan düşməni təkrar dənizə qaytardı… Bu hərəkət kəşf kimi qəbul edilə bilər. Bir də məlum “5 mart məsələsi” var… Lakin bu, tamamilə dənizlə bağlı hadisə sayıla bilər. Sahil müdafiəsi Cavad Paşa həzrətlərinin əmrindəydi. Bu hərəkatla əlaqəm birbaşa yox, dolayısıyla oldu. Ancaq 5 mart gününün səhəri Cavad Paşa həzrətləri ....-da yerləşən qərargahıma gəlmişdi. Ona Seddülbahir sahil məntəqəsindəki vəziyyəti göstərmək üçün birlikdə Kırtəyə qısamüddətlik səfərə getdik. Oraya çatdığımız zaman düşmən donanmasının Kirtə və Alçıtəpə istiqamətlərində açdığı atəş altına düşdük. Bundan sonra bəndəniz məntəqənin mühafizəsinə məsul olan alay komandirinə lazım olan şifahi təlimatları verdi. Və vəzifə başında olmaq üçün Cavad Paşayla bir-likdə geri qayıtdıq…
Türkiyənin müqəddəratını təyin edəcək döyüşə doğru getdiyi-mizi həyəcanla hiss edirdim. Bundan sonra komandanlar, baş həkim və onun yavəri, bir də mənim yavərimlə birlikdə hissələrini yürüşə hazır şəkildə saxladığımız 57-ci alayın – bu, çox məşhur alaydır, çünki hamısı şəhid oldular – toplandığı əraziyə getdik. Sadə düzülüşdə Biqali dərəsi boyunca gedən yola çıxdıq və Kocaçimən təpəsinə üz tutdum. Yolda gedərkən istər komandirlərə, istərsə də baş həkimə şifahi şəkildə lazımi izahatları verirdim. Olduğumuz dərədə bizi getdiyimiz yerə çatdıracaq müəyyən yolun olmaması bir yana, Kocaçimənə çatmaq üçün üz tutduğumuz sahə də həddindən artıq kolluq, keçilməsi müşkül qayalıq dərələrlə doluydu. Bir yol tapıb bölümə də istiqamət vermək üçün top-çu taborunun komandirinə tapşırıq verdim… Bu komandirlər də, təbii ki, atların üstündəydilər… Hamımız bölmənin qarşısında gedirdik. Əsgərlər isə piyada irəliləyirdilər.
Tapşırıq verdiyim şəxs birdən-birə yoxa çıxdı. Ondan sonra ba-tareya komandirinə tapşırıq verdim. Bu da baş alıb Kocaçimən təpə-sinə qədər getdi.... Onun da yol göstərməsindən istifadə etmək ol-madı…
Yolu tapmaq və dəstəni oradan keçirmək məqsədilə özüm Ko-caçimən təpəsinə gəlib çıxdım. İndi də siz Kocaçimən təpəsini təsəv-vürünüzdə canlandırmağa çalışın. Kocaçimən o yerlərdəki ən yüksək təpədir. Lakin Arıburnu nöqtəsi künc-bucağına qədər cəsəd içində qaldığından bizim olduğumuz yerdən görünmürdü. Gəlin bir xəritədə də baxaq… Yəqin, siz də başa düşərsiniz ki, dənizdə olan gəmilərdən və zirehlilərdən başqa heç nə görmədim. Bircə düş-mənin sahilə çıxmış piyada hissələrinin, hələ ki, uzaqda olduğunu başa düşdüm. Adamlar o çətin ərazini dayanmadan qət etdikləri üçün yorulmuş, hərəkət imkanı həddindən artıq çətinləşmişdi. Alay və batareya komandirinə öz əsgərlərini toplayıb onlara qısamüddətli istirahət verməsini tapşırdım. Dənizdən gələn qüvvələri gizli olaraq on dəqiqəyə qədər müşahidə edəcək, dayanıb gözləyəcək, sonra da ardımca gələcəkdilər.
Orada Abdal keçidi var idi. Mən də o keçiddən adlayaraq Conkbayırına gedəcəkdim. Yanımda yavərim, əmir zabitim və baş həkim ilə birlikdə bu sahibsiz torpaqları əvvəlcə atlı şəkildə irəlilə-məyə çalışdıq. Lakin ərazi bunun üçün uyğun deyildi. Ona görə də heyvanları buraxdıq, piyada Conkbayırına qədər getdik.
Burada təsadüf etdiyimiz səhnə çox maraqlı idi. Və hadisənin ən mühüm anı da, məncə, elə bu məqamdır…
Bu ərəfədə Conkbayırının cənubundakı dəniz səviyyəsindən 261 metr hündürlüklü təpədən Conkbayırına doğru… Alaydı ki bu… Alay… Firqənin bir alayıdır. Sahilin müşafidə altında olmasına bax-mayaraq bir qrup əsgərin Conkbayırına doğru qaçmaqda olduğunu gördüm. Sizə bu söhbəti olduğu kimi təsvir edəcəyəm. Şəxsən özüm bir adamın qarşısını kəsərək:
–Niyə qaçırsınız? – soruşdum.
– Əfəndim, düşmən gəlir, – dedilər.
– Hanı? – dedim.
– Odur, – deyə 261 metr hündürlüklü təpəni göstərdilər.
Həqiqətən, düşmənin ovçu kimi birxətli şəkildə 261 metr hündürlüklü təpəyə yaxınlaşdığını, sərbəstcə irəli doğru hərəkət etdiyini gördüm. İndi özünüz vəziyyəti təsəvvür edin… Mən öz qüv-vələrimi, əsgərlər on dəqiqə istirahət etsinlər deyə, buraxmışdım… Düşmən isə artıq bu təpəyə gəlib çıxmışdı. Deməli, düşmən mənə əsgərlərimdən daha yaxındı. Və əgər həmin an olduğum yerə gəlib yetişsəydi, qüvvələrim çox pis vəziyyətə düşəcəkdilər. O zaman bu məntiqi mühakiməydi, sövq-təbii hərəkətdi, bilmirəm, amma üzümü qaçan adamlara tutaraq:
– Düşməndən qaçılmaz, – deyə, qışqırdım.
– Cəbbəxanamız qalmadı, – dedilər.
– Cəbbəxananız yoxdursa, süngüləriniz var, – dedim.
Və bağıraraq onların süngülərini silahlarına taxdırdım. Yerə yatmalarını əmr etdim. Eyni zamanda, Conkbayırına doğru irəlilə-məkdə olan piyada alayıyla döyüş batareyasının yetişə biləcək əs-gərlərinin cəld, qaçaraq olduğum yerə gəlmələri üçün yanımdakı əmir zabitini geriyə yolladım. Bu adamlar süngüləri taxıb yerə ya-tınca, düşmən tərəfin əsgərləri də dərhal yerə çökdülər. Qazandı-ğımız an bu an idi…
Elə bu vaxt arxadan bir bölük özünü yetirdi. Onu cəbbəxanasız bölüklə möhkəmləndirərək atəş açmalarını əmr etdim. Yanıma gəlmiş alay… Tabor komandiri yüzbaşı Ata Əfəndiyə bütün taboru ilə birlikdə bu bölüyü məhkəmləndirərək 261 metr hündürlüklü təpə üzərindən düşmənə hücum etməsini əmr etdim. Səhra ba-tareyasına Su yatağında mövqe qurduraraq düşmən piyadasının üzərinə atəş açdırdım. Dərədən keçdiyi üçün bir az gecikən digər batalyon komandiri də əsgərlərinin hücuma qoşulmasını əmr etdi. Bundan sonra alay komandirinə bütün alayıyla birlikdə dediyim istiqamətlərdə düşmən üzərinə hücum etməsi əmr olundu… Biqalı ətraflarındakı 19-cu Fırka bölümünün hamısını Qəcadərə istiqamətdə saxlamasını tapşırdım və döyüşü Conkbayırından idarə edəcəyimi bildirdim…
Saat on ikinin yarısından əvvəl mövcud vəziyyət, məncə, belə idi: düşmənin sahilə çıxmış qüvvəsi səkkiz batalyondan çox olardı. Səkkiz batalyonluq bu qüvvə yetərincə geniş cəbhə boyunca 261 metrlik təpəyə qədər şimaldan və Kamal yerinin olduğu təpələrin qərb yamaclarına qədər qərb tərəfdən irəliləyə bilmişdi. Lakin bu uzun cəbhə xətti əsl maneə olacaq sıra dərələrlə kəsilmişdi. Buna görə də düşmən öz cəbhəsinin, demək olar ki, hər nöqtəsində zəif idi. Conkbayırın şimalında yer alan… ... firqənin sürətli hücum ba-tareyası Arıburnu nöqtəsini atəş altına aldığı üçün düşmənin, hələ ki, ixrac etməyə çalışdığı bölümün hərəkəti həm müşkül idi, həm də geri məğlub olaraq çəkilmək məcburiyyətində qaldı. …ci alayın Conkbayırı və Suyatağı xəttindən 261 metrlik təpə istiqamətində və dar cəbhəylə sıx şəkildə düşmənin çox seyrək, mühüm sol cinahına hücum etməsi, iki batalyondan ibarət olan …ci alayın da mərkəz təpə istiqamətində ümumilikdə geniş cəbhəylə düşmənin üzərinə atılması onu geri çəkilməyə, sığınmağa məcbur etmişdi. Lakin məncə bu 12 yerləşdirmə vəziyyətindən daha mühüm olan amil var. O da hər kəsin öldürmək və ölmək üçün düşmənin üzərinə atılması idi. Bu, adi hücum deyildi… Bu hər kəsin qələbə çalmaq və ya ölmək əzmilə hərəkətə keçdiyi hücumdu. Hətta mən komandirlərə şifahi olaraq verdiyim əmrlərdə bunu da əlavə edərək demişdim: “Sizə hücum etməyi əmr etmirəm, ölməyi əmr edirəm. Biz ölənə qədər keçən zaman ərzində yerimizə başqa qüvvələr və komandirlər gələ bilərlər…”
Lakin axşama qədər hələ çox zaman var idi… Elə bu ərəfələrdə idi ki… firqə komandirindən xəbər gətirən zabit düşmənin Kum-təpəyə desant çıxardığını, orada qüvvəmizin olmadığını dedi… O, firqə olaraq bizim bu cəhəti diqqətə almağımızı, eyni zamanda, firqə komandanının təkmil qüvvələrilə Kirtəyə getdiyini bildirdi. Kum-təpə Kilitbahirə ən yaxın, çox əhəmiyyətli nöqtəydi. Buranı əldən vermək bütün məqsədləri heçə endirə bilərdi. Buna görə də dərhal ağlıma gələn şey Arıburnunda döyüşdə iştirak edən qüvvələrin hücumunu davam etdirmək və firqə əsgərlərinin hamısını şəxsən Kumtəpəyə yetişdirmək oldu. Bununla bağlı lazımi əmrləri verdim. Özüm isə şəxsən firqə bölümünə rəhbərlik etməyi seçdiyim üçün dərhal hərəkətə keçdim. Çünki komandan dərhal hərəkət etməlidir. Onun yubanmağa haqqı yoxdur. Və Qocadərədə …ci alayla, daha sonra da …ci alayla görüşdüm”.
Mustafa Kamal günortadan sonra saat bir radələrində Maltə-pəyə yaxınlaşdığı ərəfədə hərbçilərin onu çağırdığını eşidir. Səslərin gəldiyi tərəfə yaxınlaşır. Görür ki, çağıranlar korpus komandiri Esad Paşa və onun əsgərləridir. O, haqqında danışılan həmin o son məlumatı oxuyur. Və görür ki, bu raport, eyni zamanda, özünə də aiddir və bir az əvvəl gəlib düşmənin Kumtəpəyə çıxdığını xəbər verən zabit bu məlumatı ona çatdırmışdı. Hansı məna verdiyini də söyləmişdi. Halbuki oxuduğu bu məlumata əsasən, düşmənin Kumtəpəyə çıxdığı doğru deyil…
“Demək belə… Ayın 12-si və 13-də gecə vəziyyət haqqında heç bir tərəfdən dəqiq məlumat ala bilmirəm. Gecə qaranlığına görə, hərbi mənzərəni, demək olar, ancaq gözlə müşahidə etmək olur. Və vəziyyəti ətraflı şəkildə anlaya bilmək üçün həmin gün səhərə qədər cəbhəni dolaşdım, sonra da telefon mərkəzi yaradılmasını əmr etdiyim Qocadərəyə getdim. Aydınlaşdırdığım yeni vəziyyətə görə, sağ cinahdakı ehtiyat qüvvələrini alıb mərkəzə, sol cinaha yaxınlaşdırdım. Özüm də şəxsən “Kamal yeri” adını alan mərkəzdən döyüşü idarə etməyə başladım… O zaman Arıburnunda 12 apreldən başlayaraq 4 may da daxil olmaqla Arıburnu qüvvələri-nə 23 günlük komandanlıq etmək, sonra bütün cəbhənin sağ cinahında yalnız ....ci firqəyə komandanlıq etmək hüququm var idi. Bu müddət ərzində bir çox hərbi hadisələr baş verdi. Biz yalnız ən mühüm günlər haqqında danışa bilərik.
Bu, əsgərimizin fədakarlığı və əzmi sayəsində qazanılmış uğurdur. Qəhrəmanlıq demirəm, çünki türklərin bundan da qəhrə-man olduqları, daha çox fədakarlıq göstərdikləri günlər olub və bu yaxşı yadımdadır… Hər halda, əsgərlərimizin dözüm və mətanəti, zabitlərimizin, komandirlərimizin cəsarəti, əzmi sayəsində həmin gün uğur qazana bildik.
Həqiqətən də 12 aprel döyüşü Arıburnu cəbhəsində qazanıla-caq müvəffəqiyyətin təməlini qoyan, ingilislərin bu cəbhədə əzmini qırıb, planlarını məhv edən döyüş idi. 14 apreldə iki alaylıq qüv-vənin də tabeçiliyimə keçəcəyi müəyyən edildi. Bundan sonra düşmənin üzərinə təkrar hücuma keçilməsinə əmr verdim. 13-14 aprel gecəsini Qocadərə kəndində keçirdim. Qəti qərarımı dan yeri ağarana yaxın verdim. Elə zamanda ki, düşmən donanması Qabatəpə istiqamətindən Qocadərə kəndini atəşə tutmuşdu. Lazım olan hücum əmri məhz bu atəş altında yazıldı. Sonra da bu əmr atlılarla hissə komandanlarına göndərildi. Mən isə “Kamal yeri”nə getdim.
Saat yeddi ilə səkkiz arasında sol cinah və cəbhə boyunca hü-cum başlandı. Bundan sonra sağ cinahda da bölümlərimizin hü-cumlarını müşahidə etdim. Bütün cəbhə boyunca hücum böyük mü-vəffəqiyyətlə davam edirdi. Düşmən artıq Qanlısırıtda geri çəkil-məyə başlamışdı. Saat 10-dan sonra sağ cinahımız da düşmənə qarşı təzyiqə keçdi və onu geri çəkilməyə məcbur etdi. Sonra da təqib baş-landı. Günortaya yaxın idi ki, düşmənin Qanlısırıtda geri çəkilən və axşamdan qalan qüvvələr Qırmızısırtda da ən son geri çəkilərək sı-ğındıqları xəndəklərdə tüfənglərini ataraq dərhal sipərlərin önünə çıxdılar, papaq, ağ yaylıq, bayraq yelləyərək təslim olmaq istədik-lərini bildirdilər.
Bütün bu baş verənləri mən də, yanımdakılar da “Kamal yeri”ndən durbinsiz seyr edirdik. Bu aralarda istər firqənin rəhbəri İzzəddin bəydən aldığım məlumatlardan, istərsə də şəxsən apar-dığım müşahidələrdən anlayırdım ki, düşmənin Arıburnu tərəf-lərdəki təpələrdə fəaliyyətindən əsər qalmayıb. Sağ cinahımız qarşısında düşmən tərəfin adamları sahilə sığınmışdılar. Yalnız geri çəkilmə nöqtəsindən uzaq qalan düşmənin Qanlısırtla Qır-mızısırtdakı tutduqları vəziyyətinə görə, həmçinin Mərkəztəpədə olan hissələrin sağ cinahdan Kömürqapıdərəsi və Bombasırtlarına qədər irəliləyərək Yüksəksırtda aldıqları hakim vəziyyətə görə düşmən əsgərlərinin yerdə qalan hissələri geri çəkilmir, dəyanətli davranırdılar. Düşmənin əsl dözümlülüyü Yüksəksırtın qərbində və Haintəpədə müşahidə edildi.
Ən nəhayət, gecə bölmələrin həddindən artıq yorğun olduğu da anlaşıldıqdan sonra qazanılan müvəffəqiyyətlə kifayətlənməli olduq. Döyüş dayandırıldı, tutulan, qazanılan xətlərdə xəndəklərin hazırlanması əmri verildi.
15 aprel günü müşahidə edilən vəziyyət belə idi: düşmən sağ cinahımızın qarşısında Yüksəksırtın sahilə uzanan hissəsində Kö-mürkapı dərəsindən kənarda yamaclara sığınmış halda durmuşdu. Bunun müqabilində bizim bölmələrimiz Cəsarəttəpədəki düş-mənlərin tutduğu təpənin yuxarı hissəsində, bunun qarşısındakı bölmələrimiz isə Ədirnəsırtında Qırmızısırt və Qanlısırtda idi. Yuxarı hissələr təkrar düşmən tərəfindən işğal edilmiş və buna müqabil olaraq bölmələrimiz yuxarıda adı çəkilən xəttin şərqində və qarşısında mövqe tutmuşdular.
Sən demə, düşmən gündüz də desant çıxarmağa davam edir-miş. Sahilə çıxarılan düşmən qüvvələri irəliyə hərəkət edərək ön xətləri möhkəmləndirirmiş, xətlər möhkəmləndirildikcə ümumi vəziyyəti təshih edə bilmək üçün cəbhənin bəzi nöqtələri boyunca hərəkətdə imiş. Bu hərəkət nəticəsində Qanlısırt tərəfindən sol cinahımıza təzyiq edilirmiş. Amma bu hücumun qarşısı alınmışdı.
O gün düşmənin doqquz nəqliyyat gəmisindən sahilə çıxarılan əsgərlərindən başqa, səkkiz nəqliyyat gəmisinin hələ üfüqdən sa-hillərə doğru yaxınlaşdığı görünürdü. Bizim birinci xəttimiz düş-mənin iki yüz-üç yüz metr qarşısında idi. Bu sürətlə getdikcə sıx-laşan düşmənin qarşısında gözləməkdənsə qəti nəticə əldə etməyə kifayət edəcək qədər qüvvə cəlb etmək üçün Mustafa Kamal Paşa komandanlara xəbər göndərdi. İstədiyi qüvvələri alan zaman isə cəbhə genişləndiyindən müxtəlif komandanlarla daimi münasibət-də olmaq çətinləşmişdi. Onun üçün də cəbhəni müxtəlif məntə-qə komandanlıqlarına bölmüşdü…
“Bu dəfə olduğum yer çox uyğun idi. Bütün vəziyyəti bölmə komandanlarından daha yaxşı görə bilirdim. Sonra da müxtəlif mənbələrdən məlumat alırdım. Məsələn, düşmən komandanının “Buraya imdada yetişin” tərzindəki teleqrafını istehkamda olan teleqrafçımız tutmuşdu. Bunu mənə bildirdilər. Beləliklə, başlanılan hücuma davam etmək vacibdi. Düşmənin imdadına gələcək qüvvələr yetişməzdən əvvəl hücumumuzu qəti şəkildə həyata keçirməyin vacibliyi, həqiqətən, ortada idi. Bundan başqa, düşməni tez zamanda sahillərimizdən uzaqlaşdırmaq vətəndaş vəzifəmiz idi.
Məqsədimi bölmə komandanlarına bildirdim. Nəzərdə tut-duqlarımın tətbiqi üçün əsgərlərimizin süngüsündən başqa gü-vənəcəkləri heç nə yox idi. Əlimdə olan bütün qüvvələr döyüş xət-tinə yaxınlaşmış vəziyyətdə idi. Bu hücum səbəbindən düşmən mövqelərinə girmələri üçün arxadan “Şiddətli hücum!” əmri verdim. Saat 4-ü keçmişdi. Ümumi cəbhə boyu irəli doğru hərəkət başlandı. Xüsusilə, mərkəz qrupu şiddətli hücuma keçərək irəliləməkdə idi. Doğrusu, bütün əsgəri bölüklərimiz təqdir ediləcək sürətlə hücuma keçmişdilər.
Ancaq bu məqamda sizə Bombasırtı hadisəsini danışmadan keçə bilməyəcəyəm. Təsəvvür edin ki, qarşılıqlı sipərlər arasındakı məsafəniz səkkiz metrdir… Yəni ölüm mütləqdir… Birinci cərgə-dəkilərin hər biri xilas ola bilməyəcəklərinə əmindirlər. Onlar sıra-dan çıxdıqca ikinci sıradakılar onların yerinə gedirlər. Lakin bir görsəydiniz, nə qədər qibtə ediləcək təmkin və təvəkküllə irəliləyirlər? Ağlınıza belə gəlməz! Hamısı da öləni görür, cəmi üç-dörd dəqiqəyə özünün də öləcəyini anlayırdı. Amma heç kiçik bir narahatlıq belə göstərmirdi. Sarsılmaq olmazdı! Oxumaq bilənlər əllərində “Qurani Kərim” cənnətə girməyə hazırlaşırdılar. Bilmə-yənlər kəlimeyi şəhadətlərini deyə-deyə irəliləyirdilər. Bu, türk əs-gərlərindəki ruhi qüvvəni göstərən heyrətə layiq, təbrik edilə bi-ləcək xüsusiyyətdir. Əmin olmalısınız ki, Çanaqqala müharibəsin-də bizi qalib edən məhz bu ruh yüksəkliyi oldu…
17 mayda indi bir az əvvəl bəhs etdiyimiz Çataltəpəsi, Halid və Rızatəpəsi deyilən yerdə qanlı döyüş baş verdi… Orda Rıza Əfəndi və Halit Əfəndi adında hücumu kifayət qədər qəhrəmanca icra edən iki zabit şəhid oldu! Bu döyüşdən sonra Arıburnuna qarşı mühafizəsini təmin etdiyim cəbhəyə əlavə olaraq Anafartalar mən-təqəsi daxilindəki Azmaka qədərki hissə də məsuliyyətim altına verildi. Lakin daha sonra bütün Anafartalar məntəqəsi birbaşa olaraq Esat Paşa həzrətləri ilə əlaqədar Almaniyalı Vilmer bəyin komandası və məsuliyyəti altına keçdi. 18-i də elə o döyüş ilə keçir. 22-ci gün verilən məlumata görə, düşmən cənub qrupunda, yəni Seddülbahir yaxınlığında Kirte məntəqəsinə şiddətlə hücum et-mişdi. Həqiqətən də, cəbhəmizdə ciddi və açıq şəkildə düşmən hü-cumu gözləmək ehtiyatlı davranmaq demək idi. Əslində, o gün gü-nortadan əvvəl bütün firqə cəbhəsi düşmənin top, tüfəng, mitral-yozlarla (avtomat tüfəng) açdığı şiddətli atəş altında qalmışdı.
Beləliklə, döyüş başladı. Ümumi cəbhədə düşmən qüvvələri müvəffəqiyyət qazandı. Bombasırtında iki səngərimizi zəbt və işğal etdi. 23 may günündə bu səngərləri geri aldıq. Düşmən gecədən işğala müvəffəq olduğu bu səngərlərdəki qüvvəsini sabaha qədər bir qədərdə gücləndirdi və əleyhimizə istifadə edəcək vəziyyətə gətirə bildi. Lakin həyata keçirilən tədbirlər, xüsusilə, 27-ci və 57-ci alayların komandanlarının, zabitlərinin və əsgərlərinin qəhrə-manlığı sayəsində o səngərlərin içində olan düşmən bütünlüklə yox edildi. Bombalarla parça-parça olub havaya sovruldular. Səngərlər əlimizə keçdiyi zaman ağzına qədər düşmən cəsədilə dolmuşdu. Bu müdhiş mənzərəydi. İngilislərdən bir adam belə qurtula bil-məmişdi.
Döyüşlərin getdiyi ərəfədə Kamal yerinə təşrif buyurmuş Tələt Paşa həzrətlərilə İsmayıl Canpolad və Doktor Nazim Bəy o gün in-gilislərlə bağlı maddi döyüş xatirələrinə də malikdirlər. Kimisində qurşun parçalamış bir ingilis atı, kimisində balaca-malaca ordenlər, durbin parçaları-filan var… Düşmənin yalnız bu kiçik döyüşdəki itkisi üç mindən artıq olardı.
24 may günü heç bir hadisə olmadı. 25-də düşmən yenə firqə cəbhəsinə hücuma keçdi. Hətta kiçik bir səngərimizə belə girdi. La-kin nəticədə yenə də tamamilə tələf edildi. Onlar səngərdən kənara atıldılar və məhv edildilər.
26-sı və 27-də yenə sakitlik idi. 28-də də eləcə. 29-da düşmən 31, 32, 34 nömrə ilə adlandırdığımız səngərlərə hücuma keçdi. Lakin bu dəfə də çoxlu tələfat verərək geri oturduldu. 14 aprel günü hücumundan sonra Bombasırtında, boyun nöqtəsinə yaxınlıqda yaradılan bu səngərlər Arıburnu cəbhəsində 7-8 metrdən 10 ilə 12 metrəyə qədər düşmənə yaxın olan səngərlərdir. Bu yaxınlaşma və bu səngərlərdə baş verən hadisələr onların tarixi şöhrət qazana-caqlarını təmin edib. Bu səngərlərin qarşısında olan düşmən sən-gərləri arxası Qorxudərəsinə enən bir uçurumun kənarında qurul-muşdu və xüsusi mahiyyət daşıyırdı. Haqqında danışılan səngər-lərdə düşmən daima narahat idi. Elə nömrələrini söylədiyimiz səngərlərə qarşı onların təcavüzləri, demək olar ki, bir gecə belə əs-kik olmazdı. Üstlərinə bomba yağdığı zaman bu səngərlər, az qala, cəhənnəmə çevrilirdilər. Təbii ki, qarşımızdakı düşmən səngərlərin-də də vəziyyət eyni idi. Düşmən bombalarından sonra baş verəcək tələfatı azaltmaq üçün səngərlərin üzərinə qalın taxtalar örtdür-müşdük. Onlar bu taxtalara tez-tez içi yanacaq dolu şüşələr atır, yan-ğın törədirdilər. Şiddətli alov və qatı duman o səngərlərin üzərindən heç əskik olmazdı. Təbii ki, biz oralarda həddindən artıq çox tələfat verirdik. Lakin buna baxmayaraq igid, qismətə boyun əyən əsgər-lərimiz bütün bu yanğınlara, səngərlərdəki bomba partlayışlarına sinə gərir, qibtəyə layiq əzmkarlıqla öz mövqelərini müdafiə edir, düşmənə qarşı vuruşurdular. 30-31-də, eləcə də 1 iyundan 16 iyuna qədər zaman ərzində elə də mühüm hadisələr baş vermədi…
Saros qrupunun komandanı polkovnik Feyzi bəyin Çonkbayırı və Kocaçiməndəki hərbi birlikləri də öz komandanlığı altına alaraq “Anafartalar qrupu” adı altında qrup təşkil etdiyi barədə hər kəsə məlumat verilmişdi. Conkbayırdakı böyük təhlükəni yaxından görür və çox mütəəssir olurdum. Onun üçün Şimal Qrupu koman-danlığına məruzə etdim: “Conkbayırındakı vəziyyətin hələ də diqqətəlayiq əhəmiyyət daşıdığı və incə məsələ olduğu ortadadır. Bununla bağlı ordu komandanlarının nəzər-diqqətlərini ciddi surətdə cəlb etmənizi məmləkətin salamatlığı naminə xahiş edirəm”.
O dövrdə böyük komandanların əksəriyyəti əsəbiydi. Kazım bəy ordu komandanı Liman Paşa həzrətləri adından mənimlə telefonla danışdı. Fikrimi soruşdu. Vəziyyətin əhəmiyyətini söylədim. Dedim: “Əlimizdə daha bir an da mövcuddur. Əgər bu anı da ziyana uğratsaq, ümumi fəlakət qarşısında qalacağımız dəqiqdir”.
Vəziyyətin ümumiləşmiş olduğunu, Anafartalara çıxmış və çıx-maqda olan düşmən qüvvələrini diqqətə almaq, həmçinin ona görə ümumi tədbirlər həyata keçirmək lazım gəldiyini, ehtiyat qüvvə, birlik və təmin üçün bütün hissələrin bir komandanlıq altında olmasından başqa çarə qalmadığını dedim…
Həqiqətən, belədi. Çünki bu hərəkatda tərifedilməz, qeyri-adi, hətta fövqəladə sözlərlə izah etməyə çalışdığımız ruhi və-ziyyətlərdən çox yüksəkdə olan şeyi görürdüm! Belə məsuliyyəti öz üzərinə götürmək, sizin də anladığınız kimi, adi iş deyildi. Lakin vətənim məhv olduqdan sonra yaşamamağa qərar verdiyim üçün iftixarla bu məsuliyyəti öz üzərimə götürdüm. Və dərhal saatlarla məsafə uzaqda yerləşən Çamlıtəkkə qərargahına doğru hərəkətə keçdim. Məhz bununla Arıburnu ilə olan komandanlıq münasibətim sona çatmış oldu.
İngilislər Arıburnu ətraflarında və bu cəbhələrdəki döyüşlərdə sərkərdələrinin, əsgərlərinin göstərdikləri cəsarəti, mətanəti və cən-gavərliyi fövqəladə dillə təqdir və yad edirlər. Amma düşünün ki, bütün döyüş sursatları ilə birlikdə mükəmməl şəkildə hazırlanmış, böyük cəsarət və qətiyyətlə Arıburnu sahillərinə ayaq basan düşmənimiz yenə o sahil kənarlarında qalmağa məcbur olmuşdular. Buna görə də zabitlərimiz, əsgərlərimiz vətənpərvərlik hissi və inamları, millətlərinə məxsus şücaətlərilə bu dərəcədə qüvvətli düşmənə qarşı Darülhilafə və səltənət qüvvələrini mühafizə etməklə ciddi iftixar hissinə layiq mövqe qazanmışdılar. Komandanlıq etdiyim bütün bölmələrin zabitlərini, əsgərlərini bir-bir təqdir edirəm. Bu ülvi məqsəd uğrunda canlarını qəhrəmancasına fəda edən müqəddəs şəhidlərimizi dərin və əbədi hörmət hissilə yad edirəm.
Conkbayırı və Şahintəpənin mühafizəsi üçün komandanlığı öz üzərimə götürməyimdən əvvəl orada döyüşlərdə əsgərlərin çox bö-yük qəhrəmanlıq və fədakarlıq göstərildiyini təqdirlə yad edirəm. Ancaq əlavə etməyi lüzum görürəm ki, bu bölmələr həddindən artıq zəifləmiş və yorulmuşdular. Yenidən iki piyada alayının əmrim altına geçəcəyinə dair məlumat vaxt itirmədən yeni əmrlər verməyimə səbəb oldu. 27 iyul günü günortadan sonra saat üçdə Conkbayırı və Kocaçimən məntəqəsində yerləşən …ncı və …ncı firqə zabitlərinə telefonla dedim: "Bu gecə Conkbayırında sizdən böyük şücaət tələb edəcəyəm. İki piyada alayı üçün əlinizdə olan imkan-lardan istifadə edib, heç olmasa, isti şorba hazırlamağa imkan tap-mağınızı istəyirəm”.
O günkü döyüşü idarə etdiyim yer olan Çamlıtəkkədəki iqa-mətgahıma gələrkən yolda Liman Paşa həzrətlərinin haqqında da-nışılan yavəri təbrik etmək üçün özünü mənə yetirdi. Haqqında da-nışılan həzrətlərin də iqamətgahıma gəlmiş olduğu xəbər verildi. Və Conkbayırından beynimdə necə icra ediləcəyini çək-çevir etdiyim hücumun yaxından müşahidə edə bilmək və idarə üçün dərhal şəxsən oraya yollandım. Haqqında danışılan adam məni atəşin içinə girməkdən qorumağa çalışırdı.
Amma görüləcək hərəkətin nəticəsindən başqa cür əmin olma-yacağımı anlayaraq getməyimə razılıq verdi. Birlikdə Çamlıtək-kədən Kocaçimen istiqamətinə doğru hərəkət etdik.
Bu zaman düşmənin bir təyyarəsi həmin səmtə doğru gəlirdi və o bizi təqibə başladı. Buna görə də bütün heyətimiz sağa-sola dağı-lışmaq məcburiyyətində qaldı. Bunun nəticəsində də onlar yollarını itirərək qaranlığa düşdüklərindən ertəsi günə qədər özlərini mənə yetirə bilmədilər. Məndən bir an belə ayrılmayan süvari ehtiyat za-bitlərindən Zəki Əfəndilə birlikdə tutduğumuz yolu davam etdir-məyi zəruri hesab etdim. Kocaçimendən keçərək Conkbayırına get-mək istədim. Lakin bu yol ingilislər tərəfindən tutulmuş olduğu üçün atəşə məruz qaldım. Bir az da cənubdan dolanaraq Conksırtı-nın şərq yamaclarında yerləşən ....ncı firqə qərargahına gedib çıx-dım. Bölmələrin hansı vəziyyətdə olduğunu öyrəndikdən sonra mə-nim üçün hazırlanmış çadıra yollandım. Onsuz da gecə düşmüşdü. Lazım gələn əmrləri verdim. Təzə qüvvələrin gəlib çıxmasını inti-zarla gözləyirdim. Bu qüvvə haqqında yuxarıda bəhs etdiyim “…” alay idi. Bunlardan biri bir qədər gec gəlib çıxmışdı, digərisə ertəsi gün uzun mücadilədən sonra ancaq gəlib çata bilmişdi. Buna görə də komandanlar və baş qərargahın üzvləri diqqətimi cəlb etdilər. Buna haqları da çatırdı…
Bəli, sağ tərəfdə pencəyimdə güllə yeri gördüm. Yanımdakı süvari zabit: “Əfəndim, vurulmusunuz”, – dedi. Belə bir söz əs-gərlərə gedib çatarsa, bunun onlara necə təsir edəcəyi haqda düşün-düm. Əlimlə zabitin ağzını tutdum: “Sus” dedim.
Güllə saata dəymişdi. O saatın yerdə qalan zədəli hissəsini mü-haribədən sonra Liman Paşa Həzrətləri xatirə olaraq götürdü. Mənə də özünün əsilzadə ailəsinə məxsus gerbin olduğu saatını bağışladı.
Ser Hamiltonun əsgərimizin hücumunu təsvir edərkən necə mə-harətlə danışdığını çox təqdir etdim. Doğrudur, onun təbirincə de-sək, həmin günkü döyüşdə əsgərlərimiz ingilislər üçün böyük fəla-kət olmuşdular. Qarşılarında durmaq istəyənləri həlak etmişdilər. Conkbayırı təpəsinin zirvəsini tamamilə təmizlədikdən son-ra – yenə Hamiltonun sözlərini deyirəm – yeşiyindən çıxan arı sürüləri kimi güc-bəla yaxalarını mütləq ölümdən qurtarmış digər dəstələr üzərinə hücuma keçmişdilər: “İngilislər üçün bu dərəcə ümidsiz və ağır nəticələnən müharibənin təfsilatları qətiyyən və qətiyyən sənədlərdə olduğu kimi əks oluna bilməz. Türklər bir-birinin ardınca döyüş meydanına atılırdılar. Və “İsmullah”ı zikr edərək, hə-qiqətən, şir kimi, aslan kimi döyüşürdülər”, – dedi. Bu hücumlara qarşı durmağa çalışan ingilis əsgərləri elə yerlərindəcə tələf oldular.
Xeyr! Fevzi Paşa Həzrətlərini öz yerimə vəkil təyin etdim. Sonra İstanbula yollandım. Məncə, ingilislərlə fransızların torpaqlarımız-dan qaçdığını on gün sonra İstanbulda eşitdim. Hərbi qərargah rəisinin verdiyi raporta əsaslanaraq bu hərəkətin ifadəsi üçün başqa söz axtarmağa lüzum görmürəm. Onlar sözün bütün anla-mında qaçdılar… Mən də: “Qaçdılar”, – deyəcəyəm. Amma bunun özü də özlüyündə müvəffəqiyyətli qaçış idi”303.
Müharibənin verdiyi yorğunluqdan əlavə keçirdiyi ağır malyariya xəstəliyinin də Mustafa Kamala çox təsir etmiş olmasına baxmayaraq o, Çanaqqaladan ayrılmadı. 21 avqust döyüşlərindən sonra bütün cəbhə boyunca hücuma keçməklə düşməni dənizə tök-məyi planlaşdırdı. İdeyasını həyata keçirmək üçün lazımi ta-mamlama qüvvəsinə ehtiyacı olduğunu bildirdikdə onun bu tələbi ordu komandanlığı tərəfindən: “Boş yerə qırğına verəcəyimiz bircə əsgərimiz belə yoxdur”, – deyilərək rədd edildi. Bundan sonra Mustafa Kamal qrup komandanlığından istefa verdi304. Lakin istefası qəbul edilmədi və o, İstanbula qayıtdı.
Bu ərəfələrdə – 1916-ci ildə İstanbulda “Yaqub Cəmil Ha-disəsi”ndə adı hallandı. Yaqub Cəmil “çevriliş” etdikdən sonra Ən-vər Paşanın yerini alacaq şəxs kimi Mustafa Kamalın adını çəkib, lakin Mustafa Kamalın bu hadisəylə bağlı olduğu sübuta yetirilməyib305.
Ənvər Paşa Mustafa Kamalın rəhbərliyilə üç alaylıq qüv-vəni İran üzərindən keçməklə Hindistana göndərmək, orada olan hind müsəlmanlarını İngiltərəyə qarşı ayağa qaldırmaq istəmiş, lakin Mustafa Kamal bu təklifi: “Mən o qədər də qəhrəman deyiləm”, – deyərək rədd etmişdi.
Çanaqqala döyüşlərindən sonra Mustafa Kamala verilməli olan vəzifə yüksəlişi yubadılmışdı306. O bu səbəbdən dolayı hətta təqaüdə çıxaraq bir kənara çəkilmək haqqında belə düşünüb.
B. Şərq cəbhəsi
Mustafa Kamal 1916-ci ilin yanvar ayında – icazəli olduğu vaxt bir müddətlik Sofiyaya getdi. Qayıtdıqdan sonra 28 yanvar 1916-ci ildə Ədirnədə yerləşən 16-ci korpusa komandan təyin olundu. 11 mart 1916-cı ildə həmin korpus Diyarbəkirə nəql edildiyindən Mustafa Kamal da vəzifəsini icra etmək üçün Diyarbəkirə yola düşdü. Bölgəyə gələr-gəlməz rusların qızışdırdığı dərsimlilərin hücumlarının qarşısını almaq üçün bəzi hərbi tədbirlərə əl atdı. Bu ərəfədə Anafartalarda göstərdiyi xidmətinə görə, gecikmiş də olsa, 1 aprel 1916-cı ildə general-mayor rütbəsinə yüksəldildi.
16-ci korpusa müdafiə etmək tapşırığı verilmiş cəbhə Van gölü-nün cənubundan Çapakçur boğazına qədər təxminən 80 kilometr uzunluğunda əraziydi. Qafqaz Cəbhəsinin şimal hissəsində Ər-zurum itirilmiş, Üçüncü Ordu Trabzon, Bayburt, Kop dağı xəttinə çəkilmişdi. Mustafa Kamal Paşa bu bölgədə Muşu və Bitlisi düşmən işğalından xilas etdi. Ona bu xidmətinə görə qızıl qılınclı imtiyaz medalı verildi.
Bu ərəfələrdə – 16 fevral 1917-ci il tarixində ona 4-cü Ordunun əmrində olan Hicaz Səfəriyyə Qüvvələri komandanlığını üzərinə götürməsi təklif edildi. Şama gedib vəziyyəti yaxından öyrəndikdən sonra bu vəzifəni qəbul etmədi. Baş komandanlığa qısa müddət ər-zində Hicazın boşaldılmasını, oradan çıxan qüvvələrin köməkliyilə Suriyanın möhkəmləndirilməsini təklif etdi. Ənvər Paşa müsəl-manların müqəddəs torpaqlarının boşaldılma işini Mustafa Kamala təklif edərək onu xalqın gözündən salmaq haqqında düşünürdü. Ancaq Mustafa Kamal: “İndiyə qədər bölgəni kim müdafiə edibsə, geri çəkilməni də o təşkil etməlidir”, – deyərək bu təklifi qəbul etmədi. Sonra Hicaz Səfəriyyə qüvvələrinin də təşkilindən imtina etdi.
Osmanlı Baş Qərargahı rusların cənubu silkələmələrinin qarşı-sını almaq üçün Diyarbəkirdə II Ordu adlı yeni ordu yaradıb, Əhməd İzzət Paşanın icazəli olaraq İstanbula getməsindən sonra Mustafa Kamal Paşanı bu ordunun komandan vəkilliyinə, daha sonra – 7 mart 1917-ci ildə isə əsaslı şəkildə ordu komandanlığına keçirdi.
Bu tarixlərdə ingilis qüvvələri Bağdadı işğal etdilər və Fələstin cəbhəsində geniş hərəkata hazırlıq başlandı. Ruslar isə öz içlərində başlanan iğtişaşlardan dolayı müharibədən çəkilməyə ha-zırlaşırdılar. Belə bir şəraitdə türk ordusu Muşu təkrar aldı və ərazi-də abadlıq işlərinə başlanıldı.
Mustafa Kamal bir müddət sonra – 5 iyul 1917 tarixində yeni təşkil olunan 7-ci ordu komandanlığına təyin edildi307. O, l 7-ci Ordu komandanı vəzifəsini icra edərkən həm alman generalını, həm də Osmanlı Hərbi Nəzarətini tənqid etdiyi üçün İldırım Orduları ko-mandanı, alman generalı Falkenhaynla münasibətləri kəskinləş-mişdi. Mustafa Kamalın Osmanlı Hərbi Nəzarətini tənqidinin səbəbi qədim tarixi olan türk ordusunun başına türk millətini, türk əsgərini və Türkiyəni heç tanımayan almanların gətirilməsiydi. Alman generallarını səhv qərarlarına görə tənqid də edib.
Falkenhaynı tənqid edən yalnız o deyildi. 4-ci Ordu komandanı Camal Paşa308 da onun tərəfindəydi. Mustafa Kamal 1917-ci il sentyabrın sonlarında Falkenhaynın davranışları məsələsində iki raport verib, lakin ikisi də qəbul edilməyincə, oktyabrın əvvəllərində 7-ci Ordunun komandanlığından istefa verib. 20 sentyabr 1917-ci il tarixli ilk raport Falkenhaynın əleyhinə olduğu qədər, daxili vəziyyəti və hökuməti də tənqid üzərində qurulub. Mustafa Kamalın 20 sentyabr 1917-ci il tarixli raportunun309 xülasəsi belədir:
“Maddə 1. Xalq hökumətdən soyuyub, xalqa qarşı çox pis rəftar edilir, hökumət tam acizlik içərisindədir. Ədliyyə qətiyyən işləmir. Xalqın dolanışığı, iqtisadi vəziyyəti bərbaddır. Kimsə gələcəyə inanmır. Dövlət qəfil çökə bilər.
Maddə 2. Müharibə tezliklə qurtarana bənzəmir. Düşmən tərəfi bizdən daha az çətinlik çəkir.
Maddə 3. Osmanlı ordusu müharibənin əvvəllərinə nisbətən çox zəifdir. Birliklərin əsgər sayı azdır. Ən yaxşı diviziyalardan biri hesab edilən 59-cu diviziyanın yarısı ayaq üstündə dayana bil-məyəcək qədər gücsüz və zəif əsgərlərdən ibarətdir. Ordularda yarı-yarıya qaçanlar da var (Bu cümlədən sonra bir sıra cəbhə və or-duların vəziyyəti, həmçinin düşmənlərin məqsədi nəzərdən keçiri-lir).
Maddə 4. Görüləcək işlər: a) İdarəetmə, jandarm, məişət məsə-lələri işləri düzəldilməli; b) Hərbi baxımdan aktiv vəziyyətdə qal-malı, Avropadakı bütün qoşunlarımız geri çağırılmalıdır. Sina cəb-həsində nə edəcəyimizi indidən müəyyən etməliyik. Ancaq belə gö-rünür ki, ora yeni qüvvələr yığmazdan əvvəl düşmən bizə hücum edəcək.
Maddə 5. Suriya və Hicaz yenidən müsəlman-Osmanlı ko-mandirin sərəncamına verilməlidir. Onun rəhbərliyi altında da Sina cəbhəsinə yeni müsəlman-Osmanlı komandanlıq etməlidir. Falkenhaynın vətənə zərərinə baxmayaraq mütləq ondan istifadə lazımdırsa, Suriya və Hicaza rəhbərlik edəcək müsəlman-Osmanlı baş komandanının əmri altında olmalıdır. Bu təqdirdə indikindən daha kiçik vəzifəyə düşsəm də (yəni o zaman üzərimdə bir yerinə iki əmr edən olacaq), vətənimizin xeyrinə buna razıyam. Əgər 7-ci Ordum Sina cəbhəsinə tam şəkildə gedib çıxmadan düşmən üzərimizə hücum edərsə və o, pərakəndə olaraq 8-ci Ordu komandiri Von Kressin rəhbərliyi altına veriləcəksə, buna tamaşaçı qala bilməyəcək, rəhbərliyi öz üzərimə götürəcəyəm.
Almanlara qarşı zəiflik göstərmək bizə çox zərər verir. Falken-hayn hər yerdə özünün almanlığını, vəzifəsinin Almaniyanın mənfəətini qorumaq olduğunu söyləməkdən çəkinmir. Alman za-bitləri vasitəsilə birbaşa tayfa başçılarıyla əlaqə yaradır. Mənə də: “Ərəblər türklərə düşməndir, biz almanlar bitərəf olduğumuz üçün onları əldə edə bilərik”, – deməkdən çəkinmir. Falkenhaynın hücum etməklə bağlı söylədiyi sözlər bütün Suriya və Ərəbistan ərazisinin öz rəhbərliyi altına düşməsi üçün vasitəydi. Vətənimizi də müstəmləkə vəziyyətinə salmağa çalışır. Fələstində yaxşı müdafiə qura bilərsə (Osmanlını müstəmləkə etmək məqsədilə), məqsədinə çatacaq. Bizə borc yazılan qızılları da, tökülən son türk qanlarını da bu yolda xərcləmiş olacaq. Son olaraq deyim ki, bu yurdun heç bir guşəsinin yadellilərin nüfuzu, idarəsi altına veril-məsi mümkün deyil”.
Mustafa Kamalın ikinci raportu birincinin əlavəsi xarakteri daşıyır. Birinci raport Tələt, Ənvər və Camal paşalara göndərilsə də, əlavəsi Ənvər və Camal paşalara ünvanlanmışdı. Əlavənin tarixi 24 sentyabr 1917-ci ilə aiddir310. Raportun mətnisə bu şəkildədir:
“1. Sina cəbhəsində icra olunacaq azadlıq hərəkatının necə hərəkat ola biləcəyini qeyd edirəm: “Sina cəbhəsində mövcud düşmən qüvvə 10, 52, 53, 54, 50 və 74-cü firqələrlə fransız və italyan qüvvələrindən mürəkkəb bir firqə, yeddi yüz batalyonun mövcud sayı ilə cəmi 60 min və süvari qüvvələri ilə cəmi 70 min nəfərdən ibarətdir. Bu cəbhədə olan qüvvələrimiz 3, 7, 16, 26, 27, 53 və 54-cü firqələr süvari firqəsidir və ən son qüvvə silah ədədi ilə deyil, mövcud sayı ilə 33 min nəfərdən ibarətdir. Ehtiyat qüvvəmiz olan Remle ətrafındakı 24-cü firqə ilə 19 və 50-ci firqələrin Hələbdə möv-cud olan sayı və tamamlana bilməyəcək 20-ci firqənin İstanbuldakı mövcud sayı və 1800 piyadadan ibarət alman bölməsinin cəmi qüvvəsi 30 min nəfərdən ibarətdir. 59-cu firqənin istifadəyə yararlı olmadığı məlumdur. Ehtiyat qüvvələrimizin Sinaya, ən azı, yüzdə otuz şəkildə yetişməsi, hər ay Sina cəbhəsinin bir firqə qüvvəsində itkiyə məhkum olması etiraz doğurmayan hal olduğundan, bütün ehtiyat qüvvələrimiz cəbhəyə iki ay sonra 20 min sayda yetişə biləcək, bugünkü Sina qüvvələri də beş mindən on minə qədər itki verərək 23 min nəfərə düşəcək. Yəni 7 və 8-ci orduların cəmi 43 min əsgəri olacaq. Düşmənə yeni dəstək qüvvələr gəlmədiyi halda, bütün qüvvələrimizi cəm etdikdən sonra aradakı nisbət 70-ə qarşı 43 olacaq. İki ay ərzində 70 mindən düşmənin verə biləcəyi itki o qədər də uzun yürüyüş edilmədiyindən, mütəmadi fərarilik halı olmadığından o dərəcədə də əhəmiyyətli deyil və tamamlanmağa hazır kimi qəbul olunur. Alman qərb cəbhəsi daxil olduğu halda bütün cəbhələrdə vəsait baxımından bizimlə eyni vəziyyətdə olan düşmənin vəsaiti nəql olunma vəziyyətinə görə çox uyğun olan Sina cəbhəsində bu gün və irəlidə gedən bizə qəti üstün vəziyyətə sahib olacağı aşkardır. Bu hesab nəzərə alınarsa, yeni ehtiyac qüvvələri gətirmədiyi halda 70 min adama qarşı istehsalı ən böyük müvəffəqiyyət olan nəticə mütləq müdafiədən ibarət ola bilər.
Məsələ çətin anlaşılır, halbuki düşmənin Misirdən daha 64, 77, 78-ci firqələrinin və bir hind firqəsinin olduğu, həmçinin Sina cəb-həsində yeni firqənin görüldüyü 4-cü ordunun raportlarında qeyd olunub. Bu halda Osmanlı dövləti əlüstü topladığı və təsis etdiyi bütün qüvvələrlə Fələstinin addım-addım müdafiəsinə qalxmaqdan başqa qəbul edəcək qərara malik olmadığı kimi, məmləkətin daxilində və xaricindəki qənaət edə biləcəyi qüvvələri də bu cəbhəyə indidən yetişdirmək məcburiyyətindəydi.
2. Sina cəbhəsinin dalbadal bir-birinin dalınca yetişən bölmələrlə bərabər müdafiəsinin təmininin necə mümkün olacağı haqqında buradan çox şey söylənilə bilməz.
Buradan görüləcək əsas tədbir qüvvələrin təcili Cənuba sövq edilməsi, gizli qorunan ağır topları, cəbbəxananı, təhkim olunmuş avadanlıqların cəm olunmasıdır. Dalbadal qüvvələrin gəlib çıxmasıyla cərəyan edəcək müharibənin gələcək mərhələləri əvvəlcədən təxmin edilə bilməz. İndiyə qədər düşdüyüm vəziyyətlərə görə bu sahədə mənim qədər təcrübə keçməyib. İstər Arıburnunda, istərsə də Anafartalarda sözün birbaşa anlamında Osmanlı paytaxtını bu sistemdə, yəni seçmə qüvvələrə qarşı dalbadal bir-birinə yetirən qüvvələrin istifadə edilməsilə müdafiə məcburiyyətində qalmış və ikinci ordunun öndə gedən bölməsinə komandanlıq edərkən daha strateji şəkildə yayılmasını tamamlamış düşmənə qarşı ordumuzun təmini vəzifəsini icra etmişdim.
3. Düşmən hücumundan əvvəl 7-ci ordunu toplaya bildiyimiz halda, məhdudlaşmış müdafiə vəziyyəti alacaq Sina cəbhəsinə bir qrup və iki ordu qərargahı sığmazdı. Falkenhayn bura gələr-gəlməz ona bunu söylədim. Belə bir təşkilatın bura sığa biləcəyilə bağlı mənə göstərdiyi sövqiyyat və idarə şəkli yalnız hücum şəkliydi. Yəni indiki cəbhəni ört-basdır edən bir ordu və Birüssebi ilə cənubundan düşmənin möhkəmləndirilmiş ordugahının arxasına hücum edən digər ordu vəziyyəti ydi. Bir sözlə, bu ehtimalın müm-künsüzlüyünü söyləyincə general Falkenhayn, demək olar, mənim: “Bir qrup və iki ordu lüzumsuzdur”, – fikrimə cavab verməyib. Xüsusilə, mütləq olduğu üçün düşmən hücumunda gecikdiyimiz za-man mövcud və gələcək qüvvələrin yalnız bir komandanlığa tabe olması mübahisəsinə lüzum olmayan zərurətdir. Belə olduğu halda Falkenhaynın özünə də bir iş qalmayacaq, Kress bütün qüvvələri istifadə edəcəkdi. Həqiqətən də məmləkətin müdafiəsi nöqteyi-nəzərindən bu hal başqa mümkün halları nəzərə almamaq deməkdir. Arıburnunda firqə komandanıykən tədricən gələn və üç firqəyə çatan qüvvələrə heç bir şərtsiz komandanlıq etdiyim üçün və eləcə də bunun kimi təcili olaraq 16-cı korpusla Anafartaların müdafiəsinə başladıqdan sonra gələn korpuslarla cəmi 11 firqəyə çatan ordunu qeyd-şərtsiz idarə edə bildiyim üçün vəzifəmi icra etməyə nail olmuşdum. Məmləkətin həyatı bahasına yeni uğursuz təcrübə qazanmaq üçün cəhd etmək qətiyyən ağıllı hərəkət deyildi. Əvvəlki raportumda açıq-aşkar ərz etdiyim, təfsilatıyla bildirdiyim bu ehtimalla bağlı gəldiyim qənaətlər əsnasında ərz və təfsil etdiyim düşüncələrə cavab verilməməkdədir. Onsuz da azadlıq hərəkatı pərdəsi altında təqdim olunan Sina hadisələri ümumi qərargaha tam mənası ilə tabe generala həvalə edilincə, buna cavab vermək, heç şübhəsiz ki, Falkenhaynın üzərinə düşəcəkdi.
Falkenhayn bütün bu həqiqətləri gördü və cəbhənin bir qismi-nin indidən əmrimə verilməsini təklif etdiyi kimi, tərəfimizdən hücum edilməməsinin gözlənilən addım olduğunu da söylədi. Adı çəkilən bu adam gücsüzlər üçün daima özünün Birrüssebi qarnizon komandanlığı və zahiriyyə məntəqəsi fövqəladə komandanlığı kimi vəzifə nəzərdə tutulduğunu söyləməyə, bu cür bəzəyib təqdim etməyə çalışmaqdadır. Sina cəbhəsinə komandanlıq edə bilməm üçün kifayət qədər təcrübəmin, məlumatımın olduğu bəllidir. Çünki Sina cəbhəsindən daha təhlükəli Arıburnunun müvəffəqiyyətlə və kiçik komandan olaraq keçmiş, Anafartada II firqə və bir suvari sancağını müvəffəqiyyətlə idarə et-miş və ingilis ordusunu məğlubiyyətə düçar edərək öz təsiri altına almış, qısaca 10 firqədən ibarət 2-ci ordunu sövq və idarə etmiş bir komandan nə qədər aciz olsa da, yenə də Sina vəzifəsi üçün sınanmış və inanılmış adam dərəcəsini qazanmış deməkdir.
4. Əvvəlki raportum əsas etibarilə aşağıdakı kimi dəyişmək-dədir:
a) Sina cəbhəsinin vəziyyəti və ehtiyac duyduğu cəhətlər, həqi-qətən də müəyyən edilməyib. O, azadlıq hərəkatı adı ilə təqdim edil-məkdədir və biz aldadılırıq.
b) General Falkenhayn qeyd-şərtsiz bir Osmanlının əmri altına verilməyib. Geri göndərilmənin və ehtiyacatın təmini kimi bir sıra məsələlərdə mütəmadi şikayətlə əcnəbi sayının Fələstindən şimala doğru davamlı olaraq yayılacağına şübhə yoxdur. Kress Paşanın Sina hərəkatı üçün alman hərbi qərargahına xidmətə veril-məsindən və Rayaktan Ceniba qədər bütün dəmiryolu işinin birbaşa almanların rəhbərliyi altına təhvil verilməsini zəruri olduğunu söy-ləməsindən xəbərim var.
c) Yuxarıda göstərdiyim kimi, müdafiə üçün əsasən Sina cəbhə-sinə bir qrup və iki ordu yetərli deyil. Davamlı olaraq möhkəm-ləndirmədə də hərəkətdə azad olmağımla bağlı heç bir qeyd yoxdur.
d) General Falkenhaynın maydan bəri məmləkətimizdə özünü göstərməsi məmləkətin müdafiəsinə əsaslı surətdə zərər verib və Ərəbistanın müdafiəsi üçün istifadə edə biləcəyimiz 3 mühüm yaz ayını məhv edib. Bu strateji zərərin aradan qaldırılmasını Tanrı-dan istəyirik. Hərbi zərəri bu olan məmləkətin siyasi zərərinin nədən ibarət olduğunu heç düşünməyə belə imkan olmayıb. Ümumi qərargahda əmrlərə, etdiyim müdaxilələrə əsla məhəl qoymur, öz bildikləri kimi rəftar edirlər. Biz yalnız Kressi hüquq bölgüsü aparıb deyə, yerindən tərpətmirik. Məsələn, Nablus yaxınlığında düşmən hücumunun qarşısını ala biləcək olan general Falkenhayna mütləq tabe olacağımız, məncə, boş sözdür. Çünki nə hərbi, nə də siyasi anlamda Falkenhayna etimadım yoxdur. Onun əmri altında və qərarlarına tabe olaraq vəzifə icra etmək vətənim üçün əsla uğurlu xidmət vəd etmir. Amma vətənimin mənafeyilə bərabər şəxsən özümün şərəf və qabiliyyətimin tabe ediləcəyi, məni artıq məmləkətə xidmət edə bilməyəcək vəziyyətə salacağı şübhəsizdir. Buna görə də hərbiyə naziri, ali baş komandan vəkili olaraq zati-dövlətlərinə yazdığım bu raportla ali hökumətdən iki qərardan birini verməsini tələb edirəm.
1. Falkenhayn heç vaxt Sina cəbhəsində vəzifə almamalı, Ərə-bistan baş komandanlığının əmri altında olaraq Sinanın müdafiəsi yalnız 7-ci ordu komandanına aid olmalıdır.
2. Yaxud 7-ci Ordunun komandasından istefa verməliyəm.
Raportuma təcili olaraq cavab verilməsini istəyirəm, çünki ca-vab verilmədiyi halda yaxın zamanlarda tutduğum mövqedə vəzi-fəmi icra etməyəcəyəmi general Falkenhayna bildirəcəyimi ərz edi-rəm.
Yeddinci ordu komandan Mustafa Kamal”.
Göründüyü kimi, ölkənin içində mövcud vəziyyəti ortaya qoyan və Mustafa Kamal Paşanın uzaqgörənliyinin sübutu olan bu raportlar məramnamə xüsusiyyəti daşıyır.
Mustafa Kamal Paşa 6 oktyabr 1917-ci il tarixində 7-ci ordu ko-mandanlığından istefa verdi. Bu hadisədən sonra – 9 oktyabrda 2-ci ordu komandanlığına təyin edildi. Bir ay icazə alaraq İstanbula qa-yıtdı. Yeni vəzifəsindən izn alaraq icazəsini üç ay da uzatdı və bu onun Baş Qərargah sərəncamına alınmasıyla nəticələndi.
1917-ci ilin dekabr ayında Keyzer Osmanlı Sultanını Alman İm-peratorluq Qərargahını ziyarətə dəvət etmişdi. Padşahın yerinə onun qardaşı və vəliəhd Vahidəddin Əfəndinin getməsi məqsədə-uyğun hesab edildi, Mustafa Kamal Paşadan bu səyahətdə Vahi-dəddini müşayiət etməsi istənildi. Mustafa Kamal Paşa vəliəhdlə belə səfərə çıxmağı özü üçün faydalı hesab etdiyindən təklifi qəbul etdi. 15 dekabr 1917 və 5 yanvar 1918-ci il tarixləri arasında baş tutan bu səyahətdə müharibə vəziyyətini və bunun labüd nəticələrini bütün açıqlığı ilə vəliəhdə izah etməyə çalışdı. Onlar Almaniyada Alman Ümumi Qərargahını, alman cəbhələrini, imperator Vilhelmi, marşal Hindenburqu, general Ludendorffu ziyarət etdilər. Mustafa Kamal Paşageri qayıdarkən Vahidəddindən İstanbula dönən kimi 5-ci ordunun komandanlığını istəməyə vadar etdi311.
Бесплатный фрагмент закончился.
