Читать книгу: «Taleyim mənim»

Шрифт:
TALEYİM MƏNİM
 
Vuruldum şeirə körpəliyimdən,
Şeirdən boy atdı həyatım mənim.
Məclisə söylədim söz sənətindən,
Şeirə bağlandı taleyim mənim.
 

BİRİNCİ HİSSƏ
KEÇMİŞ ŞEİRLƏRDƏN SEÇİLMİŞLƏR

ÖYLƏNİR
parçalar

 
Vətəni uğrunda döyüşən zaman,
Düşmənə güc gəldi Musayev Mərdan,
Zəhmətkeş olubdu Vəli Qəhrəman,
Geroyun,vəkilin adı söylənir.
 
 
Şöhrətli insana hörmət edildi,
Məhsuldar əməyə qiymət verildi,
Dəyərli oğullar rəhbər seçildi,
Ümidlər doğruldan adlar söylənir.
 
 
Abbasqulu, Sarı sınaqdan keçdi,
Etibar qazandı , düzgün yol seçdi,
Elinin atası kimi tanındı,
Xalqda olan etimadlar söylənir.
 
 
Elminin uğrunda az danışdılar,
Dissertant olaraq bilgi yazdılar,
Dəyərli, şöhrətli şan qazandılar,
Faydalı elmiylə tez tanındılar,
İbrahim, Fərman da adla söylənir,
 
 
Əli Məmmədəli Tovuz elində,
Dillər əzbəriydi xalqın dilində,
Əlli üç il, vəzifə qələm əlində,
Ordenli, əvəzsiz dahi söylənir.
Müharibə başladı İgidlər getdi,
Qəhrəman oğullar soraqsız itdi,
Vuruşdan qayıdan şil-şikəst gəldi,
Mirbabalar, Mirqamətlər söylənir.
 
20.03.1999-cu il

QƏLBİM AĞLADI

Gənc yaşında Moskvada həyatını itirən Şəmistanın oğlu Raufun əziz xatirəsinə həsr edirəm


 
Ölümün xəbəri mənə çatanda,
Varlığım titrədi,başım ağrıdı.
Sorğunu verəndə cavab alanda,
Gözlərim yaşardı ,qəlbim ağladı.
 
 
Ataya,Anaya dərd verib getdin,
Səfanı sürmədin gəncikən getdin,
Vəfasız dünyadan murazsın getdin,
Atanın,ananın qəlbi ağladı.
 
 
Dostları aradım soruşammadım,
Yetərli cavabı mən alammadım,
Dərdini heç kimdən öyrənəmmədim,
Ağrıdım,göynədim qəlbim ağladı.
 
 
Yazarın sözləri təskinlik olsun,
Yaxını,uzağı xatircəm olsun.
Unutmur Raufu ruhu şad olsun,
Yaddaşa köç etdi xəyal ağladı,
 
 
Ölüm də,itgi də sağalmaz dərddi,
Heçnə ilə çözülməz bənzərsiz dərddi,
Əbədi barışmaz dözülməz dərddi,
Çox uzaq ellərdə dostlar ağladı.
 
14.11.1997-ci il,

BAKİR

 
Elə xidmət etdin hörmət qazandın,
Hörmətin hər yana yayılıb Bakir.
Dəyərli xilqətdən, yaxşı sözündən,
Böyük də, kiçik də razıdır Bakir.
 
 
Haqqı, ədaləti görməmək olmaz,
Yaxşını ucaldar ölkə unutmaz,
Milləti xatırlar gözdən yayınmaz,
Əməli salehsən dünyanda Bakir.
 
 
Əbədi var olsun xislətin sənin,
Millətə sərfəli kimliyin sənin,
Var verir xalqına amalın sənin,
Mürvətin sevilib hər yanda Bakir.
 
 
Beş qardaş sərvətsiz millət içində,
Yaradıb qurursuz ölkə içində,
Yayılıb şöhrətiz ellər içində,
Mərhəmət sahibi olansız Bakir.
 
 
Yaxşını zamanlar kökdə qapatmaz,
Nəslini artırar eldə sarsıtmaz,
Əslini tanıdar darda basılmaz,
Cahanda ulduzsuz xeyirhaq Bakir.
 
 
Vətənin oğlusuz əvəzsiniz,
Şəfqətli insansız işgüzarsınız,
Vicdanı təmizsiz tanınansınız,
Qeyrətli şəxsiniz əməldə Bakir.
 
20.10.2005-ci il.

GƏZ

Birinci kitabımda həmkar dostum Elxana həsr etdiyim 40 misradan ibarət “GƏZ” adında qoşma tipli şeirim məni düşündürdü və həmin şeirin 12 misrasını bir daha oxucuların diqqətinə çatdırmağı lazım bilirəm.

 
Hörmətli,izzətli yaxın qardaşım,
Bu dibsiz dəryadan sən kənarda gəz.
Mərhəmət sahibi olan sirdaşım,
Uzaq görən olub azadlıqda gəz.
 
 
Məmurlar dəstindən talan yazırsan,
Nöqsanlar oxuyub tənqid yazırsan,
Faktları toplayıb haqdan yazırsan,
Bilginə güvənmə öz yolunda gəz.
 
 
Nəinki alimsən filosofsan sən,
İndi saçımıza düşübdür ağ dən,
Bu qoca dünyadan gəlib gedərkən,
Rəhmətlik olarıq sən elində gəz.
 
27.07 2014-cü il

Sovetlər Birliyində dövlət mülkiyyəti UBXSS və rayon bölgələriində OBXSS təşkilatları tərəfindən mühafizə olunurdu. Təcrübədən aşkar olundu ki, heç bir ictimai quruluşda dövlət əmlakını zor tətbiq etməklə mühafizə etmək mümkünsüzdür. Onun yeganə yolu insanların beynindən maddi Aristotel məntiqi çıxarmaqdır.

14.03.2020-ci il

“MƏNTİQ” kəlməsinə qısa arayış: Hegel fəlsəfəsinin ən qiymətli nailiyyəti “MƏHTİQ” elmi əsərində tam şərh olunmuş dialektikasıdır.

1. Məntiq təfəkkürün forma və qanunları haqqında elm. Məntiq həmçinin insan şüurunda obyektiv gerçəkliyin düzgün inikasını bildirən obyektiv termin kimi işlədilir.

2. Professor Lütfi Rəhim oğlu Ələsgərzadə 1965-ci ildə reallığa fantastikanın harmoniyasından yaranmış qeyri-səlis məntiq nəzəriyyəsini meydana gətirmişdir.

3. Lütfi Rəhimoğlu Ələsgərzadə əsərləri ilə adamların beynindən maddi Aristotel məntiqini öz qeyri-səlis məntiqi ilə dağıtmışdır.

14.03.2020-ci il

İKİNCİ HİSSƏ
YENİ ŞEİRLƏR

UNUTMUR

 
Vətənin sevilən vətəndaşıdı,
Hörmətli yazardı vətən daşıdı,
Səksən üç tamamdı,ahıl yaşıdı,
Unutmur Şahbazı dostu, yoldaşı.
 
 
Tanınır elində əsli seyiddi,
Əzəli Babadı köklü nəsildi,
Birüzlü işləri pakdı bəllidi,
Unutmur Şahbazı həmkar yoldaşı.
 
 
Dostluqda dayaqsız tanınırsınız,
Vətəni uğrunda vuruşansınız,
Ədalət yolunda can qoyansınız,
Unutmur Şahbazı süfrə yoldaşı.
 
Quliyev Elxan S. mart 2020-ci il.

1. QADİR ALLAH

 
Bu cahan mülkündə yaşayanları,
Yaradan da sənsən,öldürən Sənsən.
Sizlərin əmrini qəbul etməyən,
Ömründə pis əzab verən də Sənsən.
 
 
Verilən qanuna əməl edərəm,
Diz çöküb qanuna səcdə qılaram,
Ömür uznluğunu Sizdən alaram,
Ömrü uzun, qısa edən də Sənsən.
 
 
Qurani Kərimdə qanunların var,
Ömür bəhrəsinin bahar, qışı var,
Kərəm qəlb insana Allah olar yar,
Düşüncə tərzini verən də Sənsən.
 
 
Vətəni unudan, eli sevməyən,
Xalqa zülm edib hörmət etməyən,
Xalqının önündə üzü gülməyən,
Düşüncə tərzini alan da Sənsən.
 
 
Uzun ömür şürmüş əzablar çəkir,
Özü öz gözüylə təzadlar görür,
Düz yoldan çıxanlar xətalar alır,
Xoş muraz, xoş mətləb verən də Sənsən.
 
15 dekabr 2018-ci il.

2. A YOLDAŞLAR

 
Ömrün səksən baharı,
Başa çatdı,a yoldaşlar.
Səksən birin döxsanı var,
Sağlıq olsun,a yoldaşlar.
 
 
Özü bilir qibləgahım,
Qurban olsun varidatım,
Varlığımla inanıram,
Məhəmmədlə,a yoldaşlar.
 
 
Ona inam bəsləyənlər,
Varlığına inananlar,
Muraz,mətləbə çatanlar,
Sevinirlər,a yoldaşlar.
 
 
Səksən ikinci yaşımda,
On doqquzun ilk çağında,
Ömrümün qoca vaxtında,
Yazdım şeiri ,a yoldaşlar.
 
 
Həvəskarlar qoy oxusun,
Qüssələrdən azad olsun,
Yazar eldən salam olsun,
Çox sağ olun, a yoldaşlar.
 
01.01.2019-cu il

3. BİLMİRƏM

 
Məzahir istərəm bir şeir yazam,
Necə yazım,necə deyim bilmirəm.
İstərəm tarixi mən düzgün yazam,
Həqiqət deyirəm,əyri bilmirəm.
 
 
Babanın yurduna bağlı olubsan,
Nəcəfin nəvəsi, ustad oğlusan,
Ustadın yurdunu canlandırmısan,
Düzünü yazıram, əyri bilmirəm.
 
 
Müseyib babandı,Məsmə də nənən.
Nəcəf dəryasından sən su içmisən,
Düşünüb özünə sənət seçmisən,
Həqiqət söylərəm, yalan bilmirəm.
 
 
Ömrün uzun olsun elmi vur başa,
Həyat yoldaşınla sən birgə yaşa,
Həmişə Əjdərlə ömrü sür başa,
Şirinlik duyuram,acı bilmirəm.
 
 
Gələcək nəsilə bir tarix olsun,
Biri digərini sevib ucalsın,
Yazarın sözləri yadigar qalsın,
Ürək şirin sevir,acı bilmirəm.
 

Bu şeiri Məzahir Şahniyar oğluna həsr edirəm. Məzahir mamam Məsmənin nəvəsidir. O, həm şair, həm də yazıçıdır. İstərəm canı sağ, ömrü də uzun, adı dillərdə, mahallarda uca olsun. Ustad sözü Şahniyara aiddir. 22.12.2018-ci il.

4.GÖZLƏRƏM

 
Hərbi xidmətlərdə əsgər olanlar,
Nəvələrin mən də yolun gözlərəm.
Vətən torpağında vuruşanların,
Hər birinin sağ gəlməsin gözlərəm.
 
 
Tutarlı zərbələr vurun düşmənə,
Sizlərdən xoş xəbər yetişsin mənə,
Şad xəbər yayılsın ondan vətənə,
Ürəyi sevdirən xəbər gözlərəm.
 
 
Yaramaz düşməndən qisas alınsın,
Zalımın əməli unudulmasın,
Yağılar məhv olsun üzə çıxmasın,
Qarabağın alınmasın gözlərəm.
 
 
Türk xalqının qəhrəmanları,
İgidlik göistərən mərd oğulları,
Tarixə yazılan şəxsiyyətləri,
İgid oğulların yolun gözlərəm.
 
 
İnsanlıq yolunu azan düşmənin,
Vətənin suyunu içən düşmənin,
Vətən torpağını tapdayanların,
Qan içən düşmənin məhvin gözlərəm.
 
23.12.2018-ci il.

5.DEYƏK

 
Bizdən salam olsun yazar Əjdərə,
Çap olan kitaba mübarək deyək.
Şirin kəlməsinə, şəkər sözünə,
Hörmətli,izzətli var olsun deyək.
Kitabı oxudum, ürək şadlandı,
Tarixli yazıda sözlərin qaldı,
Xəbislər azaldı, dostun çoxaldı,
Qohumun,qardaşın var olsun deyək.
Sizləri sevinclə təbrik edirəm,
İstəyin yerinə yetib bilirəm,
Düşüncən dərindir, dəyər görürəm,
Bilgili şair də yaşasın deyək.
Yamandan uzaq gəz yaxşıyla görüş,
Həmişə xeyrini mərdlərlə bölüş,
Mərdlərə bel bağla görməzsən çöküş,
Bizlər də sevinib afərin deyək.
Ailəli dost olduq,istəkli olduq,
Yaxınlıq itmədi, biz mökəm olduq,
Əl -ələ verib çox şirin olduq,
Qohumluq əbədi var olsun deyək.
Uca tut başını el içində sən,
Elin hörmətini qazanmısan sən,
Qohumdan ,qardaşdan bəhrə görərsən ,
Hamımız birlikdə şad olaq deyək.
Yazarın qəlbində həmişə varsan,
Mənim dünyamda parlaq ulduzsan,
Səadət anıram ,əkiz oğulsan,
El, oba biz sənə xoşbəxt ol deyək.
 
05.02.2019-cu il.

Бесплатный фрагмент закончился.

91,60 ₽
183,19 ₽
−50%