Amerika faciəsi

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

Qilbert kürəyini böyük buxarıya söykəyib dayanmışdı.

– Elədir, amma sən anamın bu günlərdə onun atası haqqında nə danışdığını eşitdinmi? Görünür onun həyatda heç vaxt bəxti gətirməyib. Yəqin ki, buna görə o fabrikdə işə yarasa da, yaramasa da, fərqi yoxdur, atam ona kömək edə-cəkdir. Atam belə hesab edir ki, bizim babamız Klaydın ata-sına qarşı ədalətsiz hərəkət etmişdir, – bunu mənə anam de-di.

Mayra susdu, anasından eyni sözləri eşitmiş Qilbert isə bu məsələyə əhəmiyyət verməməyi lazım gördü.

– Bu məsələ məni olduqca az maraqlandırır. Atam onu mütləq, işə yarasa da,yaramasa da, fabrikdə saxlamaq istə-yirsə bu onun öz işidir. Ancaq axı o, özü həmişə deyir ki, bütün sexlərdə təkcə məharətli adamları saxlamaq lazımdır, işə yaramayanlar isə fabrikdən bayıra atılmalıdır.

Sonra anası və Bella ilə görüşərkən Qilbert onlara da Klaydın gəldiyini eyni sözlərlə xəbər verdi və onun haqqın-da eyni mülahizələrini söylədi. Missis Qrifits köksünü ötür-dü: Likurq kimi balaca bir şəhərdə, Qrifitslər ailəsinin cə-miyyətdə bu cür mövqe tutduğu bir yerdə onlarla qohum olan və onların familiyasını daşıyan hər bir kəs, heç olmasa ehtiyatlı tərpənməli və müvafiq ədalara meyillərə və baxışla-ra mailk olmalıdır. Çox ola bilsin ki, bu tələblərin heç birinə cavab verməyən bir gənci yazıb buraya gətirməkdə əri çox da yaxşı bir hərəkət etməmişdir.

Lakin Klayd haqqında belə bir xarakteristikaya qulaq asan Bella, qardaşına inanmadı. O, Klaydı tanımırdı, lakin qardaşı Qilberti yaxşı tanıyır və bilirdi ki, Qilbert adamlarda heç olmayan nöqsanları tapmaqda olduqca mahirdir. Nahar zamanı da Klaydın adresinə söylənən bir çox sözləri dinlə-dikdən sonra Bella dedi:

– Bilirsən nə var? Atam istəsə, hamısı birdir, Klaydı fabrikdə saxlayacaq, ya da başqa bir yerə düzəldəcəkdir…

Bu sözlər Qilberti bir şillə kimi tutdu: o, atasının fab-rikində öz nüfuzunu çox səylə qoruyur və bu nüfuzunu möhkəmlətməyə, genişlətməyə çalışırdı, balaca bacısı isə bu-nu yaxşı bilirdi.

Ertəsi gün Klayd səhər fabrikə gələrkən familiyasının və zahiri görkəminin mister Qilbert Qrifitsə oxşamasının onun üçün müəyyən bir üstünlük yaratdığını gördü. Klayd bunu hələ layiqi qədər qiymətləndirə bilməmişdi. O, fabrikə ya-xınlaşarkən birinci nömrəli qapının yanında dayanmış gö-zətçi heyrətlə Klaydın üzünə baxdı.

– Siz, yəqin, mister Klayd Qrifitsiniz? – deyə gözətçi soruşdu. Siz, mister Kemererin yanında işləyəcəksiniz, elə-mi? Elədir, elədir, bilirəm. Odur, bax tabeli sizə o adam ve-rəcəkdir.

Gözətçi əli ilə qaşqabaqlı, irigövdəli bir adamı göstərdi, Klayd sonralar bu adamın “Qoca Ceff” adlandığını öyrən-mişdi. O, həmin binanın içərisində, yoxlama saatı yanında dayanıb tabeli verir və sonra yeddi otuz-dəqiqə ilə yeddi-qırx dəqiqə arasında qeyd edilmiş tabelləri geri alırdı.

Klayd ona yaxınlaşıb:

– Mənim adım Klayd Qrifitsdir, mən aşağıda mister Kemererin yanında işləyəcəyəm,– deyə sözə başladıqda qoca Klayda baxıb heyrət etdi, sonra isə dedi:

– Əlbəttə, baş üstə, ser. Demək, mister Qrifits sizsiniz. Mister Kemerer dünən sizin haqqınızda mənə danışmışdır. Sizin nömrəniz yetmiş bir olacaqdır. Mən sizə mister Dyuve-nin tabelinin köhnə nömrəsini verirəm.

Klayd qaynatma sexinə enən pilləkənlə aşağı düşərkən qoca tabelçi ona yaxınlaşan gözətçiyə tərəf dönüb dedi:

– Gör oğlan mister Qilbert Qrifitsə necə oxşayır. Elə bil ki, bir almadır, tən bölüblər.

Sən bilən bu onun qardaşıdır, yoxa qohumudur?

– Heç bir şey bilmirəm, – deyə gözətçi cavab verdi.

– Mən onu heç vaxt görməmişəm,ancaq yəqin ki, onla-rın ailəsindəndir, elə üzündən görmək olur. Mən əvvəlcə elə bilirdim ki, bu gələn elə mister Qilbert özüdür. Furaşkamı başımdan götürmək istəyirdim ki, birdən gördüm bu mister Qilbert deyil.

Qaynatma sexinə girərkən Klayd dünənki kimi yenə də Kemererin üzündə həm ehtiram, həm də bir qətiyyətsizlik gördü. Çünki Kemerer də Uiqem kimi Klaydın fabrikdəki həqiqi mövqeyini hələ də müəyyən edə bilməmişdi. Dünən-ki söhbət zamanı, Kemerer Uiqemdən öyrənmişdi ki, Qilbert Klayd üçün xüsusi bir şərait, daha yüngül və ya daha ağır bir şərait yaradılması barədə ağzından bir söz belə qaçırma-mışdır. Əksinə, mister Qilbert demişdir: “O bütün xidmətçi-lər kimi işləməlidir. Heç bir istisna edilməməlidir”. Lakin buna baxmayaraq Klaydı Uiqem ilə tanış edərkən, eyni za-manda Qilbert belə demişdi: “Bu mənim əmimoğludur, o bizim fabrikin işini öyrənmək istəyir”. Bu isə, yəqin, o de-mək idi ki, Klayd uzun zaman burada qalmayacaq, bir sex-dən o biri sexə keçərək bütün istehsalatı öyrənəcəkdir. Buna görə də Klayd çıxıb gedərkən, Uiqem, Kemererə və bir neçə başqa xidmətçiyə pıçıldamışdı ki, Klayd yəqin ki, sahibkarın himayəsi altındadır, ona uyğun olaraq xidmətçilər də Klay-dın fabrikdə nə cür mövqe tutduğu aydınlaşana qədər, göz-də-qulaqda olmağı qərara almışdılar.

Klayd isə xidmətçilərin ehtiramını görərək yenidən ürəkləndi və istər-istəməz düşündü ki, əmisi oğlu Qilbert ona nə cür münasibət bəsləsə də, hər halda bu yaxşı bir əla-mətdir və yəqin ki, bu hörmət nişanəsi gələcəkdə əmisindən iltifat görəcəyini xəbər verir. Buna görə də Kemerer ona işi-nin çox da ağır olmayacağını və hələlik həddindən artıq çox işləməyəcəyini izah etdikdə, Klayd ona bir qədər təşəxxüslə qulaq asdı. Kemerer isə bunu görərək ona qarşı daha da eh-tiramlı oldu.

– İndi isə şlyapanızı və paltonuzu bu şkaflardan birinə asın, – deyə mister Kemerer yumşaq bir səslə və hətta yal-taqlıq göstərərək sözünə davam etdi: – sonra o, əl arabasını götürüb birinci mərtəbəyə qalxın və oradan bir qədər parça gətirin. Yuxarıda sizə parçanı hardan götürmək lazım oldu-ğunu göstərəcəklər.

Klayd üçün maraqlı lakin çoxda asan olmayan günlər başladı. Alışmadığı bu yeni iş mühiti və onun buradakı və-ziyyəti bəzən Klaydda bir çaşqınlıq və təlaş doğururdu. İndi fabrikdə onu əhatə edən bu adamları, yəqin ki, o, heç vaxt özünə bir yoldaş olaraq seçə bilməyəcəkdir. Onlar hamısı öz inkişafları cəhətdən otellərdə işləyən oğlan uşaqlarından, şey daşıyanlardan və yaxud klerklərdən xeyli aşağı səviyyə-də dururdular. Klayd aydın görürdü ki, bu adamlar hamısı çox küt, həm də fiziki və mənəvi cəhətdən kobuddurlar. Onlar ən aşağı dərəcəli fəhlələr kimi geyinirdilər. Adətən yalnız öz xarici görkəmləri haqqında heç düşünməyən adamlar belə geyinirlər. Onların bütün fikri-zikri ancaq öz işləri və həyatlarının ağır maddi şəraiti ətrafında dolaşır. Bundan başqa, Klaydın kim olduğunu və onun burada işlə-məsinin onların vəziyyətinə nə cür təsir edəcəyini bilmədik-lərinə görə fəhlələrdə ona qarşı bir etimadsızlıq və şübhə var idi.

Doğrudur, iki həftə sonra Klaydın idarə heyəti sədrinin qardaşıoğlu və katibin əmisioğlu olduğu artıq hamıya mə-lum olduqda və buna görə də onun uzun müddət bu cür aşağı bir vəzifədə qalmayacağı tamamilə aydınlaşdıqda, fəh-lələr ona daha yaxşı yanaşmağa başladılar. Lakin hələlik on-lar Klayda aşağıdan yuxarı baxır və indi artq şübhə və hə-sədlərini başqa bir şəkildə büruzə verirdilər. Axı Klayd bu şəraitdə onlar üçün yaxın bir adam deyildi və ola da bil-məzdi. Klayd gülümsəyə bilər və hətta nəzakətli və iltifatlı ola bilərdi, lakin buna baxmayaraq o yenə də fəhlələrdən yuxarı duranlara bağlı bir adam idi, – hər halda onların nöq-teyi-nəzərincə bu belə idi. Onların nəzərində Klayd zəngin və yüksək bir sinfin nümayəndəsi idi, hər bir yoxsul isə, bunun nə demək olduğunu yaxşı bilir. Yoxsullar həmişə bir yerdə, bir dəstədə olmalıdırlar.

Klayd isə bir tərəfə çəkilib təkbaşına çörəyini yeyərkən öz növbəsində heyrət edirdi ki, ona bu qədər cansıxıcı və maraqsız görünən şeylərlə bu adamlar necə maraqlanırlar: zirzəmiyə göndərilən parçaların keyfiyyəti, bu parçaların çəkisinə və yaxud keyfiyyətindəki xırda-para nöqsanlar da-ha sonra son dəfə aldıqları iyirmi “parçanın” islandıqdan sonra əvvəlki on altı “parçaya” nisbətən çox az sıxıldığı… Yaxud “Krenston şirkətinin” bu ay öz fəhlələrinin sayını ix-tisar etməsi, “Entoni şirkətinin” isə keçən ildəki kimi mayın ortasından etibarən yox, iyunun birindən sonra şənbə günü-nü natamam iş günü hesab edəcəyi – bunlar hamısı fəhlələri maraqlandırırdı. Elə bil onlar öz işlərinin, cansıxıcı, gündəlik xırda qayğıları içərisində itib-batmışdılar.

İndi Klayd keçmiş günlərini, daha xoşbəxt zamanlarını xəyalında getdikcə tez-tez canlandırırdı. Bəzən o, yenidən Çikaqoda və yaxud Kanzas-Sitidə olmaq istəyirdi. O, Rete-reri, onun bacısı Luizanı, Xeqlandı, Xiqbini, Eddi Doylu, mister Skuayrsı, Qortenziyanı – o qayğısız gənclər dəstəsini xatırlayır və onların başına nə gəldiyini düşünürdü. Görə-sən, indi Qortenziya hardadır? Demək, o, nəhayət,həmin xəz jaketi ələ keçirmişdir, yəqin bu jaketi ona siqar satan o gənc almış və qız ona qoşulub çıxıb getmişdir… Qortenziya bu üz-lə Klaydı inandırmaq istəyirdi ki, guya ürəyində ona qarşı səmimi hisləri vardır… ah, ürəksiz və kələkbaz qız! O, Klay-dın cibini boşaldıb, bütün pullarını əlindən almışdı. Təkcə bir an Qortenziyanı düşündükdə və başına bu işlər gəlmə-səydi, qızın indi onun məşuqəsi olacağını xəyalına gətir-dikdə, Klayd darıxdığından özünə yer tapa bilmirdi. Görə-sən, indi o, kimlə eşqbazlıq edir? Kanzas-Sitidən çıxıb get-dikdən sonra həyatını nə cür qurmuşdur. Qortenziya onu burada görsəydi, Klaydın yüksək əlaqələrindən xəbər tut-saydı, görəsən nə deyərdi? Yəqin ki, bu məsələ qızı fikirləş-məyə məcbur edərdi. Əlbəttə, Klaydın indiki vəzifəsi qıza çox da xoş getməyəcəkdir, bu aydın məsələ idi, lakin buna baxmayaraq, o Klaydın əmisini, onun əmisioğlunu bu fabri-kin və onların yaşadığı böyük malikanəni görsəydi, hər hal-da Klayda qarşı daha artıq ehtiram bəslərdi. Bunları gördük-də Qortenziya yenə də ona qarşı daha şəfqətli, daha mehri-ban olardı. Bəli, o, belə bir qızdır, ondan hər şey gözləmək olar. Qismət olsa, onlar yenə də bir-birinə rast gələrlər, Klayd onun dərsini yaxşı verər. Bu dəfə artıq Klayd özü onu barmağına dolayıb oynadar!

VII FƏSİL

 

Missis Kappinin mebelli otaqları Klaydın elə də xoşuna gəlmirdi. Bu ən adi və ucuz pansionlardan biri idi ki, kirayə-şinləri, adətən, mühafizəkar fikirli ticarət adamları və xid-mətçilər olurdu. Bu adamların fikrinə görə dünyadakı ni-zam-intizamın və əmin-amanlığın əsasını onların işləri, qa-zancları və yerli orta cəmiyyətin dini baxışları təşkil edir. Bir sözlə – bu olduqca cansıxıcı bir ev idi – burada vaxtı xoş ke-çirmək və əylənmək haqqında düşünmək belə olmazdı.

Buna baxmayaraq, bir az əvvəl Fondadan buraya gəl-miş yelbeyin bir gənc olan Uolter Dillardın sayəsində, bu ev-dəki həyat Klayd üçün o qədər də cansıxıcı keçmirdi. Dillard təxminən Klayd yaşında olardı və onun kimi şöhrətsevən bir gənc idi, lakin o, Klayddakı nəzakətə, incəliyə və ətrafdakı həyatı anlamaq bacarığına malik deyildi; o, indi “Stark və K0” şirkətinin kişi paltarları satan mağazasında qulluq edir-di. Dillard çox zirək, tamahkar və zahirən yaraşıqlı, açıq sarı-saçlı, seyrək sarıbığılı bir gənc idi, onda bir əyalət ürəkçala-nının zahirən nəzakətli ədaları vardı. Onun heç vaxt, heç bir vəsaiti olmamış və o, heç vaxt az-çox əhəmiyyəti olan ictimai bir mövqe tutmamışdı, – atası vaxtilə kiçik bir şəhərdə qa-lenteriya dükanı saxlamış və artıq çoxdan iflasa uğramışdır. – Lakin nə isə atavistik bir meyilin təsiri altında o, şiddətli bir ehtirasla cəmiyyətdə görkəmli mövqe tutmağa can atırdı.

Bu vaxta qədər həyatda heç bir şeyə nail ola bilmədi-yinə görə Dillard az-çox müvəffəqiyyət qazanan adamlara xüsusi bir maraqla baxırdı. Bu hiss onda Klayda nisbətən daha qüvvətli idi. Likurq şəhərindəki görkəmli ailələrin fə-aliyyəti və bütün bu Nikolsonların, Starkların, Qarrientlərin, Qrifitslərin, Finclilərin və sairlərinin cah-calallı həyatı ona son dərəcə böyük təsir bağışlayırdı. Klayd gələndən bir neçə gün sonra Dillard onun, xoşbəxtlikdən bu zəngin aləmə bağ-lı olduğunu öyrənib Klaydla son dərəcə maraqlandı. İşə bax! Demək bu Klayd, şəhərin ən zəngin adamı, Semyuel Qrifit-sin qardaşıoğludur, özü də burada pansionda yaşayır. Onunla bərabər bir stol arxasında oturub nahar edir?! Uolter dərhal bu qərara gəldi ki, o, bu gənclə tezliklə yaxından tanış olmalıdır. Budur, artıq müvəffəqiyyət onun qapısını döy-məkdə, Likurqdakı ən yaxşı ailələrdən birinin qapısını onun üzünə açmaqdadır. Bundan başqa Klayd gənc, gözəl və çox güman ki, onun kimi şöhrətsevən bir gəncdir – buna görə də vaxtı xoş keçirmək və əylənmək üçün çox əlverişli bir yol-daşdır. Dillard sadəcə öz səadətinə inana bilmirdi. O, dərhal Klayda hörmət və nəvaziş göstərməyə başladı.

Əvvəlcə o, Klayda çıxıb şəhərdə bərabər dolaşmağı tək-lif etdi. Burada, yaxında, çay yanında gözəl bir kinematoq-raf vardır – lap qiyamət kinematoqrafdır. Klayd oraya get-mək istəyirmi?

Yaxşı geyinmiş, şıq görkəmli Dillard nə fabrikdə Klaydı əhatə edən o cansıxıcı və həddindən artıq işgüzar, əməli dü-şünən adamlara, nə də pansionun başqa sakinlərinə heç ox-şamırdı və buna görə Klaydın xoşuna gəlmişdi.

Lakin Klayd o saat öz görkəmli qohumlarını düşündü. O, burada, Likurq şəhərində hər bir addımına fikir vermə-lidir. Kim bilir, bəlkə bu asanlıqla və çox sərbəst olaraq yeni tanışlar tapması onun tərəfindən böyük bir səviyyədir? Qri-fitslər, – həmçinin onların mənsub olduğu yüksək cəmiyyət yəqin ki, aşağı təbəqəyə mənsub olan sadə adamlardan gen qaçırlar: Klayd rastına düşən adamların davranışından, rəf-tarından bunu sezir və başa düşürdü. O, şüurundan artıq, öz təbii hissinin təsiri altında ətrafdakı adamlarla yaxınlıq etmir və onların hamısına üstdən aşağı baxırdı, ətrafdakı bütün adamlar, o cümlədən Dillard (Klayd öz üstünlüyünü nüma-yiş etdirmək üçün Dillardın qarşısında həmişə özünü çəkir-di). Elə bil buna görə, Klayda daha artıq ehtiram göstərirdi-lər. Dillardın çox təkidli xahişləri və hətta demək olar ki, yal-varışları qarşısında güzəştə gedərək Klayd onunla bərabər şəhərə çıxmağa razı oldu, lakin bununla belə o özünü son dərəcə ehtiyatlı aparmaqda idi. Dillard isə Klaydın təmkinli və mütəkəbbir ədalarını dərhal öz aləmində “siniflərin” və “yüksək əlaqələrin” bir əlaməti kimi izah etdi. Təsadüfə bir bax ki, o bu cür cansıxıcı və xəfə bir yer olan bu mebelli otaqlarda Klayd kimi bir adama rast gəlmişdi. Özü də Klayd bu şəhərə təzəcə ayaq basan kimi, özü üçün görkəmli bir yer tutmağa yenicə hazırlaşdığı bir zamanda ona rast gəlmişdi.

Buna görə də Dillard həftədə iyirmi iki dollardan artıq qazandığına və Klayddan daha yaxşı bir vəziyyətdə olduğu-na baxmayaraq, indi Klaydın qarşısında özünü məharətli bir yaltaq kimi aparırdı.

– Siz yəqin ki, burada vaxtınızın çoxunu öz qohumları-nız ilə dostlarınız iləkeçirəcəksiniz, – deyə Dillard hələ ilk dəfə bərabər gəzintiyə çıxdıqları zaman sözarası Klayddan soruşdu. O, Klaydı danışdırıb ona aid daha çox məlumat yığmağa çalışırdı, lakin Klayd susub cavab vermədiyi üçün Dillard öz tərcümeyi halına aid şişirdilib – bəzədilmiş bəzi təfsilatları söz arasında məharətlə işə verirdi. Onun atasının guya indi manufaktura mağazası vardır. O, isə buraya, bu iş-dəki yenilikləri öyrənmək üçün gəlmişdir. Bundan başqa əmisi burada “Stark və K0” şirkətində xidmət edir. Onun ar-tıq burada, Likurq şəhərində yaxşı tanışları var – doğrudur, hələ bu tanışlar çox deyildir, – çünki özü buraya təzəcə gəl-mişdir. Cəmisi bir neçə aydır ki, burada yaşamaqdadır.

Lakin Klaydın qohumlarına kim çatar!

– Sizin əminiz yəqin ki, milyon sahibidir? Doğrudur-mu? Hamı belə deyir. Uikiqi-avenyu küçəsindəki evlər – qi-yamət evlərdir. Nə Olbenidə, nə Utikada, lap Roçesterin özündə də bu cür cah-calallı evlər yoxdur. Demək, siz, Sem-yuel Qrifitsin doğma qardaşıoğlusunuz? Yox, bu nə təvazö-karlıqdır! Bunun burada çox böyük əhəmiyyəti var. Təki mənim də belə yüksək tanışlığım olardı. Mən belə qohum-luqdan çox yaxşı istifadə edərdim!

Dillard bir heyranlıq içərisində dostuna baxıb gülüm-sədi və Klayd bu qohumluq əlaqələrinin nə qədər əhəmiy-yətli bir şey olduğunu bir daha dərindən hiss etdi. Budur, bu qəribə gənc, gör bu məsələyə nə qədər böyük bir əhəmiyyət verir!

– Nə bilim, – deyə Klayd ikibaşlı cavab verdi. Burada-kı Qrifitslər ailəsinə bu qədər yaxın olduğu haqqında deyi-lən sözlər onun heysiyyətini oxşadı. – Mən buraya yaxalıq istehsalını öyrənmək üçün gəlmişəm. Mən əylənmək, kefə uymaq fikrində deyiləm. Əmim istəyir ki, mən bu işlə çox ciddi məşğul olum.

– Əlbəttə, əlbəttə, mən bunu başa düşürəm, – deyə Dil-lard cavab verdi. – Mənim əmim də elə bu fikirdədir, məni işə möhkəm bənd etmək istəyir, həmişə tələb edir ki, vaxtımı boş yerə itirməyim. O, Starkın yanında mal alan vəzifəsində işləyir. Ancaq axı bütün günü və gecəni işləmək olmaz. Vaxt tapıb bir az əylənmək də lazımdır.

– Bəli, siz haqlısınız, – deyə Klayd həyatında ilk dəfə himayəçi bir səslə başqasının sözünü təsdiq etdi.

Onlar bir müddət heç bir söz danışmayaraq yol get-dilər, sonra Uolter soruşdu:

– Siz rəqs edirsinizmi?

– Bəli, – deyə Klayd cavab verdi.

– Mən də. Burada istədiyiniz qədər ucuz qiymətli rəqs meydançaları var, ancaq mən heç vaxt oraya getmirəm. Eti-barlı adamlarla tanışlıq düzəltmək istəyirsənsə heç vaxt belə yerlərə getmə. Deyilənə görə bu şəhərdəki yaxşı cəmiyyət, çox qapalı yaşayır. Sən onların dairəsinə mənsub bir adam deyilsənsə, sadəcə, səni heç yaxına belə buraxmaq istəmirlər. Fonda şəhərində də vəziyyət elə bu cürdür. Siz gərək “yük-sək cəmiyyətə mənsub olasınız”, yoxsa heç bir yaxşı ailə öz qapısını sizin üzünüzə açmayacaq. Bəli, deyəsən, elə belə yaxşıdır. Ancaq necə olsa burada yenə də vaxtı xoş keçirmək və rəqs etmək üçün qızlar tapmaq mümkündür, özü də bu qızlar yaxşı ailələrdən olan çox qəşəng qızlardır, – doğrudur, onlar yüksək cəmiyyətə mənsub deyillər, ancaq onların haq-qında heç bir pis söz danışmırlar. Özü də o qədər də fağır deyillər. Bəzən lap tərsinə, özlərini çox sərbəst aparırlar. On-larla qanuni nikaha girmək də heç məcburi deyil.

Klayd fikirləşdi ki, Likurqda başladığı yeni həyat üçün, deyəsən, bu çox yüngül bir tanışlıqdır. Lakin eyni zamanda Dillard onun xoşuna gəlirdi.

– Yeri gəlmişkən deyin görüm, – deyə Dillard sözünə davam edirdi. – Bu bazar günü nahardan sonra siz nə edə-cəksiniz?

– Elə bir işim yoxdur, – deyə Klayd cavab verdi və qarşısında yeni bir məsələ baş qaldırdığını hiss etdi. – Hələ o gün nə edəcəyimi, haraya gedəcəyimi fikirləşməmişəm.

– Bəs boş olsanız? Bəlkə onda axşamı bir yerdə keçi-rək? Mən burada bir neçə qızla tanış olmuşam. Çox qəşəng qızlardır. Əvvəlcə, istəsəniz, mənim əmimgilə baş çəkərik. Onun ailəsi var. Hamısı da çox yaxşı adamlardır. Sonra mən burada iki qız tanıyıram… Çox gözəl canlardır. Biri mağaza-da işləyirdi, ancaq işi buraxıb heç yerdə xidmət etmir. O bi-risi isə – bunun rəfiqəsidir. Onların evində qrammofon var və ikisi də rəqs edir. Doğrudur, burada bazar günləri rəqs etmək dəb deyil, amma bundan heç kəs xəbər tutmayacaq. Qızların ata-anası onlara icazə verir. Sonra, əgər istəsəniz, biz onlarla bir yana, məsələn – kinoya gedə bilərik. Əlbəttə, şəhərin kənarındakı ucuz kinolara yox, daha yaxşısını tapıb oraya gedərik. Razısınızmı?

İndi Klaydın qarşısında nə cür hərəkət etmək, belə bir təklifə nə cür cavab vermək məsələsi durmuşdu. Kanzas-Sitidə baş verən o əhvalatdan sonra, Çikaqoda o, artıq özünü çox təvazökar və ehtiyatlı aparmağa çalışırdı. Kluba xidmətə girdikdən sonra o həyatını, belə bir mötəbər bir idarənin ona təlqin etdiyi ideallara uyğun olaraq, qurmağı qərara almışdı: özünü ağır aparacaq, can-başla işləyəcək, qənaət edib pul yı-ğacaq, modabazlığa uymadan bir centlmen kimi incə və zərif geyinəcəkdir. Bu bir növ Həvvasız bir cənnət idi.

Lakin indi onu əhatə edən mühit nə qədər sadə olsa da, sanki bu şəhərin havası belə bu saat yoldaşının danışdığı əy-ləncələrə qarşı onda şiddətli bir meyil doğururdu: o bir az şadlanmaq, tamamilə sadə və məsum bir şəkildə, lakin müt-ləq qadın məclisində ürəyini açmaq istəyirdi. Burada küçələr axşam olan kimi canlanır, qəşəng qızlarla və gənc oğlanlarla dolurdu… Lakin indi o, Dillardın işarə vurduğu şəkildə əy-lənməyə başlasa onun qohumları buna nə cür baxarlar? Axı elə Dillard özü deyir ki, Likurqda əxlaq qaydaları çox sərtdir və hamı bir-biri haqqında hər şeyi bilir. Klayd şübhələr içə-risində çırpınaraq susmaqda idi. İndi o qəti qərara gəlməli idi. O, xeyli tək qalmış, çox qüssə çəkmişdi, ona görə, nəha-yət, belə cavab verdi:

– Yaxşı, mən razıyam. – Sonra bir çox tərəddüd içəri-sində əlavə etdi: – Amma,bilirsənmi, mənim buradakı qo-humlarım…

– Əlbəttə, başa düşürəm, – deyə Dillard cəld cavab verdi. – Siz bir qədər ehtiyatlı olmalısınız. Elə mənim özüm də ehtiyatlı olmalıyam.

İndi Dillard yalnız bircə şey istəyirdi: o, Qrifits famili-yası daşıyan bu adamlardan birisi ilə, hətta buraya təzə gəl-miş və hələ heç kəslə tanış olmayan bu Klayd Qrifitslə bəra-bər bir yerə getmək, bir yerdə görünməyi arzu edirdi. Bu, yəqin ki, ətrafdakı adamların gözündə onun hörmətini daha da qaldıracaqdır.

Dillard Klayda papiros almağı təklif etdi və onun soda suyu içməyə meyli olub-olmadığını soruşdu. Lakin Klayd yenə də özünü bir qədər çaşqın və narahat hiss edirdi. Buna görə o tez üzr istəyərək yeni tanışı ilə xüdahafizləşdi: Dillar-dın özündən razılığı və “yüksək cəmiyyət” qarşısında pərəs-tişkarlığı artıq onu bezdirmişdi. Klayd evə qayıtdı. O, çox-dandı ki, anasına məktub yazmağı vəd etmişdi. İndi bu vədi yerinə yetirməyə, eyni zamanda bu yeni tanışlığını davam etdirib-etdirməmək barəsində fikirləşməyi qərara aldı.

VIII FƏSİL

Ertəsi gün şənbə günü olduğu üçün iş tez qurtardı, (Qri-fitslərin fabrikində şənbə günü bütün il müddətində yarım iş günü hesab olunurdu), mister Uiqem, əlində maaş zərfləri, zirzəmiyə gəldi.

– Budur, buyurun, mister Qrifits, – deyə o, Klayda elə müraciət etdi ki, guya Klayd bu fabrikdə çox böyük şəxsiy-yətlərdən biri idi.

Klayd bu “mister” sözünü məmnuniyyətlə dinlədikdən sonra zərfi aldı və öz şkafına yaxınlaşaraq onu cırıb içindəki pulları cibinə qoydu. Sonra o, paltarını dəyişib evə qəlyanaltı eləməyə getdi. Lakin öz otağına gəlib çıxdıqdan sonra, özü-nü çox tək hiss etdi; Dillard evdə yox idi, – o, hələ işdən qa-yıtmamışdı. Klayd trolleybusa minib Qloversvilə getməyi qərara aldı, – bu, iyirmi min əhalisi olan kiçik qonşu şəhər idi, deyilənə görə, Likurq qədər qəşəng olmasa da, çox canlı və hərəkətli bir yer idi. Bu səyahət Klaydı çox əyləndirdi: o, doğrudan da, öz ictimai quruluşu ilə Likurqa heç oxşama-yan çox maraqlı bir şəhər gördü.

Ertəsi gün – yəni bazar günü, – Klayd təkbaşına Li-kurqda dolaşaraq darıxdı. Dillard nə isə bir iş üçün Fonda şəhərinə getməli idi, buna görə də, verdiyi vədi yerinə yetirə bilməmişdi. Lakin bazar ertəsi axşam Klaydla görüşərkən, o, bildirdi ki, bu şənbə günü Diqbi-avenyu küçəsində Konqre-qasiya kilsəsi ziyarətçilərinin yığıncağı olacaqdır, orada qo-naqlıq veriləcəyi üçün bu yığıncağa getməyə dəyər.

 

– Biz bir dəqiqəliyə oraya baş çəkərik, deyə Dillard iza-hat verdi. – Qızlarla bir az söhbət edərik. Mən sizi əmimlə və əmim arvadı ilə tanış edərəm, – çox yaxşı adamlardır. Qızlar da çox qəşəng qızlardır, özlərini çox da çəkən deyillər. Biz saat onda oradan əkilib birbaş Zella ya da Ritagilə gedə bilə-rik. Ritagildə çoxlu və yaxşı qrammofon plastinkaları var, amma Zellagilin otaqları daha genişdir, orada rəqs etmək daha rahatdır. Yadımda ikən qoy soruşum, Çikaqodan gə-ləndə frakınızı özünüzlə bərabər gətirməyibsinizmi?

Dillard bu sualı əbəs yerə vermirdi, çünki Klayd evdə olmayanda onun otağını araşdırırmış (Klayd düz onun üs-tündə, bir mərtəbə yuxarıda yaşayırdı) və orada yalnız bir çamadan görmüşdü; Klaydın otağında nə sandıqça, nə də frak var idi. Buna görə də Dillard belə fikir etmişdi ki, Klay-dın atası otel saxladığına və Klayd özü Çikaqoda “Yunion-Liq” klubunda işlədiyinə baxmayaraq, görünür o, paltar məsələsilə və məclislərdə geyinib-kecinmək qaydalarına çox laqeyddir. Yaxud da görünür o, ancaq öz hesabına yaşaya-raq heç kimdən kömək almaq istəmir. Və beləliklə özündə möhkəm xarakter yaratmaq fikrindədir. Bütün bunlar Dil-lardın o qədər də xoşuna gəlmirdi. Adam gərək cəmiyyətin tələblərinə saymazyana yanaşmasın. Lakin Klaydın famili-yası Qrifits idi və təkcə bu öz yeni tanışının hərəkətlərinə, heç olmasa ilk zamanlar onun hər bir hərəkətinə Dillardın göz yumması üçün kifayət idi.

– Yox, frakımı gətirməmişəm, – deyə Klayd cavab ver-di. Özünü son dərəcə tək hiss etdiyinə baxmayaraq Klayd bu macərada iştirak etmək lazım gəldiyinə hələ də tamamilə əmin deyildi. – Ancaq mən frak tapa bilərəm. – O, özü dəfə-lərlə düşünmüşdü ki, burada, Likurq şəhərində ona frak la-zımdır. Son zamanlar pulu çox ağır əməklə qazandığına və qənaət edib bir qədər pul yığmaq onun üçün çox çətin bir məsələ olduğuna baxmayaraq o, axşam otuz beş dollar xər-cləyib kostyum almaq qərarına gəlmişdi.

Dillard nəfəsini dərmədən Zella və Rita haqqında laq-qırtı vururdu: Zella Şumenin ata-anası zəngin deyillər, lakin onlar öz xüsusi evlərində yaşayırlar və Zellanın yanına tez-tez rəfiqələri gəlir – çox gözəl qızlardır. Rita Dikermenin də çoxlu rəfiqələri var. Zellanın atasının Eker gölü yanında, Fondanın yaxınlığında kiçik bir yay malikanəsi var. Rita Klaydın xoşuna gəlsə yayda bəzən məzuniyyət zamanı, bə-zən də şənbə və bazar günləri oraya getmək olar, çünki Rita ilə Zella demək olar ki, canbir rəfiqədirlər və həmişə bir yer-də olurlar. Özü də hər ikisi çox qəşəng qızlardır. Zella əsmər bənizlidir, Rita isə sarışındır, – deyə Dillard vəcdə gələrək əlavə etdi.

Bu sözlər Klaydı maraqlandırdı: demək, onlar qəşəng qızlar idi. Onun indi keçirdiyi yalqızlıq içərisində, bu Dil-lard sanki onun əlinə göydən düşmüşdü… Lakin Dillard ilə yaxınlaşmaq ağıllı bir hərəkət idimi? – Bu məsələ hələ də onu düşündürməkdə idi. Axı, Klayd bu gənc haqqında heç bir şey bilmirdi. İndi o, Dillardın ədalarından və onun yün-gül heyranlıqlarından görürdü ki, bu gənc üçün qızlar yalnız bir qız olmaqdan başqa heç bir şey deyillər, həm də bu qızla-rın özlərini sərbəst aparmaları və yaxud əxlaqi cəhətdən hətta bir qədər yüngül olmaları Dillard üçün onların hansı bir cəmiyyətə mənsub olmalarından daha maraqlı idi. Məgər orada, Kanzas-Sitidə Klaydı fəlakətə gətirib çıxaran elə bu olmadımı? O, həyatda daha yaxşı bir şeyə nail olmaq istəyir-sə, burada Likurq şəhərində heç vaxt bunu yaddan çıxarma-malıdır.

Buna baxmayaraq, çərşənbə günü saat doqquzun ya-rısında Klayd ürəyində bir intizar hissilə Dillard ilə bərabər evdən çıxdı. Saat doqquzda onlar artıq kilsədə izdihamın içərisində idilər, bu rəsmi yerli kilsənin ehtiyacı üçün bir qədər vəsait toplamaq məqsədilə düzəldilən, həqiqətdə isə qocalara bir-birinə rast gəlib dedi-qodu ilə məşğul olmağa, gənclərə isə, böyükləri tənqid edib səs-küy altında bir-birilə eşqbazlıq etməyə imkan yaradan qismən dini, qismən dün-yəvi və qismən də xeyriyyəçilik mahiyyəti daşıyan yığıncaq-lardan biri idi. Burada piroq, peçenye və dondurmadan baş-lamış toxuma haşiyəyə, oyuncaq gəlinə və müxtəlif xırda-para bəzək şeylərinədək hər cür şeylər satan kiçik köşklər var idi. Bütün bu şeylər kilsəyə gəlib gedənlər tərəfindən ianə verilmişdi və indi kilsənin xeyrinə satılırdı. Qonaqları keşiş Piter İzrilis və onun arvadı qəbul edirdilər. Qonaqlar içərisində Dillardın əmisi və əmisi arvadı da var idi, onlar çox ünsiyyətcil, lakin çox bivec adamlar idilər və yerli cə-miyyətdə heç bir mühüm rol oynamırdılar. Onlar çox meh-riban və həddindən artıq istiqanlı idilər, amma Dillardın əmisi Qrover Uolson “Stark və K0” şirkətinin agenti olduğu üçün bəzən ciddi və sərt bir görkəm almağa çalışırdı. Bu qısaboylu, möhkəmbədənli bir adam idi, görünür yaxşı ge-yinməyi ya bacarmır, yaxud da yaxşı geyinə bilmirdi. Son dərəcə şıq geyinmiş qardaşıoğlunun əksinə olaraq, o, əynin-də pis duran, o qədər də təmiz olmayan və ütülənmiş bir kostyum geyinmişdi. Qalstuku da kostyumu kimi idi. Onda bir klerk ədası vardı: əllərini ovuşdurur, qaşlarını çatır və ondan böyük zehni gərginlik tələb edən nə isə mühüm bir şey deməyə hazırlaşırmış kimi boynunun ardını qaşıyırdı, halbuki onun dediyi sözlər son dərəcə bayağı idi.

Missis Uilson da ərinin tayı idi, ər özünü çəkərək Klay-dın mövqeyinə yaraşan bir görkəm almağa çalışdığı zaman, arvadı və ərinin yanında dayanıb bütün üzünə yayılan yağlı bir təbəssümlə gülümsəyirdi. Missis Uilson ətli-canlı, kök bir qadın idi, qırmızı yanaqları və artıq gözə çarpan iki qat bu-xağı vardı, üzündən təbəssüm əksik olmurdu, çünki, əvvəla, – təbiəti etibarilə şən və mehriban idi, digər tərəfdən Klayd belə bir zəngin adamın qardaşıoğlu olduğu üçün özünü belə aparırdı. Klayd başa düşdü ki, Dillardın vaxtı itirməyərək öz qohumlarına Klaydın – Qrifitslər familiyasından olduğunu, Dillardın isə bu yeni Qrifitslə dostlaşdığını və indi onu yerli cəmiyyətlə tanış etdiyini öz qohumlarına ətraflı danışıb on-ların qulağını doldurmuşdu.

Uolter bizə dedi ki, siz buraya əminizin fabrikində işlə-məyə gəlibsiniz. Demək sizmissis Kappinin evində yaşayır-sınız? Mən onunla tanış deyiləm, amma onun çox mötəbər yaxşı pansion saxladığını eşitmişəm. Mister Parsli də orada yaşayır – bir vaxt biz onunla məktəbə gedərdik, ancaq indi mən onu çox nadir hallarda görürəm. Siz hələ onunla tanış deyilsiniz?

– Xeyr, tanış deyiləm, – deyə Klayd missis Uilsona ca-vab verdi.

– Bilirsinizmi, keçən bazar günü biz sizi nahara göz-ləyirdik. Lakin Uolter Fonda şəhərinə gedib evlərinə baş çək-məli oldu. Bu yaxşı günlərdə mütləq bizə gəlin. İstədiyiniz zaman buyura bilərsiniz, mən çox şad olaram, – deyə missis Uilson gülümsədi və onun kiçik qonur gözləri şənliklə parıl-dadı.

Klayd görürdü ki, əmisinin nüfuzu sayəsində bu ər ilə arvad üçün çox nadir və əziz bir adam olmuşdur. Lakin qa-lan adamlar da – həm qocalar, həm gənclər – hamı ona eyni münasibəti bəsləyirdi: keşiş İzrilis və onun arvadı, mətbəə boyaları satan yerli alverçi Mayk Bampas, onun arvadı və oğlu, ot, dən və yem otları satan mister Maksimilian Pik və onun arvadı, çiçək satan – Mister Uitnes, torpaq ticarəti üz-rə agent olan mister Trup – bir sözlə hamı özünü xeyirxah dost kimi göstərirdi. Bu adamlar hamısı Semyuel Qrifits və onun ailəsi haqqında çox eşitmişdilər və indi belə dövlətli bir adamın qardaşıoğlu olan Klaydın burada onların arasın-da olmasından heyrətə gəlmişdilər. Onlara yalnız Klaydın çox yumşaq rəftarı, özünü çəkməməsi, təkəbbür göstərmə-məsi xoş gəlmirdi, çünki bu adamların əksəriyyəti sözdə lov-ğalığı, təkəbbürü pisləsə də, həqiqətdə belə keyfiyyətə hör-mət bəsləyən adamlardan idi. Bu, gənc qızların davranışında xüsusilə aydın görünürdü.

Dillard, Klaydın mühüm qohumluq əlaqələri haqqında bir-bir hamıya danışmağı özünə bir borc hesab edirdi.

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»