Amerika faciəsi

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

Lakin bir az sonra, yəni üç ay sonra “Yunion-Liq” klu-bunda boş yer açıldı. Reterer bu zaman vəzifəsində yüksəlib, otelin işçilərinə rəhbərlik edən rəisin köməkçisi təyin edil-mişdi, o indi öz müdiri ilə yaxşı əlaqədə idi, buna görə də boş yerə çox münasib bir adam tövsiyə edə biləcəyini dedi: bu, Klayd Qrifits adlı bir şəxs idi, indi “Böyük Şimal” ote-lində xidmət edirdi. Sonra Reterer Klaydı çağırıb, yeni rəisə nə cür təqdim olunacağını və onunla nə cür danışacağını dostuna ətraflı başa saldı və Klayd klubda işə girdi.

Klayd dərhal bu müəssisənin “Böyük Şimal” otelinə və hətta “Qrin-Devidson” otelinə nisbətən daha yüksək dərəcə-də bir yer olduğunu və çox zəngin adamlara, görkəmli ictimai mövqeyi olan şəxslərə xidmət etdiyni gördü; burada Klayd yenə də tərs kimi onun ruhundakı şöhrətpərəstlik tel-lərini oynadan və onun tez yüksəlib görkəmli bir mövqe tut-maq arzularına təkan verən başqa bir həyat quruluşunu ya-xından müşahidə etmək üçün imkan əldə etdi. Bu kluba aramsız olaraq onun heç vaxt təsadüf etmədiyi adamlar gə-lib-gedirdilər. Görünür bunlar yüksək cəmiyyətin hər cəhət-dən görkəmli olan seçmə nümayəndələri idilər. Klayda elə gəlirdi ki, nəinki onun doğma ölkəsinin hər bir guşəsindən, eyni zamanda bütün ölkələrdən və bütün qitələrdən ən seç-mə, ən yaxşı adamlar buraya toplanmaqdadır. Bu kluba dü-şənlər içərisində şimaldan və cənubdan, şərqdən və qərb-dən gələn Amerika siyasi xadimlərinə, görkəmli siyasətçilərə və iş adamlarına, həmçinin, nəinki Amerikanın bəlkə bütün dünyanın alimlərinə, cərrahlarına, məşhur doktorlarına, generallarına, ədiblərinə və ictimai xadimlərinə rast gəlmək mümkün idi.

Klaydı bir şey də son dərəcə heyrətə salmışdı. O bir ma-raq və hətta ehtiramlı bir heyrət hissi ilə, buradakı mühitdə, “Qrin-Devidson” və bir az əvvəl işlədiyi “Böyük Şimal” otel-lərinin həyatına hakim kəsilmiş o şəhvanilik havasından əsər belə olmadığını görürdü. Doğrudan da, onun işlədiyi bütün o otellərdə, müşahidə etdiyi hər bir şeydə, az qala bü-tün hadisələrin əsasında həmişə bir şəhvət və cinsiyyət ün-sürü hiss olunurdu. Burada isə əsla belə deyildi. Qadınlar ümumiyyətlə bu kluba buraxılmırdılar. Bütün bu görkəmli şəxsiyyətlər bir qayda olaraq, buraya tək gəlir və tək də çıxıb gedirdilər, onlar heç bir səs-küyə yol vermirdilər, onlarda müstəsna müvəffəqiyyət qazanmış adamlara xas olan bir təmkin və enerji hiss olunurdu. Adətən onlar təklikdə nahar edir, ikilikdə ya üçlükdə bir yerə yığılıb yavaşdan söhbət edir, öz qəzet və kitablarını oxuyur, yaxud sürətli maşınlar-da şəhəri gəzirdilər, elə bil onlar ehtirasın nə demək oldu-ğundan tamamilə bixəbər idilər, hər halda, görünür, bu hiss onlara təsir göstərmirdi, halbuki Klaydın hələ yetkin olma-yan ağlına bu hiss – onun kimi adi adamların həyatında hər bir şeyi hərəkətə gətirən, hər şeyi alt-üst edən bir amil kimi görünürdü.

Yəqin ki, bu gözəl dünyada görkəmli bir mövqe tut-maq və belə bir mövqeni əldə saxlamaq üçün yalnız qadına qarşı laqeyd olmaq, bu qəbahətli ehtirasdan azad olmaq lazım idi. Klayd düşünürdü ki, elə buna görə belə adamların hüzurunda, onların gözləri qabağında özünü elə aparmalıdır ki, guya bəzən onun müvazinətini sarsıdan bu fikirlər, heç onun ağlına belə gəlmir.

Beləliklə, burada qısa bir müddət işlədikdən sonra bu müəssisənin və onu ziyarət edən müxtəlif adamların təsiri altında Klayd zahirən əsl bir centlmen olmuşdu. Klub divar-ları arasında o özünü tamamilə başqa bir adam kimi, daha təmkinli, daha işgüzar və bacarıqlı hiss edir, həddindən ar-tıq romantikaya qapılmırdı. O, indi yenə öz qüvvələrini sına-maq istəyirdi: ona elə gəlirdi ki, yetkin ağıllı bu adamları təqlid edərək və yalnız onlardan nümunə götürərək gün-lərin bir günündə istədiyinə nail ola bilər. Bəlkə bu o qədər də baş gicəlləndirici bir müvəffəqiyyət olmayacaq, lakin hər halda indiyədək nail olduqlarından daha böyük bir şey ola-caqdır. Axı nə üçün də belə olmasın? Əgər o inadla işləsə yalnız yaxşı adamlarla tanış olub, özünü çox ehtiyatla apar-sa, kim bilir, bəlkə bu klubu ziyarət edən görkəmli adamlar-dan biri, onunla maraqlanıb ona yaxşı bir iş yeri təklif edə-cək və bu vaxtadək qapıları üzünə bağlı olan cəmiyyətin səviyyəsinə qalxması üçün ona kömək edəcəkdir.

Həqiqəti demək lazımdır ki, Klayd öz xarakteri etiba-rilə heç vaxt tamamilə yetkin bir adam olmağa qadir deyildi. O hələ aydın təfəkkür tərzinə və daxili bir məqsədəuyğun-luq hissinə malik deyildi. Halbuki bunlar insanların əksəriy-yətinə mənsub olan keyfiyyətlərdir və onlara həyatın bütün yolları içərisində özləri üçün ən əlverişli bir yol seçməyə im-kan verir.

IV FƏSİL

Lakin Klayd özü, həyatdakı bütün müvəffəqiyyətsiz-liklərini az təhsil alması ilə izah edirdi. O, hələ kiçik ikən ai-ləsinin fasiləsiz olaraq bir şəhərdən o biri şəhərə köçməsi onun məktəbdə oxumasına və beləliklə bu “Yunion-Liq” klubunu ziyarət edənlərin yüksək cəmiyyətinin üzvü olma-sına, hər hansı bir sahədə müəyyən praktiki bilik əldə etmə-sinə mane olmuşdu. Halbuki o, bütün varlığı ilə adamların arasında durmağa can atırdı. Bu centlmenlər gözəl evlərdə yaşayır, cah-calallı otellərdə qalır, Skuayrs və yaxud bura-dakı xidmətçi gənclərin rəisi kimi adamlar isə onlara xidmət edir, onların rahatlığının qeydinə qalırlar. Klayd isə yalnız adi, xırda bir işçidən başqa heç bir şey deyildir. Halbuki indi o, artıq iyirmi bir yaşına girmişdi. Bəzən bu fikir onu olduq-ca məyus edirdi. O, yüksəlmək və mənsəb qazanmaq üçün ona imkan verə bilən başqa bir iş tapmaq həsrətində idi. Axı o bütün ömrüboyu belə bir vəzifədə qala biməzdi, belə bir aqibəti gözü qabağına gətirdiyi dəqiqələr onu bir dəhşət alır-dı.

Bu nəticəyə gəldikdən sonra o öz gələcəyini təmin et-mək haqqında uzun-uzadı fikirləşməyə başladı və elə bu za-man onun əmisi Semyuel Qrifits Çikaqo şəhərinə gəldi. Mis-ter Qrifitsin burada bir çox tanışları vardı, buna görə də ilti-fat edib ona klubda qalması üçün xüsusi vərəqə təqdim et-dilər və o, klubda düşərək bir neçə gün öz xüsusi işlərilə məşğul oldu. O, hər gün yanına söhbətə gələn bir çox adam-larla görüşür, yaxud maşına minib şəhərə çıxır, lazım bildiyi müxtəlif adamları və firmaları ziyarət edib danışıq aparırdı.

O, gələndən bir saat keçməmiş, kluba gələnlərin qeydə alınmasını idarə edən və elə indicə vestibüldəki lövhədə “Qrifits” familiyasını yazmış olan Reterer Klaydı yanına ça-ğırdı:

– Qulaq as, Klayd, sən, deyəsən, deyirdin ki, Qrifits fa-miliyalı bir qohumun və yaxud əmin vardır, o, yaxalıq hazır-layan fabrikin sahibidir, haradasa Nyu-York ştatında olur?!

– Elədir, – deyə Klayd cavab verdi. – Onun adı Sem-yuel Qrifitsdir. Likurq şəhərindəyaxalıq hazırlayan böyük fabriki var. Bütün qəzetlərdə çap olunan bu elanlar onun elanlarıdır. Sən yəqin ki, onun Miçiqan-avenyu küçəsindəki işıqlı reklamını görmüsən.

– İndi sən onu görsən tanıya bilərsənmi? – deyə Rete-rer soruşdu.

– Yox, mən onu hələ bir dəfə də olsun görməmişəm.

– Mərc gəlirəm ki, bu sənin əmindir, deyə Reterer kiçik qeyd dəftərçəsinə gözyetirərək əlavə etdi – budur, özün bax: “Semyuel Qrifits, Likurq şəhəri, Nyu-York ştatı”. Yəqin özü-dür ki, var, düzdürmü?

Yəqin ki, odur, – deyə Klayd dostunun sözünü təsdiq etdi, o həmin bu əmisi ilə çoxdan görüşməyi arzu etdiyi üçün bu xəbər onu olduqca maraqlandırmırş və hətta həyə-cana gətirmişdi.

– O, bu saat yuxarı çıxdı, – deyə Reterer sözünə da-vam edirdi. – Devid onun çamadanlarını yuxarı apardı. Çox görkəmli kişidir. Sən gözdə-qulaqda ol, o buraya aşağıya düşərkən diqqətlə bax. Bəlkə elə doğrudan da o sənin əmin-dir. O, ortaboylu, arıq bir kişidir, balaca çal bığları və açıq boz rəngli şlyapası var. Çox xoşsifət kişidir. Mən onu sənə göstərərəm. Əgər doğrudan da sənin əmindirsə sən onun xo-şuna gəlməyə çalış! Bəlkə o sənin üçün bir şey etdi… Məsə-lən, sənə bir cüt yaxalıq bağışladı, – deyə Reterer gülərək əlavə etdi.

Klayd da, sanki yerinə düşmüş bu zarafatı qiymətlən-dirərək güldü, lakin işin əslindəo çox böyük bir həyəcan keçirirdi. Demək, indi onun əmisi Semyuel burada, klubda idi. Onunla tanış olmaq üçün bu nə qədər əlverişli fürsət idi. Axı hələ buraya işə girməmişdən əvvəl Klayd ona məktub yazmaq istəyirdi, indi isə əmisi özü buraya gəlmişdi və onunla danışmaq üçün hər cür imkan var idi.

Lakin dayan, səbir elə! Klayd özü onunla danışmağa cə-sarət etsə əmisi onun haqqında nə düşünə bilər? Bu klubda vəzifəsi yalnız şey daşımaqdan ibarət olan qardaşıoğluna o nə cür yanaşar? Ümumiyyətlə, görəsən, əmisi, şeydaşıyan xidmətçi gənclərə, xüsusilə Klayd yaşlı bir gəncin belə bir vəzifədə işləməsinə, nə cür baxacaqdır? Axı Klayd artıq iyir-mi bir yaşına girmişdir. Əlbəttə, adam bütün ömrünü belə bir işdə keçirmək istəmirsə, “şeydaşıyan oğlan üçün” bu qədər yaş çox deyilmi? Semyuel Qrifits kimi zəngin və yük-sək mənsəbli bir adam oteldə şeydaşıyan vəzifəsini, xüsusilə öz qohumunun bu vəzifədə işləməsini özü üçün bir əskiklik saya bilərdi. Çox ehtimal ki, o belə bir qohumdan geri qaça-caqdır, hətta onunla danışmaq belə istəməyəcəkdir… Klayd bütün gününü bu cür şübhələr içərisində keçirdi…

Lakin ertəsi gün Klayd artıq əmisini azı altı dəfə görmə-yə müvəffəq olmuş və əmisi ona çox xoş bir təsir bağışla-mışdı: canlı, çevik, işgüzar əmisi öz qardaşına – Klaydın ata-sına heç oxşamırdı. O nə qədər zəngin idi, hamı ona nə qə-dər hörmət və ehtiram göstərirdi!… Klayd isə bir qorxu içəri-sində öz-özünə sual edirdi ki, görəsən o indi belə bir fürsə-tidəmi əlindən qaçıracaqdır? Axı əmisi ona heç də bədxah bir adam təsiri bağışlamırdı, əksinə çox mehriban və iltifatlı bir görkəmi vardı, bir dəfə Klayd Retererin məsləhəti ilə, yo-la salınacaq bir məktubu götürmək üçün əmisinin otağına girdikdə, əmisi demək olar ki, heç onun üzünə belə baxma-dı, lakin məktubla bərabər ona yarım dollar pul verdi.

– Göz-qulaq olun ki, məktubu göndərsinlər, pulları isə özünüzə götürün – deyə əmisi ona tapşırıq verdi.

Bu dəqiqə Klayd elə böyük bir həyəcan içərisində idi ki, əmisinin nə üçün öz qardaşı oğlunu tanıya bilmədiyinə heyrət etdi… Lakin mister Qrifits, doğrudan da heç bir şey sezmir və anlamırdı. Buna görə Klayd əmisinin yanından bir qədər məyus olaraq çıxıb getdi.

 

Bir müddət sonra Semyuel Qrifitsin adına bir neçə mək-tub gəldi və Reterer Klaydın diqqətini bu məktublara cəlb et-di.

– Əgər istəyirsənsə, budur əminin yanına getmək üçün yenə bəhanə var, – deyə Reterer məktubları Klayda göstərdi. – Bu məktubları aparıb ona ver. Məncə bu saat o öz otağın-dadır.

Klayd bir qədər tərəddüddən sonra məktubları götü-rüb əmisinin otağına getdi. Mister Semyuel stol arxasında oturub, nə isə yazırdı, Klayd qapını döyərkən içəridən qış-qırdı:

– Buyurun! Klayd içəri girdi və müəmmalı bir təbəs-sümlə dedi:

– Sizə məktub var, mister Qrifits.

– Çox sağ olun, oğlum, – deyə əmisi cavab verdi və Klayda pul vermək üçün əlini jaketinin cibinə saldı. Lakin Klayd fürsətdən istifadə edərək dedi:

– Yox, yox, mənə heç bir şey lazım deyil! – əmisi ona pul vermək üçün əlini irəli uzadıb qalmışdı, lakin o bir söz deməyə macal tapmamış, Klayd əlavə etdi: – deyəsən, mən sizin qohumunuzam, mister Qrifits. Siz Likurq şəhərindəki yaxalıq fabrikinin sahibi Semyuel Qrifts deyilsinizmi?

– Bəli, deyəsən, mənim o fabrikə bir qədər dəxlim var. Bəs siz kimsiniz? – deyə əmisi Klaydı diqqətlə gözdən keçi-rərək soruşdu.

– Mənim adım Klayd Qrifitsdir, mən Eysa Qrifitsin oğ-luyam. O, deyəsən, axı sizin qardaşınızdır?

Ailədə ən zavallı və bəxti qara hesab olunan bu qarda-şın adı çəkilərkən Semyuel Qrifitsin üzü bir qədər tutuldu. O, uzun illərdən bəri qardaşı Eysanı görməmişdi və indi heç bir sevinc hissi duymadan kiçik qardaşının qısaboylu za-vallı görkəmini xəyalına gətirdi; o, qardaşı təqribən Klayd yaşında olarkən onu son dəfə Vermond ştatında Bertuika ya-nında öz ataları evində görmüşdü. Lakin ata ilə oğul arasın-da nə qədər böyük fərq vardı! Klaydın atası o zaman şişman, yöndəmsiz, həm cismən, həm də zehni cəhətdən süst, ölü-vay bir gənc idi, onun sulu göy gözləri, qıvrım saçları var idi. Qardaşıoğlu isə, əksinə çox səliqəli, canlı, nəzakət gözlə-yən yaraşıqlı bir gənc idi və görünür ağılsız deyildi. (mister Qrifits otellərdə işləyən gənc oğlanların ümumiyyətlə çox fərasətli olduqlarına fikir vermişdi). Beləliklə, qardaşıoğlu onun xoşuna gəldi.

Atası kiçik oğlunu sevmədiyinə görə öz böyük qardaşı Allen ilə bərabər atasının bütün varidatına sahib çıxan Sem-yuel Qrifits, kiçik qardaşı Eysanın ədalətsizliyə qurban get-diyini həmişə hiss edirdi. Atası, Eysanın bir qədər fərasətsiz və əməli fəaliyyət sahəsində bacarıqsız olduğunu gördük-dən sonra əvvəlcə Eysanı işləməyə məcbur etmək istəmiş, sonra isə sadəcə kiçik oğlundan əlini üzmüş və nəhayət, Ey-sa Klayd yaşında ikən onu evdən qovmuşdur; sonralar isə ata bütün varidatını, yəni otuz min dollara yaxın bir məbləği iki böyük oğlu arasında tən bölmüş, Eysaya isə min dollar miqdarında vecsiz bir pay ayırmışdı.

İndi bütün bu xatirələr, Semyuel Qrifitsi böyük bir ma-raq ilə Klaydı gözdən keçirməyə məcbur edirdi. O, qardaşı-oğlunun illərlə bundan əvvəl ata evindən qovulmuş kiçik qardaşına oxşamadığını görürdü. Klayd onun öz oğlu Qil-bertə daha çox oxşayırdı, indi o bu oxşayışı açıq-aydın gö-rürdü. Bundan başqa Klaydın keçirdiyi qorxulara baxmaya-raq, onun belə zinətli bir klubda şeydaşıyan vəzifəsində çalışması belə, Semyuel Qrifitsə yaxşı təsir bağışlamışdı. Fəaliyyət sahəsi yalnız Likurq şəhəri və Likurq cəmiyyəti ilə məhdudlaşan Semyuel Qrifitsə, xüsusi mövqe və xarakteri olan bu klub ehtiram hissi təlqin edirdi. Belə müəssisələrdə xidmət edən gənclər adətən çox zirək və təvazökar olurlar. Buna görə də o, xeyirxah bir ifadə ilə qardaşıoğluna xeyli baxdı, Klayd isə öz qara iş kostyumunda, səliqəli və şax bir görkəmlə, son dərəcə yaxşı tərbiyə almış bir gənc təvazökar-lığı ilə əmisinin qarşısında dayanmışdı.

– Nə danışırsınız! – deyə əmisi səsləndi. Demək siz Ey-sanın oğlusunuz? Qəribə işdir! Çox qəribə təsadüfdür! Axı mən sizin atanızı azı iyirmi beş ildir ki, görməmişəm və onun haqqında heç bir şey eşitməmişəm. Axırıncı dəfə on-dan xəbər tutanda, səhv etmirəmsə, o Miçiqan ştatında, Qrend Repidsdə yaşayırdı. İndi o hardadır? Burada Çikaqo-da olurmu?

– Xeyr, ser, – deyə Klayd cavab verdi, o əmisinin bu sualına mənfi cavab verə bildiyi üçün şad idi. – Mənim ailəm Denver şəhərində yaşayır. Mən burada təkəm.

– Ümidvaram ki, atan və anan sağdırlar?

– Bəli, ser, ikisi də sağdır.

– Atan isə əvvəlki kimi… yenə vaizlik edirmi?

– Bəli, ser, – deyə Klayd bir az duruxaraq cavab verdi. O hələdə bu əqidədə idi ki,bütün mümkün olan fəaliyyət növləri içərisində atasının məşğuliyyəti cəmiyyətin gözündə ən miskin və ən faydasız bir məşğuliyyətdir. – Ancaq indi – deyə, Klayd sözünə davam edirdi, – atamın missiyası, me-belli otaqlarla əlaqədardır, missiya yerləşən evdə, deyəsən, qırxa qədər otaq vardır. Atam və anam həm bu otaqları kira-yəyə verirlər, həm də missiyaya rəhbərlik edirlər.

– Aha, başa düşürəm.

Klayd əmisində yaxşı təsir buraxmaq üçün atasının və-ziyyətini təsvir edərkən özündən bəzi şeylər artırıb onun və-ziyyətini bir az bəzəyib-düzədi.

Klaydın zəiflik və eyni zamanda qüvvət ifadə edən za-hiri görkəmindən getdikcə daha artıq xoşlanan Semyuel Qrifits:

– Mən çox şadam ki, onlar həyatlarını bu cür yaxşı qu-ra bilmişlər, – deyə sözünə davam etdi. Siz necə, buradakı işinizdən razısınızmı?

– O qədər də yox… xeyr, mister Qrifits, mən buradakı işimdən narazıyam, – deyə bu sualdan sevinmiş Klayd tələ-sik cavab verdi. – Əlbəttə, burada mənim maaşım pis deyil-dir. Lakin bu yol ilə pul qazanmaq xoşuma gəlmir. Mən ta-mamilə başqa bir şey istərdim. Ancaq heç bir ixtisas almağa imkan olmadığı və irəli getməyə imkan verəcək bir iş tapa bilmədiyim üçün mən çarəsizlikdən buraya işləməyə girdim. Anam məsləhət gördü ki, sizə məktub yazıb fabrikinizdə mənim üçün iş olub-olmadığını soruşum. Ancaq mən qorx-dum ki, bu sizin xoşunuza gəlməz, ona görə də məktub yaz-madım.

Klayd gülümsəyərək susdu. Lakin onun sualedici ba-xışları əmisinə dikilmişdi.

Semyuel Qrifits bir dəqiqə ciddi bir ifadə ilə Klayda baxdı. Klaydın üzünün ifadəsi və onun öz xahişini şərh et-mək ədası əminin xoşuna gəldi.

– Bəli, sizin arzunuz haqlı bir arzudur, – deyə o sözə başladı. Əlbəttə, siz gərək bubarədə mənə yazaydınız…

Qrifits bu sözləri deyib birdən susdu, çünki o apardığı bütün işgüzar danışıqlarda həmişə ehtiyatlı olmağa adət et-mişdi. Klayd əmisinin ona ümid verməyə cəsarət etmədiyini görərək bir az gözlədikdən sonra açıq soruşdu:

– Bəlkə sizin fabrikinizdə mənim üçün bir iş tapıldı?

Semyuel Qrifits fikirli bir halda qardaşıoğluna baxırdı. Belə açıq bir xahiş onun həm xoşuna gəlirdi, həm də xoşuna gəlmirdi. Bununla belə Klayd ona çox münasib bir adam kimi görünürdü. Yəqin ki, Klayd da, onun oğlu Qilbert kimi, bacarıqlı və şöhrətsevən bir gənc idi. İndi onun fabrikində is-tehsalat prosesilə tanış olduqdan sonra Qilbertin rəhbərliyi altında, fabrikdəki sexlərin birinin müdiri ya müdir müavini kimi işləyə bilərdi. Hər halda ona özünü göstərməsi üçün vaxt və imkan vermək olardı. Burada qorxulu bir şey yox-dur. Bundan başqa, axı bu Eysanın, kiçik qardaşının oğlu-dur, həm Semyuelin, həm də böyük qardaş Allenin, hələ və-rəsəlik hüququnu bərpa etmək məsələsi bir kənara qalsa be-lə, yenə də öz kiçik qardaşları qarşısında müəyyən vəzifə və borcları vardır.

– Məsələ belədir, – deyə Semyuel bir dəqiqə susduq-dan sonra sözə başladı. – Mən bu məsələ haqqında bir az fikirləşməliyəm. Elə bu saat birdən-birə, bizdə əlverişli bir iş olub-olmadığını deyə bilmərəm. Söhbəti elə bundan başla-yaq ki, biz sizə burada aldığınız qədər maaş verə bilməyə-cəyik, – deyə əmisi Klayda xəbərdarlıq etdi.

– Əlbəttə, – Klayd səsləndi, onu alacağı maaşdan artıq əmisinin fabrikində işləmək şirnikdirməkdə idi. – Mən, layiq olmadan, artıq maaş almaq fikrində deyiləm.

– Bundan başqa, ola bilər ki, bizim müəssisədəki iş si-zin xoşunuza gəlməz və yaxud biz sizin işə yaramadığınızı müşahidə edə bilərik. Demək lazımdır ki, hər adamda belə bir iş üçün bacarıq olmur.

– Nə eybi var, yaramasam, siz məni işdən çıxardarsı-nız, – deyə Klayd cavab verdi. – Ancaq mən həmişə bu fikir-də olmuşam ki, sizin müəssisənizdə işləyə bilərəm, hələ lap ilk vaxtlar, sizin özünüz və böyük müəssisəniz haqqında tə-zə eşitdikdə mən belə bir qənaətə gəlmişdim.

Klaydın bu son sözləri Semyuel Qrifitsin heysiyyətini oxşadı. Görünür həm o özü, həm də onun əldə etdiyi mü-vəffəqiyyətlər bu gənc üçün bir ideal idi.

– Çox yaxşı, – deyə əmisi cavab verdi. – Bu saat mən artıq sizinlə məşğul ola bilmərəm. Lakin mən hələ iki gün burada qalacağam və bu məsələni ətraflı düşünərəm. Bəlkə də mən sizin üçün bir şey edə bildim. Hələlik heç bir söz de-yə bilmərəm.

Bunu deyərək, Semyuel Qrifits yenə də məktub yazma-ğa başladı.

Klayd hazırkı şəraitdə mümkün ola biləcək qədər yaxşı təsir bağışladığını hiss edərək və bunun yaxşı nəticə verəcə-yinə ümid bağlayaraq hərarətlə əmisinə təşəkkür edib tələsik otaqdan çıxdı.

Ertəsi gün hər şeyi ətraflı düşünərək, Klaydın öz fəra-sət və zirəkliyi sayəsində, fabrikdə hər hansı başqa bir ada-ma nisbətən heç də az faydalı olmayacağını və həmçinin be-lə bir addımın ailəsi üçün əhəmiyyətini ətraflı sürətdə gö-tür-qoy etdikdən sonra, Semyuel Qrifits Klayda bildirdi ki, fabrikində boş yer açılan kimi o dərhal qardaşı oğluna xəbər göndərəcəkdir. Lakin o belə bir imkanın tez ələ düşəcəyini vəd edə bilmir. Klayd hələlik gözləməlidir.

Beləliklə, Klayd, əmisinin fabrikində onun üçün tezliklə bir yer düzəldəcəyi və ümumiyyətlə bu işin baş tutub-tutma-yacağı haqqında uzun müddət həyəcanla düşünməyə məh-kum olundu.

Semyuel Qrifits Likurqa qayıtdı və oğlu ilə məsləhətlə-şərək bu qərara gəldi ki, Klayd fabrikdəki işi lap əsasından, hər halda fabrikin zirzəmisindən başlayaraq öyrənməlidir: fabrikin zirzəmisində yaxalıq hazırlamaq üçün işlənən par-çalar qaynadılırdı. İstehsalat texnikasını bütünlüklə öyrən-mək istəyən yeni işçilər əvvəlcə məhz bu zirzəmidə işləməli olurdular. Lakin Klayd yalnız öz qazancı ilə başını saxlamalı olduğu üçün, həm də onun çox korluq çəkməməsi üçün, (Klaydın pis yaşaması, Qrifitslər ailəsinin Likurq şəhərində tutduğu mövqe ilə uyuşmayan bir hadisə ola bilərdi) ona da-ha yüksək bir maaş, yəni ilk vaxt üçün həftədə on beş dollar təyin etdilər.

Əlbəttə, həm Semyuel Qrifits, həm də onun oğlu Qil-bert, belə bir maaşın çox da böyük bir şey olmadığını başa düşürdülər (adi şagird üçün bu bəlkə də az deyildir, ancaq bir qohum kimi Klayd üçün çox cüzi maaş idi) lakin hər iki-si, onlar üçün işləyənlərə qarşı, xeyriyyəçiliyə əsla meyil et-məyən, sırf əməli təbiətə malik adam olduqları üçün belə gü-man edirdilər ki, fabriklərində işə girən hər bir yeni adam ehtiyac və mərhumiyyət içində nə qədər əziyyət çəksə o qə-dər yaxşıdır. Həm ata, həm də oğul kapitalist istismarı haq-qında sosialist nəzəriyyələrinə son dərəcə mənfi münasibət bəsləyirdilər. Hər iki ictimai pilləkənin mövcudiyyətini zə-ruri hesab edirdilər ki, aşağı siniflərdən çıxmış adamlar bu pilləkənin pillələri ilə yuxarı qalxmağa can atsinlar. Zümrə-lərin mövcudiyyəti onlara labüd bir şey kimi görünürdü. Hər hansı bir adama, hətta öz qohumlarına belə həddindən artıq yardım göstərməyə cəhd etmək cəmiyyətin bünövrə-sini, əsaslarını dəlicəsinə sarsıtmaq deməkdir. İctimai və maddi cəhətdən səndən aşağıda duran şəxsiyyətlər və sinif-lərlə üz-üzə gəldikdə, onlarla, vərdiş etdikləri standartlara müvafiq olaraq rəftar etməlisən. Bu standartlar içərisində isə ən yaxşıları, aşağıda duranlara pul qazanmağın nə qədər çə-tin olduğunu aydın başa salmaq və Qrifitslərin nöqteyinə-zərincə yeganə mühüm olan bir işdə, yəni maddi nemətlər istehsalı kimi bir işdə iştirak edən hər bir adam üçün bu is-tehsalatın texnikası ilə müfəssəl və əməli tanışlığın nə qədər zəruri olduğunu anlatmaq idi. Bunu anladıqdan sonra, işə girişən adamlar özlərini məhdud, dar çərçivəli işgüzar bir ömür sürməyə alışdırmalıdırlar. Bu, onların xarakterinə müsbət və faydalı bir təsir göstərəcəkdir. İctimai pilləkənin pillələri ilə yuxarı qalxmağa müvəffəq olan adamların ağıl-ları və ürəkləri məhz bu cür bərkiyir. Bunu bacarmayanlar, bunu etməyə qadir olmayanlar isə öz əvvəlki yerində, həya-tın dibində qalmalıdırlar.

Beləliklə, təqribən bir həftə sonra Klayda məhz nə cür bir iş təklif etmək məsələsi qət olundu və Semyuel Qrifits şəxsən özü Çikaqo şəhərinə məktub göndərərək Klayda bil-dirdi ki, əgər istəyirsə, bu yaxın həftələrdə Likurq şəhərinə gələ bilər. Lakin Klayd əvvəlcədən on gün qabaq öz gəlişini məktub vasitəsilə xəbər verməlidir ki, o gələnədək hər şey vaxtlı-vaxtında hazırlanmış olsun. Likurq şəhərinə gəldik-dən sonra o fabrikə gedib mister Qilbert Qrifitsə müraciət et-məli idi, Qilbert nə lazımdırsa edəcəkdir.

 

Bu məktub Klaydı çox həyəcana gətirdi və o dərhal ana-sına məktub yazdı ki, əmisinin fabrikində onun üçün yer dü-zəlmişdir, buna görə də o Likurq şəhərinə yola düşür. İndi o artıq müvəffəqiyyət qazanmaq, istədiyinə nail olmaq üçün əlindən gələni edəcəkdir. Anası buna uzun bir cavab gön-dərərək öz hərəkətlərinə fikir verməyi və xüsusilə özünə dost seçməkdə çox ehtiyatlı, olduqca ehtiyatlı olmağı xahiş etdi. O yazırdı ki, Klayd kimi şöhrətsevən gənclərin səhv yo-la düşməsinə və büdrəməsinə demək olar ki, həmişə pis ta-nışlar səbəb olurlar. İndi Klayd yelbeyin, əxlaqı pozğun oğ-lanların və qızların cəmiyyətindən gen gəzsə hər şey öz qay-dasında olar. Klayd kimi zahiri görkəmə və xarakterə malik bir gənc əxlaqsız bir qadının təsiri altında çox tez və asanlıq-la pis yola düşə bilər. Kanzas-Sitidə başına nələr gəldiyini o özü görmüşdü. Halbuki o hələ gəncdir, indi zəngin və nü-fuzlu bir adamın yanında işləməyə hazırlaşır, bu adam isə, əgər istəsə, onun üçün çox şey edə bilər. Qoy Klayd yeni hə-yatını necə qura bildiyi haqqında anasına tez-tez məktub yazsın. Əmisinin xahiş etdiyi kimi, əvvəlcədən ona xəbər göndərərək, Klayd, nəhayət, Likurq şəhərinə yola düşdü. Lakin şəhərə gələn kimi, o dərhal fabrikə getmədi, çünki əmisi nə vaxt, hansı saatda fabrikə gəlməsini deməmişdi, bu-na görə o şəhərin yeganə böyük oteli olan “Otel Likurq”da özü üçün nömrə tutdu. O böyük səbirsizlik içərisində ya-şayacağı və işləyəcəyi bu şəhərin nə cür şəhər olduğunu gör-mək və əmisinin bu şəhərdə nə cür bir mövqe tutduğunu öyrənmək istəyirdi. Hələlik kifayət qədər boş vaxtı olduğu üçün (işə girdikdən sonra, yəqin ki, tezliklə əlinə belə bir für-sət keçməyəcəkdir) o çıxıb şəhəri dolaşmaq qərarına gəldi. Aşağı düşüb Sentral-avenyu küçəsinə çıxdı, bu küçə Likurq şəhərinin döyünən ürəyi və şah damarı idi. Onu bir neçə, ən çox izdihamlı və hərəkətli küçələr kəsirdi; bu kvartallar şə-hərin işgüzar, ticarət mərkəzini təşkil edirdilər: Likurq şəhə-rinin bütün həyatı və bütün əyləncələri yalnız burada cəm olmuşdu.

V FƏSİL

Lakin bu küçə ilə keçərkən Klayd dərhal bütün bun-ların son zamanlar alışmış olduğu aləmə heç oxşamadığını gördü. Burada hər bir şey xeyli kiçik miqyasda idi. Yarım saat əvvəl içindən keçib gəldiyi vağzal kiçik və cansıxıcı bina idi, o saat bilinirdi ki, bu vağzalın rahatlığını çox da böyük hərəkət və gediş-gəliş pozmur. Moqauk çayının o biri sahi-lində, şəhərin mərkəzi hissəsinin qarşısında yerləşən fabrik rayonu sadəcə qırmızı və boz binalar yığınından ibarət idi. Bu binalar üzərində bəzi yerlərdə fabrik boruları yüksəlirdi. Bu rayon iki körpü vasitəsilə şəhərlə birləşir və bu körpüləri beş-altı kvartaldan ibarət bir məsafə bir-birindən ayırırdı; körpülərdən biri vağzalın lap yanında idi, bunun üzərində böyük və qızğın hərəkət gözə çarpırdı – tramvay xətti də bu-radan keçir, sonra Sentral-avenyu küçəsinin bütün dolama-ları ilə uzanıb gedirdi. Yüksək evləri və orda-burda gözə çarpan mağazaları olan Sentral-avenyu küçəsi isə piyada və avtomobillərlə dolu çox izdihamlı və hərəkətli bir küçə idi. Oteldən çəpəki istiqamətdə otelin geniş aynabənd pəncərə-ləri Sentral-avenyu küçəsinə baxır, bu pəncərələr arxasında isə palma ağacları, sütunlar və bunların arasında kreslolar gözə çarpırdı, ağ kərpicdən tikilmiş yüz fut uzunluğunda, dörd mərtəbəli, görkəmli bir bina olan “Stark və K0” şir-kətinin böyük manufaktur mağazası yüksəlir və mağazanın gur işıqlandırılmış sərgilərindən ən yeni şeylər nümayiş etdirilirdi. Sonra küçəboyu digər böyük mağazalar, daha bir otel, avtomobil sərgisi və kinematoqraf binası yan-yana dü-zülmüşdü.

Klayd baş alıb yoluna davam edirdi. Birdən o şəhərin ti-carət mərkəzindən kənarda, ağaclar əkilmiş geniş bir küçə-yə çıxdı. Küçənin hər iki tərəfində gözəl malikanələr sıraya düzülmüşdü, bu malikanələrdən hər biri, Klaydın bu vaxta qədər gördüyü evlərdən daha geniş, daha rahat, daha sakit və hətta möhtəşəm idi. Bir sözlə, o elə ilk baxışda başa düş-dü ki, bu kiçik bir şəhərin küçəsi olsa da, xüsusi bir küçədir – zənginlik və hətta cah-calal küçəsidir. Burada nə qədər möhkəm dəmir hasarlar, çiçəklərlə haşiyələnmiş cığırlar, cərgə ilə əkilmiş ağaclar və kollar vardır! Evlərin qarşısında nə qədər bahalı, gözəl avtomobillər dayanıb gözləyir, yaxud küçə ilə uçub gedirdi!

Sentral-avenyu küçəsinə yaxın olan və ticarət kvartalla-rından başlanan bu geniş və qəşəng küçədəki mağazalarda isə sərgidə elə bahalı və qiymətli şeylər düzülmüşdü ki, bunları şəksiz, yalnız incə zövqlü, varlı adamlar ala bilərdi-lər: burada avtomobil, qiymətli daş-qaş, incə parçadan alt paltarları, dəri məmulatı və mebel satılmaqda idi.

Görəsən əmisi və əmisinin ailəsi harada yaşayırlar? Hansı küçədə olurlar? Hansı evdə yaşayırlar? Bəlkə əmisinin evi bu evlərdən daha qəşəng və daha böyükdür.

Klayd dərhal geri dönüb əmisinin yanına getməyi qə-rara aldı. Vaxtı itirmədən fabriki tapmaq lazım idi, yəqin fabrik çayın o biri sahilində, şəhərin o biri hissəsindədir. İndi o özünü nə cür aparmalı və nə etməli idi? Görəsən, əmisi ona nə cür iş verəcəkdir? Əmisi məktubunda oğlu Qilbertin adını çəkirdi. Görəsən, əmisi oğlu bu Qilbert nə cür adam-dır? O Klayd haqqında nə düşünəcəkdir?

Klayd dönüb Sentral-avenyu küçəsinə qayıtdı, vağza-ladək gəldi və tezliklə Semyuel Qrifitsin fabrikini tapdı. Bu, qırmızı kərpicdən tikilmiş, böyük bir bina idi. Bütün bina az qala başdan ayağa pəncərədən ibarət idi, hər halda yaxalıq istehsalı üçün sonradan tikilən hissəsi başdan ayağa pəncə-rələrdən ibarət idi. Binanın köhnə hissəsi, Klaydın sonralar öyrəndiyinə görə təzə hissə ilə bir neçə üstüörtülü keçidlə birləşirdi. Hər iki binanın cənub divarları, Moqauk çayının sahilinə baxırdı. Bu tərəfdən, River-Strit küçəsi boyu təqri-bən hər yüz fut məsafədən sonra bir qapı vardı və hər qapı ağzında xüsusi iş paltarı olan bir gözətçi dayanmışdı. Bina-nın içərisinə açılan bütün qapılar nömrələnmişdi, birinci, ikinci və üçüncü nömrələr altında yazılmışdı: “Yalnız xid-mətçilər üçün”, dördüncü nömrə altında isə “Kontor” yazıl-mışdı, beşinci və altıncı qapılar isə görünür mal qəbul etmək və mal çıxartmaq üçün idi.

Klayd kontora açılan qapıya yaxınlaşdı, burada heç kəs onun qabağını saxlamadı, o iki fırlanan qapıdan keçdikdən sonra, bir sürahi qarşısına çıxdı, sürahinin o biri tərəfində yəqin baş kontora açılan, kiçik bir qapı yanında, alçaqboylu, otuz beş yaşlı, kök və çirkin qadın olan telefonçu oturmuş-du.

– Sizə nə lazımdır? – deyə o Klayddan soruşdu.

– Mən mister Qilbert Qrifitsi görmək istəyirəm, – deyə Klayd azacıq əsəbi bir halda sözə başladı.

– Nə üçün?

– Mən onun əmisi oğluyam. Mənim adım Klayd Qri-fitsdir. Məndə əmim mister Semyuel Qrifitsin məktubu var. Qilbert yəqin ki, məni qəbul edər. – Klayd əlindəki məktu-bu qadına uzatdı və elə o dəqiqə qadının sərt və tamamilə laqeyd olan üzünün dərhal dəyişildiyini, hər halda iltifatlı olmasa da, daha ehtiramlı bir ifadə aldığını müşahidə etdi. Klaydın nəinki sözləri, eyni zamanda zahiri görkəmi də qa-dına öz təsirini göstərdi və o altdan-altdan qarşısındakı gən-ci maraqla gözdən keçirməyə başladı.

– Bu saat öyrənərəm, görüm burdadırmı, – deyə qa-dın daha nəzakətli bir səslə cavab verdi və telefonu götürüb mister Qilbert Qrifitsin kabinetinə zəng etdi. Görünür, tele-fonda ona cavab verdilər ki, mister Qilbert Qrifits bu dəqiqə məşğuldur, onu narahat etmək olmaz, çünki qadın cavabın-da belə dedi: mister Qilbertin əmisi oğlu mister Klayd Qrifits burada gözləyir. Onun əlində mister Semyuel Qrifitsdən məktub var. Sonra qadın Klayda müraciət edərək əlavə etdi:

– Xahiş edirəm, əyləşəsiniz. Yəqin mister Qilbert Qri-fits sizi bir dəqiqə sonra qəbul edəcəkdir. Bu saat o məşğul-dur.

Qadının onunla bu qədər ehtiramla danışdığını görüb Klayd qəribə bir həyəcan keçirdi. Bu vaxta qədər bütün ömrüboyu heç kəs onunla bu cür ehtiramla danışmamışdı. İşə bir bax, demək o bu qədər zəngin və böyük nüfuz sahibi olan bir ailənin yaxın qohumudur! Gör bu nə qədər böyük bir fabrikdir, nə qədər böyük binadır – altı mərtəbədən iba-rətdir! Elə indicə çayın o biri sahililə gələrkən, o açıq pəncə-rələrdən bu böyük binanın içərisini və orada başları işə qa-rışmış çoxlu qadınları görmüşdü. İndi qeyri-ixtiyari onun ürəyini bir həyəcan qapladı. Binanın yüksək kərpic divarları sanki böyük bir qüvvənin və həqiqi maddi bir müvəffəqiy-yətin mücəssəməsi idi. Klaydın gözlərində bu, bəlkə də ən yüksək bir müvəffəqiyyət idi.

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»