Amerika faciəsi

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

O qəbul otağının boz rəngli suvaqlı divarlarına və içəri açılan qapı üzərindəki yazıya baxdı. Qapıda belə yazılmışdı: “Yaxalıq və köynək hazırlayan Qrifitslərin səhmdarlar cə-miyyəti. Sədr, Semyuel Qrifits, katib Qilbert Qrifits”. O indi öz-özünə sual edirdi ki, bu qapı arxasında nələr görəcəkdir, bu Qilbert Qrifits, görəsən, necə adamdır, onu nə cür qəbul edəcəkdir – Klaydı soyuq yaxud mehribanlıqla, dostanə ya-xud düşməncəsinə qarşılayacaqdır?

O oturub bu cür fikirləşərkən birdən telefonçu qadın ona yenidən müraciət etdi:

– İndi içəri girə bilərsiniz. Mister Qilbert Qrifitsin kabi-neti bu mərtəbənin lap axırında, çaya baxan tərəfdədir. Xid-mətçilərin hansından soruşsanız sizə göstərə bilər.

Qadın ayağa qalxaraq sanki qapını onun üçün açmaq is-tədi, lakin Klayd tələsik onu qabaqlayıb qapını özü açdı.

– Təşəkkür edirəm, zəhmət çəkməyin! – deyə o ürək-dən qadına təşəkkür etdi və aynabənd qapını açıb böyük bir zala girdi. Burada yüzdən artıq xidmətçi var idi, – onların əksəriyyəti gənc oğlanlar və gənc qadınlar idi, hamısı qarşı-larındakı kağızlar ilə məşğul idilər. Bir çoxlarının gözləri üzərinə, alınlarına yaşıl qalpaqlar bağlanmışdı. Kişilər sətin-dən qısa iş köynəkləri geymiş, yaxud köynəklərinin qollarını qorumaq üçün qolçaq keçirmişdilər. Demək olar ki, gənc qa-dınların hamısı ucuz parçadan tikilmiş səliqəli və qəşəng paltarlar, yaxud xalat geymişdi. Hər iki tərəfdə, zalın mər-kəzi hissəsində arakəsmələrlə ayrılmış bir çox kabinetlər var idi, bu kabinetlər firmanın müxtəlif vəzifə sahiblərinə məx-sus idi və qapılara bənd edilmiş kiçik lövhələrdə onların ad-ları yazılmışdı: mister Smilli, mister Letç, mister Qetboy, mister Berki.

Telefonçu qadın, mister Qrifitsin kabinetinin binanın axırında olduğunu söylədiyi üçün Klayd birbaşa bütün zal-dan keçərək, lap axırda yarıaçıq bir qapı gördü, onun üzərin-dəki kiçik lövhədə: “katib Qilbert Qrifits” sözləri yazılmışdı. O bir dəqiqə dayanıb içəri girməyə cəsarət etmədi, sonra ya-vaşdan qapını döydü. Dərhal içəridən kəskin və cır bir səs eşidildi: “buyurun”. Klayd içəri girib boyca ondan bir az al-çaq, yaşca ondan bir az böyük olan və şübhəsiz, ona nisbə-tən daha təmkinli və dərrakəli görünən bir gənc ilə üz-üzə gəldi; bir sözlə Klayd özü məhz belə bir gənc olmaq həsrətilə yaşayırdı: bu öz işini bilən ixtiyar sahibi və fəal təbiətli bir oğlan idi. Yaza yaxın olduğu üçün, Klaydın dərhal müşahi-də etdiyi kimi o, zolaqlı açıq-boz rəngli bir kostyum gey-mişdi. Onun işıldayan saçları Klaydınkına nisbətən daha açıq rəngdə idi və arxaya doğru hamar daranmışdı. Klayd içəri girən kimi onun açıq rəngli qonur göy gözləri Klaydın üzünə zilləndi. Qilbertin gözlərində sümük çərçivəli çeşmək vardı. Bu çeşməyi o yalnız iş zamanı gözlərinə taxırdı. İndi çeşməyin dəyirmi şüşələri arxasından iti və diqqətli nəzərlə Klaydı başdan-ayağa, ayaqqabısından tutmuş əlində saxladı-ğı qəhvəyi rəngli fetr şlyapasınadək gözdən keçirib hər bir şeyə diqqət yetirdi.

Klayd otağın ortasında dayandı. Qilbert dodaqlarında xəfif və istehzalı bir təbəssümlə, son dərəcə soyuq bir səslə:

– Siz mənim əmim oğlusunuzmu? – deyə soruşdu.

– Bəli, mənəm, – deyə Klayd belə soyuq münasibət-dən çaşaraq bir qədər qorxmuş halda cavab verdi. O dərhal başa düşdü ki, öz əmisi oğluna, bu böyük müəssisəni qurub yaratmış əmisinə bəslədiyi hörmət hissilə yanaşa bilməyə-cəkdir. Klayd ürəyinin dərinliyində hiss edirdi ki, bu gənc olsun ki, burada yalnız bir vərəsədir – onun ləyaqəti ancaq bundan ibarətdir və əgər belə böyük bir fabriki qurub yara-dan atanın bacarığı olmasaydı, indi oğlu özünü bu qədər çə-kə bilməz, bu qədər lovğa və təkəbbürlü olmazdı.

Lakin Klaydın burada özünə qarşı bir ehtiram ummaq haqqı o qədər əsassız və cüzi idi ki, o indi burada ona göstə-riləcək hər bir yardım üçün o qədər dərindən minnətdar idi ki, əvvəlcədən özünü çox minnətdar hiss edərək mümkün qədər mehribanlıqla gülümsəməyə çalışırdı. Lakin Qilbert Qrifits, görünür bu təbəssümü dərhal bir təkəbbür, özünə güvənmək əlaməti kimi qəbul etdi, o isə hardansa gəlib çıx-mış bir əmisi oğlunda və üstəlik həm Qilbert, həm də onun atası tərəfindən himayə gözləyən bir adamda belə bir təkəb-bürə dözə bilməzdi.

Lakin bununla belə, atası bu qohumu ilə maraqlandığı üçün Qilbertin başqa bir çarəsi yox idi. O dodaqlarında eyni zəhərli bir təbəssüm, fikrən əmisi oğlunu tədqiq edərək de-di:

– Biz elə bu fikirdə idik ki, siz bu gün, ya sabah gəlib çıxacaqsınız. Səfəriniz yaxşı keçdimi?

– Bəli, çox yaxşı keçdi – deyə bu sualdan bir qədər pərt olmuş Klayd cavab verdi.

– Demək siz yaxalıq istehsalı ilə tanış olmaq istəyir-siniz – deyə Qilbert sözünə davam edirdi. İndi onun həm danışıq tərzi, həm də ədaları son dərəcə himayəçi bir ifadə daşımaqda idi.

– Bəli, mən bu işi – sonralar bəlkə də özümü göstərib irəli gedə biləcəyim bu işi öyrənməyi çox arzu edərdim, – deyə Klayd səmimi və sadəlövhcəsinə cavab verərək, əmisi oğlunun iltifatına mümkün qədər layiq olmağa çalışdı.

– Atam sizinlə Çikaqoda etdiyi söhbət haqqında mənə danışmışdır. Lakin onun sözlərindən mən belə başa düşdüm ki, sizin heç bir sahədə, heç bir əməli təcrübə və biliyiniz yoxdur. Siz mühasibat ilə tanışsınızmı?

– Təəssüf ki, yox, – deyə dilxor olmuş Klayd cavab verdi.

– Stenoqrafiya və yaxud bu qəbildən başqa bir işlə ta-nışlığınız varmı?

– Xeyr, ser.

Klayd bunları deyərkən hər hansı bir sahədə heç bir əməli biliyə malik olmadığını dərindən hiss edirdi. Qilbert indi ona fabrik üçün tamamilə faydasız olan bir şey kimi ba-xırdı.

– Belə olduqda, – deyə Qilbert sanki bu məsələni əv-vəlcədən atasından müəyyən göstərişlər almayıb, indi bu saat müstəqil həll edirmiş kimi sözünə davam etdi, – məncə sizi qaynatma şöbəsinə göndərsək daha yaxşı olar. Elə əslin-də istehsalatın əsası oradan başlanır, buna görə də siz pro-sesi lap başlanğıcından öyrənə bilərsiniz. Orada sizi sınaq-dan keçirərik, sonra daha nələr etmək mümkün olacağı ay-dınlaşar. Əgər siz kontor işi üçün hazırlıqlı olsaydınız, siz-dən burada istifadə etmək olardı (Klaydın üzü tutuldu. Bu, Qilbertin xoşuna gəldi). Lakin indi ki, siz işin əməli tərəfini öyrənmək istəyirsiniz, onda bu işə eyni müvəffəqiyyətlə, elə həmin şöbədən başlaya bilərsiniz, – deyə o soyuq bir ifadə ilə, heç də Klayda təsəlli vermək məqsədilə yox, bəlkə məsə-lənin nə yerdə olduğunu sadəcə onun nəzərinə çatdıraraq əlavə etdi. Lakin Klayd hələ də susub durduğu üçün Qilbert yenə sözünə davam etdi: – Mən bu fikirdəyəm ki, işə başla-mazdan əvvəl özünüzə bir yer düzəltməlisiniz. Siz hələ özü-nüzə otaq tapmamısınız ki?

– Yox, mən saat on iki qatarı ilə gəlmişəm, yoldan son-ra bir az üst-başımı təmizləmək üçün oteldə özümə nömrə tutdum. Fikirləşdim ki, sonra otaq axtarıb taparam.

– Çox yaxşı. Heç bir şey axtarıb eləmək lazım deyil. Mən işlər müdirimizə tapşıraram, o sizə yaxşı bir pansion ta-par. O, şəhərə sizdən daha yaxşı bələddir.

Qilbert fikirləşdi ki, nə cür olsa da, hər halda Klayd on-ların yaxın qohumudur, onun harada gəldi yaşamasına yol vermək olmaz. Eyni zamanda o istəmirdi ki, Klayd elə xəyal eləsin ki, onun harada və nə cür yaşaması guya Qrifits ailəsi-ni çox maraqlandıran bir məsələdir. Qilbert özü belə hesab edirdi ki, bu əsla onlara dəxli oan bir məsələ deyildir. O öz-özlüyündə bu qərara gəldi ki, ailəsinin, atasının və fabrikdə işləyən adamların gözündə Klaydın heç bir əhəmiyyət qaza-na bilməməsi üçün, ona heç bir əlverişli şərait yaratmamaq və daima onun hərəkətlərini təqib etmək heç də çətin olma-yacaqdır.

Qilbert, əlini uzadıb zəngin düyməsini basdı. Zahirən çox sərt və təmkinli görünən, yaşıl çit paltarlı bir qız içəri girdi.

– Mister Uiqemi buraya çağırın.

Qız çıxıb getdi və dərhal, təxminən qırx yaşlarında, ortaboylu, çox kök, lakin əsəbi və nədənsə son dərəcə təş-vişə düşmüş bir adam içəri girdi. Mister Uiqemin tutqun və məzlum bir görkəmi vardı və o ürəyini heç kəsə açmayan bir adam təsiri buraxırdı, indi o, ehtiyat və şübhə ilə ətrafına ba-xır, sanki haradan yeni bir təhlükə baş verəcəyini anlamağa çalışırdı. O, başını qaldırmır və elə bil qarşısındakının üzü-nə baxmamağa çalışırdı.

– Uiqem, – deyə Qilbert Qrifits amiranə bir səslə sözə başladı. – Bu Klayd Qrifitsdir, bizim qohumumuzdur. Ya-dınızdadırmı, mən onun haqqında sizinlə danışmışdım.

– Bəli, yadımdadır, ser.

– Məsələ belədir, onu ilk zamanlar üçün qaynatma se-xində işə düzəltmək lazımdır. Siz ona nə edəcəyini göstərər-siniz. Sonra missis Breli, qoy ona harada özünə otaq tapa bi-ləcəyini göstərsin. (Bütün bunlar hamısı hələ bir həftə əvvəl qərara alınmış və Uiqemə tapşırıq verilmişdi, lakin indi Qil-bert elə danışırdı ki, sanki bunları elə bu saat təkbaşına həll edir). Tabeçiliyə də tapşırın onun adını siyahıya salsın. O, sa-bah səhərdən işə başlayacaqdır. Başa düşdünüzmü?

– Bəli, ser, – deyə Uiqem ehtiramla baş əydi. – Daha bir sözünüz varmı?

– Yox, deyəcəyim bunlar idi, – deyə Qilbert təkəbbür-lə sözünü qurtardı. – Mister Qrifits siz Uiqemlə bərabər ge-din, nə lazımdırsa hamısını başa salar.

Uiqem Klayda tərəf döndü.

– Xahiş edirəm arxamca gələsiniz, mister Qrifits, – de-yə o çox ehtiramla Klayda müraciət etdi. Əmisi oğlunun açıq-aydın olaraq Klayd ilə saymazyana rəftarına baxmaya-raq, Uiqemin ona bu cür ehtiramla müraciət etməsi Klaydın nəzərindən qaçmadı. O, Uiqemin arxasınca kabinetdən çıxdı. Qilbert isə başını bulayıb dərhal yenə qarşısındakı kağızlarla məşğul olmağa başladı. O, bu qərara gəldi ki, Klayd, zehni inkişafı cəhətindən yəqin böyük otellərdə işləyən hər hansı bir gəncdən heç də yuxarıda durmur. Belə olmasaydı, o nə-yin xatirəsi üçün durub buraya gələrdi? “Görəsən o burada hansı işi alacağına ümid edir, – deyə Qilbert öz-özünə düşü-nürdü, – görəsən o burada nəyə nail omaq istəyir? ”

Klayd isə Uiqemin arxasınca gedərək düşünürdü ki, bu mister Qilbert Qrifits nə qədər gözəl və yüksək mövqe tut-maqdadır. Yəqin ki, o, istədiyi zaman işə gəlir və istədiyi za-man da çıxıb gedir, yəni kontora çox gec gəlir və tez çıxıb gedir. Həm də bu maraqlı şəhərdə, əlbəttə ki, gözəl bir evdə, öz ata-anası və bacıları ilə bərabər firavan bir həyat sürür. Onu isə, Qilbertin əmisi oğlu, bu zəngin Semyuel Qrifitsin qardaşıoğlu olan Klaydı isə, indi bu böyük fabrikdə olan iş-lərin ən alçaldıcı, ən zillətli bir sahəsinə təhkim edirlər.

 

Buna baxmayaraq kabinetdən çıxıb mister Qilbert Qri-fitsin gözündən uzaqlaşdıqdan sonra, Klayd dərhal bu nə-həng müəssisədə gedən işin gurultusuna və tamaşasına hey-ran qalaraq, bir anda bayaqkı fikirlərini unutdu. Həmin bu mərtəbədə, o, Qilbertin yanından keçib getdiyi böyük kon-tor arxasında, daha böyük bir bina vardı və bura cərgə ilə düzülmüş rəflərlə dolu idi, bu sıralar arasında beş futdan en-li olmayan dar keçid yolları saxlanılmışdı, rəflər üstündə müxtəlif ölçülü yaxalıqlarla dolu olan karton qutular vardı. Bu rəflər fasiləsiz olaraq gah yeni-yeni qutularla dolur (qu-tuları, geniş taxta arabacıqlarda oğlan uşaqları anbardan da-şıyıb gətirirdilər), gah da kontorçular tərəfindən sürətlə bo-şaldılırdı; kontorçular balaca ara-bacıqları qabaqlarında itə-ləyərək sifarişləri yerinə yetirir və eyni zamanda sifariş ka-ğızlarının ikinci nüsxələrini yoxlayırdılar.

– Siz yəqin ki, yaxalıq hazırlayan fabrikdə heç vaxt iş-ləməmisiniz, mister Qrifits, – deyə mister Uiqem soruşdu, Qilbertin yanından çıxdıqdan sonra o bir qədər dirçəlmişdi. Klayd yenə də “mister Qrifits” deyə çağrıldığına diqqət ye-tirdi.

– Xeyr, – deyə o cəld cavab verdi. Mən belə bir yerdə heç işləməmişəm.

– Yəqin ki, tədricən bütün istehsalatı öyrənmək istə-yirsiniz? – deyə Uiqem sözünə davam edirdi. O, sürətlə uzun keçid yoldan ötüb gedirdi, lakin Klayd onun hiyləgər bir baxışla hər bir şeyə diqqət yetirdiyini görürdü.

– Bəli, mən bu işi öyrənmək istərdim, – deyə Klayd cavab verdi.

– Çox vaxt deyirlər ki, burada öyrəniləsi bir şey yox-dur. Ancaq bu, göründüyü qədər asan iş deyil.

Mister Uiqem bir qapıda açıq qaranlıq vestibüldən keçə-rək, yeni bir binaya daxil oldu, burada da, rəflər sıra ilə dü-zülmüş və onların üzərinə ağ qolluqlar qalaqlanmışdı.

– İndi ki, siz qaynatma sexində işə başlayırsınız, onda bu binaya yaxşı diqqət verin, – deyə Uiqem Klayda məsləhət verdi. Burada yaxalıqları biçmək və onlara astarlıq seçmək üçün parçalar saxlanılır. Bu materialların parçalarına kəsik adı verilmişdir. Buradan biz onları zirzəmidəki binaya da-şıtdırıb hər şeydən əvvəl qaynadırıq. Əgər aldığımız kətan və yaxud çit parçalardan birbaşa yaxalıq biçməyə başlasaq, sonra yuyulanda onlar qısala bilərlər. Buna görə biz yaxalıq-ları biçməmişdən əvvəl parçaları isladır, sonra quruduruq. Özünüz hamısını görəcəksiniz.

O, təntənəli bir görkəmlə irəli addımlayır, Klayd isə ye-nə də hiss edirdi ki, bu adamın nəzərində o heçdə adi bir xidmətçi deyildir. Onun daima “mister Qrifits” deməsi, Klaydın buraya işin bütün əməli cəhətini öyrənmək məqsə-dilə gəldiyini güman etməsi, parçalar haqqında ətraflı mə-lumat verməsi, – bunlar hamısı Klaydı belə bir qənaətə gəti-rirdi ki, mister Uiqem ona, heç olmasa az da olsa hörmət göstərmək lazım gələn bir adam kimi baxmaqdadır.

Klayd bunun nə demək olduğunu fikirləşə-fikirləşə Uiqemin arxasınca gedirdi. Bir az sonra onlar, üçüncü vesti-büldən aşağı enən pilləkənlə alt mərtəbəyə düşüb, böyük bir zirzəmiyə daxil oldular. Burada Klayd dörd uzun sıra elek-trik lampalarının işığında, bütün binaboyu sıra ilə düzülmüş böyük saxsı çənlər yaxud novalçalar gördü, bunlar hamısı görünür isti su ilə dolu idi. Onun yuxarıda gördüyü kəsik parçalar indi sudan qalxan buxar buludları altında islanmaq-da idi. Bu novalçaların hər iki tərəfində, onlara məvazi ola-raq, binanın uzunlamasına 150 funtluq bir məsafəboyu hərə-kət edən şəbəkəli platformalar şəklində böyük quruducu qurğular düzülmüş və onlar hər bir tərəfdən buxar boruları ilə əhatə olunmuşdu. Borular arasında isə islanmış kətan parçaları xüsusi kiçik silindrlərdən elə asılmışdı ki, onlar qır-çınlarla aşağı sallanaraq isti borulara toxunur və silindrlər üzərində bütün zirzəmiboyu o tərəf bu tərəfə, ağır-ağır hə-rəkət edirdilər. Bu hərəkət linglərin dəhşətli gurultu və cin-giltisinə səbəb olur və linglər qurudulmaq üçün sərilmiş kə-tan parçalarını avtomatik surətdə çırparaq onları zirzəminin şərq tərəfindən qərb tərəfinə dartıb aparırdılar. Orada, bu hərəkət zamanı artıq qurumuş olan parça, avtomatik surətdə iri taxta makaranın topuna sarınırdı. Sonra burada dayanmış gənc bir fəhlə hazır parçanı makaradan çıxardırdı. Üzdən Klayd yaşında olan başqa bir fəhlə, zir-zəminin şərq tərəfin-də dayanaraq, hələ nəm parçanın qırağını hərəkət edən qar-maqla bənd edir və parçanı yavaş-yavaş, səliqə ilə açılaraq quruducu qurğu üzərinə sərilməsinə göz yetirirdi, parçanın birisi quruduqca qurğu üzərindən götürülən kimi qarmaqla dərhal o birisi parça bənd edilirdi.

Zirzəminin ortasında çən sıraları arasında, hərlənən bö-yük separatorlar yaxud parçanın suyunu sıxan qurğular qo-yulmuşdu, parça çənlərdə bir gün qalıb islandıqdan sonra onu çıxardıb bu qurğular üzərinə qoyurdular. Bu mexaniki sıxıcılar (maşının mərkəzindən qaçan hərəkət qüvvəsinin imkanı daxilində) demək olar ki, bütün suyu sıxıb aradan çıxarır və yalnız bundan sonra parçalar tamamilə qurumaq üçün quruducu qurğular üzərinə sərilirdi.

Əvvəlcə Klaydın şüuruna çatan, bu binanın yalnız sırf fiziki keyfiyyətləri, yəni səs-küy, hərarət, buxar, maşınlar yanında dayanmş kişilərin və oğlan uşaqlarının gərgin işləri oldu. Bütün fəhlələrin əynində yalnız qolsuz köynəklər, bel-ləri kəmərlə sıxılmış köhnə şalvarlar vardı, yalnız ayaqlarına isə altı rezin parusin tuflilər geymişdilər. Görünür bu bina-dakı işin xarakteri – su, hərarət və rütubət – onları belə ge-yinməyə məcbur edirdi.

– Budur, qaynatma sexi buradır, – deyə onlar içəri gi-rərkən Uiqem izahat verdi. – Düzdür, burada fabrikin başqa sexlərinə nisbətən çox da könül açan bir iş yoxdur, ancaq is-tehsalat prosesi məhz elə buradan başlanır. Kemerer! – deyə o, kimi isə çağırdı.

Qısaboylu, möhkəmbədənli, sinəsienli, üzü kök və sol-ğun, ağ əllərinin əzələləri qabarmış, çirkli, əzik şalvar və qol-suz yun köynək geymiş bir adam onlara yaxınlaşdı. Qilber-tin hüzurunda dayanmış Uiqem kimi, bu adam da Uiqemin qarşısında yaltaq və ehtiramlı görünürdü.

– Bu Klayd Qrifitsdir, Qilbert Qrifitsin əmisi oğludur. Mən keçən həftə onun haqqında sizinlə danışmışdım, yadı-nızdadırmı?

– Bəli, ser!

– O, əvvəlcə burada işləyəcəkdir. Sabah səhər işə baş-layacaqdır.

– Baş üstə, ser.

– Onun adını tabeldə siyahıya salın. Adi saatlarda iş-ləyəcəkdir.

– Baş üstə, ser.

Klayd, indi mister Uiqemin başını yuxarı tutduğunu və artıq daha qəti və daha hökmlü bir əda ilə danışdığını mü-şahidə etdi. İndi o tabe olan bir adam kimi deyil, əmr edən bir rəis kimi danışırdı.

– Burada iş, saat səkkizin yarısında başlayır, – deyə mister Uiqem Klayda müraciət edərək sözünə davam edirdi. Ancaq hamı paltarını dəyişib maşınların başına keçməyə macal tapsın deyə heç olmasa on dəqiqə tez işə gəlir. İndi, əgər istəyirsinizsə, mister Kemerer sabah nə edəcəyinizi sizə göstərə bilər. Beləliklə, siz vaxta bir qədər qənaət etmiş olar-sınız. Ancaq özünüzdən asılıdır, istəyirsiniz, bu məsələni sa-baha təxirə salın, fərqi yoxdur. Sonra əgər buradan çıxanda, saat altının yarısında baş girəcək yoluna, yəni telefonçu qa-dının oturduğu yerə gəlsəniz, mən missis Brelini oraya gön-dərərəm, o sizə harada otaq tapmaq mümkün olduğunu gös-tərər. Mən özüm o vaxt orada ola bilmərəm, lakin siz sadəcə, telefonçu qadından missis Brelinin harada olduğunu soru-şarsınız o sizə cavab verər. Sonra mister Uiqem əlavə etdi:

– İndi isə mən artıq getməliyəm. – O, başını aşağı əyib sürətlə qapıya doğu yönəldi.

Klayd onun arxasınca:

– Sizə çox təşəkkür edirəm, mister Uiqem… – dedi.

Uiqem cavab vermək əvəzinə, yalnız damarları qabar-mış əlini yellədib çənlər arasından keçərək qapıya yaxınlaş-dı. O, gedən kimi hələ də əsəbləri sakit olmamış mister Ke-merer hörmətlə izahat verməyə başladı:

– İşiniz barəsində narahat olmayın, mister Qrifits. Siz sabah işə başlayan kimi yuxarıdan parçaları daşıyıb aşağı gətirəcəksiniz. Ancaq, əgər varınızsa, əyninizə köhnə bir kostyum geyinin. İş zamanı belə paltar yaramaz, – deyə o, Klaydın çox bahalı olmasa da zərif kostyumuna baxdı. Onun Klaydla rəftarında bir az əvvəl Uiqemin rəftarında olduğu kimi, qətiyyətsizlik və ürkəklik ifrat bir ehtiram və yalnız za-man keçdikdən sonra aydınlaşması mümkün olan gizli bir şübhə, qəribə bir şəkildə bir-birinə qarışmışdı. Görünür, bu-rada Qrifits familiyası böyük bir nüfuza malikdir, bu fami-liyanı daşıyan sadə bir əmioğlu olduqda belə, bu əmioğlunu qohumları o qədər xoşlamasalar da yenə familiyanın böyük təsir qüvvəsi özünü hər addımda göstərirdi.

İlk dəqiqə Klayd əmisinin fabrikilə bağlı, ümid və ar-zularına heç dəxli olmayan bu zirzəmiyə göz gəzdirərək, az qaldı incisin, qəzəblənsin. O, belə adamlar içərisində işləyə-cəyini güman etmirdi. Burada işləyən adamlar, “Yunion-Liq” klubuna və yaxud “Qrin-Devidson” otelindəki xidmət-çilərdən daha qaba və daha bəsit adamlar kimi görünürdü-lər. Ən başlıcası bu idi ki, bu adamlar ona zəlil, ürəkləri qa-palı və olduqca avam görünürdülər. Elə bil onlar maşın kimi bir müqəvva idilər! Klayd mister Uiqem ilə buraya gəldikdə fəhlələr özlərini elə göstərirdilər ki, guya onlara tərəf bax-mırlar. Klayd bunu duymuşdu. Həqiqətdə isə onlar hamısı bütün bu müddətdə etimadsız və şübhəli baxışlarla onları gözdən keçirirdilər. Bundan başqa onların əyinlərindəki bu miskin paltarlar, Klaydın fabrikdə işlədiyi halda çox zərif olacağı haqqında arzularına dərhal öldürücü bir zərbə en-dirirdi. O, düşündü ki, heç bir biliyə malik olmaması və indi buna görə yuxarıda, kontorda işləyə bilməməsi nə qədər bö-yük bir bədbəxtlikdir.

O, Kemererin arxasınca gedir, usta isə ona, parçaların çənlərə tökülüb bütün gecəni necə islandığını, sıxıcı və quru-ducu qurğularının necə işlədiyini izah edirdi. Sonra Klayda dedilər ki, o, artıq azaddır.

Saat hələ üç idi. Klayd ən yaxın qapıların birindən küçə-yə çıxdı və bu böyük müəssisədə işə girdiyi üçün özünü təb-rik etdi. Lakin o, mister Kemereri və mister Uiqemi təmin edə biləcəkdimi? Birdən təmin etmədi? Birdən o işə davam gətirmədi? Axı bu iş, o qədər də asan deyildi. Nə eybi var, – deyə o, öz-özünə düşünürdü, lap uzaq başı o, Çikaqoya qa-yıdar və yaxud Nyu-Yorka gedib orada özünə bir iş tapa bi-lər.

Lakin nə üçün Semyuel Qrifits onu qəbul etməyə tə-nəzzül etməmişdi? Nə üçün Qilbert Qrifits o cür şübhə ilə gülümsəyirdi? Hələ görəsən bu missis Breli necə qadındır? O, özü buraya gəlməklə ağıllı bir hərəkət etmişdirmi? İndi, artıq burada ikən, bu ailə ona az da olsa, kömək etmək istə-yəcəkdirmi?

Belə fikirlər içərisində o, River-Strit küçəsinə qərbə doğ-ru gedirdi, sonra hansı bir küçə iləsə şimala tərəf buruldu, burada, hər tərəfdə bir çox müəssisələr – tənəkə və hörmə şeylər fabriki, xalça fabriki, mexaniki süpürgələr zavodu vardı. Nəhayət, o, nə Çikaqoda, nə də Kanzas-Sitidə görmə-diyi miskin və xaraba bir məhəlləyə gəlib çıxdı. O, gördüyü bu mənzərədən o qədər qəzəbləndi, o qədər məyus oldu ki! Burada hər şey, bu məhəllədə yaşayan adamların kasıbçılı-ğından, kobudluğundan və miskin ictimai vəziyyətindən xə-bər verir və hər bir şey ona, yoxsulluğun və bədbəxtliyin mücəssəməsi kimi görünürdü, – dərhal tələsik geriyə döndü. Moqauk çayı üzərindəki körpüdən keçib o saat tamamilə başqa bir aləmə, fabrikə getməmişdən əvvəl tamaşa edib fə-rəhləndiyi yaxşı evlər rayonuna daxil oldu. Sonra o, səhər ta-maşa edib şənləndiyi, hər iki tərəfində ağaclar əkilmiş, hə-min qəşəng küçəyə çıxdı: bu küçənin təkcə zahiri görkəmin-dən aydın görünürdü ki, Likurq şəhərinin yüksək cəmiyyəti məhz burada yaşayır. Bu, çox geniş, yaxşı döşənmiş bir küçə idi, hər iki tərəfində gözəl imarətlər var idi. Birdən Klayd bu küçədə kimlərin yaşadığı ilə maraqlandı, əmisinin məhz bu küçədə yaşadığını düşündü. Buradakı malikanələrin demək olar ki, hamısı fransız, italyan və ingilis memarlığının ən yaxşı nümunələri üslubunda tikilmişdi, lakin Klayd bunu başa düşmürdü.

O, küçə ilə uzaqlaşaraq hər iki tərəfə göz yetirir, evlərin böyüklüyünə və gözəlliyinə heyran qalırdı; indi o, tamaşa et-diyi bu cah-calaldan son dərəcə həyəcanlanmışdı, öz-özün-dən əmisinin harada yaşadığını soruşurdu. Yəqin ki, onun əmisi oğlu Qilbert hər səhər böyük bir iftixar hissilə belə bir evdən küçəyə çıxır.

O, malikanələrdən birinin qarşısında ayaq saxlayıb da-yandı. Evin ətrafında ağaclar əkilmiş, kiçik cığırlar salınmış, çiçəklər üçün ləklər düzəldilmişdi, amma hələlik bu ləklərdə çiçəklər yox idi, həmin həyətin lap içərilərində böyük bir qaraj gözə çarpırdı, evin solunda isə fəvvarəli bir hovuz vardı, hovuzun mərkəzində, qucağında qu quşu tutmuş bir oğlan uşağının heykəli, sağda isə çuqundan tökülmüş bir qrup, yəni itlər tərəfindən təqib olunan maral heykəli diqqəti cəlb edirdi. Klayd köhnə ingilis üslubunda tikilmiş bu mali-kanənin sakit və xoş gözəlliyinə heyran olub qalmışdı; bu zaman onun yanından, zahiri fəhləyə oxşayan, ortayaşlı, pis geyinmiş bir adam keçib gedirdi. Klayd dərhal ona müraciət etdi:

 

– Mister, bilmirsiniz ki, bu evdə kim yaşayır? Yoldan ke-çən adam cavab verdi:

– Niyə bilmirəm! Burada Semyuel Qrifits yaşayır. Ça-yın o biri sahilində onun böyük yaxalıq fabriki var…

Klayd üstünə qəfildən soyuq su tökülmüş bir adam kimi diksindi. Demək, bu onun əmisinin evi idi! Onun mali-kanəsi idi! Demək, qarajın qabağında duran bu avtomobil əmisinin maşını idi, qarajın açıq qapısında isə içəridə bir maşın da görünürdü.

Klaydın yetişməmiş və əslində kor və qaranlıq olan ru-huna birdən-birə yalnız güllərin, parlaq işıqların, ətrin və musiqinin yarada bildiyi bir hiss hakim kəsildi. Bu nə gözəl-lik idi! Bu nə cah-calal idi! Onun ailəsindən heç kəs yuxu-sunda belə, əmilərinin bu cür yaşadıqlarını xəyalına gətirmə-mişdi! Gör bu nə dəm-dəsgahdır! Klaydın ata-anası isə nə qədər kasıb, nə qədər bədbəxtdirlər! Onlar yəqin elə indi də, haradasa Kanzas-Sitidə, yaxud Denverdə küçələri dolaşıb, vaizlik edirlər. Ruhani təşkilat rəhbərləri! Bu zəngin qohum-larından o soyuq baxışlı əmioğlundan savayı (o da Klaydı fabrikdə qəbul etmişdi), heç kəs onunla görüşmək üçün özü-nə əziyyət verməmişdi. Və onu belə bir laqeydliklə ən ağır bir işə təyin etmişdilər, buna baxmayaraq, Klayd gümrah və şad idi. Axı nə cür olsa da, Qrifits familiyası daşıyır, Likurq şəhərindəki bu görkəmli adamların əmisi oğlu və doğma qardaşıoğludur və indi necə olsa bu qohumlarının fabrikin-də işləməyə başlayır. Məgər bu, onun qarşısında indiyədək ümid etdiyindən daha yaxşı bir gələcək açıldığını göstərmir-mi? Yalnız buradakı Qrifitsləri Kanzas-Sitidə yaxud Denver-dəki Qrifitslərlə müqayisə etmək lazımdır! Nə qədər böyük və amansız bir ziddiyyət! Lakin bunu mümkün qədər gizli saxlamaq lazımdır. O, dərhal yenidən məyus oldu. Birdən buradakı Qrifitslər onun əmisi, yaxud əmisioğlu və ya on-ların dostlarından ya xidmətçilərindən biri Klaydın ata-anası və onun öz keçmişi haqqında məlumat yığmağa başlayarlar! Onda Klaydın halı necə olar! Bu fikir ona dəhşətli göründü. Kanzas-Sitidə maşın altında qalıb ölən o uşağın əhvalatı! Atasının miskin və zavallı həyatı! Hələ Esta! Klaydın üzü ye-nidən tutuldu və onun bütün arzuları sanki zülmət qaran-lığa qərq oldu. Birdən onun qohumları nə isə başa düşərlər! Birdən onlar nə isə hiss edərlər! Ah, zəhrimar! Axı o kimdir ki?

Onun buraya nə məqsədlə gəldiyindən xəbər tutsay-dılar, bu zəngin cah-calallı aləmdən o nə gözləyə bilərdi?

Klayd geriyə döndü, o, yenə məyusluğa qapılmışdı, hət-ta öz-özündən ikrah edirdi, çünki o, indi birdən-birə özünü son dərəcə miskin, alçaq bir adam kimi hiss edirdi.

VI FƏSİL

Elə həmin gün missis Brelinin köməyilə Klaydın kirayə tutduğu otaq Torp-Strit küçəsində idi. Bu küçə isə həm öz ləyaqəti, həm də məsafəsi etibarilə Klaydın əmisinin yaşadı-ğı küçədən çox uzaq bir yer idi. Klaydın, özünü Semyuel Qrifitsə yaxın bir adam hesab etmək meylini cilovlamaq üçün bu fərq kifayət qədər böyük idi. Bu küçədəki evlər, qəhvəyi boz və ya qızartdaq boya ilə şirlənmiş, hisə batmış, köhnə və yöndəmsiz evlər idi, buradakı ağaclar qış küləkləri qarşısında çılpaq dayanmışdılar, lakin bütün bu tüstü və toza baxmayaraq, onlar sanki tezliklə yeni bir həyat – may yarpaqlarının və çiçəklərinin ətrini vəd edirdilər. Klayd mis-sis Breli ilə bərabər bu küçəyə dönərək qəmgin və tutqun bir izdiham gördü: çayın o biri tərəfindəki müxtəlif fabriklərdən kişilər, qızlar və missis Breliyə oxşayan qarımış qızlar, işdən sonra qayıdıb evlərinə gəlirdilər. Evin qapısında Klaydı və missis Brelini paltarlarının üstündən təmiz önlük bağlamış, çox da nəzakətli olmayan bir qadın qarşıladı, qadın onları ikinci mərtəbəyə, çox geniş və yaxşı döşənmiş bir otağa apardı və yeməksiz bu otaq üçün dörd dollar, yaxud yemək-lə bərabər yeddi dollar yarım istədi, missis Breli bu qiymətə daha yaxşı bir şey tapa bilməyəcəyini söylədikdə, Klayd ota-ğı tutmağa razılıq verdi. O, missis Breliyə təşəkkür edib bu-rada qaldı və tezliklə artıq yük arabalarında və fabriklərdə işləyən bir neçə xidmətçilə bərabər süfrə başında oturub na-har eləməyə başladı. Stol arxasında oturanların hamısı, o, hələ “Yunion-Liq” klubunda işə girməmişdən əvvəl Çikaqo-nun Palina-Strit küçəsində işlədiyi zaman rast gəldiyi adam-lara oxşayırdı. Nahardan sonra o, Likurq şəhərinin baş küçə-lərində gəzmək üçün evdən çıxdı, burada o, qeyri-müəyyən görkəmli bir çox fəhlələrə rast gəldi, bu küçələrin gündüzkü mənzərəsindən o, heç də axşam onların belə bir izdihamla dolu olacağını gözləmirdi. Burada müxtəlif milliyyətli və tipli qızlar, gənclər, kişilər və qadınlar var idi: onların içəri-sində amerikalılara, polşalılara, macarlara, fransızlara və in-gilislərə rast gəlmək olardı, onların hamısında olmasa da ək-səriyyətində nə isə özlərinə məxsus xüsusiyyət, bir nada-nalıq və avamlıq, mənəvi ya fiziki bir kobudluq, yaxud zövqsüzlük, ölüvaylıq və ya qətiyyətsizlik hiss olunurdu. Görünür bütün bu əlamətlər Klaydın bu gün üz-üzə gəldiyi o aşağı təbəqə aləminə məxsus bir xüsusiyyət təşkil edirdi. Lakin bəzi başqa küçələrdə və Uikiqi-avenyu küçəsinə yaxın mağazalarda o yaxşı geyinmiş, gülüb-danışan, başqa tipli qızlara və gənclərə rast gəldi. Şübhəsiz, bunlar, çayın o biri sahilindəki müxtəlif müəssisələrdə işləyən kontor xidmət-çiləri idi.

Klayd saat səkkizdən onadək müxtəlif yerlərdə dolaşdı, lakin saat on olar-olmaz əvvəlcədən sözləşmiş kimi izdiham seyrəkləşməyə başladı və ən izdihamlı küçələr birdən-birə tamamilə boşaldı. Klayd burada hər addım-başı gördükləri-ni, Çikaqo və Kanzas-Siti ilə müqayisə edirdi. (İndi Reterer onu, əmisinin yaşadığı malikanəni və fabriki görsəydi nə de-yərdi!) Bəlkə də Likurq məhz belə bir kiçik şəhər olduğuna görə Klaydın xoşuna gəldi: budur, işıqlar parıldayan bu bə-zəkli və qəşəng “Otel Likurq” binası yəqin ki, yerli cəmiyyət həyatının mərkəzi idi, sonra o biri tərəfdəki poçt binası, üzə-rində uzun dəmir mil olan kilsə, avtomobil sərgisilə bitişik köhnə qəbiristanlıq, elə burada tin başındakı kinematoqraf, – hamısı ona xoş görünürdü. Hələ küçələrdə bir-birinə nəvaziş göstərən bu gənclər! Bütün bunların fövqündə duran gəncli-yin dumanlı arzuları, ümidləri… Bütün dünyada hər bir ya-radıcı işin əsası arzular və ümidlərdir. Nəhayət, Klayd, Torp-Strit küçəsindəki otağına belə bir qənaətlə qayıtdı ki, şəhər onun xoşuna gəlir və burada işləyəcəyinə olduqca şad-dır. Hələ bu Uikiqi-avenyu küçəsi necə gözəl idi! Əmisinin fabriki nə qədər böyük bir müəssisə idi! Küçələrdə nə qədər qəşəng və zirək qızlar var idi!

Bu zaman Qilbert Qrifits (onun atası iş üçün Nyu-Yorka getmişdi, Qilbert isə zəhmət çəkib bunu atasına xəbər ver-məmişdi) anasına və bacılarına Klaydı gördüyünü söylə-məyi qərara almışdı. Onun fikrinə görə Klayd ən cansıxıcı adam olmasa da, hər halda dünyanın ən maraqlı bir şəxsiy-yəti də deyildi. Klayd gələn günü Qilbert saat altının yarısın-da evə qayıtmış və Mayra ilə görüşərək saymazyana bir əda ilə demişdi:

– Hə, bizim Çikaqodakı qohumumuz bu gün gəlib çıxdı.

– Doğrudanmı? – deyə Mayra soruşdu. – Nə cür adamdır?

Atası Klaydın tərbiyəli və ağıllı bir gənc olduğunu söy-lədiyi üçün Mayra onunla maraqlanırdı, lakin digər tərəf-dən, Likurq şəhərini tanıdığı və atasının fabriki kimi müəs-sisələrdə işləyən fəhlələrin iş şəraitini və həyat imkanlarını bildiyi üçün, Mayra Klaydın nə üçün buraya gəldiyini başa düşmürdü.

– Mən onda heç bir xüsusi şey müşahidə edə bilmə-dim, – deyə Qilbert cavab verdi. – O, kifayət qədər inkişaf etmiş və zahirən yaraşıqlı bir oğlandır, ancaq özü etiraf edir ki, böyük müəssisədə işləmək üçün heç bir hazırlığı yoxdur. O, mehmanxanalarda xidmət edən hər hansı bir oğlandan heç bir şeylə fərqlənmir. Məncə o, bu fikirdədir ki, həyatda ən əsas şey yaxşı geyinməkdir. Onun əynində açıq qəhvəyi rəngli kostyum, qəhvəyi rəngli qalstuk, başında paltarına uyğun şlyapası və ayağında qəhvəyi rəngli tufliləri vardı. Qalstuku həddindən artıq ala-bəzək, köynəyi isə açıq çəhra-yı rəngli zolaqlı parçadandır. Belə köynəkləri üç-dörd il bun-dan qabaq geyərdilər. Bundan başqa, kostyumu çox pis tikil-mişdir. İndi ki, o, artıq buraya gəlmişdir və burada davam gətirib qalacağı məlum deyil, mən hələlik heç bir şey demək istəmirəm, ancaq əgər o, burada bənd olub qalsa və özünü burada bizim yaxın qohumumuz kimi qələmə vermək istəsə özünü bir qədər ələ almalı olacaq, yoxsa mən atama məslə-hət görəcəyəm ki, ona bir iki kəlmə söz desin. Ümumiyyətlə mən bu fikirdəyəm ki, o, sex rəisi kimi bir vəzifə tuta bilər… Bəlkə də sonralar hətta onu ticarət agenti eləmək mümkün oldu. Amma mən yenə də başa düşmürəm ki, o, nə üçün bu-raya gəlmişdir. Görünür atam onu yaxşı başa salmamışdır ki, burada onun yüksəlməsi üçün çox az ehtimal vardır. Bu-nun üçün adam ən azı gərək sehirbaz məharətinə malik ol-sun.

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»