Amerika faciəsi

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

Lakin bütün şübhələrinə baxmayaraq Klayd bu fürsət-dən mümkün qədər yaxşı istifadə etməyi qərara aldı və ba-zar günü saat altıda Qrifitslərin evinə doğru yönəldi; qarşıda onu çətin bir sınaq gözləyirdi və buna görə onun əsəbləri son dərəcə gərgin idi. O, böyük çuqun darvazaya yaxınlaşdı, ağır sürgünü qaldırıb içəri keçdi, kərpiclə döşənmiş geniş yol ilə evin baş qapısına doğru yönəldi. O, ürəyinin titrədiyi-ni hiss edirdi, sanki qorxulu bir macəra qarşısında idi. İrəli hərəkət etdikcə ona elə gəlirdi ki, sınayıcı və tənqidedici ba-xışlar, hər tərəfdən ona zillənmişdir. Bəlkə mister Semyuel, yaxud mister Qilbert və yaxud onun bacılarından birisi bu saat evin pəncərələrindəki o ağır pərdələr arxasından ona baxır. Aşağı mərtəbənin pəncərələrindən yumşaq və müla-yim bir işıq gəlirdi.

Lakin Klaydın təlaşı uzun sürmədi. Xidmətçi qapını aç-dı, onun paltosunu aldı və Klaydı böyük qonaq otağına də-vət etdi. Bu otaq Klayda son dərəcə qüvvətli təsir bağışladı. “Qrin-Devidson” otelində və Çikaqodakı klubda gördüklə-rindən sonra belə bu otaq yenə də Klayda olduqca gözəl gö-ründü: burada qəşəng mebel, divar saatı, böyük stol, qiymət-li xalçalar və zərif pərdələr var idi. İçərisində od yanan buxa-rı qarşısında, stullar və kreslolar yarımdairə şəklində düzül-müşdü və otağın hər tərəfində lampalar yanırdı. Klayd içəri girərkən qonaq otağında heç kəs yox idi, lakin o, bir təlaş içərisində ətrafına baxarkən, otağın lap içəriləridə, yuxarıya qalxan pilləkəndə ipək paltar xışıltısı eşidildi və Klayd ona doğru yaxınlaşmaqda olan missis Qrifitsi gördü. Missis Qri-fits, mülayim təbiətli, rəngi solmuş, arıq bir qadın idi, o, cəld hərəkət edir, adəti üzrə bir qədər təmkinli olsa da, lakin ilti-fatlı və mehriban görünürdü, buna görə bir neçə dəqiqə son-ra, Klayd artıq bu qadının hüzurunda özünü arxayın və sa-kit hiss etməyə başladı.

– Siz mənim qaynım oğlusunuz, deyilmi? – deyə – missis Qrifits gülümsədi.

– Bəli, – deyə Klayd sadəcə cavab verdi və həyəcanlı ol-duğu üçün son dərəcə ləyaqətlə əlavə etdi: Mən – Klayd Qri-fitsəm.

– Sizi öz evimdə gördüyümə çox şadam, – deyə missis Qrifits uzun illərdən bəri yerli yüksək cəmiyyətdə öyrəndiyi təşəxxüslü bir əda ilə danışmağa başladı. – Əlbəttə, mənim uşaqlarım da, sizi gördüklərinə çox şad olacaqlar. Bella və Qilbert bu saat evdə deyillər, ancaq güman edirəm ki, tezlik-lə onlar da evə qayıdacaqlar. Ərim bu saat istirahət edir, an-caq mən indicə onun otağından ayaq səsləri eşitdim, de-mək, o da tezliklə buraya gələcəkdir. Xahiş edirəm əyləşə-siniz, – deyə missis Qrifits böyük divanı Klayda göstərdi.

– Biz bazar günləri demək olar ki, həmişə təkbaşımıza şam edirik, ona görə fikirləşdim ki, sizinlə öz ailə məclisi-mizdə görüşsək daha yaxşı olar. Likurq şəhəri xoşunuza gə-lirmi?

Missis Qrifits buxarı qarşısındakı divan üzərində əy-ləşdi, Klayd isə çox yöndəmsiz bir halda, əmisi arvadından xeyli kənarda, stul üzərində oturdu.

– Şəhər mənim çox xoşuma gəldi, – deyə Klayd gülüm-səyərək və əmisi arvadının danışmaq ahənginə uyğunlaşma-ğa çalışaraq cavab verdi. – Əlbəttə, mən hələ olduqca az şey görmüşəm, lakin gördüklərim xoşuma gəlmişdir. Deyə bilə-rəm ki, mən heç bir yerdə, heç vaxt sizin küçəniz qədər qə-şəng bir küçə görməmişəm, – deyə Klayd bir heyranlıqla əla-və etdi – burada nə qədər böyük evlər, nə qədər gözəl bağ-lar vardır!

– Elədir, biz hamımız öz küçəmiz ilə fəxr edirik, – deyə missis Qrifits gülümsəyərək cavab verdi; o həmişə Uikiqi-avenyu küçəsindəki evinin nə qədər qəşəng və cah-calallı bir ev olduğunu böyük bir məmnuniyyət hissi ilə düşünürdü. Bütün bunları qurub düzəltmək üçün, o ərilə bərabər nə qə-dər çalışmış, nə qədər səy göstərmişdi! – Bizim küçə, deyə-sən, hamının xoşuna gəlir. Bu küçə çoxdan, hələ Likurq şə-həri sadə bir kənd ikən salınmışdır. Yalnız son on beş il ər-zində bu cür abad və qəşəng olmuşdur… Lakin indi siz, öz ata-ananız haqqında mənə danışmalısınız. Özünüz bilirsiniz ki, mən heç vaxt onlarla görüşməmişəm, amma, əlbəttə, ərim, onların haqqında, daha doğrusu öz qardaşı haqqında mənə çox danışmışdır, – deyə missis Qrifits sözünü düzəltdi. – Mənə elə gəlir ki, ərim ananızla görüşməmişdir. Atanız ne-cədir, nə cür dolanır?

– Çox sağ olun, atam sağ və salamatdır, həmçinin anam da, – deyə Klayd çox sadə bir halda cavab verdi. – Onlar indi Denver şəhərində yaşayırlar. Biz əvvəllər Kanzas-Sitidə ya-şayırdıq, lakin üç il əvvəl atam və anam oradan köçüblər. Bu günlərdə mən anamdan məktub almışdım. Yazır ki, hamısı sağ-salamatdırlar.

– Demək siz ananızla məktublaşırsınız? Bu çox yaxşıdır. – Missis Qrifits Klayda baxıb gülümsədi, o getdikcə Klayd ilə daha artıq maraqlanırdı: Klaydın zahiri qadının xoşuna gəlmişdi. Onun çox zərif bir görkəmi vardı, özünü olduqca yaxşı aparırdı, hələ bunlar bir yana qalsın, – o missis Qrifit-sin öz oğluna o qədər oxşayırdı ki, əvvəlcə bu, qadını hətta bir az qorxuya saldı, sonra isə bu oxşayış onu maraqlandır-mağa başladı. Bəlkə də Klayd onun oğlundan bir az hündür və qamətli idi və məhz buna görə Qilbertə nisbətən gözəl gö-rünürdü, lakin missis Qrifits heç vaxt bunu etiraf etməyə razı olmazdı. Qilbert bəzən çox kəmhövsələ olur, hətta ana-sına qarşı təkəbbür göstərirdi və onun anası ilə rəftarında həqiqi mehribanlıqdan artıq vərdiş etdiyi riyakar bir iltifat vardı, lakin ananın gözlərində o yenə də özünü və öz fikrini müdafiə etməyi bacaran, zirək və bacarıqlı bir gənc idi. Klayd isə təbiəti etibarilə daha yumşaq, qeyri-müəyyən və qətiyyətsiz görünürdü. Missis Qrifitsin oğlu, görünür öz fəal təbiəti ilə atasına və anasının qohumlarına çəkmişdi, Klayd isə ehtimal ki, vecsiz adamlar olan öz ata-anasından irs ola-raq bir qədər xarakter zəifliyi kəsb etmişdi.

Bu məsələni oğlunun xeyrinə həll etdikdən sonra, mis-sis Qrifits Klayddan bacıları və qardaşları haqqında soruş-maq istəyirdi ki, bu zaman Semyuel Qrifits içəri girdi. Sem-yuel Qrifits, onu görən kimi ayağa qalxan Klayda nüfuze-dici, kəskin bir nəzər salaraq onun tamamilə ədəbli-nəza-kətli olduğunu, hər halda zahirən belə olduğunu görüb dedi:

– Demək gəlibsiniz! Ümid edirəm ki, mənsiz də burada sizi yaxşı qəbul ediblər?

– Bəli, ser, – deyə Klayd ehtiramla cavab verərək azacıq başını əydi. Klayda elə gəlirdi ki, o bu saat dünyanın ən bö-yük insanlarından birinin hüzurunda dayanmışdır.

– Çox yaxşı, çox gözəl. Əyləşin, əyləşin! Mən çox şadam ki, hər şey öz qaydasındadır. Mən eşitdim ki, siz hazırda qaynatma sexində işləyirsiniz. Əlbəttə, çox da xoşa gələn bir yer deyil, ancaq fabrikdəki işi, məhz oradan, aşağıdan öy-rənmək daha yaxşıdır. Bəzən ən yaxşı adamlar belə, bu cür fəaliyyətə başlayırlar. – Semyuel Qrifits gülümsəyərək əlavə etdi:

– Siz buraya gələrkən mən şəhərdə deyildim, yoxsa sizinlə görüşərdim.

– Bəli, ser, – deyə Klayd cavab verdi və mister Qrifits özünü divanın yanındakı geniş kresloya yıxıb yaslanana qə-dər Klayd əyləşməyə cəsarət etmədi. Klayd, smokinqdə, qa-ra qalstuklu, kraxmallı köynəkdə – Çikaqo klubunda geyin-diyi formaya heç də oxşamayan bu yeni kostyumunda, mis-ter Qrifitsə daha xoş gəldi və ona heç də Qilbertin təsvir et-diyi kimi əhəmiyyətsiz və vecsiz bir adam kimi görünmədi. Bununla belə Semyuel Qrifits hiss etdi ki, Klayd kifayət qə-dər möhkəm və inadlı deyildir, onun zəruri hesab etdiyi iş-güzar keyfiyyətlər hələ Klaydda yoxdur, o isə qardaşı oğlu-nu daha qüvvətli, daha zirək görmək istəyirdi. Belə olsaydı, Klayd Qrifitslər familiyasına daha artıq çəkmiş olardı və yəqin ki, Qilbertin də daha çox xoşuna gələrdi.

– İşiniz xoşunuza gəlirmi? – deyə Qrifits himayəçi bir ifadə ilə soruşdu.

– Bəli, ser, yəni, doğrusunu desəm, bir o qədər də yox, – deyə Klayd açıq cavab verdi. – Ancaq bunun əhəmiyyəti yoxdur. Başlanğıc üçün məncə hər bir iş yaxşıdır. – Klayd bu dəqiqə, əmisinə daha yaxşı mövqeyə layiq olan bir adam ki-mi görünməyə çalışırdı, əmisi oğlu Qilbert hazırda burada olmadığı üçün o ürəklənərək belə açıq cavab verməyə cəsa-rət etmişdi.

– Bax, bu çox doğru fikirdir, – deyə bu cavabdan razı qalmış Semyuel Qrifits qeyd etdi. – Mən bilirəm, bu iş, bizim istehsalat prosesinin çox da xoşa gələn bir sahəsi deyil, lakin təzə başlayan üçün bu işlə tanış olmaq zəruridir. Bizim zə-manədə, heç bir işdə dərhal irəli gedib yüksəlmək olmaz, bunun üçün vaxt lazımdır.

Bunu eşidərkən Klayd fikrən öz-özündən soruşdu ki, görəsən, onu pilləkən altındakı o qaranlıq zirzəmidə hələ çoxmu saxlayacaqlar.

O bu barədə fikirləşərkən, Mayra içəri girdi; qız maraq-la Klayda baxıb, onun heç də Qilbertin təsvir etdiyi kimi bir gənc olmadığını görərək sevindi. O, Klaydın baxışlarında nə isə qəribə bir əsəbilik, nə isə təlaşlı bir qorxu, yaxud bir yal-varış ifadəsi sezdi və bu, dərhal qızı maraqlandırdı. Bəlkə Mayra Klaydın simasında nə isə doğma və özünə yaxın bəzi şeylər hiss etdi: axı Mayra özü də cəmiyyətdə çox böyük müvəffəqiyyət qazanmamışdı.

Klayd ayağa qalxarkən, Semyuel saymazyana bir əda ilə:

– Bu sənin əmin oğlu Klayd Qrifitsdir, Mayra, – dedi. – Sənə dediyim cavan oğlandır. Mənim qızım, Mayra, – deyə o Klayda müraciət edərək əlavə etdi.

Klayd baş əydi və Mayranın bir qədər süst və soyuq əli-ni sıxarkən qızın başqalarına nisbətən onunla daha səmimi və dostanə görüşdüyünü hiss etdi.

– Güman edirəm ki, bizim şəhərə gəldiyinizə təəssüf etmirsiniz, – deyə Mayra mehriban bir ifadə ilə sözə başladı. – Biz hamımız öz şəhərimizi, – Likurqu sevirik, lakin Çika-qodan sonra məncə Likurq sizə çox yoxsul görünməlidir; – bunu deyərək Mayra gülümsündü.

Adlı-sanlı qohumlarının hüzurunda özünü bir qədər rəsmi və gərgin hiss edən Klayd, qıza yalnız “təşəkkür edi-rəm” deyə, rəsmi bir cavab verdi və artıq əyləşmək istəyirdi ki, qapı açıldı və Qilbert Qrifits daxil oldu. (Qilbert içəri gir-məmişdən bir az əvvəl, küçədə avtomobil motorunun gurul-tusu eşidilmiş və motorun səsi baş qapının yanında susmuş-du).

– Bu saat gəlirəm, Dolc, – deyə Qilbert qapıdan kimə isə qışqırdı – bircə dəqiqə gözlə! – Sonra o üzünü içəridəkilərə tutaraq əlavə etdi: Bağışlayın, mən bu saat qayıdıram, – bu-nu deyərək o, cəld yuxarı mərtəbəyə qalxan pilləkənə doğru yönəldi. Bir dəqiqə sonra geri dönərək yenə eynilə fabrikdə-ki kimi Klayda soyuq və saymazyana bir nəzər saldı. Bu baxışlar altında Klayd həmişə özünü itirirdi. Qilbertin əynin-də avtomobil gəzintisi üçün ala-bəzək zolaqlı, beli kəmərli, açıq rəngli bir palto vardı, başına qara dərili kepka qoymuş və əlinə dəri qunclu əlcəklər geymişdi ki, bu da ona demək olar ki, hərbi bir görkəm verirdi. O, çox soyuq bir ifadə ilə Klayda baş əyib ona: “Xoş gəlibsiniz” deyərək, atasına ya-xınlaşdı və təşəxxüslü bir əda ilə əlini atasının çiyninə qoy-du:

 

– Salam, ata. Xoş gördük, ana! Çox təəssüf edirəm ki, bu gün sizinlə bərabər otura bilməyəcəyəm. Biz Dolc və Yustis ilə bərabər, elə indicə, Amsterdamdan Konstansa və Jakeli-nanın dalınca gəlmişik və bu saat Bricmengilə gedirik. An-caq səhərə yaxın qayıdıb gələcəyəm. Hər halda sabah, kon-torda olacağam. Ümid edirəm ki, sizin işləriniz öz qayda-sındadır, mister Qrifits? – deyə o, atasına müraciət etdi.

– Bəli, mənim heç bir şeydən şikayətim yoxdur, – deyə atası cavab verdi. – Sən isə deyəsən, bütün gecəni kef etmək fikrindəsən?

– Əsla yox, – deyə Qilbert Klayda heç bir əhəmiyyət vermədən cavab verdi.– Mən yalnız onu demək istədim ki, əgər gecə saat ikiyə qədər evə qayıda bilməsəm başqa bir yerdə gecələməli olacağam. – Qilbert yenə mehriban bir hə-rəkətlə əlini atasının çiyninə vurdu.

– Xahiş edirəm, həmişəki kimi, yenə maşını sürətlə sürməyəsən, – deyə missis Qrifits oğluna müraciət etdi – mən həmişə nigaran qalıram.

– Saatda on beş mil, anacan, saatda on beş mil, mən qay-danı bilirəm! – Qilbert təkəbbürlə gülümsədi.

Klayd, əmisi oğlu Qilbertin öz ata-anası ilə necə hima-yəçi və lovğa bir tərzdə danışdığını gözündən qaçırmadı. Aydın idi ki, fabrikdə olduğu kimi burada da Qilbert – çox mühüm bir şəxs idi və hamı onunla hesablaşırdı. Görünür, o, atasından başqa heç kəsə xüsusi bir hörmət bəsləmirdi. – “Nə qədər lovğadır”– deyə Klayd öz-özünə düşündü.

Görünür, belə zəngin adamın oğlu olmaq, heç bir zəh-mət çəkmədən, heç bir ciddi – cəhd göstərmədən belə bir mövqeyə gəlib çıxmaq, özünü bu qədər məğrur tutmaq belə bir hakimiyyətə və nüfuza malik olmaq – çox yaxşı şeydir. Bəli, əlbəttə, bu Klayda üstdən aşağı baxır və onunla say-mazyana danışırdı. Adamda bəxtə bax: bu qədər gəncdir, amma bu qədər böyük hökmü var!

X FƏSİL

Bu zaman xidmətçi qadın axşam yeməyinin hazır oldu-ğunu xəbər verdi və Qilbert dərhal xudahafizləşib getdi, ha-mı ayağa qalxdı, missis Qrifits xidmətçi qadından soruşdu:

– Bella zəng etməmişdi ki?

– Yox, hələ zəng etməyib, xanım, – deyə xidmətçi qadın cavab verdi.

– Onda missis Tryusdeylə deyin ki, Fincligilə zəng edib Bellanı çağırsın. Qoy o bu saat, tez evə gəlsin.

Xidmətçi qadın çıxıb getdi, içəridəkilərin hamısı qonaq otağı ilə bitişik olan, eyni mərtəbədəki yemək otağına keçdi-lər. Klayd, başdan-ayağa açıq qəhvəyi rəngdə olan, gözəl dö-şənmiş yeni bir otaq gördü; ortalıqda, görünür xüsusi təntə-nəli günlərdə açılan, qoz ağacından qayrılmış uzun bir stol var idi. Stolun ətrafına yüksək söykənəcəkli stullar düzül-müş və bir-birindən eyni məsafədə stol üzərinə qoyulmuş şamdanların işığı süfrəyə şəfəq salmışdı. Otağın pəncərələri bağa açılan, geniş və yarımdairəvi, örtülü eyvanında kiçik bir stol üzərində altı adamlıq süfrə açılmışdı. Ailə bu stol ba-şında şam edəcəkdi. (Klayd, nə üçünsə bütün bunları tama-milə başqa cür təsəvvür edirdi).

Stol arxasında Klayd bir çox suallara, əsasən, ailəsi haq-qında, ata-anasının əvvəllər və indi necə yaşadıqları barədə suallara cavab verməli oldu. Atasının neçə yaşı var? Bəs anasının? Denverə köçməmişdən qabaq onlar harada yaşa-yırdılar? Neçə qardaşı və neçə bacısı var? Böyük bacısı Esta-nın neçə yaşı var? İndi o nə edir, nə ilə məşğuldur? Bəs qalan uşaqlar? Atası öz işindən razıdırmı? – axı o indi, deyəsən, otel saxlayır? Bəs əvvəllər o, Kanzas-Sitidə nə ilə məşğul olurdu? Orada neçə il yaşamışlar?

Semyuel Qrifits ilə arvadının ciddi bir görkəmlə, dolu kimi onun üzərinə yağdırdıqları bu suallar altında, Klayd ar-tıq ciddi olaraq tutulmuş və bir qədər özünü itirmişdi. Klay-dın ikibaşlı cavablarından, ər və arvad anladılar ki, bu sual-lar, xüsusən Klaydın ailəsinin Kansaz-Sitidəki həyatına aid suallar, – onu çətin bir vəziyyətdə qoymaqdadır. Onlar, əl-bəttə, bunu öz qohumlarının son dərəcə kasıb olmaları ilə izah etdilər. Semyuel Qrifits: “Deyəsən, siz hələ Kansaz-Siti-də olarkən, məktəbi qurtaran kimi oteldə işləməyə başlayıb-sınız?” – deyə soruşduqda Klayd oğurlanmış avtomobil əh-valatını xatırlayıb və əslində məktəbə olduqca az getdiyini yadına salıb qıpqırmızı qızardı. Klayd istəmirdi ki, buradakı adamlar onun Kanzas-Sitidə, oteldə işlədiyi zaman keçirdiyi həyatı, xüsusilə onun “Qrin-Devidson” otelində qulluq et-diyini bilsinlər.

Xoşbəxtlikdən bu zaman qapı açıldı və Bella iki qızla bərabər içəri girdi. Klayd dərhal bu qızların da yüksək cə-miyyətə mənsub olduqlarını anladı. Hələ bir az əvvəl fik-rində bu qədər həyəcanla dolandırdığı Rita və Zella ilə bu qızlar arasında nə qədər böyük fərq vardı! O, içəri girən qızlardan birinin Qrifitslər ilə çox açıq rəftar etdiyini görüb, bunun Bella olduğunu anladı. Bella ilə bərabər gələn qızlar-dan biri Sondra Fincli idi ki, bu qız haqqında Bella və anası həmişə çox danışırdılar. Klayd heç bir zaman bu qədər zərif, qəşəng və məğrur bir qız görməmişdi – o tamamilə ayrı bir xilqət idi, heç kəsi onunla müqayisə etmək olmazdı! Qızın əynindəki ingilis kostyumu, onun çevik, oynaq bədənini yaxşı tutur və nazlı bir əda ilə gözləri üstünə basdığı kiçik dəri şapka ilə çox gözəl bir ahəng yaradırdı. Sondra bir əli ilə boynuna qayış bağlanmış bir fransız buldoqunu çəkib gəti-rirdi, o biri qolunun üstünə isə modalı kişi paltolarına oxşa-yan qara və boz xanalı çox incə bir palto aşırmışdı. Klayda elə gəldi ki, o bütün həyatında belə məlahətli bir qıza rast gəlməmişdir. Bu qız ona dərhal elə qeyri-adi və sarsıdıcı tə-sir bağışladı ki, elə bil onun bütün vücudundan bir elektrik cərəyanı keçdi. O bir an içində əlçatmaz bir şeyin həsrətini çəkməyin, məhəbbətin intizarı ilə yaşamaqçün çırpınmağın, heç bir zaman bu qızın mehriban bir baxışını görə bilməmə-yin nə qədər sonsuz bir əzab olduğunu hədsiz bir ağrı ilə hiss etdi. Bu fikir həm onun ürəyini gəmirir, həm də onu məst edirdi. Bu qız bir anda onun bütün varlığına elə hakim olmuşdu ki, o gah gözlərini qapamaq və artıq bu qızı görmə-mək, gah da gözlərini qırpmadan daima yalnız ona baxmaq istəyirdi.

Sondra isə əvvəlcə, Klaydı görüb-görmədiyini heç büru-zə vermədi, o yalnız öz iti ilə məşğul idi:

– Bissel, bax özünü yaxşı apar ha, yoxsa bu saat səni çölə çıxarıb, pilləkənə bağlayaram. Ax, əgər bu it dinc dur-masa, onda gərək mən çıxıb gedəm! (Bissel içəridə pişik gö-rüb onun üstünə cummaq istəyirdi).

İkinci qız Klayda o qədər də böyük təsir bağışlamadı, halbuki bu qız da özünəməxsus bir tərzdə heç də Sondradan az zərif deyildi və olsun ki, bir çoxlarına Sondra qədər gözəl və sevimli görünə bilərdi. Bu qızın olduqca sarışın saçları, açıq, badamvari qonur-yaşıl gözləri, balaca incə fiqurası və hiyləgər, pişiksayağı ədaları vardı. Otağa girən kimi, o yü-yürüb stola yaxınlaşdı, missis Qrifitsin üzərinə əyildi və naz-lanaraq civildəməyə başladı:

– Özünüzü necə hiss edirsiniz, missis Qrifits? Sizi gör-düyümə nə qədər şadam! Nə vaxtdır sizə gəlməmişəm. Bilir-sinizmi, mən anamla bərabər səfərə çıxmışdım. Bu gün onlar Qrentlə Olbeniyə getdilər, mən isə Lembertgildə Bella ilə Sondraya rast gəldim. Siz, deyəsən, bu gün yalnız öz ailə üzvlərinizlə bərabər şam edirsiniz?.. Mayra, siz necəsiniz? – deyə, qız əlini missis Qrifitsin arxasından uzadıb yavaşdan, sadəcə bir nəzakət xatirəsi üçün, Mayranın əlinə toxundu.

Bu zaman Sondra olmasaydı Klayda bu qızların hamı-sından daha cazibədar görünə biləcək Bella dedi:

– Ax, mən gecikdim! Anacan, atacan, məni bağışlayın! Xahiş edirəm, bu dəfəliyə məni bağışlayasınız! – Sonra Klay-dı indicə görürmüş kimi süni təvazökar bir görkəmlə kiriyib susdu, halbuki qızlar otağa girərkən Klayd ayağa qalxmışdı və hələ də ayaq üstə idi.

Klayd qarşılıqlı rəftar məsələlərindəki belə incə məsələ-lərə və maddi vəziyyət fərqlərinə qarşı həddindən artıq həs-sas olduğu üçün qızlara təqdim ediləcəyi dəqiqəni gözləyə-rək kəskin bir əzab hissilə özünün nə qədər əhəmiyyətsiz bir adam olduğunu düşünürdü. İctimai pilləkənin bu qədər yüksək zirvəsində dayanmış bu gənclik və gözəllik ona qa-dın təntənəsinin ən yüksək ifadəsi kimi görünürdü. Onun, bu qızlara nisbətən heç də cazibədar olmayan Qortenziya Briqsə qarşı duyduğu aludəlik (hələ Rita bir kənarda qalsın), ləyaqətindən asılı olmayaraq qadın incəliyinin ona nə qədər amansız təsir etdiyini göstərmişdi.

Klaydın hələ də ayaq üstə dayandığını görən Semyuel Qrifits, nüfuzedici bir səslə:

– Bella, – dedi. – Bu sənin əmin oğlu Klayddır.

– Belə de, – deyə Bella səsləndi, o Klaydın Qilbertə nə qədər oxşadığını dərhal müşahidə etmişdi. – Xoş gördük! Anam bu günlərdə sizin bizə gəlməyinizi mənə demişdi. – Bella barmağının ikisini Klayda uzatdı, sonra rəfiqələrinə tərəf dönüb onları Klayda təqdim etdi: – Mənim rəfiqələrim miss Fincli və miss Krentson.

Hər iki qız diqqətlə və çox sərbəst bir halda Klaydı göz-dən keçirərək quru və rəsmi bir əda ilə baş əydilər.

– Gör Qilə necə oxşayır! – deyə Sondra ona yaxınlaşan Bertinaya pıçıldadı. Bertina cavab verdi:

– Mən heç vaxt iki adamın bir-birinə belə oxşadığını görməmişəm. Ancaq bu ondan çox gözəldir, eləmi?

Sondra başının hərəkətilə rəfiqəsinin sözünü təsdiq etdi. O, elə ilk dəqiqədə böyük bir məmnuniyyət hissilə Klaydın, Bellanın qardaşından gözəl olduğunu müşahidə etmiş (Son-dranın Qilbertdən xoşu gəlmirdi), həmçinin bu gəncin ona məftun olduğunu da hiss etmişdi. Sondra bunu təbii bir şey kimi qəbul etdi – axı o həmişə elə ilk baxışdan bütün gəncləri özünə əsir edirdi. Lakin Klaydın biçarə bir görkəmlə gözlərini ondan çəkmədiyini görərək Sondra bu qərara gəldi ki, hələlik ona əhəmiyyət verməyə dəyməz. Görünür, Klay-da qalib gəlmək çox asan idi.

Qızların gəlişini gözləməyən missis Qrifits, Klayd bura-da ikən öz rəfiqələrini də götürüb bura gəlmiş Bellaya bir qədər hirslənmişdi, indi Klaydın ictimai vəziyyətinə toxun-maq, bu barədə bir söz demək lazım gələcəkdi.

– Bəlkə siz paltonuzu asıb bizimlə oturarsınız? – deyə missis Qrifits qızlara dil-ağız etdi. – Deyərəm, sizin üçün süfrəyə qab-qaşıq qoyalar, Bella sən atanın yanında otur!

– Yox, yox, biz artıq evə getməliyik. Bir dəqiqə gecikə bilmərik, – deyə Sondra və Bertina hər ikisi birdən cavab verdilər.

Lakin bununla belə indi onlar Klaydı görüb onun gözəl bir gənc olduğunu yəqin etdikdən sonra, Klaydın cəmiyyət-də müvəffəqiyyət qazanıb-qazanmayacağını bilmək istəyir-dilər. Qilbert Qrifits xüsusi bir müvəffəqiyyət qazanmamışdı və hər iki rəfiqə Qilbertin bacısı ilə yaxın dost olduqlarına baxmayaraq, Qilberti sevmirdilər: özlərinə aşiq olmuş bu gö-zəl qızlar üçün Qilbert həddindən artıq təşəxxüslü və tərs bir gənc idi. O çox vaxt özünü həddindən artıq təkəbbürlü apa-rırdı. Klayd isə, üzdən daha yumşaq və daha mülayim bir təsir bağışlayırdı. İndi yalnız onun cəmiyyətdə nə cür bir mövqe tutduğunu və Qrifitslərin onun haqqında nə düşün-düklərini öyrənmək lazım idi: o bu evdə ləyaqət və hörmətlə qəbul edilirsə, onda nə üçün yerli cəmiyyət də onu qəbul et-məsin? Görəsən (bu əsas məsələdir) Klayd varlıdırmı? Onlar demək olar ki, dərhal bu barədə məlumat aldılar, çünki mis-sis Qrifits qəti bir ifadə ilə və qəsdən Bertinaya belə dedi:

– Mister Qrifits – mənim qaynımoğludur, o buraya Qərbdən gəlmişdir. Ərimin fabrikində işləmək istəyir. Bu gənc özü-öz başını saxlamaq, həyatda özünə yol açmaq məc-buriyyətindədir, ərim xeyirxah bir adam kimi, ona öz qüv-vəsini sınamağa imkan vermişdir.

Klayd qıpqırmızı qızardı: ona aydın başa salırdılar ki, ictimai mövqeyi Qrifitslərə və yaxud bu qızlara nisbətən qat-qat aşağıdadır. Klayd dərhal gördü ki, Bertina Krenstonun üzündəki maraq ifadəsi yox olub tam bir laqeydliyə çevrildi: bu qızı yalnız varlı gənclər maraqlandırırdı. Lakin Sondra Fincli, öz dairəsində daha məşhur bir qız olduğuna baxma-yaraq, rəfiqəsi qədər əməli bir görüşə malik deyildi (o, Berti-nadan qat-qat gözəl idi, ata-anası isə Krenstonlardan daha zəngin idilər). Sondra bir daha Klayda nəzər saldı və bu eşit-diyi xəbərdən çox məyus olduğu üzündən aydın göründü. Belə qəşəng, belə gözəl bir gənc, yüksək cəmiyyətə mənsub deyildi!

Bu zaman Sondraya daha artıq rəğbət bəsləyən Semyuel Qrifits (arvadı kimi o da Bertinanı sevmirdi, missis Qrifits bu qızı çox hiyləgər və qeyri-səmimi hesab edirdi) qıza tərəf dö-nərək onu yanına çağırdı:

– Sondra! Yaxın gəlin! İti kresloya bağlayın. Paltonuzu oraya, stulun üstünə atın, burada əyləşin! – Mister Qrifits qıza öz yanında yer göstərdi.

 

– Heç mümkün deyil, Semyuel əmi, – deyə Sondra bir qədər əzilərək, elə açıq və mehriban bir səslə cavab verdi ki, sanki Semyuel Qrifitslə ən yaxın bir dost idi. Artıq gecədir, bir də ki, bu Bissel bizə rahatlıq verməyəcək. Doğru deyi-rəm, Bertina və mən tezliklə evə qayıtmalıyıq.

– Bilirsənmi, nə olub ata, – deyə Bella birdən söhbətə qarışdı. – Bertinanın atının ayağına dünən mıx batıb, indi at axsayır. Nə Qrent, nə də mister Krenston evdə yoxdurlar. Bertina səninlə məsləhətləşmək istəyir.

– Hansı ayağıdır? – deyə bu məsələ ilə maraqlanmış Qrifits soruşdu. (Bu söhbət zamanı Klayd gizli-gizli Sondra-nı gözdən keçirməkdə idi. “Nə qədər gözəldir, – deyə o öz-özünə düşünürdü. – Burnu necə kiçik, ucu da azacıq dikdir, üst dodağı nəcə işvəli bir şəkildə bükülmüşdür”).

– Qabaq, sol ayağı, – deyə Bertina Qrifitsi başa saldı. – Dünən mən onu minib gəzməyə çıxmışdım. İst-Kinston yolu ilə gedirdim. Cerri nalını salıb itirmişdi, yəqin elə buna görə ayağına mıx batmışdır, amma Con mıxı tapa bilmir.

– Mıx batandan sonra siz çoxmu yol getdiniz?

– Getdiyimiz yolu geri qayıtdıq. Məncə səkkiz milə qə-dər yol getmişdik.

– Onda Cona deyin ki, atın ayağına yumşaldıcı bir maz sürtüb, tənziflə bağlasın. Sonra baytar həkimini çağırmaq la-zımdır. Məncə qorxulu bir şey yoxdur. Hamısı keçib gedər, tezliklə sağalar.

Bir müddət öz başına buraxılmış Klayd, yüksək dairəyə mənsub bu adamların nə qədər xoş və asan bir həyat sür-düklərini düşünürdü. Görünür, bunların heç birinin qayğısı yoxdur. Bunlar yalnız öz evləri, atları, dostları ilə görüşləri, gəzintiləri və əyləncələri haqqında danışırlar. Əmisi oğlu Qilbert elə indicə, avtomobildə dostları ilə bərabər haraya isə çıxıb getdi. Bella və onun rəfiqələri qəşəng bir küçədə, bu cah-calallı evlərdə qayğısız və şən bir həyat sürürlər, o isə, Klayd isə, missis Kappinin pansionunda üçüncü mərtəbədə-ki kiçik bir otaqda qapanıb qalmışdı, onun heç bir gedəsi yeri yoxdur, aldığı maaş isə həftədə cəmi on beş dollardır – o öz həyatını bu pul ilə təmin etməlidir. Sabah səhər o yeni-dən zirzəmidə işləməyə başlayacaqdır, bu qızlar isə səhər yuxularından ayılan kimi yalnız yeni əyləncələr haqqında düşünəcəklər. Onun ata-anası Denver şəhərində, o miskin mebelli otaqlarında və missiyalarında elə bir güzəran sürür-lər ki, Klayd burada onların haqqında həqiqəti belə söylə-məyə cəsarət edə bilmir.

Birdən hər iki qız artıq çıxıb getməli olduqlarını xatırla-dılar. Klayd və Qrifitslər tək qaldılar və Klayd bütün aydın-lığı ilə hiss etdi ki, bura onun yeri deyil: həm Qrifits, həm onun arvadı, həm də Bella, Mayradan başqa hamı, – öz say-mazyana rəftarları ilə sanki demək istəyirdilər ki, ona, mən-sub olmadığı bir cəmiyyətə yalnız ötəri bir nəzər salmaq üçün icazə verilmişdir. O başa düşürdü ki, bu gözəl qızlarla daha yaxından tanış olmağı nə qədər arzu etsə də, bu əbəs bir arzudur, çünki kasıblığı onun bu cəmiyyətə daxil olma-sına yol verməyəcəkdir. O, dərhal ürəyində böyük bir qüssə duydu və onun həm baxışları, həm də əhvali-ruhiyyəsi elə tutuldu ki, nəinki Semyuel Qrifits, eyni zamanda arvadı və Mayra da bunu müşahidə etdilər. Bir yol tapıb, bu aləmə qədəm qoya bilsəydi! Lakin bütün Qrifitslərdən yalnız May-ra, onun nə qədər tək, nə qədər kədərli olduğunu hiss edirdi. Hamı yenidən böyük qonaq otağına keçərkən (Semyuel kiçik qızı ilə yanaşı gedərək həmişə nahara gecikdiyi və evdəkilə-ri gözləməyə məcbur etdiyi üçün Bellanı məzəmmət edirdi), Mayra Klayda yaxınlaşaraq dedi:

– Mənə elə gəlir ki, siz Likurqda bir qədər yaşadıqdan sonra bura sizin daha artıq xoşunuza gələcəkdir. Ətrafda o qədər gözəl yerlər var ki! Siz gedib bizim göllərə tamaşa etməlisiniz. Adirondak dağları da uzaqda deyil, cəmisi – yetmiş mil şimaldadır. Yayda isə biz Qrinvud gölü yanına köçəndə, anam və atam yəqin ki, sizi bizim yay malikanəmi-zə dəvət edəcəklər.

Mayra, ata-anasının Klaydı yay malikanəsinə dəvət edəcəklərinə o qədər də əmin deyildi, lakin hiss edirdi ki, bu saat Klayda mütləq nə isə xoş bir söz demək lazımdır. Doğ-rudan da Klayd bir az ürəkləndi və ailənin başqa üzvlərinə qarşı həddindən artıq nəzakətsiz görünməməyə çalışaraq bütün axşamı axıra qədər hər kəsdən artıq Mayra ilə söhbət etdi. Nəhayət, saat onun yarısında birdən o yenə də özünü tamamilə yad və tək hiss edərək ayağa qalxdı və artıq get-mək vaxtı olduğunu söylədi: sabah o çox tez ayağa qalxmalı idi. Semyuel Qrifits onu qapıya qədər ötürdü. Bu dəqiqə o, bir az əvvəl Mayra hiss etdiyi kimi, Klayda qarşı bir mehri-banlıq duyaraq düşündü ki, həm özü, həm də onun ailəsi, kasıb olduğu üçün bu gənci sonralar da saymayacaqlar. O, Klaydın könlünü almaq istəyərək xudahafizləşərkən qar-daşıoğluna bir neçə xoş söz dedi:

– Küçədə nə yaxşı hava var, – deyə o mehriban bir halda sözə başladı, – hələ bir dayanın, baharda bizim küçə lap gözəl olacaq. – Semyuel diqqətlə göyə baxıb təravətli aprel havasını ciyərlərinə çəkdi. – Bir az sonra burada hər tərəf çiçək açanda bizə gələrsiniz, onda görərsiniz ki, bura nə qədər gözəl olur. Gecəniz xeyrə qalsın!

Semyuel Qrifits gülümsədi, onun səsində mehribanlıq və şəfqət var idi, Klayd isə bir daha hiss etdi ki, Qilbert özü-nü nə cür aparırsa-aparsın, hər halda onun əmisi öz qarda-şıoğluna qarşı, şübhəsiz, o qədər də laqeyd deyildir.

XI FƏSİL

Günlər bir-birinin dalınca ötüb keçir və Qrifitslərdən artıq heç bir məktub gəlmədiyinə baxmayaraq, Klayd yenə də öz zəngin qohumlarının evində bir dəfə qonaq olmasının əhəmiyyətini şişirdərək, hərdənbir, orada gördüyü o gözəl qızlarla yeni görüşlər haqqında xəyala dalırdı. Onlardan biri, – Klaydı sevsəydi bu nə qədər böyük bir səadət olardı! Onlar gözəl bir dünyada, zinət və cah-calal içərisində ömür sürür-dülər. Onların həyatı ilə Klaydın həyatı və onu əhatə edən adamların həyatı arasında nə qədər böyük bir ziddiyyət var-dı! Dillard! Rita! Bu adamlar artıq onun üçün mövcud deyil-dilər. Ona tamamilə başqa bir şey lazımdır və yaxud heç bir şey lazım deyil. İndi Dillarddan mümkün qədər gen gəzirdi. Nəhayət, Dillard da Klaydı təkəbbürlü, aristokrat ədalı bir gənc hesab edərək ondan uzaqlaşdı. Bəli, Klayd həsrətini çəkdiyi mövqeyə yetişsə, doğrudan da təkəbbürlü və təşəx-xüslü olacaqdı. Lakin zaman keçir, o isə yenə əvvəlki yerin-də, həmin vəzifədə çalışırdı… Onun sevincsiz və ağır həyatı, az maaşı, qaynatma sexindəki bivec adamlardan ibarət olan iş yoldaşları ürəyini qüssə və kədərlə doldururdu. Yavaş-ya-vaş o, Rita və Dillard ilə dostluğunu təzədən bərpa etmək haqqında deyil, – artıq bu adamlarla heç bir əlaqəyə girmək istəmirdi, – başqa bir şey haqqında, yəni burada həyatını ye-nidən qurmaq təşəbbüsündən əl çəkib Çikaqoya qayıtmaq və yaxud Nyu-Yorka getmək haqqında düşünməyə başladı; orada o, hər halda bir oteldə özünə iş tapa biləcəkdi. Lakin bu zaman sanki onun iradəsini və əvvəlki arzularını yenidən canlandırmaq üçün elə bir hadisə baş verdi ki, Qrifitslərin Klaydı öz cəmiyyətlərinə qəbul etmədiklərinə baxmayaraq, bu hadisə Klaydı, ata ilə oğulun, yəni Qrifitslərin nəzərində şübhəsiz ki, yüksəlməkdə olduğunu düşünməyə məcbur et-di. Bir dəfə yazda, Semyuel Qrifits şənbə günü Couş Uiqem-lə bərabər fabrikinin sexlərini gəzməyə başladı. Günorta onlar gəlib qaynatma sexinə çıxdılar və Qrifits ilk dəfə Klay-dı qaba bir şalvarda, qolsuz bir köynəkdə quruducu qurğu-nun qarşısında işləyən görüb bir qədər pərt oldu. (Bu müd-dət ərzində onun qardaşıoğlu quruducu qurğuları çox mə-harətlə yükləyib-boşaltmağı öyrənmişdi.) Semyuel Qrifits, cəmi bir neçə həftə əvvəl, Klayd axşam yeməyinə dəvət edil-diyi zaman, onun nə qədər zərif və incə olduğunu xatırlaya-raq indi gördüyü bu ziddiyyətdən sarsıldı. Əvvəlki görüşləri zamanı – həm Çikaqo şəhərində, həm də o axşam Qrifits-lərin evində – Semyuelə ən yaxşı təsir bağışlayan Klaydın zahirən səliqəli, xoş görkəmi idi. Semyuel Qrifits isə oğlu kimi, çox böyük bir qısqanclıqla nəinki Qrifits familiyasının, həmçinin onların ümumi şöhrətinin fabrik xidmətçilərinə və Likurq şəhərinin bütün sakinlərinə nə cür təsir bağışladığı məsələsinə çox fikir verirdi. İndi isə öz zahiri görkəmilə Qil-bertə çox oxşayan Klaydı burada, bu adamlar arasında, qay-natma sexində, belə pis bir paltarda görərkən, o, xüsusilə kəskin bir şəkildə hiss etdi ki, Klayd – özgəsi deyil, onun qardaşıoğludur və o artıq burada qalıb belə qara bir işdə çalışmamalıdır. Əks təqdirdə başqa xidmətçilər belə düşünə bilərlər ki, Semyuel Qrifits bu qədər yaxın bir qohuma qarşı laqeyd və etinasızdır.

Бесплатный фрагмент закончился. Хотите читать дальше?
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»