Читать книгу: «Dəccal»
Fridrix Nitsşe
DƏCCAL
1
“Ən azlar”ın filosofu – Fridrix Nitsşe Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche) 1844-cü ildə Almaniyanın keçmiş Prussiya, indiki Saksoniya əyalətinin Lützen şəhəri yaxınlığındakı Röken kəndində ana-dan olub. Atası Karl Lüdviq Nitsşe – Lüteran kilsəsinin keşişi (1813–1849), anası Fransiska Nitsşe (1826-1897) isə
evdar qadın idi. Bütün şüurlu həyatını din əleyhinə mübarizəyə həsr edən Nitsşenin hər iki valideyni protestant ailəsində böyümüşdü.
Nitsşe 1849-ci ildə atasının və 1850-ci ildə qardaşının ölümündən sonra ailəsiylə birlikdə Hamburq şəhərinə köçür və 1856-cı ilədək orada yaşayır. Yeniyetmə Nitsşe getdiyi ilk məktəbdə – Burqerskulda uşaqlardan uzaq gəz-diyi, tənhalığı sevdiyi və şagirdlərə qaynayıb-qarışmadığı üçün onu özəl məktəbə oxumağa göndərirlər.
1854-cü ildə Hamburqdakı Dom gimnaziyasına daxil olduqdan sonra Fridrixin musiqi və ədəbiyyata meyilli olduğu üzə çıxır. 1858-1864-cü illərdə Şulpforta internat məktəbində təhsil alır. Çalışqan bir şagird olur, antik ədə-biyyatla maraqlanır, şeir yazır və musiqi bəstələyir.
Atasız böyüyən yeniyetmə ilə müqayisədə yaşlı olan şair Ernst Ottlepp (1800–1864) bir ata kimi onun şəxsiyyə-tinin formalaşmasına böyük təsir göstərir.
Nitsşe 1864-1865-ci illərdə Bonn Universitetinin klas-sik filologiya və ilahiyyat fakültəsinə daxil olur, lakin
“Gənc Hegelçilər”in əsərlərini oxuduqdan sonra oranı tərk edir. 1865-1866-ci illərdə Leypsiq Universitetində filologiya üzrə təhsil alır. Bu dəfə o, “Gənc Hegelçilər”dən uzaq duran Artur Şopenhauer və Fridrix Albert Langenin əsərləriylə tanış olur. 1867-ci ildə könüllü olaraq Prussiya 2
ordusunda bir illik xidmətə gedir. Lakin 1868-ci ilin mart ayında at çaparkən yıxılıb ağır zərbə alır və ordudan kə-narlaşdırılır. Geri qayıtdıqdan sonra təhsilini davam etdirir.
1868-ci ildə Rixard Vaqnerlə tanış olması Nitsşenin həyatında önəmli hadisələrdən biri sayılır. 1870-ci ildə könüllü olaraq qatıldığı alman-fransız müharibəsində keçir-diyi xəstəliklər xeyli artdığına görə o, universitetdəki və-zifəsindən təqaüdə çıxaraq, sağlamlığını qorumaq üçün qışda İtaliya sahillərində, yayda isə İsveçrə dağlarında yaşayır və özünü tamamilə yaradıcılığa həsr edir.
1883-cü ildə o, bir il əvvəl tanış olduğu rus əsilli qadın şair Lou Salomenin dəstəyi ilə “Belə Buyurdu Zərdüşt”ün ilk kitabını yazır. Bundan sonra, 1885-ci ilə qədər onun “Belə buyurdu Zərdüşt”ün ikinci, üçüncü və dör-düncü kitabları ilə yanaşı, “Yaxşı və Pisin hüdudlarından kənarda” (1885) və “Əxlaqın şəcərəsi” (1887) kitabları işıq üzü görür.
"Belə buyurdu Zərdüşt" əsərindən sonra Nitsşe çox məhsuldar işləyir və bir-birinin ardınca kitablar yazmağa başlayır. Onun yaradıcılığının ən məhsuldar ili 1888-ci il hesab olunur. Həmin il ardıcıl olaraq “Vaqner hadisəsi”,
“Bütlərin qürubu”, “Antixrist” (“Dəccal”), “Ecce Homo”
adlı əsərlərini qələmə alır.
1889-cu ildə yeniyetməlikdə yoluxduğu sifilis xəstəliyi nəticəsində psixoloji durumu tamamən pozulan Nitsşe dəli olur. O, 1900-cü ildə ağır xəstəlikdən vəfat edir.
Nitsşenin yazılarının böyük hissəsi anarxizmə qarşı olsa da, anarxistlərin əksəriyyəti ondan xeyli dərəcədə təsirləniblər. Spenser Sunşayn yazır: “Nitsşedə anarxistlərin diqqətini çəkən çox şey var: Onun dövlətə nifrəti, ”sürü”-
3
lərin düşüncəsiz hərəkətinə nifrəti, ”antixristian” düşüncəsi, “üstinsan” yaratmaq arzusu…”
Emma Qoldman, Emil Armand, Renzo Navator, Ru-dolf Roker kimi anarxist və post-anarxist filosof və yazarlar Nitsşedən təsirlənib və onun fikirlərinin təsiri altında olub. Nitsşedən təsirlənmiş ən böyük hərəkat isə faşizm hərəkatıdır. Adolf Hitler Nitsşenin bacısı Elizabetlə yaxşı münasibətdə olublar. Elizabet isə Nitsşenin əsərlərini faşizm ideyalarına uyğunlaşdıraraq onun faşist ideoloqu ki-mi qəbul edilməsinə çalışmışdır. Faşistlərdə Nitsşeyə duyulan marağın səbəbi onun ”üstinsan” arzulaması idi. Elizabet isə Hitleri inandırmışdı ki, Nitsşe “üstinsan” deyəndə üstün irqi – almanları nəzərdə tutub. Hitler də bunu qəbul edirdi. Bu səbəbdən Nitsşenin əsərləri onun ilham mənbəyi sayıla bilər.
Karl Yunq, Alfred Adler və Ziqmund Freyd kimi alimlər psixoanaliz təlimini inkişaf etdirərkən Nitsşedən xeyli dərəcədə təsirləniblər. Nitsşenin yaradıcılığına ən böyük ziyanı bacısı Elizabet vurub. Əri intihar etdikdən sonra qardaşına daha çox diqqət ayıran bu qadın, onun bir çox əsərlərini istədiyi kimi təhrif və ixtisar edib. Məsələn, uzun illər “Dəccal”ın 35-ci bölümü əsərin heç bir nəş-rinə salınmayıb.
“Dəccal” Nitsşenin yazmağı planlaşdırdığı dördhis-səli “Dəyərlərin yenidən dəyərləndirilməsi” əsərinin həm ilk, həm də yeganə tamamlanmış hissəsidir.
Cəlil Cavanşir
4
Ön söz
Bu kitab ən azlara məxsusdur1. Bəlkə də, onlardan heç biri hələ heç mövcud da deyil. Onlar mənim Zərdüş-tümü anlayan insanlar olacaqlar: mən özümü hələ bu gün qulaqları eşitməyə başlayacaq insanlarla necə qarışdıra bilərəm ki? Yalnız birisi gün mənə məxsus ola bilər. Bəziləri öldükdən sonra2 doğulurlar.
Məni anlamanın şərtlərini və zərurətdən anlamağa başladıqları zamanı çox dəqiq bilirəm. İntellektual möv-zularda amansızca vicdanlı olmaq lazımdır ki, mənim sə-mimiyyətimə və ehtirasıma dözə biləsən. Dağlarda yaşamaq vərdişinə sahib olmalısan – dövrün siyasətinin və
xalqların milli eqoizminin rəzil boşboğazlığını öz səviy-yəndən aşağıda görməyi bacarmalısan. Heç nəyi vecinə
almamalı, laqeyd olmalısan; soruşmamalısan ki, düzgünlük faydalıdırmı, yoxsa şəxsiyyət üçün pis bir qismətə
çevrilə bilər… Bu gün kimsənin soruşmağa cəsarət etmə-diyi suallara maraq; qadağan edilmiş şeylərə cəsarət; taleyini labirint üçün müəyyən etmək…
Yeddi tənhalıqdan yaranmış bir təcrübə… Yeni musi-qilər üçün nəzərdə tutulan yeni qulaqlar. Ən uzaqda olanları görmək üçün yeni gözlər… İndiyə qədər lal olan həqiqətlər üçün yeni vicdan. Və ali bir üslubun qorunub saxlanması üçün böyük iradə… öz gücünü birləşdirmək, 1 Ən azlar : (Wenigsten) Nitsşenin özünəxas deyimlərindən “əksəriyyət-azlıq”
tandemindən kənarda, “azlıqdan” da “az” olan şəxsləri xarakterizə edir.
2 Öldükdən sonra: (posthum), yazarların ölümlərindən sonra nümayiş olunan əsərləri üçün istifadə edilir.
5
öz ilhamını… Özünə hörmət hissini; özünə sevgini; özünə
münasibətdə qeyd-şərtsiz bir azadlığı…
Bəli! Bunlardır mənim oxucularım; mənim həqiqi oxucularım; mənim əvvəldən müəyyən edilmiş oxucularım. Geridə qalanlar nəyə lazımdır ki? Qalanlar yalnız bəşəriyyətdir. Ruhun yüksəkliyi və gücü ilə – nifrətlə bə-şəriyyətdən yüksəkdə durmaq lazımdır…
Fridrix Nitsşe
6
1.
– Özümüzə baxaq. Biz Hiperborluyuq3 və çox yaxşı bilirik ki, başqalarından nə qədər kənarda yaşayırıq. “Sən nə qurudan, nə də dənizdən Hiperborlulara gedən yolu tapa bilməzsən”, – hələ Pindar bunu bizim haqqımızda dilə gətirmişdi. Şimaldan o tərəfdə, buzun, ölümün o biri üzündə – bizim həyatımız, bizim xoşbəxtliyimiz durur…
Biz xoşbəxtliyi kəşf etdik, yolu bilirik, labirintin minil-liklərindən çıxış yolu tapdıq. Kim tapdı axı onu?
– Doğrudanmı, müasir insan?
– ”Mən nə olacağımı bilmirəm; nə olacağını bilməyən hər şey mənəm”, – deyə müasir insan köks ötürür…
Bizi xəstə edən bu müasirlik idi – biz bu tənbəl dünyanın, qorxaq güzəştlərin, müasir “Bəli” və “Xeyr”lərin bütün səxavətli çirkliliyindən xəstə düşmüşdük. Hər şeyi
“qavradığı” üçün hər şeyi “bağışlayan” bu tolerantlıq, bu saxta ürəklilik, bizim üçün sciroccodur4. Müasir fəzilətlilər ilə cənub yelləri arasında yaşamaqdansa, buzlar içində
yaşamaq daha yaxşıdır!.. Biz kifayət qədər cəsarətli idik, nə özümüzə, nə də başqalarına güzəştə gedirdik: amma uzun müddət bu cəsarəti hara yönəldəcəyimizi bilmədik.
Biz pessimist idik, bizi fatalist5 adlandırırdılar. Bizim 3 Yunan mifologiyasında: dözümlülüyü ilə tanınmış xəyali xalq; Apollon qışı onların yanında keçirərmiş. Yunan şairi Pindaros, “Phytia otaqları”nda bu xalqdan bəhs edir.
4 Aralıq dənizində, cənubdan, Afrika səhralarının üstündən əsən isti və bür-külü külək. Nitsşe “cənub yelləri”ylə, Hiperborluların “şimal küləyi”nə ziddiyyət yaradır.
5 Fatalizm (fatalis-tale, qismət) – antidialektik dünyagörüşü konsepsiyası. Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, yaradıcığa imkan yaratmayan zərurətə tabedir və əzəldən müəyyən edilmişdir. Fatalizm (fatalis-tale, qismət) – antidialektik dünyagörüşü konsepsiyası. Bu konsepsiyaya görə aləmdə baş verən bütün proseslər azadlığa, yaradıcığa imkan 7
fatalistliyimiz – gücün dolğunluğu, gərginliyi və toplan-ması demək idi. Biz şimşək və iş arzulayırdıq, əldən düş-müşlərin xoşbəxtliyindən, “itaətindən” uzaq dururduq…
Tufan buludları bizim başımızın üstündə, qaranlıq bizim içimizdə… Başqa yolumuz yox idi. Bizim xoşbəxtliyimizin düsturu: Bir “Bəli”, bir “Xeyr”, bir düz xətt, bir hədəf …
2.
Yaxşı olan nədir?
– İnsanda hakimiyyət duyğusunu, hakimiyyət istəyini və hakimiyyətin özünü artıran hər şey.
Çətin olan nədir?
– Zəiflikdən yaranan hər şey.
Xoşbəxtlik nədir?
– Getdikcə artan hakimiyyət hissi – məğlub edilən müqavimət hissi. Məmnuniyyət deyil, amma hakimiyyətə
canatmadır; barış deyil, amma müharibədir; xeyirxahlıq deyil, amma bacarıqların çoxluğudur (İntibah üslubunda xeyirxah – əxlaqdan azad6, virtu7 deməkdir)…
Zəiflər və ağıldankəmlər məhv edilməlidir: bu bizim insana olan sevgimizin əsas vəziyyətidir. Və onlara məhv olmaları üçün kömək lazımdır.
Hər hansı bir günahdan daha zərərli olan şey nədir?
– Ağıldankəmlərə, zəiflərə qarşı mərhəmət – Xristianlıq.
yaratmayan zərurətə tabedir və əzəldən müəyyən edilmişdir. nıqlılıq/cinsi iqtidar/qabiliyyət/güclülük” kimi mənalarda işlənir.
6 Nitsşe “əxlaq”dan, “kafein”, “kokain” kimi bir narkotik (morelin) yaradır;
“morelinsiz” şərtidir, almanca “moralinfrei” sözüdür.
7 Qədim italyanca “ərdəm”, Latınca “vir/virilis/virtus” kökündən gəlir: “kişi-lik/dayanıqlılıq/cinsi iqtidar/qabiliyyət/güclülük” kimi mənalarda işlənir.
8
3.
Burada ortaya qoyduğum problem varlıqların sıra-lanmasında insanın yerinin harda olması deyil (insan bir sondur): problem hansı tip insanı daha çox böyütmək lazım gəldiyindədir. Hansı tip gərəklidir, daha dəyərlidir, yaşamağa və gələcəyə daha layiqdir?
Bu dəyərli tip bundan əvvəllər də nadir hallarda mövcud olub, amma xoşbəxt bir təsadüf, istisna kimi… Və
heç bir zaman hansısa əvvəlcədən düşünülmüş bir şey ki-mi deyil… Əksinə, ondan daha çox qorxulmuşdur; indiyə
qədər də o, demək olar ki, dəhşət hissi doğurur. Və onun qarşısında duyulan bu qorxu səbəbindən ona əks olan tip arzulanmış, yetişdirilmiş və əldə edilmişdir: ev heyvanı tipi, sürü heyvanı tipi, xəstə heyvan tipi – Xristian..
4.
Bəşəriyyət bu gün iddia edildiyi kimi, daha yaxşıya, daha güclüyə, ya da daha yüksəyə doğru inkişaf etmir;
“İrəliləyiş” sadəcə müasir bir ideyadır, özü də bayağı bir ideya… Bu günün avropalısı öz dəyəri baxımından İntibah dövrünün avropalısından çox-çox aşağıda durur.
Davamlı inkişaf qətiyyən yüksəlmək və güclənmək kimi bir zərurəti özündə ehtiva etmir. Bir başqa mənada, yer üzünün ən fərqli yerlərində, ən fərqli mədəniyyətlərdə
tək-tək formada müvəffəqiyyətə çatma hər zaman müşahidə olunur; bu müvəffəqiyyətə çatanlar, doğrudan da, yüksək bir tip meydana çıxarırlar: əgər insanlarla müqayisədə bir növ üstünsənsə… Belə şanslı, böyük uğur nü-munələri həmişə mümkün olub və bəlkə də həmişə müm-9
kün olacaq. Hətta bəzi hallarda, bütöv nəsil, bütün qövm, bütöv bir xalq belə nəticələr əldə edə bilir.
5.
Xristianlığı çox da bəzəyib-düzəmək lazım deyil: xristianlıq hər zaman ali insan tipinə qarşı ölümcül müharibə
aparıb; o, bu tipin bütün təməl instinktlərini qadağan və
ört-basdır edib; o, bu instinktlərdən şər anlayışını, pis insan anlayışını aradan çıxardıb; güclü insan yararsız insana çevrilib, “səfil insan” olub. Xristianlıq bütün zəiflərin, uğursuzların, düşkünlərin, ağıldankəmlərin tərəfini saxla-yıb; o, güclü həyatın qorunması instinktlərinin ziddiyyət-lərindən bir ideal yaradıb; mənəviyyatın ən üst dəyərlərinin günahkarlıq, pozğunluq, təmizlənmə olaraq təbliğ
edib, mənəvi baxımdan güclü, təbiətə bağlı insanların fikirlərini qarışdırıb.
Ən çox məyusluq doğuran bir nümunə – Paskalın8
ölümüdür.. Hansı ki, ağlının məhv olmasına ilk günahın səbəbkar olduğuna inanırdı… Halbuki onun ağlını korla-yan məhz xristianlıq idi!
8 Məşhur riyaziyyatçı, eyni zamanda da qatı bir dindardır.
10
6.
Ağrılı, tük ürpədən bir mənzərə canlandı gözləri-min qarşısında: mən insanın əxlaqsızlığını gizlədən pər-dəni çəkib atdım. Mənim dodaqlarımda bu söz ən azından bir şübhədən azad səslənir: sanki o özündə mənəvi ittihamı ehtiva edir. Bu söz (yenidən vurğulamaq istəyi-rəm) əxlaqi anlamdan məhrumdur; özü də elə bir səviyyədə ki, bu pozğunluğu mən indiyə qədər az-çox şüurlu şəkildə “xeyirxahlığa” və “ilahiliyə” doğru canatmaların olduğu yerlərdə ən güclü şəkildə hiss etmişəm. Mən əxlaqsızlıq deyəndə – bunu artıq müəyyən dərəcədə ehtimal etmək mümkündür – dekadensi nəzərdə tuturam. Mən iddia edirəm ki, bəşəriyyətin bu gün ən ali dəyər kimi can atdığı bütün dəyərlər – dekadens dəyərinin əsas məğ-zidir.
Bir canlıya, bir növə, bir fərdə, instinktlərini itirmişsə, özünə zərərli olanı seçirsə, üstünlük verirsə – mən ona əxlaqsız deyirəm. “Ali duyğular”ın, “insanlıq idealları”nın bir tarixi (ola bilsin ki, bu tarixi şərh etmək elə mənim işim olsun) hardasa insanın nə üçün bu dərəcədə pozul-duğunun izahı ola bilər.
Həyatın özünü mən böyümənin, dözümlülüyün, gü-cə sahib olmanın instinkti kimi dəyərləndirirəm: hakimiyyət əldə etmək üçün iradə çatmadığı yerdə eniş vardır. Mən iddia edirəm ki, bəşəriyyətin bütün ali dəyərlə-rində bu iradə azlıq edir; ən müqəddəs adlar altında isə
çöküş dəyərləri hakimlik edir – nihilistik9 dəyərlər....
9 Nitsşenin ən əhəmiyyətli anlayışlarından: İnsanın, hər vaxt bir “istək” mövzusu olan dəyər və məqsədlərdən məhrum olunca, “heçliyi arzulayacaq”
11
7.
Xristianlığı mərhəmət dini adlandırırlar. Mərhəmət insanı fəaliyyətə gətirən affektlərə əks duyğudur: əzabverici təsirə malikdir. İnsan mərhəmət hiss edəndə gücünü itirir. Mərhəmət göstərməklə, əzab çəkmənin yaratdığı güc itkisi getdikcə böyüyür və daha da mürəkkəbləşir.
Mərhəmət nəticəsində əzab hissinin özü də yoluxucu hal alır; bəzi vəziyyətlərdə, mərhəmət onu yaradan səbəblərlə
tərs mütənasib olaraq, həyat eşqinin azalması ilə nəticələnə bilər. Nasıralının (Nazaretlinin10 ölümündə olduğu kimi) ilk dünyagörüşü budur; amma daha da əhəmiyyətli baxış bucağı var. Mərhəmətin doğurduğu reaksiyalara görə ölçüldüyünü düşünsək, həyat üçün daşıdığı təhlükəli xüsusiyyət daha da aydınlaşar. Mərhəmət, inkişafın qanununu, təbii seçmə qanununu11 böyük çevrədə təsirsiz edir, məhv olmaq üçün yarananları qoruyur, həyatı mənasız yaşayanların, sonu müəyyənləşdirilmişlərin işinə
yarayır; yaşam yolunda ağıldankəmlərin çoxluğuna səbəb olur və həyatın özünə pessimist, problemli bir görünüş
verir. Mərhəmət fəzilət dərəcəsinə qaldırılan bir duyğudur (halbuki bütün həqiqi əxlaq sistemlərində zəiflik olaraq qəbul edilir); daha da irəli getsək, mərhəmət fəzilətin özü, bütün fəzilətlərin təməli və qaynağı hesab edilmişdir; təbii, həmişə göz önündə tutmaq lazımdır ki, bu, vəziyyətə düşməsini xarakterizə edən həm “psixoloji”, həm də “fəlsəfi” məz-munlu termin
10 İsaya doğulduğu Nazaret şəhərinə uyğun verilən addır.
11 Selection – Darvinin, təbiətdə gücsüzlərin seçilməsini və güclülərin həyatlarını davam etdirmək üzrə seçilmələrini açıqlamaq üçün istifadə etdiyi termin.
12
nihilist fəlsəfəyə əsaslanan bir fikirdir. Onunsa əsas sipəri həyatın özündən imtinadır.
Şopenhauer haqlı idi: mərhəmət həyatı inkar edir; onu inkar edilməyə daha layiq hala gətirir – mərhəmət nihilizmin təcrübəsidir. Təkrar qeyd edək: bu zülmkar və
yoluxucu instinkt həyat dəyərlərini qorumaq və yüksəlt-mək üçün mövcud olan instinktlərdən yaranır: bədbəxt-likləri çoxaldaraq və bədbəxtlik olan hər şeyi qoruyaraq o decadensin ən başlıca silahına çevrilir. Mərhəmət heçliyə
sürükləyir!…
Təbii ki, buna “heçlik” demirlər. “O biri dünya”,
“Tanrı”, “həqiqi Həyat”, ya da “nirvana”12, “xilas”, “əbədi xoşbəxtlik” deyirlər… Dini-mənəvi idiosinkraziya13 sahə-sindən əldə edilmiş bu günahsız ritorika14 hansı meylin fəlsəfi sözlərlə burada cildə girdiyini qavrayınca, daha az günahsız görünməyə başlayır; bu, həyata düşmən meyil-dir. Şopenhauer həyata düşmən idi: buna görə də mərhəmət onun üçün məziyyətə çevrildi…
Bilindiyi kimi, Aristotel mərhəməti zərərli və təhlükəli bir vəziyyət olaraq izah edirdi. Hərdənbir işlətmə
dərmanı ilə aradan qaldırılması düzgün ola bilər; O, fa-ciəni belə bir vasitə olaraq görürdü. Doğrudan da, Şopenhauer (və çox təəssüf, Peterburqdan Parisə qədər, Tols-toydan Vaqnerə qədər bütün yazılı və teatral dekaden-timizə) müşahidə edilən bu zərərli və təhlükəli mərhəmət təcrübəsi üçün həyat instinktlərində bir müalicə yolu axtarmaq lazım idi ki, bu təcrübə məhv olsun. Sağlam olma-12 Sanskritcədə “sönmək, itmək” mənasını verən söz, Buddizmdə adamın dini fəzilətin yüksək nöqtəsində çatdığı tam dinclik, dinclik vəziyyətini xarakterizə
edir.
13 Orqanizmin bəzi şeylərə, qoxulara qarşı xəstəlik dərəcəsində olan həssaslığı 14 Yunanca “danışma sənəti”
13
yan müasirliyimiz içərisində xristian tərəfindən göstəri-lən mərhəmətdən daha ziyanlı bir şey yoxdur. Burada həkim olmaq, burada mərhəmətsiz olmaq, burada nəştər-dən istifadə etmək – bizə aid olan işdir. Bu, bizim insana olan sevgimizdir; çünki biz filosoflarıq, biz Hiperborlu-larıq!
8.
Kimləri özümüzə əks-qütb hesab etdiyimizi demə-liyik: teoloqlar15 və qanına teoloqluq qarışmış hər kəs –
bütün fəlsəfəmiz… Faciəni yaxından görmək lazımdır; bundan da daha çox, onu öz canında hiss etməlisən, hətta ölümə qədər getməlisən ki, onunla zarafata yer qalmasın.
(Bizim cənab təbiətşünaslar və fizioloqlarımızın azad ruhlu olması, fikrimcə, zarafatdır; onlarda bu məsələlərlə
bağlı ehtiras yoxdur; onlar bu mövzularla əlaqəli əzab çəkməyiblər). Bu zəhərlənmə, düşünüldüyündən daha uzaqlara gedib çıxır; mən teoloqlara xas olan yekəxanalıq instinktini hər yerdə gördüm – bu gün insanın özünü
“idealist” hesab etdiyi, yüksək mənşəyi üzündən həqiqəti əks etdirən hər şeyə kənardan baxma haqqını özündə
tapdığı hər yerdə… İdealist, eynilə rahib kimi, bütün böyük anlayışları əlində tutub (yalnız əlində deyil!), onları yaxşı niyyətli bir tolerantlıqla, “anlama bacarığı”na, “mə-na”ya, “qürurlar”a, “xoşbəxt həyat”a, “elm“ə qarşı istifadə edir. Bütün bunlara o, yuxarıdan-aşağı baxır. Yüksək bir səviyyədə özlüyündə azad olan “ruh”un üzərində
uçuşduğu zərərli və şirnikləndirici şeylərə baxırmış kimi baxır… Sanki bu vaxta qədər həyat özünə təmizliyi, kasıb-15 İlahiyyatçılar
14
lığı… bir sözlə, müqəddəsliyi ilə istənilən bir dəhşət və
günahlardan daha çox zərər vurmayıb.
Təmiz ruh – təmiz yalandır. Nə qədər ki, kahin, bu inkarçı iftiraçı, bütün bacarığı ilə həyatı zəhərləyən adam ali insan hesab edilir – bu sualın cavabı yoxdur: həqiqət nədir? Heçin və olmazların bu şüurlu vəkili, “Həqiqət”in sözçüsü yerinə qoyulduğunda, doğru onsuz da təpəsi üstünə çevrilir.
9.
Mən teoloqun bu instinktinə müharibə elan edirəm: onun izini, demək olar ki, hər yerdə tapdım. Damarla-rında teoloq qanı axanlar bütün şeylərə əvvəldən əyri, dürüst olmayan bir münasibət göstərirlər. Bu yanaşmanın nəticəsi olan ehtiras inanc adlandırılır; daha dəqiq desək, buna qarşındakı heç zaman düzəlməyəcək yalanı görüb əzab çəkməmək üçün gözünü həmişəlik olaraq qapamaq deyilir. Bu optik yanlışlıqdan özləri üçün əxlaq, fəzilət, müqəddəslik yaradırlar; təmiz vicdanı saxta baxışla əla-qələndirirlər; şəxsi dünyagörüşlərinə “Tanrı”, “Qurtuluş”, “Əbədiyyət” sözləri ilə aydınlıq gətirərək hansısa başqa bir optik növün dəyər qazanmasına imkan ver-mirlər.
Mən hər yerdə teoloq instinktini araşdırıb ortaya çı-xarmağa çalışdım: bu instinkt, yer üzündə mövcud olan yalanın ən məşhur və ən geniş yayılmış yeraltı formasıdır.
Bir teoloqun doğru kimi hiss etdiyi şey mütləq saxta olmalıdır: bu az qala düzgünlük ölçüsüdür. Teoloqun ən dərin və gizli özünüqoruma instinkti imkan vermir ki, 15
reallıq hər hansı bir baxımdan ehtirama layiq görülsün, ya da heç olmasa, öz mövcudluğunu elan etsin.
Teologiyanın təsirlərinin yayıldığı hər yerdə dəyər mühakiməsi alt-üst olur; “doğru” və “yanlış” anlayışları qaçılmaz bir şəkildə yer dəyişdirir: burada, həyata ən zərərli olan şey “həqiqət” adlandırılır; onu yüksəldən, ucal-dan, təsdiq edən, haqlı və üstün edən isə “yanlış”…
Teoloqlar hökmdarların (ya da xalqların) “vicdan”larına təsir etmək yolu ilə hakimiyyətə doğru əl uzatdıqları zaman isə şübhə etmirik ki, belə bir proses baş verir: son istəyi, nihilist bir hakimiyyət istəyi hakimiyyətə doğru sürükləyir…
10.
Teoloqların qanının fəlsəfəni zəhərlədiyini söyləsəm, almanlar mənim nə demək istədiyimi dərhal anlayacaq-lar. Protestant keşiş alman fəlsəfəsinin babasıdır16; protes-tantlığın özü isə onun ”peccatum originale”dir17.
Protestantlığın tərifi belədir: xristianlığın və ağlın bir tərəfini vurmuş iflic… “Tubingen məktəbi”18 ifadəsini demək yetər ki, alman fəlsəfəsinin öz təməli ilə şeytani bir teologiya olduğu meydana çıxsın…
Şvablar19 Almaniyada olan ən yaxşı yalançılardır –
onlar məsumcasına yalan danışırlar… Kant meydana çıx-16 Müəllif alman fəlsəfəsindəki mistik detallara işarə edir. Nitsşenin öz atası və babası protestant keşiş olublar.
17 Başlanğıcdakı günah. Adəm və Həvvanın qadağan olunmuş meyvəni yemələrinə işarədir.
18 Dini təhsil verən məktəb; eyni zamanda, xeyriyyə məqsədi ilə yaradılmış
vəqf.
19 Tübingenlə Şvabitsanın arasında yaşayış məntəqəsi, bir çox alman filosofu şvablıdır. Məsələn, Şellinq və Hegel.
16
dığı zaman dörddə üçü keşiş və müəllim övladlarından ibarət olan alman elm dünyasında yaranan şadyanalıq hardan gəlir? Almanların indiyə qədər də əks-sədası eşi-dilən inancları – “Kantla daha yaxşıya doğru bir gedişat başladı” düşüncəsi hardan əmələ gəlib? Alman alimində
olan teoloq instinkti artıq hər şeyin yenidən mümkün ola biləcəyini aşkar etdi… Köhnə ideala doğru uzanan kiçik bir cığır açılmışdı; “Həqiqi dünya” anlayışı, əxlaqın dünyanın məğzi olması anlayışı (mövcud ola biləcək iki ən böyük səhv!) – bu iki düşüncə bir məsələdə – çox hiyləgər skeptisizm20 sayəsində, əgər sübut edilmirsə də, artıq heç rədd də edilmir. İdrak və idrak hüququ bura gəlib yetiş-mir…
Reallıqdan “görüntü” yaradıblar; tamamilə yalan dünyadan, mövcudluq dünyasından isə “reallıq” düzəl-diblər… Kantın21 müvəffəqiyyəti sadəcə teoloq müvəffə-qiyyətidir: Kant Lüter kimi, Laybnits kimi özgücünə ayaq üstə dayana bilməyən alman dürüstlüyü qarşısında qoyu-lan artıq bir maneə idi.
11.
Əxlaqdan dəm vuran Kanta da bir sözümüz var: xeyirxahlıq bizim öz kəşfimiz, dərin fərdi müdafiə vasitəmiz və tələbatımız olmalıdır; digər bütün mənalarda o, təhlü-kədən başqa bir şey deyil. Bizim həyatımıza səbəb olmayan bir şey ona zərər verir; Kantın istədiyi kimi, “xeyirxahlıq” anlayışına hörmət duyğusundan xeyirxah olan bi-ri daha çox zərərlidir. “Xeyirxahlıq”, “öhdəçilik”, “öz-20 Şübhə; burda fəlsəfi termindir.
21 Nitsşe burda Kantın tezislərini tənqid edir.
17
özlüyündə yaxşılıq“, xaraktercə simasız və ümumi olan xeyirxahlıq – bütün bu xülyalarda çöküş, həyatın tamamilə gücdən salınması, “köniqsberq çinliliyi”22 ifadə olunur; özünüqorumanın və inkişafın ən vacib qanunları bunun əksini buyurur: hər kəs özü üçün öz “xeyirxah”ını tapsın, öz dəqiq tələbini müəyyən etsin.
Bir xalq öz missiyasını ümumilikdə missiya anlayışı ilə səhv salarsa, məhv olar. Heç bir şey “şəxssiz” vəzifə
anlayışı qədər dərindən, əsaslı şəkildə məhv edə bilməz –
hər bir qurban Moloh23 mücərrədliyinə verilən qurban-dır…
– Məgər Kantın qəti tələbində həyata zərərli şeylərin olduğu hiss edilmirmi?… Onu öz müdafiəsi altına alan şey teoloq instinktindən başqa bir şey deyildi!
– Həyat instinktinin təhrik etdiyi hərəkət həzz duyğusunda onun doğurduğu bir hissi – haqlı olduğunun sübutunu daşıyır. O xristian-doqmatik içalatlı nihilist isə
həzz duyğusunu etiraz hissi kimi qəbul edir… Və əgər insanı daxili tələbat olmadan, xüsusi şəkildə seçmədən, xüsusi zövq almadan işləməyə, düşünməyə, hiss etməyə
vadar edərsənsə – bu daha dağıdıcı təsir göstərər. “Öhdəçilik” avtomatı kimi… Bu məhz dekadensin, hətta idiot-luğun bir reseptidir.
Kant axmağa çevrilməkdəydi.
– Həm də o, Getenin müasiri idi! Bu bədbəxt hörümçək, alman filosofu hesab edilirdi.
– Elə indi də hesab edilir!… Mən almanlar haqqında düşündüklərimi söyləməkdən ehtiyat edirəm… Məgər Kant fransız inqilabı zamanı dövlətin qeyri-üzvi for-22 “Köniqsberq çinliliyi” deyəndə Nitsşe balacaboy Kanta sataşır.
23 İnsanların özlərini qurban verməsini istəyən qədim Semit tanrısı 18
masından üzvi formasına keçid halını görməmişdimi?
Məgər o öz-özünə elə bir sual vermirdi ki, insanın əxlaqi əhvalında başqa bir şey adlandırıla bilməyəcək bir hadisə
–“insanlığın yaxşılığa meyli”ni tamamilə sübut edə biləcək hadisə var, ya yoxdur?
Kantın cavabı: “Bu inqilabdır”.
Yanlış instinktdir və ümumiyyətlə də, xüsusi olaraq da instinkt kimi təbiətə ziddir; və alman dekadensi fəlsəfə
kimi – bax budur Kant!
12.
Fəlsəfə tarixinin dürüst nümayəndələrini – bir-iki skeptiki bir kənara qoyuram, o zaman yerdə qalanlar intellektual dürüstlüyün ilk tələblərinə belə cavab ver-mirlər. Bütün bu böyük xəyalpərəstlər və əcaib adamların hamısı birlikdə arvad kimi davranırlar – ”gözəl duyğular”ı arqument kimi qəbul edirlər, yarlar, “könül həsrəti-ni” tanrının ”havasoran maşını” kimi qəbul edir, etiqadı isə həqiqət meyarı kimi… Hər halda hələ Kant “alman günahsızlığı”nda korrupsiyanın bu formasını, intellektual vicdanın bu çatışmazlığını “praktik idrak” anlayışı altında elmə birləşdirməyə çalışırdı: o bilərəkdən bu hadisə
üçün “idrak” kəşf etmişdi, halbuki idrak haqqında heç söhbət belə gedə bilməzdi, o zaman ki, məhz əxlaq öz ali tələbini elan edirdi: “Sən borclusan”. Nəzərə alsaq ki, bütün xalqlarda filosof kahin tipinin gələcək tərəqqi formasıdır, o zaman bu kahinlik mirasına – onun özünün öz qarşısında etdiyi fırıldaqçılığına təəccüblənmək lazım deyil.
19
13.
Məsələni dəyərini kiçiltmədən deyək: bizim özümüz
– “azad ruhlular” belə “dəyərlərin həddindən artıq şişir-dilməsi”, bütün köhnə “doğru”lar və “yanlışlar” üzərində
müharibə və qələbənin reallaşdırılmış çağırışıyıq… İntellektual sahədə ən qiymətli fikirlər hər zaman gec tapılır.
Amma bundan daha da dəyərli olan – metodlardır. İndiki elmimizin isə metodları və zəminləri min illər boyu ən dərin nifrətlə qarşılanıb; onların üzündən bəziləri “düzgün” insanların cəmiyyətindən təcrid ediliblər, həqiqətə
nifrət edən ”Tanrı düşməni” hesab ediliblər, “cin vurmuş”24 sayılıblar. İnsanın elmi marağı onu şandalaya25 çevirib… Bəşəriyyətin bütün pafosu26 – nəyin həqiqət olduğu və nəyin həqiqətə xidmət etməli olduğu haqda onun mövcud təsəvvürləri – hamısı bizim əleyhimizə idi: hər bir “sən etməlisən” indiyə qədər bizim özümüzə qarşı yö-nəldilmişdi… Bizim fəaliyyətimizin predmeti, fəaliyyətimizin özü, bütün nəslimiz – sakit, ehtiyatlı, hər şeydən şübhələnən insanlar – tamamilə dəyərsiz hesab edilir və
nifrətə layiq görülürdü. Hər halda, həqiqət naminə özümüzdən soruşa bilərdik: görəsən, əslində bəşəriyyəti bu qədər uzun zaman korluq içində saxlayan şey estetik zövqümüz deyilmi? O, həqiqətdən gözəl bir effekt tələb edirdi; o idrakdan belə tələb edirdi ki, hisslərə güclü şəkildə
təsir etsin. Bizim təvazökarlığımız onun zövqünü daha 24 Dostoyevskinin məşhur romanına işarə edilir.
25 Hind cəmiyyətinin “insan artıqları”; ümumiyyətlə, dilənərək dolanan “mis-kin” insanlar
26 Ehtiras
20
çox çiyrindirib… Ah, onlar necə də bunu başa düşüblər –
bu Tanrı hinduşkaları…
14.
Biz hər şeyi yenidən öyrənməli olduq. Bütün məsələlərdə daha təvazökar olmağa başladıq. Biz artıq insanı
“ruh”dan, “müqəddəslikdən” çıxmış hesab etmirik. Biz onu heyvanların sırasına itələyib salmışıq. Onu ən güclü heyvan hesab edirik, çünki o heyvanların hamısından daha hiyləgəridir – onun ruhaniliyi məhz bunun nəticəsidir. Digər tərəfdən də, biz bu məqamda özünü göstərə
biləcək şöhrətpərəstlik hissini də özümüzdən uzaqlaş-dırırıq: çünki insan canlı həyatın inkişafının gizli məqsə-didir. O heç də yaradılışın tacı deyil; hər bir varlıq onun yanında və onunla eyni kamillik pilləsində dayanır… Biz bunu təsdiqləməklə bundan daha artıq şeyləri təsdiqlət-miş oluruq. İnsan, nisbi olaraq götürüldükdə, ən uğursuz, ən çox əzab çəkən, öz instinktlərindən özü üçün ən təhlükəli şəkildə əl çəkən bir heyvandır – amma əlbəttə ki, bütün bunlarla bərabər və ən maraqlısı elə budur. Heyvan-lara gəlincə, ilk dəfə Dekart hörmətəlayiq bir cəsarətlə
risq edərək söyləyib ki, heyvanı maşın kimi qəbul etmək lazımdır – bizim bütün fiziologiyamız bu mülahizəni sübut etməyə yönəlib. Bu fikri məntiqi cəhətdən inkişaf etdirərək biz də insanı istisna etmirik – eynilə Dekartın etdiyi kimi: insanla əlaqədar müasir anlayışlar məhz me-xaniki istiqamətdə inkişaf edir. Əvvəllər insana daha yüksək intizamlı keyfiyyət verirdilər – “azad iradə”ni; bu gün isə biz onun əlindən iradəni elə bir şəkildə almışıq ki, artıq bu sözün altında güc anlamı nəzərdə tutulmur. Əvvəl-21
ki “iradə” sözü yalnız bir şeyə xidmət edir: müəyyən indi-vidual reaksiyaları müəyyən etməyə… O reaksiyaları ki, mütləq olaraq məlum ziddiyyətlərin və razılaşdırılmış
ziddiyyətlərin bir hissəsi kimi meydana çıxır: iradə artıq
“təsir etmir”, “hərəkət etdirmir”…
Əvvəllər insanın şüurunda, “ruh”unda onun yüksək mənşəyinin, ülviyyətinin sübutunu görürdülər; yetkin-ləşmək, mükəmməl olmaq üçün, insana eynilə çanaqlı ba-ğa kimi, bütün duyğularını içinə çəkmək, yerlə əlaqəsini kəsmək, “dünyəvi örtüyü”nü kənara atmaq məsləhət görülürdü: belə olduqda onda yalnız vacib bir şey – “saf ruh”qalacaqdı. Bu məsələ ilə bağlı biz artıq daha yaxşı fikir yürüdə bilirik: biz indi məhz idrakı, “ruh”u orqanizmin nisbi natamamlığının simptomu hesab edirik; bir cəhd, bir yoxlama, yanlışlıq, bir səy kimi – o zaman ki əsəblərin gücü lüzumsuz yerə sərf olunur; biz inkar edirik ki, nə isə mükəmməl ola bilsin – bir halda ki o şüurlu şəkildə qurulur… “Saf ruh” saf axmaqlıq deməkdir: Əgər biz sinir sistemini və duyğuları, “ölüm örtüyünü” bir kənara atarıqsa, o zaman biz hesabda yanılacağıq – məsələ
budur.
15.
Xristianlıqda nə əxlaq, nə də din həqiqətin hər hansı bir nöqtəsiylə təmas etmir. Əsl xəyali səbəblər (“tanrı”,
“ruh”, “mən”, “ürək”, “azad iradə” – hətta “azad olmayan iradə”); əsl xəyali hərəkətlər (“günah”, “günahın tə-mizlənməsi”, “mərhəmət”, “cəza”, “günahların bağışlanması”). Xəyali varlıqlarla ünsiyyət (“tanrı”, “ruhlar”, “xə-yalatlar”); təbiət haqqında xəyali bir elm (antroposent-22
rik27; təbii səbəblərlə bağlı anlayışların tam yoxluğu); xəyali bir psixologiya (özünə qarşı aşkar anlayışsızlıq, hər kəsə xoş və ya xoş olmayan duyğuların şərhi – məsələn, məlum nervus sympathicus 28 vəziyyətinin dini-əxlaqi idiosinkraziyanın29 simvolik dili ilə şərh olunması: ”peşmanlıq”, “vicdan əzabı”, “şeytan vəsvəsəsi”, “tanrının yaxınlığı”); xəyali bir teleologiya30 (“tanrının mələyi”, “qiyamət”, “əbədi həyat”).
– Bu təmiz uydurmalar dünyası xülyalar dünyasından onunla fərqlənir ki, sonuncusu reallığı təsvir edir; halbuki bu zaman birincisi həqiqəti saxtalaşdırır, dəyərsizləşdirir və inkar edir. Yalnız “təbiət” anlayışı “tanrı”
anlayışına əks anlayış kimi qoyulduqdan sonra “təbii”,
“xalis” sözləri “dəyərsiz” sözünün sinoniminə çevrilməli idi – bütün bu uydurmalar dünyasının kökü təbii olana (həqiqətə!) qarşı nifrətdə idi; bu dünya həqiqətə qarşı dərin ikrah hissinin ifadəsidir… Bununla da hər şey açıqlı-ğa qovuşur. Həqiqətə böhtanlar ataraq ondan boyun qa-çırmaq üçün kimin əsası var? – O kəsin ki, o doğrudan da, həqiqət üzündən əzab çəkir. Amma həqiqət üzündən əzab çəkmək – özünün bəxtsiz bir həqiqət olmağın deməkdir… Narazılıq hissinin məmnuniyyət hissinə üstün gəlməsi bu saxta əxlaq və dinin əsas səbəbidir. Belə bir artıq çəki isə decadence formulunun məzmununu təşkil edir.
27 İnsanmərkəzlilik, insanı əsas hesab edən 28 Orqanizmin əsəb sistemini yüksəldən sinir sistemi 29 Orqanizmin bəzi şeylərə, qoxulara qarşı xəstəlik dərəcəsində olan həssaslığı 30 Təbiətdə hər şeyin müəyyən məqsədlə yaranmış olduğunu və hər bir inkişafda qabaqcadan müəyyən olunmuş məqsədin həyata keçirildiyini iddia edən idealist nəzəriyyə
23
16.
Tanrı anlayışının xristianlıqda tənqidi belə bir nəticə-nin çıxarılmasına vadar edir: özünə inanan xalq özünə
məxsus olan Tanrıya da sahibdir. Onun timsalında xalq öz yüksəlişində rolu olan şərtlərə də hörmətlə yanaşır –
öz xilaskarlarına… Onun məmnuniyyəti, onun hakimiyyət hissi minnətdar ola biləcəyi bir varlığın timsalında ifadə
olunur. Kim zəngindirsə – mütləq bağışlmaq istəyir; qürurlu bir xalq qurban vermək üçün Tanrıya ehtiyac duyur…
– Belə bir Tanrı xeyir və ya ziyan vermək gücünə malik olmalıdır. Ya düşmən, ya da dost olmalıdır; xeyir işlərdə
olduğu kimi, şər işlərdə də ona heyrət edirlər. Tanrının qeyri-təbii şəkildə yalnız xeyir Allahı şəklinə salınması bu məqamda tamamilə arzuolunmaz olardı. Qəddar Tanrıya xeyirxah Tanrı qədər ehtiyac duyurlar. Axı insanın özünün mövcudluğu belə, yalnızca ona qarşı mərhəmətin və
dostcasına münasibətin nəticəsi deyil… Nə qəzəb, nə qisas, nə qısqanclıq, nə rişxənd, nə hiyləgərlik, nə də şid-dətin nə olduğunu bilməyən Tanrı nəyə lazımdır ki? O
Tanrı ki, ola bilsin heç zaman zəfər qazanma və dağıtma-nın gətirdiyi qələbə hissi ilə tanış olmayıb… Belə bir Tanrı anlaşılmaz olardı yəqin ki: o nəyə lazımdır axı?
– Əlbəttə, əgər xalq məhv olursa və gələcəyə olan inancının, azadlıq ümidinin tamamilə məhv olduğunu hiss edirsə, əgər itaət hissi ən vacib və xeyirli xüsusiyyət kimi onun şüuruna daxil olursa, əgər itaətin məziyyətləri onu təmin edən mütləq şərtə çevrilirsə, o zaman onun Allahı da eyni şəkildə dəyişməlidir. O indi hiyləgər, qorxaq, ciddi, “mənəvi dünya”nı, nifrətdən özünü qorumağı, ehti-24
yatlı olmağı, “dosta da, düşmənə də məhəbbət bəsləmə-yi” məsləhət görən bir gücə çevrilir. O davamlı olaraq məsləhət verir, o hər bir xüsusi xeyirxahın içinə sürüşüb girir, ayrı-ayrılıqda hər bir insan üçün Tanrı olur, xüsusi şəxsə çevrilir, kosmopolit olur… Bir zamanlar Tanrı öz-özlüyündə xalqı, xalqın gücünü, xalqın ruhunda olan bütün aqressivliyi və hakimiyyət hərisliyini ifadə edirdi. İndi isə o ancaq xeyixah Tanrıdır… Həqiqətən də, tanrılar üçün başqa seçim yoxdur: ya onlar hakimiyyət istəyidir – belə
olduqları halda xalqın tanrıları olurlar; ya da hakimiyyətin gücsüzlüyüdürlər – o zaman da onlar məcburiyyət qarşısında yaxşı Tanrıya çevrilirlər…
17.
Harda ki hakimiyyət istəyi hər hansı bir formadasa zəifləyir, orada hər dəfəsində mütləq olaraq fizioloji bir geriləmə – bir dekadens baş verir. Dekadensin öz güclü şəxsi məziyyətlərindən və meyillərindən məhrum edilmiş
tanrısı indi zərurətdən fizioloji cəhətdən nəsli pozulanla-rın – zəiflərin Tanrısına çevrilir. Onlar özləri-özlərini zəif adlandırmırlar, “mərhəmətli” deyirlər… Bundan sonra işarə edilməsə də aydındır ki, tarixin hansı anında ilk dəfə
”mərhəmətli” və “zalım” tanrının ikili fiksiyası mümkün görünməyə başladı. Kölə halına salınmışlar eyni instinktə
tabe olaraq öz tanrılarını “öz-özlüyündə mərhəmətli”
mərtəbəsinə endirirlər, eyni zamanda da, bununla kölə-lərin Tanrılarını onun yaxşı xüsusiyyətlərindən məhrum etmiş olurlar; onlar öz ağalarından onların Tanrılarını Şeytana çevirməklə qisas alırlar.
25
– Mərhəmətli Tanrı eyni ilə Şeytan kimidir: hər ikisi də bədheybət dekadensin əsas mahiyyətidir. Müasir dövrdə xristian teoloqların axmaqlıqlarına necə uyub onlarla birlikdə iddia etmək olar ki, “Tanrı” anlayışının “İsrailin Tanrısı” ndan31, “xalqın tanrısı”ndan başlayaraq hər cür xeyirxahlığın yığını olan xristian Tanrısına qədər olan inkişafını tərəqqi adlandırasan?! Halbuki Renanın32 özü də bunu edir. Sanki Renanın saflıq mövzusunda danışmağa haqqı varmış! Bununla belə, ziddiyyətlər gözə dəyir.
Əgər Tanrı anlayışından inkişaf edən həyatın bütün fər-ziyyələri, bütün güclü, cəsarətli, idarə edən, qürurlu olanlar silinərsə və əgər o addım-addım yorğun düşənlər üçün əl ağacı səviyyəsinə endirilir, boğulanlar üçün xi-lasetmə lövbərinə çevrilirsə, əgər o kasıb insanların, gü-nahkarların, xəstələrin, par excellence -lərin33 Tanrısı olursa, “xilaskar”, “qurtarıcı” anlayışı ümumilikdə Tanrı sifə-tinə çevrilirsə – o zaman belə bir çevrilmə, belə bir reduk-siya nədən xəbər verir?
– Təbii ki, “Tanrının hökmranlığı” bu yolla genişlən-mişdir. Əvvəllər Tanrı yalnız öz xalqını, öz “seçilmiş” xalqını tanıyırdı. Amma sonra o, elə xalqı kimi qürbətə yol-landı, səyahət etməyə başladı və o zamandan da o daha heç bir yerdə rahat buraxılmadı, ta ki hər yerdə yerli birinə çevrilənə kimi… – böyük kosmopolit – ta ki “böyük əksəriyyəti” və yer üzünün yarısını öz tərəfinə çəkənə ki-mi… Amma “çoxluğun” tanrısı, tanrılar arasında ən de-mokratı, bütün bunlara baxmayaraq, bütpərəstlərin qü-31 Söhbət qədim İsrail mifologiyasındakı vəd olunan məmləkətdən gedir. Bu-günkü İsrailə aid deyil.
32 Ernst Renan (1832-1892) fransız teoloqu və şərqşünası. Fikirləri Nitsşe ilə
ziddiyyət təşkil edən alim
33 “Daha üstünü olmayan”
26
rurlu tanrısı ola bilmədi; həmişə Yəhudi olaraq qaldı, in-ziva tanrısı olaraq, bütün qaranlıq künc-bucaqların Tanrısı olaraq və dünyanın çirkli məhəllələrinin tanrısı olaraq qaldı… Onun yer üzündə hökmranlığı, eynilə yeraltı dünyanın hökmranlığı kimi idi, düşkünlər yurdu, bir souter-raində34 edilən hökmranlıq, bir getto35 hökmranlığı idi…
Və onun özü də elə solğun, elə zəif, elə dekadens… Hətta solğunların ən solğunu, metafizik ağalar, anlayış albinos-ları belə onun üzərində ağalıq etməyə başladılar36. Metafi-ziklər onun iplərini o həddə qədər dolaşdırdılar ki, ta ki onun özü sonunda onların hərəkətlərinin təsiri ilə hipnoz olaraq hörümçəyə çevrildi, metaphyicus 37 oldu. İndi o artıq dünyanı özündən toxuyurdu – sub specie Spinozae 38 –
indi onun özü şəkil dəyişdirirdi; getdikcə zərifləşərək və
rəngini itirərək. o “ideal”a çevrildi, “saf ruh” oldu, “mütləq”ə çevrildi, “öz içində birinə” döndü… Tanrının süqu-tu: Tanrı “öz içində cism”ə döndü…
34 Qanundankənar işlərin görüldüyü “yeraltı” məkan – underground 35 Böyük şəhərlərdə, xüsusilə yoxsul yəhudilərin yaşadığı səfalət içində olan məhəllələr
36 Şikəst insanlar. Saçı, gözləri, fiziki sağlamlığı yerində olmayan insanlar.
37 Filosof, metafizik
38 Spinozanın gözüylə. Bu ifadə Spinozanın məşhur “eqoistin gözüylə” ifadəsi ilə söz oyunu hesab edilə bilər.
27
18.
Xristianlıqda tanrı anlayışı (Tanrı “xəstələrin tanrısı”
kimi, “hörümçək kimi tanrı”, “ruh kimi tanrı”) – bu, yer üzündə olan ən əxlaqsız tanrı anlayışlarından biridir; bəlkə də bu, tanrı tipinin çöküş müddətindəki ən aşağı səviy-yəni təmsil edir. Tanrı – həyatın işıqlanması və sonsuz təsdiqi olmaqdansa, onunla əks qütblərdə dayanan Tanrı!
Həyata, təbiətə, həyata sevgisinə müharibə elan edən Tanrı! “O dünya” ilə bağlı bütün yalanların formulu, “o dünya” haqda bütün böhtanlara vasitə olan Tanrı! Heçliyi ilahiləşdirən, heçlik istəyini müqəddəs elan edən Tanrı!..
Бесплатный фрагмент закончился.
