Günahsız günahkar. Roman. Hissə – 4

Текст
Читать фрагмент
Отметить прочитанной
Как читать книгу после покупки
Шрифт:Меньше АаБольше Аа

Ramizdə işə gəldi, Dilqəmlə salamlaşıb keçib ətləşdi yerində. Dilqəm – Ramizə: qardaşım necəsən? Ramiz kampyuterini açıb – Dilqəmə: belədə qardaşım, nə yaxşı, nədə pis, günlərimiz gəlir keçir mənasız. Dilqəm gülümsəyib, – Ramizə: keçməz sənin günlərin mənasız, Ramizin qızlarla gəzməsinə işarə etdi. Ramiz anladı Diqləmin nə demək istədiyini, cavab verəçəkdi zəng gəldi telefonuna. Ramiz telefona cavab verdi alo, bəli mənəm buyurun, biraz qulaq asdı rəngi dəyişdi nə dedilərsə telefonda. Dilqəm Ramizin halından anladı nə isə olduğunu, narahat oldu ayağa qalxıb yaxınlaşdı. Ramiz telefonu söndürüb Dilqəmə baxdı həyacan dolu baxışlarla, bir anlıq elə həyəcan keçirdi ki, pis oldu. Dilqəm tez su töküb verdi, – Ramizə: iç qardaşım, nə oldu? Ramizə zorla sudan içirtdi bir udum. Ramiz əliylə Dilqəmin əlindəki su bakalını vurub saldı, bağırdı! Dilqəm baxa qaldı. Ramiz yumuruqlarıyla masaya vura – vura bağrdı! dəli kimi, haqsızlıqdır – haqsızlıqdır, bu qədər haqsızlıq olmaz Allahım.

Ayağa qalxıb üzgün baxışlarla Diqləmə baxdı, gözlərindən yaş axdı üzünə. Dilqəm soruşmağada cəsarət etmirdi, nə olmuşdu? axlınada gəlmirdi heçnə, fikirləri qarışmışdı. Ramiz kövrək sələ – Dilqəmə: haqsızlıq qardaşım, duyursanmı? kövrəldi. Dilqəmin elə bil ürəyinə nə isə damdı, – Ramizə: nədir qardaşım haqsız olan? de nədir. Ramiz dərindən – dərindən nəfəs alıb, – Dilqəmə: Nazlı rak xəstəsidir.

Dilqəmin qulaqlarında cingilldədi Ramizin dediyi bu söz, Nazlı rak xəstəsidir, bir anlıq fikrini toplamağa çalışdı. Ramizə baxdı həyacan və qorxu dolu baxışlarla, nəə? Ramizdəndə betər Dilqəmə təsir etmişdi bu xəbər. Ramiz tez Dilqəmin boynundan tutub, özünə çəkib sıxıb tutdu. Dilqəmin ahı, ağlaşı Ramizin sinəsini elə göynətdi ki, çarəsizdi qardaşnın qarşısında. Ramiz tutub zorla saxlayırdı Diqəmi, yazıq Dilqəm elə ağlayırdı ki, Ramizin qollarından yerə yıxılacaqdı halı qutarırdı dözə bilmirdi. Nazlının haqda eşitdiyi həyatını məhv etdi bir anda. Ramiz Dilqəmi kresloya otuzdurdu zorla, Dilqəm əlləriylə başını tutub ağlayırdı. Dilqəm – Ramizə: mən onsuz ölərəm qardaşım, ölərəm yaşamaram eşidirsənmi? Ramiz Dilqəmin üzündən tutub – Dilqəmə: qardaşım varımızı satarıq onu qurtaracağıq qorxma sən. Qardaşım söz verirəm sakit ol, Ramiz Dilqəmə sakit ol desədə, özüdə zor dayanırdı gözlərindən yaş süzülürdü. Dilqəm heç çürə sakitləşə bilmirdi, Ramizdə elə pis olmuşdu ki bilmirdi nə etsin, canını verərdi qardaşının bu halını görməməsiçün. Dərindən – dərindən nəfəs alıb, kinli baxışlarla baxdı, Allah tək bizimmi həyatımıza yazılıb bu… yazılar? söydü əsəbindən.

Səsə içəri Nazlı gəldi, ikisinində pərişan – ağlayan görüb – olara: nə oldu? Nazlının səsinə ikisidə biri – birilərinə baxdılar, bir anda şok oldular. Necə deyə bilərdilər dünyanın işığına həsrət qalmış anasının, gözünün ağı – qarası olan bircəcik qızının xəstə olduğunu. Canlarından artıq sevdiklərinin rak xəstəliyinə tutulduğunu, necə deyəcəkdilər? çox çətin idi. Ramiz Dilqəmə baxışlarıyla bildirdi ki deməsin.

Ramiz dönüb – Nazlıya: heçnə olmadı bacım, bilirsən mənim ara – sıra dəliliklərim tutur, qardşımıda üzdüm ağlatdım. Nazlı qorxmuşdu! hiss edirdi səslərindən nə isə pis bir hadisə olmuşdu, onların ağlamalarından şüphəli – şüphəli baxırdı. Nazlının üzünə baxa bilmirdi Dilqəm, canı elə acıyırdı, elə bil bədəninə şişlər batırırdılar. Özünü sıxıb tutdu qollarıyla qorxmuş uşaq kimi, ağlayan səsini içinə saldı ki, Nazlı bilməsin. Əsirdi özündən bi ixtiyar,

Nazlı tez Dilqəmə yaxınlaşıb, onu qucaqlayıb özünə sıxdı, – Dilqəmə: nə oldu sənə canım? Dilqəm Nazlını qucaqlayada bilmirdi, qollarını buraxa bilmirdi özündən əsirdi. Nazlı dönüb Ramizə baxdı, Ramizin gözlərindən yaş süzüldü yanaqlarına. Nazlı anladı nə isə olmuşdu özünə demirdilər, birdən nəsə düşünüb – Ramizə: anammı? anasına nə isə olan bilib çox qorxdu. Dilqəm Nazlı anammı? dediyində elə ağladı ki, Nazlını qucaqlayıb. Ayağa qalxıb Nazlını üzündən, gözlərindən, öpə – öpə hər şey yaxşı olacaq canım, qorxma mən səninləyəm, gözlərinin yaşı sel kimi axırdı üzünə. Nazlı elə bildi anasına nə isə olmuşdu, bir anda qorxudan özündən kemindi Dilqəmin qollarında. Dilqəm Nazlını tutdu qoymadı yıxılsın, Ramiz qalmışdı baxa yerində donub. Dilqəm Nazlını səslədi, canım Nazlııı aç gözlərini, Nazlı özündən getmişdi duymurdu səslədiyini.

Dilqəm Nazlını qucağına alıb Ramizə bağırdı! nə durursan yardım çağır. Ramiz bir andaşaşırdı, tez telefonunu masadan götürüb zəng etdi tibbi yardıma. Dilqəm qucağında Nazlıyla otaqdan qaçaraq çıxdı, Ramizdə ardınca qacaraq getdi, dəhşətli bir mənzərə idi, ürəkləri param – parça edən.

Aylın Nicatla işə gəlmişdi, Aylın kampyuterdən gözlərini çəkib əlini üzünə çəkib baxdı, içəri Nicat girdi orta yaşlı bir qadınla. Aylın elə bildi şirkətdə çalışmaqçün gələn biri idi. Nicat – Aylına: Aylın xanım tanış ol, bu xanım dayədir Sərdar bəyə baxacaq burda yanımızda. Aylını şaşırtmağa davam edirdi Nicatın syurprizləri. Aylın oturduğu yerindən baxdı diqqətlə üzünə, pis insana bənzəmirdi qadın, Aylın qadına bir söz demədi, Nicata baxdı gülümsədi. Aylın – Nicata: mən sənə güvənirəm dostum, göstər oğlumun otağını xanıma. Aylının bu qədər özünə etibar etməsindən Nicat qürur duydu, Aylın masadan nə isə kağızlar götürüb baxdı. Nicat – qadına: buyurun, sizə göstərim iş yerinizi və kiçik Sərdar bəyi. Qadın otaqdan çıxdı, ardınca Nicatda çıxarkən dönüb Aylına baxdı, gülümsədi. Aylın hiss edirdi Nicatın özünə baxdığını, ancaq baxmadı ona ki aralarında etibar vardı, Nicat başqa bir şey düşünməsin. Nicat qapını örtüb getdi, Aylın əlindəki kağızları masaya qoyub öz – özünə nə isə fikirləşib, gülümsədi.

Nicata qadını Sərdarın otağına gətirdi, qadın uşağı görüb gülümsəyib, yaxınlaşıb uşaqla danışdı, ayy bəy əfəndiymiş özü artıq. Nicat dayanıb qadına baxırdı, uşaqla davranışına – danışığına diqqət yetirirdi, qadın uşağı mehribanlıqla qucağına alıb danışdırdı. Sərdar bəy bundan sonra birgə çox vaxt keçirəcəyik səninlə. Mən Cansu, tanışdığımıza çox şadam, uşaqda qadına baxıb gülümsədi. Nicat uşağın gülümsəməsindən xoşlanıb, özüdə güldü, yaxınlaşıb – uşağa: aslan parçam sizə əmanət Cansu xanım. Ona gözünüz kimi baxın və maaşınızdan narazı qalmayacaqsınız. Cansu – Nicata: narahat olmayın Nicat bəy, xoşunuza gəlməssəm məni işimdən kənarlaşdırarsınız. Nicat qadına baxdı, qadının gözlərində etibar və güvən gördü. Gülümsəyərək, o zaman yeni işinizə xoş gəldiniz, qalan şeylərlədə mən sizi tanış edim.

Ramiz tibbi yardımın ardınca gəlib xəstaxanaya çatdı. Nazlını maşından düşürüb tez içəri apardılar, Dilqəmdə Nazlının yanında getmişdi. Ramizdə yetişib Diləqmlə bərabər yanında gedirdilər Nazlının. Qapıda oları saxladılar, siz burda gözləyin müayinə edək xəstəmizi, qapıları bağladılar. Dilqəm yıxılmamaqçün əliylə qapıdan tutub dayandı, Ramiz arxadan Dilqəmin çiyninə əlini qoyub ardında dayandı. Dilqəm dönüb Ramizi qucaqlayıb ağladı hönkürüb, ikisidə elə məhv olmuşdular ki, biri – birilərindən tutub zorla dayanırdılar ayaqda. Ramiz anasından sonra zorla özünü toparlamağa çalışırdı, bu xəbər onu yenidən məhv etdi, gözlərinin yaşı axırdı ağlayada bilmirdi. Nə olacaqdı Nazlının anasının halı? kim deyəcəkdi ona bu xəbəri? Ramiz gözlərini yumub dayandı bir anlıq.

Günorta olmuşdu, Nicat – Aylına: yemək vaxtıdır Aylın xanım. Aylın gözünü kampyuterdən çəkib – Nicata: bu gün işdən çıxanda Afət xalana gedərik, – Aylına: gedək çanım sevinər, səni bir başqa çox sevir xalam. Aylın – Nicata: qısqandınmı? gülümsəyib, -Aylına: yox canım, mən səninlə hər şeyimi paylaşdım artıq, qısqanmaq yoxdur. Aylın kampyuterini söndürüb ayağa qalxdı, – Nicata: o zaman gedək yeməyimizi yeyək, çox işimiz var Nicat bəy. Nicat ayağa qalxıb – Aylına: xanımlar öndən, buyurun Aylın xanım. Aylın öyrənmişdi Nicatın xasiyyətinə və zarafatlarına. Aylın zarafatla – Nicata: öndən keçib bəylər qapını açmağın dərdindən, xanımları qabağa göndərirlər bəhanə ilə ki qapını açaq. Nicat tez keçib qapını açdı ki Aylın keçsin, Aylın gülümsəyib otaqdan çıxdı yanından keçib. Ardıncada Nicat Aylının sözünə gülərək, çıxdı.

Aylınla gəlib uşağın otağına baxdılar, dayə uşaqla oynayırdı, Aylınla Nicatı görüb ayağa qalxdı. Aylın – dayəyə: narahat olmayın əyləşin. Aylın gəlib oğlunu qucağına alıb öpüb oxşadı, oxx cənnət qoxulum mənimmm, sən yedinmi oğlum? – Aylına: yedi Aylın xanım, narahat olmayın. Biz birazdan dışarı çıxacağıq Sərdar bəylə hava alsın, Aylın dönüb Nicata baxdı. Nicat baxışlarıyl işarə edərək, hər şey yaxşıdır narahat olma deyə işarə etdi. Aylın – dayəyə: çox uzaqlaşmayın buralarda gəzin, uşağı yerinə otuzdurub öpdü, mən birazdan gələcəm oğlum. Qalxıb gəldi, Nicatın yanına çatanda dönüb baxdı oğluna. Nicat Aylının narahatlığını anlayırdı, birinciydi ki Aylın oğlunu kiminləsə qoyurdu tək. Nicat uşağa əl sallayıb gülümsədi, uşaqda Nicata şirin – şirin baxdırdı. Nicat dözmədi uşağın baxışlarına, gedib götürüb iki üzündən öpüb yerinə otuzdurdu gəldi. Qapını açıb Aylının otaqdan çıxmasını gözlədi. Aylın otaqdan çıxarkən Nicata baxdı, Nicat gülümsədi ki, Aylının stresi keçsin. Aylın otaqdan çıxdı, ardıncada Nicat çıxaraq qapını örtdü.

Aylın otaqdan çıxıb bir addım getmişdi ki, qulağına səs gəldi, elə bildi ağlayan oğludu. Geri dönüb təlaşla getmək istəyirdi, Nicata çaxıldı dayandı. Nicat Aylının çiyinlərindən tutub baxdı, – Aylına: sakit ol canım hər şey yaxşıdır. Aylın Nicata elə yazıq baxışlarla baxdı ki, Nicatın ürəyi parçalandı. Aylını otağın qapısından biraz kənara apardı, cibindən telefonunu çıxarıb açıb göstərdi. Nicat – Aylına: elə bilirsən mən Sərdarı onunla elə – belə gözü bağlımı qoymuşam?

Aylın Nicatın telefonundan uşağın otağını izlədiyini götüb, baxdı ona. Nicat – Aylına: o tək sənə deyil, mənədə candır artıq, anlayırsanmı? qorxma canım. Sənin qədərdə mən onu qorumağa çalışıram bütün gücümlə, Aylının gözləri yaşardı. Nicat həqiqətən özünə və oğluna qarşı düşüncəli duyğusal idi, – Aylına: gördünmü canım? sakit ol gözüm üstlərindədir. Nicat gülümsəyərək, qolunu işarə etdi ki, Aylın qoluna girsin. Aylın Nicatın qoluna – qolunu mehribanlıqla salıb tutdu, getdilər yeməyə.

 

Dilqəm Nazlının yanında əyləşib saclarını sığallayırdı, yavaş səslə – Nazlıya: canım, canımın – canı, yaxşı olaçaqsan. Nazlıya deməmişdilər hələ pis xəstəliyi olduğunu. Nazlı – Dilqəmə: çox qorxdum! anama bir şey oldu düşündüm, bağışla canım sənidə qorxuzdum. Dilqəm Nazlının alnından öpüb, alnını – alnına dayayıb dayandı. Bilmirdi Nazlıya necə desin bunu, canı göynəyirdi – Nazlıya: canım burda qalacaqsan az vaxtlıq, – Dilqəmə: neçə saat? Dilqəm Nazlıya baxdı. Söz böğazında düyünlənib qalmışdı, deyə bilmirdi saat yox, hətta günlərdə yox, udqunub dərindən nəfəs alıb baxdı. Dilqəm -Nazlıya: sənin burda qalman lazımdır canım, bilmirəm necə gün çəkər, Nazlı gün dedikdə yerində oturdu. Şaşqın baxışlarla baxaraq – Diləqmə: sən nə danışırsan, nə gün? Dilqəm keyləşmişdi elə bil, sözlərini qurub düzgün cümləsini deyə bilmirdi. Canım gün yox, Nazlının baxdığını görüb baxışlarını qaçırtdı, Nazlı şüphələndi Dilqəmin baxışlarından, – Dilqəmə: canım məndən nə gizlədirsən? Dilqəmin sanki nəfəsi kəsilirdi, özünü pis hiss etdi.

Nazlı Dilqəmin çənəsindən tutub üzünü özünə tərəf çevirdi üzünü, Dilqəmin gözlərindən yaş sel kimi gəlirdi, – Dilqəmə: sən ağlayırsanmı? Nazlı bir anlıq düşündü, şüphəli baxışlarla Dilqəmə baxdı. Mənim bilmədiyim bir şeymi var canım mənə ayit? Dilqəmin gözlərindən yaş süzüldü üzünə, Nazlı Dilqəmin yaşlı gözlərini əliylə sildi. Dilqəm Nazlının əlini öpüb üzünə tutub ağladı, – Nazlıya: sağalacaqsan canım, sən sağalacaqsan duyursnmı məni? Nazlı Dilqəmin sözlərindən və ağlamasından anladı ki, nə isə özündə xəstəlik vardı. Nazlı pis olsada, zorla Dilqəmdən soruşdu, nəyim var canım? gizlətmə məndən nə olar de, pis xəstəliyəmi düçar olmuşam? Dilqəm titrəyən əliylə Nazlının saçlarını sığallayıb baxdı. Mən yanındayam canım sağalacaqsan təkrarladı, Nazlı Dilqəmin əlindən tutub baxdı, anladı ciddi bir xəstəliyi olduğunu artıq. Yazıq qızın dünyası yıxıldı başına, anasını düşündü o an, pıçıltılı səslə ana dedi. Dilqəm öləydim bu anı görməyədim deyirdi ürəyində, Nazlının ana deyən səsi qulaqlarında əks – səda verdi. Nazlının əli Dilqəmin əlindən boşalıb, düşdü yanına. Dilqəm Nazlıya elə baxdı ki, sanki Nazlı onu bu dəqiqə tərk edib gedirdi bu dünyadan. Dilqəmlə Nazlı biri – birilərinə baxdılar həyəcanlı baxışlarla, Dilqəm Nazlıya sarılıb qucaqlayıb sıxdı özünə. Nazlıda Diqləmi qucaqlayıb ağladı,

Ramiz qapını açıb olara baxırdı, tezdə qapını örtüb çıxdı dözə bilməyib. Əllərini tez – tez açıb yumdu, öz – özünə: olsun sən belə et zalım fələk, bax səninlə ayaqlaşmassam, dirəşməssəm, son nəfəsimə kimi haram olsun mənə. Dur bu dəfə mən sayacam sən peşman olacaqsan, tez getdi həkimlə danışmağa.

Nicatla Aylın yeməkdən dönmüşdülər şirkətə, bir necə yeni işçilərdə əlavə gəlmişdilər. Nicat yeni gəlmiş katibə – qıza: yeni işçiləri tanış et işləri ilə, yardımçı ol olara. Qız – Nicata: baş üstə Nicat bəy, qız yeni – gələnlərə: buyurun mənimlə gəlin, otaqdan apardı olarda çıxdılar.

Nicat-Aylına: sən bir söz demədin? – Nicata: ehtiyac yoxdur dostum, sən işini məndən yaxşı bilirsən. Nicat qalxıb Aylınla özünə kofe makinasından iki fincan qəhvə süzdü, gətirib Aylına verdi qəhvə fincanını. Aylın təşəkkür edib götürdü, Nicat Aylına yaxın stulda əyləşib – Aylına: nəyin var sənin? canın sıxılan kimi görsənirsən. Aylın dərindən nəfəs alıb – Nicata: bilmirəm, ürəyimdə bir narahatlıq var, sanki yaxın birinə nə isə olmuş, yada olacaq. Nicat qəhvədən içib – Aylına: sıxma o gözəl ürəyini, hər şey yaxşı olacaq inan mənə, – Niçata: inşallah, Nicatın telefonuna zəng gəldi. Nicat qalxıb masadan telefonunu götürüb dönüb Ayına baxdı. Aylın Nicatın baxdığını görüb, elə bildi zəng edən Ramizdir ona, – Nicata: Ramizdirsə açma, nə olar bax ürəyim boş yerə sıxılmır, çırpınmır mənim. Bax bilirəm yenə bir oyun açacaq başımıza, – Aylına: Ramiz deyil Dilqəmdi, telefona cavab verdi alo. Nicat biraz qulaq asdı dediklərinə və əlindən qəhvə fincanı düşüb çilik – çilik oldu yerdə. Aylın həyəcan dolu baxışlarla baxdı Nicata, tez qalxıb Nicatın yanında dayandı. Nicatın üzünün ifadəsi elə dəyişmişdi ki, Aylın qorxdu, Nicatın qolundan tutub, nə oldu? Nicatın gözləri doldu yaşla. Səsi tirədi, – Aylına: Nazlı rak xəstəliyinə düçar oldumuş, indi xəstəxanadadır. Aylın əlləriylə üzünü tutub baxdı, inanmaq belə istəmədi bir anlıq. Aylının axlından nələr gəldi – keçdi bir Allah bildi, dəhşətə gəldi eşitdiyindən xəbərdən. Əlləriylə başını tutub baxdı Nicata, ikisidə eyni şeyi düşünürdülər, biri – birilərinə baxıb.

Nicat dözmədi, Aylını qucaqlayıb ağladı hönkürərək, Aylın keyləşmişdi sarsıldıcı xəbərdən. Nicatın kürəklərində əllərini yumuruq sıxıb tutudu, canları acıyırdı ikisinində. Aylın yumuruqlarıyla Nicatın kürəyinə yavaşdan vura – vura, içinin yanğısını durdurmaq istəyirdi sanki. Ancaq bu elə bir xəbər idi ki, insanın canına alovsiz yanğı qoyurdu, dünyasını yıxırdı başına. Aylın Nicatın boynunun arxasından tutub sıxdı bərk – bərk özünə, Nicatın qulağına pıçıldadı həyəcandan batmış səsiylə. Nicat nə olar yalandı de, nə olar yuxudu de, nə olar ayılt məni bu yuxudan, nə olar, nə olar yalvarıram bir şey de. Aylın səsini içinə salıb ağladı Nicatı qucaqlayıb, Nazlının xəstəliyi bir yanğı idi indi canıarını acıtırdı. Anası bildiyində bu dərtlə yaşayardımı? bu da başqa bir yanğı idi, ürəklərinə gəlmişdi dəvətsiz qonaq kimi.

Ramiz həkimlərlə danışırdı, həkim – Ramizə: mən sizi anlayıram cavan oğlan. Bu xəstəlikdən son zamanlar təssüflər olsun ki, çox insanlar əziyyət çəkirlər, bu xəstəlik nə yaşlıya, nə körpəyə acımır, amansızdır. Dediyim kimi, biz sabahdan başlayacağıq xəstəmizin müalicəsinə, bildiyiniz kimi donur tapılsa xəstəmizi qurtarmaq mümkün olacaq. İnanıram ki tapılacaq inşallah, məni bağışlayın indi isə xəstəmizlə maraqlanım, Ramizin yanından keçib getdi. Ramiz əlindən gələn hər şeyi etməyə hazır idi, indi axlında tək bir fikir vardı, təki Nazlı sağalaydı.

Aylın Nicatla Nazlının yanına gəlmişdilər. Aylın Nazlının başı üstə dayanmışdı, Nicatda yanında əyləşmişdi. Aylın özünü toparlayıb, Nazlını üzməməkçün ağlamırdı, – Nazlıya: sən sağalacaqsan canım bacım inan mənə. Nicatda Aylının sözünə dəstək olmağa çalışsada bacarmadı, kövrəldi kənara baxıb pıçıltılı səslə, Allahım nə olar sən mənim canımı al bacımın əvəzinə. Nazlı görürdü sevdiklərinin necə üzüldüklərini, cəsarətini toplayıb bütün gücüylə dayanırdı ağlamayıb. Nazlı – olara: anama nə olar bir söz deməyin bu haqda, məhv olar qalanıda yazığın, dözməz mənsiz. Nicat Nazlının alnından öpüb baxdı yaşlı gözləriylə ona, demərik bacım sən hələ sağal. Bilirsən sənsiz yaşamaz anan, güclü olacaqsan və sən bu xəstəliyə qalib gələcəksən bizimdə xətrimizə, ananında xətrinə, duyursanmı məni?

Nicat Nazlının üzündən ikki ələriylə tutub yalvardı, Bacım mənim xətrimə nə olar güclü ol, yalvarıram söz ver mənə. Aylında pis olurdu Nicatın yalvarışlı sözlərini duyduqca, qapı açıldı içəri Ramiz girdi. Aylın Ramizə baxdı çox üzgündü, sanki ruhunu canından almışdılar. Ramiz heç Aylına baxmadı, gəlib Nazlının yanında dayanıb baxdı Nivata tərs – tərs. Nicatda heç Ramizə məhəl qoymurdu, heç yeridə deyildi, indi hər kəsin axlında olan Nazlıya yardım etmələri idi, ona donur tapmaq lazımdır tələsik. Nicat Nazlının üzündə öpüb, ayağa qalxdığında Ramizlə üz – üzə gəldi. Ramiz Nicatın gözlərinin içinə nifrət dolu baxışlarla baxsada, Nicat ondan heç qorxmurdu. Nicat – Aylına: gəlsənə mənimlə deyəcəklərim var. Ramiz Nicatın yerində əyləşdi, Nazlının əlini tutudu. Aylın əyilib Nazlının alnından öpüb, biz burdayıq canım, indi dönəcəm getdi.

Ramiz Aylını xeyli vaxtdı görmürdü, Nazlını üzməməkçün sakit dayanırdı dilini dişlərinə sıxıb. Nazlının saçlarını sığallayıb titrək səslə – Nazlıya: canım bacım mənim. Nazlı Ramizin əlindən öpdü kövrəldi, – Ramizə: Dilqəm hara getdi? Ramiz yavaş səslə – Nazlıya: gələcək birazdan. Anasını apardı ananın yanına, tək qalmasın yazıq, Nazlı kövrəlib ağladı. Ramiz tez Nazlını qucaqlayıb tutdu sinəsinə qısıb, çarəsiz baxışlarla baxdı yazıq – yazıq.

Aylın Tahirə zəng edib, orda donur axtarmasını xayiş etdi. Nicatda kimlərələsə danışırdı telefonda, çox sağol gözləyirəm xəbər sağol, telefonu söndürüb Aylına baxdı. Aylın Tahirlə danışıb telefonu söndürüb baxdı kiməsə. Nicat Aylının baxdığı tərəfə baxdı, qaçaraq gələn üzgün – yorgün Dilqəmi görüb üzüldülər. Dilqəm yetişib qapını açınca dayanıb baxdı Aylına tərəf. Aylın Dilqəmin necə göz görə – görə məhv olduğunu görüb, dahada pis oldu. Dilqəm indi hər kəsdən yardım istəyirdi, baxışlarından bəlli idi, Aylın Dilqəmə ümid verici baxışlarla baxdı. Dilqəm qapıdan əlini çəkib, gəlib Aylına sarılıb ağladı. Nicat pis oldu, əliylə başını tutub kənara getdi, divara söykənib yerə çöküb qaldı baxa.

Aylında Dilqəmi qucaqlayıb – ona: möhkəm ol dostum, möhkəm ol sağalacaq inan, söz verirəm sənə hər şey edəcəyik. Bax görəcəksən sağalacaq, bu qədər haqsızlıq olarmı? olar hə zalım dünyadı, bizə üzümüzü güldürməyən zalım dünya. Ancaq biz onun zalımlığına qarşı gedəcəyik bir olub. Dilqəm – Aylına: mən onsuz yaşamaram, mən sənin kimi güclü deyiləm, eşidirsənmi? yoxdur artıq gücüm, məhv oldu hər şeyim, Aylına Dilqəmin bu sözləri daş kimi dəyirdi. Dilqəm – Aylına: ona bir şey olursa söz ver məni vuracaqsan, söz ver, nə olur məni onunla birgə məzara qoyacaqsan, mən bunu başqasından yox, səndən istəyirəm qonşum. Dilqəmin gözləri qızarmışdı ağlamaqdan. Aylının gözlərindən yaş sel kimi axırdı, Dilqəmin buynundan ikki əlləriylə tutub – Dilqəmə: söz dostum, sağalda bilməssəm dediyini edəcəm. İndi toparla özünü Nazlının yanında ağlama, danışdıqmı? qıza dayaq lazımdır bizdən, anladınmı? Dilqəmin boynundan tutub sirkələdi. Dilqəm anladınmı dostum məni, eşidirsənmi? Dilqəm içini çəkə – çəkə dərindən nəfəs alaraq, başıyala hə deyə işarə etdi, danışa bilmirdi. Dilqəm – Aylına: çox sağol dostum varsan, məni biraz rahatladın söz verib, artıq qorxmuram. İnan ki qorxmuram, bilirəm onunla olacam söz verdin mənə sən. Aylın Dilqəmin gözlərinin yaşını sildi əlləriylə, üzünə yavaşdan şillə vurub – Dilqəmə: get yanında ol, sənə ehtiyacı var. Dilqəm uşaq kimi qoluna gözlərini – burnunu silib, getdi icəri Nazlının yanına.

Aylın Dilqəmin ardınca baxa qalmışdı, bir necə dəqiqə öncə ona söz vermişdi bacara bilməyəcəyi işə. Aylın ürəyində küt bir ağrı hiss etdi, nəfəsini ala bilməyib qaldı, əliylə ürəyinin üstündən tutdu. Dilqəm icəri girdiyində Ramiz çıxdı qapıdan, Aylının ürəyini tutub qaldığını görüb, bir an baxa qaldı ona. Nicat başını tutub divara qısılıb qalmışdı, görmürü Aylının üzünü. Aylının nəfəsi gəlmədi, ağrıdan beyni keyləşdi, gözləri qaraldı nəfəsi gəlmədiyiçün, özünə baxan Ramizi gözü seçmədi. Yıxılacaqdı, Ramiz qaçaraq gəlib tutudu, Aylın qollarında düşdü. Nicat Aylının yıxıldığını görüb, ayağa durub tez qaçıb gəldi, bir anda Ramizlə bir – birinə baxdılar. Nicat istəmirdi Ramiz qollarına alsın Aylını, Ramizdə Nicatın toxunmasını heç istəmirdi Aylına. Ramiz Aylını qollarına alıb səslədi, Aylınnn. Aylından səs gəlmədi, Nicat qaçdı həkim çağırdı, həkim qacaraq gəldi baxdı, – Ramizə: tez ardımca gətir. Ramiz tələsərək apardı Aylını qucağında həkimin ardınca.

Hər kəs pərişan idi olanlardan, Dilqəmin anası Nazlının anasının yanında idi. Nə deyəcəyini bilmirdi qalmışdı çarəsiz, nə deyəydi? qızın ağır xəstəliyə tutulmuşdu sözünü necə dilinə gətirərdi? Baharın ürəyi param – parça olmuşdu. Bəlkədə ömründə yaşadığı ən ağır günlərdən biridə bu gün idi. Bahar xanım saat necə oldu? – Afətə: saat 9 olub. Yazıq təcübləndi, görməyən gözləriylə baxdı səs gələn tərəfə. Afət – Bahara: bəs Nazlı niyə gəlmədi? Dilqəmlə yeməyəmi çıxıblar? Baharın gözlərindən yaş süzülürdü. Afət xanım elə bil hiss etdi Baharın ağladığını, həyəcanlandı. Bahar xanım qızım hardadır? Bahar bilmirdi nə uydursun, nə desin ki, üzülməsin bu halıyla yazıq qadınçığaz. Bahar xanım sən ağlayırsanmı? nə oldu, niyə danışmırsan? qızıma nə oldu? aman Allahım qızım deyib, tələşlandı Nazlının adını çəkərək.

Bahar tez qolundan tutub sakitləşdirməyə çalışdı, Afət xanım sakit olun yox bir şeyi qızının. Afət – Bahara: bəs niyə ağlıyırsan sən? əliylə axtarıb, Baharın yaşlı gözlərinə toxundu. Sən ağlayırsan, de nə olub? Bahar zorla özünü toparladı. Afət xanım bilmirəm necə deyim sənə, – Bahara: de Bahar xanım necə var, gizlətmə de üzmə ürəyimi. Nə oldu, qızım hanı? Bahar bir anlıq düşünüb – Afət: Nazlını oğlum qaçırmış, o arada başqa bir şey düşünə bilmədi yazıq, axlına gələn bu fikir oldu. Nazlının anası təcübləndi, nəəə? qaçırmışmı? Bahar yavaş səslə – Afətə: ikisinində razılığı olmuş. Bunu sizə necə deyəcəyimi düşünüb ağladım, bağışlayın çox üzgünəm. Anası elə pis oldu ki, mənim qızım elə şey etməz, yox – yox bu yalandır. Bahar gözlərinin yaşını silib – Afətə: Afət xanım bir səhvdir etmişlər, cavandırlar bğışlayın. Afət elə pis oldu ki, elə bil qaldırıb yerdən – yerə vurdular yazığı. Afət – Bahara: niyə etdilər bunlar belə? biz danışmışdıq axı, evlənəcəkdilər.

Görməyən gözlərindən yaş süzüldü yanaqlarına, dur mən deyim niyə belə etdiklərini. Anladım, məndən utanmışlar eləmi? mən görmürəm deyə, özlərinə qəbul bilmədilər toylarında belə vəziyyətdə camaatın qarşısında məni təqdim etsinlər. Baharın ürəyi parçalandı, yox – yox Afət xanım siz nə danışırsınız?

 

Nazlının anası ağladı üzünü tutub, – Bahara: məni heç təqdim etməzdilər inciməzdim, mən anlayardım oları, nədən belə etdilər, nədən axı. Hönkür – hönkür ağladı yazıq içini çəkə – çəkə. Bahar qucaqladı Afəti, özüdə ağladı – Bahara: mən artıq olara mane olmayacam. Get qızıma elədə de, xayiş edirəm səndən sonuncu dəfə, getmiş xöşbəxt olsunlar, mən anayam pis olmasını istəmərəm. Mən qızıma neçə illərdir yük oldum, yazıq başqaları kimi nə gəzə, nədə istirahət edə bildi mənim üzümdən. Artıq ona yük olmaq istəmirəm, küsmürəmdə. Bahar xanım elədə çatdır qızıma get, gəlməsin məni düşünməsin, artıq rahat yaşasın. Mən bu evdə özümü idarə edə bilirəm, kimsəyə yük olmaq istəmirəm. Get Bahar xanım tək qoyun məni. Bahar Afəti qucaqlayıb, buraxmadan ağlayırdı onunla bərabər. İçi yanırdı onunda Afət qədər, oğlunun həyatı məhv olmuşdu, xəbərsizdi yazıq qadıncığaz olanlardan. Bilmirdi ki, qızına zalım fələk oyun oynamış, pis xəstəliyə düçar etmişdi. Bahar Afətdən çox yanaraq ağlayırdı, çünki gərçəklər içini yandırıb qovururdu.

Aylınada iynə vurub yatızdırmışdılar. Ramiz yanında oturmuşdu ki, Nicat yaxınlaşmasın Aylına. Ancaq alınmırdı yanında qalması özünündə. Nicat Nazlının yanında olanda, Ramiz Aylının yanında olurdu. Ramiz Nazlıya getdiyində, Nicat gəlib oturudu Aylının yanında. Nicat telefonunu çıxarıb dayəyə zəng etdi. Cansu xanım Sərdar yaxşıdırmı? atamada yemək ver unutma, nə isə lazım olsa mənə zəng et, tamam gözün Sərdarın üstündə olsun. Telefonunu söndürüb cibinə qoydu, Aylın gözlərini açıb baxdı Nicata. Aylının ayıldığını görüb, – Aylına: canım yaxşısanmı? qorxutdun məni.

Aylın qalxmağa çalışdı Nicat qoymadı, qalxma canım sakit ol. Aylın narahat oldu ürəyi sıxıldı, oğlum, Nazlı, deyib qalxmağa istədi, Nicat sakitləşdirdi tutub. Uşaqla Cansu var narahat olma, indicə danışdım. Nazlıda yatmış, qalxma sən biraz dincəl. Aylın elə pis olmuşdu ki, – Nicata: mən niyə oyandım axı? Allahım nə olar yuxu olsun bu günkü günüm, kövrəldi. Niçat tez Aylını qucaqladı sakit ol canım, bir gün bu pis yuxudan oyanacağıq və bu günü heç yaşamamış kimi ömrümüzdən siləçəyik. Hər şey yaxşı olacaq, Aylın qalxmağa cəht göstərsədə, halı yox idi. Nicatda onu özünə sıxıb sakitləşdirməyə çalışırdı. Aylın içini çəkə – çəkə ağladı. Bu nədir mən çəkirəm, yetmədimi çəkdiklərim? Allahım nə günah işlədim mən.

İçəri Ramiz girdi, Aylının Nicatı qucaqlamasına əsəbləşdi. Aylın görüb – Ramizə: nə olar insafın olsun vur öldür məni, qoyma zülümdə məni öldür, öldür, ağladı hönkürüb. Ramiz pis oldu Aylının elə deməsinə. Gəlib Nicatı kobutca Aylından ayırıb, tez özü qucaqladı. Nicat Ramizi vurmamaqçün özünü zor tuturdu, yeri deyildi. Aylın Ramizə sarılıb ağlayırdı, çarəsizdi. Aylının axlında Nazlı idi bu an, unutmuşdu belə Ramizlə aralarında olmuş inciklərini. Ramiz Nicata acığa, Aylını qucaqlayıb öpürdü boynundan, saçlarından, üzündən, alnından, – Aylına: mən burdayam canım. Ürəyim gəldim qorxma, kimsəyə bir şey olayacaq sakit ol. Nicat Ramizin Aylını öpüb qucaqlamasına dayana bilmədi, çıxdi geti otaqdan.

Aylın zorla yerindən qalxmağa çalışdı, Ramiz Aylına yardım etdi qaldırdı. Aylın – Ramizə: mən Nazlının yanında olmalıyam, çox halsızdı, hələdə ürəyində ağrı hiss edirdi. Ramiz Aylını qucağına alıb – Aylına: mən yardım edərəm canım, apardı Nazlının yanına.

Nicat Nazlının yanına gəlib, ayaq üstə dayanıb baxdı üzgün baxışlarla. Gözünün önündən getmirdi Ramizin Aylını öpməsi, oxşaması, özündən bi ixtiyar qısqanırdı, yumuruqlarını sıxıb tutudu. Dilqəm yatmış Nazlının yanında oturub, halsız – halsız gözlərini zilləmişdi Nazlıya.

Qapı açıldı, Nicat baxdı içəri Ramiz girdi qucağında Aylınla. Gətirib qucağından yerə qoymadan, Nazlını göstərdi – Aylına: bax canım yatır yaxşıdı, sakit ol. Dilqəm heçnə duymurdu fikirə dalmışdı. Nicat Ramizə baxdı əsəblə – nifrətlə, Ramizdə ona baxaraq, acıq verici baxışlarla süzdü Nicatı. Aylın Ramizin qollarından dartınıb – Ramizə: qoy məni yerə. Ramizlə Nicat biri – birinə baxırdılar. Aylın əsəbləşdi, – Ramizə: eşitmirsənmi, dedim qoy yerə məni. Nicat əsəbləşib – Ramizə: duymadınmı heyvan buraxsana. Aylını Ramizin qollarından alıb, yerə düşməsinə yardım etdi. Ramiz Nicata baxıb, kinlə gülümsədi. Aylın Dilqəmin saçlarına sığal çəkib, Nazlıya baxdı. Nicatla Ramiz bir anlıq Nazlını unudub, köhnə probləmlərinə qayıtmışdılar.

Ramiz Nicatın yaxasından tutdu, Nicat yavaş səslə – Ramizə: sağalıb deyəsən keçən dəfə qoyduğum əziklərin, qaşınırsan yenə? Aylın olara baxdı. Dişlərini bir – birinə sıxıb, yavaş səslə – ikisinədə: yetərrr. Aylının sözündən sonra, Ramiz Nicatın yaxasını buraxdı. Aylın Ramizə baxdı əsəblə, başını narazılıqla sirkələdi. Nicatın qolundan tutub, o bir tərəfinə çəkdi ki, bir – birilərini vurub didməsinlər yenə. Aylın Nicata xayiş dolu baxışlarla baxdı ki, Ramizlə davalaşmasın, səs etməsinlər. Nicat anladı Aylının baxışlarından. Ramizə altdan – altdan baxdı əsəblə.

Səhər açılmışdı, Bahar Afət xanımın deməsinə baxmayaraq, onu tək qoymamışdı yanında idi. Anası yatmamışdı bütün gecəni ağlamışdı, çox üzülmüşdü, Baharda çox üzgündü, yazıq qadının halına. Bahar gözlərinin yaşını silib, əlindəki yemək, çay sinisiylə yaxınlaşdı. Bahar – Afətə: bütün gecənidə yatmadın, səhər yeməyini hazırladım, məni üzmə nə olar ye bir tikə. Afət dinmədi, işıq üzünə həsrət qalmış gözlərini bir nöqtəyə zilləmişdi, sanki görürüdü. Baharda sinini masaya qoyub, məyyus halda əyləşib dərindən nəfəs aldı.

Nazlını başqa otağa köçürmüşdülər, həkim baxıb – olara: bu gündən başlayırıq müalicəsinə, donur artıq axtarılır inşallah tapılar, həkim getdi. Aylın, Nicat, Ramiz, Dilqəm, otağın qapısının qarşısında dayanmışdılar. Hər kəs bir möcüzə gözləyirdi, Aylın Dilqəmə baxdı. Dilqəm danışmırdı kimsəylə, key olmuşdu düşünməkdən. Aylın Ramizə Nicata baxdı, Ramiz alnını ovurdu, çarəsisdi oda hamı kimi düşünürdü. Nicat qollarını biri – birinə dolayıb, divara söykənib dayanmışdı. Birdən axlına nə gəldisə, tez Aylına yaxınlaşıb qulağına nə isə pıçıldayıb getdi. Ramiz Nicatın ardınca tərs – tərs baxdı, kimin hara, nəyçün getməsi heç kimə maraqlı deyildi. Hamı Nazlının sağalmasıçün bir çıxış yolu axtarırdılar.

Aylına zəng gəldi Tahirdən. Aylın telefonu açıb alo Tahir, biraz qulaq asıb, tamam mən indi həkimlə danışıb sənə bildirəcəm. Aylında getdi həkimdən nə isə soruşmağa, Nazlı haqqında. Ramiz zorla ayaq üstə dayanmış Dilqəmə baxdı. Yaxınlaşıb çiyninə əlini qoydu, – Dilqəmə: qardaşım gəl əyləş. Dilqəmi aparıb otuzdurdu divanda, – Dilqəmə: mən indi gəlirəm qardaşım. Dilqəmə içməyə, yeməyə, bir şeylər almaqçün getdi. Dilqəm üşüdü, özünü sıxıb büzüşüb oturdu.

Nicat Xalasının yanına gəlmişdi. Bahar Nicata Nazlının xəstəliyə dücar olduğunu deyə bilməyib, çarəsiz uydurduğu planı demişdi. Nicat xalasını belə üzgün görüb, qalan dünyasıda yıxıldı başına. Nicat gəlib xalasını qucaqlayıb öpdü əllərindən, xalası dinmədi, sanki daş olmuşdu oturduğu yerində. Nicat – xalasına: canım xalam, başını dizlərinə qoydu. Xalası Nicatın saçlarına sıqalda çəkmədi, Nicatın gözlərindən yaş damcıladı, xalası artıq hamısına küsmüşdü, anladı üzüldü. Nicat uşaq kimi xalasının dizlərinə başını qoyub, uyumaq istəyirdi. Bütün bu olanların, oyandığında pis bir yuxu olmasını arzu edirdi. Yazıq elə sınmışdı ki, çox çarəsiz idi, sözlə ifadəsi yox idi.

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»