Günahsız günahkar. Roman. Hissə – 3

Текст
0
Отзывы
Читать фрагмент
Отметить прочитанной
Как читать книгу после покупки
Günahsız günahkar. Roman. Hissə – 3
Шрифт:Меньше АаБольше Аа

© Fatma Axmed kızı Nabieva, 2021

ISBN 978-5-0055-1734-0 (т. 3)

ISBN 978-5-0055-1727-2

Создано в интеллектуальной издательской системе Ridero


Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.

Fatma Nabieva

Aylını dəmir barmaqlıqlara salmışdılar, ancaq orda tək deyildi, bir qadında vardı. Dayanmadan qapıda dayanan polisi acılayırdı, – qapıçıya: eyy yaraşıqlı, su gətir su istəyirəm. Qapıda dayanan məhəl qoymurdu qadına. Verməsən vermə insafsızlar, Allahın suyunuda əsirgiyillər, polisə tərəf tüpürüb geri gəlib əyləşdi. Qollarını bir – birinə keçirib Aylına baxdı, fit çalaraq səslədi – Aylına: sən nədən burdasan? Aylın divara söykənib dayanmışdı qadına baxdı. Aylın – qadına: dışarda canım sıxıldı gəldim biraz dinlənim burda, qadın Aylının sözünə yüksəkdən güldü. Qadın – Aylına: canım səninlə burda adam darıxmaz desənə. Mən çalışdığım yerdə birinin başına şüşəni vurdum leş düşdü alçaq. O ölsə cəzam uzun olacaq, səninlə bir yerdə cəzamızı cəkərik nə deyirsən? Aylın dərindən nəfəs alıb baxdı qadına. Görünür həyat o yazığında üzünə gülməmişdi. Aylın – qadına: inşallah bir şey olmamışdır şərəfsizə, cəzan yüngül olar ödəyərsən xəstəxana pulunu çıxarsan. Qadın güldü – Aylına: ey canım məndə pul hardandır? özümü zorla dolayıram, son dəfə dünən yedim yemək. Görürsəndə həyat belə … … dir, kimi aç, kimiləri isə tox, bizimdə küçə itinin qədər nə hörmətimiz var, nədə yeməyimiz. Aylın artıq bir söz demədi, çox üzüldü qadının belə olmasına.

Aylını gətirən polis gəldi, – Aylına: xanım gəl qapıya. Aylın yaxınlaşdı dəmir qapıya, polis – Aylına: bir istəyiniz varmı? Aylın ətrafa baxıb – polisə: su gətirə bilərsinizmi? – Aylına: əlbətdə. Aylın təşəkkür etdi – polisə: imkan varsa yeməyədə bir şey bax, mən sənə ödəyərəm pulunu. Polis – Aylına: yaxşı gətirərəm getdi, Aylın qayıdıb əyləşdi. Qadın – Aylına: sənin dışarıda darıxma halların tez – tezmi olur? – qadına: bu şəhərdə birincidir, qadın gülərək Aylının çiyninə vurdu əlini. Demək sən bir yerdə dincəlməyi xoşlamırsan gözəlim, Aylın qadının xətrinə dəymirdi. Aylın – qadına: ee nə edək? bir şəhərdə elədə maraqlı olmur o dediyin həyətda, qadın əlini uzadıb – Aylına: yaxşı qıza oxşayırsan. Mənə tanıyanlar qıçıq deyirlər, əsil adım Vəfadır. Aylın əlini sıxıb zarafatla – Vəfaya: hələki mənim ləqəbim yoxdur, Aylın mən. Vəfa əlini sıxaraq – Aylına: gözəl adın var qızım, mənasını bilirsəndə? parlaqlıq deməkdir. Aylın gülümsəyib, zarafatla – Vəfaya: çox parıldadığımçün hər dəfə məni bura salırlar, gözlərini qamaşdırıram bəzilirənin.

Vəfa qəh – qəhə çəkib güldü, – Aylına: sən var ya, bu zarafatlarınla hər dərdini atladarsan. Aylın öz – özünə: təssüflər olsun bacarmıram. Polis gəldi əlində yeməklə, su şüşəsi ilə. Aylın qalxıb götürdü gətirdiklərini – polisə: çox sağol, qayıdıb Vəfanın yanına gəlib, əlindəkiləri uzatdı. Vəfa Aylına baxdı oturdüğü yerdən təcüblə, – Aylına: mənədimi bunlar? Aylın yavaş səslə, sizədir Vəfa xanım alın nuş olsun. Vəfa biraz pis oldu suyu yeməyi götürüb, baxdı Aylına çarəsiz baxışlarla. Gözləri yaşardı, qoluyla gözlərini silib suyu açıb icdi. Vəfa sudan içib – Aylına: qızım mənə birincidir mərhəmət göstərən tək insan sən oldun. Mən ömrümdə xanım adını belə duymadım, söyüşdən pisliklərdən başqa heçnə görmədim. Çox sağ ol Allah razı olsun səndən, Aylın gülümsəyib, – Vəfaya: nuş olsun ye sən narahat olma.

Dönüb kənara getdi ki, Vəfa rahat yesin yeməyini, gəlib kənarda əyləşdi. Polisin qapıda hələdə özünə baxdığını görüb, baxışları ilə polisə işarə etdi ki, səndə sağol yemək gətirdiyinçün. Polis anladı, gülümsəyib getdi. Aylın baxdı Vəfa çox aç idi, gerçəkdəndə onun yemək yeməsi ürək acıtırdı. Vəfa birdən dayanıb Aylına baxdı, əlində yediyini uzadıb – Aylına: gəl səndə ye. Aylın – Vəfaya: sən ye Vəfa xanım nuş olsun, aclığım yoxdur mənim. Vəfa razı baxışlarla baxıb yeməyinə davam etdi. Aylın dərindən nəfəs alıb, kənara baxdı üzgün baxışlarla.


Axşam olmuşdu Aylına hələdə bir söz deməmişdilər cəzası haqda, rəyis gəldi yanında axşam Aylının barmağını sındırdığı oğluda var idı. Aylınla Vəfa oturmuşdular, rəyis Aylını səslədi bura yaxınlaş. Aylın ayağa qalxdı, oğlanın əli sarıqlı idi. Aylın yaxınlaşıb baxdı oğlana, oğlan əsəbi baxışlarla süzdü Aylını. Rəyis – Aylına: çox düşündüm mən, cavan qızsan istəmirəm buralarda sürünəsən. Zərər çəkmişdən üzür istə, o səni bağışlasa səni buraxacam söz. Aylın Rəyisə oğluna baxdı, – rəyisə: qanun deyirdiniz yoldaş rəyis, nə oldu? mənə düşən cəzamı versinlər çəkim. Bunun kimi ətəkdən tutuanlardan üzür istəmərəm mən. Oğlanın üzünün ifadəsi dəyişdi, Aylın – rəyisə: belə oğul olunca daş parcası olsa yaxşıdı, bəlkə tikinti yerində işlətməyə gərək olar. Oğlan Aylına tətəf dartındı, – Aylına: mən sənin. Atası qoymadı danışsın oğlu, əli ilə işarə etdi ki sussun, oğlan məcbur mumladı. Aylın – rəyisə: çox sağolun təklifinizə görə yoldaş rəyis, ancaq mən oğlunuzdan fərqli olaraq istəmirəm sizi çıxılmaz vəziyyətdə qoyum.

Gedib yerinə əyləşdi, oğlu gərçəkdən alçalmışdı qarşısında – atasına: ata bax, atası qoymadı bir söz desin. Əsəblə – oğluna: düş qabağıma, getdilər. Vəfa eşitmişdi Aylının dediklərini rəyisə, – Aylına: halaldır sənə qızım. Vallahidə görmədim sənin kimisini mən bu günə kimi, səni dünyaya gətirən anaya halal olsun, sənin kimi mərd qızı var. Bax mənim evladım yoxdur, ancaq çox istəyərdim sənin kimi qızım olsun, qismətim olmadı nə edək, Aylın susdu danışmadı.


Səhər açılmışdı polis gəlidi qapıya mehribanlıqla, – Aylına: Aylın xanım gəlin. Aylın qalxıb qapıya getmək istəyirdi, gördü Vəfa divara söykənib yatıb, polisə işarə etdi ki bir dəqiqə gözləsin. Aylın əynindəki pencəyini çıxarıb ehtiyatla Vəfanın üstünü örtdü. Vəfa heç qapını açan səsədə oyanmadı, Aylını çıxıb polislə getdi.

Polislə Aylın gəldilər rəyisin otağının qarşısına, polis qapını döyüb içəri baxdı, rəyisin səsi eşidildi, buyursun gəlsin. Aylın içəri geçdi, arxası qapı tətrəfə bir nəfərdə oturmuşdu, Aylın fikir vermədi oturana. Rəyis – Aylına: necə keçdi gecəniz Aylın xanım? – rəyisə: şikayətçi deyiləm yoldaş rəyis pis kecmədi. Arxası qapıya oturan dönüb özünə baxdığında, Aylın pərt oldu, Sərdarı görüb. Sərdar – rəyisə: Aylın xanım alışıqdı buralara. Aylın – Sərdar: sənn? Sərdar ayağa qalxıb – Aylına: hə mən, təcübləndinmi? Aylın öz – özünə: bu rəyis uşaqları başımın bəlalarıdırlarmı nədirlər ya? anlamıram gərçəkdən. Tam olaraq birindən qurtuldum rahat nəfəs alım dediyimdə, al sənə yenə o birinə ilişirəm.

Aylının sözünə rəyis güldü, Sərdar rəyisə danışmışdı Aylın haqda hər şeyi. Rəyis gülümsəyərək, – Aylına: qızım özünü təqdim etsəydin əvəldən, bizdə Sərdar bəyi buralara qədər yormazdıq. Aylın – rəyisə: inanın ki bilsəydim bu gələcək bura, vallahidə təqdim edərdim özümü heç şüphəniz olmasın. Rəyis anladı Sərdarla Aylının bir – biriylə anlaşa bilmədiklərini. Sərdar – Aylına: çox deyirdin mənim şəhərim, mənim şəhərim, ee nə oldu? sonunda burda da içəri düşdün Aylın xanım. Aylın – Sərdara: Sərdar bəy cəzalı olmasaydım sənə göstərərdim şəhərimin necə xoş gözəl olduğunu. Ama çox şükür ki cəzalıyam xöşbəxtlikdən, gəzdirə bilməyəcəm səni. Rəyis – Aylına: artıq deyilsən cəzalı, buyur tanış et şəhərimizlə Sərdar bəyi. Aylın – rəyisə: yoldaş rəyis siz yaxşı bilirsiniz bizim şəhərimiz həm gözəldir, həmdə qonaq pərvər bir yerdir. Sərdar bəy uşaq deyil özü gəzər istəsə, nə olur mənə cəza kəsin burda çəkim cəzamı bu gedincə.

Rəyis narazılıqla başını sirkələyərək güldü, – Aylına: qızım ağzında qonaq pərvərik deyirsən, ayıb olur ama qonağın qarşısında. Bax həmdə səni qurtarmağa gəlmiş ordan bura, bir təşəkkür et. Rəyis -Sərdara: Sərdar bəy bizim uşaqlar səni tanış edərlər şəhərimizlə. Sərdar – rəyisə: mən üzərimə düşən borcumdan çıxdım, burda qalmaq fikrində deyiləm işlərim var yoldaş rəyis. Çox sağolunun, başqa vaxt bəlkədə qalaram. Rəyis razı olmadı – Sərdara: oğlum xətrimə dəymiş olarsan qalmasan, bizə gedirik narazılıq istəmirəm.

Qapı döyüldü, içəri Dilqəm girdi. Aylını görüb pərt oldu, – Aylına: sənə zəng etməkdən səhəri açdıq, sən nə edirsən burda? anamın ürəyi üzüldü. Aylın – Dilqəmə: sənin dostunun uçbatından burdayam. Atasına şikayət etmiş məni, nədi – nədi makarona bənzər barmağını qırmışam. Dilqəm keçib rəyislə görüşdü, rəyis – Aylına: bax Aylın xanım məni məcbur etməyin sizi cəzalandırım. Aylın – rəyisə: mən dedim yoldaş rəyis cəzamı çəkməyə hazıram. Bunu Sərdar bəydə yaxşı bilir, inanmasanız soruşun özündən. Hər verilən cəzamı qollarımda – ayaqlarımda, zəncirli kələbcələrdə olsa cəkməyə hazıram. Nahaq yerə gəlmiş sizi narahat etmişdir, Sərdar bilirdi Aylının xasiyyətini. Sərdar – rəyisə: icazənizlə biz biraz danışsaq yoldaş rəyis Aylın xanımla. Rəyis – Sərdara: buyur icazə sizindir. Sərdar diqqətlə Dilqəmə baxdı, bilmirdi Aylının qonşusu olandugunu.

Sərdar Aylının qolundan tutub otağın qapısını açıb, – Aylına: sən gəlsənə mənimlə, qapıdan çıxardılar. Aylını özüylə karidora gətirib, bir tərəfdə dayandılar. Aylın Sərdarın əlindən qolunu çəkib – Sərdara: niyə gəldin bura? Sərdar ətrafa baxıb yavaş səslə, – Aylına: susarsanmı? söz verdim Tahirə davasız yardım edib qayıdacağam. Dostumun yanında məni üzü qara etmə tərsliyinə salıb, rəyislədə normal danış bəsdir tərsliyin. Vallahi atıb gedəcəm çək cəzanı burda, – Sərdara: şüphəm belə yoxdur Sərdar bəy atıb gedəcəyinə. Səndə bilirsən hər cəzamı çəkməyə hazıram minnətsiz. Sərdar dərindən nəfəs alıb baxdı – Aylına: bir dəfədə dediyimi et, bircə dəfə çox demirəm. Sənə düşmanmı kəsildim mən? nə etdim sənə bu qədər mənimlə düz davranmısan. Aylın Sərdara nə isə demək istəyirdi, qapıdan Dilqəm çıxdı. Aylına yaxınlaşıb baxdı Sərdara. Dilqəm – Aylına: gedək buraxmış rəyis səni, anamda çox narahatdır. Sərdar sevmədi heç Dilqəmin Aylına yaxın dayanmasını. Aylın əsəbi idi – Sərdara: bura döndüyümdə gəlmədin mənimlə salamatlaşmağa, indi özünü qəhrəman göstərək gəlmənə heç ehtiyac yox idi. Aylın – Dilqəmə: gedək burdan yazıq Bahar xalada narahat oldu. Aylın əsəblə – Dilqəmə: o dostununda 10 barmağından biri sınıb deyə, o dəqiqə şikayətçi olub məndən. Dilqəm – Aylına: çox tərsən vallahi, – Dilqəmə: bu söz mənə tanışdı. Sərdara tərs – tərs baxıb getdi Dilqəmlə.

 

Sərdar Aylının ardınca baxdı əsəblə qollarını bir – birinə dolayıb. Qapıdan rəyis çıxdı – Sərdara: gedək oğlum bizə, Sərdar Dilqəmin kim olduğunu düşünürdü. Rəyisində xətrinə dəyə bilmədi, rəyis Sərdarın qolundan mehribanlıqla tutub apardı. Rəyis – Sərdara: gəl yoldaşım bizi gözləyir, dedim qonaq gəldiyini.


Aylın Sərdarın gəlməsinə əsəbləşmişdi, bir tərəfdəndə ona kobut davrandığına üzülürdü. Dilqəm maşının qapısını açıb – Aylına: buyurun Aylın xanım əyləşin. Aylın maşına əyləşdi, Dilqəm qapını örtüb, maşının qabağından gəldi sükan arxasına. Aylını gördü Sərdar rəyislə şövbədən çıxarkən Dilqəmin maşında. Sərdar əsəblə Diqləmə baxdı sükan arxasında əyləşən. Dilqəm qapını örtüb maşını işə saldı, Sərdarın özünə baxdığını gördü. Aylında gördü Sərdarın özlərinə baxdığını, Dilqəm qaza basaraq yanlarından keçib getdi maşınla. Rəyis – Sərdara: otursana oğlum maşına, Sərdar qapını açıb əyləşdi rəyisin yanında, olarda getdilər ordan.


Aylını evə gətirdi Dilqəm, – Dilqəmə: mən paltarımı dəyişim gəlirəm, anana demə nə olduğunu tamammı? – Aylına: anam artıq bilir harda idin. Aylın bir söz demədi getdi evinə, Dilqəmdə getdi evinə. Aylın gəlib düşa girdi, az vaxtdan çıxdı yuyunub, saçlarını qurulaya – qurulaya mətbəxtdə getdi.


Rəyisdə Sərdarı evinə qonaq gətirmişdi, arvadı – oğlu ilə tanış etdi, əl verib salamlaşdılar. Sərdarı masaya dəvət etdilə, hamı keçib əyləşdilər. Sərdar oğlanın əlini sarıqlı görüb – oğlana: əlinə nə olub? rəyis öskürdü. Oğlan – Sərdara: burda bir nəfər var, onun ucabatından sarıqda gəzirəm axşamdan. Eybi yoxdur az vaxtda odan çıxacam etdiyinin heyifimi. Sərdar – oğlana: dava yoluyla özün həll etmə təslim et polisə, bu nə insafsızlıqdır, əlini sındırmışlar keçmiş olsun. Oğlan təşəkkür etdi – Sərdara: çox sağolun, artıq içərdədir. Ancaq içəridən çıxsın, mütləq ödəyəcək mənə etdiyinin qarşılığını, əsəblə baxdı. Atası – oğluna: bəsdir oğlum sən sataşmısan qıza, birdəki unutma o qız sən dediyin qızlardan deyil, bir daha ona yaxınlaşdığını eşitməyim. Sərdar – rəyisə: nə qız imiş, yoldaş rəyis oğlanın əlini sındırmış idmançıdır yəqin. Sərdarın hələdə axlına gəlmədi ki, Aylından gedirdii söhbət, rəyis ona dedməmişdi oğlunun şikayətçi olduğunu.

Sərdar zarafatla – olara: sizində şəhərinizin qızlarından qorxulasıymış ki, rəyis güldü. Oğlu – atasına: mən onda heyifimi qoymayacam, mənə atamın yanında ətəkdən tutub gəzən dedi. Sərdar güldü, oğlanın əsəbnə toxunduğunu görüb üzür istədi. Sərdar – oğlana: yadıma bir nəfər tanıdığım düşdü, onun bacısı filan olmasın səninlə qarşılaşan. Rəyis – Sərdara: bacısını bilmirəm Sərdar bəy, düşündüyün o bir nəfər özüdür oğlumun barmağını qıran. Sərdar ösgürdü boğazı qovuşdu, xadimə qəhvələr gətirdi, birinci Sərdarın qəhvəsini qoydu önünə, Sərdar təşəkkür etdi xadiməyə. Sərdar rəyisə baxdı təcüblə, rəyis başıyla işarə etdi ki, Aylın oğluna görə içəridə idi. İndi naladı Aylının rəyisin oğlunun barmağını qırdığını, xoşlanmadı heç, oğlan çox pis qanmaz tipə bənzəyirdi.

Sərdar – oğlana: sənin günahın vardımı, o qız nədən belə etdi? oğlan qəhvəsini götürüb içdi – Sərdara: yox idi günahım,. Mən sadəcə salam verdim, yol soruşdum. O tərəfləri yaxşı tanımaram, Sərdar anladı oğlan yalan danışırdı. Aylınla nəqədər davalaşsalarda, Aylının ürəyinin nəqədər mərhəmətli olduğunu bilirdi. Xadimə qalan qəhvələri paylayıb getdi, rəyisin arvadı – Sərdara: bizim şəhərdə elə qızlar çox az olur oğlum. B u qızda mənim oğlumunda qarşısına çıxıb mərəfətsiz, yol soruşanda barmaqmı qırıllar? Sərdarın Aylının ünvanına deyilən bu sözlər xoşuna gəlmədi. Sərdar – arvada: xanım səbəsiz yerdə heç kim elə etməz. Məncədə olmuş bilmədiyimiz başqa şeylərdə, Sərdar əsəblə oğlana baxdı. Rəyisdə təsdiqlədi Sərdarın sözünü, – arvadına: sizin düşündüyünüz qızdan deyil Aylın. Oğlan – atasına: Aylınmı? sən artıq tanış olmusan onunla baravo, necə rahat danışa bilirsən onun haqqında? mən sənin doğma oğlunam, o isə yad birisidir.

Sərdar dözmədi – oğlana: baxın səhv anlaşılma olmuşdur, Aylın həqiqətəndə sizin düşündüyünüz kimi deyil, o çox mərd və hörmətçildir. Oğlan – Sərdara: hə ona görə əlim bu gündədir. Sərdar tərs – tərs baxdıb – oğlana: evinizdə olmasaydım, atanıda tanımasaydım, inan sənin dərsini verərdim indi. Anası oğlu pərt baxdılar Sərdara. Rəyis – olara: Aylın Sərdar bəylə çalışmış, haqqında qazetlərdə belə yazılmış. Polis işçilərinin həyatları təhlükədə olduğunu anladığında, öz canına qıymış qorxamadan. Sərdar rəyisin sözünün davamını gətirdi – oğlana: sən Aylından normal soruşsaydın ünvanı deyərdi. Deməli əl – qolla danışmısan ki bu gündəsən, onu mənim qədər kimsə tanımaz. Bir daha ona çalış ilişmə, danışdıqmı? oğlan tərsliyinə saldı – Sərdara: ilişərsəm nə olacaq? atası oğluna acıqlandı, tərbiyəsiz kəs səsini mərəfətli danış.

Oğlan əsəbləşib ayağa qalxdı – olara: mənə dəxli yoxdur kimdi o, əlini göstərib – Sərdara: bunun heyifini ondan çıxacam mütləq, getdi əsəbləşib. Sərdar özünü zor tutdu ki, durub qalan barmaqlarınıda özü sındırmasın şərəfsizin. Rəyis – Sərdara: siz fikir verməyin ona, danışacam mən onunla sonra. Arvadı qalxıb getdi oğlunun ardınca, görünür oğlan çox tik baş bir tip idi. Rəyis oğlunun davranışından xəcalət çəkdi, baxdı Sərdara üzgün baxışlarla.

Az vaxtdan rəyisin qızı gəldi, görüb sevincək baxdı – qızına: qızım xoş gəldin, necəsən? qızı gəlib atasını öpüb, qucaqlayıb görüşdü. Qızı – atasına: yaxşıyam canım atam, qız Sərdara baxdı tanımadı kimdir. Sərdarın qalan kefidə qaçmışdı olanlardan, rəyis qızını Sərdarla tanışdırdı – qızına: qızım bu Sərdar bəydir, başqa şəhərdən gəlmiş bizə. Qız mehribanlıqla Sərdara əlini uzatdı, xoş gəlmisiniz. Sərdar ayağa qalxıb qızın əlini sıxdı, – qıza: çox sağolun. Qız ətrafa baxıb – atasına: anam gil yoxmu? – qızına: şımarıq qardaşını tumatlamağa getdi həmişəki kimi.

Sərdar anladı evndəkilərdən rəyis narazı idi. Qız keçib əyləşdi gülümsəyərək, – atasına: artıq qardaşımında axıllanası vaxtıdır, duydum qıza ilişib qızda barmağını sındırıb, güldü ürəkdən qəh – qəhə çəkib. Allahım sən köməyimiz ol, daha nələr eşidəcəyik biz? atası – qızına: sənin işlərin necədir? qızı razı halada – atasına: sayəndə yaxşıdır ata çox sağol. Atası qızından razı idi, üzündən bilinirdi. Xadimə yeməkləri gətirdi masaya düzdü.

Sərdar artıq nə fikirləşəcəyini bilmirdi, Aylını qorumalı idi bu tipdən fikirli idi, duymadı rəyisin özünü səslədiyini. Qız gülərək – Sərdara: Sərdar bəy burdasınızmı? Sərdar fikirdən ayıldı, – qıza: bağışlayın fikirə dalmışam bir anlıq. Qız gülümsəyərək, – Sərdara: atam sizinlədir, Sərdar rəyisə baxdı üzgün – yorgun baxışlarla. Rəyis anlayırdı Sərdar Aylına görə narahat idi, – Sərdara: deyirəm gecədə burda qal getmə otelə filan. Sərdar rəyisə təşəkkür etdi, çox sağolun yoldaş rəyis, otelə dönəcəm mən. Qız Sərdara yemək çəkdi, zarafatla – Sərdara: deyəsən aşiq olmusunuz kiməsə. Sərdar anlamadı qızı, deyillər aşiq olanda belə fikirə dalmalar filan olur, gülümsədi. Sərdar qıza təşəkkür etdi yemək çəkdiyiçün. Rəyis əsəbləşdi, arvadı oğlunun yanından geri dönmədi deyə. Xadiməni səslədi, çağır xanımı artıq bura bəsdir onun nazını çəkdik, xadimə tez getdi. Sərdar anlamışdı rəyisin ailəsində oğluna görə problemi vardırdı. Az vaxtdan arvadı gəlib əyləşdi, – arvadına: bəsdir onu qız kimi əzizlədin. Sən bu günə qoymysan onu yetər, – rəyisə: bəlkə qonağın qarşısında bu haqda danışmayaq? rəyis Sərdarı göstərib – arvadına: Sərdarında atası mənim kimi başqa şəhərdə rəyisdir. Onun oğlunada bax bir, mənimkinədə, fərq görürsənmi xanım? arvadı susdu. Qızı olara baxıb başını narazılıqla sirkıləyib, gülümsədi. Sərdarın heç iştahıda qalmamışdı yeməyə, zorla bir çəngəl yeməkdən yedi. Qız – Sərdara: Sərdar bəy siz yeməyinizi yeyin, bizim ailənin abu – havasına baxıb iştahdan kəsilən acından ölər, gülümsəyib yeməyindən yedi.


Aylın Bahar xalasının yanına gəlmişdi, artıq gercəkləri danışmağa məcbur qalmışdı. Bahar əlini sinəsinə tutaraq baxdı, – Dilqəmə: oğlum o necə dosdur elə? sən görmədinmi onu Aylına sataşdığında? Dilqəm – anasına: ana birinci qaranlıqda seçmədim Aylını. Mən telefonla danışırdım gec gördüm, anası həyəcanla – oğluna: lazım deyil eləsiylə dostluq etmək. Dilqəm dərindən nəfəs alıb – anasına: mənim təqsirim nədir ana? o içkili idi, dedim axı görmədim. Aylın – Dilqəmə: şərt deyil mənim olub – olmadığım. Yerimdə başqa qız və ya qadın olsada qoymamlısınız elələrinə sataşmağa. Dilqəm – Aylına: sən özünü qoruya bilirsən əmin oldum artıq, barmağını sındırdın adamın. O qoyacaqmı düşünürsən səndən heyif çıxmadan? mən biləni çox cətin birisidir o. Aylın – Dilqəmə: inan onadan cətinlərini gördüm, işdir birdə rastlaşsa, baxmaram rəyisin oğludur kimdir, ona elə bir dərs verərəm ki, unutmaz qalan ömrü boyunca. Aylın – Bahara: Bahar xala təssüf ki zaman keçdikcə hər yerin xarabı çıxır, məndə bu gün xəcalət çəkdim şəhərimlə qürür duya bilmədim başqasının qarşısında. Artıq parazitlər gözəl şəhərimin adını ləkələməyə başlayıblar, sən heç narahat olma mənə görə, mən elələrinin qarşısında açiz qalmaram. Bəzilərinin telefonla danışmağa başları qarışıq olsada, mən cavablarını verərəm. Məni o gördüyün Sərdar bəy hazırladı təlim keçərək. Dilqəm bildi söz özünə deyilir. Ayın ayağa qalxdı – olara: mən gedim yorğunam sabah danışarıq. Anası oğlunun bu hərəkətindən çox narazı qalmışdı, Dilqəmdə anladı bunu, anası Aylını ötürdü.


Aylın evinə gəlib divana uzandı, düşündü Sərdar getdimi? telefonunu götürüb Tahirə mesaj yazdı. (dostum Sərdar bu gün qayıdacaqmı?) az vaxtdan geri mesaj gəldi Tahirdən. (yox rəyisin evindən çoxdan çıxıb otele gedib). Aylın cavab yazdı – Tahrə: (qırdım onu üzgünəm bağışla) cavab gəldi. (bildim dostum, qardaşım dedi mənə xəbərdaram, onun ora gəlməsini istəmirdim, sənə görə çox narahat oldu qoymadı məni gəlim). Aylın -Tahirə: hansı oteldədir o bilirsənmi? Tahir yazdı otelin adını Aylına). Aylın dərindən nəfəs alıb qalxdı ayağa, Tahirə yazdı (çox sağol dostum günah məndə oldu, çalışaçam üzür istəyim ondan, Tahir yazdı: sevinərdim elə olsaydı, həmdə qonaq sayılır orda.) Aylın telefonunu cibinə qoyub, pencəyini geyinib çıxdı evdən.


Sərdar oteldə idi, düş alıb gəlib əyəşdi divanda, qapı döyüldü, qalxıb qapıya getdi qapını açdı. Gördü bir qız yemək və şərab gətirmişdi balaca təkərli masada. Sərdar qızın üzünə diqqət etmədən – qıza: mən heçnə sifariş etmədim. Səhvmi salmısınız nömrəni? qız danışmadan içəri sürdü masanı. Başında kepka olduğundan, həmdə üzünə baxmadığından tanımadı Sərdar Aylını. Sərdar biraz təcüblə baxdı arxasınca, – qıza: siz danışa bilmirsnizmi? Aylın başını qaldırıb baxdı Sərdara.

Aylının olduğunu görüb gözlərinə inanmadı, sən? sən nə edirsən burda? bu halın nədir? demə bircə burda çalışırsan. Aylın sakitcə baxırdı, – Aylına: yox artıq, qənim kəsilmə mənə, qoy rahat dincəlim nömrəmdə. Aylın biraz Sərdara yaxınlaşdı, yavaş sələ üzünə baxmadan – Sərdara: bağışla üzür istəyirəm, səni kobutladığımçün. Əgər mümkünsə sən gedincə davalaşmayaq, bu dəfə günüh məndə oldu bilirəm. Bax o üzdən günahımı bağışlatmaqçün, çox çətinliklə müvəqqəti qarson cildinə girdim burda. Sərdar Aylına baxa qalmışdı, öz – özünə: Allahım sən mənə səbir ver, keçib divanda əyləşdi.

Aylın baxırdı onun nə deyəcəyini gözləyirdi. Üzündən bəlli idi Sərdar incik idi özündən, – Sərdara: bax üzür istəyirəm dedim, duymadınmı? ordan bura gəlmisən məni qurtarmağa. Sənə çox sağol deməliydim, oldumu? bağışlayacaqsanmı? Sərdar dinmədi. Aylın dərindən nəfəs alıb öz -özünə: anladım bağışlamayacaqsan. Aylın – Sərdara: təkrar üzür istəyirəm bağışlamasanda, masadakıları məndən sənə kiçik qonaqlıq kimi qəbul et. Siz kişilər demişgən, içki bəzən adama dərdini unutdurur. Səndə biraz iç dincəl, elə bil olmayıb aramızda dava, getmək istəyirdi Sərdar səslədi – Aylına: dayan, Aylın dayanıb baxdı. Sərdar qollarını bir – birinə dolayıb – Aylına: mənə görə qarson cildinə girmisən əziyyət çəkib o üzdən qulluq et mənə, bəlkə bağışlayaram sonra səni.

Aylın sevindi, gəlb şərab şüşəsini götürüb açmağa çalışdı, nə etdisə aça bilmədi. Aylın – Sərdara: bir dəqiqə Sərdar bəy indi çıxaracam, dartdı çıxmadı propkası şüşənin boğazından. Aylın əsəbləşirdi aça bilmədiyiçün, şüşəyə baxıb bunu kleyləyiblərmi bura? yenidən çalışdı alınmırdı. Sərdar ayağa qalxıb əlindən götürdü şüşəni, və rahatlıqla açdı şərabı. Sərdar – Aylına: buyurun, yəqinki bakala süzməkdə çətinlik çəkməsən, keçib əyləşdi. Aylın şüşəni götürüb bakala şərab süzdü, gətirib Sərdara verərəkən üstünə dağıtdı. Sərdar tez ayağa qalxsada köynəyi şalvarı batdı, tərs – tərs Aylına baxdı. Aylın başını qaşıyıb – Sərdara: dagıldı üstünə. Sərdar – Aylına: görürəm dağıldı, deyib özünüzə zəhmət niyə etdin? vallahi bir gün çalışdırmazdar səni burda, qovarlar. Aylın – Sərdara: mən yuyaram paltarını narahat olma. Sərdar əllərini qaldırıb geri çəkildi – Aylına: amandı istəmirəm dəymə mənə. Aylın – Sərdara: dəymirəm sənə, get dəyiş əynini batmısan. Sərdar nə isə demək istəyirdi Aylına, özünü zor tutdu əsəblə getdi əynini dəyişməyə.

 

Aylın bakala tezdən şərab süzüb gözlədi Sərdarı, az vaxtdan paltarını dəyişib gəldi. Aylın şərab bakalı əlində gözləyirdi, – Sərdara: buyurun bu dəfə ehtiyatlı olacam söz. Sərdar ehtiyatla bakalı götürüb, dərindən nəfəs alıb baxdı Aylına. Aylın Sərdarın özünə baxdığını görüb – Sərdara: içsənə, dedilər ən dadlı şərablardan biridir. İç baxım bəyənəcəksənmi, dedikləri kimidirmi gərçəkdən, – Aylına: sən başımın üstünü kəsdirib durmayacaqsan hər halda. Aylın – Sərdara: məni bağışladınsa gedirəm sən rahat iç dincəl. Sərdar istəmrdi Aylın yanından getsin, ancaq özünü kobutladığına görə Aylına olan əsəbi senməmişdi. Sərdar – Aylına: qal qulluq et, Aylın biraz kənarda dayandıb – Sərdara: sən dinlən elə bil yoxam. Sərdar şərabın hamısını içdi bakaldan bir dəfəyə. Aylın öz – özünə: imkan ver dincələk bizdə. Sərdar bakalı uzatdı – Aylına: yenə süz, Aylın yaxınlaşıb bakala şərab süzdü. Sərdar onuda iç ib dodaqlrını yaladı, – Aylına: gözəl şərabdır bəyəndim. Aylın yavaş səslə öz – özünə: gözəldə qiyməti var yavaş iç biraz. Sərdar – Aylına: təkrarla, Aylın şərabın axırını bakala süzdü, Sərdar onuda içib – Aylına: davamı olacaq elə deyilmi? Aylın yalandan gülümsədi. Aylın – Sərdara: əlbətdə Sərdar bəy, siz bizim qonağımızsınız. Mən indi gəlirəm, çıxdı nömrədən.

Sərdar Aylının ardınca gülümsədi, öz – özünə: sənin başına bir oyun açım ki mən, dur hələ. Qarson cildinə girməkçün verdiyinin 10 qatınıda şəraba ödəyəcəksən. Çox çəkmədi Aylın qayıtdı az vaxtdandan, bu şüşənidə bitirdi Sərdar tezliklə. Aylın gedib yenə gətirdi, saatda artıq 1: 00 – olurdu, yorulmuşdu ayaq üstə dayanmaqdan, get – gəldən. Sərdarın şərabı bitirdiyini görüb yenə gətirməyə getdi, bu dəfə qucağında 5 şüşəylə gəldi. Artıq bezmişdi Sərdara qulluq etməkdən və çıxıb düşməkdən mərtəbələri.

Gətirdiyi şərabdan özünədə süzüb yerdən əyləşib içdi Sərdara baxmadan. Sərdar Aylının hərəkətnə gülümsədi, bəzən bu cürə hərəkətləri ona ləzzət verirdi. Sərdar biraz sərxoş olmuşdu şərabdan, – Aylına: bu gün burda qızla tanış oldum, məni otelimə kimi gətirdi maşınıyla. Aylın şərabdan icərək – Sərdara: sevindim. Sərdar – Aylına: bilirsənmi kimin qızı idi? Aylın çiyinlərini çəkib bilmirəm deyə işarəsi etdi. Sərdar gülümsəyərək, – Aylına: rəyisin qızı idi. Aylın şərabdan içib – Sərdara: oha desənə tayını tapdın sonunda. Sərdarın özünə acıqlı baxdığını görüb tez səhvini düzəltdi, yəni oda sizin kimi polis ailəsindəndir, yaxşı anlayarsınız bir – birinizi mənasında dedim. Sərdar özü süzdü özünə şərab, Aylının bakalınada əlavə etdi.

Sərdar – Aylına: çox şirin qız idi, onun gülümsəməsi mülayimliyi məni məsti xumar etdi. Aylın əlinin üstüylə burnunu silib öz – özünə: səni məsti xumar edən mənim cibimdir. Sərdar duyurdu Aylın deyənləri gülümsəyib, baxdı Aylına. Aylın – Sərdara: o qız səbəb olub buralarda qalmayacaqsan, elə deyilmi? Sərdar divana söykənib rahat əyləşib – Aylına: niyədə yox? gözəl fikirdi, bunu heç düşünməmişdim. Aylın – Sərdara: sən ən yaxşısı qızı dəvət et öz şəhərinə, Sərdar ayaqlarını bir – birinin üstünə aşırıb, dərindən nəfəs aldı. Sərdar – Aylına: aşiq oldum mən, Aylın şərabını içib bitirdi, şüşədən yenə süzüb əyləşdi yerdən divana söykənib. Sərdar – Aylına: gəl burda əyləş yanımda, Aylın əli ilə işarə edərək – Sərdara: yox burda yaxşıdı mənə. Sənin yanında otursam aşiq olma xəstəliyin mənədə keçər, bələ başım daha dincdir. Sərdar güldü, – Aylına: gəl dedim oturma orda, Aylın qalxıb əyləşdi Sərdardan biraz kənar divanın o başında.

Sərdar Aylına baxdı, – Sərdara: çox gec oldu, mənidə bağışladın sayılır mən gedim evə. Sərdar – Aylına: bağışlamadım gedə bilmssən, Aylın yorğun idi şərabda təsir etmişdi, əlindəki bakala baxdığında birdən Vəfanı xatırladı. İçəridə olarkən yazıq su istəmişdi verməmişdilər, Sərdar Aylının nə isə düşündüyünü anladı üzünü ifadəsindən. Aylın fikirə daldı, – Aylına: nə fikirləşirsən? Aylın gözünü bir nöqtəyə zilləyib – Sərdara: mənim ona yardım etməyim lazımdır. Sərdar – Aylına: kimə yardım etməyin lazımdır? Aylın unutmuşdu bir anlıq, – Sərdara: mənimlə içəridə olan Vəfa xanıma.

Sərdar anladı Aylının kimə isə yardım etmək istədiyini. Off Allahım off, canını dərt bürüdü, – Aylına: sən dinc dura bilmirsənmi? Vəfada kimdir? nəyinə lazımdır sənin tanımadığın insanlar. Aylın dərindən nəfəs alıb -Sərdara: o da insandır, yazıqdır. Sərdar başını narazılıqla sirələyib, bakaldakı şərabın hammısını içdi. Sərdar – Aylına: sən hələ özünü qurtar rəyisin o tipindən, sonra baxarsan başqalarının carələrinə. Aylın – Sərdara: hansı rəyisin tipindən? Aylın Sərdarın özünə acıqlı baxdığını görüb, – Sərdara: zarafat etdim tamam. Dilqəm dedi o çox alçaq biridir, Sərdar Dilqəm dediyində xoşuna gəlmədi, – Aylına: Dilqəmdə kimidir? -Sərdara: qonşumdur, Bahar xalanın oğludur. Sərdar boş bakalı əlində oyndaraq öz – özünə: deməli qonşundur, o da xoş tipə bənzəmir heç. Aylın şərabın təsirindən yatmaq istəyirdi, -Sərdara: bilmirəm necə tip olduğunu, şükür edirəm qonşum rəyisin oğlu deyil.

Aylın ayağa qalxdı – Sərdara: mən gedim Sərdar bəy artıq gecdir. Sərdar – Aylına: burda qal getmə darıxıram, – Sərdara: darıxırsan zəng et rəyisin aşiq olduğun qızına gəlsin səninlə otursun. Sərdar gülümsədi, – Aylına: sən mənimi qısqandın? Aylın əlindəki bakalı masaya qoydu, – Sərdara: Allah etməsin səni qısqanım. Sərdar ayağa qalxdı – Aylına: o zaman gedək ötürüm səni. Ayın – Sərdara: burası mənim şəhərimdir, narahat olma mənə heçnə olmaz. Sərdar – Aylına: burda olmağımın səbəbi nədir görəsən? Aylın Sərdara yenə kobut söz deyəcəkdi özünü zor tutdu, demədi. Sərdar pencəyini geyindi, Aylın Sərdarında xasiyyətini bilirdi, ən azından özü qədər tərs idi. Aylın – Sərdara: tamam gedək ötür, çıxdılar nömrədən qağını bağlayıb.


Otelin qarşısında taxsıyə əyləşdilər getdilər, Aylınla Sərdar arxada oturmuşdular, yol gedirdilər evə doğru. Az vaxt keçmədi Sərdar başını Aylının çiyninə qoyub yuxuladı. Aylın Sərdarın yatdığını anladı, öz – özünə: məni ötürürənə bax sən, taxsi gəlib evin qabağında saxladı.

Aylın yatan Sərdara baxdı, bu halda onu geri otele göndərə bilməzdi, şoferə pulu verib eytiyatla Sərdarı oyatdı. Çatdıq oyan en maşından, Sərdar oyanıb baxdı hara gəldiklərini anlamadı. Aylın maşından enib gedib qapını açdı, Sərdar zorala endi maşın getdi. Sərdar ayaq üstə zorla dayanırdı, həm yol yorgunu idi, həmdə şərabın təsirindən sərxoş olmuşdu. Aylın gəlib qolundan tutub, – Sərdara: gəl yat özünə gəl, – Aylına: biz hardayıq? -Sərdara: mənim evimin önündə Sərdar bəy. Səni bu halında geri göndərə bilməzdim, gəl gedək evə. Sərdar Aylını özünə tətrəf çəkib çiynindən qucaqlayıb sıxdı, – Aylına: gedək deyirsən gedək. Aylın xanım, sənin yaşadığın böyüdüyün evi görmək istəyirəm, getilər evə.

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»