Günahsız günahkar. Roman. Hissə – 4

Текст
Читать фрагмент
Отметить прочитанной
Как читать книгу после покупки
Шрифт:Меньше АаБольше Аа

Aylında Nicatda ayağa qalxdılar, adamlarda qalxdılar. Nicata işarə etdi ki Aylın, pafkanı versin Bayrama. Nicat tez qarşıya keçdi pafkanı götürüb, Bayrama uzatdı. Bayram pafkanı götürüb katibəyə verdi, və onun əlindəki Aylın gilə ayid pafkanı, Nicata verib əlini sıxdı. bayram – olara: salamat qalın, görüşərik. Nicatda – Bayrama: görüşərik, kişi Aylınada yaxınlaşıb əlini sıxdı. Bayram – Aylına: bir daha təbriklər, inşallah işimiz xeyirli – uğurlu olar Aylın xanım. Aylında Bayramın əlini sıxıb, inşallah Bayram bəy, Bayram getdi. Onun ardınca qalanlarda gəlib, Nicatla Aylınla əl sıxıb, otaqdan çıxdılar.



Axıra Fəda qaldı, yaxınlaşıb başını qaşıyıb – Nicata: mən bilmirəm belə yerlərdə nə deyirlər. Nicat tərs – tərs süzdü, – Fədaya: bir söz deməyinə gərək yox sənin, qarşıda atan var o dedi əvəzinə. Vaxt gələr səndə öyrənərsən, nə deyillər Fəda. Fəda Nicatla əl sıxmadı, Aylına baxıb gülümsəyərək, əliylə sağ ol deyib çıxdı otaqdan.



Aydın idi hərəkətindən, işə atası zorla aparırdı yanında Fədanı. Nicat Fədanın ardınca əsəbləşdi, eşşək – heyvan, mərəfətsiz. Aylın – Nicata: bekara birinə oxşayır, canını işə Fəda edən biri deyil, atasıda narazıydı görünür. Fikir vermə, onuda beynimizə soxsaq, dəli olma qarntimiz var.



Şəfa Adamları ötürüb gəldi, Aylın xanım getdilər Fədadan başqa hər kəs. Nicat dönüb – Şəfaya: nə deməkdir, Fədadan başqa? Şəfa çiyinlərini çəkdi. Şəfa – Nicata: orda işçilərimizdən bir qızla söhbət edir dayanıb. Nə edim, qova bimərəm ki? Nicat əlindəki pafkanı masaya qoyub çıxmaq istəyirdi, Aylın səslədi, Nicat dur. Nicat Aylına baxdı, – Nicata: dedim dur getmə qarışma. Bəlkə tanıdığı biridir burda çalışan işçimiz?



Aylın – Şəfaya: Şəfa sən get onun yaxınlıqlarında hərlən, bax nə haqda danışıllar. Unutmadıqsa az öncə iş imzaladıq olarla. Onun danışdığı o qızla mülayim ol, bax kimiymiş öyrən, Şəfa – Aylına: anladım o iş məndə, çıxdı otaqdan tez. Nicat Aylına baxdı, – Nicata: nə desən olar, yoxlamaq lazım yenidən hər şeyi. Onun burda ilişib qalması yaxşı oldu, tez anlayaraıq nə iş qarışdırdığını, elə deyilmi?



Nicat – Aylına: sevmədim mən o tipi heç, bilmrəm harda olan… bizim başımıza ilişir gəlib, əsəbləşdi. Aylın – Nicata: avara olduğu üzündən bəllidir, bəlkədə atası demişkən, yenə özünü birinə müvəqqəti olaraq fəda edir. Birdəki adamı tanımadan, onun xaricindəndə qiymətləndirmək düzgün deyil. Aylın keçib yerində əyləşdi, – Aylına: mən gedim canım başımın bəlasına bir baxım, gəlirəm tez Aylın Nicatın atasını dediyini anladı, – Nicata: get mən burdayam tələsmə, yeməyini çayını ver. Nicat kefsiz çıxdı otaqdan.



Gedərkən Fədanın hələdə qızın yanında əyləşib söhbət etdiyini gördü. Şəfa Nicatı gördü, Şəfaya işarə etdi ki, gözü onda olsun. Şəfa işarə etdi ki, narahat olmasın, Nicat getdi. Fəda görmədi Nicatın getdiyini. Şəfada yaxınlarında başqa işçilərə iş haqda nəsə danışaraq, gözü olarda idi.



Axaşm olurdu işdən çıxası vaxt idi, Ramiz saatına baxdı. Dilqəm hələdə çalışırdı, qapı açıldı döyülmədən. Ramizlə Dilqəm baxdılar qapıaya, gələn anası idi. Dilqəmələ Ramiz tez ayağa qalxdılar. Ramiz Bahar – anasına: anam sən niyə gəldin, bir şeymi oldu? Bahar anası – Ramizə: yox oğlum. Gəldim ki olmasın yenə, Ramiz anlamadı. Anası gəlib ikisinidə alnından öpüb, – olara: evə gedirik burdan düz, şövbəyə filan deyil. Bundan sonra belə olaçcaq oğlum, siz evin yolunu şaşırsınız tez – tez. Məndə analıq borcumu yerinə yetirim ki, üzüm qara olmasın ölənlərimizin, qalanlarımızın, qarşısında. Ramiz anladı söz özünə ait idi, işdən çıxıb Aylından üzür istəməyə gedəcəkdi, alınmadı. Anası – olara: hadi hazırlanın doğru evimizə. Dilqəm güldü Ramizin halına altdan – altdan. Ramiz Dilqəmə əsəbə işarə etdi ki, verəcəm payını gülmə. Dilqəm anasını qucaqlayıb, düz etdin gözəl anamız bizim. Biz nə qədər böyüsəkdə, anamızçün hələdə uşaqlar olaraq qalırıq, elə deyilmi qardaşım? Ramizə acıq verdi. Ramiz baxıb yalandan gülümsədi, kefsiz – kefsiz telefonunu masadan götürüb baxdı. Ramiz dərindən nəfəs alıb, buyur anam gedəyin evimizə, anasını öndən dəfət etdi.



Yanından Dilqəm keçərkən, qoluna ilişdirdi güldüyüçün. Dilqəm – anasına: ana baxsana vurur mənə. Ramiz Dilqəmin uşaq kimi söz daşımasına baxdı əsəblə. Anası – ikisinədə: düşün önümə, öndən gedin ki, ikinizidə gözüm görsün. İşçilərin qarşısından özlərini önünə salıb aparmalarına utandılar ikisidə. İşçilərdə altdan – altdan gülüşürdülər. Bilirdilər Ramizin səsli – küylü davakar olduğuna alışmıdılar artıq. Dilqəm – Ramizə: burasını heç düşünməmişdim qardaşım, işçiləri işarə edirdi. Ramiz – Dilqəmə: heç şaşırmadım qardaşım, evə çataq mən düşündürəcəm səni, getdilər anasının önünə düşüb ikisidə səssizcə.



Aylınla Nicatda gəlmişdilər evə, Aylın oğluyla oynayırdı otağında, canım oğlum mənim. Oğlunu öpüb qoxladı, cənnət qoxulum. Uşaqda böyümüşdü qanırdı, oyuncaqlarla oynayırdı. Qapı döyüldü içəri Nicat girdi, – Nicata: oğlumçün darıxmışdım. Nicat gəlib uşağı götürüb öpüb yuxarı qaldırdı. Aslan parçasıçün kim darıxmır ki? uşağ oynadaraq yatağa qoyub, qarnını qıdıqlayıb qolunu dişləyib, oynadı. Uşağında xoşuna gəlir gülürdü Nicat dişlədikcə, qıdıqladıqca. Nicat uşağın yanına uzanıb, götürüb yuxarı qaldırıb ucurtdu əlləriylə qarnından tutub. Nicat – uşağa: ucaq gedək buralardan uzaqlara, ormanlara, aslanlar olan yerə. Mənim aslanım hammısını parçalayar və ormanın ən birincisi olar, elə deyilmi? uşağı xoşuna gəlirdi oynadıqca özüylə. Aylın olara baxıb gülümsəyirdi, zarafata – uşağa: ormana gedincə öncə əyninə bəz taxmağıda unutmasın əmisi, Nicat səsli gülüdü Aylının zarafatına. Qapı döyüldü, qapını Cansu açıb, Aylın xanım sizi Afət xanım çağırır, – Cansuya: gəlirəm indi. Cansu – Nicata: Nicat bəy Sərdarı alım siz dincəlin. Nicat – Cansuya: yox mən burdayam qalsın mənimlə, oynayırıq biz aslanımla. Cansu qapını örtüb getdi, Aylın oğlunu öpüb qalxıb getdi. Niacat uşaqla oynasada fikri Aylında idi, dodağının yarası bilinirdi tam sağalmamışdı, Nicatı üzürdü bu çox.



Ramizlə Dilqəmi gətirib anası gəldi evə – olara: gedin yuyunun, az vaxtdan yemək masasına çağırmağa düşməyim sizi. Ramizdə gedirdi Dilqəmin ardınca, Bahar anası səslədi, – Ramizə: telefonunu ver mənə. Ramiz – Bahar anasına: anacan telefonu niyə götürürsən? işlə əlaqəli zəng gəldi bəlkə? ver bura dedim, ver – ver qurdalanma. Ramiz istəmiyə – istəmiyə telefonunu çıxarıb verdi. Dilqəm gülmək tutdu, Ramiz gördü özünə güldü, əsəblə baxdı. Dilqəm tez getdi aradan ki, Ramiz ilişməsin özünə. Bahar anası – Ramizə: işin iş vaxtı var, sabah səhər danışarsınız işlə əlaqəli məsələlərinizi, indi isə get yuyun qardaşınla gəlin. Ramiz getdi suratını asıb çarəsiz, Bahar deyindi ardınca, işlə əlaqədarmış, getdi mətbəxtdə telefonu götürüb.



Ramiz gəlib vanna otağına girib qapını örtdü, Dilqəmə çox əsəbiydi güldüyünə görə. Düşda soyuq suyu açdı, Dilqəm anladı özünü soxacaqdı soyuq suya. Qacmaq istəsədə alınmadı, Ramiz tutub bağırda – bağırda paltarlı qarışıq soxdu Dilqəmi soyuq duşun altına. Dilqəmin soyuq suyun təsirindən çıxğır – bağırı eşidilirdi, – Dilqəmə: gül indidə, niyə gülmürsən? qardaşına gülənin sonu belə oldur. Dilqəm – Ramizə: gülməyəcəm söz, vallah insafsızsan dondum xəstələnəcəm, burax qardaşım yetər, bağırsada Ramiz buraxmadı.



Aylın gəlib əyləşmişdi Afətin dizinin dibində, yazıq qadın görmürdü, Aylının dodağı yaralı idi qızı səbəb olub. Cansu gəldi, Aylın xanım Nicat bəyi yuxu tutmuş oyatmadım. Aylın – Cansuya: düz etdin, yazıq yorğunluqdan yatmış, xalası ah çəkdi, yazıq balam mənim. Özünü qandığından vardır onun üstündə bu yorğunluq, qızım mənə yardım et, gedim otağıma. Aylın qalxıb qolundan tutub apardı Afəti otağına, Cansu Aylının dodağına baxırdı. Aylında anlamışdı Cansunun sual dolu baxışlarından, nə olduğunun mərakındaydı.



Aylın Afəti otağına aparıb qayıtdı. Cansu Aylının yaralı dodağına baxdı. Aylın gülümsəyib, – Cansuya: bilirəm gəldiyimdən imkanın olmadı soruşmağa, Nicatla Ramiz davalaşdılar yenə səhər bura gələrkən, aralarına girdiyimdə Ramizin atdığı əl mənə dəydi. Bu an Nazlı arxadan səsləndi, – olara: məncədə ünvanına düz dəymiş, əllərinə sağlıq qardaşımın. Cansu əlini ağzına tutub baxdı Nazlıya. Aylın dönmədən – Nazlıya: hə Nazlı xanım, ürəyin rahat olsun dediyin kimi olmuş, Nazlı mətbəxtdə getdi. Aylın – Cansuya: bu ilaclarını qəbul edirmi? – Aylına: artıq demirəm, siz demisiniz qəbul etsin vaxdında. Aylın anladı Canusu nə demək istəyir, gülümsədi. Cansu siz düz olanı edin, fikir vermə ona tamammı? Aylın getmək istəyirdi Nazlı səslədi, dur deyəcəklərim var sənə.



Aylın istəmirdi Nazlıyla nə isə haqda danışsın, getmək istədi, Nazlı arxadan – Aylına: sən heç kimsən. Aylın dayandı baxdı Nazlıya tərəf, Nazlı yaxınlaşdı əlində su bakalıyla. Aylın – Cansuya: sən get Sərdara bax zəhmət olmasa, Cansunun heç xoşuna gəlmirdi Nazlının danışığı – davranışı, baş üstə Aylın xanım, getdi. Aylın – Nazlıya: məndən incimisən bilirəm, – Aylına: sən kimsən ki mən səndən inciyim? kimsən sən. Aylın Nazlının sözlərindən bir anlıq dərindən nəfəs alıb – Nazlıya: tamam heç kiməm səninçün. Ancaq biraz vaxtlıq idarə et xayiş edirəm, – Aylına: mən səni burda gömək istəmirəm, anlamırsanmı? mənim rahatlığımı pozursan sən. Tək mənim yox hər kəsin, baxsana ətrafına hər kəsi salmışsan biri – biriylə, düşmən etmişsən. Mənə qardaş sayılan insanların ortasında qoymusan məni çıxılmaz vəziyyətdə, sən necə pis birisənmiş bilirsənmi? heçdə göründüyün kimi mələk kimi deyilsən. Mən bunu anladım, başqalarıda vaxtında anlasaydılar, belə olmazdı üzülməzdilər sənə gör. Sən çinsənmi – şeytansanmı anlamıram, necə girə bilirsən iki insanın ortasına? birinci şirkət açdınız, sonra tərk etdin getdin Ramizi dəli etdin. İndi yenə şirkət qurdun Nicatla birlikdə, indidə onu dəli edirsən. Dedin ya səhər ikisidə dalaşarkən aralarında qaldın sənə dəydi, tez – tez belə hallar olsaydı, bəlkə axlın başına gələrdi. Aylın – Nazlıya: səsnin dilin uzanmış, Nazlı əlindəki suyu Aylının üzünə atdı.



Arxadan bu anda Nicat bağırdı! – Nazlıya: sən nə edirsən? gəlib Nazlının qolundan tutub sıxdı əsəblə, sən nə hesab edirsən özünü? qarşındankı sənin uşağındırmı? tərbiyəssiz – mərəfətsiz. Sən bunları Ramiz qardaşındanmı öyrəndun. Dedik xəstəlkdən döndün susduq, sən keçdin həddini görürəm. Bilmək istəyirsən Aylının dodağına gərçəkdən nə olub? Aylın – Nicata: Nicat sus. Nicat susmadı – Aylına: yox canım bu mərəfətsizə deyim ki, bilsin əsil çin – şeytan rolunu oynayan kimdir burda. Bura gəldiyində səhər o tip qardaşın dediyinə şikayət etmişsən Aylından, oda gəlib Aylını vurdu sənə görə, ürəyin sakitləşdimi? rahatlıq tapdınmı indi? Nazlının qolunu kobutcasına buraxdı. Nicat barmağını sirkələyərək, – Nazlıya: sənin bu mərəfətsizliyindən çox utandım mən, mən işsiz qaldığımıda mənə bu insan qol – qanad oldu. Sən işsiz qaldığında səni işə aldı, evindən ayağına qədər gəlib anandan izin alaraq, apardı sevgilinə qovuşdun. İndi de mənə, kimə pislik etdi bu günahsız insan? sənin o boş başında, o qardaşın dediyin tiplə eyni çalışır. Nicat elə əsəbləşmişdi ki, özünü zorla saxlayırdı.

 



Nazlının gözləri yaşardı, Aylın Nicatın qolundan tutub çəkdi kənara, – Nicata: yetər dedim. Mən etdiklərimi kimsənin başına vuran deyiləm, kimə nə etdim halal xoşları olsun. Aylın özünü pis hiss edirdi, istəmirdi Nazlını Nicat acılasın özünə görə. Nazlı yenə susmadı, ağlaya – ağlaya – Nicata: onu tanıdığıma peşmanam. Nazlı haqsızlıq edirdi gərçəkdən. Nicat nə isə demək istədi, Aylın Nicatdan bərk – bərk yapışdı ki, yıxılmasın. Nicat anladı, Aylının qolundan tutub, – Aylına: yaxşı deyilsən sən, biz burdan elə indicə gedirik canım. Xayiş edirəm heç demə mənə yox filan, biraz zamana ehtiyacın var, belə haqsızlığa layiq deyilsən sən. Aylın – Nazlıya: ağlama bacım bağışla, səni rahatsız etdiyimi bilmirdim. İnan gərçəkdən bilmirdim bu günə qədər, gedəcəm mən söz verirəm, nə olar ağlama. Nazlı üzünü tutub getdi otağına.



Nicat Aylını gətirdi öz otağına, gəl canım gəl, biraz uzan sakitləş, mən indi taxsi çağırıram və həmən buranı tərk edirik. Aylın Nicatın əlinən tutub qoymadı, dur tələsmə xayiş edirəm. Nicata – Aylına: canım mən həmişəki kimi bura gəlib yanlarında göz – qulaq olacam, mən o ağzına gələni sayaqladı deyə baxımsız qoymaram, sən narahat olma heç. Bu qədər çalışırsan sənin dinlənmən lazımdır, bax gör nə hala qalırsan düşüncəsiz insanların sözlərinin təsirindən. Niyə sən bütün buları çəkməlisən, bax niyə? de canım yetmədimi? oğlunçün yaşa artıq, sənə bir şey olarsa düşün yazıq olar ortalıqda. Anasız böyümək necə dərtdir bunu mən yaxşı bilirəm, razı ol gedək burdan. Aylın – Nicata: söz verirəm bu günlərdə xalanla danışıb gedəcəm burdan, belə getsəm yazıq üzülər, anla. Nicat dərindən nəfəs alıb baxdı, – Nicata: dedin mən olmasam oğlum ortalıqlarda qalar, qalmaz bunu bilirəm artıq.



Nicat Aylının nə demək istədiyini anlamadı. Aylın-Nicata: sən varsan dostum, sən onu mənəndə yaxşı baxarsan, bundan rahatam. Nicatı kövrəltdi Aylının özünə qarşı olan etibarı. Aylının yanına uzandı, qolunu başının altına qoyaraq – Aylına: mən sənsiz yaşamaram ki? bağışla mənə ümid olub oğlunu tərk etməyə düşünmə belə, mənim ürəyim dayanar sənsiz. Gözlərini bir nöqtəyə zilləyib səssiz dayandı, – Nicata: mənə indiyə qədər heçnə olmadı, bütün sevdiklərimi itirməyimə baxmayaraq, indən sonrada olmaz qorxma. Nicat sarsılmışdı cavab vermədi artıq. Aylın Nicatın qoluna yavaşca vuraraq, hər şey yaxşı olacaq üzülmə sən, ayağa qalxdı uzandığı yerindən. Nicat üzünə yastığı çəkib sakit dayandı, Aylın halsız – halsız cıxdı otaqdan, getdi oğlunun yanına.



Səhər açılmışdı, Ramiz Dilqəmlə işə gəldilər, işçilər Ramizlə Dilqəmi görüb, pıçıldaşaraq gülüşdülər. Dilqəm – işçilərə: hər kəsin sabahı xeyir və hər kəs işinə baxsın xayiş edirəm. Ramiz başını narazılıqla sirkələyərək, iş otağınn qapısını açıb – Dilqəmə: millətə rəzil olduq. İçəri girdiyində Nazlını görüb pərt oldu, – Nazlıay: bacım? sən nə edirsən səhərin gözü açılmamış burda? Nazlı çox kövrəldi. Bir anda qaçıb Ramizə sarıldı ağladı.



Dilqəmdə Ramizin ardında dayanıb baxa qaldı, nə olmuşdu Nazlıya düşündü, ürəyi bir anda döyünməyə başladı tez – tez, qorxdu!. Birdən yenə Nazlıdan pis xəbər olar deyə, yazıq soruşmağa belə çəkinib qalmışdı. Ramiz Nazlını qucaqlayıb, şşşş nə oldu mənim gözəl bacıma? əlləriylə Nazlının yaşlı gözlərini silib baxdı üzünə. Gəl əyləş, Nazlnı yaxındakı kresloya otuzdurdu. Özü qarşısında çökərək dayanıb – Nazlıya: indi mənə anlat nə olduğunu. Nazlı gözlərini silib baxdı Dilqəmə, Dilqəm donub qalmışdı yerində.



Nazlı – Ramizə: nə olar icazə verin işə başlayım, mən axlımı oynadacam evdə qalsam. Ramiz dərindən nəfəs alıb baxdı, – Nazlıya: Aylınmı yenə? – Ramizə: bilmirəm, mənim fikirlərim qarışdı son vaxtlar. Ramiz dərindən nəfəs alıb – Nazlıya: mən dınışacam Aylınla gedib. Tamam sən qal burda işinə davam et, ama özünü yorma, dnışdıqmı? Ramiz Nazlının alnından öpüb, ayağa qalxdı. Dönub qalmış Dilqəmə yaxınlaşdı, sakitləşdir Nazlını, mən birazdan gələcəm getdi. Dilqəm Nazlının yanına gəlib, Nazlını qucaqlayıb sıxdı özünə, yaxşısanmı sən? nələr olur canım? Nazlı Dilqəmi bərk – bərk qucaqlayıb, sakit dayandı.



Aylınla Nicat işdəydilər. Nicat – Aylına: mən biraz vaxlıq çıxıram – Nicata: atanamı? – Aylına: yox şövbədən çağırdılar imza atmam gərəkən kağızlar varmış, etdiyimiz yaramazlıqla əlaqədar. Aylın – Nicata: bu birinci – sonuncu olsun dostum, – Aylına: tamam söz canım, lazım olsa zəng et getdi.



Aylın işiylə məşğuldu, Nicat çıxıb Şəfa girdi otağa – Aylına: Aylın xanım bunları gözdən keçrmən lazımdır, gətirib masasına kağızları qoydu. Aylın – Şəfaya: yeni gəlmiş işçilərə anlat şirkətimizin qanunlarını. Şəfa təcüblə – Aylına: siz olarla danışmayacaqsınızmı? – Şəfaya: sən artıq bilrsən nə deyəcəyimi olara, xayiş edirəm mən əvəzdən məlumatlandır, işim çoxdur. Şəfa – Aylına: tamam anladım o iş məndə, getdi. Şəfanın hər dəfə o iş məndə deməsi, Aylını gülümsədirdi.



Aylın Şəfanın gətirdiyi kağızları gözdən keçirib baxdı. Şəfa geri qayıtdı, Aylın Şəfaya baxdı. Şəfa gəlib – Aylına: dünən Fədanın işçimiz qızla danışmasını dedmişdim nəzarət altında saxlayacam. Aylın o haqda unutmuşdu, evdə olanların təsirindən. Şəfa – Aylına: o qız yaman ağzı bərk birisidir, bunu deyim rahat olmayacaq onunla yaxınlaşmam, ama gözüm üstündədir bil. Aylın – Şəfaya: sənə güvənirəm Şəfa, nə gərəkirsə et, mənidə məlumatlandır tamammı?



Şəfa – Aylına: tamam, dediyim kimi ortaya çıxacaq yaxınlarda, narahat olmayın, getdi. Aylın dərindən nəfəs alıb kağızlara baxdı diqqətlə, telefonuna zəng gəldi. Götürüb baxdı, tanımadığı nömrə idi, alo buyurun, biraz qulaq asıb çox sağolun, qarışdırılmış diqqətsizlikdən. Tamam təşəkkür edirəm, telefonu masaya qoyub başını narazılıqla sirkələyib, işinə davam etdi.



Təkrar qapı döyülmədən açıldı, Aylın tək olanda qapını döymədən girən tək bir Şəfa olurdu. Aylın baxmadı, Şəfa dünən imzaladığımız dokumentlərin arasına bizim kağızımız qarışmış, zəng edib bildirdilər, birazdan şirkətə göndərəçəklər. Cavab gəlmədiyində Aylın baxdı, qarşısında dayanan Ramiz idi. Aylının üzünün ifadəsi dəyişdi, Ramiz Aylına baxırdı sakit – sakit. Ramiz yaxındakı kreslonu çəkib, Aylına yaxın əyləşdi, Aylını süzdü baxışlarıyla. Aylında Ramizə baxırdı, – Aylına: sən bu gün Nazlının evini tərk edəcəksən, anladın? Aylın anladı ki, Nazlı yenə Ramizə şikayət etmişdir. Aylın – Ramizə: təcübləndirdin sən məni, Ramiz anlamadı, Aylına baxdı. Aylın əsəblə – Ramizə: belə sakit oturub əmir etmənə təcüb qaldım, şilləsiz – yumuruqsuz səhər – səhər vərdişə salacaqsan artıq məni syurprizlərinlə. Ramiz – Aylına: vurma üzümə peşmanam, – Ramizə: sən peşmanlıq nədir bilirsənmi? vallahi çox şaşırtdın məni. Bura gəlmisən qapımı döymədən girirsən, bunuda keçdik. Ancaq mənə gəlib əmir verməni keçə bilmərəm incimə, mən o evdən çıxaçam sən deməsəndə, vaxtı çatdıqda. Nazlı artıq həddini ötdü görünür, insanlar necə dəyişə bilirlərmiş, Allahım sən kömək ol. Dün dost – bacı, bu gün düşmən olursan durduq yerdə. Buda yetməz kimi, üstümə öz dayım oğlunu göndərir, bravo əla alınır. Ramiz – Aylına: bax Aylın əsəbimlə oynama, dedim ordan həmən çıxaçaqsan və bu söhbət burda bitsin. Bir daha o evin qapısı hardan açılır unudacaqsan, Nazlını gözü yaşlı görmək istəmirəm, anladınmı? dirəşmə gəl mənimlə. Mən ona söz verdim qardaşı oldum, məni arada qoyma, dediyimi et və evi tərk et, qalmaqçün sənə öz evimi verirəm. Aylın – Ramizə: evində, mərəfətinizdə sizin olsun, mən dedim vaxtı çatdıqda Afət xanımla danışıb çıxacam. Mən qadının üzülməsini istəmirəm, boş baş qızına görə. Ramiz – Aylına: sən axıllısan hə? tanımadığın birisiylə yaşayırsan gedib. Şirkət açırsan ortaq, bravo çox axıllısan Aylın xanım. Aylın dərindən nəfəs alıb ayağa qalxdı, – Ramizə: tərk et buranı xayiş edirəm, insan kimi əgər mümkünsə. Ramiz ayağa qalxıb, Aylına birazda yaxınlaşdı, etməssəm?



Qapı döyüldü, içəri Fəda girdi. Aylınla Ramiz Fədaya baxdılar. Fəda az qala, Aylınla Ramizin yaxın dayanmalarından səhv anlayacaqdı. Aylın – Ramizə: dedim tərk et buranı həmən. Ramiz əsəbləşdi, -Aylına: etməssəm nə edəcəksən? o dovşan ortağınımı çağıracaqsan? hanı o? deyirdi həmişə yanında olacam, hardadı qəhrəmanın? Ramiz Aylını ələ saldı.



Fəda otaqdan çıxmaq istəyirdi, Ramizin Aylına qarşı hədəsini duyub dönüb baxdı, qapını örtüb gəldi yaxına. Aylın xanım problemmi var? Ramiz – Fədaya: sənə nə? Fədanın xoşuna gəlmədi Ramizin danışığı. Sənə tərk et dedi Aylın xanım buranı, duymadınmı? Aylın bilirdi Ramizin tərbiyəsizliyini, dava edəcəkdi. Aylın Ramizin qolundan tutub, Ramiz çıx dedim, Aylından qolunu çəkib Fədaya yaxınlaşdı. Ramiz – Fədaya: səndə kimsən, mənə kimin nə deyib demədiyi səni …mi?



Ramizin tərbiyəsiz sözündən Aylın xəcalət çəkdi, kənara baxdı. Fəda cibindən kağız çıxarıb Aylına uzatdı, gözlərini Ramizdən çəkmədən. Bunu sizə çatdırmamı istədi Bayram bəy, Aylın kağızı götürüb masaya qoydu. Fəda bir anda Ramizin burnundan alnıyla vurdu. Ramiz burnunu tutub bir – iki addım geri gedib, baxdı Fədaya. Fəda – Ramizə: sən tərbiyyə dərsindən 2 almısan görünür, ama mən sənə müəllimlik edərəm. Aylın ortaya girmək istəyirdi, Fəda çox cəld hərəkətlə Aylının özünün ardına çəkdi. Bu zaman Ramiz Fədaya vurmaqçün hücum etdi, yenə boşa çıxdı. Fəda bildiyi üsülla Ramizi masaya ağzı aşağ qapayıb, qollarını burdu arxasına tutdu, tərpənmə qıraram o qollarını. Aylın Fədaya təcüblə baxdı. Dünənki zarafatçıl – bekara insanda əsər – əlamət qlmamışdı. Fəda çox ciddi üz ifadəsiylə Ramizi tutumuşdu. Aylın xanım mən bunu indi ataram burdan, narahat olmayın. Ramizin qollarını ardına burub, otaqdan çıxardı. Ramiz onu hədələyirdi, sən bitdin – bitdin… sənin. Fəda Ramizi apardı kabinetdən.



Aylın baxa qalmışdı, elə yorulmuşdu ki Ramizin bu hərəkətlərindən, masaya söykənib üzgün baxışlarla baxdı.



Fəda Ramizi şirkətdən çıxardı qolunu buraxaraq, Ramizi özündən kənara itələdi. Ramizin qolları acıyırdı, Fədaya baxdı nifrətlə. Ramiz – Fədaya: səndə kimsən alçaq? sənin mən … … söydü ony. Fəda – Ramizə: sözlərinə diqqət et, səni it kimi döyərəm ha. Fədaya tərəf 3 nəfər gəldilər, problemmi var Fəda bəy? Fəda – olara: yoxdur problem. Ramiz gördü, Fədanı qoruyanlar var artıq girişmədi. Tərs – tərs Fədanı süzərək getdi. Fəda – olara: sizdə quyruq kimi bitməyin yanımda, olardan birisi – Fədaya: Bayram bəy tapşırdı sizi bizə, əmrinə tabeyik. Fədanın heç xoşuna gəlmədiyi üzündən bəlli idi, adamları atası ardınca salmışdı deyə. Getdi öz maşınına əyləşdi, maşının qazına basaraq getdi, Ardıncada qoruyanları maşına əyləşib, tez getdilər.



Axşam olmuşdu, Aylın işdən çıxdıqda – Nicata: mən bu gün xalanla danışacam, sabah evimə dönəcəm artıq. – Aylına: evinəmi? Nicat narahat oldu. Aylın – Nicata: dedin biraz vaxlıq qalım yanında razılaşdım, artıq sakitçilikdir, kimsə toxunmaz mənə qorxma. Sonrada başımıza gələnlərdən xalanla qaldıq və gördün sonumu. Artıq şükür hər kəs yaxşıdır, mən dönəcəm evimə. Nicatın xoşuna gəlmədi Aylının evinə dönəcəm deməsi. Nicat qorxurdu! Ramiz gələr Aylına pislik edər deyə. Aylında Nicatın narahatlığını anlayırdı, üzülmə gəl gedək yorğunuq. Nicat maşınını götürmüşdü, Aylınla əyləşib getdilər.



Olanları ətraflı Dilqəm bilmişdi. Heç xoşuna gəlməmişdi Nazlının Aylını başqa çürə anlaması – davranması. Başını tutub oturmuşdu evdə, Ramiz gəldi yanında əyləşdi. Ramiz – Dilqəmə: bu Fəda kimdir? onu tapmalıyam, Dilqəm sakit dayandı dinmədi. Ramiz hələ özünə gəlməmişdi Fədanın ona etdiyindən sonra. Mən onu tapıb… edəcəm görəcək çaqqal gününü. Birdən Dilqəm bağırdı! Ramizə yetərrr, Ramiz baxdı. Dilqəmin gözləri qızarmışdı əsəbdən, – Ramizə: siz nə edirsiniz? de mənə nə edirsiniz. Nə istəyirsiniz Aylından, onun tanışlarından, dəlimi olmusuz? yetmədimi qardaşım başımıza gələnlər. Sən azmışsan kimi, Nazlıda başlamış ona qarşı xoşa gəlməz hərəkətlər etməyə, oğlum bir gözünüzü açıb baxsanız ətrafınıza. Aylın hər kəsçün canından keçir, Nazlının müalicəsiçün azmı yardım etdi? siz Nazlıyla nə qədərdə oxşarsınızmış. İnanın bu gün əvənizə çox utandım, Aylın haqda dediklərinizdən. Mən hələ özümə gələ bilmirəm, əl çəkin yazıqdan, rahat qoyun onu günahdır. Nazlıyla danışacam, əgər birdə dilindən Aylın haqda tərs bir söz duysam, o zaman hər şey bitəcək. Dilqəm ayağa qalxıb, getdi əsəblə. Ramiz bir anlıq Dilqəmin ardınca baxdı, ancaq yenə öz fikrində olanlardan əl çəkəcəyinə oxşamırdı, kinlə baxaraq nə isə düşündü.

 



Aylında Afət xanımla söhbət edirdi, anam Nazlı artıq yaxşıdır şükürlər olsun, evimə dönmək istəyirəm icazənlə. Anasıda anlamışdı, qızının Aylına qarşı olan qısqanclığını. Tamam qızım bir şərtim var, məni tez – tez ziyarət edəcəksən. Aylın mehribanlıqla arvadın boynuna sarılıb, tamam anam söz gələcəm. Afətdə qucaqlayıb – Aylına: sənin qoxun burnumda titrəyir qızım, məni həsrət qoyma bu gözəl qoxuna. Aylın gülümsədi, ançcaq ürəyi göynədi, qoymaram söz verirəm.



Nicat gəldi Sərdarla qucağında, aslanım anasını özləmiş. Aylın qalxıb oğlunu qucağına alıb öpüb qucaqladı, canım oğlum. Afət kövrəldi – olara: mən sizə öyrəndim, çox darıxacam nəvəmçündə. Nicat xalasının halına üzülürdü, ancaq başqa çarə yox idi, mütləq getməliydi Aylın. Nicat xalasını qucaqlayıb, xalacan gələcəklər tez – tez, darıxmağa qoymayacaqlar səni. Elə deyilmi aslanım? uşaq Nicata baxdı anasının qucağından. Nicat – xalasına: aslanımda təsdiqələdi gələcəkmiş. Xalası Nicatın saçlarını oxşayaraq – Nicata: yaraşıqlı oğlum mənim, oları bura sən gətirəcəksən, yanlarından ayrılmayacaqsan. Niçat xalasına baxdı, Aylının başı uşağa qarışmışdı Nicat anladı xalası nə demək istəyirdi, dərindən nəfəs allıb, oğluyla oynayan – danışan Aylına baxdı.



Beləcə bir ay keçdi, Aylın öz evinə qayıtmışdı. Nicat saat 3: 00 kimi gecə Aylının keşiyini çəkirdi maşınla gələrək. Aylın görürdü Nicatın gəlib – getdiyini. Cansuda artıq Aylınla birlikdə yaşayırdı, bazar günü idi. Aylın – Cansuya: mən birazdan gedəcəm, – Aylına: Aylın xanım çox yorulursunuz işdə, bu gün evdə qalıb dincəlsəydiniz. Aylın gülümsəyib, – Cansuya: mənim bir qıza baş çəkməyim lazımdır, haqqında sənə danışmışdım. Cansu – Aylına: ayy, atası dilənməyə məcbur edən qızamı gedirsən? Aylın dərindən nəfəs alaraq, hə gedim baxım şərəfsiz bulaşmamış ki. Cansu – Aylına: get Aylın xanım, sizin Allahım ürəyinizə görə versin inşallah. Aylın bu diləyə nə deyəcəyini bilmədi, çünki həmişə əksinə olurdu, amin Cansu, çümlətən inşallah. Oğlum sənə əmanət mən birazdan çıxcam, Aylın getdi otağına. Cansu keçib əyləşdi, Aylının necədə gözəl ürəkli bir insan olmasına heyran idi. Üzünün ifadəsindən hiss olunurdu, Canun Aylından çox razı qalması bəlli idi.



Aylın kimsəsiz və xəstə uşaqlara yardım edilən evə gəldi. Müdür qadın, Aylını mehribanlıqla qarşıladı – Aylına: sizi görməyimə çox şadam Aylın xanım, xoş gəldiniz. Aylın – müdürə: xoş günümüz olsun inşallah, əl verib görüşdülər. Müdür – Aylına: buyurun əyləşin, Aylın keçib əyləşdi. Sizə çay – qəhvə? Aylın təşəkkür etdi, sağolun heç biri. Mən gəldim baxım burda necədir vəziyyət, – Aylına: burda vəziyyət o qədərdə yaxşı deyil Aylın xanım. Vaxtı – vaxtında yardım olunmur, bəzi çətinliklərlə üzləşirik, ancaq uşaqların bir baş soxacaq yerləri vardır, çox şükür bunada. Aylın dərindən nəfəs alıb baxdı ətrafa, – müdürə: imkanları olanlar belə evlərə – uşaqlara yardım əllərini uzatsaydılar, dünya cənnətə bənzəyərdi. Müdür – Aylına: düz deyirsiniz, ancaq çox təssüflər olsun ki, dediyimiz kimi deyildir yaşadımız zaman. Aylın qızı görməkçün tələsirdi – müdürə: inşallah vaxt gələr, bir insan sizin bu evinizə yardım edər. Müdür gülümsəyərək, inşallah Aylın xanım, – müdürə: mən qızı görmək istəyirəm. Müdür yerində qurcalandı, müdürün bu halı Aylının heç xoşuna gəlmədi. Aylın – madürə: bir problemmi var? müdür əllərini ovuaraq, yox problem demək olmaz buna. Bilirsənmi Aylın xanım, Aylının ürəyi sıxılırdı müdür ağzından sözü çıxarınça, o qızı uzaq bir qohumlarından gəlib apardılar və biz söz deyə bilmədik. Aylının elə bil başına qaynar su tökdülər, nəə? onun heç kimi yox idi, siz nə danışırsınız? müdürün üzündən – gözlərindən nə isə gizlətdiyini anladı. Aylın – müdürə: demək ki siz o yazıq qızı yenə verdiniz əllərə, yazıqlar olsun sizə. Aylın əsəbləşib qalxdı ayağa, – müdürə: mən araşdıracam, heç rahat – rahat oturmayın kreslonuzda. Mən mütləq tapacam onu və sözünün ardını demədi, əsəblə çıxdı otaqdan.



Aylın necə əsəbi çıxdısa, çox pis oldu duyduğuna, əlini divardan tutub dayandı biraz vaxlıq. Dərindən – dərindən nəfəs aldı, özünü toplayıb ordan çıxmaqçün addımladı. Hər yerdə xəstə – şikəst uşaqlar var id

Бесплатный фрагмент закончился. Хотите читать дальше?
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»