Читать книгу: «Egilin Saqası»
ÖN SÖZ
Egilin Saqasını başa düşmək üçün onun arxasındakı tarixi və mədəni mənzərini görmək lazımdır. Bundan ötrü ədəbi əsrələrlə zəngin olan orta əsrlər Skandinavyası dövrünü, yəni Egilin aid olduğu dünyanı tanımağımız məqsədəuyğun olardı. Bundan ötrü əvvəlcə Vikinq dövrünə xəyali bir səyahət edək. Yüz illərdən bəri "barbar" Skandinav döyüşçüləri haqqında danışılırsa, bunun səbəbi və kökləri Vikinq Dövrü deyə adlandırılan dönəmdə axtarılmalıdır. Vikinq yürüşləri, təxminən 300 il sürən zaman boyunca sürmüş, vikinqlər Qərbi Avrasya və Şimali Atlantikin əsas qəhrəmanları olmuşlar, onlar ictimai həyatın bütün sahələrində öz izlərini buraxmışlar. Avropa, Britaniya, Rusiya, Xəzər, Qafqaz, Bizans, Ağdəniz,
Hətta Cənubi Amerikaya hücumlar edərək qarət, mal və əsir ticarəti, koloniyalaşdırma fəaliyyətlərində olmuşlar. Davamlı olaraq yürütdükləri ticarət və səyahət fəaliyyətləri sayəsində yeniliklərə çata bilmiş və hətta hunları özlərinə uyğunlaşdıra bilmişlər.
Vikinqlər, xıristian Qərbdə bütpərəst olaraq tanınırdı. Onların tarixi ilə bağlı məlumatlar arxeoloji qazıntılardan və yazılı qaynaqlardan əldə edilir, fəqət Vikinq kəlməsinə X əsrin sonlarınadək Qədim Şimal (Ədəbiyyatda: "Old Norse", İsland dilində "Fornnomena") qaynaqlarında rast gəlinmir. Bu adın ehtimal olunan ilk keçdiyi qaynaq, X əsr əlyazması olan Codex Exoniensis'in içində yer alan və VII əsrə aid olan Widsith adındakı İngiliscə şeirdir. Bu uzun şeirdə Vikinqlər, "Wicinga-cynn" şəklində anılır. Sözün etimologiyası hələ də sual altındadır. Bir versiyaya görə kamp, istehkam anlamına gələn qədim İngiliscə olan "wic" kəlməsindən törəmişdir. Bilinən bir faktdır ki skandinaviyalılar İngiltərədəki işğal, hərbi hücum, qarət hərəkatları zamanı müvəqqəti əsgəri bölgələr qurmaqdaydılar. "Wic" kəlməsi eyni zamanda qəsəbə ya da bazar anlamında işlənirdi. Qədim Şimal dilində "-ing" şəkilçisi bir yerə ya da bir qrupa aid olmaq anlamını qazandırır.
Belə olan halda Vikinq, bir fiyorddan gələn adam anlamında ola bilər.
Bir versiyaya görə Oslo fiyordunu da əhatə edən "Vikin" bölgəsindən törəmiş ola bilər. Bütün bu etimoloji ehtimallara görə Vikinqlər, həm tacir həm də qarətçi xüsusiyyətlərinə görə tanınmaqdadırlar.
Vikinq istilaları VIII əsrdə başladı. 300 il boyunca Norveç və Danimarka kökənli skandinaviyalılar əvvəlcə pirat, daha sonrakı dönəmlərdə fateh və kolonizator olaraq Avropa tarixində önəmli bir rol oynamışlar. Skandinaviyalıların gerçəkləşdirdiyi, tarixdə qeydə düşmüş ilk hücumlar və qarətlər, 793-cü ildən başlayaraq Britanya və çevrə adalarındakı monastırlara qarşı olmuşdur. Avropa qitəsində isə Şarlman, piratlara qarşı 800-cü ildə bir müdafiə xəttini təşkil etdi.
810-cu ildən öncə bu sahillərdə bir hərbi hücum qeyd edilməmişdir; fəqət bu,
Skandinav yürüşlərinin buralarda daha öncəki tarixlərdə sıxıntı yaratmadığı anlamına gəlməz.
Frisiadakı Dan işğalına qarşı, Frank müdafiə xətləri 811-ci ildə güçləndirilmişdir. Nəticədə, VIII əsrin son on ilindən başlayaraq hücumlar ciddiləşməyə və Manş Dənizinin hər iki sahilindəki hakimiyyətlər buna qarşı tədbirlər almağa başlamışdı.
"Svear" olaraq bilinən İsveç kökənli diger skandinaviyalılar da iki əsas rota vasitəsilə (Vareng-Grek və Volqa ticarət yolları) Şərqi Avropada və Xəzər bölgəsində təsir göstərdilər. Bu qruplar Qərbi Avropada, Danlar ya da Normanlar, bəzən də dinsizlər və ya bütpərəstlər kimi tanınmışlardır. Şərqi Avropada isə Slavlar, yeni gələn işğalçıları "Rus" olaraq adlandırdı. Bu ada müxtəlif şəkillərdə ərəb və Bizans-Yunan qaynaqlarında da rast gəlinir. Vikinq hərəkatının səbəbi olaraq, Skandinaviyadakı artan əhali sayı, torpaqların yetərsizliyi göstərilir. Bu, istifadəyə əlverişli çox az torpağı olan Qərbi Norveç üçün keçərli ola bilər. Skandinaviyanın digər bölgələrində Vikinq Dövrünün əvvəllərindən başlayaraq "Rus" sözü (Yunan qaynaqlarında "Rhos") Qərb və Şərqi Avropadakı bir çox qaynaqda Şərqi Avropadakı Vikinqləri tanımlamaq üçün işlənir. Ladoga gölü ətrafındakı Finlərin İsveçlilər üçün söylədiyi "Rotsi", Slavcada “Rus”a çevrilmişdir.
Rus adının haradan gəldiyi ilə əlaqədar versiyalar bununla bitmir. Kiməsə görə Swede tayfaları Roslagen şəhrindən gəlmişlər və Finlər oradan gələnləri rus adlandırmışlar. Başqa bir teoriyə görə Yunanların bu şimal insanlarının üzlərinin rənginə görə onları yunan dilində "qırmızı" – Rhos adlandırmışlar.
Bütün Vikinq Dövrü boyunca başlıca məqsədləri qızıl, gümüş və digər dəyərli əşyaların ya birbaşa ya da kölə satışı kimi dolayı yollarla əldə edilməsi idi. Şərqi Avropada bunu əsasən kürk və kölə satışıyla təmin etməkdə idilər. Vikinqlər, bunun yanında cəsarətlərini artırır, şöhrət və ayrıca döyüşçü və dənizçi olaraq qabiliyyət qazanırdılar. Bunların siyasi sürgün mahiyyəti daşıyanları, döyüşçü mahiyətlərini artırıb Skandinaviyada və ya fatih olaraq dış diyarlarda güc qazanma peşində idi. Vikinq yürüşlərinin artmasının səbəbini anlamaq üçün əsas amil, Şimal-qərbi Avropada, Britanya ilə qitə arasında VII əsrin sonlarında ciddi dərəcədə genişlənən ticarət həcmidir. Bunun nəticəsində bir çox ticarət şəhəri ortaya çıxdı və ya inkişaf etdi. Skandinaviya və Baltik bölgəsi bu gəlişmədən təsirləndi və istehsal etdikləri kürklər Qərbi Avropada yüksək qiymətə alıcı tapmağa başladı. Skandinaviya və Şərqi Baltik, Qərbi Avropalıların ideal ticarət məkanları idi. Yüksək keyfiyyətli kürk təmin edilən başlıca yerlərdən biri olan bu günkü şimal-qərbi Rusya VIII əsr boyunca Svearlar qədər Fin, Slav və Balt tayfaları tərəfindən də sömürülmüşdür. Bu əsrin ortalarında Fin, Slav və bəzi Skandinav xalqları ortaq yaşadıqları, Volxov çayı ağzından 20 kilometr aralıdakı Ladoga gölü boyunda yerləşən Staraya Ladoga (Əski Ladoga) şəhəri bu fəaliyətlərin mərkəz nöqtəsi halındaydı.
Qərbi və Şimali Avropa arasındakı bu ticari əlaqələr, daha sonrakı Vikinq axınlarına yol açdı. Qərbi Avropa gəmiçiliyi Skandinaviyada tanındı və uyğunlaşdırıldı. Avropanın zənginlikləri haqqında bilgiləri artdı və bu surətlə Avropa krallıqları arasındakı çatışmalardan kar əldə etmədə ustalaşdılar. Vikinq şəfləri, ticarət mərkəzlərini və yollarını kontrol altında tutmaqla zənginlik və güc qazandılar. Dan kralları, Baltikin girişini tutduqları üçün ən karlı çıxan onlardı.
Skandinaviyada Vikinq Dövründən öncə gerçək anlamda şəhərləşmə yoxdur. Vikinq Dövründə belə Skandinav insanı əsasən düzənlik bölgələrdə yaşayırrdı. Danimarka və Güney İsveçdəki əkinəyararlı torpaqlarda əkin əkilirdi. Norveçdə coğrafi şərtlər üzündən təsərrüfatlar birbirindən aralı qurulmuşdu. Danimarkada isə, əksinə, yerleşmənin əsas modeli kiçik kəndlərdi. Buna qarşı ticarətin və rifahın artmasıyla birlikdə əhali çoxalmış, böyük və qalıcı məskənlər qurulmağa başlanmış, bazar, din, hökümət, pul basma kimi ictimai təşkilatlanma işlərində mərkəziləşmə güclənmişdir. Bunlardan biri olan Hedeby, Jutlandın güneyində yerləşən və Vikinq məskənləri haqqında ən çox bilgi verən arxeoloji məkanlardan biridir. Məzar quruluşundan anlaşıldığı qədər fərqli siniflər olmuşdur. İsveçdəki Airka və Norveçdəki Kaupang da Hedeby ilə bənzər özəlliklər daşıyır. Birkadakı zəngin sinifə mənsub adamların məzarlarında İngilis qabları, gündoğan ölkələrin qumaşları və şərqdəki krallıqlardan gələn bir çox başqa tapıntılar ələ keçmişdir.
Vikinq axınlarının əsası olan yüksək dənizçilik texnikası bu axınların və ticari fəaliyetlərin təməlini təşkil edirdi. Bu texnikalara Vikinq dünyasında verilən önəm şeirde, incəsənətdə, hətta ölü basdırma üsullarında özünü göstərir. VIII əsrədək dənizaşırı axınlara uyğun dayanıqlılıqda və böyüklükdə təknələr düzəldilməmişdir. Yükdaşıma təknələri savaş təknələrilə müqayisədə daha qısa, daha geniş və gövdəsi daha ağır olurdu.
Açıq dənizə əlverişli ticarət təknəsi "knarr" yelkənlə idarə edilirdi. Dənizaşırı olmayan yerli ticarətdə daha kiçik təknələr istifadə olunurdu.
Təknə sadəcə inkişaf edən Vikinq Dövrü ticarəti üçün deyil, daha böyük anlamdakı bir inkişafın da əsas ünsürlərindən idi. Təknələrin daşıdığı mədəniyyət cənub-qərbi Finlandiya sahilləri, Rusiya sərhədləri kimi bölgələri öz təsiri altına almışdı.
Saqalar, İslandiyalıların dünya yazılı ədəbiyyat mirasına ən böyük Mədəni töhfələrdəndir. Bunlar Qədim Şimal dilində yazılmış olan və İslandiyaya köçlər, qan davaları, antik Skandinav və Germen tarixi kimi mövzuları əhatə edən mətinlərdir. XII – XIV əsrlər arasında yazılsa da, XI – XI əsrlərin hadisələrindən bəhs olunur. Bir çox saqa gerçək hadisələrdən bəhs etsə də süjet boyunca əfsanəvi, fövqəltəbii, fantastik hadisələr də vardır. Dolayısıyla tarixçilər üçün tam anlamıyla etibarlı qaynaqlar deyildirlər.
Bu ümumi girişdən sonra Vikinqlər haqqında bir az daha ətraflı bilgi verək.
Qərbdə Vikinqlər
834-cü ildə Frank müdafiəsinin müqaviməti iç siyasi çəkişmələr Üzündən qırıldı. İmparator Louis, oğulları tərəfindən taxtdan endirildi, lakin tacını yenidən ələ keçirə bildi. Buna cavab olaraq ən böyük oğlu Lothar atasına qarşı mübarizəsini sürdürdü və ehtiyac duyduğu hərbi güc üçün sürgündə olan Dan Kralı Haraldın Vikinq flotunu məmnuniyyətlə qəbul etdi. 838-ci ildə Batı Saksoniyaya qarşı Britonların dəstəklənməsi, 844-cü ildə Northumbria kralının təkrar taxta çıxmasına yardım edilməsi, 842-ci ildən etibarən İrlandiya krallarıyla ittifaqa gedilməsi də bənzər müttəfiqlik örnəkləridir.
Louisin oğulları arasındakı daxili savaş 843-cü ildə sona çatanda Vikinqlər, Frankların, hərəkətə uyğun çaylar üzərində qurulan həssas monastırlar və şəhərlər üçün sülhün qorunması adına yeri gələndə böyük pullar ödəməyə hazır olduqlarını kəşf etdilər.
Vikinqlərin 845-ci ildə Parisi mühasirəyə alması girov qarşılığında aradan qaldırıldı. IX əsrin ikinci yarısında artıq Qərbi Frank Krallığının bütün əsas çaylarında Vikinq gəmiləri meydan sulayırdı və krallıq böyük sıxıntı içində idi. IX əsrin ortalarında Vikinq axınlarının əsas maraq göstərdiyi bölgə hər şeyə rəğmən Frankiya torpaqları olsa da Britanya da axınlardan payını almağa davam edirdi. Vikinq gəmiləri London, Canterbury, Kent şəhərlərini xərac verdikləri halda qarət edirdilər. İberiya bölgəsi də olduqca cazibəli idi. Buna qarşı, IX əsrdə bu bölgəyə yalnız iki Vikinq səfəri düzənlənmişdi. IX əsrin sonundakı ikinci axınlarına qarşılıq olaraq Kurtuba xəlifəsi, yeni bir donanma inşa edərək müdafiəsini gücləndirdi. Bu tarixdən sonrakı 100 il içində başqa bir Vikinq axını qeyd edilməmişdir.
İrlandiyada daha erkən fəaliyyət göstərən Vikinqlər, bu bölgədə Frank ölkəsi ya da İngiltərədə olduğu qədər dəyərli mədən məhsulu əldə edə bilməyince, İspaniya və Şimali Afrikadakı Müsəlmanlara satılmaq üçün çox pul gətirən kölə ticarətinə girişmişdilər.
IX əsrin ikinci yarısında Qərbi Frank kralı Charles, axınçıların insafına tərk edilmiş olan bölgələrdə idarəetməni gücləndirib müdafiəni möhkəmləndirdi. Seine və Loirea çayları üzərində gəmilərin keçməsini əngəlləyəcək körpülər inşa edildi, şəhərlər və monastırlar gücləndirildi. Bu önləmələr, Vikinq axınlarının o zamandan sonra İngiltərəyə üz tutmasına yol açdı. 866-cı ildə, o zamankı salnaməçilərin "Great Army" (Böyük Ordu) olaraq adlandırdığı bir donanma Şərqi Angliaya hücum etdi. Anqlosakson Xronikasında dalğa-dalğa gələn və bu dəfə əməlli başlı qalıcı olan hərbi hissələrdən söz açılır. Beş il sonra sadəcə bir krallıq, Wessex salamat qalmışdır. Yeri gəlmişkən bunu da söyləmək gərək, bu kolonizatorların yerləşdikləri bölgələrdəki dialekt üzərində dərin təsirləri vardır. Əkinçiliyə bağlı kəlmələrə və bölgədəki yer adlarına baxanda, gələnlərin bir çoxunun sadəcə vurub qaçan qarətçilər deyil, hər birinin əsl əkinçi olduğu anlaşılır.
Great Army'nin səfərləri ilə eyni zamanda Norveçlilər də İslandiyanın koloniyalarına girişmişdi. Adanın varlığı bilinmir deyildi, amma IX əsrdən öncə, tək-tük İrlandiyalı keşişlərdən başqa məskunlaşmağa açılmamışdı. Köç, Harald dövründən öncə başlamış, ancaq onun IX əsrin sonunda Hafrs fiyordunda qazandığı qəti qələbədən sonra sürətlənmişdi. İslandiyalılar daha sonralar qurucu babalarının, bütün Norveçi öz hakimiyyəti altında birləşdirən ilk kral olan Gözəlsaçlı Haraldın (Haraldharfargi) tiranlığından qaçanlar olduğunu vurğulamışlar. Təqribən 60 illik bir müddətin sonunda insanların yaşamasına uyğun olan bütün torpaqlar paylaşıldı və bu aşamadan sonra artıq, yaşamağa daha az uyğun olan şimal-qərbi İslandiyadakı dik yalılarla əhatəli fyord bölgələrinə üz tutuldu.
X əsrdə Qrenlandiyaya yerləşənlərin, əsrin sonuna gələndə nüfuzları 300 təsərrüfata qədər çıxmışdı. İslandiya Saqalarına görə, Qrenlandiyaya yerləşən bu köçlər Amerika qitəsinin şimalına da çatmışdılar. Newfoundlandin şimal ucundakı arxeoloji qazıntıların arxeoloqların əsas düşərgəsi olduğu nəticəsinə varılmışdır. IX əsrin sonundan etibarən Skandinav xalqlarının İngiltərədəki fəaliyyətləri dramatik bir tənəzzülə uğradı. X əsrin ilk yarısında Alfred, Skandinavların kontrolunda olan bölgələrin fəthinə girişdi. Skandinav krallarının ən sonuncusu Qanlıbalta Eirikrun da öldürülüb zərərsizləşdirilməsiylə ada nəhayət tamamən ingilislərin hakimiyyətinə girdi, amma hər şey bitməmişdi. X əsrin sonlarında, birbaşa Skandinaviyadan gələn gəmilər Qərbi Avropanı yenidən təhdid etməyə başladı. Qitənin sahil bölgələrindəki Elbedən Şimali
İspaniyaya qədər bir çox məskən saldırıya uğradı; lakin əsl hədəf, böyük və getdikce genişlənən şəhərləri ilə, dövriyyədəki yüksək keyfiyyətli gümüşdən düzəldilən pulu olan İngiltərə idi. İngiltərəyə ilk böyük həcmli hücum 991ci ildə gerçəkləşdiyi demək olar ki dəqiqdir. Haçasaqqal Svenin rəhbərlik etdiyi bu ilk səfəri, qısa aralıqlarla gerçəkləşən üç səfər daha izlədi. Bu səfərlərdə Vikinq qüvvəttləri böyük qənimətlər qazandı. Hər şeyə rəğmən X əsrdə Qərbi Avropada Vikinqlər üçün fürsətlər son dərəcə məhdud qaldı. Göz qamaşdıran hədəflər sağlam idarəetmə ilə qorunurdu və bununla bağlı olaraq yaxşı təşkilatlanmış ordularla müdafiə olunurdu. X əsrin son iyirmi ilindəki qeydlərə əsasən Vikinqlər, qarət axınlarıyla zənginliklərinə göz dikdiyi hədəflərin çox azında başarılı olmuşdur. Böyük ordular gərəkdirən bu axınlar üçün bu cür tşkilatlanmalar çox zaman başarılamamışdır.
Bunun bir səbəbi Skandinaviyadan qalan çatışmalarını qitəyə daşıyan birbirinə rəqib liderlərin varlığı olduğu söylənir.
Şərqdə Vikinqlər
Şərqi Avropa Slavları Avropanın digər bölgələrindən fərqli olaraq Norman yerinə "Rus" ya da "Vareng" kəlmələrini işlədir.
Slav bölgələrindəki Vikinq fəaliyyətlərinə dair əsas qaynaqlardan biri “Povesti Vremennıx Let”dir. Buna görə Vikinqlərin başçısı Rurik və tərəfdarları, 862-ci ildə Slav tayfaları tərəfindən özlərinə hökmdarlıq etmələri üçün çağrılmış və vergi-xərac şəbəkəsini bu günkü şimal-qərbi Rusyadan Orta və Yuxarı Dinepr çayı bölgəsinə qədər genişləndirmişlər. Povestdə danışılanlar, Skandinav üslubunda tapıntılar və bəzi məzarlar vasitəsilə təsdiq edilməkdədir. Daha artıq qarət və geniş miqyaslı koloniyalarla bilinən
Qərbdəki Vikinq fəaliyyətlərinin əksinə Şərqdəki təşkilatlanma ticari mənfəətlərə uyğun olaraq inşa edilmişdi. Belə ki, Vikinq hərəkətlərinin Qərbi Avropada geriləməsinin səbəblərindən biri, böyük zənginliklər vəd edən Şərqə yönəlmək ola bilər. Bölgədəki böyük ticarət şəbəkəsinin iki əsas rotası vardı: Şərqi Baltiki Bizansa bağlayan Dinepr boyunca Vareng-Grek rotası və Volqa xətti boyunca şimal-qərb Rusyanı Xəzərə və Bağdada bağlayan Volqa ticarət rotası.
İslam dünyasına aid böyük miqdarlarda sikkənin 790-cı illərdə Skandinaviyaya gəlmiş olması, bölgə mallarının Xəlifəliyə ixrac edildiyini söyləməyə əsas verir. Təxminən iki yüz il boyunca İslam dünyasına Xəzər Dənizi yoluyla birbaşa və ya Don və Volqa yoluyla dolaylı olaraq ixrac edilən malların qarşılığı olaraq ödənən əsasən gümüş pullar, Şərqi Avropada zənginlik yaratmışdır. Müasir ərəb mətnləri bu tacirləri "Rus" olaraq adlandırır. Bunların çoxunun Şərqi İsveçdən gələn Svear xalqına mənsub olduğunu təxmin etmək olar. IX əsrin ikinci yarısında İlmen gölünün şimalında, bir adanın üzərində yeni bir məskən quruldu. Daha gec dönəmlərin İslandiya Saqala-rında sözü keçən bu yerləşim, Holmgarôr idi. Slav dilində, 100 il sonra 2 kilometrə qədər kənarda qurulacaq olan Novqorod (Yeni Şəhər və ya Yeni Qala) ilə əks mənada olaraq Gorodişçe (Köhnə Şəhər və ya Köhnə Qala) da deyilirdi. Slav və Skandinav əsilli gəlmələrlə Gorodişçe, Şərq və Qərb bazarlarında get-gedə artacaq olan Rus mallarının ən önəmli ticarət mərkəzi halına gəldi. Ən diqqət çəkici Skandinav yayılması, Orta Dinepr üzərindəki Kiyevlə təmsil olunur. Bu şəhər-dövlət IX əsr sonlarında Skandinav soylu bir sülalə tərəfindən idarə edilirdi. Əvvəllər, Xəzələrə vergi verirdilər. Kiyevi idarə edən Skandinav kökənli sülalə IX əsrin sonunda Slavlaşdı. Bu durumu, iş başında olanların adlarındakı dəyişiklikdən görmək olar. 913-945-ci illər arasında Kiyevin başındakı lqor (Skandinavca "İnqvar" kökənindən) və Olqanın (Skandinavca "Helqa" kökənindən), 964-971-ci illər arasında Kiyevin başında olan oğullarının adı Svyatoslav idi. Bunun davamında özlərindən sonra gələnlər "Rus" olaraq adlandırılmağa davam etdilər. Bu ad, o tarixdən sonra Skandinavlara şamil edilmədi.
Erkən X əsrdə Skandinaviyada dövriyyədə olan pulları araşdıranda Samani sikkələrinin Baltik bölgəsinə gəldiyi görünür. Təqribən 965-ci ildən sonrakı iyirmi illik bir zamanda Skandinaviyaya gələn İslam sikkələrinin sayında bir azalma olmaqla bərabər, Rusyaya gəlib çatan sikkələrin sayında bir azalma olmamışdır. Skandinaviyada əsrin ilk yarısındakı para axışının daha sonra son dərəcə azalması, bu paranın əldə edilmə yollarının kəsintiyə uğramasıyla açıqlana bilər. Buna görə müstəqil qruplar tərəfindən çox güman ticarət, xərac və ya qarət yoluyla əldə edilən pul axışı, Rus şahzadələrinin bu cür axınlara qarşı müdafiəni gücləndirmələri ilə kəsintiyə uğramış ola bilər. Əgər durum belədirsə, bu müvəffəqiyyətin bağlı olduğu səbəblərdən biri böyük ehtimal, Slavcada "Varyaq" olaraq Rusyaya girən lslam gümüşünün həcminin X əsrdə diqqət çəkici bir şəkildə böyüməsinin səbəbi, Hindukuş Dağlarında kəşf edilən böyük gümüş yataqları idi. Bu, Samanilərə böyük mikdarlarda gümüş sikkə basma imkanı verdi ki önəmli bölümü Rus bazarlarından təmin edilən malların ticarətində istifadə olunurdu. Bu ticarət və gümüş bolluğu, 900-cu illərdən sonra Qərbi Avropanı daha az karlı görməyə başlayan Vikinqlər üçün böyük fürsətlər vermişdir.
Vikinq Mədəniyyəti
Vikinq Dövrü mədəniyyəti cəlbedici və gəlişməyə açıq idi. Çox gəzən və çox bilən Skandinaviyalılar digər millətlər, bölgələr və mədəniyyətlərə aşina idilər. Yeni ölkələrdə tacir, döyüşçü, kolonizator olaraq həyatlarını sürdürmələrindəki ən önəmli faktor bu uyğunlaşma qabiliyyətləridir.
Vikinq Dövrü mədəniyyəti və texnologiyası haqqında bilgilərimizi mətnlərdən və arxeoloji tapıntılardan əldə edirik. Runik yazıtlar xaricindəki mətnlər Vikinq Dövründən çox sonraları yazıya löçürdüyü üçün etibarlılıqları hələlik mübahisəlidir. Bu mətnlərin qarşılaşdırmalı dəyərləndirilməsiylə yeni nəticələr əldə ediləcəkdir.
Bölgələr və Xalqlar
Vikinq Dövrü Skandinaviyası ortaq bir mədəniyyət dairəsidir demək olar.
Bunun səbəblərindən birisi Avropadan olduqca uzaqda, şimalda olması idisə, bir digər səbəbi ümumən seyrək məskunlaşmış torpaqlarının demək olar ki tamamən dənizlə əhatələnmiş olması idi.
Skandinaviya birbirindən fərqli mədəniyyətlərə, yaşayış tiplərinə, ekonomik fəaliyyətlərə sahib bölgələrə ayrılmışdır.
Beləcə nə tanrılar hər bölgədə eyni dəyərə sahibdir nə də insan adları hər bölgədə eynilik göstərir. Mədəniyyət fərqlilıklərə yol açan faktorlardan biri Skandinaviyanın üç fərqli yolla xaricə açılmasıdır. Danimarka Baltık ilə Qərbi Avropa arasında təbii bir geçid idi.
Norveç torpaqlarının böyük qismi qərbə və cənuba baxır: Şimali Atlantik adaları, Britanya və ətraf adalar vasitəsilə Qərbi Avropa sahillərinə çıxmaq olurdu. Şimali Norveçin ayrıca Şərq bölgələri ilə güclü quru bağlantıları vardı. Norveçdən bir orman zolağıyla ayrılan İsveç torpaqları əsasən Şərqlə, Baltık, Rusiya və Finlandiyayla bağlantılıdır.
İslandiyanın məskunlaşması Norveçdən gec, IX əsrdə aparılan köçlərin nəticəsidir. İrlandiya ilə İsveçdən köçürülmüş Kelt kökənli xidmətçi və kölə statusundakı insanlar da bu ailələrə yoldaşlıq etmişlər.
Inancları
Vikinq Dövrünün inancı çoxtanrılı idi. Baş tanrı Odin, qarışıq bir figurdur: Döyüşçülərin, şairlərin və zadəganların tanrısıdır. Mifologiyada iki tanrı sülaləsi vardır. Odin və Thorun mənsub olduğu iki qol. Digər yarımallahlar (tanrıçalar) qruplar şəklində qeyd olunur.
Döyüşçülərin silahları və atlarıyla birlikdə basdırıldıqları X əsr məzarları, ehtimal ki bu inancın qalığıdır. İnanca görə ölmüş döyüşçülar, Tanrıların qıyamet günü xaosa qarşı aparacaqları son savaşda (Ragnarök) onların yanında vuruşacaqlar. Ragnarök dövründə, tanrılar xaosa qarşı savaşacaqlar və öləcəklər. Bu savaşda dünya yox olacaq, lakin küllərindən yeni bir dünya doğacaqdır. Kosmos divlər tərəfindən təhdid edilməkdədir, lakin yenə də tanrılar divlərə bağlıdırlar; zira müdriklik və sənətkarlıq kimi tanrıların ehtiyac duyduğu özəllikləri vardır.
Skandinav dinində gündəlik yaşayışla din arasında kəskin ayrılıqlar yoxdur. Rituallar, xristiyanlığın tərsinə olaraq, keşişlər və ya özəl dini quruluşlar vasitəsiylə aparılmaz. Çiftçilər, ağalar, krallar kimi dünyəvi liderlər, eyni zamanda dini liderlərdir. İnsanlar və tanrılar arasındakı əlaqələr qarşılıqlılıq əsasına dayanır. Bu əlaqədə tanrıların yardımına qarşı, insanların "blôt'' (qurban vermə ayini) düzənlənir. Ayinlər payızda və yazda keçirilirdi.
Tarixçilik
İslandiya və Norveç tarix yazımı, gündəlik hadisələrə diqqət yetirməsiylə son dərəcə mənfəətçi təsiri bağışlayır. Bu adəti digər orta əsrlərə aid örnəklərindən ayıran, lap əvvəlindən yerli qaynaqlara istinad etməsidir.
Norveçdə olduğu kimi İslandiyada da yrli şeirlər və şifahi ənənə, tarixi bir qaynaq olaraq geniş ölçüdə istifadə edilmişdir.
Tarixi hadisələr XII əsrdən başlayaraq yazıya köçürülməyə başlamışdır və ilk örnəklər İslandiyaya yerləşmə dönəmindən bəhs edir.
İslandiyalılar politik özgüvənlərini diri tutmaq üçün, yazılı qaynaqlaraistinad edirlər və soylarını, qondarma belə olsa, soylu köklərə dayamaq istərlər.
İslandiyalılar üçün bu cür bir ideoloji sistem qurmanın önəmi, yad istilaçıların təhdidlərinə qarşı qorunmalarındadır. Skandinaviyada tarixçiliyin gəlişməsi, eyni qitədə olduğu kimi, klassik qaynaqlara dayansa da saqaların vətəni olan İslandiyanın orta əsrlərdə Latin təsiri çox güclü deyildir. Anqlosaksonlar və özəlliklə İrlandiyalılar, yazılı mətnlərin oxuma yazması olmayan kütlələrə çatması açısından Latincanın çox da gərəkli olmadığını kəşf etmişdilər. İslandiyalılar da İngilis ruhaniləri araçılığıyla bu cizgini mənimsədilər. Benedikt keşişləri İslandiyalı yerli qaynaqların üstünlüğünün gəlişməsinə qatqıda bulundular.
Şeir
Vikinq Dövrünün şeirləri iki ana janra ayrılır: Eddik və skaldik. Bu iki janr forma, məzmun və ifadə baxımından birbirindən olduqca fərqlidır.
Edda şeirləri ənənəvi, anonim və ictimai yayğınlıq göstərən bir janrdır. Uzaq keçmişdəki tanrıların və qəhrəmanların antik hekayələrindən, mifik bilgilərdən ibarətdir. Eddanın əsas qaynağı, İslandca bir əlyazması olan və təxminən 1270-ci ilə aid "Codex Regius"dur. Bu əlyazmada 11 ədəd mifoloji şeir və doqquz qəhrəmanlıq şeiri vardır. Günümüzdə İslandiyanın milli xəzinəsi sayılmaqdadır.
Şeirlərin yazıldığı metrik ölçü qədimdir və mif mövzuları və qəhrəmanlıq hekayələri çox güman Vikinq Dövründən də əvvəllərə getməkdədir. Bəzi şeirlərin dili digərlərinə görə daha qədimdir. Qəhrəmanlıq şeirlərindən biri olan və Gudrunun ikinci əri, Hun kralı Attiladan (mətndə Atli) bəhs edən "Atlakviöa" buna bir örnəkdir. Edda şeirlərindən fərqli olaraq skaldik şeirlər məkan və mövzu olaraq gerçək yaşama aiddir. Professional şairlər və skaldlar tərəfindən yazılmışdır.
Skaldik şeirin ən xarakterik özəlliklərindən biri məcazlardır. Bunlar əsasən miflərə və əfsanələrə dayanır. Adətən tapmaca kimi olan bu məcazi ifadələrə tez-tez müraciət olunur: Dəniz atı deyəndə gəmi, cücələrin yükü deyəndə göy nəzərdə tutulur və s. Bir şeiri anlamaq üçün öncəliklə məcazları anlamaq alazımdır.
Islandiya Saqa Türləri
Saqa, "segja" (söyləmək, danışmaq) kökündən gəlir. İslandiya saqaları isə orta əsrlər İslandiyasında 1150-ci ildən sonra Qədim Şimal diliylə yazıya alınmış, şeirlə nəsrin qarışığından ibarət hekayətlərdir. Bunların bir qismi, qaynağını bölgəsəl yerli ənənədən və Skandinav toplumunun keçmiş əfsanələrindən alır.
Egilin Saqasının da daxil olduğu İslendingasögur qolu, IX – XI əsrlər arasında var olduğuna inanılan hadisələrin və insanların canlı bir hekayətini təqdim edir. Erkən məskunlaşanların nəsil şəcərəsi, yerli hakimlər və ya cəmiyyətin önə çıxan adamları arasındakı qan davalarından da bəhs edən məşhur hadisələr, axınlar, gündəlik yaşam, inanışlar vs. haqqındakı bilgilər danışılır. Bu saqaların bəziləri şifahi ədəbiyyata daha çox bağlı ikən, Njals Saqa kimi yüksək ədəbi xüsusiyyətlər daşıyan bəziləri da yabancı qaynaqlardan, ən azından qismən, təsirlənmişdir.
Bu saqa qrupu özəlliklə üç ölçü ilə dəyərləndirilə bilər: Hadisələrin baş vermə zamanı, gerçəkləşdiyi yerlər və yazılış zamanı. Hadisələrin baş vermə zamanı hamısında üst-üstə düşməsə də, cərəyan edən zaman dilimi təqribən 870-1070-ci illər arasındadır. Mətnlərin yazıya köçürülməsi olduqca geniş bir zamana yayılır: XII əsrdən XV əsrin ortalarına qədər. Bəzi erkən saqaların bizə gəlib çatan əlyazmaları XVII əsrə aid olsa da bunların hal-hazırda itmiş olan daha erkən əlyazmaların kopyaları olduğu açıqdır. Bir çoxunda olaylar İslandiyada baş verir. Bununla yanaşı Qrenlandiya, Amerika, Britanya adaları, Konstantinopolis də hadisələrin gerçəkləşdiyi bölgələrdəndir. Bəzi görüşlərə görə realist üslub, İslandiya və Norveçdəki tanış bölgələrdən uzaqlaşdıqca pozulmaqdadır.
Egilin Saqası
Saqaların sehrli, möhtəşəm dünyasına girən adamın bir daha sehrdən çıxa bilməyəcəyini deyirlər. İslendingasögur (Ailə Saqaları) külliyatı içərisindən Egilin Saqası ən çox önə çıxanlardan biridir. Saqanın mərkəzində, təxminən 910-990cu illər arasında yaşamış tarixi bir şəxsiyyət olan Egil Skallagrimsson vardır. O yaxşı lider olmaqla bərabər macərapərəst biridir, döyüşçülüyü, dostlarına sədaqəti, fövqəladə öfkəli xarakteri ilə də fərqli birisidir. Egilin Saqası eyni zamanda bir neçə nəslin və güclü iradəli qurucuların da yarı əfsanəvi, yan tarixi hekayəsidir.
Beləcə bu qədim mətn XIX əsrin ikinci yarısı boyunca mütəxəssislərin diqqət mərkəzində olan ədəbi xüsusiyyətləri ilə yanaşı olaraq, dərin ictimai və tarixi mənzərə açar. İctimai yaddaşı mühafizə edən bu keyfiyyəti ilə, keçmişə bağlı ədəbi bir əsərdən daha çox, onun sənədli olaraq yenidən xatırlanmasıdır.
Egilin mətndə yad olunan ataları da özü kimi tarixi şəxsiyyətlərdir və anadan olduğu 31-ci bölümə qədər, yəni Saqanın təxminən dörddə biri qismində sadəcə onların macəralarından (Norveçdən məcburi köç və İslandiyada məskunlaşma) danışılır.Egil, İslandiyada doğulan ilk nəsildəndir. Onun xarakteri bir uşaq kimi təsvir edilir. Daha sonra ölkə xaricindəki macəraları danışılır. Qürbətdəki son macərasının ardınca öz kəndinə çəkilmiş yaşlı bir adam olaraq səhnəyə çıxır.
Ailəsinin mənafeyi təhlükəyə girəndə müdafiəyə keçmək iradəsinə hələ də sahibdir.
Egilin Saqası, digər Ailə Saqaları qrupuna aid mətnlərdən, hadisələrin çoxunun ölkə xaricində cərəyan etməsi ilə ayrılır. Saqada ölkələrararası və ölkə daxili hadisələr birbiri ilə əlaqəli olaraq danışılır. Norveçi öz hakimiyyəti altında birleşdirən Haraldrun yanında onun ardıcıllarından ətraflı şəkildə bəhs edilir. Tarixi hadisələrlə əlaqəli bölümlərdə, Egilin qəhrəmanlıq mövqeyi sadəcə içəridə deyil, ölkə xaricindəki hadisələrin danışılması yoluyla da möhkəmləndirilməkdədir.
Egilin Saqasının, Borga ilk yerləşən insan olan Egilin atası Skallagrimr və ailəsi haqqında nəsildən nəsilə ötürülən qədim şifahi ənənələrə dayandığı qəbul edilir. İslandiyalılann bu qənaətinə görə, ötürülən şifahi məlumatın əsasını bilavasitə Egilin şeirləri təşkil etmiş və yazıya köçürülənə qədərki təxminən 300 illik bir zaman boyunca rəvayətçilər tərəfindən mühafizə edilmişdir.
Bu ənaət, elmi dairələrdə sadəlövh bir görüş şəklində dəyərləndirilməkdə və dəstək görməməkdədir. Düzdür, bu şeirlərin IX-X əsrlərdən qalıb qalmadığı məsələsi tam olaraq mübahisəlidir, ancaq ən azından bəzilərinın o dönəmə aid olmadığı üzərində mütəxəssislər həmfikirdir. Bir çox şeirin saqa yazılmadan öncə var olmadığı düşünülür.
Egilin ataları Norveçli azad insan obrazına sahib idi. Babası Kveld-Ülfr kimi öndə gələn azad insanlarla və krallarla olan əlaqələrinin dəyişdiyini görmək istəmirdi. Onun kimilər üçün və güclü yerli bəylər üçün kralla olan əlaqələri şəxsi müstəvidə idi.
Sonuç olaraq Norveçin İslandiyaya açıq bir təhdid olduğu bu şəraitdə XIII əsrdəki bir çox saqa mətni kimi Egilin Saqası da keçmişdən bir vasitə olaraq yararlanmaqdadır və bəzi uzmanlara görə, çox güman, Norveç krallığının hakimiyyətini etnik qayğılarla həddən artıq qabartmıəşdır. Dolayısıyla keçmişin funksional bir materialı olaraq Egil ilə ailəsinin hekayəsi həm yenidir, həm də qədimdir və tarixiliyi ölçüsündə uydurmadır.
Egilin xarakteri
Egilin Saqada çəkilən portreti, çox ehtimal ki özünü gerçəkdə olduğundan fərqli ifadə edir. Xarakteriylə həyatına dair təəssüratların uzun illərin içindən müxtəlif formalara bürünərək gəldiyini qəbul etməliyik; çünki Saqanı 124l-ci ildə ölən Snorri Sturluson yazıya köçürmüşdürsə, Egilin təxmin edilən ölüm tarixindən sonra araya təqribən 200 il kimi bir müddət girmişdir. Egilin gerçək hekayəsinin açıq ya da inandırıcı olmadığı məqamlarda yazan adamın başqa həyat hekayələrindən mətnə əlavələr etmiş ola biləcəyi nəzərə alınmalıdır.
Xarakterinə gelince … Egil, ani dəyişikliklər göstərən birisidir. Bəzən müdrik və dərrakəlidir, ortaq məqamlar axtarar, bəzən də əsəbindən dəliyə dönmüş kimi amansız bir qatilə çevrilər. Xristianlıqda təlqin edilən bir üzünə vuranda o biri üzünü çevir və ya qonşunu da özün kimi sev davranış tərzi
Egil Skallagrimssonla uyğunlaşacaq şeylər deyildir, ki zatən ölüncəyə qədər paqan qalmışdır. Bu xasiyyəti ilə dədə-babalarının Kveld-Ülfrun və Skallagrimrun genlərini daşıyır. O bir roman qəhrəmanının ehtiyac duyduğu, daha doğrusu bir roman qəhrəmanından gözlədiyimiz ziddiyyətlərə sahibdir. Dolayısıyla, oxuyacağınız mətn, öyülənlə söyülənin üz-üzə gəldiyi bir dastan və ya qəhrəmanın təsadüfən atdığı bir oxla ölkələrin yıxıldığı bir faciə deyildir. Egil, facianə bir Saqanın gənc yaşında can verən polad kimi qürurlu və şöhrətli qəhrəmanı kimi düşünülməməlidir.
Egil Skallagrimsson üçün bir fəlakət ötürücüsüdür deyilsə yerinə düşər. Egil, bir şair olaraq da paqan təbiətlidir. Daxil olduğu skaldik şeir ənənəsi, xarakteristik üslubu və məcazları (kenning) ilə paqan keçmişə söykənməkdədir. Xristianlıq ənənələri və kosmogonik anlayış, atası birbaşa baş tanrı Odin olan bu şeir üçün uyğunluq göstərməməkdədir.
Egil, uşaqlıq yaşlarından başlayaraq qeyri-adi qabiliyyəti olan birisidir. Şeir yazmağa üç yaşında başlayır. Atası Skallagrimr, qayınatası Yngvarın düzənlədiyi şölənə onlarla birlikdə gəlməsinə izn verməyincə Egil ata minib şölənin keçirildiyi yerə getmiş, Yngvar tərəfindən Məmnuniyyətlə qarşılanmış, bunun üzərinə onu comərdliyini və qonaqsevərliyini vəsf etdiyi bir şeir söylənmişdir. Daha sonra İngiltərənin şimalında hökm sürməyə başlamış böyük düşməni Qanlıbalta Eirikr üçün yazdığı tərif şeiri "Höfuölausn" fərqli bir mətndir.
Daha sonra onun altı yaşındakı ehtiraslı halını görürük. Bir top oyununda onu yenən Grimra ağacla hücum çəkən qəzəbli Egil, Grimr tərəfindən yerə yıxılır və bu, orada davanı izləyən uşaqların gülüşməsinə səbəb olur. Egil bir balta taparaq geri qayıdıb Grimru öldürür. Böyüyüb məhəllə davasına çevrilən savaşmada yeddi kişi daha ölür. Evə qayıdanda atası hadisədən məmnun deyildir, lakin anası oğlunun gerçək bir Vikinq olması səbəbiylə sevinclidir.
Yazar haqqında
Egilin Saqasının tək bir adam tərəfindən yazıldığı və bu adamın da Snorri Sturluson olduğu düşünülməkdədir. O, "Sonatorrek" və "Arinbjarnarkviôa" daxil olmala bir çox dəyərli şeirin də ehtimal olunan müəllifidir. Snorri, çağdaşları arasında, siyasətçiliklə bərabər tarixçi və skaldik şeirin üstadı bir şair olaraq da tanınmışdır.
Dolayısıyla onu Saqanın yazarı olaraq qəbul etsək, şeirləri də yazmış olması məntiqə yaxındır. Saqa, skald şeirinin bənzərsiz bir örnəyi olaraq ortaya çıxmaqdadır və bu durum, " Prose Edda"nın və içindəki uzun şeir "Hattatal"ın yazarı Snorri Sturlusonun Egilin Saqasının da yazarı olabiləcəyi yönündəki ümumi rəyi güçləndirməkdədir.
Düzdür, Qədim Şimal şeirinin önəmli avtoritelərindən Jön Helgason, heç bir skald yazarının Egilin iki oğlunun ölümüylə bağlı yaşadığı kədəri təqlid edə bilməyəcəyiini iddia etmişdir; lakin bilirik ki Snorri, ən sevdiyi oğlu Jön Murturun 1231-ci ildə Norveçdə ölümü haqqında dərindən sarsılmışdır. Bu olay Sturlunga Saqasında danışmışdır. 1229-cu ildə Jön, evlənmək istəmiş və babasından xərcləri tələb etmiş, Snorri isə onun istəyini yerinə yetirməmişdi. Oğlu Norveçə getməyə qərar verəndə İslandiyada qalması üçün ona istediklərini verməyə razı oldu, lakin o qərarını dəyişdirmədi və bir daha əsla geri dönə bilmədi.
Maraqlı olan bənzərlik budur ki, Saqanın 38-ci bölümündə Egilin atası Skallagrimr, oğlu Thörölfrun ölkə xaricinə getməməsini istəmiş, amma oğlu bunu rədd edərək ölkəni tərk etmiş və İngiltərədə savaşda ölmüşdür.
Sevilən övladın ölüm motivi Egilin Saqasında üç fərqli yerdə yenilənir: Kveld-Ülfrun oğlu böyük Thörölfr, Skallagrimrun oğlu kiçik Thörölfr, Egilin oğlu Bödvarr. Egil oğlu üçün uzun bir şeir yazmaqla özünü nə qədər təsəlli etdisə, bunun Snorri üçün də eyni şəkildə olduğu düşünülməlidir.
Saqanın Snorri Sturluson tərəfindən yazılıb yazılmadığına dair modern mübahisələr XIX əsrin ilk yarısına qədər davam edir. Bu məsələdəki çalışmaların keçən əsrdəki iki aparıcısı, 1933-cü il nəşrinin müəllifi Sigurôur Nordal və İsveçli alim Peter Hallbergdir. Hallbergin çalışması
İsveç dilində olmaqla yanaşı geniş bir İngiliscə müqəddimə də verilmişdir. Kitabda, Egilin Saqası ilə Snorrinin yazdığı dəqiq olaraq bilinən Heimskringlanın dil və üslub özəlliklərini qarşılaşdıraraq Egilin Saqasının da onun tərəfindən yazıldığı sonucuna varmışdır.
Ralph West, Hallbergin çalışmasını biraz daha irəli apararaq əsərdə başqalarının da müdaxalələri olduğunu iddia edir.
EGIL’IN SAGASI
1. Qoca Kveld-Ülfr və Oğulları
Ulfr adında bir adam vardı; Qorxusuz Ulfr`un qızı Hallbera`yla Bjafi`nin oğluydu.1 Halbera, Hrafnista`dan Cinsoylu Hallbjörn`ün bacısıydı. Hallbjörn isə Qanca Ketill`in atasıydı. Ulfr, heçkəsin gücü yetməycək qədər iri və güclü biriydi. Viking axınlarına hələ cananlıq illərində qoşulmuşdu. Yoldaşıysa gücü və cəsarətiylə ad çığarmış Berdlalı berserk Kari idi.2 Ulfr və Kari, əldə ovucda nə varsa bir-birləriylə paylaşan iki möhkəm dostdu.
Savaşlara qatılmağı dayandırdıqlarında Kari, Berdla` dakı fermasına qayıtdı və varlıq içində yaşadı. Üç uşağı vardı: Quzu Eyvindr, Topuz Ölvir və qızı Salbjörg. Qızı gözəl, eyni zamanda nəcib ruhluydu. Ulfr helə bu qızla evləndi. Ardından Fermasına geri qayıtdı. Ulfr`un malı mülkü çoxdu. O da ataları kimi torpaq sahibi olaraq cəmiyyətdə nüfuz sahibi oldu.
Çalışqan biri olduğu deyilirdi. Səhər tezdən oyanıb ferma işçilərinə və mal-qaraya göz gəzdirirdi. Ondan ağıl istəyən insanlara ağıl verir, onlarla məsləhətləşirdi. O çox ağıllı bir insandı. Lakin, hər axşam evə qayıdarkən aqresif olar, heçkəs onunla danışmağa cürət etməzdi. Axşamları çox erkən yatardı. Deyildiyinə görə çox dəyişkən insandı. Bundan ötrü ona Kveld-Ulfr deyərlərdi.3
Kveld-Ulfr və arvadının iki oğlu vardı. Böyük oğlunun adı Thorolfr, kiçik oğlunun adı Grimr idi. Bu iki oğlan böyüdüklərində ataları kimi əndamlı və güclü kişilər oldular. Thorollfr, bacaraqlı olduqları qədər yaraşaqlıydı da. Bu cəhətdən ana tərəfinə oxşamışdı; Gülərüz, əlaçıq biriydi. Ticarəti yaxşı bilirdi, hərkəsin sevgisini qazanmışdı. Grimr isə qaraşın və çirkindi. Görünüş olaraq da fikir olaraq da atasına oxşayırdı. O da güclü ticarətçiydi. Ağac və dəmir işlərində çox istedadlıydı. Qış aylarında tez-tez yanındakı işçilərlə birgə balıq tutmağa gedərdi.
Thorolfr iyirmi yaşı tamam olduğunda savaşlara qatılmağa hazır hala gəlmişdi. Kveld-Ulfr ona bir savaş gəmisi verdi. Berdlalı Kari`nin oğulları Eyvindr`la ölvir də bir başqa savaş gəmisi və çox sayda silahlı adamla ona qatılmağa qərar verdilər. Yayda dənizə açılıb və əldə etdikləri böyük qəniməti bölüşdülər.Bir çox yayı belə səfərlərə çıxıb, qışı atalarının yanında oturdular. Varlıqlı və şöhrətli bir ailə olaraq ad qazandılar. Kveld-Ulfr zamanlar yaşlanıb, əldən ayaqdan düşdü. Oğullarıysa tam bir kişi oldular.
2. Kambur Ölvir
Audbjörn o ərəfələr Firdafylki kralıydı. Bəylərindən birinin adı Hroaldr`dı. Bu Hroaldr`ın Thorir adında bir oğlu vardı. Bir digər bəy Çiroz Atli idi. Gaular`da yaşardı və Hallsteinn, Holmsteinn, Hersteinn adında üç oğluyla Alımlı Solveig adında bir qızı vardı. Bir payız vaxtı dini mərasim üçün Gaular1da çox sayıda insan toplanmışdı. Ölvir bu ərəfədə Solveig`i gördü və onla münasibət qurmağa çalışdı. Çox keçmədən də ona evlilik təklif etdi. Ancaq Atli qızını ona vermədi. Bundan sonra Ölvir bir çox eşq mahnısı bəstələdi. Solveig`i o qədər sevirdi ki savaşlara qatılmaqdan belə imtina etdi. Thorolfr və Quzu Eyvindr işlərinə onsuz dəvam etdilər.
3. Gözəl saçlı Haraldr hakimiyyətinin başlaması
Esmer Haraldr`ın oğlu Haraldr, atasının dəvamçısı oldu. Norveç`in tək kralı olanadək saçını kəsdirməməyə və daramamağa and içmişdi. Bundan ötrü ona qarışıq saçlı Haraldr deyirdilər. Başqa bir hekayədə uzunca anlatıldığı qədəriylə üzrə qonşu krallarla savaşdı və onlara boyun əydirdi. Upplönd`ün hakimiyyətini əlinə keçirib şimala, Thrandheimr üzərinə yürüyüş etdi. Hakimiyyəti ələ keçirincəyə qədər Trandheimr`da bir çox savaş açdı. Daha sonra Naumudalr`a , bu bölgənin qardaş kralları Herlaugr və Hrollaugr`unüzərinə yeriməyə qərar verdi. Lakin Haraldr`ın gəldiyi eşidilincə Herlaugr, on iki adamıyla birlikdə üç il əvvəl inşasına başladıqları məzar təpəsinə girdi və təpə üzərlərinə bağlandı. Hrollaugr`sa krallığı Haraldr`a verdi və ondan asılı bir krallıq oldu. Başqa deyişlə onun bəylərbəyi oldu. Beləliklə Haraldr, Naumudalr və Halogaland üzərində hakimiyyətini qurub oralara öz adamlarını yerləşdirdi. Daha sonra ordusu ilə cənuba, Maeri və Raumsdalr`a getdi. Lakin Huthjofr`un oğlu Əyriqıç Sölvi qaçmışdı. Kral Arnvidr`a çatan Sölvi bu sözlərlə yardım istədi: “Bu bəla qapımıza gəldi və sizin də qapınıza gəlməyə az qalıb. Çünki, Haraldr yaxın zamanda burada olacaq. Şimal Maeri`də və Raumsdalr`da hərkəsə əsarət və əzab gətirdi. Səndə bizim yaşadığımız dilemmaya məruz qalacaq, pulunu, dövlətini və gücünü qorumaq üçün kömək istəyə biləcəyin adamlar axtaracaqsan. Mən bacardığım qədər bu zülmə və ədalətsizliyə qarşı durmağa çalışacağam. Digər seçimi seçsən, Naumudalr xalqı kimi edib azadlığını itirib, Haraldr`ın köləsi olacaqsan. Mənim atam qocalığını başqa bir kralın əmri altında keçirməyib, şərəfiylə öldü. Zənnimcə, sən də digər xarakter sahibi insanlarda eynən atam kimi davrancaqsız....”
Bu təsirləndirici danışıqdan sonra Arnvidr ordusunu toplamağa və torpağını müdafiə etməyə qərar verdi. Sölvi ilə ittifaq qurdular. Gəlib kömək etməsi üçün Firdafylki kralı Audbjörn`ə də bir xəbər göndərdi. Audbjörn razı oldu və hökm etdiyi torpaqlardakı bəyliklərin özünü seçmələrini şərtiylə bir savaş çağırışı etdi.
Lakin Kralın elçisi Kveld-Ulfr`a çatıb, onun bütün adamlarıyla birgə krala qoşulmalı olduğu məktubu gətirdiyi zaman Kveld-Ulfr bu cavabı verdi:
“Kral öz torpaqlarını qorumaq məcburiyyətində qalsaydı və təcavüz Firdafylki`yə qarşı olsaydı, onunla birgə öz doğma torpaqlarımızı qorumaq boynumun borcu olardı. Ancaq şimaldakı Maeri`yə getmək və onların torpaqlarını müdaviə etmək mənim vəzifəm deyil. Kveld-Ulfr`un bu kükrəməsiərəfəsində evində oturacağını və nə savaçşı toplayacağını nə də Haraldr`la savaşacağını deyə bilərsən. Çünki Heraldr`ın talehinin bizimkindən daha yaxşı olduğunu və olacağını hiss edirəm.”
Elçi krala yanına qayıtdı və nəticəni ona bildirdi. Kveld-Ulfr`sa fermasında qaldı.
4. Haraldr və Audbjörn arasındakı savaş
Kral Audbjörn ordusuyla şimala, Maeri`yə yürüş etdi. Orada Kral Arnvidr və əyriqıç Sölvi ilə görüşdükləri zaman çox güclü bir ordu halına gəldilər. Kral heraldr da şimaldan öz ordusuyla gəlirdi. İki ordu Sölsklel`də qarşı-qarşıya gəldi. Qanlı bir savaç baş verdi və hər iki tərəfdə də böyük itkilər verdi. Maeri orduları tərəfində iki Kral, Arnvidr və Audbjörn öldü. Sölviysə qaçdı və sonrasında böyük bir savaşçı olub Kral Kral Haraldr`ın torpaqlarına işğalçı yürüşlər etdi. `Əyriqıç` ləqəbi almasıda helə bu savaşdan sonrasında ona verilib. Haraldr tərəfindəysə iki bəy öldü: Asgautr və Asbjörn. Bəylərdən Hakon`un iki oğlu Grjotgardr və Herlaugr`la birlikdə bir çox igid sərgərdə də öldü. Savaşın nəticəsində Haraldr, Cənubi Maeriyi işğal etdi. Audbjörnün qardaşı Vemundr, Firdafylkinin müstəqilliyini ələ aldı və oranın kralı oldu. Bunlar bir payız fəslində baş verib. Kral, bəyi Rögnvaldr`ı şimali və cənubi Maeri ilə Raumsdalr bölgələrinin başına keçirərək, böyük ordusuyla Thrandheimr`a qayıtdı.
Eyni payızda Atli`ninoğulları, Topuz Ölvir`ə öz evində saldırdılar. Niyətləri onu öldürmək idi. Baş edilməyəcək qədər güclüydülər. Bu səbəbdən Ölvir canını xilas etmək üçün qaçdı. Şimala Maeiri`yə getdi. Orada Haraldr`ı tapıb, ona tabe oldu və Thrandheimr`a getdi. Çox yaxşı iki dost oldular. Ölvir kralın yanında uzun müddət qaldı və onun Skaldı4 oldu.
Eyni ilin qışında Rögnvaldr, Eidsjör üzərindən cənuba, Firdafylki`yə getdi. Kral, Vemundr`un fəaliyyətləri haqqında cəsuslar vasitəsiylə məlumat toplandıqdan sonra bir gecə Vemundr`un bir şölənə qatıldığı Naustdalur`a gəlib şölənin keçirildiyi evə çevrələyərək, kralı doxsan adamaıyla birgə yandırdı. İkisi birgə şimala, Maeri`yə getdilər. Rögnvaldr, Vemundr`un gəmisiniə və bütün daşınması mümkün mallarına əl qonulmuşdu. Berdlalı Kari daha sonra şimala, Thrandheimr` – dakı Kral Haraldr`ın yanına getdi və onun adamı oldu.
Ertəsi bahar Kral Haraldr, donanmasıyla birgə şimala tərəf keçdi. Firdafylki və Fjalir`ə baş əydirdiktən sonra idarəyə öz adamlarını yerləşdirdi. Firdafylki başına Hroaldr`ı qoydu. Kral Haraldr yeni yerlərin müstəqilliyini ələ keçdirdiktən sonra, Torpaq sahibləriylə görüşdü. Onların iki şansı vardı: Ya ona tabe olacaqlar, ya da başqa ölkədən sürgün ediləcəklər. Əgər ikisindən birini seçməsələr, savaşıb əllərini, qollarını itirmək təhlükəsiylə yaşayacaqdılar. Haraldr, ələ keçirdiyi torpaqlarda, əkindən tutmuş, balıqçılığa qeder hər şey üzərində haqqı olduğunu iddia edirdi. Bütün torpaq sahibləri onun icarəçisi halına gəlirdi. Balıqçılar və meşədə işləyənlər də ona vergi verməyə məcbur idilər. Lakin , bir çox insan onun bu zorakılıqlarından qaçaraq başqa ölkələrə getdi. Beləliklə yerləşimə açılmamış uzaqlardakı geniş torpaqlar müstəmləkə edildi. Bu torpaqlar şərq tərəfdə Jamtalandve Helsingjaland, qərb tərəfində Sudreyjar, İrlandadaki dublin, İskoçyadaki Katanes və Shetland`dır. İslandiya bu ərəfədə kəşf olundu.
5. Kralın Kveld-Ulfr`a Mesajı
Kral Haraldr donanmasıyla Firdafylki`yi hasarladı və elçilərini yollayaraq birgə çalışa biləcəklərini düşündüyü amma hələ də özünə qoşulmayan insanlara səsləndi. Elçilər Kveld-Ulfr`a da gəldilər və yaxşı qarşılandılar. Gəlmək məqsədlərini izah edib, Kralın sözlərini çatdırdılar.
“Bilir ki” dedilər, “Sən şöhrətli və soylu bir ailədənsən. Özü sənə böyük şərəflər bəxş edəbilər. Çünki kral, gücü və cəsarətiylə ad qazanmış kişilərin özünü seçməsi barədə çox istəklidir”
Kveld-Ülfr onlara qoca bir adam olduğunu və artıq nə savaşçı ola biləcəyini nə də savaş texnikalarıyla səfərə çıxa biləcəyini dedi. “Mən” dedi, “ Evimdə oturacağam və daha krallara xidmət etməyəcəyəm”
Bunun üzərinə bir elçi, “ O halda kralın yanına oğlun getsin; güclü bir kişi və tam bir savaşçı” dedi. “Əgər onun əmrinə girərsən” dedilər Grimr`a, “Kral səni baron edəcək”
“Atam yaşadığı müddətcə” deyə cavab verdi Grimr, “ Heçkəsin baronu olmaram. Yaşadığı müddətcə mənim əfəndim o olacaqdır.”
Elçilər oradan ayrılıb kralın yanına çatdılar. Kveld-Ülfr`un dediklərini əksiksiz çatdırdılar. Kralın üzü asıldı, lakin çoxda danışmadı. “Bunlar kibirli insanlardır, onaları necə öz istədiyimi etdirə bilərəm?”
Topuz Ölvir yaxınlarında dururdu və kraldan əsəbləşməməsini istədi. “Mən” dedi, “Kveld-Ulfr`la danışacağam və bu işin sənin üçün nə qədər vacib olduğunu görüncə yanına gəlməyə razı olacaq”
Ölvir, Kveld-Ulfr`a getdi və kralın nə qədər qəzəbli olduğunu dedi. Əgər özünü ya da oğullarından birisi krala getməzsə işlərin heç də yaxşı olamayacağını, fəqət krala hörmət göstərirlərsə onlara böyük şərəflər bəxş edəcəyini dedi. Daha sonra uzun uzadıya kralın adamlarına qarşı pul və hörmət cəhətdən nə qədər əlaçıq olduğunudan danışdı. Kveld-Ülfr, “hisslərinə dayanaraq görürəm ki bu kral mənə ya da oğluma uğurlu gəlməyəcək. Mənim hələ də getməyə niyətim yoxdur amma Thorolfr bu yay qayıtdığında savaşa qatılmağa və kralın adamı olmağa rahatlıqla razı olar. Kralınıza onun dostu olacağımı, sözümə dəyər verən insanları da özüm kimi davranmağa razı salacağımı çatdırın. Onun qayda qanuna, daha əvvəlki kralın qayda qanunlarına riayət etdiyim kimi edəcəm. Hərkəs necə razılaşdığımızı görəcəkdir.”
Ölvir, kralın yanına geri döndü. Kveld-Ülfr`un oğlunu göndərə bilcəəyini dedi. Oğlu bu iş üçün daha uyğundu, fəqət o ərəfədə evdə deyildi. Kral məsələnin zamanla həll olacağını düşünüb, heç bir şey etmədi. Yay gələndə Sogn`a getdi. Payız gəldiyində də Thrandheimr`a getmək üzrə hazırlandı.
6. Thorolfrun Kralın əmrinə girməyə qərar verməsi
Kveld-Ülfr oğlu Thorolfr və Quzu Eyvindr, sonbaharda dəniz səfərindən əvə qayıtdılar. Thorolfr atasına getdi və baş-başa danışdılar. Haraldr`ın elçilərin daşıdığı xəbəri soruşdu Thorolfr. Kveld-Ulfr da özünün ya da oğullarının birinin öz adamı olması barəsindəki kralın xəbəri ni danışdı.
“Sən nə cavab verdin?” deyə soruşdu Thorolfr.
“Həm mənim həm də siz ikinizin Kral Haraldrın əmrinə girməyəcəyimizi ona söylədim” dedi Kveld Ülfr,zənnimcə bu kral ucbatından başımıza böyük fəlakətlər gələcək.”
“Bu” dedi Thorolfr, “Mənim düşüncələrimə tamamilə ziddir. Ondan böyük şərəflər qanacağımızı hiss edirəm. Krala gedib onun adamı olacağam, çünki bilirəm ki, ətrafındakılar hamısı cəsur adamlardır. Əgər məni qəbul edərlərsə bundan məmnun olaram. Bu adamlar ölkədəki hər kəsdən daha yaxşı həyat yaşayırlar. Kral adamlarına qarşı çox əliaçıqmış. Layiq olanalrın vəzifələrini yüksəldib, onları şərəfləndirirmiş. Üstəlik ona qarşı çıxan insanların bir çoxunun vəziyyəti heç də yaxşı deyil. Onların çoxusu ölkədən sürgün edilib, bir çoxuysa onun icarəçisi olub. Sənin kimi hirli,əzimkar bir insanın kralın belə mükəmməl təklifinə yox cavabı vermısi məni təəccübləndirir. Əgər bu krala boyun əymirdinsə niyə ondan əvvəlki krala verdiyin sözü niyə tutmadın. Axı sən söz vermişdin ki, əgər o kral krallığın itirsə onun düşmənin cəzalandıracaqdın. İndi isə nə Haraldra qarşı savaş açıb ondan öncəki(söz verdiyin dostun Kral) Kralın qisasını alırsan, nə də onun əmrinə girirsən. Məntiqsiz davranırsan.”
“Eynən mənim düşündüyüm kimi oldu “ dedi Kveld-Ulfr, Şimaldakı Maeriyə, Qarışıq saçlı Haraldr`la savaşmaya gedənlər məqsədlərinə nail olmadılar. Eyni zamanda hiss edirəm ki, Haraldr yaxınlarıma da böyük əzablar verəcək. Lakin sən Thorolfr öz qərarını özün verəcəksən.Mən Haraldr`ın əmrinə girib ondan istedadca ya da kişilikcə bərabər qəbul edilməyəcəyin barəsində narahat deyiləm. Yalnız bunu bil ki, onların ən güclüllərinin rəqibi olma. Buna qarşılıq özündən (xarakterindən) itki vermə.”
Thorolfr getməyə hazır olduğunda Kveld-Ulfr onunla gəmisinə qədər birgə yeridi. Qucaqlaşıb sağollaşdılar, bir sonrakı gözəl buluşmada bir araya gəlmək ümidiylə ayrıldılar.
7. Björgolofr, Brynjölfr, Bardr və Hildirida Haqqında
Halogalanddakı Torgar`da oturan Björgolfr adında bir adam vardı. Qüdrətli, varlıqlı və bir barondu. Özünə oxşayan Brynjolfr adında bir oğlu vardı. Björgolfr artıq qocalmış, yoldaşı da ölmüşdü. Oğlunu Hrafnista`dan Kanca Ketillin qızı Helgayla evlındirib işləri onun öhdəliyinə vermişdi.Brynjolf`un oğlu Bardr da daha cavan yaşlarda hündür, yaraşıqlı və bacarıqlı biri olmuşdu.
Payız vaxtı keçirilən və çox sayda insanın toplandığı mərasimə Bjorgolfr, oğluyla birgə ən etibarlı qonaqlardan biri olaraq qatılmışdı. Axşam vaxtı adət-ənənəyə bağlı olaraq, qarşılıqlı içəcək cütlüklər püşk çəkməklə təyin edildi. Mərasimdə Leka`da ferması olan Högni adlı bir adam vardı. Çox varlıqlı, yaraşıqlı, və ağıllı bir insandı. Ailəsi kasıb idi. Bu mərtəbəyə öz zəhmətiylə gəlmişdi. Hildirada adında çox gözəl bir qızı vardı. Qız püşk çəkmədə Björgolfr`un yanına düşdü. İkisi də o axşam uzun uzadıya danışdılar. Helə həmən axşam Yaşlı adam gənc qıza vuruldu.
Eyni Payızda yaşlı Björgolfr, içində otuz adamının olduğu gəmisiylə oradan ayrıldı. Lekaya çatdıqlarında iyirmi adam evə çıxdı, qalan on kişi isə geridə gəmini qorumaq üçün qaldılar. Fermaya çatdıqlarında Högni onları qarşılamaq üçün çıxdı və Björgolfr`la yoldaşlarını orada qonaq qalmağa dəvət etdi. Björgolfr dəvəti qəbul edərək otağa keçdi və yol paltarlarını dəyişdikdən sonra Högni böyük bir çəllək piyvə gətirmələri üçün əmr verdi. Misafirlərə içki ikramını qızı Hildirida etdi. Björgolofr ev sahibi Högniyə. “ Bura gəlməm səbəbim budur: Qızına helə burdaca evlənib, ou evimə aparmaq istəyirəm” dedi.
Högni, hər şey Björgolfrun istədiyi kimi olmasa, başına gələcəkləri bilirdi. Bundan ötrü onunla razılaşdı və onlar ər-arvad oldular. Högniyə isə qızı qarşllığında ons qızıl (bir markın səkkizdə biri) verildi. Hildirida, Björgolfr`la birgə Torgar`a getdi, fəqət Brynjolfr bu evliliyi qəbul etmədi. Hildirida və Bjorgolfrun iki oğlu oldu.Birinin adı Harekr, digərinin Hraerekr oldu.
Björolf öldükdən sonra, yas mərasiminin ardından Brynjolfr, Hildirida və oğullarını oradan göndərdi. Hildirida atasının yanına, Lekaya qayıtdı. Uşaqlar ana tərəflərinə oxşamışdılar. Kiçik cüssəli, yaraşıqlı və ağıllıydılar. “Hildiridanın uşaqları` deyə çağırılırlardı. Brynjolfr uşaqlara hörmət etmir, atalarından qalan mirasa yiyələnməlirən mane olurdu. Uşaqlar Lekada, Högninin mirasçısı olaraq yetişirlərdi. Björgolfr və oğlu Brynjolfr uzun bir müddət Finnlərin ölkəsninə gedib oralardan vergi toplamışlardı. Şimal tərəfindəki halogaland`da Vefsnir adlı bir fiyort və bu fiyortda Alöst adlı gözəl bir ada vardı. Sandnes deyilən ferma bu adadaydı. Şimalın ən varlı və ən savadlı adamı olan baron Sigurdr burada otururdu. Bir qızı vardı: Sigridr. Bu qızın da Halogalandakı ən yaxşı dost olacağı deyilirdi. Tək uşaq olaraq atasının da varisiydi. Bryjolfrun oğlu Sandnesdəki Sigurdrun yanına çatdı. Sigridrı özünə yoldaş olaraq istədiyini açıqladı. Bu təklifi insanları sevindirdi və nişan oldu. Ertəsi yay toy da oldu Bardr toy üçün yenidən şimala gəldi.
8. Bardr və Thorolfr haqqında
O yaz kral Harladr, hələ özünə qatılmamış olan halogland`ın qüdrətli kişilərinə toplanma əmri verdi. Brynjolfr, oğlu Bardr`la getməyə qərar verdi və sonbaharda cənuba, Thranheimr`a keçərək kralla görüşdü. Kral onları böyük bir məmnuniyyətlə qarşıladı. Brynjolfr kralın baronu oldu və daha əvvəldən sahip olduqlarının bir o qədəri daha mülk edindi. Üstəlik Özünə Finnmörk`də və dağlıq bölgələrdə vergi toplama və ticarət etmək hüququ bağışlandı. Brynjölfr evinə qayıtdı. Oğlu bard isə kralın yanında sarayda qaldı. Kral bütün adamları arasında ən çox ozanlarını əl üstündə tutardı. Ən qocaları olan Arazlısöz Audunn ən yaxınında otururdu. İndiki Kral Haraldrın atası Əsmər haraldrdan bəri sarayda idi. Onun yanında Quzqun Thorbjörn, ardından Topuz Ölvir, onun da ardında Bardr otururdu. Bardrın hərkəslə arası yaxşıydı. Topuz Ölvirlə də aralarında yaxşı bir münasibət vardı.
O sonbahar Kral Haraldr`a, Kveld-Ülfr`un oğlu Thörölfr ilə Berdlalı Kari`nin oğlu Kuzu Eyvindr gəldi və yaxşı qarşılanma gördülər. Oraya daha əvvəl viking axınlarında istifadə etmiş olduqları iyirmi oturaqlı , sürətli ve tam təmirli bir savaş gəmisiylə gəlmişdilər. Yoldaşlarıyla birgə qonaq otağında toplaşdılar. Kralın qarşısına çıxmaq üçün ən uyğun zaman gəlincəyə qədər orada gözlədilər və zamanı gəldiyində Berdallı Kari ilə Topuz ölvirin öndərliyində hüzuruna çıxıb Kralı salamladılar. Topuz Ölvir bunları dedi “ Bu Kveld-Ülfr`un oğludur. Sizə bu yay ndan bəhs etmişdim. Kveld Ülfr sizə bu sözü vermişdi və tutdu da. İndi sizdə onu qəbul edib, onun bu səmimi addımına qarşılıq verə bilərsiz. Gördüyünüz kimi o igid bir oğlandır. Hamımızın arzusu odur ki, Thorolfr`a onur bəxş edin və yanınızda qalıb böyük bir adam olsun. Kral “ Əlbəttə. Lakin, bir şərtlə. Şərtim odur ki, O görüntüsü qədər cəsur olduğunu isbatlamalıdır. Berdlalı Kari və Oğlu Quzu Eyvindr, Thorolofr`u gətirən gəmiylə cənuba, Karinin fermasına getdiler. Hərkəs Thorolfr ilə Bardr`ın gözəllik, endam güç və iş bacarığı cəhətdən digərlərindən heçdə fərqlənmirdilər. Kral hər ikisini də çox sevirdi. Qiş keçib yay gələndə Bardr, evlənmək üçün ayrılmaq üçün izin istədi. Daha əvvəl o bu barədə danışmışdı. Və çox danışmadan ona icazə verdilər də. O zaman Bardr, Thorolfr`a özüylə şimala gəlib gəlməyəcəyini soruşdu. Orada bu vaxta qədər görmədiyi, eşitmədiyi bir çox şan-şöhrət sahibi qohumuyla tanışa biləcəyini söylədi. Thorolfr bunun yaxşı bir fikir olduğunu düşündü və bərabər getmək üçün kraldan icazə aldı. Onlar üçün yaxşı bir hazırlıq həyata keçirildi. Yaxşı bir gəmi və birdə tayfa verdildi onlara. Torgara çatdıqlarında Sigurdr`a, Bardr`ın keçən yaz razılaşdıqları toy mərasimini həyata keçirmək üçün gəldiklərini xəbər verdilər. Sigurdr, daha əvvəl razılaşdıqları hər mövzuda sözünü tutacağını dilə gətirdi. Toy gününü qərarlaşdırdılar və Bard adamlarıyla birgə şimala, Sandnes`e gəldi. Görüş zamanı gəldiyində Brynjofr ile Bardr, qohumlarıyla yola çıxdılar. Thorolfr orada, Bardrın dediyi kimi, əvvəllər tanımadığı bir çox qohumuyla tanışdı. Sadnese doğru yola çıxdılar. Daha sonra mərasim bitdi və Bardr yoldaşıyla birgə evinə getdi və bütün yay orada qaldı. Thorolfr da orada onlarla qaldı. Payızda cənuba, kralın yanına gəldilər və qışı orada keçirdilər. Eyni qış Brynjöfr öldü. Bardr vərasət işlərini həll etmək üçün kraldan icazə istəyib evinə getdi. Kral baron ünvanıyla birgə atasının əlində tutduğu her şeyi onu bağışladı. Bardr evinə qayıtdı. Sahibdar və böyük şef oldu. Hildirida`nın oğulları daha əvvəl olduğu kimi bu səfər də mirasdan bir pay ala bilmədilər. Bardrın Gramr adından bir oğlu oldu. Thorolfr isə şöhrətinə şöhrət qatıb, kralın yanında qaldı.
9. Hafrsfjördr Savaşı
Kral Haraldr səfərbərlik elan etdi, ordu hazırladı və bütün ölkənin ən uzaq bölgəsindəkilər də daxil olmaq üzrə hamısı savaş meydanında topladı. Ardından Thrandheimrdan yola çıxıb cənuba tərəf istiqamətləndi . Agdir, Rogaland və Hördalanddan gələnlərin böyük bir ordu halında toplandığını eşitmişdi. Vik`in şərqindən və bəzi iç tərəfdəki igid insanlar ölkəsini krala qarşı qorumaq üçün orada toplanmışdı. Kral böyük bir orduyla şimaldan yola çıxdı. Gəmisində yaxın adamları vardı. Kveldulfuroğlu Thorolfr, Beyaz Bardr, Berdlali karinin oğulları Topuz Ölvir və Quzu Eyvindrla onların xaricində kralın on iki berserki də gəmidəydi. Ordu Rogaland`ın cənubundakı Hafrsfjördr`da qarşı-qarşıya gəldi. Kral Haraldrın o günə qədər girişdiyi ən böyük savaş meydana gəldi. İki tərəfin savaşçıları qorxunc bir şəkildə qırıldı. Kralın Gəmisi savaşın ən qızğın cərəyan etdiyi ön cəbhlərdəydi.
Haraldr savaşı qazandı, Agdir kralı Uzunçənə Thorir öldü, fakat Varsıl Kjötvi hələ təslim alınmamış olan adamlarıyla birgə qaçdı. Haraldr`ın ordusu sayılanda görüldü ki, bir çoxu ölmüş və ya ciddi yaralanmışdı. Thoroofr çox pis yaralanmışdı. Bardr`ın vəziyyəti ondan da pis idi. Kralın gəmisindəkilərdən yaralanmayan yox idi; silah təsir etməyən berserklər xaricində.
Kral, adamlarının yaralarını sardırdı, göstərdikləri qəhramanlıqdan ötrü kral onlara təşəkkür etdi. Onlara hədiyyələr verdi ve uyğun gördüklərini çoxluca təriflədi. Üstəlik onalra böyük vəzifələr verəcəyini də dedi. Bu savaşdan sonra heç kəs krala qarşı çıxmadı. Bu onun ölkə daxilindəki son savaşıydı. Bu savaşdan sonra Haraldr bütün Norveçin Kralı oldu.
Bəzi adamlarının yaraları ciddi olmadığından yaşama ümidləri vardı. Ölənlər üçünsə yas mərasimi həyata keçirildi. Thorolfr və Bardr yaralı halda yatırdılar.Thorolfr`un yaraları sağalmağa başlamış, Lakin Bardr ölümə yaxınlaşmışdı. Krala bunları dedi “ Əgər bu yaralar məni öldürəcəksə, səndən varisimi təyin etmık hüququnu istəyirəm”
Kral qəbul edincə sözlərinə dəvam etdi:
“Dostum Thorolfr`un sahib olduğum daşınan və daşınmaz mülklərimin varisi olmasını istəyirəm. Arvadımı və Oğlumu onun nəzarətinə buraxıram. Çünki, ona hərkəsdən daha çox güvənirəm.”
Bardr, qaydalara əsasən və kralın da icazəsiylə müqaviləni sürətlə bağladı. Çox keçmədən öldü və gömüldü. Ölümü böyük bir matəm yaratdı. Thorolofrunsa yaraları sağaldı. Kralın yaxın adamı olaraq böyük şan qazandı.
Payızda kral şimala, Tharandheiumr`a getdi. Thorolofr isə şimala, Halogalanda getmək və Bardrın mirasına yiyələnmək üçün kraldan icazə istədi. Kral ona bütün mirasa sahiblik etmək hüququnu isbatlayan bir kağız verdi. Eyni zamanda Finnmörk`dəki bütün vergi toplamaq hüququnu da ona verdi. Ona böyük bir savaş gəmisi də hədiyyə edib, onunla sağollaşdı. Thorolofr krala minnət duyaraq oradan uzaqlaşdı. Thorolofr şimala, Torgar`a çatdığında, səmimi bir qarşılama gördü. Onlara Bardr`ın ölümünü xəbər verdi. Bardrın bütün sərvətini, yoldaşını və oğlunu ona miras buraxdığını göstərən kralın məktubunu onlara göstərdi. Sigridr gələn xəbərləri eşitdi. Yoldaşının ölümü onun üçün böyük bir itkiydi, fəqət Thorolofru yaxşı tanıyır və böyük şöhrətini yaxşı bilirdi. Bu səbəbdən onunla evlənmənin yaxşı bir fikir olduğunu düşündü. Üstəlik kralın bu barədə əmri vardı. Nəhayət pzü və dostları Thorolofrla nişanlanmasının ən yaxşı seçim olduğuna inandılar.
Dərhal arxasından Thorolfr, bir savaş gəmisi və içindəki altımış adamlıyla birgə sahili tərk edərək şimala doğru yola çıxdılar. Bir axşam vaxtı Alöstdəki Sandnesə gəlib burada dəmir atdılar. Thoroolfr iyirmi adamıyla fermaya çıxmaq qərarı aldı. Sigurdr onu səmimi qarşılayıb, onu qonaq etdi. Thorolofr və adamları fermadakı evin ən böyük otağında yerləşdilər. Sigurdr orada oturaraq Thorolofrla söhbət etdi. Thorolofr, savaşdan və bardrın necə öldüyündən bəhs etdi. Thorlolofr ona abrdr ölmədən her şəyi ona buraxdığını dedi ve kralın kağızını göstərdi. Daha sonra qızı Sigridr (Bardrın yoldaşı) ilə evlənmək istədiyini dedi. Sigurdr bu tələbi xoş qarşıladı. Birinici bu kralın əmriydi. İkincisi isə Thorolofru yaxından tanıyırdı və qızını ona layiq görürdü. Thorolofr razılaşmadan sonra evinə qayıtdı. Orada bir mərasim keçirdi və hərkəsi dəvət etdi. Bunalrın arasında şöhrətli bir çox qohumu vardı. Hər kəs Thorolofrun nə qədər əlaçıq bir insan olduğunu gördü. Çünki, bu mərasimdə hər şey vardı və çoxluca insanı dəvət etmişdi. O il bərəkətli keçdiyi üçün ehtiyac duyulan şeylər rahatlıqla tapıldı.
O qış Sigurdr, Sandnesdə ölüncə Thorolofr ondan qalan hər şeyin, başqa sözlə tüm mülkün sahibi oldu.
Hildiridanın oğulları bunun üzərinə Thorolofr`a gəldilər və ataları Björgolfrdan qalan mülk üzərində haqq iddia etdilər. Thorlofr onlara cavab verdi:
“Brynjolfr`u yaxşı tanıyıram. Balrdruda həmçinin. Bunlar yaxşı insanlardı, hüquqi olaraq haqqınız oan şeyləri sizə verərdilər. Bunu Bardrdan istədiyinizi bilirəm. Eyniz zamanda onun sizə nə cavab verdiyinidə bilirəm. O sizə dedi ki: Siz qeyri qanuni doğulmusuz....!”
Harekr, analarınınn qayda-qanunlara uyğun olaraq başlıq pulu ilə gəlin gəldiyini, və bu dediklərinə şahid göstərəcəklərini iddia etdilər. Və bunları deyərək dəvam etdi: “Doğrudur biz işin başında qardaşımız Brnjolfra yaxınlaşmadıq. Çünki bu ailə daxili məsələydi. İndiysə miras ailədən kənra birinin əlinə keçdi və biz nəyi itirdiyimizi bilməyən insanlar deyilik. Mədəni davranmağımız bizi geriyə atır; bunun fərqindəyik. Əgər sən şahidlərimizə qulaq asmasan səndən heç nə istəmirik!”
Thorolofr əsəblə:
“Sizin dediklərininz mənim vecimə deyil. Mənə deyilənə görə ananız zorla qaçırılaraq evlənilib və bundan ötrüdür ki, o yoldaş yox kölə sayılır. Əgər o yoldaş olaraq alınsaydı onun üçün başlıq pulu ödəyərdilər. Lakin onun üçün kiməsə başlıq ödənilməyib”
10. Thorolofr Finnmörkdə
Qış gəldiyində Thorlofr doxsandan artıq adamıyla dağlara doğru yola çıxdı. Əvvəllər isə karlın vəzifələndirdikləri adamın yanında ən çox otuz adam olardı. Thorolfr satmaq üçün yanına mal da almışdı. Çox qısa müddətdə finnlilərlə danışdı, onalrla ticarət əlaqələri qurdu və onlardan vergi aldı. Finnlər onlardan qorxurdular. Thorolofr geniş meşəliklərdə gəzişdi. Şərq tərəfindəki dağlara çatdığı vaxtsa Kylfing qövmü insanlarının Finnlərlə ticarət etdiyini, bəzi bölgələrdə təcavüz etdiyini xəbər aldı. Thorolofr bəzi finnləri Kylfinglərin hərəkətlərini müşahidə üçün vəzifələndirdi. Özüdə arxalarından getdi. Bir mağaraya rast gəldilər və içindəki otuz adamı öldürdülər. Yolda yenə on beş və ya iyimi kişiyə rastladılar və onlarıda öldürdülər. Toplamda yüz kişini öldürdülər və böyük qənimət əldə etdilər. Sonra bahar fəslində geri qayıtdılar. Thorolofr daha sonra Sandnesdəki evinə qayıtdı və orada böyük bir gəmi hazırlatdı. Əjdər başlı, geniş bir savaş gəmisiydi bu. Daha sonra şimaldan hərəkət etdi. Thorolofr, Halogaland`da tapıla biləcək məhsullardan özləri üçün depoladı. Adamlarınıda yumurta və digər qidaları depolamaq üçün vəzifələndirdi. Bu fəaliyyət çox bərəkətli keçdi. Fermasındakı azad insanların sayısı yüzün altına heç vat düşməzdi. Şanlı, şöhrətli, varlı bir adam oldu. Çoxluca mal mülk və silah topladı.
11. Kral, Thorolfr`un mərasimində
Kral Haraldr o yay Halogaland`a getdi. Gəlişi şərəfinə həm öz mülkündə, həm də bardonlar və böyük torpaq sahiblərincə mərasimlər keçirildi. Thorolofr kral üçün böyük bir masa hazırladı.Vəzifədə olan hər bir şəxsi buraya dəvət etdi. Kral üç yüz adamıyla gəldi. Thorlofunsa beş yüz dəvətlisi vardı. Məkan da başdan sona qalxan asılıydı. Kral yüksək kresloya oturdu. Bütün sıralar dolduğunda ətrafına baxındı. Heç bir şey demedi. Lakin oradakı hərkəs əsəbi olduğunu başa düşdü. Əsəbdən qızarmışdı. Quş sütünün əksik olmadığı masada mərasim keçirildi. Yenə də kralın əsəbi keçməmişdi. Planladığı kimi orada üç gecə qaldı. Gedəcəyi gün Thorolofr sahilə birlikdə enməyi təklif etdi. Kral bunu qəbul etdi.Thorlofr yeni tikdirdiyi əjdər başlı gəmini krala hədiyyə etdi. Və bu böyük mərasimi kral ilə yarışmaq üçün yox ona olan hörmətini göstərmək üçün keçirdiyini başa saldı. Kral, Thorlofrun sözlərini məmnuniyyətlə qarşıladı və əhvalı düzəldi. Digər bir çoxları da bu mərasimi təriflədilər. Beləliklə Thorolofr oradaki insanların yanında böyük hörmət qazanmış oldu. Kral yoluna dəvam edərək halogaland üzərindən şimal istiqamətinə hərəkət etdi. Yay gəldiyində də cənuba qayıtdı. Özü üçün hazırlanan bir çox mərasimə qatıldı.
12. Hildiridanın oğulları Thorolofrla danışır…
Hildiridanın oğulları krala çıxdılar və özünü üç gün dəvam edəcək mərasim dəvət etdilər. Kral təklifi qəbul etdi və gələcəyi zamanı bildirdi. Buluşma zamanı gəldiyində adamlarıyla birgə oraya gəldi. Şölən çox yaxşı keçdi və kral razı qaldı. Mərasimdə adam az olmasına baxmayaraq hər şey yaxşı idi. Harekr, “ Torgardakı hazırlıqlar hamısının içində ən görkəmli olanı olmalıdır” dedi.
“Elə olması gözlənilirdi. Çünki o mərasim üçün böyük hazılıq aparıldı.” Dedi Harekr, “ Və çox şanslı imiş siz ki, həyatınız təhlükəyə girmədi. Sizin kimi ağıllı və şöhrətli bir kralın orada toplanılan böyük izdihamı görüncə bir plan yapılmasından şüphələnməsi gözlənərdi. Sizə deyəcəyim odur ki, bütün adamlarınızı silahlı tutun və gecə gündüz diqqətli olun”
Kral ona baxdı və “Niyə belə danışırsan Harekr, bu haqqda mənə nə deyə bilərsən?”
“Harekr “ İstədiyim hər şeyi deməyimə icazə verirsiz?”
“Danış” deyərək icazə verdi Kral
“İnsanların ağıllarından keçənləri evlərində sərbəstcə danışdıları vaxtlarda” dedi Harekr, “Siz bütün xalq üzərində zülum tətbiq etdiyinizi eşitməkdən narazı qala bilərsiz. Ancaq həqiqət odur ki kralım, insanları sizə qarşı isyan etməkdən çəkindirən şey cəsarət əksikliyi və bir liderlərinin olmayışıdır. İnsanların Thorolofr kimi seçkin bir insana öndər olaraq hörmət etmələri heç də təəccübləndirici olmazdı. Güc və əsalət sahibidir o. Bir kral kimi əlinin altında çox güclü adamlar var. Sayısız malı mülkü var. Hətta başkalarının malını da öz malı hesab edir. Siz ona böyük nemətlər verdiniz. O isə bunlarının qarşılığını ən pis formada qaytarmaq üçün çalışır. Həqiqət budur ki kralım, şimala Halogalanda sayısı üç yüzdən artıq olmayan adamla gəlsəniz, onlar sizin həyatınıza qəsd edəcəklərdir. Thorolofr bunların başçısıdır. Çünki, özünə Halogaland ilə Naumudalr krallığı vəd edilmişdir. Hər diyara gedib, bütün əli silah tutan adamlarla görüşüb, razılaşıb. Bu ordu şüphə yoxdur ki, Kral Haraldrı öldürmək üçün toplanılıb. Lakin, bu da bir həqiqətdir ki, sayıca az olmanıza baxmayaraq onlar sizi gördükləri an qaçacaqlar. VƏ bu səbədən sizi tələyə düşürmək üçün planlar qururlar. Sizi bir mərasimə dəvət edib, səmimi bir gecə keçidəcəklər. Sizin içkinin təsiri ilə yuxuya getməyiniz gözləyib, siz yuxulu ikən sizə saldıracaqlar. Thorolofrun sizi dəvamlı anbarında qonaq etməsi bunun bir göstərgəsidir. Çünki gözəl evinin yanmasın istəmir. Dahası da odur ki, hər otaq ağzına qədər silahla doludur. Sizin üçün qurduqları plan işlədikləri kimi getməyincə, məqsədlərini gizlətdilər və sizə saldırmadılar. Throrolofru yaxınınızda tutun. Onu adamlarınız arasına daxil edin və daimi olaraq ona nəzarət edin. Beləliklə çox da böyüyə bilməz. Burada Halogalanddakı işlərinizi biz iki qardaş görərik. Bilirsiniz ki, bizə güvənə bilərsiz. Atamız uzun müddət kralın işlərini burada laiqiylə yerinə yetirdi. Bizdə bunu bacara bilərik. Bizə güvənin. Buradakı sədaqətsiz insanlardan deyilik.”
Kral bunları eşidincə çox əsəbləşdi. Lakin əsəbini bildirmədi. Belə mövzularda kral heç vaxt nə fikirləşdiyini bildirməzdi. Sadəcə Thorolofrun Torgardaki evində olub olmadığını soruşdu. Harekr bunun uyğun olmayacağını dedi, “Thorlofr” dedi, “ Ordunuzla qarşılaşmayacaq qədər ağıllıdır kralım, çünki hərkəsin bu sirri qorumayacağın bilir. Sizin cənuba getdiyinizi öyrəndiyi an Alöst`ə hərəkət etdi”
Kral bu məsələ haqqında digər adamlarının yanında çox da rəy bildirmədi, lakin Harekr`in sözlərinə inandığı hər halından bəlliydi.
Bu danışıqlar olub bitdiktən sonra kralın oradan ayrılma vaxtı gəldiyində, Hildiridanın oğulları onun böyük bir hörmətlə hədiyyələr ilə uğurladılar. Kral da onlara dostluğunu vəd etdi. İki qardaş Naumudalr`a getmək üçün bir bəhanə yaradıb kralın yolu üzərinə çıxacaq şəkilfə hərəkət etdilər və kralla təkrar bir araya gəldilər. Kral onlarla daima səmimi davrandı.
13. Thorgils Kralın yanına gedir
Bağırqan Thorgils adında biri vardı. Thorlofrun bütün işçiləri arasında ən hörmət etdiyi adamıydı və Vikinq axınlarında onun sancaqdarlığını etmişdi. Hafrsfjördr savaşında Kral Haraldrın donanmasında yer almış, vikinq axınlarında Thorlofrun gəmisində çalışmışdı. Güclü və cəsur birisiydi. Kral savaşdan sonra ona hədiyyələr göndərib dostluğunu vəəd etmişdi. Thorgirls, Thorolofrun idarəçiliyini edir və Torgarda olmadığı zamanlar fermanın idarəçiliyin ələ alırdı. Bu səfərki gedişindən öncə Thorolofr, dağlıq bölgədən kral adına topladığı vergini Thorgilsə əmanət edib, kral cənuba gəlmədən öncə evə çatmazsa hamısını ona təslim etməsini istədi. Thorgils, Thorolfr`a aid böyük bir yük gəmisini hazırladı və vergi mallarının bir qismini ona yüklədi. İyirmi adam götürərək kralın olduğu yerə, cənuba doğru yola çıxdı və onu Naumudalrda tapdı. Kralın yanına çıxıb Thorolofrun salamını çatdırdı və onun Finnlərdən topladığı vergini gətirdiyini dedi. Kral onu müşahidə etdi lakin heç bir şey demədi. Qəzəbli olduğu hər halından bilinirdi. Thorgils danışmaq üçün daha uyğun bir vaxt tapmaq ümidiylə orradan uzaqlaşdı. Problemin nə olduğunu öyrənmək üçün Topuz Ölviri tapıb olan bitəni anlatmağa qərar verdi.
“Bilmirəm! Dedi Ölvir, “Fəqət buna diqqət etdim, lekadan bu tərəfə nə vaxt Thorolfrun adı anılsa kral susqunlaşır. Birilərinin ona bəzi şeylər xəbər verməsindən şüphələnirəm. Bildiyim qədərilə Hildiridanın oğulları Kralla uzun-uzadıya danışdı. Tholofrun düşməni olduqları hər hallarından bəlliydi. Yaxın zamanda özündən bu məsələni dəqiqliklə öyrənərəm”
Ölvir dərhal krala getdi və dediki, “ Dostunuz Bağırqan Thorgils sizə aid vergilərlə gəlir, üstəlik keçən səfərkindən daha dəyərli və daha çox vergilərlə. Vəzifəsini tam mənasıyla icra etməyə çox istəklidir. Kralım gedin və göz atın. Çünki belə kürklər heç yerdə yoxdur”
Kral heç bir şey demədən gəminin yanına getdi. Thorgils dərhal kürkləri çıxardı və krala göstərdi. Verginin əvvəlkilərə görə daha artıq olduğunu görüncə kralın üzü biraz aydınlandı. Beləcə Thorgils onunla danışa bildi. Krala, Thorolofr`un göndərdiyi dağlıq bölgənin ayı postlarını, digər dəyərli malları göstərdi. Kralın üzü daha da aydınlandı. Tholofr və adamlarının səyahətləri haqqqında suallar soruşdu. Thorgils də bütün sualları cavabladı.
Ardından Kral “ Thorolofrun sədaqətsizlik etməsi və məni öldürmək istəməsi nə acıdır !”dedi
Oradakı hərkəs bunun iblis ruhlu insanların uydurması olduğunu, Thorolofrun günahsız hesab edilməsinin vacib olduğunu dilə gətirdi. Kral da bundan sonra bu fikrə inanmayacağını dedi. Nəticə olaraq Throgils ilə aralarında keçən danışıqlardan məmnun oldu və dostca ayrıldılar.
14. Thorolofr yenidən Finnmörkdə
O qış Thorlofr, yanına yüz adamını götürərək finnmörk`ə getdi. Daha öncə olduğu kimi Finnlərlə tircarət etdi və hər tərəfi dolaşdı. Şərqə çatdığı eşidiləndə yanına bəzi Kvenlər gəldi. Kvenland Fravid tərəfindən göndrədiklərini söylədilər. Kralları, özlərini narahat edən Kirjalalılara qarşı Thorolofrdan dəstək istəyirdi. Thorolofr dəstək vermək üçün müəyyən şərtlər qoydu. Bu şərtlərə əsasən, o və faravid bərabər sayda qənimətləri bölüşəcək, adamları isə kvenland kralının adamlarından üç dəfə çox qənimət alacaqdılar. Thrololofr vəziyyəti adamlarına danışdı və qərarı onlara buraxdı. Çox əsgər savaşa getməkdən yana oldu, çünki qənimət çox böyük idi. Beləcə elçilərlə birgə şərqə doğru getmək qərarı verdilər.
Finn ölkəsi geniş bir ölkədir. Qərbdən və şimaldan dənizlə çevrəlidir. Şərq tərəfində fjordlar vardır və cənub sərhədi Norveçə bitişikdir. Şərq tərəfində, Halogaland`ın şərqində Jamtaland tapılır, ardından Helsingjaland, Kvenland, Finnland və Kirjalaland gəlir. Finnmörk bütün bu ərazilərin kənarındadır və bazı vadilərdə, bazısı göl sahillərində olmaq üzrə bir çox dağlıq yerləşimi vardır. Finn ülkəsində, ətrafını böyük meşələrin çevrələdiyi inanılmaz genişlikdə göllər vardır. Kilir dağları bu ərazinin bir ucundan başlayıb digər ucuna qədər əhatələyir.
Thorolofr, Kvenlanda gəldiyində kralla görüşdü və onun üç yüz adamına əlavə olaraq yüz norveçli ilə birgə yola çıxmağa hazırlandı. Finn ölkəsinin yüksəkdə olan ərazilərindən istiqamətlənərək Kirjalalıların məskən edinib Kvenlərə saldırılar keçirdikləri dağlıq əraziyə çatdılar. Kirjalılar düşmən ordularının gəldiyini görüncə toplandılar. Özlərindən çox razı idilər. Qazanacaqlarından əmindilər. Fəqət savaş başladığında Norveçlilər yırtıcı bir şəkildə irəli atılıb savaşdılar.Qalxanları Kvenlərdən daha güclüydü. Kirjalalılar böyük fəlakətə məruz qaldılar. Çoxu öldü, çoxu isə qaçdı. Kral Faravid və Thorolofr görkəmli qənimət əldə etdilər. Daha sonra Kvenlanda qayıdıb orada sağollaşdılar. Thorolofr dostca ayrılıqdan sonra adamlarıyla Finnmörkə tərəf keçdi. Thorolofr dağlıq ərazilərdən Vefsnirə endi və əvvəl fermasına, Sandnesə gedib orada bir müddət qaldı. Ardından baharda adamlarıyla şimala, Torgara getdi.
Torgara çatdığında özünə, Hildiridanın oğullarının o qış Thrandheimrda Kral Haraldrla birgə olduğunu və Thorolofru krala qammazladıqları xəbəri verildi. Thorolofr bu xəbərlərə “ Belə yalanlara kral heç vaxt inanmaz. Çünki, onunla bir düşmənçiliyim yoxdur. Olmaq üçün səbəb də yoxdur. O mənə yaxşı davranır. Məndə ona hörməti sonsuzdur. Əgər fürsətim olsa belə ona saldırmaram. Başqa yerin kralı olub isyan təhlükəsi ilə yaşayacağıma, onun baronu olmağı seçərəm”
15. Kral Haraldr və Harekr
Hildiridanın oğulları və yanındakılar o qış Haralrın yanındaydı. Bu on iki kişilik topluluq, mülklərindəki aadamları və qonşularından ibarət idi. İki qardaş Kral Haraldrla tez-tez görüşür, hər zaman eyni şeyləri deyirdilər. Harekr “Kralım, Thorolfrun sizə göndərdiyi vergilərdən məmnun qaldınızmı?” deyə soruşdu.
“Bəli”, dedi kral.
“Sizə aid olan vergilərin tamamına nail olsaydız daha da məmnun olardız. Çünki hərkəs bilir ki, o verginin böyük bir qismin özünə götürüb. Sizə üç ayı postu göndərdi lakn otuzunu özünə götürdü. Digər mallarda da vəziyyət bundan fərqli deyil.” Bu da göstərir ki, Kralm vergi toplama işini bizə versəz, biz sizə daha çox vergi verərik.”
Thorlofr haqqında bu görüşə oradakı hərkəs şahid oldu, və razılıq verdilər. Kral, Thorlofra çox qəzəblənmişdi.
Бесплатный фрагмент закончился.
