Читать книгу: «Arvadsız kişi»

Шрифт:

ŞƏMİL SADİQ

ARVADSIZ KİŞİ

HEKAYƏLƏR

MƏN ÖLMÜŞDÜM

Səhər yuxudan ayılanda səksən bir yaşlı ərim Əliqulu yastığımın yanında dirsəklənib, sa-kit-sakit ağlayırdı. Qəribəsi bu idi ki, mən onu kənardan görürdüm, amma ağarmış saçlarımı sı-ğallamasını, üzümə düşən göz yaşlarını hiss et-mirdim.

Əvvəl elə bildim ki, yuxu görürəm. Qışqır-dım, səsimi eşitmədim. Yenə qışqırdım, yenə də eyni şey. Təəccüb məni bürümüşdü. Bu nə qəri-bə, nə maraqlı yuxudur?! Həmişə yuxularımı unutduğumdan dua etdim ki, kaş bu yuxunu sə-hər xatırlaya biləydim. Sonra oğlum gözlərini ova-ova gəldi.

Nə olub, ata? dedi.

– Altunsaçımı itirdik, deyə Əliqulu hön-kürdü.

O qədər qocalıb əldən düşmüşdü ki, ağla-mağa heyi də yox idi…

Oğlum da yanımda dizi üstə yerə çökdü. Diqqətlə üzümə baxdı. Sonra əlimi qaldırıb öp-dü. Onun da gözlərindən yaş axırdı....

Əliqulunun göz yaşları payız leysanına, oğ-lumun göz yaşları isə süni yağışa bənzəyirdi. De-mirəm onun ürəyi yanmırdı, ana itirdiyini hiss etmirdi. Amma o, bir gün öləcəyimi gözləyirmiş, sanki. Ölümümün yaxınlaşmağı ilə barışmışdı.

Böyük oğlum idi Qaya. Soyuqqanlı və dö-zümlü olduğunu da yaxşı bilirəm. Amma onun məni itirməsi atasının məni itirməsinə bənzə-mirdi. Sanki o, nəsə qiymətli bir şeyini itirdiyi və bunu bir daha tapa bilməyəcəyi üçün heyifsilə-nirdi. Atası isə, elə bil, gözlərini itirib işıqsız, ayaqlarını itirib hərəkətsiz qalmışdı. Onların mə-ni itirmək hissləri ən az bu qədər bir-birindən fərqlənirdi.

Oğlum yavaş-yavaş ayağa qalxdı. Mən yenə də səssizcə onları kənardan seyr edirdim. Çox maraqlı idi. Həmişə hamı kimi fikirləşirdim ki, bir gün ölsəm, məndən sonra nələr olar, görəsən? Hər şeyin belə olacağını heç təsəvvür eləmirdim.

Qaya bacısına və kiçik qardaşına zəng edib: "Anamızı itirdik, başınız sağ olsun," dedi. Bunu o qədər soyuqqanlılıqla dedi ki…

Bu zaman: "Mən ölməmişəm", deyə yenə də bağırdım. Amma heç kimin vecinə deyildi. Heç kim məni eşitmirdi. Oğlumun mərasimə ha-zırlaşması üçün çölə çıxdığını görüb, tələsik uzandığım yerə yaxınlaşdım. İlk toy gecəsində olduğu kimi, otaqda ərimlə tək idim. Gördüm ki, rəngim ağappaqdı. Əliqulu isə hələ də uşaq kimi ağlayırdı. Gah əlimi tutur, gah üzümdən öpür, gah da başını sinəmə qoyurdu: "Axı mənə de-mişdin ki, səni basdırmasam, ölmərəm. Bəs niyə məni tək qoyub getdin? Qorxmursan ki, yenidən evlənərəm?", deyəndə elə güldüm ki, göz yaş-larım yanağımda rəqs etdi. Çünki gənc yaşları-mızdan aramızda olan zarafata eyham edirdi.

Hərdən zarafat edərək: "Gərək sən ölən kimi bir arvad da alım", deyərdi. Mən də qarşılığın-da: "Səni basdırmasam, ölmərəm", deyərdim. İndi bu qəmgin vaxtında bunu yadına salması məni yaman güldürdü. Kişiyə lap yazığım gəldi. Çünki arzusu gözündə qalmışdı. Səksən bir ya-şında necə evlənə bilərdi ki?!

O bu sözü deyib, yanıma uzandı. Məni möh-kəm-möhkəm qucaqladı. Mən bu qucaqlamanı görsəm də, hiss edə bilmirdim. Əlli altı il idi ki, bir döşəkdə bu cür qucaqlaşıb yatardıq. Onun bu doğma təması mənə həmişə rahatlıq verərdi. Amma indi heç nə hiss etmirdim. Bu vəziyyəti də başa düşə bilmirdim.

Daha bütün bunların yuxu olmadığına inan-mışdım. Amma əgər yuxu deyildisə, o zaman nə idi bu? Bəlkə, elə mən doğrudan da ölmüşdüm, bəlkə, sadəcə bir iksir içib yoxa çıxmışdım?

Onun qara gözlərinə toxundum. Göz yaşla-rını silmək istədim. Amma o heç nə hiss etmədi.

"Mən ölməmişəm", dedim, sonra da onu qucaqladım. Amma nə o, nə də mən bir-birimizə toxuna bilirdik. Acizliyimi görüb bu acını mənə yaşatdığı üçün Allaha qarşı üsyan etdim. Axı ne-cə ola bilərdi, onu görəsən, eşidəsən, amma bu qədər ayrı olduğunu hiss edəsən. Sən demə, əsl ayrılıq bu imiş. Həm də bu, yana-yana ayrılmaq idi.

Mən də qoşuldum can yoldaşıma. Başladıq ağlamağa. O, mənim yoxluğuma, mən də onun varlığına ağlamağa başladım. Hələ ölümü dərk edə bilmirdim. Fəqət ərimin dərdinə şərik ola bil-mədiyim üçün ağlayırdım. Mənim ölümümmü faciə idi, yoxsa onun yalqızlığımı? Bunu bilmir-dim.

Sonra çarəsiz qalıb pəncərənin qırağında oturdum və başladım gedişatı izləməyə. Səhər saatları olduğundan camaat bir az gec gəldi. Qı-zım içəri girən kimi əl atdı saçlarına. Özünü elə döyürdü ki, baxmağa tab gətirə bilmədim. Göz-lərimi yumdum. Birdən onun yanğılı səslə ağısı-nı eşitdim.

Ay anaaa, Allah məni öldürsün… Axı mən doyunca sənə qulluq edə bilmədim.... Dedin "ayaqlarım ağrıyır", qulaqardına vurub ovma-dım, qurban olum sənə, anaaaaa. O ağrıyan ayaqlarına qurban olummmm. Cannnn, anaaa, cannn. Bir düz-əməlli yemək də bişirə bilmədim. İt kimi qışqırırdım üstünə… Allah məni öldür-sün, anaaa, qədrini bilmədim. Gəlinlərdən şika-yətlənirdin ki, dişlərim yox, ağzım ağrıyır, amma onlar mənə görə yemək bişirmirlər. Mən eşşək də bunu başa düşmədim.

Sonra qonşular gəldi. Tez-tələsik molla ça-ğırmaq istədilər. Güllü bacı dedi ki, qadınlar üçün molla Xeyrənsəni çağıraq; yaxındadır, həm də savadlı qadındır.

Bu tərəfdən də məclisi əlinə almış qapı qon-şum Bikə dedi: “Ay qız, onu neynirsən? Nə olsun ki, savadı var? Bir köpüklük ağlatmağı bacarmır. Gülçöhrəni çağıracam. Onun həm yaxşı yanğılı səsi var, həm də ürəkdən ağlayır. Adamın dərd-ləri yadına düşür. Arvadın yasında gərək ürək dolusu ağlayaq”.

Beləcə, qərara gəldilər ki, Gülçöhrəni çağır-sınlar.

Sonra da məni ədəb-ərkanla aparıb dəfn elə-dilər.

Əvvəl kənardan baxırdım. Gördüm ki, məni qoydular qəbrə. Fikirləşdim ki, yəqin çöldəyəm, onlar cismimi qəbrə qoyurlar. Toy günüm yadı-ma düşdü. Onda da iyirmi beş il yaşadığım evi, yurdu başqa bir yerə dəyişmişdim. O zaman ru-hum cismimdən öncə sevgilimin yanına getmiş-di. Sonra cismimi bəzəyib-düzəyib ər evinə gətir-mişdilər. İndi də cismimi yeni yurduna aparırdı-lar, amma ruhum qalmışdı ərimin yanında. Fərq onda idi ki, gəlin gələndə mənə yol göstərən, ne-cə davranacağımı öyrədənlər var idi, amma indi heç kim mənə heç nə öyrətmirdi. Heç adam da yox idi yanımda. Sanki boşluqda idim.

Bura hara idi, görəsən? Cənnətmi, cəhən-nəmmi? Deyəsən, nə cənnət vardı, nə də cəhən-nəm. Boşluqda idim. Bəlkə də, keçiddəydim, o dünya ilə bu dünyanın arasında.

Qəbri qazdılar, oğlanlarım məni qəbrə endi-rəndə kəfənimi külək tərpətdi. Molla tez üzünü gələnlərə tutub dedi: "Ay camaat, üzünüzü o tə-rəfə tutun, mərhuməyə naməhrəmsiniz."

Allah səni vurmuşdu, bura gələnlər nə hayda, sən nə hayda?! Kül başına! deyib, qə-birdə yerimi rahatladım. Qorxdum ki, sonra qa-laram ortalıqda, onsuz da bu dünyada məni heç kim görmür, eşitmir. Mən də pis ruhlar kimi qa-laram sərgərdan.

Necə ki məni tələm-tələsik qüsullayıb dəfnə gətirmişdilər, eləcə də torpaqlamağa başladılar. Torpağı elə tələsik tökürdülər ki, sanki durub qa-çacaqdım. Ərim isə köhnə qəbirlərdən birinin ya-nında yerə çöməlib fikirli-fikirli siqaretini sümü-rürdü. Camaat köməkləşib "əldən qalan əlli il qa-lar" prinsipinə uyğun mənim üstümdə olan sal daşların üstünə torpaq tökdülər. Həm baş, həm də ayaq daşlarımı qoyub uzaqlaşdılar.

“Oğlanlarım el qınağından çəkinib qəbrimin üstündən uzaqlaşmaq istəmirdi”, – desəm, qurd-lu analara bənzərəm, amma inanın, kimlərinsə gəlib onların qoluna girməklərini gözləyirdilər sanki.

Beləcə, onlar da getdilər. Üstümə o qədər torpaq tökmələrinə baxmayaraq, mən yenə onları görür və eşidirdim. Bir az uzandım qəbrimin içində.

Nə baş verəcəyini çox gözlədim. Amma nə gələn oldu, nə də gedən. Xeyli ötən günlərimi fi-kirləşdim. Keçmiş xoş və naxoş günlərimi gözlə-rim önündə canlandırdım, evlənməyimi, uşaqla-rımın doğulmasını, onların evlənməsini, nəvələ-rimi… Hamısını düşündüm. Nə cəhənnəm mə-ləkləri, nə də cənnət mələklərindən bir xəbər var idi. Yaman darıxdım. Sən demə, ölmək belə şey imiş.

Məkansız bir varlıq, zamansız bir varlıq ol-maq nə pis şey imiş, ayAllah! Hər yerə gedə bil-səm də, heç bir yer mənim üçün doğma deyildi. Kimsəsiz və sahibsiz idim. Dözüb-dayana bilmə-dim qəbrimdə. Axı mənim üçün heç bir maneə yox idi. Qəbrimin üstünə çıxdım. Qəbiristanlıqda it ulayırdı. Günün günorta çağı burda təkcə Qır-mızı Əlinin oğlu molla Vəli var idi. “Molla” de-yəndə ki, bir vaxtlar çıxartmadığı hoqqa, sataş-madığı qız qalmayan bu bədbəxt bəndə sonradan tövbə etdiyi üçün keçmişdi mollalığa. Beləcə, qə-biristanlıqda gəzişir, “Yasin” oxuyub çörəkpulu qazanırdı.

Babalı deyənlərin boynuna, amma o gün tən-dirdə qonşular söhbət edirdilər ki, gecələr yenə əvvəlki kimi gizlincə bir “çubuş” aşırırmış. İndi də pirin qabağında oturub müdrik adamlar kimi təsbeh çevirirdi.

Bir az onu seyr etdim. Sonra heç kimin ol-madığını gördükdə evimizə tərəf üz tutdum. Hə-yətimizdə bir vur-çatlasın idi ki, gəl görəsən. Ocaq yandıran kim, heyvanı doğrayan kim, sa-movarı qaynadan kim. Məhəlləmizdəki bütün cavanlar ölü sahibinə kömək üçün yığışmışdılar. Maşallah, heç nədən korluq yox idi. Hər şey qay-dasında gedirdi. Bir anlıq yenə toyum yadıma düşdü. Onda da belə idi. Amma toydakından fərqli olaraq, indi bircə video çəkiliş çatmırdı.

Hamı yenə gülüşür, zarafatlaşır, heç nə ol-mamış kimi öz vəzifələrini yerinə yetirirdi. Ölən-lə ölməyəcəkdilər ki…

Çadırın qapısında oturan Əliqulu isə öz ha-yında idi. Gələnə, gedənə başı ilə: "Sağ olun, ölənlərinizə rəhmət," deyib borcunu yerinə ye-tirirdi. Qızım da sakitləşmişdi bir az. Sanki ağla-maqdan matı-mutu qurumuş, pərişan halda məc-lisə baxırdı.

Kəndin bütün qadınları gəlmişdilər. Gül-çöhrə də, maşallah, elə yanğılı səslə qiyyə çəkib ağlayırdı ki, gəl görəsən. Ömründə bir dəfə də salam-kəlamımız olmayan, amma el adətinə görə yas yerinə gələnlər də elə ağlayırdılar ki, sanki nər igid itirmişdilər. Əlim ağzımda qalmışdı. Bir zamanlar mənim də məclislərdə bu cür hərəkət etdiyim yadıma düşdü.

İlahi, insan nə qədər bədbəxt olur?! Nə qədər ikiüzlü olur?! Qızım Gülçöhrənin səsinə evin o biri başından səs verən qudam Zeynəb məni lap təəccübləndirdi.

Ay Səkinə, vayyyy. Qız, ciyərim yandı. Sən bir gün görmədin ki, qızzzzz. Müharibə illərində yetimçiliklə qapılarda qaldın, quru çörək yemək-dən ovurdların qabar olmuş Səkinəm vayyy. Bəs niyə tez getdin, sənin görəcək günlərin bundan sonra idi axı, bacı..... deyib elə qiyyə çəkirdi ki, elə bildim, indicə özündən gedəcək.

Bu, ikiüzlülüyün lap zirvəsi idi. Bir-birimiz-dən zəndeyi-zəhləmiz gedirdi. Oğlum mənim sö-zümə baxmayıb onun qızını almışdı. Çünki se-virdi. O da bilirdi ki, mən onun qızını almaq istə-mirəm. Oğlumla qızının sevgisinə söykənib özü-nü göylə aparırdı.

Səsimi eşitsəydi, deyərdim:

Tfuuuuu sənin üzünə, baaa. Ay qız, mənim üçün belə ürəyin yanırdısa, qızını gündə niyə doldurub oğlumun üstünə salırdın?

Nə isə… Sonra hamısı sakitləşdi və başladılar söhbətə. Çadraya bükülmüş bu arvadların müza-kirə etmədiyi mövzu qalmadı. Hamının qarşısın-da durub onların bir-birilə etdiyi söhbətə öz yas mərasimində qulaq asmaq adama elə maraqlı gə-lirki…

Deməli, Güllünün Məhəmmədin arvadını gecələr qonşunun oğlu ilə pəyədə gizlin görüş-mələrini görməsindən, Əhlimanın oğlunun Mos-kvada bıçaqlanmasından, bazarda vəziyyətin yaxşı olmadığından, Ərdoğanın gözünün türk-ləri götürməməsindən, Putinin Qarabağı neçə milyonasa Azərbaycana satmasından, Obamanın müsəlmanlığından ermənilərin bizimlə yenidən birləşmək arzularına qədər həm məişət, həm də ictimai müzakirələri dinləyirdim.

Sonra kişilərin çadırına getdim. Oğlumla ba-cım oğlunun söhbətindən bildim ki, məclisimi aparan Molla Zülfüqar təcili harasa gedib. Get-məyinin də səbəbi böyük vəzifədə işləyən Cavi-din anasının can üstə olmasıdır. Zəng ediblər, o da oğlumdan üzr istəyib ki, bağışla, hələlik sizin məclisi məclisdəkilərdən biri aparsın. Mənlik bir iş yoxdur. Gedim onu da tez dəfn edim, gəlim. Sonra başqasını çağırarlar, biabır olarıq.

Buna görə də qardaşımın kürəkəni Məm-mədqulu hirslənib: “Bəs mən sizə deyəndə ki, bu gözü ilə görən qurumsağı çağırmayın, sözümə qulaq asmadınız. O, nazir müavininin anasını qoyub, gəlib usta Şakirin anasının yasını apara-caq? İndi gedin özünüzə molla tapın”.

Hamı dəyib bir-birinə; mollasız məclis olar? Tez-tələsik gediblər bayaq mənim qəbiristanlıq-da qoyub gəldiyim molla Vəlini gətiriblər. O da oturub yuxarı başda, məclisi idarə edə bilmir. İki dəqiqədən bir qışqırır ki, “Allahınız olsun, dini-niz olsun! Bə siz niyə belə edirsiniz! Fatihə!”

Bir az sakitlik yaranır, sonra yenidən ara qa-rışır, hərə öz dərdini, məsələsini yanındakı ilə bölüşür. Bir az keçməmiş Molla Vəli yenə qışqı-rır: “Yekə kişisiz əəə, Fatihə!”

Bunun da səbəbi o idi ki, bizim rayonun baş-çısının qərarına görə yas mərasimlərində molla-lar yalnız "Quran" oxuya bilər, başqa heç bir baş-qa söhbət edə bilməzlər. Çünki bəzi mollalar söh-bətlərində ya gic-gic danışıb aləmi vururlar bir-birinə, ya da müxtəlif təriqətlərin təbliğatını apa-rırlar. Xüsusilə də iranmeyilli mollalar təhlükəli idi. Bu bədbəxt mollalar da, “Quran”da “Yasin”, “Həşr” və “Fatihə”dən başqa nə bilirdilər ki?! Ona görə də danışmağa bir şey tapa bilmirdilər. Camaat da nə olsun ki, yasa gəlib? Ya nəsə da-nışmalı, ya da eşitməlidirlər axı.

Kişilərin söhbətləri qadınlarınkından bir az abırlı olsa da, mənə heç bir aidiyyatı yox idi. Ya-vaş-yavaş qapıdan çıxdım. Dedim, gedim qəbri-mə, birdən gələrlər məni aparmağa, tapmazlar, qalaram burda. Adam öləndən sonra elə bil ağıl-lanır, vallah. İndi kəndimizdə gördüyüm hər şey mənə cəhaləti xatırladırdı.

Elə başılovlu yas mərasimindən çıxıb dön-gəni dönürdüm ki, gördüm oğlumla onun Ordu-baddan yas yerinə gələn dostu söhbət edir. Bala-ca oğlumu öləndən bəri yaxşı görməmişdim. Elə bil qocalmışdı. Gözlərinin içində gördüyüm kə-dər qəlbimi qubarlandırdı. Bu oğlum həqiqi bir yetimi xatırlatdı mənə. Daha kövrələ bilmirdim. Birdən onun Ordubaddan gələn dostu İlqar bü-külmüş bir butulka verdi ona:

Qardaş, çoxdandır gələ bilmirəm. Allah rəhmət eləsin, onun hesabına yenə görüşdük. Bu, tut arağıdır, anam özü çəkib. Neçə vaxtdır sənin payını ayırıb. Qismət bu günə imiş.

Oğlum da o tərəf-bu tərəfə baxaraq butulka-nı götürüb, maşınına qoydu.

Mənsə öz qəbrimə tərəf getdim. Dünyadan və insanlardan yorulmuşdum. Elə bil səksən il bu dünyada yaşamamışdım.

Hər şey bir anda gözümdən düşdü, etibar-sızlaşdı, cılızlaşdı. Sanki Tanrı mənə bunları gös-tərməklə, bir daha özünün böyüklüyünü sübut etmək istəyirdi… Elə bil: “Gör nə gündəsiniz?” deyirdi. Hələ mən savadsız qadın idim, gör sa-vadlı adama necə görünərdi o dünyadan bu dün-ya…

Bunları düşünə-düşünə lap ürəyim sıxıldı. Harasa qaçmağı, yox olmağı, düşünməməyi, gör-məməyi, kül kimi sovrulub yox olmağı arzula-dım.

Artıq qəbrimin yanına çatmışdım. Birdən gördüm ki, Əliqulu baş daşımın yanında oturub, başını da qoyub daşın üstünə. Hönkürmək istə-yirdim, özümü saxlaya bilməyib, mənə qalan əri-mi arxadan qucaqladım.

Birdən o, əlini sinəsindəki əlimin üstünə qo-yub: "Hara getmişdin, günortadan səni gözləyi-rəm, dedi, yaman darıxdım”.

Artıq mən ağlaya bilirdim… Əliqulunu hiss edə bilirdim, ona toxuna bilirdim… Sevincimdən gülürdüm, göz yaşlarımı silə-silə: "Sənə demiş-dim axı, səni basdırmasam, heç yana getmərəm", deyib, onu qucaqladım…

İKİ BALON QIZIL

O, həmişə tək asqırardı. Elə ucadan və ürək-dən asqırardı ki, elə bil, göy guruldayır, ildırım çaxır, ya da meteoritdən-zaddan bir şey qəfildən yerə düşür. Hələ onun asqırmağa hazırlığını gö-rəydiniz!

Asqırmamışdan öncə, sanki daha güclü as-qırmaq üçün hazırlaşardı. Bir-iki dəfə tələsik nə-fəs alar, sonra da beyni burnundan töküləcək gücdə asqırardı. Hündür boya, enli gövdəyə, çox da yekə olmayan qarına sahib olan bu nəhəng adamın burun deşiklərinin iri olması heç də onun işgüzarlığından xəbər vermirdi. Amma as-qırdığı zaman burnunun yekə deşikləri işinə çox yarayırdı. Bir də burnunda danışması onun xa-rakterindən az-çox nəsə deyirdi.

Hər dəfə asqıranda hasar qonşuları Bay-ramqulu kişiyə ucadan: "Sağlam ol", – deyərdilər. Amma bu tək səbir qonşu Məhəmmədi çox əsə-biləşdirirdi. Ondan başqa heç kim bu asqırıqdan narahat olmurdu. Əksinə, hər zaman məclislərin söz-söhbəti, uşaqların yamsılama obyekti idi. Bayramqulu, adətən, ya sübh tezdən, ya da ax-şamlar asqırardı. Məhəmməd kişi də işə sübhdən gedəndə həmişə çalışırdı ki, bu tək səbirin səda-ları altında işə yollanmaqdan canını qurtarsın. Amma son yeddi ildə bu asqırıq səsini eşitmədiyi səhər çox az olmuşdu. Elə bil Bayramqulu onu güdürdü. Məhəmməd kişi Bayramqulugilin qa-pısına çatanda hava guruldayar, qara yağış Mə-həmməd kişinin başına tökülərdi. Hər işini xalq inanclarına söykənərək edən Məhəmməd kişi "tək səbir", "qara pişik", "qarşına çıxan pis adam" kimi inanclara çox dəyər verirdi. Hərdən özü ilə tək qalanda düşünürdü ki, neçə ildir övladı ol-mur. Bunun da səbəbi,çox güman ki, səhər du-randa, axşam yatanda Bayramqulunun asqırma-sıdır. Bir neçə dəfə sınamışdı ki, Bayramqulunun asqırığını eşitmədiyi gün işləri yaxşı gedir. Bir sözlə, cana gəlmişdi Bayramqulunun bu bədxə-bər asqırığından. "Tək Allahın adıdır", − deyib hər dəfə deyinə-deyinə gedib-gəlirdi.

İş orasındadır ki, o bir dəfə də olsun Bay-ramqulu kişini asqıran zaman üzbəüz görməmiş-di. Amma həmişə də ürəyində:"Öz başını yeyə-sən, bir gün elə bu asqırmaqdan öləcəksən", – de-yərdi.

Bayramqulu həmin Bayramqulu idi ki, o boyda pambıq zavodunun direktorunu diz üstə çökdürmüş, qisasını almışdı. Bu hadisədən sonra bütün rayon ondan çəkinər, rəsmi idarələrdə heç kim ona gözün üstə qaşın var deyə bilməzdi. Ha-disə isə belə olmuşdu…

…Bir gün pambıq zavodunun direktoru Ni-yazi müəllim zavodun məsul şəxslərini yığıb çox ciddi bir məsələ barəsində onların razılıqlarını aldı. O zaman Bayramqulu zavodun mühasibi işləyirdi; Niyazi müəllimin də, demək olar ki, sağ əli idi. Bütün əyri işləri bir yerdə edər, qazan-dıqları pulları birgə bölüşərdilər.

Bir gün Niyazi müəllim iki müavini və Bayramquluya üç yüz min manatlıq sənəd imza-latdırdı. Bu o sənəd idi ki, onunla balansda olan böyük məbləğdə pullar silinirdi. Bunun müqabi-lində Niyazi müəllim Bayramquluya iyirmi min manat pul verəcəkdi. Pula həris olan Bayramqu-lu da tərəddüd eləmədən bir günün içində qaza-na biləcəyi məbləğdən vaz keçmədi. Bütün hən-gamə də elə bundan sonra başladı. Hər şey bitən-dən sonra pulun bölüşdürülməsinə gəldikdə Ni-yazi müəllim cığallıq etdi. Sənədə qol çəkənlərə vəd edilən məbləği on dəfə azaltdı. İyirmi min manat əvəzinə Bayramquluya iki min manat tək-lif etdi.

– Sən nə danışırsan, mən bütün həyatımı, arvadımı, iki oğlumu təhlükəyə atmışam, indi deyirsən, qəpik-quruşa razı olum? Yoox, yoldaş Niyazi müəllim, bu mümkün deyil, − deyib eti-raz etdi.

– Bayramqulu, artıq hər şey bitib; istəsəm, sənin özünü də içəri basdıraram, ancaq indiyə qədər kəsdiyimiz çörəyə hayıfım gəlir. Al bu pu-lu, dinməz-söyləməz xərclə. Olmasa nə edəcək-sən, həə? Kimə sübut edə bilərsən ki bunu? – iro-niya ilə dedi və öz dediklərinə heyranlıq və əminliklə güldü.

Bayramqulunun təpəsindən tüstü çıxırdı. Necə yəni "nə edə bilərsən?" Axı o indiyə qədər heç vaxt haqqını kiməsə yedirməmişdi. Bu haqq haram yolla qazanılsa da, onunku idi. Neçə kol-xoz sədri ilə işləmişdi, hamısından da öz payını artıqlaması ilə almışdı. Şamaxıda işlədiyi zaman-larda neçə-neçə kolxozçuya mükafat yazdırmış-dı. Üzüm lafetlərinə yarıdan çox su, torpaq tök-məyi belə bəzən işçilərə öyrədib, onların müka-fatına və əməllərinə şərik olmuşdu. İndi isə Ni-yazi müəllim ona fırıldaq gəlmək istəyirdi.

– Niyazi müəllim, biz söz danışmışıq, siz də mənə verdiyiniz sözə əməl edin. Yoxsa pis olar.

Niyazi müəllim kreslosuna yayxanaraq uca-dan güldü. Sonra da ciddiləşib ona tərəf əyilərək pıçıltı ilə:

– İndi deyirsən, gedib camaata xəbər verə-cəksən ki, biz dövlətin puluna göz dikmişik, ma-lını oğurlamışıq, sənədləri "fiktivni" düzəltmişik? Ay bədbəxt, elə bilirsən döşünə medal taxacaq-lar? Yoxsa bunu eşitsələr, kimsə sənə inanacaq? Özün bilərsən, ya pulu götür, ya da əlindən gələ-ni beş qazana çək! Sənə bundan artıq verə bilmə-rəm, xərcim çox çıxıb.

– Yoldaş Niyazi, o pulun on qatını səndən alacağam. Necə olur, olsun. Bunu qulağında sır-ğa elə. Sən hələ məni tanımırsan. Canın sağ ol-sun, Bayramqulunun kim olduğunu tanıtdıraram sənə, – deyib otağına keçdi.

Elə ordaca hadisəni öz maraqları naminə ka-ğıza yazdı. On surət çıxarıb, müxtəlif rəsmi or-qanlara göndərdi.

Hər gün məktublarına nə cavab gələcəyini gözləyirdi. Bir axşam yazdıqlarına cavab gəldi. Amma məktub şəklində yox, KQB işçiləri şəklin-də.

Gecə ilə Bayramqulunun qolunu qandallayıb apardılar. Kiçik bir məhkəmə edib, anonim mək-tublar yazmaqda günahlandıraraq, iki il iş ver-dilər. Bayramqulu yaxşı bilirdi ki, məsələnin ger-çək tərəfi Mərkəzi Komitəyə çatdırılmayıb. Bunu Azərbaycan daxilində Niyazinin əlaltı və qarın-daşları eləmişdi.

Bayramqulu qələmdən istifadə etməyi hamı-dan yaxşı bacaran adam idi. Onunla “baş da kəs-məyi, yaş da kəsməyi” bacarırdı. Yazdığı ərizələr daşdan keçərdi. İnandırma qabiliyyəti, əlində olan faktlardan məharətlə istifadə etmək onun-çün su içmək kimi bir şey idi. Elə həbsxanada da gününü bu mirzəliklə məşğul olmaqla keçirmiş-di. Qeyri-rəsmi olaraq dustaqlara vəkillik, mir-zəlik edirdi. Öz işi qalsın bir tərəfə, neçə-neçə dustağın işini yüngülləşdirmiş, haqsız həbs edi-lənləri buraxdırmışdı. Bunu sadəcə onlar üçün yazdığı məktubları ünvanına göndərməsi ilə ba-cara bilmişdi. Bunun da müqabilində azadlıqda-kından daha çox qazanmışdı. Hətta o pullarla evlərinə televizor, soyuducu almışdı. Bu bir ya-na, hər ay pul da göndərirdi.

Amma öz işini də boş buraxmamışdı. Bir ne-çə ay keçəndən sonra yanına gələn qaynına bir neçə məktub verib, təcili Moskvaya uçmasını və məktubları yazdığı ünvanlara çatdırmasını istə-mişdi.

Fəaliyyətinin nəticəsini bir neçə ayın içində görmüşdü. Heç ili tamam olmamış Moskvadan göstəriş gəlmiş, Bayramqulunun “üzərindən” həbs qərarını götürmüşdülər. Bu xəbər rayonu bir-birinə vurmuş, Bayramqulunun "hörməti" bi-rə-beş artmışdı. Təcili olaraq Raykom katibi də onu qəbul etmiş, bu rayonda istədiyi işi ona ver-məyə hazır olduğunu bildirmişdi. Təki qələmini rayonun xeyrinə işlətsin.

Bayramqulu hər şeyi başa düşürdü. Ona gö-rə də ilk olaraq rayon mərkəzində ev tikmək üçün torpaq istəmiş və almışdı. Sonrakı müddət-də isə heç bir işlə məşğul olmamış, camaatın işini düzüb-qoşmaqla güzəranını keçirmişdi.

Beləcə, birini polisdən qurtarıb, birinin təqa-üdə çıxmasına kömək edib günlərini yola salırdı. Daha nəsə yazmağa da ehtiyac yox idi. Neçə müddət idi ki, qələm üçün çalışan Bayramqulu indi qələminin "barını" yeyirdi.

Bir gün rayon mərkəzindəki çayxanalardan birində oturub nərd oynayırdı. Bu dəm Niyazi müəllim çayçıya gəldi. Ortaq dostlar aradakı nifaqın azalması üçün onları bir araya gətirdilər. Amma söhbətləri yenə düz gəlmədi. Niyazi iro-niya ilə:

– Necə oldu? Bir il yaman dincəldin ha! Sö-zümə qulaq asmadın, qarşılığını da aldın, − de-yib, qəlibləşmiş müdir gülüşü ilə qələbə çalıbmış kimi güldü.

Bu tənəli sözlər camaatın yanında Bayram-qulunu yaman tutdu. Ayağa duraraq ucadan de-di:

– Qoy hamı eşitsin, əgər mən səndən iki yüz min almasam, soyadımı dəyişib sənin soyadını – Məmmədovu götürəcəyəm.

Bu sözü o qədər əminliklə dedi ki, Niyazi be-lə diksindi. Özünü o yerə qoymasa da, gözlərin-də qorxunu rahatlıqla hiss etmək olurdu. Bəlkə də, onun iki yüz mini olmasa idi, belə qorxmaz-dı. Fikri artıq özündə deyildi. Canına vəlvələ düşmüşdü. Oğurluqla topladığı və hamıdan giz-lətdiyi pulları qorxmasına səbəb olmuşdu. Am-ma özünü sındırmadı. Sadəcə: "Görərik – deyib çayxanadan çıxdı.

Bu söhbətdən bir xeyli keçmişdi. Bəlkə də, Niyazi Bayramqulunun verdiyi vədi unutmuşdu. Amma Bayramqulu ov güdən timsah kimi qisas almaq üçün fürsət gözləyirdi. Bayramqulunun üstün xasiyyətlərindən biri də çox səbirli olması idi. Bütün işlərini təmkinlə, tükünü belə tərpət-mədən edərdi. Hətta ən ağır günlərdə də hər şe-yin yaxşı olacağı inamını əldən verməz, gözlə-yər, əldə etdiyini iştahla, ağız dadı ilə yeyərdi. Çünki bilirdi ki, həyatın nəbzini tuta bilməyən-lər bu zövqü ala bilmirlər.

Bayramqulu bir gün axşam fikirli-fikirli ra-yon univermağının yanı ilə evinə doğru gedirdi. Birdən gördü ki, Niyazi müəllimin "Volqa"sı uni-vermağın şüşə qapısını sındırıb, maşının farala-rından biri içəri girib. Niyazi müəllim isə başını maşının sükanına söykəyərək yatıb. Heç tələsmə-dən astaca yaxınlaşdı, onun başını qaldırdı. Ni-yazi müəllimin ağzından gələn arağın üfunəti onu vurdu. Bu iyi duyan Bayramqulunun üzün-də təbəssüm yarandı. Sanki həyatın qoxusunu duymaq istəyirmiş kimi, bir də ona tərəf yaxın-laşdı:

–Həəə, Niyazi müəllim, indi nə deyirsən? – deyə pıçıldadı.

Sonra o tərəf-bu tərəfə baxıb, ehmalca sın-mış qapıdan univermağa girdi. Bir-iki top parça-nı maşının salonuna atdı. Sonra da univermağın qabağındakı telefona jeton salaraq polisə zəng et-di:

– Tez olun, univermağın qabağına polis gön-dərin; oğru girib, saxlaya bilmirəm.

Dəstəyi asandan sonra Niyazi müəllimi oyatmağa başladı. Niyazi müəllim qarşısındakı-nın kim olduğunu belə tanımayacaq qədər dəm idi. Bayramqulu məqsədinə çatmaq üçün onun univermağın qapısına qədər gəlməsinə kömək etdi. Sonra daiçəriyə keçən kimi onu yerə yıxdı.

Artıq hər şey bitmişdi. Vəziyyətdən belə bəl-li olurdu ki, o boyda Niyazi müəllim univerma-ğı yarmaq istəmişdi, söz ustası, gözündən heç nə yayınmayan Bayramqulu isə hadisənin tək şahidi idi. Özü də univermağı yarmaq istəyən Niyazi müəllimi saxlaya bilməyən Bayramqulu onu vu-rub yerə sərmiş, oğurluğun qarşısını almışdı.

Sonra necə oldusa, Bayramqulu şahidlik əri-zəsini dəyişdi, Niyazi müəllimi də cərimə edə-rək azad buraxdılar. Bu hadisə camaat arasında Bayramqulunun ikinci qələbəsi kimi dəyərləndi-rilirdi. Hamı deyirdi ki, Bayramqulu ərizəni geri götürmək üçün Niyazi müəllimdən iki balon qı-zıl alıb. Amma Bayramqulu bu haqda heç kimə heç nə demədi, heç arvadına da.

Arvadı Bayramqulunu yaxşı tanıdığı üçün Niyazini elə-belə buraxmadığını yaxşı bilirdi. Amma kişinin pulları hara qoymasından xəbəri yox idi.

“İki balon qızıl” əhvalatı isə sadəcə dillərdə əfsanə kimi qaldı. Bayramqulu bu mövzuda heç nə danışmır, bu mövzulardakı zarafatı yaxın belə buraxmırdı.

Artıq Bayramqulunun oğlanları böyümüş, Moskvada oxumuş, hərəsi bir iş sahibi olmuşdu-lar. Uşaqlar oxuduqları müddətdə atalarının “zəhmətkeşliyi” nəticəsində heç bir korluq çək-məmiş, ailə quran kimi də ataları onlara növbəsiz filansız ev aldırmışdı.

Bir axşam yemək zamanı Bayramqulu arva-dına: "Bəlkə bir gedək Moskvaya, uşaqları görək, bir az onlarla qalıb istirahət edək? Nə düşünür-sən, arvad?", – dedi. Leyla xanımın ürəyindən olan bu təklifə sadəcə bir cavabı ola bilərdi: “Əl-bəttə”.

Beləcə, ayın-oyundan götürüb, uzunmüd-dətli səfərə çıxdılar. Bu səfər bir aydan çox çəkdi. Rayondan "evinizə oğru girib" teleqramı gəlməsə idi, hələ bir neçə ay da qalacaqdılar. Oğlanları tə-cili bilet aldılar və onlar da ataları ilə birgə rayo-na qayıtdılar. Həyətə girəndə bütün ailə hələ də atasının iki balon qızılı hara qoyduğunu düşü-nür, atasının ilk olaraq hara baxacağını gözləyir-dilər. Bayramqulu gözucu zirzəmiyə baxdı, sonra diqqət çəkmədən yuxarıya qalxdı, kostyumları-nın cibini axtardı: “Elə bir şey götürməyiblər, sadəcə cibimdən iki min manat götürüblər”, – dedi. Sonra üzünü onlarla birgə evə gələn "uças-kovı"ya tutdu: “Sabaha qədər iki min manatı ta-pıb gətirməsən, yenicə tumurcuqlanmaqda olan paqonlarından möhkəm yapış”.

Ailə artıq iki balon qızılın, doğrudan da, bir dedi-qodu olduğuna inanmışdı.

Hər şey yat-yut olandan sonra Bayramqulu axşam xəlvətcə zirzəmiyə endi. Neçə illər bun-dan qabaq basdırdığı "ölü"nün "diri"liyini yoxla-maq istəyirdi. Nə qədər qazsa da, daşın altından bir şey çıxmadı. Bunu görən o boyda Bayramqu-lu "vayyyy, sizin nəslinizə lənət!", – deyib dizi üstə çökdü. Səsə yığılan ailə tələsik çölə çıxıb Bayramqulunu axtardılar. Zirzəminin işığının yandığını gördükdə içəri girdilər. Bayramqulu-nun qazılmış çalanın yanında dizi üstə çökdü-yünü görən ailə üzvləri bir anlıq duruxsalar da, Leyla arvadın ucadan şaqqanaq çəkərək gülməsi vəziyyəti dəyişdi.

– Ay ata, ha dedik belə bir şey varsa, bizə də de, yaxşı bir yerdə gizlədək. Görürsən nə etdin, – deyə böyük oğlu Zaur gileyləndi.

Amma Leyla arvadın da, Bayramqulu kişi-nin də ətini kəssən, xəbərləri olmazdı; Bayram-qulunun əsəbdən, Leylanın isə gülməkdən. Bay-ramqulu artıq səbir və təmkinini itirmişdi:

– Mən bura qoymuşdum, iki balon idi. Yarı-sını sizi oxumağa göndərəndə götürmüşdüm. Baxın, bu daşın altında olmalı idi. İndi heç nə yoxdur. O alçaqlar götürüblər, yəqin. Heç cibim-də də iki min pul yox idi. "Uçaskovı”nı qorxuda-raq aldım ondan. O yazıq da, yəqin, qorxusun-dan borc zad alıb gətirib. Haram mənə düşmür, deyəsən. Gərək harama əl atmayaydım. Gülmə, Leyla, gülmə. Biz batdıq. Bundan sonra mən ölə-rəm, − deyə deyinirdi ki, qəfil gələn tək səbir sö-zünü ağzında qoydu. Öz səbirinə güvənən, tək səbirin ona uğur gətirdiyini düşünən Bayramqu-lu bu dəfə buna önəm vermədi. Çünki artıq gec idi. Bu səbir sadəcə onu susdurmuşdu. Əlini diz-lərinin üstünə qoyub, gözlərini çalaya dikdi. Bir-dən Leyla gülməyini saxlayıb, ciddiləşdi.

Бесплатный фрагмент закончился.

41,03 ₽
82,05 ₽
−50%