Rəhbərliyi idarə etmək

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

11. Rəhbərliyin hədəflərini dəstəkləmək üçün digər departament müdirləri, müştəri və tədarükçülərə təsir gücümü hiss etdirməyə çalışıram.

Toplam

Xalların qiymətləndirilməsi:

• Bu ifadələrin çoxu və ya hamısı üçün “bəli” xanasını işarələmisinizsə, deməli, rəhbərliyi idarə etmək bacarığınız yaxşıdır. Ancaq bu mühüm bacarıqla bağlı nələr öyrənə biləcəyinizi bilmək istəyirsinizsə, kitabı oxumağa davam edin. “Xeyr” xanasını işarələmisinizsə, onda həmin fikri kitabı oxuyarkən yadınızda saxlayın.

• Bu cümlələrin əksəriyyəti və ya hamısı üçün “xeyr” işarəsi qoysanız, rəhbərliyi necə idarə edəcəyinizə dair daha çox şey öyrənmək faydalı olacaq. Bu kitabdakı digər bölümlər də sizə yararlı olacaq təklif və strategiyalar təqdim edəcək.

RƏHBƏRLİKLƏ ƏLAQƏ YARATMAQ

Rəhbərliklə əlaqəni yoluna qoymağın əsas məsuliyyətini öz üzərinizə götürmək sizin xeyrinizədir. İnkişafa xidmət edəcək belə bir yanaşma ilə inam və uyğunlaşma üzrə təməl yaradacaq, öz iş üslubunuz və ehtiyaclarınızla üst-üstə düşən bir münasibət qurmaq üçün uzun yol qət edə biləcəksiniz. Başlanğıc üçün müdirinizin onunla münasibətə verdiyiniz dəyəri bilməsinə çalışın. Sizi hərəkətə gətirmək üçün böhranlı vəziyyətin yaranmasını gözləməyin.

GÜC FƏRQİNİ QƏBUL ETMƏK

Professional həyatınızdakı hər əlaqə – istər mühüm müştərilərlə, istər tədarükçülərlə, istərsə də dillerlərlə olsun – iş prinsipiniz üçün vacibdir. Müdirinizlə münasibət də bu vacib əlaqələrdən biridir.

Amma müdir-işçi əlaqəsi xüsusi vəziyyətdir, çünki burada güc fərqi məsələsi var. İş mövzusunda məqalələr müəllifi Liz Simpsonun dediyi kimi: “Doğrusunu desək, müdiriniz sizi qova bilər, amma siz onu qova bilməyəcəksiniz. Bu güc fərqi onunla qarşılıqlı münasibətinizə hər zaman təsir göstərəcək”.

İdarəçilik üzrə mütəxəssislər olan Con Qabbaro və İohan Kotterin fikrinə görə, hərəkətləriniz müdiriyyətin verdiyi qərarlar sayəsində məhdudlaşdırılan zaman bu, yəni müdirlə işçi arasındakı güc fərqi bəzən sizdə məyusluq yarada bilər. Qabbaro və Kotter, “Bir idarəçinin bu cür məyusluqları yaratmaq üsulu əksər hallarda onların öz avtoritetlərinə bağlılıq meylinə əsaslanır” – deyə açıqlayır.

Bu mütəxəssislər rəhbərliklə işçi arasında güc fərqi reallığına verilən iki geniş yayılmış reaksiyanı bilməyinizi və bundan qaçmağınızı tövsiyə edir:

• Asılılıq əleyhdarlığı. Asılılıq əleyhdarı olan idarəçilər şüursuz şəkildə müdirlərinin hakimiyyətinə daxilən əsəbiləşərlər. Onlar müdiri az qala quruluş düşməni elan edərək, yalnız dalaşmaq üçün mübahisəyə başlaya bilərlər (xüsusilə də avtoritar müdirlərə qarşı).

• Asılılıq. Qabarro və Kottera iddia edir ki, asılı idarəçilər, “əsəblərini öz içlərində saxlayaraq müdirlərinin verdiyı qərarın zəif olduğunu bilsələr belə, itaətkar davranarlar”.

Əgər avtoritarizmə qarşı yuxarıdakı rəftarlardan biri sizin üçün keçərlidirsə, dəyişməyiniz çətin ola bilər. Ancaq bu iki-üç nöqtənin və onlar arasındakı uçurumun fərqinə varsanız, meyillərinizin nəyə bərabər olduğunu və onların müdirinizlə əlaqənizə necə mənfi təsir edəcəyini daha yaxşı anlayarsınız.

ƏLAQƏ QURMA MÜDDƏTİNİ NECƏ YÖNLƏNDİRƏ BİLƏRSİNİZ?

Aşağıdakı qaydalar müdirinizlə məhsuldar əlaqə qurmağınıza kömək edə bilər:

• Əlaqəni ortaqlıq kimi düşünün və ortaq hədəflərinizin fərqinə varın.

• Qarşılıqlı gözləntilərinizə, məsuliyyətinizə, yaradıcılıq standartlarınıza və qabiliyyət imkanlarınıza dair ortaq məxrəcə gəlin.

• Müdirinizdən öz məqsəd və hədəflərini sizinlə bölüşməsini istəyin. Beləliklə, təşkilatınız üçün götürdüyü öhdəlikləri yerinə yetirməsinə yardımçı ola bilərsiniz.

• Müdirinizin onun üçün nə edə biləcəyinizi bilməsinə şərait yaradın.

• Müdirinizə onun qəbul etdiyi şəkildə informasiya verin.

• Rəhbərliyin ehtiyac duyduğu nəticələri təmin edin. Mümkün olduqca bu ehtiyac həddini aşın.

• Dürüst və etibarlı olun.

• Əlaqə qurarkən və tövsiyə edərkən özünümüdafiə mövqeyi tutmaq yerinə açıq və anlayışlı davranın.

• Böhranı ortaya çıxmazdan əvvəl, ola biləcək problemləri zamanından qabaq görməyə çalışın və müdirinizi xəbərdar edib onunla bu problemləri bölüşün. Problemlərin qarşısını almaq üçün onlar ortaya çıxmazdan əvvəl həll yollarının tapılması ilə bağlı rəhbərliklə birlikdə çalışmağa cəhd edin.

• Rəhbərliyin vaxtından effektli şəkildə istifadə edin. Lazımsız məsələlərlə bağlı onun vaxtının və qaynaqlarının xərclənməsinə imkan verməyin.

SİZ OLSAYDINIZ, NƏ EDƏRDİNİZ?

Cozefi tanımaq

Cenna bir qədər əvvəl Almaniyada qlobal bazar araşdırma agentliyi olan “Nimbus Korporeyşn”da bölmə rəhbəri kimi işə götürülmüşdü. Cenna İsveçdən gəlmişdi, bu səbəbdən hələ yeni rəhbərini – bölümün müdir müavini Cozefi yeni-yeni tanımağa başlayırdı. İşdə bir neçə həftə keçirdikdən sonra Cenna Cozef haqqında bir neçə şey öyrəndi. Məsələn, Cozef Cenna ilə hansısa problemlə bağlı detalları müzakirə etməzdən əvvəl ondan yazılı hesabat istəmək kimi bir vərdişə malik idi. Bundan başqa, bazar ertəsi günləri səhərlər ondan işlə bağlı nəsə soruşduqda əsəbiləşirdi.

Cenna müdirini hələ yaxşı tanımadan onunla müsbət əlaqə qura bilməyəcəyini bilirdi. Ancaq bundan başqa daha nələri bilməli olduğunu aydınlaşdıra bilmirdi.

Siz olsaydınız, nə edərdiniz? Təlimçiniz “Belə edə bilərsiniz” başlığı altında bir nümunə tərtib edib.

––

İpucu: Rəhbərinizi tərəf müqabilinizə çevirin.

Ona düşmən rolu verməyin.

––

RƏHBƏRLİYİ BAŞA DÜŞMƏK

Rəhbərliklə münasibətlərinizin inkişafı üçün dünyanı onun gözləri ilə görməyiniz lazımdır. Qarşılaşdığı təzyiqləri müəyyənləşdirməyə çalışın. Onun baxış bucağını anlamaq və ortaq nöqtə tapmaq sizin üçün vacibdir. Eyni zamanda rəhbərinizin gücü və zəif tərəfləri, şəxsi və təşkilatla bağlı hədəfləri, əlaqə sahəsi və üstünlük verdiyi iş üslubu haqqında bacardığınız qədər çox şey öyrənin. Görünməz nöqtələrin və onu qıcıqlandıran anların fərqində olun. Bunlar ortaya çıxdığı təqdirdə vəziyyətə uyğun hərəkət edə bilərsiniz.

Бесплатный фрагмент закончился. Хотите читать дальше?
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»