Rəhbərliyi idarə etmək

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

• Aranızda açıq münasibət qura və beləcə, müdirinizin fikir və düşüncələrinizə daha dəqiq şəkildə bələd olmasına imkan yarada bilərsiniz.

• Təşkilatı dəstəkləyərək, rəhbərinizlə birlikdə çalışaraq öz işçi qrupunuzdan kənarda da uğurlu nəticələr əldə edilməsinə yardım edə bilərsiniz.

Müdirinizi idarə etməyin faydalı cəhətlərini bu nümunədə daha yaxşı görə bilərsiniz: rəsmi iş tərzinə malik yeni gələn müdir Sem, məsuliyyətsiz və daha “sərbəst” işçisinin yerinə başqasını gətirdi. Sem yazılı hesabatları və planlaşdırılmış toplantıları daha çox sevirdi. İşçilərdən biri olan Karla rəhbərliyi idarə etməyin əhəmiyyətini anlayırdı. Semin tələb etdiyi informasiya müxtəlifliyini və sıxlığını təsbit müəyyənləşdirib, onun iş tərzini müşahidə etdi. Semlə iclasdan əvvəl keçmiş hesabatları və toplantıların gündəliyini ona göndərdi. Nəticə – bütün komandanın yaradıcılıq qabiliyyətini artıran məhsuldar toplantılar və problemlərin yeni həll yolları oldu.

İki şəxsin qarşılaşması iki kimyəvi maddənin təması kimidir:

əgər reaksiya baş verərsə, ikisi də istənilən hala çevrilə bilər.

Karl Yunq

RƏHBƏRLİYİ İDARƏ ETMƏYİN TƏHLÜKƏLİ CƏHƏTLƏRİ

Rəhbərliklə aranızda güclü münasibət yoxdursa, bu, bir-birinizi yanlış anlamağa, ünsiyyət əskikliyinə, qrupunuzun müştərilərə xidmət etmək və ticarət hədəflərinizə çatmaq üçün sərf etdiyi zaman və diqqətinin tamamilə başqa səmtə yönəlməsinə səbəb olar. Əgər bu münasibətə diqqət etməsəniz, sizinlə rəhbərliyin hədəf və prioritetləri arasında hər ikiniz, yaxud biriniz üçün peşmanlığa və məmnuniyyətsizliyə səbəb olan uçurum yaranar. Ən yaxşı halda sizinlə müdiriniz arasındakı ünsiyyət pozular və ya bu ünsiyyət istənilməz məcraya yönələr. Dəyər itirən yaradıcılıq qabiliyyətiniz isə maaş artımı, karyera yüksəlişi imkanları yarandıqda şansınızı azalda bilər. Müdiriniz ətrafınızda dolanaraq sizin işinizi çətinləşdirə, tabeliyinizdəki insanları idarə etməyə cəhd göstərə bilər.

Sizinlə rəhbərliyiniz arasındakı zəif əlaqənin təşkilat üçün də mənfi təsirləri ola bilər. Rəhbərliklə aranızda ortaq hədəf və məqsədlər üçün ümumi öhdəlik götürülməzsə, departamentinizin, komanda və ya təşkilatınızın bütün balans hesabatları zərər görər. Münasibətin pozulması komandanızda uğurlu işdən tamamilə uzaq olan yaradıcılıq prosesini ortaya çıxarar, yanlış nəticələrə və mənəvi çöküşə səbəb olacaq. Unutmayın ki, əhval-ruhiyyənin aşağı olması həm də müştəri münasibətlərini zədələyər.

Rəhbərliyi idarə etmək bacarığının olmamasının nələrə səbəb olduğuna dair bir misal çəkək: Semin iş tərzini anlamaq və ona uyğunlaşmağı təmin etmək üçün əlindən gələni edən Karlanı xatırlayırsınızmı? O çalışdı, amma onun əksinə olaraq qrupdakı başqa bir işçi – Larri heç bir bacarıq sərf etmədi. Semin iş tərzini öz üzərində həddindən artıq kəskin nəzarət sistemi kimi qəbul etdi. Bir toplantıdan və ya problemin həllinə yönəlmiş bir iclasdan əvvəl Semə nadir bir informasiya göndərdi. Semlə görüşdükdəsə onun verdiyi gözlənilməz sualları lazımi şəkildə cavablandıra bilmədi. Toplantıların səmərəsiz və faydasız olduğunu görən Sem nəticədə Larrinin istefasını tələb etdi.

İş mövzusunda yazan Debora Singer Dobson (De-borah Singer Dobson) “Rəhbərliyi idarə etmək” adlı kitabında insanların çoxunun müdiriyyəti idarə etməyi “nümunəvi evlilik münasibəti” hesab etməyi əlverişli saydığını yazır. Dobson, “Davranışlarınızı həyat yoldaşınıza görə lazımi qədər dəyişdirdiyinizi söyləyərək bu şəkildə ortalıqda gəzə bilməzsiniz, – deyir, – Hamımız bizim üçün vacib olan münasibətlər zamanı davranışlarımızı hər gün dəyişməklə məşğuluq”. Ancaq əmin olun ki, müdirinizlə bir dəfə etibarlı və qarşılıqlı fayda gətirəcək əlaqə qurdunuzsa, yaratdığınız sağlam şərait bu əlaqəni yenidən nəzərdən keçirmək və onu inkişaf etdirmək üçün lazım olan vaxtı konkretləşdirəcək.

Rəhbərliyi idarə etməyin vacibliyini anladıqdan sonra müdirinizlə sizə qarşılıqlı fayda gətirəcək bu əlaqəyə başlamağın ən yaxşı yolu nədir? Sonrakı bölümlər çox əhəmiyyətli üç tətbiq vasitəsini əhatə edir: müdirinizlə müsbət, məhsuldar bir münasibət qurmaq, rəhbərliklə uğurlu əlaqə yaradaraq anlaşılmazlıqlara strateji nəzarət etmək və müzakirələr aparmaq.

İşə rəhbərliklə yaxşı əlaqəni necə quracağınıza dair danışmaqla başlayacağıq. Amma əvvəlcə rəhbərliyi idarə etmək mövzusunda mövcud vəziyyəti yoxlamaq üçün “Müdirinizi nə qədər yaxşı idarə edirsiniz?” başlıqlı fərdi dəyərləndirmə formasını doldurun.

RƏHBƏRLİYİ İDARƏ ETMƏK

Müdirinizi nə qədər yaxşı idarə edirsiniz?

Sizə uyğun olub-olmadığını müəyyən edərək aşağıdakı ifadələrin hər biri üçün “bəli”, ya da “xeyr” xanasını işarələyin.

Bəli                                    Xeyr

1. Rəhbərliyin məndən nə gözlədiyinin fərqindəyəm və mən də öz gözlədiklərimi açıq şəkildə ifadə etdim.

2. Müdirimlə müzakirə zamanı “biz” və “mən” kəlmələrindən istifadə edirəm.

3. Nə üzərində işlədiyim haqda müdirimə mütəmadi olaraq məlumat verirəm.

4. Problemləri rəhbərliyə gecikmədən bildirir və həll üçün çıxış yolları təklif edirəm.

5. Müdirimlə birlikdə anlaşılmazlıqlar ortaya çıxan kimi, onları nəzarət altına alırıq.

6. Müdirimlə aramdakı əlaqənin sarsılmazlığını təmin edən inam və təhlükəsizlik hissidir.

7. Müdirimin üzərindəki təzyiqi və onun prioritetlərini anlayıram.

8. Müdirim tabeliyimdəki işçilərdən birini, ya da bir çoxunu idarə etmək üçün heç bir addım atmaz.

9. Müdirimə idarəetmə tərzi, sevdiyi və sevmədiyi məsələlər haqda açıq suallar verir və öz iş üsulumu mümkün olduqca onunla uyğun hala gətirirəm.

10. Mühüm məsələlər haqda rəhbərliklə əlaqə qurmaq üçün lazım olan zamanı ayırıram.

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»