Читать книгу: «Son hadisə»

Шрифт:

ARTUR KONAN DOYL

SON HADİSƏ

hekayələr

YUNAN TƏRCÜMƏÇİ

Şerlok Holmsun uzunmüddətli, davamlı dostluğumuz boyunca nə öz qohumlarından nə də keçmiş həyatından da-nışdığını eşitməmişdim. Bu mövzulardakı səssizliyi, onun məndə oyandırdığı qeyri-insani təəssüratı gücləndirmişdi. Sonunda onu, ürəyi olmayan beyin, ağıl tələb edən mövzu-larda nə qədər müvəffəqiyyətlidirsə, romantikada o qədər axsayan biri olaraq qiymətləndirməyə başladım. Qadınları həddindən artıq soyuq hesab etməsi və yeni dostluqlara həvəs göstərməməsi, duyğusuz şəxsiyyətinin göstəricisi idi. Bundan əlavə öz ailəsindən bəhs etməyi sevmirdi. Buna görə də heç bir qohumu olmayan bir yetim olduğunu düşünməyə başlamışdım. Lakin bir gün böyük qardaşından bəhs etməyə başlayınca təəccübdən ağzım açıq qaldı.

Gözəl yaz axşamında çaylarımızı yeni içmişdik. Mövzu-dan mövzuya keçən söhbətimiz, qolf və dünyanın qütbləri-nin əyri olmasına toxunduqdan sonra irsi şəxsiyyət xüsusiy-yətlərinə gəlib çıxdı. Xüsusi qabiliyyətin insana irsi keçməsi yoxsa daha çox aldığı təhsildən qaynaqlandığı mövzusunu mübahisə edirdik.

– Məsələn, sənin vəziyyətin, – dedim, – mənə izah et-diklərinə baxsaq, müşahidə etmə qabiliyyətinin və düşüncə qabiliyyətindəki fövqəladə bacarıqlarının, öz sistematik zəh-mətinin bir nəticəsi olduğu açıq-aydın hiss olunur.

– Bir həddə qədər elədir, – deyə düşüncəli halda cavab verdi. Atalarım öz nəsillərinə xas bir həyat sürən kənd ada-mı idi. Lakin bu bir gerçəkdir ki, qabiliyyət qanımda var. Nənəmə çəkmiş ola bilərəm; çünki o, Vemetin, Fransız sə-nətkarının bacısı idi. Sənətçi damarının hansı qəribə şəkil-lərə girə biləcəyini əsla bilə bilməzsən.

– Bəs irsi olduğunu haradan bilirsən?

– Çünki böyük qardaşım Maykroft, bu mövzularda məndən qabiliyyətlidir.

Bu mənim üçün doğrudan da yeni xəbər idi. İngiltərədə belə qabiliyyətli başqa adam da yaşayırsa, necə olur ki, nə polis, nə də digər insanlar onun haqqında heç nə bilmir-dilər? Bunu soruşarkən, qardaşının özündən daha müvəffə-qiyyətli olduğunu söyləməsinin, əlbəttə dostumun təvazö-karlığından qaynaqlandığını eyham etməkdən özümü sax-laya bilmədim. O, fikrimə səmimiliklə güldü.

– Əzizim Vatson, – dedi, – təvazönü əsilzadəlik hesab edənlərlə razılaşmıram. Məntiqli adam üçün, hər şey tam olaraq necə isə elə görünməlidir. Özünü kiçik görmək də, qabiliyyətlərini şişirtmək də gerçəklərdən qaçmaqdır. Onun üçün Maykroftun məndən daha yaxşı müşahidə qabiliyyəti-nin olduğunu dediyimdə, ciddi bir gerçəkdən danışdığımı başa düşməlisən.

– Səndən neçə yaş böyükdür?

– Yeddi yaş.

– O halda tanınmamasının səbəbi nədir?

– O, öz çevrəsində çox tanınan adamdır.

– Hansı çevrəsi?

– Məsələn, Diogen Klubunda.

Bəhs etdiyi təşkilat haqqında əvvəl heç nə eşitməmişdim və Şerlok Holms da bunu üzümdən oxudu və saatını çıxar-dı.

– Diogen Klubu, Londonun ən qəribə klublarından biri-dir; Maykroftun da çox qəribə insan olduğu aydındır. Heç gecikmədən, hər gün saat 4:45 ilə 7:40 arasında orada olur. indi saat altıdır, bu ecazkar yaz axşamında bir gəzintiyə çıx-maq istəsən, səni bu iki qəribə varlıqla tanış etməkdən xoş-bəxtlik hiss edərəm.

Beş dəqiqə sonra Recent meydanına doğru yola düşdük.

– Maykroftun qabiliyyətlərini niyə dedektivlik sahəsin-də istifadə etmədiyi sənə maraqlı gəlirmi? – soruşdu dos-tum. Çünki elə bir qabiliyyəti yoxdur.

– Amma mənə indi…

– Müşahidə etməkdə və nəticə əldə etməkdə məndən daha üstün olduğunu söylədim. Dedektivlik sənəti bir kres-loda oturub fikir yürütməklə görüləcək iş olsaydı, böyük qardaşım böyük ehtimalla dünyanın ən böyük dedektivi olardı. Amma təəssüf ki, nə lazımlı enerjiyə nə də ehtirasa sahibdir. Öz qənaətlərini təsdiqləmək üçün belə gündəlik vərdişlərindən imtina etməz və öz haqlılığını isbat etmək üçün məşğul olmaqdansa səhv başa düşülməyi seçər. Ona dəfələrlə yeni problemlərlə bağlı müraciət etmişəm və o da hər dəfə mənə daha sonra doğru olduqları ortaya çıxan ca-vablar vermişdir. Buna baxmayaraq özü, bir hadisəni məh-kəməyə ya da hakimə vermədən əvvəl üzərində çalışması la-zım olan bir sıra nöqtələri həll etməkdə acizdir.

– O halda bu peşə ilə məşğul olmur?

– Əlbəttə, xeyr. Dedektivlik mənim üçün bir həyat tərzi olduğu halda, onun gözündə əyləncə axtaran insanlara görə bir hobbidir. Ədədlər mövzusunda fövqəladə qabiliyyətlidir və bəzi dövlət təşkilatlarının hesab işlərinə nəzarət edir. Maykroft, “Pall Mall”da yaşayır və hər səhər Uaytholla ge-dib, axşamlar geri dönür. Bütün il boyu başqa iş görmür. Başqa bir yerə də getmir; təbii ki evinin düz qarşısında olan Diogen Klubunu nəzərə almasaq.

– Ora haqqında əvvəllər heç eşitməmişəm.

– Bu çox təbiidir. Bilirsən, Londonda hər cür insan var. Bəziləri utancaqlıqdan, bəziləri isə insanlara qarşı etibarsız-lıq və nifrətlərindən dola yı digər insanların arasında görün-mək istəmir. Yenə də bu insanlar gündəlik qəzetləri, perio-dik çıxan digər nəşrləri oxuya biləcəkləri rahat kürsüləri olan yerə yox deməzlər. Diogen Klubunun quruluş məqsədi də belə insanlara rahat yer təmin etməkdir. İndi şəhərdəki ən asosyal adamların çoxu bura gedir. Üzvlərin bir-biriləri ilə maraqlanması qəti qadağandır. “Xaricilər Otağı”ndan başqa heç yerdə qəti surətdə söhbət edilmir; qaydalara riayət et-mirsənsə klubdan qovulursan. Böyük qardaşım qurucuların-dan biridir və mən də şəxsən onun mühitini rahat hesab edi-rəm.

Danışa-danışa “Pall Mall”a çatmışdıq və bir müddət yol boyunca irəlilədikdən sonra, Şerlok Holms, Karltonun düz yaxınlığındakı qapının qarşısında dayandı. Danışmamağım üçün məni xəbərdar etdi və sonra hola keçdik. Şüşə panel-dən baxanda, içəridə xeyli adamın oturub oxuduğunu, bö-yük və lüks salonu müəyyən qədər görə bilirdim. Holms mə-ni “Pall Mall”a baxan kiçik otağa keçirtdi və qısa müddətdə ortalıqdan yox olduqdan sonra, hər halından böyük qardaşı olduğu aydın olan bir adamla geri döndü.

Maykroft Holms, Şerlokdan çox daha güclü və cüssəli adam idi. Bədəni daha iri idi, amma üzü, geniş olmasına baxmayaraq qardaşına xas o iti ifadəyə sahib idi. Bozun də-yişik tonuna sahib gözləri, bütün gücünü sərgiləmək məcbu-riyyətində qaldığında Şerlokun gözlərində gördüyüm o uzaq, özündən əmin baxışlarla davamlı parlayırdı.

Suitinin qəlsəməsini xatırladan geniş, kök əlini uzada-raq:

– Sizinlə tanış olduğuma məmnun oldum cənab, – dedi.

– Şerlokun həll etdiyi hadisələri qeyd etməyə başlama-nızdan bəri ondan davamlı xəbər ala bilirəm. Hə, yeri gəl-mişkən, Şerlok, səni keçən həftə burada görəcəyimi düşü-nürdüm. Manor Malikanəsi hadisəsiylə əlaqədar olaraq mə-nə məsləhətləşməyə gəlməyini gözlədim. Hadisənin səni bir az aşdığını düşünmüşdüm.

– Ehtiyac qalmadı, hadisəni həll etdim, – dostum gülüm-səyərək dedi.

– Şübhəsiz ki, Adams idi.

– Bəli, Adams idi.

– Lap əvvəldən əmin idim.

Birlikdə klubun pəncərəsinin kənarında oturdular.

– İnsanoğlunu araşdırmaq istəyən biri üçün, bura ələ-düşməz yerdir, – dedi Maykroft, – Bu müxtəlifliyə bir bax-sana! Məsələn, bizə doğru gələn o iki adam…

– Bilyardçı və digərimi?

– Bəli, onlar. Yanındakı adam haqqında nə deyə bilər-sən?

Adamlar pəncərəmizin tam qarşısında dayandılar. Bil-yardçıyla əlaqədar görə bildiyim tək işarə, pencəyinin cibi-nin üzərindəki təbaşir izləri idi. Digər adam şapkasını geri itələmiş və qoltuğunun altına bir çox paket doldurmuş ol-duqca qısa boylu, əsmər biriydi.

– Başa düşdüyüm qədəriylə köhnə bir əsgərdir, – Şerlok dedi.

– Və çox qısa bir müddət əvvəl vəzifəsi əldən çıxıb, – de-yə əlavə etdi böyük qardaşı.

– Hindistanda vəzifədə olduğu bəllidir.

– Həm də ya çavuş, ya da onbaşı olub.

– Məncə, İngilis topçu birliyində xidmət edib, – Şerlok dedi.

– Və duldur.

– Amma uşağı var.

– Uşaqları, qiymətli qardaşım, uşaqları.

– Aaa, yaxşı görək, – deyə gülərək sözlərini kəsdim, siz-cə çox şişirtmədiniz ki?

– Dostum Vatson, – Holms sözə başladı, – O şəkildə ge-dən və üzündə bu cür avtoritar bir ifadə olan bir adamın əs-gər olduğunu söyləmək çətin deyil; günəşdə yanmış bədəni-nə baxdıqda, əsgərdən daha yüksək bir rütbəyə sahib oldu-ğunu və Hindistandan yeni döndüyünü asanca təxmin edə bilərsən.

– Hələ əsgər çəkmələri geyməsi də vəzifəsindən yeni ayrıldığını göstərir, – Maykroft əlavə etdi.

– Süvari deyil, amma bir qaşının ətrafının daha açıq rəng olması şapkasını yanakı qoyduğunu göstərir. Çəkisi, is-tehkamçı olmasına imkan vermədiyi üçün də topçu birliyin-də işləyib.

– Qara geyinməsi də çox yaxın adamını itirmiş olduğu-nu göstərir. Alveri özünün etməsi, ölən adamın, arvadı ola biləcəyinə işarədir. Gördüyün kimi, uşaqlar üçün nələrsə alıb. Aldığı zınqırovdan uşaqlardan birinin çox kiçik olduğu nəticəsinə gəlirik. Böyük ehtimalla, arvadı doğuş zamanı ölüb. Qoltuğunun altında şəkilli kitab olması daha böyük ikinci bir uşağının olduğunu göstərir.

Böyük qardaşının özündən daha iti bir müşahidə qabi-liyyəti olduğunu deyəndə dostumun nə demək istədiyini in-di anlamağa başlamışdım. Holms mənə baxaraq gülümsədi. Maykroft çanaqlı bağa qabığından hazırlanan bir qutudan burunotu çıxardı və pencəyinin önünə düşən parçacıqları qırmızı rəngdə böyük bir ipək dəsmalla sildi.

– Yeri gəlmişkən, Şerlok, – dedi, – əslində, tam sənə uyğun bir hadisə haqqında mənə bu yaxınlarda məlumat verdilər; son dərəcə maraqlı işdir. Doğrusu, üzərinə çox gedə bilməyəcək qədər yorğunam, amma heç olmasa mövzuyla əlaqədar müəyyən fikirlərim var. Detalları dinləmək istə-sən…

– Sevimli Maykroft, çox məmnun olaram.

Maykroft cib dəftərindən bir səhifə qoparıb üzərinə nə isə yazdı, ardından zəngi basdı və qeydi gələn qarsona uzat-dı.

– Cənab Melasın yanıma gəlməyini istərdim, – dedi, –Mənimlə eyni mənzildə, düz üst mərtəbədə yaşayır, bir az tanışlığımız var. Onsuz da buna görə mənə gəlib dərdini da-nışdı. Anladığım qədəriylə, cənab Melas yunan mənşəli çox gözəl dilçidir. Dolanışığını, məhkəmələrdə tərcüməçilik edə-rək və aradabir də Nortumberlend Avenyu hotellərində qa-lan zəngin şərqlilərə bələdçilik edərək təmin edir. Başına gə-lən son dərəcə maraqlı hadisəni öz ağzından dinləsəniz da-ha doğru olar.

Bir neçə dəqiqə sonra qısaboylu, möhkəm quruluşlu bir adam aramıza qatıldı. Yumru üzü və kömür rəngli saçların-dan cənublu olduğu aydın olurdu, amma təhsilli bir ingilis cənabına xas danışığı vardı. Şerlok Holmsla səmimi şəkildə əl sıxışdı. Qarşısındakı dedektivin, hekayəsini dinləməyə can atdığını anladığında da tünd rəngli gözləri sevinclə işıldadı.

– Polisin mənə inandığını düşünmürəm; xeyr, qətiyyən inanmır, – kədərli səslə dedi, – Daha əvvəl belə bir hadisə eşitmədikləri üçün bunun mümkün ola bilməyəcəyini düşü-nürlər. Amma mən bundan əminəm ki, üzündə yara bantları olan yazıq adama nə olduğunu öyrənmədən rahat ola bil-məyəcəyəm.

– Sizi dinləyirəm, – Şerlok Holms dedi.

– Bu gün çərşənbədir, – cənab Melas bildirdi, – Deməli, hər şey bazar ertəsi gecəsi, yəni cəmi iki gün əvvəl baş verib. Mən tərcüməçiyəm, böyük ehtimalla qonşum sizə bunu söy-ləyib. Bütün dillərdə tərcüməçilik edirəm, daha doğrusu, az qala bütün dillərdə. Hərçənd, yunan olduğum üçün, xüsu-silə o dildə çox bacarıqlı tərcüməçiyəm. İllərdən bəridir ki, Londonun öndə gələn yunanca tərcüməçisi olaraq çalışdı-ğımdan adım hotellərdə tez-tez çəkilir.

Problemi olan bir xaricinin ya da gec saatda gəlib kömə-yə ehtiyac duyan bir turistin məni gec saatlarda çağırması nadir rast gəldiyim hadisə deyil. Buna görə də, son dərəcə qəşəng geyimli gənc bir adam olan cənab Latimer bazar ertəsi gecəsi otağıma gəlib, qapıda gözləyən faytonunda ona yoldaşlıq etməyimi istədiyini söylədiyində, bunu qəribə qarşılamadım. Yunan bir yoldaşı iş üçün ona müraciət et-mişdi, ən azından mənə belə dedi. Xarici dil bilmədiyi üçün də yunan dilindən tərcüməçiyə ehtiyac hiss etmişdilər. Bir az uzaqda, Kensinqtonda yaşadığını söylədi; küçəyə çıxar-çıx-maz məni dərhal faytonuna mindirməsindən çox tələsdiyini başa düşdüm.

Fayton dedim, amma çox keçmədən bunun iki atlı minik arabası ola biləcəyindən şübhələnməyə başladım. Londonda, ümumiyyətlə, istifadə edilən dörd təkərli minik vasitələrin-dən daha geniş idi və döşəmələri bir az köhnəlmiş olmasına baxmayaraq olduqca keyfiyyətli idi. Cənab Latimer qarşım-dakı kresloya oturdu. Nəysə, yola düşdük, Çarinq Krossun içindən keçərək Şeftsberi meydanından yuxarı çıxdıq. Düz Oksford Prospektinə çatdıq. O əsnada mən Kensinqtona kə-sə bir yoldanmı getdiyimizi soruşurdum ki, yol yoldaşım xeyli qəribə davranmağa başlayaraq cümləmi yarıda kəsdi.

Birdən cibindən çox qorxunc qurğuşun çubuq çıxartdı və sanki çubuğun ağırlığını və gücünü sınayırmış kimi dəfə-lərlə əlində oynatdı. Sonra heç nə demədən çubuğu yanın-dakı kreslonun üstünə qoydu. Arabanın hər iki yanındakı şüşələri qaldıranda, şüşələrin – çölü görə bilməyim deyə – qəzet kağızlarıyla örtülmüş olduğunu böyük narahatçılıqla müşahidə etdim.

– Fikrinizi qarışdırdığım üçün üzr istəyirəm, cənab Me-las, – dedi, – Doğrusu, getdiyimiz yeri görmənizi istəmirəm. Sonradan oranı təkrar tapmağınız mənə problem yarada bi-lərdi.

Təxmin edəcəyiniz kimi, adamın söylədikləri məni hey-rətə saldı. Çox güclü görünən, geniş çiyinli, gənc bir adam idi və silahı olmasa da onunla savaşmağım mümkünsüz idi.

– Bu heç alışmadığım rəftardır, cənab Latimer, – kəkələ-dim. Etdiyinizin qanunlara zidd olduğunu, yəqin ki, bilirsi-niz.

– Azadlığınızı bir az məhdudlaşdırmış sayırıq, təbii ki, – cavab verdi, – amma daha sonra sizdən üzr istəyəcəyik və bizi bağışlayacaqsınız. Lakin sizi xəbərdar etməliyəm, cənab Melas; bu gecə hər hansı şəkildə kömək çağırmağa, ya da mənim xoşuma getməyəcək başqa nəsə etməyə cəhd etsəniz, başınıza ciddi bir iş açmış olacaqsınız. Heç kimin harada ol-duğunuzu bilmədiyini və həm bu arabada, həm də evimdə mənim hökmüm altında olduğunuzu unutmayın, lütfən.

Sakit halda danışırdı, amma danışıq tərzi çox təhdid edi-ci idi. Nə üçün belə qeyri-adi şəkildə qaçırıldığımı düşünə-rək səssizcə oturmuşdum. Səbəb nə olur-olsun, bundan qə-tiyyən qaça bilməyəcəyim aydın idi və olacaqları görmək üçün gözləməkdən başqa çarəm yox idi.

– Hara getdiyimizə dair kiçik bir fikrim yox idi; təxmi-nən iki saat boyunca yola davam etdik. Arabir çınqıl daş-larının üzərindən keçdiyimiz təəssüratını oyandıran səslər eşidirdik, amma çox vaxt səssiz-sədasız dümdüz getməyi-mizə şərait yaradan asfalt yollardan keçirdik; çox təəssüf ki, bu səs dəyişiklikləri xaric, hara getdiyimizə dair bir təxmi-nim yox idi. Pəncərələri örtən kağızlar işıq keçirmirdi və ön şüşəyə mavi pərdə asılmışdı. “Pall Mall”dan ayrıldığımızda saat səkkizə on beş dəqiqə işləmişdi və səfərimizin sonuna çatanda saatım doqquza on dəqiqə qalmışı göstərirdi. Yol yoldaşım şüşəni açdığı zaman, üzərində lampanın yandığı kəmərli alçaq qapını görə bildim. Arabadan tələm-tələsik endirildiyimdə qapı açıldı və özümü bir anda evin içində gördüm. Girərkən hər iki tərəfimdəki ağacları və çəmənliyi xəyal kimi gördüm, amma buranın xüsusi bir mülk və ya bağ evi olub-olmadığını deyə bilmərəm.

Evin içində ətrafı çox az işıqlandıran rəngli qaz lampası-nın işığıyla ancaq divarları şəkillərlə dolu çox böyük bir hol-da olduğumuzu görə bildim. Solğun işıqda bizə qapını açmış olan adamı güc-bəla seçə bildim; kobud görünüşlü, qısaboy-lu, yumru çiyinli, orta yaşlarda adam idi. Parıldayan işıq sayəsində, bizə doğru dönərkən adamın eynəkli olduğunu gördüm.

– Bu cənab Melasdırmı, Harold? – deyə soruşdu.

– Özüdür ki var.

– Çox gözəl! Ümid edirəm, bizə əsəbləşmədiniz, cənab Melas, amma sizin köməyiniz olmadan işimizə davam edə bilməzdik. Problem yaratmasanız peşman olmazsınız, amma hər hansı cəhd etsəniz, Tanrı köməyiniz olsun!

O, narahat bir havayla kəsik-kəsik danışırdı və sözləri-nin arasında qaqqıldayıb gülürdü. Lakin məni əyləndirmək-dən daha çox qorxutduğunu etiraf etməliyəm.

– Nə istəyirsiniz məndən? – soruşdum.

– Bizi ziyarət edən yunan cənaba bir neçə sual vermə-yinizi və bizə cavablarını tərcümə etməyinizi istəyirik, vəs-salam. Amma əsla sizə dediklərimizdən artıq nəsə söyləmə-yə cəhd etməyin, yoxsa sizi doğulduğunuza peşman edərik – deyib, yenə o narahat rəftarıyla qımışdı.

Danışa-danışa, gözəl mebellər yerləşdirilmiş otağının qapısını açdı. Buradakı işıq da yarı azaldılmış qaz lampasın-dan gəlirdi. Otaq böyük idi və ayağımın altındakı xalçanın yumşaqlığından, nə qədər lüks əşyalarla zənginliyi aydın olurdu. Otağının içində kürsülər, böyük, ağ mərmərdən bir buxarı və yanında da yapon tərzinə bənzəyən bir zireh var-dı. Lampanın düz altında kürsü vardı və yaşlı adam, ora oturmağıma işarə etdi. Gənc dərhal yanımızdan uzaqlaşmış-dı, amma sonra başqa bir qapıdan geri qayıtdı. Yanında, ar-xalıq geyinmiş cənab vardı və hər ikisi yavaşca bizə doğru gəlirdi. Lampanın yaydığı solğun işıq haləsinin içinə girdik-lərində, adamın görünüşünün məni dəhşətə saldığını etiraf etməliyəm. Bətbənizi ağarmışdı və həddindən artıq əzgin görünürdü və bərəlmiş gözləri gücündən daha böyük ruhu olan adamın işıltısıyla parıldayırdı. Fiziki zəifliyindən daha da çaşqınlıq yaradan şey, ağzının bağlanmış və üzünün hər tərəfinin də yara bantlarıyla örtülmüş olması idi.

Bu qəribə varlıq kürsüyə oturmaq əvəzinə, sanki yıxıldı,

– Slatesi gətirmisənmi, Harold? – yaşlı adam qışqırdı, – Əlləri açıqdırmı? Yaxşı, indi ona qələm ver. Cənab Melas, su-alları siz verəcəksiniz, o da cavabları yazacaq. Əvvəlcə ka-ğızları imzalamağa hazır olub olmadığını soruşun

Dediyini edəndə yunanın gözləri hirslə parıldadı.

– Əsla! – deyə ana dilində yazdı.

– Heç bir haldamı? – yenə bizi həbs edən adamın istək-lərinə uyğun şəkildə soruşdum.

– Ancaq mənim azad halımda, tanışımın yunan rahib tə-rəfindən evləndiyini görsəm, imzalayaram.

Sualları verən adamın o narahatedici qaqqıltısı təkrar eşidildi.

– Səni nəyin gözlədiyini bilirsən o halda?

– Mənə nə olacağı vecimə deyil!

Bunlar yarı danışaraq, yarı yazaraq icra etdiyimiz qəri-bə sual-cavab hissəsindən bir neçə nümunə idi. Kağızları im-zalayıb imzalamayacağını təkrar-təkrar soruşmaq məcburiy-yətində qaldım. Hər səfərində eyni mənfi cavabı aldım. Qə-fildən ağlıma şeytani bir fikir gəldi. Hər sualın sonuna öz cümlələrimi də əlavə etməyə başladım; başlanğıcda yanımız-dakı adamların nəsə anlayıb anlamadıqlarını öyrənmək üçün sadə suallar verdim, amma sonra, heç nə başa düşmədikləri-ni anlayanda, təhlükəli bir oyun oynadım. Söhbətimiz təxmi-nən belə idi:

– Belə etiraz etməklə heç nə bacarmayacaqsan… Kimsən sən?

– Vecimə deyil… Londonda yadam.

– Qədərin öz əllərindədir… Nə vaxtdan bəri buradasan?

Vecimə deyil… Üç həftədir.

– O torpaqlar heç bir zaman sənin olmayacaq. Nədir səni narahat edən?

– Avaraların da olmayacaq! Məni ac saxlayırlar.

– İmzalasan, sərbəst qalacaqsan… Bura haradır?

– Əsla imzalamayacağam! Bilmirəm.

– Belə etməklə ona kömək etmirsən… Adın nədir?

– Bunu özü deməsə inanmaram… Kratides.

– İmzalasan, onu görə bilərsən… Haradan gəlmisən?

– Deməli, onu bir daha görə bilməyəcəyəm… Afina.

Beş dəqiqə də vaxtım olsaydı cənab Holms, adamlar tam burnumuzun dibində olsa da, adamın bütün hekayəsini öy-rənəcəkdim. Adi söhbət də məsələni işıqlandıra bilərdi, am-ma tam sual verəcəyim zaman qapı açıldı və içəri bir qadın girdi. Üzünü dəqiq seçə bilmirdim, amma qarasaçlı, uzun-boylu və zərif biri olduğunu və uzun ətəkli ağ paltar geyin-diyini görə bildim.

– Harold, – qadın ingiliscə aksentlə danışaraq dedi, – Çox qalmayacağam. Yuxarıda özümü çox tənha hiss edirəm, yalnız… Aman Tanrım, bu Pauldur!

Son sözləri yunanca demişdi və tam o anda adam var gücüylə ağzının üzərindəki bantı cırdı və “Sofi! Sofi!” – deyə qışqıraraq qadının qolları arasına atıldı. Ancaq bir-birilərinə sarılmaları çox qısa çəkdi; yaşlı adam əldən düşmüş qurbanı-nı asanlıqla təsirsiz hala gətirib otaqdan çölə sürüyərkən, gənc adam da qadını tutub digər qapıdan çölə itələdi. Bir an üçün otaqda tək qalmışdım. Qəfildən içində olduğum bu evin harada olduğuna dair bir ipucu əldə edə biləcəyimi dü-şünərək dərhal ayağa qalxdım. Yaxşı ki, addım atmamış ba-şımı qaldırıb ətrafa baxmışam, çünki qapıda dayanan yaşlı adam gözlərini mənə dikmişdi.

– Vəssalam, bu qədər cənab Melas, – mənə dedi, – Sizi çox xüsusi bir iş üçün bura gətirdiyimizi anladınız. Sizi nara-hat etmək istəməzdik, amma çox təəssüf ki, yunanca bilən və bu bazarlıqları başlayan yoldaşımız Yunanıstana dönmək məcburiyyətində idi. Nə olur-olsun, onun yerini tuta biləcək birini tapmalıydıq, sizin qabiliyyətlərinizi eşitdiyimiz üçün bəx-təvər sayıla bilərik.

Baş əydim.

– Burada beş qızıl var, – mənə doğru gələrək söylədi, – ümid edirəm sizin üçün yetərlidir. Amma əsla unutmayın, –çiynimə yüngülcə vurub qaqqıldayaraq əlavə etdi, – aramızda olanları kiməsə danışsanız, sizi doğulduğunuza peşman edə-rəm!

Bu mənasız adamın görünüşünün məndə oyandırdığı ikrahı və dəhşəti sizə izah edə bilmərəm. Lampanın işığının altında dayanarkən üzünü daha dəqiq görə bilirdim. Uzun və iti üz xətlərinə və ifadəsiz, baxımsız, kiçik bir keçi saqqa-la sahib idi. Danışarkən başını mənə doğru uzadırdı və do-daqlarıyla gözqapaqları durmadan qırpılırdı. Eyni zamanda qəribə, narahat gülüşünün də bir sinir xəstəliyindən qay-naqlandığını düşünməyə bilməzdim. Üzünün qorxuncluğu gözlərində gizlənirdi; polad rəngli gözlərinin təhdidkar və soyuq baxışlarından xəbislik və mərhəmətsizlik fışqırırdı.

– Danışsanız bunu öyrənərik – dedi, – Hər yerdə qulağı-mız var. İndi çöldə sizi gözləyən bir araba var, yoldaşım sizi aparacaq.

Sürətlə holdan çıxarılıb arabaya mindirildim və ətrafım-da ağaclarla dolu bağça olduğunu xəyal kimi görə bildim. Cənab Latimer dərhal arxamca gəlirdi və heç söz demədən qarşımdakı kresloya əyləşdi. Arabanın şüşələri bağlı idi. Da-nışmadan uzun səfərimizə başladıq və gecə yarısı olmamış ünvana çatdıq.

– Burada enəcəksiniz cənab Melas, – dedi yol yoldaşım. – Sizi evinizdən bu qədər uzaqda düşürdüyüm üçün təəssüf edirəm, amma başqa çarəm yoxdur. Hər hansı şəkildə araba-nı izləməyə cəhd etsəniz özünüzə zərər vurarsınız.

Adam danışa-danışa qapını açmışdı və sürücü atı qam-çılayıb təkrar yola düşdüyü üçün az qala enə bilməyəcək-dim. Böyük narahatlıqla ətrafıma baxdım. Qatırdırnağı kol-larıyla qapalı açıq bir ərazinin ortasında idim. Çox uzaqda, dağınıq halda işıqları yanan evləri seçə bilirdim. Digər tərəf-də isə bir qatar yolunun qırmızı siqnal lampaları vardı.

– Məni bura gətirən avtomobil çoxdan gözdən itmişdi. Ətrafıma baxıb harada olduğumu müəyyənləşdirməyə çalı-şırdım ki, qaranlıqda birinin mənə doğru gəldiyini gördüm. Tam yaxınlaşanda, dəmir yolunun gözətçisi olduğunu yəqin etdim.

– Buranın hara olduğunu mənə deyə bilərsinizmi? – so-ruşdum.

– Vandvors Kommon, – cavab verdi.

– Buradan şəhərə gedən bir qatar varmı?

– Buradan Klepthem keçidinə bir mil getməyiniz lazım-dır, – dedi, – İndi başlarsınız Viktoriayaya gedən son qatara çata bilərsiniz.

– Macəramın sonu belə idi, cənab Holms. Harada oldu-ğuma, kiminlə danışdığıma dair ən kiçik bir fikrim yoxdu. Bildiyim hər şeyi izah etdim sizə. Amma çirkin bir oyun oy-nandığını anladım; əlimdən gəlirsə, o bədbəxt adama kömək etmək istəyirəm. Ertəsi səhər cənab Maykroft Holmsa bütün hekayəni izah etdikdən sonra polislə də görüşdüm, amma onlar heç maraqlanmadı.

Bu maraqlı hekayəni dinlədikdən sonra hamımız bir müddət səssizcə oturduq. Sonunda Şerlok böyük qardaşına baxaraq səssizliyi pozdu:

– Hər hansı bir ipucumuz varmı? – soruşdu.

Maykroft, yan masadan “Daily Nevs” qəzetini götürdü.

– Afinadan gələn və ingiliscə danışa bilməyən Paul Kra-tides adlı yunanın harada olduğuna dair məlumat verə bilə-cək kəslər mükafatlandırılacaq. Eyni mükafat, ilk adı Sofi olan yunan bir qadınla əlaqədar məlumat verə biləcək kəslər üçün də etibarlıdır. Qəzetlərdəki məlumatlar bunlardan iba-rətdir. Cavab yoxdur.

– Yunan səfirliyindən maraqlandınızmı?

– Bəli, soruşdum. Heç nə bilmirlər.

– Afina polisinə bir teleqram göndərək.

– Ailənin bütün enerjisi Şerloka keçib, – Maykroft mənə dönərək dedi, – Hər nədirsə, sən bu işi qəbul et və nəticəsi barədə məni xəbərdar et.

– Oldu, – dostum kürsüsündən qalxaraq cavab verdi, –Sənə və cənab Melasa xəbər verərəm. Bu arada cənab Melas, sizin yerinizdə olsam çox diqqətli olub gözlərimi dörd açar-dım, çünki bu qəzet elanları sayəsində onlara xəyanət etdiyi-nizi öyrəniblər.

Birlikdə evə gedərkən, Holms bir teleqram bürosunda dayanıb bir neçə teleqram göndərdi.

– Gördüyün kimi, Vatson, – deyə sözə başladı, – gecəmi-zi heç də boşa keçirmədik. Ən maraqlı hadisələrimdən bəzi-ləri Maykroft vasitəsilə bu şəkildə gəlmişdir. İndi dinlədiyi-miz hadisənin də bir izahı olsa da, müəyyən fərqli nöqtələr var.

– Həlli tapmağa ümidin varmı?

– Bu qədər şeyi öyrəndikdən sonra yerdə qalanı həll edə bilməməyimiz qəribə olar. Sən də dinlədiyimiz hadisəni açıqlayacaq bir ehtimal düşünmüsən məncə.

– Qeyri-müəyyən fikirlərim var.

– Yaxşı, nə nəticəyə vardın?

– Bu yunan qızın Harold Latimer adlı gənc ingilis tərə-findən qaçırılması açıq-aşkar ortadadır.

– Yaxşı, haradan qaçırılıb?

– Bilmirəm, bəlkə də, Afinadan.

Şerlok Holms başını buladı:

– O gənc adam ingiliscə bilmirdi. Xanım isə dilimizdə çox yaxşı danışırdı. Bundan nəticə çıxararaq qadının bir müd-dətdir İngiltərədə olduğunu, amma adamın Yunanıstana heç getmədiyini deyə bilərik.

– Elə isə qadın İngiltərəyə ziyarət məqsədilə gəlib; Ha-rold da ona birlikdə qaçmağı təklif edib.

– Ola bilər.

– Sonra da böyük qardaşı Yunanıstandan gəlib vəziyyə-tə müdaxilə etmək istədi. Aralarındakı əlaqə bunu göstərir. Tədbirsiz davranıb, gənc adam və onun yaşlı yoldaşının əli-nə düşüb. Qızın mirasını, bəlkə də, adamın vəkili olduğu bir mirası təhvil verəcək bir sıra kağızlar imzalamağa onu məc-bur etdilər. O bunu etmədi, onunla bazarlıq etmək üçün bir tərcüməçiyə ehtiyac duydular və cənab Melası tapdılar. Bö-yük qardaşının gəlişindən qızın xəbəri yox idi və bunu tama-milə təsadüfən öyrəndi.

– Möcüzə, Vatson! qışqırdı Holms. Gerçəyə çox yaxın-laşdığını düşünürəm. Bütün kozrlar əlimizdədir. Yeganə qorxum, anidən bir vəhşilik edə biləcəkləridir. Bizə zaman versələr onları tutarıq.

– Yaxşı bəs evin yerini necə tapacağıq?

– Fərziyyəmiz doğrudursa və qızın adı, doğrudan da, Sofi Kratidesdirsə, onun yerini təyin etmək uşaq oyunca-ğıdır. Tək ümidimiz budur, çünki qardaşı buralara yaddır. Haroldla bu qızın əlaqəsi bu hala gələnədək, əvvəl heç ol-masa, bir neçə həftə zaman keçib, çünki Yunanıstandakı bö-yük qardaşı xəbəri alıb bura gəlmək imkanı tapıb. Bu müd-dət ərzində birlikdə yaşayıblarsa Maykroftun elanına cavab tapmaq ehtimalımız yüksəkdir.

Söhbətimizə davam edərkən, Beyker küçəsindəki evimi-zə çatmışdıq. Pilləkənləri ilk çıxan Holms oldu və otağımızın qapısını açanda narahatlıqla qışqırdı. Çiyninin üzərindən baxdığımda mən də eyni dərəcədə çaşdım. Böyük qardaşı Maykroft, kresloya çöküb qəlyan çəkirdi.

– İçəri gir, Şerlok! Siz də cənab, – çaşqın simalarımıza gülümsəyərək sakitcə dedi, – Mənim bu qədər cəld ola bilə-cəyimi düşünməzdin, elə deyilmi, Şerlok? Lakin nədənsə, bu hadisə xeyli diqqətimi çəkdi.

– Bura necə gəlmisən?

– Arabayla yanınızdan keçdim.

– Yoxsa bir irəliləyiş var?

– Elanıma cavab aldım.

– Aha!

– Bəli, siz ayrıldıqdan bir neçə dəqiqə sonra gəldi.

– Yaxşı, nə deyir?

Maykroft Holms cibindən bir kağız çıxardı.

– Bax buradadır, – dedi, – ən yaxşı keyfiyyətli kağızın üzərinə mürəkkəbli qələmlə zəif cüssəli, orta yaşlarında bir cənab tərəfindən yazılmışdır. Cənab deyir, bu günkü qəzet-də gedən elanınıza cavab olaraq, məlum gənc qadını çox ya-xından tanıdığımı bildirmək istəyirəm. Mənimlə görüşmək istəsəniz, xanımın kədərli keçmişiylə əlaqədar bir neçə mə-qamı sizin üçün işıqlandıra bilərəm. Bu anda Bikenhem Mi-telsdə yaşayır.

Hörmətlə, J.Davenport.

– Aşağı Brikstondan yazılıb, – Maykroft dedi, – Dərhal ora gedib bəhs etdiyi xüsusları öyrənə bilərikmi, nə düşü-nürsən, Holms?

– Sevimli Maykroft, böyük qardaşının həyatı, qızın he-kayəsindən çox daha əhəmiyyətlidir. Məncə Skotland Yarda gedib müfəttiş Qreqsona xəbər versək daha yaxşı olar, ora-dan da birbaşa Bikenhemə keçərik. Adama işgəncə etdikləri-ni bilirik, keçən hər saat həyati əhəmiyyətlidir.

– Məncə, cənab Melası da özümüzlə aparmalıyıq, – deyə təklif etdim, – Bir tərcüməçiyə ehtiyacımız ola bilər.

– Haqlısan, – Şerlok Holms dedi, – Xidmətçini göndər, bir araba tapsın, dərhal yola çıxaq.

Danışa-danışa masasının siyirtməsini açdı; cibinə tapan-çasını qoyduğunu gördüm.

– Bəli, – baxışlarıma qarşılıq olaraq dedi, – eşitdiklərimi-zə əsasən, olduqca təhlükəli bir şəbəkəylə qarşı-qarşıya oldu-ğumuzu söyləyə bilərəm.

Nəhayət, cənab Melasın “Pall Mall”dakı evinə çatdığı-mız zaman, hava tam qaralmaq üzrəydi. Onun bizdən bir az əvvəl bir cənabın çağırışına getdiyini öyrəndik.

– Hara getdiyini söyləyə bilərsinizmi? – Maykroft soruş-du.

– Bilmirəm, cənab, – qapını açan qadın cavab verdi, – Bildi-yim tək şey – gələn cənabla birlikdə bir arabaya minib get-məsidir.

– Cənab adını söylədimi?

– Xeyr, cənab.

– Uzunboylu, yaraşıqlı, əsmər, gənc adam idimi?

– Xeyir, xeyr, cənab. Qısaboylu, eynəkli və çəlimsiz bir adam idi. Amma rəftarları çox xoş idi, danışarkən davamlı gülürdü.

– Dərhal gedək, – deyə Holms həyəcan içində qışqırdı. – Hadisə getdikcə ciddiləşir. Adamlar Melası təkrar ələ keçi-riblər. Cəsur bir adam olmadığını keçən gecədən sonra fərq ediblər. Bu avaralar, adamın qarşısına çıxdıqları anda onu dəhşətə sala bildiklərini bilirlər. Ondan ustaca faydalanmaq istədikləri aydındır, amma işləri bitəndə də, xəyanət etdiyi üçün onu cəzalandıra bilərlər.

Birlikdə Skotland Yarda doğru yola düşdük. Qatarla ge-dərək, yunan dostumuzun istifadə etdiyi atlı araba ilə eyni zamanda, hətta ondan əvvəl Bikenhemə çatmağı ümid edir-dik. Sonunda Skotland Yarda çatdıq, amma müfəttiş Qreqso-nu tapıb evə girməyimizi təmin edəcək axtarış icazəsini çı-xarmaq bir saatdan çox zamanımızı aldı. London körpüsünə çatdığımız zaman, saat ona on beş dəqiqə qalırdı; Bikhem stansiyasına çatanda isə onbirin yarısı olmuşdu. Faytonla ya-rım kilometrlik yoldan sonra Mirtlesə çatdıq; yolun sonunda böyük, qaranlıq bir ev vardı. Nəhayət, ora çatıb arabamızı yola saldıq və hamı birlikdə, evə gedən cığırdan yuxarı get-məyə başladıq.

– Bütün pəncərələr qaranlıqdır, – müfəttiş dedi.

– Ev tərk edilmiş görünür.

– Quşlarımız uçub və yuva boş görünür, – Holms dedi.

– Bu hardan çıxdı?

– Son bir saat içində yüklü ağır bir araba buradan çıxıb.

Müfəttiş güldü:

– Küçə lampasının işığında mən də təkər izlərini gör-düm, amma yükü olmasını haradan başa düşdünüz?

– Eyni arabanın əksinə istiqamətə gedən izlərini görmüş ola bilərsiniz. Amma evdən çıxan izlər o qədər dərindir ki, ağır yüklü olduğunu dəqiq söyləyə bilərsiniz.

– Bax, məni xəbərsiz ovladın, – müfəttiş çiyinini çəkərək dedi, – Qapı asan qırılana oxşamır, amma içəridən səs gəl-məsə bunu sınamaq məcburiyyətindəyik.

Бесплатный фрагмент закончился.

70,53 ₽
141,05 ₽
−50%
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
92 стр. 4 иллюстрации
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri
Формат скачивания:

Похожие книги