Acı həyat. Roman

Текст
0
Отзывы
Читать фрагмент
Отметить прочитанной
Как читать книгу после покупки
Acı həyat. Roman
Шрифт:Меньше АаБольше Аа

Proofreader Санан Вахид оглы Набиев

© Fatma Ahmed kızı Nabieva, 2021

ISBN 978-5-0053-9624-2

Created with Ridero smart publishing system


Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.

Hər insanın yaşadığı ömürü elə bir hekayədir, bəziləri haqda gözəl bir kitab yazmaq olar. Bəzi İnsanların isə, həyat hekayələri belədir, qəmli və kədərli. Hamını eyni təbəqədə ifadə etmək, təssüflər olsun ki, qeyri mümkündür. Həyat kimini güldürür, kimini isə üzər – ağladar, o gözəl ürəyini vaxtsız incidər.


Mələk orta məktəbini əla qiymətlə bitirməyinə baxmayaraq, azacıq xalı catmamışdı və, unverstetə qəbul ola bilməmişdir. Yazıq qızın ailəsi imkansız olduğuna görə, pulluyada yazılmamışdı. Mələk kənt yerində böyümüşdü, cox sadə işgüzar və, tərbiyəli qız idi. Yazıq üzgün – fikirli, addımlayırdı yolun kənarı ilə. Havada elə qaralmışdı ki, sanki yazıq qızın gizlin ürəyinə axan göz yaşlarına ortaq olmaq istəyirdi damçıları ilə. Birdən şimşək çaxdı, göy guruldadı. Mələk kiçikliyindən ildırımdan – tufandan qorxan idi. Evlərinə tez catmaqçün yolunu qısaldaraq, çöllük sahədən getməyə qərara gəldi. Hər dəfə ildırım çaxdığında, yazığın ürəyi sanki yerindən qopacaqdı, cox həyəcanlanırdı. Qaçaraq yoldan kənara kecib, sahəyə tərəf addımladı və sahəyə kecdi. Biraz getmişdi, uzaqdan çöllük sahədən görürdü yağış gəlirdi. Çiskindən o tərəfləri görmək mümkün deyildi. Mələk bir anlıq dayanıb baxdı, az sanyələr ərzində özünü isladacaq yağışa tərəf. Az vaxdan yağış yetişib, yazığı damcıları ilə qucaqlayaraq isladıb kecdi. Mələk buralarda böyüyüb boya – başa çatdığından, yaxşı tanıyırdı çöllüyün yolunu – cığırını. Artıq batıb islanmışdı, yazıq üzüntüsündən elə – beldə yorğundu. Dərindən nəfəs alıb, islanmış üzünü silib addımlamağa başladı. Qarşıda itin hürən səsini duydu, sevindi. Mələk bilirdi bu sahədə yaşlı bir tanıdıqları kişi, hər zaman qoyun mal – qara otarırdı. Mələkdə bu sahədən tez – tez keçdiyindən, çoban kişinin itləri qızı tanıyırdılar. Birdən it hürə – hürə gəldi. Mələk iti dostum deyə səsləndiyində, it quyruğunu bulayaraq qaçıb gəlib, qızın üstünə tullanaraq oynaşmağa başladı. Mələk-itə: of dostum üstümü palçıq etdin, başını sığalladı. İt şıltaqlanıb yenə hobbanıb düşərək, ayaqlarını üstünə qoyub tanıdığını və, gördüyünə sevindiyini ifadə etdi. Mələk itin başını sığallayaraq oxşadı, gəl dostum bilirsən mən ildırımı sevmirəm, qaçaq burdan. Mələk bir anlıq dərdini unudub, uşaq kimi itin yanınca qaçmağa başladı. İtdə gah qızı ötür, gahda qayıdıb üstünə tullanaraq, yenə üstünü palçıqlayıb öndən qaçırdı. Mələk zarafatla – itə: dostum məni oxşatın daş – kömür mədənində çalışanlara. Əlindəki çantasını başına tutub qaçırdı ki, çoxda batmasın.

Gəlib coban kişinin yatdığı talvarın yanına çatıb, altdan yuxarı baxıb səslədi. Murad dayı burdasınızmı? səs gəlmədyinçə öz – özünə, yəqin yazıq Murad dayıda batıb. Of bu yağışda qoyunların dalıycamı çıxmış. İt hürə – hürə başqa tərəfə qaçdı getdi, çiskindən – yağışdan heçnə görsənmirdi. Mələk nərdivanla talvara dırmandı. Əlini atıb nərdivanın son pilləsindən talvara keçmək istədiyində, kiminsə qolunu üzünə qoyub yatdığını görüb, dayanıb baxdı. Yatan cavan oğlandı idi, Mələk birinciydi onu burda görürdü. Oğlan hec tələsmədən, qolunu üzündən götürüb Mələyə baxdı. Mələk biraz şaşqın halda, – oğlana: Murad dayı yoxmu burda? oğlan yerində oturub üzünə əlini cəkib, – Mələyə: yoxdur. Mələk oğlanın özündən razı birisi olduğunu danışığından anladı. Birazda əsəbləşdi belə deməsinə – oğlana: sən kimsən? buralarda görmədim daha öncə səni. Oğlanın özünə təs – tərs baxdığını görüb, – oğlana: dilinimi unutdun? sual verdim, kimsən sən. Murad dayının yerində nə işin var? danışığınada fikir ver. Oğlan əsəblə, – Mələyə: səndənmi soruşacam harda nə işimin olub – olmadığını? səndə öz danışığına fikir ver. Mələk biraz şüphəli baxışlarla baxıb nə isə demək istəyirdi, Murad kişi səslədi, qızım Mələk. Mələk yuxardan aşağı batmış kişiyə baxdıb gülümsədi. Can Murad dayı səndə mənim kimi batmısan, of gəl əynini dəyiş xəstələnərsən. Kişi gülümsəyərək, – Mələyə: qızım mən alışqanam illərdir belə islanmaqlara. Məndən narahat olma, qalx üstə batırma özünü, məndə indi gəlirəm. Mələk dönüb gözlərini qıyaraq, əsəblə oğlana baxdı. Yuxarı çıxıb heç oğlanı saymadan, keçib talvarda döşəkçədə oturdu. Talvar çoxda geniş deyildi. Oğlan ayağını uzadıb oturduğuna görə, – oğlana: biraz yığcam otur, hamıya yer olsun. Oğlan başını narazılıqla sirkələyib, bardaş qurub oturmağa çalışdı, alınmadı. Əlləri ilə dizlərini qucaqlayıb oturaraq, Mələyə əsəblə baxdı. Anlaşılırdı kənt uşağı olmadığı. Az vaxdan kişidə qalxdı yuxarı, gəlib əyləşdi.Batmış papağını başından çıxarıb kənara qoyub, Mələyə baxıb gülümsədi. Mələk tez termuzu götürüb kişiyə isti cay süzdü, götürüb fincanı uzatdı. Kişi götürüb gülümsəyərək, təşəkkür etdi, sağol qızım. Bax belə yağışda isti çayın yeri bşqadır. Özünədə süz qızım, sən hardan belə gəlirdin? Mələk yalandan gülümsəyib, – kişiyə: rayona getmişdim, alacaq şeylərim vardı. Kişi anladı, artıq yazıq qızı üzmək istəmədi soruşub. Başını qatmaqçün, – Mələyə: bax bizim yaramaz yenə üstünü palçıqlamış. Mələk üstünə baxıb gülümsəyərək, – kişiyə: dostumdur o mənim, bir şey olmaz. Sizin yağışda birinci batmadığınız kimi, məndə üstümün batmasına alışdım artıq, birinci deyil. Götürüb özünədə termuzdan çay süzüdü. Oğlana məhəl qoymadan, üzgün baxışlarla baxdı dışarda yağan yağışa. Anladı bu kimdisə kişinin tanıdığıdır, soruşmadıda.

Mələyin anası dışarı baxıb, – ərinə: Davud, qızım görəsən yoldamı qaldı bu yağışda? of qızım. Əri gülümsəyərək, – arvadına: yəqin yenə sahədən kecmiş, yolu qısa olsun deyə. Murad dayıyla talvarda oturub çay icirlər çoxdan. Narahat olma sən, yağış kəsdiyində gələcək. Anası narahat və, üzgün görsənirdi. Əri dərindən nəfəs alıb – arvadına: bax Roza belə durub qızın qalan ürəyinidə üzmə, nə edək alınmadı. Bilirəm qız pərişan oldu o qədər hazırlaşmışdı, bəzən atalığımdan utanıram evladımın qarşısında. Özüdə üzgün baxışlarla kənara baxdı, arvadı anlayırdı əri xəcalət çəkirdi. Atasıda çox xəcalət çəkirdi, qızını pulluda oxuda bilmədiyiçün. Arvad – ərinə: düz deyirsən, dünyanın sonu deyil ki? asma səndə suratını. Əri üzgün baxışlara baxaraq, kefsiz masadan çay finçanını götürüb içdi.


Mələk çayını bitirib, – kişiyə: yağış yavaşıdı mən evə qaçım. Kişi gülümsəyərək, – Mələyə: qızım bu mənim başqa şəhərdə yaşayan böyük nəvəmdir, adı Səlimdir. Mələk hər zaman oldüğü kimi, ürəyində söz gizlədə bilən deyildi. Hər şeyi olduğu kimə üzə deməyi xoşlayandı, kişidə bunu yaxşı bilirdi. Mələk oğlana baxmadan, – kişiyə: nəvən olsada, sizə oxşamamış mərəfətindən. Oğlan əsəblə baxdı, – Mələyə: sən nə haqla mənimlə belə danışırsan? sən mənim mərəfətsizliyimimi gördün. Babası sanki anlamışdı, Mələyin nəvəsinə belə deyəcəyini. Nəvəsi görməsin deyə, kənara baxıb gülümsədu. Mələk – oğlana: qolunu üzünə qoyub burda leş düşüb yatmağından anlamaq cətin deyildi. Qalxıb babana yardım etdib azacıq səndə islansaydın, tərifə layiq olardın. Oğlan nə isə demək istəyirdi, babası imkan vermədi. Səlim, Mələk qızım kimsəyə arxadan söz deyən deyil. Hər zaman səhvi olanın, səhvini üzünə deyən cəsarətli qızımdır o mənim. İşarə etdi ki sussun, qıza kobut cavab qaytarmasın. Səlim – Mələyə: elə axıllıydın gəlib yardım edərdində. Mələk – Səlimə: xəbər verdilər nəvəsi gəlmiş babasına, ona görə gecikdim Səlim bəy. Xəbər verənlər demədilər, şəhərdən gəlib burda rahat – rahat yatdığını. İnan bilsəm gələrdim, hec şüphən olmasın. Biz az belə yağışlarda islanmadıq, qorxumuz yoxdur bəzilərinin kimi. Səlim babasının özünə baxdığını gördüyündə, özünü zor tutdu ki, Mələyi açılamamaqçün. Mələk ayağa qalxıb, nərdivandan biraz enib – kişiyə: Murad dayı dəyiş paltarını xəstələnərsən. Kişi razılığını bildirərək gülümsəyib, – Mələyə: tamam qızım, narahat olma. Mələk nərdivanın yarısından tullandı yerə. Yuxardan oğlanın özünə necə tərs – tərs heyif cıxacaq baxışlarla baxdığını görüb, iti sələdi, dostum. İt qaçıb gəldi, çatan kimi yenə tüllanaraq ayaqlarını qoyub palcıqladı üstünü. Mələk üstünə baxıb, birdən itin başından tutub burnundan öpdüyündə, oğlanın ürəyi bulandı. Tez üzünü turşudub kənara baxdı. Babası Mələyin xasiyyətinə bələd idi, nəvəsinin diksindiyini görüb qəh – qəhə cəkib güldü. Mələk itlə oynaya – oynaya getdi. Səlim – babasına: başdan xarab olduğu anlaşılır, babası gülərək gözlərini silib, – nəvəsinə: səhvin var gözəl nəvəm. Mələk cox gözəl ürəkli qızdır, həmdə mərd. Səlim anladı babası özünə işarə edirdi, yardım etmədiyiçün. Səlim – babasına: guya bilmirsəndə burdan niyə enmədiyimi. Nə var burda bilmirəm, yanımızada gəlməkdən imtina edirsən. Nəyinə lazımdır bu çətin işlər sənin? babası narazılıqla başını sirkələyib, – nəvəsinə: anlamırsan məni. Mən şəhərdə yaşaya bilmərəm. Mən buralarda böyüyüb boya – başa catdım. Sən de, mən bu gözəl təbiəti, bu gözəl havanı tərgiyib, şəhərin tüstü qoxan havasına gəlib yaşaya bilərəmmi? əsasda bu yaşda. Oğlan dərindən nəfəs alıb narazı baxışlarla baxdı babasına, heçnədə qoxmur şəhərdə, bəhanələr etmə. Tamam mən aşağı enirəm, səndə üstünü dəyişdir xəstələnmə. Oğlan qalxıb nərdivandan enərkən, babası zarafatla – nəvəsinə: qolundan tutumu. Aşağı xətasız enə biləcəksənmi? nəvəsinin altdan yuxarı baxdığını görüb gülümsədi, tamam zarafatdı. Oğlan yarıya qədər enmişdi, ayağı sürüşdü yıxıldı. Yuxarda babasının baxdığını görüb, tez ayağa qalxıb, əllərini belinə qoyub baxdı kənara. Babası – nəvəsinə: ürəyimə danmışdı enişində yüngül qəza olaçaqdı. Bu birinci deyil ki? yenə qəh – qəhə çəkib güldü. Səlim – babasına: coxda oyalanma orda, bilirsən itlərin məni tanımırlar, sevmirlər. Babasnın səsi eşidildi, rahat ol, sənin qorxduğun itim Mələk qızımla getdi. Səlim öz – özünə: cəhənnəmə getsin sənin Mələk qızın. Babası səsləndi, – Səlimə: birşeymi dedin? – babasına: deyirəm etibar yoxdur birdən gələr, cəld ol biraz. Babası yenə ürəkdən güldü, nəvəsinin qorxub ehtiyat etməsinə.

 

Mələk evə gəldi, anası – qızına: qızım tez get əynini dəyiş xəstələnərsən. Mələk – anasına: cox islanmadım ana, Murad dayının talvarına yetişdim. Atası gülümsəyərək, – qızına: ananda bayaqdan narahat idi. Mən dedimmi sənə? mənim qızım Murad dayısıyla oturmuş çoxdan talvarda. Anası qızına üzgün baxışlarla baxdı, Mələk anladı nədən elə baxdı deyə. Mələk – anasına: mən üstümü dəyişdirim, getdi otağına.

Mələk otağına gəlib oturdu yatağında, anasınında —atasınında, özünə görə üzgün olduqlarını yaxşı anayırdı. Qapı döyüldü, icəri qonşusu yaxın rəfiqəsi Gülsüm girdi, – Gülsümə: gəl canım. Gülsümdə gözəl ürəkli qız idi. Gəlib əyləşdi yanında, bilirdi rəfiqəsinin üzüntüsünü. Mələyin boynunu quçaqlayıb sakit dayandı. Mələk kimsənin üzülməsini istəmirdi özünə görə. Zarafatla – Gülsümə: canım qonşumun qızı, boğacaqsan məni. Birdən hiss etdi rəfiqəsinin ağladığını. Özündən azacıq kənara tutub, əlləri ilə üzündən tutub baxdı üzünə. Sən ağlayırsanmı? nə noldu, kim xətrinə dəydi? Gülsüm danışa bilmədi. Mələk təkrar soruşdu, Gülsüm nə oldu de mənə. Qız birdən əlləriylə üzünü tutub ağladı. Mələk tez qucaqlayıb sakitləşdirməyə çalışdı, ağlama gözəl bacım. İndi de mənə niyə ağlayırsan? nədir səbəbi? yenə atan olan o, sözünün ardını demədi. Gülsüm göz yaşlarını silib, – Mələyə: bu qədər sən çapaladın, haqsızlıq oldu. Mələk dərindən nəfəs alıb – Gülsümə: zatən haqsız dünyada yaşayırıq. Sən de mənə kim qırdı səni? Gülsüm biraz sakitləşib, – Mələyə: mən qəbul olmuşam unverstetə. Biraz qabaq öyrəndim, qəbul olduğumu. Mələk sevindi, – Gülsümə: ee, o zaman bu göz yaşların nədir bəs? təbrik edirəm gözəl bacım. Mələk Gülsümü qucaqlayıb, üzündən öpdü. Gülsüm boynunu qucaqlayıb, – Mələyə: mən səninlə getmək istəyirdim unverstetə. Mələk gülümsəyərək, – Gülsümə: qızım sevinsənə qəbul olmusan, sil göz yaşlarını ağlama. Məni düşünmə sən dərslərinə bax, tamammı? sənə görə çox sevindim. Bax dahada yaxşı oldu o, sözünün ardını deyə bilmədi. Anlaşılırdı qızın atası yaxşı birisi deyildi ailədə. Gedərsən oxuyub özünə iş taparsan, rahat yaşayarsan. Bəsdir az çəkmədin evdə dərt – qəm, bundan sonra gülmək – sevinmək vaxdı çatdı. Sən məni duydunmu? Gülsüm başıyla hə deyə işarə etdi. Gülsüm – Mələyə: sən yanıma gələçəksən elə deyilmi? gülümsəyərək – Gülsümə: əlbətddə gələcəm baçım. İndi isə mən əynimi dəyişim, gedək bunu qeyd edək anamın hazırladığı mürəbbəylə. Sevincələrini bölüşərək zarafatlaşdılar, təkrar bir – birini quçaqladılar.

Axşam olurdu, Səlimin babası çay süzüb qoydu nəvəsinin qarşısına. Oğlum nədir suratını asıb oturmusan? – babasına: itlərinin əlindən yerədə düşə bilmirəm. Sən hələ soruşursanmı məndən? kişi başnı narazılıqla sirkələyib güldü. Ay yaraşıqlı nəvəm, itə bir çörək at yaxınaş, qorxma olar sənə dəyməzlər. Səlim qaşının birsini qaldırıb – babasına: unutmadım itinin məni dişlədiyini. Babası yenə nəvəsinə baxıb güldü. Bax Mələk qızıma heç dəyirlərmi? qız olara üç gündə özünü sevdirdi. Səndən fərqli olaraq, yemək verə – verə yəni, yenə güldü nəvəsinə. Bu anda Mələyin səsi duyuldu, Murad dayı iki günə öyrəşdilər, üc günə deyil. Kişi duyduğunda səsini sevindi, baxdı talvardan aşağı. Səlimin üzünün ifadəsi dəyişdi Mələyin səsini duyduğunda, əsəbləşdi. Kişi – Mələyə: gəl qızım, Mələk əlində torbayla qalxdı yuxarı. Axşamın xeyir Murad dayı, sənə isti yeyəçək bir şeylər göndərdi anam. Kişi tez əlindən götürdü ki, qız rahat çıxa bilsin. Niyə zəhmət etmiş ay qızım, utandırırsız məni. Mələk talvara dırmanıb keçib əyləşmək istədiyində, yenə Səlimin ayaqlarını uzadıb oturduğunu görüb baxdı ona. Səlim öz – özünə: ya səbir, ayaqlarını yığıb oturdu. Mələk əyləşib – kişiyə: çantamı unutmuşam bayaq yağışdan qaçanda. Kişi gülümsəyərək, – Mələyə: burdadır qızım çantan. Mələk tez torbadan yemək qazanını çıxardıb qoydu ortaya. İsti çörəkdə çıxarıb qoydu, – kişiyə: isti – isti ye tapşırdı anam. Kişi təşəkkür edib qazanın qapağını açıb, oh ananın əlləri dərd görməsin qızım. Mən çox sevirəm ananın hazırladıqların. Hər zaman Rozanın çox dadlı yeməkləri olur. Dolmadan götürüb yedi iştahla, – Səlimə: ordan mənə boş qab ver oğlum. Səlim yaxındakı boş qabı götürüb uzatdı. Kişi götürüb əli ilə dolmalardan boş qaba qoyub, verdi nəvəsinə. Burda əllə yeyilir oğlum, belə daha dadlı olur. Qaşıq – çəngəl aşağıda qalıb, istəsən en götür. Səlim qabı götürüb, – babasına: əllə yeyərik, istəmirəm sənin yerdəki çənğəl – qaşığını. Səlim elə dediyində, Mələk ona tərs – tərs baxdı. Babası görüb, – Mələyə: qızım nəvəm itlərdən qorxub yerə enmir, yenə gülüdü qəh – qəhə çəkib. Az qala töletədə əlindən tutub aparası qədər, bərk qorxur sənin dörd ayaqlı dostundan. Səlim – babasına: səbəbi nədir görəsən baba? kişi dolmadan yeyərək, – Mələyə: kiçikliyində bir dəfə itim yüngül ayağının dadına baxmışdı, yenə güldü. Səlim – babasına: o, yüngül dediyin yerə neçə tikiş qoymuşdular? unutdun deyəsən. Mələk anladı, oğlanın niyə yardım etmədən burda yatmasını. Başını qaşıyıb gülümsəyib, baxdı kənara. kişi – Mələyə: qızım səndə ye, – kişiyə: mən evdə yedim Murad dayı, nuş olsun sizə. Mələk – kişiyə: Gülsüm qəbul olmuş unverstetə, kişi ağzındakı loxmasını udub baxdı bir anlıq. Mələk dərindən nəfəs alıb, – kişiyə: onun əvəzinə çox sevindim. Sanki özüm qəbul olmuş kimi hiss etdim. Yaramaz, səfeh, icki düşkünü atasından qıraq olması içimi rahatladı. Kişidə dərindən nəfəs alıb biraz düşünüb, – Mələyə: elə ata olunca, heç olmasa yaxşıdır qızım. Şərəfsizin birisidir yaramaz. Düz deyirsən, qız ondan uzaqda olsa daha yaxşıdır. Atasına görə yazıq qız necə utanırdı kənt içində. Səlim səssiz oların söhbətinə qulaq asırdı, buralara çox az gəldiyindən kimsəni tanımırdı. Mələk özlərinə baxdığını görüb, – Səlimə: ye qorxma zəhərli deyil. Səlim Mələyə əsəb olurdu hər dəfə özünə ilişdiyində, dolmadan götürüb əsəblə yedi. Kişi – Mələyə: qızım səndə bir gün qəbul olacaqsan inşallah. Sənin bu gözəl ürəyini Allahım görməzdən keçməz, itdə altdan yuxarı baxırdı. Mələk baxıb gülümsədi, – kişiyə: bacım qəbul oldu Murad dayı. Bu məni çox sevidirdi. İnan artıq mənim qəbul olub – olmamağım uğrumda deyil. Qalxıb endi nərdivanla aşağı, iti sığallayıb oxşadı. Altdan yuxarı baxıb – kişiyə: Murad dayı çantamı atarsanmı zəhmət olmasa? yenə unudub gedəcəm bu şirinə başım qarışıb. Babası yemək yeyir deyə, Səlim çantanı götürüb atmaq üçün baxdı aşağı. Mələyin yenə itin burnundan öpdüyünü görüb ürəyi bulandı, əlini ağzına tutub baxdı kənara. Kişi güldü nəvəsinin hərəkətinə, Mələk – Səlimə: at tutacam. Səlim Mələyə acığa çantanı biraz uzağa atdı, tuta bilmədi. Mələk Səlimə tərs – tərs baxıb, kişiyə sələndi. Murad dayı, nəvəniz itin qorxusundan çantanıda düz ata bilmədi. Çantanı götürüb təmizləyib, çiyninə keçirdi. Mələk – itə: dostum qaçaqmı? hələlik Murad dayı. Kişi – Mləyə: hələlik qızım ehtiyatla get, anana təşəkkürümü çatdır. Mələk – kişiyə: tamam deyərəm, itlə oynaya – oyna getdi. Səlim yerinə oturub – babasına: manyak itin burnundan öpdü. Babası – Səlimə: oğlum kənt uşaqlarının ümmuniteti, şəhər uşaqlarından güclü olur. Buna görə narahat olma sən, yenə güldü qəh – qəhə cəkib. Artıq Səlimin iştahıda qalmadı toxunmadı yeməyinə, baxdı başını narazılıqla sirkələyib.

Beləçə aylar ötdü, Gülsüm unverstətə qəbul olunub şəhərdə oxuyurdu. Mələklə telefonla danışırdı, of bacım çox darıxdım. Mən nə deyirəm duymursanmı? birdə unutdunmu söz verdiyini? demişdin yanıma gələcəksən. Bax sən gəlməsən mən gələcəm. Mələk istəmirdi Gülsüm atasının yanına qayıtsın və, içdiyini görüb üzülsün yazıq qız. Tamam bacım gələçəm söz, Gülsüm sevindi. Bax bu günlərdə gələcəksən, başqa söz duymaq istəmirəm. Mələk gülümsəyərək, – Gülsümə: tamam bacım söz gələcəm. Bir şərtim var, orda mən gəlirəm deyə dərslərindən oyalanmaq yoxdur sənə. Gülsüm elə sevinmişdi ki, – Mələyə: tamam rəyis danışdıq, yox dərslərdən yayınmaq. Mələklə sağollaşıb telefonu əlində tutub baxdı, nə isə fikirləşib, tez yerindən qalxıb getdi.

Mələkdə anasına demişdi Gülsümə getmək istədiyini. Anası gülümsüyərək – qızına: siz Gülsümlə birgə böyüdünüz qızım, oda mənə qızım kimi sayılır, get sevinər. Mələk – anasına: mən o zaman gedim Murad dayıylada salamatlaşım. Anası – qızına: get qızım dostunlada salamatlaş. Mələk anasının zarafatına gülümsəyib, getdi.

Mələk sahəyə Murad kişinin yanına gəldi, kişi görüb gülər üzlə qarşıladı. Gəl mənim gözəl qızım, nədir üzündəki bu sevincin səbəbi? bilmək olarmı. Mələk keçib əyləşdi otun üstə yerdən. Murad dayı bilirsən Gülsüm gedəni çox oldu, hec gəlmədi bura. Kişi dərindən nəfəs alıb – Mələyə: gəlibdə nə görəcək? əyyaş, tərbiyəsiz, atasınımı? düz edir gəlməsin. Mələk dərindən nəfəs alıb, – kişiyə: mən bir neçə günə gedirəm Murad dayı Gülsümə. Bilirsən darıxdıq çox, biri – birimizdən bu qədər ayrı qalmadıq. Kişi nə düşündüsə sevindi, – Mələyə: qızım hazır ora gedirsən. Mən sənə bir çanta hazırlasam, oğlum gilə catdırarsanmı? zəhmət olmaz sənə. Mələk – kişiyə: nə zəhməti Murad dayı? əlbətdə çatdıraram. Kişi razılıqla başını sirkələyib baxdı uzağa, fikirə daldı. Mələk kişini fikrindən ayıltmaq istəmədi, baxdı onun baxdığı tərəfə gülümsəyib.

Günlərdə beləcə gəldi keçdi, Mələk Gülsümə gəlmişdi paytaxt şəhərə. Gülsümün sevincinin həddi – hüdudu yox idi. Mələk zarafatla, – Gülsümə: canım baçım ləhçənidə dəyişmişsən. Gülsüm təkrar boynun qucaqlayıb, – Mələyə: canım bacım sənə elə gəldi dəyişməyib, necə varsa elədir. Mələk yol yorğunu idi, – Gülsümə: mən biraz yatacam. Gülsüm zarafatla, – Mələyə: yat bacım dincəl, sonra sənlə şəhərə gedəcəyik gəzməyə. Mələk elə bir gəzməyi sevən deyildi, Gülsümün xətrinə dəymədi, tamam çıxarıq. Sən qalan dərslərini həll et mən oyanınca. Gülsüm zarafatla – Mələyə: sən oyandıqda yardım etsənmi? cox güc olur mənə. Mələkdə zarafata, – Gülsümə: o zaman bacım sənə gəzmək yoxdur. Gülsüm tez cavab verdi balaca uşaq kimi, yox – yox özüm həll edərəm, sən get yat dinlən. Mələk üzündən öpüb, – Gülsümə: o zaman sənə zehin açıqlığı diləyirəm, özümədə şirin dev yuxusu, getdi. Gülsüm ardınca baxıb gülümsədi, elə sevinmidi ki Mələyin gəlişinə.

Axşam olmuşdu, Mələk Gülsümlə taxsidən enib baxdılar. Mələk – Gülsümə: ünvan burasıdırmı dəqiq? şofer aynadan baxıb – Mələyə: burasıdır xanım. Mələk çantanı götürüb – Gülsümə: gəl yəqin burasıdır baxaq, getdilər. Axtardıqları ev həyət evi idi, gəlib çatıb dayndılar, Mələk çantanı yerə qoyub ətrafa baxdı. Gülsüm qabağa keçib qapıdakı zəngi basdı bir necə dəfə. Mələk – Gülsümə: ürəyim sıxıldı nədənsə, ünvana səhvmi gəldik biz? – Mələyə: yol yorğunusan ondandır. Məndə birinci gəldiyimdə belə olurdum, az vaxtdan qapı açıldığında ikisidə qapıya baxdılar. Mələk biraz tərcübləndi, qapını açan adamı gördüyündə, qapını açan Səlim idi. Mələyi tanıdı, Səlimin üzünün ifadəsi dəyişdi. Mələk – Səlimə: baban sizə çantanı çatdırmağımı xayiş etdi. Səlim tərs – tərs baxıb, – Mələyə: zəhmət vermiş sənə. Gülsüm ortalıqda şaşqın baxışlarla baxırdı iksinədə. Gülsüm – Mələyə: siz tanışsınızmı? – Gülsümə: bu Murad dayının nəvəsidir, orda rastlaşmışdıq. Oğlanın hələdə tərs-tərs baxdını görüb, Gülsüm – Mələyə: heç xoş rastlaşdığınıza bənzəmir bəy əfəndinin baxışlarından. Mələk əsəbləşdi, – Səlimə: nə baxırsan orda durub üzümə? gəl çantanı təhvil al, yoxsa burdada küçə itlərindəndə qorxursanmı. Səlim istəmədi Gülsümün yanında Mələyi acılasın. Yaxınlaşıb ədayla baxıb – Mələyə: şəhər itləri mədəni olurlar, kənt itlərinə baxanda. Mələk əsəbləşsədə özünü sındırmadı, – Səlimə: kənt itləri sevmirlər qıraqdan gələn çaqalları. Səlim əsəblə çantanı götürdü, – Gülsümə: cox sağ ol xanım çantanı çatırdığıncün. Yanındakıda səndən qanacaq – mərəfət örgənsin deyərdim, sözünü demədən getdi qapını bağldı. Gülsüm baxa qalmışdı, nə olurdu bulara? yazıq şaşırmışdı. Mələk əsəblə ardınca – Səlimə: düz deyirsən, küçə itləri səndən mədənidirlər, eşşəyə bax sən. Gülsüm qolundan tutub, – Mələyə: amandı bacım gəl gedək burdan. Bu gərçəkdən Murad dayının nəvəsidirmi? ayy yazıq kişi duysa vallahidə inciyər. Mələklə addımlamağa başladılar. Mələk – Gülsümə: dedimmi sənə sıxılıram? gördün ürəyimə damıbmış bu tiplə rastlaşacağım. Gülsüm artıq söz soruşub Mələyi əsəbləşdirmək istəmədi, getdilər.

Mələyin anası evdə əri ilə söhbət edirdilər, baxsana qızım gedəni bir sutka olmadı, mən darıxmağa başladım. Əri gülümsəyib, —arvadına: mənim qızım birdənədir. Sən get hələ Murad dayısının itindən soruş, yəqin gözləyir qızımı, güldü. Anası üzünü turşudub, – ərinə: of deməsənə iti, qızımda tutub itin burnundan öpür fuu, əri güldü arvadının sözünə. Anası dərindən nəfəs alıb – ərinə: nə oldu kredit məsələsi? ərinin üzünün ifadəsi dəyişdi, hiss olundu ki işi düzəlməmişdi. Arvad anladı, tez ayağa qalxıb – ərinə: mən bir yeməyə baxım, getdi. Atasına çox xəcalət olurdu qızının işinə yardım edə bilməməsi. Yazıq öz – özünə: elə bil bütün yollarım bağlanıb, hara getsəm hər şey tərsə gedir. Qızının üzülməsini əsla istəmirdi, yazıq gözünü bir nöqtəyə zilləyib fikirə daldı.

 

Beləcə sabah açıldı, Gülsüm dərsinə getmişdi. Mələk oyanıb saata baxdı, mən yatıbmı qalmışam? üstündən yorğanı atıb qalxıb getdi əl – üzünü yumağa. Vanna otağından çıxıb gəlib özünə qəhvə hazırlayıb əyləşdi. Anasından zəng gədi, tez telefona cavab verdi alo ana, biraz qulaq asıb gülümsədi. Salam ana yaxşıyam, siz necəsiz? atam nə edir yaxşıdımı. Birazda qulaq asıb – anasına: ana dedim axı artıq lazım deyil, kredit filana girişməsin tapşır. Narahat olayın yaxşıdı hər şey, hə verdim catdırdım Murad dayının göndərdiyinidə. Xatılayıb bir anlıq özünü toparladı əsəbləşsədə. Tamam ana deyərəm salamını, sizdə özünüzə yaxşı baxın ödüm. Telefonu söndürüb öz- özünə: başına dəysin çanta onun nəvəsinin, əsəblə qəhvəsindən götürüb içdi. Qapı açıldı içəri başqa qız gəldi. Mələk düşündü, yəqin buda Gülsümlə qalan otaq yoldaşı qızdır. Mələk ayağa qalxdı, qız gülər üzlə gəlib görüşdü. Xoş gəldin bizim Gülsümün Mələk bacısı. Mələkdə qızla görüşüb, kefi olmasada gülümsəyib, – qıza: xoş günün olsun. Qız özünü təqdim etdi, mən Dəniz. Mələk zarafatla – qıza: desənə dalğalarında adamları batıran Dəniz sənsənmiş. Qız qəh-qəhə çəkib güldü zarafatına, – Mələyə: yox bacım hələki batan olmadı. Keçib əyləşdilər, – Mələyə: de şəhərimizi sevdinmi? Mələk ağzını açınça yenə güldü, – Mələyə: Gülsüm dedi dünən olanları. Sən elələrinə fikir vermə, böyük şəhərimizdə hamı qanacaqlı – mərəfətli deyil əlbətddə. Sənədə bacım + bonusuyla çox əsəbi birisi rastlaşmış. Qalxıb özünədə qəhvə süzüb, – Mələyə: səni bu gün bacın mənə əmanət etdi, yəni özü gəlincə. Mənimlə çıxıb kafedə səhər yeməyəmizi atışdıraq birazdan. Mələk nə isə demək istəyirdi qız imkan vermədi, etiraz istəmirəm. Mələk zarafatla – qıza: şəhərdə evlərdə səhər yeməyinə qadağanmı var? qızın baxdığını görüb, anladım mütləq getməliyik kafeyə. Qız eyni Murad dayısı kimi gülər üz idi. Mələk fikirləşdi, insanlar bəzən yad olsalarda, necə biri – birilərinə bənzəyirlər. Dəniz – Mələyə: gərçəkdəndə çox zaraftçılsan, səninlə adam darıxmaz, gülümsədi.

Gülsüm dərsdən az vaxlıq cıxıb zəng etdi Mələyə, alo bacım necəsən? biraz qulaq asıb gülümsədi. Anladım kafedəsiniz, lap yaxşı bacım sizə gözəl istirahətlər, mən qaçdım dərsə. Tamam rəyis diqqətlə qulaq asacam dərsimə, öpüş göndərib gülümsəyərək, qaçdı dərsə.

Mələklə Dəniz kafedə oturmuşdular, qız afisant – oğlana: biraz tez olun zəhmət olmasa, çox acmışam. Mələk sakit oturub baxırdı olara, oğlan baş üstə xanım getdi tələsik. Mələyin özünə baxdığını görüb gülümsəyərək, —Mələyə: aclığa hec hövsələm yoxdur. Mələk zarafatla – qıza: inşallah tez gətirərlər yeməyini, əks halda afisantın coşmuş dalğlarında batma şansı yüksəkdir. Dəniz elə ürəkdən güldü ki, zarafatına. Ayy sən nə gözəl ürəklisən, özün bunu bilirsənmi? gərçəkdən günüm çox gözəl başladı səninlə. Mələk əlini üzünə çəkib – Dənizə: pis olub kimisə qırmaqdansa, birdən yenə Səlimi xatırladı. Özündən asılı olmadı üzünün ifadəsi dəyişdi, İnsan olmağa üstünlük verirəm. Dənız çayını içərək altdan – altdan Mələyə baxıb gülümsədi. Mələk – Dənizə: səni çox sevdiyim bir doğma insana bənzədirəm. Murad dayıma çox bənzədirəm, eyni onun kimi gülmələrin var. Dəniz nədənsə bir təhər baxdı belə dediyində, – Mələyə: yaxınındırmı? Mələk gülümsədi. Həmdə neçə yaxınımdır, kiçiklikdən tanıdığım dünyanın ən gözəl ürəkli insanlarından biridir. Eyni sənin kimi gülüşü var, birdən yenə xatırladı Səlimi, o eşşək nəvəsi heç bənzəmir babasına. Elə bil dünyanı bu yaradıb, bəlkədə ürəyindəndə keçər, portiretini çəksinlər bu nun ayaq üstə ədalı duruşuyla. Dünyanı filan bu yaratmış kimi, ancaq orası elə deyil əlbətddə. Mən o portiretə belə ad verərdim, qarşınızda dünyanın eşşəklərinin ən böyüyü Səlim bəy. Dəniz gülərək ağzını tutub baxdırdı, Mələk elə əsəbləşmişdi. Dəniz gözlərini silib, – Mələyə: bəlkədə daxilən yaxşı birisidir. Məsələn özünə qapalı insanlar olur, o üzdən dedim. Mələk üzünü turşudub, – Dənizə: amandı getsin hara istəsə qapansın. Eşşəyi beş dəqiqə görüb, beynimin içinə azreyil kimi dikilib dünəndən. Dəniz gülərək – Mələyə: aşiq olarsan sonra, çoxda fikrində saxlama, güldü. Mələk – Dənizə: inan dünya dağılıb onunla tək qalsaq bu həyatda, söz gəlişi deyirəm. Allahdanda əmir gəlsə yuxarıdan, indi ikinizsiniz Adəmlə – Həvva bu dünyada. Vallahi inciməsin məndən sözümə görə. Mən onun toxumunu yenidən dünyaya səpdirmərəm. Dəniz Mələyin əsəbləşib dediiyi sözə elə güldü ki, qıraqda otuanlarda baxdılar. Aman Allahım, bu məzəli sözlər səndə hardandır? Vallahi komediyaya baxanda mən bu qədər gülməmişdim. Afisant yeməkləri gətirib masaya düzdü. Başqa əmriniz xanımlar? Mələk – afisanta: zəhmət deyilsə mənə şəkərsiz qəhvə gətirsəniz, – Mələyə: baş üstə xanım, tez getdi. Dəniz çəngəli götürüb – Mələyə: çox icmə acı qəhvəni ziyandır. Mələk dərindən nəfəs alıb, – Dənizə: bu dünyada xeyirli nə var ki? məncədə heç bir şey. Dəniz anlayırdı, Mələk unverstetə qəbul ola bilmədiiyinə görə üzgün idi. Dəniz – Mələyə: səninlə yeməyimizi yeyək, sonra mənimlə bir yerə gələcəksən. Mələk xətrinə dəymədi, tamam gələrəm. Dəniz yeməkdən yeyib gülümsəyərək – Mələyə: hadi o zaman yeməyini ye, nuş olsun. Mələk çəngəli götürüb iştahsız bir tikə yemişdi, ağzı yandı. Zorla udqunub – Dənizə: səhər – səhər stiot nə idi, səhvmi gətirmişlər? of yandım, su icdi. Dəniz yenə gülməyə başladı, bağışla mən yandıranı sevirəm, yemək qablarını dəyişdi. Mələk sudan icib baxdı təçüblə. Dəniz gülürdü Mələyin özünə elə baxmasına.

Gülsüm dərsindən çıxıb evə gəldi, Mələk yorulmuşdu Dənizlə gəzmkdən. Mələk —Gülsümə: ev yoldaşındımı Dəniz? Gülsüm başını qaşıyıb baxdı. Yox deyil, Dəniz unvertetdən rəfiqəmdir. Ara – sıra gələndi mənə, yaxşı qıza bənzəyir. Mələyin özünə baxdığını görüb – Mələyə: yəni məndə bura gələni çox olmadı bilirsən. Şəhəri və adamları çoxda yaxından tanımıram, yəni pis qıza bənzəmir, o üzdən dedim. Mələk artıq söz demədi, Gülsüm gedib iki fincan çay gətirib əyləşdi. Gülsüm – Mələyə: Dəniz səni hara aparmışdı? Mələk çayını götürüb, bilmirəm hara idi. Maşınıyla apardı gül mağazasına, dedi bu mağazaya satıcı lazımdır. Təklif etdi mənə, dedi yaxşıda maaş verilirmiş istəsən qal calış. Gülsüm elə sevindi ki, çayını qoyub Mələyi qucaqladı, ayy nə gözəl oldu. Nə olar bacım burda qal çalış, nə olar getmə yalvarıram. Mələk çayı dağılmasın deyə, tez çayını masaya qoyub – Gülsümə: qızım yavaşş, az qala yanacaqdıq. Dur hələ mən razı olmadım, Gülsüm incik baxışlarla baxdı. Baxma mənə elə anla məni düzgün, elə mağazada o qədər maaş nədən verillər ki? təcüblüdür mənə. Gülsüm çiyinlərini cəkib, – Mələyə: yəqin adlı – sanlı mağazadır, sifarişi çox olan. Mələk istəmirdi atasına yük olsun evdə, oxumağına görə yazıq fikirləşirdi çox. Düzü bilmirəm heç fikirlərim qarışdı, qalıb bəlkədə bir neçə ay işləyib denəmək olar. Gülsüm sevinib təkrar qucaqlayıb – Mələyə: bax düz olanı seçdin bacım. Burda qal iş xoşuna gəlməsə çıxarsan, zor deyil ki? Mələk nədənsə narahat idi. Gülsümün saçını sığallayıb baxdı düşündü, tamam bacım atamada kömək olar, yazıq oldu mənə görə. Xoşum gəlməsə gedəcəm, danışdıqmı? Gülsüm uşaq kimi sevinərək, başıyla hə dedi. Mələk – Gülsümə: o zaman çayımızı tez içək dağılıb heyif olunca. Gülsüm zarafatını anladı, – Mələyə: mən yenisini süzərəm gözəl bacımmmaaa. Mələk ağzını büzüb – Gülsümə: bəzən çox yaltaq olursan baçım, bilirsənmi bunu? çayını içdi. Gülsüm Mələyi bacısı kimi çox istəyirdi, baxdı gülümsəyib.

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»