Rübailər

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Müşfiqli günlərim
Müşfiqli günlərim
Электронная книга
152 
Подробнее
Шрифт:Меньше АаБольше Аа

«Mәn mey içirәm, istәmәyәnlәr deyinir…»

 
Mәn mey içirәm, istәmәyәnlәr deyinir:
“Mey içmә ki, o, dinimizin düşmәnidir”.
Bildikdә ki, mey düşmәnidir dinimizin:
“Vallah yağının qanın, dedim içmәlidir”.
 

«Mәn bilmirәm heç salan mәni dünyayә…»

 
Mәn bilmirәm heç salan mәni dünyayә
Cәnnәtli salıb vә ya cәhәnnәmli deyә.
Badә ola, yar ola, rübab, bir dә çәmәn –
Bunlar mәnә nәqd, sәnә cәnnәt nisyә.
 

«Mәhtab, gecәnin yırtdı qara pәrdәsini…»

 
Mәhtab, gecәnin yırtdı qara pәrdәsini,
Mey iç, bu danın itirmә xoş nәşәsini,
Fikr et ki, bu mәhtab biz ölәndәn sonra
Çox-çox saçacaq qәbrimizә şölәsini.
 

«Dur badә gәtir tez, ürәyim yanmadadır…»

 
Dur badә gәtir tez, ürәyim yanmadadır,
Ömrün civәdәndir ayağı sanki, qaçır;
Qalx, dövlәt ayıqlığı ağır bir yuxudur,
Zәnn eylә ki, gәnclik odu bir suymuş axır.
 

«Mey içmәk ilә güdmürәm eyşi, tәrәbi…»

 
Mey içmәk ilә güdmürәm eyşi, tәrәbi,
Tәrk etmәk üçün deyil bu dini, әdәbi.
Mәn istәrәm ayrılıb özümdәn, yaşayım,
Mey içmәyimin budur hәqiqi sәbәbi.
 

«Mey içmәli şadlıqla, budur ayinim…»

 
Mey içmәli şadlıqla, budur ayinim,
Dindәn vә küfürdәn azad olmaq dinim,
Dünya gәlinindәn kәbinin sorduqda,
Güldü vә dedi: “Şad ürәyindir kәbinim”.
 

«Mey içmәli, mey fәrәh saçır qәlbimizә…»

 
Mey içmәli, mey fәrәh saçır qәlbimizә,
Mey mәclisi әn xoş tamaşa, sәhnә bizә,
Bir yerdә ki mey, mütrib ola, mәşuq ola
Ordan daha xoş yer ola bilmәz ki sizә.
 

«Mey iç, kefә bax, çox yatacaqsan yerdә…»

 
Mey iç, kefә bax, çox yatacaqsan yerdә,
Dostsuz, anasız, sevgilisiz bir yerdә.
Bu sirri açıb heç kimә bildirmәyәsәn:
Bir kәrrә solan lalә açılmaz bir dә.
 

«Mey iç, ürәyin onunla olmaqda rahat…»

 
Mey iç, ürәyin onunla olmaqda rahat.
Dәrddәn yaralı qәlbә odur nәşә, hәyat.
Qәm tufanı bassa sәni hәr bir yandan,
Nuhun gәmisi, badәyә qaç, badә-nicat.
 

«Badә – әrimiş lәl sürahi kandır…»

 
Badә – әrimiş lәl sürahi kandır,
Cism onda – qәdәh, şәrab o cismә candır,
Bülluri qәdәh, ki mey gülümsәr onda,
Göz yaşlarıdır, ondakı gizlin qandır.
 

«Mey nuş elә, ömrә cavidanlıqdır bu…»

 
Mey nuş elә, ömrә cavidanlıqdır bu,
Xeyrin vә sevincin bu, cavanlıqdır bu.
Gül, badә zamanıdır vә dostlar sәrmәst,
Şad ol bir an, ki zindәganlıqdır bu.
 

«Meyxanәyә әhsәn! O, әsl әhl evidir…»

 
Meyxanәyә әhsәn! O, әsl әhl evidir,
Diqqәt elәsәn, bәd yeri dә sәhl11 evidir,
Bir hal әhli yetişmәdi mәdrәsәdәn,
Viran olası xәrabә bir cәhl evidir.
 

«Nә mәscidә layiqәm, nә dә kilsәyә mәn…»

 
Nә mәscidә layiqәm, nә dә kilsәyә mәn,
Tәk tanrı bilir mәni yaratmış o nәdәn.
Bir küfrlü yoxsulam, ya bir pis qadınam,
Nә din vә nә dünyam, uzağam cәnnәtdәn.
 

«Hәrçәnd ki günahkaram vә bәdbәxtәm hәm…»

 
Hәrçәnd ki günahkaram vә bәdbәxtәm hәm,
Ancaq yenә gәbr12 tәk ümidsiz deyilәm,
Dan vaxtı yenә baş ağrıyır, bәrk xumaram,
Mәn mәbәd yox, badә vә yar istәyirәm.
 

«Qәlbindә mәhәbbәt işığı parlar ikәn…»

 
Qәlbindә mәhәbbәt işığı parlar ikәn,
Ya kilsәdәn ol vә ya da ol mәsciddәn,
Eşq dәftәrinә kimin yazılmışsa adı,
Azaddır o hәm behiştdәn, hәm düzәxdәn.
 

«Hәr zәrrә ki dünyada qabaq olmuşdur…»

 
Hәr zәrrә ki dünyada qabaq olmuşdur,
Gün çöhrәli bir zöhrәqabaq olmuşdur,
Yarın yanağından tozu aram ilә sil,
Bir yarda o toz saç vә yanaq olmuşdur.
 

«Sübh içkisi vaxtıdır, sәadәtli mәlәk…»

 
Sübh içkisi vaxtıdır, sәadәtli mәlәk,
Dur nәğmәni başla vә gәtir badә içәk,
Yüz minlәr ilә şahları, Cәmşidi, Keyi
Sәrmiş bu yerә, yay gәlәrәk, qış gedәrәk.
 

«Qәlbindә ağıl nuru olan hәr bir kәs…»

 
Qәlbindә ağıl nuru olan hәr bir kәs
Bir gün dә itirmәz o öz ömründәn әbәs.
Ya tanrı ilә razılaşar hәr işdә,
Ya rahat olub badә içәr, qәm çәkmәz.
 

«Hәr lalә ki bir arx qırağından bitmiş…»

 
Hәr lalә ki bir arx qırağından bitmiş
Zәnn eylә ki bir qız dağından bitmiş,
Hәr sәbzәyә sәn xorla ayaq basma, saqın,
Bir lalәrüxün o, torpağından bitmiş.
 

«Daim ayıq ol, ki ruzigar bәddir, aman…»

 
Daim ayıq ol, ki ruzigar bәddir, aman!
Dövranın әli kәsir qılıncdan da yaman,
Aldanma: әgәr ağzına halva qoyalar,
Udma ki, zәhәrlidir o, qәddardı zaman.
 

«Yarım ki onunçün ürәyim zar olmuş…»

 
Yarım ki onunçün ürәyim zar olmuş,
Bir yerdә o da dәrdә giriftar olmuş,
Mәn dәrdimә dәrman necә axtarmalıyam?
Bir şey ki tәbibim özü bimar olmuş?!
 

«Allah bizi gildәn yoğurub bildiyi tәk…»

 
Allah bizi gildәn yoğurub bildiyi tәk,
Bizdәn, o bilib sonra nәlәr baş verәcәk,
Hökmüylәdir hәr günah ki bizdәn görünür,
Öylәysә qiyamәt nә, cәhәnnәm nә demәk?
 

«Bir badә keyin sәltәnәtindәn yaxşı…»

 
Bir badә keyin sәltәnәtindәn yaxşı,
Cәmlә Qubadın mәmlәkәtindәn yaxşı,
Hәr nalә ki, bir rind sәhәr vaxtı çәkir
Zahidlәrin hәr ibadәtindәn yaxşı.
 

«Dünya qәmini çәkmә bacarsan nә qәdәr…»

 
Dünya qәmini çәkmә bacarsan nә qәdәr,
Keçmiş-gәlәcәklә salma heç qәlbә kәdәr,
Mey iç vә xoş ol, apardı yoxdur buradan
Bir arpa da, lap olsa xәzinәn dә әgәr.
 

«Ömrün başa çatmışsa, nә Bağdad, nә Bәlx…»

 
Ömrün başa çatmışsa, nә Bağdad, nә Bәlx,
Peymanә dolubdursa, nә şirin, nә tәlx,
Mey nuş elә, biz ölmәliyik, bu ay isә
Sonsuz dәfә sәlx13 qürrә14 olar, qürrә dә sәlx.
 

«Onlar ki müdam әqlә әsir olmuşlar…»

 
Onlar ki müdam әqlә әsir olmuşlar,
Var-yox deyәrәk dәrdә, qәmә dolmuşlar,
Sәn get bundan bixәbәr ol, meylә yaşa,
Onlar qoralıqda çürüyüb solmuşlar.
 

«Әqli işinә rәhbәr edәn insanlar…»

 
Әqli işinә rәhbәr edәn insanlar
Heyhat ki aldanıb öküzdәn süd umar.
Yaxşı bu ki geysinlәr avamlıq libası,
İndi ağıla göyәrti dә satmırlar.
 

«Dünyanı qarış-qarış gәzәn alimlәr…»

 
Dünyanı qarış-qarış gәzәn alimlәr,
Sirrin arayıb dәrk elәmәk istәdilәr,
Mәn anlamıram heç ki, nәhayәt onlar
Bir şey qana bildilәr vә ya bilmәdilәr?
 

«Onlar ki әdәb, fәzl ilә mәşhur idilәr…»

 
Onlar ki әdәb, fәzl ilә mәşhur idilәr,
Elmin, sәnәtin mәclisinә nur idilәr,
Bir yol tapa bilmәyib qaranlıqlardan,
Әfsanә danışdılar, vәfat eylәdilәr.
 

«Çox baxma ki, dildә, sözdә alimmi kişi…»

 
Çox baxma ki, dildә, sözdә alimmi kişi,
Sәn bax necәdir әhdә vәfasında işi,
Öz öhdәsinә götürdüyün etsə әgәr
Ancaq bu olar mәrdcәsinә yüksәlişi.
 

«Ömrüm ağacı o gün ki kökdәn üzülәr…»

 
Ömrüm ağacı o gün ki kökdәn üzülәr,
Әczası vücudumun pәrişan tökülәr.
Bir kuzә qayırsalar kilimdәn o zaman,
Badәylә o kuzә doldurulsa, dirilәr.
 

«Onlar ki dәrin mәnalı sözlәr dedilәr…»

 
Onlar ki dәrin mәnalı sözlәr dedilәr,
Allah deyә çox çәrәn-pәrәn söylәdilәr,
Әsrarını varlığın bilәn olmadı heç,
Yalnız çәnә döydülәr vә torpaq yedilәr.
 

«Dünyaya gәlib başladılar boş cuşә…»

 
Dünyaya gәlib başladılar boş cuşә,
Şadlıqla qoşuldular bütün eyş-nuşә.
Bir kasә içib yıxıldılar mәst olaraq
Torpaqda alıb bir-birini ağuşә.
 

«Onlar ki ibadәtdә yasa batmışlar…»

 
Onlar ki ibadәtdә yasa batmışlar,
Onlar da ki hәr şeyi meyә satmışlar,
Heç bir qurusu yox, hamısı yaşdırlar,
Heç bir oyağı yox, hamısı yatmışlar.
 

«Hәm köhnә adamlar – qocalar, hәm yenilәr…»

 
Hәm köhnә adamlar – qocalar, hәm yenilәr,
Bir-bir doğular, bir az qalar, sonra ölәr.
Heç kimsәyә qalmayır bu dünya әbәdi,
İnsan belәdir: gәlib, gedir, gәldi, gedәr.
 

«Saldı bu cahana mәni mәcburiyyәt…»

 
Saldı bu cahana mәni mәcburiyyәt,
Artırdı hәyat da buna yalnız heyrәt,
Getdik buradan nifrәt ilә bilmәyәrәk
Noldu bu gәliş, qalış, gedişdәn mәqsәd.
 

«Yoxluq suyu ilә әkdirilmiş toxumum…»

 
Yoxluq suyu ilә әkdirilmiş toxumum,
Qәm atәşi ilә yandırılmış ruhum,
Yeltәk avara dövr edirәm dünyanı
Ta torpağımın alındığı yerdә olum.
 

«Acgözlüyü at, hәyatda rahәt yaşa sәn…»

 
Acgözlüyü at, hәyatda rahәt yaşa sәn,
Yaxşı-yaman ilә aranı üzmәlisәn.
Bir әldә qәdәh, birindә canan zülfü
Zövq al ki, ömür keçib-gedir gözlәmәdәn.
 

«Gәldim, gәlişimdәn nә qazanmış dünya…»

 
Gәldim, gәlişimdәn nә qazanmış dünya?!
Getdim, gedişim vermәdi bir fayda ona.
Ancaq mәnә bir deyәn dә heç olmadı ki,
Noldu gәlişimdәn-gedişimdәn mәna?!
 
11Səhl – rahatlıq.
12Gəbr – atəşpərəst.
13Səlx – ayın sonu.
14Qürrə – ayın əvvəli.
Бесплатный фрагмент закончился. Хотите читать дальше?
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»