Rübailər

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Müşfiqli günlərim
Müşfiqli günlərim
Электронная книга
152 
Подробнее
Шрифт:Меньше АаБольше Аа

«Hәm dost vә hәm düşmәn ilә yaxşı dolan…»

 
Hәm dost vә hәm düşmәn ilә yaxşı dolan,
Heç pislik edәr başqasına yaxşı olan?!
Pislik elәsәn düşmәn edәrsәn dostu,
Sәn yaxşılıq et, düşmәnin olsun aşnan.
 

«Keçmәz arada lovğalı sözlәr, qәlp pul…»

 
Keçmәz arada lovğalı sözlәr, qәlp pul,
Kefxanәmizә kibr3, riya tapmaz yol,
Bir piri-xәrabәti bizә etdi xitab:
Mey iç ki, mәzarda yatacaqsan bol-bol.
 

«Mütriblә şәrab, bir dә nigar varsa әgәr…»

 
Mütriblә şәrab, bir dә nigar varsa әgәr,
Bir yanda da bağ, axar sular varsa әgәr,
Bәsdir sәnә bu, cәhәnnәmi salma yada,
Cәnnәt dә fәqәt böylә olar, varsa әgәr.
 

«Hәr rast gәlәnә sirrini açmaz hәr kәs…»

 
Hәr rast gәlәnә sirrini açmaz hәr kәs,
Qәlbindәkini özgәyә derkәn qısa kәs!
Bir türfә halım var, acizәm şәrhindәn,
Bir sirrim var ki, heç kimә söylәnmәz.
 

«Bütxanә vә Kәbә qulluğun sәhnәsidir…»

 
Bütxanә vә Kәbә qulluğun sәhnәsidir,
Naqus4 vә әzan әsirliyin nәğmәsidir,
Mehrab ilә, mәscid, kilsә, xaç, tәsbeh,
Bunlar hamısı әsarәtin pәrdәsidir.
 

«Ruhumla sәmadan aradım ilk gündәn…»

 
Ruhumla sәmadan aradım ilk gündәn
Lövhü, qәlәmi, cәhәnnәmi, cәnnәti mәn.
Sonra mәnә anlatdı müәllim düzünü:
Sәn bunları axtar fәqәt öz qәlbindәn.
 

«Novruz şehi xoşdur düşә gül çöhrәsinә…»

 
Novruz şehi xoşdur düşә gül çöhrәsinә,
Xoşdur çıxa bir gözəl çәmәn sәhnәsinә,
Ondan ki dünәn keçib, danışmaq boşdur,
Xoşdur qulaq asmaq bu günün nәğmәsinә.
 

«Üzmә özünü sәn, canına qәsd elәmә…»

 
Üzmә özünü sәn, canına qәsd elәmә,
Öz qismәtinә razı ol, artıq dilәmә,
Azdır demә sәn, hәr nә qәdәr bәhrәn var,
İlk gündәn alınmış o adınla qәlәmә.
 

«Söz-sov nәyә lazım bizә, dur badә gәtir…»

 
Söz-sov nәyә lazım bizә, dur badә gәtir,
Qönçә kimi ağzın bu gecә ruzimәdir,
Mey ver mәnә, ey can, gül üzün rəngindә,
Tövbәm dağınıq zülfünә bәnzәr, o nәdir?!
 

«Bir әldә qәdәh, birindә canan saçı… xoş…»

 
Bir әldә qәdәh, birindә canan saçı… xoş!
Bir bağda sәadәtlә könül mәst olmuş,
Salmır yadına bu alәmin dәrdlәrini,
İşrәt meyini içir olunca sәrxoş.
 

«Başdan-başa dünyanı tamam gәzdik biz…»

 
Başdan-başa dünyanı tamam gәzdik biz,
Sonsuzluğunu üfüqlәrin sezdik biz,
Bir kәsdәn eşitmәdik bu yoldan dönәni,
Hәr kim bu yolu keçib gedib, qoymamış iz
 

«Yad dost olacaq mәnә, әgәr etsә vәfa…»

 
Yad dost olacaq mәnә, әgәr etsә vәfa,
Bәdxahımdır dostum, әgәr etsә cәfa,
Nuşun ziyanı olsa әgәr, niş olacaq,
Padzәhr5 olacaq zәhәr, әgәr versә sәfa.
 

«Şeyxi gördüm meyxanadan mәst çıxır…»

 
Şeyxi gördüm meyxanadan mәst çıxır,
Qolda canamaz, әldә dә bir şişә çaxır,
– Ey şeyx, – dedim, – nә var, nә üz verdi sәnә?
– Mey iç, – dedi, – dünyanın işi sel tәk axır.
 

«Bizdәn dә qabaq gecә-günüz olmuşdur…»

 
Bizdәn dә qabaq gecә-günüz olmuşdur,
Göylәr dә yenә bu cür dönüb durmuşdur,
Bu torpağa, gözlә, asta bas addımını,
O, bir gözəlin göz bәbәyi olmuşdur.
 

«Bәsdir bu cәfәngiyata aldandım hey…»

 
Bәsdir bu cәfәngiyata aldandım hey,
Bizar elәdi mәni yalan hәr bir şey,
Bundan sonra mәnәm vә şux dilbәrlәr,
Cәnnәt-duzәx demә, de mәşuqә vә mey.
 

«Bәsdir daha mәscid odu, kilsә dumanı…»

 
Bәsdir daha mәscid odu, kilsә dumanı,
Bәsdir bu behişt xeyri, cәhәnnәm ziyanı,
Get lövhünә bax, gör ki qәza ustadı
Yazmışdır әzәl gündәn olub-olmayanı.
 

«Şadlıq mәndәn olur ayıqlıqdan nihan…»

 
Şadlıq mәndәn olur ayıqlıqdan nihan,
Mәstlik isә olur ağılda nöqsan,
Sәrxoşluq-ayıqlıq arasında bir hal
Var ki, mәn onun bәndәsiyәm, ey insan!
 

«Tәrkibini meylә qәdәhin kim qurmuş…»

 
Tәrkibini meylә qәdәhin kim qurmuş?
Heç qırmağını rәva görәrmi sәrxoş?!
Bunca zәrif әllәri, başı, qolları kim
Sevgiylә qurub, kinlә qıran kim olmuş?!
 

«Bir ox ki әcәl atır, sipәrlәr heçdir…»

 
Bir ox ki әcәl atır, sipәrlәr heçdir,
Dövlәt, әzәmәt vә simü zәrlәr heçdir.
Dünyadakı işlәrә baxınca, görürәm:
Tәk yaxşıdı yaxşı, özgə şeylәr heçdir.
 

«Camla mey ilә, saqi ilә bir çәmәnә…»

 
Camla mey ilә, saqi ilә bir çәmәnә…
Bunlar mәnә nәqd ola, behişt nisyә sәnә.
“Cәnnәt” vә “cәhәnnәm” sözü boş sözlәrdir,
Kim getdi, qayıtdı oradan, söylә mәnә!?
 

«Dünya malına bunca hәvәs, arzu nәdәn…»

 
Dünya malına bunca hәvәs, arzu nәdәn?
Heç gördünmü bir әbәdi ömr elәyәn?!
Cismindә gedib-gәlәn nәfәslәr burovuz,
Şey ki burovuzdur, ona bel bağlama sәn!
 

«Çayda su axar kimi, biyabanda külәk…»

 
Çayda su axar kimi, biyabanda külәk,
Bir gün yenә ömrümüzdәn ötdü, ötәcәk,
Mәn dәrdini çәkmәrәm nә mәchul sabahın
Vә nә dünәnin ki, heç dönüb gәlmәyәcәk.
 

«Biz yer üzünә gәlmәmişik istəklə…»

 
Biz yer üzünә gәlmәmişik istəklə,
Mәcbur olaraq getmәyimiz dә öylә;
Dur, başla işә, şәrab gәtir, ey saqi!
Dünya qәmini yumaq gәrәk badә ilә.
 

«Novruzda bulud lalә üzün oxşarkәn…»

 
Novruzda bulud lalә üzün oxşarkәn,
Dur get sәni gözlәyir qәdәhdә badәn,
İndi bu göy otlar ki, edirsәn tamaşa
Bir gün göyәrib çıxar sәnin qәbrindәn.
 

«Yol tapdı bağa bülbülümüz sәrxoş ikәn…»

 
Yol tapdı bağa bülbülümüz sәrxoş ikәn,
Mey camını vә gül üzünü gördü gülәn,
Gәldi mәnә hal dili ilә bildirdi:
Anla ki, ötәn ömrü tapa bilmәzsәn.
 

«Kam almadı heç bu dünyadan bir aqil…»

 
Kam almadı heç bu dünyadan bir aqil,
Sәn göylәri ya yeddi vә ya sәkkiz bil,
Öldünmü, sәni ya qurd yesin bir çöldә,
Ya gorda qarışqalar yesin, fәrqli deyil.
 

«Novruz günü lalә tәk qәdәh al әlinә…»

 
Novruz günü lalә tәk qәdәh al әlinә,
Hәmdәm ola bir lalәyanaqlın da sәnә,
Mey nuş elә şadlıqla ki, birdәn bu fәlәk
Rәhm etmәyәrәk son qoyacaq mәnliyinә.
 

«Madam ki sәnә bir dәfәlikdir ölmәk…»

 
Madam ki sәnә bir dәfәlikdir ölmәk,
Öl, bir dәfә qurtul, bu zәiflik nә demәk.
Var-yox bir ovuc damar, dәri, qan vә sümük –
Bunlar, elә bil heç olmayıb, qәm nә gәrәk?!
 

«Madam ki, hәqiqәti yәqin anlamırıq…»

 
Madam ki, hәqiqәti yәqin anlamırıq,
Ömrü gümana bağlamaq olmaz artıq,
Әn yaxşı budur piyalәdәn çәkmәyәk әl,
Xoşluqla içәk, olaq nә sәrxoş, nә ayıq.
 

«Torpaq ki olub hәr heyvanın tapdadığı…»

 
Torpaq ki olub hәr heyvanın tapdadığı,
Bir qız saçıdır, ya ki sәnәmlәr yanağı,
Kәrpic ki, durur hәr sarayın bürcündә
Şahlar başı olmuş o, vәzirlәr ayağı.
 

«Xoşbәxt o ki bu dövrdә azad yaşamış…»

 
Xoşbәxt o ki bu dövrdә azad yaşamış,
Az-çox nәyi var, razı qalıb şad yaşamış.
Ömrün qısa müddәtin qәnimәt bilmiş,
Meydәn vә gözəldәn alaraq dad, yaşamış.
 

«Xәyyam, günah üçün bu matәm nә demәk…»

 
Xәyyam, günah üçün bu matәm nә demәk?
Qәm çәkmәyinin faydası varmı, de görәk?!
Onlar ki günahsızdır, edilmәzlәr әfv,
Әfv mәhz günahkarlaradır, qәm nә gәrәk!
 

«Xәyyam ki tikәrdi xiymәlәr6 fәlsәfәdәn…»

 
Xәyyam ki tikәrdi xiymәlәr6 fәlsәfәdәn,
Qәm tәndirinә düşüb kül oldu birdәn,
Kәsdi әcәlin qayçısı ömrün ipini,
Satdı onu dәllali-qәza heç neçәdәn.
 

«Tәrkibini bu tәbiәtin böylә edәn…»

 
Tәrkibini bu tәbiәtin böylә edәn,
Öz etdiyini qüsurlu etmiş o nәdәn?
Yaxşı elәmişsә nә üçün bәs dağıdır?
Pisdirsә әgәr bu eybi bәs kimdir edәn?
 

«Sirlәrdәn iraqda heç kimin yoxdu yolu…»

 
Sirlәrdәn iraqda heç kimin yoxdu yolu,
Bu qanqaralıqda hәr kәsin qәlbi dolu.
Yalnız qara torpaqdır әsl mәnzilimiz,
Mey iç ki, bu әfsanәlәrin yoxdu sonu.
 

«Zövqün qәdәhindә meyi-gülrəng xoşdur…»

 
Zövqün qәdәhindә meyi-gülrəng xoşdur,
Ud nәğmәsi ilә naleyi-çəng xoşdur,
Zahid ki xәbәrsizdi şәrab camından,
Bizdәn uzaq olsa әlli fәrsәng7 xoşdur.
 

«Haqq axtarana gözəl, ya çirkin birdir…»

 
Haqq axtarana gözəl, ya çirkin birdir,
Aşiqlәr üçün küfr vә ya din birdir,
Mәcnuna geyim ya atlaz olsun, ya palaz,
Vurğunlar üçün kasıbla zәngin, birdir.
 

«Bir arifi gördüm, mәnә röyada dedi…»

 
Bir arifi gördüm, mәnә röyada dedi:
– Yatmaqla heç insanın açılmaz bәxti,
Yatmaq ki var ölmәklә bәrabәrdir, qalx.
Mey iç! Yerin altında yatarsan әbәdi.
 

«Dünyada hәqiqәt ağacı bar vermәz…»

 
Dünyada hәqiqәt ağacı bar vermәz,
Getmir çünki doğru yol ilә heç kәs.
Burda hәrә bir zәif budaqdan yapışıb,
Bunlarca dünәn, bu gün, sabah fәrq etmәz.
 
3Kibr – təkəbbür.
4Naqus – zəng.
5Padzəhr – zəhərin əksi.
6Xiymə – çadır.
7Fərsəng (fərsəx) – məsafə ölçüsü, təxminən 5-6 km-ə bərabər idi.
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»