Günahsız günahkar. Roman. Hissə – 4

Текст
Читать фрагмент
Отметить прочитанной
Как читать книгу после покупки
Günahsız günahkar. Roman. Hissə – 4
Шрифт:Меньше АаБольше Аа

© Fatma Axmed kızı Nabieva, 2021

ISBN 978-5-0055-1735-7 (т. 4)

ISBN 978-5-0055-1727-2

Создано в интеллектуальной издательской системе Ridero


Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.

Fatma Nabieva

Nicat maşını idarə edirdi, dodağı – üzü əllərinin üstü qanamışdı. Aylın Nicatın Ramizi döyməyindən razı qalmışdı, Nicatın mərdliyi və tərbiyəsi Aylına qürur verirdi. Nicatdan soruşmadı yol boyunca canın acıyırmı deyə, maşının yan şüşəsindən dışarı baxdığında, Nicatın əksini görürdü. Nicat sakit görünürdü, Ramizin kimi kinli bir hali yoxdu. Nicat Aylına qarşı, Ramizdən dəfələrlə mərəfətli olduğunu sübut etmişdi. Uşaqda sakit oturmuşdu Aylının qucağında. Nicat tez – tez güzgüdən uşağa – Aylına baxırdı, Aylının dışarı baxmasından anlamışdı, Ramizə həddini bildirməsindən çox razı idi. Nicata Aylının bu haq davranışı qürur verirdi, belə qürur hissini heç doğma atasından hiss etməmişdi. Özünü qandığından birinci xöşbəxt hissi idi Aylından alırdı, maşının sürəətini artırıb yoluna davam etidi.


Dilqəm Ramizi evə gətirmişdi, həkim yoxlayıb çıxdı otaqdan. Əlindəki yazılı kağızı uzadıb – Dilqəmə: burda yazdıqlarımı edin əzikləri tez sağalsın. Dilqəm kağızı alıb təşəkkür etdi, həkim getdi. Dilqəm həkimi ötürməkçün getdi ardınca.

Ramizin başı üstündə Bahar xalası oturmuşdu ah çəkə – çəkə, Dilqəmdə qayıtdı tezliklə otağa. Ramizə sakitləşdirici iynə vurmuşdu, təsirindən gözlərini yumub yuxuya gedirdi. Bahar anası əliylə ağzını tutub səssiz – səssiz ağladı Ramizin başı üstə. Dilqəmin ürəyi parçalanırdı anasının ağladığını gördükdə, gəlib Ramizin yanında oturub baxdı, Ramizin üz – gözündə sağ yer qalmamışdı, anası ayağa durub çıxdı otaqdan gözləri yaşlı. Dilqəm öz – özünə: Allah mənim cəzamı versin, lənət olsun, Ramizə yardım etmədiyinə çox üzülürdü. Ancaq yardım etsəydi, Aylınla birlikdə sevgilisi Nazlınıda itirə bilərdi. Nicat Nazlıya qardaş sayılırdı, işdən getdiyindən göz yaşları qurumurdu Nicatın ardınca. Dilqəm Ramizin alnını sığalllayıb baxdı yaşarmış gözləriylə, qardaşı dediyinin bu günə düşməsinə yanırdı, qalmışdı ortalıqda çarəsiz.


Nicat duş alıb əynini dəyişib gəldi otağına, qapı döyüldü, Aylın əlində ilac qutusuyla içəri girdi. Nicat – Aylına: gərək yoxdur canım, Aylın gəlib Nicatın yatağında əyləşib, əliylə vuraraq gəl əyləş deyə işarə etdi. Nicat gəlib əyləşdi yanında, Aylın əlindəki pambıqla Nicatın dodağındakı – üzündəki yaralanmış yerləri yavaş – yavaş sildi. Nicat yarasına toxunduqca səssiz dayanırdı, canı acısada ofuldamırdı. Aylın pambıqı ilacla nəmlədib yaralarını silirdi, İkisidə susurdular danışmırdılar, çox oxşardılar Aylınla Nicat xasiyyətlərindən, soz demədən anlayırdılar biri – birilərini.

Aylın – Nicata: köynəyini çıxart, Nicat köynəyini çıxardı, bədənində qaralmış – göyərmiş yerlər vardı, Aylın gətirdiyi ilacı açıb, əzilmiş yerlərinə sürtdü yavaş – yavaş, Nicat unutmuşdu canının acısını. Aylının ona qayğı göstərməsindən çox xöşbət idi, Niatın tərbiyəsi tamam başqa idi, Aylının üzünə baxa bilmirdi əynində köynəksizdir deyə. Aylın ayağa qalxdı – Nicata: axşam yatanda birdə sürtərik, bir şeyin qalmaz yaxın 10 günə. Aylının zarafat etdiyini anladı, Nicat gülümsədi, Aylın ilacları götürüb otaqdan çıxdı. Nicat əyninə köynəyini geyinib, yerinə uzanıb düşündü, gülümsədi.


Aylın ilac qutusunu yerinə qoyub, gəlib qapıdan Nicatın atasına baxdı, kişi yatmışdı. Aylın geri mətbəxtdə gəlib Nicata limonlu çay hazırladı, götürüb gəldi qapını döyüb, içəri girdi.

Nicat yerində oturdu Aylın gəldiyində, gəlib yanında əyləşib çayı Nicata verdi, iç bunu yaxşı gələr biraz. Nicat çayı götürüb bir udum içdi, dodağı acısada hiss etdirmədi. Aylında anlayırdı Nicatın canı acıyırdı bildirmirdi, – Niçata: sən çayını bitir, mən yemək hazırlayım. Ayağa qalxmaq istəyirdi, – Aylına: üzür istəyirəm, Aylın Nicata baxdı anlamadı. Nicat – Aylına: bilirəm dayın oğlunun xətrini çox istəyirsən, onu vurmamı əsla istəməzdin. Aylın biraz dayanıb baxıb gülümsədi, – Nicata: bilirsənmi, qırmızı xətt çizgisi var hər şeyin. Yəni hövsələnində, hörmətində, insanlığında, sevginində, bir həddi və qırmızı çizgizsi var, o ki qırmızı çizgini keçdin, ya söyülməlisən, yada vurulmalısan ki həddini ötdüyünü anlayasan. Dayım oğluda keçmişdi dediyim o xətti çoxdan, üzür istəmə sən lazım olanı etdin. Payınıda aldı əllərinə sağlıq deyərdim, ancaq sənində əllərində sağ yer qalmamış, 10 gündən deyərəm. Aylın ayağa qalxıb otaqdan çıxıb getdi, Nicat Aylının dalınca baxıb düşünürdü. B ilirdi bu son deyildi, Ramiz mütləq hardansa əvəz çıxmağa çalışacaqdı. Nicat özünə görə narahat deyildi, qorxurdu Aylına bir şey edərdi yanında olmadığında.


Beləcə bir həftə keçdi, Nicat evə gəlib Aylını səslədi, Aylın xanım, Sərdar bəy hardasınız? Aylın qucağında uşaqla gəldi. Aylın – Nicata: burdayıq əmisi, Nicat gəlib uşağı götürüb öpüb keçib əyləşdi, aslanım gözəl xəbərim var anana. Nicat Aylına baxdı, Aylında gəlib əyləşdi – Aylına: yeni işimizçün uyğun bir yer tapdım canım. Aylın – Nicata: xeyirli uğurlu olsun əmisi, çox gözəl. Nicat – Aylına: mən bəyəndim baxdım, ancaq sənində baxman lazımdır, xoşuna gəlməsə başqa yerə baxarıq. Aylın – Nicata: gərək yox dostum, sən bəyənmişsən yetər, içinə lazım olan hər şeyi sifariş et sabahdan. Aylının özünə olan etibarına Nicat çox sevinirdi, – Aylına: mən sabahdan hər şeyi təşkil edəcəm, sənin istədiyin kimi olacaq şirkətimizin və hər şeyi. Səni bilirəm artıq, çalışdıq birlikdə xasiyyətinə bələdəm. Aylın ayağa qalxıb – Nicata: o zaman hadi yeməyə, Nicat – uşağa: gedək aslanım işimiz çoxdur, yeməyimizi yeyək və başlayaq. Ayağa qalxıb Aylının ardınca mətbəxtdə getdi qucağında uşaqla.


Nazlı işdən tez çıxmaqçün Dilqəmdən izin almağa otağa gəldi. Dilqəm anlamışdı Nazlının üzündən nə isə kefi yox idi, – Nazlıya: canım bir şeymi oldu? – Dilqəmə: mən bilmirəm necə deyim sənə. Dilqəm narahat oldu – Nazlıya: desənə canım üzməsənə ürəyimi. Nazlı dərindən nəfəsini alıb – Dilqəmə: mən bu gün evə tez getsəm olarmı? – Nazlıya: bir şeymi oldu canım? anan yaxşıdırmı? narahat olub ayağa qalxdı. Nazlı – Dilqəmə: yox – yox olmadı heçnə, yaxşıdı anam çox şükür. Sadəcə mən biraz özümü yaxşı hiss etmirəm halsızam, Dilqəm narahat oldu. Nazlıya yaxınlaşıb baxdı üzünə, canım sənin rəngində uçmuş, əlini alnına qoyub baxdı – Nazlıya: canım sənin atəşində var, niyə bu halda işə gəlmisən? gəl birinci həkimə, sonra evə. Nazlı – Dilqəmə: yox həkimə gərək keçər, yəqin soyuqlamışam narahat olma. Dilqəm Nazlını çox istəyirdi, yarpaq kimi əsirdi üstündə, – Nazlıya: narazılıq istəmirəm canım, nə deyirəm o da olacaq tamammı? masadan telefonunu açarlarını götürüb, Nazlının qolundan tutub apardı, gəl canım gedək. Nazlı istəmirdi həkimə egtsin, Dilqəm qolundan tutub apardığında, məcbur getməli oldu.

Ramiz Dilqəmlə rastlaşdı, Nazlının qolundan tutub apardığını görüb – olara: nə oldu? xeyir ola? Dilqəm – Ramizə: Nazlının atəşi var. Ramiz Dilqəmin ağzından söz çıxan kimi narahat oldu, nə? atəşinmi var? niyə deməmisən bizə? Ramiz yaxınlaşıb Nazlının alnına əlini qoyub baxdı. Sən yanırsan bacım, niyə belə halda gəmisən işə? həkimə gedirik bu dəqiqə. Ramiz Nazlını bacısı kimi çox istəyirdi, Aylında ondan gedəni həmişə yanında dayaq Nazlı vardı.

Dilqəm – Ramizə: qardaşım bir imkan vermədin sözümü bitirim, məndə onu həkimə götürürəm, sən qal şirkətdə mən aparıram. Ramiz razı olmadı, Nazlının qolundan tutub, – Dilqəmə: sən qal qardaşın aparacaq onu həkimə. Mən sənə xəbər edərəm narahat olma qardaşım, danışdıqmı? Nazlı ortada qalmışdı baxa, ikisinədə yox deyə bilməyəcəyi insanlardılar. Ramizin xətrinə dəymədi Dilqəm, tamam o zaman xəbər gözləyirəm sənədən, apar. Nazlını aparıb getdi Ramiz,

Nazlı gedərkən Dilqəmə elə baxdı ki, sanki son gedişiydi. Dilqəm Nazlının xəstələnməyini belə istəmirdi, Nazlının elə baxışları ürəyini göynətdı. Nədən ürəyi bu qədər narahat idi? kimdə olmur ki, sadəcə atəşi vardı, gülümsəyib, əl yellədi Nazlıya. Şirkətdən çıxıb getdilər, Dilqəm yerində donub qalmışdı baxa ardlarınca.

İşçilərdən bir nəfər Dilqəmi səslədi, Dilqəm bəy baxarsınızmı? əlbətddə, işçinin nə dediyinə qulaq asdı.


Aylın oğluyla Nicatın atasının yanında idi, kişi uşaqla oynayırdı, mən sənə çox alışdım şirin evlad, uşaqda kişiyə yaddıq etmirdi. Aylın oların oynamasına baxırıdı, Nicatdan zəng gəldi Aylına. Aylın telefonunu götürüb cavab verdi alo, biraz qulaq asıb – Nicata: anladım, mən indi baxıram zəng edirəm. İşlə əlaqəli Aylının harasa zəng etməsi lazımdı, otaqdan çıxıb lazım olan yerə zəng etdi. Alo salam, işlə əlaqəli biraz vaxtınızı ala bilərəmmi? çox gözəl, Aylın danışmağa davam etdi.


Ramiz Nazlını həkimə gətirmişdi, Nazlını yoxlamaqçün içəri almışdılar, Ramiz gözləyirdi. Birazdan Nazlı çıxdı – Nazlıya: nə dedilər? Nazlı gülümsəyib, – Ramizə: dedim axı bir şeyim yoxdur qardşım, ardınca həkimdə çıxdı. Ramiz – həkimə: bacımın nəyi var doktor? – Ramizə: yoxladıq bir şeyi olana oxşamır. Soyuqlamışda ola bilər, ancaq hər ehtimala qarşı analızlərini alsınlar. Həkimin ardınca tibb bacısıda çıxdı otaqdan, – Nazlıya: buyurun sizi götürsün lazım olan analizdərinizi verin. Siz telefon nömrənizi qoyun tibb bacısına, cavablar hazır olan kimi sizinlə əlaqə saxlayacağıq. Hələlik keçmiş olsun, həkim getdi. Tibb bacısı – Nazlıya: buyurun xanım, Nazlını apardı getdilər. Nazlı gedərkən dönüb Ramizə baxdı üzgün baxışlarla. Ramiz əliylə boynunu ovaraq, Nazlıya baxıb gülümsədi, ançaq nədənsə Nazlının elə baxması ürəyinə toxundu. Tez telefonunu çıxarıb zəng etdi, – Dilqəmə: alo qardaşım, yoxmuş bir şeyi çox şükür. Sadəcə analizlərini alacaqlar indi, dəqiq olsun hər şey, birazdan mən Nazlını evə aparacam narahat olma, telefonu söndürüb getdi Nazlının ardınca.

 

Aylın işlə əlaqəli çox yerlərə zəng edib danışırdı telefonla, oğlunu qucağına alıb telefonla danışa -danışa başqa işlərinidə görürdü.


Nicatda yeni şirkətçün kreslolar, masalar, kampyuterlər alırdı. Aylınla Nicat işi qurmaqçün əllərindən gələni edirdilər, Aylın kampyuterdə işçilər axtarmaqçün elanda qoymuşdu. Nicatda maşınla başqa şeylərin ardınca gedir, maşın idarə edə – edə Aylına zəng edib bildirirdi nələr etdiyini, Aylında ona bildirirdi etdiklərini. Nicat bütün gücü ilə çalışırdı, Aylınla çalışacağını düşündükcə sevinci aşıb – daşırdı. Üzündən bəlli idi hər şey sözsüzz ifadə olunurdu, ömründə birinCi dəfə idi ki belə xöşbəxt idi, maşının sürəətini artıraraq getdi.


Axşam olmuşdu, Ramiz Nazlını evinə aparmışdı, Dilqəm Nazlını görməyə evlərinin qarşısına gəlmişidi. Maşına söykənib Nazlının gəlməsini gözlyirdi, Nazlı az vaxtdan evdən çıxıb Dilqəmə tərəf gəldi. Dilqəm Nazlını qollarını açıb, qucaqlayıb özünə sıxdı bərk – bərk, – Dilqəmə: görən olacaq bizi. Dilqəm Nazlını buraxmadan, görsünlər, sevgilimi qucaqlamağa olardanmı izin alacam? Nazlının alnından öpüb, baxdı gözlərinə diqqətdlə. Nazlı – Dilqəmə: yaxşıyam mən narahat olma canım, Dilqəmin gözlərindən oxuyurdu nə demək istədiyini. Dilqəm Nazlını təkrar bağrına basıb – Nazlıya: birdaha xəstələnmə canım, tamammı? Dilqəm uşaq kimi qorxmuşdu! Nazlının halsızlığından. Nazlı gülümsəyib, Dilqəmin üzünə baxdı utancaq baxışlarla, sənin bu qədər həyəcanlanacağını bilmirdim, söz xəstələnməyəcəm artıq. Dilqəm Nazlını uşaq kimi təkrar – təkrar qucaqlayıb, canımın – canısan. Nazlıda Dilqəmin sinəsinə başını qoyub, – Dilqəmə: səndə mənim canımsan. Dilqəmə bu söz elə təsir etdi ki, Nazlını qucaqlayıb bərk – bərk sıxdı özünə, gülümsədi.


Beləcə günlər keçirdi, Aylınla Nicat çalışmağa başlamışdılar. Aylın qucağında uşaqla şirkətdə Nicat tək qalmasın deyə, çalışırdı bacardığı qədər. İnternetə qoyduğu elanlanlarındanda maraqlanıb, gələn yeni işçilərdə vard idi şirkətdə. Nicat- Aylına: sənə bu şirkətdə göstərmədiyim bir syurprizim daha var. Aylın – Nicata: nəymiş dostum syurprizin? Nicat gəlib Aylının qucağından uşağı götürdü. Yuxarı qaldırıb uçurdaraq uşağı oynatdı, – uşağa: əmi səni uçurdaraq syurprizə götürsünmü?

Aylın Nicatın nə deyəcəyini gözləyirdi. Nicat – Aylına: buyurun Aylın xanım, xanımlar irəlidən, otaqdan çıxmasını gözlədi. Aylın başını narazılıqla sirkələyib gülümsəyərək, çıxdı otaqdan. Nicat – uşağa: Sərdar bəy xanımlara yol verilməlidir bunu unutma, ardınca otaqdan çıxdı.

Aylını şirkətdə göstərmədiyi bir otağın qapısına gətirdi, Aylın dayanıb baxdı qapıya. Nicat – Aylına: syurprizim burdadır aç qapını, Aylın əlini qapıya atıb Nicata baxdı. Nicat gülümsəyərək, – Aylına: aç – aç qorxma. Aylın qapını açıb içəri girdi, otağı görüb gözlərinə inanmadı, əlləriylə üzünü tutub baxdı ətrafa. Niçatda gəldi yanında dayanıb, – Aylına: bəyəndinmi Sərdar bəyin yeni otağını? Aylın Nicata baxdı, sevincindən bilmədi nə desin. Niçat uşağçün otaq hazırlatmışdı, otaqda hər şərait vardı uşağın baxılmasıçün. Yataq yerindən tutmuş, oyuncaqlarına kimi hər şey səliqə ilə qurulmuşdu. Nicat – uşağa: Sərdar bəy yeni otağına xoş gəldin, uşağın üzündən öpüb aparıb yerdə oyuncaqların yanında otuzdurdu, uşaq oyuncaqları götürməyə çalışdı. Nicat ayağa qalxıb gəlib Aylının yanında dayanıb baxdı uşağa, Aylının axlına gəlməzdi belə etmək şirkətdə. Nicat – Aylına: bir söz demədin canım, sevinmədinmi? Aylın sevincindən Ncatın boynunu qucaqladı. Nicat bir anda Aylının özünə sarılmasından həyəcanlandı, ürəyində qəribə hiss yaşandı. Ömründə hiss etmədiyi gözəl bir duyğu idi bu, Nicatda Aylının kürəyinə əliylə sığal çəkdi, özünə sıxdı qucaqladı.

Aylın – Nicata: çox sağol dostum, əlbətddə bunu ancaq sən düşünə bilrədin, şaşırtdın məni həqiqətəndə, əsil syurpriz oldu. Nicatdan ayrılıb, oyuncaqlarla oynayan oğlunun yanında əyləşib baxdı. Canım oğlum yanımda olacaqsan, uşağın saçlarından öpüb qoxlayıb, oxxx cənnət qoxulum mənim. Nicatda gəlib əlyləşdi Aylının yanında, yerə xalca sərilmişdi. Aylın – Nicata: artıq rahat çalışa bilərəm, sayəndə oğlum yanımda olacaq. Nicat uşağın başına sığal çəkib – Aylına: yanımızda olacaq çanım, biz demişdik şirkətdə ancaq ikimiz ortaq olacağıq. Aylın Nicata təcüblə baxdı. Nicat uşağın əlinə oyuncaq verib gülümsədi, – Aylına: yox canım biz üz nəfərik artıq, kiçik Sərdar bəydə bizimlə şirkətdə çalışacaq. Nicatın zarafatına Aylın gülümsədi. Nicat birinci dəfəydi Aylının üzündə gərçək təbəssüm görürdü, oğluyla oynayan Aylına baxıb, olrın hər gün belə xöşbəxt olamalarıçün canını belə verməyi düşünürdü.


Nazlı Dilqəmlə Ramizin deməsinə baxmayaraq işə gəlməyə davam edirdi. Nazlı əlində pafkayla otağa gəldi, pafkanı Ramizin masasına qoyub, gəlib Dilqəmədə bir kağız verdi. Hazırladım siyahıda yazılıb şirkətlərin adları, Dilqəm Nazlıya təşəkkür etdi. Çox sağol canım, sənsiz nə edərdik biz qardaşınla tək başımıza? Ramiz pafkanı açıb baxırdı dokumentlərə. Ramiz -Dilqəmə: mənim bacım yüz işçini əvəz edir burda. Nazlı – olara: birazdan görüşə gələcəklər unutmayın, getdi otaqdan.

Ramiz – Dilqəmə: sən Nazlını sonuncu dəfə nə vaxt yeməyə çıxardın? – Ramizə: imkan oldumu ki qardaşım? – Dilqəmə: çıxın işdən sonra bu gün. Mən Nazlının anasına gedərəm, siz rahat çıxın. Dilqəm şad oldu – Ramizə: qardaşıma çox yaraşır belə təklifləri tez – tez etsə, dahada çox istiyərdik səni. Dilqəm zarafat edib güldü. Ramiz əlini üzünə çəkib – Dilqəmə: qardaşın bir dənədir qədrini bil, Ramiz bilirdi Dilqəmidə son zamanlar çox üzmüşdü bezdirmişdi, ona görədə belə deyirdi. Dilqəm başını narazılıqla sirkələyib, – Ramizə: mən gedim Nazlıya deyim, qardaşımız bizi bu gün yeməyə göndərir, həmdə öz şotundan. Ramiz zarafatla – Dilqəmə: unut qardaşım bir səhvdir etdim, zarafatlaşıb gülüşdülər. Dilqəm gəlib Ramizin boynunun ardından tutub, alnını Ramizin alnına dirəyib – Ramizə: aslan qardaşım mənim. Ramizlə zarafatlaşıb, getdi Nazlının yanına. Ramiz Dilqəmin ardınca baxıb gülümsəyib, kresloya söykənib oturdu, gülsədə – zarafatlaşsada, fikrində olan bəzi başqa şeylər rahatlıq vermirdi ona.

Axşam olmuşdu, Dilqəm Nazlıyla yeməyə çıxmışdılar. Ramiz Nazlının anasının yanına gəlmişdi, yanında əyləşib başını arvadın dizlərinə qoyub sakit dayanmışdı. Uşaq kimi hər saçlarına çəkilən sığala ehtiyacı vardı. Anasının yoxluğu çox sıxırdı onu, Afətdə mehribanlıqla Ramizin saçlarını sığallayırdı. Bilirdi Ramizin Aylına etdiklərini, ancaq Aylının Ramizi nə qədər çox istədiyinidə bilirdi. Ramiz Afətin əlindən öpüb üzünə tutudu, arvat görməyən gözləriylə uzaqlara baxıb fikirə getmişdi. Ramiz baxmayaraq Nicatlada davalaşmışdı, Nazlının anasının xətrinə xatırlamamağa çalışırdı olanları. Nicata olan nifrəti dəyişməmişdi, bunu Afət xalasıda yaxşı bilirdi, görməsədə. Ramizin üzünü – ürəyi hiss edirdi, xətrinidə çox istəyirdi, o üzdəndə o haqda söz demirdi.


Dilqəm Nazlını restorana gətirmişdi, masa sifariş vermişdi əvəlcədən, restoranın işçisi qarşılayıb masalarına dəvət etdi ikisinidə. Dilqəm Nazlının əyləşməsinə yardım edib, özüdə yerinə keçib əyləşdi. Nazlıya baxıb gülümsədi, afisant yaxınlaşıb salamladı, – Dilqəmə: Dilqəm bəy sifarişləriniz az vaxtdan masada olacaq. Masadakı şərab şüşəsini açıb, bakallara şərab süzüb getdi. Dilqəm Nazlının sıxıldığını hiss edirdi, – Nazlıya: canım sən niyə narahatsan? anana görədirsə yanında Ramiz var, tək deyil. Nazlı – Dilqəmə: yox onan deyil, sadəcə belə yerlərlərdə oturmağa alışıq deyiləm. Dilqəm bakal şərabını götürüb – Nazlıya: alış canım artıq mənimləsən. Səninlə bu gözəl gecəmizçün içək, Nazlı şərab bakalını götürüb yavaşdan toqquşdurdular. Dilqəm şərabdan içib bakalı masaya qoydu, Nazlıda azca içib qoydu bakalını masaya. Dilqəm – Nazlıya: çıxmağımız yaxşı oldu canım, işdə sənə doyunca baxa bilmirəm, belə üz – üzə səni daha aydın görürəm.

Nazlı utandı, baxışlarını qaçırdı Dilqəmdən, Nazlının bu utanmaları Dilqəmə xoş gəlirdi. Nazlını canından çox sevirdi, Diləqm gülümsəyib, Nazlını seyr edirdi. Afisantlar əllərində yeməklərlə gəldilər, gətirib hər şeyi masay yerləşdirdilər səliqə ilə. Afisant – olara: nuş olsun, başqa əmriniz varmı Dilqəm bəy? Dilqəm – olara: hələki yoxdur, çox sağolun. Afisantlar razılıqlarını bildirib getdilər.

Dilqəm – Nazlıya: canım masada sevmədiyin bir yemək varsa de, sifariş edək başqasını. Nazlı – Dilqəmə: hər şey çox gözəldir canım, restoranın bütün yeməklərini yığdırmısan masaya. Dilqəm – Nazlıya: canım nə yaxşı ki səninlə rastlaşdım mən, səni tanımağımla – sevməyimlə çox xöşbəxtdəm. İnan sözlə ifadə etmək mümkün deyil, sən başqa varlıqsan mənimçün. Nazlı – Dilqəmə: səndə mənimçün, utanıb yenə baxışlarını qaçırtdı, Dilqəm dodağını dişləyib, Nazlıya baxıb gülümsədi. Diqəm – Nazlıya: canım yeməklərin dadına bax, gör bəyənirsənmi? Nazlının utandığını görüb, dur mən sənə qulluq edim canım. Nazlının boş qabına yeməkləridən qoyub, mənim ən sevdiklərimdir bunlar, bəlkə ağzımın dadını bilmirəm, bax bəyənəcəksənmi.

Nazlı Dilqəmə təşəkkür edib, çəngəlini götürüb yeməkdən götürüb yedi, ağzında yavaş – yavaş çeynəyərək, yeməyin dadını anlamağa çalışdı. Dilqəmin gözü Nazlıdaydı, Nazlı yeyib dadını anladı – Dilqəmə: mm, çox dadlıdır canım, ağzının dadını bilirsənmiş. Dilqəmdə yeməkdən yeyərək – Nazlıya: mən bunlarsız məhv olaram, anam duymasın. Nazlı gülümsədi, – Dilqəmə: sən anandan gizlin bura yeməyə gəlirsənmiş?

Dilqəm ağzını silib gülümsəyib, – Nazlıya: canım anam sevmir mən belə yerlərdə yemək yediyimdə, deyir ev yeməyi kimi təmiz olmur filan, nə bilirsən kimlər hazırlamış. Nazlı gülümsədi, – Dilqəmə: bağışla canım mən anandan gizlədə bilmərəm, oğlu onun yeməklərini bəyənməyib buralara üz tutur ara – sıra. Dilqəm – Nazlıya: aydaa, canım məni satacaqsanmı? – Dilqəmə: heç incimə məndən. Sən bu gün anananı aldadan, sabah mənidə aldadacaqsan, elə deyilmi? özü deyən sözdən utandı bir anlıq. Dilqəm – Nazlıya: söz canım sənin əllərindən yeyəcəm, bax haram olar gizlin gələrsəmsə. Bu yeməkləri əvəllər yaşadığımız şəhərdə çox yeyərdim, gələndən sonrada dadı ağzımda qaldı. Əlbətddə mənim canım anam bişirən yeməklər dahada dadlıdır. Vərdişdir bura gəlməyim, onuda sən yanımda gəlin olduqdan sonra unudacam, söz. Nazlıya göz vurub gülümsəyib, Nazlının utanıb qızarmasından həzz alaraq, gülümsədi.

Nazlı özü deyən sözdən çox utanmışdı. Dilqəm Nazlının utancını unutmasıçün – Nazlıya: canım səndən bir söz soruşmaq istəyirəm. Ancaq məndən heçnə gizlətmə, olurmu? – Dilqəmə: buyur soruş, olanı deyərəm əgər bildiyim bir şeydirsə. Dilqəm Nazlının gözlərinə baxıb, – Nazlıya: məndən öncə sevdiyin və ya xoşlandığın birisi oldumu? – Dilqəmə: oldu. Dilqəm bir anlıq Nazlının nə deyəcəyini duymaq belə istəmədi, soruşduğunada peşman oldu.

Nazlıda bunu anladı, – Dilqəmə: vardı məni sevən tək sadiq olan, səni tanıdığıma kimi. Dilqəm elə üzgün baxışlarla baxırdı ki Nazlıya, ciddi duraraq sözünə davam etdi. Səninlə tanışıb az vaxtdan qaçdı məndən, bir aydan onu balaca bir qız uşağıyla gəzən gördüm. Dilqəm pərt baxışlarla baxırdı Nazlıya. Dilqəm dözmədi, – Nazlıya: balaca qız uşağıylamı gəzirdi? – Dilqəmə: hə, məndə artıq onu ayırmaq istəmədim qızcığazdan. Biri – biriləriylə çox mehriban görünürdülər. Dilqəmin özünə şaşqın baxışlarla baxdığını görüb gülümsədi, canım mənim itim idi o.

Dilqəm elə bil nəfəs almağı unutmuşdu. Nazlının özüylə zarafat etdiyini anladı. Dərindən nəfəs alıb – Nazlıya: oha, az qala axlımı itirəcəkdim, canım mən sənin zarafatını yeyim, sən qarışıq. Dilqəm bakalı götürüb şərabdan içib, biraz rahatlandı. Nazlının özünü aldadaraq incitməsinə, gözlərini qıyıb baxdı, – Nazlıya: sən dayan canım. Mən sənin o şirin dilindən dişləyəçəm, Dilqəmi tərdə basmışdı.

Nazlı ğözlərini silib, Dilqəmə baxaraq sakit güldü, Dilqəm Nazlının gülməsinə sevindi. Yazığın üzü heç gülmürdü tanıdığından, – Nazlıya: demək itindən başqası olmadı. Nazlı başıyla olmadı deyə işarə edib, gülümsədi. Dilqəm sevindi sualının cavabını almasına. Nazlı – Dilqəmə: bəs sənin oldumu sevdiyin və ya xöşlandığın? – Nazlıya: olmadı canım, tək sən varsan həyatımda inan. Nazlı – Dilqəmə: məndən öncə oldusada səni qısqanmaram canım, gizlətməyinə gərək yoxdur, danış dürüst olmanı istəyirəm. Dilqəm – Nazlıya: gərçəkdən olmadı canım. Olsa deyərdim inan, aramızda yalan olmasını istəmədiyimçün soruşdum səndəndə.

Nazlı Dilqəmin üzünə baxmadan, anladım canım. Dilqəm – Nazlıya: canım sən məndən incidinmi soruşduğumçün? bu sənə inamsızlığımdan deyildir. Mən sadəcə səni qorumaq və həyatım böyunca mənim olmanı istəyirəm, mən sənsiz yaşaya bilmərəm, bilirsən bunu artıq. Nazlı – Dilqəmə: yox incimədim, sən haqqımda nə bilmək istəyirsənsə, soruşa bilərsən. Dilqəm – Nazlıya: çox sağol canım, bilmək istədiyim heçnə yoxdur artıq. Mən səni tanıyıram, artıq gərək yox başqa şeyləri soruşmağıma. Nazlı nədənsə Dilqəmin üzünə baxdı, bir anlıq nə isə düşündü. Dilqəm Nazlının hər baxışından anlamağa çalışırdı onu, bir kəlmə soruşmadan.

 

Nicatla Aylında evə gəlmişdilər. Nicat Aylın yorğundur deyə, tez atasının yeməyini siniyə qoyub apardı otağına. Aylın mətbəxtdə gəldi, tezliklə Nicatda gəldi. Nicat – Aylına: əyləş canım, aslan parcam necə yatdı qucağımızda yolda, yoruldu iş ortağımız gülümsədi. Aylının əyləşmədiyini görüb – Aylına: mən verdim onun yeməyini sən əyləş. Mən qulluq edəcəm, çox yoruldun bu ğün səndə, Aylının qolundan tutub zorla əyləşdirdi. Aylın – Nicata: utandırma məni, işin bütün yükü sənin üstündədir, gəl əyləş mən indi, Nicat Aylının sözünü kəsdi. Etiraz istəmirəm, Ayın xanım xayiş edirəm narahat olma, ikisinədə çay süzüb masaya qoydu. Yeməyində altını alışdırıb əyləşdi, – Aylına: mən yorulmuram canım narahat olma. Artıq sən varsan yanımda, gücü səndən alıram. Nicat dediyi sözü Aylın xoşlamaz deyə, tez düzəliş verdi, o kiçik aslan parçasındanda nə qədər enerji alıram bir bilsən. Aylın çayını götürüb içdi, – Nicata: orda dur bir dəqiqə, sənin o aslan parçan bizim bütün olan enerjimizi canımızdan alır. Niçat Aylının sözünə səsli güldü, Aylının yorğunluq gözlərindən axırdı.

Nicat qalxıb yeməyin altını keçirdi, boş qablara yemək çəkib qoydu Aylına, özünə, dolabdan salatlarda götürüb masaya qoydu. Nicat atasına qulluq edib öyrənmişdi, masaya hər şeyi tez bir anda düzdü, çəngəl qaşıqlarda qoyub əyləşdi. Aylın təşəkkür etdi, – Nicata: əllərinə sağlıq. Deyirəm biz bir restoran filanmı açsaq? – Aylına: nuş olsun canım, restoranmı? mənim heç anlayışım yox o işdən. Aylın gülümsəyib, – Nicata: əslində var Nicat bəy, baxsana 3 dəqiqəyə masa hazır oldu.

Nicat anladı Aylının nə demək istədiyini, gülümsəyib, – Aylına: qulluğunda hazıram Aylın xanım, sən istəsən restorandada çalışaram. Aylın yeməkdən bir qaşıq ağzına aparıb, – Nicata: amandı dostum hələ birini həll edək, restoran filan qalsın başqalarına. Nicat gülümsədi, Aylının daxilən zəyiflədiyini anlayırdı. Aylın birinci tanıdığındakı kimi deyildi, o vaxtları Aylın həm daxilən, həmdə xaricən çox güclü idi. Nicatda yeməyini yedi artıq bir söz demədi. Aylına mesaj gəldi, Aylın telefona baxıb gülümsədi. Nicata rəsimi göstərdi telefonu ona tərəf tutub, Nicat Nazlının rəsimini görüb sevindi. Canım bacım mənim, bunlar restorandadırlarmı?

Aylın telefondakı rəsimə bir daha baxıb, – Nicata: hə, yəqin Dilqəmlə çıxmışlar. Nicat birdən narahat oldu, axlına xalasının kiminlə qaldığı gəldi. Nazlı mesaj göndərdi, anamın yanında Ramiz var, narahat olmasın Nicat. Aylın – Nicata: xalan tək deyil narahat olma. Nicat – Aylına: kiminləymiş? Aylın demək istəməsədə dedi, Ramiz varmış. Nicat başqa insan idi, kefi qaçsada Aylına bildirib, onu üzmək istəmirdi. Nacat – Aylına: çox yaxçı canım, xalamın bəzi qanmazlarçün çox gözəl məsəlləri və məsləhətləri vardır, nəticə çıxara bilərmi orası şüphəlidir. Nicat gülümsəyib, yeməyini yeməyə davam etdi.

Nicatın bu sadəliyi Aylını heyran edirdi, heç kimdə görmədiyi sadəlikləri və insanlığı vardı Nicatın. Aylının yorğunluqdan iştahıda yox idi, – Aylına: yeməyini bitir. Aylın dərindən nəfəs alıb yuxu tökülən gözləriylə Nicata baxdı, Nicat qalxıb Aylının yanında əyləşdi. Nicat – Aylına: heç qüsura baxma Aylın xanım, mən səndən alıram gücümü, bilirsən işimiz hələki ağırdır. Aç ağzını biz güclü olumalıyıq, narazılıq istəmirəm. Aylının ağzına yeməyi yedirdi uşaq kimi, bax belə, Aylının heç yeməyi çeynəməyədə halı yox idi. Nicat gülümsəyərək, – Aylına: bilirəm yorğunsan canım, sənə yeməyi çeynəyibdə verərədim diksinməsəydin məndən. Quşların mamaları balalarını elə yedirdirlər, gör necə tez böyüyüb qanad açıb ucurlar insanların təhlükəsindən göylərə. Nicatın bu insan davranışana dözədə bilmirdi, Aylının gözləri yaşardı. Nicat görməsin deyə qalxıb getdi mətbəxtdən, əlində yeməklə baxa qaldı anladı Aylın pis oldu deyə. Yavaş səslə öz – özünü acıladı qaşığı masaya qoyub, mənimdə ağzıma… olsun, quşların mamasının yeriydimi? peşman oldu Aylını kövrəldiyinə. Dərindən nəfəs alıb, qalxıb getdi Aylının ardınca.

Aylın otağa gəlib əyləşmişdi, qapı döyüldü yavaşdan, Aylın tez gözlərini sildi ki Nicat ağladığını görməsin. Nicat icəri girib gəldi, Aylının qarşısında yerə çöküb baxdı. Aylın Nicatdan yaşlı gözlərini artıq gizlədə bilmədi, çünki qarşısında çöküb dayanmışdi dizlərinin üstündə. Nicat Aylının gözlərinin yaşını sildi əlləriylə, – Aylına: bağışla düşünmədən dedim, bağışla məni üzdüm sənə ananı xatırlatdım. Aylın – Nicata: mən onu heç vaxtı unutmadım ki? məni üzən onu xatırlatman olmadı, Nicat Aylına baxdı. Aylının gözlərindən yaş süzüldü üzünə – Nicata: məni üzən, sənin bu qədər mərhəmətli insan olmağına baxmayaraq, zalım həyatın mərhəmətindən kənar qalmandı. Nicat dərindən nəfəs alıb, Aylına baxıb gülümsəməyə çalışsada, bir ixtiyar gözləri doldu. Özünə görə bu qədər mərhəmət duyub göz yaşı axıdanı olmamışdı həyatında, xalasından başqa. Aylın Nicatın boynuna sarılıb, ağladı səsini içinə salıb oğlu oyanmasın deyə.

Niacat Aylını birinci dəfə idi ki, belə qorxmadan, çəkinmədən, heçnə düşünmədən özünə bərk – bərk sıxıb tutudu. Of canım of, sənində ürəyin mənimkindən az mərhəmətli deyil, biz ikimiz nələr çəkmədik ki bu zalım həyatdan? mərhəməti əksik qaldı, heç istəmirəmdə artıq. Tək bir istədiyim var, onu məndən almasın başqa nə mərhəmətini, nədə başqa şeyini isəmirəm. Aylının saçlarının qoxusunu aldı saçlarına üzünü sürtərək, Aylını buraxmaq istəmirdi qollarından. Aylın Nicatın üzündən öpüb, əlləriylə üzündən tutub, – Nicata: sənin o bir istəyinə çatmançün azacıq özünü toparlayıb ürəyindəki sirrini mənə açsan, inan əlimdən gələni edərəm sənin o arzuna çatmançün. Canımıda verərəm sənə gərəkirsə inan, təki sən istəyinə çat, başqa heçnə istəmirəm. Niçatda Aylın əllərini tutub öpüb üzünə tutudu, – Aylına: bilirəm canım verərəsən şüphəm yoxdur, o canına qurban olum sənin. Ancaq o mənim ürəyimdə həyətımın son gününə qədər qalacaq bir arzudur, sirrdir deyə bilməyəcəyim. Aylının axlına Nicatın atası gəldi. Nicatın tək bir doğmasıydı ki, həyatında var idi atasının bundan xəbəri olmasada. Aylın – Nicata: söz verirəm o arzuna çatacaqsan, əllərini Nicatın üzündən çəkib gözlərini sildi.

Nicat ayağa qalxdı, – Aylına: sən yat canım yorğunsan, Aylına yerinə uzanmağa yardım edib üstünü örtdü, yatan uşağa baxıb gülümsədi. Aylının gözləri bağlanırdı yorğunluqdan. Nicat Aylının alnından öpüb, pıçıltıyla – Aylına: söz vermə canım, çünkü qeyri mümkündür bu dediyin. Aylının gözləri bağlanmışdı, Nicat Aylının üzünə sığal çəkmək istəsədə, əlini saxladı toxunmadı. Dərindən nəfəs alıb, yavaş addımlarla otaqdan ışığı söndürüb çıxdı, ehtiyatla qapını örtüb getdi.

Nicat vanna otağına gəlib, suyu açıb güzgüdən özünə baxdı. Çox kövrəldi, öz – özünə: qeyri mümkündür canım söz vermə, səssiz – səssiz ağladı əlləriylə başını tutub. Nicata çox yazıq olmuşdu, canı yanmışdı yazığın.


Səhər açılmışdı, Nicat Aylından qabaq oyanıb, mətbəxtdə səhər yeməyini hazırlamışdı. Atasınında yeməyini verdmişdi işə gedincə. Aylın oyanıb gəldi mətbəxtdə. Nicatın masanı hazırladığını görüb – Nicata: sən niyə zəhmət çəkirsən mən varkən? Nicat qəhvələr süzürdü.

Aylının səsini eşidib gülümsədi. – Aylına: sabahın xeyir canım, gəl bu gün mən qulluq edəcəm sizə. Aylın – Nicata: sabahın xeyir gözəl insan, gəlib Nicatın süzdüyü qəhvələri götürüb yardım etmək istədi, Nicat qoymadı. Aylının qolundan tutub, mehribanlıqla masa arxasında otuzdurdu. Nicat – Aylına: dedim axı mən qulluq edəcəm sən əyləş, Aylının narahat olduğunu hiss etdi, nə düşündüyünü anladı. Nicat – Aylına: onunda yeməyini qəhvəsini vermişəm, sən rahat ol. Gəlib əyləşdi, qəhvənin birini Aylının qarşısına qoydu, Aylın təşəkkür etdi, əllərinə sağlıq dostum. Nicatı üzürdü hər dəfə Aylının ona dostum deməsi, ancaq Nicat nankör biri deyildi, bunada şükür edirdi ürəyində. Nicat – Aylına: nuş olsun, aslan parçam yatır hələ şirin – şirin. Aylın qəhvədən bir udum icib Nicata baxdı, – Aylına: sən yorğunsan bu gün istərsən evdə qal gəlmə işə, mən öfdəsindən gələrəm. Aylın dərindən nəfəs alıb – Nicata: elə söhbət yoxdur, bilirsən gələcəm işə və biz birlikdə çalışacağıq. Nicat çörək diliminə yağ – bal sürtüb Aylına uzatdı, o zaman al canım ye ki işləməyə halın olsun. Aylın çörək dilimini götürüb dişləyib yedi, – Nicata: o zaman özünədə hazırla mən məşğulam dostum, zarafat etdi. Nicat özünədə yağ – bal çəkib yedi gülümsəyib, ikisinində ürəklərndə dağlar qədər dərtləri olsada, biruzə verməməyə çalışırdılar.

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»