Günahsız günahkar. Roman. Hissə – 2

Текст
0
Отзывы
Читать фрагмент
Отметить прочитанной
Как читать книгу после покупки
Günahsız günahkar. Roman. Hissə – 2
Шрифт:Меньше АаБольше Аа

© Fatma Axmed kızı Nabieva, 2021

ISBN 978-5-0055-1732-6 (т. 2)

ISBN 978-5-0055-1727-2

Создано в интеллектуальной издательской системе Ridero


Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.

Fatma Nabieva

Avtobus xeyli getdikdən sonra, Aylın yerindən qalxdı. Çantasını götürüb, şoferin yanına yaxınlaşıb – şoferə: bağışlayın, qarşıda saxlayarsınızmı? mən gedəsi olmadım, enmək istəyirəm. Şofer avtobusu biraz qarşıda sağa çəkib saxladı, – şoferə: vacib zəng gəldi, pulumuda almayacam sizdən, narahat olmayın. Çantamı zəhmət olmasa ala bilərəmmi? şoferin köməkçisi avtobusdan enərək, baqajı açıb Aylının çantasını verdi. Aylın çantasını – verənə: sizə uğurlu yol. Oğlan – Aylına: çox sağolun xanım sizədə uğurlar, tez avtobusa mindi, qapilar bağlandı avtobus getdi.

Aylın yolun kənarında dayanıb baxdı, az vaxtda maşın gəlib dayandı yanında, rəis idi sükan arxasındakı. Aylın çantasını baqaja qoyub, tez keçib əyləşdi ki, görən olmasın. Rəyis tez qaza basaraq yoluna davam etdi. Rəyis – Aylına: çox gözəl başlanğıcdır qızım işinə, bravo dediyimiz kimi yerinə yetirdin hər şeyi. Aylın – rəyisə: işimizin nə qədər ciddi olduğunu bilirəm yoldaş rəyis, dəqiq olmalıdır dediyiniz kimi hər şey, vaxtında və saatında. Rəyis maşını idarə edərək – Aylına: sən bizdə qalcaqsan. Aylın – rəyisə: nəə? sizdə niyə? sən Allah yoldaş rəyis məni oğlunuzla üzləşdirməyin. Çox üzür istəyirəm sözümə görə, oğlunuz sizin kimi ali çənab deyil. Rəyis gülərək, – Aylına: hə əsəbidir oğlum razıyam səninlə, birazda gözdən tərbiyəsini qaçırdığımı gecdə olsa indi anlayıram. Sən onun elə danışmağına baxma qızım, ürəyi pambıq kimi yumşaqdır. Aylın – rəyisə: xayiş edirəm mən otəldə və ya başqa evdə kirayədə qalaram. Nə olar bircə sizdə qalmayım çox xayiş edirəm sizdən, – Aylına: qızım səni kimsə görməməlidir, bu şəhərdən getdiyini düşünür hər kəs, birdəki işimizi anlayırsan çox təhlükəlidir. Mən səni başqa yerdə etibar edib qoya bilmərəm, səni evimizdə Sərdar hazırlaşdıracaq lazım olanlar. Aylın əli ilə alnına vurub of, off, mən necə yuxumu qarışdırmadım axşam? necə hiss etmədim rahat yatdım belə, aman Allahım bircə məni onunla sınağa çəkmə. Aylın bir anlıq rəyisi unudub öz – özünə deyinirdi, rəyis maşını idarə edərək Aylına gülməməkçün özünü zor tuturdu. Aylın – rəyisə: yoldaş rəyis mən bəlkədə dediyimiz o işdən sağ dönərəm, ancaq oğlunuzla bir evdə bir gün yaşasam sabahı üzümə açmaram, inanın infarkt olaram. Rəyis qəh – qəhə çəkib Aylının sözünə ürəkdən güldü, qızım bilirəm ikiniz bir – birinizlə yola getmirsiniz, ancaq sənin həyatını təhlükəyə ata bilmərəm anla. Birdə deyirəm başqa yerdə təlimin mümkünsüzdür çox düşündüm, mənim evimdə olduğunu bilməz kimsə, sənin haqda bir mən birdə oğlum biləcək. Əks halda bizdə qalmağa razı olmayıb şəhərdə gəzib dolaşcaqsansa de indidən işimizə son qoyaq. Aylın – rəyisə: tamam gərək deyil dediyiniz kimi olsun, maşının yan şüşəsindən dışarı baxdı üzgün.

Rəyis anlayırdı Aylının nədən narahat olduğunu, – Aylına: qızım mən səni bu işə dəvət etdiyimçün çox üzgünəm, sənin həyatın çox dəyərlidir mənimçün bil. Bəzi satqınlardan və təhlükədən səni yanımızda evimizdə hazırlayaraq qoruya bilərik, sənin gizlin hazırlandığını uçan quşda bilməməlidir. Rəyis – Aylına: bu gün sənə oxşar kefsiz olan bir nəfəridə gördüm səndən başqa, dur xatırlayım kim idi o? hə yadıma düşdü Sərdarda gördüm, gülümsədi. O da sənin kimi kefsiz oldu bildiyində səni hazırlaşdıracaq işlə əlaqədar, + sənədən fərqli olaraq çox əsəbləşdi. Ancaq bu ciddi işdir belə məsələhətdir dediyimdə anladı, razılaşdı o da qırmadı məni sənin kimi, çox sağolsun ikinizdə. Rəyis Aylına qandırırdı ki, davalaşsanızda bir nöqtəyə gələcəksiniz işin xətrinə. Aylın susdu artıq söz demədi, rəyis güzgüdən Aylına baxıb gülümsəyərək, maşının sürəətini artırdı.


Aylının getməsinə hər kəs üzülmüşdü, Sadiq evə çatan kimi küçüyü qucağından yerə buraxıb – küçüyə: qaç yeməyini ye, küçüyə baxıb gülümsədi. Anası – Sadiqə: oğlum Aylını uğurladınızmı? Sadiq dərindən nəfəs alıb – anasına: hə ana getdi. Sadiqin üzgün olduğunu anladı, ancaq artıq söz demədi, – anasına: mən otağımdayam, getdi. Anası oğlunun ardınca baxıb yavaş səslə, Aylın olduğunda qədrini bilmədin çox üzdün. İndi qızım getdi deyə heç özündə bilmədən elə üzgünsən ki oğlum, dərindən ah çəkib başını narazılıqla sirkələdi. İntizar gəldi – Şahnaza: Şahnaz xanım axşama gələcək qonaqlarınıza nələr hazırlayaçağımız haqda məsləhət verərdiniz zəhmət olmassa. Şahnaz – İntizara: gedək birlikdə düşünək, fikrim qarışdı heç özümdə bilmirəm, getdilər.

Sadiq öz otağına getmədi, Aylının otağına gəlib qapını açıb otağa baxdı üzgün – üzgün. Aayağının yanına gəlmiş kücüyü quçağına alıb – küçüyə: darıxırsanmı dostunçün? qapını örtüb qucağında küçüklə gəlib Aylının yatağında uzandı. Küçüyü qarnının üstə qoyub başını tumarlayaraq – küçüyə: müalicə olunsun gələcək darıxma. Biraz küçüyü sığallatıb gülümsəyərək, – küçüyə: darıxsan səninlə gedərik yanına, dərindən nəfəs alıb gülümsəyərək, küçüyü qaldırıb yuxarda tutdu. Bilirsən? mən Aylını tanıdığımdan bir dəfədə olsun onun gərçəkdən gülümsədiyini görməmişdim. Ancaq sən gəldiyindən sonra onun üzünün ifadəsini gərçəkdən dəyişdirə bildin. Sən balaca varlıq gülümsəməsinə səbəb oldun, əsil dostsan. Sənin adını seçməyində yanılmadı Aylın, mən bu qədər vaxtda onu anlamadım, bacarmadım yazığın üzünü güldürə. Sən isə gəldiyin andan onu anladın sevdin, dərindən nəfəs alıb yerində oturdu. Allahım güldüyüm başıma gəlir, mən artıq öz – özümə küçüklə danışıram. Yatağa uzanıb küçüyü sinəsinə qoyub – küçüyə: sən gərçəkdən çox şirinsən dostum, başını tumarladı.


Ramiz Kamilnən evə gəlib kefsiz oturmuşdu, Aylının dediyi söz yadından çıxmırdı. Kamil – Ramizə: nə dedi Ayın sənə? yol boyuda demədin mənə. Ramiz biraz baxıb, – Kamilə: dedi səhv bir şey eləsəm məni bağışla və hammıdan halallıq istə əvəzimdən. Kamil narahat oldu – Ramizə: niyə elə desin ki? bilmədiyimiz bir problemimi var? Ramiz çiyinlərini çəkib, bilmirəm ki dostum. Kamil biraz düşünüb – Ramizə: yazıq yaddaşının itəcəyini filanmı düşünmüş? yəqin həkimin sözü çox ciddiliyə almış. Aylın həyatta tərs bir şey etməz bilirik artıq bunu, ancaq tərs olan bir şeyə doğru addımlayar, of demədən yandırar özünü. Ramiz – Kamilə: inşallah olmaz tərsə gedən bir şey, Kamil divana söykənib qollarını bir – birinə dolayıb Ramizə baxdı. Ramizin hələdə fikrində qalmışdı Aylının sözündən, qarşısındakı içkidən içərək – Kamilə: mən bir zəng edib baxım necədir. Telefonunu çıxarıb Aylına zəng etdi, alo canım, – Ramizə: birdənəm darıxdınmı? Ramiz Aylının səsini eşidib rahat oldu. Canım mənim darıxmarammı? səsini eşitdim rahat oldum, necəsən? – Ramiə: darıxma birdənəm yaxşıyam narahat olma. Kamil səni təkmi qoydu, yanında deyilmi? Ramiz gülümsəyib, – Aylına: yox yanımdadı, dostum məni tək qoymaz heç vaxtı. Aylın gülümsəyərək, – Ramizə: Kamil kimi ikinci dost nə sən taparsan, nədə mən. Qədrini blməliyik onun, – Aylına: verim danış özüylə, telefonu kamilə uzatdı.

Kamil tellefonu götürdü, alo canım salam, yol yormur ki səni? – Kamilə: yox yormur, narahat olma hər şey yaxşıdır. Sən orda mənim birdənəmi tək qoyma, tamammı? Kamil Aylının sözünü anlamağa calışdı, şüphəli qalmışdılar. Qoymuram canım sən Ramizdən narahat qalma mən onunlayam, əsil biz səndən narahatıq, dərindən nəfəs alıb Ramizə baxdı. Aylın – Kamilə: niyə narahatsınız məndən? – Aylına: yenə özünü oda – ocağa atıb qəhrəmanlıq etməndən ola bilərmi? Ramizi mənə tapşırırsan. Ramizdəndə hər kəsdən əvəzinə halallıq istəməyini xayiş edirsən, bizim bilmədiyimiz bir şeymi var? Aylın gülümsəyərək, – Kamilə: uzun yol gedirəm kim bilir nə olacaq, o üzdən dedim. Kamil – Aylına: şər deməsək xeyir gəlməz məsəli çəkmişsən, sən cavankən qocalırsan canım məsəl çəkmələr filan. Aylın – Kamİlə: hə oğlum səndə bir gün qocalaçaqsan mənim kimi, Kamil Aylının sözünə güldü. Canım nə olsada zarafatından heç qalmırsanda, – Kamilə: zarafatla yaşayıram mən dostum. Kamil – Aylına: zarafatcıl insanların dərdi çox olur hər zaman, başqalarını güldürərək öz dərtlərini içlərində gizlədirlər. İstəmirlər özlərindən başqaları anlasınlar, üzülsünlər. Mən düz tapdım, elə deyilmi? Kamilin bu sözünə Aylın biraz vaxlıq susdu. Kamil – Aylına: burdasanmı canım? – Kamilə: hə burdayam. Az vaxlıq dediyin sözün mənə aid olub – olmadığını düşünürdüm, yenə zarafata saldı sözü sualdan qaçdı. Kamil dərindən nəfəs alıb – Aylına: özünə yaxşı bax. Çatdığında zəng et mütləq bildir gözləyəcəyik zəngini, – Kamilə: tamam deyərəm, öpürəm hamınızı. Kamilə birinci idi Aylın öpürəm sözünü deyirdi, Kamil – Aylına: bizdə səni öpürük canım. Sağollaşıb telefonu söndürüb masaya qoyub, əllərini üzünə çəkib baxdı Ramizə, Kamil Aylından şüphələnmədi. Kamil – Ramizə: hər sözü zarafata salır, ürəyim nəyə isə görə narahat oldu. Sözlərindən bəzən anlamaq çox çətindir onu, bəzən anlamırsan hansını doğru, hansını zarafatla deyir. Belə dediyində Ramiz Kamilə baxıb güldü. Kamildə öz içkisini götürüb içərək düşündü, Aylının sözlərindən bir şeylər axtarırdı. Ramiz başını narazılıqla sirkələyərək baxdıb gülümsədi, Aylının Kamili incitməsinə. Ramiz – Kamizlə: hə dostum o elədir, birdənəsinin ürəyini bəzən anlamaq çox çətin olur sözlərindən. Ramizin ürəyim deməsini duyduqda, Kamil içkini başına çəkib sonuna qədər içib, bakalı masaya qoydu. İçki içini yandırsada bildirmədi, kənara baxdı üzgün – üzgün.

 

Rəyis Aylını evinə gətirdi, çantaları divanın yanında yerə qoyub – Aylına: xoş gəldin qızım. Aylın – rəyisə: vallah yoldaş rəyis bir elədə xoş sayılmır gəlişim oğlunuzun burnunun dibinə. Rəyis Aylının sözünə gülümsəyərək, – Aylına: sən məni bu gün çox güldürürdün qızım, çoxdandı gülməyi unutmuşdum, sayəndə üzüm güldü.

Sərdarda gəldi – atasına: mən bir ay izin aldım sağollaşdım hər kəs ilə, qalan işi sən həll edərsən. Sərdarın danışığından Aylın biraz pərt qaldı, sanki dəyişmişdi. Sərdar – Aylına: başımın bəlası hazırsamı təlimə? Aylın cavab verincə – Aylına: demək ki hazırsan qarşımdasan. Rəyis – Aylına: birdə təkrarlıyıram qızım, səninlə dediyim kimi Sərdar məşğul olacaq, Sərdar atasının sözünü yozaraq Aylına göz vurdu. Atasının oğlunun hərəkəti gözündən qaçmadı, – Sərdara: Sərdar bəy məşğul dediyim işlə əlaqədardır xatırladım sənə bir daha, işində ciddi olaraq dediyim hər şeyi yerinə yetirəcəksən. Sərdar çest verərək – atasına: baş üstə yoldaş rəyis, dediklərini yerinə dəqiqliklə yetirəcəyimə və bunu tezliklə ölümə göndərməkçün əlimdən gələni əsirgəməyəcəm. Atası başını narazılıqla sirkələyərək Sərdara işarə etdi ki, qutar qızı incitməyi. Sərdar – atasına: atacan dediyin kimi mən bununla məşğul olacam, həmdə çox ciddi. Aylına baxdı kinlə gülümsəyərək, atasıda bilirdi Aylının bu işə razı olmasından Sərdar narazıdır, belə deyib Aylını qorxudaraq işindən çəkindirməyə çalışırdı. Aylında Sərdara fikir verməməyə çalışırdı. Rəyis – Aylına: dediyim kimi bizimlə burda qalacaqsan, şəhərə çıxıb yaxınlarından kimsəyə görünməyəcəkən. Sənin otağını birazdan göstərəcək Sərdar, burda bir də otaq hazırlamışıq ki, sənə görüntülü zəng etdiklərində o otağa keçəcəksən. Hər kəs müalicə aldığın xəstəxananın otağında olduğunu düşünəcəklər. Təlim yerində idman zalı olacaq, hər şeylə orda məşğul olacaqsınız Sərdarala. Sərdar atasının sözünə gülümsədi, atası oğluna əsəbləşsədə, artıq söz demədi. Saatına baxıb – olara: mən işə gec qalıram qalanı axşam danışarıq, sizə uğurlar dediklərimi unutmayın ikinizdə, axşama görüşərik getdi.

Aylın Sərdarla qaldı üz – üzə, Sərdar süzürdü baxışları ilə – Aylına: götür çantalarını martş otağına ardımca. Aylın Sərdarın kobut davranışına öyrənmişdi artıq, Sərdara tərs – tərs baxıb cantalarına yaxınlaşdı. Sərdar – Aylına: birdə hünər etmə kamandirinə elə baxmağa, sən məni anladınmı? Aylın çantasını götürüb yavaş səslə öz – özünə: ay mən səndən olası kamandirin, sözünün ardını gətirmədi. Çantalarını götürüb Sərdarın ardınca getdi.

Sərdar çatıb otağın qapısını açıb – Aylına: keç cəld ol, əmir verdi, Aylın otağa keçdi baxdı. Sərdar saatına baxıb – Aylına: sənə beş dəqiqə vaxt işimizə başlayırıq, qapını örtüb getdi. Aylın Sərdarın ardınca, sənə beş dəqiqə vaxt işimizə başlıyırıq, sənin beş dəqiqənədə bütün saatınada, ömrünə də, … … Aylın pis söz işlətdi əsəbindən. Çantasını yerə qoyub açaraq içindən əsəblə paltarını götürdü, paltarını əlləriylə əsəblə sıxaraq dayandı bir anlıq üşündü, öz – üzünə: sakit olmaq lazımdır, nə demişdi Məlik dayı? düşmanının gözünə baxmalısan. Çantasına əli ilə vuraraq, axxx bu tip düşmandan da betərdi, düşmanı vurub öldürərsən canın rahatlanar, bu zibili nə edəsən? qapı açıldı. Sərdar – Aylına: vaxdın bitdi yaxınlaşdı, – Sərdara: mən əynimi dəyişmədim hələ çıx otaqdan. Birdə otağa girdiyində qapını döyməyə unutma, sənə öyrətməyiblərmi belə şeyləri? sənin beyninə girməz bilirəm. Sərdar Aylının sözünə əsəbləşdi, qolundan tutub özünə yaxın çəkib – Aylına: mənə bax bura sənə otel və ya öz evin deyil bu bir, ikincisi öz evimdir necə girərəm özüm bilərəm. Burda əmirləri sən mənə deyil, mən sənə verirəm unutma yerini bil. Sən mənim bütün əmrlərimə tabe olacaqsan tək – tək susaraq, yəni canın çıxa – çıxa anladınmı? buda üç. Mənim dediyim vaxtda hazır olacaqsan qabağıma söz qaytarmadan, buda dört. Qalan qanunlarlada təlim zalında tanış olacaqsan, 5 – 6 – 7 – 8 – 9 – 10 və sayir, hadi düş önümə, bağırdı! Aylına əsəblə. Aylın artıq söz demədən kefsiz çıxdı otaqdan, Sərdarı gözləmədən qapını örtdü üzünə.

Sərdar əsəbləşib qapını açıb çıxıb ardınca yetişib Aylının qolundan tutdu. Əsəblə divara qısladı kobutca, dişlərini bir – birinə sıxıb – Aylına: mənə bax mədəniyyətli, bir daha üzümə qapını çırparsansa səni, Aylının gözlərinin içinə əsəblə baxdı sözünün ardını demədi. Aylın qolunu çəkməyə çalışdı əlindən, Sərdar dişlərini bir – birinə sıxıb əsəblə – Aylına: dartınma mənim əsəbimlə oynama. Aylının qolunu sıxdı canını acıtdı, Aylın nə qədər canı acısada bildirməməyə çalışırdı ona. Sərdar Aylının qolunu kobutca buraxıb, itələdi kənara. İndi isə ardımca adam kimi gəl, yoxsa canını təkrar acıtaram anladınmı? öndən getdi. Aylın qolunu ova – ova əsəblə getdi ardınca çarəsiz.


Sərdar Aylını sport zalına gətirdi İşıqları yandırdı, çox şey vardı zalda masanın üstündə. Aylının heç ğörmədikləri silahlar, pıçaqlar qoyulmuşdu. Sərdar masaya yaxınlaşıb – Aylına: yaxınlaş bura, əmir etdi. Aylın yaxınlaşdı, tapancanı götürüb göstərərək – Aylına: sən bunu görmüsən, bilisəndə nədir? dayından gizlin aldığına oxşardır. Heç atəş açdınmı? Ayın başıyla yox deyə işarə etdi. Sərdar Aylına bağırdı! sual verdiyimdə hə yox cavabı qaytaracaqsan, aydındırmı? Aylın Sərdarın bağırmağından səksəndi. Yox heç vaxt açmadım atəş təssüflər olsun, Sərdar anladı Aylının sözü özünə dediyini. Məhəl qoymadan əlində silahı tutub – Aylına: öncə silahla davranmağı örgənəcəksən. Aylın – Sərdara: bilmədən atəş açmaq ciddi sayılmır elə deyilmi? Sərdar anladı Aylın nə demək istəyirdi, yəni özünün vurulmasına işarə edirdi. Əlindəki silahı uzadıb – Aylına: al denə istəyirsənsə. Aylın silahı almadı, – Aylına: hünər etməyəcəyin şeyi heç fikrindən belə keçirmə, bu özünü alçaltmaq deməkdir. Əgər fikirləşdinsə, fikrində olanı düşünmədən edəcəksən. Əks halda qarşındakı fikrini oxuyar ya həyatını itirərərsən, yada həyatda sağ qalıb ömrün boyu xəcalət çəkərsən, anladın sən məni. Həyatda insanın ən böyük səhvi nədir bilirsənmi? hardan biləsən ki? düşünmə qabilyətinə malik ola bilməməsidir. Silahla davranmağı örgədəcəm sənə diqqətlə qulaq as, fikrini edə bilməyəcəyin boş – boş şeylərlə doldurub məşgul etmə, təkrar etməyi xoşlamıram. Silahı söküb Aylına başa salmağa başladı, yenidən yığaraq danışa – danışa başa salırdı əsəblə. Qarşıda uzaqda qoyulmuş mişenə qəfil atəş açdı bir neçə dəfə. Aylın qulaqlarını tutub mişenə baxdı, tam baş nahiyəsindən dəymişdi atılan kurşunların hammısı. Sərdar fikir vermədən yenə nə isə danışmağa davam etsədə, açılan ətəş səsindən Aylın Sərdarı duymurdu. Sərdarın dəqiq atəş açmasından profisyonal olduğunu anlaşılmışdı. Sərdarın üzünü ciddi ifadə almışdı, sanki bayaq sözü yozub sağa – sola yozan o deyildi, danışdıqlarınıda dəqiqliyi ilə izah edirdi.


Axşam olmuşdu Aylın çox yorulmuşdu, o qədər şey izah edərək danışmışdı ki, beyni yüklənmişdi, həmdə atəş səsindən başıda ağrıyırdı. Otağına gəlib yerinə uzandı elə bil daş daşımışdı.

Rəyis işdən gəldi, pəncəyni çıxarıb divanın qoltuğuna qoydub əyləşdi, Sərdarda düş alıb gəldi boynunda dəsmalla – atasına: axşamın xeyir ata. Atası – Sərdara: axşamın xeyir oğlum, Aylın hanı? necə keçdi birinci təlim günü? – atasına: yəqin otağındadır pis keçmədi yoruldu biraz, gəlib əyləşdi. Könlü balıq istəyənin quyruğu suda olmalıdı, elə deyilmi? özü istədi söz dinləmədi, indi canı çıxsın dözsün həm işinə, həm də təlimnə. Birazda özündə olmayan mədənyyəti – mərəfəti öyrənəcək məndən. Atası – oğluna: oğlum biraz mülayim ol, qız bizim işimizə görə çətinliklərə qatlanmağa razı oldu. Nə düşünürsən? onun çoxmu xoşu gəlir sənin acı sözlərini qəbul etmək. Sərdar acıqlandı – atasına: istəmirdi razı olmayaydı, mən dəfələrlə dedim onada sənədə, anlamadınız məni ikzinizdə. Birdəki o bizim işimizə görə deyil, pula görə razı olub bunu ikimizdə yaxşı bilirik. Atəş səsindən qulaqlarını tutub baxırdı üzümə, duymurdu nə dediklərimi. O halıylamı o bizə oları çəkəcək sübut əldə edəcək? ay hay etdi, birisi atəş açsa əlindəkiləri buraxıb qulaqlarını tutuacaq. Atası acıqlandı – Sərdara: nə etsin qız? borcu var, hə pula ehtiyacı var. Sərdar – atasına: səndə bundan istifadə etdin eləmi? borcu var deyə soxdun öfdəsindən gələ bilməyəcəyi işə, o orda 1 dəqiqədə sağ qala bilməz.

Atası acıqlandı – Sərada: nə olub sənə, bu nə danışıqdı? Sərdar dərindən nəfəs alıb – atasına: artıq orda ona nə isə olsada inan uğrumda deyil. Biz nə cavab verəcəyik yaxınlarına düşündünmü heç? dayısı böyük yerlərdə çalışır əli çatmayan yerlər yoxdur. Dostunun atasını desən oda elə, çalışdığı evdəkilərində az adı sanı yoxdur. Bilirsən o qadın bunu qızı kimi qəbul edib, de necə çıxacağıq bu işin altından? Sərdar haqlıydı bir tərəfdən. Atası üzgün baxışlarla baxaraq – Sərdara: bilmirəm oğlum, mənim başqa çarəm qalmadı bilirsən. Neçə illərdi o alçağı ələ keçirə bilmirəm, hər gecə ananı yuxumda görürəm, çox qorxuram o şərəfsizi gəbərtmədən ölərəm. Hər gününü keflə gözümüm içinə baxa – baxa yaşayır alçaq şərəfsiz. Mənim ruhumda yanar o dünyamda əgər ananın qisasını almassam ondan, yaşarmış gözləri ilə oğluna baxdı. Mən şəxsən sənə görə ona toxuna bilmirəm, bilirəm ki məni tək səninlə məğlub edəcək. Sənsiz həyat mənə gərək deyil oğlum, sən anandan mənə qalan tək yadigarısan anla. Sərdarda pis oldu kənara baxdı, – Sərdara: hamilə bir qadına qıydı bi qeyrət, məni sındırmaqçün ananı vurdurtdu gözümün önündə. Səni həkimlər çox zor qurtardılar, o günlərin kabusunu mən hər gün təkrar – təkrar filim kimi izləyirəm. Anlayırsanmı oğlum mənim niyə belə etdiyimi? niyə günahsız qızın ora getməsinə razı olduğumu. Sərdar – atasına: mənə görə onu ora göndərmə ata, onun ordan sağ qayıtmayacağını ikimizdə yaxşı bilirik. Mənim anamın qisasıdır, mən gedim bu dəfə eybi yox ölsəmdə. Atası – Sərdara: oğlum ora məndə gedərəm qorxmuram olardan, bilirsən ki biz ikimizdə ora getsək satılacağıq, ananın qisası alınmadan ortalıqlarda dolaşacaq bi qeyrət. O şərəfsizdən ananın qisasını almasam mənə nə bu dünyada yer var, nədə o dünyada, anladınmı oğlum.

Aylın əsəbləşib gəlmişdi ki rəyisə desin işdən imtina edirəm, danışdıqlarını duyduqdan sonra dayanıb baxa qaldı yerində, çox pis oldu. Bilmirdi rəyisin arvadının qatili olduğunu çəkəçəyi adamın, sakitcə dönüb otağına getdi.

Eşitdiklərindən dəhşətə gəlmişdi, otağına gəlib öz – özünə: demək qisas məsələsidir. Alçağa bax sən hamilə qadını vurdutmuş rəyisə görə, imansız bi qeyrət şərəfsiz. Gəlib yerinə uzanıb dərindən nəfəs alıb öz – özünə: yazıq rəyis nələr çəkmisən bir şərəfsizin üzündən. İndi anlaşıldı bunun anasının necə rəhmətə getdiyi, yazıq qadın. Qapı açıldı, Aylın artıq bilirdi qapını döymədən otağına gələn ancaq Sərdar olardı, yerində oturdu. Sərdar gəlib dayandı çarpayısının yanında, qalx yemək vaxtıdır. Aylın yavaş səslə – Sərdara: aç deyiləm mən, Sərdar çox üzgün görünürdü. Sərdar – Aylına: demişdimmi sənə təkrar etməyə xoşlamıram? Aylın yerindən qalxıb – Sərdara: hə yoldaş kamandir. Bağışlayın günahkaram əmir edərsiniz, otaqdan çıxarkən qapıda dayanıb gözlədi. Sərdar – Aylına: nə durmusan önümdə? – Sərdara: qapını üzünə örtməyim deyə dayandım komandirim. Bilirsinizmi yol həmişə xanımların deyil, Sərdar evdə atası var deyə Aylının payını verə bilmədi. Gözlərinin içinə baxıb – Aylına: bax belə, əhilləşdirəcəm səni az vaxtda. Artıq adam olursan ardımca gəl, Sərdarın dediyi söz Aylına daş kimi dəydi, dodağını ceynəyərək bir anlıq özünü ələ alaraq, əsəblə getdi ardınca.

Rəyis süfrəni hazırlamışdı yemək çəkdi hər ikisinə. Sərdar təşəkkür edib götürüb yeməyə başladı, rəyis özünədə yemək çəkib oturdu. Aylın Sərdarın atasını gözləmədən yeməsinə baxdı, rəyis anlamışdı Aylın oğluna nəyə görə elə baxırdı, gülümsədi. Rəyir – Aylına: qızım bu evə anasından sonra, oğlumdan və məndən baqşa qadın – qız girmədi bu günə kimi. Bəzən yeməyi mən hazırlayıram, bəzəndə oğlum, düzü çox az hallarda biz evdə yemək yeyirik, oğlumla dışarda yeyirik çoxsu vaxtdı yeməyimizi. Hazırladığımızı bəzən çarəsiz yeyirik, ya duzu çox olur, yada hədsiz dadsız olur. Atası danışıb qurtarınca Sərdar yeməyini bitirdi, sağol ata əllərinə sağlıq. Qalxıb öz qabını aparıb getdi mətbəxtdə. Rəyis – Aylına: hərbiçilərin yeməyidə cəld olmalıdır qızım, əks halda ac qalarıq zarafat etdi, yeməyini ye qızım. Aylın yeməkdən bir qaşıq yemişdi, hədsiz duzlu olduğunu hiss etdi, rəyisi qırmamaqçün bildirmədən zorla yedi.

Sərdarda atasına duzludu demədən yemişdi. Görünür bu evdə normal yemək bişməmişdi heç vaxtı, qadın olmayan ev bilinirdi yeməklərindən, səliqəsizliyindən. Rəyisdə sakitcə yeyirdi yeməyini, Aylın çox çətinliklə bitirdi yeməyini çörək yemədən. Aylın – rəyisə: çox sağolun əllərinə sağlıq. Rəyis – Aylına: nuş olsun qızım, yenə çəkimi yemək? Aylın tez, yox doydum sağolun. Mən sizə çay süzüm, ayağa qalxıb mətbəxtdə gəldi.

Sərdar masaya söykənib qəhvə içirdi, mətbəxtdə çox qarışıq idi, çay hardadı tapa bilmədi baxsada. Aylın – Sərdar: çay hardadır? Sərdar yuxarıdan açıb verdi çay poketini, görünür bu evdə heç dəmlənmirdi normal çayda. Aylın fincanı götürüb qaynar su töküb, çay poketini saldı fincana, şirinyat qabınıda götürüb apardı. Rəyis yeməyini bitirmişdi, Aylına təşəkkür etdi çaya görə, çox sağol qızım. Aylın siniyə masada olanları toplayıb apardı mətbəxtdə. Sərdar qəhvəsini bitirib fincanı yumadan qoyub getdi. Aylın mətbəxtdin vəziyyətinə baxıb dərindən nəfəs alıb özünə su tokub içdi, yemək duzlu olduğundan yanmışdı içi.

 

Gecə saat 4 olurdu, Aylının yuxusu tam dağılmışdı gərçəkləri duyduqdan sonra. Mətbəxtdi səliqəyə salıb hər şeyi yuyub qoymuşdu yerinə səliqə ilə, ətrafa atılmış paltarlarıda yuyub sərmişdi. Hər yeri səliqəyə salmışdı silmişdi, sabahçün yeməkdə bişirib hazır qoymuşdu. Yeməyin dadına baxıb öz – özünə: mm pis deyil, rəyisin hazırladığına baxsaq mənim hazırladığım ləzzətli olub. Qazanın qapağını qoyub, əlindəki qaşığı yuyub yerinə silib qoydu, öz – özünə: Şahnaz anamın yeməklərinə çatmaz əlbətddə. Mətbəxtdən çıxıb gəlib divanda əyləşdi, saata baxdı səhər 5: 00 olurdu artıq. Divanda uzandı biraz düşündü, və eləcə ordada yuxuya düşdü. Aylın evin abu havasıda dəyişmişdi, çox səliqəli olmuşdu.


Adətlərinə görə Sərdarla atası səhər tezdən oynamışdılar, rəyis gəlib Aylının divanda yatıb qaldığını görüb gülümsədi. Ətrafa baxıb dərindən nəfəs alıdı, öz – özünə: çoxdandı bu evdə belə səliqəlik təmizlik olmamışdı. Sərdar gəldi əl üzünü yuyub, – atasına: ata sənmi yumusan paltarlarımı? atası barmağıyla sus deyə işarə etdi. Sərdar Aylının yatdığını görüb – atasına: bu niyə burda yatıb ki? atası yavaş səslə – Sərdara: ətrafına baxsana oğlum. Yazıq qız bizim tökdüklərimizi yuyub yığışdırıb, Allah bilir səhərə qədər yatmayıb. Sərdar hələ fikir verməmişdi, ətrafa baxıb – atasına: o yuyub demək paltarlarımızıda. Atası – Sərdara: oğlum yavaş danışsana oyadacaqsan qızı, Aylın səsə oyandı, rəyislə Sərdarı görüb tez divandan ayağa qalxdı. Uşaq kimi gözunu ovaraq – rəyisə: bağışlayın burda yuxuya dalmışam, buyurun əyləşin, kənara çəkildi. Rəyis keçib əyləşib – Aylına: sabahın xeyir qızım, sən yatmamısan gecə anladım. Aylın – rəyisə: sabahın xeyir yoldaş rəyis, sadəcə yuxum gəlmədi dedim biraz evə əl hərləyim. Olur məndə ev dəyişdiyimdə, alışmıram tez yata bilmirəm. Rəyis gülümsəyib, – Sərdara: bax oğlum qadın olan ev necə bilinir səliqəsiylə – təmizliyi ilə, qoxusu belə başqa olur. Aylın – rəyisə: indi mən sizə səhər yeməyi gətirim, mətbəxtdə getmək istədikdə – Aylına: qızım biz yemirik səhər yeməyi zəhmət çəkmə get yat. Aylın – rəyisə: yatdım bəsdir yuxum yoxdur narahat olmayın, səhər yeməyi önəmlidir mətbəxtdə getdi, Sərdarda keçib əyləşdi, gecə pis yatmışdı boynunu ovdu ofudadı,

az vaxtdan Aylın qayıtdı sini dolu səhər yeməkləri ilə, sinini masaya qoyub gedib çaylarıda gətirdi sinidə. Çayda təzə dəmlənmişdi bilinirdi qoxusundan. Aylın çay fincanlarını qoydu Sərdarın, rəyisin qarşasına, götürüb çörək dilimlərinə yağ – bal çəkib səliqə ilə qoydu boşqablarına, pendir qabınıda yaxınlarına qoydu ki kim istəsə götürsün. Rəyis – Aylına: çox sağol qızım əyləş səndə, Aylın keçib əyləşdi. Rəyis çaydan içərək yağ – bal çəkilmiş çörək dilimini yedi iştahla, mm cox dadlıdır qızım əllərinə sağlıq. Sərdarda sakitcə boş qabda qoyulmuş çörəyi götürüb yedi çayını içərək, – Aylına: səndə ye qızım. Aylın sinidən çay fincanını götürürb qarşısına qoyub, olara baxmamağa calışdı.

Ancaq nə etmək olardı? üz -üzə oturduqlarından məcbur görürdü oların necə iştahla yediklərini, ürəyi göynəyirdi, çox yazıq olmuşdu anasız – qadınsız hər ikisinə. Bir alçaq səbəb olub rəyisin evi – evladı ana qayğısından və yeməyindən məhrum qalmışdı, özüdə çoxdan həyatının mənasını itirmişdi. Rəyis yeməyini çayını bitirib ayağa qalxdı, – Aylına: qızım təkrar əllərinə sağlıq, çox gözəl oldu səhər yeməyimizi evdə yeməyimiz. Aylında ayağa qalxdı – rəyisə: nuş olsun. Rəyis – olara: mən işə gedirəm, səndə qızım biraz yat dincəl sonra məşgul olarsınız işinizlə. Aylın rəyisin divana ora – bura baxdığını görüb anladı pencəyini axtarırdı. Aylın – rəyisə: asılıdır yoldaş rəyis, icazənizlə buyurun sizi uğurlayım. Rəyis Aylının sözünə pərt oldu dönüb oğluna baxdı, – Aylına: tamam qızım. Aylın gedib rəyisin pencəyini papağını gətirdi, rəyisə yardım etdi pencəyini geyinməyə. Rəyis pencəyini geyinib dönüb gülümsəyərək, – Aylına: sənin kimi belə hörmətli, qanacqlı, birini görmək mənə çox xoşdur qızım. Aylın rəyisin papağını verib – rəyisə: gününüz uğurlu keçsin, rəyis təşəkkür edib razı halda hər – ikisinə: axşama qədər, getdi. Ardınça Aylında getdi ki qapını bağlasın. Sərdarda yeməyini bitirib çayını içə – içə düşünürdü, Aylın rəyisi yola salıb qayıdıb masadakıları siniyə toplayıb, apardı mətbəxtdə. Sərdarda ayağa qalxıb çay fincanlarını siniyə toplayıb apardı mətbəxtdə. Aylın hər şeyi səliqə ilə yerinə qoyurdu mətbəxtdə. Sərdar – Aylına: sənə yatmaq yoxdur, əsəblə sinini masaya qoyub getdİ,.

Aylın öz – özünə: sakit səbirli ol Aylın hər şey yaxşıdır, özünü sakitləşdirməyə çalışdı. Aylında qabları yuyub hər şeyi yerinə qoyub mətbəxtdən çıxdı getdi zala.

Qapını açıb baxdı Sərdar yox idi, işıqları yandırıb içəri keçib masaya yaxın gəldi, silahlara baxdıb öz – özünə: sizi icad edən yansın. Siz nə qədər günahsız insanları məhv edirsiniz qanlarını tökülürsünüz bir Allah bilir. Arxadan Sərdar – Aylına: səndən fərqli olaraq bizlərə silah gərəkdir. Sənin kimi özümüzü odun parçasıla qoruyacaq deyilik hər halda. Aylının izahatında yzılmışdı odun parçasıyla qorunmağa çalışdığı. Sərdarda ordan sözü hərləyərək Aylını lağ etdi, – Sərdara: əsirlər öncə əjdadlarımızda odun parçasıyla qorunmuşlar, hətta bəzi insanlara bənzər vəhşi heyvanlardanda. Mən bəzilərindən fərqli olaraq çanağımı bəyənməyənlərdən deyiləm. İndiki zamandada mənim kimi odun parçasıyla savaşaydılar, bəlkə sağ qalmaq şansları olardı bəzilərinin, tapancanı əlinə götürüb nifrətlə baxdı.

Bu dəmir parçasından çıxan bir mərmi ilə neçə günahsızın həyatına son qoyulur, xeyirsiz zibildir, tapancanı masaya qoydu. Sərdar əlinə tapancanı götürüb – Aylına: bəzəiləriçün var xeyri. Məsələn bəziləri deyilənlərə diqqətlə qulaq asaraq silahdan düzgün istifadə edərək qarşındakı düşmənini vurarsa, ona həyatda təkrar yaşama şansı verir. Zəmanə dəyişdi axıllı, oyan daş devrində yaşamırıq artıq odun parçasıyla düşmənlərimizin qarşılarına çıxmağa. Aylın – Sərdara: axıllı insan silahsızda qalib gələ bilər, – Aylına: sənin kimimi? o zaman niyə qalib gəlmədin pıçaqladın? – Sərdara: bilərəkdən pıçaqlandım mən, o bir oyun idi. Sərdar – Aylına: o zaman bəs o günü niyə mənə qalib gələ bilmədin? özün irəli addım ataraq səssiz səni öpməmə razı oldun. O damı bir oyunun idi? – Sərdara: xeyir o sənin oyunun idi. Sərdar – Aylına: necə dilinə gətirə bilirsən bilərəkdən özünü pıçaqlatdım deyə? sən retki manyaklardansan. Aylın – Sərdara: şadam sonunda anladın kim olduğumu, başlayaq vaxtımızı boşa xərcəməyək. Sərdar – Aylına: sənsəndə bayaqdan boş – boş danışan, nə yaxşı olardı dünyada hər kəs silahdan imtina etsəydilər, biri – biriləri ilə odun parçalarıyla savaşsaydılar, filan. Sərdar gülməyə başladı qəh – qəhə çəkib, – Aylına: dünyanın o bir qırağından raketlər əvəzinə ağaclar atacaqlarmış, üstündə maymunlarla banan qarışıq gələn ağacları gördükdə anlaşılacaqmış hansı ölkəyə aitdir silahlar. Aylın tərs – tərs baxaraq əsblə – Sərdara: tamam yetər, gedin silahlarınızla savaşın. Sərdar gülməkdən əliylə masanın qırağından tutub dayanmışdı. Aylın dərindən nəfəs alıb əsəblə zaldan çıxdı getdi, Sərdar hələ gülürdü qarnını tutub özünə hakim ola bilmirdi.

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»